Allahın əxlaqı ilə əxlaqlanmaq hədisi

• Mətnə keçmədən əvvəl, "isim", "təsmiyyə""müsəmma"nın nə demək olduqlarını öyrənmək üçün, aşağıdakı linkə daxil ol:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/%C2%A0isim-mus%C9%99mma-v%C9...

• İsimlərin təcəllisinin nə demək olduğunu öyrənmək üçün, aşağıdakı linkə daxil ol:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/t%C9%99c%C9%99lli-n%C9%99dir

-------------------------------------------

-------------------------------------------

Bu fəsil:

~ Allah Taala'nın əxlaqı ilə əxlaqlanmaq;

~ İsim və sifətlərinin mənaları ilə imkan nisbətində zinətlənmək; və

~ Qulun kamal və səadətinin

bəyanı haqqındadır.

Bil ki, Allah (azzə və cəllə)'nin isimlərinin mənaları (xüsusunda) həzzi (yəni, nəsibi) olmayan şəxs,

~ ancaq (isimlərin) ləfzini eşidər;

~ lüğətdəki mənasının təfsirini və vad'ını (ləfzlərin hansı mənaya dəlalət etmək üzərə ortaya qoyulduğunu) bilər; və

~ qəlbən, (bu ismin) Allah Taala haqqında sabit olduğuna (yəni, mövcudluğuna) inanmaqdan ibarət qalarsa,

nəsibi, az; və dərəcəsi də, aşağıdır, deməkdir. Nail olduğu şey ilə də, iftixar edə bilməz. Çünki,

1. Ləfzi eşitmək, eşitmə hissinin salamat olmasına bağlıdır ki, bu (məziyyət), heyvanlarda belə mövcuddur.

2. (Bir ləfzi) lüğət cəhətindən başa düşmək üçün isə, ərəb dilini bilməkdən başqa, bir şey lazım gəlməz. Bu mərtəbəni isə, ədəbiyyatçı və ağlı qıt bədəvi belə onunla paylaşmaqdadır. Ancaq,

3. Kəşfsiz (1) Allah (Subhənəhu və Taala) üçün, bu mənaların sabit olduğu etiqadına gəlincə, (bunun üçün), ləfzlərin mənalarını başa düşmək və onları təsdiq etməkdən başqa, bir şey lazım gəlməz. Bu isə, avamın, hətta uşağın belə özünə şərik olduğu bir mərtəbədir.

4. Sözü (n mənasını) başa düşməyə başlayınca, bu mənalar ona ərz edildiyində, qəlbilə etiqad edər, öyrənər, götürər və üzərində qərarlı bir şəkildə dayanarsa, bax bu, digərlərindən fəzilətli olan alimlərin əksəriyyətinin mərtəbəsidir.

Bu 3 mərtəbədə, onlar (yəni, dördüncü mərtəbədə olanlar) ilə şərik olmayanlar, onların nisbi fəzilətlərini inkar edə bilməzlər. Ancaq, (bəhsi keçən dərəcələr), kamal zirvəsinə nisbətlə, açıq bir nöqsanlıqdır. Çünki, əbrar'ın (2) həsənatı (saleh, gözəl əməlləri), muqarrəbin'in (3) səyyiatı (çirkin əməllər, günahları) (məsabəsində)'dir.

Allah Taala'nın isimlərinin mənaları (xüsusunda), muqarrəb'lərin nəsibləri, 3-dür:

• Birinci nəsib: İsimlərin mənalarını, müşahidə (4) və mükaşəfə (5) yolu ilə bilməyindir. Hətta (elə bir şəkildə bilmək ki), içində xəta ehtimalı mümkün olmayan qəti bir dəlillə, bu isimlərin mənalarının həqiqətləri açılana qədər.

Allah (azzə və cəllə)'nin (bu isimlər) ilə müttəsif olduğu (vəsfləndiyi), açıqlıq etibarı ilə, yəqin mərtəbəsindədir. İnsan üçün (bəhsini etdiyimiz bu) yəqinlik isə, zahiri ihsas (hiss etmə) ilə deyil, batini müşahidəsilə idrak etdiyi batin sifətləri vasitəsilə meydana gəlir.

(İndi), bununla, müəllimlər və atalardan təqlid yolu ilə götürülüb israrlı bir şəkildə etiqad edilən şey arasında -istərsə, bu inanclar, cədəli-kəlami dəlillərlə dəstəklənmiş olsun- nə qədər böyük bir fərq vardır.

• İkinci nəsib: Cəlal sifətlərindən özlərinə kəşf olunan şeyləri, böyük görmələridir ki, bu istizam (böyük görmə) sayəsində, o sifətlərdən özləri üçün vəsflənməsi mümkün olanlarla vəsflənməyə şövqlənərlər ki, (beləcə), bu sifətlərlə, Haqqa, məkan (cəhətilə) deyil, sifət (cəhətilə) yaxınlaşarlar. (Beləcə, bu sifətlərlə), muqarrəb (Allaha yaxın) mələklərə bənzəməyə başlayarlar.

Qəlb, bir sifəti böyük görərək dolarsa, o vaxt, o sifətə şövq duyar. Bununla bərabər, əgər o böyük görən üçün, o sifəti kamalı ilə əldə etmək mümkündürsə, o cəlal və kamala aşiq olar və o vəsflə zinətlənməyə qarşı hərislənər. Əgər mümkün olmazsa, mümkün olduğu qədərinə şövq duyar.

Bu 2 səbəbdən dolayı, heç kim, bu şövqdən xali (uzaq) deyildir:

a. Cəlal və kamal vəsflərindən məlum olan vəsfə dair mərifət və yəqinliyin zəifliyi; və ya

b. İnsanın qəlbi, başqa bir şeylə dolmuş və istiğraq (6) (səbəbilə).

Tələbə, müəllimin elmdəki kamalını müşahidə etdiyi vaxt, ona bənzəməyə və tabe olmağa şövq duyar. Lakin, tələbənin içi, aclıqla doludursa; qarnını doyurmaq ehtiyacı, içini əhatə etmişdirsə, bu, onun elmə olan iştiyaq (həvəs)'inə əngəl ola bilər.

Bax, bundan dolayı, Allah Taala'nın sifətlərinə baxan (yəni, təfəkkür edən)'in qəlbi, masiva (Allah xaricində qalan şeylər)'dən xali olmalıdır. Çünki, mərifət, şövqün toxumudur. Ancaq, bu toxum, şəhvət tikanından xali olan bir qəlbə təsadüf edərsə, (bəhsi keçən şövq doğacaqdır). Yox əgər şəhvət tikanından xali olmayan bir qəlbə rast gələrsə, toxum, sünbüllənməz.

• Üçüncü nəsib: Bu sifətlərdən, özü üçün mümkün olanı əldə etməyə; onunla əxlaqlanmağa; və onların gözəlliklərilə öz nəfsini zinətləndirməyə çalışmaqdır. Beləliklə, Rəbbani, yəni, Rəbb Taala'ya yaxın və mələklərdən meydana gələn əl-mələu'l-ə'la'ya (7) rəfiq olar. Çünki onlar, "yaxınlıq örtüsü"dürlər. Hər kim, onların sifətlərindən bir şey götürər; onları, Haqq Taala'ya yaxınlaşdıran vəsflərindən nə qədərinə nail olarsa, o miqdar yaxınlıq qazanmış olar.

Əgər: "Allah (azzə və cəllə)'yə sifət yönündən yaxınlaşmaq, qəlblərin qəbul və təsdiqdən çəkindikləri qapalı bir şeydir. (Bundan dolayı, bu məsələni), inkar edənlərin inkarını qıracaq bir şəkildə şərh et! Bu, əksəriyyətlə, həqiqəti kəşf edilməmiş inkar edilən (mövzular) kimidir." deyərsənsə, belə cavab verərəm:

Sənə və avam dərəcəsindən bir az yuxarıda olan elm əhlinə, varlıqların, kamil və nöqsan olaraq ikiyə ayrıldıqları, gizli deyildir. Kamil olanlar, nöqsan olanlardan üstündür. Kamal dərəcələri, hər nə qədər fərqlilik ərz edib, mütləq kamal da, ancaq Özünə aid olacaq şəkildə kamalın nəhayət mərtəbəsi tək bir Zat'a məxsus olduğunda, digər mövcudat, mütləq kamala sahib olmayıb ancaq, kamaldan bir-birilərinə nəzərən fərqli-fərqli dərəcələrə sahib olduqlarında, (bax bu halda) aralarında ən kamil olan, (heç şübhəsiz), mütləq kamal sahibinə ən yaxın olan kimsədir, deməkdir. (Burda), məkan və məsafə yaxınlığını deyil; mərtəbə və dərəcə yaxınlığını qəsd edirəm.

