Təcəlli nədir?

Cilvə"qəlbdə, təcəllidən hasil olan şey" deməkdir. "Cilvə" üçün, "arifin qəlbində parlayan İlahi nur (yəni, kainatda hər hansı bir fəaliyyət təfəkkür edildiyində, bu fəaliyyətin failinin Allah olmasının qəlbdə hiss edilməsi)" da deyilmişdir.

"Təcəlli" isə: "görünmək" deməkdir və "qeybi həqiqətlərin qəlblərdə hiss edilə bilən hala gəlməsi", "qeybi olan şeylərin nurlarından qəlblərə açılan şeylər" şəklində tərif edilir. (bax: Seyyid Şərif Cürcani, "Tarifat")

Allahın sifətlərindən bir sifətin qulun qəlbində münkəşif olmasına (kəşf edilməsinə) - "sifət təcəllisi"; isimlərindən bir ismin qulun qəlbində inkişafına isə "isim təcəllisi" deyilir.

Təcəlli, Quran və hədislərdə, həm lüğət, həm də termin mənasında istifadə edilmişdir.

Quranda "təcəlli" kəliməsi:

وَٱلنَّهَارِ إِذَا تَجَلَّىٰ

"And olsun günəşin təcəllisi ilə aydınlaşan gündüzə!" (Leyl/2);

وَلَمَّا جَآءَ مُوسَىٰ لِمِيقَـٰتِنَا وَكَلَّمَهُۥ رَبُّهُۥ قَالَ رَبِّ أَرِنِىٓ أَنظُرْ إِلَيْكَ ۚ قَالَ لَن تَرَىٰنِى وَلَـٰكِنِ ٱنظُرْ إِلَى ٱلْجَبَلِ فَإِنِ ٱسْتَقَرَّ مَكَانَهُۥ فَسَوْفَ تَرَىٰنِى ۚ فَلَمَّا تَجَلَّىٰ رَبُّهُۥ لِلْجَبَلِ جَعَلَهُۥ دَكًّا وَخَرَّ مُوسَىٰ صَعِقًا ۚ فَلَمَّآ أَفَاقَ قَالَ سُبْحَـٰنَكَ تُبْتُ إِلَيْكَ وَأَنَا۠ أَوَّلُ ٱلْمُؤْمِنِينَ

"Musa təyin etdiyimiz vaxtda gəldikdə Rəbbi onunla danışdı. Musa dedi: 'Ey Rəbbim! Özünü mənə göstər, Sənə baxım.' O dedi: 'Sən məni görə bilməzsən. Lakin bu dağa bax. Əgər o, öz yerində qala bilsə, sən də Məni görəcəksən.' Rəbbi dağa təcəlli etdikdə, onu parça-parça etdi. Musa da bayılaraq yerə sərildi. Özünə gəldikdə isə dedi: 'Sən, pak və müqəddəssən! Sənə tövbə etdim və mən, iman gətirənlərin birincisiyəm!” (Əraf/143)

Hədislərdə "təcəlli" kəliməsi:

Bu kəlimə, hədislərdə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in bir günəş tutulması hadisəsi sonrasında namaz qıldığında, günəşin yenidən görünməsi (bax: Buxari, 67-ci Kitab: "Nikah kitabı", 88-ci bab, hədis no: 5197); axirətdə möminlərin görməsi üçün, Haqqın, Özünü, aşkar hala gətirməsi (Muslim, "İman"/191), təcəlli sözü ilə ifadə edilmişdir.

 

Bir digər dəlil isə, budur:

əbu Əyyub əl-Ənsari (radiyallahu anh) rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Sizin, Allah Taala'nın əfv edəcəyi heç bir günahınız olmazsa, O, günahları olan bir qövm gətirər və onların günahlarını əfv edərdi." (Muslim, "Tövbə", 9, 10, 11)

Muslim'də, əbu Hureyrə təriqilə bunun bənzəri olan bir rəvayətdə, Allahın, sonradan gətirəcəyi qövm üçün, "Onlar, Allaha istiğfar edərlər." ifadəsi vardır. (Muslim, "Tövbə", 11)

Rəzin'də isə, bu əlavə vardır:

Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurur:

"Nəfsim əlində olan Allaha and olsun ki, əgər günah işləməsəydiniz, bunun daha böyüyü olan ucbun (yəni, özünü bəyənməyin) başınıza gəlməsindən qorxardım." (ibnu'l-Əsir, "Camiu'l-Üsul", hədis no: 5875)

Bu 2 xüsus, Muslim və Tirmizi'nin rəvayətilə sabit olmaqdadır. Alimlər, birinci haqqında açıqlama verərkən, belə deyirlər:

Bu aləmdə, şər'i olaraq, sadəcə iman və itaət istənilmişdir. Lakin, aləmin və insanlığın yaradılışı etibarı ilə, küfr və masiyyətin də varlığı lazımdır, ki, bunun varlığı da murad edilmişdir. Çünki nəhayətində, tövbə gözlənilməkdədir.

