Most Read in the Category of Heyvanlar

1-) İnsanı öldürən heyvanın öldürülməsi şərtdir?

Kainatın təbii tarazlıqlarını və bu tarazlıqlardan birini təşkil edən heyvanları yaşatmağa cəhd göstərməliyik. Zərərsiz olan heyvanların xəstəlik yayma təhlükəsi və ya qanuni səbəb olmadan, öldürülmələri düzgün deyil. İnsanlara və ya mallarına hücum edənlərin xaricində qalan bütün heyvanların quruda və suda yaşayanların  öldürülməsi qadağandır. Onları öldürənlər isə məsuliyyət daşıyırlar. Ancaq hər hansı qəsd olmadan sahibsiz  heyvanın ölümünə səbəb olmaq isə günahı yüngülləşdirməklə birlikdə yenə də tövbə və istiğfar edilərək,  sədəqə verib, Allahdan üzr istəməyi dinimizdə tələb edilir. Əgər sahibi varsa sahibindən  halallıq almaq lazımdır. Ayrıca, heyvanın öldürülməsi zəruri olsa, ağrını hiss etdirmədən və qorxutmadan edilməlidir. Heyvan  insanı öldürsə, heyvanlığını göstərmiş olar. Heyvanların ağılları olmadığı üçün məsul tutula bilməzlər. Sahibi də həm Allah qatında məsul olar, həm də insan haqqları baxımından bilavasitə cinayət törətmiş olar. Bu səbəbdən heyvanların sahiblərinin qüsuru varsa, məhkəməyə müraciət edilir. Heyvanın sahibindən şikayət edilib, cəzalandırlır, ya da təzminat cəzası tətbiq olunur. Ancaq zərərə səbəb olan heyvan öldürülə bilməyəcəyi kimi, ona zərər verəcək heç nə edilə bilməz.


2-) Heyvanlara ilham necə verilir?

   İlham, ağıl nemətindən məhrum olan heyvanlar aləminə Allahın İlahi bir lütfkarlığıdır. O günahsız varlıqlar vəzifələrini ilhamla öyrənib, ilhamla yerinə yetirərlər. İnsanlar şəkər çuğundurundan şəkər hazırlayacaq səviyyəyə gəlmək üçün əsrlər boyu əmək sərf etdiyi halda, ilk arıların bugünkü arılar kimi bal hazırlaya bilmələri ancaq ilhamla açıqlana bilər.

   İnsanlar təyyarə hazırlamaq üçün əsrlərcə çalışmaqlarına baxmayaraq, bütün quşların, ağcaqanadların uçmağı bacarmaları ancaq ilhamla açıqlana bilər. Bəzi mənbələr isə bu İlahi lütfkarlıqlara instinkt deyərək bu sonsuz möcüzələri təbii və təsadüfi saymağa cəhd edirlər.

   İlham, hava qaraldığı zaman bir ağacın budaqları arasında gizlənən sərçələrdən, yuvalarına qayıdan qarışqalara, bir qaya parçasının aralıqlarında gizlənən balıqlardan, meşənin tənha bir küncündə özünə təhlükəsiz yer axtaran ceyrana qədər hər bir canlıya aid olan və hər bir canlını idarə edən bir aləmdir. Hamısı bir ilham ilə qədərinə uyğun olaraq gecələyəcəyi yeri ən gözəl şəkildə təyin edir. Ertəsi gün isə günəşin ilk şəfəqlərinin üfüqdə görünməsi ilə növbənöv və möhtəşəm vəzifə başlayır. Vəzifəlilərin hamısı müəyyən bir hiss ilə yola çıxar, müəyyən bir istiqamətə yönələr, uçar, qaçar, üzər... Amma heç biri hara getdiyini, saatın neçə olduğunu, neçə saat işləyəcəklərini və nə vaxt yuvasına qayıdacağını bilməz. Buna baxmayaraq, hamısının da işi İlahi bir ilhamla mükəmməl şəkildə görülər.

   Heyvanlar özlərinə ilham verən Rəblərini ilhamları vasitəsilə tanıyırlar. Bir heyvan özünün nə olduğunu, yəni neçə ayağı, mədəsi, ciyəri haqqında məlumatı olmasa belə mövcud olduğundan xəbərdardır. Onlar bu varlığı hər zaman qorumaq istər. Əlindən almağa cəhd etsəniz sizdən qaçar. Beləliklə, öz varlığını ilhamla bilən və bundan məmnun olan hər canlının ürəyində bilməyəcəyimiz bir formada bu lütfkarlığa təşəkkür duyğusu mövcuddur. Bəli, özünü bilən Rəbbini də bilməlidir. Bu anlayış heyvanların hamısında mövcuddur. Heyvanlar Rəbləri haqqında çox cüzi də olsa anlayışa sahibdirlər.

    Rastlaşdığımız hər hansı bir heyvan bizim daxili aləmimizi bilməkdən nə qədər uzaqdırsa, biz də onun daxili aləmini bilməkdən o qədər uzağıq. Bizim bildiyimiz onun yalnız bədəni və orqanlarıdır. Qanında nələrin üzdüyünü bilsək belə, onların nələr hiss etdiyini bilmirik. Əgər bir halda ki, heyvanların nə hiss etdiyini bilmirik, onda necə iddia edə bilərik ki, onlar Rəblərini tanımırlar?
 


3-) Dinozavrlara nə oldu?

Quranda ele bir ayə yoxdur, Allah Adəmdən öncə dünyada digər canlıları: heyvan və bitkiləri, cinləri, mələkləri yaratmışdı.

Dünyanın yaradılmasının ardından ilk insanların dünyada yaşamağa başlaması arasında müəyyən bir müddət keçmişdir. Bu müddət içərisində dinozavrlar dünyada yaradılmışdır. Bunun hikmətinə gəlincə, bugun dünyada insanlığın istifadə etdiyi enerji qaynaqlarının çoxu dinozavr kimi böyük məxluqların qalıqlarının məhsuludur. Cənabı Allah yer üzünün əsl sahibləri gəlmədən əvvəl onlar üçün yer üzündə hər cür ehtiyacı görəcək mühiti hazırlamışdır.
Dinozavrların ölməsinə gəlincə, bu məxluqların yaşamasına Cənabı Allah icazə versəydi, bu nəhəng məxluqlar insanlıq üçün böyük bir təhlükə ifadə edərdi. Bu səbəblə vəzifəsini tamamlayan bu varlıqlar, Allahın hikmətinin nəticəsi olaraq vəzifədən tərxis edilərək baqi ruh mövqesinə keçmişlərdir.


4-) Ağrı-acı çəkərək ölən bir heyvanı yemək şəfqətə, insanlığa zidd deyildirmi?

   Peyğəmbər Əfəndimiz sallalalhu aleyhi və səlləm belə buyurmuşdur:

"Heyvan kəsdiyiniz zaman, kəsmə prosesini yaxşı yerinə yetirin (acı çəkdirməyin). Və sizdən biri bıçağını itiləsin və kəsdiyi heyvanı rahatlaşdırın. "(Müslim, Zəbaih: 57; Əbu Davud, Ədâhî 11-12)

     Bu səbəblə iti bir vasitə ilə və üsuluna uyğun olaraq heyvanların kəsilməsinə diqqət etmək sünnətdir. (Bax. Zuhayli, əl-Fıkhu'l-İslami, 3/262) Bu ifadəyə görə hər hansı bir heyvan üsuluna uyğun kəsilmədiyi zaman, ona əziyyət edildiyi və acı çəkdiyi aydın olmaqdadır.

     Ancaq, üsuluna uyğun olaraq kəsilən heyvanların ağrını hiss etmədiyi söylənilə bilər. Allahın lütf və kərəmiylə hiss etmə duyularının tamamilə aradan qaldırılması ilə acı hissindən qurtulmaq mümkün ola bilər. Bu hal, Allahın mərhəmətinin bir göstəricisidir.

 

    Heyvanların çəkdiyi ağrıların insanın beyin qavrayışı və ölüm düşüncəsindən məhrum olduğu açıq bir xüsusdur.

    Heyvanların necə bir duyğu ilə bu ağrıları yaşadıqları insanla müqayisə edilə bilməz Çünki insan beyninin  qavrama mexanizmi qəbul edilən duyğulara müxtəlif məna və məzmunlar qatmaqdadır.

    Məsələn bir xəstənin xəstəliyindən duyduğu ağrı mexaniki bir ağrı olmaqla yanaşı, ümidsizlik, kimsəsizlik, çarəsizlik, yoxluq kimi hisslər insan şüuruna aid hisslərdir.

   Gerçəkdə bizim xəstəlik dediyimiz də, bu kədər, hüzn və iztirab hislərimizdən qaynaqlıdır.

    Bu səbəblə kəsilmək üçün yatırılan bir heyvan, bir şey hiss etməz. Yalnız bıçaq kəsdiyi vaxt hiss etmək istər; lakin, o his belə gedər, o ələmdən də xilas olar, inşallah. (Bax. Nursi, Şüalar, On Birinci Şüa)

    "Madam yaradan bilir elə də bilən danışar." qaidəsinə görə, bütün heyvanları yaradan və onları insanların xidmətinə təqdim edən Rəbbimiz, istifadə etdiyimiz heyvanları nemət olaraq təyin etmişdir. Əti yeyilən heyvanlar insanlara ruzi olaraq yaradılmışlar. İnsan bu heyvanları kəsdiyində onların ruhları cənnətə getməkdədir. Bədənləri isə insan bədənində vəzifə görməyə davam edəcək. Onların yaradıcısı olan Allah, əlbəttə onlara ən gözəl vəzifələr və ən gözəl bir gələcək hazırlamışdır.

 


5-) Hörümçək torunu dağıtmaq günahmıdır?

            Və aleykum Salam.

Zərəri olmayan hörümçək torlarını dağıtmaq uyğun olmaz. Ancaq məsələn evlərdə olan torları pozmanın bir qorxusu, günahı yoxdur.


6-) Quşların kompası var?

      Köç mövsümü gəldikdə, quşların başqa məmləkətlərə köçdüklərini görürük. Arıyeyən, bildirçin, sığırçın kimi quşlar 7.000 km-lik bir köç edirlər.Orta Avropa Leyləyi isə 10.000 km-lik bir köç edir. Gündə 150 ​​km məsafə qət edir.Köç çempionu isə Dəniz qaranquşdeyilən bir quşdur ki 25.000 km-lik bir səyahət edir.

     Bir mağaradan bir yarasa tutulub işıq keçirməz bir qəfəsə qoyulub. 300 km uzaqdan buraxılaraq yarasanın mağarasına qayıtdığı təsbit edilmişdir.Elm adamları, quşların istiqamətlərini dünyanın maqnetik sahəsindən vəya ulduzlardan tapdıqlarını deyiblərsə də bir təcrübə ilə bu batil fikirlərini özləri çürütmüşdürlər.

 Beləki, heç köç etməmiş bir leylək qəfəs içərisində İtaliyaya aparılıb köç mövsümündə sərbəst buraxılmışdır. Görülüb ki, bu leylək, ən qısa yolu təqib edərək 125 gün sonra nəslinin köç etdiyi məmləkətə çatmışdır.

    İndi, quşları bir kənara qoyaraq özümüzə də baxaq; əlimizə bir ünvan verilsə belə, çox vaxt gedəcəyimiz yeri bilmərik, azarıq. Hətta bir xəstəxanaya girsək, çıxış qapısını tapmaqda çətinlik çəkərik. Bir də yollardakı işarə lövhələrini götürsələr və bizdən Bakıdan Şuşaya getməyimizi istəsələr, hər halda ömrümüzün sonuna qədər oraya çata bilməzdik.

    Görəsən quşlar bizdən daha ağıllıdır yoxsa onlara ilham edən biri var?

    Deməli, Allahı inkar etmək quşdan daha axmaq olduğunu qəbul etməklə mümkündür.