Yuxu yozam etmirik, inşaallah yuxunuz xeyirlidir. Çünki yuxular onu görən kimsənin vəziyyətinə görə dəyişər. Bu səbəblə yuxu yozma kitabları yerinə, elm və əməldə etibarlı insanlardan soruşulmasını və onlardan məlumat alınmasını tövsiyə edirik.
Dənizlərdəki həyatın inanılmaz dərəcədə nizamlı və zəngin olan tarazlığı, yüzlərlə əsrdən bəri heç pozulmadan davam edir. Bu elə fövqəladə bir tarazlıqdır ki, hər modulu bir-birini tamamlayaraq işləyir. Dənizlərdəki milyardlarla canlı arasındakı tarazlıq, onu pozacaq hər cür sapmaları düzəldəcək gücdədir. Belə ki:
Bəsləyici duzlar bitkilərin bolluğu üzündən bir bölgədə zərər görəcək vəziyyətə gələrsə, bu bitki bolluğu, bitki ilə bəslənən heyvanların hücumuna məruz qalır. Bu sayədə bitkilər də, öz normal saylarının səviyyəsinə enərlər. Lakin bu dəfə də heyvani ölü orqanik maddənin çoxalmasına gətirib çıxaracaq. Beləcə, bitki tarazlığı, çox bitki yeyənlər ilə pozulsa, o zaman onları yeyən yırtıcı heyvanlar hücum edəcək. Nəticədə tarazlıq gec- tez yenidən təmin ediləcək. Çünki Yaradıcımızın möcüzəvi planında, təsadüfə, özbaşınalığa yer yoxdur. Min bir növ əsrarəngiz gözəlliklərin sərgiləndiyi dənizlər aləmindəki köməkləşmə nümunələri, elm adamlarını bu mövzuda araşdırma aparmağa sövq etmişdir. Tədqiqatçıların ortaya çıxardığı gerçəklərdən biri də, heyvanların bu davranışlarından çox az qismini öyrənmə yoluyla əldə etmələridir.
O halda, bütün bu davranışları və həyat proqramları, ana qarnında və ya yumurtada ikən hüceyrələrində kodlaşdırılmışdır. Yəni ən münasib yaşama nizamı, daha dünyaya gəlmədən əvvəl proqramlaşdırılmışdır.
Nəhəng balinanın həyat proqramını gözlə görülməyəcək qədər kiçik bir hüceyrənin içinə yazan qüdrət, dənizlərdə bir hüceyrə qədər təsadüfə yer qoymamışdır. Ölüm və həyat içində yuvarlanan, dağılmaq və təmir içində çalxalanan, köçlər içində qaynayan dənizlər aləmindəki köməkləşmə və bunun yanında tarazlıq, ölçü və sənət isbat edir ki, bu saysız canlılarda olan doğum, ölüm, bəslənmə və həyat müddətləri, hər birini, hətta bütün kainatı eyni anda görən, təftiş edən bir tək Zatın (c. c.) yaratdığı proqrama görə olur.
Əgər hər an kainatın tarazlığını pozmağa çalışan səbəblər başıboş buraxılsaydı və ya məqsədsiz sərsəri təsadüfün, ölçüsüz kor qüvvətin və ya şüursuz qaranlıq təbiətin əsəri olsaydı, dənizlərdəki, hətta dünyadakı tarazlıq elə pozulacaqdı ki, bir ildə, bəlkə bir gündə dəniz qarmaqarışıq şeylərlə dolub, zəmin bir məzbələ, bir məzbaha, bir bataqlığa dönəcəkdi. Halbuki, heç bir şeydə həqiqi bir çirklilik və çirkinlik görünmür. Bəli, heç bir şeydə balanssızlıq olmadığı kimi, heç bir şeydə ölçüsüzlük də yoxdur.
Qida piramidasını araşdırsaq, yemənin və yeyilmənin özbaşına buraxılmadığını və bir proqrama görə olduğunu ifadə etmişdik. Bərbər balıqlarının həyat proqramında isə, böyük balıqların dərilərindəki kiçik parazitləri və ölü dəri parçalarını alaraq onları təmizləmək və aldıqlarını yemək vardır.
Təmizlənmək ehtiyacı olan balıqlar xüsusi yerləri olan bu təmizləyicilərə gəlirlər. Eynilə saç kəsdirmək istəyən kimsənin bərbərə getməyi kimi. O biri balıqlar bərbər balığını görünüşündən tanıyar və onları yeməzlər.
Təlxək balıqları, öldürücü dəniz pionları ilə ortaq həyat sürürlər. Dəniz-pionlarının qollarındakı digər balıqları öldürməyə və yeməyə yarayan yandırıcı hüceyrələr, təlxək balığına zərər verməzlər. Dəniz pionlarının 40-60 sm. diametrindəki gövdələri, ətli bağlarla suyun dibinə bağlanmışdır. Varlığın ağızı ortadadır. Yandırıcı hüceyrələrin sancması ilə dərhal öləcək və yeyilmək üzrə dəniz pionlarının ağzına göndəriləcək. Halbuki, təlxək balıqları bu yandırıcı hüceyrələrlə əhatə olunmuş sahədə heç bir zərər görmürlər. Hətta bu balıqlar hər hansı bir səbəbdən qorxduqları zaman evlərinə qaçırmış kimi dəniz pionlarının qolları arasına sığınır və gecəni orada keçirirlər. Dəniz pionları da bu ortaqlıqdan faydalanırlar. Bir təlxək balığı dərhal yeyilib bitirilməyən bir ov tapdıqda, bunu dəniz pionuna aparır və onunla paylaşır. Bir növ kirayə olan bu ödənişdən əlavə təlxək balığı dəniz pionunu təmizləyir və ətrafındakı suyu hərəkət etdirir.
Təlxək balığı ilə dəniz pionu, onlara ortaq həyat proqramını bəxş edən Yaradıcılarını bilməyə bilər. Lakin, düşünə bilən hər insan, 150.000.000 km. uzaqlıqdan dənizin dərinliklərindəki bitki planktonların fotosintez etmələri üçün işığı imdada göndərən, hüceyrədən insana, dənizlərdən dağlara qədər hər şeydə köməkləşməyi həyat qanunu olaraq qoyan Yaradıcımızı (c. c.) bilir. Balıq ilə insan arasındakı ən böyük fərq də budur.