İkinci xüsus isə, birincinin hikməti səviyyəsindədir. Bunun açıqlaması isə, belədir:

Allahın bütün isimləri, gözəldir. Cəmil (gözəl) sifəti olmasından dolayı, bu ismilə zühur etməsi lazımdır. Hər bir isim və sifətin zühuru, xüsusi bəzi hadisələrin gerçəkləşməsinə bağlıdır.

Hədisin dəlaləti, birinci xüsus haqqında, açıqdır. Beləcə, günahların ortaya çıxma zərurətinin hansı məqsədə (yəni, Allahın, özünü bu isimlərlə tanıtması məqsədinə) dair olduğu, başa düşülmüşdür.

İkinci xüsusun dəlili: "Günahlarını bağışlayandır." ifadəsi düşünüldüyündə başa düşülür. Çünki, zikr edilən əfv etmə zərurətinin hikməti, Allahın, günahları bağışlamasıdır. Yəni, Allahın isimlərindən biri də, "əl-Ğaffar"dır. Günah ortaya çıxacaqdır ki, bu sifət də təzahür etsin. Günahın ardından Allahın əfvi olunca, bu sifət, dünyada zühur etmiş olur. Günah işləyən kimsələr isə, sifəti "Ğaffar" olana yalvarırlar.

Hədis deyə məşhur olan: "Bilinmək istədim. Bunun üçün məxluqatı yaratdım." (Acluni, "Kəşfu'l-Xafa", ll, 132) sözünə görə, bu aləmin yaradılış səbəbi, bilinmə istəyidir. Bu da, digər sifətlər kimi, Allah Taala'nın bir sifətinin iqtizası/gərəyidir.

Eyni şəkildə, Allahın "əl-Muntəqim/intiqam alan" sifətinin zühuru üçün, dünyada küfrün var olması lazımdır. Buna da diqqət edilməlidir ki, iqtizadan murad, bir şeyin olmasını murad etməyin zəruri bir gərəyi deyildir. Çünki, Allah Taala, bundan çox ucadır. Bu cür şeylərə və intiqam almağa, möhtac deyildir. O, günah işləməsini murad etməz. Çünki, günahı istəmək, nass'lara ziddir. Əksinə, bir hikməti bəyan edərək günahlarımızdan tövbə etməyimizi və günahlardan uzaqlaşmağımızı və qəlbi təsfiyə etməyimizi (saflaşdırmağımızı) istəməkdədir. Ancaq, istənilən halda, Allah Taala'nın sahib olduğu sifətlər, təcəlli edəcəkdir.

(Əşrəf Əli Təhanəvi, "Həqiqətu't-Təriqa min Sünnəti'l-Əniqa" , 154-cü hədis)

-----------------------------------

İsim təcəllisi, nə deməkdir?

Müəllifimiz Nursi (rahiməhullah), "Risale-i Nur" külliyyatının bir çox yerində, belə deyir:

"Nasıl mükemmel, muntazam, san’atlı, saray gibi bir eser, bilbedâhe muntazam bir fiile delâlet eder. Yani bir bina bir dülgerliğe delâlet eder. Ve mükemmel, muntazam bir fiil, bizzarure, mükemmel bir fâile ve mâhir bir ustaya, bir dülgere delâlet eder. Ve mükemmel usta ve dülger ünvanları, bilbedâhe, mükemmel bir sıfata, yani san’at melekesine delâlet eder. Ve mükemmel sıfat ve o mükemmel meleke-i san’at, bilbedâhe, mükemmel bir istidadın vücuduna delâlet eder. Ve mükemmel bir istidad ise, âlî bir ruh ve yüksek bir zâtın vücuduna delâlet eder. Öyle de, zeminin yüzünü, belki kâinatı dolduran müteceddid eserler, bilbedâhe, gayet derece-i kemâlde bulunan ef’âli gösteriyor. Ve şu nihayet derecedeki intizam ve hikmet dairesindeki ef’âl, bilbedâhe, ünvanları ve isimleri mükemmel olan bir fâili gösteriyor. Çünkü, muntazam, hakîmâne fiiller fâilsiz olmadığı, katiyen mâlûm. Ve son derece mükemmel ünvanlar, o fâilin son derece kemâldeki sıfatlarına delâlet eder. Çünkü, fenn-i sarfça, nasıl ism-i fâil masdardan yapılır; öyle de, ünvanların ve isimlerin dahi masdarları ve menşe’leri sıfatlardır. Ve son derece-i kemâlde sıfatlar, şüphesiz son derece mükemmel olan şuûnât-ı zâtiyeye delâlet eder. Ve kabiliyet-i zâtiye, tâbir edemediğimiz o mükemmel şuûn-u zâtiye, bihakkalyakîn hadsiz derece-i kemâlde olan bir Zâta delâlet eder.

