“Əûzü bi kəlimatillahi't-tammati min şərri ma haleka və zəraə və bəraə və minşərri ma yənzilü minəssəmai və min şərri ma ya'rucu fiha və min şərri fitnətilləyli vənnəhari və min şərri külli tarikın illa tarikan yatruku bihayrin ya Rahman.”
Bu duade keçən bəzi ifadələr hədislərdə və ayələrdə vardır. Məsələn “Bütün yaradılanların şərrindən Allahın qüsursuz kəlamlarına (ayətlərinə yəni Qurana) sığınıram.” hissəsi hədislərdə keçir.
Yenə “Yere girən və oradan çıxan, göydən enən və oraya yüksələn ne varsa O, hamısını bilir. O rəhimdir, qafurdur (mərhəmət və ehsanı boldur, çox bağışlayıcıdır)." (Səbə, 34/2) ayəsinde keçən ifadələr də bu duada yer almışdır. Demək ki ayə və hədislərdə keçən ifadələrdən toplanmış bir duadır.
Yuxarıda keçən duanın mənası qısaca belədir
"Bütün yaradılanların şərrindən; göydən enən və göyə çıxan hər şeyin şərrindən; gecənin və gündüzün fitnəsindən; xeyrə açılan yollar xariç bütün yolların şərrindən, Allahın qüsursuz kəlamlarına (ayələrinə yəni Qurana) sığınıram. Ey Rəhman olan Allahım (məni qoru)."
2-)
Şeytan nədir və insana hansı yollarla yanaşar?
Şeytanlar, xeyrə heç bir qabiliyyəti olmayan, ancaq şər işləyən ruhani varlıq növüdür.
“Cinləri isə daha öncə qızmar alovdan yaratmışdıq.” (Hicr Surəsi, 27)
İblisin əsl adı, Əzazil idi. Cənabı Haqqın Hz. Adəmə (ə.s.) səcdə etmə əmrindən üz çevirməsi və bu səcdə əmrinə qürurlanaraq üsyan etməsindən sonra, “iblis” və “şeytan” adlarını aldı.
İnsanlığın mənəvi tərəqqisində, Allaha qulluq vəzifəsini yerinə yetirməsində ən böyük maneə, şeytandır. Qurani Kərimdə şeytan, insan üçün “adüvvü mübin-açıq-aşkar bir düşmən” olaraq təvsif edilmişdir. Cənabı Haqq, Qurani Kərimdə bir çox ayəti kərimədə möminləri şeytandan istiazəyə, yəni Allaha sığınmağa dəvət etmişdir.
Şeytanın ən böyük hədəfi insanları dinsiz etmək, ateist etməkdir. Bunu bacara bilməzsə onları şirkə sövq edər.
Şeytan, insanı müşrik etməklə də kifayətlənməz; zalım bir müşrik edər, səfeh edər. Bununla da qalmaz, onu şirk adına gecə-gündüz çalışan, idealı üçün hər şeyə hazır adam etməyə çalışar. Bu onun son hədəfidir. Çünki, ideal sahibi olmayan bir müşrik şeytanın bəndəsi isə, şirki ideal qəbul edənlər onun can yoldaşlarıdır.
Şeytan, bütün oyunlarını boşa çıxararaq haqqı, doğrunu, xeyri seçən möminlərdə taktika dəyişdirir. Möminin imanına ilişə bilməyəcəyini anlasa, onun ibadətiylə məşğul olar; ibadətsiz bir mömin olmasını arzu edər. Bunu bacara bilməzsə, fərzlərlə kifayətlənməsini, sünnətlərə, nafilələrə yanaşmamasını istər. Bu istəyi də reallaşmazsa, onun yalnız şəxsi ibadətiylə məşğul olmasını, başqalara həqiqətləri izah etməməsini arzu edər. Və möminə bu yolla təlqinlər edər: “Qoyunu qoyun, keçini keçi ayağından asarlar.”
Şeytan, insanı yoldan çıxarmaq üçün bir çox hiyləyə müraciət edər. Bu hiylə və desisələrin bəziləri bunlardır:
1. Şəhvət və hirs: Bunlar şeytanın insana təsir etmə yollarının ən böyükləridir. Bu səbəblədir ki, hədisi-şərifdə: “Şeytan qanın bədəndə cərəyanı kimi insan bədəninə hulul edər. Onun yollarını aclıqla (orucla) daraldın.”- buyurulmuşdur. Çünki şeytanın insana ən böyük hulul yolu şəhvətdir. Aclıq isə şəhvəti qırar.
