İbtidai cəmiyyətlərdə, kobud qüvvətə söykənən zorakı evliliklər çox yaşanmışdır. Belə dövrələrdə və elə ətraflarda nə bir qızcığaz öz istədiyini özü seçməkdən əmin ola bilər, nə də qızı yetişdirən ana ata balalarının gələcəyindən qorxu duymadan yaşaya bilərlər. Çünki hər an bir kobud qüvvət sahibinin hücumuna məruz qala bilərlər. Qızlarını qaçırmağı ağlına qoymuş bir ibtidai düşüncə, hər şeyi alt-üst edə bilər. Ana ata və ailəni asanca dövrə xaricinə itələyib razılığı olmayan qızı qaçıraraq sonunda evlənməyə razı salacaq vəziyyətə gətirə bilər.
Bu cür zorakı evliliklər kobud qüvvətin hakim olduğu ibtidai cəmiyyətlərdə qorxuducu ölçüdə yaşanmışdır. Belə bir qaçırma hadisəsindən sonra iki ailə də başdan bunu namus məsələsi edib düşmən kəsilmişlər, bir müddət bu düşmənliklərini davam etdirdikdən sonra çarəsiz qalıb olanları unutmağa çalışmaq və bir razılaşma zəmini tapıb barışmak məcburiyyətində olduqlarını anlamışlar. Yəni bir bədbəxt başlanğıc təməli üzərinə xoşbəxt ailə yuvası tikməyə məcbur qalmışlar.
Kobud qüvvətlə işini həll etməyi seçən təcavüzkarın bundan sonra razılaşmağa uyğun mədəni insan görünüşü verməsini isə, ayının kimsəyə qapdırmamaq üçün ov ətini torpağa basdırıb qorxudaraq kimsənin yeməyəcəyi vəziyyətə gətirdikdən sonrakı təcavüzkarlıqdan keçmə halına bənzədərlər. Əti xarasb etdikdən sonra artıq kimsənin əlindən alma təşəbbüsünə keçməyəcəyindən əmin olan ayı, təcavüzkarlıqdan keçər, ətrafıyla uyğun hala gələr.
Təbii bu təşbeh və şərh, razılığı olmayan qızı zorla qaçırıb artıq kimsənin istəməyəcəyi hala gətirən zorba üçün edilmişdir. Əgər qızın razılığı daxilində bir qaçışsa bu, əlbəttə vəziyyət eyni ağırlıqda bir təşbehə layiq olmaqdan çıxar; kaş ki ailəsiylə razılaşaraq qurulsaydı bu qohumluq xahişinə çevrilər.
Bu cür qız qaçırma hadisələrində laqeydliyin çarəsi, nikahdır!. Qızı qaçırmaqla halallıq gəlməz. Halallıq ancaq razılığıyla bəli deyən qızın nikahından sonra olar. Bu səbəbə görə nikah razılaşması təxir edilə bilməyəcək bir məcburiyyətdir.
Hənəfiyə görə heç olmasa iki ədalətli şahidin hüzurunda edilən sərbəst istəyə bağlı nikah, etibarlıdır. Ancaq belə bir nikahdan sonrakı münasibət haramlıqdan qurtarar, halallıq gətirər. Yetər ki tərəflər heç olmasa iki şahidlə evlilik haqqlarını isbat etmə imkanına qovuşmuş, inkar ehtimalından xilas olmuş olsunlar
Şafiyə görə isə, iki xarici şahid kafi olmaz. Qızın vəlisinin icazə və razılığı da alması lazım gəlir. Yəni qaçırmaqla qanuni evlilik başlamaz. Hadisədən xəbəri olan ana atanın icazəsiylə edilən nikahdan sonra qanuni evlilik olar.
Aydın olan odur ki, qız qaçırmaq surətiylə yuva qurma təşəbbüsləri qızın razılığı xaricində isə tamamilə qanunilikdən uzaq ibtidai bir zorbalıqdır. Razılığıyla reallaşdırılmışsa, bu dəfə nikah hadisəsi ilk çarə olaraq ən qabaqda görünməkdədir.