İşte, bütün âlemdeki âsâr-ı san’at ve bütün mahlûkat, herbiri birer eser-i mükemmel olduğundan, herbiri bir fiile ve fiil ise isme, isim ise vasfa ve vasıf ise şe’ne ve şe’n ise zâta şehâdet ettikleri için, masnuât adedince, birtek Sâni-i Zülcelâlin vücûb-u vücuduna şehâdet ve ehadiyetine işaret ettikleri gibi; heyet-i mecmûası ile, silsile-i mahlûkat kadar kuvvetli bir tarzda, bir mi’rac-ı mârifettir, hiçbir cihette içine şüphe girmeyen müteselsil bir bürhan-ı hakikattir." ("Sözlər", 33-cü Söz, Tövhid'in 18-ci Pəncərəsi, s. 647-648)

Yəni:

Necə ki, mükəmməl, müntəzəm (intizamlı), sənətli, saray kimi bir əsər, açıq bir şəkildə, intizamlı bir felə dəlalət edər. Yəni, bir bina, bir dülgərliyə dəlalət edər. ---> Və mükəmməl, müntəzəm bir fel, zəruri olaraq, mükəmməl bir failə və mahir bir ustaya, bir dülgərə dəlalət edər. ---> və mükəmməl usta və dülgər ünvanları, açıq bir şəkildə, mükəmməl bir sifətə, yəni sənət məharətinə dəlalət edər. ---> və mükəmməl sifət və o mükəmməl sənət məharəti, açıq bir şəkildə, mükəmməl bir istedadın varlığına dəlalət edər. ---> və mükəmməl bir istedad isə, ali bir ruh və yüksək bir zat'ın varlığına dəlalət edər.

Elə də, yer üzünü, bəlkə (yəni, yer də bir tərəfə) kainatı dolduran mütəcəddid (yenilənən) əsərlər açıq bir şəkildə, kamal dərəcədə olan felləri göstərir. ---> və bu nəhayət dərəcədəki intizam və hikmət dairəsindəki fellər, açıq bir şəkildə, ünvanları və isimləri mükəmməl olan bir faili göstərir. Çünki, müntəzəm, hikmətli fellərin failsiz olmadığı, qəti olaraq məlumdur. ---> və son dərəcə mükəmməl olan ünvanlar, o failin son dərəcə kamaldakı sifətlərinə dəlalət edər. Çünki, sarf elminə (haşiyə-1) görə, necə ki, ismu'l-fail (haşiyə-2) məsdərdən düzəldilir; elə də, ünvanların və isimlərin də məsdərləri və mənşələri, sifətlərdir. ---> və son dərəcə kamalda olan sifətlər, şübhəsiz, son dərəcə mükəmməl olan şuunata (haşiyə-3) dəlalət edər. ---> və zati qabiliyyət deyə təbir edə bilmədiyimiz (haşiyə-4) o mükəmməl şuunat (şə'nlər), bihaqq əl-yəqin (şəxsən yaşamaq surətilə əldə edilən yəqinliklə), hədsiz kamal dərəcədə olan bir Zat'a dəlalət edər.

Bax, bütün aləmdəki sənət əsərləri və bütün məxluqat, hər biri, mükəmməl bir əsər olduğundan, hər biri, bir felə ---> və fel isə, ismə ---> isim isə, vəsfə ---> vəsf isə, şə'nə ---> və şə'n isə, Zata şəhadət etdikləri üçün, məsnuat (sənətlə yaradılan şeylər) ədədincə, bir tək cəlal sahibi Sani (sənətkar)'ın varlığının zəruri olmasına, şəhadət və əhədiyyətinə (birliyinə) işarət etdikləri kimi; topyekun görünüşü ilə, məxluqatın silsilələri qədər qüvvətli bir tərzdə, bir mərifət miracı (nərdivanı); içinə heç bir cəhətlə şübhə girməyən mütəsəlsil (silsilə) bir həqiqət bürhanı (dəlili)'dir.