2. Həsəd və acgözlülük: Acgözinsan, haqqı görməkdə kor və həqiqəti eşitməkdə kar olar.
3. Tama: Şeytan insana tama etdiyi şeyləri müxtəlif riya və hiylələrlə sevdirər. Belə ki, sanki tama etdiyi şey, insanın məbudu olar.
4. Tələskənlik : Tələsik anında insan düşünməyə fürsət tapa bilməz. Şeytan da bu anda ona vəsvəsə verə bilər.
5. Yoxsulluq qorxusu : Bu qorxu, insanı infaqdan çəkindirər və mal yığmağa dəvət edər.
6. Fanatizm: Şeytanın qəlbə nüfuz etdiyi qapılarından biri də öz məşrəbində olmayan müsəlmanlara qarşı kin tutmaq, onları kiçik görməkdir.
7. İxtilaf
8. Şübhə: Şeytanın qəlbə giriş qapılarından biri də cəhalət və qəflətləri və ya günahlara dalmaları səbəbiylə ağılları darlaşan bəzi kəsləri, ağıllarına sığmayan imani məsələlər barəsində şübhəyə salmasıdır.
9. Süi-zənn: Kim bir insan haqqında pis düşünməyə başlarsa, şeytan bu kimsəni o adamın əleyhində qeybət etməyə sövq edər. Yaxud o adamın haqqına riayət etdirməz. Ona təhqir gözüylə baxdırar.
Şeytanın hiylə və desisələri, insana nüfuz yolları əlbəttə yalnız bunlardan ibarət deyil. İnsanlara, dövrə, şərtlərə görə çox fərqli şəkillərdə olar.
3-)
Hz. Adəmə səcdə əmri gəldiyində şeytanın davranışı necə olmuşdur ? Yaradılış cəhətdən şeytanla mələklər arasında necə bir münasibət vardır?
Cənabı Haqq insanı quru bir palçıqdan, cinləri alovdan, mələkləri də nurdan yaratmışdır. Yaradılışda ilk sıranı mələklər, sonra cinlər, ondan sonra da insanlar almışlar. İlk yaradılan insan, eyni zamanda ilk peyğəmbər Adəm Əleyhissalamdır.
Cənabı Haqq, Hz. Adəmi yaratdığında mələklərin ona səcdə etmələrini əmr etdi. Bütün mələklər səcdə etdiyi halda İblis səcdə etməkdən imtina etdi. Bundan sonra da qiyamətə qədər şeytanlığını davam etdirmək üçün Allahdan icazə istədi. İstəyi qəbul edilincə də insanları haqq yoldan çıxarmağa davam etdi. Mələklərin Hz. Adəmə səcdə etmələri qeybi bir məsələ olduğu halda hadisənin seyri və şəkli haqqında təfsirlərimizdə bəzi izahlar var. Ebus-Suudun izahlarına görə, İblis mələklərlə birlikdə yaşayırdı, onlar kimi ibadət edirdi. Səcdə əmri gəlincə İblis mələklərdən ayrıldı. İkinci bir görüşə görə, mələklərin bir cinsi vardır ki, doğulub böyüyürlər, bunlara cin deyilir. İblis də bunlardan idi. Başqa bir görüşə görə, səcdə əmri bütün cinlərə idi. Lakin Cənabı Haqq mələkləri zikr etməklə cinlərə də xitab etmiş olur. Beləcə yalnız mələklər deyil, bütün ruhani varlıqlar səcdə ilə əmr edilmişdir. (1)
Cin haqqında iki görüş vardır:
1. Bütün ruhani varlıqlara cin deyilir. Bu vəziyyətdə mələklər və şeytanlar cin məfhumunun içinə daxildirlər. Beləcə, mələk ilə cin arasında həm ümumi, həm də xüsusi mənada münasibət vardır. Hər mələk cindir; lakin hər cin mələk deyil.
2. Cin ruhani varlıqların bir qisminə deyilir. Çünki ruhanilər üç qisimdir:
a. Yaxşılar: Mələklər.
b. Pislər: Şeytanlar.
c. Həm yaxşısı, həm də pisi olanlar: Cinlər.
