Əşyanın həqiqəti nədir?

Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

أرني الأشياء كما هي

Ərinə'l-əşyəə kəmə hiyə:

"(Allahım), əşyanı (n həqiqətini), bizə olduğu kimi göstər." (Razi, "Məfatihu'l-Ğeyb", Taha/25 təfsiri)

-------------------------------------

Əşyanın həqiqəti nədir?

Günlük söhbətlərimizdə, "surət, mahiyyət, həqiqət, hüviyyət" kimi kəlimələr işlədirik. Bəzən bu kəlimələr, qarışdırılaraq, biri-biriləri yerinə istifadə edilirlər.

Bilindiyi kimi, "haqq": "inkarı caiz olmayan həqiqət" mənasına gəlir. Əşyanın varlığı, haqdır. Məcusilər xaricində, bu haqqı inkar edən çıxmamışdır.

Günəşin cazibəsi, yerin radioaktiv dalğaları da, haqdır. Cahillərdən başqa, bunları inkar edənə rast gəlmirik.

Mələklər, cinlər, qəbir aləmi, cənnət, cəhənnəm də, haqdırlar. Kafirlərdən başqası, bunları inkar etmirlər.

Bütün varlıqların, bir surəti, bir hüviyyəti, mahiyyəti və həqiqəti vardır. İlk əvvəl, bu terminlərin qısa təriflərini verək:

• Surət: xaricdən görünən, bir şeyi digərlərindən ayıran şəkil kimi mənalara gəlir. Surət də, ikiyə ayrılır:

~ Maddi;

~ Mənəvi.

Demək ki, surət deyilincə, sadəcə, maddi cisimlərin şəkillərini başa düşmək, əskik olacaqdır. Lətif cisim olan mələklərin də surəti vardır. Onlar da, bu surətlərlə bir-birindən ayrılırlar.

Digər 3 kəlimə isə, Seyyid Şərif Cürcani'nin "Tarifat" adlı kitabında, belə izah edilməkdədir:

"O nədir?' sualının cavabı olan özəllik, məqul (əqlə uyğun) olması cəhətindən - mahiyyət;

~ xaricdə sübutu cəhətindən - həqiqət;

~ başqalarından fərqliliyi cəhətilə isə - hüviyyət adlandırılır."

"Lüğat-u Naci"də, mahiyyətin, həqiqətdən daha ümumi olduğu, necə ki, həqiqətin, sadəcə "mövcud" şeylər üçün istifadə edilməsinə müqabil, mahiyyətin, "mədum", yəni yox olan şeylər üçün də istifadə edildiyi yazılmışdır. Bu son ifadəyə bir misal vermək lazım gələrsə:

Şirkin, həqiqəti yoxdur. Ancaq, "Şirk nədir?" sualının, "Allaha ortaq qoşmaq" şəklində bir cavabı vardır. Bax şirkin mahiyyəti, bu cavabda özünü göstərir.

"İnsan nədir?" sualına, "danışan heyvandır", yəni, "idrak sahibi bir canlıdır" şəklində cavab verməklə, insanın mahiyyətini ifadə etmiş oluruq. Bu, bir məna olaraq, ağıllarda yer edir. Bildiyimiz, gördüyümüz insan isə, bu mahiyyətin həqiqətidir.

Bir insanı digərlərindən ayıran xüsusiyyətlər isə, onun hüviyyətini təşkil edir.

Bir nöqtəyə də təmas etmək lazımdır:

"O nədir?" sualı, insan üçün soruşula biləcəyi kimi, onun hər orqanı üçün də soruşula bilər. Əli göstərərək, "Bu nədir?" dediyimizdə, alacağımız cavab, onun mahiyyətilə bağlıdır. O mahiyyətin, xaricdə təhəqqüq etməsi (gerçəkləşməsi) cəhətilə də, əlin bir həqiqəti vardır.

Yenə, o əlin, başqalarından ayıran bir hüviyyəti və surəti olduğu da bir reallıqdır.

Belə düşünüldüyündə, bir tək varlığın belə, neçə surət, mahiyyət, hüviyyət və həqiqətlərlə sanki iç-içə olduğu başa düşülür.

"Həqiqət", ədəbiyyatda, "məcaz olmayan" mənasına da gəlir. Yəni, bir kəlimə ilə, məcazi bir məna qəsd edilməyib o kəlimə, öz mənasında istifadə edilirsə, buna, "həqiqət" deyilir.

"Həqiqət" kəliməsi, "əşyanın, yaxud hadisələrin iç üzü" mənasında da istifadə edilir. Bu məna üzərində, bir az duraq:

Xəstəlik, bir hadisədir. Onun surətini, xəstənin pərişan halında görür kimi oluruq. Mahiyyəti, sağlamlığın getməsilə ortaya çıxan qüsurlu həyatdır. Həqiqəti, yəni iç üzü isə, insanlar üçün bir imtahan vasitəsi olması, səbr edənlərin, dərəcələrinin artması; və günahlara kəffarət olmasıdır.