-------------------------

(Haşiyə:

Haşiyə-1:

Sarf elmi (morfologiya): sözlərin quruluşundan və dəyişərkən məruz qaldığı formalardan bəhs edən elmdir. Yəni, sözün, müxtəlif formalara düşməklə yeni mənalar verməsini öyrənən elmdir.

Haşiyə-2:

İsmu'l-fail: feldən meydana gələn və işi görəni göstərən isim cinsindən olan kəlimələrdir.

Məsələn, "كَتَبَ / kətəbə" sözü, "yazdı." mənasındadır. Bu felin ismu'l-faili, "كَاتِبٌ / kətibun" şəklindədir və "yazan" mənası verməkdədir.

Haşiyə-3:

"Şuunat", "şə'n"in cəm halıdır. "Şə'n üçün, dilimizdə, tam bir qarşılıq yoxdur. Ən yaxın məna olaraq, "şan", "hal", "qabiliyyət" deyilir.

~ "Xaliq" (Yaradan), Allahın bir ismidir. "Xaliqiyyət" isə, "şan"ıdır. Yəni, yaradıcı olmaq, Allahın şan'ındandır. Bu xaliqiyyətini icra etmək istədiyində, bu istəyi, elm, iradə, qüdrət və s. kimi sifətlər izləyir və xəlq (yaratma) feli icra olunur. Beləcə, yaradılan o məxluqda, "Xaliq" ismi təcəlli edir.

~ "Rəbb" (Tərbiyə edən) də, Allahın bir başqa ismidir. "Rububiyyət" (tərbiyə edici olmaq) isə, Allahın bir şan'ıdır.

Müəllifimizin "Risale-i Nur" külliyyatında,

Zat ---> Şuunat ---> Sifət ---> İsim ---> Fel ---> Əsər

sıralaması vardır. Diqqət edilsə, şuunat, sifətdən əvvəl zikr edilmişdir. Çünki, sifətləri icraata sövq edən şey, şuunat'dır.

Məsələn, mərhəmət etmək, Allahın şan'ındandır. Bu mərhəmət ilə, insana nemət ehsan etməyi iradə edər və qüdrətilə, onun ehtiyacı olan şeyi yaradar. Mərhəmət etmək, Allahın şan'ı; iradə və qüdrət isə, Allahın sifətləridir.

Bütüh İlahi isimlər, beləcə düşünüldüyündə, hər birinin, Allahın şuunatından bir şan'a söykəndiyi başa düşülür.

Allahın Zatı, müqəddəs olduğu kimi; şuunatı da, müqəddəsdir. Yəni, bəşər ağlı, bu xüsusda nə düşünsə, nə təxmin etsə, nə xəyallar qursa, Allahın şuunatı, bunların heç birinə bənzəməz; hamısına bənzəməkdən, münəzzəhdir.

Haşiyə-4:

Müəllifin qəsdi, budur:

"Qabiliyyət" kəliməsinə, insanlar örfi bir məna yüklədikləri üçün, Ustad Nursi, "tabir edemediğimiz" deməkdədir. İnsanlar, qabiliyyəti, daha çox, qüvvə (potensial)'dan felə doğru inkişaf etdirilməsi lazım olan bir şey şəklində dəyərləndirirlər. Halbuki, Allahdakı bu qabiliyyətlər, kamal bir mərtəbədədir, inkişafı bəhs mövzusu deyildir.)

---------------------------

---------------------------

Varlıqların, xüsusilə insanların, isimlərin təcəllilərinə ayna olmaları:

Ustad Bədiü'z-zaman Said Nursi (rahiməhullah), "Sözlər" adlı əsərinin 33-cü Sözündə (bax: 31-ci Pəncərə, s. 665-666), belə deyir:

İnsan, üç cihetle esmâ-i İlâhiyeye bir âyinedir.

Yəni:

İnsan, 3 cəhətlə Allahın isimlərinə aynadır.

Not:

Dəyərli oxuyucu! Kainat bir ağaca bənzədilərsə, insan, onun ən mükəmməl meyvəsidir. Meyvə, ağacın kiçik bir modeli olduğu kimi; Allah Taala da, insanı, kainatın kiçik bir modeli olaraq yaratmışdır. Bundan dolayı, Allahın kainatda təcəlli edib görünən bütün isimləri, insanda da təcəlli etməkdədir. Yəni insan, Allahın bütün isimlərini öz üzərində göstərən bir ayna kimidir.