Delfin, ümumiyyətlə tək bala doğurur. Dişi delfinin hamiləliyi 11 ay ilə bir il arasında dəyişir və doğum ümumiyyətlə yarım saat qədər sürür. Dişi bir delfinin doğum vaxtı gəldiyi zaman, yanında iki dişi delfin meydana çıxır. Xala adı verilən bu delfinlərin ilk vəzifəsi, qan qoxusuna gələ biləcək köpək balıqlarına və ya digər ola biləcək təhlükələrə qarşı ana və balanı qorumaqdır. Xala delfinlərdən biri, daha sonra da ana ilə birlikdə gəzərək, balaya baxmaqda ona kömək edir. Bala, dərin sularda doğulduğu anda nəfəs ala bilmək üçün su üzünə çıxmaq məcburiyyətindədir. Ana, dərhal balanın altına dalır və onu kürəyi ilə itələyərək su üzərinə çıxardır. Daim toplu halda yaşayan delfinlər, aralarından biri yaralandığı təqdirdə dərhal onun köməyinə qaçar və yaralı yoldaşlarını su üzünə çıxararaq nəfəs almasını təmin edirlər.
"Bild der Zeit" jurnalında nəşr edilən "qəddar görülən heyvanlar dünyası" başlıqlı yazıda, mövzumuzla əlaqədar bu ifadələr qeyd olunub:
"Yemək və yeyilmək, heyvanlar dünyasında hər gün rast gəlinən bir hadisədir. Və bu dünya, insana asanlıqla “qəddar təbiət” dedirəcək hadisələrlə doludur. Gerçəkdə bizim düşüncəsizcə qəddarlıq deyə təyin etdiyimiz şey, bütün bu heyvanlara aid davranışların bir zənciridir. Bitkilər və heyvanlar, müəyyən bir hadisəyə, müəyyən bir tərzdə reaksiya verəcək şəkildə proqramlaşdırılıblar. Təbii ki öyrənilmiş davranışlar, bunlardan fərqlidir.
Dünyaya müəyyən bir proqramla gələn heyvan, ətraf mühitin ona göndərdiyi siqnallara cavab verir. Bəzən bu cavablar, bizləri çaşdıracaq şəkildə təsir edir. Təbiətdə biz insanlara belə qəddar görünən şey, yemək və yeyilməkdə bir məna axtarmamaqdan irəli gəlir.
Dəniz ulduzundan mürəkkəb balığına, kilkədən balinaya, amöbdən su çanaqlı bağasına qədər hər bir canlı, ayrı-ayrı sənətli yaradılışları, müxtəlif silahları, bir-birindən orijinal müdafiə etmə üsulları və fərqli həyat proqramları ilə, təklikdə Yaradıcılarına dəlil olduqları kimi, hamısı birdən günəş kimi parlaq bir şəkildə Allahı (c. c.) göstərir. Dənizlər aləmindəki göz qamaşdırıcı ehtişam və nizamın, hədsiz bir qüdrət, geniş bir elm, sonsuz bir hikmət sahibini bildirdiyini, ağıl və qəlb gözü ilə gördükdən sonra, hikmətini bilmədən "böyük balığın, kiçiyini udmasını" həyat fəlsəfəsi olaraq qəbul etmək mümkün deyil.
Dənizlərdəki kiçik balıqların da böyük balıqlar qədər olması və həyatlarını davam etdirməsi göstərir ki, udmaq və udulmaq başıboş buraxılmayıb. Balıqların bir dəfədə milyonlarla yumurta qoyması, yalnız həyatda qalmaq üçün mübarizə tərzində qəbul edilə bilməz. Bu saysız yumurta, nəsillərinin davamını təmin etməklə yanaşı, digər canlılara qida olaraq kömək şəklində proqramlaşdırılmışdır. Milyonlarla yumurtanı yumurtlayan balıq, yumurtaların sənətkarı ola bilməyəcəyi, yalnız yaradılış proqramına uyğun olaraq yumurtlaya biləcəyi kimi, dənizlərdəki qida piramidası proqramı da özbaşına və ya təsadüfən ola bilməz.
Hər bir balığın milyonlarla balığı dünyaya gətirməsi və onların da udulmadan həyatlarını davam etdirmələri halında, dənizlərin qısa bir zaman sonra daşaraq bütün quruları zəbt edəcəyini və ya balıqla dolaraq çirklənəcəyini düşünəcək olsaq, udulmanın bir “mübarizə” deyil, bir proqram gərəyi olduğunu görə bilərik.
İldə bir və ya iki dəfə kürtə yatan, bunun üçün də ortalama otuz yumurtaya ehtiyacı olan toyuğun, az qala bütün il boyunca yumurta verməsini, nə ilə izah edəcəyik?
Ətrafımızı saran və həyatın bir köməkləşmə olduğunu göstərən bu qədər gerçəyə baxmayaraq, mində bir nisbətindəki mübarizəyə, udma və udulmağa baxıb, həyatın mübarizədən ibarət olduğunu söyləmək mümkündürmü?
3-)
Yatarkən dəstəmaz almağın hikməti və elmi faydası nələrdir?
Yatarkən dəstəmaz almaq sünnədir.
Hədis-i şərifdə Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləm Bəra b. Azib'ə xitab olaraq belə buyurdu:
"Yatmaq üçün yatağına girmək istədiyində namaz üçün aldığın kimi dəstəmaz al, sonra sağ yanın üzərinə yat ..." (Buxari, h.no: 6311; İbn Həcər, Fəthul-Bari, 11/109)
Yatmazdan əvvəl dəstəmaz almağın maddi-mənəvi faydaları var. Bəziləri bunlardır:
- İnsan oyaq olarkən öldüyü kimi yatarkən də ölə bilər. Möminin silahı olan dəstəmaz almaq, ölməsi halında iman və İslam silahını qurşanmış olaraq Haqqa getmək mənasına gəlir.