Sonra, varlıqlar, canlı və cansız olaraq da ikiyə ayrılırlar. Sən də bilirsən ki, canlı, cansızdan daha şərəfli və daha kamildir. Canlıların dərəcələri də, 3-dür:

1. Mələklərin dərəcəsi;

2. İnsanların dərəcəsi;

3. Heyvanların dərəcəsi.

 

3. Heyvanların, sayəsində üstünlük qazandıqları həyat dərəcəsi, (digər dərəcələrə nəzərən), altdadır. Çünki diri olan varlıq, hər şeyi idrak edib hər feli icra edə bilən (varlıq)'dır. Heyvanın isə, idrak və felində, nöqsanlıq vardır. Onların idrakındakı nöqsanlıq, idrakının, sadəcə hisslərlə olmasıdır. Və hissi idrakları da, nöqsandır. Çünki heyvan, ancaq toxunaraq və ya yaxınlaşaraq əşyanı idrak edir. (O halda), hiss, toxunmadan və ya yaxınlaşmadan, bir şeyi idrak edə bilməz. Necə ki, dadma və toxunma hissləri, təmasa ehtiyac duyduqları kimi; eşitmə, görmə və qoxlama hissləri də, yaxınlığa ehtiyac duyurlar. Özündə təmas və ya yaxınlıq təsəvvür edilə bilməyən varlıqlar isə, (bu hal içərisində ikən), hisslərin idrakına mövzu ola bilməz. Heyvanların fellərindəki nöqsanlıq isə, şəhvət və qəzəbin iqtizasına (gərəyinə) bağlıdır. Şəhvət və qəzəbin xaricində, onların saiq (sövq edən)'i yoxdur. Qəzəb və şəhvətin gərəyinə müxalif feli dəvət edəcək ağlı da yoxdur.

1. Mələyə gəlincə, onun dərəcəsi, ən yüksək dərəcədir. Çünki, yaxınlıq və uzaqlıq, onun idrakına təsir etməz. Onun idrakı, (sadəcə), özündə yaxınlıq və uzaqlıq təsəvvür edilə bilən şeylərə xas deyildir. Çünki yaxınlıq və uzaqlıq, cisimlər haqqında təsəvvür edilir. Cisimlər isə, mövcudatın ən aşağı təbəqəsinə mənsubdurlar. Sonra, mələklər, qəzəb və şəhvətdən bəridirlər. Bu səbəblə, felləri, qəzəb və şəhvətin gərəyinə görə deyildir. Onları fellərə dəvət edən, qəzəb və şəhvətdən üstün bir şeydir, ki, o da, Allah (azzə və cəllə)'yə yaxınlıq istəyidir.

2. İnsanın dərəcəsi isə, 2 dərəcənin ortasındadır. İnsan, sanki, heyvaniyyət (heyvanlıq) və mələkiyyət (mələklik)'dən mürəkkəb (tərkib edilmiş) bir varlıqdır. Başlanğıcda, heyvaniyyət (cəhəti), daha qalibdir. Çünki onda, ilk əvvəl, hiss idrakı mövcuddur ki, məhsusat (hisslərlə idrak edilən şeylər)'dən, hərəkət və səy yolu ilə yaxınlıq tələb edərkən, bu hissi idraka ehtiyac duyar. Ta ki, sonralar, özündə, göylərin və yerin mələkutunda təsərrüf edən və bədənin hərəkətinə, idrak etdiyi şeyə yaxınlaşmağa və ya təmas etməyə möhtac olmayan ağlın nuru parlayana qədər. Məqulat (ağlın idrak etdiyi şeylər) isə, özlərinə, məkanca yaxınlaşıb-uzaqlaşmağı qəbuldan münəzzəh şeylərdir. Eyni zamanda, ilk əvvəl, ona hakim olan şey, şəhvət və qəzəbidir. Bu ikisinin müqtəzasınca davam edər, ta ki,

~ kamalı tələb etməkdə zəfər əldə edincəyə;

~ aqibətə nəzər edincəyə; və

~ şəhvət və qəzəbin gərəkdirdiyi şeylərə üsyan zühur edincəyə

qədər...

Əgər şəhvət və qəzəbinə qələbə çalar, hətta o 2 qüvvə, hərəkət və ya təskin xüsusunda zəifləyərsə, bax o vaxt, mələklərə bir növ bənzərlik qazanar. Yenə, nəfsini, xəyallar və hisslərdən kəsər, heç bir hiss və xəyalın nail ola bilməyəcəyi xüsusların idrakı ilə ünsiyyət qazanarsa, mələklərdən bir bənzəyiş daha almış olacaqdır. Çünki, həyatın xüsusiyyəti, idrak və feldir (9). Nöqsanlıq, etidal və kamal, bu 2 şeyə racidir (qayıtmaqdadır). Bu 2 xüsusiyyətdə (yəni, idrak və feldə) (nə dərəcə) mələklərə tabe olarsa, heyvaniyyətdən uzaq və mələkiyyətə yaxın olar. Mələk isə, Allah (azzə və cəllə)'yə yaxındır. Yaxına yaxın olan da, (O əsl varlığa) yaxındır, deməkdir.

"Bu kəlamın zahiri, qul ilə Allah arasındakı bənzərliyi isbat etməyə işarət etməkdədir. Çünki qul, Allahın əxlaqı ilə əxlaqlanarsa, Ona bənzəyəcək, deməkdir. Halbuki, şəran (şəriət cəhətindən) və əqlən bilinməkdədir ki, Allah (Subhənəhu və Taala)'nın bənzəri yoxdur." deyə soruşsan, buna cavab olaraq, belə deyərəm:

Əgər Allah (azzə və cəllə)'dən nəfy edilən mümasələt (bənzərliy)'in mənasını başa düşərsənsə, (o vaxt), Onun mislinin olmadığını da bilərsən. Və zənn edilməməlidir ki, müşarəkət (hər hansı bir vəsfdəki şəriklik), mümasələt (bənzərliy)'i gərəkdirir. Məgər görmürsənmi ki, bir-birinə zidd olan 2 şey, bir-birinə bənzərlik ərz edir; (ancaq), aralarında təsvir edilə bilməyəcək qədər uzaqlıq vardır?! Və o 2 zidd, (bir çox vəsfdə) müştərəkdirlər. Necə ki, qara (rəng), ağ ilə,

~ araz (10) olaraq;

~ rəng olaraq;

~ gözlə idrak edilə bilən varlıq olaraq

və başqa xüsuslarda, şərikdir.

(İndi) biri: "Allah (azzə və cəllə), məhəl olmadan mövcuddur; eşidən, görən, alim (bilən), murid (iradə edən), mütəkəllim (danışan), hayy (diri), qadir (qüdrət sahibi) və fail (iş görən)'dir...İnsan da, belədir.' demiş olsa, bunu söyləyən, təşbih edib (yəni, insanı, Allaha bənzədib) misil isbat etmiş deyildirmi?"

Heyhət (həqiqətdən nə qədər uzaq, əsla)! İş, belə deyildir. Əgər belə olsaydı, bütün xalq, müşəbbihə'dən (11) olardı. (Bu halda), ən azından, vücud (varlıq)'da şərikliyi isbat lazım gələr ki, bu da, bənzərliyi vəhm (12) etdirir.

Üstəlik, mümasələt (bənzərlik), növ və mahiyyət cəhətlərindən müşarəkət'dən ibarətdir. Məsələn, at, zəkalı da olsa, insanın misli ola bilməz. Çünki, insandan, növ cəhətindən fərqlidir. Ancaq, zəka cəhətindən insana bənzəmiş olar ki, zəka, insanın zatını qaim (ayaqda) tutan mahiyyətdən xaric, arizi (bir xüsusiyyət)'dir.

Allaha məxsus xüsusiyyət isə, Onun, Vacibu'l-Vücud (varlığı zəruri) bir Mövcud olması; var olmaları imkan dairəsində olan bütün varlıqların, nizam və kamallarının ən gözəl cəhətlərini, yalnız Onun var etməsilə varlıq qazanmasıdır. Bu vəsflərdə, İlah ilə bir müşarəkət təsəvvür edilə və bu xüsusiyyətdə, bir mümasələt meydana gələ bilməz. Qulun, rəhim (mərhəmətli), sabur (çox səbrli) və şəkur (çox şükr edən) olması, Allah ilə mümasələti gərəkdirməz. Eynilə, səmi (eşidən), basir (görən), alim (bilən), qadir (qüdrətli), hayy (diri) və fail (iş görən) olmasında olduğu kimi.

Hətta deyirəm ki, İlahi xüsusiyyət, ancaq, Allah Taala'ya aid olub, bunu, Ondan başqası bilə bilməz. Bu xüsusiyyəti, Ondan və ya Onun mislindən başqasının bilməsi, təsəvvür edilə bilməz. Madam ki, Onun misli yoxdur. Bu halda, bu xüsusiyyəti, Ondan başqası bilə bilməz. Elə isə, Cüneyd (əl-Bağdadi)'nin dediyi bu söz, haqdır:

"Allahı, sadəcə Allah bilər."

Bunun üçündür ki, ən yüksək məxluquna, ancaq, Özünü pərdələyən bir isimdən başqasını bəhs etməmiş və belə buyurmuşdur:

سَبِّحِ ٱسْمَ رَبِّكَ ٱلْأَعْلَى

"Ən Uca Rəbbinin ismini təsbih et!" (Əla/1)

And olsun ki, nə dünyada, nə də axirətdə, Allahı, Ondan başqası, haqqı ilə bilə bilmədi. Vəfatına yaxın bir zamanda, Zünnun əl-Misri'dən:

"Nə arzu edirsən?" deyə soruşulduğunda, O, belə cavab vermişdir:

"Ölmədən əvvəl, bir an belə olsa, Onu, haqqı ilə bilməyi."

Bu an, zəiflərin əksəriyyətinin qəlbini təşviş edər və onların nəzdində, nəfy və tə'til (Allahın sifətlərini inkar)'ı vəhm etdirər. Bu isə, onların, bu sözü fəhm etməkdəki acizliklərindən qaynaqlanır.

Mən də deyirəm ki, (hər kim):

~ "Mən, Allahı bilirəm." deyəndə də;

~ "Mən, Allahı bilmirəm." deyəndə də,

doğru söyləmişdir.

Məlumdur ki, nəfy və isbat, ikisi bərabər, (eyni anda, eyni məhəldə) mövcud olmazlar. Ancaq, kizb (yalnış) və sidq (doğru) hökmünü, aralarında paylaşarlar. Nəfy, doğru olarsa; isbat, yalnış olar. İsbat, doğru olarsa; nəfy, yalan olar. Ancaq, sözün vəchi (istifadə cəhəti) müxtəlif olduğunda, 2 qisimdə də, doğruluq təsəvvür edilə bilər.

- Biri, başqa birindən soruşsa ki: "Siddiq'i tanıyırsanmı?"

- O da: "Siddiq, tanınmayacaq biridirmi? İsminin intişar (yayılması), iştihar (şöhrət qazanması) və zühur etməsilə, bu aləmdə bilinməməsi, təsəvvür edilə bilərmi?! Minbərlərdə, məscidlərdə, sadəcə Ondan bəhs edilmirmi? Və dillərdə, Ondan, tərif ilə bəhs edilmirmi?" cavab verərsə, doğru danışmış olar.

Digər tərəfdən,

- başqa birindən: "Siddiq'i tanıyırsanmı?" deyə soruşulduğunda,

- o da: "Heyhət (həqiqətdən nə qədər uzaq, əsla)! Mən, kiməm ki, Onu tanıdığımı (iddia edim)?! Heyhət! Siddiq'i, ancaq, Onun kimi və ya Onun fövqündə olan kimsə tanıyar. Mən, Onu tanıdığımı, necə iddia edə bilərəm?! Və ya Onu tanımağa, necə göz dikə (tamah sala) bilərəm?! Mənim kimi biri, sadəcə, Onun isim və sifətini eşidə bilər. Ancaq, Onun mərifətini (yəni, Onu tanımağı) idrak etmək, muhal/imkansızdır." deyərsə, bu da doğru danışmış olar və bu sözünün bir vəch/cəhəti vardır ki, tə'zim və ehtirama, daha layiqdir.

Bax, "Mən, Allahı bilirəm." deyən kimsənin sözü ilə, "Mən, Allahı bilmirəm." deyən kimsənin sözü də, bu şəkildə başa düşülməlidir.

Aqil (ağıllı birinə), mənzum (düzgün, nizamlı) bir xətt ərz edər və "Xəttin sahibini, tanıyırsanmı?" deyə soruşsan, o da, "Xeyr!" deyə cavab versə, doğru danışmış olar. Əgər, "Bəli! Onun katibi, hayy (diri), qadir (qüdrətli), səmi (eşidən), basir (görən), əli sağlam və xəttatlıq sənətində alim bir insandır. Mən, bütün bunları (bu yazıdan yola çıxaraq) bilirəmsə, necə ola bilər ki, onu tanımayım?!" desə, bu da doğru olar.

Lakin burda, ən sadiq (doğru) söz, "Onu, tanımıram." sözüdür. Çünki, həqiqətdə, o xəttin sahibini tanımamaqdadır. O, sadəcə, düzgün bir yazının, hayy (diri), qadir (qüdrətli), səmi (eşidən), basir (görən), əli sağlam, xəttatlıq sənətini bilən bir katibə ehtiyacı olduğunu bilmiş; ancaq, katibin özünü isə, tanımamışdır.

Bax, bütün insanlar da, bu müntəzəm və möhkəm kainatın, müdəbbir (tədbir edən), hayy (diri), alim (bilən) və qadir (qüdrətli) bir Zat'a möhtac olduğunu bilirlər.

Bu mərifətin (biliyin) isə, 2 cəhəti vardır:

1. Onlardan biri, bu aləmlə bağlıdır. Burdan, aləmin bir Müdəbbir (tədbir edən)'ə möhtac olduğu bilinir.

2. Digəri isə, Allah (azzə və cəllə) ilə bağlıdır. Bu isə, Zatın həqiqət və mahiyyətinə daxil olmayan sifətlərdən müştaq olan isimlərdir.

Daha əvvəl açıqlamış olduğumuz üzərə, bir nəfər, bir şeyə işarət edərək, "Bu, nədir?" deyə soruşacaq olsa, (cavab olaraq) müştaq isimləri zikr etmək, əsla cavab yerinə keçməz. Məsələn:

~ bir heyvana (canlıya) işarət edərək, "O, nədir?" deyə soruşulsa, (özünə sual ünvanlanan da, buna cavab olaraq), "Uzundur." və ya "Ağdır." və ya "Qısadır." deyə cavab versə; və ya

~ bir suya işarət edərək, "O, nədir?" deyə soruşulsa, "O, soyuqdur." deyə cavablansa;

~ bir atəşə işarət edərək, "O, nədir?" deyə soruşulsa, (buna cavab olaraq da), "O, istidir." deyə cavab verilərsə,

bütün bu cavablar, mahiyyətin nə olduğunu bildirən cavablar (cinsindən) deyildirlər. (Çünki), bir şeyi bilmək, ancaq, o şeyin həqiqət və mahiyyətini bilməklə mümkündür. (Yoxsa), ona aid müştaq isimləri bilməklə deyil. (Necə ki), "isti" demək, özündə istilik vəsfi olan mübhəm bir şey deməkdir; "alim""qadir" də, eyni şəkildə, özündə elm və qüdrət vəsfləri mövcud olan mübhəm bir şeydir.

Əgər: "O, imkan dairəsində mövcud olan hər bir şeyin varlığının, yalnız Özündən meydana gəldiyi Vacibu'l-Vücud'dur.' sözümüz, Onun həqiqətidir və biz, Onu, belə bilmişik." deyərsənsə, belə deyərəm:

Heyhət! "Vacibu'l-Vücud" sözü, Onun, illət və failə möhtac olmamasından ibarətdir. Bu da, Ondan, səbəbin səlbinə (varlığının, bir səbəbə möhtac olduğunu inkar etmə mənasına) racidir.

"Hər bir şeyin varlığının, yalnız Özündən meydana gəldiyi" sözümüz isə, fellərin Ona izafə ediləcəyinə racidir.

Bizdən, "Bu şey, nədir?" deyə soruşulsa, biz də buna, "O, faildir." deyə cavab versək, bu, cavab olmaz. "O, illəti olan bir şeydir." deyə cavab versək, bu, yenə cavab yerinə keçməz.

(O halda), "O, illəti olmayan bir şeydir." (sözü), necə cavab ola bilər?!

Bütün bunlar, Onun Zatından xaric olub, ya isbat, ya da nəfy yolu ilə Onun Zat'ına izafə edilən bir xüsusdan xəbər verməkdədir. (Beləliklə), bunların hamısı, isimlər, sifətlər və izafətlərdən ibarətdir.

O halda, "Onu tanımağın yolu, nədir?" deyə soruşsan, (cavab olaraq, belə) deyərəm:

Bir uşaq və ya bir xədim, bizdən, "Cinsi münasibətin ləzzətini bilməyin yolu və bunu idrakın həqiqəti, nədir?" deyə soruşsa, ona, belə cavab verərik:

Bu məsələdə, 2 yol vardır. Onlardan,

• Birincisi: Sənə, onun nə olduğunu, sən bilənə qədər vəsf edəcəyik.

• İkincisi: Şəhvət qərizəsinə çatana qədər, səbr edəcəksən. O vaxt, cinsi münasibəti özün edəcəksən və beləliklə, öyrənmiş olacaqsan.

Bu ikinci yol, həqiqətə çatdıran, həqiqi mərifətə götürən yoldur.

Birinci isə, ancaq təvəhhüm yaratmaqdan iləri keçmir; və bir şeyi, özünə bənzəmədiyi halda, fərqli bir şeyə bənzətməyə səbəb olur.

Bizim məqsədimiz, cimanın ləzzətini, cimaya gücü olmayan kimsənin tanıyıb idrak etdiyi ləzzətlərdən birilə təmsil etməkdir. (Məsələn), dadlı içki və ləzzətli bir yemək kimi...

- Ona, (belə) deyərik: "Qəndin ləzzətli olduğunu, bildinmi? Onu yediyin vaxt, özündə, gözəl bir hal gördünmü? Və nəfsində rahatlıq hiss etdinmi?"

- Deyəcək ki: "Bəli!"

- Biz isə, ona, belə deyərik: "Cima (cinsi münasibət) də, belədir."

İndi bu, o şəxsin, cimanın həzzini, -həqiqətilə, elə ki, bu həzzi dadıb idrak edən bir kimsə dərəcəsində- bilib idrak etməsini, təmin etdimi?

Heyhət! (Nəticədə) Bu vəsfin qayəsi, xətalı bir təşbih (bənzətmə); bir iham (vəhm etdirmə); və isimdə müşarəkətliyi ifadədən başqa bir şey deyildir.

~ İham olması, o şəxsin, bunun, ümumiyyətlə gözəl olduğunu vəhm etməsi səbəbilədir.

~ Təşbih (bənzətmə)'yə gəlincə, qəndin dadlılığına bənzətməsi, xətalıdır. Çünki, cimanın ləzzətilə qəndin ləzzəti arasında, münasibət yoxdur.

~ İsimdə müşarəkət (şəriklik) isə, bunun, bir həzz (ləzzət) olaraq isimləndirilməyə layiq olduğunu bilər; şəhvəti zahir olub onu daddığında, qəndin dadına bənzəmədiyini; və vəhm etdiyi şeyin, vəhm etdiyi cəhətdən elə olmadığını, qəti olaraq bilər.

Bəli. İsmini və vəsfini eşitdiyi şeyin, həqiqətən də ləzzət verən xoş bir şey olduğunu və bu səbəblə, söylənilənin, doğru olduğunu; hətta, söylənilənin, qəndin dadlılığı ilə müqayisə edildiyində, daha da doğru olduğunu bilər.

Bax, Allah (Subhənəhu və Taala)'nın mərifətində (yəni, Onu tanımaqda) da, 2 yol vardır:

1. Əskik;

2. Qapalı.

1. Əskik yola gəlincə: Nəfslərimizdə bildiyimiz təşbih təriqi (yəni, özümüzdən bildiyimiz xüsuslara bənzətmə yolu) ilə, isim və sifətləri zikr'dir. (Məsələn):

Biz, öz nəfslərimizi, qadir, alim, hayy və mütəkəllim olaraq bildik. Sonra, (bunların), Allah (azzə və cəllə)'nin sifətlərindən olduğunu eşitdik, ya da dəlil ilə bildik. (Lakin), eynilə özündən, qəndin ləzzətindən qiyas etməsi istənilən xədim'in cinsi münasibəti bilməsi kimi, əskik bir anlayış ilə bilmiş olduq. Hətta bizim həyatımız, qüdrətimiz, elmimiz, Allahın həyatından, qüdrətindən və elmindən, qəndin ləzzətinin cimanın ləzzətinə uzaqlığına nəzərən, daha çox uzaqdır. (Elə ki), bu 2 uzaqlıq arasında, heç bir münasibət belə yoxdur. Allah (azzə və cəllə)'nin bu vəsflərlə vəsfləndirilməsinin nəticəsi, yenə, iham, təşbih və isimdə şəriklikdir.

Ancaq, (Allah haqqındakı) təşbih, (bu ifadələrlə) kəsilmiş (bağlanılmış)'dır:

~ "Onun misli (və bənzəri) yoxdur.";

~ "O, hayy'dır. Ancaq, digər həyat sahibləri kimi deyil.";

~ "O, qadir'dir. Ancaq, digər qüdrət sahibləri kimi deyil."

(Necə ki), "Cima, qənd kimi ləzzətlidir. Lakin, onun ləzzəti, buna bənzəməz. Lakin, ləzzət ismində, şərikdirlər." sözündə olduğu kimi...

Biz, Allah Taala'nın həyat sahibi, alim və qadir olduğunu eşitdiyimizdə, (ilk əvvəl), ancaq öz nəfsimizi bilərik; və Onu, yalnız öz nəfsimizdəki (bu sifətlər üzərindən) qavrayarıq. (Məsələn):

~ (Doğuşdan) kar olan birinin, "Allah, səmi'dir, hər şeyi eşidir." sözünü (n mənasını) başa düşməsi, təsəvvür edilə bilməz.

~ (Eyni şəkildə), kor bir adam da, "Allah, basir'dir, hər şeyi görür." sözümüzü başa düşməz.

~ (Eyni şəkildə), bir kimsə, "Allah (azzə və cəllə), əşyanı necə bilir?" deyə soruşduğunda; ona, "Sənin, əşyanı bildiyini kimi, O da bilir."

~ (Yenə), "O, necə qadirdir?" deyə soruşduğunda, ona, "Sənin qüdrətli olduğun kimi, O da qüdrətlidir." deyərik.

O halda, bir kimsə, Allah haqqında bir şeyi, ancaq, özündə o şeyə münasib olan bir şey (sifət) varsa, başa düşə bilər.

İnsan, ilk əvvəl, özünün nə ilə vəsfləndiyini bilir; ardından da, özündəki bu vəsfə qiyas edərək, başqalarını bilir. (O halda), əgər Allah (azzə və cəllə)'nin, bizimlə, - vələv ismən olsun; vələv qəndin ləzzətinin, cimanın ləzzətinə bənzərliyi qədər olsun-, bir münasibəti və şərikliyi olmayan bir vəsfi və xüsusiyyəti varsa, bu halda da, bu vəsfin hər hansı bir şəkildə təsəvvür edilməsi, mümkün olmayacaqdır.

(Bu halda), insan, (ilk əvvəl, ancaq) nəfsini bilər; sonra Allah Taala'nın sifətlərilə öz sifətlərini müqayisə edər. (Halbuki), Onun sifətləri, bizim sifətlərimizə bənzəməkdən ucadır. (Belə olunca da), bu, vəhm və təşbihin qələbə çaldığı əskik bir mərifət olmuş olar. Bu mərifətə,

~ təşbih (bənzərliy)'in heç bir şəkildə mövcud olmadığının mərifətilə;

~ isimdə şərikliyin olmasına rəğmən, münasibətin əslini nəfy edən mərifətin

uyğun olması lazımdır.

2. Qapalı olan yola gəlincə: qulun, bir Rəbb (halına) gəlincəyə qədər, bütün rububiyyət sifətlərinin özündə meydana gəlməsini gözləməsidir, (necə ki), bir uşağın büluğ yaşına çatıb zikri keçən ləzzəti idrak etməsi kimi...Bu yol, qapalı və imkansızdır. Çünki, bəhsi keçən həqiqətin, Allah Taala xaricində birində meydana gəlməsi, imkan xaricindədir. Bu mühəqqiq (həqiqətə çatdıran) mərifətin yoludur, başqası deyildir. Və bu yol, Allah Taala xaricində olanlara, qəti şəkildə qapalıdır. Bu halda, Allah xaricindəkilərin, Allah Taala'nı haqqı ilə bilmələri, imkansızdır.

Hətta deyirəm ki, peyğəmbəri, peyğəmbərdən başqası belə bilə bilməz. Özündə nübüvvət olmayan, nübüvvətdən, ancaq (nübüvvət) ismini başa düşər. Nübüvvətin, insana məxsus bir xüsusiyyət olduğunu; bu xüsusiyyət sayəsində, digər insanlardan təmayüz etdiyini (ayrıldığını) başa düşər; lakin bu xüsusiyyətin mahiyyətini, ancaq, peyğəmbər olan bilər. Peyğəmbər olmayan isə, peyğəmbərliyi, ancaq, öz nəfsində olan vəsflərə təşbih (bənzətmək) surətilə bilə bilər.

Daha iləri gedərək, bunu da deyirəm: Heç kim, ölmədən, cənnət və ya cəhənnəmə girmədən əvvəl, ölümün, cənnət və cəhənnəmin həqiqətini, bilə bilməz. Çünki cənnət, ləzzət verən səbəblərdən ibarətdir. Hələ heç bir ləzzət dadmamış birini fərz edək, onu cənnətə təşviq edəcək bir şəkildə, cənnətin nə olduğunu ona bildirməyimiz, imkansızdır. Cəhənnəm isə, əzab verici səbəblərdən ibarətdir. Əzabın nə olduğunu bilməyən birini fərz edək, ona, cəhənnəmi açıqlamağımız, imkansızdır. Əgər əzab çəkərsə, o vaxt, ona, çəkdiyi əzabın ən şiddətlisinin təşbihilə, onun cəhənnəm əzabını başa düşməsini təmin edərik. Bu isə, cəhənnəm atəşidir.

(Eyni şəkildə), həzlərdən bir şey idrak edən şəxsə, cənnəti, tanıdığı ən böyük həzlərə bənzətmək surətilə bildirməkdən başqa bir şey edə bilmərik, ki, bu həzlər də, yemək, nigah və mənzərədir. Əgər cənnətdə, bu ləzzətlərə bənzəməyən bir həzz vardırsa, o həzzi, yuxarıda zikr edilənlərə bənzətmək xaricində, başa salmağın bir yolu yoxdur, cinsi münasibətin ləzzətini, qəndin ləzzətinə bənzədərkən etdiyimiz kimi...Halbuki cənnət həzləri, dünyada idrak etdiyimiz hər bir ləzzətdən, -cima ilə qənd arasındakı nisbətdən- daha uzaqdır. Cənnət ləzzətlərindən bəhs edən ən səhih (doğru) ibarə, "heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi, heç bir insanın qəlbindən keçirmədiyi" (ibarəsi)'dir. (Buxari, hədis no: 3244, 4779, 7498)

Bu ləzzətləri dünya yeməklərinə bənzədəcəyimiz vaxt, "Burdakı yeməklər kimi deyil." deyərik; cinsi münasibəti bənzədəcəyimiz təqdirdə, "Dünyada bilinən cimalar kimi deyil." deyərik.