-------------------------

-------------------------

• Birinci vecih: Gecede zulümat nasıl nuru gösterir. Öyle de, insan, zaaf ve acziyle, fakr ve hâcâtıyla, naks ve kusuruyla bir Kadîr-i Zülcelâlin kudretini, kuvvetini, gınâsını, rahmetini bildiriyor, ve hâkezâ, pek çok evsâf-ı İlâhiyeye bu suretle âyinedarlık ediyor. Hattâ hadsiz aczinde ve nihayetsiz zaafında, hadsiz a'dâsına karşı bir nokta-i istinad aramakla, vicdan daima Vâcibü'l-Vücuda bakar. Hem nihayetsiz fakrında, nihayetsiz hâcâtı içinde, nihayetsiz maksatlara karşı bir nokta-i istimdad aramaya mecbur olduğundan, vicdan daima o noktadan bir Ganiyy-i Rahîmin dergâhına dayanır. Dua ile el açar. Demek her vicdanda şu nokta-i istinad ve nokta-i istimdad cihetinde iki küçük pencere, Kadîr-i Rahîmin bârgâh-ı rahmetine açılır, her vakit onunla bakabilir.

Yəni:

✓ Birinci cəhət: İnsanın, ziddiyyət etibarı ilə Allahın isimlərinə ayna olması:

Gecədə qaranlıq, necə nuru göstərirsə; elə də, insan, zəiflik və acizliyi, möhtaclıq və ehtiyacları, nöqsanlıq və qüsurları ilə, cəlal sahibi bir Qadir'in qüdrətini, qüvvətini, zənginliyini, rəhmətini bildirir. Və beləcə, Allahın bir çox vəsflərinə, bu surətlə aynalıq etməkdədir. Hətta, hədsiz acizliyində və sonsuz zəifliyində, hədsiz düşmənlərinə qarşı bir istinad nöqtəsi axtarmaqla, vicdan, daim Vacibu'l-Vücuda (varlığı zəruri olan Allah)'a baxmaqdadır. Həm nəhayətsiz möhtaclığında, sonsuz ehtiyacları içində, sonsuz məqsədlərə qarşı, bir istimdad nöqtəsi axtarmağa məcbur olduğundan, vicdan, daim o nöqtədən, Ğaniyy (zəngin) və Rahim olan Allahın dərgahına söykənir. Dua ilə əl açır.

Demək, hər vicdanda, bu istinad və istimdad nöqtələri cəhətində, 2 kiçik pəncərə, Qadir və Rahim olan Allahın rəhmət dilənən məqamına açılır; hər vaxt, onunla baxa bilir.

----------------------

----------------------

• İkinci vecih âyinedarlık ise: İnsana verilen nümuneler nev'inden cüz'î ilim, kudret, basar, sem', mâlikiyet, hâkimiyet gibi cüz'iyatla, Kâinat Mâlikinin ilmine ve kudretine, basarına, sem'ine, hâkimiyet-i rububiyetine âyinedarlık eder, onları anlar, bildirir. Meselâ, "Ben nasıl bu evi yaptım ve yapmasını biliyorum ve görüyorum ve onun mâlikiyim ve idare ediyorum. Öyle de, şu koca kâinat sarayının bir ustası var. O usta onu bilir, görür, yapar, idare eder," ve hâkezâ...

Yəni:

✓ İkinci cəhət: İnsanın, nümunələr etibarı ilə Allahın isimlərinə ayna olması. (Yəni):

İnsana verilən nümunələr növündən cüzi elm, qüdrət, görmək, eşitmək, malikiyyət, hakimiyyət kimi cüziyyatla, kainat Malikinin elminə, qüdrətinə, görməsinə, eşitməsinə, tərbiyə ediciliyindəki hakimiyyətinə aynalıq edər; onları başa düşər; bildirər. Məsələn, "Mən, necə bu evi tikdim və tikməsini bilirəm, görürəm, onun malikiyəm, onu idarə edirəm. Elə də, bu böyük kainat sarayının bir Ustası vardır. O Usta, onu bilir, görür, tikir, idarə edir." və s...

----------------------

----------------------

• Üçüncü vecih âyinedarlık ise: İnsan, üstünde nakışları görünen esmâ-i İlâhiyeye âyinedarlık eder. Otuz İkinci Sözün Üçüncü Mevkıfının başında bir nebze izah edilen insanın mahiyet-i câmiasında nakışları zâhir olan yetmişten ziyade esmâ vardır. Meselâ, yaratılışından Sâni, Hâlık ismini ve hüsn-ü takviminden Rahmân ve Rahîm isimlerini ve hüsn-ü terbiyesinden Kerîm, Lâtif isimlerini, ve hâkezâ, bütün âzâ ve âlâtıyla, cihazat ve cevarihiyle, letâif ve mâneviyâtıyla, havas ve hissiyatıyla ayrı ayrı esmânın ayrı ayrı nakışlarını gösteriyor...

