Most Read in the Category of Təqva

1-) Təqva nədir, müttəqi kimə deyilir?

Təqva, qorxma, çəkinmə, Allah qorxusuyla günahlardan qorunmaq deməkdir. Mütttəqi, təqva üzrə yaşayan mömin demək olur.

Təqvada ilk ağla gələn, haramları tərkdir. Bunu, məkruhlardan çəkinmə izləyir. Məkruh, çirkin olan, xoş qarşılanmayan hərəkət, söz və hallara deyilir. Bunların tərk edilmələri də təqvadandır. Daha sonra şübhəlilər qarşımıza çıxır. Bunların da məkruhlar kimi haramla bir başqa qonşuluqları vardır. Haqqında qəti bir hökm olmayan işlərdə, təqvaya uyğun olanı, haram olma ehtimalını nəzərə alaraq o felləri tərk etməkdir. Sonra mübah və halal olanlar gəlir. Bunlardan lazım olan qədər istifadə edib israfdan çəkinmək də təqvadandır.

Allah Elçisi (s.ə.v.) "Halal bəlli, haram da bəllidir. Lakin bu ikisinin arasında şübhəli şeylər vardır,"-deyə başlayan bir hədisi-şəriflərində belə buyurur: "Necə bir çoban, qoruğun kənarında qoyun otladarkən, qoyunlarının hər an qoruğa girmə ehtimalı varsa, şübhəli şeylərdən qorunmayanın da harama düşmə ehtimalı eləcə vardır."

Şübhəli, haramın ən yaxın qonşusudur. O əraziyə girənin bir müddət sonra haram sahəsinə düşməsi qüvvətli ehtimaldır. Şübhəlidən çəkinənlərlə haram arasına bir bufer bölgə girmiş olur.

Qurani Kərimdən bir təqva dərsi:

 

"...yanacağı insanlardan və daşlardan olan, kafirlər üçün hazırlanmış oddan çəkinin." (Bəqərə Surəsi, 2/14)

 

Təfsir alimlərimiz, bu ayəti-kərimədə haqqında danışılan daşların, bütlər olduğunu söyləyirlər. Bu ayəti-kərimədə yanacağı daşlar olan bir cəhənnəmin dəhşəti yanında, mömini ürpərdən bir başqa təhdid də vardır. O da bütlərlə birlikdə yanma, eyni məkanda birlikdə olma, onların tabe olduğu rəftara məruz qalma zillətidir.

Təqva və saleh əməl, ruh və qəlbin tərəqqisində iki əsasdırlar. Saleh əməl ilə mənəvi qazanclar əldə edilir. Təqva ilə də bu qazanc qorunur və zərərlərdən uzaq qalınır. Zərər yollarını bağlamayan bir insan, qazandığından daha çoxunu itirə bilər və bu yolun sonu iflasa çıxar.

İflasla əlaqədar bu hədisi-şərif çox ürküdücü və qorxuducudur:

"Ümmətimdən müflis o adamdır ki, qiyamət günü namaz, oruc və zəkat kimi əməllər ilə gəlir. Buna qarşılıq ona-buna söymüş, böhtan atmış, kiminin malını yemiş, kiminin qanını tökmüş və kimini də döymüşdür. Axirətdə bu yaxşılıqları haqq sahiblərinə paylanar. Yaxşılıqları çatmayıb bitdiyi zaman da haqq sahiblərinin günahlarından bir qismi alınıb ona yüklənər və cəhənnəmə atılar."

Təqvanın üç mərtəbəsi vardır:

1. Şirkdən təqva: İman edərək şirkdən qorunmaq. Adam beləcə əbədi cəhənnəmdə qalmaqdan qorunmuş olar.

2. Masiyətdən təqva: Böyük günahları işləməkdən, kiçiklərdə də isrardan çəkinmək. Təqvanın ən məşhur mənası budur.

3. Masivadan təqva: Qəlbini, Haqdan uzaqlaşdıran hər şeydən uzaq tutmaq.


2-) Əməli-saleh nədir?

Əməli saleh; "yaxşı, gözəl və faydalı iş", "Allahın rizasına uyğun əməl" deməkdir.

 

"And olsun axşam çağına! Həqiqətən, insan ziyan içərisindədir. Yalnız iman gətirib yaxşı işlər görənlər, bir-birinə haqqı məsləhət görənlər­­ və bir-birinə səbirli olmağı məsləhət edənlərdən başqa." (Əsr Surəsi, 1-3)

 

Qurani Kərimdə, imandan dərhal sonra əməl-salehin zikr edildiyi bir çox ayə vardır. Bu bir irşaddır, bir diqqət çəkmədir. Allaha iman edən bir insanın, bu imanını, qulluq şüuruyla və ibadət həyatıyla dəstəkləməsi lazım olduğu mövzusunda bir İlahi xəbərdarlıqdır.

İmanla saleh əməlin birlikdə zikr edildiyi bir başqa ayə:

 

"İman gətirib saleh əməllər edənlərə müjdə ver ki, onlardan ötrü (ağacları) altından çaylar axan Cənnət bağları vardır." (Bəqərə Surəsi, 25)

 

Əməlin saleh olması böyük əhəmiyyət daşıyır. Əməlin saleh olmasının ən əhəmiyyətli şərti, ixlasdır, yəni o işdən, o ibadətdən, o xeyirdən yalnız Allah rizasının gözlənilməsi, başqa bir məqsəd güdülməməsidir.

Nur Müəllifi, "saleh əməlin ruhunun ixlas olduğunu" bəyan etməklə ixlas şərtindən məhrum əməlləri ruhsuz varlıqlara, heykəllərə bənzətmiş olur. Yüzlərlə insan heykəlini bir araya gətirsəniz bir insan etməzlər, çünki həyatları yoxdur, ruhları yoxdur. Riya üçün, maddi mənfəət üçün, desinlər yaxud deməsinlər üçün edilən bütün ibadətlər bu qrupa daxildir.

Bu da var ki, saleh əməl üçün, ruh yanında bədənin də ayrı bir əhəmiyyəti vardır. İxlas ilə edilən ibadətlərdə, şəkil şərti bədən vəzifəsini görür.

Axşam namazının fərzi üç rükətdir və bunun dörd qılınması halında, şəkil cəhətdən, əməl batil olar. O dörd rükətlik namazın şəkilləndiyini, təcəssüm etdiyini düşünün, ona kimsə axşam namazı deməz. Eyni şəkildə, ramazan orucunun şəkil şərti, imsaqla başlayıb, günəşin batmasıyla sona çatmasıdır. İmsaqdan sonra başlayıb, şama qədər davam edən bir aclığa "oruc" deyilməz. Şəkil cəhətdən o, orucdan fərqli bir şeydir. Deməli, əməllərdə şəkil şərti də əhəmiyyətlə diqqətə alınacaq, Allahın razı olduğu tərz necədirsə əməllər ona uyğun olaraq ediləcək.

Şəkil şərtinin yerinə yetirildiyi ibadətlərdə, adam məsuliyyətdən qurtulur. Ancaq o ibadətdən alacağı feyz və onunla qazanacağı mənəvi kamal, əməlin ruhu olan ixlas nisbətindədir.

Saleh əməl üçün Nur Külliyyatında verilən çox əhəmiyyətli bir tərif belədir:

"İmana aid biliklərdən sonra ən lazım və ən mühüm amalı-salehədir. Saleh əməl isə, maddi və mənəvi hüququ-ibada təcavüz etməməklə, hüququllahı da bihaqqın ifa etməkdən ibarətdir." Məsnəvi-i Nuriyə

İnsanların maddi və mənəvi hüquqlarına təcavüz etməmək "saleh əməl" tərifi içinə girmişdir. İlk baxışda bunun, daha çox, təqva mənasını verdiyi sanılsa da, təqva ilə saleh əməl arasında qüvvətli bir əlaqə olduğu düşünülsə, bu ifadələrin saleh əməl üçün də etibarlı olduğu dərhal aydın olar. İnsanların nə maddi, nə də mənəvi hüquqlarına təcavüz etmədən keçən bir ömür, saleh bir ömürdür.

Yalan danışmamaq təqva, doğru söyləmək saleh əməldir. İbadət etməməyi böyük bir günah görmək təqva, ibadət etmək isə saleh əməldir.

İnsanlar Allahın qullarıdırlar. Onların haqlarını tapdalamaqdan Haqqın razı olmadığı açıqdır. Kafirə belə zülm edilməsinə Rəbbimiz razı deyil. O halda, Haqqın qullarını incitməmək, onların qeybətlərini etməmək, onlara böhtan atmamaq, həsəd etməmək, canlarına, mallarına qıymamaq Haqqın razı olduğu hərəkətlər və hallar olub, saleh əməlin tərifinə daxildirlər.

"Hüququllah" deyilincə, daha çox insanın etiqad və ibadət həyatı başa düşülür. Etiqadı səhv olan bir insan, Haqqın hüququna təcavüz etmiş olacağı kimi, inancına görə yaşamayan və Haqqın əmrlərinə uymayan bir insan da hüququllaha riayət etməmiş olar.

Etdiyi üsyanlarla başqalarına pis nümunə olmaq isə həm hüququllaha riayətsizlikdir, həm də qul haqqına təcavüzdür.


3-) Həmd və şükür arasındakı fərq nədir?

Bu fəsl, "əlhəmdulilləh" ayətinin təfsiri haqqındadır və bunun, bir çox cəhəti vardır. Belə ki:

• Birinci fayda: Burda, eyni mənaya gələn 3 ləfz vardır:

1. Həmd;

2. Mədh;

3. Şükr.

Biz deyirik ki, həmd ilə mədh arasında, bir çox fərq vardır. Belə ki:

~ Birinci fərq:

Mədh, canlı-cansız hər şeyə edilir. Məgər görmürsənmi ki, çox gözəl bir inci və ya yaqut görən kimsə, onu mədh edir?! Ancaq, ona həmd etməsi, imkansızdır. Buna görə, mədh etmək, həmd etməkdən daha ümumidir.

~ İkinci fərq:

Mədh, bəzən, yaxşılıq etməkdən əvvəl; bəzən də, sonra ola bilir. Həmd isə, sadəcə ehsandan (yaxşılıqdan) sonra olur.

~ Üçüncü fərq:

Mədh, bəzən qadağan edilmiş olur. Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Məddahların üzlərinə torpaq atın." (Muslim, "Zühd", 69)

Həmdə gəlincə, bu, mütləq olaraq əmr edilmişdir. Peyğəmbər (sallallahu aleyhi və səlləm): "İnsanlara həmd (yəni, təşəkkür) etməyən, Allaha həmd etməmiş olar." (əbu Davud, "Ədəb", 11)

~ Dördüncü fərq:

Mədh, fəzilət cəhətlərindən birinə xas olduğuna dəlalət edən sözdən ibarətdir. Həmdə gəlincə, bu da, onun, müəyyən bir fəzilətə xas olduğuna dəlalət edən sözdür. Bu müəyyən fəzilət də, nemət vermə və yaxşılıq etmə fəzilətidir.

Söylədiklərimizlə, mədhin, həmddən daha ümumi olduğu ortaya çıxmışdır.

Həmd ilə şükr arasındakı fərqə gəlincəhəmd, nemətin sənə və ya başqasına çatmasını da ehtiva edir. Şükr isə, sadəcə sənə çatan nemətlərə məxsusdur.

Bu xüsusu başa düşdüyündə, biz deyirik ki, mədhin, canlı və cansız bütün varlıqlar üçün, Allaha və Allahdan başqası üçün ola biləcəyini demişdik. Bir kimsə, "Mədh, Allaha məxsusdur." dediyində; bu söz, Allahın muxtar Fail olduğunu göstərməz; ancaq, "Həmd, Allaha məxsusdur." dediyində, bu, Allahın muxtar Fail olduğunu göstərər. Buna görə, Allahın "əlhəmdulilləh" ayəti, bu sözü söyləyənin, aləmin İlahının, filosofların dediyi kimi, zatı gərəyi mucib (icabət edən, cavab verən) olmadığını; tam əksinə, Onun, muxtar Fail olduğunu iqrar etdiyini göstərir.

Yenə, Haqq Taala'nın "əl-həmdu lilləh" sözü, "əş-şukru lilləh/şükr, Allaha aiddir" sözündən daha üstündür. Çünki, "əlhəmdulilləh" sözü, Ondan sudur edən (meydana gələn) və başqasına çatan hər nemət səbəbilə Allahı tərifləməkdir. Ancaq "əş-şukru lilləh" sözü isə, sadəcə bu sözü söyləyənə çatan nemətə qarşılıq Allaha edilən bir tərif olur. Birincisinin daha üstün olduğunda, şübhə yoxdur. Çünki, deyilmək istənilən, budur:

Sanki qul, "Mənə, istər ver, istərsən də vermə, Sənin nemətlərin, zatən bütün aləmə çatır. Sən, ən böyük həmdə layiqsən." deyir.

--------------------------

--------------------------

• İkinci fayda:

Haqq Taala, "Allaha həmd edirəm." buyurmayıb; "Həmd, Allaha məxsusdur." buyurmuşdur. Bu ikinci ifadə, bir çox cəhətdən, daha üstündür. (Belə ki):

~ Birincisi:

Əgər Allah Taala, "Allaha həmd edirəm." desəydi, bu, bunu söyləyənin, həmd etməyə qadir olduğunu göstərərdi. Ancaq, "Həmd, Allaha məxsusdur." deyincə, Allahın, həmd edənlərin Ona həmd etməsindən və şükr edənlərin Ona şükr etməsindən əvvəl də həmdə layiq olduğunu göstərər. Bu səbəblə, qullar, Haqq Taala'ya, istər həmd etsinlər, istər etməsinlər; istər şükr etsinlər, istər etməsinlər, Haqq Taala, Öz qədim həmdi və kəlamı ilə, əzəldən əbədə qədər mahmud (həmd edilən)'dir.

~ İkincisi:

Bizim "əlhəmdulilləh" sözümüzün mənası, budur: Həmd və səna, Allah Taala'nın haqqı və mülküdür. Şübhəsiz ki, Haqq Taala, qullarına olan sonsuz nemət və lütfləri səbəbilə, həmdə layiq və haqq sahibi olan yeganə Varlıqdır.

Bundan dolayı, bizim "əlhəmdulilləh" sözümüzün mənası, buna görə, budur: "Həmd, Allahın Zatından dolayı haqq sahibi olduğu bir haqqdır."

Əgər Allah, bunun yerinə "əlhəmdu" desəydi, bu ifadə, Onun Zatından dolayı həmdə haqq sahibi olduğuna dəlalət etməzdi. Bu, bilinən bir həqiqətdir ki, Allahın həmdə haqq sahibi olduğuna dəlalət edən ləfz, Allahı tərifləyən tək bir şəxsi göstərən "Mən, tərifləyirəm." ləfzindən daha üstündür.

~ Üçüncüsü:

Əgər Allah, "Allaha həmd edirəm." demiş olsaydı, Özünə layiq olmayan bir həmd ilə Özünü tərifləmiş olardı. "Həmd, Allaha məxsusdur." dediyi zaman, insan, sanki: "Mən, kiməm ki, Onu tərifləyim. O, həmd edənlərin hamısının həmdilə təriflənmişdir." demiş olur. Bu, buna bənzəyir:

Əgər sənə: "Filan kimsənin, sənin üzərində haqqı vardırmı?" deyilsə, sən də: "Bəli." desən, onu tərifləmiş olarsan. Lakin, zəif bir şəkildə...Cavab olaraq: "Deyil mənim, bütün insanlar üzərində Onun haqqı vardır." desən, o təqdirdə, onu, ən mükəmməl bir şəkildə tərifləmiş olarsan.

~ Dördüncüsü:

Həmd, qəlbin bir sifəti olmaqdan ibarətdir. Bu da, təriflənən varlığın, üstün, nemət verən, təzim və ehtirama layiq olduğuna inanma sifətidir. Bunun üçün, insan qəlbi, Allahın əzəmətinə yaraşan təzimin mənasından xəbərsiz olduğu halda, "Mən həmd edirəm." desə, yalançı olmuş olar. Çünki o, həqiqətdə belə olmadığı halda, həmd edici olduğunu söyləmişdir. Ancaq qul, bu təzimin mənasından istər xəbərdar olsun, istər xəbərsiz, "Həmd, Allaha məxsusdur." dediyi zaman, doğru söyləmiş olar. Çünki, bunun mənası, həmdin, Allah Taalanın haqqı və mülkü olduğudur. Bu isə, qul, təzim və ehtiram duyğusu ilə istər dolu olsun, istər olmasın, daim belədir. Beləcə, "Mən, Allaha həmd edirəm." sözünün, "Həmd, Allaha məxsusdur." sözündən daha əvla olduğu, ortaya çıxmış olur.

Bunun bir bənzəri də, "lə iləhə illəllah" deməyimizdir. Bu sözə, "əşhədu ən lə iləhə illəllah" sözümüzün əksinə, yalan girməz. Çünki qul, "əşhədu/şəhadət edirəm..." sözündə, bəzən yalançı ola bilər. Bunun üçün, Haqq Taala, münafiqləri yalanlayarkən,

إِذَا جَآءَكَ ٱلْمُنَـٰفِقُونَ قَالُوا۟ نَشْهَدُ إِنَّكَ لَرَسُولُ ٱللَّهِ ۗ وَٱللَّهُ يَعْلَمُ إِنَّكَ لَرَسُولُهُۥ وَٱللَّهُ يَشْهَدُ إِنَّ ٱلْمُنَـٰفِقِينَ لَكَـٰذِبُونَ

"Münafiqlər sənin yanına gəldikləri zaman: 'Biz şəhadət veririk ki, sən Allahın Elçisisən!'– deyirlər. Allah da bilir ki, sən Onun Elçisisən. Allah şahiddir ki, münafiqlər əsl yalançıdırlar." (Münfafiqun1)

Bu incəlikdən dolayı, azanda, "əşhədu" deyilməsi əmr edilmiş və azan, "lə iləhə illəllah" ilə bitirilmişdir.

(İmam Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihu'l-Ğeyb" təfsiri)

-------------------------

-------------------------

Şükr:

~ dildə, "həmd" mənasına;

~ örfdə isə: "nemət verən kimsəyə, verdiyi nemətdən dolayı təzim ihsas edən (hiss etdirən) fel" mənasına

gəlir. (Ki), bu fel, qəlb ilə, dil ilə, ya da üzvlər (yəni, orqanlar) ilə yerinə yetirilə bilər. (Belə ki):

• Qəlb ilə yerinə yetirilən fel, nemət sahibinin kamal və cəlal sifətlərinə sahib olduğuna inanmaq şəklində;

• Dil ilə ifadə edilən fel, buna dəlalət edən şeyi, sözlü olaraq söyləmək şəklində;

• Orqanlarla ifadə edilən fel isə, buna dəlalət edəcək davranışlar sərgiləmək surətilə

olur.

Bütün bunlar, qulun, Allah dair şükrüdür.

Allahın qula dair şükrü isə, Onun, qulun ibadətini qəbul edərək, qarşılığında, ona nemət verərək, qulları arasında hörmətli qılaraq, onu tərifləməsi şəklindədir. (Cürcani, "ət-Tarifat")

Örfdə şükür, qulun, Allah tərəfindən özünə verilən eşitmə, görmə və digər bütün nemətləri, yaradılış qayələrinə uyğun olaraq istifadə etməsi, məsələn:

~ göz nemətini, Allahın məxluqlarını incələyərək;

~ eşitmə nemətini, İlahi rizaya nail qılacaq şeylərə qulaq verib qadağalardan çəkinərək

istifadə etməsidir.

Dildəki mənaları etibarı ilə, şükr və həmd arasındakı fərq, budur:

~ Həmd, mövzusu (yəni, əlaqəli olduğu şey) etibarı ilə, daha ümumidir. Çünki, onun mövzusu, nemət də ola bilər, başqa şeylər də.

~ Halbuki, şükrə mövzu olan şey, sadəcə nemətdir. Şükr isə, yerinə yetiriliş qaynağı etibarı ilə, daha ümumidir. Çünki, dil, üzvlər və qəlb ilə yerinə yetirilə bilər.

Halbuki həmd, sadəcə dil ilə yerinə yetirilir.

Beləliklə, bu ikisi arasında, bir cəhətdən ümum-xüsus münasibəti vardır.

Şükrün dildəki mənası ilə örfdəki mənası arasındakı fərqə gəlincə:

Dildəki mənası, örfdəki mənasından daha ümumidir. Çünki, qulun, Allahın bütün nemətlərini istifadə etməsi, nemət verənə dair bu nemətləri vermiş olduğu üçün təzim ehtiva edən bir fel olaraq vəsf edilə bilər. Halbuki, açıqca başa düşüləcəyi üzərə, bunun əksi, bəhs mövzusu ola bilməz. Çünki, dil cəhətdən mənası ilə, şükr, Allaha dair ola biləcəyi kimi; başqasına dair də ola bilər. Necə ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm):

"İnsanlara həmd (yəni, şükr) etməyən, Allaha da həmd (yəni, şükr) etməz." buyurmuşdur.

Örfdəki mənası ilə şükrdə isə, hal, bunun əksi istiqamətindədir. Çünki örfdə şükr, sadəcə Allaha dair olur.

(Muhamməd Əli ət-Təhanəvi, "Kəşşaf-u İstilahati'l-Fünun və'l-Ulum")

 

 

 

 

 

 

 

 

 

 


4-) Cismaniyyəti buraxmaq, ruhun və qəlbin həyat dərəcəsinə çıxmaq necə olur?

Bilindiyi kimi, insanın həm bitki, həm heyvan, həm də insan həyatı haqqında danışmaq olar. Böyüyüb inkişafı bitkilər kimi, yeyib içməsi və şəhvəti heyvan həyatından xəbər verir. Düşünməsi, inanması, ibadət etməsi, təqvası, saleh əməlləri, gözəl əxlaqı onun insanlıq cəhətini ifadə edir. Ruh və ürəyin qidaları, tərəqqi və təkamülləri bu cəbhədə reallaşır. Ömrünü bu sahədə keçirən insan ruh və qəlbin həyat dərəcəsinə girib deməkdir.

İnsanların və heyvanların, bir şifrəli toxumla başlayan səfərləri, onların cismani istiqamətlərini ifadə edər. Bu cisimlərdən bir qisminə yalnız şüur və hiss, bir başqa qrupuna isə bunlara əlavə olaraq ağıl lütf edilmişdir. Heyvanlarda yalnız hiss və şüur vardır. İnsan isə həm hiss və şüur, həm də ağıl sahibidir.

İnsan, bir çəyirdək kimi ana rəhminə atılmış və orada bir cücərti kimi böyüməyə başlamışdır. O qaranlıq mənzildə, qırx gün qədər, bir bitki kimi böyüdükdən sonra bədəninə ruh ilqa edilmiş, beləcə heyvani həyata keçmişdir. Doqquz aylıq dövrdə bu iki mərhələni keçirən insanoğlu, bu səfərin sonunda, ona verilən ağıl sərmayəsini ən gözəl şəkildə istifadə edə biləcəyi bu geniş aləmə çıxarılmışdır.

Böyüməsini davam etdirməsinə, yeməsinə, içməsinə baxmayaraq onda artıq insani istiqamət ön plandadır. Hələ danışmağa hazırlandığı körpəlik çağında, əşyanın adlarını öyrənməyə başlayar. Heyvanlar bundan məhrumdurlar. Bir az böyüyüncə, adlarını öyrəndiyi əşyanın hikmətlərini araşdırır, onların nə işə yaradıqlarını soruşmağa başlayır.

Bu suallar onu, "Mən nəyəm? Kimin məxluquyam? Hara yolçuyam? Bu dünya həyatında əsl vəzifəm nədir?" suallarını soruşmağa aparmalıdır. Bunu bacaran insanların ruhları iman ilə nurlanar. Gerçək insani həyat da elə o zaman başlayar. İnsan cismani və heyvani həyatı ikinci plana atdığı, əsl hümmətini qəlb və ruhun inkişafına yönəltdiyi təqdirdə "qəlb və ruhun dərəce-i həyatına" girmiş olar. Allahın seçmə qullarında, bu yeni həyat təbəqəsində bir sıra möcüzəvi hallar görülər.

Nur Külliyyatından, qəlb və ruhun necə həyat tapacağını və kamala çatacağını dərs verən bir cümlə:

“Həyat-ı qəlbî və ruhîyə mədar olan marifət-i İlahîyə və məhəbbət-i Rabbaniyə və ubudiyət-i Sübhaniyə və marziyat-ı Rahmaniyə cəhətiylə bu dünyadaki fani ömür, baqi bir ömrü təzəmmün edər (içinə alar) və əbədi və baqi bir ömrü intac edər (nəticə verər) və baqi və layemut bir ömür hökmünə keçər.” (Ləmalar, Üçüncü Ləma)

Bu cümlədən aldığımız dərsə görə, qəlb və ruhun dərəce-i həyatına çıxmanın pillələri: “marifət-i İlahiyə, məhəbbət-i Rabbaniyə, ubudiyət-i Sübhaniyə, marziyat-ı Rahmaniyə”-dir. O halda, qəlb və ruhun həyat tapması üçün, "insan, Allahı tanıma və Onu sevmə vadisində var gücüylə çalışmalı, inanc, düşüncə və fel aləmlərini qulluq şüuruyla tənzimləməli və tək məqsədi, O Rəhman Rəbbinin razılığına çatmaq olmalıdır. "


5-) İnsanlar arasındakı üstünlük sıralaması, əvvəl peyğəmbərlər, sonra əshabı-kiram şəklindədir?

Əshabələr arasında fəzilət sıralaması ümumiyyətlə belə edilir:

Əvvəl ümumiyyətlə Aşərei- mübəşşərə, bunlar arasında da əvvəl dörd xəlifə; sonra ümumiyyətlə Mühacirlər, sonra Ənsar, xüsusi olaraq da Əshabı- Bədir, Şühədai- Uhud, Əshabı-Suffa, Əhli -Beyəti- Rıdvan kimi təbəqələri vardır. Bunlar bir cəhətdə iç-içə olduğu üçün böyük xətlərlə ayırmaq da çətindir. Məsələn, dörd xəlifə həm mühacirdir, həm səffi-əvvəl müsəlmanlardır, həm Bədir və Uhud gəzvəsinə (döyüşünə) qatılmış, həm Ridvan ağacının beyətində olmuşlar.

Ən məşhur sıralamada, Hakimin etdiyi şəkildə, əshabənin təbəqələri on ikiyə ayrılır:

1. Dörd xəlifə

2. Darun-Nedvədə olmuş ilk Məkkəli Müsəlmanlar

3.Həbəşistan mühacirləri

4. İlk Akabə beyətinə qatılmış olanlar

5. İkinci Akabə beyətinə qatılmış olanlar

6. Hz. Peyğəmbər (s.ə.v.)-ə Kubada yetişən ilk mühacirlər

7. Bədir gəzvəsinə qatılanlar

8. Bədir döyüşü ilə Hudeybiyə razılaşması arasında Mədinəyə hicrət edənlər

9. Ridvan ağacının altında beyət edənlər

10. Hudeybiyə ilə Məkkə fəthi arasında Mədinəyə hicrət edənlər

11. Məkkə fəthi əsnasında Müsəlman olanlar

12. Fəth günü və Həccətül-Vədada Hz. Peyğəmbər (s.ə.v.)-i görən uşaqlar (bx. Suyutî, Elfiye fi ilmi’ihadis-tashih,şerh, Ahmed Muhammed Şakir- tabatu dari’r-reca, el-Cezair, s.226).

Əhli-sünnət, təkcə hələ dünyada ikən cənnətlə müjdələnən əshabələrə deyil, bütün əshabələrə hüsnü-zənn edir, onların cənnətlik olduqlarını qüvvətlə ümid edir. Peyğəmbərlərdən sonra ən böyük mərtəbə əshabələrə aid olduğunu qəbul edirlər.

Əhli-sünnətin əsrimizdəki ən böyük nümayəndəsi olan Bədiüzzaman da, "Peyğəmbərlərdən sonra ən böyük mərtəbənin əshabəyə aid olduğunu" söyləyir. Ona görə, əshabədən sonra ən böyük mövqe Hz. Mehdinindir. Ondan sonra ən böyük mövqe dörd məzhəb imamlarınındır. Lakin, Gavsı-Azam bəzi cəhətlərdən imamlardan daha yüksək mövqelərə malikdir, amma yenə də külli fəzilət əshabə və Mehdidən sonra dörd məzhəb imamlarına aiddir. (Məktubat/23cü Məktub/3cü sual)


6-) Zühd, təqva və Qurana bağlılıq anlayışını açıqlayarsınız?

- Zühd: Dünyaya çox rəğbət etməmək, meyl göstərməməkdir. Yoxsa tamamilə dünyanı tərk etmək demək deyil.

 

"Allahın sənə verdiyi ilə Axirət yurduna can at. Dünyadakı nəsibini də unutma. Allah sənə yaxşılıq etdiyi kimi, sən də (başqalarına) yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə çalışma. Şübhəsiz ki, Allah fitnə-fəsad törədənləri sevmir.” (Qasas, 28/77)

 

" Ey Adəm oğulları! Məscidlərə (gedərkən) gözəl geyimlərinizi geyin. Yeyin-için, lakin israf etməyin. Şübhəsiz ki, (Allah) israf edənləri sevmir. "(Əraf, 7/31)

 

 məalındakı ayələrdən, zühdün bir tarazlıq ünsürü, ifrata varmamaq faktı, dünya-axirət tarazlığını gözləmə anlayışı olduğunu anlaya bilərik.

- Təqva: Ümumiyyətlə, günahlardan/qadağalardan çəkinmə mənasında istifadə edilir. Bu anlayış, təqvanın "çəkinmə, uzaq durma, qorunma" mənasına da uyğundur. Buna görə, Allahın əmrlərini yerinə yetirmək "saleh əməl", qadağalarından çəkinmək də "təqva" olaraq qiymətləndirilir.

Bununla birlikdə, qorunma işi İslam dinində iki şəkildə olur: əmrləri yerinə yetirmək, qadağalardan çəkinmək. Bundan ötəridir ki, təqva, "Allahın əmrlərinə itaət etmək və qadağalarından çəkinmək" olaraq da təsvir edilir. Bu anlayış daha geniş əhatəlidir.

Təqvanın çox mərtəbələri vardır. Əvvəl fərzləri yerinə yetirmək, böyük günahlardan çəkinmək əsasdır. Sonra, bədən üzvlərini: gözü, qulağı, dili, əli, ayağı və s. günahlardan uzaq tutmaq, bunları gözəl şeylərlə məşğul etmək lazımdır. Bədənin maddi orqanlarını bir intizam altına aldıqdan sonra, mənəvi sahələrə yönəlmək, ruha, ağla, ürəyə, duyğulara iman şüurunu təlqin etmək, ona görə hərəkət etmək lazımdır.

Şübhəsiz, maddi-mənəvi sahəni tamamilə ayrı kateqoriyalarda mütaliə etmək mümkün deyil. Çünki, bunlar iç içədir. Sözgəlişi, gözünüzü haramdan çəkindirdiyiniz anda, ağılınız, ürəyiniz, duyğularınız da bir iman şüuru halını yaşayır deməkdir. Lakin əhəmiyyət sırasına görə baxdıqda, əvvəl zahirimizlə əlaqəli olan amalı-mükəlləfin gəlir. İç təmizliyi, işin ruhi, qəlbi ölçüsü buna bağlı olaraq inkişaf edər. Məsələn, oruc tutmayan kimsənin, orucun insan üzərindəki müsbət təsirlərindən danışması qəribə qarşılanar. Adam öldürən bir kimsənin -bir candır deyə- ov etməyə qarşı çıxması, heyvansevərlik etməsi, yadırğanılacaq. Yenə, namaz qılmayan, içki içən kimsənin ixlasdan, oğrunun insan haqlarından danışması çox gülməli çıxar.

Xülasəylə, Qurana uyğun olan təqva, Allahın -müsbət və ya mənfi- əmrlərinə tabe olmaqdan ibarətdir. Əvvəl böyük əmrləri yerinə yetirmək, böyük qadağalardan çəkinmək isə, Quranın hikmətinə ən uyğun olan yoldur.

- Qurana bağlılıq: Qurana sarsılmaz təhqiqi bir imanla bağlanmaq, Quranı həyatının tək rəhbəri olaraq qəbul etmək və ona görə yaşamaq deməkdir. Quranı oxumaq, anlamaq və tətbiq etmək, bağlılığın açıq göstəricisidir.

Heç şübhəsiz, bizim Quranı doğru anlamağımız üçün, Quran və onun təfsiri olan sünnəti ən yaxşı bilən alimlərimizin əsərlərini oxumaq lazımdır. Bunların seçimində də ən etibarlı qaynaqları üstün tutmaq çox vacibdir.


7-) Günah işləməmək mümkün mü? Günaha girən adam necə davranmalıdır? Günah işləməmək üçün çox diqqət edirəm; bu də psixoloji olaraq təsir edir. İnsanın qüsursuz olması mümkün mü?

     İnsan günah işləyə bilən bir varlıq. "Mənim günah işləməyim mümkün deyil." deyə bilən heç kim yoxdur. Hər insan, bu və ya digər şəkildə, az və ya çox, günah çuxuruna yaxınlaşır, bəzən də içinə düşür.

     Bizlər, ağıl və qəlb tarazlığı içində həyatımızı davam etdiririk. Lakin, insan yalnız ağıl və qəlbdən ibarət olmadığı üçün, başda nəfs olmaq üzrə basqın duyğular, söz dinləməz hisslər, önü alınmaz həvəslər və qarşı qoyulmaz qorxular altında, bəzən fərqində olaraq və ya olmayaraq iradəmizə söz geçirə bilmir və günah işləyirik.

     İşin əslinə baxılsa, Uca Allah bizi özünə yaxınlaşdırmaq, bizi özünə möhtac etmək, bizi özünə çəkmək üçün bir-birindən fərqli, müxtəlif vəsilələr yaratmış. Məsələn, acmaq kimi bir duyğu verib, bizi ruziyə möhtac etmiş, Rəzzaq olduğunu göstərmiş və bizi bu yolla özünə bağlamış. Biz də qul olaraq bütün ehtiyaclarımızı O'ndan istəmiş, O'nu Rəzzaq olaraq bilmiş, gerçək mənada ruzi verici olaraq O'nu tanımışıq. Demək ki, Rəzzaq ismi, acmamızı tələb edir.

    Eyni şəkildə, biz günahkar, Allah bağışlayandır. Biz xəta işləyirik, Allah bağışlayandır. Biz üsyana qapılırıq, Allah məğfirət edəndir. Biz tövbə edirik, Allah tövbəmizi qəbul edəndir. Allah Ğafur`dur, Afuvv'dur, Ğaffâr'dır, Təvvâb'dır. İşlədiyimiz günahlar bizi Allah'ın bu isimlərinə aparır, bizi O'na yönəldir. Beləcə Allah'ı Ğafur və Ğaffar adlarıyla tanımış oluruq.

    Bədiüzzamanın dediyi kimi, 'Ğaffar ismi günahların varlığını və Səttar ismi qüsurların olmasını gərəkli edir.' Açıqcası, günah işlənsin ki Allah'ın Ğaffar ismi təcəlli etsin; qüsur edilsin, xəta edilsin ki, Allah da qulunun qüsurunu üzünə vurmayıp örtərək Səttar olduğunu göstərsin.

     Bir hədisində, Sevgili Peyğəmbərimiz (s.ə.s.) bu şirin gerçəyi nə də gözəl dilə gətirir:

"Nəfsim qüdrət əlində olan Zata and içirəm ki, əgər siz heç günah işləməsəniz, Allah sizin hamınızı həlak edər; sonra günah işləyən, ardınca da istiğfar edən bir qövm yaradar və onları məğfirət edərdi." 1

 

Nə qədər günah, o qədər tövbə

    İnsan nəfsinə aldanar, şeytana qanar, hisslərinə hakim ola bilməz, iradəsinə söz keçirə bilməz də, sonunda bir günah işləyər, ardında da etdiyinə, edəcəyinə min peşman olar və tövbə üstünə tövbə edər. Məhz, qulun günah işləmiş də olsa tövbə ilə Rəbbinə rücu etdiyi bu hal, hədislərdən öyrəndiyimizə görə, Allah-təalanı məmnun etməkdədir.

     Əbu Hureyrə radıyallahu anh nəql edir: "Rəsulullah əleyhissalatu vəssalam Rəbbindən nəqlən buyurdu ki:

"Bir qul günah işlədi və 'Ya Rəbbi, günahımı bağışla!" dedi.

Haqq Təâlâ da, 'Qulum bir günah işlədi; ardınca bildi ki günahları bağışlayan və ya günah səbəbiylə cəzalandıran bir Rəbbi vardır ' buyurdu.

Sonra qul dönüb təkrar günah işlədi və 'Ey Rəbbim, günahımı bağışla! " dedi.

Allah Təâlâ da, 'Qulum bir günah işlədi və bildi ki, günahı bağışlayan və ya günah səbəbiylə cəzalandıran bir Rəbbi vardır.' buyurdu.

Sonra qul dönüb təkrar günah işlədi və 'Ey Rəbbim, məni bağışla! " dedi.

Allah Təâlâ da, 'Qulum günah işlədi və bildi ki, günahı bağışlayan və ya günah səbəbiylə cəzalandıran bir Rəbbi olduğunu bildi. Ey qulum, istədiyini et, mən səni bağışladım. ' buyurdu. "2

     Böyük hədis alimi İmam Nəvəvi, bu hədisdən bu hökmü çıxarır:

    "Günahlar yüz dəfə, hətta min və daha çox dəfə təkrar edilsə də insan hər səfərində tövbə edərsə, tövbəsi məqbuldur. Və ya bütün günahlar üçün bir tək tövbə etsə belə, yenə tövbəsi səhihdir."

     Bir hədisdə də, istiğfar edən kimsənin gündə yetmiş dəfə günahını təkrar etsə belə, 'günahında israr etmiş' sayılmayacağı bildirilir.3

    Hz. Ali (ra) 'nin bu mövzuya gətirdiyi açıqlama daha maraqlıdır:

    "Özündə qurtuluş resepti olduğu halda həlak olan kimsənin halına heyrət edirəm. O resept də istiğfardır."

    Onsuz da Ğaffar və Təvvab isimləri, 'çox çox bağışlayan, tövbələri çox qəbul edən, hər günah işləyəndə istiğfar edəni əfv edəndir, hər tövbə edəndə tövbə edənin tövbəsini qəbul edən' mənasını verir. Əgər Allah-Təala qulunu həyatı boyu yalnız bir səfərə məxsus olmaq üzrə bağışlayacaq olsaydı, ondan sonra insana günah işləmə imkanı və fürsəti verməməsi gərəkirdi. Yəni, Allah bağışlamaq istəməsəydi, bizə əfv istəmə duyğusunu verməzdi.

     Digər tərəfdən, Cənabi-Haqqın günahları bağışlaması O'nun fəzli, lütfü və ikramıdır. Hədisdə də ifadə edildiyi kimi, günahı səbəbiylə cəzalandırması isə ədalətinin təcəllisidir. Səid Nursî'nin ifadə etdiyi üzrə, "Cənabi-Haqqın günahkarları əfv etməsi fəzldir, tâzib etməsi [əzab ilə cəzalandırması] adldir (ədalətdir)."

      Əfəndimizin (a.s.m.) dizi dibində yetişən səhabə nəsli bu incə nöqtəni çox yaxşı qavramışdı. Allah'ın uca isimlərini mükəmməl mənada həm çox yaxşı anlamışlar, həm də həyatlarına yansıtmışdılar. Rəvayət etdikləri hədislərə baxanda, bu təhsilin səviyyəsini və anlayış güclərinin fərqinə varmaq heç də çətin deyil.

    Məsələn, qulun günahı nə qədər çox olursa olsun və qul nə qədər əfv diləyərsə diləsin, heç bir zaman istəyinin qarşılıqsız qalmayacağını, Hz. Ənəs xəbər verir.

     Ənəs radıyallahu ənh, "Mən Rəsulullah sallallahu əleyhi vəsəlləmi belə buyurarkən dinlədim" deyir.

"Allah Təâlâ [buyurdu ki: Ey Adəmoğlu! Sən mənə dua etdiyin və məndən əfv dilədiyin müddətcə, işlədiyin günahlar nə qədər çox olursa olsun, onların böyüklüyünə baxmadan səni bağışlayaram. Ey Adəmoğlu! Günahların göyləri dolduracaq qədər olsa, sən Məndən bağışlanmanı dilərsən, günahlarını bağışlayaram .

Ey Adəmoğlu! Sən yer üzünü dolduracaq qədər günahla hüzuruma gəlsən, fəqət Mənə heç bir şeyi şərik tutmasan, şirkə bulaşmamış olsan, Mən də səni yer üzü dolusu məğfirətlə qarşılayaram. "4

     Peyğəmbər Əfəndimiz (s.ə.s.) də, bir hədisində, qulun işlədiyi günahdan dolayı tövbə edib Rəbbinə dönməsini çöl iqlimində yaşayan, çölə çıxınca varı yoxu dəvəsi olan bir insanın kədərini və sevincini dilə gətirərək bizə belə izah edir:

"Elə bir kimsə ki, quraq, boş və təhlükəli bir ərazidə yerləşir. Yanında dəvəsi var. Dəvəsinin üzərinə də ərzaqını yükləmiş. Nəhayət yatar. Oyandığında bir də baxar ki, dəvəsi getmiş. Dəvəsini axtarmağa başlayar. Heç cür tapa bilməz. Aclıqdan və susuzluqdan pərişan bir vəziyyətdə ikən öz-özünə belə deyir: 'Artıq ilk olduğum yerə gedim də, ölənə qədər orada yatım.' Gedər, ölmək üzrə başını qolunun üzərinə qoyur. Bir ara oyanar.

Baxar ki, dəvəsi yanında dayanmış. Bütün azuqəsi, yeməyi və içkisi də dəvəsinin üzərindədir. Məhz Allah mömin qulunun tövbə və istiğfarı ilə, belə bir vəziyyətdə olan kimsənin sevincindən daha çox sevinc və ləzzət alar. "5

Ana uşağını atəşə atarmı?

     Allah-Təalanın rəhməti, şəfqəti və mərhəməti sonsuzdur. Bütün qullara yetər, bütün bir aləmə kafi gələr. O`nu tanıyan, fəqət günahdan əlini çəkə bilməyən, nəfsinin əlinə əsir düşmüş qullarını öz halına buraxmaz. Bir başqa sözlə, Cənabi-Haqq ona yönələn qulunu müxtəlif vəsilələr yaradaraq onu rəhmət iqliminə çəkər. Yəni, Allah qulunu cəzalandırmaq üçün yaratmamış, bir fürsətini tutub da onu Cəhənnəmə atmaq üçün dünyaya göndərməmiş. İnsan necə öz uşağını səhvindən dolayı atəşə atmazsa, Uca Allah da özünü Rəbb olaraq tanıyan qullarından sonsuz mərhəmətini əsirgəməz, onları Cəhənnəmə atmaz.

     Həzrəti Ömər (ra) Səadət əsrində şahid olduğu bir hadisəni nəql edərkən, bu barədə Əfəndimizin (s.ə.s.) müjdəsini bizə də çatdırır.

"Bir savaş sonrasıydı. Əsirlər arasında uşağından ayrı düşmüş bir qadın da var idi. Qadıncığaz uşağına olan həsrətini aradan qaldırmaq üçün gördüyü hər uşağı qucaqlayır, bağrına basır və əmzidirirdi. Rəsulullah sallallahu əleyhi vəsəlləm ətrafındakılara:"

"Bu qadının öz uşağını atəşə atacağına ehtimal verirsinizmi?" deyə soruşdu.

"Əsla, atmaz." dedilər. Bunun üzərinə Rəsulullah sallallahu əleyhi vəsəlləm:

"Məhz Allahu Təâlâ qullarına bu qadının balasına olan şəfqətindən daha mərhəmətlidir." buyurdu. "6

     Hədis-i şəriflər Allah-Təalanın sonsuz məğfirətini və rəhmətini izah edir. Eyni şəkildə, dəyişməz bir prinsip olaraq ayələr, ümumi ölçüləri verdikdən sonra əhəmiyyətli bir nöqtəni xatırladır.

     O da, qulluq şüurunu zədələməmək, qulun Rəbbinə olan hörmət sərhədini keçməməkdir. Tövbə, istiğfar etdikdən sonra, necə olsa Allah bağışlayar deyib günah işləməyi davam etdirməməli ki, qulluq sirri itməsin. Qur'ân bu həqiqətə belə işarə edir:

"Onlar çirkin bir günah işlədikləri və ya hər hansı bir günaha girərək özlərinə zülm etdikləri zaman Allah'ı xatırlayar və günahlarını bağışlaması üçün O'na dua edərlər. Günahları isə Allah'dan başqa bağışlayacaq kim var? Və onlar işlədikləri günahda bilə-bilə israr etməzlər." 7

Günahla Mənəvi Yüksəliş

Qul işlədiyi günahdan dolayı Allah'a daha ciddi olaraq sığındığı və daha ixlaslı bir şəkildə yönəldiyi təqdirdə, mənəvi bir yüksəlişə də keçə bilməkdədir. Qur'ân bu gerçəyi 'günahların savaba çevrilməsi' şəklində izah etməkdədir.

"Ancaq tövbə edən və yaxşı işlər görənlər bundan müstəsnadır. Allah onların günahlarını silib yerlərinə yaxşılıqlar verər. Allah bağışlayandır, çox rəhm edəndir." 8

    Allah-Təala, xəta və günahlarını etiraf edən, peşmanlıq hiss edən kəslərin həm günahlarını bağışlayır, həm də günahların yerini savabla doldurur, beləcə günah yerini savaba buraxır, günah savabla yer dəyişdirir. Bu sirdəndir ki, bəzi hədis alimləri, "Bəzi günahlar vardır ki, mömin üçün bir çox ibadətdən daha faydalıdır." deyərlər.

     Hər kəs xəta işləyə bilər, hətta hər kəs mütləq xəta edər, günaha girər. Lakin günahkarların da xeyirlisi vardır. Bu xeyiri Əfəndimiz (s.ə.s.) belə ifadə edər:

"Hər insan xəta işləyər; amma xəta edənlərin ən xeyirlisi, çox tövbə edənlərdir." 9

    Xəta edənlərin tövbələri ilə xeyirli bir insan olmalarından yanaşı, bir də Allah'ın sevdiyi bir qul olma mərtəbəsinə yüksəlmələri söz mövzusudur. Qur'ân'ın göstərdiyi bu müjdə, İslâm'ın insana təqdim etdiyi ən şirin müjdələrdən biridir:

"Şübhəsiz ki, Allah çox çox tövbə edənləri və təmizlənənləri sevər." 10

     Peyğəmbər Əfəndimiz (s.ə.s.), bu ayəni belə təfsir edirlər:

"Şübhəsiz ki, Allah, təkrar təkrar günah işlədiyi halda üst-üstə tövbə edən qulunu sevər." 11

     Bu sevginin gerçək şüurunda olan Peyğəmbərimiz (s.ə.s.), heç bir günahı olmadığı, günahlara qarşı qorunduğu halda, gündə yetmiş dəfə, bəzi zamanlar yüz dəfə tövbə və istiğfar edərdi. Çünki, istiğfarın içində 'Mahbubiyəti' mərtəbəsi və sevinci vardır.

     Ancaq, bu müjdəni yanlış bir tərəfə çəkərək, "Bir halda ki günahlar savaba çevrilə bilir, əvvəl günah işləyib sonra da tövbə etsək olmaz mı?" kimi fikirlərlə məsələni istismar etməmək də lazımdır.

     Belə bir yanaşma, hər şeydən əvvəl, qulluq ədəbinə ziddir. Bu hal, haşa Allah'ı imtahan etmək, dini hökmləri ciddiyə almamaq sayılır ki, işin sirrini Qavramamaq olur. Belə bir istismara qarşı, bir çox ayədə əfv səlahiyyətinin Allah'a aid olduğu, Allah'ın istədiyini bağışlayacağı, istədiyini əzaba uğradacağı bildirilərək, xof-rəca müvazinətinə, ümid-qorxu tarazlığına diqqət çəkilir.

     Qaldı ki, "Necə olsa tövbə edərəm." düşüncəsiylə günaha batan kimsə tövbə etmə fürsəti tapa biləcək midir, buna ömrü çatacaq mıdır, bir zəmanəti varmıdır? Və ya ən əhəmiyyətlisi, davranışları Allah'ın qəzəbini çəkdiyi halda, Allah ona tövbəyə dönüş fürsəti verəcək midir? Bütün bunların da nəzərə tutulması lazımdır.

"Fərzləri edən, kəbirələri işləməyən qurtular."

     Bütün bunlarla yanaşı, xüsusilə hər gün yüzlərlə günahın hücumuna məruz qalan möminin ən mühüm məsələsi, günahdan çəkinməyə çalışması, günahlı mühitdən uzaq dayanması, günah işləməyə açıq olan qapılara yanaşmamasıdır. Bir mənada, 'dəf'i şər' etməsi, şərli işlərdən uzaq qalmasıdır. Bu xüsus bu zamanda çox böyük əhəmiyyət kəsb edir. Təqva sirri də ancaq bu yolla əldə edilə bilər. Çünki bir haramı, bir böyük günahı tərk etmək fərzdir. Bir vacibi işləmək bir çox sünnədən daha sevaplıdır. Təqvanın əsas alınmasıyla minlərlə günahın hücumuna qarşılıq bir dəfəlik üz çevirmə ilə, yüzlərlə günah tərk edilmiş, bu səbəbdən yüzlərlə fərz və vacib işlənmiş olar. Beləcə, təqva niyyətiylə, günahdan çəkinmək məqsədilə çox sayda saleh əmələ yol açılır. Çünki bu zamanda "Fərzləri edən, kəbirələri işləməyən xilas olar." 12

     Bu qurtuluşu, yəni böyük günahlardan qaçınanların nemətə, ikrama və Cənnət səadətinə çatacaqlarını Qur'ân xəbər verir:

"Əgər sizə qadağan edilmiş günahların böyüklərindən çəkinsəniz, geri qalan günahlarınızı örtər və sizi nemət və ikramlarımızla dolu olan Cənnətə qoyarıq." 13

     Madam elədir, "Həyatınızı imanla hayatlandırın və fərzlərlə zinətləndirin və günahlardan çəkinməklə mühafizə edin." 14

 

Qaynaqlar:

1. Müslim, Tövbə 9.

2. Buxari, Tövhid 35; Müslim, Tövbə 29.

3. Müsnəd, 5: 130.

4. Tirmizî, Dəavat, 98.

5. Müslim, Tövbə 3.

6. Buxari, Ədəb 19, Müslim, Tövbə 22.

7. Ali-İmran surəsi, 3: 135.

8. Furqan surəsi, 25:70.

9. Tirmizî, Qiyamə 49.

10. Bəqərə surəsi, 2: 222.

11. Müsnəd, 1:80.

12. Risale-i Nur Külliyatı, 2: 1632.

13. Nisa surəsi, 4:31.

14. Risale-i Nur Külliyatı, 1: 5.

 


8-) Axır ömrümə qədər təqvalı olaraq yaşamaq istəməyimə baxmayaraq bunu bacara bilmirəm; ümidsizliyə qapıldım. Bundan necə qurtula bilərəm?

     İnsanda minlərlə duyğular vardır. Bu duyğular yaxşı təsbit edilməyib də istiqamət üzrə istifadə edilmədiyi təqdirdə özü ilə xəta gətirər.

    Hər inanan Rəbbinə qarşı qüsursuz bir qulluq etmək istər. Ancaq dünyadakı imtahan şərtləri və nəfsin və şeytanın vəsvəsələri buna mane ola bilər. Məhz bu nöqtədə insan özünü yaxşı oxumalıdır.

    Allah Təala insanı xəta işləməyə uyğun bir varlıq olaraq yaratmışdır. Bu xətasını düzəltmək üçün də tövbə qapısını açmışdır. İnsan min dəfə də xəta işləsə bu tövbə qapısı ona bağlanmaz.

    İbadət edərkən də həddi aşmaq deyil əmr olunanı etmək əhəmiyyətlidir. Xüsusilə fərz olan ibadətləri etməyə səy göstərməli və imkan daxilində də nafilələri etməliyik. İbadətdə həddindən artıq ehtiras (hərislik) insanı ümidsizliyə aparan amillərdən biridir.

     Saleh əməllərdə və ibadətlərdə heç cür istədiyi kimi müvəffəqiyyətli ola bilməyən və bu vəzifələrini yerinə gətirə bilməyən insan, qarşılaşacağı qəbir və cəhənnəm əzabından qorxar. Ümidsizliyə düşər. Tənbəllik, ətraf mühitin mənfi təsirləri kimi bir çox səbəbdən dolayı nəfsinə məğlub olub qulluq vəzifələrini yerinə gətirə bilməyən, səfahət bataqlığı içində çırpınan insanların çoxu ümidsizliyə qapılar. Bu xəstəlik nəticədə insanı küfrə və inkara qədər götürə bilər.

    İçində olduğu haldan çıxmaqda tamamilə ümidsizləşən bir insan şübhə və vəsvəsələrə tez məğlub olar. Bu cür insanlar, dini məsələlərin ziddinə və ya imani və etiqadi məsələləri inkar etməyə sövq edən ən zəif və kiçik iddialara çox böyük və qüvvətli dəlillər imiş kimi yapışmaq istəyər. Bu hal irəliləsə "üsyan bayrağını" çəkər və İslamiyyətin dairəsindən çıxar. Şeytanın ordusuna qatılar. Məsələn; namaz qılmaqda çətinlik çəkən bir insanın nəfsi, namazın fərz olmamasını arzu edir. Şeytan qılığındakı insan ona namazın fərz olmadığı vəsvəsəsini versə, nəfsi dərhal bu çürük iddiaya yapışmaq istəyər və əgər bu tələyə düşərsə imanını itirər. Bax "ümidsizlik xəstəliyi" nın dəhşətli nəticəsi.

     Bu ayə ümidsizlik xəstəliyinə qapılan və əməllərdə müvəffəq ola bilməyənlərin dərmanı və nûru:

"De ki: 'Ey nəfsləri əleyhinə (günah işləməklə) ömürlərini israf edən qullarım! (Günahlara bulaşdıq deyə) Allah'ın rəhmətindən ümid kəsməyin! Şübhəsiz ki, Allah bütün günahları bağışlayar." Doğrusu, Ğafûr (çox bağışlayan), Rahîm(qullarına mərhəmət edən) ancaq O`dur. " (Zumər, 39/53)

     Qəlbə "saməd aynası" deyilir. Saməd, yəni hərşeyin ona möhtac olduğu, ehtiyacdan münəzzəh Allah...

    Və bu qəlbin razı olması üçün yeganə resept:

"Bilin ki, qəlblər ancaq Allah`ın zikrilə aram tapar (Allah'ı xatırlamaqla sükunət tapar). (Rad, 13 /28)

     Mədəyə və ona göndərilən qidaya, görməyə və onu təmin edən ziyaya, ağla və onu qane edən mənaya, qısacası maddî və mənəvi nə qədər ruzilərə möhtac olan bu aciz və fəqir bəşərin, o ummanlardan daha geniş qəlbini, ancaq bütün məxluqatın Xaliqi və maliki olan Allah'ı zikr, yəni O`nu yad etmək, O`nu xatırlamaq qane edə bilər.

     O halda insan, Allahdan başqa nəyi yâd etsə məxluqu yad etmiş, O'ndan qeyri nəyi sevsə fani olanı sevmiş olar. Bunlar isə şərəf və qiymət etibarilə qəlbdən çox aşağı olan şeylər. O ülvi qəlb, bu süfli əşya ilə qane olmadığı üçündür ki, qafil insanı daim rahatsız edər. Bax can sıxıntısı,hüzursuzluq,narahatlıq, stress dediyimiz şeylər həmişə bu doymayan qəlbin aclıq fəryadları, ölüm naləsidir.

     Kainatın meyvəsi və cənnətin yolçusu olan insanı, bu fâni dünyanın bəsit işləri qane, razı edə bilmir.

     Nur külliyyatından bir ülvi resept:

"İman tövhidi, tövhid təslimi, təslim təvəkkülü, təvəkkül səadət-i dareyni iqtiza edir (tələb edir)." (Sözlər)

     Demək ki, iki dünya səadətinin birinci şərti və hər cür mənəvi xəstəliklərin ən böyük dərmanı: iman. 'iman' edən insan, sahibsiz, hamisiz olmadığının fərqinə varmışdır. Bu isə başlı başına və ən böyük bir səadət. 'Tövhidqovuşan insan hər kəsi, hər şeyi və hər hadisəni Allah'a isnad etmənin rahatlığına qovuşmuşdur.

      Ana bətnində, Rəbbinin rəhmətinə əmanət olmasının nə qədər həyatî nəticələr doğurduğunun şüuru içində, bu dünya həyatında O'na 'təslim' olan insanın ruhunu, heç bir hadisə yaralaya bilməz, heç bir ağrı incidə bilməz, heç bir kədər qaralda bilməz.

     Və sonunda 'təvəkkül'ün ruhuna çatan insan, özünə Rəbbinin bir ehsanı olan cüz-i iradəsini, yenə O`nun adına və razılığı dairəsində istifadə edərək O'na təvəkkül edər və hər cür təqdirinə razı olar. Səadət-i dareyn, yəni dünya və axirət səadəti də bu dörd əsasa bağlıdır.

     Məhz stress, hüzur və rahatı bu dairənin xaricində axtaranların acı aqibətinin adıdır.

     İki mənzərə: Bir yanda, insanı pərişan etmək üçün fasiləsiz çalışan inanc qatilləri, iffət düşmənləri, ən qısa ifadəsiylə şər mərkəzləri ... Zəhər satışa çıxaran meyxanələr, pis havalı qumarxanalar, həya düşməni moda mərkəzləri, körpə zehinləri rəzalətə özəndirən (həvəsləndirən) romanlar, hekayələr ... Və dünyanın hər tərəfindən ekranlara hücum edərək ruhu gəmirən ədəbsiz səhnələr. Ümidsizlik aşılamaqla qəlbi pərişan edən acı xəbərlər. Bitmək bilməyən boğuşmalar. Cinayətlər, yol qəzaları ... Siyasət səhnəsindən heç əskik olmayan böhtan palçıqları, qaralamalar, yalanlar, qeybətlər.

     Bəridə, hörmət-məhəbbət münasibətini itirmiş viranə ailələr. Adət ənənə bəlası, desinlər ehtirası yaxud deməsinlər qorxusu üzündən, israf ilə qabaran məsrəf rəqəmləri. Yuxu qaçıran kreditlər ...

    Dünyanın, çox zaman insanların əliylə icra edilən və insanı insana sanki bəla edən bu qədər maddi və mənəvi sıxıntısı qarşısında aciz, fəqir və fâni insan ...

     Və "Dünyada rahat yoxdur" hədisi-şərifini daim təfsir edən xəstəlik, qocalıq və ölüm ...

     Bu mənzərələr, qəlbin dünya ilə qane ola bilməyəcəyinin ən aydın bir göstəricisi və insanın nəzərini bir başqa diyara çevirən bir hidayət öndəri.

     Həqiqətən də dünyada rahat yoxdur. Çünki bu imtahan aləminin quruluşu buna münasib deyildir. İmtahanda rahat olmaz. İnsan bu kâinatın meyvəsi olduğundan, elementlərin insan bədənində, hadisələrin də onun ruh aləmində nümunələri, izləri, kölgələri vardır.

    Aləmdə olduğu kimi insanın iç dünyasında də, daim bir bahar gözləyə bilməzsiniz; onun də qışı, yazı, payızı vardır. Havası daim sakit deyildir; şimşəyi, fırtınası, qasırğası vardır. Onu də daim işıqlı görə bilməzsiniz; qaranlığı, kölgəsi, buludu vardır. Onda də məhsullar bir cinsdən deyil; çiçəyi, meyvəsi, tikanı vardır. Sahəsi də hamar deyildir; dağı, uçurumu, dərəsi vardır.

     Bunun belə olduğunu qəlbimizdə yaxşıca həzm etdiyimiz təqdirdə, hadisələrə baxış tərzimiz dəyişəcək, yersiz kədərlərdən, həyəcanlardan, bədbinliklərdən böyük ölçüdə qurtulmuş olacağıq.

     Və bütün bunlar dünyada rahat olmadığının birər şahidi. Bu var ki, rahatla səadəti qarışdırmamaq gərək. Dünyada rahat yoxdur, amma hüzur və səadət vardır. Bu məfhumlar, bədənə deyil ruha baxarlar. Ruh isə iman, saleh əməl, təqva və gözəl əxlaq ilə hüzur tapar və məsud olar.


9-) Allah rızası üçün görülməyən işin savab ola bilər?

Və aleykum Salam .Hər ibadətin mütləq savabı vardır. Bunun içinə başqa məqsədlər girərsə savabı azalır amma tamam yox olmaz.



10-) Nəfs təzkiyyəsi nədir?

Dünya tarixi boyu insanlar zahirlərinin islahına batinlərinin islahından daha çox diqqət yetirmişlər. İnsanlığın bir parçası olan Müsəlmanlar da – təəssüf ki – bu "zahirilik"dən paylarını artıqlamasıyla alıblar. Şəriətin zahirdə istədiyi şeyləri var gücləriylə ortaya qoyan bir çox müsəlman Şəriətin batində istədiyi şərtlərin nə olduğu haqda təsəvvürə belə malik deyil... Halbuki, Uca Allah insanların zahirinə deyil qəlbinə, mənəviyyatına baxar. Elə isə Allahın rızası üçün çalışan batininə, insanlar üçün çalışan zahirinə daha çox diqqət yetirər!

Müsəlmanların yaşadığı zillətin ana səbəblərindən biri də məhz mənəvi dəyərlərini itirmələridir. Nəticə olaraq dünya və Axirət zillətinə səbəb olan bu mənəvi kirlilikdən qurtulmaq üçün "Nəfs Təzkiyəsi" elmini öyrənmək qaçınılmazdır!

Alimlərimiz qəlbin: riya, təkəbbür, özünün bəyənmişlik, özünü Allaha ehtiyacsız his etmə, həsəd və başqa halları haqda elm əldə etməyin hökmü haqqında nələr deyiblər?

"Nəfs Təzkiyəsi" elmini öyrənmək hər müsəlmana farzul ayndırmı? Bu elmi tərk edən günahkar olarmı?

Bu elm necə fərz olmaz ki, bütün əməllərimizin səhihliyi, məqbulluğu ona bağlıdır? Necə fərz olmaz ki, qurtulmaqla əmr olunduğumuz bütün mənəvi xəstəliklərin təşhisi və tədavisi bu elmdə öyrədilir?

Uca Allahdan biz möhtac qullarını müvəffəq qılmasını diləyirəm!

Mutasavvıflardan Əbu Həmid Əl Ğazali (450-505 h/1058-1111 m) "İhyau Ulumid Din" adlı kitabında bu elmin fərzul ayn olması haqda belə deyir:

فإذا كان الغالبُ أنَّ الإنسانَ لا ينفَكُّ عن دَواعِي الشَّرِّ والرِّياءِ والحَسَدِ فيلزَمه أن يتعلَّمَ مِن رُبْعِ المُهلِكاتِ ما يَرى نفسَه مُحتاجًا إليه . وكيفَ لا يجبُ عليه وقد قالَ رسولُ الله صلى الله عليه وسلم :

« ثَلاَثٌ مُهْلِكَاتٌ : شُحٌ مُطَاعٌ , وَهَوًى مُتَّبَعٌ , وَإِعْجَابُ الْمَرْءِ بِنَفْسِهِ » , ولا ينفَكُّ عنها بَشَرٌ . وبقيةُ ما سنذكُره مِن مذموماتِ أحوالِ القلْبِ كالكِبْرِ والعُجْبِ وأخواتِهما تتَّبِعُ هذهِ الثلاثَ المهلكاتِ ، وإزالتُها فرضُ عينٍ .

ولا يمكن إزالتُها إلا بمعرفةِ حدودِها ومعرفةِ أسبابِها ومعرفةِ علامتِها ومعرفةِ عِلاجِها ؛ فإنَّ مَن لا يعرِف الشرَّ يقَعُ فيه ، والعِلاجُ هو مقابلةُ السببِ بضِدِّهِ , وكيفَ يمكن دونَ معرفةِ السببِ والمسبِّبِ ؟ فأكثرُ ما ذكرناه في رُبْعِ المُهلِكاتِ مِن فُروضِ الأعْيانِ , وقد ترَكها الناسُ كافّةً اشتغالاً بما لا يَعْني

 

"İnsan çox halda şər, riya və həsəd kimi şeylərə səbəb olan ünsürlərdən azad olmadığına görə, "Həlak edici şeylər babından" (Bu müəllifin "İhyau Ulumid Din" kitabının bir rübüdür) özünün möhtac olduğu şeyləri öyrənməsi lazımdır.

Bunu öyrənməsi necə vacib olmaz ki, Allah Rəsulu – sallallahu aleyhi və səlləm – belə buyurmuşdur: "Bu üç şey həlak edicidir: Tabe olunan simiclik, tabe olunan hava (həvəs) və insanın özünü bəyənməsi."

Heç bir insan bu xislətlərdən azad deyil! Kibr, Ucb (özünü bəyənmə) və bənzəri xislətlər kimi qəlbin qınanmış hallarından irəlidə zikr edəcəklərimiz bu üçü həlak edici ünsürə tabedir və bunların izaləsi fərzul ayndır.

Bunların izaləsi isə sadəcə hədlərinin, səbəblərinin, əlamətlərinin və dərmanlarının bilinməsiylə mümkündür.

Çünki, kim şərri bilməzsə ona bulaşar. Dərman, səbəbə ziddiylə qarşılıq verməkdir. Elə isə səbəb və səbəbkarı tanımadan bu necə mümkün olar?

"Həlak edici şeylər babında" zikr etdiklərimizin əksəriyyəti fərzul ayn qismindəndir. Lakin, insanlar özlərini əlaqədar etməyən şeylərdə məşğul olaraq toplu halda bu fərzləri tərk ediblər."

 

Qaynaq: Əbu Həmid Əl Ğazali: İhyau Ulumid Din: 1/33

Beyrut: Darus Sadir: 2004

 

***

 

Hənəfi alimlərindən Muhəmməd Əmin bin Ömər Abidin (1198-1252 h/1784-1836 m) “Əd Durrul Muxtar Şərhu Tənviril Əbsar” isimli əsərə yazdığı haşiyədə belə deyir:

 

وفي تبيينِ المَحارمِ : لا شكَّ في فرْضيّةِ علْم الفرائضِ الخمْسِ وعلْمِ الإخلاصِ ؛ لأنَّ صِحّةَ العملِ موقوفةٌ عليه , وعلْمِ الحلالِ والحرامِ وعلْمِ الرِياءِ ؛ لأنَّ العابدَ محرومٌ مِن ثوابِ عملِه بالرياءِ ، وعلْمِ الحَسَدِ والعُجْبِ , إذ هما يأكُلان العملَ كما تأكلُ النارُ الحَطَبَ

 

" "Təbyinul Məharim" adlı əsərdə deyilir: beş fərzin və ixlasın öyrənilməsinin fərziyətində şübhə yoxdur. Çünki, əməllərin səhihliyi (məqbulluğu) buna bağlıdır.

Halal, haram haqqında məlumatlı olmaq fərzdir.

Riya haqqında da bilgiyə sahib olmaq fərzdir! Çünki, riya səbəbilə abid savabdan məhrum qalar!

Həsəd, Ucb (özünü bəyənmək) haqqında elmə sahib olmaq da fərzdir. Çünki, bu iki şey atəşin odunu yandırdığı kimi əməlləri yeyərlər."

 

Qaynaq: İbn Abidin: Rəddul Muxtar aləd Durril Muxtar: 1/126

Daru Aləmil Kutub: 1423/2003

 

***

 

Yenə Muhəmməd Əmin bin Ömər Abidin (1198-1252 h/1784-1836 m) mövzumuz haqda deyir:

 

أن علْمَ الإخلاصِ والعُجْبِ والحَسَدِ والرياءِ فرضُ عينٍ ، ومثلُها غيرُها مِن آفاتِ النفوسِ : كالكِبْرِ والشُّحِّ والحِقْدِ والغِشِّ والغَضَبِ والعَداوةِ والبَغْضاءِ والطَّمْعِ والبُخْلِ والبَطَرِ والخُيلاءِ والخِيانةِ والمُداهنةِ والاستكبارِ عن الحقِّ والمَكْرِ والمخادعةِ والقَسْوةِ وطُولِ الأمَلِ ونحوِها مما هو مُبيَّنٌ في رُبْعِ المُهلِكاتِ مِن الإحياءِ

 

"...İxlas, Ucb (özünün bəyənmək), Həsəd və Riya haqqında bilgi fərzul ayndır.

Nəfsin afətlərindən/bəlalarından: Kibr (böyüklənmə), simiclik, kin, aldatmaq, (lüzumsuz) qəzəb, ədavət, buğz, tamah, naşükürlük, təkəbbür, xəyanət, yaltaqlıq, haqqa qarşı böyüklənmə, məkr, hiyləgərlik, kobudluq, tulul əməl (dünyaya dalıb axirəti unutmaq) və "İhya" kitabının "Həlak edici şeylər" bölümündə açıqlanan şeylərdən bənzərləri də belədir (haqlarında bilgi əldə etmək fərzul ayndır)."

 

Qaynaq: İbn Abidin: Rəddul Muxtar aləd Durril Muxtar: 1/127

Daru Aləmil Kutub: 1423/2003

***

Orta Asiya Hənəfi alimlərindən Burhanul İslam Əz Zərnuci (hicri 6-cı əsr) qəlb hallarının bilinməsinin fərz olduğu haqda deyir:

 

وكلُّ مَن اشتغلَ بشيء منها يُفترض عليه علمُ التحرُّزِ عن الحرام فيه.

وكذلك يُفترض عليه علمُ أحوالِ القلب من التوكُّل والإنابة والخَشْية والرضى، فإنه واقعٌ فى جميعِ الأحوال

 

"Digər davranışlar və məşğuliyyətlər də belədir. Bir şeylə məşğul olan hər kəs, məşğul olduğu şeydə haramdan qorunmaq üçün lazım olan elmə sahib olmalıdır.

Eləcədə Müsəlmana təvəkkül (Allaha güvənmək), inabə (Allaha yönəlmək), xaşyə (Allahdan qorxmaq), rıza (Allahdan razı olmaq) kimi qəlb hallarını bilmək də fərzdir. Cünki, bunlar hər halda vaqe/lazım olan şeylərdir."

 

Qaynaq: Burhanul İslam Əz Zərnuci: Təlimul Mutəallim Tariqət Təallum: 8-9

Xartum: Əd Darus Sudaniyyə lil Kutub: 1425/2004

 

***

 

İmam Muhyiddin Ən Nəvəvi (631-676 h/ 1233-1277 m) belə demişdir:

 

أما عِلْمُ القلْبِ - وهو معرفةُ أمراضِ القلْبِ كالحَسَدِ والعُجْبِ وشبهِهما - فقال الغَزاليُّ : معرفةُ حدودِها وأسْبابِها وطِبِّها وعِلاجِها فرضُ عينٍ .

وقال غيرُه : إنْ رُزق المكلَّفُ قلْبًا سليمًا مِن هذهِ الأمْراضِ المحرَّمةِ كَفاه ذلك , ولا يلزَمه تعلّمُ دَوائها .

وإن لمْ يسلَمْ نُظر : إن تَمكّنَ مِن تطهيرِ قلْبِه مِن ذلك بلا تعلمٍ لزِمه التطهيرُ , كما يلزَمه ترْكُ الزِّنا ونحوِه مِن غيرِ تعلّمِ أدلّةِ الترْك .

وإن لمْ يتمكَّنْ مِن الترْك إلا بتعلّمِ العلْمِ المذكورِ تعيَّن حينئذٍ . واللهُ أعلمُ

 

"Qəlb elminə gəlincə - bu həsəd, ucb (özünü bəyənmək) və bənzəri qəlb xəstəliklərinin bilinməsidir - Ğazali bu haqda belə demişdir:

"Qəlb xəstəliklərinin hüdüdlarını, səbəblərini, müalicəsini və dərmanını bilmək fərzul ayndır".

Başqaları isə (təfsilata gedərək) belə demişlər: Əgər Mükəlləfə bu haram qılınmış xəstəliklərdən salim bir qəlb verilmişsə, bu ona yetərlidir və xəstəliklərin dərmanlarını öyrənmək ona gərəkli olmaz.

Yox əgər qəlbi bu xəstəliklərdən salim deyilsə baxılar:

A ) Əgər bu barədə elm əldə etmədən də qəlbini təmizləməyi bacararsa təmizləməsi lazımdır. Necəki, zina və bənzəri şeyləri tərk etmənin dəlillərini öyrənmədən də zinanı tərk etməsi lazımdır.

B ) Yox əgər bu xəstəlikləri tərk etməyi sadəcə məzkur elmi (qəlb elmini) öyrənməklə bacararsa o zaman fərzul ayn olar. Allah daha yaxşı bilir."

 

Qaynaq: Muhyiddin Ən Nəvəvi: Əl Məcmu: 1/51

Məktəbətul İrşad

 

İmam Nəvəvi – Uca Allahın rəhməti üzərinə olsun – məsələ haqqında təfsil nəql etmişdir. Bəzi qeydlərin faydalı olacağını umuram:

1. İnsan öz qəlbinin səlim yoxsa xəstə olduğunu qəlb xəstəliklərinin əlamətlərini öyrəndikdən və xəstəliklərinin əlamətlərini bildikdən sonra bilər. Bu səbəblə ən azından təşhis üçün bu məlumatlar əldə edilməlidir.

2. Xəstəlikləri tanımayan və tədavi yollarını bilməyən bir insanın, qəlbini lazimi qaydada təmizləsi uzaq bir ehtimaldır. Xüsusən xəstə qəlbli insanların içində yaşarkən xəstə olduğumuzu anlamaq çox çətindir.

***

Hənəfi alimlərindən Mulla Əli Əl Qari (v. 1014 h/1606 m) nəfs təzkiyəsi/batin elmi haqda deyir:

عَنِ الْحَسَنِ قَالَ : الْعِلْمُ عِلْمَانِ : فَعِلْمٌ فِى الْقَلْبِ فَذَلِكَ الْعِلْمُ النَّافِعُ ، وَعِلْمٌ عَلَى اللِّسَانِ فَذَلِكَ حُجَّةُ اللَّهِ عَلَى ابْنِ آدَمَ

 

وقد يُحمل الأولُ على علْمِ الباطنِ , والثاني على علْمِ الظاهرِ , لكن فيه أنه لا يتحقَّق شيءٌ مِن علْم الباطنِ إلا بعد التحققِ بإصلاح الظاهرِ كما أن علْمَ الظاهرِ لا يتِمُّ إلا بإصلاحِ الباطنِ .

ولذا قال الإمام مالك : مَن تفقَّهَ ولم يتصوَّفْ فقد تفسَّقَ , ومَن تصوَّف ولم يتفقَّهْ فقد تزنْدَقَ , ومَن جمَع بيْنهما فقد تحقَّق .

وقال أبو طالبٍ المكي : هما علمانِ أصليّانِ لا يستغني أحدهُما عن الآخرِ بمنزلةِ الإسلامِ والإيمانِ مُرتبِطٌ كلٌ مِنهما بالآخرِ كالجِسْمِ والقلْبِ لا ينْفكّ أحدٌ عن صاحبِه

 

''Həsən Əl Bəsridən belə dediyi nəql edilib:

Elm ikidir: Qəlbdəki elm ki, faydalı olan elm budur. Dildəki elm ki, Allahın insanların əleyhinə hüccəti olan elm budur."

 

Mulla Əli Əl Qarinin şərhi: ... elmin birinci növü (qəlb elmi) batin elminə, ikinci növu (dildəki elm) isə zahir elminə yozulmuşdur/həml edilmişdir. Lakin, zahir elmi ancaq batinin islahından sonra tamamlanacağı kimi, zahirin islahı reallaşmadan batin elmindən bir şey reallaşmaz/gerçəkləşməz.

İmam Malik bu səbəblə belə demişdir: Kim fiqh (və əqidə) öyrənər, fəqət tasavvufla (nəfs tərbiyəsilə) məşğul olmazsa mütləq fasiqlik edər.

Kim tasavvufla məşğul olar, fəqət fiqh (və əqidə) öyrənməzsə mütləq zındıqlıq edər.Hər kim bu ikisinidə öyrənərsə həqiqətə nail olar."

Əbu Talib Əl Məkki belə demişdir: Bu ikisi (batin və zahir elmi) İslam və İmanın bir birindən mustağni olmaması kimi, biri digərindən mustağni olmayan iki əsli elmdir. Bunlardan hər biri cisim və qəlb kimi bir birinə bağlıdır, biri digərindən ayrılmaz."

 

Qaynaq: Mulla Ali Əl Qari: Mirqatul Məfatih Şərhu Mişkətil Məsabih: 1/478 (Hədis: 270)

Beyrut: Darul Kutubil İlmiyyə: 1422/2001

 

***

"Təlimul Mutəallim" kitabına şərh yazan Osmanlı alimlərindən Osman Pazari, Zərnucinin yuxarıda təqdim edilən "təvəkkül, xaşyə, rıza kimi şeyləri bilmək fərzdir" sözlərini şərh edərkən deyir:

 

وغيرِها مِن الأحوالِ المأمورةِ بها .

وأما الأحوالُ المنهيّةُ كالكِبْرِ والحَسَدِ والحِقْدِ وسوءِ الظنِّ وغيرِها , فيجب علْمُهما ليتَّصِفَ بالأقسامِ الأوَّلِ , ويجْتنِبَ عن الآخرِ

 

"Eləcədə əmr edilmiş digər xüsusiyyətlər (haqqında elm sahibi olmaqda fərz qılınmışdır).

Təkəbbür, həsəd, kin və pis zənn eləmək kimi qadağan olunmuş xüsusiyyətlərə gəlincə, (müsəlmanının) hər iki növ (Əmr edilmiş və qadağan edilmiş) haqqında da elm sahibi olması vacibdir ki, beləcə birinci qismdəki xüsusiyyətlərə (təvəkkül, rıza və bənzərlərinə) yiyələnsin, ikinci qismdəki xüsusiyyətlərdən (təkəbbür, həsəd və bənzərlərindən) isə çəkinsin."

 

Qaynaq: Osman Pazari: Təfhimul Mutəfəhhim: 15

İstanbul: 1321


11-) Nəfslə cihad vardırmı? (3)

Allah Rəsulu - sallallahu aleyhi və səlləm – buyurmuşdur:

 

الْمُجَاهِدُ مَنْ جَاهَدَ نَفْسَهُ

 

"(Həqiqi) Mücahid nəfsiylə cihad edəndir."

Hədisi Əhməd, İbn Hibban, Tirmizi, Hakim , İbn Macə və Tabərani rəvayət etmişdir. Hədisi alimlərdən bəzisi səhih, bəzisi həsən olaraq dəyərləndirmişdir.

Bu hədisin açıqlaması nədir? Niyə əsl mücahid nəfsiylə cihad edən sayılmışdır? Nəfslə cihadın önəmi və yeri nədir? Silahlı cihadın effektiv olmamasın səbəblərinin ən başlıcası nəfsi cihadla məşğul olmamaqdırmı?

 

Abdur Rauf Əl Munəvi (952-1031 h/1545-1622 m) "Feydul Qadir Şərhu Camiis Sağir" adlı şərhində deyir:

زادَ في روايةٍ " في الله " أي : قهَر نفْسَه الأمَّارةَ بالسوءِ على ما فيه رِضا اللهِ مِن فعلِ الطاعاتِ وتجنُّبِ المخالفاتِ

وجهادُها أصلُ جِهادِ العدوِّ الخارجِ , فإنه ما لم يجاهِدْ نفْسَه لِتفعَلَ ما أمرَتْ به وتترُكَ ما نُهِيَتْ عنه لم يُمكِنْه جهادُ العدوِّ الخارجِ , وكيف يُمكِنه جهادُ عَدوِّه وعدوُّه الذي بين جَنِبيه قاهرٌ له متسلِّطٌ عليه ؟

وما لم يجاهدْ نفسَه على الخروجِ لعدوِّه لا يُمكِنه الخروجُ

 

"Hədisin digər bir rəvayətində "Allah üçün" əlavəsi mövcuddur. ("Mücahid Allah üçün nəfsiylə cihad edəndir" şəklində).

(Nəfsiylə cihad edərsə) Yəni: Şiddətli şəkildə pisliyi əmr edən nəfsini, Allahın razı olduğu itaət sayılan əməlləri etməyə və Onun əmrlərinə müxalif şeylərdən çəkinməyə məcbur edərsə.

Nəfslə cihad xaricdəki düşmənlə cihadın əslidir/bünövrəsidir.

Çünki, əmr olunanları etsin və qadağan edilənlərdən çəkinsin deyə nəfsiylə cihad etmədikcə, insanın xarici düşmənlə cihad etməsi mümkün deyil!

İçindəki düşmən (!) ona qələbə çalıb, hakimiyyəti altına almışkən, onun xarici düşmənlə cihad etməsi necə mümkün ola bilər?

(Xarici) Düşməniylə cihada çıxma mövzusunda nəfsiylə cihad etmədikcə onun savaşa çıxması mümkün deyil!"

 

Qaynaq: Abdur Rauf Əl Munəvi: Feydul Qadir: 6/262 (9175)

Beyrut: Darul Məarifə: 1391/1972

 

Hənəfi alimlərindən Mulla Əli Əl Qari (v. 1014 h/1606 m) bənzəri bir hədisin şərhində deyir:

 

والمجاهدُ " أي : الحقيقيُّ " مَن جاهدَ نفْسَه في طاعةِ اللهِ " إذ هو الجهادُ الأكبرُ , وينشَأ منه الجهادُ الأصغرُ

" والمهاجرُ " أي : الكاملُ " مَن هجَر الخطايا والذنوبَ " أي : ترَك الصغائرَ والكبائرَ

 

"... "Mücahid" yəni: həqiqi mücahid "Allaha itaətdə nəfsiylə cihad edəndir". Çünki bu (nəfslə cihad) böyük cihaddır. (Savaş cihadı olan) Kiçik cihad ondan əmələ gələr (nəfslə cihadın bir qoludur, parçasıdır).

"Mühacir" yəni: Kamil mühacir "xəta və günahları buraxandır" yəni: kiçik və böyük günahları tərk edəndir."

 

Qaynaq: Mulla Əli Əl Qari: Mirqatul Məfatih Şərhu Mişkətil Məsabih: 1/187 (Hədis: 34)

Beyrut: Darul Kutubil İlmiyyə: 1422/2001

"Mişkətul Məsabih" adlı hədis kitabını şərh edənlərdən Şərəfuddin Ət Tibi (v. 743 h/1342 m) mövzumuz barədə deyir:

 

قوله " والمجاهدُ مَن جاهدَ نفْسَه في طاعةِ اللهِ " يعني : المجاهدُ ليس مَن قاتلَ الكفارَ فقط ، بل المجاهدُ مَن جاهدَ نفْسَه وحمَلها وأكْرهَها على طاعة الله تعالى

لأنَّ نفسَ الرجلِ أشدُّ معه عَداوةً مِن الكفارِ , لأنَّ الكفارَ أبعدُ منه ، ولا يتَّفق التلاحقُ والتقاتلُ معهم إلا حِيناً بعد حينٍ ، وأما نفسه فأبداً تُلازِمه ، وتمنَعه مِن الخيْرِ والطاعةِ ، ولا شك أنَّ القتالَ مع العدوِّ الذي يُلازم الرجلَ أهمُّ مِن القتالِ مع العدوِّ الذي هو بعيدٌ منه ، قال الله تعالى : قَاتِلُواْ الَّذِينَ يَلُونَكُم مِّنَ الْكُفَّارِ

أقولُ : اللامُ في قولهِ " المجاهدُ " للجنس أي : المجاهدُ الحقيقيُّ الذي ينبغي أن يُسمَّى مجاهداً مَن جاهدَ نفْسَه

"... "Mücahid Allaha itaətdə nəfsiylə cihad edəndir" yəni: Mücahid sadəcə kafirlərlə cihad edən deyil! Əksinə mücahid, nəfsiylə cihad edən, Uca Allaha itaət etməsi üçün onu sıxışdırıb məcbur edəndir.

Çünki, insanın nəfsi insana düşmənçilikdə kafirlərdən daha şiddətlidir! Beləki, kafirlər ondan uzaqdır, onlarla qarşılaşma və savaş zaman zaman baş verir.

İnsanın nəfsi isə əbədiyyən onunla bərabərdir və onun xeyirli, itaət olan əməllər işləməsinə mane olar.

Şübhəsiz ki, insanın yanındakı ayrılmaz düşməni ilə savaşması, uzaqdakı düşmənlə savaşmasından daha önəmlidir!

Uca Allah buyurur: "... Yaxınlığınızdakı kafirlərlə savaşın!..." (Ət Tövbə: 9/123)

Deyirəm: "Mücahid" kəliməsinin önündəki "əl-lam" hərfi, cins üçündür. Yəni həqiqi, mücahid olaraq isimləndirilməsi lazım olan, nəfsiylə cihad edən kimsədir."sua

Qaynaq: Şərəfuddin Ət Tibi: Əl Kəşif An Həqaiqis Sunən: 2/491

Ər Riyad: 1417/1997


12-) Davamlı Tövbə edib sonradan eyni Günahı işləməkdən necə qurtula bilərəm?

   1- İnsan olaraq xətaya və günahlara düşə biləcək fitrətdə yaradıldıq. Bütün insanlar xəta edə bilərlər, edirlər də. Yalnız Allah Təalanın nəbiləri bundan qorunmuşdur. O halda, biz xəta etməkdən ötəri deyil də xəta işləməyə qarşı laqeydlikdən, laübalılıqdan, etinasızlıq dan dolayı sıxıntıya girə bilərik. Qul olaraq, hansı növü olursa olsun xətadan çəkinməliyik, təkrarlamamağa səy və əzm göstərməliyik. Amma işlənən bir xəta kəsin olaraq işimizin bitdiyini, artıq rəhmət qapılarının bizə bağlandığını göstərməz. Əksinə işlənən hər xəta rəhmətə daha çox möhtac olduğumuzu göstərir. Bir tərəfdən xəta etdiyimiz halda, digər tərəfdən də vəzifələrimizi etməyə çalışırsaq, bax məhz tam mənasıyla insanıq deməkdir; Əlimizdən gələn başqa bir şey yoxdur, yola davam edəcəyik.

  Hədəfimiz, yaxşılıqlarla pisliklərin mizana qoyulduğu gün yaxşılıqların ağır gəlməsi üçün çalışmaqdır. Unutmayaq ki, bir tək yaxşılığın artıq olması qazanmağımız, cənnətə girməyimiz deməkdir. Hədəf bəlli, problem bəlli, çarə bəllidir.

   2- Tövbədən bezmək, tövbələri adiləşdirmək, oyun-oyuncaq halına gətirmək deyə bir şey yoxdur. Min dəfə, milyon dəfə də olsa başqa bir yol yoxdur. Nəfəs alıb verdiyimiz kimi tövbə yolunu istifadə edərik.

   3- Günahlar mövzusunda diqqət yetirilməsi lazım olan həssas nöqtələrdən biri çevrə, ətraf-mühit məsələsidir. İnsan tək başına yaşaya bilmədiyinə görə özünə yaxşı bir ətraf, çevrə təşkil etməlidir. Yaxşını tapa bilməyən isə ən az pis olanı axtarmalıdır. Əgər bir günahda israr edilirsə bu, o günaha təşviq edən ətraf mühitin təsirinin aradan qaldırılmadığını göstərir. Əvvəlcə ətraf-mühit təmizliyi üçün çalışmaq şərtdir. Saleh qullarla oturub-durmaq, qidadan göz təmizliyinə qədər hər sahədə halala yönəlmək məcburiyyətindəyik.

Nurəddin Yıldız.