Cihadı təşviq edən və əmr edən bəzi ayələr belədir:
1- "Doğrudanmı siz hacılara su verməyi və Məscidulharamı abadlaşdırmağı Allaha və Axirət gününə iman gətirib, Allah yolunda cihad edənlərlə eyni tutursunuz? (Bilin ki,) onlar Allahın yanında bərabər sayılmırlar. Allah zalım milləti doğru yola yönəltməz. " (Tövbə surəsi, 19)
Hacılara su paylamaq, yer üzündə ən müqəddəs məkan olan Kəbəni təmir etmək gözəl və savablı işlər olmaqla yanaşı, heç bir zaman Allah yolunda cihad etmək səviyyəsinə yüksələ bilməzlər. Kəbə qonşuluğunda ibadət xoşdur, amma daha da xoş olan, Allah yolunda cihaddır. Çünki biri fərdi ibadətdir, digəri isə Allah`ın dinini yaymaqdır. Risalət (vəzifələndirmə) vəlayətdən ( yüksəliş) dərəcə üstündürsə, risalətlə əlaqəli olan Allah`ın dinini yaymaq uğrunda mübarizə də o dərəcə şəxsi kəmalətlərdən, ibadətlərdən üstündür.
Bu nöqtə tam aydın olmadığından həccə gedən bəzi müsəlmanlar o mübarək məkanlarda ölmək arzusunda olurlar. Halbuki, oraya ölməyə deyil, dirilməyə getsələr və döndüklərində yeni bir həvəs və həyəcanla İslama xidmət etsələr onlar üçün daha xeyirli olardı.
2- "Möminlərdən – üzrlülər istisna olmaqla – (evdə) oturanlarla Allah yolunda öz malları və canları ilə cihad edənlər eyni olmazlar. Allah öz malları və canları ilə cihad edənləri (evdə) oturanlardan dərəcə etibarilə üstün etdi. Allah (onların) hamısına ən gözəl nemət vəd etmişdir.Allah mücahidləri (evdə) oturanlardan böyük bir mükafatla üstün etmişdir. " (Nisa surəsi, 95)
3-"(Kafir) qövmü təqib etməkdə zəiflik göstərməyin. Əgər siz (döyüşdə) əziyyət çəkirsinizsə, onlar da siz əziyyət çəkdiyiniz kimi əziyyət çəkirlər. (Lakin) siz onların ummadıqlarını Allahdan umursunuz. Allah Biləndir, Müdrikdir. " (Nisa surəsi, 104)
"Ölsəm, şəhidəm" deyən bir mömin belə bir ümidi olmayan batil inanc sahibindən daha cəsur olmalıdır.
4- "(Sizə) yüngül (gəlsə də), ağır (gəlsə də), döyüşə çıxın, malınız və canınızla Allah yolunda cihad edin! Biləsiniz ki, bu sizin üçün daha xeyirlidir." (Tövbə surəsi, 41)
"(Sizə) yüngül (gəlsə də), ağır (gəlsə də)..." ifadələri belə açıqlanmışdır:
- İstər sevərək, istər xoşlamayaraq;
- İstər ailə yükünüz yüngül, istər ağır olsa da;
- İstər yüngül silahlarla, istər ağır silahlarla;
- İstər piyada, istər miniklə;
- İstər gənc, istər qoca;
- İstər sağlam, istərsə də xəstə. İstənilən halda döyüşə çıxın. (Razi, XVI, 69-70; Beydavi, I, 406; Əbu'l-Bərəkat Nəsəfi, Mədariku't-Tənzil, Daru'l-Fikir, II, 127)
"Malınız və canınızla" ifadəsi - cihadın iki növünə işarə edir. Bir qisim insanlar vardır ki, mallarını Allah yolunda sərf edərlər. Bir qismi də vardır ki, həyatlarını bu yolda fəda edərlər.
"Allah yolunda" deyilməsi isə çox mühüm bir qeyddir. Allah yolunda olmayan mübarizə, "cihad" adına layiq deyil. Cihada ruh qazandıran xüsus məhz budur (1). Yoxsa müsəlmanlardan başqaları da döyüşürlər, öz din və ideologiyalarını yaymağa çalışırlar. Hətta bu yolda həyatlarını da verirlər. Lakin onların bu mübarizəsi Allah qatında dəyəri olan bir mübarizə deyil.
5- "Allah yolunda haqqıya (lazımınca) cihad edin." (Həcc surəsi, 78)
Cihadın haqqını verərək səy göstərməklə, özünü mücahid zənn etmək başqa-başqa şeylərdir. Birincisi haqqı ilə cihad, ikincisi isə yalnız vaxt itirməkdir.
Bu ayə ilə əlaqədar olaraq, bu rəvayət nəql edilir:
Hz. Maviyənin zamanında İslam ordusu İstanbul yaxınlarına gəlir. Döyüş əsnasında mühacirdən bir şəxs düşmən tərəfinə soxulur. Bəziləri, bu hərəkəti "öz əllərinizlə özünüzü təhlükəyə atmayın" ayəsinə zidd görür. Bunun üzərinə Hz. Peyğəmbər aleyhissalatu vəssalam`ın bayraqdarı Əbu Eyyub əl-Ənsari (Allah ondan razı olsun) belə deyir: "Biz bu ayəni daha yaxşı bilərik. Çünki bu ayə bizim haqqımızda endi. Rəsulullah ilə birgə yaşadıq. Onunla birlikdə çox hallarla qarşılaşdıq. Ona köməkçi olduq. Nəticədə İslam qalib gəldi. Ənsar olaraq bir yerə toplandıq. “Allah bizə Rəsuluna əshabə olmağı, ona köməkçi olmağı nəsib etdi. Artıq İslam qalib gəldi, müsəlmanlar çoxaldı. Biz onu ailə və mal-mülkdən üstün tutduq. Artıq döyüş bitdiyinə görə evlərimizə, uşaqlarımızın yanına dönək, onlarla yaşayaq,"- deyə danışdıq. Məhz bizlər belə bir halda ikən, bu ayə nazil oldu. (İbnu Kəsir, I, 331; Əbu Davud, Sünən, Cihad, 22; Tirmizi, Təfsir, 2/19)
Elə aydın olur ki, təhlükə irəli atılmaqda deyil, geridə qalmaqdadır. Ayənin əvvəlində "Allah yolunda infaq edin" deyilməsi cihadın iqtisadi yönünə işarə edir. Maddi imkanları olanlar bu imkanları Allahın dinini yaymaq uğrunda xərcləməsələr, özlərini öz əlləriylə təhlükəyə atmış olacaqlar.
7-"Şübhəsiz ki, Allah möhkəm bir divar kimi səf-səf düzülüb, Onun yolunda vuruşanları sevir. "(Saff surəsi, 4)
8- "Ey iman gətirənlər! Sizi ağrılı-acılı əzabdan xilas edəcək bir ticarəti sizə bildirimmi? Allaha və Onun Elçisinə iman gətirin, Allah yolunda malınız və canınızla cihad edin. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir. (Bu təqdirdə) O sizin günahlarınızı bağışlayar və sizi (ağacları) altından çaylar axan Cənnət bağlarına vəƏdn bağlarındakı gözəl məskənlərə daxil edər. Bu, böyük müvəffəqiyyətdir. Sevdiyiniz başqa şey də vardır: Allah tərəfindən kömək və yaxın qələbə. Möminləri (bununla) müjdələ. " (Saff surəsi, 10-13)
Ayədə, Allah yolunda cihad, "ticarət" olaraq adlandırılmışdır. Ticarətdə əsas olan qazancdır. Bir şey verilər və qarşılığında qazanc əldə edilər. Məhz, Möminlər Allah yolunda mallarını-canlarını verəcəklər, bunun müqabilində çox şey qazanacaqlar. Bunlar ayədə bu şəkildə sadalanmışdır:
a. Allahdan bağışlama;
b. Cənnət;
c. Zəfər;
d. Yaxın bir fəth.