Safvetüt-Təfasirdə verilən məlumata görə:
1. İblis mələklərdən deyil.
2. Mələklər günahsız varlıqlardır, heç bir zaman Allaha üsyankar olmamışlar. Halbuki, İblis səcdə etməməklə Allaha qarşı çıxmışdır.
3. Mələklər nurdan, İblis atəşdən yaradılmışdır.
4. Mələklər doğulub törəməzlər, halbuki İblis törəyər və çoxalar. Kəhf surəsində
keçdiyi kimi:
“İblis cinlərdəndir. “(2)
İbni Abbasdan gələn bir rəvayətə görə, bəzi təfsirçilər, “şeytanın” insanların və cinlərin səfeh və fitnəkar qisminə deyildiyi fikrindədirlər. Cinlərdən olan şeytanlar var olduğu kimi, insanlardan olan şeytanlar da vardır.
Mələklərin Adəm Əleyhissalama səcdə ediş şəklinə gəlincə; əmr edilən bu səcdənin Hz. Adəmə ibadət niyyətiylə edilmədiyi aydındır. Çünki Allahdan başqasına ibadət etmək şirkdir. Hz. Adəm, yer üzünün xəlifəsi olunca, mələklərin ona səcdəsi bu xəlifəliyi qəbul etmə, yəni ona beyət etmə şəklində olmuşdur. Bu hal, Hz. Adəmə bir hörmət olmaqla yanaşı, əsasda Allaha edilən bir ibadətdir.
Necə ki, köhnə ümmətlərdə salamlaşma, ibadət qəsdi olmadan, yerə əyilərək səcdə etmə şəkildə baş vermişdir. Məsələn, Yusuf Əleyhissalamın qardaşlarının ona səcdə etmələri təzim və hörmətdən ibarətdir
Bunlarla birlikdə, mələklərin Hz. Adəmə səcdə etmələri ibadət mənasını verməsidir da mümkündür. Bu vəziyyətdə səcdə edilən gerçəkdə Cənabı Haqdır. Hz. Adəm isə bu səcdədə qiblə vəzifəsi görmüşdür. Bu səbəbdən səcdə yenə birbaşa Allaha edilmişdir. (3)
Digər tərəfdən, Cənabı Haqq mələkləri Hz. Adəmə səcdə etdirmək surətiylə kainatın insana boyun əydiyini göstərmiş; İblisin ona qarşı üstünlük iddiasında olmasını zikr etməklə də, insanlığın maddi və mənəvi inkişafında şeytanların nə qədər böyük bir maneə təşkil edəcəklərinə onların diqqətini çəkmişdir.
Qaynaqlar
1. Təfsiri Ebus-Suud, 1:87.
2. Safvetüt-Təfasir, 1:52.
3. Hülasatül-Beyan, 1:97.
4-)
Şeytan niyə insanlara düşməndir?
Nəfs, şeytanın vəsvəsələrinə həssas qəbuledicisidir. Hədisdə, insan qəlbində həm mələk ilhamı, həm də şeytan vəsvəsəsi üçün, bir mərkəz olduğu bildirilmişdir. (1)
Quranın ifadəsiylə,
“Şübhəsiz ki, şeytan sizin düşməninizdir, siz də onu düşmən sayın. O öz tərəfdarlarını Od sakini olmağa çağırır.” (Fatir surəsi, 6)
Şeytanın insana düşmənliyi Hz. Adəmlə başlayır. Hz. Adəmə səcdə etməməsinə görə İlahi rəhmətdən uzaqlaşdırılır. Buna görə, Adəmə və nəslinə düşmən kəsilir. Allaha gedən yolda, onların önünə mane olaraq çıxmağa icazə istər. İnsanların sınanılması və mahiyyətlərindəki qabiliyyətlərinin təzahür etməsi üçün, Cənabı Haqq onu bu icazəni verir. Şeytan deyər:
“(İblis) dedi: “Sən məni yoldan çıxartdığına görə mən də Sənin düz yolunun üstündə oturub (insanları) tovlayacağam. Sonra onların yanına önlərindən və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən”. (Əraf surəsi, 16-17)
Şeytan insanlar üzərində hakimiyyət qurmaq üçün hər yola müraciət edər, hər cür vəsvəsələr edər. (2) Kimini qorxu damarından tutar. Kimini boş xülyalarla aldadar. Kiminə surəti-haqdan görünər. Kimini şəhvətdən sapdırar, kimini qəflətdən... Hədisin ifadəsiylə, “İnsanın damarlarında cərəyan edən qan kimi, insanın bədənində cərəyan edər.” (3) Qalalar zəif yerlərindən fəth edilir. Şeytan da, insanın zəifliklərindən faydalanaraq onu fəth etməyə çalışır.
