Allahın eşitmək və görmək sifətləri
5 və 6-cı sifətlər: Səm (eşitmək) və Basar (görmək) sifətləri:
Aləmin Sani (ustası, yaradıcı)'sının, eşidən və görən olduğunu iddia edirik və bunu, şər'i və əqli dəlillərlə isbat edəcəyik:
• Şəri (nəqli dəlillərə) gəlincə:
"O, eşidən və görəndir." (Nisa/58, 134) ayətində olduğu kimi,
Quranda, buna dəlalət edən, bir çox ayət vardır.
Buna dəlalət edən bir başqa ayət, İbrahim (əleyhissəlam)'ın, bu sözüdür:
...لِمَ تَعْبُدُ مَا لَا يَسْمَعُ وَلَا يُبْصِرُ وَلَا يُغْنِى عَنكَ شَيْـًٔا
"...Nə üçün eşitməyən, görməyən və sənə heç bir faydası olmayan bir şeyə ibadət edirsən?" (Məryəm/42)
Biz, bu dəlilin, Mə'bud (ibadət edilən Allah)'ı haqqında, İbrahimin əleyhinə dönmədiyini, bilirik. Çünki O, eşidən və görən (bir Varlığa) ibadət edirdi. Belə olmasaydı, ilzamda (yəni, bu bağlayıcı olan xüsusda), İbrahim də, onlarla şərik/ortaq olardı.
Əgər: "Bu (yəni, eşitmə və görmə) ləfzlərilə qəsd edilən, elmdir." deyilərsə, biz də, belə deyərik:
Şəri ləfzlərin, daha əvvəl bilinən mənalarından başqa bir mənaya həml edilməsi, o mənaların, ancaq, bu ləfzlər üzərinə təqdir edilməsinin imkansız olması ilə mümkün olur. Halbuki burda, Onun, eşidən və görən olmasında, bir imkansızlıq yoxdur. Əksinə, bunun belə olması, Onun haqqında, vacibdir. Bundan dolayı, icma əhlinin, Qurandan başa düşdükləri mənanı inkarı xüsusunda, təhəkküm/təzyiq'in, bir mənası yoxdur.
Əgər bir kimsə:
"Bunun (yəni, Allahın, Səmi/eşidən və Basir/görən olmasının) imkansız olma yönü, budur:
~ Əgər, Allahın eşitməsi və görməsi, hadis (sonradan yaradılan) olsaydı, şübhəsiz, Onun da, hadislərin bir məhəlli olması lazım gələrdi. Halbuki bu, muhal/imkansızdır.
~ Əgər bunlar (yəni, Allahın eşitməsi və görməsi), qədim olsaydı, Allahın, (hələ) mövcud olmayan səsi eşitməsi; və yoxluğundan dolayı görülməsi imkansız olan aləmi əzəldə görməsi, necə mümkün olardı?" (haşiyə)
------------------------
(Haşiyə:
Yəni, mötəziləyə görə, bir şey hal-hazırda baş verirsə, onun əzəldə görülməsi, imkansızdır. Çünki hadisə, hal-hazırda cərəyan edir. Elə isə, Allah, hələ baş verməyən şeyi, əzəldə necə görüb eşidə bilər?!
Məhz bu şübhələrindən dolayı, mötəzilə, bu sifətləri ibtal etmiş; və bütün bunların, Allahın əzəli elminə rücu etdiyini/döndüyünü iləri sürmüşdür.
İmam, bu məsələni, "Təhafut əl-Fəlasifə" adlı əsərində təfsilatlı bir şəkildə açıqlamışdır. İstəyən, əsərə müraciət edə bilər.)
------------------------
deyərsə, biz də, belə deyərik:
Belə bir sual, ancaq bir mötəzili və ya filosofdan çıxa bilər.
Əgər bu sualı soruşan:
~ Mötəzilidirsə, ona cavab vermək, asandır. Çünki, (onlar), uca Allahın, hadis (sonradan yaradılan) varlıqları bildiyini, qəbul və təslim etmişlərdir. Bundan dolayı, biz də deyirik ki:
Uca Allahın, bu anda, aləmin bundan əvvəl də var olduğunu bildiyində, şübhə yoxdur. Lakin Allah, hələ yox ikən, əzəldə aləmin var olduğunu görəsən necə bildi?! Əgər Allaha, əzəli bir sifətin isnad edilməsi caizdirsə, uca Allahın, bu sifətlə,
~ aləm meydana gələrkən, onun meydana gəlməkdə olduğunu;
~ meydana gəlmədən əvvəl iləridə meydana gələcəyini; və
~ meydana gəldikdən sonra da meydana gəlmiş olduğunu
bilməsi və bu (elmin/biliyin) dəyişməməsi, mümkündür.
Bax bu sifət, elm və alimiyyət/alim olma halı deyə təbir edilir. Bu, eynilə, eşitmə və eşitmə halı ilə görmə və görmə halı haqqında da mümkündür.
Əgər bu sualı soruşan:
~ Filosofdursa, bu şəxs, Allahın, keçmişdə, indi və gələcəkdə olan müəyyən hadisələri bildiyini, inkar etməkdədir.
Burda bizim metodumuz, -daha sonra da zikr edəcəyimiz üzərə- sözü, elm sifətinə nəql edərək, qədim elmin, hadis varlıqlara yönəlməsinin mümkün olduğunu isbat etməkdir. Bu, elm sifəti haqqında isbat edildiyində; eşitmə və görmə sifətlərini də, buna qiyas edəcəyik.
• Əqli yola (metoda) gəlincə, bu da, bunu söyləməyimizdir:
~ Xaliq (yaradan)'ın, yaradılandan daha kamil olduğunun bilinməsi kimi;
~ Görənin, görməyəndən;
~ Eşidənin də, eşitməyəndən daha kamil olduğu bilinməkdədir.
(O halda), kamal sifəti məxluq haqqında qəbul edib, Xaliq haqqında qəbul etməmək, imkansızdır.
Bax bizim iddiamızın doğruluğunu qəbul etməyi gərəkdirən 2 əsas, bunlardır. O halda, niza (çəkişmə, mübahisə), bunlardan hansı üçündür?
~ Əgər: "Niza, sizin, Xaliqin məxluqdan daha kamil olmasının vacib olduğuna dair sözünüzdədir." deyilərsə, buna, belə cavab verərik:
Bu, şəran (yəni, şəri cəhətdən) və əqlən, iqrar və qəbul edilməsi vacib olan (xüsuslardan) biridir. Bütün ümmət və aqil (ağıllı) olanlar, bunun üzərində icma etmişlərdir. Bundan dolayı, belə bir sual, etiqadlı kimsədən sadir olmaz/meydana gəlməz. Bir Qadir (qüdrətli)'nin, özündən daha uca və şərəfli olan bir varlığı yaratmağa gücünün çatdığını qəbul edəcək qədər ağlını genişlədən kimsə, -əgər nə dediyinin fərqindədirsə- insanlıq ğərizəsi (təbiətin)'dən sıyrılmış və qəlbinin söylədiyini, dililə də iqrar etmiş olar. Bundan dolayı, bu etiqada sahib olanı, ağıllı (adam kimi) görmürük.
~ Əgər: "Niza, ikinci əsasdadır. Bu da, (siz əhli sünnətin), 'Sizi görən kimsə, daha kamildir. Bundan dolayı, eşitmə və görmə, bir kamal sifətdirlər.' deməyinizdir." deyilərsə, buna, belə cavab verərik:
Eyni şəkildə, bu, ağlın, özü-özlüyündən (bədahətən) idrak etdiyi (bir mövzu)'dur. Çünki elm, bir kamal sifətidir. Eşitmə və görmə isə, elmin ikinci kamal sifətləridir. -Daha əvvəl də açıqladığımız kimi- eşitmə və görmə sifətləri, elm və təxəyyülün, bir növ tamamlayıcısı kimidirlər. (Məsələn), bir kimsə, (daha əvvəl) görmədiyi, ancaq bildiyi bir şeyi sonradan gördüyündə, əlavə bir kəşf (açılma) və kamal əldə edər. O halda, görmə və eşitməyin, sadəcə məxluqa xas olub Xaliqə xas olmadığını və ya, Onun bir kamal sifəti olmadığını söyləmək, necə mümkün ola bilər?! Əgər bu, bir kamal sifət olmasaydı, bunun, ya bir nöqsanlıq sifəti olması; ya da nə nöqsanlıq, nə də kamal sifəti olması lazım gələrdi. Bu qisimlərin hamısı imkansız olduğuna görə, zikr etdiklərimizin doğruluğu, zahir olmaqda / üzə çıxmaqdadır.
Əgər deyilərsə ki: "Bu, qoxlama, dadma və toxunma (hisləri) ilə meydana gələn idrak xüsusunda, sizi çətin vəziyyətdə buraxa bilər. Çünki, bu hislərin yoxluğu, əskiklik; varlığı isə, idrakın ən kamal (mərtəbəsi)'dir. (Məsələn), qoxunu bilən bir kimsənin elminin kamalı, bunu qoxlamaq surətilə idrak edən kimsənin elminin/biliyinin kamalına bənzəməz. Dadmaq surətilə əldə edilən biliyin kamalı da, bunun kimidir. (Bundan dolayı), dadılmaq surətilə idrak edilən yeməyin biliyi hardadır?!"
Bu (suala), belə cavab verərik:
Elm əhlindən mühəqqiq olanlar, təmas/toxunma və muləqat (qarşılaşma) kimi, -ümumilikdə idrak növlərinə yaxın olan səbəblər xaricində-, eşitmə, görmə və idrakda ən üst nöqtə olan elm ilə bərabər mövcud olan fərqli idrak növlərinin olduğunu açıqlamışlardır. Bütün bunlar, Allah Taala haqqında, imkansızdır.
Yenə onlar, göz ilə onun gördüyü nəsnə arasında bir müqabələ/qarşılaşma olmadan, gözün idrak etməsini də mümkün görmüşlərdir. Bu qiyasın qəbul edilməməsi, bu sualın da rəddini gərəkdirir. Əsasən, bunun üçün, bir maneə də yoxdur. Ancaq şəriət (yəni, şəri nasslar), ancaq Səmi/Eşidən, Basar/Görən və Elm ləfzlərilə varid olduqlarından, bunlara, bu isimlərdən başqası verilməmişdir. İdrakda əskiklik ifadə edən şeyin Haqq Taala haqqında istifadə edilməsi isə, əsla caiz deyildir.
Əgər deyilərsə ki: "Bu, (Allahın), ləzzət duymasının və ağrı çəkməsinin isbatına qədər gedər. Zərbədən ağrı hiss etməyən paralic; cinsi münasibətdən ləzzət almayan anin (xədim) kimsə də, nöqsandır. Bunun kimi, şəhvətin fəsadı (yəni, pozulması, şəhvət hiss etməmək) də, bir nöqsanlıqdır. Bundan dolayı, bu kimsənin şəhvətinin olmasını isbat etmək lazımdır (yəni, bu adam üçün şəhvətin olması, zəruridir)." deyilərsə, belə cavab verərik:
Bütün bu məsələlər, hudusa (sonradan olmağa) dəlalət etməkdədir. Yaxşı araşdırıldığı vaxt, bunların, şəxsən özlərinin də, nöqsan olduqları və meydana gəlmək üçün bəzi şeylərə möhtac olduqları başa düşülər. (Məsələn):
~ Ağrı, bir nöqsanlıqdır və [meydana gəlmək üçün] bir səbəbə möhtacdır. Bu səbəb isə, zərbədir. Zərbə isə, cisimlər arasında cərəyan edən bir toxunma/təmasdır.
~ Ləzzət isə, gerçəkləşdiyi təqdirdə, ağrının getməsi, ya da ehtiyac və istək duyulan bir şeyin idrak edilməsilə bağlıdır. Şövq (istək) və ehtiyac duymaq da, bir nöqsanlıqdır. Şəhvətin mənası, uyğun və münasib olan bir şeyi tələb etməkdir. Tələb isə, mətlubun yoxluğunda hasil olur. Bunun kimi, ləzzət də, ancaq yox olan bir şeyi əldə etməklə hasil olur. Uca Allah üçün var olması mümkün olan hər şey, [eyni zamanda] mövcuddur. O, bir şeyi itirməmişdir ki, onu əldə etməyi arzulasın; ya da ona nail olduğunda ləzzət alsın. Bütün bunlar, Onun haqqında təsəvvür edilə bilməz.
Əgər: "Zərbədən (qaynaqlanan) ağrını və hissi itirmək, paralic kimsə haqqında nöqsanlıqdır; bunun idrakı isə, kamillikdir. Onun mədəsində yemək istəyinin (şəhvətinin) itməsi də, bir nöqsanlıqdır; bunun ortaya çıxması isə, kamillikdir." deyilərsə, buna, belə cavab verərik:
Bu söz ilə qəsd edilən şey, şübhəsiz, bu nöqsanlığın, özünü həlak edən ziddinə nisbətlə kamil olmasıdır. Bax beləcə, bu nöqsanlıq, həlaka izafətlə kamal sifətini qazanmış olur. Çünki, əskik olmaq, yox olmaqdan daha xeyirlidir. O halda, bu nöqsanlıq, elmin xilafına, öz zatında bir kamal deyildir.
Bax idrak (növ)'ləri, bunlardır. (Bunları) belə bil!
(Hüccətü'l-İslam əbu Həmid əl-Ğazzali, "əl-İqtisad fi'l-itiqad" risaləsindən nəql)
-----------------------------
-----------------------------
Əlavələr:
"Səmi / Eşidən" isminin şərhi:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/s%C9%99mi-isminin-s%C9%99rhi
-----------------------------
"Basir / Görən" isminin şərhi:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/basir-isminin-s%C9%99rhi
----------------------------
Hud surəsi 37-ci ayətin təfsiri:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/hud-sur%C9%99si-37-ci-ay%C9%...
----------------------------
Taha surəsi 39-cu ayətin təfsiri:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/taha-sur%C9%99si-39-cu-ay%C9...
---------------------------
"Allah, tək gözlü deyildir." hədisi
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/allah-t%C9%99k-gozlu-deyildi...