Bundan ötəri İslamda qurulacaq yuvanın təməli, kobud qüvvətə və ibtidailik üzərinə atılmaz. Qarşılıqlı anlayış və razılıq təməli üzərinə tikilər xoşbəxt ailə yuvası. Ailələr gənclərin xoşbəxt olacaqları seçimlərinə dəyər verməlilər. Bəzən bir inad və heçnədən böyük səhvlər edilir, təmiri mümkün olmayan təxribatlar ola bilir.
Gənclər isə hər tərəfi qırıb tökmə bahasına etdikləri icazəsiz seçimlərinin səhvini ancaq hisslərinin təzyiqindən xilas olduqdan sonra anlaya bilir, onlar da dərin peşmanlıqlar duyurlar. Amma iş işdən keçmiş, bu peşmanlıqlar fayda gətirməz hala gəlmişdir.
Artıq bundan sonrakı çarə, aranı açacaq şəkildə keçmişi qurdalamaq deyil, tam əksinə birliyi təmin edəcək şəkildə gələcəyə baxmaq, gənclərin gələcəyini düşünməkdir..
Allah (c.c) intiqam arxasında qaçanları deyil, əfv və xoşgörüş içində olanları sevər. Böyüklüyün şanından olan da əfvdir; intiqamçı bir zehniyyətlə küsülüyü davam etdirmək deyil.
Əhməd Şahin
3-)
Boşa keçən zamanlar....
“Elə ki (risaləti təbliğ etməkdən və ya dünya işlərindən) azad oldun, qalx (dua et)! (Axirət üçün çalış-vuruş) və ancaq RƏBB`inə yalvar!” ( əl-İnşirah surəsi, 94/7-8.)
"Mühüm işlərdən birini bitirdikdə, ardından başqa bir işə yönəl ki beləcə, bütün vaxtını mühüm işlərlə dəyərləndirmiş olsan" (İbn Aşur, XXX, 416-417)
İnsanlara dəvət vəzifəsini bitirdikdən sonra, yaradana ibadət etməyə çalış; Dünya işlərini bitirdikdə, özünü axirəti qazanmaq üçün yor. (Muhamməd Ali Əs-Sabuni, Safvətü’t-Təfasir, Ənsar Nəşriyyat: 7/350.)
İstək və arzunu müvəqqəti dünyaya deyil, Allah qatında olan şeylərə yönəlt. İbn Kəsir belə deyir: Yəni, Dünya işləri və məşquliyyətlərini bitirib onlarla əlaqəni kəsəndə ibadətə yönəl və könlünü dünya işlərindən azad etmiş olaraq şövqlə ibadətə qalx, sadəcə Rəbbin üçün niyyət et və ixlasla O`nu istə (Muxtasar-ı ibn Kəsir, 3/653)
O halda boş qaldığın vaxt, yəni hər çətinliyə bir asanlıq vəd edilmiş olduğu üçün bir vəzifəni, bir ibadəti bitirib bir çətinlikdən bir asanlığa keçdiyin, bir az dincəldiyin, məsələn, fərzlərini əda etdiyin vaxt فَانْصَبْۙ yenə yorul, iş bitdi deyə, rahata düşüb qalma, yenə zəhməti seçib digər bir ibadət üçün qalx, çalış, yorul. Fərz bitdisə nafiləyə keç, namaz bitdisə duaya keç ki, asanlıq da artsın və şükürdə davam etmiş olasan. Məlum olduğu kimi, "nasab" yorğunluqdur. Asanlıq tənbəlliyə sövq etməməli, çalışmağa təşviq edici olmalıdır ki, onun arxasından da bir asanlıq gələrək, tərəqqi hasil olsun.