Şeytanın vəsvəsələrinə qapılan və onun yolundan gedənlər, Allaha qul olma yerinə, şeytana qul və kölə olarlar. Onun dediklərini etməklə, onun məmurları halına gəlirlər. (4) Cənabı Haqq, insanlara bu xəbərdarlığı edir:
“Şeytanın addım izləri ilə getməyin! O, sizin açıq-aşkar düşməninizdir.O sizə pis və iyrənc işlər görməyi və Allaha qarşı bilmədiyiniz şeyləri söyləməyi əmr edir.” (Bəqərə surəsi, 168-169)
Quranda şeytanla əlaqədar hekayələrin bir qisminin məalləri belədir:
“Bir zaman Rəbbin mələklərə dedi: “Mən başqa şəklə düşmüş qara palçıqdan, (toxunduqda saxsı kimi) səs çıxaran quru gildən insan yaradacağam! Mən ona biçim verib Öz ruhumdan üfürdüyüm zaman siz ona səcdə edin!” Mələklərin hamısı (ona) səcdə etdilər. Lakin İblis xaric! Yalnız İblisdən başqa. O, səcdə edənlər arasında olmaqdan imtina etdi.”(1)
(Allah) dedi: “Mən sənə əmr etdikdə sənə səcdə etməyə nə mane oldu?” (İblis) dedi: “Mən ondan daha üstünəm. Çünki Sən məni oddan, onu isə palçıqdan yaratmısan!” (İblis) dedi: “Sənin, başqa şəklə düşmüş qara palçıqdan, (toxunduqda saxsı kimi) səs çıxaran quru gildən yaratdığın insana səcdə etmək mənə yaraşmaz!” (Allah) dedi: “Çıx oradan! Sən artıq (rəhmətimdən) qovulmuşsan! Haqq-hesab gününə qədər lənətim sənin üzərində olacaqdır!” (2)
(İblis) dedi: “Ey Rəbbim! Onların dirildiləcəkləri günə qədər mənə möhlət ver(Allah) dedi: “Sən möhlət verilənlərdənsən. Ancaq məlum vaxtın gününə qədər”. (İblis) dedi: “Ey Rəbbim! Sən məni yoldan çıxartdığına görə, mən də yer üzündə onlara (pis işləri) gözəl göstərib onların hamısını azdıracağam. Yalnız Sənin sadiq qullarından başqa.”(3)
(İblis) dedi: “Sən məni yoldan çıxartdığına görə mən də Sənin düz yolunun üstündə oturub (insanları) tovlayacağam. Sonra onların yanına önlərindən və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən”.(7:16-17)
(Allah) buyurdu: “Çıx get! Onlardan kim sənə uysa, tam bir əvəz kimi cəzanız Cəhənnəm olacaqdır. Onlardan gücün çatdığı kimsələri səsinlə (günah)a təhrik et, atlı və piyadanı onların üstünə yerit, mallarına və övladlarına şərik ol, onlara vədlər ver. Şübhəsiz ki, şeytan onlara ancaq yalan vədlər verər. Əslində, Mənim (ixlaslı) qullarım üzərində sənin hökmün olmayacaqdır. Qoruyan olaraq Rəbbin yetər.”(17:63-65)
“Biz dedik: “Ey Adəm! Bu, həm sənin, həm də zövcənin düşmənidir. O sizi Cənnətdən çıxartmasın, yoxsa bədbəxt olarsan. Sən orada nə ac qalacaq, nə də çılpaq olacaqsan. Sən orada nə susayacaq, nə də bürküdən əziyyət çəkəcəksən!”(20:117-119)
Şeytan ona vəsvəsə edib dedi: “Ey Adəm! Sənə əbədiyyət ağacını və tükənməyəcək bir mülkü göstərimmi?” (20:120)
Şeytan onların bir-birindən gizli qalan ayıb yerlərini özlərinə göstərmək üçün onlara pıçıldayıb dedi: “Rəbbiniz sizə bu ağacı yalnız ona görə qadağan etmişdir ki, siz mələk və ya (Cənnətdə) əbədi qalanlardan olmayasınız”.(Üstəlik) onlara: “Şübhəsiz ki, mən sizin nəsihətçilərinizdənəm”– deyə and içdi. Beləliklə, (şeytan) onları tovlayaraq Cənnətdən aşağı endirdi. Hər ikisi ağacdan daddıqda ayıb yerləri özlərinə göründü və onlar Cənnət (ağaclarının) yarpaqlarından ayıb yerlərinin üstünə örtməyə başladılar. (4)Rəbbi onlara (belə) müraciət etdi: “Mən sizə o ağacı qadağan etmədimmi və şeytan sizin açıq-aşkar düşməninizdir, demədimmi?”
