Most Read in the Category of Qeyb

1-) Sonsuzluq necə başa düşülə bilər?

Bir stəkana dənizin yerləşməsi mümkün olmadığı kimi, məhdud olan insan ağlının da sonsuzu qavraması mümkün deyil. Bu da var ki, insan sonsuzu anlamasa belə onun varlığını bilə bilər. Bilmək, inanmaq başqa, anlamaq başqa.

İnsanoğlu hər şeyiylə məhduddur. Həyatının bir başlanğıcı var. Hər başlanğıc bir sondan xəbər verdiyi üçün, bu həyatın bir də sonu olacaq. Belə, əvvəli və sonu olan bu qısa həyat içərisində, insan hər yönüylə məhdud işlər görə bilir. Gözü, mövcud şüaların ancaq %2.5 qədərini görə bilir. Qulağı yalnız müəyyən tezlikdəki səsləri eşidə bilir.

Maddə aləmində açıqca görünən bu həqiqət, ruh aləminə də aiddir. İnsan ağlı hər şeyi anlaya bilmir. Çünki, öyrənməyə başlamasının bir başlanğıcı var. Başlanğıcı olan elm sonsuz da ola bilmir; eynilə həyat kimi...

İnsan ağlının acizliyinin başlanğıc nöqtəsi, özünü anlaya bilməməsidir. Bu məhdud ağıl, hələ özünü anlamamışkən, necə olur ki sonsuzu anlamağa cəhd edə bilir?.. Üçün dörddən kiçik olduğunu bilən insan, yenə qətiliklə bilir ki, mən üçdən dördü çıxarmağa cəhd etsəm mənfi bir nəticə ilə qarşılaşaram. Bunu bildiyi halda, məhdud olan ağlına sonsuzluğu sığışdırmağa çalışırsa, nəticənin mənfi sonsuz, yəni sonsuz bir mənfi olacağını da başdan qəbul etmiş deməkdir.

İnsan sonsuzu anlaya bilməz, amma sonsuza inana bilər... Bu da insana böyük bir ilahi lütfdür. Yoxsa, bütün sifətləri sonsuz olan Rəbbinə necə iman edəcək?..

Bu sahədə insanoğluna müqayisə imkanı, fikirləşmə, mühakimə, dəlilə əsaslanaraq nəticə çıxarmaq gücü verilmişdir. O, bu güc sayəsində çox yaxşı bilir ki, bu aləmdə mənim bir başlanğıcım və sonum olduğu kimi, hər şeyin də yenə bir ilk və son nöqtəsi var.

Başlanğıcı olan hər şey, bizə bu iki həqiqəti birdən dərs verir: Məni yoxdan yaradan bir zat var və onun varlığı əzəlidir. Eyni şəkildə, hər son da bizə əbədi bir zatdan xəbər verər. Özümüzə bu sualı verək: Sənin anlaya bilmədiyin yalnız sonsuzluqdur? Yerin cazibə qüvvəsini anlaya bilirsənmi? Günəşin, planetlərini necə ətrafında hərəkət etdirdiyini qavraya bilirsənmi? Ruhun, ağılın, xəyalın, yaddaşın mahiyyətlərini bilə bilirsənmi? Alma ağacının içindəki o mənəvi fabriki izah edə bilmişsənmi? Yumurta necə olur ki, uçan bir quş olur? Nütfə doqquz ay sonra necə ağlayır, görür, eşidir? Bu aləmdə insanın görə bilmədikləri gördüklərindən, anlaya bilmədikləri anladıqlarından, bilmədikləri bildiklərindən qat-qat çoxdur.

İnsanın, bu fani əşyanı anlamış kimi, əbədiliyi anlamağa cəhd etməsi onu heç olmasa yorar. Heç olmasa deyirəm, çünki bu cür yersiz axtarışların insanı sərsəm etmə və yoldan çıxarma ehtimalı da vardır...

İnsanın sonsuzu anlama səyi iki ayrı sahədə cərəyan edir. Biri, ilahi sifətlərin sonsuzluğu, digəri də axirət həyatının sonsuzluğu... Bu ikisi arasında əhəmiyyətli bir fərq var. Axirətdəki sonsuzluqdan danışıldığında, zehinlərdə dərhal zaman və müddət anlayışları canlanar. Sonu gəlməyən, tükənməyən, fani olmayan, nasazlıq olmayan bir həyat... Burada verilən həyatın geri alınmaması, əbədi qılınması söhbət mövzusudur. Bunu ağılın qavramaması üçün bir səbəb olmasa gərək..

Allahın sifətlərinin sonsuzluğuna gəlincə: Onun qüdrəti sonsuzdur demək “nə qədər aləm yaratsa yaratsın qüdrətində bir nöqsanlıq olmaz” deməkdir. Elminin sonsuzluğu onun cahillikdən münəzzəh olduğu mənasındadır. Digər sifətlər də eyni şəkildə, eyni məntiq içərisində qiymətləndirilməlidir. “Əzəli olan əlbəttə əbədidir” həqiqəti, Cənabı Haqqın zatı üçün də etibarlıdır, sifətləri üçün də... Yəni, onun bütün sifətləri sonsuzdur, əbədidir. Çünki, heç biri sonradan var olmuş deyil; hamısı əzəlidir.


2-) Lövh-i məhfuz nə deməkdir?

Lövh-i məhfuz olmuş və olacaqların, zamandakı bütün anların və məkandakı bütün varlıqların, bir sözlə, hər şeyin yazıldığı bir İlahi mühafizə lövhəsi; İlahi elmin aynası, qədərin dəftəri, kainatın proqramıdır. 

Lövh-i məhfuzun insandakı kiçik simvolu “yaddaş”dır. Yaddaş həyatımızda baş verən hadisələri, gördüyümüz yerləri, tanıdığımız insanları, eşitdiyimiz səsləri, daddığımız dadları, yaşadığımız müddət ərzində qurduğumuz bütün əlaqələri, öyrəndiyimiz bütün məlumatları özündə birləşdirir amma yenə də dolmur.

Yaddaş zəkanın xəzinəsi, təfəkkürün sərmayəsi, mənliyimizin tarixidir. Ruhumuza qoyulmuş ən dəyərli cihazlardan biridir. Yaddaşsız bir ağıl fayda verməz. Çünki biz əvvəlcədən öyrəndiklərimizə əsaslanaraq düşünürük. 

Yaddaş əbədi həyatımız üçün də vacibdir. Yaddaş bir sənəd, vəsiqə, sübut funksiyası daşıyır. Axirətdəki sorğu-sual zamanı dünyada işlədiyimiz (qazandığımız) savabları və günahları göstərərək bizə şahidlik edəcək. 

Necə ki, insanın başına gələn bütün hadisələr yaddaşına yazılırsa, kainatdakı bütün olmuş, olan və olacaq hadisələr də o böyük yaddaşda yazılıdır. Hər iki “lövhədə” də Rəbbimizin “Hafîz” (qoruyan, mühafizə edən) əsmaları təcəlli edir. 

Hər şeyin lövh-i məhfuzda yazıldığı həqiqətini bəzi şəxslər ağıllarına sığdıra bilmir. “Yazılma” dedikdə “hərfi-hərfinə qələmə alınmağı” düşünmək əksik olar. Məsələn, Genlərin düzülüşü yazı yazmaqdan çox fərqlidir. Yaddaşın nəyisə qeyd etməsi də yazı makinasında işləməyə (yazmağa) oxşamır. Bir maqnitofon lentində yaxud video kasetində də sözlər və hadisələr qələmlə yaddaşda saxlanılmır. 

Beləcə, hər şeyin və hər hadisənin lövh-i məhfuzun dəftərləri olan imam-ı mübin və kitab-ı mübində yazılmağı bunlardan çox fərqli üsluba malikdir. Bu qeyd olunmanın da hərflərlə, kəlimələrlə bağlılığı yoxdur


3-) “Onun Kürsüsü göyləri və yeri əhatə edir.”-ayəsində keçən “Kürsü” nə deməkdir?

Kürsü, lüğətdə bir adamın oturduğu hündür kreslo, taxt mənasını verir. Anlayış olaraq, göyləri və yeri örtən böyük bir cisim mənasını verərkən, məcaz olaraq, elm, hakimiyyət, qüdrət, səltənət, əzəmət mənalarını ifadə edir.

Bir hədisi-şərifdə, “Yeddi göy, kürsü içində bir qalxanın içinə atılmış yeddi pul kimidir.”-buyurulur. Bir başqa hədisdə də, kürsünün ərş içindəki kiçikliyi belə təsvir edilir: “Ərş içində kürsü, bir səhraya atılmış dəmir bir halqa qədərdir.”

Kürsü üçün, “ərşin altında, yeddi qat səmanın üstündə” şəklində bir tərif gətirilir. Ədədləri az da olsa, bəzi alimlərimiz ərş ilə kürsünü eyni qəbul edirlər.

Kürsü, məkan və maddə aləminin sonu olan cisimdir. Bütün səmaları və ərzi əhatə edən, bütün cismani aləmləri içinə alan bir cisim. Buna görə, ərşin kürsünü içinə alması bir maddənin bir başqa maddəni içinə alması kimi düşünülə bilməz. Ərş maddə sonrası və mahiyyəti məchul olan bir mövqe... Onun kürsünü necə içinə aldığını qavramaq, insan ağılını çox aşan bir hadisədir.

İnsan hələ öz ruhunun, yenə öz bədənini necə örtdüyünü, idarə etdiyini, qolu necə tutub qaldırdığını, ayaqları necə gəzdirdiyini idrak və ifadədən acizdir... O halda belə böyük bir yükün altına necə girə bilər?..

 

“Onun Kürsüsü göyləri və yeri əhatə edir.” (Bəqərə Surəsi, 255)

 

Bu ayədə keçən “kürsü” sözü isə, Cənabı Haqq haqqında maddi bir kürsü və taxt düşünülə bilməyəcəyi üçün, “Allahın səltənət və qüdrəti”, “ilahi əzəmət və kibriyanın bir təsviri” olaraq qəbul edilmişdir.


4-) Qiyamət niyə gizli tutulmuşdur?

Səmavi dinlərin mühüm bir əsası olan qiyamət haqqında Quran-ı Kərimdə və hədisi şəriflərdə geniş izahlar vardır. Bu izahlarda qiyamətin çox yaxın olduğu və o günün dəhşəti ifadə edilərək insanların hazırlıqlı olması təşviq edilir.

 

Ənəs bin Malikin rəvayət etdiyi bir hədisdə Peyğəmbər Əfəndimiz (s.ə.v.) bir gün, “Mən və qiyamət günü bu iki barmaq kimi yaradıldıq”-buyurmuş və işarə barmağı ilə orta barmağını bir-birinə bitdirmişdir. (1)

 

Peyğəmbərimiz bu sözləriylə qiyamətin çox yaxın bir zamanda meydana gələ biləcəyinə işarə edirdi. Quran-ı Kərimdə “Qiyamət yaxındır” buyurulması və Peyğəmbər Əfəndimizin qiyamətin çox yaxın zamanda qopacağını bəhs etməsi 1400 il keçdiyi halda baş verməmiş olması ağla bir şübhə gətirməməlidir. Çünki qiyamət dünyanın əcəli ilə əlaqədar bir məsələdir.

 

“Dünyanın ömrünə nisbətən min və ya iki min il, bir ilə nisbətlə bir-iki gün və ya bir-iki dəqiqə kimidir. Saatı-Qiyamət tək insaniyyətin əcəli deyil ki, onun ömrünə nisbət edilib baid (ağıldan uzaq) görülsün. “(2)

 

Ayə və hədislərdə Qiyamətin tam zamanı bildirilməməklə yanaşı, Peyğəmbərimiz (s.ə.v.) onun vaxtına yaxın zamanda meydana gələcək bəzi hadisələrdən və əlamətlərdən bəhs edərək, möminləri həmişə oyanıq olmağa və hazırlıqlı olmağa təşviq etmişdir.

Qiyamətin qopmasının gizli tutulmasının səbəb və hikmətlərinə gəlincə:

Bunun bir çox hikmətləri vardır. Necə ki, insana öləcəyi zaman bildirilmiş olsaydı, həyatının yarısını iman və İslam şüurundan məhrum olaraq tam bir qəflətlə yaşayacaq, yarıdan sonra isə addım-addım darağacına gedən edam məhkumu kimi ölümünü gözləyərək müdhiş iztirab duyacaq və əzab çəkəcək idi.

Müsibət və fəlakətlərin insanoğlu üçün gizli qalmasında da eyni hikmət vardır. Çünki vaxtı müəyyən olan bir fəlakəti gözləmək o müsibəti yaşamaqdan daha çox iztirab və işgəncə verəcək. Bunun kimi bir çox hikmətlər üçün qiyamətin vaxtı insanlar üçün gizli qılınmışdır.

Hər insan üçün əcəl nə isə, bütün bir insanlıq üçün də qiyamət odur. Şüalarda Bədiüzzaman bu mövzu ilə əlaqədar olaraq bu məaldə izahlara yer verir:

Dünyanın əcəli və ölümü olan qiyamətin vaxtı müəyyən olmuş olsaydı, ilk və orta çağda yaşayan insanlar axirət düşüncəsindən xəbərsiz bir şəkildə qəflət içində yaşamış olacaqdılar. Və son çağın insanları da Qiyamət vaxtını gözləmənin dəhşəti içində dünya həyatının hüzurunu və ləzzətini hiss edə bilməyəcəkdilər.

Əgər Qiyamət vaxtı müəyyən olmuş olsaydı, bir qisim iman həqiqətləri açıq-aşkar bir şəkildə ortaya çıxacaq, hər kəs istər istəməz təsdiq edəcək; nəticə olaraq da təklif, imtahan və iman sirri itəcəkdi. Bunun kimi bir çox məsləhətlər üçün, Qiyamətin vaxtı gizli qalmış və hər kəs, hər dəqiqədə həm əcəlini, həm də həyatının davamını düşünə bilmişdir. Beləcə nə dünya həyatı, nə də axirət tərk edilməmişdir. (3)

Qiyamət gününün gizli qalması, Qiyamətin qopmasına qədər davam edəcək. Nə vaxt ki, günəş şərq yerinə qərbdən doğacaq, artıq insanlar üçün imtahan meydanı və tövbə qapısı bağlanacaq, hər kəs Qiyamətin qopacağına yəqinən inanacaq. Ancaq o vaxtdan sonra peşmanlıq və edilən iman da fayda verməyəcək.

 

Qaynaqlar

1. Müslim, Fiten:135.

2. Sözlər, s. 318

3. Şüalar, s. 488.


5-) Loğman surəsi 34-cü ayə

إِنَّ ٱللَّهَ عِندَهُۥ عِلْمُ ٱلسَّاعَةِ وَيُنَزِّلُ ٱلْغَيْثَ وَيَعْلَمُ مَا فِى ٱلْأَرْحَامِ ۖ وَمَا تَدْرِى نَفْسٌ مَّاذَا تَكْسِبُ غَدًا ۖ وَمَا تَدْرِى نَفْسٌۢ بِأَىِّ أَرْضٍ تَمُوتُ ۚ إِنَّ ٱللَّهَ عَلِيمٌ خَبِيرٌۢ

"Həqiqətən:

~ o Saat haqqında elm, yalnız Allahdadır;

~ yağışı, O yağdırır; və

~ bətnlərdə olanı, O bilir;

~ heç kəs sabah nə qazanacağını bilə bilməz;

~ heç kəs harada öləcəyini də bilməz.

Allah isə, şübhəsiz ki, Alim'dir, Xabir (xəbərdar)'dır." (Loğman/34)

------------------------------

"Ehl-i ilhad tarafından tenkit suretinde, Mugayyebât-ı Hamseden yağmurun gelmek vaktine ve rahm-ı mâderdeki cenînin keyfiyetine itiraz edilmiş. Demişler ki: 'Rasathanelerde bir âletle yağmurun vakt-i nüzulü keşfediliyor. Onu da, Allah'tan başkası da biliyor. Hem röntgen şuâıyla rahm-ı mâderdeki cenînin müzekker, müennes olduğu anlaşılıyor. Demek, Mugayyebât-ı Hamseye ıttıla kàbildir."

Yəni:

Dinsizlər tərəfindən bir tənqid surətində, "qeybi olan 5 şey"dən:

~ yağışın yağma vaxtına; və

~ ana rəhmindəki uşağın keyfiyyətinə

etiraz edilmişdir.

(Dinsizlər) deyirlər ki:

1. Rəsədxanalarda, bir alətlə, yağışın eniş/yağma vaxtı kəşf edilir. Bunu da, Allahdan başqası da bilir;

2. Həm rentgen şüası ilə, ana rəhmindəki uşağın kişi (və ya) qadın olduğu başa düşülür.

Demək, qeybi olan 5 şeydən xəbərdar olmaq, mümkündür.

 

Qeyb nədir?

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/qeyb-n%C9%99dir

--------------------------

Elcevap: Yağmurun vakt-i nüzulü bir kaideye merbut olmadığı için, doğrudan doğruya meşiet-i hassa-i İlâhiye ile bağlı ve hazine-i rahmetten hususî iradeye tâbi olduğunun bir sırr-ı hikmeti şudur ki:

Kâinatta en mühim hakikat ve en kıymettar mahiyet nur, vücut, hayat, rahmettir ki, bu dört şey perdesiz, vasıtasız, doğrudan doğruya kudret-i İlâhiye ve meşiet-i hassa-i İlâhiyeye bakar. Sair masnuatta zâhirî esbab kudretin tasarrufuna perde oluyorlar. Ve muttarid kanunlar ve kaideler, bir derece irade ve meşiete hicap oluyor. Fakat vücut, hayat, nur ve rahmette o perdeler konulmamış. Çünkü perdelerin sırr-ı hikmeti o işte cereyan etmiyor.

Yəni:

Cavab olaraq deyirəm:

Yağışın nüzul/eniş vaxtı, bir qaydaya bağlı olmadığı üçün:

~ bir başa Allahın xüsusi məşiyyəti/istəyi ilə bağlı olmasının; və

~ (Allahın) "rəhmət xəzinəsi"ndən xüsusi bir iradəyə tabe olduğunun

hikmətindəki bir sirr budur ki:

Kainatda ən mühim həqiqət və ən qiymətli mahiyyət:

1. Nur;

2. Varlıq;

3. Həyat; və

4. Rəhmət'dir

ki, bu 4 şey, pərdəsiz, vasitəsiz, bir başa Allahın qüdrəti və xüsusi məşiyyətinə baxmaqdadır.

Digər sənət əsərlərində isə, zahiri səbəblər, qüdrətin təsərrüfünə pərdə olurlar. Və intizamlı qanunlar və qaydalar, bir dərəcə iradə və məşiyyətə hicab/pərdə olurlar.

Lakin varlıq, həyat, nur və rəhmətdə, o pərdələr qoyulmamışdır. Çünki, pərdələrin hikmətindəki sirrlər, o işdə cərəyan etmir.

İzahı:

İlk əvvəl, "Həqiqət" "Mahiyyət" üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/%C9%99syanin-h%C9%99qiq%C9%99ti-n%C9%99dir

Həyat, varlıq, nur və rəhmət kimi nemətlərdə heç bir qüsur, heç bir çirkinlik, heç bir nöqsan olmadığı üçün, səbəblər araya girmir; ya da səbəblərin araya girməsinə heç bir lüzum qalmır. Çünki bu nemətlər, hər tərəflərilə rəhmət və lütfdürlər.

1. Nurun, pərdəsiz, vasitəsiz, bir başa, Allahın qüdrəti və məşiyyətindən gəlməsi:

"Nur" deyilincə, ağlımıza, Ustad Said Nursi'nin, "İman, həm nurdur, həm qüvvətdir." sözü gəlməkdədir.

İman, ən böyük nurdur və bir başa, Allahın ehsanı ilə qəlbdə təhəqqüq edir/gerçəkləşir. Bu təhəqqüq, ağacın meyvə verməsinə, yaxud arının bal düzəltməsinə bənzəməz. Peyğəmbərlər və öndər imamlar, bu nurun təhəqqüq etməsinə bir vəsilədirlər.

Sad ət-Taftazani'nin təfsirinə görə, iman: "Haqq Taala'nın, istədiyi qulun qəlbinə, iradəsinin sərfindən sonra ilqa etdiyi/buraxdığı bir nurdur."

İmana nail olmaq üçün, iradənin sərf edilməsi bir şərtdirsə də, biz, iradəmizi sərf edərək iman yoluna yönəlməklə, qəlbimizə imanın yerləşməsi cəhətində, çox iş görmüş sayılmırıq. Gözünü açan bir insan, "Mən, bu görünən əşyanın görüntüsünü, öz qüdrətimlə gözümün içinə qoydum." deyə bilməyəcəyi kimi; bəsirət gözünü açan bir insan da, imanın qəlbə yerləşməsi cəhətində, çox iş görmüş deyildir. İman, qəlbə buraxılan bir nurdur və bu nuru o qəlbə ehsan edən, Allahdır.

2. Varlığın, pərdəsiz, vasitəsiz, bir başa, Allahın qüdrəti və məşiyyətindən gəlməsi:

Vücud/varlığ'a gəlincə, bunun səbəbsiz yaradıldığı, açıqdır. Biz, ümumiyyətlə, bədənə "vücud/varlıq" dediyimiz üçün, vücudun səbəbsiz yaradıldığını başa düşmək, bir az çətinləşir. Əslində, vücud, var olmaq; ziddi isə, adəm/yoxluq deməkdir.

Varlığa səbəb axtardığımızda, qarşımıza, sadəcə "yoxluq" çıxır. Yəni, "vücud/varlıq", ya səbəbsiz olaraq bir başa yaradılmışdır, ya da əşyanın var olmasına, "yoxluq" səbəb olmuşdur. İkincinin ağıldan uzaqlığı açıq olduğuna görə, birincinin doğruluğu, qətidir.

3. Həyatın, pərdəsiz, vasitəsiz, bir başa, Allahın qüdrəti və məşiyyətindən gəlməsi:

Həyatın da, səbəbsiz yaradıldığı, məlumdur. Elm adamları, həyata bir səbəb təyin edə bilməməkdə; sadəcə, həyatın ortaya çıxmasında İlahi iradə ilə təsbit edilən təbiət qanunlarını, elementləri, mövsümləri ard-arda sıralamaqdan iləri gedə bilmirlər.

Meyvəyə, ağac; uşağa, ana və ata səbəbdir. İstilik və işıq da, günəş vasitəsilə göndərilir. Bəs həyat nə ilə gəlir? Hansı səbəb ilə göndərilir? Elementlərin heç birində həyat olmadığı və atomların bir araya gəlməsindən həyat cövhəri meydana gələ bilməyəcəyi bir həqiqət olduğu üçün, bunun, səbəblər cəhətindən bir izahı yoxdur. Bunun tək izahı, həyatın, səbəbsiz və vasitəsiz olaraq, bir başa Allahın qüdrəti və iradəsilə yaradılmış olmasıdır.

4. Rəhmətin, pərdəsiz, vasitəsiz, bir başa, Allahın qüdrəti və məşiyyətindən gəlməsi:

Bu mövzuda, Ustad Said Nursi (rahmətullahi aleyh), "Ləmalar" adlı əsərinin 14-cü Ləma'sında (s. 97), belə deyir:

"Şu hadsiz kâinatı şenlendiren, bilmüşahede rahmettir. Ve bu karanlıklı mevcudatı ışıklandıran, bilbedahe yine rahmettir. Ve bu hadsiz ihtiyacat içinde yuvarlanan mahlukatı terbiye eden, bilbedahe yine rahmettir. Ve bir ağacın bütün heyetiyle meyvesine müteveccih olduğu gibi, bütün kâinatı insana müteveccih eden ve her tarafta ona baktıran ve muavenetine koşturan, bilbedahe rahmettir..."

Yəni:

~ Bu hədsiz kainatı şənləndirən, görüldüyü kimi, rəhmətdir; və

~ bu qaranlıqlı mövcudatı işıqlandıran, bədahətlə yenə rəhmətdir; və

~ bu hədsiz ehtiyaclar içində yuvarlanan məxluqatı tərbiyə edən, bədahətlə yenə rəhmətdir; və

~ bir ağacın bütün heyətilə meyvəsinə yönəlməsi kimi; bütün kainatı insana yönləndirən və hər tərəfdə ona baxdıran və yardımına qaçırdan, bədahətlə rəhmətdir...

Cansızların yoxluqdan qurtulub var olmaları, öz səylərilə deyil; ancaq, İlahi rəhmətlə olduğu kimi; bitkilərin də, cansız olmayıb yarı canlı olmaları, yenə hər hansı bir səbəblə deyil; sadəcə rəhmət ilədir. Heyvanların bitkilərdən üstün qılınmaları və nəhayət, insanın yerə xəlifə olması da, sırf rəhmətdir.

Rəhmət də, eynilə həyat kimi, hər yönü ilə gözəl və şəffaf bir nemət olduğu üçün; sanki, səbəbsiz meydana çıxmaqdadır. Məsələn, hər canlını parçalama təbiətində olan şirin, öz balasına mükəmməl və etinalı bir şəfqət göstərməsi, səbəblər cəhətindən izah edilə bilməz bir rəhmət təcəllisi deyilsə, nədir görəsən?! Allahın ər-Rahmən ismi, belə vəhşilərdə də, səbəbaiz olaraq təcəlli etməkdədir.

(Not:

Rahmən və Rahim isimlərinin şərhi üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/r%C9%99hman-v%C9%99-r%C9%99him-isiml%C9%99rinin-s%C9%99rhi)

 

"Digər sənət əsərlərində isə, zahiri səbəblər, qüdrətin təsərrüfünə pərdə olurlar. Və intizamlı qanunlar və qaydalar, bir dərəcə iradə və məşiyyətə hicab/pərdə olurlar. Lakin varlıq, həyat, nur və rəhmətdə, o pərdələr qoyulmamışdır. Çünki, pərdələrin hikmətindəki sirrlər, o işdə cərəyan etmir."

İzahı üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/s%C9%99b%C9%99b-n%C9%99dir-s%C9%99b%C9%99bl%C9%99r-n%C9%99-ucun-var

-----------------------------------

"Madem vücutta en mühim hakikat rahmet ve hayattır. Yağmur, hayata menşe ve medar-ı rahmet, belki ayn-ı rahmettir. Elbette vesâit perde olmayacak, kaide ve yeknesaklık dahi meşiet-i hassa-i İlâhiyeyi setretmeyecek. Tâ ki, her vakit, herkes, herşeyde şükür ve ubudiyete ve sual ve duaya mecbur olsun. Eğer bir kaide dahilinde olsaydı, o kaideye güvenip, şükür ve rica kapısı kapanırdı."

Yəni:

Madam ki, varlıq (aləmin)'də ən mühim həqiqət, rəhmət və həyatdır. Yağış (da), həyatın mənşəyi, rəhmətin mədarı (yəni, ətrafında döndüyü yer), rəhmətin məhz özüdür. (Elə isə), əlbəttə ki, vasitələr, (bu yağışa) pərdə olmayacaq; qayda və monotonluq da, Allahın xüsusi məşiyyətini örtməyəcəkdir. Ta ki, hər vaxt, hər kəs, hər şeydə, şükr və qulluğa, sual və duaya məcbur olsun. Əgər bir qayda daxilində olsaydı, o qaydaya güvənib, şükr və ümid qapısı bağlanardı.

----------------------------------------

"Güneşin tulûunda ne kadar menfaatler olduğu malûmdur. Halbuki muttarid bir kaideye tâbi olduğundan, güneşin çıkması için dua edilmiyor ve çıkmasına dair şükür yapılmıyor. Ve ilm-i beşerî, o kaidenin yoluyla yarın güneşin çıkacağını bildiği için, gaipten sayılmıyor. Fakat yağmurun cüz'iyâtı bir kaideye tâbi olmadığı için, her vakit insanlar rica ve dua ile dergâh-ı İlâhiyeye ilticaya mecbur oluyorlar. Ve ilm-i beşerî vakt-i nüzulünü tayin edemediği için, sırf hazine-i rahmetten bir nimet-i hassa telâkki edip hakikî şükrediyorlar. İşte bu âyet, bu nokta-i nazardan yağmurun vakt-i nüzulünü Mugayyebât-ı Hamseye idhal ediyor."

Yəni:

Günəşin doğmasında nə qədər mənfəətlər olduğu, məlumdur. Halbuki, intizamlı bir qaydaya tabe olduğundan, günəşin çıxması üçün, dua və şükr edilmir. Bəşərin elmi, o qayda yolu ilə, sabah günəşin çıxacağını bildiyi üçün, qeybdən sayılmır. Lakin yağışın cüziyyati, bir qaydaya tabe olmadığı üçün, insanlar, hər vaxt, ümid və dua ilə Allahın dərgahına sığınmağa məcbur olurlar. Və bəşərin elmi, yağışın yağma vaxtını təyin edə bilmədiyi üçün, bunu, sırf rəhmət xəzinəsindən xüsusi bir rəhmət görüb həqiqi şükr edirlər.

Bax (Loğman surəsinin bu 34-cü) ayəsi, bu nöqte-yi nəzərdən, yağışın eniş vaxtını, qeybi olan 5 şeyə daxil edir.

---------------------

"Rasathanelerdeki âletle bir yağmurun mukaddemâtını hissedip vaktini tayin etmek gaibi bilmek değil, belki gaipten çıkıp âlem-i şehadete takarrubu vaktinde bazı mukaddemâtına ıttıla suretinde bilmektir. Nasıl en hafî umur-u gaybiye vukua geldikte, veyahut vukua yakın olduktan sonra, hiss-i kablelvukuun bir nev'iyle bilinir. O gaybı bilmek değil, belki o, mevcudu veya mukarrebü'l-vücudu bilmektir. Hattâ ben kendi âsâbımda bir hassasiyet cihetiyle, yirmi dört saat evvel, gelecek yağmuru bazan hissediyorum. Demek yağmurun mukaddemâtı, mebâdileri var. O mebâdiler, rutubet nev'inden kendini gösteriyor, arkasından yağmurun geldiğini bildiriyor. Bu hal, aynen kaide gibi, ilm-i beşerin gaipten çıkıp daha şehadete girmeyen umura vusule bir vesile olur. Fakat daha âlem-i şehadete ayak basmayan ve meşiet-i hassa ile rahmet-i hassadan çıkmayan yağmurun vakt-i nüzulünü bilmek, ilm-i Allâmü'l-Guyûba mahsustur."

Yəni:

Rəsədxanalardakı alət ilə bir yağışın müqəddimələrini hiss edib vaxtını təyin etmək isə, qeybi bilmək deyildir. Əksinə, (belə bir şəkildə bilmək), qeybdən çıxıb şəhadət aləminə yaxınlaşdığı vaxtda, (yağışın) bəzi müqəddimələrindən xəbərdar olmaq surətində bilməkdir. Necə ki, ən gizli qeybi işlər vaqe olduqlarında; və yaxud vaqe olmağa yaxınlaşdıqlarında, "hiss-i qablə'l-vuqu/olmadan əvvəl bir şeyi hiss etmək (hissi)"nin bir növü ilə bilinir. Bu isə, qeybi bilmək deyil; əksinə, bu, mövcudu və ya olması yaxın olanı bilmək deməkdir. Hətta Mən, Öz sinirlərimdə, bir həssassiyyət olması (revmatizma) cəhətilə, 24 saat əvvəl, gələcək yağışı bəzən hiss edirəm. Demək ki, yağışın müqəddimələri, məbdə (başlanğıc)'ları var. Bu məbdələr, rütubət növündən özünü göstərir; arxasından yağışın gəldiyini bildirir. Bu hal, eynilə bir qayda kimi, bəşər elminin, qeybdən çıxıb daha şəhadət aləminə girməyən işlərə vasil olmasına, bir vəsilə olur. Lakin, hələ şəhadət aləminə ayaq basmayan və Allahın xüsusi diləməsi və rəhmətindən çıxmayan yağışın nüzul vaxtını bilmək, qeybi bilən Allaha məxsusdur.

 

Not:

Yağışla bağlı olaraq əvvəlcədən deyilənlər, hələ təxmini bilik olmaqdan iləri keçə bilməmişdir. Elm isə, qəti bilikdir; zənni və təxmini olan bir şeydə isə, elmdən bəhs edilə bilməz. Bu səbəblə, barometr və ya süni peyklərdən alınan şəkillərlə verilən hava proqnozları, hal-hazırda elm deyilə biləcək qətilik qazanmış deyildir. Elə isə, bu təxminlərin, Quranın, yağışın qeybi olan 5 şeydən biri olma hökmünü, cərh etməz. Bil!

Bununla bərabər, bunu da nəzərdən qaçırmamaq lazımdır:

Yağışın yağacağına dair təxminlər, yağışı xəbər verən əlamətlərə baxılaraq verilməkdədir. Elə isə, bu əlamətlərin zühuru/zahir olması, yağışı, "qeybilik"dən çıxarmış sayılır. Bu haldakı qeyb isə, mütləq deyil, izafi qeybdir. (Yuxarıda "Qeyb nədir?" linkinə bax.) Yəni bu, bəzilərinə qeyb ikən, digər bəzilərinə məlumdur. Çünki, əlamətləri üzə çıxmışdır və bu əlamətləri bilib dəyərləndirmək ixtisasına sahib olanlar, yağışın yağacağını söyləyə bilir, təxmin edə bilirlər. Əgər biz, bu hala, qeybi bilmək desək, o qədər şey "qeybi bilmə" deyə vəsflənər ki, bununla, Quranın bu məsələdə nə demək istədiyindən, uzaqlaşılmış olar. Məsələn:

Müəyyən qanunlara bağlı olaraq vaqe olan elə hadisələr var ki, qanunu bilənlər nəzərində, məlum; bilməyənlərə görə isə, məchuldur. Ay və günəşin tutulması, gecə və gündüzün uzanması, qısalma müddətləri, buna misal verilə bilər. Heç kim, ayın nə vaxt tutulacağını söyləyən kimsəyə, "qeybi bildiyini iddia edir" deyə etiraz edə bilməz. Bu halda, ayə, yağışın qəti bir qanuna bağlanmadığını, onun bağlandığı qanuna, hər an dəyişməyə məruz bir çox şərtlərin, müəssir amillərin iştirak etdiyini xəbər vermiş olmaqdadır.

---------------------------

---------------------------

Kaldı ikinci mesele: Röntgen şuâıyla rahm-ı mâderdeki çocuğun erkek ve dişisini bilmekle وَيَعْلَمُ مَا فِى اْلاَرْحَامِ âyetinin meâl-i gaybîsine münâfi olamaz.

Yəni:

İkinci məsələ: Rentgen şüası ilə ana rəhmindəki uşağın kişi və ya qadın olmasını bilmək, "Rəhmlərdə olanı, O bilir." ayətinə zidd ola bilməz!

----------------------

Çünkü, âyet yalnız zükûret ve ünûset keyfiyetine değil, belki o çocuğun acip istidad-ı hususîsi ve istikbalde kesb edeceği vaziyetine medar olan mukadderât-ı hayatiyesinin mebâdileri, hattâ simasındaki gayet acip olan sikke-i samediyet muraddır ki, çocuğun o tarzda bilinmesi, ilm-i Allâmü'l-Guyûba mahsustur.

 

"Çünkü, âyet yalnız zükûret ve ünûset keyfiyetine değil..."

Yəni:

Çünki ayə, yalnız (ana rəhmindəki uşağın) kişilik və qadınlıq keyfiyyətinə deyil...

 

"...belki o çocuğun acip istidad-ı hususîsi ve istikbalde kesb edeceği vaziyetine medar olan mukadderât-ı hayatiyesinin mebâdileri, hattâ simasındaki gayet acip olan sikke-i samediyet muraddır..."

Əksinə, o uşağın:

1. Qeyr-i adi xüsusi istedadı muraddır.

İstedad nədir?

"İstedad": "əşyada, bəzi şərtlərin və səbəblərin gerçəkləşməsi və bəzi əngəllərin qalxması ilə meydana gələn şey"dir. "Şərhu'l-Qanunçə"də isə, istedad, belə tərif edilir: "Nütfə, bi'l-quvvə/potensial olaraq insandır. Yəni, insan surətinin özündə meydana gəlməsi, nütfənin xüsusiyyətidir. Əngəllərin qalxması və şərtlərin meydana gəlməsi cəhətindən, nütfədə, bəhsi keçən bu surəti hazırlayan bir keyfiyyət meydana gəlir. Bax bu keyfiyyət, istedad deyə adlandırılır. Onun gərəyi olan qəbul/qabiliyyət isə, istedadi imkan və yenə qüvvə deyə adlandırılır."

Buna görə, istedad, 2 mənaya gəlir:

a. Hazırlayıcı keyfiyyət;

b. Bu keyfiyyətin gərəyi və feli müqabili olan qəbul (qabiliyyət).

İstedad və qabiliyyət arasındakı fərq, budur:

Qabiliyyət, xaricdən gələn təsirləri götürə bilmə gücü, qəbul edə bilərlik mənası daşıyır. Halbuki istedad, ruhda potensial olaraq var olan, inkişafa əlverişli bütün xüsusiyyətlərdir. Məsələn:

Hər insanın ruhunda, rəssamlıq istedadı, potensial olaraq vardır. İnsan, rəssamların təcrübələrini götürə bilmə gücünə (qabiliyyətinə) kifayət qədər sahib olarsa, onları, bu qüvvə ilə götürə və ruhundakı rəssamlıq istedadını inkişaf etdirə bilər.

Burdan başa düşülən budur ki, qabiliyyət, istedadın feli gərəyidir. Və Müəllifimizin xüsusi istedadla qəsdi, "uşağın qabiliyyəti"dir. Yəni, ayə ilə bərabər düşündüyümüzdə, ayənin mənası: "Ana rəhmindəki uşağın qabiliyyətinin nə olduğunu, ancaq Allah bilir." demək olur.

 

2. Gələcəkdə kəsb edəcəyi vəziyyətə qaynaq olan həyat müqəddəratının məbdələri muraddır.

Ayədən murad: "Məbdə (başlanğıc, yəni, nütfənin) həyat müddətincə keçirəcəyi hərəkət, şəkil, əməl və s. kimi şeylər"dir.

 

3. Simasındakı çox qeyr-i adi olan "Samədiyyət sikkəsi" muraddır.

"Sikkə": "pulun üzərinə vurulan damğa"dır. Bu damğa ilə, o pulun, dövlətə aid olduğu isbat edilir. Allah Taala da, hər varlıq üzərinə, xüsusilə insanın simasına, Özünə məxsus sikkəsini vurmuşdur. Bu sikkə'nin hal dililə, "Bütün simalar, Mənə məxsusdur; bu simaları qazanmaqda, varlıqlar Mənə möhtacdırlar." deməkdədir.

Müəllif, bir digər risaləsində, hər simanın/üzün bir-birindən fərqli olması ilə, tövhidə belə dəlil gətirir:

"Eşya, vücut ve teşahhusatlarında, nihayetsiz imkânat yolları içinde mütereddit, mütehayyir, şekilsiz bir surette iken, birden bire gayet muntazam, hakîmâne öyle bir teşahhus vechi veriliyor ki, meselâ herbir insanın yüzünde, bütün ebnâ-yı cinsinden herbirisine karşı birer alâmet-i farika o küçük yüzde bulunduğu ve zâhir ve bâtın duygularıyla, kemâl-i hikmetle teçhiz edildiği cihetle, o yüz, gayet parlak bir sikke-i ehadiyet olduğunu ispat eder." (Sözlər, 33-cü Söz, 2-ci Pəncərə, s. 636)

Yəni:

Əşya, varlıq və təşəxxüsündə (fərdi şəxsiyyət qazanmasında), sonsuz mümkün olan yollar içində "tərəddüddə, heyrətdə", şəkilsiz bir surətdə ikən, birdən-birə, sima cəhətindən çox müntəzəm, hikmətli bir təşəxxüs verilir. Məsələn: Hər bir insanın üzündə, öz cinsindən olan hər bir insana qarşı fərqli bir əlamətin o kiçik üzdə mövcud olması və zahiri və batini hisslərilə mükəmməl hikmətlə təchiz edildiyi cəhətlə, o üz, parlaq bir Əhədiyyət (Allahın birliyini ifadə edən) sikkə olduğunu isbat edər.

Əşyanın varlıq və təşəxxüsündə sonsuz imkan yolları içində olmasından məqsəd, budur:

Birincisi, əşya, yaradılmaya da bilərdi. Ancaq yaradılmışdır. Üstəlik, hər hansı bir şey olaraq da gələ bilərdi. Yəni, nə qədər məxluqat növü varsa, onlardan biri olaraq varlıq meydanına çıxa bilərdi. Məsələn, dünya. Dünyanın ən faydalı şəkli, bu böyüklükdə olması, bu şəkildə olması və s.'dir. Ancaq bu hadisə, sonsuz imkan yolları içindən tək bir yol ilə olmaqdadır. Yəni dünya, bundan da böyük və kiçik ola bilərdi və s. Bütün bunların hamısı da, 1/∞ ehtimal ilə olmaqdadır. Riyaziyyatda, belə bir qayda vardır: 1/∞ = 0. Yəni, sonsuzda 1 ehtimal ilə, bir şey meydana gəlməz.

Mətndəki "mütehayyir = heyrətdə" sözü, məcaz olaraq gətirilmişdir. Yəni, məsələn göz, düşünür: "Başın hansı hissəsində yer alım? Hansı şəkli alım?" Sanki bu işdə, heyrət içərisindədir.

Müəllif Nursi (rahiməhullah), hər bir insanın fərqli simasını, tövhidə belə dəlil gətirir:

Bir insanın siması, milyonlarla imkan və seçim içindən seçilib təxsis edilir. Və elə ki, o seçim edilərkən, yəni, bir insana fərqli bir üz bəxş edilərkən, digər verilmiş olanlara bənzəməmək üçün, onların da nəzərdən keçirilməsi lazımdır ki, bu üzlər, bir-birinə bənzəməsin. Bu, eyni anda, hal hazırda 7-8 milyardın; ümumilikdə isə, 150 milyard insanın, eyni anda görülə bilməsi deməkdir. Çünki günümüzə qədər, 150 milyard insanın yaşadığı təxmin edilməkdədir. Yoxsa, hər kəsin üzü, bir-birindən fərqli olmaz; hər şey, bir-birinə bənzəyərdi. Fərqli olduğundan başa düşürük ki, hər bir insanın üz seçimində, Allahın iradəsi günəş kimi parlamaqdadır.

------------------------

"Yüz bin röntgen-misal fikr-i beşerî birleşse, yine o çocuğun umum efrad-ı beşeriyeye karşı birer alâmet-i farikası bulunan yalnız hakikî sima-yı veçhiyesini keşfedemez. Nerede kaldı ki, sima-yı veçhîsinden yüz defa daha harika olan, istidadındaki sima-yı mânevîyi keşfedebilsin!"

Yəni:

Yüz min rentgen misal bəşər fikri birləşsə, yenə o uşağın bəşərin ümum fərdlərinə qarşı fərqli bir əlaməti olan simasını (yəni, üzünü) kəşf edə bilməz. Hələ qalsın, üzündən 100 dəfə xariqə olan, istedadındakı mənəvi simanı kəşf edə...

(Said Nursi, "Ləmalar", 16-cı Ləma, s. 112-113)

 


6-) Qeybə iman nə deməkdir?

Qeyb, “ gizli olan, görünməyən” deməkdir. Qurani Kərim müttəqilərdən, yəni təqva sahibi möminlərdən bəhs edərkən onların ən böyük xüsusiyyəti olaraq “qeybə imanlarını” göstərir.

 

“O kəslər (müttəqilər) ki, qeybə iman gətirir”(Bəqərə Surəsi, 3)

 

Məalindəki ayəti- kəriməni təfsir edən alimlərimiz, qeybə imana iki şəkildə məna verirlər. Birincisi, “Onlar görmədikləri halda, əqli və nəqli dəlillərə əsaslanaraq iman edərlər.” Digəri isə, “Onlar qiyabən də iman edərlər.” Yəni münafiqlər kimi yalnız möminlər arasında deyil, qiyabən də Allaha və Rəsuluna (s.ə.v.) iman edərlər.

Qeyb iki ayrı mənaya gəlir: Birincisi, haqqında heç bir şey bilmədiyimiz, tək Allahın məlumu olan hallar, hadisələr, aləmlərdir ki, bunlar iman imanın rüknlərindən deyil. İman, bu qeyb üçün deyil, ancaq Quranın xəbər verdiyi və Peyğəmbər Əfəndimizin (s.ə.v.), haqqında şərhlər verdiyi qeyb üçündür.

“Bizə görə qeyb, görülə bilməyən deyil, görülməyən deməkdir. Biz dəlilsiz olan qeybə deyil, dəlili olan qeybi-məqbula iman edirik.” (Haqq Dini Quran Dili)

“Qeybə iman” deyilincə ağla ilk gələn, Allaha və digər iman rüknlərinə imandır. Bunlar hamısı qeybdir.

İnanmada ilk addım qəlbən təsdiqdir. Bu təsdiqin başlanğıcı da anlamaqdır. Beş duyğu anlamağa, anlamaq da inanmağa yardımçı olur. Yalnız beş duyğunun sərhədləri içində gəzən, onları aşa bilməyən insanlar, hökmən heyvanlıqdan xilas olmuş deyildirlər. Hiss ilə bilmə, heyvanların sahəsi; hissini ağla xidmət etdirib anlama, qavrama və nəhayət inanma isə insanın vəzifəsidir.

İnsan bir meyvə ağacına baxmaqda heyvanla müştərəkdir. O ağacın içində möcüzəvi bir fabrikin çalışdığını, yarpaqlarında fotosintez hadisəsinin cərəyan etdiyini, o meyvələrin bütün bir ağacdan, hətta kainatdan, süzülərək meydana gəldiyini isə ancaq o insan qavraya bilər.

Buna görə, mütləq mənada “insan” deyilincə, qeybə iman edən “mömin” xatirə gəlməlidir.

O qeybə inananlardır ki, nemətdə boğulmaz, münimi, yəni o neməti lütf edəni tanıyarlar. Əsərə batıb qalmaz, o əsəri yaradan Xaliqi tanıyar və bilərlər. Qeybə inanmayanlar isə, süfrənin qabları, kitabın yarpaqları, yaxud fabrikin bölmələri arasında gəzib duran bir böcək kimi, bu aləm və içindəkilərdən, həqiqi mənada, istifadə edə bilməz, həyatlarını məhv edər, boşuna xərcləyərlər.