Most Read in the Category of Aktual Məsələlər

1-) Etdiyimiz hərəkətlərin doğru və yalnış olduğunu necə anlaya bilərik?

Nəyin səhv nəyin doğru olduğunu təyin edən Allah`dır (Cəllə Cəlaluhu) və bunları biz insanlara Qur`an-i Kərimdə bildirmiş, Son Peyğəmbəri Hz Muhamməd Mustafa sallallahu aleyhi və səlləm vasitəsiylə də bunların  necə yaşanılacağını ən mükəmməl şəkildə göstərmişdir.

Qur`an və Sünnədə əmr olunanları, Allah`ın razı olduğu, inasnı cənnətə aparan əməlləri etməli, qadağan olunan, pis əməl olaraq bildirilənləri də etməməliyik.

Əgər hər hansı bir əməlimizdən, edəcəyimiz işdən Allah`ın yoxsa şeytanın razı olacağını müəyyən edə bilmiriksə o zaman vicdanımıza (qəlb-nəfs) müraciət etməliyik.

Vicdan deyərkən insanın fitrətini nəzərdə tuturuq.

"O halda (Həbibim) sən üzünü bir muvahhid olaraq dinə yönəlt. Allah'ın insanları yaratmasında əsas aldığı o fitrətə uyğun hərəkət et ... "(Rum Sûrəsi, 30/30)

Şəms Surəsi'ndə də bəzi məxluqata and içilməkdədir, bunlardan biri də nəfsdir. Yeddinci və səkkizinci ayələrdə, "nəfsə və ona bəzi qabiliyyətlər verib də yaxşılıq və pisliklərini ilham edənə" and içilməkdədir.

Haqq varlığının susmayan bütün şahidləri kimi, vicdan da təkbaşına haqqı və həqiqəti hayqıran ilahi və səmavi sədadır. Ancaq bu, bizim tərif etdiyimiz vicdana aiddir. Əksinə nəfs mexanizminin altında qalıb əzilmiş bir vicdandan eyni nəticələri gözləmək, əlbəttə, mümkün deyil.

Bəli, şəhvət, kin, qəzəb, şan-şöhrət dəlisinə çevrilmiş bir insan təsəvvür edin. Belə bir insan hər işində ruhunu saran bu mənfi hislərin təsiri altındadır. Belə vicdanın əli-qolu bağlı, dolayısilə, təsirsizdir. Biz belə bir insana sözün tam mənasında "vicdansız" deyirik. Belə insanların vicdan mexanizmi haqqında məlumatı olmadığı kimi, vicdanın ifadə etdiyi mənanı və onun ali məqsədini də sezməsi mümkün deyil.

Ölməmiş, korranıb da haqla batili, doğru ilə yalnışı ayırd edə bilməyəcək hala gəlməmiş hər bir vicdan, sahibinə haqqı, doğrunu söyləməkdədir

Sağlam olub da ilk yaradılan vəziyyətindən fərqlənməyən vicdanlar doğrunu hayqırar və doğru ilə rahat olar. Öz əslindən uzaqlaşma dərəcəsinə görə vicdanın doğrunu söyləmə səviyyəsi (qabiliyyəti) hayqırtıdan pıçıltıya qədər düşər. Belə vicdan sahiblərinin doğrunu sezmək qabiliyyəti çox çətinləşər.

Ölmüş və tamamiyylə korlanmış vicdanlar isə yalnız yalnışı hayqırar, günahlardan zövq alar, yavaş-yavaş o vicdan cəhənnəmə layıq bir vəziyyətə gələr.

Bir misal verəcək olsaq; Batareya ilə işləyən bir mina axtaran təsəvvür edək. O batareya nə qədər güclü olsa, mina o qədər asanlıqla təyin olunar. Batareya zəiflədikcə minanı təyin  etmə qabiliyyəti azalar. Batareyası işləməyən mina axtaran isə mina partlayışının qurbanı olar.   

İnsanda mövcud olan nəfs isə pis şeyləri əmr etməkdə, yalnışları gözəl, rahat göstərməkdədir. Gələn istəyin nəfsdən gəlib gəlmədiyini təyin etmək çox incə bir işdir. Ona görə də bizlər bu məsələdə belə bir yol təqib etməliyik: edəcəyimiz iş bizə rahat, asan, xoş gəlir və onu etməmək çətindirsə, bizə ağır gəlirsə bunu etməməliyik. Məsələn; bir insanla danışarkən onun sözlərinə cavab vermək istəyirksə, içimizdən bir səs “cavab ver” deyirsə və ona cavab verməkdən özümüzü güclə, çətinliklə saxlayırqsa qətiyən danışmamlı susmalıyıq. Və yaxud gedəcəyimiz iki yol arasında qalarkən bir anlıq dayanıb düşünməli, özümüzü analiz etməli və bizə asan, rahat gələn istiqamətə getməməliyik. Bu örnəyi həyatımızın buütün sahələrinə də şamil etnək olar.

 

 

Qəlb, ruh, sirr (İnsanın ruhunda mövcud olan bir hissin adı.), xafi (Gizli, zərif və dərin bir duyğu. İnsanın batini hislərindən biri.), axfa (Çox gizli, ruhun dərinliklərində olan hiss.), əmr aləminə (Yalnız ilahi əmrlə bütün işlərin dərhal gerçəkləşdiyi aləm. Yaradılışa aid qanunlar aləmi.) aid Rəbbani lətifələr ( Qəlbin ayrı bir dərinliyinin ünvanı), iradə, idrak, şüur, hiss və duyğular vicdan mexanizmini meydana gətirir; hər cür şəhvani arzu, istək və kaprizlər (şıltaqlıq), kin, nifrət, hərislik, inadkarlıq kimi müəyyən hikmət və məqsəd üçün insana verilən duyğular da nəfs mexanizmini təşkil edir... Bu iki mexanizm daim bir-birinin əleyhinə işləyir. Belə ki, vicdan mexanizmi qələbə çaldığı təqdirdə nəfs mexanizmi də müsbətə çevrilər və insanın ucalıb yüksəlməsinə xidmət edir. Bəli, təsəvvüfçülərin təsnifi ilə desək, nəfs mexanizmi əmmarəlikdən (Daim pisliyi əmr edən, ləzzət və şəhvəti istəyən, qəlbi səfalətə, günaha sövq edən tərbiyə olunmamış nəfs.) sıyrlılaraq ləvvamə (Günah işlədikdən sonra özünü qınayan nəfs), mülhəmə (İlahi ilhamlarla şərəfləndirilmiş nəfs.), raziy (Başına gələn hər hadisəni Allahdan bilib razı olan nəfs.), mərziyyə (Allahın rizasını qazanmış nəfs.)və safiyə (Vəhbi olan lədünni elmlə şərəflənən ənbiya varislərinin vəsfidir.) dərəcələrinə sıçrayaraq insan üçün yararlı mahiyyət qazana bilər.