"Risale-i Nur" külliyyatından, bir həqiqəti dərsi:

"Bütün mevcudatın hakaiki, bütün kâinatın hakikati, esmâ-i İlâhiyeye istinad eder. Herbir şeyin hakikati, bir isme veyahut çok esmâya istinad eder...Hattâ, muhakkıkîn-i evliyanın bir kısmı demişler: "Hakikî hakaik-i eşya, esmâ-i İlâhiyedir. Mahiyet-i eşya ise, o hakaikin gölgeleridir." (Sözlər, 32-ci Söz, s. 609)

Yəni:

Bütün mövcudatın həqiqətləri, bütün kainatın həqiqəti, Allahın isimlərinə istinad edir. Hər bir şeyin həqiqəti, bir ismə və yaxud bir çox isimlərə istinad edir...Hətta vəlilərdən mühəqqiq olanların bir qismi, belə demişlərdir:

"Əşyanın həqiqi həqiqəti, Allahın isimləridir. Əşyanın mahiyyəti isə, o həqiqətin kölgələridir."

Aləmin varlığı, bir həqiqətdir. "əl-Mucid / icad edən" isminə (ünvanına) istinad edir. Bu aləmdə hər şeyə bir surət, bir şəkil verilmiş olması da, ayrı bir həqiqətdir, bu da, "əl-Musavvir / surət verən" isminə istinad edir. Hər surətin ayrıca bəzədildiyi, ən gözəl bir şəklə salındığı da, bir başqa həqiqətdir. Bu da, "əl-Muzəyyin / bəzəyən" isminə istinad edir. Bu zinətdə, rəngin də ayrı bir yeri vardır. Bu da, "əl-Muləvvin / rəngləndirən" isminə istinad edir. Misallar, beləcə çoxaldıla bilər.

Bunun bir misalını, insanların əsərlərində də görmək olur. Məsələn, kitabxanadan bir kitab götürərək, "Bu, nədir?" deyə soruşsanız, "kitab" deyə cavab alarsınız. Demək ki, kitab, o şeyin mahiyyətidir. Kitabın surəti, şəkli, cildinin boyası və s. isə, surət kəliməsinə daxildir. "Kitab mənası", əlimizdəki kitabda gerçəkləşməsi cəhətilə də, həqiqət olur. Bu həqiqət, onu yazanın bir isminə, yəni ünvanına istinad edir. Əgər o əsər, bir tibb kitabıdırsa, onda "təbib" ismi, yəni ünvanı təcəlli etmişdir. Daha doğrusu, o kitabın həqiqəti, həqiqətdə, tibb elmi və təbib ismidir.

Bax, "Əşyanın həqiqi həqiqəti, Allahın isimləridir." həqiqətinə, bu misalla bir dərəcə baxa bilərik.

"Əşyanın mahiyyəti isə, o həqiqətin kölgələridir." ifadəsinə gəlincə:

Zat olmasaydı, varlıqdan söz edilə bilməzdi. Tibb elmi və təbib ismi də olmasaydı, bu kitab, varlıq sahəsində özünü göstərə bilməzdi. Demək ki, onun varlığı, kölgə məsabəsində; əsli isə, tibb elmi və təbib ismidir.

Elm sifəti təcəlli olmadan, bilinməz və görünməz. Ancaq belə bir əsər, o ismə ayna olar və onu göstərər. Ancaq yenə də, əlimizdəki bir əsərin səhifələrilə müəllifin elmi arasında bir münasibət qurmaq, o səhifələrdə elmin mahiyyətini axtarmaq, boş bir səydir. Elm sifəti, mahiyyətilə, yenə məchulumuzdur. Biz, o kitabda, o elmin zatını deyil, bir təcəllisini seyr etmiş və mahiyyətini deyil, varlığını bilmiş oluruq. Necə ki, kölgədə, kölgə sahibinin varlığını görürük, ancaq onun sifətlərini, məsələn, elmini, təqvasını, gözəl əxlaqını seyr edə bilmirik.

Kölgənin varlığı, əslin varlığı yanında çox sönük qalmaqda, dərəcə etibarı ilə, onun çox aşağısında yer almaqdadır. Bir də, o kölgənin kölgəsini düşünək. Bu ikinci kölgənin varlığı ilə birinci kölgə arasındakı fərqlilik, əsl ilə birinci kölgə arasındakı fərq qədərdir. Yəni, bu ikinci kölgə, ilk kölgəyə nisbətən, çox daha aşağı bir varlıq mərtəbəsinə sahibdir.