“Faydalı işlər görməyə #tələsin. Yaxın gələcəkdə bəzi fitnələr qaranlıq gecə kimi hər tərəfi bürüyəcək. O zaman insan sabaha mömin kimi çıxar, kafir kimi gecələyər. Mömin kimi gecələyər, kafir kimi sabahlayar. Dinini azacıq dünyalıq qarşılığında satar”. (Müslim, İman 186. Həmçinin bax. Tirmizi, Fitən 30, Zöhd 3; İbn Macə, İqamə 78)
“Yeddi (əngəlləyən) şey gəlmədən yaxşı işlər görməyə tələsin. Yoxsa həqiqətən unutduran #kasıblıq, azdıran #zənginlik, pərişan edən #xəstəlik, nə dediyini bilməyən #qocalıq, qəflətən gələn #ölüm, gəlməsi gözlənənlərin ən şərlisi olan #Dəccal, bəlası ən dəhşətli və ən acı olan #Qiyamətdən başqa nə isə gözlədiyinizi zənn edirsiniz?” (Tirmizi, Zöhd 3)
Allah Rəsulunun (s.ə.s) əmisi, ümmətin alimi Abdullah ibn Abbas (r.a), Rəsulullahın (s.ə.s) belə buyurduğunu nəql edir: “İki nemət vardır ki, insanların çoxu bunda aldanmışdır. Qiymətini bildikləri halda onlardan istifadə etməkdən, faydalanmaqdan məhrum qalmışdır. Bu iki mühim nemət; sağlamlıq bə boş vaxtdır.” (Buxari, Riqaq, 1, 60; Tirmizi, Zühd, 1; İbn Məcə, Zühd, 15; Əhməd ibn Hənbəl, Müsnəd, I, 344)
Allah Təalanın insanlara bəxş etdiyi dünyəvi nemətlərin ən dəyərlilərindən ikisi, sağlamlıq və boş vaxtdır. İnsan bu iki əsas neməti Allahı razı salmaq üçün istifadə etdiyi zaman həm bu dünyada həm də ki, axirətdə xoşbəxtliyə çata, yanlış yerlərdə istifadə etdikdə isə axirətdə bunun hesabını verməli olar. Üstəlik, dünyəvi cəhətdəndə bir çox sıxıntılarla da üzləşər.
Boş vaxt problemi, həyatın məqsədsiz olmasından qaynaqlanır. Yoxsa, boş vaxt problemi, insan fitrətindən qaynaqlanan təməl bir problem deyildir. Əksinə müasir mədəniyyətin saxtalığından qaynaqlanan, sonradan ortaya çıxan bir problemdir.
Boş vaxt insanın özünü; faydasız, cəmiyyətin işləməyən və xeyir verməyən iflic bir orqanı olaraq hiss etməsinə gətirib çıxarır.
Şeytan, boş vaxtda insana vəsvəsə verir. Hisslərini həvəsləndirir və alovlandırir və nəticdə onlar da insanı yandırır. Çünki nə olursa olsun, heç bir iş olmadan vaxt bolluğu, insanı şeytani vəsvəsələrin və təhlükəli düşüncələrin əsarətinə salar.
Boş vaxt- düşüncəni, ağlı və bədəni gücləri öldürən bir xəstəlikdir. Çünki nəfsin mütləq bir hərəkəti və işi olmalıdır. Nəfs bunlardan boş olduqda düşüncə geriləyər və ağıl işləməyən hala gələr. Nəfsin hərəkəti zəifləyər. Alçaq düşüncələr qəlbi işğal edər.
Narkotikdən istifadə etməyin yayılması və bir çox müsəlman cəmiyyətlərində təhlükəli səviyyələrə çatması, boş vaxt probleminin doğru bir şəkildə nəzarətə alınamamasından qaynaqlanır.
Boşluq içində yaşayan bir gəncin, başqalarının əlinə şikar olaraq düşməsi və yönləndirilməsi asandır. Batil sektalar və görüşlərin təsirinə düşənlərin həyat hekayələrini oxuyan; onların, boş vaxt problemi yaşayan gənclərdən olduğunu görər. İnsanların mal itkisinə müəyyən bir ölçüdə diqqət etdiyini və zərərlərinın dərəcəsini bildiyini, fəqət vaxt itkisinin mənasını dərk edə bilmədiklərini görmək həqiqətən kədərləndirici bir haldır. Ömər ibn əl-Xattab (Allah ondan razı olsun) işçisinə belə deyərkən nə doğru söyləmişdir:
“Bu əllər, səni günah ilə məşgul etmədən əvvəl mütləq ALLAH`a (cəlla cəlaluhu) itaətlə məşgul edilməlidir.”
Nəfsini xeyir ilə məşgul etməyəni, nəfsi batil ilə məşgul edər. Boş vaxtını xeyir və doğruluqla doldurana müjdələr olsun!..
Boş vaxta gözəl bir şəkildə hakim olmaq və onu uyğun yollarda sərf etmək, ümmətin mənsublarının güclərini faydasız olmaqdan qoruyar, fikri xəstəliklərə və zəhərlərə qarşı ümmətə dözüm və qətiyyət qaz