Smart kartı haram pulla yükləyib və bundan istifadə etməklə qazla su qızdırıb qüsl və ya dəstəmaz almağın hökmü nədir?

The Details of the Question
haram pulla smart karta qaz yükləyib bu qazla su qızdırıb qüsul vəya dəstəmaz almağın hökmü nədir
The Answer

Dear Brother / Sister,

Əssalamu alə mən ittəbə-l-hudə! Sual verərkən cavab almaq üçün öncə salam vermək lazımdır. Çünki Rəsulullah (sallallahu aleyhi va səlləm): "Salam kəlamdan öncədir, salam verməyənə cavab verməyin,"- deyə buyurubdur. Saytımızın maarifləndirmk mövqeyini nəzərə alaraq sualınıza cavab veririk.

Bələdiyyədən (və ya əlaqədar təşkilatdan) icazəsiz istifadə olunan qaçaq su, elektrik və qaz qul haqqına girəcəyi üçün caiz deyildir.

Qaçaq olaraq istifadə edilən su ilə alınan dəstəmazlar qüsllar etibarlıdır, ancaq savabı əskik olar.

Qaçaq elektrik, su və qaz istifadəsi cəmiyyət hüququnu pozan və qul haqqına təcavüz olduğundan dini baxımdan caiz olmayan bir davranışdır. Ayrıca əsas olan ibadətlərin halal / məşru ölçülər dairəsində edilməsidir.

Bununla birlikdə halal olmayan bir yolla əldə edilən və ya qaçaq qaz ilə isidilmiş suyla alınmış qüsl və ya dəstəmazla qılınan namaz səhih olub, şəxsin üzərindən (o namazı təkrar qılmaq) öhdəliyi qalxmış olar. Məsələn oğurlanan bir paltar ilə qılınan namaz etibarlıdır. Ancaq belə bir paltar ilə namaz qılmaq məkruh olduğu üçün namazın savabını azaldar.

Sualdakı mövzunu da buna görə qiymətləndirmək mümkündür.

Suallarla İslam

Müəllif:
Suallarla İslam
Subject Categories:
Read 3.802 times
In order to make a comment, please login or register