Şeytanın Adəmoğlunu qiyamətə qədər azdırmaq istəməsindəki məqsədi ya da qazancı nədir?

The Details of the Question
Şeytanın Adəmoğlunu qiyamətə qədər azdırmaq istəməsindəki məqsədi ya da qazancı nədir?
The Answer

Dear Brother / Sister,

   - Şeytanın varlığı insanların tabe olduğu imtahanın bir hissəsidir. Qaçınılmaz şərtidir. Çünki imtahanın müsbət və ya mənfi yolunu təqib etmək üçün insanın önəmli bir rəhbəri olan ağılına yardım edəcək mələk qüvvətinə ehtiyac olduğu kimi, haqq yoldan çıxmağa meyilli olan nəfsin həvəslərinə yardım edəcək şeytanların varlığına da ehtiyac vardır.

   Bu səbəblədir ki, qəlbin bir tərəfində mələk yuvası, bir tərəfində də şeytan yuvası mövcuddur. İnsanoğlu yaxşı ilə pisi, haqq ilə batili fərq edib azad iradəsiylə seçimini ortaya qoyarkən, mələklərin tövsiyələrinə və şeytanın təlqinlərinə məruz qalar. Ağıllı insan isə vəhyin əmrlərini, səlim ağlın təlqinlərini və mələyin tövsiyələrini dinləyər və ona görə seçimini edər. Yox, Allah qorusun, əgər nəticə etibarilə talesiz / bədbəxt bir kimsə isə nəfsin həvəslərinə və şeytanın vəsvəsələrinə qapılıb gedər, seçimini öz əleyhinə edər.

    - Şeytanın bu əsl vəzifəsi olmaqla bərabər, onun insana yaman bir düşmən olduğu üçün bu düşmənçilik uğrunda hər fürsəti qiymətləndirər. İşi yalnız təlqin olduğundan hər hansı bir çətinlik , əlavə bir enerji, bir güc  sərf etməsinə ehtiyac yoxdur. Dünyada bəzi insanlar belə düşmənlərinə zərər vermək üçün min cür çətinliyə girməyi gözə aldıqları / alacaqları -gözlə görülən- bir gerçəkdir.

   "Şeytan onların ayaqlarını sürüşdürərək içində olduqları nemət yurdundan çıxardı. Biz də: "Elə isə, dedik, bir-birinizə düşmən olaraq yer üzünə enin! Siz orada müəyyən bir müddət iqamət edib yararlanacaqsınız. Böyük peşmanlıq duyan Adəm, Rəbbindən bəzi kəlmələr öyrənib onlara görə hərəkət etdi. Rəbbinə yalvardı. Allah da tövbəsini qəbul etdi. Onsuz da O tövbəni qəbul edər, mərhəməti boldur. "(Bəqərə, 2 / 36-37)

   məalındakı ayədə, həm insanların, həm şeytanların qiyamətə qədər dünyada qalacaqlarına və düşmənliklərinin davam edəcəyinə işarə edilmişdir.

    Demək insan nəsli kimi şeytanın nəsli də qiyamətə qədər davam edər.

   - Şeytanların atası olan İblis'in də (Adəmin əksinə) qiyamətə qədər davam etməsinin səbəbi Qur'an'da belə açıqlanmışdır:

“Allah dedi: "Mən sənə əmr etdikdə sənə səcdə etməyə nə mane oldu?" İblis dedi: "Mən ondan daha üstünəm. Çünki Sən məni oddan, onu isə palçıqdan yaratmısan!"

Allah dedi: "Buradan aşağı en! Burada təkəbbürlük göstərmək sənə yaramaz. Çıx get, çünki sən alçaldılmışlardansan".

İblis dedi: "Onların dirildiləcəyi günə qədər mənə möhlət ver".

Allah dedi: "Şübhəsiz ki, sən möhlət verilənlərdənsən".

İblis dedi: "Sən məni yoldan çıxartdığına görə mən də Sənin düz yolunun üstündə oturub insanları tovlayacağam.

Sonra onların yanına önlərindən və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən".  (Araf, 7/12-17) 

  məalındakı ayələrdən aydın olduğuna görə, şeytanın insanlara bu qədər düşmən olmasının səbəbi, onun çox həqir gördüyü bu varlıqlar üzündən özünün dərgah-ilahidən qovulmuş olmasıdır. İnsanlar ucbatından həm dünyada lənət damğasını yemiş, həm axirətdə əbədi olaraq cəhənnəmi haqq edən bir üsyana sürüklənmiş olduğunu düşündüyü üçün bu düşmənçilik uğrunda -deyim yerindəysə- hər cür fədakarlığa dözməyi gözə almışdır.

    - Elə aydın olur ki, Allah'ın imtahanın bir parçası olaraq gördüyü şeytanın və nəslinin davamının ön görməsi ilə şeytanın düşmənçilik uğrunda bu vəzifəni sevə sevə boynuna götürmə arzusu üst-üsdə düşmüşdür. Allah hikmətinə uyğun olaraq bir imtahan edir. Şeytan isə insanı bu imtahanda müvəffəqiyyətsiz etməyə çalışır.

  - İslam alimlərinin fikirinə görə, şeytanın düşüncəsinə yerləşən qürur, inad, düşmənçilik elə bir dərəcədədir ki, artıq doğrunu tapmaq və ya ona dönmək üçün məşğul olacaq vaxtı yoxdur.

   - Bununla yanaşı -yuxarıda keçdiyi üzrə- ayədə Allah'ın möhlət istəyən şeytana "sənə möhlət verdim" deməyib də "Sən möhlət verilənlərdənsən!" deyə buyurmasının hikməti budur:

    Əgər Allah "sənə möhlət verdim" desəydi bu, şeytanın istəyinə müsbət cavab vermək anlamına gəlirdi. Halbuki Allah'ın, hüzurundan qovduğu şeytana -dəyər vermək mənasını gələn- müsbət cavab vermək kimi bir iltifat göstərməsi müzakirə mövzusu belə ola bilməz. Tərcih edilən "Sən möhlət verilənlərdənsən" ifadəsiylə, şeytanın (dörd böyük mələk, Hamele-i Ərş kimi) möhlət verilənlər arasında yer alması, -Şeytanın arzusunu yerinə yetirmək üçün deyil- bu günahı törətmədən çox əvvəl ta əzəli hökmü ilə onun qiyamətə qədər möhlət verilənlərdən biri olduğunun hökmə bağlandığına işarə edilmişdir. (İbn Aşur, Əraf, 15. ayənin təfsiri)

Suallarla İslam

Müəllif:
Suallarla İslam
Read 2.333 times
In order to make a comment, please login or register