(Elə isə, bu halda), "Yer və göy əhalisinin, uca Allaha dair bildikləri, isim və sifətlərin mərifəti (biliyi)'ndən ibarətdir." sözümüzə təəccüb edənlər, niyə təəccüb edirlər?!

(Üstəlik, biz, bunu deyirik): Yer və göy əhalisində, cənnətin (mahiyyəti deyil), cənnətin isim və sifətlərinin mərifəti (biliyi) hasil olmuşdur.

Eyni şəkildə də, insanın, ismini və sifətini eşitdiyi, lakin dadmadığı, idrak etmədiyi, onun tam mənada nə olduğunu bilmədiyi (yəni, künhünə varmadığı), onunla vəsflənmədiyi hər şey üçün, bu, belədir.

Əgər, "Ariflərin, Allahın mərifətində çata biləcəkləri ən son hədd, nədir?" deyə soruşsan, belə cavab verərəm:

Ariflərin irfanının nəhayəti, mərifətdən aciz olduqlarıdır. Həqiqətdə, mərifətləri, Onu bilmədikləridir. Və Onu, əsla bilmə imkanları da, yoxdur. Allahı, rububiyyət sifətlərinin künhünü əhatə edəcək bir şəkildə həqiqi bir mərifətlə bilmək, Allahdan başqası üçün, imkansızdır. Bu xüsus, onlara, zikr etdiyimiz cəhətlə, bürhani (dəlilli) bir inkişaf ilə inkişaf edərsə, o vaxt, Onu bilərlər. Yəni, məxluqat haqqında mərifətullah (Allahı tanımaq) nə qədər mümkündürsə, onun nəhayətinə çatmış olarlar. Bu da, Siddiq'in işarət etdiyi, bu xüsusdur:

"İdrak, idrakdan aciz olmağı idrak etməkdir."

Seyyidu'l-Bəşər (bütün insanlığın ağası)'nın buyurduğu kimi:

"Səni, haqqı ilə səna edə (tərifləyə) bilmərəm. Sən, Özünü təriflədiyin kimisən."

Allah rəsulu (sallallahu aleyhi və səlləm), bu sözlərilə, bildiyi, lakin kəlimələrlə idrak edə bilmədiyi bir şeyi qəsd etmirdi. (Əksinə), O, bunu qəsd edirdi:

"Mən, Sənin tərifə layiq vəsflərini, Uluhiyyət sifətlərini, əhatə edə bilmərəm. Bunları, Sən, yalnız Sən əhatə edə bilərsən."

(Bu halda), hər hansı bir məxluqun, Onun Zatının həqiqətini qavramaqdakı nəsibi, heyrət və dəhşətdən başqası deyildir. Mərifətin genişləməsi isə, Onun isim və sifətlərinin mərifətində olur.

"Elə isə, əgər Onu bilmək təsəvvür edilə bilmirsə, mələklərin, peyğəmbərlərin və və vəlilərin Ona dair mərifətləri, nəyə görə fərqliləşir?" deyə soruşsan, belə cavab verərəm:

Mərifətin 2 yolu olduğunu öyrənmişdin, ki, bunlardan biri, həqiqi yol idi ki, Allah Taala xaricindəkilər üçün, bu yol qapalı idi. Məxluqatdan hər kim, Ona çatmaq və idrak etmək istərsə, cəlalının nurları, onu, heyrətə salar. Onu mülahizə etmək üçün boynunu uzadarsa, dəhşət, onun gözünü örtər.

İkinci yol isə, sifət və isimləri bilməkdir. Bu yol, məxluqlar üçün, açıqdır və bu yolda, (mərifətdəki) mərtəbələr, dərəcə-dərəcədir (yəni, fərqlidir).

~ Allah (azzə və cəllə)'ni mücməl olaraq alim və qadir olaraq bilən

ilə;

~ səmavat (səmalar) və yerin mələkutundakı əcaib ayətlərini, ruhların və cəsədlərin yaradılışını müşahidə edən,

~ sənətinin qəribəliklərindən, mülkündəki bənzərsiz mövcudatdan xəbərdar olan,

~ təfsilatda dərinləşən,

~ hikmətin incəliklərinə dalan,

~ tədbirindəki gözəllikləri əhatə etmiş olan,

~ Allah (azzə və cəllə)'yə yaxınlaşdıran bütün mələki sifətlərlə vəsflənmiş olan,

~ bütün bu vəsflərə, özlərilə vəsflənmək surətilə nail olan kimsə,

bir olmaz.

Əksinə, aralarında, hesablana bilməyəcək qədər böyük bir uzaqlıq vardır. Bax bunların təfsilatında və miqdarlarında, peyğəmbərlər və vəlilər, fərqliləşirlər. Bunu, ancaq, bir misal ilə başa düşə bilərsən.

...وَلِلَّهِ ٱلْمَثَلُ ٱلْأَعْلَىٰ...

"...ən uca misal isə, Allaha aiddir..." (Nəhl/60)

Lakin kamil təqva sahibi alimi, məsələn imam Şafi (rahiməhullah)'ı, evinin xidmətçisi də tanıyır, tələbəsi Muzəni də. Xidmətçi, Onu, ümumi olaraq, bir şəriət alimi, şəriət məsələlərində kitablar yazmış, xalqı Allaha irşad edən biri olaraq tanıyır. Muzəni'nin Şafi'ni tanıması isə, xidmətçinin tanıması kimi deyildir. Əksinə, o (yəni, Muzəni), məlumat və vəsflərini əhatə edəcək bir mərifətlə tanıyır. 10 elmdə vaqifliyi olan bir alimi, yalnız 1 elmi təhsil edən tələbəsi, onu, haqqı ilə bilə bilməz. Hələ qalsın, onun elmindən nəsibi olmayan xidmətçisi bilə bilsin. Əksinə, bu elmlərdən 1-ni təhsil edən kimsə, əgər bu elmdə, əskiksiz bir şəkildə o alimlə eyni olarsa, o vaxt, (müəllimini), həqiqi mənada, 1/10-i ilə bilmiş olar. Əgər bu elmdə, o alimə nəzərən əskiklikləri varsa, bu əskik olduğu cəhətlərə aid olaraq ümumi bir isim və ihamdan başqa bir şeyə sahib olmaz. Bu bilik də, əsasən, o alimin, özünün bildiyindən başqa bəzi şeyləri bildiyindən ibarətdir.

Eynilə bu şəkildə, məxluqatın mərifətullahdakı dərəcələrini belə bil.

~ Allah (azzə və cəllə)'yə dair məlumatın;

~ Onun qüdrətilə meydana gələn əcaib şeylərin;

~ dünya və axirətdə, mülk və mələkut aləmlərindəki bənzərsiz ayətlərinin,

özlərinə inkişaf etməsi nisbətində, insanların mərifətləri fərqliləşər. Bununla bərabər, Allah (azzə və cəllə)'yə dair mərifəti artar və mərifətləri, o nisbətdə, Allah Taala'nın həqiqi mərifətinə yaxınlaşar.

Əgər desən: "Madam ki, insanlar, Zat'ın həqiqətini bilməyəcəklər və Onu bilmək də, imkansızdır. O halda, isim və sifətləri, tam və həqiqi mərifətlə bilə bilərlərmi?"

Deyərəm ki: Heyhət! Bunları da, həqiqəti və kamalı ilə, ancaq, Allah (azzə və cəllə) bilə bilər. Necə ki, biz, bir zatın alim olduğunu bildiyimizdə, onun həqiqətini bilmiş olmayıb, mübhəm bir şəkildə, o zatın elm sifətinə sahib olduğunu bilirik. Əgər elm sifəti, bizə, həqiqətilə məlum olmuş olarsa, o vaxt, o zatın elm sahibi olduğunu, bu sifətin həqiqətilə bilmiş olarıq; yoxsa, bilə bilmərik. Allah (azzə və cəllə)'nin elminin həqiqətini, kimsə bilmir. Onun kimi bilən isə, müstəsnadır. Və belə bir şey isə, ancaq Allaha aiddir. Onun xaricində, kimsə Onu bilməz. Başqası, Onun elmini, ancaq özündə olan elmə təşbih edərək bilə bilər, daha əvvəl verdiyimiz qənd misalında olduğu kimi...Halbuki, Allah (azzə və cəllə)'nin elmi, məxluqların elminə, heç bir şəkildə bənzəməz. Bu səbəbdən, bu xüsusdakı mərifəti, tam və həqiqi olmayıb, ancaq vəhmi və təşbihi bir surətdə ola bilər.

Buna, təəccüb etmə! Çünki, Mən, deyirəm ki, sehrbazı, ancaq özü və ya ona bərabər, yaxud da onun fövqündə başqa bir sehrbaz bilə bilər. Sehr nədir, mahiyyət və həqiqəti nədir bilməyən bir kimsənin sehrbaza dair mərifəti (biliyi), ancaq, onun ismi və onun özünün bilmədiyi bir elmə və bir xüsusiyyətə sahib olduğu biliyindən ibarət qalar. Çünki o, nə sehrbazın bildiyini bilməkdədir, nə də o xüsusiyyətin nə olduğundan xəbərdardır. Hərçənd, o xüsusiyyətin, mübhəm belə olsa, elmlər cinsindən olduğunu bilir; səmərəsi (meyvəsi)'nin də,

~ qəlbləri dəyişdirmək; və

~ əşyanın vəsflərini təbdil etmək (dəyişdirmək);

~ ər-arvadın arasını ayırmaq

olduğunu bilməkdədir. Ancaq bunlar, onun həqiqətini bilməkdən, uzaqdır. Sehrin həqiqətini bilməyən, sehrbazın həqiqətini də bilə bilməz. Çünki sehrbaz, özündə, sehr xüsusiyyəti olan kimsə deməkdir.

Xülasə: Sehrbaz ismi, bu sehr sifətindən müştaqdır. Bu sifət bilinməyincə, o isim də bilinməz. Əgər o bilinirsə, bu da bilinər. Sehrbaz xaricindəkilər üçün, sehrdən məlum olan şey, mahiyyətdən uzaq ümumi bir vəsf olmaqdır ki, bu da, elmlər cinsinə mənsub olmaqdan ibarətdir. Çünki elm ismi, ona da itlaq edilə (verilə) bilər.

Bax, Allah (azzə və cəllə)'nin qüdrəti haqqında bizdə hasil olan da, buna bənzərdir.

Bu, bir vəsf olub, səmərə və təsiri, əşyanın vücuda gətirilməsidir. "Qüdrət" ismi, bu məna üçün istifadə edilir. Çünki, İlahi qüdrət ilə bizim qüdrətimiz arasında, -cimanın ləzzətilə qənd yeməyin ləzzəti arasındakına bənzər bir şəkildə- bir münasibət vardır. Ancaq, bütün bunlar, o qüdrətin həqiqətindən uzaqdır.

Bəli, qulun,

~ məqdurat (qüdrət sifətinin təəllüq etdiyi şeylər, təqdir edilənlər, qüdrət əsərləri)'nin təfsilatına;

~ göylərin mələkutunun vücuda gətirilməsindəki əcaibliyə (qeyr-i adiliyə)

dair əhatə ediciliyi artdıqca, qüdrət sifətinə dair mərifətdən nəsibi, daha bol olar. Çünki, səmərə (meyvə), musmirə (meyvə verənə, ağaca) dəlalət edər. Eynilə, bir tələbənin, ustadının (müəlliminin) elminin və əsərlərinin təfsilatına dair əhatə ediciliyi çoxaldıqca, ustadına dair biliyi, daha kamil; və ona qarşı hörmətinin daha böyük olacağı kimi...

Bax, ariflərin mərifətlərinin fərqliliyi, bu cəhətə racidir. Bundan dolayı, mərifətdə, sonsuz bir fərqlilik vardır. Çünki, insanın, Allah Taala'nın məlumatından öyrənə bilmədiklərinin nəhayəti yoxdur. Hər nə qədər, varlıq sahəsinə bir miqdar çıxsa da, eyni şəkildə, öyrənməyə müqtədir ola bildiyi qisim də, sonsuzdur. (Yəni) elmlərdən insana təqdir edilənin, sərhədi yoxdur.

Bəli, varlıq meydanına çıxan (elmlər), çoxluq və azlıq cəhətindən, bir-birindən fərqlidirlər. Və (insanların mərifət cəhətindəki dərəcə-dərəcə fərqliləşmələri), bu nöqtədə təzahür edir. Bu, eynilə, zənginlik cəhətindən insanlar arasında meydana gələn qüdrət fərqliliyinə bənzəyir. Birinin bir neçə qəpik-quruş və 1 dirhəmi vardır. Digərinin də, minlərlə dirhəmi...Bax, elmlər də, belədir. Hətta, elmlərdəki fərqlilik, daha böyükdür. Çünki, məlumatın, nəhayəti yoxdur. Malların ayanlar (fiziki varlıqlar)'ı isə, cisimdir; cisimlərin, sonu vardır. Sonu olmaması da, düşünülə bilməz.

Bu halda, xalqın, Allah (azzə və cəllə)'nin mərifət dənizində, necə dərəcə-dərəcə olduqlarını və bu mərifətdə bir hədd olmadığını başa düşdün. Və "Allahı, ancaq Allah bilər." deyənin, doğru dediyini; "Allahdan başqa bir şey bilmirəm." deyənin də, sadiq olduğunu bildin. Çünki, varlıq sahəsində, Allah (azzə və cəllə)'dən və Onun fellərindən başqa bir şey yoxdur. Onun fellərinə, məhz Onun felləri olması cəhətindən nəzər edilsə, bu təqdirdə, nəzər edənin mərifəti, Rububiyyət Həzrəti'ndən xaricə çıxmamış olar və belə desə, yeridir:

"Allahdan başqasını bilmirəm; Allahdan başqasını görmürəm."

İndi, (bir şəxs təsəvvür edilsə ki), "Sadəcə günəşi və afaq (üfüqlər)'də yayılan işığını görürəm." deyir. Bu söz, doğru olar. Çünki, günəşdən çıxan işıq da, günəşdəndir, onun xaricindən deyildir.

Varlıq aləmində nə varsa, hamısında, əzəli qüdrət nurlarından bir nur, ondan bir əsər vardır. Eynilə, günəşin, hər aydınlıq şey üzərinə yayılmış işığın qaynağı olması kimi...

Burda qəsd edilən məna üçün, ibarə kifayət etmədi və zərurət gərəyi olaraq, "əzəli qüdrət" deyə təbir edildi. Halbuki, bu, hər mövcud üzərinə daşan varlıq qaynağıdır.

Beləliklə, varlıqda, Allah (azzə və cəllə)'dən başqası yoxdur. Arifin, "Allahdan başqasını bilmirəm." deməsi də, caizdir.

~ Həm "Allahdan başqasını bilmirəm." deyənin;

~ Həm də "Allah (azzə və cəllə)'ni, ancaq Allah bilir." deyənin

doğru söyləməsi, nə əcaibdir.

Ancaq o söz, bir cəhətlə; bu söz də, bir cəhətlə (doğrudur). Əgər etibar cəhətilə fərqli olduğu halda, mütənaqiz (bir-birinə zidd düşən) şeylər təkzib edilsəydi, o vaxt, Allah Taala'nın gələcək bu sözü, doğru olmazdı:

...وَمَا رَمَيْتَ إِذْ رَمَيْتَ وَلَـٰكِنَّ ٱللَّهَ رَمَىٰ...

"...atdığın zaman sən atmadın, Allah atdı..." (Ənfal/17)

Halbuki, ayə, doğrudur. Çünki ayətdə, ox atmada, 2 etibar vardır:

• Bir etibarla - qula;

• Digərilə də - Rəbb Taala'ya

nisbət edilir.

Bu halda, (ayətdə), ziddiyyət yoxdur.

Burda, bəyan cilovunu tutaq. Çünki biz, burda, sahili olmayan bir dənizin dərinliklərinə daldıq. Halbuki, belə sirlərin kitablara əmanət edilməsi, uyğun olmaz. Ancaq madam ki, əsl məqsud olmayan arizi bir tərzdə sözümüzün mövzusu oldular. İndi, biz, bu tərəfdən üzümüzü çevirib əsmau'l-hüsna (Allahın gözəl isimləri)'nin təfsili (bir şəkildə) şərhinə qayıdaq.

 

(Not: Dəyərli oxuyucu, bundan sonra, aşağıdakı gələcək hər hansı bir ismin şərhini oxuduqdan sonra, "Bu fəslin sonu və bir üzrxahlıq" qismini oxu.)

-----------------------------------

-----------------------------------

İkinci Fənn (Bölmə): Məqsəd və Qayələr haqqındadır:

Burda, 3 fəsil vardır:

• Birinci Fəsil: Allahın 99 isminin mənalarının şərhləri

Bu isimlər, əbu Hureyrə (radiyallahu anh)'dan gələn 1 rəvayətdə yer almaqdadır. Bu rəvayət, belədir:

Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurur:

"Allah (azzə və cəllə)'nin 99 ismi vardır. Bu isimləri sayan, cənnətə girər:

1. O, Özündən başqa ilah olmayan Allahdır;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/allah-isminin-s%C9%99rhi

-------------------------------

2. ər-Rahmən;

3. ər-Rahim;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/r%C9%99hman-v%C9%99-r%C9%99h...

-------------------------------

4. əl-Məlik;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/m%C9%99lik-isminin-s%C9%99rhi

------------------------------

5. əl-Quddus;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/quddus-isminin-s%C9%99rhi

------------------------------

6. əs-Salam;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/salam-isminin-s%C9%99rhi

------------------------------

7. əl-Mu'min;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/%C9%99l-mumin-isminin-s%C9%9...

