Most Read in the Category of İman həqiqətləri

1-) Arılar arı şanını necə hazırlayırlar?

Arı pətəklərinin əsas inşaat vəsaiti arı şanıdır. Arılar arı şanını qarınlarının alt hissəsində yerləşən 4 cüt ifrazat vəzindən ifraz edirlər. Bu ifrazat vəzilərinin bitişdiyi yerdə iki kiçik boşluq var. Arı şanı bu boşluqlarda kiçik pulcuqlar şəklində meydana gəlir. Arılar bu kiçik təbəqələri götürmək üçün arxa ayaqlarında tüklərdən ibarət olan qarmaqlardan istifadə edirlər. Onu arxa ayaqları ilə çəkib çölə çıxarırlar. Sonra irəli itələyərək əvvəl orta, sonra ön ayaqlarına çatdırırlar (Arıların 6 ayağı var). Nəticədə həmin şanı çənə sümükləri ilə götürür və yoğuraraq istifadə ediləcək vəziyyətə salırlar.

 

Bir şan pulcuğu alınan kimi, onun yerinə dərhal ikincisi çıxır. Arı şanının ifraz olunması üçün ən əhəmiyyətli ünsür istilikdir. Buna görə işçi arılar pətək qurmağa başladıqları zaman bir-biri ilə zəncir kimi birləşir, sanki yumağa çevrilirlər. Bu sayədə arı şanı üçün lazım olan 350C temperatur təmin edilmiş olur. Beləliklə, ən uyğun temperaturda yoğurma əməliyyatı aparılır və plastikləşdirilmiş, inşaata əlverişli arı şanı hazır olur.

 

Arı şanı hazırlamaq üçün çox enerji tələb olunur. Bu səbəbdən, arılar 1 kq. arı şanını hazırlamaq üçün təxminən 22 kq. baldan istifadə edirlər. Arılar arı şanını ifrazat vəzilərindən hər dəfə təxminən bir iynə ucu böyüklüyündə hissələr halında çıxarırlar.

 

Bu nisbətə diqqət yetirdiyimiz zaman arı şanının niyə bu qədər qiymətli olduğunu anlaya bilərik. Arılar ən kiçik şan qırıntısını belə qiymətləndirərək arı şanından maksimum istifadə edirlər. Hətta bir pətəyi tamamilə tərk edəcəkləri zaman baldan istifadə edərək arı şanı hazırlamaq əvəzinə, köhnə şandan bal mumu daşıdıqları müşahidə edilmişdir. Bu mövzuda tədqiqat aparan alman alimi Dr. N.Koeniger başqa yerdə yeni şan hazırlamaq üçün köhnə pətəyi tərk edən arı koloniyası tapmışdır. Səhəri gün işçi arıların pətəyə geri döndüyünü müşahidə edən Koeniger arıların köhnə yuvalarından arı şanı gəmirdiyini və bunları yeni yuvalarına daşıdığını təsbit etmişdir. Arıların bu davranışlarının səbəbi arı şanının hazırlanmasında çoxlu enerjiyə ehtiyac duymalarıdır.

 

Arılar iynə ucu böyüklüyündə hissələrdən düzəltdikləri arı şanını ağıllı şəkildə istifadə edərək ən az arı şanı ilə ən çox pətək istehsal edirlər. Məsələn, arıların 22.5x37 sm. ölçüdəki pətək üçün yalnız 40 qr. arı şanından istifadə etdikləri müəyyən olunmuşdur. Ağırlığı 40 qr. olan bu pətək təxminən 2 kq. bal saxlaya bilir.

 

 

Arı şanı necə ortaya çıxıb?

 

Arıların pətək istehsalı arı şanından asılıdır. Arı şanı kimi pətək istehsalı üçün çox əlverişli maddəni arıların hazırlaması yaradılış möcüzəsidir.

 

Təkamülçülər arıların bu xüsusiyyətlərlə ilk ortaya çıxdıqları zaman sahib olmadıqlarını və bütün xüsusiyyətlərinin uzun zaman ərzində bir-birini izləyən təsadüflər nəticəsində reallaşdığını iddia edirlər. Bu vəziyyətdə təkamülçülərin bu iddialarının etibarsızlığını suallarla araşdıraq.

 

Əvvəlla, haqqında heç bir məlumatları olmadıqları arı şanının tərkibini arılar necə tapıblar?

Necə olub ki, hər arı eyni düsturu, eyni ölçünü səhv etmədən milyonlarla ildir saxlaya bilir?

Arılar arı şanı kimi ideal vəsaiti bədənlərində necə meydana gətiriblər?

 

Arıların hər hansı bir şəkildə pətəyin xammalı olan arı şanını hazırlamağı bacardıqlarını fərz edək. Bu müvəffəqiyyət öz-özlüyündə heç bir şey ifadə etməyəcək. Çünki arı, eyni zamanda, inşaat üçün lazım olan bütün texniki məlumat və bacarığa da sahib olmalıdır.

 

Arının bu xüsusiyyətlərə təsadüfən sahib olduğunu fərz edək. Bu da kifayət etməyəcək. Arı bu məlumatı koloniya üzvlərinə də öyrətmək məcburiyyətindədir. Onların bədənlərində də arı şanı çıxarmaq üçün lazım olan sistemi meydana gətirməlidir. Bundan başqa, sonrakı nəsillərə də bu məlumatı və istehsal sistemini ötürmək məcburiyyətindədir.

 

Bundan əlavə, bütün arılar birlikdə işləmək üçün əmək bölgüsü aparmalıdırlar. Çünki arıların hər birinin pətək düzəltmək bacarığına sahib olması yetərli deyil. Arılar birlikdə qrup şəklində iş görmək üçün ağıla və şüura sahib olmalıdırlar. Çünki arıların bu qrupu necə təşkil etdikləri, aralarında ünsiyyətin necə təmin edildiyi, on minlərlə arının qaranlıq şanda qarışıqlıq çıxarmaması kimi bir çox sual da cavablandırılmalıdır.

 

Ağıllı insan yuxarıda saydığımız bu mərhələlər üzərində vicdanən düşünsə kifayətdir. Arı kimi bir canlının pətək hazırlaması, bu pətəkləri lazımi şəkildə istifadə etmək bacarığına sahib olması, əlbəttə ki, təsadüflərlə açıqlana bilməz. Bu inşaat qabiliyyəti nə arının ölçüsünə, nə sahib olduğu beyin tutumuna, nə də ağıl və şüuruna uyğun gəlmir.


 

Arının bu qabiliyyətlərini yer üzündəki ağıl və şüur sahibi yeganə varlıq olan insanla müqayisə edək. İnsan öz istəyi ilə bədənində yeni ifrazat meydana gəlməsini təmin edə bilərmi? Məsələn, ehtiyac duyduğu anda tüpürcək vəzlərinin tüpürcək hazırlamasını təmin edən sistem hazırlayıb, bunu bədəninə yerləşdirə bilərmi? Əlbəttə ki, insanın belə bir şey edə bilməyəcəyini hər kəs bilir. O halda insanın ağıl və şüur sahibi bir varlıq olaraq edə bilmədiyini, arıdan gözləmək məqbuldurmu?

 

Nə arı, nə də yer üzündəki başqa bir canlı öz istəyi ilə bədəninə yeni orqanlar əlavə edə bilməz, ifraz edə bilməz. Arıların dizayn və möcüzəvi qabiliyyətləri açıq-aşkar Yaradıcı tərəfindən var edildiklərini sübut edir. Arılar da yer üzündəki digər canlılar kimi Allah tərəfindən yaradılmışlar. Allah arılarda insanların düşünüb ibrət alması üçün bənzərsiz ağlından nümunələr göstərir. Allah hər şeyə güc çatdırandır. Ağıl sahibi insanın üzərinə düşən vəzifə isə vicdanının səsini dinləyərək, etdiyi hər işdə Yaradıcısı olan Allaha yönəlmək və bütün həyatını Onun əmrlərinə uyğun istiqamətləndirməkdir:

 

De: “Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqlara və gözlərə hakim olan kimdir? Ölüdən diri çıxaran, diridən də ölü çıxaran kimdir? İşləri yoluna qoyan kimdir?” Onlar deyəcəklər: “Allah!” De: “Bəs (belə olduğu halda) (Allahdan) qorxmursunuz?” (Yunus surəsi, 31)


2-) Təbiətdəki memarlar.

Bir hepard qaçmaq üçün hazırlanmış mükəmməl skelet sisteminə və əzələlərə malikdir. Ustalıqla uçan qartal dünyanın ən yaxşı aerodinamik dizaynı ilə yaradılmışdır. Balıqlar suda üzmək üçün yaradılmış xüsusi dəri quruluşuna və bədən sistemlərinə malikdir. Canlıların bədənindəki qüsursuz dizaynlar hər bir canlının Allah tərəfindən yaradıldığını bizə xatırladır. Ancaq qüsursuz bədənə sahib olmaq kifayət deyil, eyni zamanda heyvan bu bədəni necə istifadə edəcəyini də bilməlidir. Bir quşun qanadları onlarla uçmağı, süzməyi və yerə enməyi qüsursuzca bacardığı zaman işə yarayar.

 

 Belə ki, hər bir canlı əhatə oldunduğu təbii şəraitdə ən uyğun şəkildə davranır. Heyvanlar sanki bu dünyaya öyrədilərək gəlmişlər. Bu təlimin heyrətamiz nümunəsi isə  ustalıqla tikdikləri evlərdir.

 

Çöl arılarının palçıqdan düzəltdikləri evlər, bəndlər tikən qunduzlar, mükəmməl torlar hörən hörümçəklər, dənizin dibində möhkəm evlər düzəldən balıqlar, xüsusi havalandırma təsisatı ilə qüllələr tikən termitlər təbiətdəki memarlardan yalnız bir neçəsidir. Əvvəlcə hörümçəklərin memarlıqlarına nəzər salaq:

 

Hörümçəklərin memarlıq möcüzəsi - torlar

 

Hörümçəklər memarlıq qabiliyyətlərini öz bədənlərindən ifraz etdikləri ipək torlarla sərgiləyirlər. Hörümçək ipi eyni qalınlıqdakı poladdan 5 dəfə möhkəmdir. Havada sürətlə uçan böyük ağcaqanadlar belə, hörümçək torunun möhkəm və elastik tələsindən xilas ola bilmirlər.

 

Qaradul hörümçəyinin torunda yapışqan damlalar olur. Bu tora düşən ovun azad olması qeyri-mümkündür. Hörümçək toru yapışqan, elastik və heyrətamiz dərəcədə möhkəmdir. Hörümçək toruna düşən hər canlının titrəşmələrini hiss edir və tezliklə onu tutur. Tor ipliyinin düzəldildiyi yer isə hörümçəyin arxa qismidir. Xüsusi bir orqandan ifraz etdiyi ipliyi ayaqları ilə tutub çəkir. İpliyin üzərindəki yapışqan damlalar əslində yumaq halındakı iplik dəstələridir. Lazım olduğunda bunlar açılır və tor asanlıqla əyilir.

 

Hörümçəyə bu memarlıq möcüzəsini qazandıran, şübhəsiz ki, Allahın bu canlıya verdiyi ilhamdır.

 

Kağızdan evlər düzəldən çöl arıları

 

Memarlıq qabiliyyəti ilə məşhur olan başqa bir canlı isə çöl arısıdır. Çöl arısının bu növü taxta parçalarını gəmirərək ağızında sellüloza vasitəsilə kağız düzəldir. Sonra da düzəltdiyi kağızdan istifadə edərək özünə dairəvi ev tikir.

 

Tavana yapışdırdığı bu kağız yuvanın içində, eynilə bal arıları kimi altıbucaqlı pətəklər düzəldir. Hər altıbucaqlı pətəyin tavanına bir yumurta yapışdırır. Təxminən üç həftə sonra yumurtalardan sürfələr çıxır. Sürfələr heyrətamiz bir şüur nümayiş etdirərək analarının açıq  qoyduğu pətəklərin üzərini hörürlər. Beləliklə də öz ağırlıqları səbəbindən aşağı düşməkdən xilas olurlar. Bir neçə həftə də böyüdükdən sonra yetkin arılar şəklində pətəklərindən çıxırlar.

 

Bala arılar vaxt itirmədən həyata atılırlar. Gördükləri hər iş onları yaradan Allah tərəfindən ilham edilir.

 

Balalar analarının başladığı inşaatı böyüdürlər. Ortaya olduqca böyük "düşərgə" çıxır. Arıların yuvası artıq çox mərtəbəli evə çevrilir. Burada doğulan hər bir çöl arısı ona verilən ilhama dəqiqliklə əməl edəcək.

 

Dibçək  ustası

 

Dibçəkçi çöl arısı nəmli torpağı ağız ifrazatı ilə qarışdıraraq yapışqan palçıq düzəldir. Düzəltdiyi bu palçıqdan istifadə edərək düz dibçəklər düzəldir. Eynilə insanların dibçək istehsalı texnikasında olduğu kimi, fasiləsiz fırlanaraq palçığa forma verir. Dibçəyin üstünə qapağını əlavə etməyi də yaddan çıxarmır. Hər şey qurtardıqda arı bədəninin arxasını dibçəyin ağız qisminə gətirir və içəriyə bir yumurta qoyur. Dibçəyə bir az qida də əlavə etdikdən sonra ağızını möhürləyir və uçub gedir. Yumurtadan çıxan sürfə bir müddət sonra dibçəyi qırıb çölə çıxacaq və həyata təkbaşına addım atacaq.

 

Çölə çıxan balalar təhsil almadan, eynilə anaları kimi qüsursuz dibçəklər tikməyə başlayırlar. Sahib olduqları bu mükəmməl sənət onlara Allah tərəfindən ilham edilmişdir.

 

Nəticə

 

Bu cür ağıllı davranışlar qarşısında təbiətdəki canlıların təsadüfən meydana gəldiyini iddia edən təkamül nəzəriyyəsi susur. Çünki müasir elmi kəşflər Darvinin iddialarını tamamilə təkzib edir.

 

Paleontologiya, yəni qalıq elmi müxtəlif canlı qruplarının yer üzündə birdən ortaya çıxdıqlarını və yüz milyonlarla ildir təkamül keçirmədiklərini göstərmişdir. Anatomiya və biokimya canlılarda çox mürəkkəb dizaynların olduğunu, bunların təsadüfən ortaya çıxa bilməyəcəyini isbat etmişdir.

 

Bioloji müşahidələr isə təbiətdə canlı növlərini bir-birinə çevirən mexanizmlərın olmadığını ortaya qoymuşdur.

 

Bu cür səbəblərlə bu gün Darvinizm elmi cəhətdən süqut etmiş nəzəriyyədir. Bundan əlavə, canlılardakı ağıllı və şüurlu davranışlar bizə yaradılışı sübut edir.

 

Burada bir neçə nümunəsini gördüyümüz təbiətdəki usta memarlar heyrətamiz memarlıq əsərləri ilə, əslində, onları yaradan Allahın onlara verdiyi qabiliyyətləri bizə tanıdırlar. Bütün canlıları yaradan və onlara davranışlarını ilham edən uca Allahdır. Bir Quran ayəsində Allahın canlılar üzərindəki hakimiyyəti belə açıqlanır:

 

Göylərdə və yerdə kim varsa, Ona məxsusdur. Hamısı Ona təzim edir. (Rum surəsi, 26)

 

Allahın verdiyi ilham və qabiliyyətlərlə arxitektura möcüzələri yaradan başqa canlı da vardır ki, yer üzünün ən görkəmli əsərləri ona aiddir: Bu, insandır.

 

Hal-hazırda bir çox adam bu həqiqətin fərqində deyil. İnsanların əsərləri qarşısında yalnız bu insanlara heyran olurlar. Halbuki insana bədənini, hisslərini, ağlını və xəyal gücünü verən də, ona sənət və zəriflik duyğularını ilham edən də Allahdır.

 

 İnsan əsəri sayılan möcüzələr, əslində, Allahın sonsuz sənət və məlumatının bir təcəllisidir.

 

Buna görə də gördüyümüz hər cür gözəllik, zəriflik və ehtişam qarşısında heyrana və tərifə layiq olna əsl varlıq bütün bu anlayışları yaradan və bunları yaratdığı canlılara istədiyi kimi ilham edən Uca Allahdır. Tərifin Allaha aid olduğu bir Quran ayəsində belə buyurulur: tərif göylərin Rəbbi, yerin Rəbbi və aləmlərin Rəbbi Allahındır.

 

Göylərdə və yerdə böyüklük yalnız Ona məxsusdur. O, Qüdrətlidir, Müdrikdir. (Casiyə surəsi, 36-37)


3-) Nəhl surəsi 68-ci ayətin təfsiri (3)

Allah Quranın bir çox ayəsində yerdə və göydə olan qüsursuz nisbətə diqqət çəkir və bu mövzular üzərində düşünülməsini istəyir. Çünki düşünən insan Allahın ayələrini görür və Rəbbinə daha da yaxınlaşır.

 

Quranda bəzi canlılara xüsusi diqqət çəkilmişdir. Bu canlılardan biri də arılardır. Arılar haqqında demək olar ki, hər kəsin müəyyən qədər məlumata sahib olduğu canlılardır. İndi də bu canlılar haqqında bir neçə sual verək. Arılar nəyi hazırlayırlar? Bu, hər kəsin cavabını bildiyi sualdır; arılar bal hazırlayırlar, pətək inşa edirlər. İndi də belə sual verək: Bəs arılar nəyə görə bal hazırlayırlar?

 

Bəzi insanlar bu sualın cavabının əhəmiyyətinin fərqində belə deyillər. Bəziləri isə heç bu barədə düşünməmişdir. Bəziləri də arının Darvinin dediyi kimi təkamül prosesi nəticəsində yarandığı fikrini müdafiə edir. Təkamülçülərin söylədiyi kimi təsadüflər zənciri üzrə uzun sürən zaman fasiləsindən sonra meydana gəlmişlər. “İnstinkt” adlanan qabiliyyət sayəsində arılar bal hazırlamağı öyrənmişlər. Ancaq sualın əsl doğru cavabı, insan üçün çox əhəmiyyətli olan mövzuya toxunur. Arı, bir çox mükəmməl qabiliyyəti ilə birlikdə Allah tərəfindən yaradılmışdır və Onun ilhamı ilə insanlar üçün bal hazırlayır.

 

İndi də Allahın Quranda bəhs etdiyi yaradılış dəlillərini araşdıraq.

 

Arılar cəmiyyət halında yaşayan canlılardır və pətəkdə həyatını keçirmək üçün birlikdə çalışırlar. 60-70 min arının yaşadığı bir pətəkdə nizam necə tənzimlənir? Necə olur ki qarışıqlıq düşmür? Bu şəkildə nizam yaratmaq arılaramı məxsusdur? Bütün bu suallara insanlarla arılar müqayisə edilərək cavab verilsə, onda pətəkdə yaradılmış olan qüsursuz nizam daha yaxşı başa düşüləcək.

 

Birlikdə iş görmək üçün cəm olmuş insan cəmiyyyətlərində ən çətin mərhələ, iş görmə planının və vəzifə bölüşdürülməsi zamanı müşahidə olunur. Əgər bəhs olunan yer fabrikdirsə, işçilərin üzərində nəzarətçilər, onların üzərində mühəndislər, mühəndislərin üzərində işə götürən heyətdən nümayəndə olur ki, işin gedişinə nəzarət etsin. Fabrikin faydalı işləməsi üçün olduqca böyük əmək və pul sərf olunur. Qısa və uzun müddət üçün fəaliyyət planları hazırlanır. İstehsal zamanı əvvəlcədən hazırlanmış çəkildə planlar qurulur və hər mərhələdə keyfiyyətə nəzarət edilir. Nəzarətçilərin, mühəndislərin, işə götürən heyətin nümayəndəsi və baş rəislərin hər biri vəzifələrinə gəlmədən əvvəl uzun müddət təlimdən keçmiş olurlar.

 

Ancaq bütün saydığımız misallar, əvvəlcədən təşkil olunmuş planların  qüsursuz şəkildə yerinə yetirilməsi nəticəsində, yüzlərlə insanın əməyi sayəsində mümkün olur.

Yüzlərlə ağıl və iradə sahibi insanı bir yerdə cəm edib işlətmək üçün  xüsusi incəliklə hazırlanmış plan lazım olduğu halda, on minlərlə arı heç bir insan cəmiyyətinin bacara bilməyəcəyi işi bacarır. Bəs necə bacarır? Bu sualın cavabını yenə insanlarla arıları müqayisə edərək cavablandıraq.

Arılar insanlar kimi təlim keçmirlər. Hər biri yarandığı gündən öz vəzifəsini həyata keçirməyə başlayır. Halbuki arılar, etdikləri işdən mənfəət əldə etmirlər.

Fabrikdə ən sıravi işçidən, idarə heyətinə kimi hər işçinin iş saatı, tətil hüququ varkən, arılar ömrü boyu dayanmadan işləyirlər.

 

Bəs onda belə qüsursuz nizamı təşkil edən nədir? Təsadüflər 60-70 min arını bir yerdə toplayıb da belə nizamlı işi təşkil edə bilərmi? On minlərlə arının hər birinə öz edəcəyi işi öyrədib, qarışıqlıq düşməsinin əngəlləyən sistemi yarada bilərmi?

Təbii ki xeyir. Təsadüflər qətiyyən nizam yarada bilməzlər. Təsadüflər ancaq və ancaq qarışıqlıq yarada bilər. Bütün kainatda olan nizam kimi, arıların həyatlarında da təsadüflərin olması imkansızdı.

 

Bir pətəkdə nizam daxilində yaşayan on minlərlə arının hər birini  nizam daxilində, fasiləsiz çalışdıran Allahdır. Arılar da digər canlılar kimi Allahın ilhamıyla hərəkət edirlər. Bu gerçəyi Allah Nahl surəsində də bildirmişdir:

 

Rəbbin bal arısına belə təlqin etdi:

 

“Dağlarda, ağaclarda və (insanların) düzəltdikləri çardaqlarda özünə pətəklər hör. Sonra bütün meyvələrdən ye və Rəbbinin (səndən ötrü) asanlaşdırdığı yollarla get”. (O arıların) qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır. (Nahl surəsi, 68-69)

 

Bir pətəkdə işçi arılar, ana arı və erkək arılar (truten) olur. İşçi arılar pətəkdəki bütün işi öz üzərlərinə götürürlər və böyüdükləri, yəni pupdan çıxdıqları andan ömürləri boyu inkişaf etdikləri müddət ərzində yerinə yetirdikləri vəzifələri də uyğun olaraq dəyişir. Işçi arılar ömrü boyu pətək daxilində müxtəlif işlərlə məşğul olurlar. İlk üç  gün ərzində pətəkdə təmizlik işlərinə baxırlar.

 

1.         Pətəkdə təmizlik: Pətəkdə təmizliyi arıların və sürfələrin sağlamlığı üçün vacibdir. Arılar pətəkdə lazımsız olan hər şeyi ətrafa daşıyırlar, daşıya bilmədikləri olduqda, yəni kənardan pətəyə daxil olmuş həşəratları gördükdə isə onları öldürürlər və xüsusi maddə ifraz edərək sanki həmin həşəratı mumyalayırlar. Diqqət çəkilsə burda qeyi-adi xırdalıqlar vardır. İlk öncə arılar onu da bilirlər ki, ölən canlı istər-istəməz müəyyən zamandan sonra öz bədən quruluşunu itirəcək və elə ona görə də əvvəlcədən tədbir alaraq həmin həşəratı mumyalayırlar. Beləki, arılar bu prosesi həyata keçirərkən özlərindən xüsusi maddə “propolis” ifraz edirlər. Propolisin xüsusiyyəti isə odur ki, daxilində bakteriyanın yaranmasını əngəlləyir. Yəni, mumyalama prosesini reallaşdırmaq üçün ən ideal maddədir. Bəs arılar bu maddənin həmin prosesi reallaşdırmaq üçün ideal olduğunu hardan bilirlər və bunu necə hazırlayırlar?

Arıların bu sahədə bilgilərinin olmadığı aşkardır. Öz- özlərinə nə ölən canlının müəyyən müddətdən sonra quruluşunu tamamilə itirəcək olmasından, nə propolis kimi maddənin mövcudluğundan, nə də ki mumyalama kimi prosesi həyata keçirməkdən başları çıxır. Ağıl və zəka lazım olan bu prosesləri təsadüflə reallaşdırmış deyillər. Bu bilgilər arılara yaradıcıları olan Allah tərəfindən ilham edilmişdir. 

 

2.         İşçi arılar: Bu arılar ilk 3 gündən sonra gələn bir həftə ərzində sanki baxıcılıqla     məşğul olurlar. Bədənlərində ifrazat üzvlərinin yaranması ilə sürfələrin qayğısına qalmağı özləri üstlənirlər. Sürfələrin qayğısına qalmaqla 3 və ya 10 günlük arılar məşğul olurlar. Sürfələrin bəziləri arı südü ilə, bəzisi də bal, çiçək tozu qarışıqları ilə bəslənirlər.

 

3.         Pətək qurucuları: 10 gündən sonra işçi arıların qarınlarındakı mum ifrazatı inkişaf etməyə başlayır və mum hazırlayacaq vəziyyətə gəlir. İşçi arılar mumla artıq pətək inşa edirlər.

 

4.         Gözətçi arılar: Bu arılar ilk 10 gün ərzində pətək inşa etməklə məşğul olurlar. Amma pupdan çıxdıqdan 20 gün sonra yenə vəzifələrini dəyişirlər. Bu dəfə pətək girişinə nəzarət edirlər. Arıların bədənində yenə dəyişiklik baş verir və sancma, zəhər ifrazı başlayır və gözətçi arılar pətək girişində növbələşərək pətəyə daxil olmaq istəyən həşəratları pətəkdən uzaqlaşdırırlar.

 

Xarici görünüşlərinə görə arılar bir-birilərinə bənzəyirlər. Bu bənzərliyə baxmayaraq pətəyə daxil olmaq istəyən yad arıları o andaca tanıyır və pətəkdən uzaqlaşdırır və ya öldürürlər. Bu məqamda ağlımıza belə bir sual gəlir ki, arılar bir-birilərini necə tanıyırlar?

 

Hər pətəkdə ana arının ifraz etdiyi kimyəvi maddə vardır və bu maddə pətəkdəki bütün arılar tərəfindən tanınır. Bundan əlavə pətəkdəki arıların hamısı həmin maddəni ana arıdan alırlar, yəni hər biri ana arı ilə eyni qoxuya malik olur. Həmin maddə hesabına pətəkdəki arılar bir-birilərini asanlıqla tanıyırlar.

 

Çiçək tozu toplayan arılar: Arılar cəmi 6 hətfə müddətində həyatlarının qalan hissəsini nektar toplamaqla keçirirlər.

 

İşçi arılar pətəkdəki bütün bu işləri həyata keçirərkən ana arının vəzifəsi isə dayanmadan yumurta qoyur. Bütün digər ehtiyaclarını isə işçi arılar qarşılayır.

 

İşçi arılar altı həftəlik həyatlarının axrına kimi nektar toplamaqla məşqul olurlar. Arılar topladıqları nektarı pətəyə daşıyarkən çinədandan istifadə edirlər. Sağdakı şəkildə çinədanı nektarla dolu  olan işçi arılar göstərilmişdir.

 

Arıların həyatlarındakı bu mərhələlər,  istər-istəməz insanda suallarin yaranmasına səbəb olur. Dünyaya yeni gözlərini açan canlı, arı kimi ağıl və zəkaya malik olmayan bir həşərat, necə olur ki, lazım olan işləri eynilə yerinə yetirir? Necə olur ki, bu canlının bədəni, əvvəlcə təmizliklə məşğul olmağı, bir anda xüsusi maddə ifraz etməyə və nəhayət sürfələrə baxmağa başlayır. 4-5 gün əvvəl özü sürfə olduğu halda, bunları necə bilir? Yenə birdən –birə orqanizması dəyişərək mum hazırlamağa uyğun vəziyyətə gəlir və birdən –birə bir inşaat işçisinə çevrilir və daha sonra yenə vəzifəsini dəyişərək gözətçiyə çevrilir.

 

İşçi arılar pətəkdəki hər cür nizamdan cavabdehdirlər. Balaca şəkildə qanadlarını çırparaq pətəyin isinməsinə çalışan, böyük şəkildə isə sürfələrin yerlərini təmizləyən işçi arılar göstərilmişdir.

 

Göründüyü kimi pətək daxilində qüsursuz nizam vardır və bu nizam 60-70 min arı arasında heç bir qarışıqlığa səbəb olmur. Bu qüsursuz nizamı yaradan və uzunmüddətliyini təmin edən heç şübhəsiz arıların ağlı, təcrübəsi və ya qüsursuz təşkilatçılıq qabiliyyəti deyildir. Arılar yer üzərində digər bütün canlılar kimi üstün elm sahibi olan Allaha təslim olmuş və Onun ilhamıyla hərəkət edirlər.


4-) Yarpaqlardakı mikroskopik fabrik.

17-ci əsrdə yaşamış Belçikalı fizik Jan Baptisa Van Helmont elmi təcrübələrindən birind söyüd ağacının böyüməsini müşahidə etdi və müxtəlif hesablamalar apardı. Əvvəl ağacın çəkisini çəkdi, 5 ildən sonra ikinci dəfə təkrar çəkdi və ağırlığını 75 kq artmış olduğunu gördü. Bitkinin böyüdüyü qabdakı torpağın çəkisini çəkdikdə isə, bu 5 illik zaman içində yalnız bir neçə qram azaldığını gördü. Fizik Van Helmont, bu təcrübəsində, söyüd ağacının böyümə səbəbinin yalnız saxsıdakı torpaq olmadığını aşkar etdi. Bitki böyümək üçün torpağın çox az bir qisimindən istifadə etdiyinə görə başqa bir yerlərdən qida almalı idi.

 

17-ci əsrdə Van Helmontun kəşf etməyə çalışdığı bu hadisə, bəzi mərhələləri indi də tam olaraq aydın olmayan fotosintez prosesidir. Yəni bitkilər öz qidalarını özləri istehsal edir. Bitkilər qidalarını istehsal edərkən yalnız torpaqdan faydalanmırlar. Torpaqdakı minerallardan əlavə, sudan və havadakı karbondioksiddən də istifadə edirlər. Bu xammalları götürüb yarpaqlarındakı mikroskopik fabriklərdə emal edərək fotosintez prosesini icra edərlər. Yarpaqlar xüsusi olaraq bitkilərin qida emal etmələri, tənəffüs etmələri üçün hazırlanmış quruluşlara sahibdirlər. Bir azdan təfərrüatı ilə görəcəyimiz bu dizaynın varlığı, əlbəttə ki bizə yarpaqları hazırlayan üstün güc sahibi Allahın varlığını sübut edən dəlillərdəndir. Allah bitkilərin yaradılışına bir ayəsində belə diqqət çəkməkdədir:

 

    Göydən sizin üçün yağmur endirən Odur. Ondan (o sudan) siz də, içində (heyvanlarınızı) otardığınız ağaclar (və otlar) da içər (ağaclar və otlar da onun vasitəsilə bitər). (Allah) onunla (o su ilə) sizin üçün əkin (taxıl, bitki), zeytun, xurma, üzüm və bütün (başqa) meyvələrdən yetişdirir. Düşünüb-daşınanlar üçün bunda (Allahın vəhdaniyyətini sübut edən) dəlillər vardır! (Nəhl Surəsi, 10-11)

 

Yarpaqların formalarındakı fərqliliyin səbəbi

 

Həm ümumi quruluş olaraq, həm də mikrobioloji baxımdan araşdırıldığında, yarpaqların enerji istehsalını maksimum təmin etmək üçün planlanmış, çox açıq və kompleks sistemlərə sahib olduqları görüləcək. Yarpağın enerji istehsal etməsi üçün istilik və karbondioksidi xarici mühitdən götürməsi lazımdır. Yarpaqlardakı bütün quruluşlar da bu iki maddəni asanlıqla əldə edəcək şəkildə təşkil edilmişdir. Əvvəlcə yarpaqların xarici quruluşlarını araşdıraq. Yarpaqların xarici səthləri genişdir. Bu da fotosintez üçün lazımlı olan qaz mübadiləsinin (karbondioksidin əmilməsi və oksigenin atılması kimi əməliyyatların) asan həyata keçməsini təmin edir.

 

Yarpağın yastı forması isə bütün hüceyrələrin xarici mühitə yaxın olmasını təmin edir. Bu sayədə də qaz mübadiləsi asanlaşır və günəş şüaları, fotosintez edən hüceyrələrin hamısına çata bilir. Bunun əksinə olan bir vəziyyəti nəzərdən keçirək. Yarpaqlar əgər yastı və incə bir quruluşda deyil də hər hansı bir həndəsi formada və ya mənasız təsadüfi bir şəkildə olsaydı, yarpaq fotosintez əməliyyatını yalnız günəş ilə birbaşa təmas edən bölgələrində reallaşdıra biləcəkdi. Bu da bitkilərin kifayət qədər enerji və oksigen istehsal edə bilməməsi ilə nəticələnəcəkdi. Bunun, canlılar üçün ən mühüm nəticələrindən biri də heç şübhəsiz yer üzündə bir enerji boşluğunun meydana gəlməsi olardı. Yarpaqlar bitkilərin həm  enerji istehsal edən stansiyaları, həm qida emal edən fabrikləri, həm də əhəmiyyətli reaksiyaları həyata keçirən laboratoriyalarıdır. Yarpaqlarda ən mühüm əhəmiyyət kəsb edən bu əməliyyatların necə reallaşdırıldığını anlamaq üçün yarpaqların fizioloji quruluşunu da qısaca araşdırmaq lazımdır.

 

Yarpaqların daxili quruluşu

 

Yarpağın daxili quruluşunun eninə kəsiyi nəzərdən keçirilərsə dörd təbəqəli bir quruluş görüləcək. Bu təbəqələrdən biri xloroplast olmayan epidermis təbəqəsidir. Yarpağı altdan və üstdən örtən epidermis təbəqəsinin xüsusiyyəti, yarpağı xarici təsirlərdən qorumaqdır. Epidermisin üstü qoruyucu və su keçirməyən mumvari bir maddə ilə örtülüdür. Bu maddəyə kutikula deyilir. Yarpağın daxili toxumasına baxdığımızda isə ümumiyyətlə iki hüceyrə təbəqəsindən meydana gəldiyini görərik. Bunlardan daxili toxumanı meydana gətirən Palizad toxumada xloroplastlarla zəngin hüceyrələr, aralarında heç boşluq buraxmadan yan-yana düzülüblər. Bu toxuma fotosintezi icra edən toxumadır. Bunun altında olan Süngər toxuma isə, tənəffüsü təmin edən toxumadır. Süngər toxumadakı hüceyrələr, digər hissələrdəki hüceyrələrə görə daha zəif bir şəkildə bir-birinə birləşmişdir. Ayrıca bu toxumanın hüceyrələri arasında hava ilə dolu boşluqlar vardır.

 

Görüldüyü kimi bu toxumaların hamısı yarpağın quruluşunda son dərəcə əhəmiyyətli vəzifələrə malikdirlər. Bu cür tənzimləmələr yarpaqda işığın daha yaxşı dağılıb yayılmasını təmin edərək fotosintez əməliyyatının həyata keçməsi üçün son dərəcə əhəmiyyətlidirlər. Bütün bunlardan başqa yarpaq səthinin böyüklüyünə görə yarpağın əməliyyat aparma (tənəffüs, fotosintez kimi) qabiliyyəti də artır. Məsələn bir-birinə qarışmış tropik yağmur meşələrində ümumiyyətlə geniş yarpaqlı bitkilər yetişir. Bunun çox əhəmiyyətli səbəbləri vardır. Fasiləsiz və çox miqdarda yağışın yağdığı, bir-birinə qarışmış ağaclardan ibarət olan tropik meşələrdə günəş işığının, bitkilərin hər yerinə bərabər çatması olduqca çətindir. Bu da işığı udmaq üçün lazımlı olan yarpaq səthinin artırılmasını vacib edir. Günəş işığının çətin girdiyi bu sahələrdə bitkilərin qida emal edə bilmələri üçün yarpaq səthlərinin böyük olması həyati əhəmiyyət daşımaqdadır. Çünki bu xüsusiyyətləri sayəsində tropik bitkilər müxtəlif yerlərdən, daha çox faydalanacaq şəkildə günəş işığına çatmış olurlar.

 

Tam əksinə quru və sərt iqlimlərdə isə kiçik yarpaqlar olur. Çünki bu iqlim şərtlərində bitkilər üçün əlverişsiz olan istilik itkisidir. Və yarpaq səthi genişlədikcə su buxarlanması olur, buna görə də istilik itkisi artır. Buna görə işıq udan yarpaq səthi, bitkinin su qənaəti edə bilməsi üçün qənaətli davranacaq şəkildə hazırlanmışdır. Səhra mühitində yarpaq azlığı həddindən artıq səviyyələrə çatır. Məsələn kaktuslarda yarpaq əvəzinə tikanlar mövcüddur. Bu bitkilərdə fotosintez gövdənin özündə edilir. Ayrıca gövdə suyun yığıldığı yerdir. Bura qədər verilən bir neçə nümunədə də görüldüyü kimi bitkilərdə tam mənası ilə qüsursuz sistemlər qurulmuşdur və bu sistemlər ilk yaradıldıqları andan etibarən xüsusiyyətlərində heç bir dəyişiklik olmadan günümüzə qədər gəlmişlər. Yarpaqlarını tökmələrindən, özlərini günəşə çevirmələrinə, yaşıl rənglərindən, gövdələrindəki odun quruluşuna, köklərinin varlığından meyvələrinin meydana gəlməsinə qədər olan bütün quruluşları əvəzsizdir. Daha yaxşı sistemlərin yaradılması hətta yarpaqlarda reallaşan əməliyyatların oxşarlarının edilməsi (məsələn fotosintez əməliyyatı) müasir texnologiya ilə mümkünsüzdür.

 

Bu vəziyyət yarpaqların təsadüfən meydana gələ bilməyəcəyinin dəlillərindən biridir. Yarpaqları ən mükəmməl dizaynları ilə yaradan heç şübhəsiz ki, bütün aləmlərin Rəbbi olan Allahdır.


5-) Toxum möcüzəsi.

Quru taxta parçalarına oxşar toxumlar onlara şərait təmin ediləndə heyrətamiz şəkildə yaşıllaşır və növbənöv bitki əmələ gətirirlər. Yaxşı, görəsən bu kiçik, quru cisimləri bir taxta parçasından ayıran nədir? Toxumları digər cisimlərdən ayıran çox əhəmiyyətli bir xüsusiyyətləri vardır. Toxumların daxilində aid olduqları bitkinin hər budağına, hər yarpağına, bu yarpaqların sayına, formasına, qabığının hansı rəngdə olacağına, qida və su daşıyan borularının genişliyinə, sayına, bitkinin uzunluğuna, meyvə verib-verməyəcəyinə, verəcəksə bu meyvələrin dadına, qoxularına, formasına və rənginə və s. aid bütün məlumatlar vardır. Toxumlar əsasən toxum örtüyü, qida anbarı və məlumatların saxlandığı embriondan ibarət olurlar. Ancaq əsasən eyni quruluşda olmalarına baxmayaraq, hər toxumun qida anbarının miqdarı, toxumu örtən qoruyucu pərdənin cinsi, qalınlığı, onu örtən meyvənin forması, dadı bir-birindən çox fərqlidir. Toxum qabıqlarının forması, rəngi, tərkib hissələrindəki müxtəliflik, yəni hər şey bitkilərin yaşadığı mühitə və bitkinin növünə görə dəyişir.     

             

Bu baxımdan, bütün toxumlar bir dizayn möcüzəsi kimi qarşımıza çıxırlar. İndi bu dizayn müxtəlifliklərinə nümunələr üzərində baxaq. Ərikdə bir nüvə, yəni bir toxum var və bu nüvə bərk qabığın içində çox yaxşı qorunur. Ətli qism isə şəkərlidir və yemək üçün əlverişlidir. Bu hissə quşlar, gəmiricilər, həşəratlar və digər heyvanlar üçün də yaxşı qidadır. Ancaq meyvənin iki qisimdən meydana gəlməsi bitki üçün də münasibdir. Çünki meyvənin yeyilməsi ilə birlikdə əriyin ortasındakı toxum ortaya çıxır. Toxum uyğun bir yerdə cücərərək yeni ağac kimi yetişir. Başqa nümunə kimi kivini göstərək. Kivinin içindəki nüvələri (toxumları) da yeyilir. Bunun üçün kivinin bir toxumu deyil, çox toxumu vardır. Ətli meyvə olan kividə toxumlar kiçikdir, amma bir yerdə və çox sayda olmaları onun bitki kimi cücərməsini təmin edir.

Toxumların ümumi dizaynlarındakı müxtəlifliklə bərabər, embrionu qoruyan toxumların örtükləri də ehtiyaca uyğun xüsusiyyətdə yaradılmışdır.

 

Toxumun içindəki məlumatların saxlandığı embrion son dərəcə qiymətlidir. Buna görə də, yeni bitki inkişaf edənə qədər bu embrionun diqqətlə qorunması vacibdir. Toxum örtüyünü əmələ gətirən maddə dözümlü olduğuna görə, toxum xarici mühitin mənfi təsirlərindən qorunur. Bundan başqa, örtüyü əmələ gətirən maddələr toxumların su üzərində dayana bilməsi və ya küləklə uça bilməsi üçün vacib faktordur.

 

Toxumların xarici örtükləri son dərəcə müxtəlif və diqqətçəkici xüsusiyyətlərə malikdir. Bəzi xarici pərdələr düşmənləri uzaqlaşdırmaq üçün acı maddə ilə örtülmüşdür. Bəziləri isə "tanen" adlanan maddə ilə zəngindir ki, bu maddə toxumlarda çürüməni məhdudlaşdırır. Toxumların qoruyucu xarici layları (toxum örtükləri) çox sərtdir. Bu xüsusiyyət toxumu qarşılaşacağı xarici faktorlardan qoruyur. Məsələn, bəzi toxumların inkişaflarının son mərhələsində xarici səthlərində möhkəm mumlu bir təbəqə yaranır, bunun sayəsində toxumlar su və qazın təsirinə qarşı müqavimət göstərirlər. Toxum örtükləri bitkinin növünə görə müxtəlif vasitələrlə örtülə bilər; paxla dənəsində olduğu kimi incə pərdə ilə, ya da albalı nüvəsində olduğu kimi odunvari və sərt qabıqla örtülə bilər. Suya dözümlü olan toxumların qabıqları digərlərinə görə daha sərt və qalındır.

 

Toxumlardakı dizayna gündəlik həyatımızda daha çox qarşılaşdığımız bir bitkidən - paxla dənəsindən misal gətirək:  Paxla dənəsi növünə görə bir və ya iki örtüklə örtülmüşdür. Bu örtüklər eynilə bir palto kimi toxumu xarici mühitin soyuq hava, quraqlıq və çətin şəraitlərindən qoruyur. Bura, eyni zamanda, xarici mühit ilə olan bütün əlaqələrin qurulduğu bölgədir. Qısaca desək, toxumun böyüməsi mövzusunda bu örtük əhəmiyyətli rol oynayır. Paxla dənəsinin olduğu yerdən qoparıldığı nöqtədə oval bir iz görünür Bu, dənənin, yəni toxumun ana bitki ilə olan əlaqə nöqtəsidir. Diqqətli şəkildə araşdırıldı zaman burada "micropyle" deyilən kiçik bir dəliyin olduğu görünəcək. Bu dəliyi körpələrdəki göbək bağına bənzətmək mümkündür.

 

Bu xüsusi keçid yerindən yumurtacığın içindəki dişi hüceyrəni mayalandırmağa yarayan balon girir. Bundan başqa, su bu dəlikdən içəri girərək toxumun cücərməsini təmin edir. Toxum qabıqlarının qalınlığı da bitkinin növünə görə xüsusi şəkildə nizamlanmışdır. Hər bitkinin toxum qabığı onun inkişafını təmin edən qalınlıqdadır; nə çox qalındır, nə də çox nazik. Çünki qabığı qalın olan toxum çətin şəraitdə yaşaya bilir; ancaq bir dezavantaj olaraq həddindən artıq qalın qabıq embrionun çölə çıxmasına problem yarada bilər. Nazik qabıqlı toxum isə bir çox xarici faktor səbəbindən tez korlana bilər. Buna görə bütün toxumlar olduqları mühitə uyğun yaradılmışlar. Bura qədər izah edilənlərdən də açıqca görüldüyü kimi sadə xarici görünüşə sahib olan toxumların, əslində, hərtərəfli dizaynı vardır. İçindəki maddələrin nisbətlərindən qoruyucu üst təbəqələrinə qədər bütün toxumların xüsusiyyətləri olduğu iqlim şəraitinə, ətraf mühitə görə dəyişir. Yaxşı, bu müxtəliflik və detallar necə ortaya çıxmışdır?

 

Bu sualın cavabını belə bir misalla verək: Bir şəkil qalereyasına getdiyinizi və burada coxlu toxum rəsmi ilə qarşılaşdığınızı fərz edək. Hər şəkildə fərqli bitkinin toxumu ilə əlaqədar detallar çəkilmiş olsun. Qalereyanın sahibinə bu qədər müxtəlif rəsmi kimin çəkdiyini soruşduğunuzu düşünək. Əgər bu adam sizə "bu şəkillərin rəssamı yoxdur, bunlar təsadüf nəticəsində təkamüllə ortaya çıxmışlar" desə, nə düşünərsiniz? Əlbəttə, belə bir cavabın son dərəcə məntiqsiz və ağılsiz olduğunu dərhal anlayar və rəssamın olduğunu təkid edərsiniz.

 

Cansız toxum şəkillərinin "təkamül dizaynına" inana bilməyəcəyinizə görə, tamamilə canlı quruluşlarda, içində bir bitkiyə aid bütün məlumatları saxlayan, uyğun şərait və mühitlərdə cücərərək nəhəng ağacları, yüz minlərlə meyvəni, çiçəyi meydana gətirən toxumları anlamayan və şüursuz təsadüflərin var etdiyinə də inana bilməzsiniz. Göründüyü kimi, burada bu dizaynı, əslində, kimin etdiyi, necə etdiyi, bitkinin bu dizayna uyğun quruluşa necə gətirildiyi və bunun necə yerləşdirildiyi kimi sualların cavabının verilməsi lazımdır.

 

Nəticədə, toxumların quruluşunda təkamülçülərin təsadüf iddiaları ilə əsla açıqlana bilməyən çox açıq bir dizayn və plan vardır. Əlbəttə ki, bu plan şüursuz təsadüflərin nəticəsində, ya da hər hansı bir səbəblə ortaya çıxmamışdır. Toxumlardakı qüsursuz dizayn isə sonsuz ağıl və üstün güc sahibi olan Allaha aiddir. Bitkilərin həyatının hər mərhələsində görünən bu ağıl onları yaradan üstün güc sahibi olan Allahın varlığının aşkar sübutlarından biridir.

 

Göydən sizin üçün yağmur endirən Odur. Ondan (o sudan) siz də, içində (heyvanlarınızı) otardığınız ağaclar (və otlar) da içər (ağaclar və otlar da onun vasitəsilə bitər). (Allah) onunla (o su ilə) sizin üçün əkin, zeytun, xurma, üzüm və bütün meyvələrdən yetişdirir. Düşünüb-daşınanlar üçün bunda dəlillər vardır! (Nəhl surəsi, 10-11)


6-) Canlılardakı fədakarlıq.

“Böyük balıq kiçik balığı ovlayar", "güclü olan qazanar"… Bu cümlələrdən təbiətdəki canlılar arasındakı əlaqələri müəyyən etmək üçün tez-tez istifadə edilir. Təkamül nəzəriyyəsinin də bəzi qanunlarını meydana gətirən bu ifadələr, əslində, həqiqətləri əks etdirmir.

 

Təbiətdəki canlılar araşdırıldığı zaman çox fərqli bir həqiqət meydana çıxır. Canlılar yaşamaq və törəmək üçün təkamülçülərin iddia etdiyi kimi "mübarizə" aparmırlar, əksinə başqa canlılarla son dərəcə "fədakar" davranırlar. Məsələn, bəzi kiçik quşlar onlara tərəf yaxınlaşan qartal və ya qırğı kimi yırtıcı quşları görəndə, qışqıraraq bu təhlükəni quş dəstəsinə xəbər verirlər və təcavüzkarın diqqətini "özlərinə" çəkirlər. Bu da qışqıran quşun sağ qalma ehtimalını azaldır. Yəni bu quş sürüdəki yüzlərlə quş üçün öz həyatını təhlükəyə atır.

 

Məlumdur ki, canlılar nəsillərini davam etdirmək üçün törəməlidirlər. Yeni doğulan balanın böyüməsi üçün ona xüsusi qayğı göstərmək lazımdır. Yəni heyvanlar balalarını qorumazlarsa, yeni doğulan canlı ölə bilər. Təbiətə baxdığımız zaman vəhşi heyvanlardan ev heyvanlarına qədər bütün heyvanların balalarını qoruduğunu və qayğı göstərdiyini görərik. Timsahlar, pələnglər balaları üçün itaətkar, fədakar və şəfqətli canlılara çevrilirlər.

 

Timsahlar 3 ay yumurtalarının yanından bir an belə ayrılmadan onları qoruyurlar. Başqa bir nümunə kimi yağış quşunu göstərə bilərik. O, balasını qorumaq üçün özünü yaralı kimi göstərərək düşməninin diqqətini öz üzərinə çəkir.

 

Təkamül nəzəriyyəsinin müdafiəçiləri canlıların balalarına göstərdiyi fədakarlığı açıqlamaq üçün bunun instinkt davranış olduğunu söyləyirlər. Bəs instinkt nə deməkdir?

 

Təkamülçülər instinkti "canlıların içindən gələn səs" kimi qiymətləndirirlər. İddialarına görə bir hörümçəyə, quşa, aslana və ya kiçik həşərata nəslini davam etdirmək üçün fədakarlıq edəcəyini içindən gələn bir səs pıçıldayır. Bu səsin mənbəyini soruşduqda isə "ana təbiət ana" deyə mənasız cavab verirlər. Təkamülçülərə görə hər şey təbiətin möcüzəsidir. Bunun nə qədər mənasız iddia olduğu açıqca ortadadır. Çünki təbiət özü yaradılmışdır və daşlardan, çiçəklərdən, ağaclardan, çaylardan və dağlardan meydana gəlir. Bu deyilənlərin heç birinin bir canlını əmələ gətirə bilməyəcəyi, ona ağıllı bir xüsusiyyət qazandıra bilməyəcəyi də aydındır. Bu vəziyyətdə qarşımıza bir həqiqət çıxır: Təbiət içindəki bütün canlılarla birlikdə üstün qüdrət sahibi bir Yaradıcının əsəridir və o Yaradıcı bizə özünü belə tanıdır:

 

Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah hər şeyi əhatə edir. (Nisa surəsi, 126)

 

Əslində, nəzəriyyənin banisi olan Darvin əvvəldən bu məntiqin məğlub olacağını bilirdi. 1859-cu ildə yazdığı "Növlərin mənşəyi" adlı kitabında nəzəriyyəsi ilə əlaqədar narahatlıqlarını belə ifadə edir:  "İnstinktlərin bir çoxu elə heyrətamizdir ki, onların inkişafı bəlkə nəzəriyyəmi tamamilə yıxmağa yetərli olacaq".

 

Darvinə görə təbiətdə həmişə güclülər zəiflərin üzərində hakim olurlar. Yəni bir canlı təkamül keçirərək digər canlılardan daha üstün xüsusiyyətlərə sahib olur və ancaq bu cür həyatda qalmağı bacarır, zəiflər isə məhv olurlar. Darvinin nəzəriyyəsində "Təbii seçmə" adlanan mexanizm əsas yer tuturdu. Ancaq Darvin təbiətdəki canlıları tədqiq edərkən onların fədakarlıq nümunələri qarşısında mat qalırdı.

 

Canlılar onların gözləmədiyi ağıllı hərəkətləri edərək, bəzən də həyatlarını təhlükəyə ataraq bir-birlərinə yardım edirdilər.

 

Təbiətdəki yardımlaşma nümunələrinə baxdığımızda bunların təsadüfən və ya öz-özünə meydana gəlməyəcəyi aydın şəkildə görünür. Balalarına şəfqət göstərən bütün canlılar Allahın vəhyi ilə hərəkət edirlər. Onlara balalarını qorumağı öyrədən də, fədakarlıq etdirən də aləmlərin Rəbbi olan Allahdır. Bütün kainat Allah tərəfindən yaradılmışdır və bütün canlılarda yaradılış dəlilləri vardır. Bura qədər bəhs etdiyimiz heyvanlardakı fədakarlıq nümunələri də bu dəlillərdən biridir.

 

Bu məqalədə hər şeyin təsadüfən meydana gəldiyini iddia edən təkamül nəzəriyyəsinin banisi olan Darvini mütəəssir edən və təkamül nəzəriyyəsini çıxılmaz vəziyyətə salan canlılardakı fədakarlıq nümunələrindən bir neçəsindən bir az  bəhs edək:

 

Köçəri quşlar olan albatroslar həmişə doğulduqları yerdə cütləşirlər. Buna görə nəsil artırma zamanlarında koloniyalar halında bir yerə toplanırlar. Dişi quşların gəlməsindən bir neçə həftə əvvəl, erkəklər bura gəlib əvvəlcədən yuva qurur və dişi və balalar üçün mükəmməl rahatlıq yaradırlar. Yumurtalara olan bağlılıq isə albatros quşlarında nəzərəçarpandır. Çünki albatroslar diqqətlə hazırlanan yuvada  yumurtaların üstündə tərpənmədən təxminən 50 gün otururlar.

 

Ancaq balalara olan bağlılıq yalnız yumurtaların qorunması ilə məhdudlaşmır. Belə ki, albatroslar çox vaxt balalarına yemək tapmaq üçün hər dəfə 1 mildən çox yol qət edirlər.

 

Başqa nümunə göstərək: Afrikada yaşayan və buynuzlu quş kimi tanınan bir quş növü yuva düzəltmək üçün, əvvəlcə, ağacında bir dəlik tapır. Dişi quş bu dəliyin içinə girir və erkək dəliyin girişini palçıqla bağlayır. Ancaq hər ikisi də burada əhəmiyyətli təfərrüatı unutmazlar. Erkək quş dişi ilə balaların təhlükəsizliyini təmin etmək və onları kənardan gələn təhlükələrdən, xüsusilə də ilanlardan qorumaq üçün palçıqla bağladığı bu dəlikdə kiçik pəncərə yeri saxlayır. Dişi yumurtaların üzərində yatdığı və buna görə də yemək toplaya bilmədiyi üçün erkək quş dişisinə bu dəlikdən yemək verəcək və yumurtadan çıxan balalarını da bu dəlikdən bəsləyəcək.

 

Əlbəttə ki, canlılardakı bu fədakarlıq nümunələri, elmi pərdə altında ortaya atılan təkamül nəzəriyyəsini çıxılmaz vəziyyətə salır. Əgər təbiət Darvinin iddia etdiyi kimi zəiflərlə güclülərin ələndiyi və hər fərdin yalnız öz həyatını düşündüyü yerdirsə, niyə canlıların hamısı balalarını bəsləmək, böyütmək üçün bu qədər enerji və zaman sərf edirlər? Bu sualın cavabını yenə canlılarda axtaraq:

 

Erkək pinqvin kürd yatarkən, dişi yemək axtarmağa çıxır. Temperaturun -40°C'-yə düşdüyü yerdə buzlaqlar getdikcə böyüyür və qida tapmaq çətinləşir. Bir yumurta yumurtalayan dişi pinqvinlər dərhal dənizə qayıdırlar. Erkək kürd yatdığı dörd ay ərzində qütb fırtınalarına dözmək məcburiyyətindədir. Heç nə yemədən yumurtaların üstündə yatan erkək bu müddət ərzində çəkisinin yarısını itirir. Amma əsla yumurtanı tərk etmir.

 

Dördüncü ayın sonunda yumurtalar qırılmağa başlayanda birdən dişi pinqvin meydana çıxır. Ana yüzlərlə pinqvinin arasından öz erkək tayını və balasını çətinlik çəkmədən tapır. Çinədanındakıları boşaldaraq balanın baxımını öz boynuna götürür. Hər yerin buzlarla örtüldüyü yerdə yuva qurmaq mümkün deyil. Ana ilə ata balanı soyuqdan qorumaq üçün ayaqlarının üstünə qoyub, qarınları ilə qızdırırlar. Pinqvinlər qışda yumurtalayırlar. Bunun bir səbəbi vardır: Əgər yazda yumurtalasalar, balanın böyüməsi qışa gəlib çatacaq, o zaman da ətrafdakı dənizlər donacaq. Bu vəziyyətdə həm hava şəraiti çox ağır olacaq, həm də qida tapmaq çətinləşəcək.

 

Göründüyü kimi, heyvanlardakı fədakarlıq nümunələrinin təkamül nəzəriyyəsinin həyat mübarizəsi, təsadüf iddiaları ilə açıqlanması mümkün deyil. Heç bir şüura, ağıla, mühakimə qabiliyyətinə sahib olmayan canlıların bir-birlərinə qarşı belə bağlanmaları, bundan başqa  bu bağlılıqlarını son dərəcə ağıllı plan və dizaynla ortaya qoymaları bir həqiqətlə açıqlana bilər: Bu canlılar yaradıldıqları andan etibarən özlərinə verilən ilhamla hərəkət edirlər. Onlar Allahın əmri və nəzarəti altında yaşayırlar. Quranın Hud surəsində bu həqiqət belə bildirilir:

 

(Yer üzündə) elə bir canlı yoxdur ki, onun ixtiyarı (Allahın) əlində olmasın. (Hud surəsi, 56)

 

 Canlılardakı fövqəladə fədakarlığın sirri budur.

 

Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. Allah hər şeyi (elmi və qüdrətilə) ehtiva etmişdir. (Nisa surəsi, 126)


7-) Köçəri quşlardakı üstün dizayn nümunələri.

Allah, Quranda insanların nümunə götürməsi və imanlarını artırmaları üçün, heyvanların üstün xüsusiyyətlərindən müxtəlif nümunələr vermişdir. Köçəri quşların köç üçün sahib olduqları üstün təchizat və mükəmməl xüsusiyyətlər Allahın sonsuz qüdrətinin bir sübutudur.

 

Köç zamanını necə müəyyən edirlər?

 

Quşların necə və nə üçün köç etməyə başladıqları, köç qərarını necə müəyyən etdikləri əsrlərdir maraq oyadan bir mövzudur. Bəzi elm adamları köçün səbəbini mövsüm dəyişikliklərində, bəziləri də yemək axtarışında görürlər. Əhəmiyyətli olan, öz bədənlərindən başqa heç bir qorunmağa, texniki təchizata və təhlükəsizliyə sahib olmayan bu heyvanların, uzun məsafəli uçuşları necə həyata keçirdikləridir. Köç hadisəsi yol tapma, qida yığma, uzun müddət uca bilmə kimi bacarıqlar tələb etməkdədir. Bu xüsusiyyətlərə sahib olmayan bir heyvanın, birdən-birə köç edən bir heyvana çevrilməsi mümkün deyil.

 

Bunu müşahidə etmək üçün bağça bülbülləri, istilik və işıq kimi daxili səraiti dəyişdirilə bilən bir laboratoriyada təcrübə edilmişlər. İçəridəki şərtlər çöldəkindən fərqli olaraq təşkil edilmişdir. Məsələn çöldə qış mövsümü ikən, laboratoriyada bahar şəraiti təşkil edilmişdir. Buna görə də, quşlar içəridəki şəraitə görə bədənlərində tənzimləmələr etmişlər. Eyni köç vaxtının yaxınlaşdığı zamanlarda etdikləri kimi, enerji üçün yağ yığmışlar. Quşlar, süni mövsümə görə özlərini nizamlayıb, əvvəlcədən köç edəcəkmiş kimi hazırlansalar da, köç hərəkətinə vaxtından əvvəl başlamamışlar. Quşlar çöldəki mövsümə uyğun gəlmişlər. Bu nəticə, quşların köçə başlama qərarını, mövsüm şərtlərini müşahidə edərək almadıqlarının bir sübutudur.

 

Bəs quşlar köç vaxtını neyə əsaslanaraq təyin edirlər? Elm adamları bu problemin cavabını hələ də tapa bilməyiblər. Buna görə də, canlılarda, örtülü bir mühitdə zamanlama edə bilməyi və mövsüm dəyişikliklərini ayırmağı təmin edən bir "daxili saat"ın var olduğu düşünülməkdədir.

 

Halbuki "quşların daxili saatı var, bunun sayəsində köç vaxtını anlayırlar" cavabı elmdən kənar bir cavabdır. Bu necə bir saatdır, bədənin hansı orqanına bağlı olaraq işləməkdədir və necə meydana gəlmişdir? Bu saatın xarab olarsa, geri qalarsa nə olar? Eyni sistemin yalnız tək bir köçəri quş üçün deyil, bütün köç edən canlılara aid edərsək bu sualların cavabları daha da əhəmiyyət qazanar.

 

Bilindiyi kimi köçəri quşlar eyni yerdən köçə başlamazlar çünki hamısı eyni yerdə deyillər.  Bir çox quş növü, əvvəl müəyyən bir yerdə toplanıb, sonra birlikdə köç etməyə başlayırlar. Bəs  bu canlılar belə incə bir zamanlamanı necə etməkdədirlər? Necə olub da, quşların sahib olduqları qəbul edilən "saat"lar, bir-biri ilə bu cür uyğundur?

 

Köç kimi qüsursuz, planlı bir hərəkətin öz-özünə meydana gəlməsi qeyri-mümkündür. Ayrıca quşlarda və köç edən digər bütün canlılarda nə növdə olursa olsun bir saat yoxdur. Köç edən bütün canlılar bunu hər il özləri təyin etdikləri zamanlarda edirlər, amma bunu bir daxili saata görə etməzlər. Bəzi insanların daxili saat olaraq səciyyələndirdikləri şey; Allahın bu canlılar üzərindəki nəzarətidir. Kainatdakı hər şey kimi köç edən canlılar da Allahın əmrləri ilə hərəkət etməkdədirlər.

 

Enerji istifadəsi

 

Quşlar uçmaq üçün böyük enerji sərf edirlər. Buna görə də quruda və dənizdə olan bütün canlılardan daha çox yanacağa ehtiyacları var. Məsələn, 3000 km-lik Havai-Alyaska arasındakı məsafəni qət edə bilmək üçün bir neçə qramlıq "sarısalkım quşu", səfər boyu 2.5 milyon dəfə qanad çırpmaq məcburiyyətindədir və 36 saat  havada qala bilməkdədir. Bu səfər ərzində sürəti isə saatda təxminən 80 km-dir. Bu qədər yorucu bir uçuş əsnasında, quşların qanındakı turşu miqdarı həddindən artıq artar və yüksələn bədən temperaturu səbəbi ilə də quş huşunu itirmə təhlükəsinə məruz qalar. Bəzi quşlar, bu təhlükəni quruya enərək qarşısını alırlar. Bəs geniş dənizlərin üzərində köç etməkdə olanlar nə edəcək? Tədqiqatçılar bu vəziyyətdə quşların qanadlarını mümkün olduğu qədər açıb, özlərini buraxaraq sərinlədiklərini müşahidə etmişlər.

 

Köçəri quşların maddələr mübadilələri də, buna dözəcək qədər güclüdür. Məsələn köç edən ən kiçik quş olan kolibri quşunun  bədənindəki maddələr mübadiləsi, filin maddələr mubadiləsindən 20 dəfə çoxdur. Quşun bədən temperaturu 62°C-ə çatır.

 

Uçuş texnikaları

 

Allah quşları belə çətin uçuşlar üçün uyğun yaratmasından başqa, bir də onları əlverişli küləklərdən faydalanmalarını təmin edəcək qabiliyyətlərlə təchiz etmişlər.

 

Məsələn leylək, yüksəlməkdə olan ilıq hava axınları ilə 2000 metrəyə qədər qalxır, sonra qanad çırpmadan özünü aşağı buraxaraq sonrakı ilıq hava axınına doğru enir. Bu quşa böyük bir enerji qənaəti təmin etməkdədir.

 

Quş sürülərinin bir başqa uçuş texnikası isə "V" şəklindəki uçuşdur. Bu sayədə, qabaqda uçan qüvvətli və böyük quşlar, hava axınına qarşı qalxan vəzifəsi görərək, daha zəif olanların işlərini asanlaşdırırlar. Bu cür təşkilatın sürü daxilində 23 faiz enerjiyə qənaət etdiyi isbat edilmişdir.

 

Yüksəkdə uçuş

 

Köçəri quşların bir hissəsi çox yüksəkdə uçurlar. Məsələn qazlar 8000 metr yüksəklikdə uca bilirlər. Atmosferin, 5000 metrdə dəniz səviyyəsi ilə müqayisə etdikdə 63 faiz daha az sıx olduğunu düşündükdə qazların uçduğu yüksəkliyin nə qədər ağla sığmaz olduğu aydın olmaqdadır. Atmosferin bu cür seyrək olduğu bir yüksəklikdə uçan quş, daha sürətli qanad çırpmaq və buna görə də daha çox oksigen almaq  məcburiyyətindədir.

 

Allah bu heyvanların ciyərlərini, yüksəkliklərdəki oksigendən maksimum nisbətdə faydalana biləcək şəkildə yaratmışdır. Məməli heyvanların ciyərlərindən fərqli bir şəkildə işləyən ağciyərlər, quşların seyrək havadan aldıqları enerjinin normaldan çox olmasını təmin edir.

 

Mükəmməl eşitmə qabiliyyəti

 

Quşlar köç zamanı hava hadisələrinə də diqqət yetirirlər. Məsələn yaxınlaşan bir fırtınanın mərkəzinə girməmək üçün yollarını dəyişirlər. Quşların bu xüsusiyyətini tədqiq edənlər, bəzi quşların atmosferdə çox uzaq məsafələrə yayılan son dərəcə kiçik tezlikli səsləri eşitdiklərini təyin etmişdir. Bu sayədə köçəri quş, olduğu yerdən uzaqdakı bir dağın üzərində baş verən fırtınanı və ya yüzlərlə kilometr irəlidə, dənizin üzərindəki göy gurultusunu eşidə bilməkdədir. Ayrıca, quşların köç yollarını, hava şərtlərinin ümumiyyətlə təhlükəli olduğu bölgələrdən uzaq tutduqları da bilinməkdədir.

 

İstiqaməti təyinetmə

 

Quşlar, minlərlə kilometr uçuşları əsnasında, kompas, xəritə ya da oxşar istiqamət təyin edicilərdən məhrum olaraq, necə doğru istiqaməti tapmaqdadırlar?

 

Bununla əlaqədar olaraq ilk qarşıya qoyulan nəzəriyyə, quşların yer şəkillərini əzbərlədikləri və beləcə yolu çaşmadan qət edə bildikləri şəklində idi. Aparılan təcrübələr, bu nəzəriyyənin səhv olduğunu göstərmişdir.

 

Mövzu ilə əlaqədar olaraq göyərçinlər üzərində aparılan bir təcrübədə, heyvanların gözlərinə ətrafı görmələrinə mane olan tutqun linzalar taxılmışdır. Ancaq, belə yer üzü şəkillərini görmələrinə mane yaradılmış göyərçinlər, sürülərindən bir neçə kilometr kənarda buraxılsalar belə, yenə gedəcəkləri yolu tapa biliblər.

 

Aparılan tədqiqatlarda, dünyanın maqnit sahəsinin xüsusilə quş növləri üzərində təsirli olduğu aydın olmuşdur. Quşların, yerin maqnit sahəsindən faydalanaraq istiqamətlərini tapmalarını təmin edən olduqca inkişaf etmiş bir "maqnereseptor" (maqnit sahə qəbul edicisi) sisteminə sahib olduqları ortaya qoyulmuşdur. Bu sistem sayəsində, quşlar, köç əsnasında dünyanın dəyişən maqnit sahəsini hiss edərək, istiqamətlərini təyin etməkdədirlər. Təcrübələr, köçəri quşların, maqnit sahəsindəki 2 faizlik dəyişməni belə hiss etdiklərini göstərmişdir.

 

Şübhəsiz, quşun bədən quruluşu, ağciyəri, qanadları, həzm sistemi kimi, istiqamət tapma qabiliyyətləri də Allahın qüsursuz yaratma sənətinin bir sübutudur.

 

    "Məgər (müşriklər) yerlə göy arasında (uçaraq Allaha) ram olmuş quşları görmürlər?! Onları (havada) yalnız Allah saxlayır (bütün hərəkətlərini ancaq Allah idarə edir). Həqiqətən, bunda möminlər üçün ibrətlər vardır!" (Nəhl Surəsi, 79)


8-) Kor memarlar: Termitlər.

Kor fəhlələrin “Empire State” böyüklüyündə bir bina tikmələri mümkündür ? Əlbəttə ki, mümkün deyil. Ancaq belə bir şeyi heç bir canlının edə bilməyəcəyini düşünürsünüzsə yanılırsınız. Çünki kor termitlər həyatları boyu öz ölçülərinə görə “Empire State” yüksəkliyində evlər  tikirlər. Termitlərin inşa etdikləri nəhəng yuvaları insanların inşa etdikləri binalar ilə müqayisə etmədən əvvəl termitləri ümumiyyətlə tanıtmaqda fayda vardır. Termitlərin bilinən ən əhəmiyyətli xüsusiyyətlərindən biri, insanların belə asanlıqla dağıda bilməyəcəyi möhkəmlikdə yuvalar inşa etmələridir. Hər növ, öz ehtiyacı olan xüsusiyyətlərə görə fərqli tiplərdə yuvalar  tikir. Bəzisi yandırıcı istilərdən qorunmasını təmin edəcək yuvalar inşa edərkən, başqa bir növ isə yağışlardan qorunacağı yuvalar tikər. Bu yuvalar ağac içində olduğu kimi əksəriyyəti də torpağın üstündə və altında da yerləşirlər.

 

Bir termit yuvasını açdıqda məsaməli bir görünüş ortaya çıxar. Yuva təxminən 2,5 sm genişliyində ya da daha dar, coxlu  yuvalardan əmələ gəlir. Bu yuvaları bir-birlərinə ancaq termitlərin keçə biləcəyi böyüklükdə dar dəliklər bağlayır. Termitlərin bu möcüzə binaları inşa edərkən istifadə etdikləri xammal isə yalnız torpaq, öz ifrazatları və tullantılarından ibarətdir. Belə sadə bir vəsaitlə, bəziləri ancaq dinamitlə dağıdıla  biləcək qədər möhkəm olan, üstəlik içində labirintlər, ventilyasiya sistemləri və kanallar olan yuvalar inşa edirlər.

 

Görünüş olaraq qülləyə oxşayan təmtəraqlı yuvaları inşa edən termitlərin əsl möcüzəvi xüsusiyyətləri isə daha əvvəl də bəhs etdiyimiz kimi kor olmalarıdır. Bu son dərəcə təəccubləndirici bir vəziyyətdir. Termitlər nə inşa etdikləri tunelləri, nə istifadə etdikləri vəsaiti, nə bu vəsaitlə düzəltdikləri parçaları, nə də yüksəltdikləri otaqları görə bilirlər.

 

Termitlərlə insanların inşa etdikləri quruluşları müqayisə etdikdə gördükləri işin fövqəladəliyi daha dəqiq şəkildə ortaya çıxmaqdadır. Termitlərin inşa etdikləri  göydələnləri daha yaxşı qiymətləndirə bilmək üçün başda ifadə etdiyimiz Amerikada olan “Empire State” binası yaxşı bir müqayisə imkanı meydana gətirməkdədir. Bu binanın uzunluğu 443 metrdir. Termitlər isə 1-2 sm ölçülərində olan böcəklərdir. Bu kiçik bədənlərinə baxmayaraq 7 metr yüksəkliyində nəhəng yuvalar inşa edirlər. Əgər termitlər insanlarla eyni boyda olsaydılar, inşa etdikləri yuvalar  da  “Empire State”  binasının indiki  hüdürlüyündən 4 qat daha yüksək olardı. İnsanların edə bilmədiyi bu möhtəşəm  işi kor termitlər milyonlarla ildir, var olduqları andan etibarən etməkdədirlər. (Möcüzələr Dünyası, National Geographic, İstanbul, 1999, s. 190)

 

Termitləri bütün xüsusiyyətləri ilə birlikdə yaradan Allahdır. Kor termitlərə etdirdiyi təmtəraqlı quruluşlarla aləmlərin Rəbbi olan Allah bizə sonsuz qüdrətini və elmini tanıtmaqdadır.

 

Allah hər şeyin xaliqidir. O, hər şeyə vəkildir! (Zumər Surəsi, 62)

 

 

Termitlərin intizamlı quruluşları

 

Termit yuvalarının quruluşunu araşdırdığımızda, böyüklüyündən başqa son dərəcə kompleks bir sistemlə qarşılaşarıq. Termit koloniyalarında müdafiə vəzifəsini boynuna götürmüş xüsusi əsgəri birlik mövcuddur. Əsgər termitlər mükəmməl bir əsgəri təchizatla yaradılmışdır. Bəziləri döyüşçü, bəziləri növbətçi, bəziləri də "intihar komandosu"dur. Kraliçanın yumurtalaya bilməsi, işçilərin divar hörüb tunellər açması və ya yuvada yetişdirilən göbələklərin toplanması, ancaq əsgərlər öz vəzifələrini tam olaraq yerinə yetirdiyi təqdirdə reallaşa bilər.

 

Termit koloniyasının bütün üzvləri, təşkilatlı birliklər halında yaşamaqdadır. Bu birliyin fərdləri arasındakı ünsiyyət, iyləmə ya da dad alma yolu ilə baş verir. Həmin anda kimyəvi siqnallar alınıb verilir. Bu kor, kar və dilsiz varlıqlar arasındakı inşaat, yemək axtarma, yuva yoldaşını tanıma, izləmə, həyəcan halı və müdafiə etmək hərəkətləri kimi kompleks işlər, kimyəvi siqnallar vasitəsilə təmin edilir. Termit koloniyasının başlıca düşmənləri qarışqalar və qarışqa yeyənlərdir. Koloniya, bu düşmənlərin hücumuna uğradığında intihar ordusu hərəkətə keçir. Ülgüc itiliyində dişlərə sahib olan Afrika termitləri usta bir döyüşcüdürlər. Uzun iti dişləri ilə təcavüzkarların gövdələrini parçalyırlar.

 

 

Termitlərin fədakarlığı

 

Termitlərin vaxtaşırı tətbiq etdikləri bir müdafiə metodu da, lazım gəldikdə koloniyalarını qorumaq üçün özlərini fəda edərək, düşmənlərinə zərər verməkdir. Bir çox müxtəlif  termit növü, bu intihar hücumunu müxtəlif şəkillərdə reallaşdırır. Bunların arasından, Malayziyanın yağış meşələrində yaşayan bir növ xüsusilə maraqlıdır. Bu termitlər, anatomiyaları və davranışları baxımından bir "gəzən bomba" kimidir.

 

Bədənlərindəki xüsusi bir kisə düşmənlərini təsirsiz edəcək bir kimyəvi maddə ilə doludur. Mübarizə zamanı termit, bir qarışqa ya da təcavüzkar bir heyvan tərəfindən sərt bir şəkildə sıxışdırılsa, qarın əzələlərini şiddətli bir şəkildə sıxaraq ifrazat bezlərini cırır və təcavüzkarı sarı rəngli tünd bir maye ilə boğur. Bu tam bir intihar hücumudur, çünki hücum əsnasında termitin iç orqanları parçalanır və canlı ölür.

 

Termitlərdəki bu ictimai həmrəylik və fədakarlıq nümunələri, Darvinizmin əsas qəbulu olan "hər canlı öz mənfəəti üçün yaşayır" fərziyyəsini yıxmaqdadır. Bundan başqa bu nümunələr, bu canlıların çox şüurlu bir şəkildə təşkil edildiklərini göstərməkdədir. Düşünək: Bir termit niyə növbətçi olmaq istəsin?  Üstəlik bir seçki haqqı olsa, niyə  ən zəhmətli və ən  fədakarlıq tələb edən işi seçsin?  Belə bir imkanı olsa, şübhəsiz özünə ən rahat mühiti və ən yaxşı xidməti təmin edəcək vəzifəni seçərdi.

 

Qaldı ki bir zamanlar özünü fəda edib belə bir müdafiə etməyə qərar verən bir termit olduğunu fərz etsək belə, bu termitin bu işini genlərinə yükləyib yeni nəsillərə köçürməsi, əlbəttə qeyri-mümkündür. Üstəlik, bütün işçi termitlər sonsuz canlılardır və dolayısilə onsuz da yeni bir nəsil meydana gətirə bilməzlər. Ancaq termitləri yaradan Allah, belə mükəmməl bir koloniya həyatını hazırlamış və bu sistemi meydana gətirən termit birliyinə də müəyyən vəzifələr vermiş ola bilər. Növbətçi termit də, Allahın özünə ilham etdiyi vəzifəsini böyük bir itaətlə yerinə yetirməkdədir. Necə ki Quranda belə buyurular:

 

... (Yer üzündə) elə bir canlı yoxdur ki, onun ixtiyarı (Allahın) əlində olmasın... (Hud Surəsi, 56)


9-) Suyun axıcılıq qabiliyyəti həyatimiz üçün ən uyğun şəkildə yaradılıb.

Mayelərin axıcılıq qabiliyyətləri arasında milyonlarla fərqli cəhətlər mövcuddur. Amma su, bu milyardlarla axıcılıq şəklindən  yalnız lazım olduğu ölçüdə yaradılmışdır.

 

Maye dedikdə gözlərimiz qarşısında son dərəcə axıcı maddə canlanır. Əslində isə mayelərin axıcılıq qabiliyyətləri tamamilə bir-birilərindən fərqlənirlər. Məsələn, qliserin, zeytun yağı və sulfat turşusundakı axıcılıq qabiliyyətləri çox yüksəkdir. Bu mayelər su ilə müqayisə edildikdə isə, qarşıya daha böyük fərqliliklər çıxır. Çünki su, qətrandan 10 milyon dəfə, qliserindən min dəfə, zeytun yağından yüz dəfə və sulfat turşusundan 25 dəfə daha axıcıdır.

 

Yuxarıdakı müqayisədən də aydın olduğu kimi, su, çox yüksək axıcılıq qabiliyyətinə malikdir. Hətta, spirt və maye hidrogen kimi normal formulu qaz olan maddələr xaric, suyun bütün mayelər içərisində axıcılıq qabiliyyəti ən yüksək olduğunu deyə bilərik.

Bəs onda suyun belə axıcılıq qabiliyyətinin bizim üçün mənası varmı? Bu həyati maye, daha da axıcı olsa idi, onda bizim üçün fərqi olacaqdımı? Professor Denton bu suallara belə cavab verir:

 

Əgər axıcılıq qabiliyyəti daha yüksək olsaydı, su, həyat üçün vacibliyini itirərdi. Məsələn, axıcılığı maye hidrogendə olduğu kimi olsaydı, canlıların quruluşları, zərərli təsirlər qarşısında şiddətli dəyişikliklərə məruz qalacaqdı... Həssas molekulların tərkib hissəsini təşkil etməyəcək, canlı hüceyrənin həssas quruluşu uzun müddət yaşamayacaqdı...

 

Digər tərəfdən də, suyun axıcılığı daha da az olsaydı, onda (zülallar, fermentlər kimi) makro molekulların və xüsusilə mitoxondri kimi xüsusi quruluşu ilə orqnoidlərin idarəli hərəkətləri imkansız olacaqdı. Eyni şəkildə hüceyrənin bölünməsi də reallaşmayacaqdı. Hüceyrənin yaşaması üçün bütün fəaliyyətlərin, hərəkəti dayanacaq və bizim bildiyimiz şəkildə hüceyrə həyatı mümkün olmayacaqdı. Hüceyrənin embrioloji (ana rəhmindəki inkişafı) mərhələsində hərəkət etmə qabiliyyətləri ilə bağlı olan daha yüksək orqanizmlərin inkişafı, suyun axıcılıq qabiliyyətinin az fərqlənməsi şəraitində heç vaxt gerçəkləşməyəcəkdi. (1)

 

Suyun axıcılıq qabiliyyəti təsadüfi deyildir

 

Suyun yüksək axıcılıq qabiliyyəti, bizim üçün həyati əhəmiyyət daşıyır. Əgər suyun axıcılıq qabiliyyəti biraz da az olsaydı, qanın tükşəkilli damarlarda (kapilyarlarda) hərəkəti mümkün olmayacaqdı. Məsələn, qaraciyərin qarışıq damar şəbəkəsi yaranmayacaqdı.

 

Tükşəkilli damarlar mövzusunu daha da yaxından araşdıraq. Bu damarların əsas vəzifəsi, orqanizmin hər tərəfindəki hüceyrələri oksigenlə təmin etməkdir. Bir hüceyrənin tükşəkilli damardan yararlanması üçün də, ondan ən azı 50 mikronluq məsafə qədər uzaqda yerləşməsi lazımdır. (Bir mikron, millimetrin mində biridir) Belə olduqda daha uzaqda yerləşən hüceyrələr isə bəslənməyərək öləcəklərdir.

 

Bu səbəbdən də insan orqanizmi tükşəkilli damarların bədəni tamamilə əhatə edə biləcəyi şəkildə yaradılmışdır. Bədənimizdə təxminən 5 milyard tükşəkilli damar vardır ki, bunun da ümumi uzunluğu 950 km təşkil edir. Bəzi məməlilərdə bir kvadrat santimetrlik əzələ sahəsində 3000 dənə tükşəkilli damar yerləşir. Əgər insan bədəninin ən kiçik tükşəkilli damarlarının 10 min dənəsini yan-yana gətirsək, ümumi qalınlıqları ancaq karandaşın ucu qalınlığında olar. Bir tükşəkilli damarın diametri 3-5 mikron intervalında dəyişir. Bu, millimetrin mində üçü, ya da mində beşi deməkdir. (2)

 

Ancaq yenədə qanın bu qədər dar damarlarda tıxanmadan və ağırlaşmadan hərəkət edə bilməsi, suyun yüksək axıcılıq qabiliyyəti nəticəsində mümkün olur. Professor Michael Denton, bu axıcılığın azacıq aşağı olması vəziyyətində qan-damar sisteminin öz funksiyasını yerinə yetirə bilməyəcəyini söyləyir:

 

Tükşəkilli damar sistemi, ancaq damarın daxilinə vurulan mayenin axıcılıq qabiliyyətinin yüksək olduğunda funksiyasını reallaşdırır. Yüksək axıcılıq qabiliyyəti əsasdır, çünki mayenin damar daxilindəki hərəkəti, mayenin axıcılıq qabiliyyətindən asılıdır... Burdan da aydın olur ki, əgər suyun axıcılıq qabiliyyəti  daha da artıq olsaydı, tükşəkilli damarlardakı qan axını üçün böyük təzyiq lazım olacaq və digər damar sistemləri yararsız hala gələcəkdir.

 

Əgər suyun axıcılıq qabiliyəti daha az olmuş olsaydı, onda ən kiçik tükşəkilli damarın diametri 3 mikron əvəzinə 10 mikron olmalı idi ki, bunun nəticəsində tükşəkilli damarlar lazımlı oksigen və qlikoza miqdarını çatdırmaq üçün əzələ toxumasının bütövlükdə hamsını əhatə edəcəkdi. Aydındır ki, bu vəziyyədə geniş yaşayış formalarının dizaynı imkansız olacaq və məhdudlaşacaqdı. Başqa sözlə desək, suyun həyatımız üçün əhəmiyyəti də onun axıcılıq qabiliyyətinin hazırdakı miqdarda olmasındadır. (3)

 

Başqa sözlə suyun bütün xüsusiyyətləri də, həyat üçün ideal nisbətdədir. Mayelərin axıcılıq qabiliyyətləri arasında milyonlarla fərqli cəhət vardır. Amma bu milyonlarla cəhət arasında su olması gərəkli olan nisbətdə yaradılmışdır.

 

Allah bir Quran ayəsində hər şeyi bir ölçü daxilində yaratdığını buyurur:

 

Göylərin və yerin səltənəti Ona məxsusdur. O, Özünə oğul götürməmişdir və səltənətində də şəriki olan yoxdur. O, bütün şeyləri xəlq etmiş və onlara münasib bir biçim vermişdir. (Furkan surəsi, 2)

 

 

Qaynaqlar:

 

1) Michael Denton, Nature's Destiny, s. 33.

2) Michael Denton, Nature's Destiny, s. 35.

3) Michael Denton, Nature's Destiny, s. 35-36.


10-) Quran elmə yol göstərir.

O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haq-qında düşünür (və deyirlər:) “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru! (Ali İmran surəsi, 191)

 

Quranda insanlar göylərin, yerin, dağların, ulduzların, bitkilərin, toxumların, heyvanların, gecə ilə gündüzün əmələ gəlməsi, öz doğuluşu, yağışın və yaradılmış daha bir çox varlığın üzərində düşünməyə və bu varlıqları tədqiq etməyə dəvət edilir. Bunları nəzərdən keçirən insan isə bütün varlıqlarda Allahın yaratma sənətini görəcək, beləliklə, özünü və bütün kainatı yoxdan yaradan Rəbbimizi tanıya biləcək.

 

Bu səbəbdən də Allah Quranda, insanları ətraflarındakı yaradılış dəlillərini düşünməyə və tədqiq etməyə çağırır. Kainatda mövcud olan bütün sistemləri, canlı- cansız varlıqları araşdıran, gördükləri haqqında düşünən və fikir yürüdən hər insan Allahın üstün ağlını, elmini və sonsuz gücünü görməyə başlayacaqdır. Kainatı və içindəki bütün canlıları araştırmağın və Allahın sonsuz yaratma sənətini insanlara göstərməyin yolu isə “elm”dir. Dolayısı ilə din, Allahın yaratma sənətindəki mükəmməlliyi ortaya çıxarmaq üçün elmi təşviq edir.

 

Din, elmi araşdırmalara təşviq etdiyi kimi, eyni zamanda dinin yönləndirdiyi istiqamətlərdə aparılan elmi araştırmalara da qısa müddətdə mükəmməl nəticələr verir. Çünki din, kainatın və canlıların necə var olduğu sualına ən doğru və qəti şəkildə cavab verən yeganə qaynaqdır. Dolayısı ilə doğru qaynağa əsaslanaraq aparılan araşdırmalar, kainatın və canlıların var olmasına dair sirləri ən qısa müddətdə, ən az əmək və ən az enerji sərf edərək aşkar edilməsinə səbəb olur. XX əsrin tanınmış elm adamlarından olan Albert Eynişteyn də dediyi kimi “dinsiz elm şikəstdir”, yəni burdan da belə nəticəyə gəlmək olar ki, dinlə elm nəyinki ziddiyət təşkil edir, əksinə bir biri ilə sıx qarşılıqlı əlaqədədir. Dinə əsaslanmadan aparılan hər bir araşdırmada  dəqiq nəticə əldə etmək uzun müddət tələb edir və bəzən də tamamilə nəticəsiz qalır.

 

Bu həqiqəti görmək istəməyən materyalist idealogiyaya sahib olan elm adamları tərəfindən istiqamətləndirilən elm isə, xüsusilə də iki yüz ildir ki, sərf olunan zamanın və trilyonlarla pul vəsaitinin əbəs yerə xərclənməsini bir daha göz önünə gətirir. Elə bu səbəbdən də insanların bilmələri lazım olan bir həqiqət vardır; Elm ancaq Allahın sonsuz qüdrətini, kainatdakı yaradılış dəlillərini aşkar etmək məqsədi daşıyır və bu məqsədi əsas tutaraq çalışılarsa doğru nəticələr əldə edilmiş olar. Yəni elm doğru istiqamətləndirilirsə qısa müddət ərzində  məqsədə çatmaq mümkün olur.

 

Allaha olan inam elm adamlarına böyük şövq və həyəcan qazandırır

 

Din elmi təşviq edir və elmlə məşğul olan ağıl və vicdan sahibi insanlar Allahın varlığının dəlillərinə yaxından şahid olduqları üçün, eyni zamanda güclü imana da sahib olurlar. Çünki bu insanlar hər araşdırmada, hər yeni rastlayışda Allahın yaratdığı mükəmməl sistem və detallarla qarşılaşır.  Məsələn, göz üzərində araşdırma aparan elm adamı, təkcə insan gözündəki kompleks sistemi gördüyündə bunun əsla təsadüflərlə və tədricən yaranmadığını başa  düşür. Daha dərindən araşdırdığında gözün hər bir hissəsinin möcüzəvi şəkildə yaradılmış olduğuna şahid olur. Gözün hissələrinin hər birinin bir- biri ilə müəyyən qanunauyğunluqla  çalışan onlarca ayrı parçadan meydana gəldiyini görür və onu yaratmış olan Allaha qarşı heyranlığı qat- qat artır.

 

Eyni şəkildə kainatı araşdıran elm adamı, bir anda özünü minlərcə nisbətlə qarşı qarşıya görür. Sərhəddini müəyyən etmək olmayan ucsuz - bucaqsız kainatda mövcud olan milyarlarnan qalaktika və bu qalaktikalardakı milyarlarnan ulduzun müəyyən nisbət daxilində hərəkət etməsi ona böyük araşdırma şövqü verir. Bunlardan dolayı, iman sahibi insan elmi araşdırmalar aparmaq və kainatın sirlərini öyrənmək üçün son dərəcədə istəkli və qərarlı olur. Dövrümüzün ən böyük dahilərindən olan Albert Eynişteynin bir yazısında iman edən elm adamlarının dindən aldıqları şövqü belə dilə gətirmişdir:

 

“Mən bunu iddia edə bilərəm ki, dini, kosmik yöndən baxışlar, elmi çalışmalarda daha qüvvətli hiss edilir. Şüphəsiz ki, ilk elmi konsepsiyaları yaradanlar bu hissi daha qüvvətli yaşayıblar. Kainatın təməlini, dərindən anlamaq, insana dərin iman hissi verir. İllər ərzində kainat haqqında gəldikləri nəticələr, Kepler və Nyutona belə dərin hissləri yaşatmışdır. “ 

 

(John Clover Monsma, The Evidence Of God In Expanding Universe (Genişlənən Kainatda Allah'ın Varlığının Dəlilləri ), Hisar Yayın Evi, Fevral 1976, s. 309)

 

Johannes Kepler Yaradıcının əsərlərindəki ləzzəti dadmaq üçün elmlə məşqul olduğunu söylərkən, tarixin ən böyük elm adamlarından olan İssak Nyuton isə, elmi araşdırmalarının arxasında duran məqsədin Allahı tanımaq istəyi olduğunu ifadə etmişdir.

 

Bu sözlər dünya tarixində ən tanınmış elm adamlarının bir neçəsinə aiddir. Bu insanlar və gələcək olan insanlar kainatı araşdıraraq Allahın varlığına iman edən, Allahın ehtişamla yaratdığı qanunlardan və hadisələrdən təsirlənərək daha çox kəşfetmə istəyi duyan kimsələrdir.

 

Allahın kainatı necə yaratdığını görmək istəyi, tarixdə bir çox elm adamlarına böyük stimul vermişdir. Kainatın və canlıların yaradıldığı gerçəyini dərk edən insan, eyni zamanda bu yaradılışın bir məqsədi olduğu gerçəyini də dərk etmiş olur. Məqsəd isə təbii olaraq müəyyən məna kəsb edir. Bu mənanı dərk etmək, dəlilləri tapmaq, incəliklərini bir- bir araşdırmaq istəyi, elmi işlərə də təkan verecəkdir.

 

Əgər kainatın və canlıların yaradılmış olduğu həqiqəti rədd edilərsə, bu məna da ortadan qalxacaqdır. Məsələn, materiyalist fəlsəfəyə və Darvinizmə inanan elm adamı, kainatın yaradılmasının heç bir məqsəd daşımadığını, hər şeyin təsadüf nəticəsində meydana gəldiyini zənn edərək yanılacaqdır. Belə olduğu təqdirdə kainatı və canlıları araşdırmağın da mənası qalmayacaqdır. Eynişteyn bu gerçəyi, “dinə inam nə zaman görünməzsə elm, ilhamı olmayan təcrübəyə dönür” kəlməsi ilə ifadə edir.

 

Belə vəziyyətdə, elm adamının qarşısına qoyduğu yeganə məqsəd, əldə etdiyi nəticə ilə tanınmaq, tarixdə qalmaq və daha çox pul qazanmaq olacaqdır. Bu məqsədlər isə onu ancaq səmimiyyətdən və elmi həqiqətlərdən uzaqlaşdıra bilər. Təkamül nəzəriyyəsinin uzun zamandan bəri elm dünyasında qəbul olunması, səmimiyyətsizliyin bir nümunəsidir. Reallıqda elmi bilgilərlə üz- üzə qalan bir çox elm adamı, təkamül nəzəriyyəsinin əsassızlığını görməkdə, ancaq sırf əks reaksiya alacaqlarından qorxaraq bunu ifadə etməmişlərdir. Amerikalı fizik H. S. Lipson bu mövzu haqqında olan fikrini belə ifadə edir:

 

“Canlılar haqqında Darvinin bildiyindən daha çox məlumatımız var. Məsələn, sinirlərin necə işlədiyini bilirik və mənim fikrimcə hər sinir elektrik mühəndisliyi yönündən bir şah əsərdir. Və bizim bədənimizdə bunlardan milyonlarla vardır... Belə olduqda mənim ağlıma gələn yeganə fikir “mükəmməl dizayn”dır. Amma bioloq həmkarlarım bu fikirimi heç bəyənmirlər. “ (H. S. Lipson, A Physicist's View of Darwin's Theory, Evolutionary Trends in Plants, vol. 2, no. 1, 1988, s. 6)

 

Yaradılışı göstərən “dizayn” kəlməsi, sırf buna görə elmi ədəbiyyatdan çıxardılmaq istənmiş, çox insan isə yaranmış bu vəziyyətlə barışmaq məcburiyyətindədir.

 

Bu vəziyyət, XIX əsrin ortalarından elm dünyasına hakim olmağa başlayan “dinsiz elm” yanlışının təzahürüdür. Eynişteynin də bildirdiyi kimi “dinsiz elm şikəstdir”. Bu səbəbdən də bu yanlış, həm elm dünyasını yanlış istiqamətlərə yönləndirmiş, həm də hədəflərinin yanlış yönləndirilməsinə baxmayaraq bu vəziyyətə reaksiya verməyən elm adamları ortaya çıxmasına səbəb olmuşdur.

 

Materyalizm maddənin mütləq varlıq olduğunu müdafiə edir və Allahın varlığını inkar edir. Bu fəlsəfənin iddiaları tədricən elm dünyasına qəbul etdirilmiş və elmi araşdırmaların bir hissəsi bu iddiaları dəstəkləməyə ayrılmışdır. Ancaq bu gün keçmişə nəzər saldığımızda, materyalizmin iddialarının sadəcə elmə vaxt itkisi yaşatdığını görürük. Çünki bu  iddiaları isbatlamaq üçün saysız elm adamı illər boyunca çalışıb, ancaq gəldikləri nəticə yenə də bu iddiaların əsassız olduğunu göstərmişdir. Nəticə “O, göyləri və yeri (yoxdan) var edəndir” (Ənam surəsi, 101) ayəti ilə də, Quranda xəbər verildiyi kimi; kainatın yoxdan var edildiyini, insan həyatının müəyyən məqsədə əsaslandığını, canlıların təsadüflərlə var olmasının və təkamül keçirməsinin imkansız olduğunu isbat etmişdir. İndi bu həqiqətləri növbə ilə araşdıraq;

 

Materialistlərin “sonsuz kainat” fikirləri nəticəsində elmin itirdikləri

 

XX əsrin əvvəllərinədək materialistlərin hakim olduğu elm dünyasında yayılmış görüş kainatın sonsuz ölçülərə sahib olması, sonsuz əvvəldən bəri mövcud olması və sonsuz gələcəyə qədər də mövcud olacağı şəklində idi. “Sabit kainat modeli” adlandırılan bu inanca görə kainatın başlanğıcı və sonu yoxdur, kainat hüdudsuz maddələrin tamıdır. Materialist fəlsəfənin əsasını təşkil edən bu görüş kainatın yaradıldığını da inkar edirdi.

 

Materializmə inanmış və ya bu fəlsəfənin təsirinə düşmüş çox sayda alim də sözügedən “sonsuz kainat” modelini elmi fəaliyyətlərində əsas olaraq götürürdülər. Astronomiya və fizika sahələrindəki bütün çalışmalar maddənin sonsuzluqdan bəri mövcud olduğu fərziyyəsinə əsaslanırdı. Qısaca desək, bir çox alim uzun illər boyu boş yerə səy göstərmişdi. Çünki elm çox keçmədən bu əfsanələri məhv edəcəkdi.

 

Sonsuz kainat modelinin səhv olduğunu görən və buna qarşı elmi alternativ gətirən ilk şəxs belçikalı alim Corc Lematr (Georges Lemaitre) oldu. Lematr rus alimi Aleksandr Fredmanın (Alexandre Friedmann) bəzi hesablamalarına əsaslanaraq, kainatın əslində bir başlanğıcı olduğunu və bu başlanğıcdan etibarən davamlı olaraq genişləndiyi nəzəriyyəsini irəli sürdü. Bundan başqa, bu başlanğıc anından qalan radiasiyanın müəyyən oluna biləcəyini də bildirdi.

 

Burada Corc Lematrın bir din alimi olmasını da vurğulamaq lazımdır. Lematr “kainatı Allahın yoxdan yaratdığı”na ürəkdən inanırdı. Yəni elmə materialistərdən çox fərqli bir təməldən yanaşırdı.

 

Sonrakı illər Lematrın inandığı təməlin doğru olduğunu ortaya çıxaracaqdı. İlk dəfə amerikalı astronom Edvin Habl (Edwin Hubble) istifadə etdiyi nəhəng teleskopla ulduzların həm bizdən, həm də bir-birlərindən davamlı surətdə uzaqlaşdıqlarını kəşf etdi. Bu müşahidələrə əsasən kainatdakı hər şey bir-birindən uzaqlaşırdısa, bunun göstərdiyi bir nəticə vardı: Kainat genişlənirdi, yəni materialistlərin iddia etdikləri kimi hərəkətsiz, sabit deyildi.

 

Kainatın sabit olmadığını əslində Albert Eynşteyn daha əvvəl nəzəri olaraq hesablamışdı. Lakin bu hesablamalar nəticəsində əldə etdiyi faktlar o dövrün sabit kainat modeli ilə uyğun gəlmədiyi üçün bu kəşfinin üzərində dayanmamış və bir kənara qoymuşdu. Eynşteyn sonralar bu hadisəni “karyerasının ən böyük xətası” adlandırmışdı.

 

Kainatın genişlənməsi daha vacib bir həqiqəti də göstərirdi: kainat genişləndiyinə görə, zaman ərzində geriyə doğru getdikdə kainatın bir nöqtədən genişlənməyə başladığı ortaya çıxırdı. Aparılan hesablamalar nəticəsində isə bu tək nöqtənin sıfır həcmə malik olması aydınlaşırdı. Elə kainat da bu nöqtənin partlaması nəticəsində ortaya çıxmışdı. Bu partlayışa “Big Bang”, yəni “Böyük Partlayış” adı verildi.

 

Əslində bu partlayan nöqtənin sıfır həcmə malik olması ifadəsi nəzəri olaraq istifadə edilir. Çünki sıfır həcm ifadəsinin qarşılığı “yoxluq” deməkdir. Yəni kainat yoxluqdan yaranmışdır. Ən doğru şəkildə ifadə etsək, “yoxdan yaradılmışdır”.

 

«Big Bang» nəzəriyyəsi yoxdan yaradılma həqiqətini açıq-aşkar göstərir. Lakin bu nəzəriyyənin qəbul edilməsi üçün elmi dəlillərinin də tapılması lazım idi. 1948-ci ildə Georgi Qamov kainatın böyük bir partlayışla əmələ gəldiyi halda, Lematrın da daha əvvəl bildirdiyi kimi, kainatda bu partlayışdan qalan radiasiyanın olmasının və bu radiasiyanın kainatın hər tərəfində bərabər miqdarda yayılması fərziyyəsini irəli sürdü.

 

Qamovun tapılmasının vacib olduğunu dediyi bu dəlil isə qısa müddətdə aşkar edildi. 1965-ci ildə Arno Penzias və Robert Uilson (Arno Penzias, Robert Wilson) adlı iki tədqiqatçı bu radiasiyanın qalıqlarını kəşf etdilər. “Kosmik Fon Radiasiyası” adlandırılan bu radiasiya lokal deyildi və kainatın hər yerinə yayılmış radiasiya idi. Beləliklə, uzun müddət kainatın hər yerindən bərabər ölçüdə alınan istilik dalğasının «Big Bang»-in ilk dövrlərindən qaldığı ortaya çıxdı. Penzias və Uilson bu kəşflərinə görə Nobel mükafatına layiq görüldülər.

 

1989-cu ildə isə Amerika Milli Kosmik Tədqiqatlar Mərkəzi NASA Kosmik Fon Radiasiyasını araşdırmaq üçün kosmosa «COBE» süni peykini göndərdi. Bu təkmilləşdirilmiş peykə yerləşdirilmiş həssas ötürücülər də Penzias və Uilsonun hesablamalarını bir neçə dəqiqə ərzində təsdiqlədilər.

 

“Kainatda nizam yoxdur” iddiası nəticəsində  elmin itirdikləri 

 

Materyalistlər, kainatın sonsuzdan bəri var olduğunu müdafiə etdikləri kimi, kainatda bir məqsəd və nizamın olmadığını da iddia etmişlərdir. Kainatdakı ümumi tarazlıq, ahəng və qanunauyğunluğun sadəcə təsadüflərin nəticəsi olduğu fikrini irəli sürmüşlərdir. Bu iddia da XIX əsrin ikinci yarısından bəri elm dünyasına hakim olmuş və elmi araşdırmalara  istiqamət vermişdir.

 

1960-cı illərdən etibarən aparılan araşdırmalar kainatdakı bütün fiziki qanunauyğunluqların insan həyatı üçün çox həssas bir şəkildə nizamlandığını ortaya qoyur. Araşdırmalar davam etdirildikcə, kainatdakı fizika, kimya və biologiya qanunlarının, cazibə qüvvəsi, elektromaqnitizm kimi əsas qüvvələrin, atomların və elementlərin quruluşlarının insan həyatı üçün labüd miqdarda nizamlandığını göstərmişdir.

 

Qərb alimləri bu gün bu fövqəladə nizamı “İnsani prinsip” (Anthropic Principle) adlandırırlar. Bu prinsip kainatdakı hər incəliyin, hər təfərrüatın insan həyatını nəzərə alan məqsəd naminə nizamlandığını ifadə edir.

 

Bu nəticə, materialist fəlsəfənin elm dünyasına qəbul etdirdiyi “kainat heç bir məqsədi və mənası olmayan maddələr yığınıdır, təsadüflər nəticəsində fəaliyyət göstərir” şəklində təlqinin həqiqətdə elmə zidd bir nağıl olduğu ortaya çıxarır. Məşhur molekulyar bioloq Maykl Denton «Nature’s Destiny: How the Laws of Biology Reveal Purpose in the Universe» (Təbiətin Taleyi: Biologiya qanunları Kainatdakı Məqsədi Necə Açıqlayır) adlı kitabında bu barədə belə şərh verir:

 

"XX əsr astronomiyasında ortaya çıxan yeni mənzərə son dörd əsr ərzində elmi dairələrdə geniş şəkildə qəbul edilən bir fərziyyəyə qarşı ciddi təzyiq göstərir. Bu fərziyyəyə görə həyat kainatda ortaya çıxmış təsadüfi və əhəmiyyətsiz bir məfhumdur... Müasir kosmologiya və fizika tərəfindən ortaya qoyulan dəlillər isə əslində XVII əsrdəki təbii teologiya müdafiəçilərinin axtardıqları, ancaq o dövrdəki elmin səviyyəsinə görə tapa bilmədikləri dəlillərdir". (Michael Denton, Nature’s Destiny: How the Laws of Biology Reveal Purpose in the Universe, The New York: The Free Press, 1998, s. 14-15)

 

Bu şərhdə bəhs edilən “təbii teologiya müdafiəçiləri”, XVII və XVIII əsrlərdə yaşayan və elmi dəlillərə əsaslanaraq ateizmi məğlub etməyi və Allahın varlığını sübut etməyi hədəfinə çevirmiş dindar elm adamlarıdır. Ancaq yenə yuxarıdakı şərhdə bildirildiyi kimi, o dövrdə elmin səviyyəsinin zəif olması bu elm adamlarının açıqladıqları həqiqətlərə kifayət qədər dəlil gətirilməməsinə səbəb olmuş və bunun nəticəsində materializm ideologiyası XIX əsrdə elm dünyasında hakim olmuşdur. Əslində isə XX əsr elmi bu prosesi tərsinə çevirmiş və kainatı Allahın yaratdığını sübut edən açıq dəlilləri ortaya çıxarmışdır.

 

Burada diqqət edilməsi vacib olan cəhət isə “kainatda müəyyən məqsəd və nizam yoxdur” şəklindəki materialist xurafatın elm dünyasına verdiyi vaxt itkisidir. Bu xurafatı dəstəkləmək üçün ortaya atılmış bütün nəzəriyyələr, formullar, nəzəri fiziki çalışmalar, rizayi düsturlar və s. hər biri boş yerə sərf edilmiş səylərdir. Əksinə əgər elm dünyası materyalizm kimi bir yanlışa deyil də, kainatı yaradanın Allah olduğu həqiqətini əsas götürmüş olsaydı, elmi araşdırmalar bu yöndə aparılmış olacaqdı. Mənim özüm təkamül nəzəriyyəsinin gələcəyin tarix kitablarında  gülüş hədəfinə tutulacağı fikri ilə razılaşıram. Gələcək nəsillər, bu əsassız hipotezin bu qədər asan qəbul edilməsini heyrətlə qarşılayacaqlar. (Malcolm Muggeridge, The End of Christendom, Grand Rapids: Eerdmans, 1980, s. 59)

 

Təkamül nəzəriyyəsini sübut etmək yolundakı ümidsiz səylərin nəticəsində elm dünyasının itirdikləri 

 

Elmin yanlış təməllər üzərində qurulmasının ən açıq nümunəsini Darvinin təkamül nəzəriyyəsində görmək mümkündür. 140 il əvvəl elm dünyasına daxil olan bu nəzəriyyə əslində bütün elm tarixinin ən böyük xətası olmuşdur.

 

Təkamül nəzəriyyəsi həyatın təsadüflər nəticəsində bəzi cansız maddələrin birləşməsi nəticəsində əmələ gəldiyini iddia edir. Bu iddiaya görə təsadüfən əmələ gələn bu canlılar yenə təsadüflərin nəticəsində təkamül edərək başqa canlılara çevrilmişlər. Bu ssenarinin sübut edilməsi üçün 1,5 əsrdən çoxdur ki, böyük səy göstərilir, amma elmi dəlillər hər zaman nəzəriyyənin əleyhinə işləyir. Belə ki, əldə edilən bütün dəlillər canlıların təkamülünün əsla baş vermədiyini, canlıların bir-birinə mərhələli çevrilməsinin doğru olmadığını, bütün canlı növlərinin ayrı-ayrı və olduqları kimi yaradıldıqlarını göstərir.

 

Yenə də təkamülçülər bütün bu aşkar dəlillərə baxmayaraq təkamül nəzəriyyəsini sübut etmək üçün saysız-hesabsız araşdırma və təcrübələr aparır, sadəcə cəfəngiyyatdan və yalanlardan ibarət cildlərlə kitab yazır, institutlar qurub konfranslar keçirir, televiziya proqramları hazırlayırlar. Gerçək olmayan bir iddia üçün minlərlə alimin, külli miqdarda pul və vəsaitin hədər edilməsi insanlıq üçün böyük itkidir. Bütün bu zərərin əvəzinə, əgər bu imkanlar yerində istifadə edilsəydi, bu günə qədər elmdə çox faydalı sahələrdə çox vacib addımlar atılar və dəqiq nəticələr əldə edilə bilərdi. Bəzi elm adamları və mütəfəkkirlər təkamülün nə qədər böyük bir xəta olduğunu görürlər. Skandinaviyalı elm adamı Soren Lovtrup “Darwinism: The Refutation of a Myth” adlı kitabında belə deyir:

 

Zənnimcə hər kəs, elmin belə yanlış nəzəriyyəyə istinad etməsinin böyük bir şanssızlıq olduğunu qəbul edəcəkdir. Biologiyada yaşanan da elə budur: Uzun müddətdir insanlar təkamülü Darvinist çərçivə daxilində mübahisə edir, “adaptasiya”, “seleksiya” və “təbii seçmə” kimi anlayışlarla. Sonra da bu mübahisələri ilə təbii hadisələrin izah edilməsinə yardım göstərmiş olurlar. Əslində isə heç də yardım göstərmiş deyillər. İnanıram ki, Darvinizm əfsanəsi bir gün elm dünyasında ən böyük aldanış olacaqdır.

 

Bəzi təkamülçü elm adamları belə müdafiə etdikləri nəzəriyyənin həqiqətlərə uyğun gəlmədiyini hiss edir və bu vəziyyətə görə narahat olurlar. Təkamülçü alim Pol R. Örliç “Science” (“Elm”) jurnalındakı müsahibəsində “dövrümüzdə təkamül nəzəriyyəsini bir ehkam olaraq əbədiləşdirmək, müşahidə obyekti olan dünya haqqında daha qaneedici açıqlamalar verilməsinə əngəl olacaqdır,” -deyərək təkamül nəzəriyyəsinə olan kor-koranə inamın elmə verdiyi zərəri, dolayı yolla olsa da, qəbul edir.

 

“Cansız Maddə Həyatı Əmələ Gətirə Bilər” İddiasının Elmə Qazandırdığı İtkilər

 

Həyatın mənbəyi nədir? Bir quşu və ya bir zürafəni daşdan, sudan, torpaqdan, qısası, cansız maddədən fərqləndirən nədir?

 

Bu sualın cavabı tarixin qədim dövrlərindən bəri axtarılır. Bu mövzuda ortaya çıxan görüşlər isə iki fərqli təməldə toplanır. Birinci görüş canlılar ilə cansız maddə arasında çox incə bir sərhəd olduğunu, bu sərhədin asanlıqla keçilə bildiyi və cansız maddənin öz-özünə canlana biləcəyini müdafiə edir. Bu görüşə elmi dildə “abiogenesis” deyilir.

 

İkinci görüş isə həyat ilə cansız maddə arasında böyük və keçilməz sərhəd olduğunu qəbul edir. Cansız maddənin öz-özünə canlanması mümkün deyil və hər canlı ancaq başqa bir canlıdan törəyir. “Həyat həyatdan gələr” cümləsi ilə ifadə edilən bu görüş “biogenesis” adlanır.

 

Maraqlıdır ki, “abiogenesis” fikri materialist fəlsəfə ilə, “biogenesis” fikri isə dini mənbələrlə əlaqədardır. Materialist fəlsəfə ortaya atıldığı ilk dövrlərdən bəri daim cansız maddənin canlana biləcəyini müdafiə etmişdir. Antik Yunanıstandakı mütəfəkkirlər bəsit canlıların cansız maddənin içindən daim törədiklərinə inanmışlar.

 

Bunun əksinə, İlahi mənbələr maddəyə həyat verənin sadəcə Allah olduğunu bildirir. Qurandakı ayələrdə belə buyurulur:

 

“Şübhəsiz ki, toxumu da, çəyirdəyi də cücərdib çatladan, ölüdən diri, diridən də ölü çıxardan Allahdır. Budur Allah! Axı siz Ondan nə cür döndərilirsiniz?” (Ənam surəsi, 95).

 

Bu gün elm dünyası, cansız maddələrdən təsadüflər nəticəsində, öz- özlüyünü tənzimləyən, digər cansız maddələrlə birləşərək qüsursuz, son dərəcə mükəmməl sistem olan hüceyrənin meydana gələcəyi fikrini irəli sürmüşlər. Eyni şəkildə ətrafımızda gördüyümüz milyonlarla canlı növünün də təkamülçülərin iddia etdikləri kimi təsadüflərin nəticəsi olmayacağı anlaşılmaqdadır.

 

Necəki Quranda, Allahın canlıları yoxdan var etdiyini, Ondan başqa heç bir varlığın “can vermə” gücünə sahib olmadığı bildirilmişdir. Əgər elm də, Allahın insanlara bildirdiyi bu həqiqətləri izləsəydi, bu qədər uzun müddət təkamülçülər tərəfindən nəticəsi olmayan araşdırmalarla vaxt itirməzdilər.

 

Təkamülçülərin açıqlaya bilmədikləri  “Fosil”  gerçəyi

 

Təkamül nəzəriyyəsinin elmə itirdiyi zamanın digər nümunəsi də, paleontologiya sahəsinin bu nəzəriyyəni isbat etmək üçün yanlış istiqamətlərə yönləndirilməsidir. Əlbəttə ki, dünyada canlıların yaşayış tərzini öyrənmək üçün paleontoloji araşdırmalara ehtiyac vardır. Ancaq təkamül nəzəriyyəsinin bu sahəni yanlış istiqamətə yönləndirməsi fosil araşdırmalarını və elm adamlarını da əks istiqamətə yönəltmişdir. Xüsusilə “insanın mənşəyi”ni araşdıran palentoloqlar, nəticəsiz yolda irəliləyirlər. Xəyali olaraq yarı insan, yarı meymun kimi canlı tapmaq üçün apardıqları bütün araşdırmalar nəticəsiz qalmışdır.

 

Onu da qeyd etmək lazımdır ki, fosil axtarışları çətin şərtlər daxilində və böyük miqyasda vəsait sərf olunması ilə aparılır. Xüsusilə Afrika ərazisi kimi ərazilərdə, onlarca insanın qrup halında yaşamaları üçün düşərgələrin qurulması, belə çətin şərtlərdə, qızğın günəş altında milyon dollarlarla ifadə edilən vəsaitlərin sərfi nəticəsində aparılan araşdırmalar 1,5 əsrdir ki, nəticəsiz qalmaqdadır.

 

Bütün bunlar sadəcə israf olunan zaman, bilgi, əmək, pul və imkan israfıdır. Bütün dünyada milyonlarla universitet, elmi tədqiqat və  araşdırma, milyonlarla elm adamı, müəllimlər və şagirdlər, laboratoriyalar və daha saymadığımız bir çox imkan, bu əsassız iddianın isbatlanmasına səfərbər edilmişdir. Ancaq əldə edilən nəticələr, tam əksini ifadə edir. Təkamülü müdafiə edən elm adamı, S. J. Jones, Nature jurnalında yazdığı bir məqalədə, paleontologiyanın, insanın mənşəyi hakkındakı fosil araşdırmalarının necə nəticəsiz yolda irəlilədiyini belə ifadə edir:

 

Paleontoloqlar, fosil qalıqlarının say azlığına olan hirsin üzərini örtməyə çalışırlar. Paleontologiya,  tək bir fikir irəli sürərək tanınacaq olan yeganə elm sahəsidir. Paleontologiyada bir fikrin qəbul edilməsi, kimin daha yüksək səslə qışqırmasına bağlıdır. (S. J. Jones, A Thousand and One Eves, Nature, cilt 34, 31 Mayıs 1990, s. 395)

 

Təkamül yalanının elmə itirdikləri

 

Təkamülçülər, nəzəriyyəni sübut edən dəlilləri tapmadıqları üçün yanlış informasiyalar verərək  bütün insalığı aldatmışlar. Ən tanınmış saxtakarlıqlarından biri “Piltdown Adamı” skandalıdır. Təkamülçü alimlər, yarı meymun, yarı insan fosilinin tapmadıqları üçün çarəni özləri yaratmaqda tapmışlar. Bir aranqutan meymununun alt çənə sümüyü ilə insan kəlləsini birləşdirərək, eyni zamanda müxtəlif kimyəvi maddələrdən də istifadə etməklə “İnsanın atası” adı ilə dünyanın ən məşhur muzeyində nümayiş etdirmişlər. Bu saxtakarlığın elmə verdiyi itkini dilə gətirən təkamülçü elm adamı F. Clark Howell belə aydınlıq gətirmişdir:

 

Piltdown Adamı, insan kəllə sümüyü ilə meymun çənəsindən ibarət varlıqdan başqa bir şey deyildi. Bu bilərək hazırlanmış oyun idi. Nə çənənin meymuna, nə də kəllə sümüyünün insana aid olduğunu qəbul etmədilər. Bunun əvəzinə bu parçaların meymun ilə insan arasında keçid forması olduğunu açıqladılar. 500 000 il əvvələ aid olduğunu söyləyərək buna ad da qoydular (Eoanthropus Dawsoni və ya  Dawn adamı) və bu mövzu ətrafında 500 kitab yazdılar. Paleontoloqlar bu tapıntı üzərində 55 il müddətində əbəs yerə çalışdılar.

 

Bu elm adamının söylədikləri son dərəcədə düşündürücüdür. Həqiqətdən uzaq “sözdə dəlil” 40 il müddətində elm aləmini əbəs yerə məşqul etmişdir. Saxta kəllə sümüyü üzərində 500 kitabın yazılması boşuna sərf olunan əməyin bariz nümunəsidir. Bir başqa təkamül saxtakarlığının nümayəndəsi Ernest Haeckel isə, həm etdikləri saxtakarlıqları etiraf edir, həm də digər həmkarlarının idealogiyaları üzərində necə çalışdıqlarından bəhs edir:

 

Bu etdiyim etirafdan sonra özümü bəlkə də qınanmış olaraq görməliyəm. Ancaq mənə təskinlik verən budur; günahkar olduğumuz halda həmkarlarımın əksəriyyətinin hələ də tanınmış bioloq, eyni zamanda onların yazmış olduqları biologiya kitablarında, jurnallarda az-çox təhrif edilmiş şəkillərə rastlanmasıdır. (Francis Hitching, The Neck of the Giraffe: Where Darwin Went Wrong, New York: Ticknor and Fields 1982, s. 204)

 

Aparılan müşahidələrin, təcrübələrin və araşdırmaların təkamülə uyğunlaşdırma səyi, həqiqətlərin gizlədilməsi və dəyişdirilərək insanlığa təqdim olunması əlbəttə ki, elmin gələcək inkişafına əsaslı surətdə zərər verməkdədir. Mövzunun ən təsirli yönü isə, apardıqları bu araşdırmalar nəticəsində hər zaman Yaradılışı sübut edən dəlillərin tapılmasıdır.

 

Təkamülçülər istəməsələr də elmi tapıntılar hər zaman Yaradılışı sübut edir

 

Aralarında səni dinləyənlər də vardır. Quranı anlamasınlar deyə onların qəlblərinə pərdə çəkdik, qulaqlarına da tıxac vurduq. Onlar istənilən ayəni görsələr belə, yenə də ona inanmazlar. Hətta sənin yanına gəldikdə səninlə mübahisə edirlər. Kafir olanlar: “Bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyildir”– deyərlər. (Ənam surəsi, 25)

 

Təkamülçülər təkamülü isbatlamaq üçün apardıqları araşdırmalar nəticəsində hər zaman Yaradılışı sübut edən dəlillər tapmışlardır. Elm, Allahın varlığına inanan insanlar üçün asandır. Çünki var olan sistemi araşdırmaq və onunla bağlı dəlilləri axtarmaq elm adamları üçün çətinlik yaratmır.

 

Ətrafımızda və içində yaşadığımız kainatda, Yaradılışı sübut edən saysız-hesabsız dəlillərlə hər zaman rastlaşırıq. Sadəcə bir ağcaqanaddakı insanı heyran edici sistem, bir tovuz quşunun qanadlarındakı möhtəşəm sənət, göz kimi kompleks və mükəmməl bir orqan və milyonlarla varlıq iman edən insanlar üçün Allahın varlığının və Onun üstün elminin və ağlının dəlilləridir. Yaradılış həqiqətini qəbul edən elm adamı da, Allahın ona bəxş etdiyi gözəllikləri seyr edəcək və daha da şövqlə araşdırmalarına davam edəcəkdir.

 

Əksinə təkamül kimi bir yalana inanmaq və bunu elmi mövqedən müdafiə etməyə çalışmaq elm adamını çətinliyə salmaqdan başqa bir şey deyil. Kainatdakı nisbət və canlılardakı mükəmməl dizayn onlar üçün sıxıntı qaynağına çevrilmişdir. Darvinin aşağıdakı sözü bunu daha aydın ifadə edir:

 

Göz haqqında fikirləşmək bəzən məni nəzəriyyəmdən soyudurdu. Müəyyən müddətdən sonra özümü bu problemə uyğunlaşdırmaq məcburiyyətində qaldım. Sadəcə tovuz quşunun qanadlarındakı mükəmməliyi görmək belə məni əsəbləşdirir. (Norman Macbeth, Darwin Retried: An Appeal to Reason, Boston, Gambit, 1971, s. 101)

 

Tovuz quşunun qanadları da, eyni zamanda kainatdakı saysız- hesabsız yaradılış dəlilləri də, təkamülçüləri hər zaman narahat etməyə davam edəcəkdir. Gördükləri açıq dəlillərə göz yuman insanlarda təbii olaraq hər şeyə qarşı laqeyidlik yaranacaq. Xristianlara: “əgər heykəlin sizə əl salladığını görsəniz belə, möcüzə ilə qarşılaşdığınızı zənn etməyin... Böyük ehtimalla heykəlin sağ qolundakı atomların hamısı təsadüfən hərəkət etməyə başlamış ola bilər” deyən tanınmış təkamülçü alim Richard Dawkins, bu laqeyidliyin bariz nümanəsidir. Elmin gələcək inkişafı üçün belə əsassız nəzəriyyələrin tamamilə kənar edilməsi və gördükləri gerçəkləri qəbul etməkdən çəkinməyən elm adamlarına ehtiyac vardır. 


11-) Sənaye kəpənəkləri iddiası saxtakarlıqdır.

XIX əsrin ortalarında İngiltərədə sənaye inqilabının başladığı vaxtlarda sənaye bölgələrindəki ağacların qabıqları açıq rənglidir. Bu səbəbdən bu ağacların üstünə qonan Biston Betularia növündən olan kəpənəklərin tünd rəngli növləri (melanik kəpənəklər) burada qidalanan quşlar tərəfindən tez görülür və yeyilirdilər. Lakin əlli il sonra sənaye çirklənməsi nəticəsində ağacların gövdələrinə sarmaşan yosun növündən olan şibyələr məhv olur və ağacların gövdələri qaralır. Bu dəfə açıq rəngli kəpənəklər ağac gövdələrində daha aydın göründüyünə görə quşlar tərəfindən yeyilirlər. Nəticədə açıq rəngli kəpənəklər sayca azalır, tünd rəngli melanik kəpənəklər yem olmadıqları üçün çoxalırlar.

 

Təkamülçülər bu vəziyyəti təbii seçmə ilə təkamül iddialarına mühüm dəlil kimi göstərdilər. Ardınca da hər zamankı saxtakarlıq üsulundan istifadə edərək açıq rəngli kəpənəklərin zaman ərzində təkamül keçirərək tünd rəngli kəpənəklər çevrilməsi kimi yalan uydurdular. Bu iddia “iş başındakı təkamül” (evolution in action) adı altında bütün dünyaya tanıdıldı. Lakin həqiqətlər daha fərqli idi, bu kəpənəklər heç cür təkamül xarakterli dəyişikliyə uğramadıqları üçün ortada böyük darvinist saxtakarlıq var idi.

 

Darvinist tibb doktoru və həvəskar bioloq olan H.B.D. Ketluel 1953-cü ildə ardıcıl təcrübələr keçirərək bu hadisəni müşahidə etməyə qərar verdi. İngiltərənin çöllərində bu kəpənəklərin yaşadıqları ərazilərdə müşahidə və təcrübələr apardı. Ketluel təcrübələri nəticəsində açıq rəngli şibyələrin olduğu ağacların üstündəki tünd rəngli kəpənəklərin daha çox ovlandığını müəyyən etdi və bunu darvinizm adına sanki böyük kəşf kimi “Scientific American” jurnalında “Darvinin itmiş dəlili” (Darwin’s Missing Evidence) başlığı altında xəbər verdi. 1960-cı ildə Ketluelin hekayəsi artıq bütün dərsliklərdə yer tutmuşdu.

 

İddianın irəli sürülməsindən təqribən bir il sonra 1985-ci ildə isə bu mövzu ilə bağlı qəribəliklər məlum oldu. Kreq Holdric adlı gənc amerikalı bir biologiya müəllimi apardığı tədqiqat nəticəsində Keltuelin yaxın dostu olan və onun təcrübələrində iştirak edən Ser Siril Klarkın qeydlərində maraqlı ifadəyə rast gəldi. Klark belə deyirdi:

 

“Müşahidə etdiyimiz tək şey kəpənəklərin günü harada keçirmədikləri oldu. 25 il ərzində ağac gövdələrində və ya bizim qurduğumuz tələlərin yanındakı divarlarda sadəcə iki dənə Betularia tapa bildik.”

 

Holdric uzun zaman şagirdlərinə ağac gövdələrinə qonmuş kəpənəklərin fotoşəkillərini göstərir və quşların daha çox görünənləri seçib yediklərini danışırdı. Amma indi bu kəpənəyi 25 il ərzində araşdırmış birisi bunları ağac gövdələrinə qonmuş halda sadəcə 2 dəfə gördüyünü deyirdi. Çox keçmədən bu hekayə qızğın elmi müzakirəyə çevrildi. Nəticədə aparılan elmi tədqiqatlar bu nəticəni üzə çıxardı:

 

“Ketluelin təcrübələrindən daha sonra aparılan bir çox tədqiqat sözügedən kəpənəklərin sadəcə bir növünün ağac gövdəsinə qonduğunu, digər bütün növlərin üfüqi budaqların alt hissələrinə qonduğunu üzə çıxardı. 1980-ci ildən etibarən kəpənəklərin ağac gövdələrinə çox nadir hallarda qonduğu hər kəsə məlum oldu. Bu barədə 25 illik fəaliyyət göstərən Siril Klark və Rouri Haulet, Maykl Meyceres, Toni Libert, Pol Breykfild kimi bir çox elm adamı “Ketluelin təcrübəsində kəpənəklərin təbii davranışlarından kənar davranmağa məcbur olduqlarını, təcrübə nəticələrinin buna görə elmi cəhətdən qəbul edilə bilməyəcəyini” bildirdilər.”

 

Ketluelin təcrübəsini nəzərdən keçirən tədqiqatçılar daha təəccüblü nəticə ilə qarşılaşdılar: İngiltərənin çirklənməmiş bölgələrində açıq rəngli kəpənəklərin daha çox olması gözlənirdi, ancaq tündlərin faizi açıq rənglilərdən dörd dəfə çox idi. Yəni Ketluelin iddia etdiyi və dərhal hər təkamülçü mənbədə təkrarlandığı kimi kəpənəyin sayındakı nisbətlə ağac qabıqları arasında bir əlaqə yox idi.

 

Amerikalı lepidopterist (kəpənəklər üzərində elmi tədqiqat aparan şəxs) Ted Sarcent və digər tədqiqatçılar sözügedən güvələrin ağac qabıqları üzərinə qonmadıqları, ağacların hündür budaqlarının altında gizləndikləri həqiqətinə diqqət çəkdi. Ancaq təkcə bu deyildi, eyni zamanda bu güvələr gündüzlər yatır, gecələr uçurdular. Yəni quşlar yatarkən! İşin əsli araşdırıldıqda qalmaqal böyüdü: Ketluelin fotoşəkillərini çəkdiyi “ağac qabığının üstündəki güvə kəpənəkləri” əslində ölü kəpənəklər idi. Çünki kəpənəklər ağacın gövdəsinə deyil, budaqların alt hissəsinə qonduqları üçün belə bir şəkil əldə etmək imkanı heç yox idi. Ona görə Ketluel bu ölü canlıları iynə və yapışqanla ağaca bərkitmiş və o şəkildə fotoşəkillərini çəkmişdi.

 

Darvinistlərin təqribən bir əsr boyu qürurla elmi dəlil kimi göstərdikləri kəpənəklərin saxtakarlıq olduğunun öyrənilməsi nəticəsində “Nyu York Taymz” belə şərh verirdi:

 

İş başındakı təkamülün ən məşhur nümunəsi indi artıq ən böyük biabırçılığa çevrilmiş olmalıdır.

 

Çikaqo Universitetindən təkamülçü bioloq Ceri Koyn bu böyük saxtakarlığı 1998-ci ildə öyrəndikdə illər boyu tələbələrinə öyrətdiyi sənaye kəpənəkləri hekayəsinin bir yalan olmasına görə “utandığını” yazmış və bunları demişdi: “Bu eynilə 6 yaşımda ikən Yeni İl ərəfəsində hədiyyələri şaxta babanın deyil, atamın gətirdiyini öyrəndiyim zaman hiss etdiyim ümidsizlik kimi idi.”

 

Bütün bu həqiqətlərin üzə çıxması ilə birlikdə “Darvinin itmiş dəlili” kimi göstərilən sənaye inqilabı kəpənəkləri hekayəsinin böyük yalandan ibarət olduğu başa düşülmüşdür. On illərlə dünyanın hər tərəfində yüz milyonlarla insan ağac qabıqlarına iynələnmiş bir neçə ölü kəpənəyin fotoşəkli və davamlı olaraq təkrarlanan köhnəlmiş hekayə ilə səhv məlumatlandırılmışdır. Əsl həqiqət isə budur: Darvinin ehtiyacı olan dəlillər yoxdur və bunların nə vaxtsa tapılması da qeyri-mümkündür. Çünki canlılar təkamül keçirməyiblər.

 

Maraqlısı budur ki, sənaye inqilabı kəpənəkləri hələ də bəzi dərs kitablarında təkamülə dəlil kimi təqdim edilməkdə davam edir. Darvinistlər bu yolla bunun saxtakarlıq olduğunu bilməyən gəncləri aldatmağı qarşılarına məqsəd qoyublar. Lakin açıq şəkildə üzə çıxmasına baxmayaraq saxtakarlığı hələ də dəlil kimi göstərməyə çalışmaq Darvinizmin çarəsizliyinin, dəlildən kasad olmasının və ideoloji saxtakarlılıqdan ibarət olmasının sübutudur. Yaradılış gerçəyi açıqdır. Bu açıq həqiqətdən qaçan darvinistlər yalanın və hiyləgərliyin həll yolu olacağını düşünürlər. Lakin Allah hiyləni, batil və saxta dini mütləq aradan qaldıracaqdır.

 

De: “Haqq gəldi, batil yox oldu. Çünki batil yoxluğa məhkumdur!” (İsra surəsi, 81)


12-) “Təbii seçmə şüurlu şəkildə seçim edə bilir'' iddiası tarixin ən böyük yalanlarından biridir.

* Təbiətdə güclü olan növlərin təhlükələrdən qorunaraq həyatda qalması, zəif olanların isə mühit şəraitlərinə və təhlükələrə məğlub olaraq məhv olmasıdır.

      *Darvinistlər bunu orqan və toxumalar səviyyəsində izah etməyə çalışırlar. Mutasiyaların olduğunu və mutasiyalar nəticəsində faydalı toxumaların meydana gəlməsini ehtimallar daxilində digər toxumalara görə təbii olaraq seçiləcəyini və bu seçmə nəticəsində həyat üçün uyğun olan toxumalardan uyğun orqanların meydana gələcəyini iddia edirlər.      

*Bu mövzuda təsadüf iddiasını rədd edirlər. "Mutasiyalar təsadüfən reallaşır, amma buradakı faydalı nəticəni “təbii seçmə” seçir" deyirlər. Təbii seçmənin sanki çox sayda ehtimal arasından ən faydalı olanını seçməyə qadirmiş kimi göstərməyə çalışırlar.  

  Bu iddianın əsassızlığını göstərən məqamlar:     

 *Canlı üçün faydalı olan, onun mövcud strukturunu təkmilləşdirən hər hansı bir mutasiyanın reallaşması qeyri-mümkündür. Mutasiyaların 99% -i zərərli, 1%-i isə təsirsizdir. Faydalı mutasiya hələ MÜŞAHİDƏ EDİLMƏMİŞDİR. Buna görədir ki, "təbii seçmənin faydalı mutasiyalar arasından seçim etməsi" qeyri-mümkündür.      

* Təbii seçmə şüurlu mexanizm deyil. Onun reallaşan mutasiyalar arasından ən faydalısını seçə biləcək şüuru yoxdur. 

    *Təbii seçmə yolu ilə ən faydalı növ seçilərsə belə, bu vəziyyət heç bir halda o canlıya yeni bir orqan əlavə etməyəcək. Sürətli qaçan zebralar yaşayır, zəif olanlar isə ova çevrilirlər, lakin bu vəziyyət heç bir zaman zebraları pələngə çevirmir.

      *Təbii seçmənin əvvəldən təyin olunmuş plana görə seçim etməsi qeyri-mümkündür. Bunun əksini söyləmək təbii seçmənin şüura sahib olduğunu iddia etməkdir. Təsadüfi reallaşan hadisələrdə şüurun olduğunu iddia etmək  məntiqsizlikdən xəbər verir. Lakin Darvinistlər  təsadüf iddiasının gülünclüyündən xilas olmaq üçün  təbii seçmədə  şüur olduğunu iddia edir və insanları aldadırlar.      

* Darvinistlərin iddialarına görə, təbii seçmə, ortada heç bir şeyin yoxkən göz kimi kompleks bir orqanı planlamalı, onun bütün xüsusiyyətlərini əvvəldən bilməli və plana uyğun olaraq HEÇ SƏHVƏ YOL VERMƏDƏN hər  mərhələni ən doğru şəkildə yerinə yetirməlidir. Göz yaranana kimi xətaya yol vermədən müəyyən bir plan daxilində qərarlı davranaraq işinə davam etməlidir. Ard-arda mükəmməl orqanlar meydana gətirməli, görən bir beyin yaratmalı və gördüklərini şərh edən bir şüur var etməlidir. Ən əsası da bunların hamısını eyni anda etməlidir. Əlbəttə, şursuz atomların bunu etməsi qeyri-mümkündür. Lakin Darvinistlərin israrla müdafiə etdikləri əslində tam olaraq budur.     

Təbii seçmə ilə əlaqədar Darvinistlərin etirafları  

Charles Darvin:

“Nəzəriyyəmin çətinlikləri və ona qarşı olan etirazlar belə təsnifləndirilə bilər: ... İkincisi; məsələn fərqli quruluşu və vərdişləri olan yarasanın dəyişiklik keçirərək başqa bir  quruluş və vərdişləri olan heyvana çevrilməsi mümkündürmü? Təbii seçmə adlı bir mexanizmin bir tərəfdən zürafənin milçək qovmağa yarayan quyruğu kimi çox az əhəmiyyətli bir orqanı, digər tərəfdən isə göz kimi mükəmməl və kompleks olan orqanı yaratmasına inana bilərikmi? Charles Darvin, Növlərin Mənşəyi, Onur Nəşrləri, Beşinci Nəşr, Ankara 1996, s. 186

  J. Hawkes:

    Quşların, balıqların, çiçəklərin və.s göz qamaşdırıcı gözəlliyini təbii seçməyə borclu olduğumuza inanmaqda çətinlik çəkirəm. Bundan əlavə,necə ola bilər ki insan şüuru belə bir mexanizmin  məhsulu ola bilsin? Necə ola bilər ki, bu möhtəşəm insan beyni - Sokrat, Leonardo da Vinçi, Shakespir, Nyuton və Eynşteyn kimi dahilər "həyat mübarizəsi" deyilən meşə qanununun bizə bir hədiyyəsi olsun?  J. Hawkes, "Nine Tentalizing Mysteries Of Nature," New York Times, nömrə. 33, 1957

 Dr. Colin Patterson:

    Heç kim bu günə qədər təbii seçmə mexanizmləri ilə yeni  növ yarada bilməyib. Heç kim belə bir şeyin yanına belə yaxınlaşa bilməyib. Colin Patterson, "Cladistics", BBC, Brian Leek ilə Reportaj, Peter Franz, 4 Mart 1982

  Arthur Koestler:

    Hazırki dövrün intellektual  insanları  Darvinin təsadüfi mutasiyalar və təbii seçmənin “sehirli gücü” sayəsində bütün suallara cavab tapdıqlarına inanmağı davam edirlər, təsadüfi mutasiyaların etibarsızlığından və təbii seçmənin isə cəfəngiyyat halına gəldiyi gerçəyindən xəbərsiz bir şəkildə. Arthur Koestler, Janus : A Summing Up, Vintage Books, 1978, s. 185

  Pierre Paul Grassé:

    J. Huxley və digər bioloqlar təkamülün, təbii seçmə mexanizması vasitəsi ilə işlədiyini iddia etdiyi nəzəriyyəsi əslində, demoqrafik gerçəklərin, genotiplərin regional dalğalanmasının və coğrafi yerləşmələrinin müşahidəsindən başqa bir şey deyil. Hazırda yaşayan növlər on minlərlə il keçməsinə baxmayaraq dəyişmədən qalıblar. Təbii şəraitdən qaynaqlanan dalğalanmalar, genlərin əvvəldən dəyişdiyi nəzərə alındığı zaman təkamülə dəlil olaraq istifadə edilə bilməz. Bunun ən yaxşı sübutu isə milyonlarla il heç bir dəyişikliyə məruz qalmayan fosillərin olmasıdır. (Pierre Paul Grassé, Evolution On Living Organisms: Evidence for a New Theory of Information, Academic Press, Yanvar/1978)


13-) Saxta din: Darvinizm.

Darvinizmin tarixini nəzərdən keçirdikdə qarşımıza çıxan çox açıq həqiqətlər var:

- Darvinizm elmi cəhətdən sübut edilməmiş, tam əksinə, elmi dəlillərlə təkzib edilmişdir.

- Elə bu səbəbdən Darvinizm saxtakarlıqla yaşadılmağa çalışılmışdır.

- Darvinist saxtakarlıqlar darvinist elm adamları tərəfindən göz ardı edilmişdir.

- Saxta fosillər saxta olduqları ifşa edildikdən sonra belə illərlə muzeylərdə təkamülə dəlil kimi nümayiş etdirilmişdir.

- Darvinist elm adamları saxtakarlıqların həqiqi üzünü bilmələrinə baxmayaraq tələbələrinə bütün bunları təkamülü sübut edən elmi dəlil kimi öyrətmişlər.

- Darvinizmi təkzib edən, yaradılışı sübut edən elmi həqiqətlər darvinist elm adamları tərəfindən gizlədilməyə çalışılmışdır. Fosillərin gizlədilməsi bunun ən böyük dəlilidir.

- Darvinizm kütlələrə insanın ancaq bir heyvan olmasını bildirməyə çalışmış, bunun üçün saxta rüşeym rəsmləri çəkməkdən çəkinməmişdir.

- Darvinizm canlıları üstün Yaradıcının yaratması həqiqətini inkar etmək üçün təsadüflərin “möcüzələr” meydana gətirdiyinə insanları inandırmağa çalışmışdır (Allahı tənzih edirik).

 

Bəs saxtakarlığa qədər gedən bu təəccüblü səyin səbəbi nədir? Görəsən darvinistlər elmi həqiqətlərin təqdim etdiyi doğruları qəbul etmək və Darvinizmdən əl çəkmək əvəzinə nə üçün belə çətin yola çıxmışdılar? Elmi cəhətdən təkamül nəzəriyyəsinin sübut edilmədiyi açıq həqiqət olmasına baxmayaraq görəsən nə üçün bu nəzəriyyəyə sübut edilmiş təsəvvürü verməyə çalışır və nə üçün təbliğat, saxtakarlıq və yalanlara bu qədər zaman və əmək sərf edirlər? Darvinist elm adamları alçalacaqlarını, saxtakar tanınacaqlarını bilə-bilə görəsən niyə təkidlə təkamül uğrunda yalanlar uydurmuş və onları təhsil müəssisələrində öyrətmişlər?

 

Bütün bunların bircə cavabı var: Darvinizm elm deyil. Darvinizm batil bir dindir. Boş və batil inanc sistemidir. Saxtakarlıq üzərində qurulmuş ideologiyadır. Darvinistlərin bütün bu səylərinin səbəbi də bu batil dinə olan kor-koranə bağlılıqları və batil inanclarını var gücləriylə yaşatmaq arzusudur. Darvinistlərə görə bunun üçün lazım olan hər şey edilməlidir. Əgər bu batil din tərk edilsə, darvinistlər bütün varlıqları Allahın yaratdığı həqiqətini qəbul edəcəklər və saxta dinlərini tərk edəcəklər. Bu vəziyyət ziddiyyətli darvinist beyinlər üçün əsla qəbuledilməzdir. Lakin Allahın varlığına və birliyinə iman və Allah sevgisi insanlar üçün böyük sevincə vəsilədir. Allaha iman insanın ağlını və anlayış gücünü qat-qat artıran, ruhunu çox dərinləşdirən böyük nemətdir. Darvinistlərin öz zəif ağıllarına görə Allahın açıq-aşkar varlığını inkar etmək üçün əl atdıqları üsullar isə onları ancaq çarəsizliyə, məqsədsizliyə, saxtakarlığa və məntiqsizliyə sürükləyir.

 

Elə 150 ildən bəri Darvinizm adından davam edən yalanların, saxta fosillərin, saxta rəsmlərin, yapışdırma kəpənək fotoşəkillərinin, saxta rüşeym sxemlərinin, elmi dəyəri olmayan saxta rekonstruksiyaların, 70 il boyu gizlədilən Kembri canlılarının, 40 il boyu nümayiş etdirilən saxta kəllə sümüklərinin, bəzi dərsliklərdə yerini hələ də qoruyan saxtakarlıqların kökü budur. Batil təkamül dininin mənsubları bu saxta dini yaşatmaq üçün elmdən deyil, saxtakarlıqdan istifadə etməyə üstünlük verirlər. Darvinist elm adamları arasında səssiz, ancaq böyük ittifaqla bu saxtakarlıq davam etdirilir. Fransız bioloq, darvinist Pier Pol Qrass bu həqiqəti belə etiraf edir:

 

Bu yalan bəzən şüursuz şəkildə baş verir, lakin hər zaman olmur. Çünki bəzi insanlar məzhəbçiliklərinə görə qəsdən həqiqətləri görməməzliyə vururlar və öz inanclarının qeyri-kafiliyi və yanlışlığını göstərən məlumatı inkar edirlər.

 

Darvinist Pier Pol Qrasın bu etirafı darvinist dairələrdə baş verən gizli birliyi ifadə edir. Dəccal sisteminə görə Darvinizm heç cür inkar edilməyəcəyi üçün saxtakarlıqlara və yalanlara göz yumulmalıdır.

 

Darvinistlər bəzən darvinizmi din kimi mənimsədikləri həqiqətini də etiraf edirlər. Buna misal olaraq aşağıdakı bəzi nümunələri göstərmək olar (Allahı tənzih edirik):

 

“Bir şəxs ancaq o baxış ateizmdən ayırd edilməzsə, təkamülə uyğun olan dini baxışa malik ola bilər.” Təkamül bioloqu və genetik ateist Uil Provayn.

 

“Təkamül ateistlərin öz varlıqlarını qorumalarına kömək edir və onların yaradansız təkamül “dini” ilə uyğunluq təşkil edir.” Təkamül bioloqu, ateist Riçard Doukins.

 

“Əslində təkamül bir baxımdan elmi din halına gəlmişdir. Demək olar ki, bütün elm adamları bunu qəbul edirlər və onların bir çoxu öz müşahidələrini buna uyğunlaşdırmağa “meylli” olmağa hazırdırlar.” Mançester Universiteti Fizika professoru darvinist H.S.Lipson.

 

“Mənim 40 ildən çox müddət ərzində davam edən təkamülü təcrübə yolu ilə göstərmə səylərim tam mənada uğursuzluqla nəticələndi... Təkamül fikri yalnız inanca əsaslanır!” Bütün karyerasını canlılar arasında “süni şəkildə təkamül” həyata keçirməyə sərf edən Lund Universitetindən tanınmış elm adamı Heribert Nilson.

 

“Təbii seçmə qanunları, iddia edirəm ki, elm deyil. Bu bir ideologiyadır, həm də pis ideologiyadır və bizim həyatın tarixini açıq şəkildə başa düşməmizə mane olur. Eynilə bir-birimizə tolerant davranmağımıza mane olduğu kimi.” İsveçrə Federal Texnologiya İnstitutundan geologiya mütəxəssisi darvinist Kennet Hsü.

 

“Məni bunun şahidi, bu mövzunun vəkili kimi görsələr və məndən bunu soruşsalar: “Dr. Doukins, təkamülə olan inamınız, təkamüllə bağlı fəaliyyətləriniz sizi ateizmə qaytardı?” Buna “bəli” cavabı verməyə məcbur olardım... Mənim kimi insanlar təkamül lobbisi üçün pis xəbər kimidirlər. Lakin mən bu məsələdə, bu sahədə danışan adamların hamısından daha səmimiyəm.” Riçard Doukins.

 

Dünyada tanınan darvinistlərin bu etirafları, şübhəsiz, mühüm həqiqətə işarə edir. Darvinistlər müdafiə etdikləri ideologiyanın yalan olduğunu bilərək ortaq, səssiz dildən istifadə edərək bu saxtakarlığı birlikdə davam etdirirlər. Bəzən etdikləri etiraf xarakterli açıqlamalar da batil Darvinizm dininə bağlılıqları baxımından heç nəyi dəyişdirmir, bu sistem 150 ildir olduğu kimi eyni şəkildə davam edir. Qəsdən edilmiş saxtakarlıqların ardı kəsilmir, batil Darvinizm dinini yaşatmağı hədəfləyən bu yalanlara son qoyulmur.

 

1998-ci ildə ölən və bütün həyatını bu saxta nəzəriyyəni müdafiə edərək keçirmiş İngiltərə Təbiət Tarixi Muzeyinin qocaman paleontoloqu Kolin Patersonun aşağıdakı etirafı darvinistlərin içinə düşdükləri yalanı görmək baxımından düşündürücüdür:

 

On ildən çox zaman ərzində təkamüllə bağlı fəaliyyət göstərdiyimi düşündüm... (Ancaq) bununla bağlı bircə şey də bilmirəm... son bir neçə həftə boyu müxtəlif insanlara və müxtəlif qruplara adi sual verməyə çalışdım. Sual bu idi: “Təkamül haqqında doğru olan bildiyiniz bir şey, hər hansı bir şey deyə bilərsinizmi?” Bu sualı Fild Təbiət Tarixi Muzeyinin geoloji heyətinə də verdim və aldığım tək cavab dərin sükut idi. Eyni sualı təkamülün ən nüfuzlu şəxsləri olan Çikaqo Universiteti Təkamül Morfologiyası Seminarının üzvlərinə də verdim və aldığım cavab yenə uzun sükut idi. Sonda aralarından biri bu cavabı verdi: “Bəli, mən bir şey bilirəm – bu təhsil müəssisələrində öyrədilməməlidir.”

 

Kolin Patersonun bu etirafı darvinistlərin açıq şəkildə bildikləri bir həqiqəti həyatları boyu gizlətməkdə və bir yalanın ardınca getməkdə heç bir problem görmədiklərini açıq şəkildə ortaya qoyur. Təkamül nəzəriyyəsinin yalan olması əslində bütün elmi dairələrə məlumdur. Təkamülün beyinləri yumaq məqsədilə məktəblərdə oxudulduğunun, təkamül haqqında çıxan bütün xəbərlərin yalan olduğunu, keçirilən konfransların, nəşr edilən kitabların, təkamül lehində saysız-hesabsız jurnalın əslində təbliğat məqsədi daşıdığını hamısı bilir. Darvinistlərin hər biri təbiət tarixi muzeylərində nümayiş etdirilən fosillərin təkamülə heç bir dəlil olmadığını bilirlər. “Təkamülə yeni dəlil tapıldı” xəbərlərinin uydurma, jurnallarda və qəzetlərdə çıxan təkamül rəsmlərinin isə saxta olduğunu bilirlər. Ancaq bütün bunlardan xəbərsiz imiş kimi davranırlar. Bir-birlərinə bu saxtakarlıqları danışarkən akademik mövzu təsəvvürü verməyə çalışırlar. Amma əslində hamısı uydurma və saxta ideologiyanın tərəfini tutduqlarını bilirlər.

 

Bütün bunların səbəbi təkamülün bir inanc sistemi, batil bir din olmasıdır. Təkamülün elmlə heç bir əlaqəsi yoxdur. Darvinizm dəccalın mübarizəsinin tələbi kimi müdafiə edilir. Darvinizmi müdafiə edən bütün elm adamları əslində fərqinə varmadan dəccalın idarəsi altındadırlar.

 

Florida Dövlət Universitetindən fəlsəfə professoru darvinist Maykl Ryuz batil darvinizm dinini belə tərif edir:

 

"Müdafiəçiləri təkamülü elmdən çox dəstəklədilər. Təkamül bir ideologiya, dünyəvi din elan edildi – məna və əxlaq baxımından Xristianlığa alternativ olan mükəlləf bir din kimi... Təkamül bir dindir. Bu əvvəlki təkamüldə də bu formadadır və bugünkü təkamüldə də hələ də bu formadadır."

 

Amerikalı astronom, fizik və kosmoloq Robert Ceystrou isə darvinistlərin kor-koranə Darvinizmə bağlılıqları haqqında bunları deyir:

 

Bəlkə də yer üzündəki həyatın meydana gəlməsi bir möcüzədir. Elm adamları bu fikri qəbul etməyə meyllidirlər, amma seçimləri məhduddur. Ya həyat elmi anlayışdan kənar bir varlığın istəyi ilə yer üzündə yaradılmışdır, ya da bizim planetimizdəki cansız maddələrdə meydana gələn kimyəvi reaksiyalar yolu ilə öz-özünə əmələ gəlmişdir.

 

Birinci fikir həyatın mənşəyi məsələsini elmi tədqiqatların fövqünə yönləndirir. Bu, elmi qanunlardan uzaq olan Uca Varlığın gücünə olan inamın ifadəsidir. İkinci nəzəriyyə də bir inancdır. Bu inanc isə həyatın mənşəyinin elmi cəhətdən doğru olması fikri üzərində qurulmuşdur. Lakin bu inancı dəstəkləyən heç bir konkret dəlil yoxdur.

 

Robert Ceystrounun bu sətirlərdə dilə gətirdiyi kimi Darvinizm bir inanc kimi qəbul edilmişdir, amma bu batil inancdır və heç bir elmi tapıntı ilə dəstəklənmir. Darvinizmi elmi fikrin ortaya qoyduğu tək seçim, yaradılış həqiqətini isə elmin fövqündə duran inam kimi görmək isə materialist düşüncə tərzinin səhvi və yalanıdır. Elmin göstərdiyi həqiqət yaradılışdır. Canlıların üstün və qüdrət sahibi Ağlın, yəni Uca Allahın əsəri olması elmi tapıntılarla bir da təsdiqlənmişdir. Darvinizmin iddiaları isə elmin bütün sahələrində təkzib edilmişdir. Ona görə elmə inanan bir şəxsin Darvinizmi müdafiə etməsinin zəruriliyi fikri həqiqətə uyğun olmayan ciddi səhvdir.

 

Darvinizmin elm deyil, batil bir din olmasının məlum olması və başa düşülməsi, şübhəsiz, çox vacibdir. Beləliklə, əvvəla Darvinizmin dünyanı aldatmasının ideoloji səbəbi olduğu başa düşülər. Nəzəriyyənin irəli sürülməsindən bəri Darvinizm adından edilmiş hər fəaliyyət, bu istiqamətdə atılmış hər addım, aldadılan hər insan Darvinizm ideologiyasının bir hissəsi olmuşdur. Darvinizmin dərsliklərə daxil olması, bütün dünyaya yayılması, demək olar ki, bütün elmi jurnalların, qəzetlərin və televiziya verilişlərinin yeganə mövzusu olması elə-belə hadisə deyil. Bu vəziyyət əslində olduqca təhlükəlidir. İnsanlar bu batil dinin təsiriylə bir-birlərini sanki heyvan kimi görür, güclünün zəifi əzməsini öz ağıllarına görə normal qarşılayır, insanı Allah qarşısında heç bir məsuliyyəti olmayan, təsadüfən əmələ gəlmiş varlıq kimi qavramağa başlayırlar. Batil Darvinizm dininin təsiriylə baş verən müharibələr, işğallar, qarşıdurmalar, kommunizm, kapitalizm, faşizm kimi ziddiyyətli ideologiyalar, dünyanın bir çox ölkəsində hələ də davam edən anarxiya və terror bu təhlükənin ölçüsünü göstərir.

 

Unutmaq olmaz ki, Darvinizmin davamlı olaraq təlqin edilməsi və bütün dünyada təsirli olmasına çalışılması Allah inancına qarşı aparılan mübarizədir. Bu batil ideologiya insanı Allaha qarşı bütün məsuliyyətlərdən uzaqlaşdırmaq və axirəti unutdurmaq məqsədini daşıyır. Allah qarşısında məsuliyyətsiz olduğunu zənn edən və axirətə inanmayan bir insanın da, şübhəsiz ki, başqalarına zülm etməsi, digərlərini amansızlıqla əzməsi, güclü olmaq üçün hər cür pisliyi öz ağlına görə normal hesab etməsi, xudbin olması, qarşıdurmanı inkişafın yolu kimi gördüyü üçün müharibələrə təkan verməsi, kütlələri məhv etməsi, müxtəlif etnik qruplara qarşı soyqırım tətbiq etməsi təəccüblü deyil. Bu gün hələ orta məktəb dövründəki gənclər belə əllərinə silah alaraq törətdikləri məktəb basqınlarında, onlarla insanı güllələyərkən darvinist məntiqin zehinlərini necə zəhərlədiyini açıqlamaqdan çəkinmirlər. Qarşılarındakını “aradan götürülməli” heyvan kimi gördüklərini gizlətmirlər. Batil Darvinizm dini belə dəhşətli və məhvedici inancdır.

 

Beləliklə, batil Darvinizm dinini və Darvinizmin dünyanı aldatmasını nəzərdən keçirərkən bu həqiqətləri unutmaq olmaz. Darvinistlərin dünyanı aldadarkən istifadə etdikləri hiyləgər üsulların elm ilə, sübut edilməli hər hansı elmi nəzəriyyə ilə əlaqəsi olmadığını nəzərə almaq lazımdır. Batil Darvinizm dininin əhalinin sayının planlaşdırılması üçün aclıq, xəstəlik və müharibələrin lazım olduğunu müdafiə edən Maltusun fikirlərindən təsirlənərək formalaşdığını, bütün xəstə və şikəstlərin öldürülməsini irəli sürən yevgenika fikrinin əsası olduğunu, kütlələri ölümə sürükləyən faşist və kommunist diktatorların əsas istinadgahını təşkil etdiyini, I və II dünya müharibələrində on milyonlarla insanın həyatını itirməsinə səbəb olduğunu və hal-hazırda bütün dünyada və xüsusilə ölkəmizdə davam edən terror bəlasının qidalandığı yeganə mənbə olduğunu unutmamaq lazımdır. Bu gün dünyada mövcud olan bütün qarışıqlıqların, din əxlaqına qarşı yeridilən üsyanların, kommunist və faşist axınların, hücum, qətl və terror hadisələrinin də çıxış nöqtəsinin eyni məntiq olması həmişə yadda saxlanmalıdır. Darvinizm elm adı ilə ortaya çıxmış məsum nəzəriyyə deyil, kütlələri degenerasiyaya, məsuliyyətsizliyə, müharibələrə, qəzəb və zülmə sürükləyən dövrümüzün ən böyük bəlalarından biridir.

 

Batil Darvinizm dininin müdafiəçiləri nə qədər saxtakarlıqla yayılma siyasəti tətbiq etsələr də, Allahın üstün qüdrətinə qarşı mübarizə aparan hər kəs mütləq ifşa olacaq və məğlubiyyətə uğrayacaqdır. Hal-hazırda da darvinistlər Darvinizmin bu tarixi məhvinə şahid olur və bu vəziyyəti təəssüflə seyr edirlər. Darvinistlər bütün gücün Allaha aid olduğunu, bütün tələlərin mütləq pozulub yox olacağını tam qavramaya bilərlər, ancaq Haqqa qarşı qurulmuş hər batil tələ mütləq pozulmağa məhkumdur. Uca Rəbbimiz ayəsində bu həqiqəti belə bildirir:

 

Onlar hiyləyə əl atdılar. Allah da onların hiyləsinə əvəz verdi. Allah hiyləgərlərdən tədbirlidir. (Ali-İmran surəsi, 54)


14-) Allahın yaratma sənətinin təcəllisi: Pətək.

İnsanın bədənindən kainatdakı  nəhəng qalaktikalara, təbiətdəki canlılardan gözlə görünməyən hüceyrələrə qədər kainatın hansı hissəsini araşdırsaq qüsursuz bir plan, nizam və dizayn ilə qarşılaşarıq. Şübhəsiz, bu dizayn və qüsursuz nizam Allaha aiddir. Allahın yaratma sənətinin təcəlliləri haqqında məlumat əldə edən və beləliklə də, Allahın sərhədsiz gücünü, bənzəri olmayan elmini tanıyan hər insanın vəzifəsi isə Allahı məmnun edən bir ömür sürməkdir.

 

Yalnız qələmdən istifadə edərək düz pətək rəsmi çəkə bilərsinizmi?

 

Pətək yuvalarının hörülmə mərhələsi bir möcüzədir. Son dərəcə düz, bir-birinə oxşar altıbucaqdan ibarət olan pətəklər arılarda təcəlli edən üstün ağılın bir göstəricisidir.

 

Pətəyin düzəldilməsinə yuxarıdan başlanır və eyni anda 2-3 yerdən fərqli arılar tərəfindən aşağıya doğru hörülür. Pətək hər iki yana doğru genişlənir və digər iki sıra ilə birləşir. Bu iş nizamlı şəkildə baş verir. Belə ki, müxtəlif yerlərdən hörülməsinə baxmayaraq, iki-üç hissənin birləşərək bütöv pətəyi əmələ gətirməsini təsəvvür etmək belə mümkün deyil. Müxtəlif uclardan başlayaraq tikilən pətək hissələri o qədər düzgündür ki, yüzlərlə yuva və bucaq olmasına baxmayaraq, sonda bir quruluş meydana çıxır. Pətəkdə əlavə yerə rast gəlmək mümkün deyil.

 

Bu da arıların işə təsadüfən başlamadıqlarını, başlanğıc və birləşmə nöqtələri arasındakı uzaqlıqları əvvəlcədən hesabladıqlarını göstərir. Arıların pətəkləri standartdır. İndi isə arıların apardıqları əməliyyatları fərqli bir nümunə ilə araşdıraq. Bunun üçün bir kağızının üzərinə bir neçə kənarından başlayaraq altıbucaqlı çəkməyə başlayın və səhifənin ortasında bu altıbucaqlıları birləşdirməyə çalışın. Amma bu zaman heç bir birləşmə nöqtəsinin müəyyən olunmamasına xüsusilə diqqət yetirin. Ən əsası isə bunu xətkeş və s. kimi vasitələrdən istifadə etmədən və heç bir hesablama aparmadan bacarmağa çalışın. Bunun olduqca çətin, hətta qeyri-mümkün olduğunu görəcəksiniz. Bir də üç-dörd adamın hər birinin fərqli nöqtələrdən başlayaraq belə bir şəkli eyni kağız üzərində tamamlamağa çalışdığını düşünsək, bu əməliyyatın nə qədər çətin olduğunu daha yaxşı qavrayarıq.

 

Pətək ayrı-ayrı hissələrin bir yerə yığılması ilə ortaya çıxır. Yəni kiçik hissənin genişlənərək böyüməsi ilə pətək əmələ gəlməz. Pətəklərdə hər arının müstəqil şəkildə düzəltdiyi parçalar bir-birinə əlavə olunur. Eyni anda müxtəlif yerlərdə düzəldilən pətək dilimləri birləşdiyində də arada heç bir iz qalmaz. Yuvaların birləşmə nöqtələrinə bərabər olan altıbucaqlılar yarımçıq qalmaz və ya fərqli ölçüdə də olmaz. Arılar yuvaları bir-birlərinə elə qüsursuz şəkildə birləşdirirlər ki, pətək istehsalı qurtardıqdan sonra birləşmə yerlərini müəyyən etmək mümkün deyil. Göründüyü kimi, pətək istehsalı ilə əlaqədar təfərrüatlar həddindən artıq çoxdur. Pətəyin xüsusi olaraq hazırlanmış bir quruluş olduğu çox açıq şəkildə görmək mümkündür. Belə bir quruluşda təsadüf ehtimalını düşünmək isə ağılsızlıq və məntiqsizlik olacaq.


15-) İnsan bədənindəki nizam.

İnsanın bədəni bir çox sistemin bir-biri ilə işlədiyi fabrik kimidir. Bildiyimiz fabriklərdən fərqli cəhəti isə sistemlərin bir çoxunun mikroskopik ölçülərdə olması və heç bir təmir və ya model yenilənməsi tələb etməməsidir. İnsan bədənində müəyyən məqsədlə, yəni bədənin canlı qalması üçün bütün sistemlər bir yerdə, əlaqəli şəkildə  işləyir. Hər gün çoxlu hərəkətlər edirik. Bunların çoxunu da əhəmiyyətsiz hesab edirik, halbuki nəfəs almaq belə, insanlar bilməsə də, əslində, insan bədənindəki qüsursuz əlaqənin nəticəsidir. İnsan bədənindəki əlaqə şəbəkəsi həmişə işləyən, ağlasığmaz mürəkkəblikdə və böyüklükdə bir şəbəkədir. Bunu nümunələrlə də görə bilərik. Məsələn, insan bədənindəki hərəkət sisteminə baxaq. Ən kiçik hərəkətimiz üçün belə skelet sistemi, əzələlər və sinir sistemi mükəmməl şəkildə işləyir.

 

 İnsan bədənindəki əlaqədə birinci növbədə məlumatlar doğru yerdən və doğru qəbul edilməlidirlər. Ancaq doğru məlumatların əldə edilməsi ilə yeni qiymətləndirmələr edilə bilər. Buna görə də insan bədənində inkişaf etmiş xəbəralma şəbəkəsi mövcuddur. Kompyuterdə bir iş gördüyümüzü düşünək. Bu əməliyyat əsnasında gözlərimiz beyinlə birlikdə işləyərək kompyuteri görür. Əllərimiz klaviaturanın üstündə işləyir. Bu əməliyyatı edərkən də gözlərimiz və beynimiz birlikdə hərəkət edir. Klaviaturadan istifadə edən əllərimizdəki əzələlər, bu əzələlərin bağlı olduğu sistem və nəticədə bu əzələləri idarə edən beyin birlikdə hərəkət edirlər. Bu əməliyyatlar aparılarkən bir tərəfdən də beyin bir çox fəaliyyəti birlikdə icra edir. Kompyuter nümunəsində də göründüyü kimi, bir hərəkəti etmək üçün hər şeydən əvvəl o hərəkətlə əlaqədar olan bədən orqanlarının hamısının mövqelərini və bir-birləri ilə əlaqələrini bilmək lazımdır. Bu məlumatlar beyinə gözlərdən, iç qulaqdakı tarazlıq mexanizmindən, əzələlərdən, oynaqlardan və dəridən gəlir.

 

Hər saniyə milyardlarla məlumat nəzərdən keçirilir, qiymətləndirilir və bunlara əsasən qərarlar verilir. İnsanın isə öz bədənindəki heyratamiz sürətdə baş verən bu əməliyyatlardan xəbəri belə yoxdur. İnsan yalnız hərəkət edir, gülür, danışır, qaçır, yemək yeyir, düşünür. Bu əməliyyatların baş verməsi üçün heç bir səy göstərmir. Yenə gündəlik həyatımızdan nümunələr üzərində düşünək. Sadə bir gülümsəmə üçün on yeddi əzələ eyni vaxtda işləməlidir. Bu əzələlərdən birinin işləməməsi və ya səhv işləməsi üz ifadəsini tamamilə dəyişdirə bilər. Yerimək üçün isə ayaqlarda, qıçlarda, ombada, qasıqlarda və kürəkdə əlli dörd əzələ işləməlidir.

 

Bu əlaqənin necə təmin edildiyinə  nəzər salsaq, son dərəcə qüsursuz bir dizayn ilə qarşılaşarıq. Yəni əzələlərin və oynaqların içində, bədənin o ankı mövqeyinə aid məlumatları verən milyardlarla kiçik, mikroskopik qəbuledici var. Bu qəbuledicilərdən gələn mesajlar mərkəzi sinir sisteminə çatır və burada aparılan qiymətləndirməyə görə əzələlərə yeni əmrlər göndərilir.

 

İnsan bədənindəki əlaqənin mükəmməlliyi bu nümunə ilə daha yaxşı aydın olacaq: Sadəcə əlinizi havaya qaldırmağınız üçün çiyniniz bükülməli, "biceps" və "triceps" deyilən ön və arxa qol əzələlərinizin sıra ilə sıxılıb boşalmalı, dirsəyiniz və biləyiniz arasındakı əzələlər biləyi çevirməlidir. Hərəkətin hər mərhələsində bu əzələlərin içindəki milyardlarla qəbuledici hər an əzələlərin mövqelərini mərkəzə bildirir. Mərkəzdən də əzələlərə bir an sonra nə edəcəkləri çatdırılır. Təbii ki, insan bütün bunların fərqinə varmaz, yalnız əlini qaldırmaq istəyər və qaldırar.

 

Məsələn, bədənin düz dayanması üçün qıç əzələlərində, ayaqlarda, kürəkdə, qarında, sinədə və boyunda olan milyardlarla qəbuledicidən gələn məlumat qiymətləndirilir və bu əmrlərin hamısı hər saniyə əzələlərə çatdırılır. Danışmaq üçün də xüsusi səy göstərmirik. İstədiyimiz sözlərin ağzımızdan çıxması üçün səs tellərinin hansı açıqlıqda, nə qədər titrəşməsi lazım olduğunu, ağzımızdakı, dilimizdəki, boğazımızdakı yüzlərlə əzələdən hansını, hansı sıra ilə neçə dəfə sıxıb-boşaldacağımızı, ciyərlərimizə neçə kub santimetr hava alacağımızı, bu havanı hansı sürətlə boşaldacağımızı oturub hesablamarıq. İstəsək də bunu edə bilmərik! Çünki ağzımızdan çıxan bir sözün meydana gəlməsi insanın tənəffüs sistemindən sinir sisteminə, əzələlərindən sümüklərinə qədər uzanan bir çox quruluşun mükəmməl uyğunlaşmasının və işləməsinin nəticəsidir.

 

Bu koordinasiyada yubanma olsaydı, nə olardı? Gülümsəmək istəyərkən üzümüzdə başqa ifadə meydana gələ bilər, ya da danışmaq istədiyimizdə bacara bilməzdik, yeriyə bilməzdik. Halbuki bunların heç biri olmaz. Hər gün, hər saat, qısaca desək, nə vaxt istəsək gülərik, danışarıq, gedə bilərik, biz bu əməliyyatları edərkən heç bir yubanma olmaz. Bu izah etdiklərimizin hamısı "sonsuz qüdrət" tələb edən bir Yaradılış nəticəsində reallaşır.

 

Buna görə də insan hər zaman bütün həyatını və varlığını onu yaradan Allaha borclu olduğunu bilməlidir. İnsanın öyünəcək, lovğalanacaq heç bir şeyi yoxdur. Sahib olduğu güc, sağlamlıq, ya da gözəllik özünün əsəri deyil və ona əbədi olaraq da verilməmişdir. Kim olur-olsun, hər insan bir gün mütləq yaşlanacaq, mütləq sağlamlığını və gözəlliyini itirəcək. Quranda bu həqiqətə belə diqqət çəkilmişdir:

 

    "Sizə verilən hər şey, yalnız dünya həyatının əmtəəsi və bəzəyidir. Allah qatında olan isə, daha xeyirli və daha davamlıdır. Yenə də, ağıllanmayacaqsınızmı?" (Qəsəs surəsi, 60)

 

Verilən nümunələrdən də göründüyü kimi, insan bədənindəki orqanların və sistemlərin hamısı "möcüzəvi" xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlər araşdırıldığında insan varlığının necə incə hesablara əsaslandığını və yaradılışındakı möcüzələri görəcək və Allahın sonsuz elmini və bütün canlılar üzərindəki qüsursuz sənətini bir  daha qavrayacaq.


16-) İnsanı aldanmağa aparan səbəblər nələrdir?

   

    Hz. Adəm aleyhissalam'dan bəri insanlar bir-birilərinə zidd iki ayrı yolda olmuşlar. Bunlardan biri haqq və hidayət yolu, digəri isə küfr və dəlalət yoludur. Bütün gözəlliklər, xeyirlər, səadətlər birinci yolun; bütün çirkinliklər və şərlər isə ikinci yolun meyvələridir, nəticələridir.

   İnsandakı qəlb, ağıl və vicdan onu birinci yola sövq edərkən, nəfs, his və həva da ikinci yola yönəldər. Bunun nəticəsi olaraq insanın daxili dünyası çaxnaşamalara və çarpışlamalara səhnə olar.

   Bu daxili hərblər bir tərəfdən iman, saleh əməl və istiqaməti, digər tərəfdən küfr, üsyan və anarxiyanı ortaya çıxararlar.

   Burada insanları aldadaraq yanlış yollara sövq edən və həqiqəti görmələrinə pərdə olan səbəblər üzərində duracağıq.

    Bu səbəblərin başlıcaları bunlardır:

    1. SƏTHİ BAXIŞ VƏ QƏFLƏT

   İnsanları həqiqətdən uzaqlaşdıran önəmli bir səbəb bu möhtəşəm kainata və onda cərəyan edən xariqüladə hadisələrə qəflət ilə, ötəri bir nəzər ilə baxmaqdır.

    Çöldə, uzaqdan baxıldığında ilğımın (quru çöllərdə buxarın yerə yayılıb uzaqdan su kimi görünməsi hadisəsi) su zənn edilməsi kimi, gerçəkləşməsi mümkün olmayan bir xurafat də qəflət ilə və bəsit nəzər ilə həqiqət zənn edilər. Həm uzaq məsafələrdən baxıldığında bir ulduz şam qədər görüldüyü kimi, bir həqiqət də uzaqdan tamaşa edildiyində gərəyi kimi idrak edilə bilməz. Rəbbanî və İlâhî həqiqətlərə qarşı ədəbsiz qalmaq və laqeyd davranmaq, həqiqətləri pərdələyər və sonunda insanı aldanışa aparar. Bəli, insan qəflət və səthi baxmaqla bu aləmi başdanbaşa əhatə edən möhtəşəm nizamı, mükəmməl intizamı, gözləri qamaşdıran gözəlliyi görə bilməz. Məsələn, bu kâinatın bir fabrik kimi asanlıqla və ahəngli idarə edilməsinə və nizamına baxa bilməz.

   Hava ilə bütün həyat sahiblərinin əmizdirilməsi, gecə və gündüzün və mövsümlərin bir-bir ardınca, hikmətlə düzülməsi, buludlardan yağmurun sağılması, günəşdən ziyanın süzülməsi kimi möhtəşəm fəaliyyəti tamaşa edə bilməz. Elementlərin bitkilərin yardımına hikmət və rəhmətlə qaçışmaları, bitkilərin heyvanların köməyinə göndərilməsini və heyvanların da insanların ehtiyacına xidmət etdirilməsini ibrət nəzəri ilə seyredə bilməz.

   Bütün toxum və çəyirdəklərdən cürəbəcür bitkilərin və ağacların məharətlə yaradılmasını təfəkkür edə bilməz.

    Hər bir çiçək və yarpağın, hər bir çəyirdək və meyvənin bir sənət möcüzəsi olduğunu idrak edə bilməz. Bütün heyvanların ayrı-ayrı mahiyyətlərini, bir-birlərindən fərqli hissiyyatlarını, cürəbəcür cihazatlarını, müntəzəm bəslənmələrini, doğulub ölmələrini düşünə bilməz.

    Və nəticədə, bu aləmdə təcəlli edən sonsuz qüdrətin bir Qadir'dən, bütün varlıqları əhatə edən elmin bir Alîm'dən, bütün varlıqların hikmətli və faydalı şəkillərinin bir Hakim'dən gəldiyini qavraya bilməz.

    Minbir ismin təcəlligahı olan bu möhtəşəm kâinata səthi olaraq baxan bir insan, ondakı İlâhî hikmətləri sezə bilməz, qavraya bilməz. Cənâb-ı Haqqın varlıq və birliyindən, əzəmət və qüdrətindən, səltənət və həşəmətindən qəflət edər.

    2. İNSANIN YARADILIŞINDAKİ QAYƏ VƏ SİRLƏRİ DÜŞÜNMƏMƏK

    Bir digər aldanma səbəbi də insanın, öz yüksək mahiyyətindən qəflət etməsi, haradan gəlib, hara getdiyini və bu dünyadakı vəzifəsinin nə olduğunu düşünməməsidir.

   Cənâb-ı Haqq, insanı bu kâinat içində ən üstün bir mahiyyətdə yaratmış, ona aləmdəki hikmətləri təftiş edə biləcək bir ağıl, yaxşı ilə pisi, haqq ilə batili ayrıd edə biləcək bir vicdan, bütün elmlərə ayna ola biləcək bir istedad lütf etmişdir. Ona bütün dadlar aləmini təftiş edə biləcək bir dil, gözəlliklərin bütün növilərini tamaşa edə bilən bir cüt göz, hər cür nəğmələri eşidən qulaq lütf etmişdir.

    Haqq Təâlâ, üstün olaraq yaratdığı bu insanı özünə dost və həmsöhbət etmiş, göndərdiyi səmavi kitablarla ona əmr və qadağalarını bildirmiş, səadət və istiqamət yollarını göstərmişdir.

    İnsan özünə verilən bu ülvi cihazların qiymətini təqdir edə bilməzsə, onları lütf edən Rəbbindən qəflət edər. O'nun bir məxluqu və sənəti olduğunu və hər an O'nun tərbiyə və nəzarəti altında olduğunu və Onun nemətləriylə bəsləndiyini unudar. O'na qarşı etməsi lazım olan vəzifələrdən üz çevirər. Özünü başıboş zənn edər. Allah'ı tanımaq üçün verilən bütün istedad və qabiliyyətini yerində istifadə etməməklə vəhmlərə və xurafatlara qapılar; həm dünya həm də axirət səadətini məhv edər.

    3. DÜNYANIN FANİ ZÖVQLƏRİNƏ HƏDDİNDƏN ARTIQ BAĞLANMAQ

   Cənâb-ı Haqq, bu dünyanı qüdsi sifətlərinə və əsma-i hüsnasına bir təcəlligah etmiş, elmini, sənətini, məharətini və hikmətini onda göstərmişdir. Dünyanı, insanın əbədi həyatı üçün bir tarla, qabiliyyətlərin inkişafı üçün bir imtahan meydanı, İlahi sənətlərin düşünülməsi üçün bir sərgi salonu olaraq yaratmışdır.

   Dünyanın bu mahiyyətindən qəflət edən insanlar, onun fani və aldadıcı üzünə aşiq olarlar. Əbədi həyat üçün verilən ağıl və qəlblərini, istedad və qabiliyyətlərini onun müvəqqəti zövqlərinə sərf edərlər. Özlərinə verilən sonsuz nemətlərin, sadəcə nəfslərinin razı salınması üçün verildiyi vəhminə qapılarlar. Cənab-ı Allah'ın rizası yerinə insanların razılığına etibar edərlər. Axirət mükafatları yerinə, dünyəvi məqamları axtarar, onlara talib olarlar. Həddindən artıq zövq və sərxoş edici əyləncələrlə istiqamətli düşünmə qabiliyyətlərini zay edərlər. Get-gedə bu həyat tərzlərini bir iddia, yaşam tərzi halına gətirirlər. Uxrəvi və mənəvi məsələlərə öncə laqeyd qalar, daha sonra bunlara qarşı cəbhə alma vəziyyətinə girərlər. Sonunda, İlahi və Rəbbani həqiqətlərə qarşı anlayışları qısırlaşar, mühakimələri səthi qalmağa başlayır.

    Az bir diqqət ilə mümkünsüz olduğu anlaşıla biləcək bir vəsvəsəni, yaxud bir xurafatı mühakimə etməkdən aciz qalarlar; həqiqətsiz vəhmlərə tez aldanarlar.

    4. PEYĞƏMBƏRLƏRİN TƏBLİĞ VƏ TƏLİM BUYURDUĞU  HƏQİQƏTLƏRDƏN ÖZÜNÜ EHTİYACSIZ ZƏNN ETMƏK

    Önəmli bir aldanma səbəbi də insanın İlâhî və Rabbanî həqiqətləri anlamaqda öz fikir və mühakiməsini yetərli görüb, peyğəmbərlik qapısını döyməməsidir. Halbuki, Allahu Azimüşşan`a və O'nun sifət və isimlərinə necə iman ediləcəyi, O Zat-ı Aqdes`in bu kainatı nə üçün yaratdığı, insanları bu aləmə hansı qayələr üçün göndərdiyi, onlara nə kimi vəzifələr verdiyi, bu aləmdən sonra necə bir aləmə gediləcəyi kimi həqiqətlər, bu məhdud ağıl ilə qavrana bilməz. Bunlar ancaq vəhyin aydınlığı altında görünə bilər.

    Allahu Təâlâ bu həqiqətləri bildirmək üçün peyğəmbərlər göndərmiş və kitablar endirmişdir. Planetləri günəşin, elektronları nüvənin, arıları bir bəy`in, qarışqaları bir əmr`in ətrafında toplayan Allah, insanların da peyğəmbərlik mərkəzi ətrafında toplanmalarını iradə etmişdir. Ta ki, onların qəlbləri, ruhları və vicdanları, Peyğəmbərlərin (Aleyhimussəlam) əliylə tərbiyə edilsin və kamilliyə çatsınlar.

    Bilindiyi kimi, insanların simaları kimi, fikir və mühakimələri, arzu və hissiyyatları da bir-birindən fərqli olduğundan eyni İlâhî və Rəbbani həqiqətə fərqli şəkillərdə nəzər edə bilərlər. Birinin doğru gördüyünə digəri yanlış deyə bilər; birinin haqq bildiyini digəri batil görə bilər. Sonunda, insanların sayı qədər fərqli görüş və düşüncələr, müxtəlif dəyərləndirmə və hökmlər ortaya çıxar.

    Ülvi bir həyata namizəd, əbədi bir səadətə aşiq olan insan üçün bu nöqsan və məhdud ağıl YETƏRLİ bir rəhbər ola bilməz. İnsan onunla müəyyən bir nöqtəyə qədər gedə bilər. Həqiqəti tapması, dünyəvi və üxrəvi səadətə çatması ancaq peyğəmbərlərə tabe olması ilə mümkündür. Bu həqiqətə görə Cənâb-Haqq insanlara peyğəmbərlər göndərmişdir. Ta ki, haqq ilə batili, doğru ilə yanlışı, həqiqət ilə xurafatı ayıra bilsinlər.

   Peyğəmbərlər (əleyhimussalam), insanlara, Cənâb-Haqqın varlığını və birliyini bildirmişlər, özlərinə tabe olanları marifət təbəqələrində yüksəltmiş və onları küfrdən, şirkdən və batil inanclardan qurtarmışlar. O nurani şəxslər, Cənâb-Haqqın isim və sifətlərinə ən mükəmməl ayna olmuşlar, O`nu haqqıyla sevib, ümmətlərinə də sevdirmişlərdir. Özlərinə inananları əbədi səadətə təşviq etmiş, İlâhî əzabdan çəkindirmişlər.

    Kainatda təcəlli edən İlâhî isimləri onlara oxutdurmuşlar və aləmin necə seyr və təfəkkür ediləcəyini öyrətmişlər. Kâinatın yaradılış sirrini bildirmişlər, varlıqların haradan gəlib, hara getdiyini və vəzifələrinin nə olduğunu ən gözəl şəkildə öyrətmişlər. Qısacası, Allah'ın razılığını necə qazanacaqlarını, İlâhî əzabdan necə xilas olacaqlarını bildirmişlər.

    Allahu Təâlâ, Peyğəmbərləri (aleyhimussalam) ən ülvi bir fitrətdə yaratmış, onların ağıl və qəlblərini bütün qabiliyyət və hissiyyatlarını ən gözəl bir şəkildə birbaşa tərbiyə etmiş və o Görkəmli Zatları insanlıq aləminə bir yol göstərici və müəllim olaraq göndərmişdir. Xüsusilə, Peyğəmbərlər Sultanı olan Peyğəmbər Əfəndimizi (sallallahu aleyhi və səlləm) ən gözəl və mükəmməl bir surətdə tərbiyə etmiş, ona bütün həqiqətlərin günəşi olan Qur'ânı göndərmiş, onun bütün həqiqətlərinə, ən incə sirlərinə vaqif (bələd,ayan) etmiş və insanları ən yüksək mərtəbəyə çıxaracaq bütün məziyyətləri o Həbib-i Ədib'ində toplamışdır. O'nu gözəl əxlaqın bütün şöbələrində ən irəli dərəcəyə yüksəltmiş, iman və ubudiyətdə, kəmalat və fəzilətdə O'nu insanlıq aləminə ən mükəmməl bir rəhbər olaraq göndərmişdir.

    Hər biri birər hidayət ulduzu olan səhabələr; İmam-ı ı A'zam, imam-ı ı Şafi, İmam-ı Malik və İbn-ı Hənbəl kimi böyük müctəhidlər; Şah-ı Qeylani, Şah-ı Nəqşibənd, Rufai və Şazəli kimi kamil mürşidlər, Qur'ân-ı Azimüşşan`ın ən incə sirlərinə vaqif (bələd,ayan) olan Fəxrəddin-ı Razi, Taftazani və Seyyid-ı Cürcani kimi allamələr; Muhyiddin-ı i Arabî, Mövlana, Şəms-ı i Təbrizi kimi mütəsvvüflər hər daim o hidayət günəşinin marifət və imanından feyz almışlar.

    Əsrimizdə küfr və inkarın cəmiyyətin mənəvi bönövrəsini korlaması, bir çox şübhələrin, xurafat və cəfəngiyatların insan zehinində məcra, bir yol tapması, bu hidayət günəşinin dərs və tərbiyəsindən, irşad və feyzindən kifayət qədər istifadə edilməməsindən qaynaqlanır.

   Hətta fən və texnologiyanın bu gün çatdığı yüksək səviyyəyə baxmayaraq, fərd və cəmiyyət həyatında hüzuru təmin edə bilməməsi, cəmiyyət həyatından sevgi, şəfqət, mərhəmət və ədalət kimi ülvi əsasların çəkilib, yerini zülmə, təcavüzə və anarxiyaya tərk etməsi və heç bir fəlsəfi doktrinanın cəmiyyətin bu yaralarını təsbit və müalicə edəcək gücə sahib ola bilməməsi, hətta bəzi doktrinaların birbaşa zülm və təcavüzə səbəb olması, peyğəmbərlik məktəbinin qapısını döyməməkdən qaynaqlanmaqdadır.

    5. MATERİALİST TƏBLİĞAT VƏ TƏLQİNLƏRİN TƏSİRİNDƏ QALMAQ

    İnsan, kənardan gələn xəbərdarlıqlara daim açıqdır. Bu halıyla boş bir qabı xatırladır. İçi doğru fikir və həqiqətlərlə dolmazsa, onların yerini yanlış ideologiyalar, xurafat və cəfəngiyyatlar alar. Bu gün gəncliyi sarsıdan ruhi böhranların, fikri izdirabların əsl səbəbi budur. Bu mənəvi izdirablardan qurtulmalarının tək yolu, ağıl, qəlb və vicdanlarını, Qur`anın gətirdiyi ülvi həqiqətlərlə doyurmaq ikən, bir qisim gənclər, elm və fikir yerinə, aldadıcı şüarlara, sehrli reseptlərə (!) daha çox meyl edirlər. Mənəvi boşluqlarını beləcə doldurub hüzura qovuşacaqlarını zənn edirlər.

    Materialistlər onların bu halından istifadə edərək onları "ədalət", "bərabərlik" kimi xəyali şüar və təbliğatlarla aldadar, özlərinə çəkərlər. Onları sempatizanları halına gətirdikdən sonra sosyal problemlərin həlli üçün irəli sürdükləri xəyali reseptlərlə yanaşı yavaş-yavaş bu gənclərin başlarına mənəviyyatı sarsıdan şübhələr də atarlar. Müəyyən bir nöqtədən sonra, davamlı və intensiv təlqinlərlə o zavallı gənclərin beyinlərini yuya yuya sonunda onları materialist və ateist düşüncə xaricində heç bir həqiqəti qəbul edə bilməyəcək hala salarlar. Artıq bu gənclər məntiq və mühakimələrini itirərək tamamilə robotlaşarlar. Bəsit bir evin belə ustasız ola bilməyəcəyi bir həqiqət ikən, bu möhtəşəm kainat sarayını sahibsiz qəbul edərlər. Bir hərfin katibsiz olması qeyri-mümkün olduğu halda, hər hərfində sonsuz hikmətlər olan bu kainat kitabını katibsiz qəbul edərlər.

    Həm bütün bitkiləri, heyvanları və insanları həyatsız, şüursuz və iradəsiz təbiətin yaratdığına, yaxud bunların öz-özünə meydana gəldiyinə inanırlar. Özlərini qayəsiz, vəzifəsiz, başıboş və sahibsiz zənn edərlər, qorxunc bir dəlalətə düşərlər.

   İnsanın mahiyyətini almaz dərəcəsindən kömür dərəcəsinə endirən, bütün insani məziyyətləri silərək onu heyvandan çox aşağı dərəcəyə salan küfrün iç üzündəki çirkinliyi görə bilməzlər. Halbuki, kâinatda hökm edən heç bir həqiqət, küfr və inkar ilə izah edilə bilməz.

   Bu sualların materialist və ateist fəlsəfədə təxmin və fərziyyədən başqa dəqiq bir cavabı yoxdur:

    "Bu kâinat və içindəki möcüzə varlıqlar necə var olmuşdurlar?"

    "Kainatda atomdan ən böyük qalaktikalara qədər cərəyan edən bu mükəmməl və ölçülü sistem necə meydana gəlmişdir?"

"Bütün kainatın elementləri, su-torpaq kimi ünsürləri, canlı-cansız varlıqları ilə birbaşa və ya bilvasitə olaraq insana xidmət etməsini necə açıqlayarsınız?"

"Elmin şahidliyinə uyğun olaraq məqsədsiz və faydasız heç bir şeyin olmadığı bu kainatda, insanın qayə və məqsədi nə olmalıdır?"

"Kainatda hər gün minlərlə insanın vəfatı ilə təsdiq edib doğruladığı ölüm nədir? Ölüm celladından xilas olmağın çarəsi var mıdır?"

   İnsan ancaq bu suallara cavab tapmaqla tətmin olar, hüzur tapar; dünyada rahata, axirətdə səadət və salamata qovuşar.

   Həm inkar etmək; özlüyündə imkansızdır, mahiyyəti yalandır. Məsələn, Qız Qalasının memarını inkar etmək, həqiqətsiz bir cəfəngiyyat və böyük bir yalandır. Mükəmməl planı, möcüzəvi estetikası, sənətkərânə strukturu ilə ağılları heyrətə gətirən belə möhtəşəm bir əsər ortada ikən, onun memarını inkar etmək ən böyük bir cəfəngiyyat və ən həqiqətsiz bir xurafatdır.

    Eynilə bu misal kimi, bu möhtəşəm kainat sarayının yaradıcısı, sahibi və idarəçisi olan Cənab-ı Allah'ı inkar etmək, bu misalıdan hədsiz dərəcədə çirkin bir yalan, müdhiş bir həzəyan, qorxunc bir cəfəngiyyatdır.

    6. ALLAHU AZÎMÜŞŞÂNI MƏXLUQATINA QİYAS ETMƏK.

   İnsanları dəlalətə aparan bir digər yanılma səbəbi də Allah'ın zatına və sifətlərinə dair həqiqətləri, yaratdığı digər varlıqlara qiyas, yəni müqayisə etməkdir. Halbuki Cənab-ı Haqq, vacib-ül vücuddur, əzəli və əbədidir. Bütün sifətləri nəhayət dərəcədə kamaldadır. Acizlikdən, ehtiyacdan, məkan və zamandan münəzzəhdir; heçdən yaratdığı aciz, zəlil, fani məxluqatı ilə heç bir cəhətlə müqayisəyə edilməz.

    Məlumdur ki iki şeyin bir-biriylə müqayisə edilə bilməsi üçün, aralarında ortaq nöqtələr olması lazımdır. Məsələn, insanın mahiyyəti, daşın mahiyyəti ilə heç bir cəhətlə müqayisə edilməz. Fərqli mahiyyətdəki iki məxluq belə bir-biriylə müqayisəyə girmədiyi halda, vacib, mümkün ilə; Xaliq, məxluqu ilə necə müqayisə edilə bilər!

    7. ALLAH`IN QÜDSİ MAHİYYƏTİNİ AĞLIN, ANLAYA BİLMƏYƏCƏYİNİ BİLMƏMƏK

    Hər insan, ağlıyla Allahu Təala`nın varlığını anlaya bilər. "Bir əsər ustasız, bir bina memarsız ola bilməyəcəyi kimi mən də Xaliq`siz, Malik`siz ola bilmərəm. Bu göy üzü və bu yer üzü də Hakim`siz, Sani`siz ola bilməzlər." deyə bilər. Ancaq, ağıl Cənâb-Haqqın Zatını (Şəxsini) anlamaqdan acizdir; bu vadidə bir addım belə ata bilməz.

    Məlumdur ki, bir şeyin varlığını bilmək başqa, mahiyyətini bilmək başqadır. Kainatda çox şey vardır ki ağıl onların varlıqlarını açıq-aşkar bildiyi halda, mahiyyətlərini qavraya bilməməkdədir. Ruh, cazibə qanunu, elektrik, xəyal, şəfqət kimi necə necə həqiqətlər vardır ki, bunların varlıqlarını bilmək bir həqiqət olduğu kimi, mahiyyətlərinin idrak edilə bilməyəcəyini bilmək də ayrı bir həqiqətdir. Ağılın idrak edə bilməyəcəyi mahiyyətləri anlamağa məcbur etmək cahillikdir. İnsan bu halı ilə sırat-ı müstaqimdən sapar,azar və taqətinin son dərəcədə üstündə olan bir yükün altına girməklə özünü həlak edər.

    "Əsər, ustasını idrak edə bilməz" həqiqətinə əsasən, ağıl da Xâlıq'inin həqiqətini qavraya bilməz. Çünki, O'nun məxluqudur, əsəridir. Hər məxluq kimi ağıl da məhduddur. Görməyin, eşitmənin və digər bütün hisslərin məhdud bir sahəsi olduğu kimi, ağlın da müəyyən bir idrak sahəsi, müəyyən bir intiqal, nüfuz etmə gücü vardır. Cənâb-Haqqın qüdsi mahiyyətini dərk etmək, ağılın qavrama və intiqal sahəsi içində deyildir.

    Bir insan, nəyinki Allah'ın zatını, öz ruhunun, xəyalının, vicdanının belə mahiyyətlərini qavraya bilməz. Çünki, bunlar cismani olmadıqlarından ağıl onlara bir surət geydirə bilməz, bir şəkil verə bilməz.

   Məsələn, xəyal üçün nə uzunluqdan, nə qısalıqdan; nə yaşlıqdan, nə quruluqdan; nə böyüklükdən, nə kiçiklikdən söz edilə bilməyəcəyi üçün ağıl ona bir hüdud çəkə bilməz və onu qavraya bilməz. Bununla yanaşı heç bir insan, mahiyyəti məchul olan bu varlığı inkar da edə bilməz.

    Öz mahiyyətini bilməkdən aciz olan insanın, bütün ağılların, xəyalların, ruhların, hisslərin, vicdanların, yaddaşların, mələklərin yaradıcısı olan Allah'ın Zatını anlamağa məcbur edilməsi ən böyük bir cəhalətdir.

    Allah 'ın bütün sifətləri sonsuzdur, mütləqdir, əzəli və əbədidir. Ağıl isə məhduddur, sonradan yaradılmışdır. Məhdud olan mütləq olanı, sərhədli olan sonsuz olanı, sonradan yaradılan əzəli və əbədi olanı əlbəttə qavraya bilməz. İnsanın bunu bilməsi, yəni Allah-Təalanın qüdsi mahiyyətini idrakdan aciz olduğunu anlaması gerçək idrakdır.

   Ağıl, Allahu Təâlâ'nı "varlığı vacib, qüdrəti sonsuz, iradəsi sərhədsiz, elmi hər şeyi əhatələyən" olaraq bilməklə mükəlləfdir. Onsuz da onun yaradılışının qayəsi də budur.

    O halda, Cənab-ı Haqq`ın qüdsi mahiyyəti nə idrâk edilə bilər, nə xəyal edilə bilər, nə də hiss edilə bilər. Ağılla aydın olan və duyğularla hiss edilən hər şey məxluqdur. Allah'ın varlığı bu dünyada ancaq ağıl nuru ilə görülər, qəlbin ziyası ilə sezilər.

    Həqiqət bu ikən, insanın Allahu Təâlâ'nı zatı ilə anlamağa məcbur edilməsi vəhimdən başqa bir şey deyildir.

    Bəli, ağlın vəzifəsi, Cənâb-Haqqın kainatda görünən böyüklüyünü, əzəmətini, qüdrətini, hakimiyyətini, sonsuz hikmətini, inayətini, lütf və ikramlarını anlamaq və bütün bunlara kainatdakı digər varlıqlarla birlikdə şüurlu bir şəkildə şahidlik etməkdən ibarətdir.

    Qur'ân-ı Mûcizü'l-Bəyan bir çox ayələrində və Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləm bir çox hədis-i şəriflərində bizə bu həqiqəti dərs vermişdir.

    İnsan üçün Allah'ın qüdsi mahiyyətini idrâk etmək bu cəhətlə də qeyri-mümkündür: O Vahid-i Əhad`ın misli, misalı yoxdur ki insan, müqayisə və təmsil ilə və ya təcrübə vasitəsilə O'nun qüdsi həqiqətini anlamağa yol tapa bilsin.

    Bir gül yarpağı üzərində parlayan bir damla su, səmanın genişlik və dərinliyini həqiqətilə qavraya bilməyəcəyi kimi, insanın da, o məhdud ağlı, sonsuz aləmləri yoxdan var edən bir Vacibü'l-Vücud'un qüdsi mahiyyətini qavraya bilməz.

    8. BÜTÜN VARLIQ ALƏMİNİ BEŞ DUYĞU İLƏ QAVRAMAĞA MƏCBUR ETMƏK

    Bəzi insanları aldadan səbəblərdən biri də beş duyğu ilə hiss edə bilmədikləri həqiqətləri inkar etmələridir. Halbuki, varlıq aləmi sadəcə beş duyğu ilə hiss edilənlərdən ibarət deyildir.

    Məlumdur ki, insan görmə duyğusu ilə ancaq maddi varlıqları görər. Dili ilə, dadlar aləmini, qulağıyla səslər aləmini, burnuyla qoxular aləmini hiss edər. Halbuki mələklər, ruhani varlıqlar, elektrik, cazibə qanunları kimi elə həqiqətlər vardır ki bunlar nə görülərlər, nə eşidilərlər. Bununla yanaşı bu həqiqətlərin varlıqları da şübhə qəbul etməz.

    Bu həqiqətdən qəflət edən bir qisim insanlar "Görmədiyimə inanmaram." deyərək bütün varlıq aləmini yalnız gözləriylə gördükləri maddi varlıqlardan ibarət sanmaqla böyük bir xətaya düşərlər. Halbuki, görünməmək olmamağa dəlil ola bilməz. Bu aləmdə görmədiklərimiz şeylər gördüklərimizdən daha çoxdur. Hətta insan bədənində ağıl, xəyal, hafizə, vicdan, sevgi, qorxu, maraq kimi görünməyən şeylər, görünənlərdən qat-qat çoxdur.

    "Görmədiyim şeyə inanmıram." cəfəngiyatının altında, ağlın vəzifəsini gözə yükləmə xurafatı yatmaqdadır. Halbuki, insandakı hər bir his ayrı bir aləmin qapısını açar; birinin vəzifəsi digərindən gözlənilə bilməz. Məsələn göz, qulağın; burun dilin vəzifəsini görə bilməz. İnsan, gözü ilə nə yeməyin dadına, nə bülbülün səsinə, nə də gülün qoxusuna baxa bilər. Göz bu əzaların vəzifələrini etməkdən aciz ikən, əlbəttə ağlın vəzifəsini yüklənə bilməz.

    Hər hansı bir əsər göz ilə görüldüyü halda, ustası ağıl ilə dərk olunur. Görmədiyimə inanmaram, deyən bir kimsə, bu əsərin ustasını inkar vəziyyətinə düşər. Eynilə bunun kimi bir insanın, bu möhtəşəm kainatı seyr edib ondakı dərin hikmətlərə heyran qaldığı halda, onun sənətkarını "görə bilmirəm" deyə inkara cəhd etməsi böyük bir cəhalətdir.

    Belə bir insan, bu kainatda hər an təcəlli edən və Allah'ın varlığını günəş kimi göstərən yaratma, həyat vermə, ruzi vermə, böyüdüb inkişaf etdirmə, şəkil verib gözəlləşdirmə kimi sonsuz işləri nə ilə açıqlayacaqdır?

    Cənâb-ı Haqqın görünməməsi "şiddət-i zühurundan və ziddinin yoxluğundandır." Məsələn, atmosferin yer kürəmizi hər tərəfdən əhatə etməsi kimi günəşin də bütün kosmos aləmini cismi ilə əhatə etdiyini fərz etsək, o zaman günəşi göz ilə görmək mümkün olmaz. Artıq günəş şiddət-i zühurundan görünməz olar. Həm gecə kimi bir ziddi da olmadığı üçün ziddinin yoxluğundan günəş görülə bilməz. Bununla yanaşı şüası ilə hər yerdə hazır və nazir olan o günəşin varlığını inkar etmək də böyük bir cəhalət olar.

   Allahu Azimuşşan`ın "şiddət-i zühurundan və ziddinin yoxluğundan" görünməməsinə bu misalın işığında bir dərəcə baxıla bilər.

   Bəli, "hər şeyi maddədə axtaranların ağılları gözlərindədir. Göz isə mənəviyyatda kordur."

    9. İNSANIN FİTRİ VƏZİFƏSİ OLAN İBADƏTİ TƏRK EDİB ÜSYANA DÜŞMƏSİ

    Cənâb-ı Haqq, bu kâinatı və içindəki bütün mövcudatı insan üçün yaratmış və onu bu aləmə ən böyük qayə və nəticə etmişdir. Əlbəttə insanın da kainatın fövqündə böyük bir məqsədinin olması zəruridir. Bu qayə isə ancaq Allaha iman və Ona ibadət və itaət etməkdir.

  İbadət, Cənâb-ı Haqqın əzəmət və böyüklüyünü, sonsuz mükəmməliyini, qüsursuzluğunu anlamaq və elan etmək; hədsiz lütf və ehsanına şükür və həmd etməkdir. İnsan, həqiqi insaniyyət mərtəbəsinə ancaq ibadət ilə çıxa bilər. Çünki, ibadət insanın heyvani arzularını həd  altına alar. Onu Rəbbinə yaxınlaşdırar. Ruhunu ülvi hədəflərə yüksəldər, qəlbini təmizləyər. İnsanı yüksək əxlaq və gözəl səciyyə sahibi edər.

    İnsanın fitri,təbii vəzifəsi ibadətdir. Bu vəzifəni tərk edən insan, əxlaqi cəhətdən çox alçalar və heyvani hisslərinin məhkumu olar. Haqq və hüquq tanımaz. Ruhən enişə keçər, günahların iç üzündəki dəhşətli çirkinliyi görə bilməz. İşlədiyi günahlar onu addım-addım inkara doğru apara bilər. Günahları işləyə işləyə qəlbi və vicdanı qaralar. Lətifələri sönər, idraki iflic olar. Sağlam düşünmə qabiliyyətini itirər.

    Bilindiyi kimi, amirinin verdiyi vəzifələri yerinə yetirməyən bir məmur, ona qarşı əvvəl xəcalət hissi keçirər. Əgər itaətsizliyə davam edərsə sonunda bu xəcalət yerini bir növü düşmənçiliyə, üsyana tərk edər. Eynilə bu misal kimi insan da, Yaradıcı'sının əmr buyurduğu qulluq vəzifələrini tərk etdiyində öncə sıxılar, xəcalət hissi keçirər. Günaha davam edə-edə, qəlbindən Rəbbinə qarşı məhəbbət və qorxu silinər, yerini kin və düşmənçiliyə tərk edər. Üsyanda israr etdikcə ibadətdən nifrət etməyə başlayar. Qədərə etiraz edər, Cənâb-ı Haqqın rəhmətini mühakimə etməyə başlayar. Etdiyi üsyanları müdafiə etməyə başlayar. Artıq belə bir insan, din və müqəddəs şeylər haqqındakı təlqinlərə və təbliğatlara qapılmağa hazır hala gəlmişdir.

    Belə bir insan, üluhiyyət, axirət, qədər, həşr kimi imanî məsələlərdə kiçik bir vəsvəsəni, qüvvətli bir dəlil olaraq görməyə başlayar. Beləcə, məsuliyyətdən qurtulub səlâmətə, səadətə çıxacağı vəhminə, xəyalına qapılar. Fəsadçı komitələri bu tip insanları asanlıqla aldadıb özlərinə bağlaya bilərlər.

    10. DİNƏ AİD HƏQİQƏTLƏRDƏ SƏLAHİYYƏTLİ KƏSLƏRƏ MÜRACİƏT EDİLMƏMƏSİ

   Günümüz insanı elmi və fənni sahələrdə haqlı olaraq, səlahiyyətli şəxslərə müraciət etməkdədir. Bu həssaslığı, dini məsələlərdə daha çox göstərməsi lazım olduğu halda, belə etməyib ya öz ağlı ilə kifayətlənir, yaxud bu sahədə səlahiyyətsiz şəxslərin sözlərinə etibar etməkdədir. Halbuki, dində əhil olmayan adam başqa sahələrdə mütəxəssis belə olsa, onun sözü dində dəlil qəbul edilməz. Məlumdur ki, bir elmdə, alim olan adam başqa bir fəndə cahil qala bilər. Onun sözü bu fəndə etibarlı sayılmaz.

    Məsələn, bir həkim tibb elmində nə qədər irəli gedərsə getsin, onun sözü mühəndislikdə dəlil qəbul edilməz; bu sahədə ona müraciət edilməz. Həqiqət bu ikən, ağıl ilə qavranılması mümkün olmayan "imanî, Qur`anı və dini həqiqətlərdə" insan nə öz ağlına güvənə bilər və nə də bu sahədə səlahiyyəti olmayan kəslərin sözüylə hərəkət edə bilər. Bu məsələdə ona düşən vəzifə, dinî mövzularda səlahiyyətli şəxslərə müraciət etmək, yaxud onların yazdığı əsərlərə baxmaqdır. Bunu etməyənlər çox zaman öz arzularını, vəhm və xəyallarını fikir sanmaqla həqiqətdən uzaqlaşarlar.


17-) Elektrik cərəyanı əmələ gətirən hüceyrələr.

Hər hansı bir beyni və ya qərar mexanizmi olmayan hüceyrələr bir yerdə toplanaraq bədənimizdəki sistemləri meydana gətirirlər. Bunlardan biri olan həzm sistemindəki hüceyrələrdən bir hissəsi sistemin işləyə bilməsi üçün mikrostansiya işini görərək elektrik əmələ gətirirlər.

 

İnsan bədənindəki bir çox möcüzəvi sistemlərdən biri də həzm sistemidir. Sistem içindəki orqanoidlərin qeri-adi xüsusiyyətləri vardır. Həzm sisteminin digər sistemlərlə olan uyğunluğu, bir-birləri ilə qurduqları əlaqə bunlardan sadəcə biridir. Məsələn, həzm sistemi qan dövranı sistemi ilə tam uyğunluq içində olmaq məcburiyyətindədir, çünki həzm edilən qidaların qan  ilə hüceyrələrə çatdırılması lazımdır. Bundan əlavə həzm sistemi hormonlarla da çox yaxşı əlaqədədir. Bədənə hansı maddələrin lazım olduğu beyin tərəfindən təyin olunur və həzm sisteminə nə etməli olduğu hormonlar vasitəsi ilə bildirilir. Bu əlaqə sisteminin qüsursuz işləməsi üçün, hormonların hara hansı əmri çatdırmaları lazım olduğunu bilmələri, həzm sisteminin də hormonları anlaması və verilən əmrə görə təşkil olunmaları lazımdır.

 

Həzm sistemi bir çox hissədən ibarətdir və bu hissələrin hər birinin olduqca müxtəlif mexanizmləri vardır. Qidaların həzm kanalı ilə irəliləməsini təmin edən mexanizmlər buna bir nümunədir. Qeyri-iradi düz əzələlərin ritmik sıxılmaları sayəsində qidalar eyni istiqamətli hərəkətlə irəliyə doğru hərəkət edir. Ancaq burada maraqlı olan, qidaların nə üçün həmişə irəliyə doğru hərəkət etmələridir. Kanadada McMaster Universitetində Dr. Jan Huizinga başçılığındakı bir qrup, bu eyni istiqamətli hərəkəti təmin edən hüceyrələri tədqiq etdi. İşlərində həzm kanalı boyu yerləşdirdikləri mikroelektrodlardan istifadə etdilər. Bu mikroelektrodlar "Kaxal Hüceyrələri" adını verdikləri bəzi hüceyrələrin davamlı və nizamlı bir elektrik cərəyanı meydana gətirdiyini təyin etdi. Bağırsaq  divarındakı halqa formalı əzələlərin ardıcıl sıxılmasını təmin edən bu eyni istiqamətli hüceyrələrin meydana gətirdiyi elektrik cərəyanı idi. Ancaq bu mexanizmin qüsursuz işləməsi üçün yalnız elektrik cərəyanı  kafi deyil. Eyni zamanda axının qüsursuz bir ritmlə yaradılması lazımdır. Bu hüceyrələr, buna görə bağırsaqlarda bir şəbəkə meydana gətiriblər. Bu şəbəkə onların eyni ritmlə elektrik cərəyanı boşaltmalarını təmin edir. (Science et Vie, Sentyabr 1998)

 

Bu qüsursuz mexanizm sayəsində yediklərimiz mədəmizdə qalır və bədənimiz üçün faydalı hala gəlir. Əgər tək istiqamətli hərəkət təmin edən hüceyrələrin meydana gətirdiyi ritmik elektrik axınları olmasaydı, bağırsaqlardakı əzələlər uyğun bir şəkildə sıxılmazdı. Bu da yediyimiz qidaların irəliyə doğru hərəkət etmək yerinə təkrar ağızımıza geri gəlmələrinə səbəb ola bilərdi. Ancaq biz xəstəlikdən başqa belə çətin bir vəziyyətə heç bir zaman düşmərik. Hətta belə bir ehtimal ola biləcəyi ağılımıza da gəlməz. Bu nümunədə də görüldüyü kimi Allahın bədənimizdə yaratdığı sistem hər tərəfli qüsursuzdur. Bu nemət sayəsində rahatlıqla həyatımızı davam etdirə bilirik.

 

İnsan bədənində hormonlar hara hansı əmri çatdırmanın lazım olduğunu bilir, həzm sistemi də hormonların onlara hansı əmrləri çatdırdığı dili bilir. Tək bu misal belə bizə, insanın təsadüf nəticəsində meydana gələ bilməyəcəyini açıq-aşkar sübut edir.


18-) Qızıl nisbətlə əlaqədar vacib məlumatlar.

QIZIL NİSBƏT 1,618-Ə BƏRABƏRDİR

 

"Allah hər şey üçün bir nisbət (hədd, müddət) təyin etmişdir. "(Talaq surəsi, 3)

 

... Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb (səmaya) bax, heç orada bir yarıq (çatdaq, nöqsan) görə bilərsənmi?! Sonra gözünü qaldırıb iki dəfə bax. Göz orada (axtardığını tapmayıb) zəif, yorğun düşərək yenə də sənə tərəf qayıdacaqdır! (Mülk surəsi, 3-4)

 

O Allah ki, göylərin və yerin hökmü (səltənəti) Onundur. O (Özünə) heç bir övlad götürməmişdir; mülkündə heç bir şəriki yoxdur. O, hər şeyi yaratmış və onu (onun nə cür olacağını) təqdir (əzəldən müəyyən) etmişdir. (Furqan surəsi, 2)

 

 İNSANIN ÜZÜNDƏ QIZIL NİSBƏT

 

* Üst çənədəki iki qabaq dişin eninin cəminin onların uzunluğuna nisbəti

 

* İlk dişin eninin mərkəzdən ikinci dişə nisbəti

 

* Üzün uzuluğunun eninə nisbəti

 

* Dodaqla qaşların birləşmə yeri arasındakı məsafənin burunun uzunluğuna nisbəti

 

* Üzün uzunluğunun çənə ucu ilə qaşların birləşmə yeri arasındakı məsafəyə nisbəti

 

* Ağız uzunluğunun boyunun eninə nisbəti

 

* Burun eninin burun deşikləri arasındakı məsafəyə nisbəti QIZIL NİSBƏTİ GÖSTƏRİR.

 

DÜNYANIN QIZIL NİSBƏT NÖQTƏSİ: MƏKKƏ

 

MƏKKƏ ŞƏHƏRİNİN ŞİMAL QÜTBÜNƏ OLAN UZAQLIĞI İLƏ CƏNUB QÜTBÜNƏ OLAN UZAQLIĞININ NİSBƏTİ QIZIL NİSBƏTİ VERİR: 1,618

 

MƏKKƏ ŞƏHƏRİNİN CƏNUB QÜTBÜNƏ OLAN UZAQLIĞI İLƏ İKİ QÜTB ARASINDAKI UZAQLIĞIN BİR-BİRİNƏ OLAN NİSBƏTİ QIZIL NİSBƏTİ VERİR: 1,618

 

DÜNYANIN MƏRKƏZİNİ TƏYİN ETMƏK ÜÇÜN HESABLAMA METODU OLAN EN DAİRƏSİNƏ VƏ UZUNLUQ DAİRƏSİNƏ GÖRƏ DÜNYANIN QIZIL NİSBƏT NÖQTƏSİ  MƏKKƏDİR.

 

MƏKKƏDƏ GÜNLƏRİN DƏYİŞDİYİ VƏ GÜN DƏYİŞMƏ XƏTTİ KİMİ TƏYİN OLUNAN XƏTTƏ QƏDƏR OLAN ŞƏRQ UZAQLIĞI İLƏ QƏRB UZAQLIĞININ BİR-BİRİNƏ OLAN NİSBƏTİ QIZIL NİSBƏTİ VERİR: 1,618

 

MƏKKƏNİN GÜN DƏYİŞMƏ XƏTTİNƏ QƏRB UZAQLIĞININ DÜNYANIN O PARALELDƏKİ DAİRƏ UZUNLUĞUNA OLAN NİSBƏTİ QIZIL NİSBƏTİ VERİR: 1,618

 

QURANDA MƏKKƏDƏN BƏHS EDƏN AYƏDƏKİ QIZIL NİSBƏT:

 

QURANDA MƏKKƏ SÖZÜNÜN KEÇDİYİ SADƏCƏ BİR AYƏ VAR:

 

ALİ-İMRAN SURƏSİ, 96-CI AYƏ:

 

“Həqiqətən, insanlar üçün ilk bina olunan ev (məbəd) Məkkədəki evdir ki, o, şübhəsiz, bütün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır”

 

BU AYƏDƏ 47 HƏRF VAR. HƏRF SAYLARININ QIZIL NİSBƏTİNƏ BAXANDA MƏKKƏ ŞƏHƏRİNİ İŞARƏ EDİLDİYİNİ GÖRÜRÜK.

 

47 : 1,618 = 29

 

AYƏNİN BAŞLANĞICINDAN MƏKKƏ SÖZÜNƏ QƏDƏR 29 HƏRF VAR.

 

LEONARDO PƏRGARI İLƏ DÜNYA XƏRİTƏSİNDƏN ƏLDƏ EDİLƏN NİSBƏTLƏRDƏ MƏKKƏ ŞƏHƏRİNİN ƏRƏBİSTANİN QIZIL NİSBƏT BÖLGƏSİNDƏ, KƏBƏNİN DƏ MƏKKƏNİN QIZIL NİSBƏT BÖLGƏSİNDƏ OLDUĞUNU GÖRÜRÜK.

 

Bütün dünyaya hakim olan bu fövqəladə nisbət Uca Allahın hər şeyi bir nizam, nisbət, simmetriyaya uyğun və mükəmməl yaratdığının sübutudur. Bu əhəmiyyətli sübut darvinistlərin bütün iddialarını kökündən yox etməyə kifayətdir. Bütün kainat Allahın üstün və bənzərsiz əsərlərinin sərgiləndiyi iman həqiqətidir. Şübhəsiz ki, Allah bu möhtəşəm sənətdən daha da yaxşısını yaratmağa qadirdir.


19-) Yarpaq kəsən qarışqalar: Atdalar.

Qarışqalar yaxşı “təlim keçmiş” nizam daxilində, koloniyalar halında yaşayan canlılardır. Koloniyalar halında yaşadıqları üçün müəyyən edilmiş şəkildə hərəkət edirlər ki, bu da hər hansı bir qarışıqlığın qarşısını alır.

 

Kollektiv iş, hərbi strategiya, inkişaf etmiş informasiya şəbəkəsi, şüurlu ierarxiya, intizam, qüsursuz şəhər layihəsi... Oxuduğunuz cümlə torpağın üstündə yalnız girişini gördüyünüz qarışqa yuvalarındakı yaşayışın qısa xülasəsidir. İnsanların belə çox vaxt müvəffəqiyyət qazanmadıqları sahələrdə qarışqalar son dərəcə bacarıqlıdırlar. Bu kiçik canlılar torpağın altındakı yuvalarında bir tərəfdən qida tədarük edir, bir tərəfdən balalarının qayğısına qalır, bir tərəfdən də koloniyalarını qoruyur və düşmənlərinə qarşı mübarizə aparırlar. Hətta “dərziliklə”, “əkinçiliklə” məşğul olan, “heyvan yetişdirən” qarışqa koloniyaları da vardır. Aralarında güclü ünsiyyət şəbəkələri olan bu kiçik canlıların həyatını araşdırdığımız zaman, onların heç bir canlı ilə müqayisə edilməyəcək dərəcədə üstünlüyə sahib olduqlarını görürük. Qarışqa ailələrində hər kəs üzərinə düşən vəzifəni yerinə yetirir. Onlar öz istəkləri üçün deyil, koloniyanın uzunmüddətli olması üçün çalışırlar.

 

Allah Quranda canlılar üzərində yaratdığı nemətlərə baxaraq düşünməyimizi buyurur. Qarışqalar da aşağıdakı ayədə diqqət çəkildiyi kimi, haqqında düşünülməsi vacib olan canlılardan biridir:

 

Həqiqətən, göylərdə və yerdə möminlər üçün dəlillər vardır. Sizin yaradılışınızda və (Allahın yer üzünə) yaydığı canlılarda qəti iman gətirmiş insanlar üçün neçə-neçə dəlillər vardır. (Casiyə surəsi, 3-4)

 

Qərargaha bənzər yuva hazırlayan qarışqalar, əslində, bu sahədə heç bir təhsil almayıblar. Yumurtadan çıxdıqları andan etibarən qarışqalar öz vəzifələrini bilirlər və vaxt itirmədən bacardıqlarını tətbiq etməyə başlayırlar. Yuvanı necə hazırlayacağını, yeməyi necə tapacağını, sürfələrə necə baxacağını, bir sözlə, nə etməli olduğunu yaxşı bilir və eynilə tətbiq edir. Qarışqaların bu məlumatlara hələ dünyaya gəlmədən sahib olduqlarını görürük. Daha doğrusu, bütün bu bacarıqlar meydana gəlmələri ilə birlikdə Uca Allah tərəfindən qarışqalara ilham edilir.

 

Yarpaq kəsən qarışqalar

Qarışqalar bir-birlərinə bənzəsələr də, yaşayış tərzləri və xarici görünüşlərinə görə təxminən 8000 növə ayrılırlar. Hər növün özünəməxsus xüsusiyyətləri vardır. Qarışqa növləri içərisində ən maraqlı xüsusiyyətə malik olan yarpaq kəsən qarışqalar, “atda”lardır. Atdalar qopardıqları yarpaqların hissələrini başlarının üstündə tutaraq  yuvalarına daşıyırlar. Qarışqalar çənələrində daşıdıqları və özlərindən dəfələrlə ağır olan yarpaq hissələrinin altında gizlənirlər. Onlara kənardan baxanda çox maraqlı görüntü ortaya çıxır. Atdaların bu yarpaqları niyə daşıdıqlarını araşdıran elm adamları qarışqaların bu hissələrdən göbələk istehsal etdiyini kəşf etmişlər.

 

Qarışqalar yarpaqların özünü yemirlər, çünki orqanizmlərində bitkilərdə olan sellülozanı parçalayan fermentlər yoxdur. İşçi qarışqalar bu yarpaqları çeynəyərək yığım halına gətirirlər və yuvanın yeraltı otaqlarında saxlayaraq, yarpaqların üzərində göbələk yetişdirirlər. Qarışqalar yetişdirdikləri göbələklərin tumurcuqlarından özlərinə lazım olan zülalı əldə edirlər.

 

Lakin lazım olan göbələyi yetişdirərkən bəzən zəhərli göbələklərin törəməsi ehtimalı da labüddür. Bəs bostanlarını yalnız əkindən əvvəl təmizləyən atdalar zəhərli göbələklərdən necə qorunurlar? Bunun sirri yarpaqları çeynəyən zaman istifadə etdikləri tüpürcək vəzilərindədir. Bu vəzi zəhərli göbələklərin inkişafının qarşısını alan antibiotik və lazım olan göbələyin inkişafını sürətləndirən başqa bir maddə ifraz edir.

 

Belə möcüzəvi vəziyyətin reallaşdığını düşündükdə, insanın qarşısına yüzlərlə sual çıxır: “Niyə bu qarışqalar digərləri kimi qidalanmır, özləri göbələk yetişdirirlər? Bəs göbələk yetişdirməyi haradan öyrəniblər? Yarpaqları çeynəyərək göbələyin meydana gələcəyini necə kəşf etmişlər və gələcək nəsillərə necə öyrətmişlər?” Bu cür sualların yalnız bir cavabı var: Qarışqalar bu işləri bacara biləcək şəkildə yaradılmışlar. Belə kompleks davranışlar müəyyən zaman ərzində mərhələlərlə inkişaf edən adi bir hadisə deyil. Bu çox üstün ağılın əsəridir. Bütün bu məlumatları yarandıqları gündən etibarən qarışqalara verən, şübhəsiz, Aləmlərin Rəbbi olan Allahdır.

 

Atdaların maraqlı müdafiə xüsusiyyətləri də vardır. Yarpaq kəsən qarışqa koloniyasının orta boylu işçiləri demək olar ki, bütün gününü yarpaq daşımaqla keçirirlər. Bu daşıma əsnasında özlərini qoruya bilmirlər, çünki çənələrində yarpaq daşıyırlar. Belə olduqda onları kim qoruyacaq?

 

Yarpaq daşıyan işçi qarışqaların yanında mütəmadi olaraq daha kiçik işçi qarışqaların gəzdikləri müşahidə edilmişdir. Əvvəllər bu vəziyyəti təsadüf hesab ediblər. Ancaq sonra bu hərəkətin səbəbi araşdırılmağa başlanmışdır. Uzun sürən araşdırmanın nəticəsi heyrətamizdir: qarışqalar əməkdaşlıq edirmiş.

 

Yarpaq daşıyan orta boylu qarışqalar, onların düşməni olan ağcaqanad növünə qarşı maraqlı müdafiə üsulundan istifadə edirlər. Ağcaqanadlar yumurtalarını yerləşdirmək üçün son dərəcə fərqli yer seçmişlər. Belə ki, yumurtalarını qarışqanın baş hissəsinə yerləşdirir. Yumurtadan çıxan bala ağcaqanadlar isə qarışqanın beyninə doğru irəliləyərək onun ölümünə səbəb olurlar.

 

Beləliklə, işçi qarışqalar yanlarında orta boylu qarışqalar- köməkçiləri olmadan hər an ağcaqanadların hücumuna məruz qala bilərlər. Adi halda üzərlərinə qonmaq istəyən ağcaqanadları qayçıya bənzəyən çənələri ilə uzaqlaşdırmağı bacaran qarışqalar yarpaq daşıyarkən bunu edə bilmirlər. Bunu köməkçi qarışqalar onların əvəzinə edir. Ağcaqanadın hücumu əsnasında bu kiçik qoruyucular yarpağın üzərindən düşmənə qarşı mübarizə aparırlar.

 

Bir neçə xüsusiyyətindən bəhs etdiyimiz atda qarışqaları dünyadakı yüz minlərlə qarışqa növündən sadəcə biridir. Hər növün özünəməxsus xüsusiyyətlərini gördükdə bir daha Allahın yaratma sənətindəki bənzərsizlik özünü büruzə verir.

 

Doğrudan da, gecə ilə gündüzün bir-birini əvəz etməsində, Allahın göylərdə və yerdə yaratdıqlarında (Allahdan) qorxan adamlar üçün dəlillər vardır. (Yunus surəsi, 6)


20-) Nebraska adamı saxtakarlığı.

1922-ci ildə Amerika Təbiət Tarixi Muzeyinin müdiri Henri Feərfild Ozborn (Henry Fairfield Osborn) Qərbi Nebraskadakı İlan dərəsi yaxınlığındakı Plieosen dövrünə aid azı dişi fosili tapdığını açıqladı. Bu diş iddiaya əsasən insan və meymunların ortaq xüsusiyyətlərini daşıyırdı. Çox keçmədən bu məsələ ilə bağlı çox dərin elmi müzakirələr başladı. Bəziləri bu dişin sahibini Pithecanthropus erectus olduğunu söyləyir, bəziləri isə bunun insana daha yaxın olduğunu deyirdilər. Böyük müzakirələrə səbəb olan bu diş fosilinə “Nebraska adamı” adı verildi. “Elmi” adı da dərhal qoyuldu: Hesperopithecus haroldcooki.

 

Bu tək dişə əsaslanaraq Nebraska adamının kəlləsi və bədəni bərpa edildi. Hətta daha da irəli gedərək Nebraska adamının ailəsinin təbii mühitdə rəsmləri dərc edildi. Bütün bu ssenarilər bircə dişdən uydurulmuşdu. Təkamülçü kütlələr bu “fantastik adamı” o qədər mənimsəmişdilər ki, Uilyam Brayən (William Bryan) adlı bir tədqiqatçı bircə azı dişinə əsaslanaraq bu qədər erkən hökmlə qərar verilməsinə qarşı çıxdıqda qəzəblə qarşılandı.

 

Ancaq 1927-ci ildə skeletin digər hissələri də tapıldı. Tapılan yeni hissələrə görə bu diş nə meymuna, nə də insana aid idi. Dişin Prosthennops adlandırılan amerikan qabanının nəsli kəsilmiş cinsinə aid olduğu məlum oldu. Uilyam Qreqori (William Gregory) bu səhvi xəbər verdiyi “Elm” (Science) jurnalındakı məqaləsinə belə başlıq qoymuşdu: “Göründüyü kimi Hesperopithecus nə meymun, nə də insandır.”

 

Elmi yazıçı Hank Hanegraaff bu məsələ ilə bağlı hadisələri nəql edir:

 

1922-ci ildə Nebraskada bir diş kəşf edildi. Bir az fantaziya gücü ilə bu diş mifoloji çənə sümüyünə, çənə sümüyü kəlləyə, kəllə də skeletə yerləşdirildi və skeletə bir üz, digər xüsusiyyətlər və tüklər əlavə edildi. Bu hekayə London qəzetlərində əks etdirildikdə təkcə “Nebraska adamı”nın deyil, eyni zamanda “Nebraska qadını”nın da rəsmi vardı. Bunların hamısı yalnız bircə dişdən ortaya çıxmışdı. Bir də skelet tapsalar, nələr olacağını siz düşünün. Bəlkə də bir il KİV-də yayımlayardılar.

 

Bu kəşfdən bir müddət sonra buna bənzər bir diş geoloq Harold Kuk tərəfindən tapıldı. Bu dəfə diş həqiqi kəlləyə yerləşdirildi və kəllə də qaban skeletinə yerləşdirildi. Beləliklə, “elmi” baxımdan Hesperopithecus haroldcooki adlandırılan Nebraska adamının mif kimi maskası düşdü.

 

Bu hadisə nəticəsində Hesperopithecus haroldcooki və “ailəsi”nin bütün rəsmləri dərhal elmi ədəbiyyatdan çıxarıldı. Nebraska adamı əslində darvinistlərin bircə dişi bəhanə edərək necə fantastik təkamül ssenarisi uydura bildiklərinin mühüm göstəricisidir. Diş fosili canlının ümumi anatomiyasına dair, demək olar ki, heç bir məlumat vermir. Bununla belə qaban dişinə əsaslanaraq Nebraska adamının və ailəsinin rəsmlərinin çəkilməsi, bu saxtakarlıq ifşa edilənə qədər elmi göstərilməsi həm böyük məntiq məğlubiyyəti, həm də Darvinizm adına böyük biabırçılıqdır. Lakin bu nümunə darvinist saxtakarlıqların qarşısını almamış, darvinist yalanlar şüurlu şəkildə davam etmişdir.


21-) Hemoqlobin molekulları.

Eritrositlər (qırmızı qan hüceyrələri) oksigen daşıyarlar. Bədən hüceyrələrinin oksigeni istifadə etməsi üçün xüsusi molekullara ehtiyacı var. Beləliklə, bu molekul eritrositlərə qırmızı rəngi verən hemoqlobin molekuludur. Bədənimizdəki təxminən 25 trilyon kiçik eritrositlər dayanmadan yük daşıyır. Bu hüceyrələr qan mayesi daxilində bütün bədəni tamamilə dolaşar və yerinə görə oksigen və ya karbon-4-oksid daşıyırlar.

 

Hüceyrənin daşıdığı maddəyə görə xüsusi quruluşunun olması lazımdır. Məsələn, oksigen daşıyacaq hüceyrə üçün ən ideal forma hüceyrənin yastı olmasıdır. Qırmızı qan hüceyrəsinin yumru və yastı şəkli hüceyrənin səth sahəsini artırır və oksigenlə təmasını asanlaşdırır. Oksigenin bədənimizdə nəqli üçün qırmızı qan hüceyrəsinin sadəcə yastı olması kifayət deyil. Eritrositləroksigeni yalnız daşıyırlar. Bədən hüceyrələrinin oksigendən istifadəsi üçün xüsusi molekullara ehtiyacı vardır. Bu molekulun oksigenlə üçölçülü və ən ideal formada birləşməsi lazımdır. Üstəlik eritrositlər oksigenə çox möhkəm bağlanmamalı, oksigen veriləcək hüceyrəyə gəldikdə isə, oksigendən asanlıqla ayrıla bilməlidir. Bir sözlə, oksigenin daşınması və lazım olan yerlərdə istifadə edilə bilməsi üçün özünəməxsus dizayna sahib çox xüsusi bir molekula ehtiyac vardır. Beləliklə, bu molekul qırmızı qan hüceyrələrinə qırmızı rəngini verən hemoqlobin molekuludur.

 

Hemoqlobin bir-birindən fərqli iki funksiya icra etdiyi üçün elm adamları tərəfindən "fövqəladə molekul" olaraq adlandırılır. Hemoqlobinin qüsursuz molekul quruluşu və funksiyaları elm adamlarının da diqqətini çəkmişdir. Təkamülçü Gordon Rattray Taylor "The Great Evolution Mystery" (Böyük Təkamül Sirri) adlı kitabında hemoqlobinin heyrətamiz xüsusiyyətlərindən birini belə açıqlayır:

 

"Qanın meydana gəlməsi bir Saqa dastanı kimidir. Ən az 80 elementdən ibarətdir. Ən əhəmiyyətlisi isə hemoqlobindir. Hemoqlobin ağciyərdəki oksigeni qəbul edərkən karbon-4-oksidi xaric edir və oradan əzələlərə keçir. Orada isə tamamilə əks funksiyanı icra edir, oksigeni xaric edib karbon-4-oksidi alır. Əzələlər qidaları yandırıb karbon-4-oksid əldə edir. Avtomobilin maye yanacağı yandırıb dəm qazını buraxması kimi. Bu maddə həqiqətən də fövqəladə bir molekuldur ki, eyni zamanda oksigenə qarşı birləşmə meyli göstərərkən, bir neçə saniyə sonra bu meylini itirir. Bir anda seçimi karbon-4-oksidə dəyişər. Gördüyü işə bu qədər uzlaşma göstərən daha yaxşı nümunə yoxdur."

 

Hemoqlobin molekulu heç zaman oksigen ilə karbon-4-oksidi bir-birinə qarışdırmaz. Daim düzgün ünvana gedər. Bir molekulun düşünmə, qərar vermə, seçim etmə kimi xüsusiyyətlərə sahib olması əlbəttə ki, düşündürücüdür. Hemoqlobin molekulu sanki şüurlu bir varlıq kimi lazım olduğu yerdə və zamanda lazım olan seçimi edə bilir. Yalnız oksigen daşımaqla kifayətlənməyən hemoqlobin oksigenə təcili ehtiyacı olan bir əzələnin yanından keçərkən bu oksigeni oraya nəql etməyin lazım olduğunu dərhal anlayır, bu məqamda ortaya çıxan karbon-4-oksidi qəbul etməsi və hara aparmasının lazım olduğunu da bilərək hərəkət edir və yeni yüklə birlikdə ağciyərlərə doğru yola çıxır. Hemoqlobin molekulu heç zaman oksigen ilə karbon-4-oksidi bir-birinə qarışdırmaz və daim doğru ünvana gedər. Bir molekulun düşünmək, qərar vermək, seçim etmək kimi xüsusiyyətlərə sahib olması əlbəttə ki, düşündürücüdür. Allahın verdiyi bu fövqəladə xüsusiyyət sayəsində bütün insanlar həyatlarını rahatlıqla davam etdirir.

 

İnsan bədənində saatda orta hesabla 900 milyon eritrosit yaradılır. Yalnız bir eritrositdə təxminən 300 milyon hemoqlobin molekulu olur. Bu molekulların hər biri bu əməliyyatları heç bir qarışıqlıq olmadan edə biləcək xüsusiyyətlərə malikdir. İnsan bədənində olan bütün hemoqlobin molekullarının sayı və bu molekulların hamısının istisnasız eyni qabiliyyətlərə sahib olduqlarını düşünsək, Allahın böyüklüyünü bir daha dərk edərik.

 

Belə bir mükəmməl nizamın təsadüfən ortaya çıxa bilməyəcəyi təsadüflərin insan bədənindəki milyardlarla hemoqlobinə bu xüsusiyyətləri qazandıra bilməyəcəyi ağıl sahibi olan hər bir insan üçün çox açıq həqiqətdir. Hemoqlobin molekulunu yaradan və hər bir insanın bədəninə bütün xüsusiyyətləriylə birlikdə yerləşdirən Allahdır. Allah Quranda belə buyurmuşdur:

 

Budur Allah – sizin Rəbbiniz. Ondan başqa ilah yoxdur. Hər şeyin Yaradıcısı (Allahdır)! Elə isə Ona ibadət edin! O, hər şeyi Qoruyandır. (Ənam Surəsi, 102)


22-) Dənizdə yaşayan canlıları birləşdirən ortaq xüsusiyyətlər.

Göylərin, yerin və hər ikisi arasında mövcud olan  hər bir şeyin sahibi Uca Allah canlılar üçün onların ehtiyaclarını qarşılayacaq şəkildə imkanlar yaratmışdır. Dənizin dərinliklərində müxtəlif canlı növləri xüsusi ahəng içində həyatlarını davam etdirirlər. Yer üzərindəki əksər canlılarda olduğu kimi dəniz canlıları da sağlam yaşamaları üçün bir-birlərinin köməyinə ehtiyac olduğunu hiss edirlər.

 

Məsələn, bəzi  canlılar üzərlərində əmələ gələn yad orqanizmləri, göbələkləri və parazitləri tez-tez təmizləmək məcburiyyətində qalırlar. Ancaq bu canlılar özlərini təmizləyə biləcək hər hansı sistemə malik deyillər. Buna görə də digər canlılarla yardımlaşırlar. Normal şərtlər daxilində ov olacaq canlı çəkinmədən ovçu mövqeyində olan canlının üzərində gəzir, buradakı göbələkləri və parazitləri yeyərək həmin canlının üzərini təmizləyir.

 

Bu halda bir tərəf özünə yem təmin edərkən, digər tərəf zərərli orqanizmlərdən təmizlənmiş olur. Hər iki tərəf  bu vəziyyətdən məmnundur. Təmizlənmək istəyənlər bəzən də dənizlərin ən təhlükəli canlıları olan köpək balıqları və balinalar da ola bilir. Bu canlılar təmizləmə funksiyasını həyata keçirən digər balaca balıqlara üzərlərində gəzməyə, hətta ağızlarının içinə belə daxil olmalarına icazə verirlər. Belə ki, bu canlılara azacıq də olsa zərər vermirlər. Təmizləyici olan balaca balıqlar da onların özlərinə zərər verməyəcəklərindən əmin şəkildə, qorxmadan yaxınlaşırlar.

 

Balta balıqları və bərbər balığı

 

Bərbər balığı adlandırılan kiçik balıqlar xallı balta balıqlarının üzərindəki ölümcül parazitləri təmizləməklə məsuldurlar. Bərbər balıqları təmizləmə əməliyyatı aparakən, balta balıqları onları ürküdəcək kiçik hərəkət belə etmirlər. Sanki qarşılıqlı bir müqavilə bağlamış kimi bərbər balıqlarının işlərini bitirmələrinə icazə verirlər. Beləliklə,  əldə edə bilməyəcəkləri təmizliyə sahib olurlar.

 

 

Tısbağa ilə Mərcan Balıqları

 

Mərcanlarda yaşayan balıqların bir çoxu dəniz dibindəki qayaların üzərindən tapdıqları su yosunları ilə qidalanırlar. Ancaq bu balıqların yeganə yemək qaynağı su yosunları deyil. Bəzi mərcan balıqları dəniz tısbağalarının qabıqlarına yapışmış göbələkləri də yeyirlər.

 

Üzərək bu balıqların yanına gələn dəniz tısbağaları sanki sözləşmiş kimi, balıqların olduqları yaxın yerdə dayanaraq balıqların gəlməsini gözləyirlər. Beləliklə, özlərinin edə bilməyəcəkləri təmizliyi mərcan balıqlarına etdirirlər.

 

Bunların heç biri bu canlıların planlaya biləcəyi davranışlar deyil. Dəniz altındakı bu heyrətamiz əməkdaşlığın təsadüfən reallaşması qeyri-mümkündür.

 

Bu canlılar yarandıqları ilk gündən bəri sonsuz ağıl sahibi Allahın ilhamı ilə hərəkət edirlər. Bir Quran ayəsində belə buyurulmuşdur:

 

"...Bəli, göylərdə və yerdə nə varsa, hamısı Ona məxsusdur, hamısı Onun itaətindədir!"  (Bəqərə  Surəsi, 116)

 

Bəzi canlılar özlərini təmizləmə sisteminə sahib deyillər. Bunun üçün başqa canlılarla yardımlaşırlar.

 

Bəzi mərcan balıqları dəniz çanaqlı bağalarının qabıqlarına yapışmış göbələkləri  yeyirlər. Üzərək bu balıqların yanına gələn dəniz çanaqlı bağalar sanki sözləşmiş kimi, balıqların olduğu yaxın bir yerdə dayanaraq bu balıqları gözləyirlər. Beləliklə, özlərinin edə bilməyəcəkləri təmizliyi mərcan balıqlarına etdirirlər.


23-) “Neandertallar insanın meymunabənzər əcdadıdır” iddiası tamamilə saxtakarlıqdır.

Darvinistlər Avstralopiteklər üçün istifadə etdikləri eyni üsulu, adi bir insan nəsli olan Neandertallar üçün də istifadə etmişlər.

Neandertal adamı, 1856-cı ildə Almaniyanın Düsseldorf  şəhəri yaxınlığındakı Neander vadisində tapılan fosillərlə elmi ədəbiyyata daxil oldu. Kəlləsi və bədənindəki sümüklərdə tapılan qıvrımlar, fosillərin təkamülçülər tərəfindən sözdə ibtidai bir insan növü olaraq dəyərləndirilməsinə yol açdı. 1908-ci ildə isə Fransanın La Chapelleaux-Saints bölgəsində Neandertal adamına aid olduğu bildirilən, hardasa qüsursuz bir skelet tapıldı. Sümüklər dövrün məhşur paleontoloq və geoloqu Marcellin Boule tərəfindən birləşdirildi. Bu birləşdirmə nəticəsində ortaya çıxan Neandertal adamı əyri duruşa, önə çıxan kəllə sümüyünə sahib idi. Bundan başqa ayaqları da oynaq yerlərində bir baz qapalı qalır, yəni tam düz bir duruş təmin edə bilmirdi.   Bu görüntü sayəsində, Neandertal adamı insanların zehnində ibtidai bir canlı olaraq qaldı. Neandertallar saxta şəkillərdə də meymunabənzər ibtidai insan olaraq göstərildilər. Neandertal haqqındakı bu yanlış dəlil 100 ilə qədər çəkdi. Fəqət, 1950-ci illərdə La Chapelle skeleti üzərində aparılan analizlər, skeletin sahibi olan Neandertal insanında oynaq infeksiyasının olduğunu təyin etdi. Əslində isə sağlam fərdlər normal bir insan kimi dik yeriyə bilirdi. 1985-ci ildə eyni seklet, bu dəfə Erik Trinkhaus adlı antropoloq tərəfindən araşdırıldı. Bu araşdırma Neandertalların dik yeriyə bildiyini təsdiqləməklə yanaşı, o zamanadək gizli qalmış bir həqiqəti də ortaya çıxarırdı: Marcellin Boule, Neandertalı qəsdən əyri yerişli göstərmişdi. 1950-ci illərdə müəyyən edilən oynaq xəstəliyi bu canlının dik yeriməsinə əngəl deyildi. Aydın olan odur ki, Boule məhz darvinist olduğuna görə Neandertalın həqiqi bir insan kimi dik yeridiyini qəbul etmək istəməmişdi.   E.Trinkaus və W. W. Howells Scientific American jurnalına etdikləri açıqlamada bu mövzuda belə demişdilər:
Bugün bir çox elm adamı Neandertal insanının tamamilə dik olaraq ayaqda durduğu və xəstəlik olmadığı halda xüsusiyyətlərinin bugünkü insandan heç bir fərqi olmadığı qənaətindədirlər.
Digər tərəfdən Neandertalların kəllə həcminin böyüklüyü də təkamülçüləri bu mövzuda ziddiyyətli bir vəziyyətə saldı. Bunun səbəbi isə, Neandertalların kəllə həcminin 1700 cc civarında olması idi. Bu rəqəm günümüz insanınından 200 cc daha böyükdür. Homo Sapiensdən böyük kəlləyə sahib olan Neandertalların təkamül baxımından sözdə “ibtidai” bir növ olması, nəzəriyyə adına böyük bir təzaddır.   Neandertal mütəxəssisi Erik Trinkhaus bu növ ilə əlaqəli həqiqəti aşağıdakı sözlərlə etiraf etmişdir:
Neandertalların anatomiyasında ya da hərəkət, alət istifadəsi, zəka səviyyəsi və danışma qabiliyyəti kimi xüsusiyyətlərində modern insandan aşağı sayıla biləcək heç bir şey yoxdur. Şübhəsiz ki, neandertallar, adi bir insan irqi olduqları üçün günümüzdəki irqlərlə eyni xüsusiyyətlərə sahibdirlər. Neandertal insanı bacarıqlı bir alət qurucusu və bacarıqlı bir ovçu idi. Hətta musiqi və sənətlə məşğul olurdu. Eyni günümüzdəki cəmiyyətlər kimi mədəni və sosial bir quruluşa sahib idi, dini inancları vardı. Dolayısı ilə Neandertalların meydana gətirdiyi mədəniyyət, günümüz mədəniyyətlərindən çox da fərqli deyildi.
Neandertallarla əlaqəli Darvinistləri çıxmazda buraxan bir başqa mövzu isə zamanlama problemidir. Tapılan fosillər, Neandertallarla günümüz insanının eyni zamanda yaşadığını, hətta müxtəlif vəziyyətlərdə daha sonra da yaşadığını göstərməkdədir. California universitetindən təkamülçü bioloq Francisco J. Ayala, bu vəziyyəti belə etiraf etməkdədir:
Neandertalların anatomik olaraq modern insanların əcdadı olduğu düşünülürdü, amma indi modern insanların ən azı 100 000 il əvvəl ortaya çıxdığını bilirik, Neandertal fosillərinin ortadan itməsindən çox daha əvvəllər. Orta Şərqdəki mağaralarda anatomik olaraq modern olan insanların fosillərinin həm Neandertalları təqib etməsi, həm də onlardan əvvəl gəlməsi təəccüblüdür. Bu mağaralardakı bəzi modern insanlar 120 000-100 000 il əvvələ aiddirlər, Neandertallar isə 60 000-70 000 illikdirlər; modern insanlardan 40 000 il sonra gəlirlər. İki formanın başqa bölgələrdən köç edərək təkrar-təkrar bir-birlərinin yerinəmi keçdikləri yoxsa bir yerdəmi olduqları və ya hibridləşməninmi olduğu diqqətə çarpan deyildir.
Dolayısı ilə insanın guya meymunabənzər əcdadı olaraq göstərilməyə çalışılan Neandertallar nəsli tükənmiş bir insan irqidir. Günümüzdə insanların öz irqlərinə məxsus fərqli xüsusiyyətlər göstərməsi kimi, bu növ də yalnızca fərqli irq xüsusiyyətlərinə sahibdir. Bu xüsusiyyətlərin təkamülə bir dəlil olaraq istifadə edilməsi böyük bir saxtakarlıqdır. Belə ki, Neandertal insanı fosili 1978-ci ildə ədəbiyyatdan çıxarılmışdır. Ancaq Neandertallar hələ də, təkamülün ən böyük isbatıymış kimi darvinist qaynaqlarda yer almağa davam etməkdədir.   Günümüzdə Neandertal insanı ilə əlaqəli spekulyasiyaların hələ də bəzi təkamülçü nəşrlərdə davam etdirilməsindəki məqsəd, Neandertallarla əlaqəli həqiqətləri bilməyən, bu saxta ara formanın elmi mənada ləğv edilmiş olduğunun fərqində olmayan adamlara təsir etməyə çalışmaq, onları aldada bilməkdir. Elə bu səbəblə Avstralopiteklar və Neandertallarla əlaqəli həqiqətlərin hər fürsətdə gündəmə gətirilməsi və darvinist satakarlıqlara son verilməsi böyük önəm daşıyır.


24-) Səməndərlərin (salamandra) qolları və ayaqları qopduğu zaman yeni qol və ayaq meydana gəldiyini bilirdinizmi?

Demək olar ki, hamı kərtənkələnin quyruğu qopanda yenisinin çıxdığını bilir. Kərtənkələnin quyruğu kimi səməndərlərin də qolları, qıçları qopduğu zaman yenisi ilə əvəz olunur.

 

Təbiətdə bəzi canlılarda müşahidə edilən bu yenilənmə xüsusiyyətinə "regenerasiya" deyilir. Regenerasiya canlılarda müəyyən hissələrdə mövcud olan bir xüsusiyyətdir. Məsələn, insanlarda dəri təbəqəsinin və qan hüceyrələrinin periodik olaraq özünü yeniləməsi, zərər çəkən qaraciyərin yenidən böyüməsi kimi.

 

Lakin bu yenidən əmələ gəlmə müəyyən bölgələrə xasdır. Məsələn, kərtənkələnin yalnız quyruğuna aiddir. Bu, bədəninin başqa bir hissəsi üçün mümkün deyil. Səməndərlərdə isə, yalnız qollar və ayaqlarda regenerasiya olur.

 

Bir səməndərin qolu hardan qopursa qopsun, təxminən 40 gündə tam və qüsursuz olaraq əvvəlki halına qayıdır. Üstəlik kəsilən sümük tam kəsilən yerdən böyüyür, orqan kəsilməzdən əvvəlki uzunluğuna və quruluşuna çatır. Sinirlər, əzələlər, dəri, sümük, qan damarlarının paylanması, bir sözlə, bütün toxumalar tam və qüsursuz olaraq əvvəlki vəziyyətinə qayıdır.

 

 

Blastema “geriyə proqramlaşdırma”

 

Yaxın zamanda aparılan təcrübələr bu bir neçə mm.-lik sahədə orqan kəsildikdən sonra hüceyrələrin özlərini geriyə doğru proqramlaşdırdığını kəşf etdi. Yəni bu hissədəki hüceyrələr, kök hüceyrə bənzəri xüsusiyyətlər qazanırlar.

 

Sümük, fassiya, əzələ və yeni qolu meydana gətirəcək bütün toxumalar yenidən inkişaf edirlər. Regenerasiya üçün “çox vacib” olan bu geriyə proqramlaşdırılmış hüceyrələr birliyinə "blastema" deyilir.

 

 

Sinirlər əsas şərtdir

 

Regenerasiyanın reallaşması üçün sinirlərin varlığı şərtdir. Əgər səməndərin qolu kəsilməzdən əvvəl üzvündəki bütün sinirlər götürülərsə, regenerasiya əsla reallaşmaz.

 

Ancaq çox heyrətamiz bir şey mümkündür. Qoldakı əsas sinir lifi cərrahiyyə əməliyyatıyla çıxardılıb, qolun yanındakı bir yaraya bağlansa, bu hissədə əlavə yeni bir qol böyüməyə başlayır.

 

 

Hüceyrələr doğru istiqaməti bilirlər

 

Elm adamlarının heç cür açıqlaya bilmədikləri bu əskiksiz və qüsursuz yenidən meydanagəlmə mexanizmi onları fərqli bir marağa yönəltmişdir. Təcrübələrdən birində regenarasiya olan hissə tərs istiqamətə yönəldilmişdir. Səməndərin əlini belinə tikmək kimi. Daha sonra hər hansı bir nöqtədən kəsdikləri zaman, üzvün hər iki hissəsi də bərabər uzunluğa və quruluşa tamamlanmışdır. Yəni çıxan qol, bədən oxuna görə hər zaman doğru istiqamətdə və quruluşda uzanır.

 

 

Hormonlar:

 

Hormonlar canlıların bədən inkişafı üçün həyati əhəmiyyətə malikdir. Beyinin hormon ifraz edən bölgəsi olan hipofiz vəzi alınmış səməndərlərdə regenerasiyanın reallaşmadığı müşahidə edilmişdir.

 

Bu da göstərir ki, tək bir nöqtədəki əskiklik sistemin hamısının məhv olmasına səbəb olur. Yəni səməndərin qopan qolunun yenidən əmələ gəlməsi üçün mütləq onun bədənində hazır bir proqram halında olan xüsusiyyətlər əskiksiz olaraq var olmalıdır. Sadəcə biri əskik olarsa, bu heyrətamiz və mükəmməl hadisə reallaşmaz.

 

 

Təsadüflər bu möhtəşəm sistemləri izah edə bilməz

 

Təsadüflərlə canlıların təkamülləşdiyi iddiası ilə ortaya çıxan darvinistlərə görə bu yenidən əmələgəlmənin bir izahı yoxdur. Onlar iddia edirlər ki, milyonlarla il ərzində, yavaş-yavaş müxtəlif mərhələlərlə canlıların xüsusiyyətləri inkişaf edir. Halbuki, bizlər təbiətdə hansı canlını araşdırsaq, mövcud olan xüsusiyyətlərin sadəcə biri əskik olarsa, bütün sistemin ləğv olduğunu görərik. Bu səbəbdən belə bir quruluşun təsadüfən təkamülləşməsi qeyri-mümkündür.

 

Məsələn, səməndərin sinirlərinin olmaması və ya beynindəki hipofiz vəzinin əskikliyi vəziyyətində regenerasiya qətiyyən mümkün deyil. Uca Allahın yaratdığı bu canlıda Allahın yaratdığı bütün sistem və xüsusiyyətlərin hamısının eyni anda əskiksiz olaraq mövcud olması şərtdir. Sadəcə biri olmayanda o sistem işləməz. Bunu o canlının hüceyrələrinə, DNT-sinə kodlaşdıran, o heyvana sonsuz yaratma gücü ilə dilədiyi xüsusiyyətləri verən aləmlərin yaradıcısı olan uca Rəbbimizdir.

 

Rəbbimiz yaratdığı hər canlının bədənində mükkəmməl və qüsursuz işləyən bir proqram var etmişdir. Əgər canlılarda “regenerasiya” sistemi olmasaydı, həyat mümkün olmazdı.

 

Məsələn, insan dərisində meydana gələn ən kiçik bir zədə dərhal ölümlə nəticələnən bir vəziyyətə səbəb olardı. Hər hansı bir yerimiz kəsildiyi zaman üst toxumada dərhal qabıq meydana gəlməsi ilə birlikdə təmir prosesi başlayır və dərini mikroblara, infeksiya meydana gəlməsinə qarşı qoruyan xüsusi bir müdafiə sistemi dövriyyəyə girir. Əgər bədəndə belə mükəmməl bir müdafiəetmə sistemi olmasaydı, ard-arda bir-birini izləyən ölümcül fiziki hadisələr meydana gəlirdi.

 

 

Bütün varlıqları bütün mükəmməl sistemləri ilə yaradan uca Allahdır

 

Allah canlıları möhtəşəm sənəti ilə yaradan, mükəmməl bir tarazlıqda saxlayan, üstün qüdrəti ilə onları yoxdan var edəndir. Rəbbimiz ölümü də, həyatı da var edən, “Hayy” (həyat verən) sifətinin sahibidir. Bir canlının orqanizm olaraq əskiksiz və mükəmməl olaraq tamamilə bütün ehtiyacları ilə bir yerdə olması kafi deyil. Onun “cana” sahib olması üçün mütləq “Hayy” sifətinin sahibi Rəbbimizin verdiyi ruha ehtiyacı vardır. Məsələn, bədən bir bütün olaraq, bütün orqanları ilə mükəmməl və əskiksiz olaraq dayansa da, o bədənə aləmlərin Rəbbi olan Allahımız ruhundan üfləmədikcə o bədən həyat tapmayacaq. Yoxsa ətin, sümüyün, dalağın, orqanların bir araya gəlməsi canlının meydana gəlməsi üçün kafi deyil. O canlıya bütün hüceyrələrinin içindəki molekullarına qədər həyat verən aləmlərin yaradıcısı olan, dirildən və öldürən uca Rəbbimizdir.

 

Rəbbimiz bizlərə dünyada sonsuz gözəllikdə əsərlər yaratmağa qadir olduğunu belə nümunələrlə göstərir. Düşünməyimizi təmin edir. Cənabi-Allah yalnız sınanmağımız üçün yaradılan, müvəqqəti olan bu dünya həyatının da əskikliklərini qullarına daim göstərir. Əsl həyat axirətdir və Allah axirətdə sonsuz həyatı qullarına nəsib edəcək. Dünyadakı hər yaradılış nümunəsi axirəti və Allahın yaratma sənətini düşündürmək üçün Allahın yaratdığı vəsilələrdir.

 

Rəbbimiz canlılardakı bu möcüzələri bizlərə iman həqiqəti olaraq göstərir. Rəbbimiz “Bəqərə” surəsinin 269-cu ayəsində “(Allah) istədiyi kəsə hikmət bəxş edir. Kimə hikmət verilmişsə, ona çoxlu xeyir nəsib edilmişdir. Bunu isə ancaq düşüncəli insanlar anlayarlar.” deyə buyurur.

 

Hikmət üçün ağıl lazımdır. Görə bilən bir daxili göz, həssas bir qəlb lazımdır. Ayədə Rəbbimizin buyurduğu kimi, ancaq təmiz ağıl sahibi olanlar, heç bir təsir altında qalmadan gördüklərini tamamilə müstəqil və açıq bir şüurla qiymətləndirənlər Allahın yaratdıqlarından öyüd alıb, bunların hikmətini qavrayıb həqiqəti dərk edərlər.


25-) Bioloji mina axtaranlar: Bal arıları.

Bal arıları həssas qoxu qabiliyyətlərindən mina axtarmaq üçün istifadə edirlər...

 

BMT-nin verdiyi məlumata görə dünyada təxminən 110 milyon partlamamış mina vardır ki, bu da hər il 26000 insanın ölümünə, ya da şikəst qalmasına səbəb olur (1). Minaları zərərsizləşdirmək üçün, əvvəlcə, onların yerini müəyyən etmək lazımdır. Belə təhükəli işi həyata keçirmək üçün elm adamları bizə namizədlər təklif edir: bal arıları…

 

Montana Universitetinin tədqiqtçıları səhra minalarının yerinin müəyyənləşdirilməsində robotlardan istifadə edirlər. Açıq ərazidə çiçək tozu axtaran bu canlılar mükəmməl qoxu qabiliyyətinə malikdirlər. Montana Universitetindən Jerry Bromenshenk “Arıların itlərin belə hiss etmədiyi qoxunu hiss etdiklərini bilirik” dedi. “Əgər bu mümkündürsə, onda bu canlılar da, ən azı itlər qədər bacarıqlı olacaqlar” deyə sözünə əlavə etdi (2). İki ildir ki, aparılan təcrübələrdə arılar minaların yerini asanlıqla təsbit edirlər. Tədqiqatçılardan Colin Henderson arıların qoxunu müəyyənləşdirmələri üçün təlim keçir.

 

Henderson həşəratların izi mükəmməl şəkildə tapdıqlarını, artıq həqiqi minaları axtarmağa hazır olduqlarını vurğulayır.

 

 

Arıların qoxu qabiliyyəti

 

Arıların qoxu orqanları bığcıqların üzərində yerləşir (Həşaratların qoxu orqanları insanlarda olduğu kimi, tənəffüs üzvləri ilə həyata keçirilmir. Tənəffüs orqanları başlarında deyil, bədənlərinin başqa nahiyələrində  yerləşir). Bığcıqların daxilinə doğru beyindən gələn qoxu sinirləri uzanır. Ancaq bu sinirlər qoxan maddə ilə bilavasitə təmasda olmur. Çünki həşəratların bədəni, bığcıqlar da daxil olmaqla, qabıqla örtülmüşdür.

 

Arı bığcıqlarına mikroskop altında baxdığımızda üzərində çoxlu dəliyin olduğunu görürük. Beyindən gələn qoxu sinirləri bu dəliklərin içində gözdən itir. Ancaq bu dəliklər xüsusi pərdə ilə örtülmüşdür və sinir uclarını qoruyur. Buna baxmayaraq, qoxunu keçirmək bacarığına da malikdir. Bu dəliklərin arası incə tüklə örtülmüşdür. Bunlar arının duyğu tükləri hesab olunur (3).

Şübhəsiz ki, belə sistemi meydana gətirən parçaların hər biri xüsusi səbəblərlə yaradılmışdır. Bığcıqlar, qoxu sinirləri və pərdə təkamül nəticəsində meydana gələ bilməz. Çünki onlardan biri olmasa, sistem işə yaramayacaq və təkamül öz məntiqinə görə məhv olacaq.

 

Arıların mina axtarmaq kimi bacarıqları sadəcə qoxu alma sistemi ilə məhdudlaşmır. Arıların minalı əraziyə göndərilməsi, plana uyğun uçuş reallaşdırmaları da onlarda mövcud olan xəbərləşmə sistemi ilə əlaqədardır. Arılar çiçək tozu qaynaqlarını pətəkdəki arılara möcüzəvi şəkildə, rəqs edərək başa salırlar. Üstəlik, çiçək tozunun mənbəyini günəşin düşmə bucağına uyğun şəkildə hesablayaraq. Beləliklə, qida axtaran zaman pətəkdəki arılar çiçək tozcuğunu asanlıqla  tapırlar. Bütün bu davranışlar son dərəcədə həssas geometrik hesablamalara əsaslanır. Halbuki düşünmə qabiliyyətindən məhrum olan bu canlıların bəhs etdiyimiz hesablamaları reallaşdırmaları qeyri-mümkündür. Arılardakı möhtəşəm uçuş və istiqamət müəyyənləşdirmə qabiliyyətinin üstün ağıl tərəfindən ilham edildiyi meydana çıxır. Hər şeyin Yaradıcısı olan Uca Allah bu canlılara nə edəcəklərini vəhy etmişdir:

 

Rəbbin bal arısına belə təlqin etdi: “Dağlarda, ağaclarda və (insanların) düzəltdikləri çardaqlarda özünə pətəklər hör. Sonra bütün meyvələrdən ye və Rəbbinin (səndən ötrü) asanlaşdırdığı yollarla get”. (O arıların) qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır. (Nəhl surəsi, 68-69)

 

Qaynaqlar:   1- CBS news.com, Mine-Sniffing Honeybees, 25 setyabr 2002: http://www.cbsnews.com/stories/2002/09/24/tech/main523141.shtml
2- msnbc.com, Bomb-sniffing bees generate scientific buzz, 25 Sentyabr 2002: http://www.msnbc.com/news/812909.asp
3- Prof. Karl von Frisch, Arıların Hayatı, s.117-119


26-) Atın təkamülü saxtakarlıqdır.

1879-cu ildə dövrün məşhur təkamülçüləri arasında iki şəxs atın xəyali təkamülü ssenarisinə dəlil kimi göstərilməyə çalışan canlılarla bağlı fəaliyyətləri daha da irəli apararaq darvinistlərin uzun illər gündəmdə saxlayacaqları at sırasını əmələ gətirdilər. Amerikalı fosil tədqiqatçısı Otniel Çarlz Marş ilə Tomas Haksli (Darvinin buldoqu kimi də tanınır) bəzi dırnaqlı fosilləri arxa və ön ayaqlarındakı dırnaq saylarına və diş quruluşlarına görə düzərək sxem qurdular. Daha əvvəl Ser Riçard Ouen tərəfindən 1841-ci ildə Hyrocotherium adlandırdığı kiçik məməli fosili “təkamülü” xatırladacaq şəkildə yenidən adlandırılmış və “şəfəq atı” mənasını verən Eohippus adını almışdı.

 

İddialarını sxemləriylə birlikdə “Amerika Elm Jurnalı” (American Journal of Science) adlı jurnalda dərc edilən cütlük bir əsr boyu muzey və dərsliklərdə Eohippusdan dövrümüzün atlarına doğru sıralanan “təkamülə” dəlil kimi göstəriləcək sıranın əsasını qoymuşdular. Bu xəyali sıranın mərhələləri kimi göstərilən mühüm kateqoriyalar Eohippus, Orohippus, Miohippus, Hipparion və nəhayət dövrümüzdəki at Equus idi.

 

Bu xəyali ssenari sonrakı əsr boyu atın “təkamülünə” ən böyük dəlil kimi göstərildi. Dırnaq sayındakı azalma, ölçüdə isə kiçikdən böyüyə doğru gedən nizamlı artma təkamülçüləri inandırmağa kifayət idi.

 

Qısa müddət ərzində at sırasının öz daxilində ziddiyyətlər aşkar oldu. Aparılan qazıntı işlərində rast gəlinən və saxta at sırasına daxil edilməyə çalışılan yeni fosillər problem yaratdı. Çünki fosillərin yeri, yaşı, dırnaq sayı kimi xüsusiyyətlər bir-birlərinə ziddiyyət təşkil edərək sıranı pozmağa başlayırdı. At sırası bu yeni tapıntılar qarşısında əsassız və mənasız fosil yığınına çevrildi.

 

Zaman ərzində bir çox darvinist atın təkamülü ssenarisinin həqiqi dəlillərə əsaslanmadığını qəbul etmək məcburiyyətində qaldı. 1980-ci ilin noyabr ayında Çikaqo Təbiət Tarixi Muzeyində 150 təkamülçünün iştirak etdiyi dörd gün davam edən və mərhələli təkamül nəzəriyyəsinin problemlərinin müzakirə edildiyi bir iclas keçirildi. İclasda söz alan təkamülçü Boys Rensberger atın təkamülü ssenarisinin fosil qeydlərində heç bir əsası olmadığını və atın mərhələli təkamülü kimi bir prosesin heç baş vermədiyini belə izah etmişdi:

 

Təqribən 50 milyon il əvvəl yaşamış dörd dırnaqlı, tülkü böyüklüyündəki canlılardan dövrümüzdəki daha böyük tək dırnaqlı ata doğru ardıcıl mərhələli dəyişiklik olduğunu irəli sürən məşhur atın təkamülü nümunəsinin əsassız olduğu uzun zamandan bəri məlumdur. Mərhələli dəyişiklik əvəzinə hər növün fosilləri tamamilə fərqli şəkildə ortaya çıxmış, dəyişilmədən qalmış, daha sonra nəsli kəsilmişdir. Ara-keçid formalar yoxdur.

 

Atın xəyali təkamülü və sözügedən saxta atın təkamülü sxemindəki digər əsassızlıq da zamanlama problemidir. Doktor Nikolas Komninellis bu məsələni belə açıqlayır:

 

Atın təkamülü iddiasındakı digər maneə də zamanlama uyğunsuzluğudur. Təkamül nəzəriyyəsi bir növün o cür həyata daha yaxşı uyğunlaşdığı üçün təkamüllə başqa növə çevrilməsinə meylli olması anlayışına əsaslanır. Bu əvvəlki növün yox olmasına gətirib çıxarır. Atlarla bağlı hadisədə 3 dırnaqlı növ tək dırnaqlı növ qədər sağlam olmamalı idi. Təkamül növlər arasındakı keçidin baş verməsi üçün milyonlarla il tələb edir ki, əvvəlki növün yox olması üçün çox vaxt vardır.

 

Lakin bu gün bilirik ki, həm tək dırnaqlı, həm də üç dırnaqlı növlər Şimali Amerikada eyni zamanda yaşamışlar. At növlərinin eyni anda mövcud olması təkamül nəzəriyyəsinin açıqlamasına tamamilə ziddir. Bundan əlavə Hyracotherium, Miohippus və Equus arasındakı itmiş halqalar da tapılmamışdır. Təkamülə dəstək olması bir tərəfə qalsın, atın tarixi daha çox xüsusi yaradılışa uyğun gəlir - dövrümüzdəki bütün canlılar eyni anda yaradılmışlar.

 

Atın təkamülü ssenarisinin əsassızlığının açıq şəkildə üzə çıxmasına və bu vəziyyətin darvinistlər tərəfindən də qəbul edilməsinə baxmayaraq bu xəyali sıra digər darvinist saxtakarlıqlar kimi hələ də bəzi darvinist KİV və dərsliklərdə verilir. Bu sıra sanki həqiqi imiş kimi təqdim edilir, hətta dünyada məşhur olan paleontoloqların və elm adamlarının rəhbərliyi altında olan təbiət tarixi muzeylərində açıq şəkildə nümayiş etdirilir. Dünyanın ən məşhur muzeylərindən biri olan Amerika Təbiət Tarixi Muzeyinin müdiri təkamülçü paleontoloq Dr. Naylz Eldric şəxsən öz muzeyində nümayiş etdirilən at sıraları ilə bağlı təkamülçü iddiaların sadəcə fantaziyadan ibarət olduğunu təqribən 20 il əvvəl qəbul etmişdi. Eldric bu abstrakt sıranın dərsliklərdə verilərək elmi həqiqət kimi göstərilməsini də tənqid etmişdir:

 

Etiraf edirəm ki, dərsliklərə bir çox artıq şey sanki həqiqət imiş kimi daxil oldu. Məsələn, buna ən yaxşı nümunə 50 il əvvəl hazırlanmış və hələ də aşağı mərtəbədə nümayiş etdirilən atın təkamülü sərgisidir. Bu saysız-hesabsız dərsliklərdə mübahisəsiz qəbul edilmiş həqiqət kimi göstərilmişdir. Mənim fikrimcə indi bu vicdan əzabı verir, çünki bu cür hekayələri ortaya atan insanların onların (fosillərin) bir hissəsinin abstrakt təbiətindən şəxsən özlərinin xəbərdar olduğunu düşünürəm.

 

Darvinist Eldric tamamilə doğru deyir. Qəsdən edilmiş təhriflər dəccaliyyətin əsasında olduğu üçün bu sistemə sahib çıxanlar da yalana əl atırlar. Yuxarıda sadalanan bütün misallar Darvinizm yalanının tamamilə ifşa olmuş, saxtalığı darvinist elm adamları tərəfindən belə məcburən qəbul edilmiş açıq-aşkar nümunələrdir. Bu nümunələr dəccaliyyət sisteminin iç üzünü göstərmək üçün kifayətdir. Lakin əslində bunu yadda saxlamaq lazımdır: təkamül nəzəriyyəsi, yəni Darvinizm ideologiyası Allahı inkar məqsədi güdən yalan üzərində qurulmuşdur. Ona görə Darvinizmin irəli sürdüyü hər iddia, hər dəlil yalandır. İndiyə qədər eşitdiyiniz bütün “təkamülə dəlil tapıldı” ifadələrinin, “canlılar təkamül keçirib” açıqlamalarının, “insanın şimpanze ilə ortaq əcdadları” sözlərinin hamısı yalandır. Darvinistlər bir yalanı müdafiə edirlər. Bunun səbəbi dəccaliyyət sisteminə olan məntiqsiz itaət və bağlılıqları, sırf Allah inancı ilə mübarizə etmək üçün batil Darvinizm dininə olan kor-koranə sədaqətləridir.

 

Lakin batil bir inancın, böyük yalanın içindədirlər. Hər şeyin Sahibi və Yaradıcısı olan Uca Allah ayələrində belə buyurur:

 

Kim İslamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar! (Ali-İmran surəsi, 85)

 

Bilin ki, göylərdə və yerdə kim varsa, hamısı Allahındır. Allahdan başqasına tapınanlar həqiqətdə Allaha qoşduqları şəriklərə tabe olmazlar. Onlar ancaq zənnə uyar və yalandan başqa bir şey deməzlər. (Yunus surəsi, 66)


27-) Ölümə tələsən erkək arılar.

Arı ailəsində bütün arıların işi var. Tək istisna erkək arılardır. Erkək arılar nə pətəyin qorunmasinda, nə təmizliyində, nə də qida tədarükündə iştirak edirlər. Onların pətəkdəki yeganə funksiyaları ana arını mayalandırmaqdır. Cütləşmə orqanlarından başqa demək olar ki, heç bir orqanları olmadığından, sadəcə ana arını mayalandırmaqla məsuliyyət daşıyırlar.

 

Qış aylarında pətəkdə ancaq ana və işçi arılar olur. Çünki qış gəlməmiş, erkək arılar ya pətəkdən bayıra atılır, ya da öldürülürlər. Lakin qış mövsümü bitdikdən sonra arılar erkək arılar üçün pətək inşa etməyə başlayırlar. Ana arı isə şan qovuqcuğuna erkək arıları yetişdirən yumurtalarını qoyur. May ayının əvvəlində erkək arılar qovuqcuqlardan çıxmağa başlayırlar.

 

Ümumiyyətlə, bu aylar qoca ana arının yeni arı ailəsi qurmaq üçün pətəkdən ayrıldığı və pətəkdə yeni ana arıların yetişdirildiyi aylardır. Məhz bu dövrdə yeni yetişmiş ana arı yumurta qoymaq üçün cütləşmə uçuşuna çıxır. Bu da işçi arıların erkək arı yetişdirmə səbəblərindən biridir.

 

 

Xüsusi xidmət göstərən işçi arılar

 

Erkək arılar heç bir iş bacarmadıqları halda, ana arı ilə cütləşənədək işçi arılar onlara qayğı göstərirlər. Pətəkdə yaşayan və sayı 400-500-ə qədər olan erkək arılardan sadəcə birini bəsləmək üçün 5-6 işçi arı dayanmadan işləməlidir. Yəni pətəkdəki 2-3 min işçi arı müəyyən müddət erkək arıları bəsləyirlər.

 

Əslində, ana arının cütləşməsi üçün maksimum 10 erkək arı kifayətdir. Buna baxmayaraq, arı ailəsində yüzlərlə erkək arı yetişir. Pətəkdə iş çox olsa da, işçi arıların bir qismi bütün vaxtlarını ancaq erkək arıların bəslənməsinə sərf edirlər. Bu çox vacib vəzifədir. Çünki ana arı cütləşmək üçün uçduğunda, mütləq erkək arı tapmalıdır. Arıların cırcırama kimi düşmənlərinin olmasını və erkək arıların özünümüdafiə üçün zəhər və ya iynəsinin olmamasını nəzərə alsaq, onların çox olmalarının əhəmiyyətini anlayarıq. Heç bir işə yaramayan erkək Əlbəttə ki, bu tədbirin məqsədi var. Məqsəd pətəyin davamlı olmasını təmin etmək və ana arıların cütləşməsini riskə atmamaqdır.

 

 Amma bir sual meydana çıxır: arılar bu mühüm qərarı necə verirlər? Onlar bu məsələni bir araya gələrək, birlikdəmi müəyyən ediblər?

 

 Yoxsa, bu işin bu şəkildə olmasını təsadüfən kəşf edib və bunun mükəmməl bir strategiya olduğunu müəyyən edib, davam etdirmək qərarını veriblər?

 

 Əlbəttə ki, arılar bunun heç birini özbaşlarına etməzlər. Arıların qərar mexanizmləri, strategiya müəyyən edib, sonra da onu həyata keçirmək şüurları yoxdur. Onlar da bütün canlılar kimi Allaha boyun əyiblər.

 

 

Erkək arıların sonu

 

Ana arı ilə erkək arı yüksək yerdə rastlaşırlar. Cütləşmə zamanı erkək arının sperma kisəciyi və bütün erkəklik orqanları bədənindən ayrılır. Onlar cütləşməni yerinə yetirkləri an tələf olurlar. Ana arı ilə cütləşə bilməyən digər erkək arılar da çox yaşamırlar. Erkək arılar ancaq yazda və yayın əvvəlində yaşayırlar. Sonra işçi arılar tərəfindən yox edilirlər. Cütləşmə dövrü başa çatdıqda istilər artır, çiçəklərdəki şirə azalmağa başlayır və işçi arıların erkək arılara münasibəti dəyişir. Cütləşmə dövründə erkək arıların qayğısına qalan işçi arılar cütləşmə dövrü bitdikdən sonra erkək arılara hücum edərək onların qanadlarını qoparmağa başlayırlar. Onlar bir şey yemək istəsələr, işçi arılar onları qüvvətli çənələri ilə antenlərindən və ya ayaqlarından tutub, pətəkdən çölə atırlar. Pətəkdən qovulan erkək arılar ac qaldıqları üçün qısa müddət ərzində ölürlər, çünki qida axtarmaq qabiliyyətindən məhrumdurlar.

 

 

Arılar Allahın vəhyi ilə hərəkət edirlər

 

Bir canlının öz təhlükəsizliyini düşünmədən, birlikdə yaşadığı qrup uzvlərinin təhlükəsizliyini və rahatlığını təmin  etməyə çalışmasının ancaq bir açıqlaması ola bilər: Arı pətəyində gözlənilən nizam üstün ağıl sahibi bir yaradıcı tərəfindən müəyyən olunub. Bu yaradıcı pətəkdəki arılara ayrı-ayrı vəzifələr verib. Arılara nə edəcəklərini ilham edən uca yaradıcı Allahdır.

 

Bütün canlılar kimi erkək arılar da onları yaradan Allahın əmrinə itaət edərək cütləşmə uçuşuna çıxır və ölsələr belə pətəyin varlığını qoruyurlar.

 

Allah arıların başqa canlılar kimi Onun vəhyi ilə hərəkət etdiklərini ayələrində belə açıqlayır:

 

"Rəbbin bal arısına belə təlqin etdi: “Dağlarda, ağaclarda və (insanların) düzəltdikləri çardaqlarda özünə pətəklər hör." (Nəhl surəsi, 68-69)

 

"… (O arıların) qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır. " (Nəhl surəsi, 68-69)


28-) Görünən işıq möcüzəsi.

Hər şeyi, mükəmməl bir ahəng içərisində və insanın həyatına və canlı aləmin davamına uyğun olaraq var edən Allahdır. Qəribə olan isə bunu görə bilməyən və təəccublə qarşılayan  insanların vəziyyətləridir.

 

Kainatdakı ulduzların və digər işıq mənbələrinin hamısı müxtəlif tezlikdə şüa yayırlar. Bu fərqli şüalar, dalğa tezliyinə görə təsnif edilir. Fərqli dalğa tezlikləri geniş bir dalğa uzunluğu meydana gətirir. Ən kiçik dalğa tezliyinə malik olan qamma şüaları ilə, ən böyük dalğa tezliyinə malik olan radio dalğaları arasında 10²5-lik (on üstü iyirmibeş) bir fərq vardır. Buradakı möcüzəli olan isə, Günəşin yaydığı şüaların hamısının, bu 10²5-lik dalğa uzunluğunun tək bir bölümünə sığdırılmış olmasıdır. Bu dar sahədə, həyat üçün lazımlı olan yeganə şüalar mövcuddur.

 

Burada diqqət yetirilməli olan məsələ, dalğa tezliklərinin ağla sızmaz dərəcədə geniş  dalğa uzunluğuna yerləşmiş olmalarıdır. Ən qısa dalğa tezliyi, ən uzun dalğa tezliyindən tam 10²5 qat daha kiçikdir. 10²5, 1 rəqəminin yanına 25 ədəd sıfır əlavə olunması ilə yaranan bir ədəddir:

 

10 000 000 000 000 000 000 000 000 şəklində yaza biləcəyimiz bu ədədin böyüklüyünü daha yaxşı anlamaq üçün bəzi müqayisələr etmək yerinə düşərdi. Əgər 1025 ədəd oyun  kartını üst üstə düzsək, Süd Yolu Qalaktikasının kənarına çıxıb müşahidə olunan kainatın təxminən yarısı qədər bir məsafə getməyimiz zəruri olardı.

 

1025-də 1 ehtimal heç bir təsadüflə açıqlana bilməz. Bu qədər həssas tarazlığı, Günəşi və bütün canlıları bir-birlərinə uyğun olaraq yaradan, üstün ağıl sahibi  Allah qurmuşdur.

 

Kainatdakı müxtəlif dalğa tezlikləri, geniş bir dalğa uzunluğu içinə dağılmışdır. Günəş şüaları, bu geniş dalğa uzunluğunun çox dar hissəsinə sığdırılmışdır. Günəşdən yayılan fərqli dalğa tezliklərinin 70 faizi, 0,3 mikronla 1,50 mikron arasındakı dar bir çərçivənin içindədir. Bu aralıqda üç növ işıq vardır: Görülən işıq, yaxın infraqırmızı  şüalar və bir az da yaxın ultrabənövşəyi şüalar.

 

Yaxşı görəsən nə üçün Günəşin şüaları bu dar aralığa sığdırılmışdır?

 

Cavab son dərəcə əhəmiyyətlidir: Günəş işığı bu dar aralığa sığdırılmışdır, çünki Dünya üzərindəki həyatı dəstəkləyən şüalar, yalnız bu şüalardır.

 

İngilis fiziki Ian Campbell, “Energy and the Atmosphere" (Enerji və Atmosfer) adlı kitabında bu mövzuya toxunmaqda və "Günəşdən yayılan şüaların, Dünya üzərindəki həyatı dəstəkləmək üçün çox dar aralığa sığdırılması həqiqətən çox fövqəladə bir vəziyyətdir" deməkdədir. Campbellə görə bu vəziyyət, inanılmaz dərəcədə təəccüblüdür.

 

Hər şeyi, mükəmməl bir ahəng içində və insanın həyatına və canlı aləmin davamına uyğun olaraq var edən Allahdır. Qəribə olan bunu görə bilməyən və təəccüblə qarşılayan insanların vəziyyətləridir. Bu işıq aralığı əslində çox kiçik və üzərində çox düşünülməyən bir möcüzədir və tək başına belə Allahın bir sübutudur. Halbuki kainat, qalaktikalar, Günəş sistemi, Dünya,  dənizlər,  atmosfer və bütün canlıların hamısı bir Yaradılış sübutudur.

 

Allah hər şeyin bir ahəng içində olduğunu və bunların üzərində düşünülməsini bizə bir ayəsində belə bildirməkdədir:

 

    "Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində, içərisində insanlar üçün mənfəətli şeylər olan gəmilərin dənizlərdə üzməsində, quruyan yer üzünü Allahın göydən yağmur yağdıraraq yenidən diriltməsində, cins-cins heyvanları onun hər tərəfə yaymasında, göylə yer arasında ram edilmiş küləyin və buludların bir səmtdən başqa səmtə döndərilməsində, (Allahın hikmət və qüdrətinə dəlalət edən) əlamətlər vardır." (Bəqərə Surəsi, 164)


29-) Yer üzərində istilik tarazlığını yaradan Allahdır.

Yer üzərində istilik müəyyən sərhəd daxilində mövcuddur. Amerikalı geoloqlar Frank Press və Raymond Siever Yer səthinin istiliyindəki incə nizama diqqət çəkmişlər. Bildirdiklərinə görə, “həyat məhdud istilik aralığında mövcuddur və bu istilik aralığı Günəşin istiliyi ilə mütləq sıfır arasında mümkün olan istiliyin təxminən 1%-ni təşkil edir”. (F. Press, R. Siever, Earth, New York: W. H. Freeman, 1986, s. 4)

 

Bu istilik tarazlığının qorunması Günəş ilə Yer kürəsi arasındakı məsafədə olduğu kimi, Günəşin şüalandırdığı enerji ilə də əlaqədardır. Hesablamalara görə Günəşdən Yer kürəsinə gələn enerjinin 10% -nin azalması Yer səthinin buzlaqlarla örtülməsi ilə nəticələnə bilər. Enerjinin miqdarının bir qədər artması isə yerdə yaşayan canlıların məhv olmasına gətirib çıxarardı.

 

Yerin ideal istiliyinin, planet daxilində bərabər paylanması son dərəcədə əhəmiyyətlidir. Belə ki, bu tarazlığın əldə edilməsi üçün xüsusu tədbirlər həyata keçirilmişdir. Məsələn, Yerin oxunun 23027`-lik sürüşməsi qütblərlə ekvator arasındakı atmosferin meydana gəlməsinə əngəl törədəcək həddindən artıq istiliyin qarşısını alır. Əgər bu sürüşmə olmasaydı, qütblərlə ekvator arasındakı istilik fərqi daha da artacaq və həyatın mövcud olması üçün atmosfer təbəqəsinin olmasını imkansız edəcəkdi.

 

Yerin öz ətrafında fırlanma sürəti də istiliyin bərabər paylanmasına kömək edir. Yer 24 saat ərzində öz ətrafında dönür və nəticədə gecə ilə gündüz qısa müddət davam edir. Qısa müddət davam etdiyi üçün də aralarında istilik fərqi də çox olur. Bu tarazlığın əhəmiyyəti ondan ibarətdir ki, bir günü bir ildən uzun müddət davam edən (yəni, öz ətrafında hərəkəti planetlərin Günəş ətrafındakı hərəkətindən daha uzun müddət davam edən) və bunun nəticəsi olaraq gecə ilə gündüz arasındakı istilik fərqi 10000C-ni təşkil edən Merkuri ilə müqayisə etdiyimizdə anlaya bilərik. Yer kürəsinin forması da istiliyin bərabər paylanmasına uyğun şəkildə yaradılmışdır. Yerin ekvatoru ilə qütblər arasında təxminən 1000C-lik istilik fərqi mövcuddur.

 

Əgər belə istilik fərqi kələ-kötür olmayan səthdə baş versəydi, sürəti saatda 1000 km-ə çatan fırtınalar ətrafı darmadağın edərdi. Halbuki, yer səthi istilik fərqindən meydana gələcək hava axınlarının qarşısını ala biləcək şəkildə yaradılməşdır. Bu kələ-kötürlüklər, yəni sıradağlar Çindən Himalay dağlarından başlayaraq, Anadoluda Toroslara qədər davam edir və Avropada Alp dağlarına qədər uzanaraq qərbdə Atlantik okeanı, şərqdə Sakit okeanla birləşir. Okeanlarda isə ekvatorda yaranan əlavə istilik, suyun istilik fərqinin tənzimlənməsi nəticəsində şimala və cənuba doğru ötürülür.

 

Bundan başqa Yer atmosferində istiliyi daima tənzimləyən bəzi sistemlər də yaradılmışdır. Məsələn, müəyyən ərazidə həddindən çox istilik müşahidə olunduğunda bu ərazidə buxarlanmanın sürəti də artmış olur və buludlar meydana gəlir. Bu buludlar isə Günəşdən gələn şüaların bir qismini əks etdirərək havanın həddindən artıq qızmasının qarşısını alır.

 

Yerin Günəşdən olan uzaqlığı, yerin öz ətrafında dönmə sürəti, oxunun meyl etməsi, yer səthinin forması kimi bir-birindən müstəqil bir çox faktor, planetimizdə həyat üçün lazımlı olan istiliyi və bu istiliyin də bərabər olaraq paylanmasını təmin edir.

 

Yerlə Günəş arasındakı məsafənin xüsusi bir dizaynla yaradıldığını qəbul etməyənlər belə bir məntiqə əsasalanırlar: “Kainatda Günəşdən böyük və kiçik ulduzlar da mövcuddur. Bunların da özünə məxsus planet sistemləri ola bilər. Əgər bu ulduzlar Günəşdən daha böyüksə, o zaman həyat üçün ideal planet, Günəş ilə Yer arasındakı məsafədən daha çox uzaqda yerləşmiş olacaq. Məsələn, qırmızı nəhəngin ətrafında yəni, Plutonun məsafəsində dönən planet, bizim Yer kürəmiz kimi ilıq atmosferə sahib ola bilər. Belə bir planet həyat üçün Yer planeti qədər vacib olacaqdır”.

 

Bu iddia bir tərəfdən də mənasızdır: Müxtəlif ulduzların fərqli işıq şüaları şüalandırdıqları nəzərə alınmamışdır. Ulduzların şüalandırdıqları işıq şüalarının əlamətlərinə əsasən hansı istilikdə olduqlarını müəyyən etmək mümkündür. Məsələn, Günəşə yaxın olan bənövşəyi, ondan sonra görünəbilən işıq yaxınlaşdıqca infraqırmızı şüaları şüalandırmağının səbəbi səth istiliyinin 6000 0C olmasıdır. Əgər günəşin kütləsi daha çox olsaydı onda onun malik olduğu enerji də uyğun olaraq yüksək olardı.

 

Belə olduqda Günəş şüalarının enerji səviyyələri artar və Günəş öldürücü təsirə malik ultrabənövşəyi işıq şüaları yaymağa başlayardı. Bu vəziyyətdə nəzərə almalıyıq ki, həyat üçün əhəmiyyətli olan işıq şüalarını şüalandırmaq üçün ulduzlar da Günəşin kütləsinə malik olmalıdırlar. Hər hansı planetdə həyatın mövcudluğunu təmin etmək üçün ulduzlar elə bu anda Günəş ilə Yer arasındakı məsafə qədər uzaqda olması şərtdir. Başqa sözlə desək Yerdə həyatın mövcudluğunu təmin edəcək yeganə enerji qaynağı Günəşdir. Həyatın mövcudluğu üçün planet məsafəsi olaraq da Günəşlə Yer arasındakı məsafədir.

 

Bundan başqa fərz etsək ki, həyatın mövcud olduğu başqa bir planet mövcuddur, o planetdə də yaşadığımız planetin möcüzəvi imkanlarını tapmağımız mümkün deyil. Dünya ətrafında, daxilində, Günəş sistemindəki hər bir plaanetin, peyklərin, Günəşin sisteminin də daxil olduğu qalaktikamızda uyğun yerinin və bir çox detalların eyni anda mövcudluğu insanı heyran edir. Başqa yerdə həmin bu sistem kimi detallı sistemin mövcudluğu da bu vəziyyəti dəyişməz, əksinə ikinci möcüzəvi vəziyyət yaratmış olar.

 

Bura qədər anlatdıqlarımızdan da məlum olduğu kimi, Yerlə Günəş, arasındakı məsafə, şüalandırdıqları enerji ilə birlikdə hər biri Allah tərəfindən insanların yaşaması üçün xüsusilə yaradılmışdır. Yalnız Günəş ilə Yer arasındakı məsafənin lazım olduğu şəkildə mövcudluğu möcüzəvi vəziyyət olduğu halda digər minlərcə detalın da tam lazımlı olması insan ağlından daha üstün bir ağlın təcəllisi olduğunu bir daha göstərir.

 

Belə qeyri-adi sistemin təsadüflərin nəticəsi olması, şüursuz atomların meydana gətirdiyi göy cisimlərinin təsadüflərlə lazım olan yerlərdə yerləşmələri, aralarında canlıların meydana gəlməsinə imkan verəcək tarazlıqları təyin etmələri və bunlara uyğun sistemi inkişaf etdirmələri əlbəttə ki, mümkün deyil. Bütün bu qüsursuz sistemlər insanlar üçün, Allahın üstün qüdrətinin və yaradılışının dəlillərindən sadəcə bir neçəsidir.

 

Quranda Allahın ucalığı, kainatın və dünya üzərində olan hakimiyyəti, bunların qarşısında insanın üzərinə düşən isə sadəcə şükredici olmasını belə bildirmişdir:

 

Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. O, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları Öz əmrinə tabe edən də Odur. Əslində, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah nə qədər xeyirxahdır. (Əraf Surəsi, 54)

 

(Müəyyən edilmiş yolla) daim hərəkət edən günəşi və ayı sizə tabe etdi; gecəni və gündüzü sizə ram etdi. O sizə istədiyiniz hər şeydən vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, çox nankordur. (İbrahim Surəsi, 33-34)


30-) Texnologiyanın əldə edə bilmədiyi dizayn: İnsan yerişi.

İnsan hərəkətlərinin təqlid edilməsi ilə istehsal edilən robotlarda yeriməyin nə qədər böyük bilgi və hesablama tələb etdiyi ortaya çıxmışdır. Heç bir robot insan yerişindəki mükəmməlliyi əldə edə bilməz. Bunun yeganə izahı var: Allahın qüsursuz yaratma sənəti.

 

Texnologiya ilə birgə inkişaf edən elmlər gün keçdikcə insanları heyrətləndirən nəaliyyətlərə imza atır. Bu heyrətləndirici hadisələrin bir qismi də insan bədəninin sirlərinin başa düşülməsi ilə ortaya çıxır.

 

Sahib olduğu qüsursuz sistemlərlə başdan başa möcüzə olan insan bədəni biz fərqində belə olmadan yaşamağımız üçün lazım olan hər detalı təsbit edib tətbiq edir. Təbii ki, bunların heç birini ağlı və şüuru olmayan hüceyrələr özləri etmir. Yaradılan hər canlı kimi hüceyrələrimiz də özlərinə ilham edilən vəzifələri qüsursuz olaraq yerinə yetirirlər. Hər şey Allahın üstün yaratması, qüsursuz dizayn etməsi ilə reallaşır.

 

Allahın qüsursuz yaratma sənətinin bir nümunəsi də çox kiçik yaşlardan etibarən heç bir çətinlik çəkmədən etdiyimiz hərəkətdə qarşımıza çıxır: Yerimək. Hər hansı bir fiziki qüsuru olmayan hər kəs hələ 2-3 yaşlarından etibarən yeriməyə başlayır. İnsanın həyatda ilk öyrəndiyi şeylərdən biri yeriməkdir.

 

Yeriməyə başlamazdan əvvəl heç vaxt özümüzə "görəsən addımımı hansı bucaqla atmalıyam", "belə bassam tarazlığımı itirərəmmi", "bu maneəni dəf etmək üçün ayağımı nə qədər yuxarı qaldırmalıyam", "çox qaldırsam yıxılarammı" kimi sualları verməmişik. Yerimək bizim üçün hər zaman çox sadə hərəkətdir.

 

Lakin yaşadığımız XXI əsrdə insan hərəkətlərinin təqlid edilməsi ilə düzəldilən robotlarda yeriməyin nə qədər böyük bilgi və hesablama tələb etdiyi ortaya çıxmışdır. Robotlarla aparılan təcrübələrdə üç və ya daha çox ayaqla yeriməni təmin etməyin asan, lakin iki ayaq üzərində bunu etməyin çox həssas və detallı iş tələb etdiyi məlum olmuşdur.

 

"New Scientist" jurnalında nəşr olunan bir yazıda Amerikanın Massachusetts əyalətindəki Cambridge Universitetinin bir hissəsi olan MİT-də çalışan robot üzrə alim Rodney Brooks apardıqları araşdırmalarda nəticələrini belə açıqlamışdır:

 

    "İki ayaqlılar həqiqətən çox sadə və qərarsız olaraq davamlı olaraq enerji sərf edərək dik dayana bilirlər. Maşınlarda isə bu çox arzulanan bir xüsusiyyətdir. Son dövrə qədər bu hadisə bir çox kompüterin tutumundan çox kənarda bir şey idi. Ən pisi isə robotlarda istifadə edilən qatı əlaqə yerləri, insanlardakı xarici təsirləri əmə biləcək əzələ sistemləri və elastik strukturlarla müqayisə edilə bilməyəcək qədər primitiv olduğundan, robotlar üçün iki ayaq üzərində yerimək çox çətindi."

 

Eyni jurnalda, başqa bir robot üzrə alim olan Gill Pratt tərəfindən ifadə edilən və MİT laboratoriyalarında aparılan təcrübələrdə inkişaf etdirilən son texnologiya məhsulu VMC sistemli (Virtual Nəzarətli Model) robotlarla əlaqədar bu məlumatlara da yer verilmişdir:

 

    "Çox kompleks proqramlaşdırmalarla inkişaf etdirilən VMC distributivli robotlar çox vaxt irəliyə doğru hərəkət edərkən topuqları yerə dəyənə qədər özünü tarazlaya bilir. Ayaqlarının atacağı addımı nizamlayan qəbul edicilərin istifadə edilməsi, robotların olduqları mühitə anında uyğunlaşmanı təmin edir. Bu robotlar gözlənilməyən maneələri, əğri səthləri, hətta pilləkənləri alqılayır və yerişini buna görə nizamlayır, bu isə gözü bağlı olan bir insanın daha əvvəl heç vərdiş etmədiyi bir binada gəzməsinə bənzəyir."

 

İnsan heç bir təhsil almadan, heç bir hesablama aparmadan, hətta gözü bağlı yeriyə bildiyi halda bunu bir robotda reallaşdıra bilmək üçün uzun illər araşdırma aparmaq, çox kompleks proqramlar istifadə etmək lazımdır. Bundan əlavə Pratt, robotlarda istifadə edilən parçaların heç vaxt bir əzələ qədər yüngül və güclü olmadığını da ifadə etmişdir. (Harun Yəhya, İnsan Möcüzəsi)

 

Aparılan araşdırmalarla ortaya çıxan bu həqiqət, insanların diqqət etmədən etdikləri çox sadə hərəkət olan yerimənin belə əslində nə qədər çətin və incə nizam tələb edən bir şey olduğunu isbat edir. İnsanın yaradılışındakı möcüzələr bu və bənzəri elmi araşdırmalar sayəsində qarşımıza çıxır. Yerimək qabiliyyətində olduğu kimi Allahın yaratması heç bir şəkildə insan istehsalı ilə müqayisə edilə bilməz. Allah hər şeyi bənzərsiz yaradarkən, yaratdıqları da texnologiyada dizaynerlərə nümunə olur.

 

  "O, (hər şeyi) yaradan, yoxdan var edən, (hər şeyə) surət verən Allahdır. Ən gözəl adlar (əsmayi-hüsna) ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa (hamısı) Onu təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!" (Həşr Surəsi, 24)


31-) Canlılardakı ibrətamiz xüsusiyyətlər.

Düşünən, ağıllı və vicdanlı insan yerdə, göydə, dənizin dərinliklərində, ucsuz- bucaqsız kainatın hər yerində Rəbbimizin yaradılışının saysız dəlillərini görür. Bu məqaləmizdə Rəbbimizin Əl-Bədi sifətinin təcəllisi olaraq bəzi canlılarda yaratdığı bənzərsiz xüsusiyyətlərdən bəhs edəcəyik.

 

Bu bənzərsiz xüsusiyyətlərə sahib olan canlılardan biri də qütb ayılarıdır. Hamımızın bildiyi kimi, qütb ayıları qar fırtınalarının bəzən 120-140 kilometr sürətə çatdığı, qarlı və buzlu ərazilərində son dərəcə çətin şəraitdə yaşayırlar. Ancaq Rəhman olan Allah onları belə çətin şəraitə dözümlü şəkildə yaratmışdır. Qütb ayılarının dərilərinin altında 10 santimetr qalınlığında piy qatı var və bu da lazım olan istiliyin əldə edilməsi üçün kifayətdir. Bunun sayəsində qütb ayıları buzlu sularda saatda 10-11 km. sürətlə, 2000 km. uzaqlığa qədər məsafəni qət edə bilirlər. Bəs hər tərəfi qarla örtülən yerdə qütb ayıları qidalarını necə əldə edirlər? Qütb ayıları ən çox qılınc balıqları ilə qidalanırlar. Bu balıqlar isə buz və qar təbəqəsinin altında yaşayırlar. Bu isə qütb ayılarının onları tapıb qidalanmasına əngəl törətmir. Çünki qütb ayılarının iybilmə qabiliyyəti o qədər kəskindir ki, 1,5 m. qalınlığındakı qar təbəqəsinin altındakı qılınc balıqlarının qoxusunu rahatlıqla hiss edirlər.

 

Bəzi canlılar isə qış yuxusuna gedərək soyuqdan müdafiə olunurlar. Bəs onda bu canlılar donmadan necə yaşayırlar? Bəzi qurbağaların qış yuxusu əsnasında bədənlərində buz kristallarının meydana gəldiyi kəşf edilmişdir. Buna misal olaraq yaşıl ağac qurbağasını göstərə bilərik. Onlar buzlaqların mövcud olduğu ərazilərdə yaşayırlar. Qış yuxusuna gedən bu canlılarda həyat əlaməti görünmür. Ürək döyüntüləri, nəfəs almaları və qan dövranı tamamilə dayanır. Buz qurbağanın dərisini, qarnını və əzələ toxumalarını tamamilə əhatə edir. Belə ki, aorta damarı kəsilsə belə qurbağalarda qanama baş vermir, ürək və digər həyati funksiya daşıyan orqanlar solğun rəng alırlar. Qol və ayaqlar sərt, gözlər isə dumanlı olur. Buz əridikdən sonra görünən ilk həyat nişanəsi, ürəyin yenidən döyünməsidir. Heyvan əvvəlcə ardıcıl nəfəs alıb-verir. Ağac qurbağası və digər canlılardakı ən əsas qabiliyyətlərindən biri də bol miqdarda qlikoza hazırlamalarıdır. Qlikoza donmuş qurbağanın bədənində olduqca əhəmiyyətli funksiya daşıyır.

 

Məsələn, hüceyrələrdə su çatışmamazlığının qarşısını alır, bunun nəticəsində quruma hadisəsinə mane olur. Beləliklə, qurbağanın hüceyrələri bu donma hadisəsindən sonra  zərər görmür.

 

Çətin şəraitdə dözümlülükləri ilə digər canlılardan fərqlənən heyvan növlərindən biri də dəvədir. Quranın “Məgər onlar dəvənin necə yaradıldığını görmürlər?” (Ğaşiyə surəsi, 17) ayəsində də diqqət çəkilən dəvələr ən ağır şəraitə belə davam gətirən bədən quruluşuna malikdilər. Onlar çöllərdə susuzluq hiss etmədən uzun müddət qala bilirlər. Bunun səbəbi dəvənin hörgücündə topladığı yağlardır. Bu yağlar susuzluq anında parçalanır və bu sayədə hidrogen meydana gəlir. Hidrogen heyvanın nəfəs alması nəticəsində oksigenlə birləşir və beləliklə də dəvənin yaşaması üçün lazım olan su bədənin daxilində yaranır. Yağın suya çevrilməsi ancaq laboratoriya şəraitində mümkündür.

 

Yağın öz-özünə parçalanaraq əvvəl hidrogenə, sonra oksigenlə reaksiyaya girərək suya çevrilməsi qeyri-mümkündür. Bu reaksiyaların reallaşması üçün xüsusi mexanizmlər lazımdır və dəvədə bu mexanizmlər son dərəcədə mükəmməl şəkildə yaradılmışdır.

 

Səhralarda sudan qənaətlə istifadə olunması çox vacibdir. Sudan qənaətlə istifadə etmənin bir yolu da, çox vaxt yerin altında yaşayan canlılarda olduğu kimi, tənəffüsü düzgün idarə etməkdir. Yerin altındakı canlıların tənəffüsü yuvalarında nəmli mühit yaradır ki, beləliklə də bədən yolu ilə su itkisini minimuma endirmiş olurlar. Afrikanın çöllərində yaşayan gerbil (arxa ayaqları uzun, quyruğu tüklü balaca heyvan) nəmdən çox yaxşı istifadə edə bilir. Bu heyvanlar yatarkən yuvalarına quru toxumlar yerləşdirirlər. Bu toxumlar havadakı nəmi udur və gerbillər ayıldıqları zaman bu toxumları yeyərək gündüz tənəffüs etdikləri zaman itirdikləri suyun bir hissəsini geri qaytarırlar.

Çöllərdə yaşayan canlılar istiyə davam gətirmək üçün müxtəlif xüsusiyyətlərə malikdirlər.

 

Məsələn, quruda yaşayan bir qurbağa növü ilin doqquz ayını özünün hazırladığı jelatinə bürünərək bir oyuğun içində yatır. Başqa misal: çöl qurbağaları öz dərilərinin altında yerləşən iki kisədə yaz üçün su toplayırlar. Malyusklar və krevetlər isə çöllərdə nadir hallarda yağış yağdıqdan sonra su toplamağa başlayırlar və yerdəki su qurumadan yumurtalarını qoyurlar. Yumurtaların isə çox maraqlı xüsusiyyəti var. Bu yumurtalar günəşin yandırdığı duzlu torpaqlarda yenidən yağış yağana kimi çatlamadan, illərlə qala bilirlər. Əgər bu yumurtaların yağışın yağmasını gözləmək kimi xüsusiyyətləri olmasaydı, bu canlıların nəsli ilk andan etibarən məhv olacaqdı. Ancaq hər şeyi qüsursuz yaradan Allah onları xüsusi yaratmış və onların nəslini qorumuşdur.


Son dərəcə xüsusi sistemə malik olan canlılardan biri də delfinlərdir. Delfinlər öz xüsusiyyətləri ilə insanları heyran edirlər. Bu xüsusiyyətlərdən biri də onların sürətidir. Bu sürəti necə əldə etdikləri ilə maraqlanan elm adamları müxtəlif araşdırmalar aparmış və delfinlərin bədənlərinin ətrafında qüsursuz şəkildə su axını olduğunu görmüşlər. Bu axının səbəbini isə delfinlərin dərisi üzərində aparılan araşdırmalar nəticəsində əldə etmişlər.

 

Delfinlərin dərisi üç qatdan ibarətdir. Xaricdəki qat çox incə və elastikdir, ortadakı qat qalındır və plastik tüklərə malik fırçaya bənzəyir, sonuncu qat isə süngərəbənzər maddədən ibarətdir. Beləliklə, yüksək sürətlə üzən delfinlərə su burulğanı rast gəldiyi zaman xarici dəri qatı burulğanın səbəb olduğu həddindən artıq təzyiqi daxili qatlara çatdırır, daxili qatlar isə artıq təzyiqin qarşısını alır. Meydana gələn su burulğanının qarşısı alınır. Buna görə də həmin burulğanlar delfinlərin sürətinə təsir etmir. Göründüyü kimi, delfinlər sadəcə dərilərindəki quruluşla son dərəcədə xüsusi dizayna malik olan canlılardır.

 

Bayquşların da səsə qarşı həddən artıq həssas qulaqlarının olması yaradılış möcüzəsidir. Bayquşların başlarının hər iki tərəfində saça bənzər tüklər vardır ki,  səs dalğalarını toplayıb qulağın daxilinə göndərirlər. Bu tüklər, eyni zamanda, qulağın birinə gələn səsi digər qulaq tərəfindən qəbul edilməsinin qarşısını alır, beləliklə də sağ tərəfdən gələn səs, sağ qulaq tərəfindən qəbul edilir. Bunun səbəbi də hər iki istiqamətdən gələn səsin beyində simmetrik olaraq yaranmasının qarşısını alır.

 

Qulaqların birində səs daha yüksəkdən eşidilir. Beləliklə də, bayquş səsləri əks-səda olaraq qəbul edir və səs çıxaran canlını görməsə də, onun harada olduğunu müəyyənləşdirir. Bu, ov tapmağın çətin olduğu havalarda əsas üstünlüklərdən biridir.

 

Təbiətdə qarşılaşdığımız bütün canlılar bir-birlərindən tamamilə fərqli, ancaq eyni zamanda, ehtiyaclarına uyğun şəkildə yaradılmışdır. Bitkilərdə zəhərli toxumların olması onlar üçün qorunma üsullarından biridir, amma bəzi quşlar bu təhlükədən necə müdafiə olunacaqlarını yaxşı bilirlər. Makaular (Amerika ərazisində yaşayan tutuquşu növü) zəhərli toxumları müəyyən edə bilirlər. Nəhəng, çəngəli xatırladan dimdikləri ilə çox sərt qabıqları qıra bilən bu quşlar zəhərli toxumları yedikdən sonra birbaşa qayalıqlara doğru istiqamətlənir və orada gilli qaya parçalarını gəmirib udurlar. Bu gilli qaya parçaları toxumların içərisindəki zəhəri çəkir. Beləliklə, quş bunun sayəsində narahatlıq hiss etmədən toxumları həzm edə bilir.

 


Balaca bədənləri ilə üstün texnologiyaya sahib olan işıldaquş da üstün və güclü Yaradıcı olan Rəbbimizin yaradılış sübutlarından biridir. Normal lampada elektirik enerjisinin ancaq 3-4%-i, lüminsesiya lampası isə lampaya daxil olan elektirik enerjisinin 10%-ni işığa çevirə bilir, qalan enerji isə istilik şəklində ayrılır. Bu da istehsalatda böyük itkiyə gətirib çıxarır. İdeal 100% işıq verən lampa isə daha əlverişlidir. İşıldaquşlar mühəndislərin belə əldə edə bilmədiklərini bacarır və 100%-lik işığın əldə edilməsini balaca bədənlərində həyata keçirirlər.

 

Bu canlıların qarınlarının alt qismində işıq verən orqan yerləşmişdir. Bu işıq orqanında bir-birinə yaxın məsafələrdə, işıq vermək üçün kimyəvi maddə istehsal olunur. Lüsiferin və lüsiferaza adlanan maddələrin bir-biri ilə reaksiyaya girməsi nəticəsində işıqlanma meydana gəlir. Bu maddələrə oksigenin əlavə edilməsi də əsas şərtdir. Bu səbəbdən, işıldaquşlarda tənəffüs sistemi işıq vermə orqanında vacib yer tutur. Son dərəcə mürəkkəb proseslər nəticəsində işıldaquşlar 3 saat ərzində fasiləsiz işıq verə bilirlər.

 

Burada nəzərdən keçirdiklərimizin hamısı Allahın sonsuz yaradılış dəlillərindən sadəcə bir neçəsidir. Göründüyü kimi, hər bir canlı yaşadığı mühitə uyğun yaradıldığı kimi, ruzisini tapmaq üçün də ən üstün qabiliyyətlərə sahib olaraq yaradılmışdır. Sonsuz mərhəmətin və şəfqətin sahibi olan Rəbbimiz heç bir canlıya nemətini əsirgəməmişdir. Canlıların sahib olduqları bu qabiliyyətlərin hər biri inananlar üçün bir ayədir:

 

Həqiqətən, göylərdə və yerdə möminlər üçün dəlillər vardır. Sizin yaradılışınızda və (Allahın yer üzünə) yaydığı canlılarda qəti iman gətirmiş insanlar üçün neçə-neçə dəlillər vardır. (Casiyə surəsi, 3-4)


32-) Arxeopteriks mükəmməl uçuş qabiliyyətinə sahib olan quşdur.

Science:

 

    Arxeopteriks ibtidai quşlarla bağlı, tüklərin və uçuşun ilkin mənşəyi ilə əlaqədar bizə heç bir məlumat verə bilməz, çünki Arxeopteriks quşdir. (1)

 

- Darvinistlərin Arxeopteriksin aralıq forma olduğuna dair iddiaları  yanlışdır.

 

- Arxeopteriks dişləri və pəncələrində dırnaqları olan mozaik canlıdır. Dövrümüzdə yaşayan iki növ quşda, Touraco corythaix və Hoatzində budaqlara yapışmağa yarayan pəncələr vardır. Həmçinin keçmişdə  yaşayan quşlarda da diş olduğu təsdiq olunub.

 

- Həmçinin dişlər, dinozavrların diş strukturlarından çox fərqlidir. Bu quşların əcdadı olduğu iddia edilən Theropod dinozavrlarının dişlərinin üstü mişar kimi çıxıntılıdır və kökləri də dardır.

 

- Eyni tədqiqatçılar Arxeopteriks ilə əcdadı hesab olunan  Theropod dinozavrlarının bilək sümüklərini müqayisə edib və aralarında heç bir bənzərlik olmadığını sübut ediblər.

 

- Darvinistlər  əvvəlcədən Arxeopteriksin uçmaq üçün lazımlı əzələlərin yapışdığı döş qəfəsinin altında olan sinə sümüyünün  olmadığını iddia edirdilər. Lakin 1992-ci ildə tapılan yeddinci Arxeopteriks qalığında sinə sümüyü tapılıb. Bu tapıntı canlının uça bilmədiyinə dair bütün iddiaları ortadan qaldırmışdır.

 

- Arxeopteriksin dövrümüzün quşlarından fərqli olmayan asimmetrik tük quruluşu, canlının mükəmməl ucuş qabiliyyətinə sahib olduğunu göstərir.

 

 

Paleontoloq Robert Carroll

 

Arxeopteriksin tüklərinin həndəsi quruluşu müasir uçucu quşlarınkı ilə  eynidir, uçucu olmayan quşların tükləri isə simmetrikdir. Tüklərin qanad üzərindəki nizamı da müasir quşlardakına bənzəyir... Uçuş tükləri ən az 150 milyon ildən bəri sabitdir (dəyişməmişdir). (Robert L. Carroll, Patterns and Processes of Vertebrate Evolution, Cambridge University Press, 1997, s. 280-81)

 

- A. D. Walker, Arxeopteriksin qulaq ətrafını da araşdırmış və qulağın quruluşunun dövrümüzün quşları ilə eyni olduğunu sübut etmişdir.

 

- Wales Universiteti, Biologiya Elmləri İnstitutundan J. Richard Hinchliffe embrionlar üzərində müasir izotop texnikası istifadə edərək, quşların qanadlarının II, III və IV. barmaqlardan meydana gələrkən, Theropod dinozavrlarının əllərinin I, II və III. barmaqlardan meydana gəldiyini təyin etmişdir. Bu Arxeopteriks-dinozavr əlaqəsini müdafiə edənlər üçün böyük bir problemdir. Hinchliffenin araşdırma və müşahidələri, məşhur elm jurnalı Sciencenin 1997-ci ildəki bir sayında nəşr olunmuşdur.

 

- Arxeopteriksin əcdadı kimi göstərilən  theropod dinozavrları, əslində Arxeopteriksdən daha cavandır.

 

- ARXEOPTERİKS İLƏ EYNİ DÖVRDƏ YAŞAYAN MÜKƏMMƏL UÇUCU QUŞLAR TAPILMIŞDIR. 140 milyon illik LİAONİNGORNİS və 120 milyon illik CONFUCIUSORNIS mükəmməl  uçan quşlardır.

 

 

--------------

 

Qeydlər:

 

1 Hank Hanegraaff, Fatal Flaws "What Evolutionists Don't Want You To Know", W Publishing Group, 2003 s. 19


33-) Bitkidən böcəklərə mülayim qarşılama.

Soyuqqanlı canlılar, hər hansı bir iş görərkən lazım olan enerjini təmin etmək üçün bədənlərini qızıtmalıdırlar. Bu ehtiyac günəş işığı altında günəş vannası qəbul edilərək təmin olunur. Amma yeni bir araşdırmaya görə, böcəklərin, digər soyuqqanlı canlıların sahib olmadığı bir qızınma mərkəzinə sahib olduqları meydana çıxdı. Bəzi böcəklər bədənlərini daha əvvəldən bilinməyən bir məkanda; bitkilərdə qızdırırlar.

 

Avstraliyadakı “Adelaide” Universitetinin biyoloqu Roger Seymour, dünyada təxminən 900 bitki növünün, çiçəklərində istilik çıxarma xüsusiyyətlərinin olduğunu ifadə edir. Hansı mexanizmlə çıxarıldığı hələ bilinməyən bu istilik, tozlandırıcı böcəkləri dəvət edən qoxuların yayılmasını təmin edir. Seymour və iş yoldaşlarının “Nature” jurnalında nəşr etdikləri bir araşdırma, bu istilənin, tozlandırıcı böcəklər üçün eyni zamanda bir təşviq ola biləcəyini də ortaya qoydu .

 

Araşdırmaçılar, Cyclocephala colasi növlü böcəklərlə tozalanan və Fransız Guyanasında yetişən Philodendron solimoesense adlı bitkini araşdırdılar. Bitkinin çiçəklərinin içinə kiçik cihazlar yerləşdirən elm adamları, burada gecələr istilik çıxdığını və xarici mühitdən 4° C daha çox istiliyin ortaya çıxdığını tapdılar. Bu istilik, böcəkləri kütlələr halında bitkiyə cəlb edirdi.

 

Qrup daha sonra böcəklərin bəslənmə ehtiyaclarını araşdırmağa keçdi. Bu araşdırmada, böcəklərin istifadə etdiyi enerjini ölçən və ‘respirometre' adı verilən bir cihazdan faydalandılar. Cihazı böcəklərə yerləşdirən araşdırmaçılar, böcəklərin bədənlərini isti saxlaya bilmələri üçün çiçək xaricində daha çox enerjiyə ehtiyac duyulduğunu ortaya çıxardılar. Buna görə çiçək xaricindəki bir böcək gecələri qızınarkən çiçəyin içindəki bir böcəyə nisbətən iki və ya beş qat daha çox enerji istehlak edirdi. 

 

Seymour, C. colasi kimi kiçik böcəklər üçün isti qalmanın ‘son dərəcə bahalı' olduğunu, çünki böcəklərin tez istilik itirdiklərini ifadə edir. Böcəklər, istilik təmin edən bitkilər sayəsində bəslənmə və törəməyə daha çox enerji ayıra bilirlər. Bu bitki böcəklər üçün o qədər rahat və faydalı bir mühit meydana gətirir ki, böcəklər zamanlarının 90%-ni çiçəklərin istiliyində keçirir.

 

 Bitki ilə böcək arasındakı bu qarşılıqlı həmrəylik heyrət verici bir köməkləşmə nümunəsi meydana gətirir. Qısaca yekunlaşdırsaq, olduğu yerdən hərəkət etməkdə aciz olan bitki, digər bitkilərə tozcuqlarını çatdırmaq üçün bir vasitəsiyə ehtiyacı olur. Bu ehtiyacı, nəql vasitələri kimi vəzifə görən böcəklər sayəsində təmin edirlər. Böcəklər isə gecələr bədənlərini qızdırmaqda çətinlik çəkirlər. Düşən istiliklə birlikdə bədənlərindəki enerjinin böyük hissəsini bu çatışmamazlığı aradan qaldırmağa istiqamətləndirmək məcburiyyətində qalırlar.

 

Elə bu zaman hər iki canlının ehtiyacını aradan qaldıran bir hadisə yaşanır: Bitki, bədən istiliyini mühitin istiliyindən 4° C cox istilədir. Bu isə bitkinin  fiziologiyasındakı xüsusi nizamlamalarla mümkün olur.

 

Yaxşı bəs bu qızınma davranışı ilk olaraq necə başlamışdır? Bir başqa deyişlə bu hərəkətin fizioloji əsasları nə ilə başlanmış ola bilər? Görəsən bitki öz ehtiyaclarını aradan qaldırmaq üçün böcəkləri özünə çəkməyi düşünmüş, bunun üçün böcək fiziologiyasının istilik qazanma baxımından ehtiyaclarını araşdırmış və gecələri böcəyə istilik təmin etmənin ağıllı bir taktika olacağını qavramış ola bilərmi? Əlbəttə xeyr. Çünki bu bitki düşünməsini mümkün edə biləcək bir beyindən də məhrumdur. Bütün bunlar bitki tərəfindən hesablanmış ola bilməyəcəyinə görə, bunları hesablayan üstün bir ağıl olmalıdır. Heç şübhəsiz bu üstün ağılın sahibi Uca Allahdır. Allah, böcəklə bitkini var etmiş, onlara bir-birlərinin ehtiyaclarını qarşılayacaq xüsusiyyətlər vermişdir. Allah bu cür saysız köməkləşmə əlaqəsi var edən və təbiətdəki həyatın uyğunluq içində davamını təmin edəndir. Bütün canlıların ehtiyaclarını təmin edən Odur. Üstün güc sahibi olan Rəbbimizin isə heç bir şeyə ehtiyacı yoxdur.

 

Allah, İxlas surəsindəki ayələrdə belə bildirir:

 

De: “O Allah Təkdir! Allah (heç kəsə, heç nəyə) möhtac deyildir! O, nə doğmuş, nə də doğulmuşdur! Onun heç bir tayı-bərabəri (bənzəri) də yoxdur!” (İxlas Surəsi, 1-4)

 

1-Roger S. Seymour et/ət al/götür., "Environmental biology: Heat reward for insect pollinators", Nature 426, 243 - 244 (20 November 2003); doi:10.1038/426243a"


34-) Hekkelni rüşeym rəsmləri saxtakarlıqdır.

Ernst Hekkel 1868-ci ildə yazdığı “Təbii yaradılış tarixi” (Natürliche Schöpfungsgeschichte) adlı kitabında insan, meymun və it rüşeymlərindən istifadə edərək bəzi müqayisələr apardığını irəli sürdü. Çəkdiyi rəsmlər demək olar ki, hamısı eyni canlı rüşeymlərindən ibarət idi. Hekkel bu rəsmlərə əsaslanaraq sözügedən canlıların ortaq mənşədən gəldiklərini müdafiə etdi.

 

Amma əslində məsələ başqa cür idi. Hekkel bircə rüşeym rəsmi çəkmiş, sonra da ona qəsdən kiçik dəyişikliklər edərək insan, meymun və it rüşeymi adı altında yan-yana qoymuşdu. Yəni açıq-aşkar saxtakarlıq etmişdi.

 

Elə Darvinin “İnsanın əmələ gəlməsi” kitabında mənbə kimi göstərdiyi “elmi fəaliyyət” (!) də bu idi. Əslində Darvin bu kitabı yazmazdan əvvəl Hekkelin rəsmlərinin saxtakarlıq olduğunu başa düşənlər olmuşdu. Hətta Hekkelin özü belə saxtakarlığının üzə çıxmasının ardınca etdiyi bu böyük elmi yalanı etiraf etmişdi:

 

Bu etdiyim saxtakarlıq etirafından sonra özümü biabır olmuş və qınanmış görməliyəm. Lakin mənim təsəllim budur ki, günahkar vəziyyətdə yan-yana olduğumuz yüzlərlə həmkar, bir çox etibarlı müşahidəçi və məşhur bioloq vardır ki, onların da nəşr etdirdikləri ən yaxşı biologiya kitablarında, tezislərdə və jurnallarda mənim qədər etdikləri saxtakarlıqlar, qeyri-dəqiq məlumatlar, az-çox təhrif edilmiş, dəyişdirilib yenidən çəkilmiş formalar var.

 

Ancaq darvinistlərə əsasən Darvinizm ehkamının yaşaması üçün əldəki tək-tük saxta dəlillərdən birinin bu və ya digər şəkildə insanlara “təkamülə dəlil” kimi göstərilməli idi. Öz ağıllarına görə edilən saxtakarlıq və ya onun digər darvinistlər tərəfindən başa düşülməsi mühüm deyildi; darvinistlərə görə mühüm olan saxta da olsa, insanlara təkamülün dəlilini təqdim etmək idi.

 

Elə bu səbəbdən saxtakarlığın başa düşülməsinə baxmayaraq, Darvin və onu dəstəkləyən bioloqlar Hekkelin rəsmlərini istinad kimi qəbul etməkdə davam etdilər. Bu da Hekkeli cəsarətləndirdi. Hekkel sonrakı illərdə ardıcıl müqayisəli rüşeym şəkli də çəkdi. Balıq, salamandra, tısbağa, toyuq, dovşan və insan rüşeymlərini yan-yana göstərən sxemlər hazırladı. Bu sxemlərdə diqqəti cəlb edən cəhət bu fərqli canlıların rüşeymlərinin əvvəlcə bir-birlərinə çox bənzəmələri, inkişaf prosesi əsnasında yavaş-yavaş bir-birindən fərqlənmələri idi. Xüsusilə insan rüşeyminin balıq rüşeyminə olan bənzərliyi diqqəti çox cəlb edirdi. Belə ki, insan rüşeyminin rəsmlərində eynilə balıqdakı kimi xəyali “qəlsəmələr” belə görünürdü. Hekkel bu rəsmlərin verdiyi “elmi görünüş” ilə “rekapitulyasiya nəzəriyyəsini” elan etdi: “Ontogenezi filogenezini təkrar edir”. Bu şüarın mənası bu idi: Hekkelin fikrincə, hər canlı yumurtasında və ya ana bətnində keçirdiyi inkişaf əsnasında öz növünün “təkamül tarixini” əvvəldən yaşayırdı. Bu saxta nəzəriyyəyə əsasən insan rüşeymi ana bətnində əvvəlcə balığa bənzəyir, sonrakı həftələrdə salamandra, sürünən, məməli kimi mərhələlərdən keçdikdən sonra “təkamül keçirərək” insana çevrilirdi.

 

Əslində isə bu böyük saxtakarlıqdır.

1990-cı ildə ingilis embrioloq Maykl Riçardson onurğalı rüşeymlərini mikroskop altında tədqiq etdi və onların Hekkelin rəsmlərinə heç cür bənzəmədiyini müəyyən etdi. Riçardson və qrupu fəaliyyətlərinin ardınca 1997-ci il avqust ayında “Anatomiya və Embriologiya” (Anatomy and Embryology) jurnalında rüşeymlərin həqiqi fotoşəkillərini dərc etdirdi. Göründüyünə görə Hekkel rəsmlərdə müxtəlif qəliblərdən istifadə etmiş və embrionların bir-birlərinə bənzəməsi üçün onların üzərində müxtəlif dəyişikliklər etmişdi. Rüşeymlərə xəyali orqanlar əlavə etmiş, bəzilərindən orqanları çıxarmış, ölçüləri çox fərqli olan rüşeymləri eyni boyda göstərmişdi. Hekkelin insan rüşeymində “qəlsəmə” kimi göstərdiyi yarıqların isə qəlsəmələrlə heç bir əlaqəsi yox idi: onlar əslində insanın orta qulaq kanalının, paratiroidlərin və çəngələbənzər vəzin başlanğıcları idi. Rüşeymlər əslində bir-birlərinə heç bənzəmirdilər. Hekkel çəkdiyi rəsmlərdə hər cür dəyişiklik etmişdi.

 

Uzun zaman saxta təkamül dəlili kimi gündəmdə saxlanmağa çalışılan Hekkelin rəsmləri 5 iyul 1997-ci il tarixli “Elm” (Science) jurnalında “Hekkelin rüşeymləri: saxtakarlıq yenidən kəşf edildi” başlığı altında dərc edildikdə bu saxtakarlıq artıq bütün elm dünyasında qəbul edilmişdi. Sözügedən məqalədə bu məlumatlar verilmişdi:

 

Riçardson və qrupunun bildirdiyinə görə Hekkel sadəcə orqanlar əlavə etmək və ya çıxarmaqla kifayətlənməmiş, eyni zamanda fərqli növləri bir-birinə oxşar göstərmək üçün ölçülərini də dəyişdirmiş, bəzən rüşeymləri həqiqi ölçülərindən on dəfə fərqli göstərmişdir. Habelə Hekkel fərqləri gizlətmək üçün növləri adlandırmaqdan çəkinmiş və bir növü sanki bütün heyvan qrupunun təmsilçisi kimi göstərmişdir. Riçardson və qrupunun bildirdiyinə görə əslində bir-birlərinə çox bənzəyən balıq növlərinin rüşeymlərində belə görünüşləri və inkişaf prosesləri baxımından çox böyük fərqlər mövcuddur. Riçardson “(Hekkelin rəsmləri) biologiyadakı ən böyük saxtakarlıqlardan biridir” deyir.

 

2000-ci il mart ayında Harvard Universitetindən təkamülçü paleontoloq Cey Qauld isə sözügedən saxtakarlıqdan çoxdan xəbəri olduğunu deyirdi. Amma dəccaliyyətin lazım bildiyi kimi səssiz qalmağı üstün tutmuşdu. Rəsmlərin saxtakarlıq olduğunun ictimaiyyət tərəfindən öyrənilməsindən sonra Qauld bu rəsmlərdən hələ də istifadə edilməsinin akademik baxımdan cinayət olduğunu bildirir və belə deyirdi:

 

Məncə, müasir dərsliklərin əksəriyyətində olmasa da, böyük hissəsində bu rəsmlərin hələ də qoyulmasına icazə verən ağılsız geri qayıtma dövrünə görə həm təəccüblənməli, həm də utanmalıyıq.

Hekkelin saxtakarlığı o qədər açıq və o qədər böyük idi ki, Hekkel beş professor tərəfindən məsələ ilə bağlı saxtakarlıq etməsiylə təqsirləndirildi və Jenadakı universitet məhkəməsi tərəfindən təqsirli elan edildi.

 

İngiltərə Təbiət Tarixi muzeyindən Ser Qavin de Bier isə bu böyük elmi biabırçılığı bu sözlərlə ifadə edir:

 

Asan, nizamlı və inandırıcı, tənqidi tədqiqat aparılmadan geniş kütlələr tərəfindən qəbul edilmiş Hekkelin “rekapitulyasiya nəzəriyyəsi” kimi bir çox nadir iddia elmə bu qədər böyük zərər vermişdir.

 

Hekkelin bu saxta rəsmləri əslində darvinistlərin adına məqsədinə çatmışdır. Bu rəsmlərin elmi saxtakarlıq olduğu açıqlanmasına baxmayaraq bəzi dairələr bu saxta rəsmləri həqiqi zənn edərək mənfi təsirlənmiş, elmi əsassızlığına baxmayaraq təhsil müəssisələrində davam edən təhsil insanın canlılara ümumi baxışını mənfi istiqamətdə dəyişdirmişdir. Yaradılış Tədqiqat Cəmiyyəti (Creation Research Society) və Yaradılış Araşdırma İnstitutu (Institute of Creation Research) təşkilatlarının qurucusu Henri M. Morris bu vəziyyəti belə qiymətləndirmişdir:

 

Darvindən – və xüsusilə də Freyddən etibarən psixoloqlar insanın sadəcə təkamül keçirmiş bir heyvan olduğunu güman etmiş və davranış problemlərini heyvani əsasdan dəyərləndirmişlər. İnsan problemləri ilə maraqlanarkən meymunlarla və digər heyvanlarla (hətta həşəratlarla) aparılan təcrübələr əsas götürülmüşdür.

Çox əvvəllər elmi cəhətdən əsassızlığı sübut edilməsinə baxmayaraq rekapitulyasiya nəzəriyyəsinin acı meyvələri cəmiyyətdə bir çox sahədə yetişməyə başladı...

 

Elmi cəhətdən biabırçılıq hesab edilən, bəzi təkamülçülər tərəfindən belə dəlil kimi təqdim edilməsi təəccüblə qarşılanan Hekkelin saxta rəsmləri heyrətli də olsa, hələ də müxtəlif dərsliklərdə yerini qoruyur. Bu təəccüblü hal Darvinizm yalanının hansı səviyyəyə çatdığını göstərir. Kaliforniya universitetindən molekulyar bioloq Conatan Uels bu vəziyyəti belə açıqlayır:

 

Bir çox dərslikdə Hekkelin rəsmlərinin çox az fərqlənən yeni versiyaları var. Piter Reyvn və Corc Consonun “Biologiya” kitabının 1999-cu il nəşri buna bir misaldır...

Digər nümunə Sisi Star və Ralf Taqartın 1998-ci ildə nəşr edilmiş “Həyatın vahidliyi və müxtəlifliyi” (The Unity and Diversity of Life) kitabıdır. ... Ceyms Qauld və Uilyam Kitonun “Biologiya elmi” (Biological Science) adlı kitabının son nəşri isə bu ifadəyə yer verir: “Darvini təkamül fikrinə salan embrioloji həqiqət bir çox onurğalının rüşeymlərinin erkən inkişaf dövründə bir-birlərinə yaxından bənzəməsidir.” Börton Qatmanın 1999-cu il nəşrli “Biologiya” dərsliyi isə Hekkelin rüşeym rəsmlərinin yenidən çəkilmiş versiyasını bu başlıq altında verir: “Bir heyvanın embrioloji inkişafı onun əcdadlarının formaları ilə bağlı ip ucu verir.”

 

Hekkelin saxta rəsmlərinin hələ də biologiya dərsliklərində sanki təkamülə dəlil kimi göstərilməsi, şübhəsiz, adi səhv deyil. Saxta olmalarına baxmayaraq bu rəsmlər dərsliklərdə qəsdən verilir. Bunun, şübhəsiz, ən mühüm səbəbi sözügedən saxta rəsmlərin Darvinizmin əsas cəhətinə, yəni insanın məsuliyyətsiz heyvan olması yalanına mühüm saxta dəlil təşkil etməsidir. Conatan Uels darvinist elm adamlarının qəsdən müdafiə etdikləri bu yalanla bağlı belə demişdir:

 

Hekkelin rüşeymləri Darvin teoremi üçün o qədər güclü “dəlil” idi ki, o rüşeymlərin bir versiyası, demək olar ki, təkamüllə bağlı hər dərslikdə var. Buna baxmayaraq bioloqlar Hekkelin rəsmlərini uydurduğunu bir əsrdən çox müddət boyu bilirlər, onurğalıların rüşeymləri əsla onun göstərdiyi kimi oxşar deyillər. Habelə Hekkelin “ilk” adlandırdığı mərhələ əslində inkişafın orta mərhələsidir, onun qabarıq göstərdiyi bənzərliklərdən daha əvvəlki inkişaf mərhələlərində aydın fərqlər görünür. Bunu biologiya dərsliklərini oxuyaraq öyrənə bilməzsiniz: Darvinin “ən güclü birinci sinif dəlili” dəlilin bir nəzəriyyəyə uyğunlaşması üçün necə təhrif edilməsinin klassik nümunəsidir.

 

Dəccalın planlaşdırdığı yalanın saxta nəzəriyyəyə saxta dəlil kimi təqdim edilməsi və təsirsiz olması darvinistlərə qısamüddətli sevinc gətirsə də, əslində bu darvinistlər üçün ümidsizliyin müjdəçisidir. Hekkelin rəsmləri ilə insanlar qocaman elm adamının Darvinizm uğrunda necə böyük saxtakarlıqlar edə biləcəyini gördülər. Bu nümunə ilə Darvinizmin davamlı olaraq “yalana” ehtiyacı olması bir daha sübut edilmişdir. Təkamülçü elm adamlarının saxtakarlığa necə göz yumduqları açıq şəkildə göründü. Hekkelin saxtakarlığı yaradılış qarşısında təkamül nəzəriyyəsinin dəccaliyyət sisteminin məhv olduğunun digər mühüm dəlilidir. XX əsrdə bu saxtakarlığın ifşası səssizliklə qarşılana bilər. Ancaq XXI əsr bu və bunun kimi saxtakarlıqların açıq şəkildə üzə çıxarıldığı və həqiqi elmi dəlillərin nümayiş etdirildiyi əsrdir. Saxtakarlıqlar üzə çıxarıldıqca və həqiqi elmi dəlillər gəldikcə Darvinizmin süqutu da, şübhəsiz, daha aydın görünür.


35-) Günəş işığı ilə göz arasındakı mükəmməl ahəng.

Bioloji olaraq baş verən görmə prosesini üçün lazım olan yeganə şüalar, "görülə bilən işıq" olaraq adlandırdığımız  müəyyən tezlikli dalğalardır. Günəşin yaydığı işığın böyük hissəsi bu dalğa tezliyinə uyğun gəlir.

 

Görmə prosesinin icra olunması üçün ən əsas şərt, tor qişadakı hüceyrələrin fotonları (cisimdən gələrək gözə daxil olan işıq hissəcikləri ) qəbul etməsidir. Bunun reallaşması üçün, bu fotonun görülə bilən işıq sərhədləri daxilində olması əsas şərtdir. Bundan fərqli olan dalğa tezliyindəki fotonlar, hüceyrələr üçün ya çox zəif, ya da çox güclü olar və lazım olan reaksiyanı həyata keçirə bilməzlər. Göz ölçülərinin kiçik və ya böyük olması heç bir nəticə verməz. Əsas olan, hüceyrənin qəbul edə biləcəyi dalğa tezliyi ilə, fotonun dalğa tezliyi arasındakı ahəngdir.

 

Məlum olduğu kimi, canlı hüceyrələri üzvi molekullardan təşkil olunub. Üzvi molekullar əsasən karbon atomunun müxtəlif birləşmələrindən əmələ gəlirlər. Bu üzvi molekulların əmələ gətirdiyi görmə hüceyrələrinin görülə bilən işığın dalğa tezliyindən fərqli şüaları qəbul edə biləcək qabiliyyətə sahib olması mümkün deyil. Qısacası, başqa şüaları qəbul edəcək bir göz dizaynının, yer üzündə bioloji cəhətdən funksional olması qeyri-mümkündür.

 

Prof. Michael Denton, “Nature's Destiny“(Təbiətin Qədəri) adlı kitabında bu mövzunu hərtərəfli tətqiq edir və üzvi gözün ancaq "görülə bilən işıq" sərhədləri intervalında görə biləcəyini açıqlayır. Nəzəri olaraq hazırlana biləcək başqa göz modellərinin heç birinin, başqa dalğa tezliklərini görə bilməsi mümkün deyil. Prof. Denton bu mövzuya aid fikirlərini belə bildirir:

 

"Ultrabənövşəyi, X və qamma şüaları çox enerji daşıyırlar və yüksək dərəcədə dağıdıcıdırlar. Uzaq infraqırmızı və mikrodalğa şüaları da həyat üçün zərərlidir. Yaxın infraqırmızı və radio dalğaları isə çox zəif enerjiyə sahib olduqları üçün müəyyən edilə bilməzlər...

 

Bir cox səbəblərə görə, elektromaqnit burulğanın görülə bilən bölgəsi, bioloji görmə qabiliyyəti üçün uyğun olan yeganə bölgədir. Xüsusilə də insan gözünə bənzər onurğalılara xas yüksək pikselli kamera tipli  gözlər üçün, bu işıq intervalından başqa uyğun dalğa tezliyi yoxdur."

 

Bütün bunları bir yerdə düşündüyümüzdə, bu nəticəyə gəlirik: Günəş elə həssas ölçülərlə hazırlanmış intervalda işıq yayır ki, mümkün işıq növlərinin yalnız 1025-də 1-ni (10 üstü 25-də bir) əmələ gətirən bu interval, həm Dünyanın isinməsi, həm mürəkkəb canlıların bioloji funksiyalarının icra olunması, həm bitkilərdə fotosintezin baş verməsi, həm də Dünyadakı canlıların görmə qabiliyyətinə sahib olması üçün ən ideal intervaldır.

 

Əlbəttə bütün bu həssas nizam, təsadüf adlandırılan kor proseslərin təşkil etdiyi sistemlər deyil. Bütün bunları yaradan, göylərin, yerin və bu ikisi arasındakı hər şeyin Rəbbi və Hakimi olan Allahdır. Allahın yaratdığı hər şey həyatımızın hər bir mərhələsində qarşımıza möcüzələr zənciri olaraq çıxır və bizə, bizi Yaradanın sonsuz qüdrətini göstərir.

 

Allah, sonsuz elminin göstəricisi olaraq, minlərlə çeşiddə müxtəlif canlılarda, minlərlə çeşid müxtəlif göz növünü mükəmməl quruluşları ilə birlikdə yaratmışdır. Quranda bir ayədə Allah belə buyurur:

 

" Gözlər Onu dərk etməz. O, gözləri dərk edər. O, lətifdir, (hər şeydən) xəbərdardır!" (Ənam Surəsi, 103)

 

Təsadüfən qarşılaşması mümkün olmayan bu iki amilin bir yerə gəlməsi isə həm gözü, həm onun görə biləcəyi ideal işıq intervalını, həm də bu intervalda işıq yayan Günəşi var edən Allahın xüsusi yaratması ilə mümkün olmuşdur.


36-) Elektrik cərəyanlarına həssas köpək balıqları.

Köpək balıqlarının, bir-birindən 1600 km uzaqlığa qoyulmuş, 1.5 voltluq iki batareyanı belə hiss edə bildiyi aşkar olunmuşdur.

 

Bütün canlılar istilikdən başqa elektrik də yayırlar. Quruda yaşayan bir canlının bu cərəyanları hiss etməsi çətindir; çünki hava elektirk keçirməyəndir. Suda isə vəziyyət başqadır. Elektrik, təbii keçirici olan suyun içində axar.

 

Köpək balıqları bu elektrik cərəyanlarını hiss edə bilən son dərəcə həssas hissiyyata sahib canlılardan biridir. Sudakı bütün titrəyişləri, suyun istiliyindəki, duzluluq nisbətindəki dəyişmələri və xüsusilə də, hərəkət edən canlıların meydana gətirdiyi elektrik sahələrindəki kiçik dəyişiklikləri hiss edə bilirlər.

 

Köpək balıqlarının bədənlərində, içi jele dolu coxlu oyuq mövcuddur. Bu oyuqlar köpək balığının başında sıx yerləşdirilmiş olmasına baxmayaraq balığın bütün bədənində  yerləşmişdir. "Lorenzini lampaları" olaraq adlandırılan bu xüsusi orqanlar, mükəmməl elektrik qəbul edicisidir. Köpək balıqları bu qəbul edicilərin vasitəsi ilə ovlarını tapırlar. Bu orqanlar, heyvanın başının uc hissəsinə və başın üstündə olan məsamələrə bağlı olub, son dərəcə həssas bir quruluşa malikdir. Bir voltun 20 milyardda bir böyüklüyündəki axınları belə hiss edə bilirlər.

 

Bu böyük bir gücdür. Evinizdəki batareyaları düşünün. 1.5 voltluq bu batareyalardan iki dənəsini bir-birindən 1600 kilometr uzağa qoyduğunuzu və arasına mis məftil çəkildiyini düşünün, köpək balıqları bu teldən  keçən axını hissedəcəklər.

 

 

Köpək balığı Bir Yaradılış Möcüzəsidir.

 

Bu məlumatlar, Allahın köpək balıqlarını son dərəcə mürəkkəb bədən quruluşuna sahib olaraq yaratdığını göstərməkdədir. Köpək balıqlarındakı sistem və orqanlar bir-birinə bağlı olaraq işləməkdədir. Biri olmasa digəri funksiyalarını yerinə gətirə bilməz. Məsələn elektrik cərəyanlarını qəbul edən sistemin hissələrindən biri olmasa, “Lorenzini lampaları” heç bir işə yaramayacaq və köpək balıqlarının yaşaması mümkün olamayacaq. Belə qarışıq bir sistemin təkamülçülərin iddia etdikləri kimi mərhələ mərhələ meydana gələ bilməyəcəyi aydındır. Elektrik dalğalarını böyük bir həssaslıqla tanıyacaq bu sistemlər bütün olaraq yaradılmışdır.

 

Lorenzini lampaları köpək balıqlarının sahib olduqları xüsusiyyətlərdən yalnız biridir. Köpək balıqları həm tənəffüs sistemlərini, həm yollarını tapmalarını təmin edən maqnetik qəbulediciləri, həm də sürətli üzmə qabiliyyətləri ilə yaradılış möcüzəsidirlər. Sonsuz ağıl və gücün tək sahibi Uca Allah bütün canlıları olduğu kimi köpək balıqlarını da əskiksiz bir şəkildə yaratmışdır.

 

Belə məlumatlar Allahın yaratdığı gözəllikləri düşünmək üçün bir vəsilədir. Allah düşünən insanlar üçün heyvanlarda ibrətlər olduğu həqiqətini Quranda belə bildirmişdir:

 

"Allah göydən bir yağış endirər, onunla yer üzünü öldükdən (quruduqdan) sonra dirildər. (Öyüd-nəsihətə) qulaq asanlar üçün bunda bir ibrət vardır.." (Nəhl Surəsi, 65-66)


37-) Mədəaltı vəzi (Pankreas).

Əgər ehtiyacınızdan çox şəkər qəbul edirsinizsə, qandakı şəkər nisbətinin yüksəlməsinə mane olmaq üçün orqanizminizdə bir sistem fəaliyyətə başlayar:

 

1- Əvvəlcə mədəaltı vəzi hüceyrələri, qan mayesi daxilində mövcud olan milyonlarla molekul arasından şəkər molekullarını tapır və digərlərindən ayırır. Üstəlik bu molekulların çox və ya az olduqlarına qərar verir, sanki şəkər molekullarını bir-bir sayır. Gözü, beyni, əlləri olmayan, gözlə görə bilməyəcəyimiz ölçüdəki hüceyrələrin bir mayenin içindəki şəkər molekullarının nisbəti haqqında fikir sahibi olması insanı çox düşündürür.

 

 2- Əgər mədəaltı vəzi hüceyrələri qanda ehtiyacdan artıq şəkərin olduğunu təyin etsə, artıq şəkər miqdarının yığılmasına qərar verər. Ancaq bu "yığılma" işini özləri görməz, bunu onlardan tamamilə uzaqda olan başqa hüceyrələrə etdirərlər.

 

3- Uzaqdakı bu hüceyrələr onlara müvafiq əmr gəlmədiyi müddət ərzində şəkər yığmaq istəməzlər. Ancaq mədəaltı vəzi hüceyrələri "şəkər yığmağa başlayın" əmrini bu hüceyrələrə aparan bir hormon yollayarlar. "İnsilin" adı verilən bu hormonun bütün informasiyası mədəaltı vəzi hüceyrələri ilk meydana gəldikləri andan etibarən DNT-lərində qeyd olunub.

 

 4- Mədəaltı vəzi hüceyrələrindəki xüsusi "fermentlər" (işçi zülallar) məhz bu informasiyanı oxuyarlar. Oxunan informasiyaya görə də insilin hasil edərlər. Bu istehsalda hər biri fərqli vəzifələr icra edən yüzlərlə ferment işləyər.

 

5- Hasil edilən insulin hormonu ən etibarlı və ən sürətli nəqliyyat şəbəkəsi olan qan yoluyla hədəf hüceyrələrə çatdırılır.

 

6- İnsilin hormonunda qeyd olunan "şəkər yığın!" əmrini oxuyan digər hüceyrələr isə bu əmrə qeyd-şərtsiz itaət edərlər. Şəkər molekullarının hüceyrələrin içinə daxil olmasını təmin edəcək qapılar açılar. 

 

7- Ancaq bu qapılar təsadüfi açılmaz. Anbar hüceyrələri qandakı yüzlərlə fərqli molekul arasından yalnız şəkər molekullarını ayırd edər, tutar və öz içlərinə təhvil verərlər. 

 

8- Hüceyrələr onlara çatan əmrə heç zaman itaətsizlik etməzlər. Bu əmri səhv anlamaz, yalnış maddələri tutmağa, ehtiyacdan çox şəkər yığmağa cəhd belə etməzlər. Böyük bir intizam və fədakarlıq ilə çalışarlar.  Beləcə, siz şəkəri çox olan bir şirinçay içdiyinizdə, bu fövqəladə sistem dövrəyə girər və artıq şəkəri yığıb bədəninizdə saxlayarlar. Əgər bu sistem işləməsəydi, o zaman qanınızdakı şəkər sürətlə yüksələr və komaya girərək ölərdiniz. Bu, o qədər mükəmməl bir sistemdir ki lazım olduğu zaman tərsinə də işləyə bilər. Əgər qandakı şəkər normadan az olarsa, bu zaman mədəaltı vəzi hüceyrələri tam fərqli bir hormon olan "qlükaqon"u hasil edərlər. Qlükaqon daha əvvəl şəkər yığan hüceyrələrə bu dəfə "qana şəkər əlavə edin!" əmrini ötürər. Bu əmrə itaət edən hüceyrələr yığdıqları şəkəri geri buraxarlar. Necə ola bilər ki, beynə, sinir sisteminə, gözə, qulağa sahib olmayan hüceyrələr, bu cür böyük hesablamaları və işləri qüsursuz şəkildə bacarırlar? Yan-yana düzülmüş zülal və yağ molekullarından ibarət olan bu şüursuz varlıqlar, necə olur ki, insanların belə edə bilməyəcəkləri qədər böyük işləi icra edirlər? Şüursuz molekulların ortaya qoyduğu bu böyük şüurun mənbəyi nədir? Əlbəttə ki, bunlar bizə bütün kainata və bütün canlılara hakim olan Allahın varlığını və qüdrətini göstərir.


38-) Təbiətdəki ötürücü mexanizmlər və reaktiv mühərriklər.

Hal-hazırda ötürücü mexanizmlərin və reaktiv mühərriklərin insanların həyatında mühüm yer tutduğunu hamımız bilirik. Lakin insanların çoxu təbiətdəki mexanizmlərin və reaktiv mühərriklərin daha üstün dizayna sahib olduqlarından xəbərdar deyil. Ötürücü mexanizmlər hər hansı bir texniki alətin çarxlarını idarə edərək mühərriki hərəkətə gətirir. Təbiətdəki ötürücü mexanizmlərin də eyni prinsiplə işləməsinə baxmayaraq, mühərriki şinlərə deyil, məsələn, qanadlara birləşdirmək funksiyasını həyata keçirir. Məsələn, ağcaqanadlar uçduqları zaman havada üç mərhələdə sürəti təmin edən təbii ötürücü mexanizmdən istifadə edirlər. Ağcaqanad bu sistem vasitəsi ilə qanadlarını istədiyi kimi çırparaq dərhal sürət yığa və ya sürətini azalda bilir.

 

Avtomobillərdə mühərrikdən əldə edilən gücü təkərlərə ötürmək üçün çoxlu sayda dişli çarxdan istifadə edilir. Daimi hərəkət dişli çarxların funksiyalarını ardıcıl şəkildə yerinə yetirdiyi zaman meydana gəlir. Avtomobillərdə ağır və böyük yer tutan bu dişli çarxların yerinə, ağcaqanadlarda bir neçə kvadrat millimetrdə yerləşən mexanizm vardır. Bu mexanizm sayəsində ağcaqanadlar qanadlarını rahatlıqla çırpa bilirlər.

 

Mürəkkəb balığı, meduza və nautilus suda hərəkət edərkən reaktiv mühərriklərdə olduğu kimi, itələmə qüvvəsindən istifadə edir. Bu sistemin nə dərəcədə mükəmməl olduğunu başa düşmək üçün Loliqo vulqaris adlandırılan kalmarın (molyuskalar tipinin başıayaqlılar sinfinə aid heyvan dəstəsi) suyun daxilindəki sürətinin saatda 30 kilometrdən çox olduğunu söyləmək kifayət edir. Bu mövzuda ən mükəmməl nümunələrdən biri nautilus, meduzaya bənzəyən dəniz canlısıdır ki, reaktiv mühərriklə işləyən gəmini xatırladır. Başının arxasındakı şar ilə suyu içəri doldurur və sonra da geri püskürdür. Beləliklə, meydana gətirdiyi axın bir istiqamətə doğru hərəkət edərkən, nautilus da başqa istiqamətə yönəlir.

 

Bu canlıların elm adamlarını heyrətə gətirən bir xüsusiyyətləri də var: onların sahib olduqları təbii mühərrikləri dənizin dərinliyindəki güclü təzyiqdən təsirlənmir. Əlavə olaraq onu da qeyd edək ki, canlıların hərəkətini təmin edən bu sistem həm səssiz, həm yüngül, həm də ekoloji cəhətdən təmizdir. Belə ki, nautilusun dizaynındakı üstün xüsusiyyət müasir su nəqliyyatı vasitələri üçün də nümunədir. Bütün bu canlılara belə üstün xüsusiyyətləri verən və insanlara texnoloji tərəqqi üçün nümunəvi model təqdim edən aləmlərin Rəbbi olan Allahdır.

 

Budur Allah – sizin Rəbbiniz. Ondan başqa ilah yoxdur. Hər şeyin Yaradıcısı. Elə isə Ona ibadət edin. O, hər şeyi Qoruyandır. (Ənam surəsi, 102)


39-) Bayquşun uçuşundakı mükəmməllik.

Yaponiya sürət qatarlarında “təhlükəsizlik” çox əhəmiyyətli faktordu. Digər əhəmiyyətli faktor isə Yaponiya standartlarına uyğunlaşmaqdır. Yaponiya dünyadakı dəmiryolu idarəçiliyində ən yüksək səs standartlarına malikdir. Bu gün mövcud texnologiyalardan istifadə edərək daha sürətli getmək olduqca asandır. Ancaq buna baxmayaraq daha səssiz getmək nisbətən çətindir. Yaponiya ekologiya nazirliyinin tənzimləmələrinə görə məskunlaşma yerlərində dəmiryolundan 25 metr kənarda səs-küy səviyyəsi 75 dB və ya daha az olmalıdır. Qırmızı işıqda dayanan avtomobillərin yaşıl işıq yandığı zaman eyni anda hərəkətə keçdiyi zamankı səs-küy səviyyəsi 80 dB-i keçir. Bu müqayisə “Shinkansen” olaraq adlandırılan sürət qatarının nə qədər səssiz işlədiyini ortaya qoymaq üçün kafidir.

 

Qatarın müəyyən sürətə çatana qədər çıxardığı səsin səbəbi relslər üzərindəki hərəkətidir. Ancaq sürət 200 km/saat sürətə çatanda, səsin əsl qaynağı qatarın hava daxilindəki hərəkəti ilə ortaya çıxan aerodinamik səs-küy olur.

 

Aerodinamik səs-küyün meydana gəlməsindəki bir nömrəli faktor isə təpədəki tellərdən elektrik almaq üçün istifadə edilən pantograflar və ya axın yığıcılardır. Normal halda istifadə edilən düzbucaqlı pantograflarla səs-küyü azalda bilməyəcəyini başa düşən mühəndislər diqqətlərini sürətli, amma səssiz hərəkət edən canlılar üzərində toplayırlar.

 

Bayquş bütün quşlar içində ən səssiz uçuşu həyata keçirir. Bu, Allahın bayquşa ovuna səssizcə yaxınlaşa bilməsini təmin etmək üçün verilmiş üstünlükdür. Bayquşun səssiz uçmasının sirlərindən biri qanadlarındakı qıvrımlardır, digər quşlarda mövcud olmayan bir çox nahamar tük mövcuddur. Bu nahamar tüklər adi gözlə görünür. “Aerodinamik səs” hava axınında yaranan girdablarla meydana gəlir. Girdablar böyüdükcə səs də artır. Bayquşun qanadında bir çox nahamar çıxıntılar olduğu üçün böyük girdablar yerinə kiçik girdablar meydana gəlir, bu sayədə də çox səssiz uçuş baş verir.

 

Yapon mühəndis və dizaynerlər doldurulmuş  bayquşu külək tunelində test edərək bu quşun qanad quruluşundakı mükəmməlliyi yenidən görürlər.

 

Sonunda qatarın yaratdığı səs-küy bayquşun nizamsız tük prinsipinə bənzəyən qanad şəklində pantograflardan istifadə edilərək təsirli şəkildə azaldılır. Bu səbəbdən Yaponların təbiətdən ilhamlanaraq təqlid etdikləri bu sistem pantograflar içində “ən səssiz iş görən” adını almağa haqq qazanmışdır. Bütün bunlar Allahın bayquşdakı üstün yaradılışını və insanların bu üstün yaradılışa baxaraq nümunə götürdüyünü göstərən yalnız bir dəlildir. Allah bir ayədə belə buyurur:

 

Göylərdə və yerdə kim varsa, Ona məxsusdur. Hamısı Ona təzim edir. (Rum Surəsi, 26)


40-) Qüsursuz manevr qabiliyyətinə sahib olan əllər.

İnsanın bədəni qüsursuz sistemə malikdir. Bu sistem düşünən və öyüd alan insanlar üçün çox əhəmiyyətli dəlillərlə doludur. Bu dəlillərin yaradılış məqsədi isə insanı düşünməyə sövq etməkdir. Çünki hər bir insana yaşamaq üçün müəyyən vaxt verilmişdir.

 

Bu müddətin nə vaxt bitəcəyini və ölümün nə vaxt gələcəyini isə heç kəs bilmir. Allah tərəfindən təyin olunmuş bu qısa müddətdə bir çox təfərrüatla qarşılaşan insan Allahın xüsusi olaraq yaratdığı bu dəlilləri çox vaxt görmür. Halbuki insan ona verilmiş məhdud müddət ərzində gördüyü hər şeydən öyüd alıb düşünməlidir. Çünki ancaq bu yolla Allahın bənzərsiz yaradılışını görə bilər və Allahın göydən yerə qədər hər şey üzərindəki hakimiyyətini təqdir edə bilər. Allah insanın öz yaradılışı üzərində düşünməli olduğuna bir ayədə belə diqqət çəkir:

 

Məgər insan ilk əvvəl onu heç bir şey deyilkən yaratdığımızı xatırlamırmı?  (Məryəm surəsi, 67)

 

İnsan gündəlik həyatında düşünmədən bir çox hərəkətlər edir. Məsələn, stəkanı götürmək üçün düşünmədən əlimizi uzadarıq və stəkanı tuturuq. Yemək yeyərkən çəngəli düşünmədən ağzımıza aparırıq. Kitab oxuyarkən mətni asanlıqla qavrayır və kağızı cırmadan çeviririk. Geyinərkən, avtomobil sürərkən də heç çətinlik çəkmirik. İş həyatımızda da çətinlik çəkmirik. Qısaca desək, həyatımızın hər anında əllərimizdən düşünmədən, istədiyimiz kimi istifadə edirik. Bunlar gündəlik həyatda etdiyimiz hərəkətlərdən yalnız bir neçəsidir. Bu hərəkələr zamanı  əlimizdə son dərəcə qüsursuz bir sistem işləyir. Bu elə qüsursuz sistemdir ki, işlədiyini hiss etmirik belə.

 

Bu zaman  "əllərimizə qüsursuz işləmə qabiliyyətini verən nədir?" sualı meydana gələcəkdir. Əlimizə üstün hərəkət qabiliyyətini verən əldə yerləşdirilmiş əzələlərdir.

 

Əlimizdən bir çox sahələrdə səmərəli şəkildə istifadə edə bilirik. Məsələn, əlimizlə hər hansı bir hədəfə güclü zərbə endirə bilərik. Əlimizdə belə gücün olmasına baxmayaraq, baş barmaq və işarə barmağımızla götürdüyümüz millimetrin onda biri incəliyində bir cismi, məsələn bir kağızı asanlıqla hiss edə bilərik.

 

Göründüyü kimi, bu iki əməliyyat bir-birindən tamamilə fərqlidir. Biri çox incə nizam tələb edərkən, digəri tam əksinə, böyük güc tələb edir. Biz hər iki əməliyyatı edərkən də bir an belə düşünmürük. Ağır cismə daha çox güc, yüngül cismə daha az güc sərf etmək lazım olduğu ağlımıza belə gətirmirik. Çünki əllərimiz bu əməliyyatları rahat şəkildə icra edir.

 

Bu mükəmməlliyin ən əhəmiyyətli dəlillərindən biri barmaqların uzunluğudur. Bütün barmaqlar funksiyalarına görə ən uyğun uzunluğa sahibdirlər. Bundan başqa, yerləşdikləri yerlər də ən uyğun yerlərdir. Barmaqların bir-birləri ilə olan uyğunluqları da son dərəcə əhəmiyyətlidir. Bu əhəmiyyəti belə bir nümunə ilə açıqlaya bilərik. Baş barmaq uzunluğuna görə digər barmaqların üzərinə asanlıqla əyilə bilir. Bu, baş barmağın digər barmaqları dəstəkləməsini və qolun gücünün artmasını təmin edir. Buna görə normal baş barmağa sahib bir əlin yumruğunun gücü normaldan qısa baş barmağı olan insanın yumruğunun gücündən daha çoxdur.

 

Əlinizə baxın və dırnaqlarınızı nəzərdən keçirin. Bəzən lazımsız bir şey olduğu düşünülən dırnaqların son dərəcə əhəmiyyətli vəzifələri vardır. Yerə düşmüş kiçik bir cisimi dırnaqlarımız olmadan götürməyə çalışdığımızı düşünək. Bu cür vəziyyətlərdə barmaqlar qədər dırnaqlar da əhəmiyyətli bir vəzifəyə sahibdirlər. Barmaqlar cisimləri tutarkən son dərəcə həssas təzyiq tələb olunur. Dırnaqların vəzifəsi isə  bu təzyiqi nizamlamalarıdır. Bundan başqa, əlimizdəki barmaq izlərini meydana gətirən nahamarlıq və dırnaqlar da kiçik cisimləri rahat tutmağımızı təmin edir.

 

Bura qədər izah edilənlərdən göründüyü kimi, əllər son dərəcə dəqiq və qüsursuz  yaradılış nümunəsidir. Toxunmaq həssaslığı, manevr qabiliyyəti, müxtəlif işlər görmə qabiliyyəti kimi bir çox funksiya əllərimizdə mövcuddur. Bu mükəmməllik tibb və elm dünyasını insan əlini tədqiq etməyə və bir oxşarını düzəltməyə yönəltmişdir. Bu məqsədlə düzəldilən robot əllər güc baxımından insan əli ilə eyni qabiliyyətə sahibdir, ancaq insan əlində  olan və əlimizə qüsursuz xüsusiyyət qazandıran quruluşlar robot əllərdə mövcud deyil.

 

Bütün bu məlumatlardan belə nəticəyə gəlmək olar ki, insan əli xüsusi yaradılışla var edilmiş bir orqandır. Allah əlləri xüsusi olaraq yaratmışdır. Rəhman olan Allah yaratdığı hər şeyi ən gözəl şəkildə yaradandır. İnsan əlindəki qüsursuz yaradılış da bunun dəlillərindən yalnız biridir. Allah yaratma sənətindəki qüsursuzluğa bir ayədə belə diqqət çəkir.

 

 Sən Mərhəmətli (Allahın) yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb (göyə )diqqət yetir, heç onda bir çat görürsənmi? Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özünə tərəf dönəcəkdir. (Mülk surəsi, 3-4)

 

Əldəki mükəmməl yaradılışla bağlı başqa əhəmiyyətli məsələ əlin gözlə birgə işləyən bir orqan olmasıdır. Bu əməliyyatlar ardıcıl şəkildə yerinə yetirilir. İnsan əli ilə robot əllər arasında müqayisə aparılarsa, insan əlinin yaradılışındakı üstünlük çox açıq  şəkildə görünəcək. Robot əllər ya görmə, ya da toxunma xüsusiyyəti ilə hərəkət edir. Robot əllərə hər əməliyyat üçün fərqli əmrlər vermək lazımdır. Bundan başqa, robot əllər müxtəlif funksiyaları yerinə yetirə  bilməzlər. Məsələn, piano çala bilən bir robot əl çəkic tuta bilməz. Çəkic tutan bir robot əl isə yumurtanı qırmadan tuta bilməz. Gərgin araşdırmalar nəticəsində yeni istehsal edilən  bəzi robot əllər yalnız 2-3 əməliyyatı  icra edə bilir, amma bu, insan əlinin qabiliyyətləri ilə müqayisədə son dərəcə sadə iş olaraq qalır.

 

Bundan başqa, insanın iki əllə eyni anda, mükəmməl uyğunluq içində işləyə bilməsini də bura əlavə etsək, əldəki yaradılışın qüsursuzluğu daha dəqiq ortaya çıxar.

 

Allah əli insanlar üçün xüsusi olaraq yaratmışdır və bu, Allahın yaratma sənətindəki qüsursuzluğu və bənzərsizliyi bizlərə göstərir.


41-) Bir ünsiyyət aninin hekayəsi.

Hər insan tanışları ilə bir neçə dəfə qarşılaşıb salamlaşır. Bu bir-iki saniyənin uzun və mürəkkəb hekayəsi olduğunu bilirdinizmi?

 

Axşamüstü dəniz sahilində iki insanın oturduğunu fərz edək. Dost olmalarına baxmayaraq, hələ bir-birlərini görməyiblər. İnsanlardan birinin hələ görmədiyi dostuna doğru üzünü çevirməsi biyokimyəvi hadisələr zəncirinin başlanmasına səbəb olur: Dostunun bədənindən əks olunan işıq saniyədə 10 trilyon foton (işıq zərrəciyi) şəklində göz bəbəyinə çatır. İşıq əvvəl göz bəbəyinin, sonra göz yuvalarını dolduran mayenin içindən keçir və tor qişanın üzərinə düşür.

 

Cisimlərdən asılı olaraq, tor qişanın fərqli nöqtələrinə fərqli işıq şüaları düşür. Nümunəmizdəki insanın dostunu gördüyü anı düşünək. Dostunun üzündəki bəzi nöqtələr, məsələn qaşları tünd rənglidir və tor qişanın üzərindəki bəzi hüceyrələrə zəif işıq düşür. Yoldaşının alnından isə daha çox işıq qəbul edilir. Dostunun bütün üz xətləri, bədəni də daxil olmaqla, tor qişanın fərqli hüceyrə qruplarına fərqli işıqlar salır.

 

Bəs tor qişanın üzərinə düşən bu işıqlar hansı təsirləri meydana gətirir?

 

Bu problemin cavabı həqiqətən çox mürəkkəbdir və başa düşülməsi də bir az çətindir. Amma gözdəki fövqəladə dizaynı qısa şəkildə araşdırmaq.

 

Fotonlar tor qişadakı hüceyrələrə çatanda, sanki ustalıqla düzülmüş domino daşlarını hərəkətə keçirir. Bu vəziyyət müxtəlif zülalların dəyişməsinə və bəzi birləşmələrin yaranmasına səbəb olur. Bir çox kimyəvi reaksiya zəncirindən sonra görmə hadisəsinin son mərhələsində baş verən bəzi əməliyyatlar nəticəsində “elektrik xəbərdarlıqları” meydana gəlir. Sinirlər bunları beyinə ötürür və orada da "görmə" dediyimiz əməliyyat baş verir.

 

Qısaca desək, bir foton tor qişadakı hüceyrələrin birinə toxunmuş və ard-arda reallaşan zəncirvari reaksiyalar sayəsində hüceyrənin bir elektrik xəbərdarlığı əmələ gəlmişdir. Bu xəbərdarlıq fotonun enerjisinə görə dəyişir, beləliklə, bizim "güclü işıq", "zəif işıq" dediyimiz anlayışlar meydana gəlir. Ən maraqlısı isə odur ki, yuxarıda izah etdiyimiz bu mürəkkəb reaksiyaların saniyənin mində biri qədər qısa müddətdə reallaşmasıdır.

 

Burada qısa şəkildə izah etdiyimiz görmə əməliyyatının, əslində, mürəkkəb təfərrüatları vardır. Ancaq bu səthi xülasə belə, nə qədər möhtəşəm bir sistemlə qarşı-qarşıya olduğumuzu göstərməyə kifayət edir. Gözün içində elə mürəkkəb, elə dəqiq hesablanmış bir sistem vardır ki, bu kimyəvi reaksiyalar “Ginnesin rekordlar kitabı”na düşmüş domino daşlarının nümayişini xatırladır. Domino daşlarından ibarət olan zəncirin bəzi nöqtələrinə maraqlı qurğular qurulur, məsələn, bir daşın düşməsi kiçik qaldırıcı kranı hərəkətə gətirir, qaldırıcı kran uzağa daşıdığı domino daşını lazım olan yerə qoyduqdan sonra yeni zəncirvari yıxılma başlayır.

 

Əlbəttə, belə domino nümayişini izləyən bir insan bu daşların və qurğuların küləklə, sellə, ya da zəlzələ ilə "təsadüfən" reallaşdığını düşünməz. Hər daşın diqqət və şüurla yerinə yerləşdirildiyi aydındır. İnsanın gözündəki zəncirvari reaksiyada "təsadüf" sözünü işlətmək belə axmaqlıqdır. Sistem fərqli hissələrin həssas tarazlıqlarla bir araya gəlməsi ilə meydana gəlmişdir və bir "dizayn"ın göstəricisidir. Göz qüsursuz şəkildə üstün güc sahibi olan Allah tərəfindən yaradılmışdır.

 

Məşhur biokimyaçı Michael Behe “Darvinin quru qutusu” adlı kitabında gözün kimyası və təkamül nəzəriyyəsi haqqında belə deyir:

 

Darvinin XIX əsrdə açıqlaya bilmədiyi görmə hadisəsi və gözün anatomik quruluşu həqiqətən də heç bir təkamülçü məntiqlə açıqlana bilməz. Təkamül nəzəriyyəsinin qarşıya qoyduğu şərhlər o qədər sadədir ki, gözdə baş verən və yazılması  belə çətin olan inanılmaz dərəcədə mürəkkəb əməliyyatları əsla açıqlaya bilməz.

 

 

Görmədən sonra

 

Bura qədər deyilənlər yalnız sahildəki insanın dostundan əks olunaraq gözünə gələn fotonlarla ilk təmasıdır. Tor qişa hüceyrələri mürəkkəb kimyəvi əməliyyatlar sayəsində fotonları qəbul etmiş və elektrik siqnalları emal etmişlər. Bu siqnallarda elə bir məlumat vardır ki, dostun üzü, bədəni, paltarı, saçının rəngi, ya da üzündəki kiçik iz belə toplanmışdır. Yalnız bu adamın deyil, ətrafdakı hər cismin kiçik hissəsi belə unudulmamış və elektrik siqnallarında kodlaşdırılmışdır. Amma bu siqnallar həm də beyinə çatdırılmalıdır. Bəs bu siqnallar beyinə necə çatdırılır? Bu problemin cavabı həqiqətən çox mürəkkəbdir, ancaq gözdəki fövqəladə dizaynı araşdırmaq üçün bu cavabı araşdırmağımız yerinə düşəcək.

 

Buynuzlu qişa və qüzeyli qişa (gözün əlvan təbəqəsi)

 

Gözün 40 hissəsindən biri olan buynuz təbəqə gözün qabağında olan şəffaf bir təbəqədir. İşığı pəncərə şüşəsi kimi qüsursuz şəkildə keçirir. Bədənin heç bir yerində bənzəri olmayan bu toxumanın gözün qarşısında olması, əlbəttə, təsadüfi deyil. Gözdəki əhəmiyyətli hissələrdən biri də gözün əlvan təbəqəsidir. Buynuzlu qişanın arxasında yerləşən qüzeyli qişa ortasındakı boşluğu genişlədib daraldaraq gözə girən işıq miqdarını nizamlayır. Parlaq işıqda daralır, qaranlıqda isə gözün daha çox işıq ala bilməsi üçün genişlənir. Buna oxşar sistem kameralarda da istifadə edilir. Amma heç bir kamera qüzeyli qişa kimi uğurlu deyil.

 

Buynuz qişa molekullarının hərəkəti ilə xəbərdar olunan sinir hüceyrələri (neyronlar) buna reaksiya verir. Bu reaksiya kimyəvidir, bir neyron hərəkətə keçdiyi anda səthindəki zülal molekulları birdən formalarını dəyişdirirlər. Bu hərəkət müsbət elektrik yükünə sahib olan natrium atomlarının axınını dayandırır. Elektrik yüklü atomların axınındakı bu dəyişiklik hüceyrənin içində gərginliyin dəyişməsinə səbəb olur. Gərginliyin dəyişməsi elektrik siqnalı deməkdir. Bu siqnal millimetrlə ifadə edilən bir məsafəni qət etdikdən sonra sinir hüceyrəsinin ucuna çatır. Ancaq burada bir problem var: iki sinir hüceyrəsi arasında boşluq var və elektrik siqnalının bu boşluğu keçmək üçün xüsusi ölçüyə ehtiyacı var. Burada belə tədbir alınmışdır: İki sinir hüceyrəsi arasındakı xüsusi sərbəst molekullar siqnalı daşıma işini görürlər. Bir millimetrin dörddə biri və ya qırxda biri qədər bir məsafə qət edərək digər neyrona çatır və mesajı çatdırır. Buynuzlu qişadan gələn elektrik xəbərdarlığı bu sayədə bir neyrondan başqa neyron hüceyrəsinə çatdırılaraq irəliləyir və beyinə çatır.

 

Burada xüsusi siqnallar görmə korteksinə gedir. Bu görmə korteksi 2.5 mm. qalınlığında 13 m² sahədə üst-üstə minmiş toxuma təbəqələrindən əmələ gəlmişdir. Bu təbəqələrin birinə təxminən 17 milyon neyron daxildir. Gələn siqnalı 4-cü təbəqə qəbul edir. Əvvəl analiz edir və məlumatı digər təbəqələrdəki neyronlara çatdırır. Hər mərhələdə hər bir neyron digər neyrondan siqnal ala bilir.

 

Bunun sayəsində adamın görünüşü qüsursuz şəkildə beyinin korteks adlanan mərkəzində meydana gəlir. Ancaq bir də bu adamın tanına bilməsi üçün yaddaş hüceyrələri yoxlanmalı, bu adamın üzü ilə yaddaşdakı məlumatlar müqayisə edilməlidir. Bu iş də uğurla edilir. Hətta adamın üzü beyin korteksindəki görünüşdə, yaddaşdakı üz məlumatına görə rəngsizdirsə, adam bu fərqi hiss edəcək və "dostumun üzü bu gün görəsən niyə solğundur" deyə düşünəcək. Beləliklə, bir saniyədən daha qısa zamanda "görmə" və "tanıma" kimi iki möcüzə reallaşır.

 

Bura qədər qısa şəkildə izah edilən görmə hadisəsi Allahın yaratma sənətində heç bir ortağı olmadığının, Allahın hər şeyi qüsursuz şəkildə yaratdığının sübutlarından sadəcə biridir.


42-) Zülallara çevrilən cansız atomların qüsursuz dizaynı.

Ağıl və vicdan sahibi hər insanın özünə belə bir sual verməlidir. Necə ola bilər ki, şüursuz şəkildə meydana gələn zülal molekulları inanılmaz ağılı, təşkilat qabiliyyətini və məsuliyyəti öz üzərinə götürə bilər?

 

Bildiyimiz  kimi, bütün canlılar hüceyrələrdən təşkil olunub. İnsan bədənini formalaşdıran təxminən 100 trilyon hüceyrə var. Canlıların hüceyrələrini yüksək texnologiya ilə təchiz edilmiş  fabrik hesab etsək, zülalları da bu fabrikin maşınları, divarları, tavanı, nərdivanları, qapıları və hətta vintləri kimi xarakterizə edə bilərik. Qısacası zülallar, hüceyrələrin həm inşaat vəsaitini, həm də fəaliyyət maşınlarını meydana gətirərlər. Bir-birindən fərqli bir çox vəzifəni yerinə yetirən zülallar canlılığı formalaşdıran elementlər olaraq qəbul edilərlər.  Bədənimizdəki zülallarin funkisyalarına uyğun bir neçə nümunə göstərək:

 

Saç, dırnaq və tüklərdə sərt quruluşu ilə xarakterizə olunan keratin zülalları vardır. Bəzi zülallar əzələləri sümüyə bağlayır və vətərlərdə olan dözümlü neylona bənzər  maddəni meydana gətirirlər. Dərinin hamarlığını, elastikliyini və sümüklərin dayanıqlılığını təmin edən  kollaqen adlı başqa bir zülal da var. Retina təbəqəsinə (torlu qişa) işıq süaları düşdükdə görmə hissini yaradan isə 'rodopsin' adlı zülaldır. Bu vaxt başqa zülallar isə gözün büllurunu meydana gətirən şəffaf maddəni formalaşdırırlar. Hüceyrənin içərisinə molekulların daxil olmasını xüsusi daşıyıcı zülallar təmin edirlər. Bütün canlılığın məlumatını daşıyan zülal tərkibli DNT molekulu olmadan kopiyalanma gedə bilməz və məlumat çıxarıla bilməz, hüceyrə bölünməsini təmin edə bilməz. Zülallar canlılardakı ən kiçik vahidi olan hüceyrələrin həm strukturlarında, həm də saysız funksiyalarında müxtəlif vəzifələr yerinə yetirirlər. Bəzi zülallar da hüceyrədəki kimyəvi reaksiyaların sürətini milyardlarla dəfə artırmaq üçün katalizor funksiyası yerinə yetirir. Komanda halında fəaliyyət göstərərək, hüceyrənin bütün kimyəvi hissələrini bərpa edirlər. Zülalların bərpa xüsusiyyəti ilə yanaşı parçalama xüsusiyyəti də var. Bu xüsusiyyətlərini istifadə edərək hüceyrələrdə olan böyük molekulları, hüceyrənin istifadə edə biləcəyi sadə birləşmələrə parçalayırlar. Hüceyrəni enerji ilə təmin etmək üçün lazım olan reaksiyaların getməsini təmin edərlər. Əzələlərdəki dartılmani təmin edən də yenə əzələ hüceyrələrindəki xüsusi zülallardır. (www.harunyahya.org)

 

Siz bu sətirləri oxuduğunuz zaman belə bədəninizdəki hər zülal növü həyatınızı sağlam bir şəkildə davam etdirə bilməniz üçün vasiləsiz olaraq fəaliyyət göstərməyə davam edir. Baxdığınız sətirləri oxuya bilməniz, yemək yeməniz, bədəninizin inkişafı, xəstəliklərə qarşı müqavimətli olmanız, bunların hamısı hüceyrələrinizdə dayanmadan fəaliyyət göstərən zülallar sayəsində aradan qaldırılmaqdadır. Bitkilərdən bütün heyvan növlərinə və ən sadə bakteriyalara qədər, bütün canlıların həyati fəaliyyətlərinin hamısı zülallar sayəsində reallaşır.

 

 Cansız atomların birləşməsindən ibarət olan zülallar, bir-birləri ilə qüsursuz nizam təşkil edir, çox böyük  ağıl və şüur sərgiləyirlər.

 

Müəyyən sayda atomun birləşməsindən meydana gəlmiş bu möcüzə molekullar, nizamlı şəkildə hərəkət edir və çox böyük  ağıl və şüur sərgiləyərək, inanılmaz məsuliyyətləri yerinə yetirərlər. Ağıl və vicdan sahibi hər insan özünə belə bir sual verməlidir: Cansız atomların birləşməsindən əmələ gələn şüursuz zülal molekulları necə olub ki, inanılmaz  ağıl, təşkilat qabiliyyəti və məsuliyyəti öz üzərinə götürərək bütün bu fəaliyyətləri reallaşdıra bilirlər? Səmimi düşünən hər insan, cavabın, sonsuz güc və elm sahibi olan Allahın qüsursuz yaratmasını görəcək, ən kiçiyindən ən böyüyünə qədər kainatdakı bütün varlıqların Allahın idarəsi və əmri altında olduğunu qavrayacaq. Allah bütün varlığın hakimi olduğunu bir ayədə belə xəbər verib:

 

Mən özümün və sizin Rəbbiniz olan Allaha təvəkkül etdim. (Yer üzündə) elə bir canlı yoxdur ki, onun ixtiyarı (Allahın) əlində olmasın. Həqiqətən, Rəbbim düz yoldadır! (Hud Surəsi, 56)


43-) Müdafiə texnologiyasından istifadə edən tavus kəpənəyi.

Tavus kəpənəyinin ən maraqlı xüsusiyyətlərindən biri qanadlarını açdığı zaman birdən-birə üzərində göz şəklinin yaranmasıdır. Yaxşı gözlər nəyə görə birdən-birə ortaya çıxır? Bunu bilmək üçün kəpənəyin olduğu məkanı araşdırmaq bəs edir. Kəpənəyin qanadında bir anda meydana çıxan saxta gözlər ətrafda kəpənəyi yeyə biləcək bir quşun olmağına işarədir. Bu saxta gözləri, təhlükənin fərqində olan tavus kəpənəyi düşmənini qorxudub uzaqlaşdırmaq üçün istifadə edir.

Bu təəccüblü müdafiə texnalogiyasının nə qədər təsirli olduğunu öyrənmək üçün Stokolm Universitetinin zooloqu Adrian Vallin və qrupu tavus kəpənəkləri üzərində bir təcrübə aparıblar. Araşdırma qrupu tavus kəpənəklərinin qanadlarındakı saxta gözləri bir vasitə ilə tündləşdirib sərbəst buraxıblar. Nəticədə saxta gözləri tündləşdirilən kəpənəklərin 20-dən 13-nü quşlar yeyib, qanadlarına müdaxilə edilməyən 34 kəpənəkdən isə sadəcə 1-i ovlanıb.   Bu təcrübə kəpənəklərin qorunması üçün olduqca ağıllı şəkildə planlanmış üsuldan istifadə edildiyini göstərir. Aydındır ki, kəpənəklər bu xüsusiyyətlə var olmaq məcburiyyətindədirlər, əks halda növlərinin artımını təmin olunmayacaqdır. Əlbəttə burda bir çox sual meydana çıxır. Kəpənəklər təhlükəni necə hiss ediblər? Saxta gözlərdən istifadə edərək quşları qorxuda biləcəklərini, bunun təsirli müdafiə texnikası olduğunu necə kəşf ediblər?
Bir kəpənəyin düşmənlərini necə uzaqlaşdıracağını fikirləşib tapması,  sonra bunu etmək üçün bir müdafiə mexanizmi təkmilləşdirib onu öz bədənində yerləşdirməsi əlbətdə ki mümkün deyil. Bu xüsusiyyətlər kəpənək yarandığı an onunla birlikdə var olmalı və kəpənək bu xüsusiyyətinin necə istifadə edəcəyini də bilməlidir.   Nəticə olaraq ortada, hər vicdanlı insanın etiraf edəcəyi bir həqiqət var: Tavus kəpənəyi bu xüsusiyyətə sahib olaraq bir anda yaradılmışdır. Düşmənlərinə qarşı tətbiq etdiyi bu müdafiə mexanizmi də Allahın ilhamı ilə olur.   Allah yaratdığı canlıları izləyəndir, qoruyandır:  
….Sənin Rəbbin hər şeyi hifz edəndir. (Səbə surəsi, 21)


44-) Bədənimizdəki idarə mərkəzi: Beyin.

Həm həssas quruluşu, həm də çox əhəmiyyətli funksiyaları olan beyin hərtərəfli müdafiə edilmişdir. Bunlardan ən maraqlısı beynimizin maye içərisində üzməsidir.

 

Beynimizin suyun içində üzdüyünü bilirdinizmi?

 

Hiss etmək, hərəkət etmək, eşitmə, görmə, dad və qoxu hiss etmə, ürəyin döyünməsi, nəfəs alma kimi həyati funksiyaların hamısını beynimiz reallaşdırır. Bundan əlavə hormon sintez edərək bədənin ehtiyaclarını tənzimləyir. Çox həssas sistemə sahib olan bu orqanımız elektrik siqnalları ilə çalışan sinir hüceyrələri, bunları nizamlayan və qidalanmalarına kömək edən dəstək hüceyrələri və qan damarlarından meydana gəlir.

 

Beynin çəkisi təxminən 1,5 kq-dır. Əgər beyin mayenin içində olmasaydı və birbaşa kəllə ilə təmas etsəydi öz ağırlığının altında əzilərdi. Bu da beyindəki həyati mərkəzlərdə təzyiq meydana gəlməsinə səbəb olub ölümlə nəticələnə bilərdi. Ancaq bu cür problemlə xəstəlik halları istisna olmaqla qarşılaşmırıq. Çünki beynimizin öz ağırlığı üzdüyü mayenin içində olarkən 1400 kq-dan 50 q-a qədər azalır. Yəni, beyində ağırlığı otuz dəfə azaldan sistem var. Bu sistem belə çalışır:

 

Beynin daxilində bəzi boşluqlar və bu boşluqların daxilində də yalnız beyində olan xüsusi damar yığınları var. Bunların vəzifəsi bədəndən beynə gedən qandakı zərdabı süzməkdir. Qan zərdabı əvvəl beyin daxilindəki boşluqları doldurur, sonra müxtəlif yollardan beynin xaricinə çıxır. Ən sonda da bu maye beynin üst hissəsində yerləşən tək istiqamətli valf sistemi (araknoidvillus) sayəsində ümumi dövrana (qan dövranına) geri dönür. Bu valflarin çox əhəmiyyətli vəzifəsi var: Mayenin beynə təzyiqini nizamlamaq.

 

Əgər bu nizamlama olmasaydı və təzyiq artsaydı, o zaman beynə düşən təzyiq beynin funksiyalarına təsir edərdi və bu vəziyyət bir çox xəstəliyə səbəb olardı.

 

Buna nümunə olaraq “hidrosefali”adlandırılan xəstəliyi göstərə bilərik. Bu xəstəlik növündə dövrandakı hər hansısa bir problemə görə beyindəki maye bir müddət sonra yığılmağa başlayır və yaranan təzyiq beyin funksiyalarına təsir edir. Əgər müdaxilə olmasa, yəni əməliyyatla bu maye boşaldılmasa artan təzyiq ağıl zəifliyi, hərəkət edə bilməmə, korluq, hətta ölümlə nəticələnən narahatlıqlara səbəb olar.

 

Beyindəki mayenin təzyiqi normadan daha az olduğu zamanda dözülməz başağrıları olar və beyin ziyan görməyə başlayar.

 

Beyindəki bu dizayn necə meydana gəlmişdir?

 

Beynimizin ən funksional şəkildə işini təmin edən bu dizaynın təsadüfən ortaya çıxması, əlbəttəki, mümkün deyil. Bütün bu funksiyaları gelə bənzər ət parçası olan beynin özü də yerinə yetirə bilməz. Bunu iddia etmək ağıl və məntiqdən tamamilə uzaqlaşmaq deməkdir.

 

Bütün bu həssas tarazlıqları qüsursuz nizam içində yaradan, hər şeyin yaradıcısı olan Allahdır.

 

Beynimiz kəllə ilə mühafizə edilmişdir. Bundan əlavə ağırlığını daşıması üçün bu kafi olmadığı üçün içində üzdüyü bir maye də var edilmişdir. Bu şəkildə ağırlığı 50 q-ma, yəni həqiqi ağırlığından otuz dəfə aşağı düşür.


45-) Diqqətlə qorunan qala: İnsan bədəni.

Nə qədər təmiz mühitdə olsaq da, yaşadığımız yerdə bir çox mikroorqanizmlər var. İndi oturduğunuz otağı bir mikroskopla tədqiq etmək imkanınız olsaydı, birlikdə yaşadığınız milyonlarla canlını rahatlıqla görə bilərdiniz.

 

Belə vəziyyətdə insan "əhatə edilmiş qala" kimidir. Şübhəsiz ki, ətrafı saysız düşmənlə əhatə olunmuş qalanın qorunması da planlı şəkildə olmalıdır. İnsan ehtiyacı olan bu mükəmməl müdafiə ilə birlikdə yaradılmışdır, yəni düşmənlərə qarşı müdafiəsiz deyil. Uca Rəbbimizin bədənimizdə yaratdığı "mikro" mühafizə sistemləri bizi hər cür zərərli orqanizmlərdən qoruyur.

Bədəni işğal etmək istəyən düşmən hüceyrələr əvvəlcə onların qarşısını alan ön cəbhələri keçmək məcburiyyətindədirlər. Bu cəbhələrdə bəzən çətin vəziyyətlər yaransa da, düşmənə rahat keçməyə imkan verilməz.

 

 

 

Mikro düşmənləri gözləyən maneələr

 

•          Düşmənin keçməli olduğu ilk cəbhə dərimizdir. Bir örtük şəklində bütün bədəni örtən dəri bir çox xüsusiyyətə malikdir. Bu möcüzəvi örtüyün ən zəruri xüsusiyyətlərindən biri də bədəni xəstə edən mikro düşmənlərdən qorumasıdır. Əgər bədən düşmənlərlə əhatə edilmiş qala kimi təsəvvür edilsə, dərini də bu qalanın möhkəm divarları kimi qiymətləndirmək olar.

 

•          Mikroorqanizmlərin bizə çatmaq üçün istifadə etdikləri yollardan biri də tənəffüs yollarıdır. Hər an nəfəs aldığımız havada yüzlərlə növ və xüsusiyyətə sahib olan mikroblar bu yolla bədənimizə girməyə çalışırlar. Ancaq burunun içində onları bir gözətçi kimi gözləyən maneədən xəbərsizdirlər. Burunun selikli qişasındakı xüsusi  ifrazat birbaşa və ya tozlar, damcılar və digər maddələrlə birlikdə tənəffüs sisteminə girən mikroorqanizmlərin təxminən 80-90 faizini tutaraq çölə atır.

 

•          Mikrobların bədənə başqa giriş yolları da yeməklərimizdir. Ancaq onların istifadə etdiyi bu yoldan da xəbərdar olan bədənimizin müdafiə sistemləri yeməklərin çatdığı bölgədə, yəni mədədə onları gözləyir. Mədə turşusu sayəsində bütün maneələri keçərək mədəyə girən mikrobların böyük hissəsi yox olur. Qalan mikroblar isə nazik bağırsaqdakı həzm fermentləri tərəfindən yox edilir.

 

 

 Müdafiə sisteminin göstərdiyi həqiqət

 

Bütün bu həqiqətlər qarşısında bəzi suallar yaranır.

Xaricdəki mikrobların qida yolu ilə bədənimizə girmək istəyəcəklərini, yeməklərin yolunu, mikrobların hansı sistemlə yox ola biləcəyini, bu maneədən xilas olduqları təqdirdə hara gedəcəklərini, hansı maddə ilə daha güclü şəkildə qarşılarına çıxılacağını kim təyin etmişdir? Ya da əvvəllər heç vaxt bədəndən xaricə çıxmayan, buna görə də mikrobların heç birinin kimyəvi quruluşunu araşdırmaq imkanı olmayan, eyni zamanda, kimya təhsili olmayan bədən hüceyrələri mikrobları yox edəcək maddələri haradan bilirlər? Şübhəsiz ki, fasiləsiz işləyən və mühasirə olunmuş qala kimi mikroblarla mühasirə edilmiş insan bədənini qoruyan belə bir müdafiə sistemini aləmlərin Rəbbi olan Uca Allah var etmişdir. Bir ayədə Allahın mükəmməl yaratma sənəti belə bildirilmişdir:

 

O, (hər şeyi) yaradan, yoxdan var edən, (hər şeyə) surət verən Allahdır. Ən gözəl adlar (əsmayi-hüsna) ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa (hamısı) Onu təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Həşr surəsi, 24)

 

Unudulmamalıdır ki, insanın 24 saat ərzində mikroblara hədəf olması həqiqətən böyük acizlikdir. Hal-hazırda ətrafınızdakı mikroblardan təsirlənmədən bu yazını rahat oxuya bilmənizi Uca Rəbbimizin ilhamı ilə hərəkət edən müdafiə sisteminizə borclusunuz. Buna görə də kiçik quruluşları ilə özlərindən qat-qat böyük olan insan bədənini xəstəliyə, bəzən də ölümə gətirib çıxaran virusların, mikrobların insanlara acizliklərini xatırlatmaq üçün Allahın yaratdığı xüsusi varlıqlar olduğunu unutmamaq lazımdır.


46-) Uçan balıqlar darvinist fərziyyələrin məhsulu olmadı.
  • Cəmi 50 cinsdən ibarət olan bu növə aid balıqlar mükəmməl üzgəclərini qanad kimi istifadə edib qısa məsafələri uçaraq qət edə bilirlər.

 

  • Uçan balıqlar 1,5 metr yüksəklikdə 2,5 metr məsafəni qət edə bilirlər.

 

  • Uçan balıqlar bu gün yaşayan canlılardır, son dərəcə mükəmməl varlıqlardır və mükəmməl YARADILIŞ MÖCÜZƏSİDİRLƏR.

 

  • 100 milyon il əvvəl yaşamış fosilləri vardır və milyonlarla il boyunca HEÇ DƏYİŞMƏYİBLƏR.

 

  • Əgər bu canlıların nəsli kəsilmiş olsa və yalnız qalıqları tapılsa, bu fosillər Darvinistlər tərəfindən aralıq forma olaraq göstərilir və dünyanın ən məşhur nəşrlərində təkamülün ən böyük dəlili olaraq təqdim olunur .

 

  • Lakin canlının bu gün yaşaması Darvinist fərziyyələrin önünü kəsir.

 

  • Darvinistlər tərəfindən aralıq mövqe tutan canlı forması olaraq tanıdılan bütün digər nəsli kəsilmiş canlılar təkamülçü nəşrlərdə aralıq-keçid formaları olaraq təqdim edilir.


47-) Zikir, yoxsa təfəkkür?

Cənabi-Allah Qurani-Kərimdə buyurur: “Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıl sahibləri üçün dəlillər vardır.” (“Ali İmran” surəsi, 3/190) Allah Rəsulu (sallallahu əleyhi və səlləm) da “Bu ayəni oxuyub təfəkkür etməyənin vay halına!” bəyanı ilə təfəkkürün əhəmiyyətini vurğulayır.

Ümmü Sələmə, başqa bir rəvayətdə isə Aişə anamız bu ayə nazil olanda və ya onu oxuyanda Peyğəmbərimizin ağladığını nəql edir.

Təfəkkür möminin həyatında çox mühüm yerə malikdir. Ancaq bunu qavramaq üçün təfəkkürün nə demək olduğunu bilmək lazımdır. Təfəkkürün ilk şərti müəyyən biliyə malik olmaqdır. Cahillərin təfəkkürü quru bir təxəyyüldən ibarətdir və tədricən bezginliyə səbəb olur, daha sonra insa onu mənasız görməyə başlayır. Odur ki, ilk növbədə təfəkkür edilən mövzunu bilməli, yəni əvvəlcədən müəyyən qədər məlumata sahib olmalıdır.

Xəyalpərəst deyil, mütəfəkkir…

Ay və ulduzların dövranını, insanlarla əlaqəsini.. vücudumuzu təşkil edən zərrələrin hərəkətini bilmək təfəkkür yolunda bir addım sayılır, ay və günəşin hərəkətini seyr edib kainatın valehedici gözəllikləri qarşısında şairanə ilhamlarla coşmaq isə təfəkkür deyildir. Bu cür düşünən, xəyallara dalan məlul, tənha və qərib bir çox naturalist şair var. Onlar mütəfəkkir deyil, mənəvi dünyasını və qəlbini itirmiş, ürəyini Mefistoya vermiş xəyalpərəstlərdir.

Bəzən onlar da düşünüb kainatın gözəlliyindən bəhs edirlər. Dünyəvi gözəllikləri elə mükəmməl təsvir edirlər ki, onların dilində sanki cənnətin gözəlliklərini dinləyirsiniz. Suların şırıl-şırıl axmasını, yağışın şırhaşır yağmasını, ağacların pıçıltısını, quşların zümzüməsini elə nəqş edirlər ki, oxuyarkən özünüzü cənnətin ortasında görürsünüz. Ancaq bu, təfəkkür olmadığı kimi, qəlbi və ruhi həyat üçün də bir məna ifadə etmir. Belə insanlar bir addım da irəliyə addım ata, təntənəli pərdənin o üzünə keçə bilməmişlər. Məhz bu cür təfəkkürün heç bir faydası yoxdur. Nə qədər dərin xülyalara dalırlar-dalsınlar, insan belə bir təfəkkürdən müsbət bir şey götürmür.

Yuxarıda da qeyd etdiyimiz kimi, təfəkkür üçün ilk növbədə ümumi biliyə malik olmaq lazımdır. Bəşəriyyətin hazırkı elmi səviyyəsini də nəzərə alsaq, insan bu bilikdən yararlanaraq yeni sintez və təhlillər aparacaq, onların dərinliyinə varacaq və fərqli nəticələr əldə edəcəkdir. Bu nəticələrdən faydalanaraq yeni nəticələr əldə edəcək, təfəkkürdə dərinləşəcək, tək tərəfli təfəkkür mərhələsindən çoxtərəfli təfəkkür mərhələsinə keçərək hərtərəfli təfəkkürə nail olacaqdır. Bütün bunlar isə məlumatlı olmaqdan asılıdır. Biliksiz insanın təfəkkür etməsi mümkün deyil. Bunun üçün çoxlu kitab oxumaq vacibdir. Növbəti mərhələdə isə təfəkkürün yol və üsulunu öyrənmək, ən sonda da şəriəti- fıtriyyəni (yaradılış qanunları) mütaliə etmək lazımdır ki, sabit və mükəmməl düşünmək mümkün olsun.

İnsan bir saat düzgün təfəkkür etsə, ərkanı-imaniyəsi (iman əsasları) dərinləşər, qəlbində Allah sevgisi, ilahi məhəbbət oyanar. Beləcə zövqi-ruhaniyə çatıb uca aləmlərə pərvaz edər.

İnsan məhz belə bir təfəkkürlə elə məqamlara çatır ki, ona yüksəlmək üçün bəlkə də, min il ibadət etmək lazımdır. Bu şüur və anlayışla Allaha yönəlməyən bir insan min il bir yerdə dayansa da, düşünüb təfəkkür etməmişsə, onun bir saatlıq təfəkkürlə əldə olunan məqamlara çatması mümkün deyildir. Ancaq bu, o demək deyil ki, min illik ibadət boşa gedir. Çünki Allah nə bir rüku, nə bir səcdə, nə bir qəvamə, nə də bir cəlsəni hədər edər. “Kim zərrə qədər yaxşı iş görmüşdürsə, onun əvəzini görəcəkdir. Kim də zərrə qədər pis iş görmüşdürsə, onu görəcəkdir” (“Zilzal” surəsi, 99/7-8) ayəsində keçdiyi kimi, hər kəs əməlinin qarşılığını görəcəkdir. İbadət edən insan ibadət borcunu ödəmiş olsa da, təfəkkürdən hasil olan dərinliyi əldə edə bilməz. Bu cür təfəkkür min illik ibadətə bərabərdir.

Təfəkkürün bəhrəsi – zikir

Bəzi vird (dua) və zikrlər də təfəkkürü inkişaf etdirir. Ancaq bu vird və zikrlərin dilimizə kifayət qədər tərcümə olub-olmaması barədə məlumatım yoxdur. Əlimizdə Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) bəzi məsuratından (Allah Rəsulunun səhər və axşam etdiyi dualar) qolu-qanadı qırıq tərcümələr olsa da, sələfin təfəkkürünün əsasını təşkil edən övradü-əzkar, dua, münacat və mülahizələrinin dilimizə tərcümə edilib-edilmədiyini bilmirəm. Ancaq ərəbcə mətnlərə baxanlar bu sətirlərdə insanı təfəkkürə səsləyən bir çox ifadənin olduğunu görəcəklər. Bu mətnlərə azca göz gəzdirənlər Şazəli kimi, kainatın zərrələri ilə Allahı zikr edən insanlarla qarşılaşacaq, Şahı Geylani kimi kainatın zərrələrini, hatta daha kiçik hissəciklərini təsbeh muncuqları kimi çevirənlərlə rastlaşacaq və o sətirləri oxumaqdan doymayacaqlar. Ərəb dilini bilənlər, bəlkə də, bunlardan daha çox faydalanacaq. Ancaq bilməyənlər də bu mətnləri oxuyarkən çox şey hiss edəcəklər.

Məhz bu şəkildə hər kəs vird və zikirlə təfəkkürünü inkişaf etdirmiş, Cənabi-Allahla irtibatını möhkəmləndirmiş olur. Nə bilmək olar, bəlkə, biz də belə insanlara baxıb özümüzü yeniləcəyik. Allah içimizi-çölümüzü islah etsin!

  • İnsan bir saat düzgün təfəkkür etsə, ərkanı-imaniyəsi (iman əsasları) dərinləşər və Allahla təfəkkür etməyənlərə nisbətən daha dərin münasibəti olar.
  • İnsan təfəkkürlə bir nəticəyə varmaq istəyirsə, əvvəlcədən müəyyən qədər məlumatlı olmalıdır. Bunun üçün də çoxlu kitab oxumaq vacib əhəmiyyət daşıyır.
  • Müəyyən vird və zikrlər də insanın təfəkkürünü inkişaf etdirir. Çünki bu vird və zikrlərdə əksini tapan cümlələr müəyyən bir təfəkkürün nəticəsində ortaya qoyulmuş ifadələrdir.

Məziyyətin varsa, özündə qalsın!

Cənabi-Allah hər bir insana fərqli qabiliyyət və keyfiyyətlər vermişdir. Bəzilərinə nitq qabiliyyəti vermişdir: belə insanlar məramlarını olduqca gözəl çatdırırlar. Bəziləri də davranış və hərəkətləri ilə çox cazibədar görünüb diqqət cəlb edirlər. Belə insanların davranışları qarşı tərəfin İslamiyyətə marağını artırır. Elələri də var ki, ilahi eşq və həyəcanla coşub-daşır, amma nitq qabiliyyəti yoxdur. Müxtəlif məsələləri çatdırmaqda çətinlik çəkirlər.

Allah hər insana fərqli bir məziyyət vermişdir və insan bu məziyyətini Verənin yolunda istifadə etməlidir. Nitq qabiliyyəti olanlar haqq-həqiqəti insanlara çatdırmalı, təşkilatçılıq qabiliyyəti olanlar işləri nizam-intizam salmaqla bu karvanda iştirak etməli, imkanı olanlar da maddi dəstək verməlidir… Allah bəzi insanlara da bu xüsusiyyətlərin heç birini deyil, eşqlə coşub-daşan bir qəlb vermişdir.

Əshabi-kiram arasında belələri də vardı. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) onlar haqqında “Allaha and içsələr, Allah onların andını yerə salmaz” deyirdi. O dövrdə insanlar bir çətinə düşər-düşməz, Allah Rəsulunun təqdir etdiyi bu səhabələrin başına toplaşıb dua istəyərdilər.

İnsan Allahın bəxş edilən bu məziyyətləri mümkün qədər gizlətməlidir. Zira bu məziyyətlər nə qədər gizli qalsa, görülən işlərin bərəkəti bir o qədər artar.

Bəli, insan iddialı olmamalıdır. Məsələn, gözəl danışıq qabiliyyəti olanlar “Əgər vəz versəm, söhbət etsəm, insanlardan doğru yola gələn mütləq olacaq” kimi fikirlərdən uzaq olmalıdır. İnsan məziyyətinə görə qürurlanmamalı, özünü başqalarından üstün görməməlidir, “Mən olmasam, bəlkə də, insanlar həqiqətləri daha yaxşı görərdilər” duyğu və düşüncəsi ilə hərəkət etməlidir.

Maddi vəziyyəti yaxşı olan və malını Allah yolunda infaq edən insanlar isə belə deməlidir: “Allah mənə imkan verdi. Mən bu mal-mülkün nəzarətçisi, əmanətçisiyəm və onu Rəbbimin yolunda sərf edirəm. Əgər O, mənə bu hissi verməsəydi, malımı Onun yolunda sərf edə bilməzdim! O, mənə həm mal-mülk, həm də vermə hissini bəxş etdi. Ona minlərlə şükürlər olsun.”

Xülasə, insan məziyyətlərini nümayiş etdirməməli, onları xafa turabı (gizlilik torpağı) altında saxlamalı, bir mənada torpaq olmalıdır. Sədi “Torpaq ol ki, gül bitirəsən” sözləri ilə bu həqiqəti necə də gözəl ifadə edir!

 


48-) Kainatdakı ümumi hikmət

Kainatda hər şeyin hikmətlə əhatə olunduğunu müşahidə edirik. Belə ki, hər şey faydalı olsun deyə və bir qayə üçün yaradılmışdır. Materialistlər məqsəd, səmərə və nəticəni, yəni hikməti inkar edərək Cənabi-Haqqın icraatının məqul (ağlabatan) olmadığını irəli sürürlər. Halbuki O, nəyəsə görə nəyisə eləməyə məcbur deyildir.

Quranda da buyrulur: “Aləmlərin Rəbbi Allah istəmədikcə siz bir şey istəyə bilməzsiniz (“İnsan” surəsi, 76/30). Üstəlik, insan Onun dilədiyindən başqa bir şeyi də diləyə bilməz. Çünki O, mütləq hakimdir. Eyni zamanda hər şeyi bir hikmətlə yaratmışdır.

İnsan bir anlıq özünə nəzər salsa, vücudunu meydana gətirən ünsürləri ayrı-ayrılıqda gözdən keçirsə, bir sıra hikmət və faydaların təbəssüm etdiyini, bircə atomun da, bircə zərrənin də lüzumsuz və əbəs yerə yaradılmadığını görər.

Nəhəng bir insanı xatırladan kainat da bu cür hikmətlərlə təchiz edilmişdir. Belə ki, bütün mövcudatda zərrə qədər də olsun mənasız, lazımsız bir şey tapmaq mümkün deyildir. Zahirən faydasız görünən, qımıldanmadan dayanan bir ağac yarpağında belə neçə-neçə hikmət və fayda gizlənmişdir! Hərçənd ki, Haqq-Təala bunları bu cür yaratmağa məcbur deyildir, ancaq Onun Hakim ismi bunu zəruri edir.

Bəli, makro aləmdən normo aləmə, oradan da mikro aləmədək bütün kainatda ümumi hikmət və məsləhət (faydalılıq, səmərəlilik) müşahidə edilir. İnsan yaradılış etibarilə bu üç aləmdə ən möhtərəm, ən seçilmiş varlıq olmağa layiqdir. Hələ təkcə maddi və fiziki (vücud) baxımından saysız-hesabsız hikmətlərlə sərəfraz olan insanın üç-beş günlük ömür yaşadıqdan sonra ölümlə yoxluğa məhkum edilməsi, yəni ikinci dirilişdən məhrum olması heç də ağlabatan görünmür.

Bəşər övladının maddi ehtiyaclarını belə tam təmin edə bilməyən fani bir dünyanın onun xəyal və əbədiyyət arzusu kimi kainata sığmayan istedad və qabiliyyətlərinə cavab verməsi qeyri-mümkündür. İnsanın heç bir duyğusu boş və əbəs yerə yaradılmamışdır. Demək ki, bu dünyada əbədi həyat arzusuna çata bilməyən insan övladı ona müəyyən bir hikmətlə verilən sonsuzluq duyğularının başqa bir aləmdə gerçəkləşdiyinə şahid olacaq.

 “Yoxsa sizi əbəs yerə yaratdığımızı və (qiyamət günü dirilib haqq-hesab üçün) hüzurumuza qaytarılmayacağınızı güman etdiniz? Həqiqi hökmdar olan Allah (hər şeydən) ucadır. Ondan başqa heç bir tanrı yoxdur. O, kərim (uca, qiymətli) olan ərşin Rəbbidir(“Muminun” surəsi, 23/115,116)

Yəni; Siz elə zənn edirsiniz ki, əbəs yerə yaradılmısınız və Allahın hüzuruna qaytarılmayacaqsınız? Uca Allah belə ədalətsizlikdən xali və pakdır. Sizi dünyaya göndərən, maddi olan vücudunuzun bütün arzularını, ehtiyaclarını təmin edən, ucsuz-bucaqsız kainatda ən kiçik varlığın ən kiçik arzusunu yerinə yetirən Allah (c.c.) sizin “əbədiyyət” kimi ən böyük diləyinizi gözünüzdə qoymayacaq və bir gün əbədi aləmin qapılarını üzünüzə açacaqdır.

Bir gün Nəbilər Nəbisi səadət məskəni olan məscidində oturumuşdu. Bu vaxt məscidə bir dəstə əsir gətirdilər. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) bir qadının təşviş içində nəsə axtardığını gördü. Qadın rastına çıxan hər uşağı bağrına basır, qoxulayır, sonra buraxırdı. Nəhayət, öz körpəsini tapdı, sinəsinə sıxdı, öpüb qoxuladı.

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) bu mənzərə qarşısında doluxsundu və hıçqıra-hıçqıra ağlayaraq barmağı ilə yanındakılara qadını göstərib:

– O qadını görürsünüz? – deyə soruşdu.

Səhabələr cavab verdilər:

– Bəli, ya Rəsulullah!

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) yenə üzünü onlara tutub:

– O qadın qucağındakı körpəsini Cəhənnəmə atarmı? – sual verdi.

Səhabələr:

– Xeyr, ya Rəsulullah! – dedilər.

İki Cahan Sərvəri bu hikmət dolu sözləri dedi:

– Allah o qadından daha şəfqətlidir, qullarını Cəhənnəmə atmaz. (Buxari, “Ədəb”, 18. Müslim, “Tövbə”, 22)

Bu hədislə izah etmək istəyirəm ki, bu qədər şəfqətli olan Allahın ədalət, rəhmaniyyət, rəhimiyyət, şəfqət və mərhəməti qulunu bir daha dirilməmək üzrə yoxluğun qaranlıq qoynuna atmağa imkan verərmi? Bəli, yoxluqla müqayisədə əbədi Cəhənnəm belə insanın ruhunda Cənnət qədər dəyərlidir. Yoxluq Cəhənnəmdən də betər olub insanın əbədiyyət istəyən ruhuna iztirab çəkdirən dəhşətli bir əzabdır.

Dünyadakı maddi nemətlər üçün mizan və ölçü yaradılmışdır. Ancaq ağıl, ruh, hiss, beyin və bunların nəticələri üçün hər hansı bir ölçü qoyulmamışdır. Ağılın səmərəsinə, fikirlərə, düşüncələrə aid ölçü vahidi yoxdur. Ancaq yediyimiz, içdiyimiz qidaların ölçü vahidi və müəyyən qiyməti vardır. Bunlar həm ölkədə və ya xaricdə valyuta məzənnəsinə görə müəyyən bir dəyər ifadə edir. İdxalat və ixracat bu əsasda həyata keçirilir. Kiçik bir torpaq parçasını da qiymətləndirmək mümkündür.

Lakin dərin ağılı, güclü müqayisə qabiliyyətini və iti zəkanı qiymətləndirmək üçün əlimizdə bir ölçü vahidi yoxdur. Məsələn, Şekspir və Hüqo kimi böyük şəxsiyyətlər əqli fəaliyyətlərinin səmərəsini bu dünyada görə bilməmişlər. Bu, məsələnin səthi tərəfidir.

Digər tərəfdən, məsələyə ciddi planda yanaşıb bir peyğəmbərin fətanətini (Peyğəmbərin üstün ağlın) düşünək. Məsələn, Peyğəmbərimizin ağlının, nəhayətsiz qəlbinin və hislərinin səmərələrini təsəvvür edək. Bir də bütün peyğəmbərlərin qəlbi duyğularını bir yerə toplayaq və nəzərə alaq ki, bunlar üçün heç bir mizan və tərəzi yaradılmamışdır, o zaman bu nəticə hasil olacaq: qəlbə aid bu mənəvi duyğular üçün də bir mizan və tərəzi yaradılacaq. Əgər bu mizan bu fani dünyada yoxdursa, demək, mütləq başqa bir aləmdə olacaq.

Biz qiyamət günü üçün ədalət tərəzisi qurarıq. Heç kəsə əsla haqsızlıq edilməz. Bir xardal dənəsi ağırlığında olsa belə, onu (hər hansı bir əməli tərəziyə) gətirərik. Haqq-hesab çəkməyə Biz kifayətik (“Ənbiya” surəsi, 21/47.)

Ayədən də göründüyü kimi bu dünyada, insanın lədüniyyatını (Allahu-Təalanın insanın qəlbinə ilham etdiyi ülvi hislər, feyzlər.) ölçəcək bir mizan, bir tərəzi yoxdur. İnsan mənən kamilləşdikcə tərəqqi edən bir duyğunun səmərəsini ölçə bilmirik. İnsanın sirr, xafi kimi duyğularının, eyni zamanda ona dünyadan və dünyadakı hər şeydən üz çevirtdirən və onu Allahdan başqa heç kimə və heç nəyə əl açdırmayan bu ülvi hislərin ölçü vahidi yoxdur. Hətta qəlbi bu duyğularla dolub-daşan insanlar belə çox vaxt onların mahiyyətini bilmirlər. Elə isə bütün bu ülvi duyğuları da ölçmək üçün axirət adlanan bir günün olması və gəlməsi bir zərurətdir. Çünki yer üzündə insanın maddi varlığı, orqanları üçün bir ölçü yaradılmışdır. Ancaq onun maddi vücudundan daha parlaq, daha ülvi olan lədüniyyatı üçün heç bir mizan və ölçü gözə dəymir. Bu ölçü dünya həyatında yoxdursa, demək, axirətdə yaradılacaqdır.

And olsun, insanı Biz yaratdıq və nəfsinin ona nə pıçıldadığını bilirik, (çünki) Biz ona şah damarından daha yaxınıq(“Kaf” surəsi, 50/16.)

Yəni: İnsanı Biz yaratdıq, içində nə cür vəsvəsələrin var-gəl etdiyini bilirik. Əks aspektdən: “İnsanı Biz yaratdıq və qəlbində necə ülvi duyğuların olduğunu da bilirik.”

Allah pis düşüncələrlə oturub-duran, get-gedə dayazlaşan, cılızlaşan və yararsızlaşan qəlbsiz bir insanı o biri dünyada qupquru odun parçası kimi həşr edəcək. Ulu Yaradan əyni-başı köhnə, zahirən çox pərişan görünsə də, hər qətrəsində ümmanlar çağlayan böyük insanların da qəlbini bilir. Uca Xaliq onları da hesaba çəkəcək, onların mənəvi kamilliyi səviyyəsində mizan yaradacaq və kamillikləri səviyyəsində mükafat verəcəkdir.

Həşr üçün heç bir səbəb olmasa belə, əhsəni-təqvimdə yaradılışla şərəflənən insanın o biri aləmdə əməllərinin mizana qoyulması və əsl qiymətini alması üçün məhşər gününə, Böyük Məhkəməyə ehtiyac vardır. Cənabi-Haqq vaciblik və zəruriliyə görə hərəkət etməkdən xalidir. Ancaq Onun Hakim ismindən yola düşüb bu dünyadakı lütflərinə əsaslanaraq, “Məhşər bir gün mütləq qurulacaq” həqiqətinə varırıq.

Cənabi-Haqqın müəyyən qayə və məqsədə xidmət edən möhtəşəm bir səltənəti vardır. Bu səltənət atomlar aləmindən başlayaraq ən böyük sistemlərə qədər uzanır. Onun möhürünün bütün aləmlərdə görünməsi bu səltənətin dəlilidir. Mikro, normo və makro aləmin hər yerində Onun möhrü müşahidə edilir. Bu səltənətin möhtəşəmliyi ondadır ki, ən kiçiyindən ən böyüyünədək heç bir yerdə qeyri bir gücün müdaxiləsini qəbul etmir.

Uca Allah bir mizan yaratmışdır. Varlığından xəbərdar olsaq da, həqiqətini anlaya bilmədiyimiz bir qanunla hökm edir. Əsasən, adları bizim tərəfimizdən qoyulan qanunlar meydana gələn hadisələri izah etmək üçün yetərli səbəb deyildir. Məsələn, cisimlər arasındakı müvazinəti itələmə və cazibə qüvvələri ilə izah etməklə iş qurtarmır, çünki bu qüvvələr baş verən hadisənin əsl mahiyyətini yetərincə açıqlaya bilmir. Ancaq məsələnin dərinliklərini bilmədiyimizə görə bu qədərlə kifayətlənməyə məcburuq. Həmin prinsipin hər yerə şamil olması bizi aldadır. Halbuki bu prinsipin doğruluğu, yəni hər yerə şamil olması məsələnin mahiyyətini deyil, o prinsipi ortaya qoyanın güc və qüvvətini izah edir. Elm hadisələri təsvir edir, səbəbini izah etmir. Biz hadisələrin, gedən proseslərin və kainatdakı qanunların səbəbini izah edə bilməsək də, hər şeydə bir hikmətin varlığı açıq-aşkar görünür. Nəticə etibarilə, olmuş, olan və olacaq hər şeydə bir qayə və hikmət vardır.

Əbədiyyətə uzanan əməllərin sahibi, əbədiyyətdən və əbədi Zatdan başqa heç bir şeylə tətmin olmayan (Qane olmaq) “Əbəd! Əbəd!” deyə fəryad edən, Cənnət və Camalullahı arzulamaqdan doymayan insanın yaradılışında da bir qayə və hikmət vardır. İşıqlı insanlar bu qayə və hikməti vicdanlarının ən dərin nöqtələrində belə hiss edə bilirlər.

(*Camalullah – Allahın camalı. Həqiqi gözəllik. Həqiqi, Mütləq gözəllik Allaha aiddir və möminlər. Cənnətdə Allahı Camal sifəti ilə görəcəklər.)

Həzrət Əbu Bəkrin (r.a) İslamı qəbul etməsi ilə bağlı müxtəlif rəvayətlər gəlmişdir. Bu rəvayətlər arasında səhihlik etibarilə ən qüvvətli olanlardan biri də budur:

Örtüyünü bir kənara atıb xalqı İslama çağırmaq əmrini alan İki Cahan Sərvəri Allah Rəsulu (sallallahu aleyhi və səlləm) öz-özünə düşündü: “Mən bu həqiqəti birinci kimə açım, kiminlə başlayım?” O anda ilk ağlına gələn Həzrət Əbu Bəkir (r.a) oldu. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) bu düşüncələrə daldığı zaman Həzrət Əbu Bəkir (r.a) də öz evində belə düşünürdü: “Bilirəm ki, məni və bu kainatı xəlq edən bir yaradan var. Lakin Ona nə ad verim, bilmirəm. Bu məsələni gedib Məhəmmədə açım. Çünki O, bu cür məsələləri hər kəsdən yaxşı bilir”.

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) və Həzrət Əbu Bəkir (r.a) bir-birindən xəbərsiz, biri Haqqın adını çatdırmaq, o biri isə Rəbbin adını öyrənmək fikri ilə evindən çıxır və küçədə üz-üzə gəlirlər. Bu gözlənilməz qarşılaşma ikisini də heyrətə salır. Evdən nə üçün çıxdıqlarının səbəbini bir-birindən soruşurlar. Hər ikisi də düşüncələrini deyir. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) sevinərək Həzrət Əbu Bəkri (r.a) haqq dinə dəvət edir. O da dərhal İslamı qəbul edib müsəlman olur. (İbn Kəsir, “əl-Bidayə vən nihayə”, III/27. Beyrut, 1966;)

Böyük bəsirət sahibləri əşya və hadisələrə baxaraq Cənabi-Haqqa yönələ bilirlər. Həzrət Əbu Bəkir (r.a) Yaradan haqda düşünmüş, Onu arayıb-axtarmış, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) da ona istiqamət verib əsl həqiqəti göstərmişdir.

Əşya və hadisələri araşdıran hər kəs onların üzərində parlayan ilahi möhürü görər, afaqi (kainata və ondakı dəlillərə, səbəblərə, qanunlara dair; bizdən xaricdəki aləmə dair; obyektiv.) və ənfüsi (bir şəxsə aid görüş və düşüncə; subyektiv.) təfəkkür nəticəsində bu hökmə varar: “Məni bu dünyada nəzarətsiz buraxmayan, əlbəttə, qəbrə girdikdən sonra da sahibsiz qoymayacaqdır. Bahar mövsümündə bitkilər aləmini həşr etdiyi kimi, mənim çəyirdək halına gəlmiş zərrələrimi də yenidən dirildəcək və bir Məhkəmeyi-Kübra quracaqdır”.

Kübra – Böyük.

Məhkəmeyi-Kübra – Böyük Məhkəmə, Məhşər.


49-) NİYƏ YARADILMIŞIQ?

   Bu sual bu və ya başqa tərzdə hər bir insanın qarşısına çıxır. Hətta dində şəkk edənlər belə dindarlara bu sualı verirlər. Onlardan bir çoxu sanki bu sualı verməklə dindarı aciz qoymağı məqsəd tutur. Çünki dinə şəkk edən insanın zatən dinə, ibadətə baxışı tamamilə başqadır, dindarın baxışı isə tamamilə fərqlidir. Bu barədə bir iki məqama toxunmaq istəyirəm.
    Hər şeydən əvvəl qeyd etməyim lazımdır ki, bu sualın cavabının nə olmasından asılı olmayaraq Allah bizi yaradıb və bizi yaradılış faktı qarşısında qoyub. Bundan qurtuluş yoxdur. Allahın bizi yaratmaqdakı həqiqi məqsədini dərk edə bilmədiyimizi fərz etsək yenə biz bu həqiqəti dəyişdirə bilmərik, çünki mövcud fakt qarşısında qoyulmuşuq. Bəli, yaradılmışıq, bir məqsəd üçün yaradılmışıq, çünki Hikmətli Yaradıcı heç bir şeyi əbəs olaraq yaratmaz. Bu nöqtəni vurğuladıqdan sonra belə bir sual verək: Bizim Allahın yaradılışdakı hədəfini, məqsədini bilməyimiz necə mümkündür? Buna insanlar üç cür cavab verə bilərlər:

   1) Bunu bilmək mümkün deyildir.

   2) Bunu öz əqlimiz və təfəkkürümüz ilə bilmək mümkündür.

   3) Bunu vəhy yolu ilə, yəni Allahdan aldığımız mərifət yolu ilə bilmək mümkündür. Birinci və ikinci cavab dinləri, vəhyi inkar edən deistlərin cavabıdır. Birinci cavab əhli ilə söhbətimiz kökündən fərqlidir, çünki onların halı bu ikisindən biridir: ya əbəs yerə yaradan hikmətsiz Allaha inanırlar, ya da bir məqsəd üçün bizə həyat bəxş etmiş, amma o həyatla nə etməli olduğumuzu bizə deməmiş bir Allaha inanırlar. Hər ik hal üçün söhbəti uzatmağa ehtiyac yoxdur.
   İkinci cavabın əhlinə gəldikdə isə belələrinin problemi budur ki, öz aralarında fikir ayrılığındadırlar. Biri təfəkkür ilə bir nəticəyə, digəri isə tamamilə başqa bir nəticəyə gəlib. Üstəlik sadə insan təfəkkürünün necə Allahın muradına çıxışının olduğunu soruşsaq cavab ala bilməyəcəyik.
    O zaman yerdə üçüncü və sonuncu cavab qalır. Allah bizi yaradıb və yaradılış qayəsini bizə vəhy yolu ilə çatdırıb. Maraqlı olan budur ki, bütün səmavi dinlər bu qayədə ittifaq halındadır. Əşiya kitabında Allahın adından bu sözlər deyilir:

Adımla adlanan, Şanıma xəlq etdiyim, Şəkil verib yaratdığım bütün o kəsləri (gətir).” (Əşiya 43:7)

   Allah insanları Öz Şanının ucaldılması üçün yaradıb. Qur`anın dilində isə Allah – Cəllə va Alə - buyurur:

Mən cinləri və insanları ancaq Mənə ibadət etsinlər deyə yaratdım.” (51:56)

   Burada həm dinə şəkk edənlərin, həm də dindarların özlərinin etdikləri bir xəta vardır. Dini inkar edənlər, deistlər – özləri Allahın yaradılışdakı hədəfi haqqında heç bir təsəvvürə sahib olmadıqları halda – etiraz edirlər ki, məgər Allahın bizim ibadətimizə ehtiyacı varmı? Xeyr, yoxdur. Belə bir təsəvvür Allahı insana bənzətməkdən ortaya çıxır, çünki insan bir şeyi bir məqsəd üçün etdikdə əksər hallarda bunu o məqsədə ehtiyacı olduğu üçün edir. Allah Vacibul-Vucud’dur, hər şey Ona möhtacdır, Onun heç bir şeyə ehtiyacı yoxdur. Amma biz müsəlmanlar eyni zamanda panteistlərdən, pandeistlərdən, spinozalardan fərqli olaraq Allahın İradəyə və Qüdrətə sahib bir Varlıq olduğuna inanırıq. İngilislər buna “personal God” deyirlər, müsəlmanlarda buna identik bir termin bilmirəm, ərəbcə “iləhun şəxsiyyun” olaraq tərcümə olunan bu sözə İslam alimlərinin istifadəsində rast gəlməmişəm. Məna cəhətdən qəsd olunan budur ki, Allahın öz yaratdıqları ilə münasibəti vardır, Allahın sevdiyi və sevmədiyi şeylər mövcuddur. Allah Öz ixtiyarı ilə istədiyini edir. Misal üçün Allah ədaləti sevir, zülmü sevməz. Allahın ədaləti sevməsi ona ehtiyacı olduğu üçün deyildir, eləcə də Allah rəhməti, şəfqəti sevər. Bunları sevməsi isə bunların Allahın ilahi vəsfləri olmasına görədir. Allah ədalətli olduğu üçün ədaləti sevər, rəhimli olduğu üçün mərhəməti sevər. Yaradan olmaq, Bağışlayan olmaq, Məbud olmaq Allahın əzəli ilahi sifətləridir və ona görə də yaratmağı, bağışlamağı, ibadət olunmağı sevər. Ona görə də Allah istədiyini edir. Bəzi müsəlmanların bu nöqtəni anlayışlarındakı xətaları isə qayəni sadəcə ibadətdə məhdudlaşdırmaqdadır, ibadət sözünün zahirində durarlər və ondan gerisini düşünməzlər, bu barədə tələb olunduğu şəkildə təfəkkür etməzlər. Biz təfəkkür etmək istəyənləri istiqamətləndirmək istərdik. 
   Bunun üçün Allahın ilahi vəsflərini bir daha xatırladaraq növbəti düşüncəmizi bunun üzərinə bina edəcəyik. Allah məbuddur, ibadət olunmağı sevər, heç kimin və heç bir şeyin ibadətinə ehtiyacı yoxdur. Biz “Mən cinləri və insanları ancaq Mənə ibadət etməkləri üçün yaratdım” ayəsində sadəcə “ibadət” sözündə dursaq bəzi suallar ortaya çıxacaq. Məgər Allah bizə Bəqərə surəsində bunu xəbər vermirmi?

“Rəbbin mələklərə “Mən yer üzündə bir xəlifə yaradacam” dediyində onlar - “biz Səni həmd-səna ilə təriflədiyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada fəsad törədib qan axıdacaq kəslərimi yaradacaqsanmı?” – dedilər.” (2:30)

   Mələklər – “biz onsuz da Sənə ibadət edirik, Səni müqəddəsləşdiririk, Səni həmd-səna ilə ucaldırıq, insanlar isə Sənə itaətsizlik edəcəklər, fəsad çıxaracaqlar, nə üçün onları yaradırsan?” – dedilər. Allah isə buna cavabında

“Şübhəsiz ki, Mən sizin bilmədiklərinizi bilirəm” dedi.” (2:30)

   O zaman bizim Zariyət surəsindəki ayədə keçən “ibadət” sözünün üzərinə mərkəzləşməyimiz doğru deyildir, çünki onsuz da mələklər də Allaha ibadət edirdilər. O zaman mələklərdən bizi fərqli edən nədirsə onun üzərində düşünməliyik. Mələklərdən əsas fərqlərimizdən biri budur ki, biz xəta edə bilirik. Xəta etməyimiz isə Allahın bizə verdiyi seçim haqqı ilə mümkündür. Ola bilsin ki, Tövratda və nəbəvi hədislərdə keçən “Allah Adəmi Öz surətində yaratdı” sözünün sirri burdadır, yəni seçim və ixtiyar Allahın sifətlərindəndir və bunu bəşəriyyətə bəxş edib. Mələklər xəta etməzlər, lakin insanlar xəta edərlər, üstəlik bu xətalarından tövbə də edərlər, peşman da olarlar, Allahdan bağışlanma da diləyərlər. Biz insanlar mələklərin edə bilmədikləri ibadət növlərini edə bilirik, biz Allahın qarşısında tövbə edə bilirik, Allaha yalvarıb günahlarımız üçün bağışlanma diləyə bilirik, Allahın rəhmətinə ən çox möhtac olduğumuzu göstərə bilirik, təkəbbürlük edib şeytana tabe olduğumuz kimi tövbə edib Rəbbimizə də qayıda bilirik. Yuxarıda dedik ki, Allah Bağışlalyandır və bağışlamağı sevər, Allah Rahməndir və rəhməti sevər, Allah Rahimdir və mərhəməti sevər. Ona görə də bir hədisi-şərifdə peyğəmbərimiz – aleyhissalətu vassələm – buyurur:

“Nəfsim əlində olana and olsun ki, siz günah etməsəydiniz Allah sizi götürər və yerinizə günah edən bir başqa qövmü gətirərdi ki, onlar Allahdan bağışlanma diləsinlər və Allah da onları bağışlasın!” (Sahih Muslim)

   Quranda da bu mənaya dəlalət vardır:

“Əgər Rəbbin istəsəydi insanları tək bir ümmət edərdi, onlar isə daim ixtilafdadırlar. Yalnız Rəbbinin rəhm etdiyi şəxslərdən başqa. Allah onları bunun üçün yaratdı.” (11:118-119)

   Bir təfsirə görə Allah burada “onları bunun üçün yaratdı” dedikdə murad edir ki, onları “seçimlərində ixtilaf etsinlər deyə” yaratdım. Mücahid, Qatədə və Dahhək’dən gələn bir başqa təfsirə görə isə “Allah onları bunun üçün yaratdı” sözü ilə “rəhməti” qəsd etmişdir. Yəni Allah onlar seçim haqqı vermiş, onları ixtilaf edənlər, xəta edənlər olaraq yaratmışdır ki, onlardan tövbə edib Allahın yoluna qayıdanlara rəhm etsin! Ona görə də ayədə “cinlər və insanların” xüsusiləşdirilməsinin mənası bundadır, yoxsa Allah mələkləri də ibadət etsinlər deyə yaradıb. 
    Bəs ayədə keçən “ibadət” sözünün ötəsi nədir? Biz ibadət sözündən hansı mənaları anlamalıyıq?

   İbadət Allahın sevdiyi, bizim isə ehtiyac duyduğumuz əməldir. Lakin ibadətdən savayı bir qayə vardır. Bu qayəni bizə Allahın elçisi – aleyhissalətu vassələm – qüdsi bir hədisdə belə çatdırır:

“Allah dedi: Kim Mənim bir dostuma düşmənçilik edərsə ona hərb elan edərəm. Qulum Mənə ona fərz etdiklərimdən Mənə daha sevimli bir şeylə yaxınlaşmaz. Qulum mənə nafilələr ilə o qədər yaxınlaşar ki, onu sevərəm. Onu sevərəmsə onun eşitdiyi qulağı olaram, görən gözü olaram, tutduğu əli olaram, gedən ayağı olaram. Əgər Məndən istəyərsə verərəm. Əgər Mənə sığınarsa ona sığınacaq verərəm.” (Sahih əl-Buxari)

   Bu hədis Allah dostları haqqındadır. Bəli, ibadətlərimiz bizi Allaha yaxınlaşdırır və bizim Allahın dostları zümrəsindən olmağımız üçün qapımız ibadətdir. Allahın dostları isə yaratdıqları içərisindən Allahın ən sevdiyi məxluqlardır. Allahın yaradılışdakı qayəsinin daha bir tərkib hissəsi də budur. Şəhvətlərini, əyləncələrini, ləzzətlərini tərk edib Allaha üstünlük verən Allah dostları bu yaradılışın ən əsas qayəsidir. Allah onları sevər və onlar da Allahı sevərlər. Allah onlara görə bu kainatı yaratdı. Bu Allah dostlarının başında Onun elçiləri gəlir, sonra siddiqlər, şəhidlər və salehlər gəlirlər. Ona görə də peyğəmbərdən – salləllahu aleyhi va səlləm – və bəzi səhabələrdən rəvayət olunan “Muhəmməd olmasaydı göyləri və yeri yaratmazdım, cənnəti və cəhənnəmi yaratmazdım” hədisinin sirrinin bu olduğunu deyə bilərik. Yəni yaradılışın ən son qayəsi peyğəmbərimiz Muhəmməddir, yeganə qayəsi o deyildir, lakin ən güclü qayə odur, onun kimi digər peyğəmbərlər də, salehlər də bu yaradılış qayəsinin ən önəmli tərkib hissələridirlər. Bəli, əgər Muhəmməd olmasaydı, peyğəmbərlər, övliyalar olmasaydı Allah bu kainatı, cənnəti və cəhənnəmi yaratmazdı.

   Elmə zirzəminin dar nəfəsliyindən baxan bəzi müsəlmanların etirazlarını qabaqlayaraq demək istəyirəm ki, bəli, “sən olmasaydın dünyanı yaratmazdım” hədisi tənqid olunub, eyni zamanda da səhih saymış alimlərimiz də olublar. Önəmli olan bu hissəsi deyildir, önəmli olan budur ki, bu hədisi Harun bin əl-Abbas, Muhəmməd bin Bişr bin Şureyk, əl-Xalləl, əl-Acurri, İbnul-Cəvzi, Əbu Talib əl-Məkki, İbn Dihyə əl-Kəlbi kimi alimlərimiz, imamlarımız rəvayət ediblər, mənasını təsdiq ediblər.

  İbn Teymiyyənin bu barədəki sözləri maraqlıdır:

  “Muhəmməd Adəm oğullarının ağasıdır, yaradılmışların ən əfzəlidir və Allahın ən sevdiyidir və “Allah onun üçün aləmi yaratdı” və ya “o olmasaydı Allah ərşi, kürsini, səmanı, yeri, günəşi və ayı yaratmazdı” sözünü deyən kəs buradan çıxış edərək deyib... və Muhəmməd bu növün insanıdır, bu dəyirmanın ortasıdır və bu cəmin hissələri sanki məxluqatlarda qayələrin qayəsidir. Ona görə də “hər şey onun üçün yaradılıb” və ya “o olmasaydı heç bir şey yaradılmazdı” deyənin sözünü inkar etmək olmaz. Bu və buna bənzər sözlər Kitab və sünnətin dəlalət etdiyi məna ilə təfsir olunarsa qəbul edilər.”

   Peyğəmbərimiz – aleyhissalətu vassələm – övliyaların seyididir, Allahın ən çox sevdiyi məxluqdur, lakin Allahın sevdiyi yeganə məxluq deyildir. O, qayələrin qayəsidir, yeganə qayə deyildir. Bu mənada Allah insanları və cinləri yaradıb ki, Ona ibadət edək, ibadətlərimizlə Ona yaxınlaşaq, Onun ən yaxın bəndələrindən olaq və Onun dostlarından olaq, Onunla ünsiyyətdə olaq. Yaradılışın qayəsi, hədəfi, məqsədi budur. Allah bizi o gözəl mənzilə çatanlardan etsin!