Aybaşı olan qadının məscidlərə girməsi caiz deyil. Məscidə girmək, orada əyləşmək və itikafa çəkilmək də caiz deyil.
Hədisdə belə buyurulur: "Heç bir aybaşı olan və ya qüslsüz məscidə girə bilməz." (İbn Macə, Taharə, 92; Darimi, Vudu',116).
Şafii və Hənbəlilər, aybaşı olan və lohusanın çirklətməmək, şərtiylə, məsciddən qarşıdan qarşıya keçməsini caiz görürlər. Hz. Peyğəmbər (s.ə.v.)in Aişə (r.ə)ə belə bir icazə verdiyi nəql edilməkdədir. (Müslim, Hayz, I1-13; İbn Macə, Taharə, 120).
2-)
Məscidi-Nəbəvidə qılınan namazlar, digər məscidlərdə qılınan namazlardan niyə daha savablıdır?
Əvvəla, Allah bəzi qullarını bəzi qullarından daha fəzilətli etdiyi kimi, qullarının qulluq edəcəyi bəzi məbədləri digərlərindən daha fəzilətli etməsi də aydın olan məqamdır.
Bundan başqa, Allah qullarına sonsuz mərhəmətini göstərmək üçün, bəzi gün və gecələri daha fəzilətli etdiyi kimi, məkan olaraq da bəzi mövqeləri daha fəzilətli etməsi, rəhmət fışqıran hikmətinin bir yanmasıdır.
Aləmlərə rəhmət olaraq göndərilən Hz. Peyğəmbər (s.ə.v.)in əbədi istirahətgahının olduğu bir yerə rəhmətin sağanaq halında gələcəyində şübhə yoxdur. Məscidi-Nəbəvinin bundan payını alması qədər təbii bir nəticə düşünülə bilməz.
Bununla birlikdə, insanları həcc və ümrəyə təşviq etmək üçün, o məkanlarda xüsusi bir mükafat tətbiq etmək, həm o xüsusi qulluğun edildiyi məkanlara, həm Məscidi Harama, həm də Məscidi-Nəbəviyəyə yaraşar. Çünki birinin mərkəzində tövhidin simvolu olan Kəbə, digərinin mərkəzində Tövhid Peyğəmbəri Hz. Məhəmməd (s.ə.v.) vardır.
3-)
Məscidlərin alt və üst qatlarında imama uyaraq namaz qılına bilər?
Bir məscidin içi və torpağı məscid olduğu kimi, səmaya qədər olan bütün üst tərəfi də məscid hökmündədir.
Beləliklə, çox qatlı binalarda, məscid olaraq istifadə edilən hər hansı bir qatda camaatla namaz qılınarkən, sözü gedən qata, camaat sığmadığı təqdirdə, alt və ya üstdən bu qata bitişik qatlarda dayanan camaatın, dinamik və ya müəzzinin təbliği ilə imamın intiqallarından xəbərdar olmaları halında, imama uymaları səhihdir. İmamı və ya imamı görənləri görmələri üçün hissə və ya otaqların qapılarının açıq olması şərt deyil.
Buna görə, səs əlaqəsi olmaq şərtiylə məscid olaraq istifadə edilən binanın fərqli qat və hissələrində, imama uyularaq namaz qılına bilər. Səs əlaqəsinin kəsilməsi halında isə, imamın hərəkətlərinin təqib edilə bilməməsi səbəbiylə imama uyanların namazları pozular.
4-)
Dəstnamaz alan yerlərə "su israfı haramdır" kimi yazılar yazırlar. Bu doğrudur?
Suyu boşuna açıq saxlamaq israfdır və dolayısilə haramdır. Bu baxımdan dəstəmaz alarkən də ehtiyac olmadıqda bağlamaq lazımdır. Suyun əhəmiyyətinə görə Hz. Peyğəmbər Əfəndimiz (s.ə.v.) də suya çox dəyər vermiş, dəstəmaz alarkən belə lazım olandan çox su istifadə edilməsini məkruh sayaraq qadağan etmişdir. Beləcə, dəstəmaz kimi Allahın hüzuruna çıxılacaq bir işdə də, çox su istifadə etməkdən insanları çəkindirmişdir. Mövzuyla əlaqədar olaraq nəql edilən bir hədis belədir:
Bir gün Peyğəmbərimiz (s.ə.v.), əshabələrdən birinin dəstəmaz alarkən suyu israf etdiyini görür. "Bu israf nədir?" deyə soruşur. Bunun üzərinə əshabə, "Dəstəmazda israf olarmı?"-deyə cavab verir. Peyğəmbərimiz: "Bəli, axan bir çayın kənarında belə olsan, lazımi miqdardan çox su istifadə etməyin israf olar."- buyurur.
İslamın israf və bədxərcliyi bu qədər şiddətlə qadağan etməsinin əlbəttə ki səbəbləri vardır. Belə düşünək: Bu gün dünyamızda təxminən beş-altı milyarda qədər insan yaşayır. Hər biri, əl yuyarkən, diş fırçalayarkən, dəstəmaz alarkən və ya duş qəbul edərkən lazımından artıq gündə 1 litr su xərcləsə, bu miqdar gündə 5-6 milyard litr və ya 5-6 milyon ton su israfı deməkdir.
5-)
Yıxılan bir məscidin yeri məsciddən başqa bir məqsəd üçün istifadə edilə bilər?
Yıxılan bir məscidin olduğu torpaq, bəzi alimlərə görə başqasına satıla bilməz. Orada yenidən məscid inşa etmək və ya torpağı elə boş buraxmaq lazımdır. Yaxud da varsa məscidi tikdirənə və ya varislərinə verilər.
Digər bir qisim alimlərə görə isə, oranı məscidə bağışlayan və ya məscidi bina edən kimsənin məqsədinə uyğun olaraq daha faydalı bir şəklə çevrilə bilər; məsələn torpağı satılıb puluyla başqa bir yerdə məscid və ya Quran kursu inşa edilə bilər. Əhəmiyyətli olan vəqfiyənin mənəvi axarını təmin edən və davam etdirən bir şəklin olmasıdır.
Əgər məscidin yenidən tələbata cavab verəcək bir şəkildə inşa edilməyə uyğun bir torpağı yoxdursa, bu torpağı (məscidin şərəfini zədələməyən) bir şəkildə istifadə etmək və ya bu şəkildə istifadə edən bir kimsəyə satmaqda bir zərər yoxdur. Yəni, satıla bilər, ev və ya iş yeri kimi istifadə edilə bilər. Yetər ki bu yeni strukturlarda İslam dininə zidd bir fəaliyyət olmasın və satılan torpağın pulu məqsədi xaricində istifadə edilməsin. (bk. V. Zuhayli, əl-Fıkhu'l-İslami, 8/219-221).
Buna görə, bir kənd və ya məhəllədə yeni bir məscid inşa edilmiş olması səbəbiylə, köhnə məscidin ibadət məhəlli olaraq istifadə edilməsinə ehtiyac qalmamışsa və irəlidə də heç bir şəkildə bu məqsədlə istifadə edilmə ehtimalı yoxdursa, tərk edilmiş haldakı yerin yol olaraq və ya məscid faydasına başqa məqsəd üçün istifadə edilməsində dini bir zərər yoxdur. Buradan əldə ediləcək gəlirin xeyir xidmətlərində istifadə edilməsi şərtiylə sözü gedən məscid torpağına ictimai və ya ticari təsislər tikməkdə də bir zərər yoxdur.
6-)
Əzanda keçən "Fələh ( nicat ) tapmağa tələsin!" çağrışını necə şərh edərsiniz?
Fələh, qurtuluş deməkdir. Qurtuluş sözü fərqli çevrələr tərəfindən fərqli şəkildə şərh olunur.
Bir kasıbın aləmində bu söz, başını soxacağı rahat bir yuva, qarnını doyura biləcək qədər qida və örtünəcəyi bir paltar olaraq canlanır. Qısacası, onun qurtuluşdan anladığı, kasıblıqdan və dilənçilikdən azad olmaqdır.
Bir xəstənin dünyasında, bu söz şəfa ilə sinonimdir. Əsgər, bu sözü tərxis mənasında anlar, tələbə isə məktəbi bitirmə olaraq qiymətləndirər. Məzlumun dünyasında qurtuluş, zalımın ölümüdür.
Bunların heç birinə etiraz edəcək deyilik. Amma bunların heç birinin də gerçək qurtuluş olmadığını çox yaxşı bilirik. Çünki, bir gün gələcək bütün bu arzular arxada qalacaq. Ölümlə nöqtələnən dünya səfərindən sonra, bütün bu hədəflər keçmiş olacaqlar. O halda, gerçək qurtuluş, yəni keçmiş olmayan fələh, əbədi nicat bunların heç birisi deyil.
Fatihə Surəsini dərhal izləyən Bəqərə Surəsinin beşinci ayəsində məal olaraq:
" Məhz onlar fələh (nicat) tapanlardır."
