Ənfal surəsi 66-cı ayə
ٱلْـَٔـٰنَ خَفَّفَ ٱللَّهُ عَنكُمْ وَعَلِمَ أَنَّ فِيكُمْ ضَعْفًا
Əl'ənə xaffəfəllahu ənkum və alimə ənnə fikum da'fə.
Yəni:
"İndi, Allah, sizdən (yükü) xəfiflətdi. Bildi ki, şübhəsiz, sizdə bir zəiflik var." (Ənfal/66)
--------------------------
Təfsiri:
(Mötəzilə alimlərindən) Hişam, bu ifadəni, Haqq Taala'nın, cüziyyatı, ancaq, onlar var olarkən bilə bildiyinə dəlil gətirərək, belə demişdir:
"Bu ifadə, 'Allah, hal-hazırda, içinizdə zəiflərin olduğunu bildi.' deməkdir. Bu isə, Allahın, onların içlərində zəiflərin mövcud olduğunu, ancaq o vaxtda bildiyini göstərir."
(Əhl-i sünnətin) kəlam alimləri isə, Hişam'ın bu görüşünə, bu şəkildə cavab vermişlərdir:
Bu ayə, "Allah Taala, bir şey hələ meydana gəlmədən, onu, meydana gəlmiş və olmuş olaraq deyil; meydana gələcək bir şey olaraq bilir. Ancaq o iş meydana gəlib olarkən də, onun meydana gəlmiş olduğunu bilir. Bundan dolayı, ayənin mənası, 'İndi, onun olub-bitdiyinə dair elmi gerçəkləşdi. Daha əvvəl var olan bilik isə, o şeyin olacağı və meydana gələcəyinə dair olan bilik idi.' deməkdir."
(Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihu'l-Ğeyb" təfsiri)
----------------------------
----------------------------
Əlavələr:
Allahın eşitmək və görmək sifətləri:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/allahin-esitm%C9%99k-v%C9%99...
