Səhv səcdəsi nə vaxt və necə edilər?
Submitted by on Wed, 17/03/2010 - 00:06
Dear Brother / Sister,
Hənəfi məzhəbinə görə səhv səcdəsi, bir namazın qüsurlu olunması halında, bu qüsuru düzəltmək məqsədi ilə, namazın sonunda (son oturuşda tahiyyatı oxuduqdan sonra) edilən səcdədir. Qüsur ümumiyyətlə namazda fərzin təxiri, vaciblərdən birinin unudularaq edilməməsi, yaxud sonraya buraxılması, yaxud da vaxtından əvvəl edilməsi surətiylə ortaya çıxar. Namaz içində bu səhvlər xatırlansa namaz sonunda səhv səcdəsi edilər. Səhv səcdələri vacibdir.
Səhv Səcdəsinin Qurluşu Necədir?
Son oturuşda Tehıyyat oxunduqdan sonra, imam olan kimsə yalnız sağ tərəfinə, tək qılan isə iki tərəfinə də salam verər və dərhal ardından Allahu Əkbər deyərək 2 dəfə səcdəyə gedər. İkinci səcdədən sonra oturar və yenidən Tehıyyatı, salavat və duaları oxuyaraq salam verər. Beləcə səhv səcdəsi yerinə yetirilmiş olar. Namaz qılan kimsə əgər salam verdikdən sonra yanıldığını xatırlasa, istiqamətini qiblədən çevirməmiş və hələ danışmamış isə, səhv səcdəsini edə bilər. Lakin yerindən qalxmış, istiqamətini qiblədən çevirmiş və ya danışmış isə, artıq səhv səcdəsi edə bilməz. Namaz səhihdir, ancaq səhv səcdəsi edilmədiyi üçün savabı nöqsandır. Vaciblərdən biri, əvvəldən tərk edilsə namazı yenidən qılmaq lazımdır. Səhv səcdəsi etmək kafi deyil. Səhv səcdəsi edən imama tabe olmaq səhihdir.
Suallarla İslam
- Səhv səcdəsi necə edilir?
- Namazda surə və ya duada yalnış etdiyim zaman həmin hissəni yenidən təkrar etdikdə, sonda səhv səcdəsi etmək gərəkirmi?
- Səhv Səcdəsi İlə Bağlı Məsələlər
- Namaz
- Fərqli məzhəbdən olanlara imam olacaq kimsənin diqqət yetirməsi lazım olan xüsuslar nələrdir, dəstəmaz vəziyyəti necədir?
- Namazın qiraətində edilən səhvlər (Zelletü'l-kari) haqqında detallı məlumat verərsinizmi? Namazda oxunan Qur`an, düz oxunmazsa namaz pozularmı, səhiv səcdəsimi lazımdır? Edilən hərf, hareke səhvləri namazı pozarmı?..
- Təşriq təkbirləri haqqında məlumat verərsinizmi?
- Namazda səsli və ya səssiz oxumaqla əlaqədar hökmlər nələrdir?
- Cümə namazı vaxtında çalışmaq, alışveriş etmək və qazanılan pul haramdırmı?
- Vitr namazında qunut duası oxumaq