------------------------------

8. əl-Muheymin;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/%C9%99l-muheymin-isminin-s%C...

-------------------------------

9. əl-Əziz;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/%C9%99l-%C9%99ziz-isminin-s%...

-------------------------------

10. əl-Cabbar;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/%C9%99l-cabbar-isminin-s%C9%...

-------------------------------

11. əl-Mutəkəbbir;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/%C9%99l-mut%C9%99k%C9%99bbir...

-------------------------------

12. əl-Xaliq;

13. əl-Bari;

14. əl-Musavvir;

Bu 3 ismin şərhi, 1 linkdədir:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/xaliq-isminin-s%C9%99rhi

-----------------------------

15. əl-Ğaffar;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/gaffar-isminin-s%C9%99rhi

-----------------------------

16. əl-Qahhar;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/qahhar-isminin-s%C9%99rhi

-----------------------------

17. əl-Vəhhab;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/v%C9%99hhab-isminin-s%C9%99rhi

-----------------------------

18. ər-Rəzzaq;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/r%C9%99zzaq-isminin-s%C9%99rhi

-----------------------------

19. əl-Fəttah;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/f%C9%99ttah-isminin-s%C9%99rhi

----------------------------

20. əl-Alim;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/alim-isminin-s%C9%99rhi

----------------------------

21. əl-Qabid;

22. əl-Basit;

Bu 2 ismin şərhi, 1 linkdədir:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/qabid-v%C9%99-basit-isiml%C9...

---------------------------

23. əl-Xafid;

24. ər-Rafi;

Bu 2 ismin şərhi, 1 linkdədir:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/xafid-v%C9%99-rafi-isiml%C9%...

-----------------------------

25. əl-Muiz;

26. əl-Muzill;

Bu 2 ismin şərhi, 1 linkdədir:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/muizz-v%C9%99-muzill-isiml%C...

-------------------------------

27. əs-Səmi;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/s%C9%99mi-isminin-s%C9%99rhi

-------------------------------

28. əl-Basir;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/basir-isminin-s%C9%99rhi

-------------------------------

29. əl-Hakəm;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/hak%C9%99m-isminin-s%C9%99rhi

-------------------------------

30. əl-Adl;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/adl-isminin-s%C9%99rhi

-------------------------------

31. əl-Lətif;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/l%C9%99tif-isminin-s%C9%99rhi

------------------------------

32. əl-Xabir;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/xabir-isminin-s%C9%99rhi

------------------------------

33. əl-Həlim;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/h%C9%99lim-isminin-s%C9%99rhi

-----------------------------

34. əl-Əzim;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/%C9%99zim-isminin-s%C9%99rhi

-----------------------------

35. əl-Ğafur;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/gafur-isminin-s%C9%99rhi

----------------------------

36. əş-Şəkur;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/s%C9%99kur-isminin-s%C9%99rhi

----------------------------

37. əl-Aliyy;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/aliyy-isminin-s%C9%99rhi

----------------------------

38. əl-Kəbir;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/k%C9%99bir-isminin-s%C9%99rhi

----------------------------

39. əl-Hafiz;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/hafiz-isminin-s%C9%99rhi-0

----------------------------

40. əl-Muqit;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/muqit-isminin-s%C9%99rhi

----------------------------

41. əl-Həsib;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/h%C9%99sib-isminin-s%C9%99rhi

----------------------------

42. əl-Cəlil;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/c%C9%99lil-isminin-s%C9%99rhi

----------------------------

43. əl-Kərim;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/k%C9%99rim-isminin-s%C9%99rhi

---------------------------

44. ər-Raqib;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/raqib-isminin-s%C9%99rhi

--------------------------

45. əl-Mucib;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/mucib-isminin-s%C9%99rhi

--------------------------

46. əl-Vasi;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/vasi-isminin-s%C9%99rhi

--------------------------

47. əl-Hakim;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/hakim-isminin-s%C9%99rhi-0

--------------------------

48. əl-Vədud;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/v%C9%99dud-isminin-s%C9%99rhi

--------------------------

49. əl-Məcid;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/m%C9%99cid-isminin-s%C9%99rhi

--------------------------

50. əl-Bais;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/bais-isminin-s%C9%99rhi

--------------------------

51. əş-Şəhid;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/s%C9%99hid-isminin-s%C9%99rhi

--------------------------

52. əl-Haqq;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/haqq-isminin-s%C9%99rhi

--------------------------

53. əl-Vəkil;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/v%C9%99kil-isminin-s%C9%99rhi

---------------------------

54. əl-Qavi;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/qavi-isminin-s%C9%99rhi

---------------------------

55. əl-Mətin;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/m%C9%99tin-isminin-s%C9%99rhi

---------------------------

56. əl-Vəli;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/v%C9%99li-isminin-s%C9%99rhi

---------------------------

57. əl-Həmid;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/h%C9%99mid-isminin-s%C9%99rhi

---------------------------

58. əl-Muhsi;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/muhsi-isminin-s%C9%99rhi

---------------------------

59. əl-Mubdi;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/mubdi-isminin-s%C9%99rhi

---------------------------

60. əl-Muid;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/muid-isminin-s%C9%99rhi

---------------------------

61. əl-Muhyi;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/muhyi-isminin-s%C9%99rhi

---------------------------

62. əl-Mumit;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/mumit-isminin-s%C9%99rhi

---------------------------

63. əl-Hayy;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/hayy-isminin-s%C9%99rhi

---------------------------

64. əl-Qayyum;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/qayyum-isminin-s%C9%99rhi

---------------------------

65. əl-Vacid;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/vacid-isminin-s%C9%99rhi

---------------------------

66. əl-Macid;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/macid-isminin-s%C9%99rhi

---------------------------

67. əl-Vahid;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/vahid-isminin-s%C9%99rhi

---------------------------

68. əs-Saməd;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/sam%C9%99d-isminin-s%C9%99rhi

---------------------------

69. əl-Qadir;

70. əl-Muqtədir;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/qadir-v%C9%99-muqt%C9%99dir-...

----------------------------

71. əl-Muqaddim;

72. əl-Muaxxir;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/muqaddim-v%C9%99-muaxxir-isi...

----------------------------

73. əl-Əvvəl;

74. əl-Axir;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/%C9%99vv%C9%99l-v%C9%99-axir...

----------------------------

75. əz-Zahir;

76. əl-Batin;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/zahir-v%C9%99-batin-isiml%C9...

----------------------------

77. əl-Vali;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/vali-isminin-s%C9%99rhi

-----------------------------

78. əl-Mutəali;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/%C9%99l-mut%C9%99ali

-----------------------------

79. əl-Bərr;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/b%C9%99rr-isminin-s%C9%99rhi

-----------------------------

80. ət-Təvvab;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/t%C9%99vvab-isminin-s%C9%99rhi

-----------------------------

81. əl-Muntəqim;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/munt%C9%99qim-isminin-s%C9%9...

-----------------------------

82. əl-Afuvv;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/afuvv-isminin-s%C9%99rhi

-----------------------------

83. ər-Rauf;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/rauf-isminin-s%C9%99rhi

-----------------------------

84. Maliku'l-Mülk;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/malikul-mulk-isminin-s%C9%99rhi

-----------------------------

85. Zu'l-cəlali və'l-ikram;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/zul-c%C9%99lali-v%C9%99l-ikr...

------------------------------

86. əl-Muqsit;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/muqsit-isminin-s%C9%99rhi

------------------------------

87. əl-Cami;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/cami-isminin-s%C9%99rhi

------------------------------

88. əl-Ğani;

89. əl-Muğni;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/gani-v%C9%99-mugni-isiml%C9%...

-------------------------------

90. əl-Mani;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/mani-isminin-s%C9%99rhi

--------------------------------

91. əd-Darr;

92. ən-Nafi;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/darr-v%C9%99-nafi-isiml%C9%9...

--------------------------------

93. ən-Nur;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/nur-isminin-s%C9%99rhi

---------------------------------

94. əl-Hadi;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/hadi-isminin-s%C9%99rhi

------------------------------

95. əl-Bədi;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/b%C9%99di-isminin-s%C9%99rhi-0

------------------------------

96. əl-Baqi;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/baqi-isminin-s%C9%99rhi

------------------------------

97. əl-Varis;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/varis-isminin-s%C9%99rhi

------------------------------

98. ər-Raşid;

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/r%C9%99sid-isminin-s%C9%99rhi

------------------------------

99. əs-Sabur.

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/sabur-isminin-s%C9%99rhi

(Tirmizi, hədis no: 3507)

-----------------------------------------

-----------------------------------------

Bu fəslin sonu və bir üzrxahlıq:

Bil ki, məni, haqqında danışılan isim və sifətlərin davamında, bu tənbehləri dilə gətirməyə sövq edən səbəb, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, bu hədisləridir:

~ "Allah Taala'nın əxlaqı ilə əxlaqlanın."; 

~ "Allahın, belə, belə əxlaqı vardır. Kim, bunlardan biri ilə əxlaqlanarsa, cənnətə girər."