...Ey kendini insan bilen insan! Kendini oku. Yoksa hayvan ve câmid hükmünde insan olmak ihtimali var.

Yəni:

✓ Üçüncü cəhət: İnsanın, öz üzərində naxışları görünən isimlərlə ayna olması:

...İnsanın cami (cəm edici) mahiyyətində "naxışları" zahir olan 70-dən çox isim vardır. Məsələn:

~ yaradılışından: Sani, Xaliq (xəlq edən) isimlərinin;

~ ən gözəl şəklindən: Rahmən və Rahim isimlərinin;

~ tərbiyəsindəki gözəllikdən: Kərim, Lətif isimlərinin

və beləcə, bütün əzaları və alətlərilə, cihazları və cövhərlərilə, hisləri və mənəviyyatı ilə, xüsusiyyətləri və hissiyyatı ilə, ayrı-ayrı isimlərin,

ayrı-ayrı naxışlarını göstərir.

Ey özünü insan bilən insan! Özünü oxu. Yoxsa heyvan və cansız hökmündə bir insan olmaq ehtimalın var.

-----------------------------

-----------------------------

Təcəlliyə çalışmaq:

"Şeriat ve Sünnet-i Seniyyenin ahkâmları içinde cilveleri intişar eden Esmâ-i Hüsnânın herbir isminin feyz-i tecellîsine bir mazhar-ı câmi' olmaya çalış."

Yəni:

"Şəriət və səna edilmiş/təriflənmiş sünnətin hökmləri içində, öz cilvələri yayılan əsmau'l-hüsnanın hər bir isminin təcəlli feyzinə cəm edici bir mazhar/ayna olmağa çalış!" (Said Nursi, Sözlər, 24-cü Söz, s. 353)

Ustad Nursi, belə deyir:

"Nasıl esmada bir ism-i azam var, o esmanın nukuşunda dahi, bir nakş-ı azam var ki, o da, insandır."

Yəni:

"Necə ki isimlər içərisində ən böyük bir isim var; o isimlərin 'naxışları'nda (yəni, təcəlli etdiyi şeylər içində) də böyük bir 'naxış' vardır ki, o da, insandır." deyərək, insanın, bütün isimlərə "ayna" olduğunu bəyan etmişdir.

İnsan:

~ Yaradılmış və özünə, müəyyən bir şəkil verilmiş; bu yönü ilə, ulduzlar, dağlar, səhralarla qardaşdır.

~ Həyat nemətinə qovuşmuş; bu cəbhəsilə, cansız varlıqlardan ayrılmışdır.

~ Ağıl sahibi, qəlb və vicdan sahibi bir məxluq olaraq varlıq sahəsində boy göstərmişdir. Bax, insanı, yer kürəsinə xəlifə qılan da, onun bu cəbhəsidir. Cansız varlıqlarda, bitki və heyvanlar aləmində təcəlli etməyən neçə-neçə isimlər, insanın qəlb aləmində, könül dünyasında, çəyirdəklər halında təcəlli etməkdədir.

İnsana düşən vəzifə, o çəyirdəkləri inkişaf etdirmək və bir ağac halına gətirməkdir.

"Bir şey mütləq olaraq zikr edilincə, ən kamalına sərf edilir." Yəni, "Ona ən kamil mənada ayna olan şey başa düşülür." qaydası gərəyincə, insan deyilincə də, ağla, ilk, Allah rəsulu (sallallahu aleyhi və səlləm) gəlir. Bütün isimlərə ən iləri dərəcədə ayna olan şəxs, ancaq Odur. Digər peyğəmbərlər və bütün saleh və vəli qullar, ancaq müəyyən isimlərə kamalı ilə ayna olmuşlardır. Bu kamal nöqtəsi də, Allah rəsulundakı təcəllinin çox gerisində qalır.

İnsan, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə hər yönü ilə bənzəməyə çalışdığı təqdirdə, "ən cəm edici ayna, mazhar" olmaq yolundadır deməkdir. Bu yüksək qayəyə, hansı sahələrdə, nə qədər çata bilərsə, o qədər kardır.

Bəhsimizə mövzu olan hikmətli cümlədə, əhəmiyyətli bir kəlimə keçirdi: "Çalış!"