- İbn Abbas'ın bildirdiyinə görə, insanlar ölüm əsnasındakı vəəziyyətlərinə görə dirilirlər. Dəstəmazlı olaraq ölənin ruhu, mənəvi baxımdan çox təmiz bir şəkildə məhşərə gedər.
- Ölüm üçün hazırlanmaq, o gecə də özünün yaradan Rəbbi ilə qarşılaşa biləcəyini düşünərək xüsusi bir hazırlıq görmək, iman və qulluq şüuru ilə edilən bir ruh təmizliyidir.
Bu təmizlik bədən təmizliyindən daha çox əhəmiyyətlidir.
- Dəstəmazı əmr edən bu hədisdə eyni zaman da bəzi dua və zikrlərin edilməsi da məsləhət görülmüşdür.
Təmizliyini yerinə yetirən, dua və zikr edən kimsənin yuxusu da bir növü ibadət içində keçir. Gördüyü yuxuları əsasən doğru çıxar, şeytan bu kimsələrlə oyun oynaya bilməz.
Bu cəhətdən baxıldığında bu dəstəmazın, yuxunu da səmərəli edəcəyini söyləmək mümkündür.
İnsanın gün ərzində müxtəlif səbəblərlə kirə bulaşmış dəstəmaz üzvlərini yuması və təmiz bir şəkildə yatağa girməsi, həm bədən, həm yatağın təmizliyi baxımından əhəmiyyətlidir.
Bu tədbir qoruyucu həkimlik baxımından diqqətə dəyər ..
- Mükəmməl bir dəstəmaz, bilinən dəstəmaz orqanlarının təmizliyindən əlavə, ağız, burun təmizliyi və diş təmizliyini ifadə edər.
Sağlamlıq baxımından bunların yatarkən, yuxudan qalxarkən (gecə namazı və səhər namazında olduğu kimi), yuyulmalarının nə qədər əhəmiyyətli olduğu bilinən bir həqiqətdir.
Dini bir öhdəlik olaraq dəstəmaz alıb namaz qılmadıqlarına baxmayaraq, sağlamlığın qiymətini bilən insanların bu orqanlarını yumaqda göstərdikləri həssaslıq, başqa vaxtlarda olduğu kimi, yatarkən də alınan dəstəmazın nə qədər əhəmiyyətli olduğunun bir digər dəlilidir. (Krş. İbn Həcər, a.y)
- Bir rəvayətə görə Peyğəmbərimiz belə buyurdu:
"Kim çirkli əllərini yumadan yatar və başına bir şey (xəstəlik) gələrsə, yalnız özünü qınasın." (Nəsai xaricində kütübü sittənin hamısında keçən bu hədis üçün bax. Neylü'l-Əvtar, 8/188)
Bu səhih hədisin ifadəsindən də "yatmazdan əvvəl dəstəmaz almaq" nın sağlamlıq baxımından da nə qədər əhəmiyyətli olduğunu anlamaq mümkündür.
Əlaqədar hədisin bütünü belədir:
"Yatağa girmək istədiyində namaz üçün aldığın kimi bir dəstəmaz al, sonra sağ tərəfin üzərinə yat, sonra belə də:
"Ey Rəbbim, bütün varlığımı sənə təslim etdim, işimin idarəsini sənə həvalə etdim, yönəlişim sənədir, qorxum da ancaq səndəndir, sənin əzabından qaçıb sığınılacaq ancaq yenə sənin rəhmətindir. Endirdiyin kitabına və göndərdiyin Rəsuluna iman etdim ey Rəbbim! "Bunları söyləyib də yatar, o gecədə ölər sənsə fitrət üzrə ölmüş olarsan. Yatmazdan əvvəl bunlar son sözlərin olsun. "(Buxari, Dəavat, 7)
Mövzuyla əlaqədar başqa bir hədis isə belədir:
"Yuxusu olmayan və yata bilmədiyinə görə iztirab keçirən kimsə dəstəmazlı olaraq yatarkən:
"Allah`ım ulduzlar batdı, bütün gözlər sükunətə ərdi, Sən isə mürgüləmə və yuxu tutmayan Hayy və Qayyûm'san! Ey Hayy və Qəyyum olan Allah`ım, gecəmi sükûnətə ərdir və gözlərimi uyut! " deyib Muavvizeteyn (Fələq və Nas) surələrini oxuyub yatmalıdır." (bax. Heysəmi, 10/178)
4-)
İbni -Ərəbinin ''Fütuhat'' adlı əsərində, "Adəmdən əvvəl yüz minlərlə Adəm gəlib keçmişdir,'' dediyi söylənilir. Hz. Adəm (ə.s)dan əvvəl dünyada insan yaşayıbmı?
Cəfəri-Sadiq və İbn Ərəbidən "Bildiyimiz Adəmdən əvvəl qırx min Adəm gəlib," dediyini nəql edirlər.
Elə zənn edirik ki, bununla, “hər varlığın bir ilk əsli olduğuna, hər canlı növün- ilk ataları hökmündə- bir Adəmi olduğuna” işarə etmək istəmişdir. İnsanların digər varlıq və canlılardan daha sonra yaradıldığını düşünsək, onun "Adəmdən əvvəl…" şəklindəki ifadəsi daha bir məna qazanır.
Ayrıca, bu şəxslər bu sözlərlə, gerçək mənada müxtəlif Adəmlərin varlığına deyil, eyni Adəmin misal aləmindəki yansımalarına işarə etmiş də ola bilərlər.
Yoxsa, indiki insanlıqdan əvvəl, başqa bir insan cəmiyyətinin varlığına dair heç bir səhih məlumata sahib deyilik. Quran və hədislərdə belə bir məlumat yoxdur.
5-)
Botanika alimləri, bioloqlar və digər elm adamları həyatın qaynağı haqqında çox şey söyləyə bilmirlər. Mövzuya dini yöndən necə baxa bilərik?
Həyatın qaynağını bir çox elm adamı araşdırır. Bir nöqtəyə qədər gedib çıxırlar, orada dayanırlar. "Elm hələ oralara çatmayıb," deyə qəlibləşmiş bir üzr vardır əllərində. Açıqlaya bilmədikləri məsələlərdə ona sarılırlar. Fikrimizə görə, bu şəxslər metod seçimində səhv edirlər.
Həyatın qaynağını araşdırarkən geriyə doğru gedirlər və sonunda qarşılarında cansız əşyanı görüncə dayanırlar. Onlarla həyat arasında əlaqə qura bilmədikləri üçün, gözləməkdən başqa çarə də tapa bilmirlər. Əslində o nöqtədə dayanmasalar və yollarına davam etsələr, daha yaxşı olacaq. Bir an üçün həyatı bir tərəfə qoysalar və o cansız əşyanın mənbəyini araşdırsalar, həyatın da qaynağını tapacaqlar.
Bu kainat və içindəkilər, hamısı cansız olmaqda birləşən, yüzdən çox elementdən toxunmuşlar. Bunların hər biri fərqli xüsusiyyətlərə malikdir. Bu nöqtədə dayansalar, "Bu varlıqlara bu sifətləri kim və nə üçün verdi?" deyə düşünsələr məsələnin qaynağına çatacaqlar.
Cansızın bir xüsusiyyəti, hərəkət etməməkdir. Bir başqası da düşünə bilməmək, bir başqası böyüməmək, inkişaf etməməkdir. Bundan başqa, hiss edə bilməmək, anlaya bilməməkdir. Bu nöqsan sifətlərə sahib elementlərin bir araya gətirilmələri ilə fərqli varlıqlar çıxıb ortaya. Biri dağ olub, digəri daş. Biri su olub, o biri hava. Biri ulduz olub, digəri günəş. Biri ay olub, o birisi dünya...
Bütün bu varlıqların, bir-biriylə bir alış-verişləri olmayıb. Bu səbəbdən də kimin nə işə yaradığı bir sual olaraq qalıb ortada.
Elmin həll edə bilmədiyi sahələri atlayırıq: deyərkən, bitkilər yaradıldı. Beləcə kainat bir baxıma məna qazandı. Günəşin yanması, dünyanın dönməsi məna qazandı. Gecə, gündüz, torpaq, hava, atmosfer məna qazandılar, bitkilərə xidmətçi olmaq surətiylə.
Amma hələ bitkilərin özləri bir məna qazanmamışdılar. Nə üçün bu və ya digər xüsusiyyətlərə sahib olduqları mələklər və ruhanilərin məchulu olaraq qalmağa davam edirdi. Deyərkən heyvanlar yaradıldı... Milyonu keçən bitki növü yanında, bir o qədər də heyvan növü gəldi dünyaya. Hər biri öz süfrəsinin başına oturdu. Bu heyvanların hamısı yemədə, içmədə müştərək olduqları halda, hər birinin digərindən fərqli xüsusiyyətləri var. Bu qabiliyyətlər yalnız yemək üçün deyil. Nə öküzün qüvvəti otu qoparmaq üçün, nə də atın sürəti otu tutmaq üçündür. Bu və bənzəri nə qədər həqiqətlər bir başqa həqiqətdən xəbər verirdilər. Bu heyvanların xidmət edəcəkləri bir ayrı məxluq olmalıdır! Və sonunda insan yaradıldı... Hər bir heyvanın, öz ruzisini əldə etməsinin yanında, əsl məqsədinin insanda mərkəzləşdiyi ortaya çıxdı. Hamısının insana görə və insan üçün yaradıldıqları bütün aydınlığıyla oxundu zəmin üzündə...
İndi bu son nəticədən elementlərə bir anda keçəndə qarşımıza bu həqiqət çıxır: İnsanın bu qədər fərqli ehtiyacları ilə, elementlərin fərqliliyi arasında yaxın bir əlaqə var. Bu əlaqəni kim qurdu?.. Bu elementlərin nə üçün biri dəmir oldu, digəri mis, biri azot oldu, o biri karbon?..
Bu cansız, cahil varlıqlara bu mahiyyətləri geydirən və onları həyata görə təşkil edən biri var. Həyatın qaynağı ancaq Onun rəhmətidir, Onun hikmətidir, Onun əhya (həyat vermə) felidir, Onun tərziq (ruzi vermə) felidir.
Bu həqiqət əvvəlcə qəbul ediləcək ki, ilk canlının necə yaradıldığı mövzusunda edilən araşdırmalar bir məna qazana bilsin. Əks halda, zaman itirməkdən, insanları boşuna məşğul etməkdən, yaxud sapdırmaqdan başqa bir şey əldə edilməz.
Aləmlərin Rəbbi olan Allah, bitkilərə yalnız böyüyüb inkişaf xüsusiyyəti verərkən, heyvanları hiss dünyasına qovuşdurub və insan həyatını qəlb, ağıl, vicdan, yaddaş kimi nə qədər sərmayələrlə zənginləşdirib. Və bu həyat, Allahın həyat sifətinə ən parlaq bir ayna olub.
Həyatın, "Bu kainatın ən əhəmiyyətli məqsədi, həm ən böyük nəticəsi, həm ən parlaq nuru, həm ən lətif mayası, həm çox süzülmüş bir xülasəsi, həm ən mükəmməl meyvəsi, həm ən yüksək kamalı, həm ən gözəl camalı..." (Ləmalar) olma xüsusiyyəti kamalıyla və ən gözəl şəkliylə insan həyatında özünü göstərib.
Sifətlər, qabiliyyətlər, qüvvətlər və hisslərlə qaynaşan bu həyat möcüzəsini maddəyə vermək, yaxud cansız elementlərin təkamülü ilə izah etmək mümkündürmü?
6-)
Həyat mübarizədir?
Gündəhv bir ə Darvin fəlsəfəsinin təqdimindən sonra, sistemli bir şəkildə və davamlı olaraq ortayaəqiqətən həyat bir mübarizədirmi? Mövzunun daha yaxşı başa düşülməsi ətə nəzər etmək lazımdır.
Yer üzündə halında inkişaf etdiyi görülür. Bitki vəşkil etdiyi bu silsilələr arasında, insanı heyrəmində görülən bu müvazinətə səbəb, mübarizədir, yoxsa yardımlaşma?
Bitkilət
Bitkil suyu, havadan aldıqlarıərin xəsində reallaşdırdıqları bu hadisəyə fotosintez (işıqda birləşdirmə) və ya assimilyasiya adı verilhadisəsinin bu qədəri, ibtidai məktəb kitablarında daəti elm adamları tən şey, bitkiləhərli qaz olan karbon dioksidi əmərək, həyatın qaynağı olan milyardlarla ton qida maddələridir. Hadisən maddələr bəlliələr bəlli. Lakin içəş enerjisi necə kimyəvi enerjiyə çevrilir? Hansı ə bənzəri suallar haqqında bilinər əsas olaraq oksigen çıxarır, heyvanlar isərin ehtiyacı əsasənə oksigendir. Yen. Heyvanların artıq maddəşkil edir. Budur, . Heyvanların bitkilə bitkilərin də heyvanların gübrəziyyət mübarizədirmi, yoxsa yardımlaşma?
Bir ş hissəsini canavarın ağzına bə bilərikmi? Eyni şə halında olduğunu söylər, heyvanların imdadına göndərilirlər. Bitkilər heyvanların qidası olduğu kimi dənizlərdə böyük ölçüdə fitoplankton adı verilə digər bitkilərlə birlikdə, canlılara qida olurlar. Açıq də otlaqlarına bəri ümumiyyətlə "dənizlərin çayırı" olaraq tanınırlarQısaca söyləmək lazım olsa, də balanslı bir qida zər böyük balıq kiçik balığı yem çox miqdarda meydana gələn dənizlərdəki bu qidalar, istehlak edilmədiyi üçün dənizlər çirklənib hala gələcəkdi. Milyonlarla yumurta buraxan bir balığın yumurtaları da nəziyyət, canlıların bir-birinərmirmi?
Heyvanlarla bitkilətlərin, bir-birinə kömək, bu səbəbdən insanlığa kömənada digər bir misal olaraq çiçəklərlə böcəklərin əlaqəsini verə bilərik. Böcə kömək edərək yaşamaları ilə yaxından əkli bitkilərin üçdə ikisi böcəklər vasitəsiylə tozlanaraq nəsillərini davam etdirirlər. Böcə nektarları ilə çiçək tozu yığmaq üçün çiçəni çiçəkləri evləndirirlər. Beləklərin tozlanəri köməyin və həyata xidmətlərinin çox müxtəlif şəkilləri vardır.
Biz yalnız arıları misal verətin mübarizəyə deyil, köməkləşməyə əsaslandığına çox böyük rolları vardır. Arılar bu vçiçəyindən nektar toplamağ daha asan və təhlükəsiz şəkildə təmin edirlər. Bu ş etdikləri xidmətlə, bağçalarda məbəb olurlar. Beləcə təmin etdikləri fayda, baldan daha qiymətlidir.
Canlılar dünyasında, qarşılıqlı faydalanmağa əsaslanaraqəskiyini tamamlayıb, kömşəklinə simbioz (ortaq həyat) adı verilə heyvanlar aləmində misalları çoxdur. Bitkilən gözəl misalını, "Şibyhəyat şərtlərinə dayanıqlı bitki qrupunda görə bilərə, bəzi su yosunları (algae) ilələk hüceyrələri, bitkilərin ehtiyacı olan su, karbon dioksid, mineral maddəsini, su yosunu hüceyrələri isə fotosintez edərək qida maddələri və oksigen çıxarmaq surət heç pozulmadan, dalaşmadan,ir.
Qarşılıqlı köm həyat tərzinə bir misal da heyvanlar aləmindən verək. Bir xərçəng) arasındakı ortaqlıq çox maraqlıdır. Xərçəngərində eyni zamanda dəniz gülü də var. Dəhərləyici kapsullarını məhərləyir, iflic edir. Lakin xərçəngin ilbiz qabığına girm dəniz gülünə ayaq olur, onu gəzdirir. Də xərçəngiəniz güllərinin ovladıqları heyvanları xərçəngəniz güllərinə verir. Belş və gəzmiş olurlar.
"Həkləşmə olduğunu anlamaları üçün kafi olacaq. Çünki hədəninin məruz qaldığı həzyiqin dölə çatmasına maneəsi iləmi reallaşır?
Hə olaraq qəbul edənlər, neçə gün çalışaraq analarının sinəffəq oldular? Vətlə atmosferi dünyanın ər?
Dünyada bütün canlılar üçün hət, ana qarnındakı dölü dər. Eyni rətçi edir.
Nəzəm bir fabrik kimi işləyir. Ən kiçik vintindədər, bütün hissələri bir məqsəd üçün birlikdə işləyir. Atomdan qalaktikalara qəşdən göz hüceyrələrinə qədər hamısında əmrəylik görülür. Ən uzaq şeylə kömək əlini uzatıb. Canlı-cansız, böyük-kiçik bütün məcək şəkildə yaradılmışdır.
Beləlikləəşdən gələn işıq və istilik, bütün canlıların imdadına çatır. Göydəki bütün canlıların ehtiyacını qarşılayır. Qısaca, bu kainat fabrikinin avtomatik olaraq işləzi yırtıcı heyvanların zələri, bir mübarizə və döyüş olmayıb, kainatdakı təbii tarazlıq vərəyidir.
7-)
İçimizdə bütləşdirdiklərimiz nələrdir?
Allahdan başqa qul, kölə olduğumuz hər şey nəfsimizin bir bütüdür. Bu büt bəzən pul olar, bəzən mövqe, bəzən nüfuz, bəzən şöhrət, bəzən elm, bəzən fiziki gözəllik, bəzən əsil-nəcabət, bəzən akademik karyera, bəzən zənginlik ola bilər.
Prinsip olaraq, bizi həqiqi məbud olan Rəbbimizdən uzaqlaşdıran və ya ona göstərməli olduğumuz sevgi və hörmətdə ortaq olan hər şey bir növ bütdür.
Halbuki, Allaha olan hörmət və sevgimizin bir inikası olaraq qəlbimizdə olan sevgi və hörmətlər, Allaha aparan yolların yol nişanları hökmündədir. Peyğəmbər sevgisi, din sevgisi, Quran sevgisi, Allahın vəli qullarının sevgisi və bunların hörməti, uşaq sevgisi bunlardandır.
Dünyanı, Allahın Rəbbani bir məktubu olaraq oxumaq və sevmək və ya axirətin bir tarlası olaraq görüb sevmək, Allahın sevgisinə zidd deyil, əksinə Onun sevgisini gücləndirən sevgi mənbələridir, Allahın sevgisinin bir aynasıdır.
İnsan, bu ölümlü həyata bəzi duyğularla gözlərini açar. Şübhəsiz onda doğuşdan mövcud olan bu duyğular dünya həyatına canlılıq, hərəkət, rəng və məna gətirir. Ancaq öz başına buraxılıb din, əxlaq və elmlə istiqamətləndirilməzsə, yəni halal bir dairədə tutulmazsa çox zərərli nəticələr verər. Ən azından maddəni hədəf seçməyinə, onu bir baxıma ilahlaşdırmasına səbəb ola bilər. Eləcə adamın bütün istək və enerjisini, düşüncə və qabiliyyətini bu istiqamətə çevirib yönəldər .
Ağıl, din ilə birləşib duyğu və düşüncələrimizi yaxşıya, doğruya, gözələ, tək sözlə halal dairədə tutmağa yönəldər və yaradılanla yaradan arasında qulluq və ilahlıq əlaqəsini təmin edərsə, insan duyğularının əsiri və ya peyki olmaqdan xilas olar. Beləcə gerçək həyat üçün dünya nemətlərinin bir vasitə olduğunu, əsl məqsədin ilahi riza istiqamətində bu vasitələri bilərək yerində istifadə etmək surəti ilə Allaha tərtəmiz qovuşmaq olduğunu anlayar.
Bu baxımdan
"Nəfsinin istəyini ilahiləşdirən kimsəni gördünmü? Sən ona vəkillikmi edəcəksən? " (Furqan, 25/43)
ayəsindən alınacaq çox dərslər vardır.
Məkkəli bütpərəstlərin zehniyyət quruluşunu xülasə edib tənqid edən bu ayə, universal planda son dərəcə mənalı, aydınladıcı dərslər ehtiva etməkdə; insanlığın ümumi bir zəifliyinə işarə etməkdədir. Necə ki tarixin hər dövründə, hətta bu gündə də insanlığın əsas problemi, bədənsəl arzularını, maddi mənfəətlərini, mövqe və nüfuz ehtiraslarını ağıl və ürfan işığından, doğru inanc və sağlam düşüncədən, haqq və ədalət ölçülərinə görə hökm və qərar verib həyatlarını bu ölçülərlə təşkil etməkdən daha əhəmiyyətli görmələridir.
Bu ayə, bütün dəyişməz ölçüləri, bilinən meyarları, yerləşmiş dəyərləri tapdalayan, bir kimsənin xaricə əks etmiş ruhi vəziyyətini, çox dərin bir örnəklə gözlər önünə sərir. Bu ruh halında olan bir adam, tamamilə arzusuna boyun əyir, ehtirasların məhbusu olur, öz şəxsinə ibadət edir. Bir ilah halına gətirib ibadət etdiyi, boyun əydiyi azğın ehtirası ilə zidd düşən heç bir ölçüyə uymur, heç bir sərhəd tanımır, heç bir məntiq qaydasını dinləmir.
İslamiyyət isə, insanları bütlərin köləliyindən, nəfsin əsarətindən, batil inancların təhəkkümündən qurtarıb Allaha qul etmək, Onun dərgahında boyun bükdürmək istəyir…
8-)
İslamda Şüuraltı
Şüuraltı bir qab olaraq düşünülə bilər. Bu qabı əvvəlcə turş ayranla doldurmuşuq. İndi onun yerinə təzə, dadlı ayran doldurmaq istəyiriksə, əvvəlcə onu boşaltmalıyıq. Boşaltmaq prosesi iki şəkildə ola bilər.
Birincisi: Oraya təzə ayranı doldurduqca qab daşmağa başlayar və əvvəlki turşumuş ayran qabın kənarından yavaş-yavaş axar və nəhayət yox olub gedər; onun yerinə sonradan doldurduğumuz dadlı, təzə ayran gələr, yerləşər.
İkincisi: Qabı tamamilə boşaldıb yerinə təmiz, təzə ayran doldurmaqdır.
Bunlardan ilki tədric və təkamül metoduna daha uyğundur. Digərində isə ayran çox qüvvətli bir iradə, bir əzmlə və ya xaricdən edilən bir müdaxilə nəticəsində şiddətlə sarsılaraq -bir anda- boşalmağa məcbur olar.
Bunun kimi həyat boyu çirkin xəyallar, kirli təsəvvürlər, lüzumsuz məlumatlar və yanlış bilgilərlə doldurduğumuz şüuraltı yaddaş qabını da iki şəkildə yeniləmək mümkündür.
Birincisi: İndidən başlayıb şüuraltımızı -İslamın ümumbəşəri əxlaqi prinsiplərinin uyğun olduğu- gözəl xəyallar, təmiz təsəvvürlər, lüzumlu məlumat və doğru bilgilərlə doldurmağa çalışmaq. Bununla o köhnə, turş və çirkin şeylərin başdan yavaş-yavaş boşalmasını təmin etməkdir ki, ən uyğun və tədric qanununa ən münsib metod budur.
İkincisi: Şok müalicə sayıla biləcək bir reaksiya ilə bunları boşaltmaqdır. Bu da əvvəlki məlumatı siləcək bir musibət, bünyəni sarsacaq bir xəstəlik və ya bir nəsihət, yaxud da -Allahın bir lütfu olaraq- sözügedən o kirli təsəvvür və məlumatın çirkinliyini gündüz kimi ortaya qoyacaq yeni bir perspektiv qazanmaqla olur.
Şüuraltı mexanizmanı bilgisayarın hard diskinə də oxşada bilərik. Virusa bulaşmış qovluqları təmizləmək üçün ya bir anti-virus proqramla təmizləyərsiniz, yaxud hard diski tamamilə siləcək və təmiz qovluqdardakı bilgiləri yenidən yükləyəcəksiniz. Şüuraltı hard diski bir anda tamamilə silmək -yuxarıda verdiyimiz misallarda görüldüyü kimi- olduqca çətin bir metoddur. Bu səbəblə işi zamana yayaraq bir yandan əvvəlki viruslu məlumatın mənbəyini kəsmək, digər yandan təmiz qovluqlarla hard diski doldurmağa çalışmaq lazımdır.
Yəni, bundan belə -bir yandan- şüuraltı hard diskimizi, çirkin xəyallar, kirli təsəvvürlər, lüzumsuz məlumatlar və yanlış bilgilərin girməsinə qarşı qapalı tutmağa çalışacağıq. Bir yandan da gözəl xəyallar, təmiz təsəvvürlər, lüzumlu məlumat və doğru bilgilərin axışına imkan verəcəyik. Bu da sağlam bir etiqad və səmimi bir təqva ilə mümkündür.
Bu haqda, təbiri-caizsə, şüuraltı kirlənmənin antivirusu, başda mərifətullah olaraq təhqiqi bir iman və o imandan doğan güclü bir təqvadır. Çünki Allahı yaxından tanıyan bir mömin Ona qarşı hörmətsizlik sayılan hər bir xəyalın fikrinə müdaxilə etməsinə imkan verməz. Ona qarşı bəslədiyi sevgi rəhmət və izzətinin incidilməsinə izin verməz. Hər an yanında elm və qüdrətiylə hazır olduğuna inandığı Rəbbinə qarşı laqeyd qalaraq lüzumsuz məlumatla qarşısına çıxmasına imanı izin verməz.
Xülasə olaraq, Əhl-i sünnət çizgisində təhqiqi bir iman, təhkimi / sağlam bir təqva və saleh bir əməl ilə şüuraltı və şuurüstü kirlənməyə qarşı mənəvi əməliyyat edə bilər və sahil-i səlamətə çıxa bilərik, İnşallah...
9-)
Peyğəmbər Əfəndimizin (asm) geniş evlərdə oturun şəklində bir hədisi vardırmı?
Bu mövzuda Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm)`dən belə bir hədis var:
"Bu üç şey Adəmoğlunun səadətindəndir; salehə bir xanım, geniş ev, rahat minik." (Müsned, 1/168)
Hər insan geniş bir evə və ya müstəqil bağçalı bir evə sahib ola bilməz. İqtisadi imkanlar daxilində kiçik dəxi olsa bir evdə oturmaqda bir günah yoxdur. Ancaq imkanı olanlar üçün əlbəttə ki geniş ev daha yaxşıdır. Dinimizin gərəklərini yerinə yetirmək baxımından da geniş və müstəqil evlər daha yaxşıdır.
Evin geniş olması məcazi olaraq da düşünülə bilər. Məsələn "ocağının külü bol" demək, o adamın qonaqpərvər və comərd olduğuna işarə edər. Geniş ev də eyni şəkildə qonaq pərvərliyə təşviq olaraq da düşünülə bilər. Ayrıca uşaq sahibi olmağa da təşviq ola bilər.
10-)
Zərurət rüxsətlərindən faydalanmaq.
Zərurət, insanı istəmədiyi bir davranışa yönəldən, məcbur edən haldır. Bunu dini həyata tətbiq etdiyimiz zaman belə deyə bilərik: "Zərurət, müsəlmanı, haram qılınmış bir davranışa yönəldən, məcbur edən vəziyyətdir." Fiqh alimləri bu məcburedici vəziyyətin sərhədlərini təsbit etməyə çalışmışlar. Ortaya çıxan fikirləri "əhəmiyyətli ehtiyaclar" çərçivəsində bir araya toplamaq mümkündür. İnsanların ehtiyaclarını:
a) aradan qaldırılmazsa dərhal ölümə səbəb olan,
b) aradan qaldırılmazsa uzun gələcəkdə ölümə və yox olmağa səbəb olan,
c) aradan qaldırılmazsa yalnız konfort və rahatlığı aradan qaldıran ehtiyaclar şəklində üç yerə ayırmaq mümkündür.
Bunlardan ilk ikisi zərurət sayılmış, bunları qarşılayan şeylər və davranışlar, qarşılayacaq qədəri ilə kifayətlənmək şərtiylə mübah görülmüşdür. Ölümlə təhdid edilən bir kimsənin İslama zidd bir söz söyləməsi və ya bir iş işləməsi birincisinə, xəstəlik və ağrının aradan qaldırılması üçün haram qılınmış bəzi nəsnələrin yeyilib-içilməsi, övrət yerlərinin həkimə açılıb toxundurulması ikincisinə nümunədir. Yenə İslam fəqihləri, bir kimsənin haqlı olan bir işini başqa cür gördürə bilməməsi səbəbiylə rüşvət verməsinin caiz olduğunu da zərurət prinsipinə dayandırmışlar. Zərurət icazəsi, əlaqədar ayə və hədislər əsasında bu hikmətə əsaslanır: Allah Təala insanları yaratmış, onlara ağıl və iradə vermiş, bunları necə istifadə edəcəklərini sınamaq üzrə (imtahan üçün) dünya həyatını təqdir etmişdir. İnsanların dünyada yaşayıb sınaqdan keçmələri, minimum həyat şərtlərinin təmin edilməsinə bağlıdır.
Zərurət prinsipini mövzumuza tətbiq etdiymiz zaman qarşımıza, biri fərdə, digəri cəmiyyətə aid iki sahə çıxar.
Fərd sahəsində zərurət, fərdin təməl ehtiyaclarını (yemək-içmək, məskən, geyim, müalicə xərcləri, lazım olduğunda səfər və daşınma xərcləri və s kimi) təmin etdiyi zaman sona çatar; bu nöqtədən sonrakı mərhələdə isə fərdin halal-haram sərhədinə riayət etməsi lazımdır.
Cəmiyyət sahəsində isə zərurət, cəmiyyətin həyat və inkişafını təmin edəcək minimum şərtlərin təmin edilməsilə ortadan qalxar. Allah-Təala İslam cəmiyyətinə, din və millət düşmənlərinin gözünü qorxudacaq gücə sahib olma vəzifəsini vermişdir. Bu gücün başında, hərbi, elmi, texnoloji və iqtisadi güc gəlməkdədir.
Müsəlmanlar xarici dairələrin diqtəsi, məcburiyyəti səbəbiylə "bəzi qadağaların müvəqqəti olaraq qalxması" rüsxətindən istifadə etməzlərsə uzun müddətdə zəif düşməyə və yox olmağa məhkumdurlar. Bu səbəblə, zərurət aradan qalxana qədər bu rüsxətdən istifadə edər, oyunu ətraf mühitin qaydalarına görə oynayaraq güclənərlər. Burada diqqət edilməsi lazım olan iki xüsus vardır:
a) Cəmiyyətə aid zərurətin qazancı (rüxsəti) da cəmiyyətə aid olacaq. İslam cəmiyyətinin varlığını qorumaq və gücləndirmək məqsədinə yönəlmiş rüsxətlərdən (icazələrdən) istifadə edərək fərdlərin zənginləşməsi və bu sərvətləri özlərinə və varislərinə həvalə etmələri caiz deyildir.
b) Zərurət halı keçicidir, müvəqqəti olmalıdır. İslamın nəzərdə tutduğu nizam reallaşdığında zərurətlərin, həm sayı, həm də müddətləri minimum ölçülərə enəcək. Zərurət halını hava çirklənməsinə bənzədəsi olsaq, müsəlmanların vəzifəsi bu çirkli havada yaşamaq rüxsətindən faydalanaraq rahat etməyə çalışmaq deyil, əldə etdikləri imkanlarla havanı təmizləməyə cəhd etməkdir. Bu təmizləmə fəaliyyətinə iş və ticarət sahəsini seçərək qatılan müsəlman üçün halal loxma (iş və ticarətdən qazancı nə olursa olsun) ortalama bir müsəlmanın loxması qədərdir. Qazancın geri qalanı təmizləmə məqsədinə təsis edilməlidir.
_________
Müəllif-Hayreddin Karaman, İslam İşığında Günümüz Məsələləri
11-)
Yuxu barəsində kiçik məsləhətlər..
Və aleykumusSalam və Rahmətullah. Ərəbistanda yatsı namazı çox erkən olmaz. Ekvatora yaxın olduğu üçün gecə ilə gündüz arasından fərq az olur. Bu səbəblə gecələri çox uzun olan bölgələrdə yatsı(işa) namazından sonra yatmamaq sünnəyə zidd olmaz.
Burada ölçü, səhər namazına qalxmağa mane olub olmayacağıdır. Qərarı da buna görə vermək lazımdır.
İşa namazından əvvəl yatmağı və işa namazından sonra danışmağı qadağan edən bir hədis vardırmı?
"Peyğəmbərimiz (s.ə.s.) yatsıdan əvvəl yatmağı, yatsıdan sonra da danışmağı xoş görməzdi" mənasını verən bəzi hədislər vardır. (Bax. Buxari, Məvakit 23; Müslim, Məsacid 236. Bundan əlavə bax. Tirmizi, Məvaqit 11; Nəsai, Məvaqit 20; İbni Macə, Salat 12; Məcmauz-zəvaid, 1/315).
Yatsı namazından əvvəl yatmanın xoş görülməməsi, yatan kimsənin yaxşıca yuxuya gedib bir daha oyana bilməmək təhlükəsindən, namazı fəzilətli sayılan vaxtında qıla bilməyəcək və camaat savabına qovuşa bilməyəcək olmasındandır. Hədisi-şəriflərdə bildirildiyi kimi səhər və yatsı namazlarında camaata davam etmənin fəzilət və əhəmiyyəti başqa namazlardan daha çoxdur. Yatsıdan əvvəl yatmaq camaat namazına davam edilməməsi hətta işanı qılmadan sabahlamaq kimi pis bir nəticəyə səbəb ola bilər. İmam Tahavi, yanında oyandıracaq kimsə olmaq şərtiylə yatsıdan əvvəl yatmağın bir qorxusu olmayacağını söyləyir.
Yatsı namazından sonra danışmanın xoş qarşılanmamasının səbəbi isə, yuxusuz qalınmasından ötəri fəziləti çox olan gecə namazı, hətta səhər namazına oyana bilməmək təhlükəsinin. Bundan başqa gecə çox oturan və yuxusunu tam ala bilməyib dinlənən bilməyən kəslər, gündüz etmələri lazım olan işləri tam və məhsuldar bir şəkildə edə bilməzlər. Lakin hədisdə tövsiyə edilən bu xüsus bir qadağa olmayıb, faydasız sözlərdən, halal olmayan əyləncələrdən və zamanı boşa keçirməkdən çəkindirməkdir. Faydalı sözlər, xeyirə istiqamətli söhbətlər, dərs müzakirəsi, qonağın olması, oğul-uşağından hal əhval tutması, saleh kəslərin məclislərində olmaq, qısacası dinimizin yaxşı və gözəl gördüyü şeylərlə məşğul olmaq qınanmış və ya qadağan olmayıb, əksinə müstəhəbdir. Necə ki bir bir rəvayətə görə Rəsul-i Əkrəm Əfəndimiz (s.ə.s.) şəxsən özü yatsı namazını qıldırdıqdan sonra səhabələrə xitab etmişdir. (Bax. Buxari, Elm 41, Məvakît 20, 40; Müslim, Fəzâilu's-səhabə 217)
Buna görə:
1. Oyana bilməmək təhlükəsi varsa və ya özünü oyandıracaq bir kimsə yoxdursa, yatsı namazını qılmadan yatmaq məkruhdur.
2. Yatsı namazından sonra faydasız sözlər və qanuni olmayan əyləncələrlə vaxt keçirmək məkruhdur.
3. İşa namazından sonra faydalı söhbətlər edilməsi, qonaq ağırlanması, oğul-uşaq ilə hal-əhvallaşmaqda bir qorxu yoxdur.
4. Gecə namazına və ya sabah namazına qalxa bilməyəcək, bir sonrakı gün işinə mane olacaq qədər yuxusuz qalmaq doğru deyildir.
5. Müsəlmanlar zamanlarını namaz vaxtlarına görə nizamlamalı, hər namazı vaxtında qılmağa diqqət etməli və hər işi vaxtında etməyə səy göstərməlidir.