- buyurulur. Nur Külliyyatında bu ayəti-kərimənin təfsiri olaraq bu hikmətli ifadələr qeyd olunub:
"Nəyə fələh tapacaqlarını təyin etmir. Guya o sükutla deyir: "Ey müsəlmanlar!.. Müjdə sizə. Ey müttəqi!.. Sən Cəhənnəmdən fələh taparsan. Ey saleh!.. Sən Cənnətə fələh taparsan. Ey arif!.. Sən rıza-yı İlahiyyə nail olarsan. Ey aşiq!.. Sən rü'yətə məzhər olarsan." və hakeza..." (Sözlər)
Bütün bu qurtuluşlar əbədiyyət yurduyla və əbədi səadətlə əlaqədardır. Heç biri fani həyata və keçici zövqlərə baxmır.
Fələh məsələsi, Muminun Surəsində də qeyd olunur. Və bu surənin ilk ayəsində,
"Möminlər, həqiqətən də, nicat tapmışlar,"
- buyurulur. Bu ayəti-kərimə ilə ən böyük qurtuluşun iman dairəsinə girmək olduğu dərs verilir. İman nemətinə qovuşan, küfrdən və şirkdən fələh tapmışdır. Ən böyük qurtuluş budur. Çünki, bunun ziddi əbədi hüsrandır .
Kor olan bir adamın gözü açılsa, onun xilas olduğunu söyləyərik.
Nədən xilas oldu? Qaranlıqdan. Gözü önündəki əşyanı görə bilməməkdən. Rəng, şəkil, forma, gözəllik və daha nə qədər məfhumların cahili olmaqdan. Yalnız əlinin çata bildiyi varlıqlara çatıb ondan uzaqda olanlarla əlaqə qura bilməməkdən. İndi artıq nəzərini günəşə göndərə bilir.
İmana qovuşmaq, görməyə qovuşmaqdan çox daha üstün bir fələh, çox daha böyük bir qurtuluşdur: Əsəri görüb yaradıcısını bilməmək korluğundan nicat...
Nemətdə boğulub, onu verəni düşünməmə zindanından qurtuluş...
Bu aləmin sahibi kimdir? Məni bu dünyaya kim gətirdi? Əlimi biləyimə, gözümü üzümə kim taxdı? Damarlarımı kim döşədi? Sinir sistemimi kim qurdu?
Bunun kimi, daha nə qədər sualların cavabını bilməməkdən qurtuluş...
"Bu mülkün bir maliki var."-deyib nəfsini Ona təslim edərək özbaşnalıqdan və sahibsizlikdən qurtuluş...
Kainatı çox arxada qoyan bir ülviyyətə çıxmaqla, bayağılıqdan və aşağılıqdan.
Bir sonrakı ayədə, möminlərin ən əhəmiyyətli sifəti nəzərə verilir:
"o kəslər ki, namazlarında mütidirlər."
Bu da bir başqa qurtuluş müjdəsi: İtaətsizlikdən və üsyandan qurtuluş; qürurdan, qəflətdən nicat. Beləliklə, azanda fələh sözünün keçməsinin bu ayə ilə əlaqəsi vardır.
Bundan sonra, möminin çox əhəmiyyətli iki sifəti zikr edilir: "sözbazlıqdan qaçmaq" və "zəkat vermək".
Bunların ardınca digər bir sifətə keçilir:
"Onlar ismətlərini qoruyarlar"
İman və ibadəti izləyən gözəl əxlaqın, ən əhəmiyyətli şöbəsi beləcə nəzərə verilir: İsmətlərini, namuslarını qorumaq. İffətsizlikdən, həyasızlıqdan qurtuluş.
Əməllər, imanın qüvvəti nisbətində işlənər və əməllər işləndikcə də qəlb qüvvət tapar.
İmanla əməl arasındakı bu qüvvətli əlaqə, bir çox ayəti-kərimədə imandan sonra dərhal saleh əməlin zikr edilməsiylə bizə dərs verilir.
Bu mənanı, hər gün dinlədiyimiz azanlar da bizə ,sanki hayqırırlar. Təkbirlərin ardınca şəhadətlər gəlir; Allaha və Rəsulullaha (s.ə.v.) iman xatırladılır. Və bu şəhadət cümlələrini "namaza və fələhə dəvət" izləyir.
İman etməklə küfr qaranlığından xilas olan möminlər, ibadət vəzifələrini də yerinə yetirməklə də üsyandan uzaq qalmağa və gerçək qurtuluşa çatmağa çağırılırlar.