Bir arı, sadəcə bal düzəltməyi; bir hörümçək də, sadəcə tor hörməyi bilir. Balı da, toru da yaradan, Allahdır. Onlar, bu İlahi sənətin icrasında, bir səbəb olaraq vəzifə almış və bu sayədə, özləri də bir dəyər qazanmışlardır. (Yəni, arının bal, hörümçəyin tor düzəltməsi fəaliyyəti, arıya və hörümçəyə deyil, məhz Allaha aiddir. Məhz bu fəaliyyətdən, biz, Allahı isimləri/ünvanları ilə tanıyırıq. İsimlərin təcəllisi, təzahürü deyərkən qəsd etdiyimiz də, məhz budur.)

Ancaq onların artıq çalışaraq yeni bir sənət icra etmək imkanları yoxdur ki, ayrı bir kamillik qazansınlar, ayrı bir gözəlliyə qovuşsunlar. Ancaq insan, belə deyil. Kitab və sünnətin hər bir əmrinə tabe olmaqla, ayrı bir sahədə dərinləşmə və zənginləşmə imkanına sahibdir. Bax Ustadın yuxarıdakı sözündə keçən "Çalış!" ifadəsi, belə bir səy içərisinə girmə əmri və ya tövsiyyəsidir.

İnsanın, bir məxluq olaraq, gərək bədənində, gərəksə də ruhunda təcəlli edən isimlər ilə qazandığı kamilliyin fövqündə, bir kamal və camal sahəsi daha vardır. Bax bu sahə, onun iradəsinə buraxılmışdır. Çalışarsa, bu təcəllilərdən nəsiblənər; çalışmazsa, məhrum qalar.

İnsan oğlu, fənn və texnika sahəsində göstərdiyi təqdirə layiq işlərilə, bu "kainat kitabı"nın gizli mənalarını axtarıb tapmış; ondakı incə sirləri kəşf etmiş; və beləcə, özünə, daha rahat, daha aydın bir dünya həyatı hazırlamışdır. Bax bu səyin bir bənzərini də, ruh aləminin, qəlb dünyasının inkişafı üçün sərf etsə, ağlı, daha kamil; qəlbi, daha ülvi; ruhu, daha zəngin olacaqdır.

Bütün gözəlliklər, əsmau'l-hüsnanın təcəllilərilə meydana gəldiyinə görə, insan, bu yeni dünyasında, daha çox ismə, daha iləri mənada mazhar olmuş deməkdir. Bax, Quranın hər bir hökmü və sünnətin hər bir əsası da, insan üçün ayrı bir tərəqqi və ayrı bir gözəllik vəsiləsidir. İnsan, Quran və sünnətin bu hökmlərinə tabe olmaqla, isimlərdən feyizlənə (bərəkət qazana) bilər. Buna, bir neçə misal:

~ İnsan, elmlə toxunmuş bir varlıqdır. Hər əzası, hər hüceyrəsi, İlahi elmdən xəbər verirlər. İnsan, bu yönü ilə, Haqq Taala'nın, "əl-Alim" isminə bir mazhar, bir ayna olmaqdadır. Bununla bərabər, insanın, çalışaraq elm təhsil etməsi də vardır ki, onu, digər insanlardan üstün qılan, məhz bu cəhətidir. Ancaq, bu elmin, Quran və sünnət dairəsində, yəni Allah və rəsulunun icazə verdiyi, razı olduğu dairədə istifadə etməsi, şərtdir.

~ Elmini və sənətini, insan sağlamlığının xidmətinə ərz edən və qəlbi, mərhəmət və şəfqətlə dolu olan bir həkim, "əş-Şafi" isminin təcəllisinə mazhar olar və bu isimdən, ayrı bir feyz alar.

~ Allahın "əl-Quddus" ismini xatırlayan bir mömin, kainatın, başdan-başa bu ismin təcəllilərilə aydın və tər-təmiz olduğunu təfəkkür etməklə, bu isimdən ayrı bir feyz alar. Bu feyz ilə, öz cismini və bununla bərabər daxili aləmini (yəni, qəlbini) də təmiz saxlamağa çalışar. Qüsurdan münəzzəh olan Rəbbinin hüzuruna, günahsız olaraq çıxmağa səy göstərər. Ruhundakı kirlərə, libasındakı ləkələrdən daha çox əhəmiyyət verər.

--------------------------

Not:

Dəyərli oxuyucu! Bütün kainatda, bir təmizləmə fəaliyyəti mövcuddur. Bu fəaliyyət, Özünü bu isim/ünvanla (yəni, əl-Quddus olaraq) tanıdan Allaha məxsusdur. Çünki, təmizləmək üçün, bilmək, görmək, eşitmək, iradə etmək, həyata sahib olmaq, şərtdir. Bu isə, Allahdan başqası üçün, muhal/imkansızdır.

