Vitr namazının qəzası varmıdır?

The Details of the Question
vitr namazina qeza dusur??xahiw edirem konkret cvb yazin biri deyir dusur biri deyir dusmur
The Answer

Dear Brother / Sister,

     Salam aleykum .

     Vitr namazına qəza düşür.

Vitr: Lüğətdə «tək olan şey» ə deyilir. Istılahta isə, şam namazından sonra qılınan üç rükətli namazın özəl adıdır.

a) Vitr namazı sünnə ilə sabit olmuşdur. Edilən səhih rəvayətdə . buyurulur ki:

«Şübhəsiz ki, Allah sizə bir namaz artıq etdi; xəbəriniz olsun ki o, vitr'dir. Bu namazı işa ilə sübh arasında qılın.» (Əhməd bin Hənbəl - Nasbu'r-Rayə / Zeylai.)

Hz. Xədicə (Allah ondan razı olsun) 'dən edilən rəvayətdə deyilir ki: Rəsulullah (sallallahu aleyhi və səlləm) Əfəndimiz çıxa gəldi və belə buyurdu:

«Şübhəsiz ki, Allah sizə bir namaz ilə lütf etdi; o namaz sizə qırmızı tüklü dəvələrdən daha xeyirlidir; o vitr namazıdır. Onun sizə işa ilə fəcr doğulana qədər keçəcək zaman içində məşru etdi.» (Əbu Davud - Tirmizi - İbn Macə.)

b) Bu hədislərin işığı altında İmam Əbu Hənifə`dən üç rəvayət edilmişdir:

1. Vitr namazı fərzdir,

2. Vitr namazı müəkkəd sünnədir,

3. Vitr namazı vacibdir.

Vacib olduğuna dair edilən rəvayətin, İmamın ən son bu mövzuda çıxardığı bir hökmdür. Səhih olan da budur. Hənəfi imamları bu rəvayəti əsas qəbul edərək vitr namazının vacib olduğuna qərar vermişlər. (Əl-Muhit / Radıyüddin Səraxsi.)

Əgər vitr namazı işa vaxtına bağlı bir sünnə olsaydı, gecənin sonuna gecikdirilməsi məkruh olardı. Halbuki bu namazın işa ilə sübh arasındakı zaman içində qılına biləcəyi ifadə edilmişdir. Digər tərəfdən yatsının son iki rükət sünnəsini gecənin sonuna gecikdirmirik; çünki o, şam(yatsı) namazına tabedir. (Ət-Təbyîn / Zeylai.)

Vitr namazı Hənəfi məzhəbinə görə vacib olduğundan onu, ayaqda dayanıb qılma gücü olduğu halda oturaraq qılmaq məkruh sayılmış, bunun kimi minik üzərində-bir üzr olmadıqca-qılınması da eyni hökmə bağlanmışdır. (Əl-Muhit / Səraxsi - Fətava-yi Hindiyyə.)

Vitr namazı yenə vacib olduğundan istər unudularaq, istər qəsdən tərkedildiyi təqdirdə qəzası lazımdır. Bunun kimi, Vitr namazına vitr niyyəti gətirmədən qılınması da caiz sayılmamışdır. (Əl-Kafi - əl-Kifayə.)

Vitr namazı qəza edildiyində yenə qunut duasıyla birlikdə qəza edilər. Çünki bu duanı oxumaq da vacibdir.

Vitr namazı, yuxarıda da ifadə etdiyimiz kimi, üç rükətdir, bir salamla qılınır. (Əl-Hidayə / Merginani.)

 

Cəlal İldırım, Qaynaqlarıyla İslam Fiqhi, Uysal Kitabevi: 1/376-377.

Vitr namazı neçə rükətdir, vaxtı nə zamandır, sünnədi, yoxsa vacib , hansı vaxtda qılmaq daha fəzilətlidir və əhəmiyyəti nədir?


Suallarla İslam

Müəllif:
Suallarla İslam
Subject Categories:
Read 11.638 times
In order to make a comment, please login or register