Əməntu, İslâm dininin iman əsaslarını ana xətləriylə ifadə edən termindir. Ərəbcədə əmənə felinin birinci şəxsinin təki olan və “inandım” mənasına gələn Əməntu, Qur`an'da üç yerdə, söz sahibinin imanını açıqlayarkən işlətdiyi bir ifadə olaraq keçər.(bax. Yûnus Surəsi, 190; Yâsîn Surəsi, 36-25; Şûrâ Surəsi, 42/15.)
Şûra sûrəsində doğrudan doğruya Hz. Peyğəmbər sallallahu aleyhi və səlləm'ə “Əməntu” deməsi əmr edilir. Buna əsasən Əməntunun Qur`an'da yer alan bir termin olduğunu söyləmək mümkündür.
Əməntu, hər Müsəlmanın inanması, qəbûl edib təsdiq etməsi fərz olan îman əsaslarından ibarətdir.
Əməntu'da yer alan îman əsasları 6'dır və bunlardır:
1. Allah'a inanmaq,
2. Mələklərinə inanmaq,
3. Kitablarına inanmaq,
4. Peyğəmbərlərinə inanmaq,
5. Âxirət gününə, öldükdən sonra dirilməyə inanmaq,
6. Qədərə, xeyir və şərrin Allah'dan olduğuna inanmaq.
Əməntu'nun ifadəsi belədir:
Əməntu billəhi va mələikətihî və kutubihî və rusulihî vəl-yəvmil-əxiri və bil-qədəri xayrihî və şərrihî minallahi təâlə vəl-ba'su ba'dəl-məvt haqqun əşhədu əllə iləhə illəllah və əşhədu ənnə Muhammədən abduhû və rəsûluh.
Mənâsı is belədir:
Əməntu billəhi: Mən Allah'ın varlığına, (bir)liyinə, tayı və bənzəri olmadığına, bütün ucalıqlara sahib və hər cür nöqsanlardan münəzzəh olduğuna inandım.
Və mələikətihî: Allah'ın mələklərinə də inandım.
Və kutubihî: Allah'ın Kitablarına da inandım.
Və rusulihî: Allah'ın Peyğəmbərlərinə də inandım.
Və'l-yəvmil-əxiri: Âxirət gününə də inandım.
Və bil-qədəri xayrihî və şərrihî minallahi təâlə: Qədərə də, bizə yaxşılıq və pislik,xeyir və şər olaraq görünən her şey'in Allah'ın elmi, qanunu və yaratmasıyla olduğuna da inandım.
Və'l-ba'su ba'də'l-məvti: Öldükdən sonra dirilməyə (və diriləcəyimə) də bütün qəlbimlə inandım. Hamısı haqq və gerçəkdir.
Əşhədu əllə iləhə illəllah və əşhədu ənnə Muhammədən abduhû və rəsûluh: Mən şəhâdət edirəm ki, Allah'dan başqa heç bir ilâh və həqiqî məbud yoxdur və yenə şəhadət edirəm ki, Hz. Muhamməd, Allah'ın qulu və peyğəmbəridir.
Bu son cümləyə Kəliməyi Şəhadət, yəni, şəhadət cümləsi deyilir.
Most Read in the Category of 100 Sualda İman
İman, qəlb və vicdanla əlaqədar bir haldır. İman əsaslarına qəlbdən inanıb bağlanan bir kimsə, mömin, yəni, îmanlı sayılır. İmanda əsl olan, qəlbin təsdiqidir.
Necə ki, bir çəyirdək böyüyüb ağac olana qədər böyük bir təkmilləşmə və inkişaf göstərirsə, iman da elədir.
İslâm âlimləri, imânı öncə iki mərtəbəyə ayırmışlar:
1- Təqlidi iman,
2- Təhqiqi îman ...
Təqlidi iman: Ana - atadan, müəllimdən, mühitdən duyduğu və öyrəndiyi şəkildə, məsələ üzərində heç bir ağıl işlətmədən îman əsaslarına bağlanmaq deməkdir. Təqlidi iman, inanc əsaslarına, şüuruna və təfərrüatına vaqif (bələd, xəbərdar) olaraq bir inanma olmadığı üçün, xüsusilə də bu zamanda bəzi şübhə və vəsvəsələrə məruz qala bilər və sarsılıb yıxılma təhlükəsi keçirə bilər:
Təhqiqi îman isə: İmâna âid bütün məsələləri dəlilləriylə, təfsilatlı və təfərrüatlı bir surətdə bilmək, təsdiq etmək, tərəddüdsüz inanmaqdır. Belə bir îman şübhə və vəsvəsələr qarşısında sarsılıb yıxılmaqdan özünü qoruya bilər.
Təhqiqi îmanın da bir çox mərtəbəsi vardır. Bu mərtəbələri Islâm âlimləri başlıca üç hissəyə ayırmışlar:
1- İlmə'l-yəqîn mərtəbəsi: İmani məsələləri elim ilə, tam təfərrüat və təfsilatıyla, dəlilləriylə bilmək və inanmaqdır.
2- Aynə'l-yəqîn mərtəbəsi: İmani məsələləri gözlə görmüş, doğruluqlarını birbaşa müşahidə etmiş kimi bilmək və inanmaqdır. Gözlə görməklə elmən bilmək, insana qənaət (yəqinlik) verməsi baxımından çox fərqlidir. İnsan bir şey'i tərəddüdsüz, qəti olaraq bilə bilər, amma bir də gözləriylə görüncə yəqinlik qat qat artar.
3- Haqqa'l-yəqîn mərtəbəsi: İmani məsələləri görməkdən başqa, birbaşa yaşayaraq, içinə girərək qəbul və dərk etmək deməkdir. İmanın bu üç mərtəbəsini izah baxımından belə bir misal verilməkdədir: Bir yerdən duman yüksəldiyini uzaqdan görməklə insan bilər ki, o yerdə atəş yanmaqdadır. Dumanı görmək surətiylə atəşin varlığını bilmək, ilmə'l-yəqîn inanmaqdır. Sonra, duman çıxan yerə gedib atəşi gözümüzlə gördüyümüzü fərzetsək, bu da atəşin varlığına aynə'l-yəqîn inanmaqdır. Bir də atəşin birbaşa yaxınına gedib istiliyini hiss etmək, əlimizi alova doğru uzadıb yandırmağını hiss etmək surətiylə atəşin varlığını bilmək vardır ki, buna da haqqa'l-yəqîn inanma deyilir.
İman iki qismə ayrılır:
1. İcmalî îman,
2. Təfsilî îman.
İcmâli İman Nə Deməkdir?
Peyğəmbərimizin Allah`dan alıb xəbər verdiyi şeylərin hamısına birdən, topluca inanmaq deməkdir.
Bir kimsə, mənâsını bilərək və qəbûl edərək:
"Lə iləhə illəllah Muhammədun Rasulullah" desə icmalî olaraq îman etmiş olar.
Bu cümləyə, Kəlimə-yi Tövhid deyilir. Mənâsı budur:
Lə iləhə illəllah: Allah'dan başqa heç bir ilâh və həqiqî məbud yoxdur.
Muhammədun rasûlullah: Muhamməd (asm), Allah'ın Rəsûlu və Peyğəmbəridir.
Təfsilî İman Nəyə Deyilir?
Peyğəmbərimizin Allah'dan xəbər verdiyi şeylərin hər birini dəlilləriylə bilib inanmaqdır. Digər bir ifadə ilə, dinin zəruriyyətini bütün təfsilât və təfərrüâtıyla öyrənib təsdiq etmək deməkdir.
Dînin Zəruriyyəti Nədir?
Dînin zəruriyyəti, Âməntu'da yer alan 6 îman əsası ilə dînin namaz, oruc, həcc, zəkât kimi fərz qıldığı ibâdətlər və adam öldürmək, içki içmək, zinâ etmək kimi haram saydığı əməllərdir.
Bunları, hər Müsəlmanın təfərrüâtı ilə bilməsi və inanması şərtdir.
İmân, mahiyyət etibarilə, Allah`ın insanlara ən böyük lütf və ehsanıdır. Allah onu dilədiyi quluna nəsib edər. Amma bu nəsiblənməkdə, qulun heç bir rolunun olmadığı da söylənilə bilməz.
Əksinə, insan əvvəla öz seçim və iradəsini istiadə edərək, îman və hidâyətə istəkli olacaqdır. Bu tələb və istək üzərinə Cənâb-ı Haqq da ona îman və hidâyət nəsib edəcəkdir. Bu səbəblə İslâm böyükləri îmanı, "Cənab-ı Haqq'ın, istədiyi qulunun qəlbinə, o qulun cüzî iradə və ixtiyarını sərf etməsindən sonra qoymuş olduğu bir nûrdur" deyə təsvir etmişlərdir.
İman nədir?
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/iman-islam-v%C9%99-ihsan-h%C9%99disinin-izahi
----------------------
----------------------
1. Allaha İman
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/tovhidin-%C9%99qli-isbati
----------------------
----------------------
2. Mələklərə İman
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/m%C9%99l%C9%99kl%C9%99rin-varliginin-%C9%99qli-isbati
-----------------------
-----------------------
3. Peyğəmbərlərə İman
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/peyg%C9%99mb%C9%99r%C9%99-iman-ruknu-1
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/peyg%C9%99mb%C9%99rliyin-%C9%99qli-isbati-1
----------------------
----------------------
4. Kitablara İman
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/qurana-etirazlar-v%C9%99-cavablari
------------------------
------------------------
5. Axirətə İman
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/axir%C9%99t-h%C9%99yatinin-%C9%99qli-isbati?fbclid=IwY2xjawQm1eJleHRuA2FlbQIxMQBicmlkETFqUGpRY2JZNUROU0xTeEdFc3J0YwZhcHBfaWQQMjIyMDM5MTc4ODIwMDg5MgABHrCvIDhQkzJ9AKrFSm1DDYCIbV25mxYpJwmQT_1MrrHKln99WfQBm2wE3klZ_aem_ojf5e0DSMgD1ReBHmsyMDg
-------------------------
--------------------------
6. Qədərə İman
İmanı nəsib edən də Allahdır. Buna baxmayaraq Allah bu imanı diləyən quluna verməkdədir. Qul
Allahdan hidayəti diləyər Allah da ona nəsib edər.
Sad-ı Təftəzaninin təfsirinə görə İman; "Cənabı-Haqqın, istədiyi qulunun qəlbinə, onun cüzi
ixtiyarının sərf edilməsindən sonra qoyduğu bir nurdur." deyilmişdir. (Səid Nursi(R.H), İşaratul-İcaz)