Varlıqlar isə:

~ ya ixtiyar sahibləridirlər;

~ ya da deyillər.

İxtiyarı olmayan varlıqları təmizləyib özünü "əl-Quddus" olaraq tanıdan Allah, heç mümkünmüdür ki, ixtiyarı olan varlıqlara, Özünü bu ünvanla tanıtmaq istəməsin?! Bütün kainatı təmiz tutan Allah, heç mümkünmüdür ki, ixtiyarı ən geniş olan insana, təmizlənməyi əmr etməsin?! İnduktiv metodla başa düşdüyümüz budur ki, insana da, (dəstəmaz, qüsul kimi vasitələrlə) təmizlənməsi əmr ediləcəkdir və əmr edilmişdir də...İnsan, mənəvi yönü etibarı ilə digərlərindən üstün olduğu üçün, onun bu mənəvi tərəfini (tövbə, istiğfar, haramlardan çəkinməklə) təmizləməsi də, təbiidir ki, əmr ediləcəkdir və edilmişdir.

----------------------

Dəyərli oxuyucu! Allahın ən çox yad etdiyimiz isimlərindən biri də, Rəbb ismidir. Rəbb: "tərbiyə edən" deməkdir. Tərbiyə isə: "əşyanı, ən kamal mərtəbəsinə, tədricən çatdırmaq" deməkdir. Tərbiyə fellərinə, aşağıdakıları misal verə bilərik:

Günəş, bir tərbiyədən keçərək bu halı aldığı kimi, ay da, dünya da, dünyadakı hər növ varlıq da, ayrı-ayrı tərbiyələrdən keçmişlərdir. Beləcə, kainatda, Allah, bu tərbiyə fəaliyyətilə, Özünü, Rəbb deyə tanıtmışdır.

Bunları zikr etməkdə məqsədimiz, budur:

Günəş və s. varlıqlar kimi, insanın maddəsi də bir tərbiyədən keçmiş, nütfə halından mükəmməl bir şəkilə çatmışdır. Və özündən hasil olan bütün faydalar, məhz bu doğru tərbiyə ediciliyin məhsuludur.

Dəyərli oxuyucu! İnsan iradəsinin xaricində olan bu felləri, işləri tərbiyə edən, bunları ən kamil bir şəkilə gətirən Allah, heç mümkünmüdür ki, insanı, mənəvi cəhətdən də ən kamil bir şəkildə (maddəsində olduğu kimi) tərbiyə etmək, ondan faydalar hasil etmək istəməsin?! Çünki insanları digər varlıqlardan ayıran, ona üstünlük qazandıran, məhz bu mənəvi cəhətidir. Bu cəhətdən, daha aşağıda yer alan maddəsini, ən kamil bir şəkildə tərbiyə edən Allah, onun ən üstün cəhəti olan mənəvi tərəfini də, tərbiyə etmək istəyəcək, istəmiş və bunun üçün də, Öz əzəmətli kitabını və rəsulunun sünnətini endirmişdir. Çünki, nəyin yaxşı, nəyin də pis olduğunu ağılla təyin etmək mümkün deyildir.

(bax: https://suallarlaislam.com/m%C9%99qal%C9%99/husn-v%C9%99-qubh-m%C9%99s%C...)

Dəyərli oxuyucu! Namaz qılmaq, sədəqə vermək, oruc tutmaq və s. kimi hər bir İlahi əmrdə və qadağada da, bu Rəbb isminin ayrı bir təcəllisi vardır. Bunların hər birilə, insan qəlbi, ayrı bir tərbiyədən keçməkdə və ayrı bir kamillik qazanmaqdadır.

Qısacası: özü ilə əməl edilən hər bir İlahi əmr və qadağa, insan üçün ayrı bir tərəqqi vəsiləsidir. Hər şey kimi, bu tərəqqilər də, İlahi fellərin icrası ilə meydana gəlməkdədir. Və insan, o felin qaynağı olan o isimdən/ünvandan, beləcə feyz ala bilər.

-------------------------

Əlavələr:

• Tövhidin isbatı:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/tovhidin-%C9%99qli-isbati

• Əşyada təsirin olmadığı:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/%C9%99syada-t%C9%99sir-vardirmi

• Səbəb nədir? Səbəblər nə üçün var?

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/s%C9%99b%C9%99b-n%C9%99dir-s...

• Kəsb məsələsi:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/allahin-qudr%C9%99t-sif%C9%9...

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/allahin-irad%C9%99-sif%C9%99ti

 

 

 

Read 169 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR