"Sübhanəkə " duası yalnız birinci rükətdə oxunur ?

The Details of the Question
mende birdene kagiz var yeni namazin muxteser telimi namazi azeriislam.com saytinindi, ordan oyrenirem,1-ci yazilib ki,yalniz 1 ci ruketde "subhanekellahume ve bihemdike ve teberekesmuke ve teale cedduke ve ilehe geyruk euzu billehi mines seytani racim",yeni meselcin subh namazi 2 ruketdi indi bir defe deyim bunu 2 cide demeyim??? sonra "ixlas suresi"var ondada yazilib ki, 1,2 ruketde,zohr namazida 4 ruketdi oda demeyim bunu???yuxarda yazdigim sure ve fatihe suresi ve ixlas suresi sonra tekbir rukuda,rukudan qalxanda,qiyamda,tekbir,1 ci secde,tekbir,secdelere arasinda oturanda,tekbir,2 ci secde bnlarin qiraqlari iwerelinbki,"tek ruket"bunu bawa duwe bilmirem,xahiw edirem etrafli izah edin ehli- sunne
The Answer

Dear Brother / Sister,

Salam aleykum.

1) Bəli elədi. Sübhanəkə duası yalnız fərz namazlarının birinci rükətində təkbirdən(Allahu Əkbər) sonra deyilir.Yəni hər fərz namazında yalnız bir dəfə namazın əvəlində sübhanəkə duası oxunar.Ancaq ikindi(əsr) və yatsı (işa) namazlarının ilk və üçüncü rükətlərində də sübhanəkə duası deyilir.

Sübhanəkəl-Ləhummə va bihəmdik və təbərəkəsmuk və təala cədduk və lə iləhə ğayruk.

Mənası: Allah`ım! Sən pis sifətlərdən təmiz və uzaqsan. Səni həmişə belə uca tuturam (mədh edirəm). Sənin adın mübarəkdir. Varlığın hər şeydən üstündür. Səndən başqa ilah yoxdur.

2) Fərz namazlarında yalnız ilk iki rükətdə fatihadan sonra bir surə oxunar.Digər rükətləridə isə yalnız fatiha surəsi oxunar. Axşam namazının üçüncü rükətində, günorta, ikindi, işa namazlarının isə üçüncü və dördüncü rükətlərində yalnız fatiha surəsi oxunar, bir sürə(məsələn ixlas) oxunmaz.

Bir namazda təkbir (Allahu Əkbər), qiyam, qiraət, rüku və 2 səcdədən meydana gələn qism “1 rükət” adlanır. Bu, ikinci dəfə təkrarlanarsa ikinci rükət, 3-4-cü dəfə təkrarlandıqda isə üçüncü və dördüncü rükət adlanır.

Məsələni sübh namazı misalında izzah edək:

1.Allah`ım Sənin rızan üçün niyyət etdim bu günkü sübh namazının fərzin qılmağa”

2.Allahu Əkbər deyib əlləri bağlayır.

3.”Sübhanəkə” duası -> Əuzu billəhi minəş-şeytanir -rəcim -> Bismilləhir-Rəhmanir-Rəhim->  Fatiha surəsi- Qur`andan bildiyiniz bir surə(məsələn ixlas)

4. “Allahu Əkbər” deyərək rüku edilir. Rükuda 3 dəfə “Sübhanə Rabbiyəl-Azim” dedikdən sonra ayağa qalxmaq. Qalxarkən: “Səmiallahu limən hamidəh”, tam olaraq dikəldikdən sonra isə “Rabbənə ləkəl həmd” deyilir. Bunun ardınca isə “Allahu Əkbər” deyərək səcdə edilir.

5.  Səcdə edərkən öncə dizlər, sonra əllər, daha sonra isə alın və bu­run yerə qoyulur. Əllər qulaqların yanında olmalıdır. Səcdə anında ayaqlar yerdən qaldırılmamalıdır. Səcdədə 3 dəfə “Sübhanə Rabbiyəl-Ala” dedikdən sonra “Allahu Əkbər” deyib səcdədən qalxaraq oturmaq. Bu za­man kişilər sol ayaqlarını topuqları yerə dəyəcək şəkildə yayaraq üzərində oturmalı, sağ ayaqlarını isə barmaqları qibləyə yönəlmiş vəziyyətdə dik tutmalıdırlar. Qadınlar isə ayaqlarını yerə yayaraq sağ tərəfdən çıxararaq yerə oturmalıdırlar. “Allahu Əkbər” deyib təkrar səcdə etmək və təkrarən 3 dəfə “Sübhanə Rabbiyəl Ala” dedikdən sonra yenə də “Allahu Əkbər” deyərək, səcdədən ikinci rükəti qılmaq üçün ayağa qalxaraq əlləri bağlamaq lazımdır.Səcdədən qalxarkən öncə baş, sonra əllər dizlərin üstünə qoy­ularaq yerdən qaldırmaq. Bu şəkildə 1-ci rükət tamamlanmış olur.

6. İkinci rükəti qılmaq üçün ayağa qalxaraq əlləri bağladıqdan sonra “Bismilləhir-Rahmənir-Rahim  ->Fatiha surəsi - > Qu`ran`dan bir surə oxunur.

7. “Allahu Əkbər” deyib rüku edilir. 1-ci rükətdə olduğu kimi rükuda yenə də 3 dəfə “Sübhanə Rabbiyəl Azim” deyilir. Rükudan qalxarkən “Səmiallahu Limən Hamidəh”, tam dikəldikdən sonra isə “Rabbənə Ləkəl Həmd” deyilir.

8. Allahu Əkbər deyib səcdə edilir. Səcdədə 3 dəfə “Sübhanə Rabbiyəl Ala” deyilir. Sonra “Allahu Əkbər” deyıb səcdədən qalxıb, 1-ci rükətdə olduğu kimi oturmaq və yenidən Allahu Əkbər deyib səcdə etmək.

3 dəfə “Sübhanə Rabbiyəl Ala” dedikdən sonra “Allahu Əkbər” deyərək oturmaq. (Oturuş şəkli birincə rükətdə izah olunub)

10 . Son oturuşda (“Qadə-axira”) bunlar oxunur:

“Əttəhiyyatu lillahi vas-salavatu vat-təyyibat. Əs-sələmu aleykə əyyuhən-nəbiyyu və rəhmətullahi və bərəkətuh. Əs sələmu aleyna va ala ibadilləhis-salihin. Əşhədu ən la ilahə illallah və əşhədu ənna Muhəmmədən abduhu va Rasuluh. Allahummə salli alə Muhəmmədin və alə ali Muhəmməd. Kəmə saleytə alə İbrahimə va ala ali İbrahim, innəkə Hami­dun Məcid.

Allahummə bərik alə Muhəmmədən va alə ali Muhəmməd. Kəmə bərəkətə alə İbrahimə va ala ali İbrahim innəkə Hamidun Məcid. Rabbənə ətinə fid-dünya hasənətən va fil-axirəti hasənətən və qina azəbən-nər. Birahmətikə ya erhamər-Rahimin.

Rabbənəğfirli va li-validəyyə va lil-mumininə yavmə yaqumul-hisəb” dedikdən sonra:

11. Salam verilir. Salam verərkən baş əvvəl sağ tərəfə çevrilir, gözlər isə sağ çiyinə dikilir və “Əssələmu aleykum və rəhmətullah” deyilir. Daha sonra isə baş sol tərəfə çevrilir, bu zaman isə gözlər sol çiyinə dikilir və yenə də: “Əssələmu aleykum va rəhmətullah” - deyilir.

Bununla da sübh namazının fərzi bitmiş olur. 

 

Suallarla İslam

Müəllif:
Suallarla İslam
Subject Categories:
Read 22.535 times
In order to make a comment, please login or register