Hər ikisi: “Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan və bizə rəhm etməsən, əlbəttə, ziyana uğrayanlardan olarıq”– dedilər.”(7:22-23.)
“Şeytan isə (ağaca yaxınlaşdırmaqla) onları aldadıb olduqları yerdən çıxartdı.”
( 2:36.)
(Allah) dedi: “Bir-birinizə düşmən kəsilərək (yerə) enin! Yerdə sizin üçün müəyyən vaxta qədər qərar tutacağınız məskən və faydalanmaq üçün (istifadə edəcəyiniz şeylər) vardır.” “Siz orada yaşayacaq, orada öləcək və oradan çıxarılacaqsınız”. (5)
Bəli, şeytan baş qaldırdı və özünə Allaha baş qaldıracaq yandaşlar axtardı və axtarışa davam edir. O da var ki, bu mövzuda ona ilk uyanlar insanlığın ana və atası olan Hz. Adəm və yoldaşı Həvva oldu. Ancaq onlar Allaha:
“Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan və bizə rəhm etməsən, əlbəttə, ziyana uğrayanlardan olarıq.”(7:23.)
deyə dua edib səmimi tövbə etdilər, Allah da onların tövbələrini qəbul etdi. Ancaq özü, yəni şeytan qürurunu məğlub edib tövbə edə bilmədi və bunun da cəzasını həm dünyada həm də axirətdə çəkəcəkdir.
(3) - Hicr, 15:36-40; Əraf, 7:14-15; Sad, 38:79-82.
(4) - Əraf, 7:20-22; Ta ha, 20:121.
(5) - Əraf, 7:24-25; Bəqərə, 2:36; Ta ha, 20:123.
(6) – Ta ha, 20:124-125; Bəqərə, 2:38.
6-)
Şeytanın xarakteristik xüsusiyyətləri nələrdir?
Şeytanın insana düşmən olduğu, onu aldatmaq və səhv işlər etdirmək üçün and içdiyi və nəticədə özüylə birlikdə cəhənnəmə bir çox insanı da aparacağı bilinən bir xüsusdur. İnsanı aldatmaq üçün nələr edə biləcəyi, onları haralardan tutub vura biləcəyi də Quranda bildirilmişdir..
Şeytanın xarakteristik xüsusiyyətlərindən, yəni hiylə və desisələrindən, oyun və intriqalarından bəziləri bunlardır:
1 -Yalançı və and içəndir
Şeytanın ən böyük xüsusiyyətlərindən biri yalan danışmaqdır. Onsuz da başqa cür kimsəni aldada bilməzdi. Adəm ilə Həvvaya söylədiyi Qurani Kərimdə belə xəbər verilməkdədir:
“Şeytan onların bir-birindən gizli qalan ayıb yerlərini özlərinə göstərmək üçün onlara pıçıldayıb dedi: “Rəbbiniz sizə bu ağacı yalnız ona görə qadağan etmişdir ki, siz mələk və ya (Cənnətdə) əbədi qalanlardan olmayasınız”.(Üstəlik) onlara: “Şübhəsiz ki, mən sizin nəsihətçilərinizdənəm”- deyə and içdi.” (Əraf, 7:20-24)
Şeytan bu ilk yalandan bu yana insanları həmişə aldatmağa çalışmışdır.
Bu vəziyyətdə insan, etdiyi işin doğruluğunu və ya səhvini dinin ölçülərinə görə qiymətləndirməli və yaxşıca araşdırdıqdan sonra etməlidir.