Cənnət nəfsin xoşuna gəlməyən şeylərlə, Cəhənnəm (nəfsani arzu və istəkləri qabardan) şəhəvatla əhatə olunmuşdur..." (Buxârî, Riqaq 28; Müslim, Cənnət 1. (Ləfz Müslimdən alınmışdır.)

Cəhənnəm şəhvətlərlə örtülü, şəhvət boğçasına bükülü və şəhvət atmosferinə açıqdır. Cənnət isə zahirən xoşagəlməz şeylər və məkarihlə pərdəlidir. Hər şe­yi maddədə axtaranlara, materiyada arayanlara Cənnət yollarında çəkilən iztirablar, məşəqqətlər heç də xoş, gözəl görünmür.

Cəhənnəm şəhvət atmosferi ilə əhatələnmişdir. Bu atmosfer kənardan çox cazibədar görünür; yemək, içmək, yatmaq, nəfsin xoşuna gələn hər şeyi əldə etmək və cismən tətmin olma kimi arzulara səslənən nə varsa xalça və naxış kimi Cəhənnəmi bəzəmişdir. Xülasə, Cəhənnəm yolu insanın cismaniyyətini, nəfsini qı­cıqlandıran bir şəhvət mozaikasıdır.

Cənnət isə məkarih (nəfsin xoşuna gəlməyən şeylərlə) içində bir sədəfdir; dəstəmaz almaq, namaz qılmaq, həccə getmək, zəkat vermək, cihad etmək, Allah yolunda məşəqqətlərə dözmək, bəzən bir parya* (*Hindistanda ictimai təbəqələrə (kastalara) daxil olmayanlar. Paryalar bütün ictimai hüquqlardan məhrumdur) hesab edilmək, hər cür insan haqqından məhrum olunmaq, həbsxana-həbsxana gəzdirilmək, sadəcə "Rəbbim Allahdır" sözünə görə döyülmək, sürgün edilməyə və edama məhkumiyyətə qədər ağılın zahirən kərih (pis) gördüyü şeylər... Bəli, Cənnəti də məhz bunlar əhatə etmişdir. Kənardan baxanlar bu pərdələri keçə bilmir, ona ilişib qalırlar. Cəhənnəm zahirən qıcıqlandırıcı, cazibədar, Cənnət də ürküdücü, "xoşagəlməz" görünüşə malikdir. Buna görə də insanların çoxu məsələnin zahiri tərəfinə baxmış və aldanmışdır. Dolayısilə, Cəhənnəmə talib olan çox, Cənnət istəyən isə olduqca azdır.

İnsanların çoxu xırda hesablar dalınca qaçırlar. "Namaz yaxşıdır, lakin gün­də beş dəfə qılmaq mənə çətin gəlir" deyən bir insan namazın azacıq zəhmətini gözündə dağa döndərib o tərəfini görə bilmir. Qışda dəstəmaz almağın çətinliyi bəzilərini yarı yolda qoyur. Halbuki, yuxarıdakı hədisdə gördük ki, dəstəmaz bu kiçik zəhmətə qatlananları addım-addım Cənnətə yaxınlaşdırır. Orucda, zəkatda, həcc və cihadda da eyni şeyləri düşünmək mümkündür. Ağlı ağıllı qərarlar verməsinə mane olan neçə-neçə insan bu kiçik və zahiri əngəlləri aşa bilmir, Cənnətin ətrafındakı məkarihi görüb bu yoldan daşınırlar.

Cəhənnəm isə (insanları özünə çəkmək üçün) bəsit həvəsləri əlində tələyə çevirmiş bir cadugərdir. Çox insan aqibətindən xəbərsiz milçəklərin bala cumması kimi, Cəhənnəmin bu cazibədər, "şirin" zəhərinə doğru qaçır. Bəli, şəhvət onlar üçün zəhərli bir baldır. Bu insanları alova doğru uçuşan pərvanələrə də bənzədə bilərik, aqibət yenə acınacaqlıdır. O insanlar ağılsız-ağılsız Cəhənnəmin ətrafını bürüyən "şəhvani"lərə doğru yürüyər və bir də baxarlar ki, Cəhənnəmdədilər. Pərdənin arxasını tam dərk edə bilmədiklərinə görə Cəhənəmi əhatə edən şeylər cismani arzuları coşdurar və onları özünə cəzb edər. (Bu məsələni Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) belə bir təmsillə izah edir: "Mən oda atılan pərvanələri xilas etmək istəyən adam kimi ətəyinizdən çəkirəm, amma siz onun içinə atılırsınız," (Buhârî, rikâk 26; Müslim, fedâil 17-19. (Müslimdən alınmışdır.)

Yollar ayrıcındakı Zatı - Rəsulullahı (sallallahu əleyhi və səlləm) ta­nıyan, Onun bəyanları əsasında özünə istiqamət təyin edən, həqiqəti dərk edən insanlar isə Cənnət yollarının sağını-solunu tutan məkarihin iç üzünü anlayar, zahirinə aldanmazlar. Çünki onların vicdanında nüvə şəklində olan Cənnət hər an inkişaf edir və ruh dünyasına hopur. Başqa insanlar Cənnəti çöldə axtararkən, onlar iç dünyalarında tapdıqları Cənnətlə səfa sürürlər. Halbuki, dünyanın maddi Cənnətində yaşayan insanlar onların vicdanda yaşadığı Cənnətin bir dəqiqəsini belə bir ömür boyu tapa bilməzlər. İman içində Cənnət olan çəyirdək, küfr içində Cəhənnəm daşıyan toxumdur. Bunlar o biri aləmdə böyüyüb qol-budaq atacaq və həqiqi Cənnət və Cəhənnəmə çevriləcək. Demək ki, mömin dünyada belə Cənnət həyatı yaşa­yır, amma yaşadığı şeylər zahirən məkarih kimi görünür.

Cənnətə qovuşma arzusu ilə çırpınan ruhlar bu hər mənzili bir səadət xanəsi olan yolda çox vaxt ruhun əksinə olaraq, nəfsin xoşuna gəlməyən dəstəmaz, namaz, oruc kimi fiziki ibadətlərin çətinliklərinə, zəkat, sə­dəqə və digər vergi növləri kimi olduqca ağır mükəlləfiyyətlərə, həcc və cihad kimi maddi və cismani mükəlləfiyyətlərə qatlanırlar. Bəziləri üçün bu mükəlləfiyyətlər keçilməz səddə çevrilir. Bu yolda kimiləri dəstəmaza, namaza, kimiləri aclığa, susuzluğa, kimiləri mal-mülk, can sevgisinə, kimiləri də bir neçəsinə birdən ilişib qalır və bütün dəbdəbə və ehtişamı ilə bir-neçə addımlıqda onu gözləyən Cənnətə çata bilmir.

Bəli, Cənnət (bir neçəsini qeyd etdiyimiz) yüzlərlə mükəlləfiyyət və məsuliyyətin o biri ucunda neçə-neçə maneə və əngəllərlə əhatələnmiş gözəl dünya və hər cür xoşbəxtlik təsəvvürlərinin fövqündə rənga­rəng bir röyalar ölkəsidirsə - ki, elədir - buna müqabil Cəhənnəm də nəf­si coşduran, cismani arzuları cuşa gətirən, hədsiz istək, ehtiras və şəh­vətlərlə əbədiyyət yolçularının qarşısını kəsən, zəif ruhların diqqətini daim öz üzərində toplaya bilən və qara dəliklər kimi səmtindən keçən­ləri o müdhiş "mərkəzəqaçma" gücü ilə cəzb edib köksündə yox edən bir qulyabanilər qəyyasıdır.

Cəhənnəmin o bəzəkli hicabına baxıb ovsunlanan və özünü o qəyyaya atan, Cənnətin də sırf zahirinə, görükən tərəfinə baxıb o əbədi xoşbəxtlik diyarından, o mükafatlar aləmindən (Cənnətdən) ürküb geri çəkilən nə qədər insan vardır!

Fitrət haqqında məlumat verə bilərsinizmi? "Fitrətə uyğun hərəkət etmək? (Rum surəsi, 30/30) nə deməkdir?



2-) Sünnə namazlarının əhəmiyyəti nədir? Namazların yalnız fərzlərini qılmaq kifayət deyil?

Namazı qaçırma təhlükəsinin olduğu hallarda, fərz namazını da olsa vaxtında qılmaq lazımdır. Yalnız fərz qılındıqda namaz borcu ödənilmiş olar. Amma imkan varsa fərzlə birlikdə sünnələr də qılınmalıdır. Çünki, "Fərz namazlarından əvvəl qılınan sünnələr, şeytanın həvəsini, hilylə və vəsvəsələrini kəsir." Şeytan: "Bu adam fərz olmayan namazı belə buraxmadı; heç fərz namazı buraxarmı!" deyərək həvəsi qırılar.

rzlərdən sonra qılınan sünnələr isə namazlarımızdaki əskik və qüsurları tamamlamaq üçündür. (bax. İbn Abidin, Rəddul-Muxtar, 2 / 12-13)Bu səbəblə istər fərzdən əvvəl istərsə də fərzdən sonra olan sünnə namazlarını da qılma mövzusunda çox diqqətli olmalıyıq.

Digər tərəfdən sünnəyə uymaq, kainatın yaradılışına səbəb olan Rəsuli-Əkrəm Əfəndimizi xatirimizə gətirmək, ona olan bağlılığımızı göstərmək deməkdir. Çünki Allahın əmrlərini yerinə yetirmək bir möminə necə bir hüzur verirsə, Rəsulullaha (a.s.v) uymaq, sünnələrini yerinə yetirməyə çalışmaq da o dərəcə həyatı mənalandırır, işıqlandırır. Onsuz da Allaha olan ən gözəl itaət və sevgi, Onun Həbibinin göstərdiyi yolu təqib etməklə mümkündür. Beləcə, xüsusilə ibadətlərdə Peyğəmbərimizin göstərdiyi şəkildə hərəkət etmək, həm Allaha olan sevgi və yaxınlığımızın dərəcəsini göstərəcək, həm də ibadətlərimizin məna və feyzini artıracaqdır.

Nafiləməcburi olmadan edilən ibadət deməkdir. Fərz və ya vacib namazlar xaricində qalan və Rəsulullahın (a.s.v) qıldığına dair rəvayət olan namazlar mənasına gəlir. Bunlar da sünnə olan nafilə və məndub olan nafilələr olmaq üzrə ikiyə ayrılır. Sünnə olan nafiləAllah elçisinin etməyə davam etdiyi və ancaq nadir olaraq etmədiyi qüvvətli işlərdir. Bəzi vaxtlarda bu işləri etməməsinin səbəbi insanlara fərz olmadığını göstərməkdir. Məndub olan nafilə isə,Hz. Peyğəmbərin bəzən edib bəzən etmədiyi, qüvvətli olmayan sünnələrdir. Mənduba müstəhəb də deyilir.

Fiqh üsulunda nafilə, sünnə, tatavvu, müstəhəb və ihsan terminləri "məndub"la eyni mənada istifadə edilir.

Müəkkəd olan sünnələr: Beş vaxt namaza və cümə namazına bağlı olaraq qılınan namazların bir hissəsi müəkkəd sünnədir. Bir hədisdə bu xüsusiyyətdəki sünnələr belə təyin olunmuşdur:

"Hər kim bir gün və gecədə, fərz namazlar xaricində on iki rükət namaz qılarsa, Allah Təala ona cənnətdə bir ev tikəcəkdir. Bunlar bu namazlardır: Sübh namazından əvvəl iki rükət, günortadan  əvvəl dörd rükət, günortadan  sonra iki rükət, axşamdan sonra iki rükət və yatsıdan sonra iki rükət. "(Tirmizi; Salat, 189; Nəsai, Qiyamul-Leyl, 66; İbn Macə, İqamə, 100)

Qeyri-Müəkkəd Sünnələr: Hz. Peyğəmbərin ara verərək davam etdiyi və bəzən tərk etdiyi sünnələr olub bunlara məndub da deyilir. Bu namazlar bunlardır:

nəfilərə görəyatsı namazından əvvəl və ikindi namazından əvvəl qılınan dörd rükət namaz müəkkəd olmayan (məndub) sünnələrdəndir. Yatsı namazından əvvəl və sonra tək bir salam ilə qılınan dörd rükətlik nafilə namaz sünnəti qeyri-müəkkəddir. Yatsının son sünnəsinin iki rükət olaraq qılınması isə müəkkəd sünnədir.

1.İkindi namazından əvvəl tək salamla qılınan dörd rükət namaz. Rəsulullah (s.a.s) bu namaz haqqında belə buyurmuşdur: "İkindi namazından əvvəl dörd rükət namaz qılan kəsə Allah rəhmət etsin" (Tirmizi, Salat, 301).

2.Yatsı namazından əvvəl qılınan dörd rükət namaz. Hz. Aişədən (r.anhə) belə dediyi nəql edilmişdir:

"Hz. Peyğəmbər, Yatsıdan əvvəl dörd rükət namaz qılardı." (Zeylaî, Nasbur Rayə, II / 145 vd.əş-Şövkanî, Neylül-əvtar, III / 18).

Namaz qılan adam istərsəişadan sonra iki rükət sünnəti müəkkədəilədəkifayətlənəbilər. Bu ictihadın dayağı daha əvvəl keçən

"Hər kim gündüz və gecəon iki rükət namaz qılarsa özü üçün cənnətdəbir ev tikilər." hədisidir.

Beş vaxt namazdan əvvəl vəsonra qıldığımız sünnələr, Peyğəmbərimizdən (asv) rəvayət edilən vəonun qılmış olduğu namazlardır. Sünnənin ümumi olaraq bir dərəcəsi olduğu kimi, vaxt namazlarının sünnələrinin dəbir dərəcələnməsi vardır. Məsələn bunlardan sübh namazının sünnəti vacib dərəcəsindəbir xüsusiyyətəmalikdir.

"Sübh namazının iki rükət sünnəti dünyadan və dünyada var olan şeylərdən daha xeyirlidir." (Muslim, Misafirin, 96, 97; Tirmizi, Salat, 190)

tərcüməsindəki hədisi-şərif bu mənanı ifadə edir. Sübh namazının sünnəsindən sonra fəzilət baxımından günortanın ilk vəson sünnəsi, axşamın sünnəsi ilə yatsının son sünnəti gəlir. Bunlar müəkkəd sünnələrdir. Əsrin sünnəti ilə yatsıın ilk sünnəsi isəqeyri-müəkkəd sünnələrdir.

Bu sünnətlərin qılınmasına təşviq edən Peyğəmbər Əfəndimiz (a.s.v) bəzilərinin tərki halında da xəbərdarlıq edici mülahizələr etmişdir. Məsələn, sübh namazının sünnəti haqqında,

"Sizi atlılar qovalasa belə, yenə də sübh namazının sünnətini buraxmayın." (Əbu Davud, Tatavvu 3; Əhməd ibni Hənbəl, Müsnəd, II / 405)

tərzində xəbərdarlıq etməkdədir.

"İkindi namazının fərzindən əvvəl dörd rükət qılan kəsə Allah mərhəmət etsin."

"Kim əsr namazının fərzindən əvvəl dörd rükət qılarsa ona cəhənnəm atəşi toxunmaz."

"Allah, əsrin fərzindən əvvəl dörd rükət qılan kəsin bədənini cəhənnəməqoymaz." [bax. ət-Tərgib vət-Tərhib, (Beyrut: İhyaut-Turâsil-Ərəbi, 1388-1968), 1: 396-406] kimi müjdələr dəvardır.

Digər tərəfdən sünnələri bilərək vədavamlı olaraq tərk etməyin Peyğəmbər Əfəndimizin (s.a.s) şəfaətindən məhrum qalma kimi bir hal da sözün mövzusu ola bilər. Necə ki,-hədis qaynaqlarında tapa bilmədiyimiz ancaq fiqh kitablarında keçən- bir hədisdə belə buyurulmuşdur:

"Zöhr namazının fərzindən əvvəl dörd rükət sünnəti tərk edən kəs şəfaətimə nail olmaz." (bax. İbn Abidin, a.g.e., II / 14)

Buradakı "şəfaətdən məhrum qalma" nın mənası iki şəkildəaydın olmuşdur: Biri, Müsəlmanları sünnətləri tərk etməkdən və önəmsiz davranmaqdan çəkindirmək üçün bir xəbərdarlıqdır. Digəri isə, bu sünnələri qılanların Allah qatındakı dərəcələrinin artmasını təmin etmək mənasındadır. Yoxsa Peyğəmbər Əfəndimizin (s.a.s) böyük şəfaəti bütün ümmətinədir.

Bu hədislər göstərir ki, fərz namazlarla birlikdə sünnət namazlarının da qılınması surətiylə bütün ibadətlərin əsası və xülasəsi kimi olan namaz kimi bir qulluq vəzifəsi əda edilmiş olur.

Namazlardan əvvəl vəs onrakı bu sünnələr qılınmadığı zaman, namazın fərzliyində bir əskiklik olur? Yalnız fərz qılınmaqla o vaxtın namazı qılınmış olur?

Vaxtın fərzlərini qılan kimsə, əsas etibarilə üzərindəki borcu ödəmiş, vəzifəsini yerinə yetirmiş olar. Ancaq vaxt namazlarında mövcud olan sünnələrin içlərində bəziləri vacib dərəcəsində sünnədir.

Bu və bənzər hədislərə görə, əsr və yatsı namazından əvvəl dörd rükət qılmaq məndubdur. Savabı və fəziləti yüksək bir ibadətdir. İmam Muhəmməd, əsrdən əvvəl və yatsıdan sonra qılınan sünnələrdəiki rükətlə dörd rükət arasında sərbəst qalmışdır. Yəni ikindi namazının sünnəti iki rükət olaraq da qılına bilər. Lakin Hənəfi məzhəbinin digər imamları dörd qılmağı fəzilətli görmüşlər.

"Muhît" adlı fiqh kitabında yer aldığına görə Peyğəmbər Əfəndimiz (s.a.s), əsrin sünnəti ilə yatsının ilk dörd rükət sünnəsini bəzən qılmamışdır. Bəzən dörd qılmış, bəzən iki qılmış, bəzən də tərk etmiş heç qılmamışdır. Buna görə savab xatirinə hər zaman qılmaq mümkündür.

İbadətlərin fərz və vacib olanlarına uymaq məcburiyyəti olduğuna və tərki halında bir günah meydana gəldiyinə görə uxrəvi (axirət) olaraq cəzası vardır. Sünnələrin vacib hökmündə olanları üçün dəeyni haldan söhbət gedə bilər. Digər sünnələrin yerinə yetirilməsində çox böyük savab varsa da tərki halında bir günah yoxdur. Ancaq, əskik və xətalı namazlarımızı tamamlaya bilməmək və Peyğəmbərimizin (s.a.s) şəfaətindən əldə edəcəyimiz yüksək dərəcələrdən məhrum qalmaq kimi itkilər sözün mövzusudur.

Buna görə dəvaxt uyğundursa, hər hansı bir zərurət də mövcud deyilsə namazın sünnələrini tərk etməmək lazımdır ta ki, mükəmməl bir namaz qılma səadətinə çatmış olaq.

Lakin istər vaxtın uyğun olduğu, istərsə uyğun olmadığı hallarında həm əsrin həm də yatsının ilk sünnəsini qılmamaq insana bir məsuliyyət gətirməz. Qılmayan günaha girməz, məsul da olmaz.

Bununla birlikdə dörd-beş dəqiqəlik bir zamanı da belə savablı bir sünnə üçün hər zaman ayıra bilərik, qıla bilərik.

Bu arada bu cümlələri unutmamalıyıq:

"Sünnəyə tabe olmayan tənbəllik edərsə böyük xəsarət, əhəmiyyətsiz görsə böyük cinayət, təkzibini hiss etdirən tənqid isə böyük zəlalətdir." (Bax. Nursi, Lemalar, On Birinci Lema)


3-) Bəqərə surəsi 124-cü ayə

Və bir zaman Rəbbi İbrahimi bəzi kəlmələrlə (əmr və qadağalarla) imtahan etmiş, bunun üzərinə (o) onları tamamilə yerinə yetirmişdi. (Rəbbi də ona): "Doğrusu, mən səni insanlara imam (hər xüsusda özünə tabe olunan rəhbər) edəcəm" buyurdu. (İbrahim isə): "Nəslimdən də (imamlar seç)"! dedi. (Rəbbi də): "Verdiyim söz (sənin nəslindən də olsa, əsla) zalımlara çatmaz"! buyurdu. (Bəqərə, 124)

a. Bu ayədən açıqca başa düşülür ki, Həzrət İbrahim (as) kimi bir peyğəmbərin nəslindən də təqva sahibləri ilə yanaşı, zalım və fasiq olanları da olacaqdır.

"Ona da İshaqa da feyz və bərəkət verdik. Onların hər ikisinin nəslindən yaxşı işlər görən də var, açıq-aşkar özünə zülm edən də! " (Saffat Surəsi, 37/113)

Demək ki təqva sahibləri, peyğəmbər mənasındakı imam ola bilərlər, amma onlardan zalım olanlar, öndər, lider mənasındakı imam olsalar belə, peyğəmbər ola bilməzlər. (bax. Təbəri, Razi, İbn Kəsir, Alusi, Bəqərə Surəsi, 124-ci ayənin təfsiri.)

b. Bu ayədə yer alan "İmam/imamət" qavramı hər şeydən əvvəl birbaşa peyğəmbərlik mənasında istifadə edilmişdir. Çünki, Həzrət İbrahimin (as) ali peyğəmbərlərdir. Bu səbəbdəndir ki, təşəhüddə "İbrahim alinə salat və salam etdiyin kimi, Muhammədin alinə də salatı salam elə"! mənasındakı dua oxunur. Yəni burada Hz.ibrahim aleyhissalamın ali, Həzrəti Muhammədin (sallallahu aleyhi və səlləm) alındən daha üstün göstərilmişdir. Çünki, Həzrət İbrahimin ali peyğəmbərlərdir.

"Biz İbrahimə (övlad və nəvə kimi) İshaq və Yaqubu ehsan etdik. Onun nəslindən gələnlərdə, peyğəmbərliyi və vəhyi davam etdirdik. Ona dünyada mükafatını verdik. O, axirətdə də əlbəttə salehlərdən olacaqdır ". (Ənkəbut, 29/27)
tərcüməsindəki ayədə bu həqiqət qeyd olunmuşdur.

c. "İmam" kəlməsi öndər mənasında olub hər mömin üçün istifadə edilə bilər. Belə ki;

"Və (O təqva sahibi möminlər) belə niyaz edərlər: "Ey kərəmi bol Rəbbimiz! Bizə gözümüzün, könlümüzün aydınlığı olan təmiz zövcələr və nəsillər ehsan eylə, bizi müttəqilərə /təqva sahiblərinə imam/önder elə! " (Furqan Surəsi, 25/74)
 

tərcüməsindəki ayədə yer alan "imam" kəlməsi, peyğəmbərlər üçün və əhli-beyt imamaları üçün istifadə edilməmişdir. Əksinə, təqva sahibi möminlər üçün istifadə edilmişdir.

Əgər imamət nübüvətdən üstün isə, təqva sahibi bütün möminlərin peyğəmbərlərdən üstün olmaları lazımdır ki, belə bir düşüncə nə ağla, nə dinə, nə də vicdana sığar.

d. Lüğət mənası etibarilə imamlıq, öndərlik deməkdir. Sözləri, felləri, yazıları, kitabları rəhbər qəbul edilən hər bir öndər mövqeyindəki insana "imam" deyilir. Bu imam haqq üzrə olan bir kimsə ola bildiyi kimi, batil üzrə olan kimsə də ola bilər. (Rağib, əlaqədar maddə). Aşağıdakı ayələrdə bu həqiqəti görmək mümkündür:

"Gün gəlir, hər sinifdən insanları, (zalımları, məzlumları, kafirləri-möminləri) tabe olduqları imamlarına / liderlərinə nisbət edərək çağırarıq. Kimin hesab dəftəri sağından verilərsə onlar dəftərlərini əmin olaraq oxuyar və qıl qədər olsun, haqsızlığa uğradılmazlar. " (İsra, 17/71).

"Biz onları (Firon və onun kimilərini) insanları atəşə çağıran imamlar / öndərlər etdik. Bu dünyada xalqı işlədib dəstəklərini təmin etsələr də, qiyamət günü ən xırda bir yardım belə görə bilməyəcəklər ". (Qəsəs, 28/41).

e. Bütün bu açıqlamalardan başa düşülür ki, əhli-beyt imamları, hər nə qədər çox böyük bir vəlayət və əzəmətli bir imamətə sahib olsalar da, ancaq bu imamət digər məzhəb imamları və müctəhid olanlar üçün də istifadə edilir. Çünki, əgər imamət nübüvətdənn daha üstün isə, bu təqdirdə İmamı Əzəm, İmam Şafi də onlardan üstündür. Çünki bu şəxslərin milyonlarla insana imam və öndər olduğu inkarı mümkün olmayan bir həqiqətdir.

İmamət anlayışını sasəcə Əhli-beytə təsis etmək dəlilsiz bir iddiadan başqa bir şey deyildir. Qaldı ki, başda İmam Əli (r.a) olmaqla, heç bir imam peyğəmbərlərdən daha üstün olduğunu söyləməmiş və heç bir Əhli sünnə qaynağında belə bir şey yer almamış və heç bir əsası da müzakirə mövzusu olmamışdır.
 

Əksinə, həyatları boyunca bütün imamlar, başda Həzrət Muhamməd (a.s.m) olmaq üzrə bütün peyğəmbərləri insanların ən üstünü, ən hörmətlisi, onların rəhbərliklərində getməyin yeganə qurtuluş çarəsi olduğunu, həm sözlü, həm də əməli olaraq ortaya qoymuşlar.

Heç birbaşa Allahdan vəhy alan peyğəmbərlərlə, o peyğəmbərlər sayəsində mənəvi məqam qazanan imamlar, öndərlər, vəlilər və xəlifələr bir olarmı? Belə bir iddia həddindən artıq sevgidən irəli gələn ölçüsüz bir qiymətləndirmənin nəticəsidir. Bu ifrat və də ölçüsüz sevgiyə görə Hz. İsa aleyhissalamı -haşa- Allahın oğlu kimi qiymətləndirmək nə qədər yanlış isə, imamlara olan ifrat sevgi üzündən xilafəti nübuvətdən (peyğəmbərlikdən) daha üstün görmək -o qədər olmasa da - ciddi bir yalnışdır, alimlərin, cumhurun görüşünə ziddir, risalətin ruhuna tərsdir.

Qur`anda peyğəmbərlər üçün istifadə edilən "ıstıfa / seçmək" qavramı (Ali İmran, 3/33; Araf,7/144; Həcc, 22/75; Nəml, 27/59, onların Allah tərəfindən xüsusi olaraq seçilən, başqa insanlardan üstün edilən seçkin insanlar olduğunun göstəricisidir.

Allah, cümləmizi haqqı bilən və ona tabe olan qullarından eylesin. (Amin).

 


4-) Azadlıq və məsuliyyətin sərhədləri haqqında bəzi qeydlər

    Hər şeyin öz tərifi vardır... İndiki dövrdə azadlıq dedikdə, daha çox, modernizmin beyinlərə yeritdiyi anlayış tərif olaraq qəbul edilib: ürəyin nəyi istəyir – onu et; nə ki xoşun gəlir – et onu! Qır zəncirləri, azadlığına qovuş və s.

    Bir sözlə, azadlığa münasibətdə modernist nöqteyi-nəzər instinktlərin təmin edilməsi və hər bir istəyin reallaşdırılmasının zəruriliyini ifadə edir.

   Halbuki azadlıqla məsuliyyətin öz sərhədləri vardır, onların balansı qorunub-saxlanmalıdır. Həyata modernist baxış bu balansı pozmuş, sərhədləri ləğv etmişdir. Ailə, əxlaq, məhrəmlik məsələlərində mühafizəkarlığın, ənənənin hələ də müəyyən qədər saxlandığı cəmiyyətimizdə biz bunu bütün aydınlığı ilə müşahidə edirik. İnsanlara, birbaşa olmasa da, belə bir fikir təlqin olunur: haqqındır ki, ürəyinin istədiyini edəsən, əylənəsən! Əgər istədiyin kimi əylənə bilmirsənsə, zövq ala bilmirsənsə, azad deyilsən, demək!

    Fikir verin: bu təlqində istədiyimiz şəkildə zövq almağımıza mane olan hər şey azadlığımızı məhdudlaşdıran amillər, elementlər, anlayışlar kimi təqdim edilir! Nəticədə nə baş verir: bizə qoyulmuş "olmazlar"ı azadlığımıza vurulmuş qandallar hesab etməyə başlayırıq! Bəli, cəmiyyətimizdə belə düşünən gənclər çoxdur. Onlar cəmiyyətlə tədricən konfliktə girir, axırda, yalnızlaşırlar. İstədiyi kimi hərəkət etmək, yaşamaq istəyir, amma xoşbəxt ola bilmir: gərginlik, depressiya, təcrid, bəlkə də, intihar!

    İblisanə, məsuliyyətdən uzaq azadlıq anlayışıdır bu!

   Ətrafı, başqalarını nəzərə almadan istədiyini etmək xərçəng hüceyrələrinin destruktiv fəaliyyətini xatırladır. Orqanizmdəki kollektiv proseslərə "qoşulmayan", "ürəyi istədiyi kimi yaşayan" yeganə hüceyrə xərçəng hüceyrəsidir. İstədiyi qədər "qidalanır", digər hüceyrələrin payını da basıb-yeyir, heç nəyi nəzərə almadan sürətlə artıb-çoxalır, axı azaddır! Nəticəni də nəzərə almır: insan ölərsə, o da öləcəkdir! Axırda, orqanizmi heydən salaraq məhv edir, amma bu onun da sonu olur!

   Burada məsuliyyətdən kənar, yekəxanalıq zehniyyətinə xas azadlıq vardır! Belə insanlar xudbindirlər, ancaq özlərini düşünür, özlərini münasibətlərin mərkəzində, başqalarını isə kənarında görür, azadlıq anlayışını öz düşüncələrinə uyğun şəkildə yozurlar...

   Onlar cəmiyyətdə xərçəng hüceyrəsi kimidirlər. Onlara səhv etdiklərini bildirməsək, mövqelərinin doğru olmadığını izah etməsək, böyüyüb-artacaqlar...

    İnsan öz dünyasında azaddır, istədiyini düşünsün, amma cəmiyyətdə istədiyini edə bilməz: çünki orada təkcə o yaşamır!


5-) Xəlifə Ömər məşhur İskəndəriyyə kitabxanasındakı kitabları yandırıbmı?

Burada xəlifə Ömər və onun valiləri ilə bağlı bir iddiaya düzəliş etməyimiz lazımdır. Bizim tarix kitablarımızda xəlifə Ömərin məşhur İskəndəriyyə kitabxanasındakı kitabları yandırmasına dair məlumatlar keçir. Bu hekayənin – tarixçilər nəzərində - ən qədim qaynağı Abdullətif əl-Bağdadi’nin (1162-1231) “əl-İfədə val-İtibər” kitabıdır. Abdullətif İskəndəriyyədəki kitabxananı vəsf edərkən “İskəndərin, şəhəri qurarkən bina etdiyi elm ocağıdır” deyir və əlavə edir:

  “Amr bin əl-As’ın Ömərin – radiyallahu anhu – izni ilə yandırdığı kitab xəzinəsi də burada yerləşirdi.”

  Ondan sonra Ibnul-Qifti bu hadisəyə “Tarixul-Hukəmə” kitabında daha geniş bir şəkildə yer verir. Sonrakı tarixçilərdən bunu alıb kitablarına qeyd edənlər İbnul-Qifti’yə dayanırlar. Çox qəribədir ki, İbn Xaldun kitabların məhv edilməsi ilə bağlı Ömərdən başqa bir versiya qeyd edir. O, tarix kitabında buyurur:

  “Fars torpaqları fəth edildikdə orada çox sayda kitab tapırlar və Sad bin Əbi Vaqqas onlar haqqında və onların müsəlmanların ərazilərinə köçürülməsi üçün Ömər bin əl-Xattab’a yazaraq ondan izn istəyir. Ömər ona yazaraq onların suya atılmasını əmr etdi.

  Maraqlıdır ki, İbn Xaldun’un qeyd etdiyi ilə Abdullətif’in yazdıqları az qala identikdir. Aradakı əsas fərq ölkələrdədir. Bu hekayəni bu gün bəzi müxaliflər – xüsusilə ərəb liberalları və xristianlar – tez-tez sitat gətirib müsəlmanların elmə mənfi münasibət bəslədiyini isbat etməyə çalışırlar.

   Müasir müsəlman tarixçilər bu hekayənin doğruluğunu şübhə altına alırlar və bunun bir çox səbəbdən yalan olduğunu deyirlər. Biz burada müsəlman tarixçilərin sözünə deyil, qərbli alimlərin və mütəxəssislərin fikrinə yer verəcəyik. Müsəlman tarixçilərin sözlərinə yer verdiyimiz təqdirdə kimsə bunun qərəzli bir yanaşma olduğunu düşünə bilər, buna görə də burada yalnız avropalı və qeyri-müsəlman tarixçilərin rəylərini yazacağıq. Üstəlik etiraf etməliyik ki, bizim tarixi qaynaqlarımızda keçən bu hadisənin yalan və əfsanə olduğunu təsbit edən ilk tarixçilər də avropalılar olublar.

   Görkəmli ingilis tarixçi Edward Gibbon (1737-1794) ilə başlayaq. O, bu iddianı və onun qaynaqlarını, məzmununu zikr etdikdən sonra öz peşəkar rəyini belə ifadə edir:

  “Mənə gəldikdə mən (bu hekayədəki) həm faktı, həm də nəticələri inkar etməyə güclü bir şəkildə meyl edirəm.”

  Daha sonra bunun yalan olmasını göstərmək üçün iki səbəb gətirir:

  “Altı yüzüncü ilin sonunda bir əcnəbi’nin (yəni Abdullətif’in) Media’nın sərhədlərində yazdığı yeganə xəbər, daha erkən bir zamanda yaşamış iki səlnaməçinin qarşısında aciz qalır; hər ikisi də xristian və yerli misirli tarixçilərdir və onların içində ən qədimi olan patriarx Eutychius İskəndəriyyənin fəthini çox təfsilatlı şəkildə vəsf edib.”

  Abdullətif özü misirli deyildir və hicri altıncı əsrdə yaşayıb; necə olur ki, daha əvvəlki müsəlman və xristian tarixçilər Misirin müsəlmanlar tərəfindən ələ keçirilməsini bu qədər təfsilatlı şəkildə təsvir etdikləri halda onlardan heç biri bu hadisəni qeyd etmir, amma 5-6 əsr sonra gələn tarixçi bunu qeyd edir?! Biz hətta burada əlavə edə bilərik ki, bu hadisə erkən müsəlman tarixçilərin kitablarında da öz əksini tapmır. İbn Abdilhəkəm’in (öl. 871) “Futuhu Misra val-Məğrib” və əl-Bələzuri’nin (öl. 892) “Futuhul-Buldən” kitabında müsəlmanlar tərəfindən ələ keçirilmiş torpaqların və hadisələrin təfsilatları qeyd edilir, xüsusilə İbn Abdilhəkəm kitabını Şimali Afrika ölkələri haqqında yazıb, amma bu kitablarda belə bir məlumatla rastlaşmırıq. Həmçinin misirli tarixçi İbn Yunus (894-958) tarix kitabında belə bir məlumata yer vermir. Edward Gibbon’un qeyd etdiyi ikinci səbəb isə budur ki, ilk müsəlmanlarda kitablara qarşı çox böyük hörmət olub və onlarda kitab yandırmaq adəti olmayıb. Yəni belə bir iddia müsəlmanlar haqqında bilinənlərə tam ziddir.

  Tarixçi Philip Hitti (1886-1978) bu tarixi hekayənin “yaxşı uydurma, amma pis tarix sayıla biləcək hekayələrdən” olduğunu deyir və əlavə edir: “Bu, iddia olunan hadisədən ilk dəfə altı əsr sonra xəbər verilib və saxtakarlığın damğasını özündə daşıyır.” Bernard Lewis də bunun bir əfsanə olduğunu, uydurma olduğunu sübut etmək üçün ayrıca bir araşdırma dərc edib. Bu araşdırmasını bu sözləri ilə başlayır: “Ərəblərin, şəhəri 642-ci ildə fəth etdikdən sonra İskəndəriyyənin böyük kitabxanasını xəlifə Ömərin əmri ilə necə dağıtmaqları haqqındakı hekayəyə bəzi yazıçılar - bunun əksini göstərən bol sübutlara rağmən – hələ də inanmağa və bunu təkrarlamağa davam edirlər.” Bernard bu hekayəni “tarixi əfsanə” adlandırır. Bu məqaləsində təqdim etdiyi məlumatlar arasında hələ 1713-cü ildə görkəmli fransız oriyentalist Eusèbe Renaudot’un bu hekayəyə şəkk etdiyini qeyd edir. 1902-ci ildə Alfred J. Butler, 1911-ci ildə Victor Chauvin, 1923-cü ildə Paul Casanova və Eugenio Griffini ayrı-ayrı çalışmalarında bu xəbərin yalan olduğunu sübut ediblər. Will Durant da İslam mədəniyyəti haqqında yazarkən bu hekayəyə toxunur və bunun həqiqət ola bilməyəcəyini göstərmək üçün bir çox arqument gətirir. Kitabxananın böyük bir hissəsinin hələ 392-ci ildə xristian patriarx Theophilus’un təşəbbüsü ilə məhv edildiyini və Amr bin əl-As’ın zamanına qədər kitabların çoxunun artıq yox olduğunu deyir. O zaman necə ola bilər ki, qərblilərdə Gregory Bar-Hebraeus adı ilə tanınan yəhudi tarixçi Əbul-Fərac Qriqoryus İbn əl-İbəri’nin (1226-1286) verdiyi məlumatlar, yəni bu kitabların hamamları qızdırmaq üçün altı ay müddətində dörd min sobada yandırıldığı doğru olsun?! Durant sözünü yekunlaşdırır: “Bu hekayə indi ümumilikdə bir nağıl hesab olunaraq rədd olunur.” Bu sözlərdən aydın olur ki, əksər tarixçilərin nəzərində xəlifə Ömər və onun canişini Amr bin əl-As haqqında yazılmış bu xəbərlər yalandır.

 

"ATALARIN KÖLGƏSİNDƏ" kitabından.

 


6-) Din elmi-texnoloji inkişafı ləngidirmi?

Burada daha bir məqamı anlamağa ehtiyac vardır; dinin hər hansı prinsipinin elmi-texnoloji inkişafı ləngitməsi heç bir şəkildə həmin prinsipin xətalı olduğunu sübut etməz, çünki hər şeydən əvvəl elmi-texnoloji inkişaf mənəviyyatda haqq meyarı ola bilməz. Təbii ki, elmi inkişaf insanların xeyrinə xidmət etdiyi müddətdə çox müsbət bir nəticədir, amma mənəviyyatımızı mühakimə edəcək bir meyar rolunu əsla oynamamalıdır və belə bir rolu oynamaq haqqı yoxdur. Mənəviyyatımız – haqq olduğu halda – bizim texnoloji inkişafımız üçün əyləc ola bilər. Hətta bunun tamamilə əksi də mümkündür və tarixən olub; mənəviyyatımıza zidd olan şərr ünsürlər elmin inkişafına dəstək verib. Tarixçilər buna Amerika Birləşmiş Ştatlarının və Avropa kontinentinin müasir tarixindən çox sayda misallar verirlər.

   ABŞ hökuməti 623 nəfər afro-amerikalı vətəndaşı onların xəbəri olmadan tibbi eksperimentə tabe tutmuşdu. 1932-ci ildə başladılan bu eksperiment 1972-ci ilə qədər davam edib və bu tibbi araşdırmanın məqsədi müalicə olunmadığı təqdirdə sifilis xəstəliyinin təsirlərini öyrənmək idi. Bu eksperiment nəticəsində tibb elminin yeni biliklər qazandırmasına baxmayaraq heç kim bu eksperimentin xeyirli və ya doğru bir iş olduğunu deyə bilmir.

   Daha bir misal verməli olsaq İngiltərə tarixinə baxa bilərik. Edam ilə cəzalandırılan cinayətlərin sayına görə heç bir ölkə on səkkizinci və on doqquzuncu əsrin Böyük Britaniyası ilə yarışa bilməz. 1688-ci ildən 1815-ci ilə qədər qəbul edilmiş cinayət qanunları ənənəvi olaraq ingilis tarixində “qanlı məcəllə” (bloody code) kimi tanınır. 1688-ci ildə ölüm ilə cəzalandırılan cinayətlərin sayı 50 olduğu halda, bu rəqəm 1765-ci ildə 160-a və 1815-ci ildə isə 225-ə çatmışdı. Qəbul edilmiş bu qanlı maddələr hər şeydən əvvəl aristokratiyanın mülkiyyətini oğrulardan qorumağı nəzərdə tuturdu və ən kiçik oğurluqlara görə də ölüm hökmü tətbiq edilirdi. “İngilis qanunu kiçikdən böyüyə doğru geniş sayda cinayətlərə, hətta 12 pens dəyərindəki malı oğurlamaq qədər kiçik bir cinayətə görə ölüm hökmü müəyyən etməyi ilə ad çıxarmışdı.” Bu hüquqi sistemin qəddar və zalım olmasında şəkk ola bilməz, amma bununla belə bu sistem on doqquzuncu əsrdə İngiltərədə tibb elminin inkişafına böyük dəstək verdi. Qanun, dar ağacından asılıb öldürülmüş canilərin cəsədlərinin tibb universitetlərində yarılaraq öyrənilməsinə icazə verirdi. Bu dövrdə professional həkimlər belə universitet təlimlərində istifadə etmək üçün rüşvət verərək cəsəd almağa çalışırdılar və ciddi bir şəkildə cəsəd ticarəti güclənmişdi. Üstəlik bu ticarət o qədər cazibəli gəlir mənbəyinə çevrilmişdi ki, bəziləri edam edilmiş canilərin cəsədlərini oğurlamaqla kifayətlənmir, hətta bunun üçün adam da öldürürdülər. Edinburgh şəhərində Burke və Hare’nin, Londonda isə Bishop və Williams’in bu məqsədlə qatil olduqları məlumdur.

   “Əsrlər sonra cəsəd oğurluğunu tibb elminin qotik erası olaraq tənqid etmək və bununla məşğul olanları yamanlamaq asandır. Bununla belə qəbir oğurluqlarına göz yummuş bir cərrah olaraq John Hunter eyni zamanda müasir tibbin, xüsusilə cərrahlığın əsasını qoydu.

   John Hunter’in autobioqrafiyasını yazmış Wendy Moore xatırladır ki, cəsəd oğurluğu Hunter ilə başlamamışdı, hətta Renessans dövrünün böyük alimi Leonardo da Vinci belə dar ağacından cəsəd oğurlayıb onları öyrənər və şəkillərini çəkərmiş. Belə bir zülmün elmi proqresi ortaya çıxardığını təsəvvür etmək, bunu anlamaq çətin deyildir, çünki elmin tərəqqisi üçün istifadə olunan materialların zülm yolu əldə edildiyini görə bilirik. Amma müharibələrin uzun vadədə necə rifah və tərəqqi gətirdiyini anlamaq isə hər adamın təsəvvür edə biləcəyi bir misal deyildir, çünki müharibə bəşəriyyətin zehnində yalnız qətl və məhv ilə əlaqələndirilir. Bununla belə tarixçi Ian Morris “War: What Is It Good For?” adlı kitabında müharibələrin necə daha stabil, daha uğurlu cəmiyyətlərin formalaşmasında rol oynadığını misallar ilə nümayiş etməyə çalışır.

  Bura qədər təqdim etdiyimiz misallar bizə şərrin və pisliyin bəzən cəmiyyətin elmi cəhətdən inkişafına gətirə biləcəyini göstərir. Digər tərəfdən bunun əksi də mümkündür; özlüyündə xeyir olan bir iş hansısa fərdin, qrupun və ya cəmiyyətin inkişafında ciddi bir maneəyə çevrilə bilər. Bunun ən bariz misalı sədəqənin Afrika ölkələrində və Haiti adasında gətirib çıxardığı vəziyyətdir. Harvard universitetinin məzunlarından olan zambiyalı Dambisa Moyo mövzu haqqında ayrıca bir kitab yazıb və kitabının girişində deyir: “Sədəqə pullarının səbəbi ilə bu gün Afrikada milyonlarla insan daha da kasıblaşıb; səfalət və fəqirlik qurtarmayıb, əksinə daha da artıb. Sədəqə yardımı inkişaf etməkdə olan dünya ölkələrinin əksər hissəsi üçün tam bir şəkildə siyasi, iqtisadi və humanitar bir fəlakət olub.” Sədəqə bütün dini konfessiyalar və humanist fikirlər tərəfindən xeyir olaraq qəbul edilir. Buna rəğmən bu cür pak və xeyirxah bir əməl gördüyümüz kimi tamamilə xoşa gəlməyən bir nəticə verə bilər."

 

"ATALARIN KÖLGƏSİNDƏ" kitabından


7-) İnsanın imanını zəiflədə bilən İslami elmlər.

   İslam dinində öyrənilən fənlərin sayı çoxdur və əhatəsi genişdir, dərinliyinin ölçüsü yoxdur. Bir ömür bu elmləri, fənləri oxumaq üçün kifayət etməz.

   Siravi müsəlmanların bu fənlərlə maraqlanması adi hala çevrilib. Heç kəsə gizli deyil ki, bu gün hər yerindən duran - özü də fərqinə varmadan - ictihadlar edir. Lakin bilinməsi lazım olan bir həqiqət vardır ki, çoxları bunu təcrübədən keçirib.

   Bu elmlərin bəziləri müsəlmanın imanını gücləndirər, İslam dininə sevgisini artırar, elələri var ki, bu baxımdan heç bir təsiri olmaz, eləsi də var ki, əksinə imanı zəiflədər, dindən soyudar.

   Sadə əqidə, insanın imanını gücləndirir, amma əqidədə xırdalıqlara getmək imana yaxşı təsir etməz və bəzən - Allah qorusun! - insanın imanını zəiflədər, hətta şübhəyə salar.

  Fiqh elmini, dəlilləri araşdırmaq, fərqli ictihadları öyrənmək insanın imanını artırmaz, əksinə vaxtının çoxunu bu mövzularla keçirənlərin imanına pis təsir edər.

  Fəlsəfə, kəlam elmləri ümumiyyətlə bu baxımdan çox mənfi bir təsirə malikdir. Bunu təcrübədən keçirən insanlar gözəl bilirlər.

   Bir müsəlmanın imanını yaxşı mənada gücləndirəcək, ona dinin sevgisini artıracaq ən başlıca mövzular nəfs tərbiyəsi, qəlbin təmizlənməsi, əxlaqın təhzibi barədə yazılmış kitablarda və Quranın tədəbbürü üzərindən yazılmış təfsirlərdə mövcuddur. Ona görə də bizim elm tələbəsi qardaşlarımız bu kitabları oxumalı və müsəlmanlara oxutdurmalıdırlar. Biz qürbətdə hər həftə müsəlman qardaşlarımız ilə bu mövzuda kitablar oxuyuruq və təsirini görə bilirik.