Əlləri sadəcə ilk təkbirdə qaldırmaq (2)
İftitəh təkbiri xaricində, əlləri qaldırmamaq; və namazda, sükun (hərəkətsizliy)'in əmr edilməsi
812. Abdullah b. əl-Qibtiyyə'nin nəqlinə görə, Cabir b. Səmura (radiyallahu anh) belə demişdir:
Peyğəmbər (sallallahu aleyhi və səlləm), çıxıb yanımıza gəldi və:
"Niyə sizin, əllərinizi, -sərkəş (itaətsiz) atların quyruqları kimi- qaldırdığınızı görürəm? Namazda sükunət içərisində olun." (deyə) buyurdu. (Muslim, "Səhih", "Namaz kitabı", 27-ci bab: "Namazda sükunətin əmr olunduğu; əl ilə işarətin, salam verərkən əli qaldırmağın nəhy edilməsi; ilk səfləri tamamlayıb, səfləri sıx tutaraq, bir arada olmağın əmr olunduğu bab", hədis no: 119)
Bu hədisin, mövzumuzla bağlı qismi, "Namazda sükunət içində olun." ifadəsidir. Çünki bu, namazda:
~ sükunətin, vacib;
~ əlləri qaldırmağın isə, buna müxalif
olduğuna dəlalət etməkdədir.
Deyilə bilər ki:
"Niyə, sizin, əllərinizi, -sərkəş (itaətsiz) atların quyruqları kimi- qaldırdığınızı görürəm?" ifadəsi,
-Muslim'də, Təmim b. Tarafə vasitəsilə, Cabir b. Səmura (radiyallahu anh)'dan nəql edilən ikinci hədisin açıqca bildirdiyi üzərə-
xüsusilə salam verərkən əl qaldırmaq xüsusunda varid olmuşdur. Muslim'də yer alan hədisdə, Cabir b. Səmura, belə deyir:
"Allah rəsulu (sallallahu aleyhi və səlləm) ilə bərabər namaz qılarkən, -Cabir, əlilə 2 tərəfə işarət edərək- əs-sələmu aleykum və rahmətullah, əs-sələmu aleykum və rahmətullah deyərdik. Bunun üzərinə, Allah rəsulu (sallallahu aleyhi və səlləm):
'Siz, niyə -sərkəş atların quyruqları kimi-, əllərinizlə işarət edirsiniz? Biriniz salam verdiyi vaxt, yanındakına baxsın, əlilə işarət etməsin." buyurdu. (Muslim, "Namaz" kitabı, 120)
Deyirik:
• (Birincisi): Açıq olan budur ki, Təmim b. Tarafə hədisilə Abdullah b. əl-Qibtiyyə hədisi, bir-birindən müstəqil 2 ayrı hədisdir. Çünki, salam əsnasında əlini qaldıran kimsəyə, 'Namazda sükunət içində ol!' deyilməz. Çünki, namazda, belə hərəkət edən kimsə, o namazdan çıxmış olur. Bil!
• İkincisi: ibn Tarafə hədisinin davamı, bu hadisənin, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in arxasında qılınan bir namazda meydana gəldiyini göstərməkdədir. İbn Qibtiyyə hədisinin davamı isə, bu hadisənin, tək başına qılınan bir namazla bağlı olduğunu göstərməkdədir.
(Nəticə olaraq), bu 2 hədisin 1 olduğunu söyləmək, doğru deyildir. 1 olduğu qəbul edilsə belə, bundan:
Ruku edərkən və rukudan qalxdıqdan sonra, əli qaldırmamaq hökmünü çıxarmaq da mümkündür.
Çünki şeyx (Əşrəf Əli Təhanəvi), Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in
~ bir cəhətdən: namazın içində;
~ bir cəhətdən də: namazın xaricində
olan salam halında əl qaldırmamağı bildirməkdədir. Bu da, bizə bəhsi keçən nəhyin, insanın hər cəhətdən namaz içində olduğu hallarda məqbul bir hərəkət olduğunu, əvləviyyətlə göstərir. (haşiyə) Necə ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in: "Namazda sükunət içində olun." ifadəsi də, bunu göstərməkdədir. Bunu, ustadların ustadı, alimlərin başı, mühəqqiq Mövlana Muhamməd Yaqub açıqlamışdır. Bu ifadə, ümum etibarı ilə, rukuya gedərkən və rukudan qalxdıqdan sonra əl qaldırılmamasını gərəkdirərkən; iftitəh təkbiri əsnasında qaldırılmasını gərəkli qılmaqdadır. Çünki, iftitəh təkbiri əsnasında əl qaldırmaq, namazda deyil; namazın xaricində əl qaldırmaqdır. Məzhəbimizə görə, iftitəh təkbiri, namazın şərti olub, namazın mahiyyətinə daxil deyildir. Üstəlik, iftitəh təkbiri, alimlərin icması ilə, hədisdən müstəsnadır.
---------------------------
(Haşiyə:
Təhanəvi'nin qəsdi, "namazı bitirərkən hər iki tərəfə salam verərkən əlləri qaldırmamaq"dır. Salam isə, bir cəhətdən namazdan; bir cəhətlə də, namazın xaricindəndir. Çünki, təşəhhüd miqdarı oturduqdan sonra, salamsız da namazdan çıxıla bilər. Bir cəhətlə, namazdan; bir cəhətlə də, namazın xaricindən olan bir feldə belə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), əlləri qaldırmamağı əmr edirsə; bütün cəhətlərilə namazdan olan ruku və səcdələrdə də, bu əmr, əvləviyyətlə cari olmalıdır.)
----------------------------
Buxari'nin, İmama (əbu Hənifə'yə) etdiyi tənqidə cavab:
Buxari'nin "Rafu'l-yedeyn" bölməsində, təliq olaraq nəql etdiyi rəvayətə görə, ibnu'l-Mübarək, belə deyir:
"Mən, Numan b. Sabit (əbu Hənifə)'nin yanında namaz qılırdım. Əllərimi qaldırdım. Numan: 'Sənin, uçacağından qorxdum.' deyincə, Ona: 'Namazın başındakında (yəni, iftitəh təkbirində) uçmadım ki, ikincisində uçum.' dedim."
Vəki deyir:
"Allah, ibnu'l-Mübarək'ə rəhmət etsin. O, hazır cavab idi. Digəri (yəni, əbu Hənifə) isə, heyrət etdi." (Zeylai, "Nasbu'r-Rayə", l, 417; ibn Həcər, "əd-Dirayə", l, 155)
Bu təliqi, ibn Quteybə, "Tə'vil-u Muxtələfi'l-Hədis"də, bu şəkildə, mövsul (bitişik) olaraq rəvayət edir:
İshaq b. Rahuyə'nin Vəki'dən nəqlinə görə, əbu Hənifə: "Hər əyilmədə və qalxmada, niyə əllərini qaldırır? Uçmaqmı istəyir?" deyincə, Abdullah b. Mübarək: "İftitəh təkbiri üçün əl qaldırdığında uçmaq istəyirsə, başını rukuya əyərkən və rukudan qaldırarkən əl qaldırdığında da uçmaq istəyir." demişdir.
Deyirəm:
Bu cavabda, müxalifimiz üçün hüccət yoxdur. Çünki, əbu Hənifə, əl qaldırmağı, uçmağa bənzətmişdir. Eynilə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, salam əsnasında əlləri qaldırmağı, sərkəş atların quyruqlarını oynatmasına bənzətməsi kimi. İmamın muradı, əl qaldırmağın yersiz olduğunu; dolayısı ilə, -Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in yuxarıdakı bənzətmədəki olduğu kimi- bunu etməmək gərəkdiyini vurğulamaqdır. İbnu'l-Mübarək'in, əbu Hənifə'yə qarşı söyləmiş olduğu şey, eyni zamanda, hədisə qarşı da söylənə bilər. Çünki, salam əsnasında əl qaldırmaq, sərkəş atların quyruqları kimidirsə, iftitəh təkbiri əsnasında əl qaldırmaq da, belədir. O, belə deyildirsə; bu da, belə deyildir. Hədis haqqındakı sözünüz nədirsə, bizim də ibnu'l-Mübarək'in sözü haqqındakı sözümüz, odur. Bil!
Bunlardan əcaib olanı, bu böyük imamların, əbu Hənifə'ni tənqidə mahal olmayan bir cəhətdən tənqid etmələridir. Bunlar, belə bir tənqidin, hədisə qarşı da iləri sürülə bilməyəcəyini, qavraya bilməməkdədirlər. İfrat təəssübdən, Allaha sığınırıq.
---------------------------
---------------------------
813. Alqamə'dən belə rəvayət edilir:
Abdullah b. Məsud (radiyallahu anh): "Sizə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in namazı kimi namaz qıldırımmı?" deyə soruşduqdan sonra, namaza durdu; əllərini, sadəcə iftitəh təkbiri əsnasında qaldırdı.
Bu mövzuda, Bəra b. Azib (radiyallahu anh)'dan da bir rəvayət vardır. Tirmizi, "Bu hədis, həsəndir. Səhabə və tabundan bir çox alim, bu görüşdədir. Bu görüş, Süfyan və Kufə əhlinin görüşüdür." deməkdədir.
Hədisin raviləri, Muslim'in raviləridir. "əl-Cəvhəru'n-Naqi alə Sünəni'l-Beyhaqi"də (l, 137), bu şəkildə bildirilməkdədir.
ibn Hazm, hədisin səhih olduğunu bildirir. "ət-Təlxisu'l-Habir"də (l, 83) də, səhih olduğu ifadə edilir. Hədisi, iləridə gələcəyi üzərə, Nəsai də rəvayət etməkdədir.
Bu hədisin, Tirmizi'dəki isnadı,
Hənnad ---> Vəki ---> Süfyan ---> Asim b. Kuleyb ---> Abdu'r-Rahmən b. əl-Əsvəd ---> Alqamə
şəklindədir.
Bu hədis haqqında, bir neçə cəhətdən söz edilmişdir:
1. Tirmizi, bu hədisi, ibnu'l-Mübarək isnadı ilə rəvayət etmiş və:
"Mənim nəzdində, -ibn Məsud hədisində zikr edildiyi üzərə- Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, sadəcə namaza başlayarkən əl qaldırdığı, sabit deyildir." demişdir.
Bunun haqqında, cavabımız:
• Birincisi: hədis, ibn Məsud (radiyallahu anh)'dan 2 şəkildə rəvayət edilmişdir. Bunlardan
~ Birincisi: -Tirmizi (Salət, 76), əbu Davud (Salət, 116), Nəsai (Kitabu't-Tətbiq, 20), əbu Bəkr ibn əbi Şeybə (Musannəf, l, 207), Əhməd b. Hənbəl (Müsnəd, l, 388) və əbu Hənifə'nin rəvayət etdikləri üzərə- ibn Məsud'un feli (tətbiqatı)'dır. (Bu rəvayət, səhihdir!)
Bu rəvayətə görə, əbu Abdullah, iftitəh təkbirində, əllərini qaldırardı; sonra, bir də qaldırmazdı və bunun, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in tətbiqatı olduğunu söyləyərdi. Bəzilərinin rəvayətinə görə, Abdullah b. Məsud: "Sizə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in qıldırdığı namaz kimi, namaz qıldırımmı?" deyə soruşduqdan sonra, namaza durmuş; və əllərini, sadəcə iftitəh təkbirində qaldırmışdır.
~ İkincisi isə: -Tahavi və başqalarının rəvayət etdiyi üzərə- Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, 2 əlini, sadəcə 1 dəfə qaldırdığı yolundakı mərfu olaraq nəql edilən rəvayətdir. (Tahavi, "Şərh-u Məani'l-Asar", l, 224)
Hər halda, ibnu'l-Mübarəkin söyləmək istədiyi, onu, mərfu olaraq rəvayət edənin, məna etibarı ilə nəql etdiyi olsa gərəkdir. Hədisin mütləq olaraq inkarı isə, onun kimi biri üçün, uzaq ehtimaldır. Necə belə olmasın?! İbn Məsud və əshabının, əlləri qaldırma mövzusundakı ixtilafları, mühəddislər nəzdində, məşhurdur. Hədisin, hökmən belə olsa, birinci cəhətdən mərfu olduğu, açıqdır. Çünki, bir səhabənin: "Sizə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in namaz qıldırdığı kimi namaz qıldırımmı?" deməsi, -üsul elmində sabit olduğu üzərə- mərfu hökmündədir. Şeyx ibn Dəqiq əl-İd, "əl-İmam" adlı əsərdə, eynilə belə deyir: "Hədisin, ibnu'l-Mübarək nəzdində sabit olmaması, ona nəzər etməyə (yəni, hədisi dəyərləndirməyə) əngəl deyildir. Xəbərin söykəndiyi əsl ravi, Asim b. Kuleyb'dir. Daha əvvəl ifadə etdiyimiz üzərə, ibn Main, Asim'in siqa olduğunu bildirmişdir." Zeylai'də ("Nasbu'r-Rayə", l, 207) də belədir.
Deyirəm:
Asim b. Kuleyb, Muslim'in ravilərindəndir. Muslim, Səhih'ində, ondan rəvayət etmişdir. Buxari isə, ondan, təliq olaraq rəvayət etməkdədir. Şu'bə, Asim b. Kuleyb'dən hədis rəvayət etmişdir. Zikr edilən bu şəxslər, -bilindiyi üzərə- ancaq, siqa olan kimsələrdən hədis rəvayət etməkdədirlər. İbn Main və Nəsai, Asim'in siqa olduğunu bildirərkən; əbu Hatim, "O, salihdir." demişdir. Acurri, əbu Davud'dan: "Asim b. Kuleyb, kimin oğludur?" deyə soruşduğumda, o, mənə: "Şihab'ın oğludur. Abidlərdən idi." deyə cavab verərək, onun fəzilətini zikr etdi, demişdir. Acurri, bir başqa yerdə isə, "Asim b. Kuleyb, Kufəlilərin ən fəzilətlisi idi." deməkdədir. İbn Hibban, onun haqqında, "əs-Siqat"ında zikr etməkdədir. İbn Şahin, "əs-Siqat"ında, Əhməd b. Salih əl-Misri'nin: "Asim b. Kuleyb, Kufəlilərin iləridə gələn siqa ravilərindən sayılır." dediyini nəql etməkdədir. Acurri, bir başqa yerdə, "O, siqa və güvəniləndir." deməkdədir. İbn Sə'd isə, "O, siqa və onun hədisi, hüccət olaraq istifadə edilir. Çox hədis rəvayət etməmişdir." deməkdədir. (ibn Həcər, "Təhzibu't-Təhzib", V, 55-56 -müxtəsər bir şəkildə)
Beləcə, Zeylai'nin (l, 207), Beyhaqi'dən nəql etdiyi üzərə, Hakim ən-Nisaburi'nin: "Asim b. Kuleyb hədisi, (Buxarinin) Səhihində rəvayət edilməmişdir." şəklindəki ifadəsi, düşmüş olur. Zeylai, belə deyir:
Şeyx ibn Dəqiq əl-İd, "Hakim'in, 'Asim b. Kuleyb hədisi, Səhihdə rəvayət edilməmişdir.' şəklindəki ifadəsi, doğru deyildir." deməkdədir. Muslim, "əl-Hədy" bölməsində, Asim'in, əbu Burdə ---> Əli (radiyallahu anh) isnadı ilə nəql etdiyi rəvayəti zikr edir. Muslim'in, Asim b. Kuleyb vasitəsilə, Əli'dən nəql etdiyi hədis, "Peyğəmbər (sallallahu aleyhi və səlləm), üzüyümü, bu və yanındakı bu barmağıma taxmağımı nəhy etdi." şəklindədir. (Muslim, Libas/64). Onun, başqa hədisləri də mövcuddur. Ayrıca, Səhih'in (yəni, Buxarinin Səhihinin) şərti, hər adil ravidən rəvayət edilmiş olması deyildir. Hakim ən-Nisaburi, "əl-Müstədrək"də, Buxari'də rəvayəti yer almayan bir çox ravidən hədis rəvayət etmiş və: "Bu hədis, Buxari və Muslim'in şərtinə görə səhihdir." demişdir. Əgər o: "Asimin bu hədisi, Buxaridə rəvayət edilməmişdir." demək istəyirsə, bu, hədis cəhətindən bir illət deyildir. Əks təqdirdə, öz-özülə ziddiyyətə düşmüş olar. Bütün bunlar, onun "əl-Müstədrək"indən nəql edilmişdir. (Zeylai, "Nasbu'r-Rayə", l, 208)
2. Hədis haqqında söz edilən ikinci cəhət, Munziri'nin bu ifadəsidir:
"ibn Mübarək'dən başqa biri, Abdu'r-Rahmən'in, Alqamə'dən hədis eşitmədiyini ifadə etmişdir."
Şeyx ibn Dəqiq əl-İd, "əl-İmam" adlı əsərində, bu halın, hədisi zədələyən bir xüsus olmadığı şəklində cavab vermişdir. Çünki hədis, məchul bir ravidən rəvayət edilməkdədir. Mən, bu sözü söyləyən şəxsi araşdırdım, ancaq tapa bilmədim. İbn əbi Hatim, bu şəxsin adını, "Mərasil" adlı əsərində deyil; "Kitabu'l-Cərh və't-Tə'dil"də zikr etməkdə və: "Abdu'r-Rahmən b. əl-Əsvəd, Aişə (radiyallahu anha)'nın yanına girdiyində, yaşı, az idi. Aişədən hədis eşitmədi. O, atasından və Alqamə'dən hədis rəvayət etdi. Ancaq, rəvayətinin mürsəl olduğunu söyləmədi." deməkdədir. İbn Hibban, "əs-Siqat"ında, Abdu'r-Rahmən'dən bəhs etməkdə və onun, hicri 99-cu ildə vəfat etdiyini; İbrahim ən-Nəxai ilə eyni yaşda olduğunu bildirməkdədir. Yaşı Nəxai ilə eyni olduğuna görə, -Nəxai'nin Alqamə'dən hədis aldığı, ittifaqla qəbul edildiyi nəzərə alınacaq olsa- Abdu'r-Rahmən'in Alqamə'dən hədis eşitməsinə, nə maneə vardır?! Bütün bunlarla bərabər, Hafiz əbu Bəkr əl-Xatib, "əl-Müttəfiq və'l-Muftəriq" adlı əsərində, Abdu'r-Rahmən'in, atasından və Alqamə'dən hədis eşitdiyini bildirməkdədir. (Zeylai, "Nasbu'r-Rayə", l, 207)
3. Bir rəvayətdə, "İlk təkbirdə (iftitəh təkbirində) əlini qaldırdı; sonra, bir daha bunu etmədi (summə ləm yəud)." deyilərkən; bir başqa rəvayətdə, mərfu olaraq, "summə lə yəudu" ifadəsi istifadə edilməkdədir. "Summə ləm yəud" və ya "Summə lə yəudu" ifadələri, şazz olub, tərcih edilən və götürülən bir hədis deyildir. İbnu'l-Qattan, "əl-Vəhm və'l-İham" adlı əsərində, "Tirmizi, ibnu'l-Mübarək, Vəki'nin hədisi səhih deyildir, deyə nəql edir; ancaq, məncə, onun hədisi, səhihdir." deməkdədir. İbnu'l-Mübarək, bu hədisdə, "summə lə yəudu" ifadəsini qəbul etməməkdədir. Mühəddislər, "O, bunu, özü əlavə edərək söyləyirdi və onu, sanki, ibn Məsudun sözü imiş kimi hədisin ardından rəvayət edirdi." demişlərdir. Buxari, "Əlləri qaldırmaq" bölməsində, "Süfyanın, Asim b. Kuleyb'dən nəqlinə görə" deyərək sözə başlayır və hədisi, isnadı və mətnilə bərabər zikr edir. Ardından, Əhməd b. Hənbəl'in nəqlinə görə, Yəhya b. Adəm: "Abdullah b. İdrisin, Asim b. Kuleyb'dən nəql etdiyi yazılı mətnə baxdım, orda, 'summə lə yəudu' ifadəsi yox idi. Bu, daha səhihdir. Çünki, kitab, elm əhli nəzərində, rəvayəti daha yaxşı qoruyur. Çünki ravi, bir şeyi rəvayət edər; sonra kitaba müraciət edər və o hədis, kitabdakı kimi olar." Sonra, Buxari, ibn Məsud'dan, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in namazını tərif etdiyi hədisi zikr edir; ardından da, mühəqqiqlər nəzdində, Abdullah b. Məsud'dan daha tərcih edilən və götürülən rəvayət, budur, deyir.
Deyirəm:
"Elm əhli nəzdində, yazılı mətnin daha çox qoruduğu" şəklindəki söz, mütləq olaraq qəbul edilə bilməz. Çünki, yazıda da, vəhm və xəta ola bilər. Sonra alim, onu, öz yaddaşından düzəldir və təshih edir. İbn İdris'in yazılı mətnindən, "lə yəudu" sözünün, katibin yazma xətası səbəbilə düşmüş olması, uzaq bir ehtimal deyildir. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in qıldığı namazın tətbiq edilərək göstərilməsini mövzu edən hədis, -siyaqlarının fərqliliyinin göstərdiyi üzərə- bu hədislə zidd düşməz. Bu halda, bu 2 hədisdən birini, digəri səbəbilə tərk etmək, mümkün deyildir. Hər iki hədisin 1 olduğu qəbul edilsə belə, ibn İdris'in müxalifəti, Süfyana zərər verməz. Çünki, siqa bir ravinin rəvayətindəki əlavə, məqbuldur. Süfyan, -ət-Təqrib'də ifadə edildiyi üzərə- siqa, hafiz, fəqih, abid, imam və hüccətdir. Abdullah b. İdris isə, -ət-Təqrib'də ifadə edildiyi üzərə- sadəcə siqa, fəqih və abiddir. Abdullah b. İdris, onların nəzərində, nə imamdır, nə də hüccət. Mühəddislərə heyrət edirik! Namazda "amini yüksək səslə söyləmək" xüsusunda, Süfyanı, Şu'bə'dən daha hafiz qəbul edib, onun sözü ilə -hədisdə möminlərin əmiri olan- Şu'bə'nin, "amini açıq səslə söylədi" ifadəsini götürməməkdə; buna müqabil isə, Süfyan'dan daha aşağı səviyyədə olan ibn İdris'in yazılı mətni səbəbilə də, Süfyanın sözünü qəbul etməməkdədirlər. Yazılı mətn, xətaya, əzbərdən daha çox möhtəməldir. Bu, açıq inadkarlıqdan başqa bir şeydirmi?!
ibnu'l-Qattan'ın, "Mən, Vəki'nin, 'sonra bir də etmirdi' (summə lə yəudu) ifadəsini qəbul etmirəm." şəklindəki görüşünü isə, Nəsai'nin "Səhih"ində ("İftitəh", 87), Suveyd b. Nasr ---> Abdullah b. əl-Mübarək isnadı ilə Süfyandan nəql etmiş olduğu rəvayəti rədd edər. Bu rəvayətdə, "Abdullah, əllərini, ən başda qaldırar; sonra, bir də qaldırmaz (summə ləm yəud)." ifadəsi keçməkdədir.
Bu, səhih bir isnad olub, bu mövzudakı 3-cü hədisdir. Beləcə, Vəki'nin bu rəvayətdə tək qalmadığı; əksinə, Sevri'nin əshabından ibnu'l-Mübarək'in şeyxindən rəvayət edərək ona mutabaat etdiyi ortaya çıxmaqdadır. əbu Hənifə, bu rəvayəti, -mətndə yer aldığı üzərə- başqa bir təriqdən nəql etməkdədir. Əbu Hənifə'nin rəvayətində, "summə lə yəudu ilə şeyin min zəlikə / sonra, bunlardan heç birini bir də etməz" ifadəsi yer almaqdadır. İləridə açıqlayacağımız üzərə, bu mutabaat növü, rəvayətlərdə güvəniləndir. "Summə lə yəudu" ifadəsinin tərcih edilən bir rəvayət olmadığı qəbul edilsə belə, Tirmizi'nin rəvayətində yer alan "fələm yərfə yedeyhi illə fi əvvəli mərratin = ilk başdakı xaric, əllərini qaldırmadı" cümləsi, o əlavəyə ehtiyac buraxmamaqdadır.
~ İbn əbi Şeybə hədisində ("əl-Musannəf", l, 236) yer alan, "O, namaza başlayarkən əllərini qaldırar; sonra qaldırmazdı."
~ Yenə ibn əbi Şeybədəki ("əl-Musannəf", l, 236), "Əllərini, sadəcə 1 dəfə qaldırardı."
~ Əhməd b. Hənbəl'dəki (l, 388), "İki əlini, sadəcə 1 dəfə qaldırdı."
şəklindəki rəvayətlər,
~ əbu Davud'un ("Salət", 116), Osman b. əbi Şeybə vasitəsilə Vəki'dən bu ləfz ilə nəql etdiyi rəvayət;
~ Sonra, Həsən b. Əli ---> Müaviyə ---> Xalid b. Ömər ---> əbu Huzeyfə isnadı ilə Süfyandan nəql etdiyi, "O, əllərini, birinci dəfədə (yəni, iftitəh təkbirində) qaldırardı." rəvayəti,
~ bəzilərinin, -mətndə bütününü zikr etdiyimiz üzərə- "Əllərini, 1 dəfə qaldırdı." ifadəsi...
Bütün bunlar, "summə lə yəudu" və ya "summə ləm yəud" mənasındadır.
Bu, heç kimin başa düşməkdə çətinlik çəkəcəyi bir xüsus deyildir. Zeylai, bəhsi keçən problemə,
• Buxari və əbu Hatim, vəhm (yanılma)'nın, Süfyandan;
• ibnu'l-Qattan və başqaları isə, Vəki'dən
qaynaqlandığını iləri sürürlər. Bu ixtilaf, hər 2 sözün atılmasına və hədisin, siqa olan ravilərdən nəql edildiyi üçün, səhih olduğu görüşünə dönülməsinə yol açar demək surətilə, onlara cavab verməkdədir. ("Nasbu'r-Rayə", l, 208)
--------------------------
--------------------------
814. Suveyd ---> Nasr ---> Abdullah b. Mübarək ---> Süfyan ---> Asim b. Kuleyb ---> Abdu'r-Rahmən b. əl-Əsvəd isnadı ilə Alqamə'dən,
(belə nəql edilir):
Abdullah b. Məsud (radiyallahu anh): "Sizlərə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in namazını xəbər verimmi?" dedikdən sonra, namaza durdu; başlayarkən, əllərini qaldırdı; sonra, bir də qaldırmadı. (Bir başqa nüsxədə, ləm yəud yerinə, ləm yərfə) ifadəsi yer almaqdadır. (Nəsai, "İftitəh", 87. Hədis, səhihdir!)
Hədisi, Nəsai rəvayət etmiş və hədis haqqında, sükut etmiş (bir söz danışmamış)'dır. "ət-Tə'liqu'l-Həsən"də (l, 104), bu hədisin, səhih olduğu bildirilmişdir.
Deyirəm:
Hədisin raviləri, -Suveyd xaric- Buxari-Muslim'in raviləridir. Suveyd də, siqadır. Hədisin isnadındakı Asim isə, Muslim'in ravilərindən olub, siqadır.
Allamə əl-Haşim əl-Mədəni, "Kəşfu'r-Rayn an Məsələti rəfi'l-yedeyn" adlı əsərdə, Nəsai'nin isnadının, Buxari və Muslim'in şərtinə uyğun olduğunu söyləməkdədir. (Tahavi, "Tə'liqu't-Tahavi", l, 132)
Bəziləri, -ət-Təhzib'də ifadə edildiyi üzərə- Buxari və Muslim'in burda zikri keçən Suveyd'dən rəvayət etmədiklərini bildirmişdir. "Təhzib"də, əbu Sə'd əs-Səmani'nin "əl-Ənsab" adlı əsərində, Suveyd'dən bəhs etdiyi bildirildikdən sonra, belə deyir:
əbu Sə'd'in ifadə etdiyi üzərə, Buxari, Muslim və Nəsai, ondan rəvayət etmişlərdir. Hər halda, Buxari və Muslim, Suveyd'dən, "Səhih"in xaricində rəvayət etmişlərdir. (Zəhəbi, "Təhzib", lV, 280)
Haşim əl-Mədəni'nin, Nəsai'nin isnadının Buxari-Muslim'in şərtinə uyğun olduğu yolundakı ifadəsi, doğru deyildir. Çünki, bununla, fənn əhli (hədis üsulçuları) nəzdində, Buxari-Muslim'in səhihlərinin şərti qəsd edilir.
Deyirəm:
Zeylai'də ("Nasbu'r-Rayə", l, 208) yer aldığı üzərə, ibn Dəqiq əl-İd, "əl-İmam" adlı əsərində, belə deyir:
Hər adil ravidən rəvayət etmək, Səhih'in şərti deyildir. Hakim ən-Nisaburi, 'əl-Müstədrək'ində, Səhih'də hədisləri rəvayət edilməyən bir qrupdan rəvayət etmiş və 'Bu, Buxari və Muslim'in şərtinə görə, səhihdir.' demişdir. Haşim əl-Mədəni'nin dediyi isə, Hakim'in təriqi (metodu) üzərə, səhihdir. İstilahlar (terminlər) üzərində mübahisə edilməz. Bil!
----------------------------
----------------------------
815. Əsvəd'dən belə rəvayət edilir:
"Ömər b. Xattab (radiyallahu anh)'ı, namaz qılarkən gördüm. Birinci (yəni, iftitəh) təkbirində əllərini qaldırır; sonra bir də qaldırmırdı." (Tahavi, "Şərh-u Məani'l-Asar", l, 227)
Tahavi, bu hədisin səhih olduğunu söyləmişdir. "əd-Dirayə"də (s. 85), hədisin ravilərinin siqa olduqları bildirilməkdədir.
----------------------------
----------------------------
816. Yəhya b. Adəm, Həsən b. Ayyəş ---> Abdu'l-Məlik b. Əbcər ---> Zubeyr b. Adi ---> İbrahim isnadı ilə əl-Əsvəd, belə deyir:
"Ömər (radiyallahu anh) ilə bərabər namaz qıldım. Namaza ilk başladığı an xaric, əllərini heç bir zaman qaldırmadı. Şabi'ni, İbrahim ən-Nəxai və əbu İshaq'ı namaz qılarkən gördüm. Əllərini, sadəcə namaza başlayarkən qaldırırlardı." (ibn əbi Şeybə, "əl-Musannəf", l, 237)
Hədisi, ibn əbi Şeybə rəvayət etmiş olub, isnadı, Muslim'in şərtinə görə səhihdir.
Tahavi, -"əl-Cəvhəru'n-Naqi alə Sünəni'l-Beyhaqi"də bildirildiyi üzərə- bu rəvayətin, Ömər (radiyallahu anh)'dan sabit olduğunu söyləmiş; və Həsən b. Ayyəş'in, siqa və hüccət olduğunu bildirmişdir. Bunu, Yəhya b. Main və başqaları zikr edirlər. (Tahavi, "Məani'l-Asar", l, 134)
Deyirəm:
Bu hədis, əllərin, sadəcə iftitəh təkbiri əsnasında qaldırılacağına, açıqca dəlalət etməkdədir. ibnu't-Türkməni'nin, "əl-Cəvhəru'n-Naqi"də bildirdiyi üzərə, Beyhaqi'nin, Şu'bə vasitəsilə Hakəm'dən nəql etdiyi rəvayət, bu hədislə zidd düşməkdədir. Hakəm, "Tavus'u, təkbir gətirərkən gördüm. Təkbir gətirərkən, rukuya gedərkən, başını rukudan qaldırarkən, əllərini, çiyinləri səviyyəsinə qədər qaldırdı." Əshabından birindən, bunun səbəbini soruşduğumda, mənə: "O, bunun, ibn Ömər, atası Ömər vasitəsilə Nəbi (sallallahu aleyhi və səlləm)'dən olduğunu bildirir." deyə cavab verdi.
Beyhaqi, bu rəvayətin ardınca, belə davam edir:
"Hafiz əbu Abdullah, ibn Ömər, Ömər (radiyallahu anh) isnadı ilə, Peyğəmbərə qədər çatan bu 2 hədisin, məhfuz olduğunu bildirmişdir. Çünki ibn Ömər, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'i və atasını belə edərkən görmüş və rəvayət etmişdir."
Deyirəm:
ibn Dəqiq əl-İd, "əl-İmam" adlı əsərində (mövzu haqqında danışarkən), deyir:
Adəm və ibn Abdu'l-Cabbar əl-Mərvəzi, Şu'bə'dən bu şəkildə rəvayət edərək, xəta etmişlərdir. Hədisin məhfuz olanı, ibn Ömər (radiyallahu anh) vasitəsilə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə çatanıdır. Bu rəvayət isə, bir məchul raviyə söykənməkdədir. Tavus'un əshabından olan bu şəxs, Hakəm'ə rəvayət etmişdir. Hədis, bir başqa təriqdən, bu şəkildə, ibn Ömər (radiyallahu anh)'dan rəvayət edilmişdirsə, nə gözəl. Əks təqdirdə, bir məchula söykənməkdədir ki, məchul, hüccət ola bilməz.
"İləlu'l-Xallal"da, Əhməd b. Əsrəm, belə deyir:
əbu Abdullah'dan, bu hədis haqqında soruşdum. Mənə, "Bunu, Şu'bə'dən kim rəvayət edir?" dedi. Ona: "Adəm əl-Asqalani." deyə cavab verincə, mənə: "Bu (hədis), bir şey deyildir. Hədis, ibn Ömər (radiyallahu anh) vasitəsilə, Nəbi (sallallahu aleyhi və səlləm)'dən rəvayət edilmişdir." deyə cavab verdi.
Beyhaqi'nin "əl-Xilafiyyat"ında, belə deyilir:
Bu hədisi, Muhamməd b. Cəfər Ğandər, Şu'bə'dən rəvayət etmiş və isnadında, Ömər (radiyallahu anh)'ı zikr etməmişdir. Beləcə, hədisin, Ömər (radiyallahu anh)'dan mərfu olaraq rəvayət edildiyi iddiası, səhih deyildir. Ömər (radiyallahu anh)'dan sabit olanı, -Tahavi'nin də bildirdiyi üzərə- Ömər (radiyallahu anh)'ın əl qaldırmamasıdır.
"ət-Təliqu'l-Həsən"da belə deyilir.
"İləlu'l-Xallal"da, Hakim ən-Nisaburi'nin, Əsvəd vasitəsilə Ömər (radiyallahu anh)'dan nəql edilən bu rəvayətin şazz olduğu yolundakı iddiası, səhih deyildir. Bu iddia, hədisin raviləri siqa olduğuna; Tahavi, onun səhih olduğunu bildirdiyinə; və hədis, heç kimin rəvayətinə müxalif olmadığına görə, necə doğru ola bilər?!
Hakim'in hədisi, Sevri'nin, Zubeyr b. Adi'dən rəvayət etdiyi və bu rəvayətdə, "ləm yəud = bir də etmədi" cümləsinin keçmədiyi şəklindəki iddiasına gələcək olarsaq, Şeyx Allamə ibn Dəqiq əl-İd, "əl-İmam"da, bu iddiaya belə cavab verməkdədir: Hakim'in, "Süfyan, bu rəvayətdə, Zubeyr b. Adi'dən 'ləm yəud = bir daha etmədi' cümləsini nəql etmədi." yolundakı ifadəsi, çox zəifdir. Çünki, Süfyan'ın rəvayəti, əllərin qulaq hizasına qədər qaldırılacağı; Həsən b. Ayyəş'inki isə, hansı yerlərdə qaldırılacağıdır. Bu halda, "ləm yəud = bir də etmədi" deyənlə; bunu tərk edən kimsənin rəvayəti arasında, hər hansı bir ziddiyyət, yoxdur. (Allamə Zahir, "ət-Tə'liqu'l-Həsən", l, 105)
Zeylai'də ("Nasbu'r-Rayə", l, 417) ifadə edildiyi üzərə, Beyhaqi'nin ("Sünən", ll, 25), Rişdin b. Sə'd ---> Muhamməd b. Səhm isnadı ilə Səid b. əl-Müsəyyəb'dən nəql etdiyi:
"Mən, Ömər (radiyallahu anh)'ı, namaza başlayarkən, rukuya gedərkən və rukudan başını qaldırarkən, əllərini, çiyinləri hizasına qədər qaldırarkən gördüm." şəklindəki rəvayət də, yuxarıdakı rəvayətlə zidd düşməkdədir. Bu rəvayətdə, zəif qəbul edilən bir ravi vardır.
Deyirəm:
Rişdin b. Sə'd haqqında, bəzi tənqidlər vardır. Zeylai, buna, "Hədisin isnadında, zəif qəbul edilən bir ravi vardır." deyərək işarət etməkdədir. Rəvayətlər arasındakı ixtilaf, -daha güclü bir rəvayətlə zidd düşmədiyi müddətcə- zərər verməz. Ancaq burda, hal, belə deyildir. Çünki, əl-Əsvəd hədisi, bundan daha səhih və daha güclüdür. Muhamməd b. Səhm haqqında məlumat verən kimsəyə rast gəlmədim. Sənədin qalan qismi isə, zikr edilməmişdir. Bu rəvayət, dəlil olmağa əlverişli deyildir.
Buxari'nin "Rafu'l-Yedeyn" adlı hədis cüzündə (s. 6):
"Eyni şəkildə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in səhabələrindən 17 nəfərin, namazda rukuya gedərkən və rukudan qalxarkən, əllərini qaldırdıqları rəvayət edilmişdir." şəklindəki açıqlaması da belədir. Buxari, bu 17 nəfər arasında, Ömər (radiyallahu anh)'ı da zikr etməkdədir. Nə var ki, o, bunu, təliq olaraq zikr etmiş və sənədini bildirməmişdir. Ayrıca, rəvayəti, sihhət və qətilik ifadə edən bir ləfzlə də zikr etməmiş; tam əksinə, zəifliyinə işarət edən "belə rəvayət edilmişdir" ifadəsini istifadə etmişdir.
Bu halda, Ömər (radiyallahu anh)'ın ravilərinin hamısının siqa olduğu bir sənədlə əllərini qaldırmadığı səhih rəvayəti qarşısında, bu rəvayətin hüccət (dəyəri) yoxdur.
---------------------------
---------------------------
817. Asim b. Kuleyb, atasından belə nəql edir:
"Əli (radiyallahu anh), əllərini, namazın ilk təkbirində qaldırar; sonra, bir də qaldırmazdı." (Tahavi, "Şərh-u Məani'l-Asar", l, 225)
~ Zeylai ("Nasbu'r-Rayə", l, 211), bu xəbərin səhih olduğunu bildirmişdir.
~ ibn Həcər Asqalani, "əd-Dirayə"də (s. 85), hədisin ravilərinin siqa olduğunu bildirir.
~ "ət-Tə'liqu'l-Həsən"də (l, 107), Allamə Zahir'in, Ayni'nin, "Umdətu'l-Qari"də, Asim b. Kuleyb hədisinin isnadının, Muslim'in şərtinə görə səhih olduğunu bildirdiyi nəql edilməkdədir.
Deyirəm:
Bu rəvayət, iftitəh təkbiri xaric, namazda, əllərin qaldırılmayacağını, açıqca ifadə etməkdədir. İbnu't-Türkməni'nin, "əl-Cəvhəru'n-Naqi"sində (l, 135) yer aldığı üzərə, Beyhaqi'nin,
ibn əbi'z-Zinad ---> Musa b. Uqbə ---> Abdullah b. əl-Fadl ---> Abdu'r-Rahmən əl-Ə'rac ---> Ubeydullah b. əbi Rafi
isnadı ilə Əli (radiyallahu anh)'dan nəql etmiş olduğu rəvayət, bununla (yəni, Tahavi'nin rəvayət etdiyi Əli hədisilə) zidd düşməkdədir. Bu rəvayətdə, Əli (radiyallahu anh)'ın, rukuya gedərkən və səcdədən ayağa qalxdığında, əllərini qaldırdığı bildirilməkdədir.
Deyirəm:
ibn əbi'z-Zinad'ın adı, Abdu'r-Rahmən'dir. ibn Hənbəl, ibn əbi'z-Zinad'ın hədislərinin, "mudtarib" olduğunu ifadə etmiş; həm o və həm də əbu Hatim, "Onun rəvayəti, hüccət olaraq istifadə edilə bilməz." demişlərdir. Amr b. Əli isə, ibn Mehdi'nin, onun rəvayətini götürmədiyini bildirməkdədir. Bu hədisdə, bir də, 2 səcdədən ayağa qalxma əsnasında əl qaldırma kimi bir ziyadə (əlavə) də yer almaqdadır. Hədisin səhih olması halında, imam Şafi'nin, bunu da söyləməsi lazımdır. Halbuki, Şafi, 2 səcdədən ayağa qalxma əsnasında əl qaldırmaq rəyində deyildir. Beyhaqi ("Sünən", l, 135), bu hədisi, təkbirdən sonra namaza başlamaq xüsusunda zikr edir və onunla birlikdə, ibn Cureyc'in, eyni sənədlə, ibn Uqbə'dən nəql etdiyi rəvayəti də zikr edir. Bu rəvayətdə, rukuya gedərkən və rukudan qalxmaq əsnasında, əl qaldırmaqdan bəhs edilmir. İbn Cureyc ilə, ibn əbi'z-Zinad arasında, hər hansı bir münasibət yoxdur. Beyhaqi, bu xüsusda, Muslim'in, Macişun'un "əl-Ə'rac"dan nəql etdiyi rəvayəti, bu isnadla rəvayət etdiyini bildirməkdədir. Bu rəvayətdə də, rukuya gedərkən və rukudan qalxarkən, əl qaldırmaqdan bəhs edilməməkdədir.
Xülasə: bu ibn əbi'z-Zinad hədisi, şazz olub, özü, bu rəvayətilə siqa olan ravilərə müxalifət etmiş; bir də, digərlərində olmayan bir əlavə nəql etmişdir. Bu mövzu, hər nə qədər ixtilaflı və ixtilaf da zərər verməzsə də, bu, eyni mövzuda, daha güclü, müxalif bir dəlil olmaması şərtinə bağlıdır. Burda isə, belə deyildir. Asim b. Kuleyb'in, atası vasitəsilə Əli (radiyallahu anh)'dan nəql etdiyi bu rəvayət ilə zidd düşməkdə və Asim'in rəvayəti, ibn əbi'z-Zinad'ın rəvayətindən daha səhih və daha qüvvətlidir. Çünki, Muslim'in şərtinə uyğundur. "əl-Cəvhəru'n-Naqi"də, yuxarıdakı açıqlamaların ardından, bu ifadələr yer almaqdadır:
Tahavi, "Əli (radiyallahu anh)'ın, ilk təkbir xaricində əllərini qaldırmadığı, səhih olaraq rəvayət edilmişdir. Dolayısı ilə, hədisin (yəni, əlləri qaldırmamağın) nəsx edildiyi sabit olmadıqca, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən sonra, bu şəkildə hərəkət etmək (əlləri qaldırmaq), imkansızdır." deməkdədir. (ibnu't-Türkməni, "əl-Cəvhəru'n-Naqi", l, 135)
--------------------------
--------------------------
818. Mücahid'dən belə nəql edilir:
"ibn Ömər (radiyallahu anh)'ın arxasında namaz qıldım. Namazında, ilk təkbir xaricində, əllərini qaldırmırdı."
Hədisi,
~ Tahavi ("Şərh-u Məani'l-Asar", l, 225);
~ ibn əbi Şeybə ("əl-Musannəf", l, 237); və
~ "əl-Mə'rifə" adlı əsərində, Beyhaqi
rəvayət etmişlərdir.
Niməvi'nin "Asaru's-Sünən"ində (l, 108) bildirildiyi üzərə, hədisin sənədi, səhihdir.
Bu rəvayət, Buxari'nin "Səhih"ində, Nafi'dən nəqlən:
"ibn Ömər, namaza başlayarkən, təkbir gətirər, əllərini qaldırardı. Rukuya gedərkən, əllərini qaldırar; səmiallahu limən həmidəh deyincə, əllərini qaldırar; ikinci rükətdən üçüncü rükətə ayağa qalxdığında, əllərini qaldırardı." (Buxari, "Azan", 86; ibn Həcər, "Fəthu'l-Bari", ll, 84) şəklində nəql etdiyi rəvayətlə, zidd düşməkdədir.
Hafiz ibn Həcər, yuxarıda mətndə zikri keçən Mücahid hədisinə, bu ifadələrlə etiraz etməkdədir:
"Bu hədisin isnadında, tənqidlər vardır. Çünki, hədisin ravisi əbu Bəkr b. Ayyəş'in, ömrünün sonlarına yaxın, yaddaşı zəifləmişdir. Hədisin səhih olması təqdirində isə, Salim, Nafi və başqaları, tam əksinə, ibn Ömər'in, əllərini qaldırdığını rəvayət etmişlərdir. Bir çox kimsənin nəql etdiyi rəvayət, bir nəfərin nəql etdiyi rəvayətdən, əvladır. Xüsusilə də, çox olan tərəf, bir hərəkətin edildiyini rəvayət edərkən; tək başına qalan, edilmədiyini bildirirsə, bu, belədir. Üstəlik, bu 2 rəvayəti, bir-birilə uzlaşdırmaq da mümkündür. Buna görə, ibn Ömər (radiyallahu anh), bəhsi keçən hallarda, əl qaldırmağı vacib görməmiş; və bəzən edərkən, bəzən etməmişdir, deyilə bilər." ("Fəthu'l-Bari", ll, 84)
Deyirəm:
əbu Bəkr b. Ayyəş'in ömrünün sonlarına doğru yaddaşının zəifləməsi, çox da əhəmiyyətli deyildir. Çünki, ibn Adiyy, "əbu Bəkr, Kufəli olub, məşhurdur, insanların iləridə gələnlərindən hədis rəvayət etmişdir." deməkdədir. ibn Adiyy, belə davam edir: "əbu Bəkr b. Ayyəş, bütün rəvayətlərində, lə bə'sə bih (zərəri yox)'dur. Belə ki, siqa birinin, özündən nəql etdiyi rəvayətlərdə, onun heç bir münkər hədisini görmədim. Ancaq, zəif bir ravidən rəvayət etməsi də, bu hökmdən müstəsnadır." (ibn Həcər, "Təhzibu't-Təhzib", Xll, 35)
Yuxarıda zikr etdiyimiz hədis, özündən siqa bir ravinin rəvayətilə nəql edilən növdəndir. Çünki, bu hədisi, əbu Bəkr b. Ayyəş'dən, Əhməd b. Yunus rəvayət etmişdir. Əhməd, "Kütüb-ü Sittə" mühhədislərinin ravilərindən olub, siqadır. (ibn Həcər, "Təhzibu't-Təhzib", l, 50) Buxari, "Səhih"inin "Təfsir" kitabında, Əhməd b. Yunus vasitəsilə, onun rəvayətini, dəlil olaraq zikr etməkdədir.
-------------------------
Bir müctəhidin, bir hədislə istidlal etməsi, onu, səhih qəbul etməsi deməkdir!
Allamə Zahir, "ət-Tə'liqu'l-Həsən"də (l, 108), Mücahid hədisinə, Əbdü'l-Əziz b. Hakim, Muhamməd b. əl-Həsən'in, "Muvatta"sında müvafiq olduğunu ifadə etməkdədir. Muhamməd b. Əban b. Salih'in nəqlinə görə, Əbdü'l-Əziz b. Hakim:
"ibn Ömər (radiyallahu anh)'ı, namaz üçün başlanğıc təkbiri gətirdiyində, əllərini, qulaqları hizasına qədər qaldırarkən gördüm. Bunun xaricində, onları qaldırmırdı." dediyini nəql etmişdir.
Daha əvvəl, Muhamməd b. Əban'ın, -zəif olsa da- yalan söyləyənlərdən olmadığı; və hədisinin, yazıla bilən vəsfdə olduğu bildirilmişdi. Beləcə, Mücahid'in hədisi, dəstəklənmiş olmaqdadır. Üstəlik, Muhamməd b. əl-Həsən, bizim məzhəbimizdə, siqa, imam və müctəhid bir alimdir. Özü, bu hədisi dəlil gətirmə sədədində zikr etmişdir. "Təhrir" və başqa əsərlərdə yer aldığı üzərə, bir müctəhid, hər hansı bir hədisi dəlil olaraq zikr edirsə, bu, onu səhih gördüyü mənasına gəlir. (ibn Abidin, "Raddu'l-Muhtar", lV, 57)
------------------
Husayn b. Abdu'r-Rahmən əs-Suləmi'nin siqa olduğu:
Yuxarıda mətndə zikr edilən Mücahid hədisini, Tahavi ("Şərh-u Məani'l-Asar", l, 225), bu şəkildə rəvayət etmişdir.
ibn əbi Davud ---> Əhməd b. Yunus ---> əbu Bəkr b. Ayyəş ---> Husayn
isnadı ilə, Mücahid:
"ibn Ömər (radiyallahu anh)'ın arxasında namaz qıldım. Namazında, ilk təkbirin xaricində, əllərini qaldırmırdı." demişdir.
Tahavi'nin şeyxi olan İbrahim b. əbi Davud, -daha əvvəl keçdiyi üzərə- siqadır. Hədisin qalan raviləri, "Kütüb-ü Sittə" raviləridir. Burda zikri keçən Husayn, ibn Abdu'r-Rahmən olub, əbu'l-Huzeyl əs-Suləmi ləqəbinə sahibdir.
~ Zəhəbi, "Təzkiratu'l-Huffaz"da (l, 136), onu, siqa, hüccət, hafiz və isnadı ali olaraq zikr etməkdədir.
~ Əhməd isə, "Husayn, siqa, əmin (güvənilən) olub, hədis əshabının böyüklərindəndir." deməkdədir.
Zəhəbi, Husayn'ı, "Mizanu'l-İ'tidal"da (l, 258) zikr edir və: "Kitabu'd-duafa'da, Buxari, ibn Adiyy və Uqayli, Husayn'ı zikr etdiyi üçün, mən də zikr etdim. Yoxsa o, siqa olan ravilərdəndir." deməkdədir.
Hafiz ibn Həcər'in, "Çox saydakı ravinin rəvayəti, 1 nəfərin rəvayətindən daha əvladır. Xüsusilə, sayı çox olanlar, bir hərəkətin edildiyini rəvayət edərlərkən; tək qalan, edilmədiyini söylədiyində..." şəklindəki sözünə:
"Hər 2 hədisi tətbiq etmək və ibn Ömər, birinci olaraq, əl qaldırmağın nəsx edildiyini bilmədiyi üçün, iftitəh təkbirindən başqa yerlərdə də əlini qaldırırdı. Sonra isə, nəsxi öyrənincə, bunu tərk etdi.' deyə düşünmək, mümkündür." deyə cavab verə bilərik.
Nəticə olaraq, bu 2 rəvayətdən birini digəri səbəbilə tərk etmək, caiz deyildir. İsbat (bir hərəkətin edildiyinin ifadə edilməsi), hər nə qədər edilmədiyi rəvayətindən daha əvla isə də, bu qayda, mütləq deyildir. Əksinə, o hərəkətin edilməyəcəyinə dəlil mövcud olmadığında məqbuldur. Burda isə, belə deyildir. Mücahid (radiyallahu anh), ibn Ömər (radiyallahu anh)'ın namazdakı fellərini (tətbiqatını) tam olaraq zəbt etmək üçün səy göstərmiş; sonra: "ibn Ömər (radiyallahu anh)'ın arxasında namaz qıldım." ifadəsinin göstərdiyi üzərə, bunu, ondan nəql etmişdir. Bu halda, onun əl qaldırmadığı şəklindəki xəbəri, əl qaldırdığını ifadə edən xəbərlə, eyni səviyyədə olmuş olur.
Buxari'nin "Rafu'l-Yedeyn" adlı cüzündə (s. 10),
Humeydi ---> əl-Vəlid b. Muslim ---> Ziyad b. Vaqid
isnadı ilə, Nafi'dən:
"ibn Ömər (radiyallahu anh), bir kimsənin, namazda rukuya gedərkən və rukudan qalxdığında, əllərini qaldırmadığını gördüyündə, ona, çınqıl daşı ata(raq xəbərdarlıq edər)'di." şəklində nəql etdiyi rəvayət, "ibn Ömər (radiyallahu anh), bəhsi keçən hərəkəti, bu hallarda əl qaldırmağın tərki, vacib, (bunun) bidət olduğu görüşündə olan kimsələrə edərdi; yoxsa, onun, rukuya gedərkən və sonrasında əlini qaldırmadığı, sabitdir." mənasına həml edilmişdir.
Mətndə, daha əvvəl keçdiyi üzərə, əbu Bəkr (radiyallahu anh)'ın və Ömər (radiyallahu anh)'ın, bu şəkildə namaz qıldıqları, səhih olaraq rəvayət edilmişdir. Allamə ibnu't-Türkməni, "əl-Cəvhəru'n-Naqi" adlı əsərində (l, 140), "Osman (radiyallahu anh)'ı, rukuya gedərkən və rukudan qalxarkən, əllərini qaldıranlar arasında zikr edən, heç kimi görmədim." deməkdədir. O halda, ibn Ömər (radiyallahu anh)'ın, rəşidi xəlifələrin etdiyi kimi edən birinə çınqıl daşı ataraq xəbərdarlıq etməsi, yuxarıda zikr etdiyimiz məna xaricində, mümkün deyildir.
--------------------------
--------------------------
819. Vəki ---> Mis'ar ---> Ziyad b. Kuleyb ət-Təmimi olduğunu zənn etdiyim əbu Mə'şər isnadı ilə ---> İbrahim'dən belə rəvayət edilir:
"Abdullah b. Məsud (radiyallahu anh), namazın başlanğıcında əllərini qaldırar; sonra bir də qaldırmazdı." (ibn əbi Şeybə, "əl-Musannəf", l, 236)
Hədisi, ibn əbi Şeybə rəvayət etmişdir. Burda zikr edilən isnad, "əl-Cəvhəru'n-Naqi"də (l, 139) zikr edildiyi üzərə, səhihdir. Əslində İbrahim, ibn Məsud'dan hədis eşitməmişdir. Lakin, -daha əvvəl bir neçə dəfə ifadə edildiyi üzərə- onun, ibn Məsud'dan nəql etdiyi mürsəl rəvayətlər, mərfu hökmündədir. Tahavi, "İbrahim ən-Nəxai, Abdullah b. Məsid'dan mürsəl rəvayət nəql etdiyində, o rəvayət, öz nəzərində səhih və mütəvatir olaraq nəql edilmədikcə, bunu etməzdi." demişdir. ("Şərh-u Məani'l-Asar", l, 133)
---------------------------
---------------------------
820. Vəki ---> əbu Usamə ---> Şu'bə
isnadı ilə əbu İshaq'dan belə rəvayət edilir:
"Abdullah b. Məsud (radiyallahu anh)'ın və Əli (radiyallahu anh)'ın əshabı, namazda, əllərini, sadəcə namaza başlayarkən qaldırarlardı."
Vəki, "Sonra bir də bunu etməzdilər." deyir.
Hədisi, əbu Bəkr b. əbi Şeybə, "əl-Musannəf"ində (l, 236) rəvayət etmişdir. Hədisin isnadı, -ibnu't-Türkməni'nin nəqlinə görə- səhihdir.
Bu 2 hədis (yəni, 819, 820 no-lu hədislər)'in, əllərin, sadəcə namaza başlayarkən qaldırılacağına dəlaləti, açıqdır. əbu İshaq hədisi, Asim b. Kuleyb'in atası Kuleyb'dən: "Əli (radiyallahu anh)'ın, namazda iftitəh təkbirində əllərini qaldırıb sonra bir də qaldırmadığı" şəklindəki rəvayətin, səhih olduğunu göstərməkdədir. Çünki Əli (radiyallahu anh)'ın əshabı, eyni şəkildə, iftitəh təkbiri xaricində, namazda əllərini qaldırmırlardı.
--------------------------
--------------------------
821. Muhamməd b. Cabir, Hammad b. Süleyman ---> İbrahim ən-Nəxai
isnadı ilə Alqamə'dən, ibn Məsud (radiyallahu anh)'ın belə dediyi rəvayət edilir:
"Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, əbu Bəkr (radiyallahu anh)'ın və Ömər (radiyallahu anh)'ın arxasında namaz qıldım. Namazın başlanğıc (iftitəh) təkbiri xaric, əllərini qaldırmadılar." demişdir.
"əl-Cəvhəru'n-Naqi"yə (l, 138) görə, Beyhaqi ("Sünən", ll, 79) rəvayət etmişdir və isnadı, ceyyiddir.
ibnu't-Türkməni, "əl-Cəvhəru'n-Naqi"də, bu açıqlamaya yer verir:
Beyhaqi'nin nəqlinə görə, Daraqutni,
"Bu hədisin rəvayətində zəif olan Muhamməd b. Cabir, təfərrüd etmiş (tək qalmış)'dır. Hammad'dan başqası, bu hədisi, Abdullah'ın feli/tətbiqi olaraq, İbrahim'dən -Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə nisbət etmədən- mürsəl olaraq rəvayət etmişdir. Doğru olan da, budur." demişdir.
Deyirəm:
ibn Adiyy, belə deyir:
• İshaq, yəni əbu İsrail, Muhamməd b. Cabir'i, özündən daha əfdal və daha güvənilən yaşlı ravilər camaatına tərcih edərdi. Muhamməd b. Cabir'dən,
~ Eyyub,
~ ibn Avn,
~ Hişam b. Hassən,
~ Süfyan əs-Sevri,
~ Süfyan b. Uyeynə,
~ Şubə
və başqaları kimi böyük ravilər, hədis rəvayət etmişlərdir. Muhamməd b. Cabir'in, belə üstün bir dərəcəsi olmasaydı, özündən daha yuxarı səviyyədə olan belə alimlər, ondan hədis rəvayət etməzlərdi. Muhamməd b. Cabir, bəzi hədislərə müxalifət etmişdir. Haqqında tənqid olmasına baxmayaraq, hədisi, yazılar. əl-Fəlləs, "Muhamməd b. Cabir, saduq'dur." demişdir. ibn Hibban, onu, "əs-Siqat"ına daxil etmişdir.
• əbu Hənifə'nin şeyxi Hammad b. əbi Süleyman'dan, Buxari xaric, "Kütüb-ü Sittə" alimləri, hədis rəvayət etmişlərdir. Yəhya əl-Qattan və Əhməd b. Abdullah əl-İcli, onun siqa olduğunu söyləmişlərdir. Şubə, "Hammad, saduq/doğru danışan kimsədir." demişdir. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə çatan bir rəvayət, aradan səhabənin keçildiyi (irsal) bir rəvayətlə Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə çatan mərfu bir rəvayət, səhabədə qalan bir rəvayətlə zidd düşdüyündə, mühəddislərin əksəriyyətinə görə, hökm, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə çatan və yüksələn rəvayətə görədir. Çünki, rəvayəti mərfu və mövsul olaraq nəql edilən ravilər, hədisə əlavə bir xüsusiyyət qatmaqdadırlar; siqa olan bir ravinin ziyadəsi isə, məqbuldur. (ibnu't-Türkməni, "əl-Cəvhəru'n-Naqi", l, 138)
Deyirəm:
Zəhəbi, "Mizanu'l-İ'tidal"da (lll, 34), Muhamməd b. Cabir haqqında danışarkən, "Xülasə, hədis imamları və hafizləri, Muhamməd b. Cabir'dən rəvayət etmişlərdir." deməkdədir. Qaldı ki, Daraqutni'nin, Muhamməd b. Cabir'in bu hədisinə yönəltmiş olduğu tənqid, hədisi zədələməz. Çünki, İbrahim ən-Nəxai'nin, xüsusilə Abdullah b. Məsud (radiyallahu anh)'dan nəql etdiyi mürsəl rəvayətlər, -daha əvvəl, dəfələrlə görüldüyü üzərə- səhihdir. Daraqutni'nin, "Hammad'dan başqası, bu hədisi, Abdullah'ın feli olaraq İbrahimdən -Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə nisbət etmədən- mürsəl rəvayət etmişdir." şəklindəki ifadəsi də, bu rəvayətə, hər hansı bir nöqsanlıq gətirməz. Çünki, Hammad'dan başqasının nəql etdiyi rəvayət -açıqca Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə nisbət edilməsə belə- mərfu hökmündədir.
~ Tirmizi'nin, Asim b. Kuleyb vasitəsilə, atasından nəqlinə görə, Alqamə, belə demişdir:
Abdullah b. Məsud (radiyallahu anh): "Sizlərə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in namazı kimi bir namaz qıldırımmı?" deyə soruşduqdan sonra, namaza durmuş; əllərini, sadəcə iftitəh təkbiri əsnasında qaldırmışdır." (Tirmizi, "Salət", 76)
~ Nəsai'nin, Asim vasitəsilə Abdu'r-Rahmən b. əl-Əsvəd'dən nəqlinə görə, Alqamə, "Sizə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in namazını xəbər verimmi?" demiş və sonra ayağa qalxaraq, namazın başında əllərini qaldırmış və sonuna qədər, bir də qaldırmamışdır. (Nəsai, "İftitəh", 87. Hədis, səhihdir!)
~ ibn əbi Şeybə, Əhməd b. Hənbəl və əbu Davud'un, Abdu'r-Rahmən vasitəsilə, Alqamə'dən nəqlinə görə, Abdullah b. Məsud (radiyallahu anh): "Sizlərə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in namazını göstərimmi?" demişdir. (əbu Davud, "Salət", 116; Əhməd b. Hənbəl, l, 388; ibn əbi Şeybə, "əl-Musannəf", l, 236. Hədis, səhihdir!)
Əhməd b. Hənbəl və əbu Davud'un ifadəsi, "Ələ usalli ləkum salətə Rasulilləh = Sizə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in namazı kimi namaz qılımmı?" şəklindədir.
Yuxarıda adı keçən ravilər də, buna bənzər şəkildə rəvayət etmişlərdir. Bu rəvayətdə, "summə ləm yəud = sonra, bir də etmədi" ifadəsi yoxdur. Belə bir rəvayətin, mühəddislər nəzdində mərfu sayıldığı, açıqdır.
ibn Həcər, "Təhzibu't-Təhzib"də (lX, 89), belə deyir:
ibn əbi Hatim'in nəqlinə görə, Muhamməd b. Yəhya, "əbu'l-Vəlid'in, 'Biz, özündən rəvayət etməməklə, Muhamməd b. Cabir'ə haqsızlıq edirik.' dediyini eşitdim.' demişdir."
Eyni əsərdə (IX, 90), Zəhəbi'nin, onun haqqında, "lə bə'sə bih = onda bir beis yoxdur" dediyi yer almaqdadır. ibn Həcər, "ət-Təqrib"də (s. 179), "əbu Hatim, onu, ibn Lehia'ya tərcih etmişdir." deyir.
Daha əvvəl, dəfələrlə bildirdiyimiz üzərə, ibn Lehia'nin hədisi, həsəndir. Muhamməd b. Cabir'in hədisi, həsən olmaqdan daha aşağı səviyyədə ola bilməz.
Deyirəm:
Şu'bə, -daha əvvəl zikr edildiyi üzərə- özünə görə ancaq siqa olan şəxslərdən rəvayət edirdi. Dolayısı ilə, Şu'bə, Muhamməd b. Cabir'dən rəvayət etdiyinə görə, Muhamməd, Şu'bə nəzərində, siqadır. "Təhzibu't-Təhzib"in müqəddimə qismində (l, V), belə deyilir:
"Mən, bundan, ancaq insanın sadəcə siqa olan kimsələrdən rəvayət etdiyinin bilinməsi kimi bir maslahat səbəbilə dönərəm. Mən, Şu'bə, Malik və başqaları kimi, onun bütün şeyxlərini və ya əksəriyyətini zikr edirəm."
---------------------
İmam (əbu Hənifə)'nin şeyxi Hammad'ın siqa olması:
Hammad b. Süleyman'ı, Zəhəbi, "Mizanu'l-İtidal"ında zikr edir və tərcüme-i halının ən başına, onun siqa olduğunu bildirmək üçün bir əlamət qoyur və belə deyir:
"Hammad b. əbi Süleyman'ın, murciə olduğu söylənmişdir. İbn Adiyy, onu, 'əl-Kamil'ində (s. 279) zikr etməsəydi, mən, bura qoymazdım. İbn Adiyy, belə deyir: 'Hammad, çox rəvayəti olan biridir. Bəzi ğərib rəvayətləri vardır. O, rəvayətində həssas olub, lə bə'sə bih'dir."
Zəhəbi'nin, "ibn Adiyy, onu, 'əl-Kamil'ində zikr etməsəydi, mən, bura qoymazdım." şəklindəki ifadəsi, "əl-Mizan"ın müqəddiməsində (l, 2) zikr etdiyi bu sözə işarət etməkdədir: "O, siqa və böyük bir alim olmasına baxmayaraq, onun haqqında, ən yumşaq ifadə və ən xəfif cərh ləfzlərilə bəzi şeylər deyilmişdir. Cərh kitabı müəlliflərindən ibn Adiyy və ya başqa biri, bu şəxsdən bəhs etməsələrdi, siqa olduğu üçün, mən də onu zikr etməyəcəkdim."
Beyhaqi'nin "Sünən"ində rəvayət etmiş olduğu hədis, bu rəvayətlə zidd düşməkdədir. Əbu Abdullah əl-Hafiz'in (yəni, Hakim'in), əbu Abdullah Muhamməd b. Abdullah əs-Saffar əz-Zahid'dən -əsl kitabından yazdırma yolu ilə nəqlinə görə- əbu İsmayıl Muhamməd b. İsmayıl əs-Suləmi, belə deyir:
"əbu Numan Muhamməd b. əl-Fadl'ın arxasında namaz qıldım. Namaza, iftitəh təkbirində, rukuya gedərkən və rukudan qalxarkən, əllərini qaldırdı. Bunun (səbəbi) haqqında ondan soruşduğumda, mənə, 'Hammad b. Zeyd'in arxasında namaz qıldım. Namaza başlayarkən, rukuya gedərkən və rukudan qalxarkən, əllərini qaldırdı. Səbəbini soruşduğumda, mənə: 'əbu Əyyub əs-Səxtiyani'nin arxasında namaz qıldım. Namaza başlayarkən, rukuya gedərkən və rukudan qalxarkən, əllərini qaldırdı.' dedi. Səbəbini soruşduğumda, 'Ata b. əbi Rabah'ın arxasında namaz qıldım. Namaza başlayarkən, rukuya gedərkən və rukudan qalxarkən, əllərini qaldırdı.' dedi. Ondan bunun səbəbini soruşduğumda, 'Abdullah b. Zubeyr'in arxasında namaz qıldım. Namaza başlayarkən, rukuya gedərkən və rukudan qalxarkən, əllərini qaldırdı.' dedi. Səbəbini soruşduğumda, Abdullah b. Zubeyr: 'əbu Bəkr (radiyallahu anh)'ın arxasında namaz qıldım. Namaza başlayarkən, rukuya gedərkən və rukudan qalxarkən, əllərini qaldırdı.' dedi. əbu Bəkr (radiyallahu anh) da: 'Peyğəmbər (sallallahu aleyhi və səlləm) ilə bərabər namaz qıldım. Namaza başlayarkən, rukuya gedərkən və rukudan qalxarkən, əllərini qaldırdı.' dedi."
Hədisin raviləri, siqadır. (Allamə Zahir, "ət-Tə'liqu'l-Həsən", l, 109; Beyhaqi, "Sünən", ll, 73)
Deyirəm:
Allamə Zahir, bu hədisi, bir neçə yöndən tənqid etmişdir. (Belə ki, onlardan):
1. Bu, əbu Abdullah əs-Saffar'ın, rəvayətində tək qaldığı bir xəbərdir və elm əhlindən olan heç bir şəxs, (eyni hədisi, onun şeyxindən rəvayət edərək) mutabaat etməmişdir.
2. əs-Saffar, bu rəvayətdə, Muhamməd b. İsmayıl əs-Suləmi'dən hədisi eşitdiyini açıqca bildirməməkdə; əksinə, "qalə = dedi" kəliməsini istifadə etməkdədir. Bu kəlimənin, mutəqaddimun sonrası dövrdəki hökmü, hədisdə inqıta (qopuqluq) olduğudur. Necə ki, hafiz ibn Həcər, "Fəthu'l-Bari"də, "qalə" kəliməsi, -Haccac b. Muhamməd əl-A'vər kimi eşitmə yerinə istifadə etməyi adət halına gətirdiyi bilinməyən kimsələrdə- eşitmə mənasına həml edilə bilməz, deyir. İbnu's-Salah, mutəqaddimun nəslindən sonra, ittisal (bitişiklik) hökmünün davam etməyəcəyini söyləmişdir ki, doğru olan da, budur.
3. Rəvayətin isnadında, əbu Numan Muhamməd b. əl-Fadl Arim əs-Sədusi mövcud olub, bu şəxs, siqa olmaqla bərabər, ömrünün sonlarına doğru, yaddaşı pozulmuşdur. Özündən, köhnə əshabından olmayan əbu İsmayıl əs-Suləmi, hədis rəvayət etmişdir.
Deyirəm:
əbu İsmayıl Muhamməd b. İsmayıl əs-Suləmi'nin, bu hədisi, əbu Numan Muhamməd b. Fadl Arim əs-Sədusi'nin yaddaşının pozulmasından əvvəl və ya sonra eşitdiyi bilinmir. ibn Həcər, "Təhzibu't-Təhzib"də belə deyir:
ibn əbi Hatim deyir: Atamdan, onun haqqında soruşduğumda, onun, siqa olduğunu söylədi. Atamın, "Arim, ömrünün sonlarına yaxın, ağlı qarışdı və ağlını itirdi. Ağlı qarışmadan (yəni, ağlını itirmədən) əvvəl özündən eşidilənlər, səhihdir. (Hicri) 14-cü ildə, ağlı qarışmadan əvvəl, özündən hədis yazılmışdır. Ağlı qarışdıqdan sonra isə, hədislərinə qulaq asılmamışdır. Bu etibarla, 20-ci ildən əvvəl, özündən hədis eşidən kimsənin eşitməsi, ceyyiddir."
Nəsai isə: "Arim, ağlı qarışmamışdan əvvəl, siqa ravilərdən idi." deyir. İbn Hibban: "Arim, ömrünün sonlarına doğru, ağlı qarışdı. Hətta, rəvayət etdiyi hədisi, bilmirdi. Bu səbəbdən, hədisində, çox sayda münkər sayılan rəvayət meydana gəldi. Dolayısı ilə, son dövründə ondan rəvayət edənlərin rəvayətindən çəkinmək lazımdır. Əgər bu, bilinmirsə, bütün hədisləri tərk edilər; heç biri, dəlil olaraq istifadə edilməz." (ibn Həcər, "Təhzibu't-Təhzib", lX, s. 403-404)
"Təhzibu't-Təhzib"də ifadə edildiyi üzərə, "Daraqutni, 'Ömrünün sonlarında, Arim'in yaddaşı dəyişdi. Zehni qarışıqlığa düşdükdən sonrakı hədisləri, münkərdir. Ancaq, bir ravi olaraq, o, siqadır.' deyir." deyiləcək olsa, buna, belə cavab verərəm:
əbu Hatim, Nəsai və ibn Hibban, Daraqutni'yə müxalifdirlər. əbu Hatim'in ifadəsi, yaddaşı zəiflədikdən sonra, özündən eşidilən hədislərin səhih olmadığını göstərməkdədir. Nəsai'nin ifadəsi isə, ağlı qarışdıqdan sonra, artıq siqa olmadığı yönündədir. İbn Hibban isə, ömrünün hansı dövründə rəvayət etdiyi bilinmədiyi müddətcə, hədisinin dəlil olaraq istifadə edilə bilməyəcəyini, çox açıq olaraq ifadə etməkdədir. Bu halda, bu mövzuda, sadəcə Daraqutni'nin görüşü, əsas alına bilməz.
Zəhəbi'nin, "ibn Hibban, onun üçün, tək bir münkər hədis nümunə göstərməmişdir. Bu etibarla, onun haqqında veriləcək hökm, Daraqutni'nin dediyi kimidir." şəklindəki sözünə, belə cavab verirəm:
ibn Hibban'ın nümunə verməməsi, buna qadir olmadığını göstərməz. Necə qadir olmasın?! Acurri'nin nəqlinə görə, əbu Davud, belə deyir:
Mən, Arim'in yanında idim. Hammad ---> Hişam və atası isnadı ilə Maiz əl-Əsləmi'nin, səfər halında orucun hökmünü soruşduğunu nəql etdi. Ona: "Həmzə əl-Əsləmi, yəni, Arim, ağlını itirmiş bir şəxs olaraqmı bunu söylədi?" dedim.
Bu söz, "Arim, ömrünün sonlarına doğru ağlını itirmişdi və qarışdırırdı. Hətta rəvayət etdiyi hədisi, bilmirdi. Bu səbəbdən, hədisində, çox sayda münkər sayılan rəvayət meydana gəldi." şəklindəki ibn Hibban'ın görüşünü dəstəkləməkdədir. (ibn Həcər, "Təhzibu't-Təhzib", lX, 404)
Doğrusu budur ki, əbu İsmayıl əs-Suləmi'nin, bu hədisi Arim'dən ağlı qarışmadan əvvəl eşitdiyi bilinmədiyi müddətcə, dəlil olaraq istifadə edilə bilməz. Beyhaqi, onun ravilərinin siqa olduğunu bildirməklə kifayətlənmişdir. Dolayısı ilə, onun hədisinin səhih olduğuna, hökm edilə bilməz.
----------------------
----------------------
822. ibn əbi Davud,
Nuaym b. Hammad ---> Vəki ---> Süfyan ---> Asim b. Kuleyb ---> Abdu'r-Rahmən b. əl-Əsvəd ---> Alqamə
isnadı ilə, Abdullah (radiyallahu anh)'dan belə nəql edir:
"Nəbi (sallallahu aleyhi və səlləm), namazın ilk təkbirində əllərini qaldırar; sonra bir də belə etməzdi." (Tahavi, "Şərh-u Məani'l-Asar", l, 224)
Muhamməd b. Numan'ın,
Yəhya b. Yəhya ---> Vəki ---> Süfyan
isnadı ilə, eyni hədisi zikr etdiyi rəvayət edilmişdir. Bu 2 hədisi, Tahavi rəvayət etmişdir.
Deyirəm:
~ ibn əbi Davud, siqadır. Tahavi, onun hədisinin səhih olduğunu bildirmişdir. (Tahavi, "Şərh-u Məani'l-Asar", l, 333) Bu, daha əvvəl mətndə keçən Ömər (radiyallahu anh) ilə bağlı rəvayətdir.
~ Nuaym b. Hammad, Buxari və Muslim'in ravilərindəndir. Yəhya, ona mutabaat etmişdir. "ət-Təqrib"də (s. 238) ifadə edildiyi üzərə, o, Buxari və Muslim'in ravilərindən olub siqa, səbt, imamdır. Muhamməd b. Numan da, həmçinin, "ət-Təqrib"də (s. 197) ifadə edildiyi üzərə, siqadır.
Hər 2 isnadın raviləri, Buxari-Muslim ravilərindən olub, siqadırlar.
~ Ancaq Asim, sadəcə Muslim'in ravilərindəndir.
---------------------------
---------------------------
823. Vəki'nin,
Süfyan ---> Asim b. Kuleyb ---> Abdu'r-Rahmən b. əl-Əsvəd ---> Alqamə
isnadı ilə nəqlinə görə,
"Abdullah b. Məsud (radiyallahu anh), yanında olanlara: 'Sizlərə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in namazını göstərimmi?' demiş; sonra namaza durmuş; və əllərini, sadəcə 1 dəfə qaldırmışdır."
Niməvi'nin dediyinə görə ("Asaru's-Sünən", l, 104), bu hədisi, ibn əbi Şeybə, "əl-Musannəf"ində (l, 236. Həmçinin, bu hədisi, imam Əhməd, l, 388; əbu Davud, "Salət", 116 də rəvayət etmişlərdir.) rəvayət etmişdir.
Deyirəm:
Bu rəvayətin ravilərinin hamısı, -Muslim'in ravisi olan Asim xaric- Buxari-Muslim'in raviləridir.
~ Əhməd b. Hənbəl, bu hədisi, eyni isnadla, Alqamə'dən rəvayət etmiş və ibn Məsud'un: "Sizlərə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in namazını qılımmı?" dedikdən sonra, namazı qıldığını və əllərini, sadəcə 1 dəfə qaldırdığını nəql etmişdir. ("Asaru's-Sünən", l, 104).
~ əbu Davud -hədis haqqında sükut edərək-
Osman b. əbi Şeybə ---> Vəki isnadı ilə Əhməd b. Hənbəl'in hədisinin, sənəd və mətn etibarı ilə, bənzərini rəvayət etmişdir. ("Salət"/116)
~ əbu Davud, bir də,
Həsən b. Əli ---> Müaviyə ---> Xalid b. Amr və əbu Huzeyfə ---> Süfyan (yəni, Süfyandan etibarən) Asim b. Kuleyb ---> Abdu'r-Rahmən b. əl-Əsvəd ---> Alqamə ---> Abdullah b. Məsud (radiyallahu anh)
isnadı ilə, bir rəvayət nəql etmiş və Alqamə'nin, Abdullah b. Məsud'un, namazın ilk başında əllərini qaldırdığını bildirmişdir.
əbu Davud, bəzilərinin "ilk başda" yerinə, "1 dəfə" dediklərini nəql edir və (hədis haqqında) sükut edir (yəni, bir söz danışmır).
Bir əvvəlki rəvayət, bu babın 12-ci hədisidir. Deyirəm:
Bu 2 hədis -vurğulamaq istədikləri hökm eyni olsa da- əslində, bir-birindən müstəqildir. Hər halda, ibnu'l-Mübarək, mərfu olan birinci isnad yolu üzərində danışmaqda və o şəkildə sabit olmadığını söyləməkdədir. İkinci isnad üçün, eyni şeyləri söyləmək, uzaq bir ehtimaldır. Hədisin birinci isnad yolunun da səhih olduğunu gördük. Çünki, ravilərinin hamısı, siqadır. İbnu'l-Mübarək nəzdində, hədisin sabit olmaması, mütləq olaraq sabit olmamasını gərəkdirməz. Biz, bu babın başında, bu mövzu haqqında lazım olanları söylədik. Ora müraciət edilə bilər!
--------------------
--------------------
824. Muhamməd b. Əban b. Salih'in nəqlinə görə, Əbdü'l-Əziz b. Hakim, belə deyir:
"Mən, ibn Ömər (radiyallahu anh)'ı, namazın iftitəh təkbirində, əllərini qulaqları hizasına qədər qaldırarkən gördüm. Bunun xaricində, əllərini heç qaldırmadı."
Bu hədisi, imam Muhamməd b. əl-Həsən, "Muvatta"da (s. 90) rəvayət etmişdir. Hədisin raviləri, Muhamməd b. Əban xaric, hamısı siqadır.
~ İbn Həcər, "Lisanu'l-Mizan"da, Nəsai'nin, Muhamməd b. Əban'ın, Kufəli olub, siqa olmadığını bildirdiyini söyləyir.
~ ibn Hibban, onun zəif olduğunu söyləmişdir.
~ Əhməd b. Hənbəl, "O, yalan danışmazdı." demişdir.
~ ibn əbi Hatim, "Atamdan, onun haqqında soruşdum. Mənə, 'O, qüvvətli deyil; hədisi yazılar; ancaq dəlil olaraq istifadə edilməz.' dedi." demişdir.
~ Buxari, "Tarix"ində, "Muhamməd b. Əban'ın yaddaşı haqqında, tənqidlər vardır. Ona etimad edilməz." deyir.
~ Eyni ifadələr, "Təliqu'l-Muvatta"da da mövcuddur.
Deyirəm:
Muhamməd b. Əban, mutabaat (haşiyə) növü hədislərdə, güvəniləndir. Xüsusilə də, Muhamməd b. əl-Həsən, müctəhid olduğuna görə, onun, bir hədisi dəlil olaraq istifadə etməsi, iləridə "Haşiyə"də gələcəyi üzərə, o hədisi səhih gördüyü mənasına gəlir.
Deyirəm:
Bu hədis, açıq olaraq, əllərin, sadəcə iftitəh təkbirində qaldırılacağını bildirməkdə və daha əvvəl zikri keçən Mücahid hədisi, bunu dəstəkləməkdədir.
---------------------
(Haşiyə:
Mutabaat: Təfərrüd etdiyi (rəvayətində tək qaldığı) zənn edilən raviyə, rəvayət etdiyi şeyin ləfzində, başqa bir ravinin (başqasının, başqasına mutabaatında), səhabənin eyni olması şərtilə, mutabaat, yəni müvafiq olması, deməkdir. Bu başqa raviyə, "mutabi" və ya "tabi" adı verilir.
~ Əgər bu mutabaat, təfərrüd etdiyi zənn olunan bir ravinin özü üçün hasil olarsa, buna - "tam mutabaat";
~ Əgər onun şeyxi və ya mütləq olaraq onun fövqündə olan kimsə üçün hasil olarsa, buna da - "qasir mutabaat"
deyilir.
Bəziləri, mutabaatı, ləfz ilə hasil olan müvafiqlik ilə məhdudlaşdırmış və bu müvafiqliyin, məzkur (zikr edilən) səhabənin rəvayətindən hasil olub-olmaması arasında heç bir fərq yoxdur, demişlər; şahidi isə, yenə, eyni şərtlə, məna ilə hasil olan müvafiqlik ilə məhdudlaşdırmışlardır.)
-------------------------
-------------------------
825. Qadı əbu Yusuf'un nəqlinə görə, Husayn b. Abdu'r-Rahmən belə deyir:
Mən və Amr b. Murrə, İbrahim ən-Nəxai'nin yanına daxil olduq. Amr, Alqamə b. Vail əl-Hadrami'in atasının (yəni, Vail əl-Hadrami'nin), Peyğəmbər (sallallahu aleyhi və səlləm) ilə namaz qıldığını; və təkbir gətirərkən və rukudan qalxarkən, əllərini qaldırdığını gördüyünü dedi. Bunun üzərinə, İbrahim: "Nə bilək! Bəlkə də, o, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'i, o günə qədər namaz qılarkən görməmişdir. Buna baxmayaraq, Vail əl-Hadrami, bunu görür və yadında saxlayır; ibn Məsud və əshabı isə, görmür və yadında saxlamırlar. Mən, Onların heç birindən, bunu (yəni, əlləri, iftitəh təkbiri xaricində qaldırdıqlarını) eşitmədim. Onlar, əllərini, sadəcə, namaza başlayarkən təkbir gətirdikləri əsnada qaldırırlardı." dedi.
Bu hədisi, imam Muhamməd, "əl-Muvatta"da (s. 90) rəvayət etmişdir. Bütün raviləri, siqadır.
Deyirəm:
Bu hədis də, əllərin, sadəcə iftitəh təkbirində qaldırılacağını açıqca ifadə etməkdədir. İbrahim ən-Nəxai, müctəhidlərin böyüklərindəndir. O, ibn Məsud (radiyallahu anh) hədisini, Vail (radiyallahu anh) hədisinə tərcih etmişdir. Onun tərcihi, bizə kifayət edir. Bir səhabənin, bir başqa səhabəyə tərcihi, digərini əskik görmək mənasında deyildir. İbrahim'in belə niyyəti olduğu, düşünülə bilməz. Ancaq, Abdullah b. Məsud (radiyallahu anh)'ın, bir çox böyük səhabədə olmayan özünə məxsus çox üstün fəzilətləri vardır. Bu etibarla, İbrahim ən-Nəxai, onu, Vail (radiyallahu anh)'a tərcih edərkən, xəta etməmişdir.
---------------------
---------------------
826. əbu Hənifə'nin, Hammad və İbrahim ən-Nəxai isnadı ilə, əl-Əsvəd'dən nəqlinə görə:
"Abdullah b. Məsud (radiyallahu anh), namazda, ilk təkbirdə əllərini qaldırar; sonra bir də əsla qaldırmaz və Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in də, belə etdiyini deyərdi."
Bu hədisi, əbu Muhamməd əl-Buxari əl-Harisi,
Rəca b. Abdullah ən-Nəhşəli ---> Zahid Şəqiq b. İbrahim əl-Bəlxi ---> əbu Hənifə
isnadı ilə rəvayət etmişdir. (Xarəzmi, "Cami-u Məsənid-i əbi Hənifə", l, 355)
Deyirəm:
əbu Hənifə'nin isnadındakı ravilərin hamısı, siqadırlar. Əbu Hənifə'dən sonrakı bəzi ravilər haqqında kəlam edilmişdir (yəni, tənqidə uğramışlardır). Bunun təfsilatı, haşiyə qismində gələcəkdir. Bu cümlədən olaraq, hədis, mutabaat edilməyə əlverişlidir.
Deyirəm:
Bu hədis də, açıq olaraq, sadəcə iftitəh təkbiri gətirərkən əllərin qaldırılacağını ifadə etməkdədir. Abdullah b. Məsud (radiyallahu anh)'dan nəql edilən rəvayətlər, Onun, sadəcə iftitəh təkbirində əllərini qaldırdığını və Onun, bu feli, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə nisbət etdiyini bildirməkdədir. Abdullah b. Məsud, səhabənin iləridə gələnlərindən, Peyğəmbər (sallallahu aleyhi və səlləm) ilə mütəmadi bərabər olanların ən öndə gələnlərindən və fiqhi qabiliyyəti yüksək olan səhabələrdəndir. Daha əvvəl keçdiyi üzərə -Osman (radiyallahu anh) xaric- rəşidi xəlifələr, bu xüsusda, Ona qatılmaqdadırlar. Osman (radiyallahu anh) haqqında da, bu mövzuda (yəni, ilk təkbirdən başqa əlləri qaldırmağa dair) səhih bir rəvayət yoxdur. Burda adı keçən şəxslər, tabe olmaq üçün, kifayət edirlər.
-------------------------------
İmamın (yəni, əbu Hənifə'nin) "Müsnəd"ini cəm edən və "Ustad" deyə bilinən hafiz əbu Muhamməd əl-Harisi:
əbu Hənifə'nin hədisini, Harisi, "əl-Müsnəd"ində rəvayət etmişdir. Harisi, hafiz əbu Muhamməd Abdullah b. Yaqub əl-Haris əl-Harisi əl-Buxari olub, "Abdullah əl-Ustad" deyə bilinməkdədir. Özündən, Kufəli əbu'l-Abbas b. Uqbə və əbu Bəkr b. Adəm ilə əbu Bəkr b. əl-Cəani, Əhməd b. Muhamməd b. əl-Kağizi əl-Bağdadi və Buxara elm əhli, hədis rəvayət etmişlərdir.
~ Xarəzmi, "Harisi'nin, əbu Hənifə'nin hədislərini cəm etdiyi Müsnəd'ini mütaliə edən kimsə, onun, hədis elmində, nə qədər dərin; isnad və mətn biliyi mövzusunda, nə qədər böyük bir alim olduğunu, dərhal başa düşər." demişdir. (Xarəzmi, "Cami-u Məsənid-i əbi Hənifə", l, 4; ll, 275)
~ Ləknəvi, "əl-Fəvaidu'l-Bəhiyyə"də, Səmani'nin, onun çox hədis bildiyini; iləridə gələn bir alim olub, çox hədis nəql etdiyini; ancaq, rəvayətinin zəif olub nəql etdiyi hədislərdə, güvənilən olmadığını söylədiyini nəql edir.
~ Hakim, onun üçün, siqa ravilərdən rəvayətdə tək qalmış qəribə rəvayətləri vardır. Onun haqqında, sükut edilmişdir, deməkdədir. (Hakim, "əl-Müstədrək", s. 44)
~ ibn Həcər, "Lisanu'l-Mizan"da, "əbu Abdullah b. Məndə, ondan çox hədis rəvayət etmişdir. Onun, bəzi təsnifləri vardır." dedikdən sonra, Xəlili'nin: "O, ustad olaraq bilinir. Bu xüsusda, çox elmi vardır. Hədisində lin (haşiyə) mövcud olub, zəif olduğunu söyləmişlərdir." deməkdədir.
Deyirəm:
Harisi'nin hədisi, digər rəvayətləri dəstəkləməyə uyğundur.
------------------------
(Haşiyə:
Leyyin nə deməkdir?
"Lin" kökündən meydana gələn "leyyin" kəliməsi, lüğətdə, "yumşaq, asan" mənasına gəlir.
Hədis termini olaraq, "xəfifdən şiddətliyə doğru edilən cərh ləfzləri bölgüsünə görə, birinci mərtəbədə yer alan ən xəfif və tə'dilə ən yaxın ləfzlərdən biri olub, Daraqutni'yə görə, ravinin ədalat vəsfini yox etməyəcək, dolayısı ilə, rəvayətinin rəddini gərəkdirməyəcək qədər xəfif bir cərh"i ifadə edir.
-------------------------
İmam əbu Hənifə'nin tələbəsi Şəqiq əl-Bəlxi:
Sənəddəki Rəca b. Abdullah ən-Nəhşəli adındakı şəxs haqqında, hər hansı bir məlumat tapa bilmədim.
ibn Həcər, "Lisanu'l-Mizan"da (lll, 151-152), "Şəqiqu'l-Bəlxi, zahidlərin böyüklərindən idi. Onun haqqında zəif hökmünü vermək, təsəvvür edilə bilməz." deməkdədir.
--------------------------
əbu Hənifə'nin əllərin qaldırılması xüsusunda, Əvzai ilə münazirəsi:
Harisi, "əl-Müsnəd"ində, əbu Hənifə ilə Əvzai arasında bu hədislə bağlı bir qissə zikr edir və "Muhamməd b. İbrahim b. Ziyad ər-Razi'nin nəqlinə görə, Şəzəkuni belə demişdir..." deyərək sözə başlayır.
Harisi, "əl-Müsnəd"ində, əbu Hənifə ilə Əvzai arasında bu hədislə bağlı bir qissə zikr edir və "Muhamməd b. İbrahim b. Ziyad ər-Razi'nin nəqlinə görə, Şəzəkuni belə demişdir..." deyərək sözə başlayır:
Süfyan b. Uyeynə'dən eşitdim, belə deyirdi:
əbu Hənifə ilə Əvzai, Məkkə'də, Daru'l-Hannatin adlı yerdə, bir araya gəldilər.
- Əvzai, əbu Hənifə'dən: "Namazda rukuya gedərkən və rukudan qalxarkən, sizlər, nə üçün əllərinizi qaldırmırsınız?" deyə soruşdu.
- əbu Hənifə: "Çünki, bu xüsusda, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən səhih bir xəbər gəlməmişdir." dedi.
- Əvzai: "Necə yəni səhih bir xəbər gəlməmişdir? Zühri'nin, Salim isnadı ilə atasından nəqlinə görə, 'Allah rəsulu (sallallahu aleyhi və səlləm) namaza başlayarkən; rukuya gedərkən və rukudan qalxarkən, əllərini qaldırardı." dedi.
- Bunun üzərinə, əbu Hənifə də: "Hammad'ın, İbrahim ən-Nəxai ---> Alqamə ---> əl-Əsvəd isnadı ilə Abdullah b. Məsud (radiyallahu anh)'dan rəvayətinə görə, 'Allah rəsulu (sallallahu aleyhi və səlləm), əllərini, sadəcə namaza başlayarkən qaldırar; sonra bir də qaldırmazdı." dedi.
- Əvzai belə dedi: "Mən, Sənə, Zühri və Salim vasitəsilə Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən rəvayət edirəm. Sən isə, Hammad vasitəsilə İbrahim'dən."
- əbu Hənifə, belə dedi: "Hammad, Zühri'dən; İbrahim də, Salim'dən daha fəqih idi. ibn Ömər (radiyallahu anh), səhabə olub səhabəlik üstünlüyü olmaqla bərabər, fiqhdə, Alqamə, Ondan daha aşağı deyildir. Əsvəd'in isə, çox fəziləti vardır. Abdullah b. Məsud (radiyallahu anh)'ın fiqhdə və qiraətdə fəziləti çoxdur. Onun, Allah rəsulu (sallallahu aleyhi və səlləm) nəzdində, kiçik yaşlarından etibarən, səhabəlik öncəliyi; Abdullah b. Ömər (radiyallahu anh)'dan daha üstündür."
(Bu cavab qarşısında), Əvzai, sükut etdi. (Xarəzmi, "Cami-u Məsənid-i əbi Hənifə", l, 352-353)
Bu xəbərin raviləri haqqında, söz edilmişdir (yəni, tənqidlər vardır).
~ Harisi'dən, daha əvvəl bəhs edilmişdi.
~ Muhamməd b. Ziyad ət-Tayalisi ər-Razi, cəvval (hədis öyrənmək üçün məşəqqətli səfərlərə çıxan) bir mühəddis olaraq İbrahim b. Musa əl-Fərra və Yəhya b. Main'dən, hədis rəvayət etmişdir. Ondan da, əl-Cəabi və Cəfər əl-Xaldi rəvayət etmişdir.
Bir neçə ravini, əbu Əhməd əl-Hakim, zəif olaraq görmüşdür.
~ Şiraveyh haqqında isə, bəzi tənqidlər vardır. Özü isə, hədis bilən böyük bir alim idi. (ibn Həcər, "Lisanu'l-Mizan", V, 22)
~ Şəzəkuni, Hafiz Süleyman b. Davud b. Munqari əl-Basri, hafizlərdən biridir. Ancaq, son dərəcə zəifdir, demişdir. Münəqqid Amr, belə deyir: "Şəzəkuni Bağdada gəlincə, Əhməd b. Hənbəl mənə: 'Süleymanın yanına gedib, rical tənqidini öyrənək." dedi. Əhməd b. Hənbəl, "Mən, əbu Abdullah'ın, 'Bizim içimizdə, ricalı ən yaxşı bilən, Yəhya b. Main'dir. Fiqh bablarını (yəni, mövzularını) ən güclü bilən isə, Süleyman əş-Şəzəkuni'dir.' dediyini eşitdim." demişdir. Salih b. Muhamməd Cəzərə'dən, Şəzəkuni haqqında soruşulduğunda, "Ondan daha hafizini görmədim. Ancaq, hədisdə yalanı vardır." demişdir. ibn Adiyy isə, "Abdan'dan, Şəzəkuni haqqında soruşdum. Mənə, 'Onu töhmət altında saxlamaqdan, Allaha sığınıram. Kitabları əldən çıxınca, əzbərdən rəvayət edərdi.' dedi." demişdir. (Zəhəbi, "Təzkiratu'l-Huffaz", ll, 66)
Deyirəm:
Burda zikri keçən ravilərin rəvayətləri, əhkam xaricində, dəlil olaraq istifadə edilə bilər. Mühəddislərin,
~ məğazi (döyüşlər);
~ siyər; və
~ xəbər
xüsusunda həssas davranmadıqları, bilinməkdədir. Raviləri haqqında tənqid olması, -xüsusilə də, bu mövzuda ixtilaf olduğunda- yuxarıda nəql edilən hadisənin sihhətinə zərər verməz. ibnu'l-Hümam, "Fəthu'l-Qadir"də, yuxarıdakı hadisəni zikr etdikdən sonra, belə deyir:
"əbu Hənifə, ravilərin fiqhi səviyyələrini; Əvzai isə, isnadın qısa və Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə yaxın (ali) olmasını tərcih etmişdir. Fəqih ravilərin tərcihi, bizim (Hənəfi) məzhəbində, daha çox qəbul görəndir."
-----------------------
-----------------------
827. ibn əbi Davud'un, Əhməd b. Yunus'dan nəqlinə görə, əbu Bəkr b. Ayyəş, belə demişdir:
"Namaza başlamaq təkbiri xaricində, əllərini qaldıran heç bir fəqih görmədim."
Bu xəbəri, Tahavi rəvayət etmişdir. Raviləri, -daha əvvəl keçdiyi üzərə- siqa olan ibn əbi Davud xaric, səhih hədis raviləridir. (Tahavi, "Şərh-u Məani'l-Asar", l, 228)
Deyirəm:
Bu rəvayət, rukuya gedərkən və rukudan qalxarkən, əlləri qaldırmaqdan bəhs edən hədisin, tabiun zamanında tərk edilmiş bir əməl olduğuna dəlalət edir. Çünki, əbu Bəkr b. Ayyəş, ətbau't-tabiin'in böyüklərindən biridir. Sevri və başqaları, əbu Bəkr b. Ayyəş'dən hədis rəvayət etmişlərdir. Əhməd b. Hənbəl: "Zənn edirəm, əbu Bəkr b. Ayyəş'in doğumu, hicri 100-cü ildir. O və Harun ər-Rəşid, 193-cü ildə, eyni ayda vəfat etdilər." demişdir. (ibn Həcər, "Təhzibu't-Təhzib", Xll, 36)
imam Malik, "əl-Müdəvvənətu'l-Kubra"da (l, 71), "Namazda rukuya gedərkən və rukudan qalxarkən, təkbirlə bərabər əl qaldırmaq deyə bir şey bilmirəm. Namaz qılan kimsə, ancaq, iftitəh təkbiri əsnasında, xəfifcə əllərini qaldırar." demişdir. ibnu'l-Qasim (Malik'in əshabından bir imam): "imam Malik'ə görə, iftitəh təkbiri xaric əlləri qaldırmaq, zəifdir." deməkdədir.
imam Malik, ətbau't-tabiin'in böyüklərindən idi. Onun, namazda iftitəh təkbiri xaric əllərini qaldırılmasını bilməməsi, tabiun dövründə, bu əməlin tərk edildiyini və (haqqında danışılan) rəvayətin mənsux olduğunu göstərir.
Əgər: "imam Malik, 'əl-Muvatta'sında əl qaldırmaqdan bəhs etməkdədir. Bu, Maliki'lərin, gərəyincə Allaha ibadət etdikləri və özünü təqlid etdikləri məzhəbidir." deyiləcək olarsa, belə deyərəm:
Bu görüşü, hafiz ibn Həcər (Asqalani), "Tə'cilu'l-Mənfəə"sinin baş tərəfində, bu şəkildə rədd etməkdədir:
"Bu məsələ, Maliki məzhəbində zikr edildiyi kimi deyildir. Əksinə, onların hökm və fətva xüsusunda istinad etdikləri -əl-Muvatta'dakı görüşə istər uyğun olsun, istər olmasın- ibnu'l-Qasim'in, Malik'dən rəvayətinə görədir. Bəzi Məğrib'lilər, -rukuya gedərkən və rukudan qalxarkən əl qaldırma məsələsində olduğu kimi- Maliki'lərin "əl-Muvatta"nın mətninə müxalifət etdikləri nöqtələri, bir kitabda toplamışlardır. Beləcə, Malikilər nəzdində, "əl-Muvatta"ya nəzərən, ibnu'l-Qasim'in rəvayətinin götürülməyə daha layiq və daha güclü olduğu ortaya çıxmaqdadır."
ibn əbi Şeybə'nin, səhih bir isnadla nəql etdiyi əbu İshaq hədisində, Abdullah b. Məsud (radiyallahu anh) və Əli (radiyallahu anh)'ın əshabının, "Namazda iftitəh təkbiri xaric əllərini qaldırmadıqları" daha əvvəl keçmişdi. ibnu't-Türkməni'nin, "əl-Cəvhəru'n-Naqi alə Sünəni'l-Beyhaqi"də daha əvvəl keçdiyi üzərə, səhabələr arasında əl qaldırmağı, sadəcə iftitəh təkbirilə məhdud görənlər olduğunu bildirməkdədir. Eyni şəkildə, aralarında:
~ əl-Əsvəd;
~ Alqamə;
~ İbrahim ən-Nəxai;
~ Xaysəmə;
~ Qays b. əbi Hazm;
~ Şa'bi;
~ əbu İshaq; və
başqaları kimi tabiundan bir camaat da, eyni görüşdədirlər.
Bütün bunları, ibn əbi Şeybə, ceyyid bir isnadla "əl-Musannəf"ində zikr edir. (ibnu't-Türkməni, "əl-Cəvhəru'n-Naqi", l, 140)
Eyni əsərin bir başqa yerində, bu açıqlama yer alır:
~ ibnu'l-Qasim, imam Malik'in, əllərini sadəcə ilk təkbirdə qaldırdığını nəql etməkdədir.
~ əbu Ömər b. Abdu'l-Bərr (əl-Maliki) isə: "Mən, ibnu'l-Qasim'in rəvayətinə uyğun olaraq, əllərimi, safəcə iftitəh təkbirində qaldırıram." deyir.
~ Qurtubi'nin Muslim şərhi'ndə (yəni, "əl-Mufhim"də): "Bu, Malik'in məzhəbində məşhurdur." deməkdədir.
~ ibn Rüşd (əl-Maliki)'nin "Qavaid"ində: "Əmələ müvafiq olduğu üçün, bu, Malik'in məzhəbidir." deyilməkdədir. (ibnu't-Türkməni, "əl-Cəvhəru'n-Naqi", l, 136)
~ ibn Rüşd'ün "Bidayətu'l-Müctəhid"ində isə, belə deyilir:
"Kufəlilərdən əbu Hənifə, Süfyan əs-Sevri və digər fəqihlər, namaz qılan kimsənin, sadəcə iftitəh təkbirində əllərini qaldıracağı görüşündədirlər. Bu, eyni zamanda, ibnu'l-Qasim'in, imam Malik'dən rəvayətidir. İmam Şafi, Əhməd b. Hənbəl, əbu Ubeyd, əbu Sevr, mühəddislərin əksəriyyəti və Zahirilər, iftitəh təkbiri gətirərkən, rukuya gedərkən və rukudan qalxarkən, əllərin qaldırılacağı görüşündədirlər. Bu, imam Malik'dən də rəvayət edilmişdir. Ancaq, bu əl qaldırma, zikri keçən alimlər nəzdində, fərz ikən; imam Malik'ə görə, sünnətdir. Bəzi mühəddislər, səcdəyə gedərkən və səcdədən qalxarkən də, əllərin qaldırılacağı görüşündədirlər."
ibn Rüşd, davamında belə deyir:
"Alimlər arasında əl qaldırmağı, Abdullah b. Məsud (radiyallahu anh) və Bəra b. Azib (radiyallahu anh)'ın hədisinə tərcih edərək, sadəcə başlanğıc təkbirilə məhdud görənlər vardır. Bu, əmələ müvafiq olduğu üçün, Malik'in məzhəbidir." (ibn Rüşd, "Bidayətu'l-Müctəhid", l, 78)
Bu babda zikr edilən hədislərlə, Buxari'nin, Abdullah b. Ömər (radiyallahu anh)'dan nəql etdiyi və bizim, daha əvvəl zikr etdiyimiz hədis, Nəsai'nin səhih bir isnadla Malik b. Huveyris'dən rəvayət etdiyi hədis, bir-birilərinə zidd düşməkdədirlər. Malik b. Huveyris (radiyallahu anh)'ın,
Peyğəmbər (sallallahu aleyhi və səlləm)'i, namazında, rukuya gedərkən; başını rukudan qaldırarkən; səcdəyə gedərkən; və səcdədən başını qaldırdığında, əllərini, qulaqlarına qədər qaldırdığını gördüyü
rəvayət edilmişdir. (Muslim, "Salət", 26; Nəsai, "Tətbiq", 18)
Hafiz ibn Həcər, "Fəthu'l-Bari"də (ll, 185),
"Səcdə əsnasında əl qaldırmaqla bağlı hədislər arasında mənim vaqif olduğum ən səhih rəvayət, Nəsai'nin,
Səid b. əbi Arubə ---> Qatadə ---> Nasr b. Asim ---> Malik b. əl-Huveyris (radiyallahu anh)
hədisidir." deyir və hədisi zikr edir.
ibn Həcər, daha sonra, bu hədisdə, Səid'in mündərid olmadığını (yəni, tək qalmadığını), Həmmam'ın, əbu Avanə'nin "Səhih"ində, Qatadə'dən rəvayət ilə buna mutabaat etdiyini nəql edir.
Allamə Zahir, "ət-Tə'liqu'l-Həsən"də (l, 102) belə deyir:
"Hətta Əhməd b. Hənbəl'də, Həmmam; Nəsai'də, əbu Avanə, Şu'bə və Muaz b. Hişam olmaq üzərə Qatadə əshabından bir çox kimsə, bu hədisə mutabaat etmişdir. Heç şübhəsiz, səcdə üçün əllərin qaldırılması ziyadəsi, səhihdir."
əbu Yə'lə'nin ("Müsnəd", Vl, 3752), Ənəs'dən, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, ruku və səcdələrində əllərini qaldırdığı yolundakı rəvayət haqqında, Heysəmi, "Raviləri, səhih hədis raviləridir." deməkdədir. "Məcmau'z-Zəvaid"də (l, 182) də, belədir. Yenə eyni əsərdə ("Məcmau'z-Zəvaid", l, 182), ibn Ömər (radiyallahu anh)'ın,
"Peyğəmbər (sallallahu aleyhi və səlləm), rukuya və səcdəyə gedərkən təkbir əsnasında əllərini qaldırırdı." dediyi nəql edilir. Bunu, Taberani, "əl-Əvsat"ında rəvayət etmiş olub, isnadı, səhihdir.
Əgər, "Bu, Buxari'nin, ibn Ömər'dən mərfu olaraq nəql etdiyi, 'Bunu, səcdəyə gedərkən və başını səcdədən qaldırdığında etməz.' (Buxari, "Azan", 85) şəklindəki rəvayətə müxalifdir." deyiləcək olarsa, belə deyərəm:
Bu 2 rəvayəti, "hinə yəscudu = səcdə edərkən" ifadəsini, ikinci səcdə mənasına həml edərək uzlaşdırmaq, mümkündür.
Buxari'nin, ibn Ömər'dən, "Əllərini, 2 səcdə arasında qaldırmaz." şəklindəki rəvayəti də, bunu dəstəkləməkdədir. (Allamə Zahir, "ət-Tə'liqu'l-Həsən", l, 102)
Bizə qarşı dəlil olan hədislərdən biri, əbu Hureyrə (radiyallahu anh)'ın,
"Peyğəmbər (sallallahu aleyhi və səlləm)'i, namaza başlayarkən; rukuya və səcdəyə gedərkən, əllərini, çiyinlərinə qədər qaldırdığını gördüm." şəklindəki rəvayətidir. (ibn Macə, "Salət", 15. Hədis, səhihdir.)
Bu hədisi, ibn Macə rəvayət etmiş olub, saduq olan İsmayıl b. Ayyəç xaric, ravilərinin hamısı, siqadır. İsmayıl b. Ayyəş'in, Şamlı olmayanlardan nəql etdiyi rəvayət haqqında, kəlam edilmişdir.
Bir digər müxalif dəlil isə, Husayn b. Abdu'r-Rahmən'in bu rəvayətidir. Bir gün, İbrahim ən-Nəxai'nin yanına daxil olduq. Amr b. Murrə, Ona: 'Hadrami'lərin məscidində namaz qıldıq. Alqamə b. Vail, mənə: 'Atam, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'i, namaza başlayarkən; rukuya və səcdəyə gedərkən, əllərini qaldırarkən görmüşdür.' dedi."
Hədisi, Daraqutni ("Sünən", l, 291) rəvayət etmiş olub, isnadı, səhihdir.
Bizə qarşı iləri sürülən bir digər dəlil, Yəhya b. İshaq'ın, "Ənəs b. Malik (radiyallahu anh)'ı, 2 səcdə arasında əllərini qaldırarkən gördüm." şəklində rəvayət etdiyi hədisdir. Bu hədisi, Buxari rəvayət edir və isnadı da, səhihdir.
Bu 3 hədisi, Niməvi, "Asaru's-Sünən"ində (l, 102-103) nəql etməkdədir.
Bu rəvayətlər, bizim əleyhimizə dəlil olduğu qədər, Şafi və başqaları əleyhinə də dəlildir. Çünki, Şafilərin əksəriyyəti, səcdəyə gedərkən və səcdədən qalxarkən, əl qaldırmaq gərəkdiyini söyləmirlər. Beyhaqi'də, ibn Ömər (radiyallahu anh) hədisində,
"2 rükət qıldıqdan sonra ayağa qalxarkən, əl qaldırılacağı" şəklində bir ziyadə/əlavə vardır.
Yenə, Beyhaqi'də yer alan Əli (radiyallahu anh) hədisində də, 2 səcdədən ayağa qalxarkən əl qaldırılmasından bəhs edilməkdədir.
Beyhaqi, öz məzhəbini (yəni, Şafi məzhəbini) isbat etmək üçün, bu 2 hədisi dəlil olaraq göstərməkdədir. ibnu't-Türkməni (əl-Hənəfi) isə, ona qarşı, bu görüşü iləri sürür:
Beyhaqi, bu babı, rukuya gedərkən və rukudan qalxarkən əl qaldırma xüsusu üzərinə açmışdır. Halbuki, Beyhaqi'nin zikr etmiş olduğu ibn Ömər (radiyallahu anh) hədisində, verdiyi bu başlığa uyğun düşməyən "2 rükətin sonunda ayağa qalxarkən əl qaldırmaq" şəklində bir əlavə vardır və bu, qəbula dəyər bir əlavədir. Ancaq bunu, Beyhaqi'nin imamı olan Şafi, demir. Rukuya gedərkən və rukudan qalxarkən əlləri qaldırma şəklindəki əlavə, onun müxalifi olan məzhəbi necə bağlayırsa, eyni şəkildə, səcdədən qalxarkən əl qaldırma şəklindəki əlavə də, onu bağlayır. Bir felin nəticəsinə qatlanması lazım gələn ilk şəxs, onu daha əvvəl edəndir, demişlərdir.
ibnu't-Türkməni ("əl-Cəvhəru'n-Naqi alə Sünəni'l-Beyhaqi", l, 134-135), Əli (radiyallahu anh) hədisi haqqında da, belə deyir:
"Sonra, bu hədisdə də, 2 səcdədən sonra ayağa qalxarkən əlləri qaldırma şəklində bir əlavə vardır. Bu da, -hədis səhih olduğu təqdirdə- Şafi'nin qəbul etməsi lazım gələn bir hökmdür. Halbuki, Şafi, bu görüşdə deyildir."
Qarşı tərəf, səcdədən qalxarkən və qəbul etmədikləri başqa hallarda əl qaldırma xüsusunda necə bir müdafiə gətirirlərsə, rukuya gedərkən və rukudan qalxarkən əl qaldırma xüsusunda, biz də, eyni şeyləri deyə bilərik.
ibnu'l-Hümam, bu xüsusda, belə deyir:
Tirmizi ("Daavat", 32) -səhih olduğunu söyləyərək- Əli (radiyallahu anh)'dan bu rəvayəti nəql edir:
"Peyğəmbər (sallallahu aleyhi və səlləm), fərz namaza durmaq istədiyində, əllərini çiyinlərinə qədər qaldırardı. Qiraətini bitirib rukuya getmək istədiyində və rukudan başını qaldırdığında, eynisini edərdi. Oturma halında isə, əllərini qaldırmazdı. Ancaq 2 səcdədən sonra ayağa qalxarkən, yenə əllərini qaldırardı."
Onun bu rəvayəti, -səcdədən qalxarkən əl qaldırmağın mənsux olduğu yolundakı ittifaq səbəbilə- nəsxə həml edilir.
Səhabədən nəql edilən xəbərləri və onların Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən gələn rəvayət yolları, həqiqətən çoxdur və bunların üzərində, gərək Tahavi və gərəksə başqa alimlər, geniş kəlam etmişlərdir. Bütün bunlar dəyərləndirildiyində, qəti olan xüsus, rukuya gedərkən əlləri qaldırmaq və qaldırmamaqla bağlı rəvayətlərin sabit olduğudur. Bu rəvayətlər bir-birilə zidd düşdüyü üçün, məsələ, tərcihə möhtacdır. Bizim gəldiyimiz nəticə, tərcihə uyğundur deyirik. Çünki, vaxtı ilə, namaz əsnasında əl qaldırma kimi mübah sayılan söz və fellər edilməkdə idi. Və belə söz və fellərin nəsx edildiyi, bilinməkdədir. O halda, əl qaldırmağın da nəsx içində olması, uzaq bir ehtimal deyildir. Xüsusilə, səcdələrdə, 2 səcdə arasında və səcdədən ayağa qalxarkən əl qaldırmaq, səhih olaraq rəvayət edilməkdədir; ancaq, cumhur (alimlərin əksəriyyəti), bu sayılan yerlərdə əl qaldırılmayacağı xüsusunda, ittifaq etmişlərdir. O vaxt, bunlara müxalif olan görüş, şübhəsiz sabit olmuş olur. Bu görüşün əksi isə, belə deyildir. Çünki, əl qaldırmamaq hökmü üçün, məşru olmamaq ehtimalı bəhs mövzusu ola bilməz. Çünki, əl qaldırmamaq, bildiyimiz bir hərəkət cinsindən olmayıb, əksinə, sükun cinsindəndir. Sükunət halı isə, namazda mövcud olması tələb edilən bir şeydir və bu xüsusda, icma mövcuddur. Eyni şəkildə, bizim görüşümüz -əbu Hənifə'nin, Əvzai'yə dediyi kimi- Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən nəql edən ravilərin üstünlüyü səbəbilə də, tərcihə daha uyğundur. (ibnu'l-Hümam, "Fəthu'l-Qadir", l, 270)
Deyirəm:
Bu təqrir (açıqlama), gözəldir. Ayrıca, üsul elmində, "2 hədis bir-birilə zidd düşdüyündə, səhabələrin sözlərinə və fellərinə rücu edilir." şəklində bir qayda vardır. Əgər səhabələrin sözləri və felləri də fərqli olarsa, o vaxt, qiyasa rücu edilir. Burda, qiyas, -daha əvvəl də dəfələrlə ifadə edildiyi üzərə- şəran (şəri cəhətdən) mətlub olanın, namazda sükunət halının əsas olmasıdır. Bu qiyas, namaz əsnasında, əl qaldırmamağı gərəkdirməkdədir. Necə ki, insanların örf və adətlərinə görə, xidmətçilərin, nökərlərin və uşaqların ağaları hüzurunda davranış əsasları, boyun əymək və tərpənmədən əsas duruş şəklində hörmət göstərməkdir.
Burda, belə deyilə bilər:
"Namazda əl qaldırma hədisi, Fəthu'l-Bari'də (ll, 182) ifadə edildiyi üzərə, mütəvatirdir. Müəllif ibn Həcər, orda belə deyir:
Buxari, əl qaldırma hədisini, 17 səhabənin rəvayət etdiyini söyləyir. Hakim və əbu'l-Qasim b. Məndə, içlərində cənnətlə müjdələnən 10 səhabə də olan ravilərdən rəvayət etmişlərdir. Şeyximiz əbu'l-Fadl Hafiz əl-İraqi, bu hədisi rəvayət edən səhabələri araşdırmış və saylarının, 50-yə çatdığını təsbit etmişdir.
Suyuti, bu hədisi, "Tədribu'r-Ravi"də (s. 191), mütəvatir hədislərdən sayır və: 'Namazda əlləri qaldırmaq, 50-yə yaxın ravinin rəvayətinə söykənir.' deməkdədir."
Deyirəm:
Rəşidi xəlifələr, ayrıca onların xaricində böyük səhabələr və tabiun fəqihləri, xüsusilə, Əli və ibn Məsud (radiyallahu anhuma)'nın əshabı, bu hədisə görə əməl etmədiklərinə; hətta əbu Bəkr b. Ayyəş, "Mən, namazda iftitəh təkbiri xaricində, heç bir fəqihin əllərini qaldırdığını görmədim." dediyinə görə, bu hədisin mütəvatirliyi, görəsən necə deyilə bilər?! Hədisin mütəvatir olduğunu təslim etsək belə, bu halda, o, nəsx edilmiş ayə kimi olar. Necə ki, ayənin mütəvatir olması, onun mənsuxluğuna mane olmursa, bu da, eynilə belədir. Üstəlik, biz, -"Tədribu'r-Ravi"nin ibarəsindən başa düşüləcəyi üzərə- namazda 2 əlin mütləq olaraq qaldırılması halı xaric, bu hədisin mütəvatirliyini qəbul etmirik. Xüsusilə, rukuya gedərkən və rukudan qalxarkən əl qaldırma xüsusunda, hədisin mütəvatirliyi, qəbul edilə bilməz. Ən doğrusunu, Allah bilir...
Buna dəlilimiz, Şəvkani'nin, "Neylu'l-Əvtar"ındakı bu sözüdür:
"İraqi, namazın başlanğıcında əllərin qaldırılmasını rəvayət edən raviləri saymış və aralarında, daha həyatda ikən cənnətlə müjdələnmiş olan səhabələr olmaq qeydilə, bunların, 50-yə çatdığını təsbit etmişdir. Hafiz ibn Həcər, "Fəthu'l-Bari"də (ll, 67), belə deyir: 'Şeyximiz hafiz əbu'l-Fadl, bunu rəvayət edən səhabələri araşdırmış və saylarının, 50-yə çatdığını təsbit etmişdir.'Bu ifadə, bəhsi keçən 50 səhabənin rəvayətinin, rukuya gedərkən və rukudan qalxarkən deyil; namaza başlayarkən əl qaldırma xüsusunda olduğu, çox açıqdır!"
Bil və qafillərdən olma!
Hənəfilərin rukuya gedərkən və rukudan qalxarkən əl qaldırmamaq hökmünü, ibn Abbas (radiyallahu anh)'ın:
"Əllər, namazda, ancaq 7 yerdə qaldırılar." hədisilə ihticac etdikləri, bilinməlidir.
Şeyx ibn Dəqiq əl-İd, "əl-İmam" adlı əsərində, bu hədisə, 5 cəhətdən etiraz etmişdir:
1. ibn əbi Leyla, bu hədisin rəvayətində tək qalmış və onunla ihticac etməmişdir (yəni, dəlil olaraq istifadə etməmişdir).
2. Vəki'nin ondan nəql etdiyi rəvayət, ibn Abbas və ibn Ömər (radiyallahu anhuma)'da məvqufdur. Hakim, ibn Leyla'dan bu hədisi rəvayət edən ravilərin içərisində, Vəki'nin ən səbt/sağlam olduğunu söyləyir.
3. Tabiun'dan bir qrupun səhih bir isnadla rəvayətlərinə görə, Abdullah b. Ömər və Abdullah b. Abbas (radiyallahu anhuma), rukuya gedərkən və rukudan başlarını qaldırdıqlarında, əllərini qaldırırlardı və bunu, Nəbi (sallallahu aleyhi və səlləm)'ə isnad edirlərdi.
4. Şu'bə, Hakəm'in, Miqsəm'dən sadəcə 4 hədis rəvayət etdiyini və bu hədisin, onlardan biri olmadığını söyləmişdir.
5. Namazda əllərin sadəcə 7 yerdə qaldırılacağı məsələsinin səhih olması, imkansızdır. Sayılan 7 yerin xaricində də əl qaldırılacağını göstərən bir çox mütəvatir xəbər vardır. Bunlardan biri, yağış duası edilərkəndir. Peyğəmbər (sallallahu aleyhi və səlləm), namazda dua edərkən əllərini qaldırmış və bunu əmr etmişdir. Vitr namazı qılarkən və sübh namazı əsnasında qunut oxuyarkən 2 əli qaldırmaq da, belədir. (Zeylai, "Nasbu'r-Rayə", l, 206)
✓ Birinci etiraza cavabımız:
ibn əbi Leyla'nın, bu rəvayətdə münfərid olmadığı şəklindədir.
Taberani'nin, "əl-Mu'cəmu'l-Kəbir"ində (Xl, 422),
Əhməd b. Şuayb ---> Abdu'r-Rahmən ən-Nəsai ---> Amr b. Yezid ---> əbu Yezid əl-Harami ---> Seyf b. Ubeydullah ---> Vərqa ---> Ata b. əs-Səib
isnadı ilə Səid b. Cubeyr'dən nəqlinə görə, ibn Abbas (radiyallahu anh), Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in belə buyurduğunu nəql edir:
"Səcdə, 7 orqan üzərinə edilir.
~ Beytullahı gördüyündə;
~ Səfa və Mərvə'də;
~ Ərəfat'da;
~ Şeytan daşlayarkən; və
~ Namaza durduğunda,
əllər qaldırılar." (Zeylai, "Nasbu'r-Rayə", l, 206)
Bu hədisin bütün raviləri, -saduq olan Seyf b. Abdullah xaric- siqadırlar. (ibn Həcər, "Təqribu't-Təhzib", s. 83)
Beyhaqi'nin,
imam Şafi ---> Səid b. Səlim ---> ibn Cureyc ---> Miqsəm
isnadı ilə nəqlinə görə, ibn Abbas (radiyallahu anh):
"Peyğəmbər (sallallahu aleyhi və səlləm): 'Namazda, əllər qaldırılar...' buyurmuşdur." (Beyhaqi, "Sünən", V, 72-73) dedikdən sonra, buna bənzər ifadələrlə hədisi zikr etmişdir.
Bu rəvayətdə, "ölü üzərinə" şəklində bir əlavə də vardır. İcli, ibn əbi Leyla'nın siqa olduğunu söyləmiş; Tirmizi isə, onun, çox sayda hədisinin səhih olduğunu bildirmişdir. Bu hədislərdən biri də, "Ümrədə təlbiyəyə nə vaxt son verilir?" şəklindəki başlıqda yer alan hədisidir. (Tirmizi, "Həcc", 79)
✓ ibn Dəqiq əl-İd'in ikinci etirazına cavabımız:
Bəzzar'ın, "Müsnəd"ində rəvayət etdiyi əbu Kureyb Muhamməd b. əl-Ala hədisidir. əbu Kureyb'in,
Abdu'r-Rahmən b. Muhamməd əl-Muharibi ---> ibn əbi Leyla ---> əl-Hakəm ---> Miqsəm ---> ibn Abbas ---> Nafi
isnadı ilə ibn Ömər (radiyallahu anh)'dan nəqlinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm):
"Əllər, 7 yerdə qaldırılar." buyurmuşdur. (Zeylai, "Nasbu'r-Rayə", l, 205)
Görüldüyü üzərə, bu hədisi, Abdu'r-Rahmən əl-Muharibi, mərfu olaraq rəvayət etməkdədir. Muhamməd, siqa olub, Buxari və Muslim, "Səhih"lərində, özündən hədis rəvayət etmişlərdir. Bu halda, -hər nə qədər Vəki məvquf olaraq rəvayət etsə də- hədis, mərfudur. Nəvəvi, "əl-Minhac" müqəddiməsində və Muslim şərhində (l, 256), belə deyir:
"Hədisi, zəbti, sağlam, siqa olan:
~ bəzi ravilər, müttəsil;
~ bəziləri, mürsəl; və ya
~ bəziləri, məvquf;
~ bəziləri də, mərfu
olaraq rəvayət etdiklərinə görə, səhih olanı, mühəddislərdən mühəqqiq alimlərin söylədiklərilə fəqihlərin və üsul alimlərinin bildirdikləridir. Xatib əl-Bağdadi də, bu əsası mənimsəmişdir. Buna görə, hədisi mövsul və ya mərfu olaraq rəvayət edənin, əsas götürülməsidir. Çünki, mövsul, ya da mərfuluq, siqa bir ravinin əlavəsi olmaqdadır. Siqa ravinin ziyadəsi isə, məqbuldur. Müxalif olan ravi, istər onunla eyni; istər daha çox; istərsə də ondan daha hafiz olsun, bu hökm, dəyişməz."
Qaldı ki, Vəki də, bir dəfə, Buxari'də əllərin qaldırılması babında, təliq olaraq rəvayət edildiyi kimi, hədisi, mərfu olaraq da rəvayət etmişdir. Buxari, Vəki'nin,
ibn əbi Leyla ---> Hakəm ---> Miqsəm ---> ibn Abbas (radiyallahu anh)
isnadı ilə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in: "Əllər, ancaq 7 yerdə qaldırılar." hədisini nəql edir. (Zeylai, "Nasbu'r-Rayə", l, 205)
Beləcə, hədisin, Vəki'nin rəvayətilə də mərfu olduğu, ortaya çıxmaqdadır.
✓ ibn Dəqiq əl-İd'in üçüncü etirazına cavab:
ibn Ömər (radiyallahu anh)'dan, əllərin qaldırılması ilə bağlı olaraq gələn xəbərlərin, bir-birilə ziddiyyət içində olduğudur. Səhih bir sənədlə, mətndə keçdiyi üzərə, Mücahid, ibn Ömər'in, əllərini qaldırılmadığını rəvayət etmişdir. Bu halda, bu rəvayətlər, dəlil ola bilməz! Ayrıca, bir səhabənin, öz rəvayətinə müxalif olaraq etmiş olduğu fel/tətbiqat, -daha əvvəl keçdiyi üzərə- mühəddislər nəzdində, hədisin sihhətini zədələməz. Ancaq, fəqihlərə görə isə, müxalif fel, hədisin rəvayət edilməsindən sonra edilmişdirsə, sihhətini zədələyər. Belə bir hal isə, sabit deyildir. Nəticə olaraq, hədisə müxalif bir rəvayət olmadığı ortaya çıxır.
✓ Dördüncü etirazına cavab:
ibn əbi Leyla'nın, bu hədisi,
Hakəm ---> Miqsəm ---> ibn Abbas (radiyallahu anh) ilə,
Hakəm ---> Nafi ---> ibn Ömər (radiyallahu anh)
təriqilə rəvayət etmiş olduğudur.
Birinci yol, mürsəl; ikincisi isə, muttəsil (bitişik)'dir. Mürsəl bir rəvayət, muttəsil ilə dəstəkləndiyində, -üsulda bildirildiyi üzərə- bütün alimlərə görə hüccət olur.
Digər tərəfdən, -daha əvvəl keçdiyi üzərə- bu hədisi, Taberani də, Ata b. əs-Səib, Səid b. Cubeyr vasitəsilə, ibn Abbas (radiyallahu anh)'dan rəvayət etmişdir. Bu halda, hədis, ibn Abbas yolu ilə də muttəsildir.
Digər tərəfdən, Şu'bə'nin rəvayətindəki "sadəcə mənası" istiqra (ayrı-ayrı hədislərdəki müştərək vəsflərə diqqət edərək, ümumi bir nəticə çıxarmaq, induktiv metod) ilə çıxarılmışdır. İmam Əhməd və başqaları, Hakəm'in, Miqsəm'dən, sadəcə 5 hədis eşitdiyini bildirərək, bunları, Yəhya əl-Qattan'ın saydığını ifadə etməkdədirlər. Bununla bərabər, Tirmizi, Hakəm'dən, Miqsəm vasitəsilə çox sayda hədis rəvayət etmiş və bunların əksəriyyətində, "eşitmə" və "rəvayət etmə" kəlimələri istifadə etmişdir. ("Müqəddimət-u Tənsiqi'n-Nizam", s. 49)
✓ ibn Dəqiq əl-İd'in beşinci etirazına cavab:
Bu etiraza, ibn Nuceym'in, "əl-Bahru'r-Raiq"indəki bu açıqlama ilə cavab vermək, mümkündür:
Bu hədisdən məqsəd, "namaz qılan şəxsin, əllərini, müəkkəd sünnət olaraq, ancaq bu 7 yerdə qaldıracağı" şəklindədir. Yoxsa, bu sayılan yerlərin xaricində mütləq olaraq əl qaldırılmaz, demək deyildir. Çünki, dua zamanı (qunut duası və başqa duaları oxuyarkən) əl qaldırmaq, fərqli diyarlarda yaşayan müsəlmanların ümumi adəti olduğu üzərə, müstəhəbdir. Ayni, "Hidayə şərhi"ndə, bu şəkildə açıqlamaqdadır. (Səharənpuri, "Bəzlu'l-Məchud", ll, 8), "əl-Hidayə"də isə, "Namazda əllərin qaldırılması rəvayəti, İslamın ilk dövrlərinə ait bir tətbiqatdır.' mənasına həml edilir. İbnu'z-Zubeyr'dən də, bu şəkildə rəvayət edilmişdir." deyilməkdədir. Zeylai, bunu, qərib görmüşdür.
İbnu'l-Cevzi, bunu, "Təhqiq" adlı əsərində zikr edir və, "Hənəfilər, namazda əl qaldırmaq ilə bağlı hədislərin, 2 hədis səbəbilə mənsux olduğunu iddia etmişlərdir. Bunların:
~ birincisi: ibn Abbas (radiyallahu anh)'dan rəvayət etdikləri, "Peyğəmbər (sallallahu aleyhi və səlləm), hər rukuya getdiyində və rukudan qalxdığında, əllərini qaldırardı. Sonra, sadəcə namazın başlanğıcında qaldırdı və digərlərini tərk etdi." şəklindədir;
~ ikincisi hədis isə: ibnu'z-Zubeyr (radiyallahu anh)'dandır. Buna görə, ibnu'z-Zubeyr, rukudan qalxarkən əllərini qaldıran birini görüncə, ona, "Bu, nədir? Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in əvvəllər etdiyi; ancaq sonra tərk etdiyi feldir." deyərdi.
ibnu'l-Cevzi, daha sonra, bu 2 hədisin əslinin bilinmədiyini; ibn Abbas və ibn Zubeyr'dən şazz olmayıb məhfuz olanın, bunların tam əksinə olduğunu bildirdikdən sonra, əbu Davud'un, Meymun əl-Məkki'dən nəql etdiyi bu rəvayəti zikr edir:
Meymun əl-Məkki, "ibnu'z-Zubeyr'i gördüyünü, özlərinə namaz qıldırdığı əsnada, iftitəh təkbiri gətirərkən, rukuya gedərkən, səcdəyə gedərkən və ayağa qalxarkən, əllərini qaldırdığını gördüyünü" nəql edir. Hədisin davamında, Meymun əl-Məkki, "ibn Abbas'ın yanına getdim və bunu, Ona xəbər verdim. Mənə, 'Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in namazını görmək istəyirsənsə, ibnu'z-Zubeyr'in qıldığı kimi qıl.' dedi." deyir. (əbu Davud, "Salət", 115)
Əgər bu rəvayət səhihdirsə, nəsx iddiası, doğru deyildir. Çünki, nəsx edən rəvayətin şərtlətindən biri, onun, nəsx ediləndən daha güclü olmasıdır. (ibnu'l-Cevzi, "ət-Təhqiq", l, 206)
Deyirəm:
Hədisin mənsux olduğunu göstərən ən gözəl dəlil, -daha əvvəl açıqladığımız üzərə- 2 səcdədən ayağa qalxmaq; 2 səcdə arasında qalxıb oturmaq; və başqa hallarda əl qaldırmaq kimi, sizin də mənsux olduğunu etiraf etdiyiniz şeylərin, əl qaldırma hədisində yer almasıdır. Hafiz ibn Həcər, "Fəthu'l-Bari"də, belə deyir:
"Tahavi, ibn Ömər (radiyallahu anh) hədisini, 'Müşkilu'l-Asar'ında, Nasr b. Əli -Abdu'l-Ala isnadı ilə, 'ibn Ömər (radiyallahu anh), hər əyilmə, qalxma, ruku, səcdə, qiyam, oturma və 2 səcdə arasında, əllərini qaldırardı və Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in də, belə etdiyini deyərdi.' ifadələrilə nəql etməkdədir. Bu, şazz bir rəvayət olub, İsmaili, hədis hafizi olan şeyxlərindən bir qrup vasitəsilə, zikri keçən Nassr b. Əli'dən, Buxari'nin şeyxi olan Ayyəş'in ləfzilə bunu rəvayət etmişdir. Eyni şəkildə, hədisi, o və əbu Nuaym, başqa təriqlərlə Abdu'l-Ala'dan rəvayət etmişdir." ("Fəthu'l-Bari", ll, 155)
Deyirəm:
ibn Həcər'in, Tahavi'nin raviləri haqqında hər hansı bir açıqlama verməməsi, onların siqa olduğunu göstərir. Siqa olan ravinin əlavəsi, -siqa olan ravilərin rəvayətlərinə müxalif və zidd olmadığı müddətcə- məqbuldur. Burda da, belədir. Çünki, bu rəvayətləri,
"Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in adəti, əl qaldırma xüsusunda fərqli idi. Bəzən hər (ruku və səcdələrdən) qalxma, əyilmə, ayağa qalxma və oturuşda əl qaldırarkən; bəzən də, bəzi hallarda əl qaldırardı." mənasına həml edərək uzlaşdırmaq, mümkündür. Buna görə, ibn Ömər (radiyallahu anh), hər 2 adəti gördüyü şəkildə rəvayət etmişdir.
Nəticə olaraq, bu 2 hədisdən biri, bu halda, digəri səbəbilə tərk edilə bilməz.
Buxari, "Rafu'l-Yedeyn" cüzündə, belə deyir:
"ibn Ömər (radiyallahu anh), Əli (radiyallahu anh) və əbu Humeyd (radiyallahu anh)'ın, 10 səhabə içində, ikinci rükətdən ayağa qalxarkən əl qaldırmaq şəklindəki ziyadələri, səhihdir. Çünki onlar, bir tək namazı hekayə edib üzərində ixtilaf etmirlər. Onların etdikləri, bəzilərinin bəzilərinə görə ziyadə etməsidir. Ziyadə elm əhlindən gələrsə, məqbuldur." (ibn Həcər, "Fəthu'l-Bari", ll, 184)
Deyirəm:
Bu, hədisləri bir-birilə uzlaşdırmaq cəhətində, bizim dediyimizi qüvvətləndirməkdədir. Dolayısı ilə, Tahavi'nin rəvayətini rədd etmək, doğru deyildir. Necə rədd edilə bilər ki?! Biz, onun rəvayətinə, çox yaxşı bir şahid tapdıq. Bu da, imam Əhməd'in "Müsnəd"ində yer alan bu rəvayətdir:
Abdullahın, atası, -Nasr b. Bab- Haccac'ın b. Ərtat'dan nəqlinə görə, Zəyyal b. Hərmələ, belə deyir:
Cabir b. Abdullah'dan, "Ridvan beətində, ağacın altında, neçə nəfər idiniz?" deyə soruşdum. Mənə, "1400 nəfər idik." dedikdən sonra, "Peyğəmbər (sallallahu aleyhi və səlləm), namazın hər təkbirində, əllərini qaldırırdı." deyə əlavə etdi.
ibn Hibban, Zəyyal b. Hərmələ'nin siqa olduğunu söyləmişdir. (ibn Həcər, "Tə'cilu'l-Mənfəə", s. 122)
ibn Macə'nin ("Sünən", Salət /15),
Hişam b. Ammar ---> Rifdə b. Qudaə əl-Ğassani ---> əl-Əvzai ---> Abdullah b. Ubeyd b. Umeyr
isnadı ilə, babası Umeyr b. Həbib'dən nəqlinə görə,
"Peyğəmbər (sallallahu aleyhi və səlləm), fərz namazlarda, hər təkbir gətirdiyində, əllərini qaldırardı."
Deyirəm:
Bu hədisin ravilərinin hamısı, siqadır. Ancaq, Rifdə b. Qudaə haqqında ixtilaf vardır. Hişam b. Ammar, onun siqa olduğunu deyərkən; başqaları zəif olduğunu demişlərdir. (Zəhəbi, "Təhzib", lll, 283) Bu halda, bu şəxsin hədisi, həsəndir. Əhməd b. Hənbəl, "Abdullahın, atası Ubeyddən hədis eşitdiyi bilinməməkdədir." deyərək, hədisi illətli göstərməkdədir. (Zəhəbi, "Təhzib", lll, 284) Hafiz ibn Həcər, Ubeyd b. Umeyr'i tanıdarkən, "Özündən, oğlu Abdullah hədis rəvayət etmişdir. Onun, atasından hədis eşitmədiyi də deyilmişdir." deməkdədir. (ibn Həcər Asqalani, "Təhzibu't-Təhzib", Vll, 81) Bu, onun, atasından hədis eşitdiyinin tərcihə daha uyğun olduğuna işarət etməkdədir. Eşitmədiyi qəbul edilsə belə, siqa olan ravilər arasındakı qopuqluq, məzhəbimizə görə, illətli sayılmaz. Hədis, Əhməd b. Hənbəl'in, Cabir (radiyallahu anh)'dan; Tahavi'nin isə, ibn Ömər (radiyallahu anh)'dan nəql etdikləri rəvayəti dəstəkləməyə uyğundur. Bu da, əllərin qaldırılmasının, İslamın ilk illərində, namazın bir çox yerində edildiyini; ancaq, daha sonra, bəzi yerlərdə ittifaqla tərk edildiyini göstərməkdədir.
ibn Məsud, Əli və əshabı, əbu Bəkr, Ömər, Bəra b. Azib (radiyallahu anhum) və başqa səhabələrlə tabiundan bir çox kimsədən, rukuya gedərkən, rukudan qalxarkən əl qaldırmağın tərk edildiyini göstərən xəbərlər rəvayət edilmişdir. Bu, -daha əvvəl keçdiyi üzərə- bəhsi keçən şəxslərdən səhih isnadlarla sabitdir.
Nəticə olaraq: bizim mənimsədiyimiz görüş, həm rəvayət, həm də dirayət cəhətindən, çox güclüdür. Allaha həmd olsun.
----------------------
----------------------
828. Şərik ---> Yezid b. əbi Ziyad ---> Abdu'r-Rahmən b. əbi Leyla
isnadı ilə, Bəra (radiyallahu anh), belə deyir:
"Peyğəmbər (sallallahu aleyhi və səlləm), namaza başlayarkən, əllərini, qulaqlarına qədər qaldırar; sonra, bir də bunu etməzdi."
Hədisi, əbu Davud ("Salət", 116) rəvayət etmişdir.
əvu Davud'un, Abdullah b. Muhamməd əz-Zühri ---> Süfyan isnadı ilə Yezid'dən, Şərik'in hədisinə bənzər bir rəvayəti də vardır. Ancaq, bu rəvayətdə, "summə lə yəud = bir də bunu etməzdi." ifadəsi yoxdur. Süfyan, "Yezid, daha sonralar, Kufədə, bizə, 'summə lə yəud = sonra, bir də bunu etməzdi" dedi." demişdir.
əbu Davud, "Bu hədisi, Huşeym, Xalid və ibn İdris'dən nəql etmiş, ancaq onlar, 'summə lə yəud' deməmişlərdir." deyir.
əbu Davud'un,
Vəki ---> ibn əbi Leyla ---> qardaşı İsa ---> əl-Hakəm ---> Abdu'r-Rahmən b. əbi Leyla
isnadı ilə nəqlinə görə, Bəra b. Azib (radiyallahu anh), belə demişdir:
"Peyğəmbər (sallallahu aleyhi və səlləm)'i, namaza başlayarkən, əllərini qaldırdığını gördüm. Sonra, namazı bitirincəyə qədər, bir də qaldırmadı."
əbu Davud, "Bu hədis, səhih deyildir." deməkdədir. (əbu Davud, "Salət", 116)
Deyirəm:
Bəli, bizcə də hədis, səhih deyildir. Lakin, açıqlanacağı üzərə, bu hədis, həsəndir.
əbu Davud, bu hədisi, 2 yöndən tənqid etməkdədir:
• Birincisi: Süfyan'ın, Yezid b. əbi Ziyad'ın ilk başda, "bir daha bunu etməzdi" sözünü söyləmədiyini; ancaq, daha sonra, sanki təlqin almış kimi, Kufədə söylədiyini bildirməsi səbəbilədir.
• İkincisi isə: Huşeym, Xalid və ibn İdris'in, Yezid'in, -Şərikin nəql etdiyi üzərə- "summə lə yəud = sonra bir də etməzdi" ifadəsini zikr etməmələri səbəbilədir. Şərikin rəvayəti, siqa ravilərə müxalif olub, şazdır. Vəki'nin hədisi, Muhamməd b. Abdu'r-Rahmən adındakı ibn əbi Leyla səbəbilə, tənqidə uğramışdır.
✓ Bu tənqidlərdən birincisinə cavabımız, budur:
Yezid b. əbi Ziyad, Muslim və "Kütüb-ü Sittə"dən "Sünən" imamlarının ravilərindən biridir. Buxari, ondan, muəlləq olaraq rəvayət etmişdir. Yaqub b. Süfyan, "Hər nə qədər, dəyişdiyi səbəbilə Yezidi tənqid etmişlərsə də, -Hakəm və Mənsur kimi olmamaqla bərabər- o, adil və siqadır." demişdir. ibn Şahin, "əs-Siqat"ında, Əhməd b. Salih əl-Misri'nin, "Yezid b. əbi Ziyad, siqadır. Onu tənqid edənlərin sözləri, mənim xoşuma gəlmir." dediyini nəql edir. (Zəhəbi, "Təhzib", Xl, 331) Bu ifadə, dəyişdiyi səbəbilə zəif olduğu iddiasına qarşılıq, səbəbi açıqlanan bir tə'dildir. Çünki, Əhməd b. Salih və Yaqub b. Süfyan, başqalarının Yezid haqqında söylədiklərini bilmələrinə baxmayaraq, onun, siqa olduğunu söyləməkdə və zəif olduğu yolundakı görüşü tərcih etməməkdədirlər. Bununla bərabər, müqəddimə qismində zikr etdiyimiz üzərə, ağlı və şüuru dəyişmiş və qarışdırmağa başlamış olan bir ravi, şeyxindən eyni hədisi, bir başqası da rəvayət etmək surətilə dəstəkləndiyində və ya nəql etdiyi rəvayətin şahidi olduğunda, hədisi qəbul edilir və dəlil olaraq istifadə edilir. Bax Yezid, belə biridir. Hakəm və İsa b. əbi Leyla, Yezidə mutabaat edərək, bu hədisi, Abdu'r-Rahmən b. əbi Leyla'dan, "summə lə yəud = sonra bir də etməzdi" ifadəsilə rəvayət etmişlərdir. Necə ki, bunu, əbu Davud, Tahavi və Beyhaqi, Vəki'dən rəvayət edirlər. Yezid və İsa, siqadırlar. Hətta İsa, siqa və səbt olub, heç şübhəsiz, Yezid'dən daha güclüdür. (ibnu't-Türkməni, "əl-Cəvhəru'n-Naqi", l, 137) əbu Davud'un, "Bu hədis, səhih deyildir." şəklindəki ifadəsi, bizcə əhəmiyyətli deyildir. Çünki, Muhamməd b. əbi Leyla, hər nə qədər tənqid edilmişdirsə də, Yezid'dən daha aşağı səviyyədə deyil; əksinə, onun səviyyəsindədir. İcli, onu tərifləmiş və: "Muhamməd b. əbi Leyla, fəqih və sünnətə bağlı olub, saduq idi. Hədisini götürmək, caizdir." demişdir. Yaqub b. Süfyan da, "O, siqa və adil olub, hədisi, bəzi tənqidlərə uğramışdır." deyir. (Zəhəbi, "ət-Təhzib", lX, 302) Tirmizi, başqa rəvayətlərdə, onun hədisinin həsən olduğunu bildirmişdir. Bu halda, bu hədis də, həsəndir.
əbu Davud'un, "Huşeym, Xalid və ibn İdris, -Şərik'in, Yezid'dən nəql etdiyi şəkildə- Yezid'in, 'summə lə yəud = sonra, bir də bunu etməzdi" ifadəsini, zikr etməmişlərdir." şəklindəki ifadəsi, ibn Adiyy'in, "əl-Kamil"indəkin bu sözü ilə zidd düşməkdədir:
"Bu hədisi, Huşeym, Şərik və onlarla bərabər bir qrup ravi, eyni isnadla Yezid'dən rəvayət etmişlərdir və bu rəvayətdə, 'summə lə yəud = sonra bir də belə etməzdi' ifadəsini zikr etmişlərdir."
Hədisi, Daraqutni, İsmayıl b. Zəkəriyyə vasitəsilə, Yezid'dən, bu şəkildə rəvayət etmişdir. Beyhaqi, "əl-Xilafiyyat"ında, Nadr b. Şumeyl İsrail ---> İsrail b. Yunus b. əbi İshaq isnadı ilə Yezid'dən rəvayət etmişdir. (ibnu't-Türkməni, "əl-Cəvhəru'n-Naqi", l, 136).
Bu izahlardan ortaya çıxır ki, "summə lə yəud = sonra bir də etməzdi" cümləsində, Yezid b. Abdu'r-Rahmən b. əbi Leyla'dan etdiyi nəqlində, tək qalmazkən; Şərik də, Yezid vasitəsilə Abdu'r-Rahmən'dən nəqlində tək deyildir. Əksinə, hər ikisinin də, bu xüsusda, bir mutabaatı vardır. Həqiqət budur ki, bu hədis, həsən olub, dəlil olaraq istifadə edilməyə əlverişlidir. Ən doğrusunu, Allah bilir...
----------------------
----------------------
829. əbu Bəkrə'nin, Muəmmil vasitəsilə Süfyan'dan nəqlinə görə, Muğirə belə deyir:
İbrahim ən-Nəxai'yə, Vail (radiyallahu anh) hədisini zikr etdim və
Onun, "Peyğəmbər (sallallahu aleyhi və səlləm)'i, namaza başlayarkən, rukuya gedərkən və başını rukudan qaldırarkən gördüyünü" söylədiyini dedim. Mənə, "Vail, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'i belə edərkən 1 dəfə görmüşdürsə, Abdullah b. Məsud (radiyallahu anh) belə etmədiyini, 50 dəfə görmüşdür." dedi. (Tahavi, "Şərh-u Məani'l-Asar", l, 224)
Deyirəm:
Bizə görə, bu hədisin isnadı həsən olub, ravilərinin hamısı, -Muəmmil b. İsmayıl xaric- siqadırlar. Muəmmil haqqında isə, ixtilaf vardır. Bəziləri, onun siqa olduğunu deyərkən; bəziləri də, onu tənqid etmişlərdir. ibn Həcər, "ət-Təqrib"ində (s. 219), Muəmmil'in saduq olub, yaddaşının pis olduğunu bildirir.
Hədisin isnadının həsən olduğunu dedik. Çünki, qadı əbu Yusuf vasitəsilə,
Husayn b. Abdu'r-Rahmən ---> Amr b. Murrə ---> İbrahim ən-Nəxai'yə
çatan bir variantı mövcuddur. Bu isnadı, daha əvvəl zikr etmişdik.
Buna, fəqih əbu Bəkr b. İshaq etiraz etmişdir. Ona görə, bu illət, çox zəifdir. Çünki, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, daha sonra rəşidi xəlifələrin, səhabələrin, tabiunun, namazda əllərini qaldırdıqları, səhih olaraq rəvayət edilmişdir. Abdullah b. Məsud (radiyallahu anh)'ın, namazda əllərini qaldırılacağını unutması, bu səhabələrin Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in namazda əllərini qaldırdığını görməmələrini gərəkdirməz. Necə ki, ibn Məsud (radiyallahu anh), bu xüsuslarda, unutqanlıq göstərmişdir:
~ Heç bir müsəlmanın ixtilaf etmədiyi muavvizeteyn (fələq-nas) surələrinin, Qurandan olduğunu;
~ Bütün alimlərin, nəsx edildiyi və tətbiqatdan qaldırıldığı cəhətində ittifaq etdikləri "namazda əllərin dizlərin arasını qoyulması";
~ İmamın arxasında sadəcə 2 nəfər olduğunda, nə şəkildə duracaqları;
~ Qurban bayramı günü, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, Ərəfat'da, nə şəkildə cəm etdiyi (namazları birləşdirdiyi);
~ Haqqında, heç bir alimin ixtilaf etmədiyi "səcdə əsnasında dirsəklərin və qolların yerə qoyulması" gərəkdiyi;
~ Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, "və mə xaləqa'z-zəkəra və'l-unsə" (Leyl/3) ayətini necə oxuduğu.
Bu sayılanlardan, ibn Məsud (radiyallahu anh), namazla bağlı belə şeyləri unuda biləcəyinə görə; əllərin qaldırılmasını da unuda bilər. (Beyhaqi'dən nəqlən, ibnu't-Türkməni, "əl-Cəvhəru'n-Naqi alə Sünəni'l-Beyhaqi", l, 139)
Deyirəm:
Sizin sözünüzdən çıxan nəticə, ibn Məsud (radiyallahu anh)'ın rəvayət etdiyi heç bir hədisin, -daha sonra unutmuş olması mümkün olduğu üçün- əsla dəlil olaraq istifadə edilə bilməyəcəyidir. Bu təqdirdə, Onun rəvayət etdiyi hədislərin hamısı, hədis kitablarından və xüsusilə də, Buxari və Muslim'dən çıxarmağınız və adını da, hədis hafizləri arasından silməyiniz və -Zəhəbi kimi- Onu, səhabələrdən olan hədis hafizi qəbul edən mühəddisləri qınamağınız lazımdır. Çünki Zəhəbi, "Təzkiratu'l-Huffaz"ında Onu zikr edib, hədis hafizlərindən saymaqda və haqqında, tərif ilə belə deməkdədir:
"Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in səhabəsi, xidmətçisi, İslama ilk girənlərdən biri, Bədr döyüşünə qatılan səhabələrin böyüklərindən, fəqih və qiraət alimlərinin şərəflilərindəndir. Hədis rəvayəti xüsusunda araşdırılan, rəvayətdə şiddətli davrananlardan idi. Tələbələrini, ləfzin zəbtində tənbəl davranma xüsusunda, şiddətlə zəcr edən biri idi. Az hədis rəvayət edərdi. Hədis ləfzləri xüsusunda, son dərəcə həssas idi."
əbu Amr əş-Şeybani isə:
"1 il müddətində, ibn Məsud (radiyallahu anh) ilə bərabər oldum. 'Qalə Rasulullah = Allah rəsulu buyurdu' deməzdi. 'Qalə Rasulullah' dediyində isə, titrəyər və rəvayətinin sonunda, 'həkəzə əv qaribun min zə = belə və ya buna yaxın dedi' ibarəsini istifadə edərdi." demişdir.
Ömər (radiyallahu anh), Kufəlilərə, "Abdullah b. Məsud (radiyallahu anh)'ı göndərməklə, sizi, Özümə tərcih etdim." deyə yazmışdı. Ömər (radiyallahu anh), bir dəfə, Ona baxaraq: "O, ağzına qədər dolu olan elm anbarıdır." demişdir. Huzeyfə (radiyallahu anh)'dan: "İzlədiyi yol, davranış və sima etibarı ilə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə ən çox bənzəyən, kimdir?" deyə soruşuldu. Huzeyfə: "ibn Məsud'dur. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in böyük səhabələri, ibn Ummi Abd'ın (yəni, ibn Məsudun), onlar içərisində Allaha ən yaxın olduğunu bilirlər." demişdir. (Zəhəbi, "Təzkiratu'l-Huffaz", l, 13-15)
Əgər, "ibn Məsud (radiyallahu anh)'ın, digər hədislərini, namazda 2 əlin qaldırılmayacağı hədisindən ayırırıq. Onları qəbul edir; ancaq bu rəvayəti qəbul etmirik." deyiləcək olarsa,
"Allah sənə rəhmət etsin. Bu rəvayətləri, hansı səbəblə bir-birindən ayırırsan? Bunu, bizə açıqla. Onun, bu mövzudakı hədisini unutmuş olması ehtimalına söykənərək tərk edərkən, digər hədislərini eyni ehtimalla niyə tərk etmirsən?" deyə cavab verərik.
Əgər, "Aradakı fərq, -ibn Məsud'un digər rəvayətlərinin əksinə- namazda 2 əlin qaldırılmayacağı rəvayətində tək başına qalmasıdır." deyilərsə,
"Bu, heç şübhəsiz, əsli olmayan bir böhtan; məsnədi olmayan bir iddiadır. Çünki, Əli və Ömər (radiyallahu anhuma)'nın, ibn Məsud'un sözünü dəstəkləyən, səhih rəvayətləri vardır. Osman (radiyallahu anh)'ı, namazda rukuya gedərkən və rukudan qalxarkən əl qaldıranlar arasında zikr edən heç kimi tapa bilmədik."
Bununla bərabər, "Rukuda əl qaldırmaq, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən və rəşidi xəlifələrdən səhih olaraq zikr edilmişdir.' şəklindəki ifadəniz də, doğru deyildir." deyərik.
ibnu't-Türkməni, "Rukuya gedərkən və rukudan qalxarkən əl qaldırılacağı yolunda, Ömər'dən rəvayət edilən hədisin sənədini, Beyhaqi zikr edir. Bu sənəddə isə, zəif görülən ravi vardır. Bundan dolayı, Beyhaqi, daha əvvəl keçən bölmədə, 'əbu Bəkr və Ömər'dən bu hədisi rəvayət etdik.' dedikdən sonra, bir qrup ravi adı zikr edir. ibn İshaq'ın etdiyi kimi, hədisin səhih olduğunu isə, bildirmir."
əbu Bəkr b. İshaq'ın, "Sonra, səhabə və tabiundan da rəvayət edilmişdir." şəklindəki ifadəsi, həssas olmayan bir görüşdür. Çünki, səhabə içində, -daha əvvəl keçdiyi üzərə- əl qaldırmağı, sadəcə iftitəh təkbirilə məhdud görənlər vardır. Eyni şəkildə, aralarında,
~ Əsvəd;
~ Alqamə;
~ İbrahim ən-Nəxai;
~ Xaysəmə;
~ Qays b. əbi Hazim;
~ Şa'bi;
~ əbu İshaq
və başqalarının da yer aldığı tabiundan bir zümrə, bu görüşdədirlər. Bütün bunları, ibn əbi Şeybə, "əl-Musannəf"ində, ceyyid isnadlarla rəvayət etmişdir. Bu, səhih bir sənədlə, Əli və ibn Məsud (radiyallahu anhuma)'nın əshabından da rəvayət edilmişdir. Bütün bu adlar, -çox açıqdır ki, bunlarla bərabər daha çox kimsələr vardır- bizə kifayət edir. Daha əvvəlki bölmələrdə, biz, bundan daha çoxunu zikr etdik.
əbu Bəkr b. İshaq'ın, "Abdullah b. Məsud (radiyallahu anh)'ın, namazda əllərin qaldırılacağını unutması, bu səhabələrin, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, namazda əllərini qaldırdığını görməmələrini gərəkdirməz." şəklindəki ifadəsi, məsnədsiz bir iddiadan ibarətdir.
ibn Məsud'un, bunu öyrənib daha sonra unutmuş olduğunu bilməsinə, imkan yoxdur. Ədəbə uyğun olanı, bu şəkildə unutduğunu bildirməkdənsə, -başqa alimlərin etdiyi kimi- ibn Məsud'un, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, namazda əllərini qaldırdığını eşitməmiş olduğunu söyləməsidir.
~ əbu Bəkr b. İshaq, "Abdullah b. Məsud (radiyallahu anh), imamın arxasında sadəcə 2 nəfər olduğunda, nə şəkildə duracaqlarını unutmuşdur." şəklindəki etirazı ilə, onun, Əsvəd və Alqamə'yə imam olub, birini, sağına; digərini isə, soluna qoyduğu rəvayətini qəsd etməkdədir.
ibn Sirin, namaz qıldıqları evin dar olduğunu bildirərək, burda bir üzr olduğunda bəhs edir. Beyhaqi, bunu, daha sonra, camaatın namaza durmaq xüsusunda sünnətə müxalif olması babında zikr edir.
~ əbu Bəkr b. İshaq'ın, "ibn Məsud, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, Qurban bayramı günü, sübh namazını, vaxtında qıldığını unutmuşdur." şəklindəki iddiası, isabətli deyildir. Çünki:
Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, o gün, sübh namazını, dan yeri ağardıqdan dərhal sonra, qaranlıqla bərabar qıldırdığını nəql etmişdir. ibn Məsud, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, sübh namazını vaxtında qıldığını unutmamışdır. Onun demək istədiyi, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, sübh namazını, hava yaxşıca aydınlandığı mutad (adət edilmiş) vaxtın xaricində qıldırdığıdır. Necə ki, bu xüsus, Buxari'də yer alan hədisində ortaya çıxır. Dan yeri ağarınca, ibn Məsud, "Peyğəmbər (sallallahu aleyhi və səlləm), bu gün, bu məkanda, bu saatda, bu namaz xaric, namaz qıldırmazdı." demişdir. (Buxari, Həcc/97)
~ əbu Bəkr b. İshaq, "ibn Məsud, haqqında heç bir alimin ixtilaf etmədiyi, səcdə əsnasında dirsəklərin və qolların yerə qoyulması gərəkdiyini unutmuşdur." şəklindəki ifadəsilə, ibn Məsud'dan rəvayət edilən: "Adəm oğlunun sümükləri, səcdəyə (meyilli) yaradılmışdır. (Elə isə), dirsəklərinizə varıncaya qədər, səcdə edin." (ibn əbi Şeybə, "əl-Musannəf", l, 232; Şafi, "əl-Umm", Vll, 186) şəklindəki rəvayəti qəsd etməkdədir. Ancaq, ibn İshaq'ın ibarəsi, zəifdir. Doğrusu, "Səcdə əsnasında, dirsəklərin və qolun yerə qoyulmasının məkruh olduğunu" söyləməkdir.
~ ibn Cinni'nin, "əl-Muhtəsib"ində, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, Əli, ibn Məsud və ibn Abbas (radiyallahu anhum)'un, bəhsi keçən ayəti, "mə xaləqa" olmadan, "və'z-zəkəri və'l-unsə" şəklində oxuduqları qeyd edilməkdədir.
Buxari və Muslim'də, əbu Dərda (radiyallahu anh)'ın, "Allaha and olsun ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm), bu ayəti, bizə, belə oxutdu." dediyi nəql edilməkdədir. (Buxari, "Mənəqib", 20; Muslim, "Salətu'l-Musəfirin", 282)
Beləcə, ibn Məsud (radiyallahu anh)'ın, bəhsi keçən qiraətdə tək başına olmadığı ortaya çıxmaqdadır. Biz, ibn Məsud'un, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in bu ayəti necə oxuduğunu unutmuş ola biləcəyini, qəbul etmirik! ibn Məsud, bizə görə, bu ayəti, başqa bir şəkildə eşitmiş və eşitmiş olduğu şəkildə nəql etmişdir. (ibnu't-Türkməni, "əl-Cəvhəru'n-Naqi alə Sünəni'l-Beyhaqi", l, 139-140)
~ əbu Bəkr b. İshaq'ın, "ibn Məsud (radiyallahu anh), Qurandan olduğu xüsusunda heç bir müsəlmanın ixtilaf etmədiyi muavvizeteyn surələrini unutmuşdur." şəklindəki ifadəsinə isə, cavabımız, budur:
ibn Məsud, bu 2 surəni, nə unutmuşdur; və nə də bunların uca Allahdan endirilmiş Quran ayələri olduğunu inkar etməkdədir. ibn Məsud'un və ya ərəblərdən hər hansı birinin, belə davranmış ola biləcəyi, necə düşünülə bilər?! O, Quranın digər surələrində görmüş olduğu i'caz (möcüzəlili)'yi, bu 2 surədə də görməkdədir. Onun qarşı çıxdığı, -bu 2 surənin, oxunmaq üçün deyil; sadəcə Allaha sığınmaq üçün endirilmiş olduğu zənnilə- onların Mushafa daxil edilməsinədir. (haşiyə)
----------------
(Haşiyə:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/ibn-m%C9%99sud-f%C9%99l%C9%9...)
-----------------
Beyhaqi'nin, səhabə haqqında ədəb xarici ifadələr ehtiva edən belə sözləri zikr edərək, bunlara lazımi cavabı verməyib, səssiz qalaraq dəlillərini qeyr-i məqbul qılmaq surətilə Hənəfilərə niyə yükləndiyi, burdan ortaya çıxmış oldu.
Allaha and olsun ki, Mən (Təhanəvi), Beyhaqi'nin, siqa, böyük bir alim olduğunu; zühdünü, hifzini, müsəlmanlara böyük yaxşılıqlar etdiyini, etiraf edirəm. Eyni şəkildə, fəqih əbu Bəkr b. İshaq'ın böyüklüyünü də qəbul edirəm. Lakin, səhabələrin böyüklüyü, əzəməti və qəlbdəki hörmətə layiq yerləri, daha sonra gələn hər bir kəsinkindən, daha çoxdur. Bu məqamda susmaq, caiz deyildir. Onun üçün, bu sözlərə cavab vermək və yalnışlarını ortaya çıxarmaq, daha lüzumlu və əvladır.
Əvvəldə və axırda, həmd, Allaha aiddir.
-------------------------
-------------------------
Təkmil (tamamlama):
Şəvkani, "Neylu'l-Əvtar"ında (ll, 67), belə deyir:
Beyhaqi'də yer alan bu hədisə yer verir:
ibn Ömər (radiyallahu anh), Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, namaza başlayarkən, rukuya gedərkən və rukudan qalxarkən, əllərini qaldırdığını zikr edir və sonra, "Onun namazı, Allah Taala'ya qovuşuncaya qədər, belə idi." deməkdədir.
Şəvkani, eyni əsərində, hədisi, Buxari ("Azan", 85) və Muslim'dən ("Salət", 21), "Onun namazı, Allaha qovuşuncaya qədər həmişə belə olmuşdur." əlavəsi etmədən nəql etdikdən sonra, belə deyir:
Bu hədisi, Beyhaqi, "Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, uca Allaha qovuşuncaya qədər qıldığı namaz, bu olmuşdur." ifadəsilə rəvayət edir. ibnu'l-Mədini isə, "Bu hədis, mənim nəzdimdə, eşidən hər kəsi bağlayan bir dəlildir. Dolayısı ilə, buna görə əməl edilməlidir. Çünki, isnadında, heç bir (problem) yoxdur." deməkdədir. (Şəvkani, "Neylu'l-Əvtar", ll, 68)
Şəvkani'nin bu ifadəsi, -zahiri etibarı ilə- ibnu'l-Mədini'nin, Beyhaqi'nin zikr edilən bu ziyadə/əlavə ilə birlikdə nəql etdiyi rəvayəti gücləndirdiyi; və hədisin, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən bu şəkildə sabit olduğu və bəhsi keçən əlavə ilə, isnadında hər hansı bir problem olmadığı görüntüsünü verməkdədir. Ancaq, bu, xətadır! Əksinə, ibnu'l-Mədini'nin ifadəsi, Buxari və Muslim'in rəvayət etdikləri hədisin ləfzilə bağlıdır. O hədisin isnadının sihhətində və illətdən uzaq olmasında, heç bir şübhə yoxdur. Bəli, -daha əvvəl zikr etdiyimiz üzərə- ibn Ömər (radiyallahu anh)'dan rəvayət edilən xəbərlərin bununla ziddiyyəti səbəbilə, hədisin mənası cəhətindən deyəcəklərimiz vardır. (Belə ki):
Beyhaqi'nin rəvayət etmiş olduğu ziyadə ilə bərabər nəql edilən rəvayət, əsasən səhih deyildir! Tam əksinə, sanki hədis deyə uydurulmuş bir söz kimi görünməkdədir. Çünki, Zeylai, hədisin isnadını zikr etdikdən sonra, şeyx ibn Dəqiq əl-İd'in "əl-İmam" adlı əsərindəki bu sözlərini nəql edir:
Bu vəhmi, yəni, nəsx iddiasını, Beyhaqi'nin "Sünən"ində,
Həsən b. Abdullah b. Hamdan ər-Raqqi ---> İsmət b. Muhamməd əl-Ənsari ---> Musa b. Uqbə ---> Nafi
isnadı ilə, ibn Ömər (radiyallahu anh)'dan nəql etmiş olduğu bu rəvayət ortadan qaldırmaqdadır. Buna görə:
"Peyğəmbər (sallallahu aleyhi və səlləm), namaza başlayarkən, rukuya gedərkən və rukudan başını qaldırarkən, əllərini qaldırardı. Bunu, səcdələrdə etməzdi. Allaha qovuşuncaya qədər, qıldığı namaz, həmişə belə olmuşdur." (Beyhaqi, "Sünən", ll, 69)
Bu hədisi, Beyhaqi, hafiz əbu Abdullah'dan,
Cəfər b. Muhamməd b. Nasr ---> Abdullah b. Qureyş b. Xuzeymə əl-Hərəvi ---> Abdullah b. Əhməd Cuməhi ---> əl-Həsən
isnadı ilə rəvayət etmişdir. (ibn Dəqiq əl-İd, "əl-İmam", l, 213)
"Lisanu'l-Mizan"da (lll, 425) bildirildiyi üzərə, Süleymani, Abdu'r-Rahmən b. Qureyş'i, hədis uydurmaqla ittiham etmişdir və heç kim, onun, siqa olduğunu söyləməmişdir.
İsmət b. Muhamməd əl-Ənsari haqqında, əbu Hatim: "ləysə bi qavi = qüvvətli deyildir" deyərkən; Yəhya b. Main: "O, çox yalançıdır. Hədis uydurur." demişdir. Uqayli isə, "O, siqa olan kimsələrdən, batil rəvayətlər nəql edir." deməkdədir. Daraqutni və başqaları, onun, mətruk olduğunu söyləyərkən; ibn Adiyy, İsmət b. Fudalə b. Ubeyd əl-Ənsari, Mədinəli olub, bütün hədisləri, şazz'dır, demişdir. (ibn Həcər, "Lisanu'l-Mizan", lll, 170)
Bu halda, onun rəvayəti, hüccət ola bilməz və onun rəvayətilə, nəsx iddiası ortadan qaldırıla bilməz. Buna, çox diqqət etmək lazımdır. Bu ziyadədən dolayı, bir çox kimsə, aldanmışdır. Allah, ən doğrusunu bilir...
(Təhanəvi, "İ'lau's-Sünən")