2- Məcburetmə gücü yoxdur
Ayəti -kərimələrdə açıqca xəbər verildiyi kimi şeytanın insan üzərində məcburedici sanksiya gücü yoxdur. Qurani Kərimdə:
“Şübhəsiz ki, qullarım üzərində sənin heç bir hökmün yoxdur. Yalnız sənə uyan azğınlar istisnadır.”(Hicr, 15:42)
deyilməsi də bu məqama açıq işarədir.
Ayədə ifadə edildiyi kimi, şeytanın insanları zorla sapdırması deyə bir şey yoxdur. Buna qarşılıq Allah insanlara daha yaxındır və köməkçidir. Necə ki, bu mövzuya təmas edən bir ayədə belə deyilir:
“Halbuki o, bu insanlar üzərində ixtiyar sahibi deyildi. Biz ancaq axirətə inananla ona şəkk gətirən kimsələri ayırd etmək üçün (şeytana )belə bir fürsət verdik. Sənin Rəbbin hər şeyi mühafizə edəndir.” (Səba, 34:21)
Bu ayədə şeytana tanınan müddətin hikmətinin, axirətə inananlarla inanmayanların bir-birindən tam olaraq ayrılması olduğu ifadə edilmiş olur.
3- Riyakardır
Riyakarlıq, heç şübhəsiz ki bir şeytan sifətidir. Özünü bəyənmə, bəyəndirmə, bir şeyi başqalarının razılığını qazanmaq üçün etmə, ibadətlərinə nümayiş və ya mənfəət üçün etmə şeytanın və ya şeytana uyanların sifəti ola bilər.
“Və o kəsləri ki, öz mallarını insanlara göstərmək məqsədilə xərcləyir, Allaha və Axirət gününə inanmırlar. Kimin yoldaşı şeytandırsa, necə də pis yoldaşdır o!” (Nisa, 4:38)
4- Haqqı batil, batili də haqq göstərər.
Quranı Kərimdə, insanları Haqq yoldan ayırıb, küfr və dəlalət kimi səhv yollara sürümək üçün sərf edilən bir qisim sözlərin və fəlsəfi şərhlərin şeytani olaraq xarakterizə edildiyini görürük. İnsanları aldatmaq üçün bəzəkli sözlər seçmək, yalanlarını ört-bas edə bilmək üçün cazibədar ifadələr istifadə etmək və fəlsəfi şərhlər etmək şeytani işlərdəndir.
Abdullah b. Əmr (r.a.)dan nəql edilən bir hədisi-şərifdə Rəsulullah (s.ə.v)ın belə buyurduğu rəvayət edilir:
“Allahın insanlardan ən nifrət etdiyi adam, mal-qaranın diliylə ağızını qarışdırdığı kimi, (səhvi doğru, doğrunu səhv göstərmək üçün) danışarkən dilini dolaşdırıb bəlağət edəcəyəm deyə (söz çatladan və sözü gəvələyib) duran kimsədir.” ( Əbu Davud, Ədəb, 67)
Bu mövzuda Qurani Kərimdə belə buyurulur:
“Beləliklə, Biz hər bir peyğəmbər üçün insanlar və cinlərdən olan şeytanlarından düşmənlər müəyyən etdik. (Bunlar) aldatmaq məqsədilə bir-birlərinə təmtəraqlı sözlər təlqin edirlər. Əgər Rəbbin istəsəydi, onlar bunu etməzdilər. Onları uydurduqları şeylərlə birlikdə tərk et.”(6:112-113)
5- İnsanın düşmənidir
Şeytan insanın əbədi düşmənidir. Bu ifadə də Qurani Kərimdə, bir çox yerdə açıqca zikr edilir :
“şeytanın izi ilə getməyin” və ya “şeytana ibadət etməyin; o sizin açıq-aydın düşməninizdir”( Bəqərə, 2/168, 208-209; Yusuf, 12/5; Yasin, 36/60-64; Ənam, 6/142; İsra, 17:53; Fatır, 35/6; Zuxruf, 43/62)
buyurularaq insan xəbərdar edilir.
Yenə ayələrdə, şeytanın hiyləgər ara vuran olduğu və buna möminlərin aldanmaması lazım olduğu vurğulanaraq, inanan insanların bir-birlərinə yaxşı davranmaları lazım olduğu, incidici olmamaları, gözəl söz söyləmələri və sözün ən gözəli olan Quranın ədəb və əxlaqına uyğun davranmaları tövsiyə edilmişdir.
