Yeni doğulan uşağın qulağına azan və iqamə oxunması haqqında məlumat verərsiniz?
Submitted by on Fri, 26/02/2010 - 19:52
Dear Brother / Sister,
Qulağına azan və iqamə oxuyaraq uşağa ad qoymaq: Bu adət şəxsən Peyğəmbər Əfəndimizdən gəlməkdədir. Tirmizidə nəql edildiyinə görə, Hz. Həsən dünyaya gəlincə Peyğəmbərimiz onun sağ qulağına azan oxumuşdur. (1)
Hz. Hüseynin rəvayətinə görə isə Peyğəmbərimiz bu adətlərinin hikməti barəsində də belə buyurmuşlar:
"Kimin bir uşağı olar da, sağ qulağına azan, sol qulağına iqamə oxusa, o uşağa ümmüsıbyan xəstəliyi zərər verməz (cin zərər verməz)." (2)
Azan və iqamə uşağa edilən ilk iman təlqinidir. Çünki azanın məna və məzmununda təkbir, tövhid, peyğəmbərlik və namaz kimi dinin əsaslarıdır.
Ad verilərkən, uşağa gözəl, İslami adların verilməsinə diqqət yetirilməlidir. Bu barədə Peyğəmbərimizin bir çox tövsiyə, xəbərdarlıq və tətbiqləri vardır. Bu hədislərdən birinin tərcüməsi belədir:
"Qiyamət gününündə öz adlarınız və atalarınızın adlarıyla çağırılacaqsınız. Elə isə adlarınızı gözəl qoyun. "(3)
Uşağın adının doğulduğu günün axşamında verilməsi tövsiyə edilməkdədir; lakin yeddinci günə qədər də təxirə salına bilər.
Azan və iqamə işini hər kəs edə bilər. Namazdan əvvəl oxunan iqamə sol qulağa oxunar.
(1) Tirmizi, Edaha:15.
(2) Feyzü'l-Kadir,6:237.
(3) Buxari, Ədəb: 108.
Məmməd Paksu, Çağın Gətirdiyi Problemlər
Suallarla İslam
- Peyğəmbərimizin uşaqları haqqında məlumat verərsiniz?
- Bismillah və onu oxumanın fəziləti haqqında məlumat verərsiniz?
- Bəsmələi şərif və onu oxumanın fəziləti haqqında məlumat verərsiniz?
- Hz. Yunus peyğəmbər haqqında məlumat verərsiniz?
- İstimna / masturbasiya, öz-özünə tatminin (qane olmaq) dini hökmü, zərərləri, xilas olma yolları haqqında məlumat verərsiniz? Tibbə görə yetkinlik yaşında olanların bunu etməsi çox təbii qarşılanır...
- Çörək otu ilə əlaqədar hədislər haqqında məlumat verərsiniz?
- Ələq surəsi ilk enən surə ola bilərmi? İlk ayəsinin təfsirini verərsiniz?
- Üz üstü yatma və yuxu ədəbi haqqında məlumat verərsiniz?
- Dəccal və Süfyan haqqında məlumat verərsiniz?
- Peyğəmbərimizin uşaqları haqqında məlumat verərsiniz?