Allah isminin şərhi
1. "Allah" isminə gəlincə, Haqq Mövcud, ilahlıq sifətlərini Özündə toplayan; Rububiyyət sifətlərilə vəsflənən; həqiqi varlıq ilə tək olan Varlığ'ın adıdır. Ondan qeyri heç bir varlıq, bizatihi (zatı ilə) varlığa sahib olmağa layiq deyildirlər. Varlığı, yalnız Ondan alırlar və öz zatları cəhətindən, həlak olucudurlar. Digər tərəfdən də, onlar, ancaq Allahın var etməsilə mövcuddurlar. Onun vəch (üz)'ündən başqa hər şey, yoxluğa məhkumdur.
Ən uyğun olan, Allah isminin, aləm/xüsusi isimlərin dəlalət etdiyi tərzdə, bu mənaya dəlalət etməsidir. "Allah" isminin hansı kökdən necə meydana gəldiyi haqqında bütün zikr edilənlər isə, təsadüfilik və təkəllüfdən ibarətdir.
Fayda: Bil ki, bu isim, Allah (azzə və cəllə)'nin 99 ismi arasında, ən böyüyüdür. Çünki, bir istisna olmadan, bütün uluhiyyət sifətlərini özündə toplayan Zat'a dəlalət etməkdədir. Digər isimlər isə, elm, qüdrət, fel və başqaları kimi, tək mənalara dəlalət edirlər. İsimlərin ən xası olmasından dolayı, başqasına, nə həqiqətən, nə məcazən verilə bilməz. Digər isimlər isə, başqa varlıqlara, isim/ad olaraq verilə bilər. "Qadir", "Alim", "Rahim" və digərləri kimi. Bu 2 yöndən dolayı, bu isimlərin ən böyüyü olması, uyğundur.
İncəlik: Allah (azzə və cəllə) və qullara itlaq edilmələri, başqa-başqa və bir-birinə müxalif olan yönlərdən olsa belə, "Rahim", "Alim", "Həlim", "Sabur", "Şəkur" və digər isimlərin mənaları ilə qulların vəsflənmələri və onlara isim olaraq verilmələri, təsəvvür edilə bilər. Lakin "Allah" isminin mənası, heç kimin, nə məcaz, nə həqiqi mənada, şərik olmasının təsəvvür edilə bilməyəcəyi dərəcədə, xüsusidir. Bu xüsusilik səbəbilə, digər isimlər, Allah (azzə və cəllə)'nin ismi deyə vəsfləndirilərək, bu ismə izafə edilir, buna izafətlə tərif edilir və məsələn: "Sabur, Şəkur, Məlik, Cabbar, Allah (azzə və cəllə)'nin isimlərindəndir." deyilir. Ancaq, "Allah, Şəkur və Saburun isimləri arasındadır." deyilmir. Çünki bu isim, Öz Zatı cəhətindən, ilahi mənaların künhünə ən dəlalətlisi, ən xasıdır. Bu səbəblə də, ən qüvvətlisi, ən məşhuru və ən zahir olanıdır.
Bu səbəbdən, başqasının tərifindən müstağni (zəngin)'dir. Digərləri, Ona izafətlə tərif edilirlər.
Tənbih: Qulun, bu isimdən həzzi (yəni, nəsibi), "təəlluh"dur. Bundan qəsd etdiyim isə,
~ qəlb və himmətinin, Allah (azzə və cəllə)'də müstəğraq olması; Ondan başqasını görüb, başqasına yönəlməməsi;
~ Ondan qeyrisinə, ümid və qorxu bəsləməməsidir. Necə belə olmasın?
Ki, bu ismin mənasından, Onun, həqiqi və haqq Mövcud olduğu, Ondan qeyri nə varsa, fane, həlak olucu və batil olduğu, fəhm edilmişdi.
İlk əvvəl, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in gördüyü kimi, Öz nəfsinin həlak və batil olduğunu görər. Belə ki, O, belə buyurmuşdur:
"Ərəblərin söylədiyi beytlər arasında ən doğrusu, Ləbid'in bu beytidir:
'Allahın xaricindəki hər şey, batil; hər nemət də, zail olmağa məhkumdur." (Buxari, hədis no: 3841, 6147, 6489)
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
-------------------------
Əlavələr:
Allah, İlah və əl-lat, eyni mənalıdırmı?
https://suallarlaislam.com/.../allah-ilah-v%C9%99-%C9%99l...
"Allahın əxlaqı ilə əxlaqlanmaq" hədisi
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/allahin-%C9%99xlaqi-il%C9%99...