Bir cismin aynadakı təcəllisi, onun bir cəhətdən kölgəsidir. Yəni, onun varlığı ilə, "bu kölgə varlıq" arasında, böyük bir fərqliliklər vardır. Bir daşın aynadakı timsalında, sərtlik tapa bilməzsiniz. O kölgə, daşı təmsil edər, daşdan xəbər verər, ancaq daşın varlıq mərtəbəsi yanında, onun dərəcəsi, ancaq bi kölgə qədərdir. Bu kölgənin qarşısına bir güzgü daha tutaq və o kölgə, o ikinci aynada təcəlli etsin. Bax bu ikinci kölgə varlığa, "kölgənin kölgəsi" deyilir.

Tasavvufda, məxluqat aləmi yaradılmadan əvvəl, onların İlahi elmdəki təəyyünlərinə, "ayan-ı sabitə" adı verilir və bu elmi vücudlara, İlahi isimlərin kölgələri deyilir. O elmi varlıq, şəhadət aləminə gətirildiyində, kölgənin kölgəsi qədər bir varlıq mərtəbəsinə sahib qılınır. Çünki əşya, ayan-ı sabitənin kölgələri; ayan-ı sabitə də, isimlərin kölgələridir.

Buna görə, əşya, yaradılmadan əvvəl, Allahın əzəli elmi dairəsindədir. Yaradılınca, qüdrət dairəsinə keçir. Bax əşyanın elm dairəsindəki vücudları - mahiyyət; qüdrət dairəsindəki vücudları isə - həqiqətdir. Bu həqiqətlər, varlıq mərtəbəsi etibarı ilə, kölgənin kölgəsi məqamındadırlar. Yəni, əsl olan, Allahın isimləridir. Elm dairəsindəki vücudlar, bu isimlərə görə, kölgə kimidirlər; qüdrət dairəsindəki vücudlar isə, kölgənin kölgəsi...

"Risale-i Nur" külliyyatından nəql etdiyimiz ilk cümləyə dönək:

"Bütün mövcudatın həqiqətləri, bütün kainatın həqiqətləri, Allahın isimlərinə istinad edir."

Bütün varlıq aləmini bu nəzərlə süzdüyümüzdə, qəlbimizə belə bir məna açılır:

Seyr etdiyimiz hər surətin, bir mahiyyəti vardır. Ətrafımız, surətlər aləmilə əhatələndiyi kimi, onun pərdə arxasına xəyalən keçdiyimizdə, "mahiyyət" ordusu ilə əhatələndiyimizi görürmüş kimi oluruq. Bu ehtişamlı, bu ucsuz-bucaqsız ordu, bizi, Allahın elminin sonsuzluğuna götürür.

Bəhsini etdiyimiz ordudan, bir neçə nəfəri xatırlayaq:

Cəbrail və digər 3 mələk, ərşə müvəkkəl olan mələklər, səma təbəqələri, günəş, ay və ulduzlar, dağlar, daşlar və dənizlər, insanlar, qarışqdan filə, milçəkdən qartala qədər uzanan heyvanlar ordusu. Bu mahiyyətlər, saymaqla bitməz.

"Allah vardı, başqa heç bir şey yox idi." (Buxari, "Bədiul-xəlq"1) hədisindən yola çıxaraq, bu mahiyyətlərin İlahi elmlə təyin edildiyini, bir başqa ifadə ilə, Allahın elmində təəyyün etdiyini düşünürük. Heç bir şey yox ikən, hər şeyin mahiyyəti, İlahi elmdə bütün xüsusiyyətlərilə mövcuddur.

Mahiyyətdən hüviyyətə keçdiyimizdə, bəhsini etdiyimiz ordunun hər bir fərdinin, ayrı bir şəxsiyyətə sahib olduğunu görürük. Bu dəfə, "mahiyyət orduları"nı, çox geridə qoyan ucsuz-bucaqsız bir ordu ilə qarşı-qarşıya qalırıq. İnsan, bir tək mahiyyətdir. Ancaq hüviyyət aləminə endiyimizdə, hər insanın ayrı bir şəxsiyyəti olduğunu və digər insanlardan fərqli olduğunu görürük. O bir tək mahiyyət, sadəcə bu əsrdə, təxminən 6 milyard hüviyyət doğmuşdur. Heç bir ulduzun, heç bir heyvanın, hətta heç bir dağın və daşın da, bir-birilərinin eyni olmadığını düşündüyümüzdə, bu sonsuz hüviyyətlər qarşısında, heyrətdən başqa bir şey edə bilmirik.

---------------------

Əlavələr:

İsim nədir?

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/%C2%A0isim-mus%C9%99mma-v%C9...

İsim təcəllisi nədir?

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/t%C9%99c%C9%99lli-n%C9%99dir

Allahın 99 ismi:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/allahin-99-ismi

 

Read 65 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR