Dinin tiryək olduğunu söyləyənlər Allaha, peyğəmbərlərə inanmayan kəslərdir. Bu durumda olan kimsələrlə “dinin tiryək” olup olmadığı barəsində mübahisə etmək yersizdir. Çünki bunların bu ifadələrinin altında materyalist fəlsəfənin təsiri var.
Bunlarla mücadilə edərkən Allaha, Hz. Məhəmmədə (s.ə.s) və Qurana iman etmələrinə şərait yaradcaqbiliklərə sahib olmaq və bu bilgilərini gözəl bir üslubla -qarşı tərəfin xətrinə dəymədən-bölüşmək lazımdır.
“Din tiryəkdir.” iddiasına gəlincə bu ifadədə yanlış və xətalı düşüncələr yatır:
"Din qurumu həqiqətdə varlıların kasıbları, əzənlərin əzilənləri, idarəçi heyətin idarə olunanları uyuşdurmaq, beyinlərini yumaq və beləlikləonların həqiqətləri görmələrini əngəlləmək üçün uydurduqları bir nağıldır. Həmçinin, din dünya üçün çalışmağı əngəllədiyindən tərəqqiyəmane olduğu üçün bir tiryək vəzifəsini görür."
Bu iddiaların və iftiraların heç birisinin doğru olmadığını göstərən minlərlə dəlil var. Ancaq burada ümumi yanaşma ilə ümumbəşəri bir din olan İslamın bəzi meyarlarını nəzərdən keçirib mövzunu açmaqla kifayətlənəcəyik:
a. Quranda dəfələrlə küfrün qaranlıq, imanın isə bir nur / aydınlıq olduğu vurğulanmışdır. Bunun mənası budur: İslam dininə iman edənlərin ağılları, könülləri, bəsirətləri, duyğuları həqiqətləri görüb qavrayacaq bir hal alır. İnkar edənlərin bu cür qabiliyyətləri korlaşıb, kortalıb çalışmadığı üçün onlar qaranlıqda qalmağa məhkumdur. Deməli, din deyil, dinsizlik tiryəkdir.
b. İslama görə insanlığa faydalı olan hər cür çalışma ibadətdir. “Qiyamət qopmaq üzrə olsa belə əlinizdən gəlirsə, bir ağac əkin.” tövsiyəsinə sahib bir din mi tiryək, yoxsa axirətə inanmadığı üçün –şəxsin öz mənfəətinə uymayan- heç bir şeyi etməyə təşviq etməyən dinsizlik mi tiryək?
c. İlk ortaya çıxdığı gündən etibarən məzlumları, kasıbları qoruyan, zəkat qurumunu qurarak varlıların mallarının bir qismini möhtac olanlarla bölüşməyi əmr edən, məzlumların haqlarını axtararkən, mallarını müdafiə edərkən ölənləri şəhid qəbul edən, hər cür haqsızlığı, despotluğu, zalimliyi şiddətlə lənətləyən İslam dini mi, yoxsa öz mənfəəti üçün başqasının ayaqlarını öpəcək qədər alçaqlığı qəbullanan, mükafat yeri olan axirətə inancı olmadığı üçün “Mənədəyməyən ilan min yaşasın.. Mən tox olduqdan sonra bütün insanlar acından ölsə, mənə nə!” fikrini təlqin edən dinsizlik mi tiryəkdir?
d. Bəşəriyyət tarixi boyunca insanlara yardım əlini uzadan, mərhəmət edən, şəfqət eden, “haqsız yerə bir tək adamı öldürməyi bütün insanları öldürmək” qədər çirkin bir cinayət qəbul edən Hz. İbrahim, Hz. Musa, Hz. İsa və Hz. Muhamməd (Əleyhissalatü vəssəlam əcmain) kimi peyğəmbərlərin yolu olan din mi; yoxsa tarix boyunca Qabil kimi qatilləri, Firon kimi zalimləri, Qarun kimi -əsla bölüşməyi istəməyən- var-dövlət sərxoşları, hakimiyyət uğrunda yüz minlərlə insanı öldürən Lenin, Stalin, Mao və bənzəri çağdaş despotları yetişdirən dinsizlik mi bir tiryəkdir?
e. Allahdan gəldiyinə dair minlərlə möcüzə və dəlilləri ortaya qoyan, mənsublarına hər zaman ölüm sonrası axirət həyatını vəd edərək ölüm narahatlığını aradan qaldıran və ya nisbətən yüngülləşdirən din mi; yaxud hər zaman oyun,əyləncə və narkotik vasitələrlə mənsublarının beyinlərini dumanlandıran, ölümün yaxınlaşdığını hiss etdikləri andan etibarən addım-addım dar ağacına aparılırmış kimi duyğuları yaddaşlarına həkk edən, xüsusilə də, qırx yaşlarından sonra hər gün biraz daha torpaq altına girib yox olacaqlarını təlqin edərək insanları insanlıqdan çıxaran dinsizlik mi tiryəkdir?
f. Son olaraq bunu da bildirək ki, “Din tiryəkdir.” sözünü ortaya atanların bir qismi də bir çox sosyolojik qurumlar kimi din həqiqətinin toplumları idarə etmək və diktatorluqlar qurmaq üçün işlədilən bir xalq uyuşdurucusu olduğunu eyham edirlər. Zaman-zaman inanclı kəslər də bu ifadəni bu mənada işlətsələr də, əlbəttə, sözün əsl məzmunu “din” anlayışını layiq olduğu gözəllik məqamından salmaq olduğundan, biz bu suala yuxarıdakı tərzdə cavab verməyi uyğun gördük. Yoxsa dinin özü dindən itifadə edərək qurulan riyakar diktatorluqları yerlə-yeksan edib, Qarunların, Fironların səltənətini yıxıb, zalimlər yerinə məzlumların və zəiflərin haqlarını müdafiə etmək üzərinə qurulmuşdur. Dinin həqiqətini başa düşən (həqiqi başa düşən) hər adam bu sözün haqlılığını təsdiq edəcəkdir.
Qeyd: Bu mövzuları ən qısa yoldan -çox gözəl bir şəkildə- öyrənmək üçün Risaleyi-Nur Külliyatını oxumağın çox faydalı olacağını düşünürük.
Most Read in the Category of İslamın Təbliği
Təlqin motivasiya etmək, yönləndirmək,hərəkətə gətirmək kimi mənaları ifadə edir. İnsan həm daxildən, həm də xaricdən gələn təlqinlərə qarşı həssas bir alıcıdır. “Mütləq bacarmalıyam, çalışsam bacararam” deyən biri müvəffəqiyyət yolunda mühüm bir sirri əldə etmişdir. Bu tərz bir təlqin şəxsin özü-özünü motivasiya etməsidir. Bir atanın oğluna “Oğlum, səbir et, bacaracaqsan, böyük insan olacaqsan” şəklindəki təlqini isə xarici bir təlqindir.
Təlqindən mənfi yöndə də istifadə edilə bilər. “Mən adam olmayacağam, bacara bilmərəm” deyən bir kəs özü-özünü pis təlqin edər və nəticədə, həqiqətən də bacarmaz. Atasından və ya müəllimindən, “Sən adam olmazsan. Səndən nə xeyir gələr, nə də fayda” şəklində mənfi bir təlqinə məruz qalan birisi də bütün enerjisini itirər, ümidsizlik bataqlığında çırpınar durar.
Hər insan təlqinin müsbət və mənfi izlərini öz həyatında görə bilər. Siz sağlam ikən, bir-iki adam sizə “xəstələnmisənmi, nəyin var?” desə, özünüzü xəstə hiss edərsiniz. Siz xəstə ikən, başda həkiminiz olmaqla, ətrafınızdakılar “Maşallah,yaxşısan, özünə gəlmisən” şəklində danışsalar, o dəqiqə yaxşı olduğunuzu hiss edərsiniz.
Yaxşı motivasiya edilmiş bir insanın edə bilməyəcəyi bir fədakarlıq yoxdur. Məsələn, varlı kəslərə Allah yolunda verməyin fəziləti yaxşı izah edilsə, sərvətlərinin mühüm bir qismini infaq edə bilərlər. Elm yolunda motivasiya edilmiş gənclər hər gün yüzlərcə səhifə kitabı bezmədən,sıxılmadan oxuya bilərlər. Düşmənlə döyüşən əsgərlərə şəhidliyin fəziləti anladıldıqda ölümü gülərək qarşılaya bilərlər.
Bu son misalı Quran ayələrinin işığında bir az da açmaq istəyirik. Belə ki:
Qəhraman millətimizi, əsrlərdir cihad meydanlarında şövqlə gəzdirən, toya-düyünə gedirmiş kimi ölümə aparan bu həqiqətdir: “Ölərsəm şəhidəm, qalarsam qazi.” Quranda bu “ İki gözəldən biri ” kimi ifadə edilir. (5) Bu iki gözəl, “ya qalib gəlmək, ya da şəhid olmaqdır.” Şəhid olanların vəziyyəti bu şəkildə izah edilir: “Qətiyyən Allah yolunda öldürülənləri ölü sanma! Doğrusu onlar, Rəbbləri nəzərində diridirlər, mükafatlandırırlar. Allahın onlara verdiyi ehsana görə sevinclidirlər. Geridə qalanlara bunu müjdələmək istəyərlər: Onlara heç bir qorxu yoxdur və onlar üzülməyəcəklərdir.” (6)
Qazanmaq üçün kəmiyyət şərt deyildir. “Necə az topluluqlar sayca çox olanlara qalib gəlmişdir.” (7) Düşmənlər, çox görünsələr də, qəlbləri dağınıqdır. (8)Məqsədi mənfəət olanların hədəfi şəhadət olanları məğlub etməsi mümkün deyildir.
Ancaq inananların da zaman-zaman bəşəri zəiflikləri ola bilər. O zaman, onlar da dağılar, məğlubiyyət acısını dadarlar. Məsələn, Uhud döyüşünün sonunda müsəlmanlar sarsılmışdı.Xüsusilə, qarşı tərəfin “Məhəmməd öldürüldü” qışqırıqları, müsəlmanları ,demək olar ki, ruhdan salmışdı. Bu münasibətlə gələn ayələrdə belə buyrulur:
“Məhəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl də necə peyğəmbərlər gəlib keçmişdir. İndi O ölər və ya öldürülərsə, geriyə mi qayıdacaqsınız? Kim bu şəkildə qayıdarsa, Allaha əsla zərər verə bilməz. Allah şükr edənləri mükafatlandıracaqdır.”
“Heç bir nəfs Allahın izni olmadan ölməz. Hər kəsin əcəli yazılmışdır. Kim dünya mənfəətini istəyirsə, ona ondan verərik. Kim də axirət savabını istəyirsə, ondan verərik. Şükr edənləri mükafatlandıracağıq.”
“Necə peyğəmbərlər gəldi, yanlarında bir çox rəbbanilər (Rəbbə qul olanlar) döyüşdü. Allah yolunda başlarına gələn müsibətdən dolayı ciddiyyətlərini itirmədilər, zəiflik gəstərmədilər, miskinlik etmədilər. Allah səbr edənləri sevər.
“Onların sözləri ancaq bu oldu: Ey Rəbbimiz, günahlarımızı və işimizdəki ifratçılığımızı bağışla. Ayaqlarımıza qüvvət ver. Kafirlərə qarşı bizə yardım et!
“Allah da onlara həm dünya mənfəəti verdi, həm də axirət savabının gözəlliyini verdi. Allah, muhsinləri sevər.” (9)
Bu ayələr, ümidlərini itirmiş bir topluluğu yenidən dirildəcək, şövqlə hərəkətə gətirəcək təlqinlər mənzuməsidir.
Bir də, Təbük Səfərində iştirak etməyənlərlə bağlı bu xəbərdarlıqlara baxaq.
“Ey iman edənlər! ‘Allah yolunda səfərə çıxın!’ deyildiyi halda, sizə nə oldu ki yerinizdə ilişib qaldınız. Yoxsa, axirəti buraxıb dünya həyatına razı mı oldunuz. Halbuki, axirətin yanında dünya malı, çox az bir şeydir...” (10)
Quran-i Kərim cihada təşviq edərkən əvvəlkilərdən də misal gətirir: “Möminlərdən elə rical (ər kişilər) vardır ki, Allaha verdikləri sözə sadiq qaldılar. Kimi (şəhid oldu da) vədini yerinə gətirdi, kimi də gözləyir. Verdikləri sözü dəyişdirmədilər.” (11)
Təlqinin həyatı belə fəda etdirəcək bu təsirini gördükdən sonra hər cür fədakarlığa müsbət təlqinlərlə çatmağın mümkün olduğunu rahatlıqla söyləyə bilərik.
Qaynaqlar:
1. Əl-i İmran, 139.
2. Əl-i İmran, 110.
3. Ənfal, 39.
4. Aclûni, 462.
5. Tövbə, 52.
6. Əl-i İmran, 169-170.
7. Bəqərə, 249.
8. Həşir, 14.
9. Əl-i İmran, 144-148.
10. Tövbə, 38.
11. Əhzab, 23.
Dinin tiryək olduğunu söyləyənlər Allaha, peyğəmbərlərə inanmayan kəslərdir. Bu durumda olan kimsələrlə “dinin tiryək” olup olmadığı barəsində mübahisə etmək yersizdir. Çünki bunların bu ifadələrinin altında materyalist fəlsəfənin təsiri var.
Bunlarla mücadilə edərkən Allaha, Hz. Məhəmmədə (s.ə.s) və Qurana iman etmələrinə şərait yaradcaqbiliklərə sahib olmaq və bu bilgilərini gözəl bir üslubla -qarşı tərəfin xətrinə dəymədən-bölüşmək lazımdır.
“Din tiryəkdir.” iddiasına gəlincə bu ifadədə yanlış və xətalı düşüncələr yatır:
"Din qurumu həqiqətdə varlıların kasıbları, əzənlərin əzilənləri, idarəçi heyətin idarə olunanları uyuşdurmaq, beyinlərini yumaq və beləliklə onların həqiqətləri görmələrini əngəlləmək üçün uydurduqları bir nağıldır. Həmçinin, din dünya üçün çalışmağı əngəllədiyindən tərəqqiyə mane olduğu üçün bir tiryək vəzifəsini görür."
Bu iddiaların və iftiraların heç birisinin doğru olmadığını göstərən minlərlə dəlil var. Ancaq burada ümumi yanaşma ilə ümumbəşəri bir din olan İslamın bəzi meyarlarını nəzərdən keçirib mövzunu açmaqla kifayətlənəcəyik:
a. Quranda dəfələrlə küfrün qaranlıq, imanın isə bir nur / aydınlıq olduğu vurğulanmışdır. Bunun mənası budur: İslam dininə iman edənlərin ağılları, könülləri, bəsirətləri, duyğuları həqiqətləri görüb qavrayacaq bir hal alır. İnkar edənlərin bu cür qabiliyyətləri korlaşıb, kortalıb çalışmadığı üçün onlar qaranlıqda qalmağa məhkumdur. Deməli, din deyil, dinsizlik tiryəkdir.
b. İslama görə insanlığa faydalı olan hər cür çalışma ibadətdir. “Qiyamət qopmaq üzrə olsa belə əlinizdən gəlirsə, bir ağac əkin.” tövsiyəsinə sahib bir din mi tiryək, yoxsa axirətə inanmadığı üçün –şəxsin öz mənfəətinə uymayan- heç bir şeyi etməyə təşviq etməyən dinsizlik mi tiryək?
c. İlk ortaya çıxdığı gündən etibarən məzlumları, kasıbları qoruyan, zəkat qurumunu qurarak varlıların mallarının bir qismini möhtac olanlarla bölüşməyi əmr edən, məzlumların haqlarını axtararkən, mallarını müdafiə edərkən ölənləri şəhid qəbul edən, hər cür haqsızlığı, despotluğu, zalimliyi şiddətlə lənətləyən İslam dini mi, yoxsa öz mənfəəti üçün başqasının ayaqlarını öpəcək qədər alçaqlığı qəbullanan, mükafat yeri olan axirətə inancı olmadığı üçün “Mənə dəyməyən ilan min yaşasın.. Mən tox olduqdan sonra bütün insanlar acından ölsə, mənə nə!” fikrini təlqin edən dinsizlik mi tiryəkdir?