Sevdiyimiz taleyimiz deyilsə onda niyə sevirik?

The Details of the Question
Salam. Məni belə bir mövzu maraqlandırır. Əksər hallarda insanlar sevdiyinə qovuşa bilmirlər. Allah bizim gələcəyimizi bilirsə, əger o insanla evlenə bilməyəcəyiksə niyə məhz o sevgiyi Allah insanin qəlbine salır. Bu sualıma cavab tapmaq istərdim!
The Answer

Dear Brother / Sister,

İnsan öz iradəsiylə etdiyi şeylərdən məsuldur. İradəsinin xaricində reallaşanlardan isə məsul deyil.

Ayrıca Allah üçün sevmənin bir qorxusu yoxdur. İnsana verilən hər bir hiss və duyğu insanı Allahdan uzaqlaşdırmaq üçün deyil. Əksinə insanı Allaha yaxınlaşdırmaq və tərəqqi etmək üçündür. Bu sirri bilməyənlər insanın özündə olan bəzi hiss və duyğulardan qətiliklə təmizlənilməsi lazım olduğunu müdafiə etməkdədirlər. Halbuki belə bir şey bəzi insanlar üçün mümkün olmayan bir vəziyyətdir.

Lakin alimlərimizin əksəriyyəti, bu hiss və duyğuların bizi tərəqqi etdirmək üçün verildiyi qənaətindədir. Bu hiss və duyğuların üzünü fani və əhəmiyyətsiz şeylərdən çevirib baqi şeylərə istiqamətləndirmək lazımdır.

Məsələn gələcəyi düşünmək hissi hər kəsdə var. Bir insan bununla istəsə yalnız təəhhüd altına alınmamış dünya həyatını düşünə bilər. Və ona çalışa bilər. Lakin bu hiss və duyğu bunun üçün verilməmişdir. Elə isə bu hissi başqa qiymətli bir şeyə istiqamətləndirməsi lazımdır. Bu da axirəti düşünmək tərzində olmalıdır. Əvvəlki vəziyyətdə özünü məsul edəcək vəziyyətdən Cənabı Haqqın sevimli bir qulu olmağa yönələr.

Məsələn insanda inad duyğusu da var. Bu hissi dünya işlərinə sərf etdiyi zaman əhəmiyyətsiz şeylərə də inad edər. Və günah da qazanar. Lakin insan bu hissini, Allahın istədiyi şəkildə istifadə etsə, o zaman ibadətə inqilab etmiş olar. Belə ki, bu hiss ilə bir Müsəlman deyəcək ki " mən inad etdim səhər namazını qaçırmayacağam, inad etdim heç bir möminə herslənməyəcəm, inad etdim hər gün bu qədər namaz və s. ibadət edəcəyəm."

Bunun kimi sevgi də Allah üçün verilmişdir. Allahı sevdikdən sonra Onun razılığı üçün Onun məxluqunu da halal dairəsində günah olmadığı kimi savabı da vardır.

Suallarla İslam

Müəllif:
Suallarla İslam
Subject Categories:
Read 3.358 times
In order to make a comment, please login or register