6- Pis yoldaşdır
Quranı Kərimdə şeytanın, kafirlərin dostu olduğu da bildirilir.
“Həqiqətən, Biz, şeytanları iman gətirməyənlərin dostları etdik. (Şeytanlar) öz qardaşlarında azğınlığı artırarlar. Sonra da onlardan əl çəkməzlər.” (Əraf, 7:27, 202)
7 -Qurandan uzaq olanların yaxın dostudur
“Kim Mərhəmətli (Allahın) zikrindən üz döndərsə, Biz şeytanı ona calayarıq və o da ona yoldaş olar.. Şübhəsiz ki, şeytanlar onları haqq yoldan sapdıracaq, onlar isə özlərinin haqq yolda olduqlarını güman edəcəklər. Nəhayət, o, hüzurumuza gəldikdə (yoldaşına) deyər: “Kaş ki, mənimlə sənin aranda məşriqlə məğrib (arasındakı )uzaqlıqqədər (məsafə) olaydı. Sən nə pis yoldaş imişsən!” (Zuxruf, 43:36-38)
8- İnsanı hər yerdən görər və aldatmağa çalışar
Quranı Kərimdə, insanın şeytanı görmədiyi halda şeytanın onu gördüyündən və insana ümid etmədiyi yerlərdən yaxınlaşıb aldatdığından bəhs edilir. Bundan məqsəd, insanın özünə diqqət yetirməsi lazım olduğu və şeytana açıq qapı buraxmaması barəsində xəbərdar edilməsidir. Şeytan daha çox, bizim zəif olduğumuz nöqtələri yoxlayar və buralardan soxulub aldatmağı hədəf alar. Bu xüsus Qurani Kərimdə belə izah edilir:
“Ey Adəm oğulları! Şeytan, əcdadınızın ayıb yerlərini özlərinə göstərmək məqsədilə (aldadaraq) libaslarını soyundurub Cənnətdən çıxartdığı kimi, sizi də aldatmasın. Şübhəsiz ki, o və onun nəsli sizləri sizin onları görə bilmədiyiniz yerlərdən görürlər. Həqiqətən, Biz, şeytanları iman gətirməyənlərin dostları etdik.” (Əraf, 7:27)
İnsanın ağılını məşğul edən və zehnini yoran hadisələrdən biri də, Hz. Adəmin cənnətdən çıxarılması, dünyaya göndərilməsi və bu hadisəyə də şeytanın səbəb olmasıdır. Bəzi insanların ağılına belə bir sual gəlir: “Əgər şeytan olmasaydı, Hz. Adəm cənnətdə qalacaq və biz də oradamı olacaqdıq?”
Bu mövzunun izahında, Cənabı Haqqın, Hz. Adəmi yaratmazdan əvvəl mələklərlə olan söhbətinə diqqət yetirək. Bəqərə surəsində belə deyilir:
“Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir canişin bərqərar edəcəyəm!”– dedikdə, onlar: “Biz Səni həmd-səna ilə təriflədiyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada fəsad törədib qan salacaq bir kəsmi yerləşdirəcəksən?”– söylədilər. O dedi: “Şübhəsiz ki, Mən sizin bilmədiklərinizi bilirəm!” (Bəqərə Surəsi, 30)
Ayəti -kərimənin məalində də görüldüyü kimi, Cənabı Haqq daha Hz. Adəmi yaratmadan əvvəl insan növünü yer üzündə var edəcəyini xəbər verir. Yəni insanların cənnətdə deyil, dünyada yaşayacaqlarını bildirir. Şeytanın Hz. Adəmi aldatması, insanın dünyaya göndərilməsinə yalnız bir səbəb olmuşdur.
Digər tərəfdən, mələklərdən fərqli olaraq insana nəfs və şəhvani hisslər verilmişdir. Bu hisslərin görülməsi üçün insanların dünyaya göndərilməsi, onlara bəzi məsuliyyətlərin verilməsi və imtahana tabe tutulması lazımlı idi. Ta ki, insan bu imtahan və təcrübə sonunda ya cənnətə layiq bir qiymət alsın, yaxud cəhənnəmə əhil olacaq bir vəziyyətə girsin.