Bunlardan bağışlama və Cənnət axirətlə, zəfər və fəth dünya ilə əlaqəlidir. Deməli, həm dünya, həm axirət səadəti ancaq Allah yolunda cihadla mümkündür.
9- "Ey iman gətirənlər! Yaxınlığınızdakı kafirlərlə vuruşun. Qoy onlar sizdə sərtlik görsünlər. Bilin ki, Allah müttəqilərlə bərabərdir." (Tövbə surəsi, 123)
Bu ayə dinə dəvət strategiyasını təyin edən "əvvəl yaxınlarını qorxut" (Şuəra surəsi, 214) ayəsinə bənzəyir. Yəni xəbərdar etməyə yaxınlardan başlamaq lazım olduğu kimi, döyüşdə də yaxın düşməndən başlamaq lazımdır. Necə ki Rəsulullah sallallahu aleyhi və səlləm əvvəl qövmü ilə sonra digər ərəblərlə, daha sonra Bizansla döyüşmüşdür. Şübhəsiz, bütün kafirlərlə birdən döyüşmək qeyri-mümkündür. Bu səbəbdən uyğun olanı yaxından başlamaqdır. (Razi, XVI, 228-229)
Böyük təfsirçi Fəxrəddin Razi yuxarıdakı ayənin "Onlar sizdə bir sərtlik görsünlər" qismini belə şərh edir: "Ğılza" riqqətin əksidir. Cəzalandırmada sərtliyi bildirir. Şübhəsiz sərtlik pis əməllərdən çəkindirmədə daha təsirlidir. Lakin hər zaman sərt olmaq düzgün deyil. Çünki vəziyyət bəzən yumşaqlığı, bəzən də sərtliyi tələb edir. Bu səbəblə yalnız sərtlik göstərməyin uyğun olmadığına diqqət çəkərək "onlar sizdə sərtlik görsünlər" deyilmişdir. Daima sərt olmaq insanları bir-birindən uzaqlaşdırır. "Onlar sizdə sərtlik görsünlər" bu sərtliyin hər vaxt olmadığını göstərir. Sanki belə deyilmişdir: "Onlar sizin əxlaq və təbiətinizi araşdırdıqda sizdə bir sərtlik də tapmaları uyğundur". Belə bir kəlam isə, ancaq əksər halında şəfqət, mərhəmət olmaqla birlikdə, bir növ sərtlik də özündə olanlar üçün doğrudur ... Bu sərtliyin, alış-veriş, qarşılıqlı oturub danışmaq, yemək-içmək kimi xüsuslarda olması uyğun deyil. (Razi, XVI, 230)
Tövbə surəsi ən son nazil olan surələrdəndir. Bu surədə döyüşlə əlaqədar bir çox ayələr vardır. Məsələn:
"Müşriklər hamısı bir yerdə sizinlə vuruşduqları kimi, siz də hamınız bir yerdə onlarla vuruşun və bilin ki, Allah müttəqilərlədir. " (Tövbə surəsi, 36)
"Haram aylar bitdikdə müşriklərə harada rast gəlsəniz öldürün, onları əsir tutun, onları mühasirəyə alın və onlara hər yerdə pusqu qurun. Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr onları sərbəst buraxın. Çünki Allah Bağışlayandır, Rəhmlidir. " (Tövbə surəsi, 5)
Bu iki ayə "qıtəl ayəsi" və ya "seyf ayəsi" kimi məşhurdur. Bir qisim təfsirlərdə və Qur`an tərcümələrində deyilir ki, Məkkə dövründə səbri, əfvi tövsiyə edən ayələrin izahında "qıtəl ayələri ilə mənsuhdur", yəni, döyüşü əmr edən yuxarıdakı ayələr endikdən sonra bu ayənin hökmü ləğv edilmiş, qüvvədən qaldırılmışdır. Halbuki mənsuh olduğunu söylədikləri ayələr bir mərhələni, qıtəl ayələri isə başqa mərhələni göstərir. Məsələ bundan ibarətdir:
Cənab-ı Haqq müsəlmanlar zəif və az olduqları zaman səbri, qüvvətli olduqlarında isə döyüşü əmr etmişdir. Bu ayələrdə bir nəsihdən (əvvəlki hökmü ortadan qaldırmaq) söhbət gedə bilməz. Nəsih artıq tətbiq olunması caiz olmayacaq şəkildə hökmün ortadan qaldırılmasıdır. Yoxsa müəyyən bir səbəbə görə əmr edilən bir məsələdə başqa bir səbəblə yeni bir hökmə keçilməsi nəsih deyil. (1)
Müsəlmanların zəif olduqları hallarda əziyyətə səbri, əfvi əmr edən ayələr yenə qüvvədədir. Bunu belə bir örnəklə izah etmək olar:
Avtobusda səyahət edərkən uşağımıza "qətiyyən sürücü ilə danışma!" desək, səyahətin sonunda isə "artıq onunla danış" desək, ikinci sözümüz birincinin hökmünü nəsh etməz. Çünki, ortada iki fərqli vəziyyət var. Səyahət əsnasında sürücü ilə danışmaq qəzaya səbəb ola biləcəyindən onunla danışmamaq müvafiqdir. Səyahət bitdiyi zaman belə bir təhlükə olmadığına görə, rahatlıqla onunla danışmaq olar. Yeni bir səyahətə çıxdığımız zaman yenə də birinci sözümüz etibarlıdır.
Qurani Kərimə görə döyüşdə qalib gəlməyin qaydaları nələrdir?
Yazar: Şadi Eren (dos. Dr.), 04-2-2006
1- Adətullaha riayət etmək
Cənab-ı Haqqın insanlıq aləmi üçün qoyduğu qanunlar vardır. Məsələn, çalışan qazanar. Səbr edən bacarar… Haqq düşüncə sahibi olmaq, döyüşdə qalib olmaq üçün kifayət deyil. Necə ki, Allahın ən sevimli qulu, ən böyük insan Hz. Məhəmməd (s.ə.v.), Allaha təvəkküllə birlikdə səbəblərə riayət etməkdən geri durmamışdı. Məsələn, Uhudda iki zireh geymiş (Tirmizi, Cihad, 17; Ebu Davud, Cihad, 68; İbnu Mace, Cihad, 18), Xəndək Döyüşündə xəndək qazmış, sipərə girmişdi...
2. Sirr tutmağı bacarmaq
Hz. Peyğəmbər sallallahu aleyhi və səlləm, Təbuk Səfərindən başqa heç bir döyüşdə hədəfin hara olduğunu əvvəldən ifadə etməmiş, kinayəli ifadələr istifadə etmişdi. (İbnu Hişam, IV, 159)
"Sizlərdən olmayanı özünüzə sirdaş tutmayın" ayəsi bu mövzuda bizə yol göstərir. (Ali İmran surəsi, 118)
3. Hər şeyi hər yerdə söyləməmək.
Rəsulullahın dövründə çox hərəkətli günlər yaşanmışdı. Müsəlmanlar Mədinəyə hicrət edincə qismən təhlükəsizliyə qovuşmaqla birlikdə, tamamilə təhlükəsizlikdə deyildilər. Hər an Məkkəlilərin hücum etmə ehtimalı vardı. Xalq arasında bəzən "gəldilər, gəlirlər" şəklində dedi-qodular yayılırdı (Bax. Beydavi, I, 227). Bu ayə belə vəziyyətlərdə nə etmək lazım olduğunu dərs verir:
"Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə, onu yayarlar. Halbuki bunu Peyğəmbərə və özlərindən olan nüfuz sahiblərinə çatdırsaydılar, içərilərindən onun mahiyyətinə varan kəslər o xəbəri bilərdilər." (Nisa surəsi, 83)
Rəsulullahın ifadəsi ilə "insanın hər eşitdiyini söyləməsi ona yalan olaraq yetər"(Acluni, II, 113). Hər eşidilənin doğru olması mümkün olmadığı kimi, hər eşidiləni dərhal hər yerdə söyləmək də uyğun deyil.
Bədiüzzaman bunu belə ifadə edir: "Hər söylədiyin haqq olsun. Lakin hər haqqı söyləməyə sənin haqqın yoxdur. Hər dediyin doğru olmalı. Lakin hər doğrunu demək doğru deyil." (Nursi, Məktubat, s., 265)
Yuxarıda zikr etdiyimiz ayədə jurnalistlərə də təmas edən bir xəbərdarlıq vardır. (Hamdi Yazır, II, 1403) Dövlət sirri ola biləcək bir xəbəri xəbər olaraq yazmaq, jurnalistika baxımından cazibədar ola bilər. Amma bu xəbəri yaymaq düşmənlərin işinə yarayacaqsa, nəşr edilməməsi uyğundur. Ayrıca hələ doğruluğu dəqiq olmayan bir xəbəri dəqiqləşmiş kimi yaymaq, insan haqlarını pozmaq olduğu kimi, bir qisim qarışıqlıqlara da səbəb ola bilər. Bu ayəyə qulaq asaq:
"Ey iman gətirənlər! Əgər bir fəsadçı sizə bir xəbər gətirsə, (onu) araşdırın. Yoxsa bilmədən bir qövmə pislik edər, sonra da bunun peşmançılığını çəkərsiniz." (Hucurat surəsi, 6)
4. Döyüşün qaydalarını yaxşı bilmək.
Rəsulullah sallallahu aleyhi və səlləm "döyüş bir hiylədir" buyurur. (Müslim, Cihad, 17; Tirmizi, Cihad, 5) Rəsulullahın bu sözü bəziləri tərəfindən döyüşdə hər cür yalan, böhtan kimi şeylərin mübah olduğu şəklində başa düşülmüşdü. Halbuki, tarixən sabit olan odur ki, Rəsulullah əsla yalana tənəzzül etməmişdi (Hamidullah, İslam Peyğəmbəri, II, 1039; Ahmet Çelebi, İslam Düşüncəsində Cihad ve Savaş Siyasəti, Ter.Abdullah Kahraman, İz Yay., İst.,1994, s.98; Zuhayli, s.,57-60). Amma düşməni aldada biləcək hərb oyunlarını tətbiq etmişdi. Başqa yerə səfər təşkil edirmiş kimi görünüb, əsl hədəfinə birdən yönəlməsi Məkkənin fəthinin əvvəlində gecə on min yerdə atəş yandırtması kimi vəziyyətlər buna nümunə olaraq verilə bilər (Azzam, s., 196 ). Yenə döyüşlərdə tətbiq olunan təxribata uğramış kimi edib, düşməni mühasirəyə almaq, soba borularını top kimi qala divarlarına düzmək və s. halların hamısı "döyüş bir hiylədir" sözünün nümunələridir. Döyüşdə yalanın caiz sayılmasını da bu məqamda zikr edə bilərik. (İbnu Hanbel, VI, 454)
5. İnsanları düzgün yetişdirmək.
Döyüşlərdə qalib gəlməyin ən etibarlı yolu insanları düzgün yetişdirməkdir. Qəlbi imanla dolu, ürəyi cəsarət yüklü, fikri uca idealların təqibçisi əli sənətində mahir bir toplum, dünyanın ən qüvvətli birliyidir. Belə bir toplum sayca az da olsa, bir çox topluluqlara qalib gələr.
"Neçə-neçə az saylı dəstələr Allahın izni ilə çox saylı dəstələrə qalib gəlmişdir!" (Bəqərə surəsi, 249)
ayəsi bu həqiqəti dilə gətirir. Bu gün Amerikanı güclü edən yaxşı yetişdirilmiş bir azlıqdır.
Rəsulullahın sallallahu aleyhi və səlləm 40 adamla dünyaya meydan oxuması və nəticədə qalib gəlməsi, insanları yaxşı yetişdirməyin əhəmiyyətini göstərir
2-)
Cihad ayələrində necə bir sıra vardır?
Müsəlmanların həm sayca az, həm də şiddətli təzyiqlə qarşı-qarşıya qaldıqları Məkkə dövründə, müharibə etmək əmr edilməmişdi. Gələn ayələr, əfvdən , namazı qılmaqdan, zəkatı verməkdən bəhs edir(1). Şübhəsiz bunun bəzi hikmətləri vardır. Məsələn:
1- Müsəlmanlar sayca az idilər. Döyüşə icazə verilsəydi, əleyhlərinə olardı. Cənabı Haqq, onların sayının artmasını dilədi.
2- Əgər döyüşə icazə verilsəydi, vətəndaş müharibəsi meydana gələrdi. Çünki, bir ailədə həm inananlar, həm də inanmayanlar vardı. Müharibə olsa, hər ailədə qan axacaqdı. Hicrətdən sonra isə, tərəflər ayrıldı, bu maneə ortadan qalxdı. (2)
Beləliklə, tərəflərin ayrıldığı bu dövrdə, əvvəlcə bu ayə ilə döyüş icazəsi gəlir(3):
"(Kafirlərin)vuruşa başladığı insanlara, (o kafirlərlə) (vuruşmağa) icazə verilmişdir. Çünki onlar zülmə məruz qalmışlar. Şübhəsiz ki, Allah onlara kömək etməyə qadirdir."
(Həcc surəsi, 39)
Bu icazəni, daha sonra, bu əmrlər izləyir:
"Sizinlə vuruşanlara qarşı Allah yolunda siz də vuruşun və həddi aşmayın! Həqiqətən, Allah həddi aşanları sevmir. "
(Bəqərə surəsi, 190)
"Müşriklər hamısı bir yerdə sizinlə vuruşduqları kimi, siz də hamınız bir yerdə onlarla vuruşun və bilin ki, Allah müttəqilərlədir."
(Tövbə surəsi, 36)
Qaynaqlar:
1- Məsələn, “(Müharibədən) əl çəkin, namaz qılın və zəkat verin!” (Nisa, 77) "Sən təmkinlə səbir et!" (Məaric, 5) "Səhər və axşam çağı Rəbbinin rizasını diləyərək Ona dua edənlərlə birlikdə özünü səbirli apar." (Kəhf, 28) kimi ayələr Məkkə dövrü ilə əlaqədardır.
2- Seyyid Kutub, Fî Zılalil-Quran, Daruş-Şuruk, 1980, I, 185-186; Sabunî, Revaîul-Beyan, I, 213-214
3- İbnu Kesîr, V, 436
* * *
Quranda cihad necə təşviq edilmişdir?
Müəllif: Şadi Eren (dos. Dr.)
Cihadı təşviq edən və əmr edən bəzi ayələr belədir:
1- "Doğrudanmı siz hacılara su verməyi və Məscidulharamı abadlaşdırmağı Allaha və Axirət gününə iman gətirib Allah yolunda cihad edənlərlə eyni tutursunuz? (Bilin ki,) onlar Allahın yanında bərabər sayılmırlar. Allah zalım milləti doğru yola yönəltməz. "
(Tövbə surəsi, 19)
Hacılara su paylamaq, dünyada ən müqəddəs məkan olan Kəbəni təmir etmək, gözəl və savablı işlər olmaqla birlikdə, heç bir zaman Allah yolunda cihad etmək səviyyəsinə yüksələ bilməzlər. Kəbə qonşuluğunda ibadət xoşdur, amma daha da xoş olan, Allah yolunda cihaddır. Çünki, biri fərdi ibadətdir, digəri isə Allahın dinini yaymaqdır. Risalət vəlayətdən nə dərəcə üstündürsə, risalətlə əlaqəli olan, Allahın dinini yaymaq uğrunda mübarizə də o dərəcə şəxsi kəmalatlardan, ibadətlərdən üstündür.
Bu nöqtə tam aydın olmadığından, həccə gedən bəzi müsəlmanlar, o mübarək məkanlarda ölmək arzusunda olurlar. Halbuki, oraya ölməyə deyil, dirilməyə getsələr və döndüklərində yeni bir həvəs və həyəcanla İslama xidmət etsələr, onlar üçün daha xeyirli olardı.
2- "Möminlərdən – üzrlülər istisna olmaqla – (evdə) oturanlarla Allah yolunda öz malları və canları ilə cihad edənlər eyni olmazlar. Allah öz malları və canları ilə cihad edənləri (evdə) oturanlardan dərəcə etibarilə üstün etdi. Allah (onların) hamısına ən gözəl nemət vəd etmişdir. Allah mücahidləri (evdə) oturanlardan böyük bir mükafatla üstün etmişdir. "
(Nisa surəsi, 95)
3-"(Kafir) qövmü təqib etməkdə zəiflik göstərməyin. Əgər siz (döyüşdə) əziyyət çəkirsinizsə, onlar da siz əziyyət çəkdiyiniz kimi əziyyət çəkirlər. (Lakin) siz onların ummadıqlarını Allahdan umursunuz. Allah Biləndir, Müdrikdir. "
(Nisa surəsi, 104)
"Ölsəm, şəhidəm" deyən bir mömin, belə bir ümidiolmayan batil inanc sahibindən daha cəsur olmalıdır.
4- "(Sizə) yüngül (gəlsə də), ağır (gəlsə də), döyüşə çıxın, malınız və canınızla Allah yolunda cihad edin! Biləsiniz ki, bu sizin üçün daha xeyirlidir. "
(Tövbə surəsi, 41)
"(Sizə) yüngül (gəlsə də), ağır (gəlsə də)..." ifadələri belə açıqlanmışdır:
-İstər sevərək, istər xoşlamayaraq,
-İstər ailə yükünüz yüngül, istər ağır olsa da,
-İstər yüngül silahlarla, istər ağır silahlarla,
-İstər piyada, istər miniklə,
-İstər gənc, istər qoca,
-İstər sağlam, istərsə də xəstə- istənilən halda döyüşə çıxın. (1)
"Malınız və canınızla" ifadəsi, cihadın iki növünə işarə edir. Bir qisim insanlar vardır ki, mallarını Allah yolunda sərf edərlər. Bir qismi də vardır ki, həyatlarını bu yolda fəda edərlər.
"Allah yolunda" deyilməsi isə, çox mühüm bir qeyddir. Allah yolunda olmayan mübarizə, "cihad" adına layiq deyil. Cihada ruh qazandıran xüsusiyyət məhz budur (2). Yoxsa, müsəlmanlardan başqaları da döyüşürlər, öz din və ideologiyalarını yaymağa çalışırlar. Hətta, bu uğurda həyatlarını verirlər. Lakin onların bu mübarizəsi, Allah qatında dəyəri olan bir mübarizə deyil.
5- "Allah yolunda lazımınca cihad edin."
(Həcc surəsi, 78)
Cihadın haqqını verərək səy göstərməklə, özünü mücahid zənn etmək fərqli şeylərdir. Birincisi haqqı ilə cihad, ikincisi isə, yalnız vaxt itirməkdir.
6- "Öz əllərinizlə özünüzü təhlükəyə atmayın."
(Bəqərə surəsi, 195)
Bu ayə ilə əlaqədar olaraq, bu rəvayət nəql edilir:
Hz. Müaviyə zamanında, İslam ordusu İstanbul yaxınlarınagəlir. Döyüş əsnasında, mühacirdən bir şəxs, düşmən tərəfinə soxulur. Bəziləri, bu hərəkəti "öz əllərinizlə özünüzü təhlükəyə atmayın" ayəsinə zidd görür. Bunun üzərinə, Hz. Peyğəmbərin bayraqdarı Əbu Eyyub əl-Ənsari belə deyir: "Biz bu ayəni daha yaxşı bilərik. Çünki bu ayə, bizim haqqımızda endi. Rəsulullah ilə birgə yaşadıq. Onunla birlikdə çox hallarla qarşılaşdıq. Ona köməkçi olduq. Nəticədə İslam qalib gəldi. Ənsar olaraq bir yerə toplandıq. “Allah bizə, Rəsuluna əshabə olmağı, Ona köməkçi olmağı nəsib etdi. Artıq İslam qalib gəldi, müsəlmanlar çoxaldı. Biz Onu, ailə və mal-mülkdən üstün tutduq. Artıq döyüş bitdiyinə görə, evlərimizə, uşaqlarımızın yanına dönək, onlarla yaşayaq,"-deyə düşünərkən bu ayə nazil oldu. (3)
Elə aydın olur ki, təhlükə irəli atılmaqda deyil, geridə durmaqdadır. Ayənin əvvəlində, "Allah yolunda infaq edin" deyilməsi, cihadın iqtisadi yönünə işarə edir. Maddi imkanları olanlar, bu imkanları Allahın dinini yayma uğrunda xərcləməsələr, özlərini öz əlləriylə təhlükəyə atmış olacaqlar.
7-"Şübhəsiz ki, Allah möhkəm bir divar kimi səf-səf düzülüb Onun yolunda vuruşanları sevir. "
(Saff surəsi, 4)
8- "Ey iman gətirənlər! Sizi ağrılı-acılı əzabdan xilas edəcək bir ticarəti sizə bildirimmi? Allaha və Onun Elçisinə iman gətirin, Allah yolunda malınız və canınızla cihad edin. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir. (Bu təqdirdə) O sizin günahlarınızı bağışlayar və sizi (ağacları) altından çaylar axan Cənnət bağlarına və Ədn bağlarındakı gözəl məskənlərə daxil edər. Bu, böyük müvəffəqiyyətdir. Sevdiyiniz başqa şey də vardır: Allah tərəfindən kömək və yaxın qələbə. Möminləri (bununla) müjdələ. "
(Saff surəsi, 10-13)
Ayədə, Allah yolunda cihad, "ticarət" adlandırılmışdır. Ticarətdə əsas olan qazancdır. Bir şey verilər və qarşılığında qazanc əldə edilər. Elə də, möminlər Allah yolunda mallarını-canlarını verəcəklər, bunun müqabilində, çox şey qazanacaqlar. Bunlar, ayədə bu şəkildə sadalanmışdır:
a. Allahdan bağışlama,
b. Cənnət,
c. Zəfər,
d. Yaxın bir fəth.
Bunlardan bağışlama və Cənnət axirətlə, zəfər və fəth dünya ilə əlaqəlidir. Deməli, həm dünya, həm axirət səadəti, ancaq Allah yolunda cihadla mümkündür.
9- "Ey iman gətirənlər! Yaxınlığınızdakı kafirlərlə vuruşun. Qoy onlar sizdə sərtlik görsünlər. Bilin ki, Allah müttəqilərlədir."
(Tövbə surəsi, 123)
Bu ayə, dinə dəvət strategiyasını təyin edən "əvvəl yaxınlarını qorxut" (Şuəra surəsi, 214) ayəsinə bənzəyir. Yəni xəbərdar etməyə yaxınlardan başlamaq lazım olduğu kimi, döyüşdə də yaxın düşməndən başlamaq lazımdır. Necə ki Rəsulullah, əvvəl qövmü ilə, sonra digər Ərəblərlə, daha sonra Bizansla döyüşmüşdür. Şübhəsiz, bütün kafirlərlə birdən döyüşmək qeyri-mümkündür. Bu səbəbdən, uyğun olanı yaxından başlamaqdır. (4)
Böyük təfsirçi Fəxrəddin Razi, yuxarıdakı ayənin "Onlar sizdə bir sərtlik görsünlər" qismini belə şərh edir: "Ğılza" riqqətin əksidir. Cəzalandırmada sərtliyi bildirir. Şübhəsiz sərtlik, pis əməllərdən çəkindirmədə daha təsirlidir. Lakin hər zaman sərt olmaq düzgün deyil. Çünki vəziyyət bəzən yumşaqlığı, bəzən də sərtliyi tələb edir. Bu səbəblə, yalnız sərtlik göstərməyin uyğun olmadığına diqqət çəkərək "onlar sizdə sərtlik görsünlər" deyilmişdir. Daima sərt olmaq insanları bir-birindən uzaqlaşdırır. "Onlar sizdə sərtlik görsünlər" bu sərtliyin hər vaxt olmadığını göstərir. Sanki belə deyilmişdir: "Onlar, sizin əxlaq və təbiətinizi araşdırdıqda, sizdə sərtlik də tapsınlar". Belə bir kəlam isə, ancaq çox hallarda şəfqətli, mərhəmətli olmaqla birlikdə, bəzən sərtlik göstərənlər üçün doğrudur... Bu sərtliyin, alış-veriş, qarşılıqlı oturub danışmaq, yemək-içmək kimi xüsuslarda olması uyğun deyil. (5)
Qaynaqlar
1- Razi,XVI, 69-70; Beydavi, I, 406; Əbul-Berekat Nesefi, Medariku't-Tenzil, Daru'l-Fikir, II, 127
3- İbnu Kəsr, I, 331; Əbu Davud, Sünen, Cihad, 22; Tirmizi, Təfsir, 2/19
4- Razi, XVI, 228-229
5- Razi, XVI, 230
* * * * *
Döyüşlə əlaqədar ayələrin, səbr etməklə əlaqədar ayələri qüvvədən saldığı doğrudur?
Müəllif: Şadi Eren (dos. Dr.)
Tövbə surəsi, ən son nazil olan surələrdəndir. Bu surədə döyüşlə əlaqədar bir çox ayələr vardır. Məsələn:
"Müşriklər hamısı bir yerdə sizinlə vuruşduqları kimi, siz də hamınız bir yerdə onlarla vuruşun və bilin ki, Allah müttəqilərlədir. "
(Tövbə surəsi, 36)
"Haram aylar bitdikdə müşriklərə harada rast gəlsəniz, öldürün, onları əsir tutun, onları mühasirəyə alın və onlara hər yerdə pusqu qurun. Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onları sərbəst buraxın. Çünki Allah Bağışlayandır, Rəhmlidir. "
(Tövbə surəsi, 5)
Bu iki ayə, "qıtəl ayəsi" və ya "seyf ayəsi" kimi məşhurdur. Bir qisim təfsirlərdə və Quran tərcümələrində deyilir ki, Məkkə dövründə səbri, əfvi tövsiyə edən ayələrin izahında, "qıtəl ayələri ilə mənsuhdur", yəni, döyüşü əmr edən yuxarıdaki ayələr endikdən sonra, bu ayənin hökmü ləğv edilmiş, qüvvədən qaldırılmışdır. Halbuki, mənsuh olduğunu söylədikləri ayələr bir mərhələni, qıtəl ayələri isə, başqa mərhələni göstərir. Məsələ bundan ibarətdir:
Cənabı Haqq, müsəlmanlar zəif və az olduqları zaman səbri, qüvvətli olduqlarında isə, döyüşü əmr etmişdir. Bu ayələrdə, bir nəsihdən (köhnə hökmü ortadan qaldırmaq) söhbət gedə bilməz. Nəsih, artıq tətbiq olunması caiz olmayacaq şəkildə hökmün ortadan qaldırılmasıdır. Yoxsa, müəyyən bir səbəbə görə əmr edilən bir məsələdə, başqa bir səbəblə yeni bir hökmə keçmək, nəsih deyil. (1)
Müsəlmanların zəif olduqları hallarda, əziyyətə səbri, əfvi əmr edən ayələr yenə qüvvədədir. Bunu, belə bir örnəklə izah etmək olar:
Avtobusda səyahət edərkən, uşağımıza "qətiyyən sürücü ilə danışma!" desək, səyahətin sonunda də "artıq onunla danış" desək, ikinci sözümüz birincinin hökmünü nəsh etməz. Çünki, ortada iki fərqli vəziyyət var. Səyahət əsnasında sürücü ilə danışmaq, qəzaya səbəbiyyət verə biləcəyindən, onunla danışmamaq müvafiqdir. Səyahət bitdikdə isə, belə bir təhlükə olmadığına görə, rahatlıqla onunla danışmaq olar. Yeni bir səyahətə çıxanda isə, birinci sözümüz yenə eynilə etibarlıdır.
Qurani Kərimə görə döyüşdə qalib gəlməyin qaydaları nələrdir?
Yazar: Şadi Eren (dos. Dr.)
1- Adətullaha riayət etmək
Cənabı Haqqın insanlıq aləmi üçün qoyduğu qanunlar vardır. Məsələn, çalışan qazanar. Səbr edən bacarar… Haqq düşüncə sahibi olmaq, döyüşdə qalib olmaq üçün kifayət deyil. Necə ki, Allahın ən sevimli qulu, ən böyük insan Hz. Məhəmməd (s.ə.v.), Allaha təvəkküllə birlikdə, səbəblərə riayət etməkdən geri durmamışdı. Məsələn, Uhudda iki zireh geymiş(1), Xəndək Döyüşündə xəndək qazmış, sipərə girmişdi...
2. Sirr tutmağı bacarmaq
Hz. Peyğəmbər (s.ə.v.), Təbuk Səfərindən başqa heç bir döyüşdə hədəfin hara olduğunu əvvəldən ifadə etməmiş, kinayəli ifadələr istifadə etmişdi. (2)
"Sizlərdən olmayanı özünüzə sirdaş tutmayın" ayəsi, bu mövzuda bizə yol göstərir. (Ali İmran surəsi, 118)
3. Hər şeyi hər yerdə söyləməmək
Rəsulullah dövründə çox hərəkətli günlər yaşanmışdı. Müsəlmanlar Mədinəyə hicrət edincə, qismən təhlükəsizliyə qovuşmaqla birlikdə, tamamilə təhlükəsizlikdə deyildilər. Hər an Məkkəlilərin hücum etmə ehtimalı vardı. Xalq arasında bəzən "gəldilər, gəlirlər" şəklində dedi-qodular yayılırdı(3). Bu ayə belə vəziyyətlərdə nə etmək lazım olduğunu dərs verir:
"Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə, onu yayarlar. Halbuki bunu Peyğəmbərə və özlərindən olan nüfuz sahiblərinə çatdırsaydılar, içərilərindən onun mahiyyətinə varan kəslər o xəbəri bilərdilər."
(Nisa surəsi, 83)
Rəsulullahın ifadəsi ilə, "adamın hər eşitdiyini söyləməsi, ona yalan olaraq yetər"(4). Hər eşidilənin doğru olması mümkün olmadığı kimi, hər eşidiləni, dərhal hər yerdə söyləmək də uyğun deyil.
Bədiüzzaman, bunu belə ifadə edir: "Hər söylədiyin haqq olsun. Lakin hər haqqı söyləməyə sənin haqqın yoxdur. Hər dediyin doğru olmalı. Lakin hər doğrunu demək doğru deyil." (5)
Yuxarıda zikr etdiyimiz ayədə, jurnalistlərə də təmas edən bir xəbərdarlıq vardır. (6) Dövlət sirri ola biləcək bir xəbəri, xəbər olaraq yazmaq, jurnalistika baxımından cazibədar ola bilər. Amma, bu xəbəri yaymaq, düşmənlərin işinə yarayacaqsa, nəşr edilməməsi uyğundur. Ayrıca, hələ doğruluğu dəqiq olmayan bir xəbəri, dəqiqləşmiş kimi yaymaq, insan haqlarını pozmaq olduğu kimi, bir qisim qarışıqlıqlara da səbəb ola bilər. Bu ayəyə qulaq asaq:
"Ey iman gətirənlər! Əgər bir fəsadçı sizə bir xəbər gətirsə, (onu) araşdırın. Yoxsa bilmədən bir qövmə pislik edər, sonra da bunun peşmançılığını çəkərsiniz." (Hucurat surəsi, 6)
4. Döyüşün qaydalarını yaxşı bilmək
Rəsulullah (s.ə.v), "döyüş bir hiylədir" buyurur. (7) Rəsulullahın bu sözü, bəziləri tərəfindən döyüşdə hər cür yalan, böhtan kimi şeylərin mübah olduğu şəklində başa düşülmüşdü. Halbuki, tarixən sabit olan odur ki, Rəsulullah, əsla yalana tənəzzül etməmişdi(8). Amma düşməni aldada biləcək hərb oyunlarını tətbiq etmişdi. Başqa yerə səfər təşkil edirmiş kimi görünüb, əsl hədəfinə birdən yönəlməsi, Məkkənin fəthinin əvvəlində, gecə on min yerdə alov yandırtması kimi vəziyyətlər buna nümunə olaraq verilə bilər(9). Yenə, döyüşlərdə tətbiq olunan, təxribata düşmüş kimi edib, düşməni mühasirəyə almaq, soba borularını top kimi qala divarlarınadüzmək və s. halların hamısı "döyüş bir hiylədir" sözünün nümunələridir. Döyüşdə yalanın caiz sayılmasını da bu məqamda zikr edə bilərik. (10)
5. İnsanları düzgün yetişdirmək
Döyüşlərdə qalib gəlməyin ən etibarlı yolu, insanları düzgün yetişdirməkdir. Qəlbi imanla dolu, ürəyi cəsarət yüklü, fikri uca idealların təqibçisi, əli sənətində mahir bir toplum, dünyanın ən qüvvətli birliyidir. Belə bir toplum, sayca az da olsa, bir çox topluluqlara qalib gələr.
"Neçə-neçə az saylı dəstələr Allahın izni ilə çox saylı dəstələrə qalib gəlmişdir!" (Bəqərə surəsi, 249)
ayəsi bu həqiqəti dilə gətirir. Bu gün Amerikanı güclü edən, yaxşı yetişdirilmiş bir azlıqdır.
Rəsulullahın (s.ə.v.) 40 adamla dünyaya meydan oxuması və nəticədə qalib gəlməsi, insanları yaxşı yetişdirməyin əhəmiyyətini göstərir.
8-Hamidullah, İslam Peyğəmbəri, II, 1039; Ahmet Çelebi, İslam Düşüncəsində Cihad ve Savaş Siyasəti, Ter.Abdullah Kahraman, İz Yay., İst.,1994, s.98; Zuhayli, s.,57-60
9-Azzam, s., 196
10-İbnu Hanbel, VI, 454
3-)
Müsəlman Gənclərə Məktub
Əziz möhtərəm qardaşım ...
Madam ki İslâm'ın hər dərdinə razı olduğunu bildirirsən, bu müjdənlə bizə eşq və şövq verirsən, o halda yaxşı dinlə:
Vəzifən: Tikanlar arasında güllər toplayacaqsan. Ayağın çılpaqdır, batacaq. Əlin açıqdır, sancacaq. Buna sevinəcəksən!
Fironlar qucağında böyüyən uşaq Mûsâ'ları səfinə alacaqsan. Aldığın üçün döyəcəklər. Danışdığın üçün zindana qoyacaqlar; sevinəcəksən!
Çöllərə sürgün edilsən, qanınla ağac yetişdirəcəksən. Qütplərə sürgün edilsən, vücud hərarətinlə bitkilər böyüdəcəksən. Yaşıllığı sevməyənlər olacaq. Yandıracaqlar, dağıdacaqlar. Sən bunu səbirlə səyr edəcəksən!
Qaranlıq zindanlara atarlarsa, İşıq; paslı vicdanları görərsən, Ümid; imansız qəlblərə rastlasan, Nur verəcəksən. Sən verdiyin üçün, cinayət; sən gətirdiyin üçün, cəza; sən söylədiyin üçün, məhkum olacaqsan. Və buna şükr edəcəksən!
Anadan, yardan, sərdən ayrılacaqsan. Candan, könüldən Qur'ân'a bağlanacaqsan. Damla ikən dəniz, nəfəs ikən tayfun olacaqsan. Dərdini yazmaq üçün dərini kağız, qanını mürəkkəb edəcəksən. Kimsə ilə görüşdürməsələr, məcnun olub çöllərə düşəcəksən. Leyla axtarır kimi nur axtaranları tapacaqsan. Tapa bilməsən üzülməyəcəsən!
Yalan, böhtan, şər fırtınasına tutulsan, hissiyyatını tərk edəcəksən…
Önündə dəmirdən sədd çəksələr, dişinlə dələcəksən. Dağları tamamən oymaq gərəkərsə, iynə ilə oyacaqsan. Unutma! Harada olursan ol, küfrün və cəhlin ta təməlini çürüdəcəksən.
Bir gün Qur'an ətrafındakı divarların yıxıldığını görsən; dərhal sümüklərini daş, ətlərini torpaq, qanını da su edəcəksən.
Ətrafına elmdən, irfandan, fəzilətdən, əxlaqdan qalalar tikəcəksən. Qalalar, fədailər istər. Necə olsa sən də içində fədai olacaqsan.
Bu məktubu oxuyanda, Məsnəvi`ni oxuyan Yunus Əmrə kimi "Uzun olmuş" deyəcəksən. Onun kimi "Mən olsa idim 'Ətə, kəmiyə büründüm. Yunus deyə göründüm`deyərdim" dediyi kimi, sən də "Nə lüzum vardı uzun uzun yazmağa, qısaca 'Qur'ân tələbəsi olacaqsan' desəydin bəs edərdi" deyəcəksən.
Haqlısan; çünki İslam yoluna girən, bilir ki bu yol qıldan incə, qılıncdan kəskindir. Hər kişinin deyil, ər kişinin yoludur.
Səni bütün ruh-u canımla qucaqlayar, gözlərindən öpər, dualarına müqabilə edər, Allah'ın razılığı dairəsində görüşmək üzrə məktubuma son verərkən, dəlalətə düşən din qardaşlarımın, qısa bir zamanda sizin kimi hidayətə qovuşmalarını Cənâb-ı Vacibul-vücud olan Hazrət-i Allah'dan niyaz eylərim. Amin.
Zübeyir Gündüzalp
4-)
BİZİM SAVAŞIMIZ NECƏ OLMALIDIR?
"Sizə nə oldu da Allah yolunda və: "Rəbbimiz, bizi xalqı zalım olan bu şəhərdən çıxart, bizə Öz tərəfindən bir sahib göndər, bizə qatından bir yardımçı göndər! " deyən çarəsiz kişilər, qadınlar və uşaqlar uğrunda savaşmırsınız? / İman edənlər Allah yolunda, inanmayanlar isə batil (tağut) uğrunda vuruşurlar. Elə isə şeytanın dostlarına qarşı savaşın. Şübhəsiz ki, şeytanın planı (hiyləsi) daim zəifdir. "(Nisa, 4 / 75-76)
Savaşla əlaqədar ayələrə baxdıqda İslâm'ın, ancaq zülmü, dinə görə təzyiqi və haqsız təcavüzü aradan qaldırmaq üçün buna icazə verdiyi görülməkdədir.
Allah Təâlâ'nın heç bir şeyə ehtiyacı olmadığından, O'nun rizası üçün savaşmaq, qullarının xeyri, din və vicdan azadlığının təmin edilməsi üçün savaşmaqdır.
Allah'a və haqq dinə inanmayanların da bir tanrıları, baş əydikləri, itaət etdikləri -maddî, mənəvî- öndərləri olacaqdır. Bu rəhbərlər Qur'an'a görə tağutlardır, şeytanlardır.
Bunlara tabe olanların savaş məqsədləri isə hüquq və ədalətin gerçəkləşməsi deyil, eqolarının rahatlamasıdır, zülm, təzyiq və istismardır.
Bunların tarix boyunca etdiyi müharibələrə baxdıqda, bu ilâhî təsbitin dəhşət verən nümunələrini xeyli görmək mümkündür.
İnsanın yaradılış məqsədi Allah'a qulluq və itaətdir. Qulluq və itaət bölünməz bir bütündür.
İnsan dini-dünya, zâhir-bâtin, ferdî- ictimai, siyasi, hüquqi ... həyatını -bölünməz tək bütün hâlında- Allah'a qulluq şüuru içində, O'nun iradə və rizasını nəzərə alaraq yaşamadıqca qulluq vəzifəsini yerinə gətirə bilməz, şirkdən xilas ola bilməz və əhli -i tövhid ola bilməz.
Qaraudy'nin dediyi kimi "Peyğəmbərlərin, gerçək və tək Allah'a qul olmağa, Allah'dan başqa güclərə (tağutlara) tapınmağı tərk etməyə israrla dəvətlərinin səbəbini anlaya bilmək üçün buna diqqət etmək lazımdır: Pisliklərin əsl qaynağı, ya birbaşa, yaxud da dolayı olaraq bir qisim insanların digərlərinə tanrı olmalarıdır. "
"Tarixi araşdırdığımız zaman; insanların tanrısız olmadıqlarını, ya gerçək tanrıya tapındıqlarını yaxud da özlərini tanrı yerinə qoyan şəxslərə, zümrələrə, siniflərə, partiyalara itaət etdiklərini görəcəksiniz ... "
"İnsanların sosial tarazlığı gerşəkləşdirə bilmələri üçün insandan üstün bir gücə və dünya həyatının həzlərindən daha böyük və uca bir mükafata iman etmələri şərtdir. İnsanlar ilâhî hakimiyyəti tanımayıb və axirət günü hesabından xəbərsiz olsalar, öz nəfslərinin sərhədinə məhbus olaraq yaşayarlar. Allah yerinə insanı qoyan, insan yerinə də özünü qoyacaqdır; çünki başqa bir insanın ondan fərqli tərəfi yoxdur (o da insandır). "
"Dünya həyatı və həzzlərindən başqa bir gözləntisi və hesabı olmayan insanların hədəfi nə olursa olsun dünyadan ən böyük payı özü üçün qoparmaq olacaqdır; bunun da qaçınılmaz nəticəsi eqoizm, maddi Praqmatizm (faydaçılıq), imkan tapanın altda qalanı əzməsi və istismar etməsidir. "
Kadusiyyə Hərbinin əvvəllərində, İslam tərəfindən Rib'iyy b. Amir`in Farslıların komandiri Rüstəmin, "Bura nə üçün gəldiniz?" Sualına qarşı, verdiyi bu cavab ümumbəşəri məqsədin bəliğ bir ifadəsidir:
"Bizi Allah göndərdi, göndərdi ki; dilədiyi İNSANLARI, qullara qul olmaqdan Allah'a qul olmağa, daralmış dünyadan geniş bir dünyaya, (cızığından sapdırılmış) dinlərin zülmündən İslâm'ın ədalətinə çıxaraq. Bizi, dininə dəvət edək deyə xalqına Allah göndərdi. "
İslam fəthinin məqsədi din azadlığını təmin, haqq dini təbliğ və ədaləti təsis etməkdir.
Dində məcburiyyət yoxdur və Allah zalımları sevməz.
5-)
Müsəlmanlar digər dövlətləri, torpaqları işğal ediblərmi?
Əvvəla, Ərəbistan yarımadasında, Məkkə-Mədinədə yaşayan insan, kimi və nəyi istismar edəcək? Harada görülüb ki, insan öz qövmünü, qəbiləsini işğal və zəbt, sonra da istismar etsin. Gəl gör ki, işğal olunduğu iddia edilən ərazi o dovrün bərəkətsiz Hicaz torpaqları, “istismar” edilən insan da yoxsul və kasıb Hicaz xalqı...
Qaldı ki, İslamın səsini dünyaya yaymaq üçün təhlükələrə sinə gərən, inandığı dəyərlər uğrunda şəhidliyi ən böyük payə sayan və ömrünü sayca on beş-iyirmi qat çox ordularla əlbəyaxa çarpışmalarda, döyüşlərdə keçirən o ali ruhlu ideal insanları “müstəmləkəçi, imperialist, istismarçı” adlandırmaq gülüncdür. Deyin görüm, bu insanlar bu qədər əzab-əziyyət, bu qədər məhrumiyyət və bu qədər fədakarlıq əvəzində nə qazandı, nə istismar elədi, nə qəsb elədi?
Əslində illərlə yurd-yuvadan, ailəsindən uzaqda Allahın adını yaymaqdan başqa heç nə düşünməyən, ölümü və şəhadəti ən böyük ideal sayan və hər döyüşdən sonra “ölüb dostlara qovuşa bilmədim” deyə qəm çəkən bu insanlara istismarçı deyənlər əslində heç özləri də buna inanmırlar...
Yer üzündə işğalçılığı, ən iyrənc imperializmi İskəndərdən Napoleona, Romalılardan Germanlara, Monqollardan müasir davamçılarına qədər bəzi "istismarçı" sistemlər törətdilər. Ayaq basdıqları yerləri xarabazara çevirdilər. Əxlaqı pozub milləti bir-birinə qırdırdılar; “xarab əllər, yıxılmış xanümanlar, kimsəsiz çöllər, əməksiz günlər, fikri-fərdə bilməz axşamlar və qandan, irindən seylablar”[1] qoyub getdilər.
İndi də iyrənc işlərin və utancverici hərəkətlərin “müəlliflər”i durub öz əməllərini ört-basdır eləmək üçün İslamiyyəti və onun şanlı Peyğəmbərini (sallallahu əleyhi və səlləm), Peyğəmbərin mümtaz xəlifələrini və şanlı Osmanlı Dövlətini, dövlət idarəçilərini müstəmləkəçilik və istismarçılıqla qaralamaq istəyir.
Müsəlmanlar tarixdə heç vaxt, heç yerdə nə dövlət, nə də fərd olaraq kimsəni istismar etməmiş, əksinə hakim olduqları ərazilərdə istismar və işğalçılığa imkan verməmişlər.
Bəli, aramsız fütüvvət zəfərləri çalan İslam dövlətinin başındakı xəlifə belə bir dövrdə: "Mənə ən kasıb müsəlman kimi yaşamaq yaraşar”[2] deyərək gününü bir neçə zeytunla keçirirdi. Belə bir insan nəyi istismar edir, kimi istismar edir?
Təkbətək döyüşdə öldürdüyü düşmənin qəniməti uzadılanda əlini boğazına basıb: "Mən bax buradan bir ox yarası alıb şəhid olmaq üçün vuruşdum, qənimət üçün deyil!" deyən, gözü-könlü axirətdə olan bir insan nəyi istismar edə bilərdi?
Başqa bir döyüşdə müsəlmanlara böyük tələfat verən kafiri öldürüb yoluna davam edən müsəlman döyüşçü ona and verib çağıran ordu başçısının yanına gəlməyə məcbur olur. Ordu başçısı üzü örtülü döyüşçüyə:
- Allah üçün de, bunu sən öldürdün?
- Bəli.
- Elə isə götür bu min dinarı.
- Mən bunu Allah üçün elədim.
- Sənin adın nədir?
- Adımı neyləyirsən? Yoxsa aləmə car çəkib savabımı hədər etmək istəyirsən?
Rica edirəm, bu insanlar bəşəriyyəti istismar edərmi, yer üzündə müstəmləkələr qurarmı? Düzü, kin və ədavət müəyyən bir səviyyəyə çatanda insanın nə gözü görür, nə qulağı eşidir, nə də ağlı işləyir...
İndi isə keçək əsas məsələyə: istismarçı və imperialist kimdir?
İmperializm, başqa sözlə, müstəmləkəçilik bir xalqın başqa bir xalqa və ya bir dövlətin başqa bir dövlətə hökm etməsi, onu istismar etməsi və ondan faydalanmasıdır. Ancaq işğalçılıq, hakimiyyət və istismarçılıq həmişə eyni formada olmamışdır. Bunu hazırkı formalarını da nəzərə alaraq belə sıralaya bilərik:
Mütləq işğal və hakimiyyət: Bir ölkəni əsl sahiblərinin əlindən alıb orada məskunlaşmaqdır. Tarix boyu qərbin ən ucqar nöqtəsindən ta şərqin künc-bucağına qədər dünyanın müxtəlif ərazilərində bir çox millət yerli xalqın məzarları üzərində saraylar tikmiş və onu sürgün edib öz ölkəsindən qovmuşdur.
Hərbi işğal: Ölkədə hərbi hakimiyyət qurub yerli xalqın hər işinə müdaxilə etməkdir. Məsələn, bəzi ölkələr Hindistanı işğal etdikdən sonra uzun müddət bu torpaqlardan çıxmamışlar. İşğalçı dövlətin əsgərləri illərlə yerli xalqla belə rəftar etmişdir.
Müdaxiləçilik: Ölkənin xarici, daxili, müdafiə və iqtisadi işlərinə gizli-aşkar müdaxilə etməkdir. Şərq və Qərb kasıb, iqtidarsız və geri qalmış ölkələrə qarşı məhz bu cür münasibət göstərmişdir.
İntellekt transferi sistemi: Hazırda ən geniş yayılmış və ən təhlükəli imperializm formasıdır. Bu sistemdə istismarı hədəf tutulan ölkənin qabiliyyətli, istedadlı, təşəbbüskar övladlarını seçir, onlara ölkə daxilində, xaricdə xüsusi təhsil verir, xüsusi lojalarda qeydə alır və ölkənin taleyinə hökm etdirirlər. Daha sonra isə bu intellektləri sistemli şəkildə ölkənin ən əhəmiyyətli məqamlarına yerləşdirərək qalanı içəridən fəth edirlər.
Son əsrlərdə Qərb müstəmləkəçilərinin tətbiq etdiyi bu sistem səmərə vermiş və bu üsulla qarşı tərəfdə ədavət hisləri oyatmadan, nifrəti duyğusu körüklənmədən, asta-asta məqsədlərinə nail olmuşlar. Hazırda İslam dünyasını bu kimi istismara məruz qaldığını deyə bilərik.
Hansı formada olur-olsun, imperializmin işğalına məruz qalan ölkələrdə:
Yerli xalqı assimilyasiya etmiş, tarixini silmiş və kimliyini unutdurmağa çalışmışlar.
Milli şüuru yox etmiş, əraziləri səmərəsizləşdirmiş, sənayesini özündən asılı hala salmış, elmin kökünə balta vurmuş və araşdırmanın əvəzinə şablonçuluğu mənimsətmişlər.
“Nə öldür, nə yaşat” siyasəti ilə ölkə xalqını nə tamamilə yox etmiş, nə də onun yaşamasına imkan vermiş. Yerli xalq başqalarına möhtac etmiş və onu ömrü boyu müasirlik, Avropaçılıq, sivilizasiya kimi qeyri-müəyyən mənalı sözlərlə ovutmuş və yatırmışlar.
Xaricdən dəstək və yardımlarla ölkələri mühasirəyə almış, idxalat və ixracata gizli-açıq məhdudiyyət qoymuş, inkişafı inhisarçılıqla tamamən imkansızlaşdırmışlar.
Bir tərəfdən xalqları yoxsullaşdırmaq üçün əllərindən gələni etmiş, digər tərəfdən də milləti dəbdəbəli həyata, israfa sürükləmiş və millətin ruhuna tətminsizlik hissi saçaraq savaşa qədər gedib çıxan məmnuniyyətsizlik aşılamışlar.
Elmi, texniki tədqiqat ruhunu söndürmüş, maarif yuvalarını təqlidçiliyə, fabrikləri montajçılığa alışdırmış, hərbi hissələri də imperialist güclərin tör-töküntü silahlarının sərgisinə çevirmişlər.
İndi, görəsən, İslamı və İslam fütuhatını bu qədər şərə, zülmə səbəb olan imperialist və işğalçı sistemlərə bənzətmək nə qədər doğrudur?..
Əvvəla İslam heç kəsin yurd-yuvasını qəsb etmədiyi kimi, heç kəsin əl-ayağına zəncir vurub fəaliyyətinə də mane olmamışdır. İslamiyyət fəth etdiyi ölkələrin xalqına din, söz azadlığı vermiş və hər mövzuda dindaşı, vətəndaşı kimi himayə etmişdir. Müsəlman fatehlər qədəm basdığı hər ölkəyə hüzur, dinclik və əmin-amanlıq gətirmiş, yerli xalq tərəfindən qəbul edilmiş, sevilmiş və alqışlanmışlar. Belə olmasa idi, suriyalı xristianlar ölkəni Roma imperatoru istila etməsin deyə kilsələrə doluşub müsəlmanlara zəfər duaları edərdimi?[3] Belə olmasa idi, bu başından o başına altı aylıq məsafəli geniş bir ölkədə əsrlərlə əmin-amanlıq və asayiş necə təmin oluna bilərdi? Müasir komunikasiya imkanları, son model hərbi silah və təchizata baxmayaraq, bir ovuc yerdə təhlükəsizlik və asayiş təmin edə bilmədiyimizi gördükcə onların bu məsələdə istifadə etdiyi dinamizmlərə (əsaslara) heyran qalmamaq mümkünmü? Zənnimizcə, artıq bir çox münəvvər insan da bu həqiqəti anladığına görə, şanlı tariximizə məxsus əsasları yenidən gözdən keçirmə zərurətini izhar etməyə başlamışlar.
Müsəlman fatehlərə nəinki ölkələrin fəth etdikləri qapıları, hətta qəlblərin qapıları da açıldı, fəth etdikləri ölkə xalqının ehtiramını, etimadını və etibarını qazandılar.
Ayaq basdıqları ölkələrin elmini və sənətini dəyərləndirib, alim və sənətkarlara şərait hazırladılar.
Müsəlman fatehlər heç vaxt müstəmləkəçi dövlətlərin işğal etdiyi ölkələrə rəva gördüyü zülmə əl atmadı. Zülüm bir tərəfə, fəth etdikləri ölkə xalqına öz dindaşı, öz soydaşı kimi baxdı, onlarla öz vətəndaşı kimi rəftar etdi.
Həzrəti Ömər xəlifəliyi dövründə Məkkəli zadəgan bir qibtiyə yumruq vurur. Hz. Ömər bu qibtiyə: "Dön, sən də ona bir yumruq vur," deyir. Amr ibn Asın Misirin yerli sakinlərindən birini təhqir etdiyini eşidəndə isə: "İnsan anadan azad doğulur. Nə vaxtdan onlardan qul-kölə kimi istifadə edirsiniz?" deyə məzəmmət edir. Məscidi-Əqsa qapılarının açarlarını götürmək üçün Fələstinə gəlir. Kilsələrin birində olanda namazın vaxtı girir. Keşiş kilsədə namaz qılsın deyə israr etsə də, o: "Xeyr! Xəlifə Ömər burada namaz qıldı deyə sizi incidə bilərlər"[4] deyib çöldə torpaq üstündə namaz qılır və onlara qarşı İslamın insani, olduqca yumşaq və hələ də o əlçatmaz əxlaqını nümayiş etdirirdi.
Rica edirəm, siz deyin, bunlar başqalarını istismar edə bilərmi? Belə insanlar başqalarını istismar edə bilərmi? Və bu yüksək ruha malik insanların təmsil etdiyi Quran sisteminə imperialist nizam demək mümkündürmü?
[1] Mehmet Akifin bir şeirindən
[2] es-Suyûtî, Târîhu'l-hulefâ, s. 132.
[3] Şiblî Nu'manî, Bütün Yönleriyle Hz Ömer ve Devlet İdaresi, 1/212-214.
[4] T.W., Arnold, İntişar-ı İslâm Tarihi, s. 99-100.