Sufilərin dillərində dolaşan bəzi kəlimələr, bizim zikr etdiyimizə işarət edər. Ancaq, (bu), muhassal (elm və mənəviyyatda dərinləşməmiş) adamlarda, bir cəhətdən hulul və ittihadı vəhm etdirə bilər. Belə bir məna (yəni, hulul və ittihad mənası)'nın qəsd edilməsi, deyil mükaşəfənin xüsusiyyətlərində təmayüz etmiş olanlardan, ağıl sahibi deyilə biləcək hər hansı bir kimsədən də gözlənilməz.

Şeyx əbu Əli əl-Farmadi'nin, ustadı əbu'l-Qasim əl-Cürcani'dən (qaddəsallahu ruhəhumə), belə nəql etdiyini eşitdim:

"99 isim, süluk etməkdə olan qul üçün, o, hələ sülukda (10) ikən (yəni, sülukunu tamamlamadığı halda), bir vəsf halına gələr."

Bu, onun zikr etdiyidir. (O, bu sözlərilə) bizim yazdığımıza münasib bir şey iradə etmişdirsə, səhihdir. Və ondan, bundan başqası da zənn edilə bilməz. (Onun, istifadə etdiyi bu) ləfzdə, bir növ genişlik və istiarə vardır. Çünki, isimlərin mənaları, Allah Taala'nın sifətləridir. Onun sifətləri isə, bir başqasına sifət ola bilməz. Lakin, bunun mənası, "O kimsə üçün, bu sifətlərə uyğun vəsflər hasil olar." deməkdir. Eynilə: "Filan kimsə, ustadının elmini əldə etdi." deyildiyində, (əslində), ustadın elmini bir başqasının əldə etməsinin mümkün olmaması, lakin tələbədə, bunun bir bənzərinin hasil olması kimi...

(İndi) biri, qəsd edilən mənanın, bizim zikr etdiyimiz kimi olmadığını zənn edəcək olarsa, bu zənni, qətiliklə batildir. Mən isə deyirəm ki: "Allah (subhənəhu və taala)'nın isimlərinin mənaları, salikin vəsfləri halına gələr." sözündə,

~ ya, bu sifətlərin özləri qəsd edilmişdir;

~ yaxud da, bu sifətlərin misli qəsd edilmişdir.

Əgər misli qəsd edilmişdirsə,

~ ya, bu, (qulda hasil olacaq) sifətlərin mütləq olaraq və hər cəhətdən İlahi sifətlərə bənzəməsi bəhs mövzusudur;

~ yaxud da, İlahi sifətlərin mislləri (bənzərləri), mənalarının xüsusiyyətləri iradə edilmədən, yalnızca sifətlərin müştərək mənaları və isim bənzərliyi cəhətindən, qulların vəsflərinə bənzərlik ərz edəcəkdir.

Bu (yəni, ikinci ehtimal, öz içində), beləcə 2 qisim oldu.

(Əgər o), bu sifətlərin özünü qəsd etmişdirsə, (bu halda da), bu,

~ ya, sifətlərin, Rəbb'dən qullara intiqal (keçməsi) təriqi ilədir;

~ yaxud da, intiqalsız (yəni, sifətlərin özləri, qullarda hasil) olacaqdır.

İntiqalsız olarsa,

~ bu halda, qulun zatı ilə Rəbbin Zatının ittihad etməsi (birləşməsi) ilə olar; hətta, "O, O olar." O vaxt, Onun sifəti, onun (qulun) sifəti olar.

~ Ya da bu, hulul təriqi ilə olar.

(Beləliklə), bu (birinci ehtimal) da, intiqal, ittihad və hulul olmaq üzərə, öz içərisində, 3 qismə ayrılmış oldu. İlk 2 qisim ilə birlikdə isə, cəmi 5 qisim oldu.

~ Bu 5 qisimdən biri səhihdir ki, o da, qulda, bu sifətlərdən, ümumi mənada Allahın sifətlərinə uyğun və isim cəhətindən Onun sifətlərilə müştərək olan bəzi mənaların sabit olmasıdır. Ancaq, tənbehlərdə zikr etdiyim kimi, tam bir mümasələt (bənzərlik) ilə bənzərlik yoxdur.

~ İkinci qisim, -ki, İlahi sifətlərin bənzərlərinin, həqiqi mənada qulda hasil olmasıdır- də, qəti olaraq imkansızdır. Çünki bu təqdirdə, bu sifətlər cümləsindən olmaq üzərə, onda, bütün məlumatı əhatə edən bir elmin olmasıdır. Hətta, nə göylərdə, nə də yer üzündə, bir zərrə, ondan uzaq qalmayacaq. Və onda, bütün məxluqata şamil bir qüdrət olacaqdır. Hətta o, o (qüdrət) ilə, səmaların, yerin və arasındakı hər şeyin xaliqi olacaqdır. Və bu, Allah Taala'dan qeyrisində, necə təsəvvür edilə bilər?! Qul, məxluqlar cümləsindən ikən, necə ola bilər ki, göylərin, yerin və arasındakıların yaradanı olsun?! Necə ola bilər ki, öz nəfsinin xaliqi olsun?!

Sonra, deyək ki, bu sifətlər 2 qul üçün sabit olsa, o vaxt, hər biri, digərinin yaradıcısı olacaq. (Əgər belə olsa), ikisindən hər biri, özünü yaradanın yaradıcısı olacaqdır. Bütün bunlar, batil və imkansız şeylərdir.

~ Üçüncü qisim isə: -ki, bu, Rububiyyət sifətlərinin eynisinin qula intiqalı idi- bu da, muhaldır. Çünki, sifətlərin, məvsuflardan ayrılıb başqasına intiqal etməsi, imkansızdır. Bu, qədim Zat'a məxsus da deyildir. Zeydin elminin eynisinin, Amr'a intiqalı, təsəvvür edilə bilməz. Hətta sifətlər (aid olduqları) xüsusi məvsufları olmadan, (öz başlarına) qaim də ola bilməzlər. Çünki, intiqal, özündən intiqal edilən yeri boş buraxar. Bu halda isə, Rububiyyət sifətlərinin özündən ayrılıb intiqal etmiş olduğu Zat'ın, bu sifətlərdən və rububiyyətdən xali qalması lazım gələcəkdir ki, bu da, imkansızlığın açıq-aydın olmasıdır.

~ Dördüncü qisim: -ki, ittihad idi- bunun batilliyi, daha açıqdır. Çünki, "Qul, Rəbb oldu." sözü, özündə, mütənaqiz (bir-birinə zidd) bir sözdür. Hətta, Rəbb (subhənəhu və taala) haqqında, belə imkansız nümunələri, dildə cərəyan etməkdən tənzih etmək lazımdır. Biz, mütləq bir söz olaraq deyirik ki, "bir şeyin, başqa bir şey olması", mütləq mənada muhaldır. Çünki, məsələn, Zeyd, tək başına; və Amr da, tək başına əql edildiyində, sonra da, "Amr, Zeyd oldu. İkisi birləşdi." deyilsə, bu ittihad (birləşmə) əsnasında, ya, hər ikisi mövcud, ya ikisi də mədum/yox olacaq; yaxud, Zeyd və Amr, mədum; yaxud da, bunun əksi olacaqdır. Bu dördünün xaricində başqa qismin olması, imkansızdır.

Hər ikisinin də mövcud olması halında, bunlardan biri, digərinə çevrilməmiş olur; əksinə, hər birisinin öz zatı, özü olaraq qalır. Bundan qayə, məkan cəhətindən bir ittihaddır, ki, ancaq, bu da ittihadı gərəkdirməz. Çünki, məsələn, elm, iradə və qüdrət sifətləri, məhəlləri fərqli olmadan, bir tək zatda, birləşə bilir. Qüdrət də, nə elmin özü olur, nə də iradənin. Bu sifətlərin heç biri, digərilə birləşmiş də olmaz.

Hər ikisinin də mədum olması halında, bunlar ittihad etmiş, bir olmuş olmazlar; əksinə, ikisi də, yox olmuş olub zühur edən şey, bunların xaricində üçüncü bir şey olmuş olur. Biri mədum, digəri mövcud olacaq olsa, yenə, ittihaddan söz edilə bilməz. Çünki, mövcud ilə mədum, birləşə bilməz.

O halda, 2 fərqli şeyin ittihad etməsi, mütləq mənada imkansızdır. (Bu hökm), bir-birinə bənzər varlıqlarda belə caridir, ki, fərqli zatlarda (varlıqlarda) da, bu, belədir. Necə ki, bu qaralığın, bu ağlıq və ya bu elm halına gəlməsi, necə imkansızdırsa; burdakı qaralığın, burdakı digər bir qaralıq halına gəlməsi də, eləcə imkansızdır. Qul ilə Rəbb arasındakı başqalıq isə, qaralıq ilə elm arasındakı başqalıqdan, çox daha böyükdür. (Bu halda), ittihadın əsli-əsası, batildir.

Buna görə, bir yerdə, "ittihad"dan bəhs edilib, "O, Odur." deyildiyində; burda, ancaq, sufilərin və şairlərin adətinə uyğun olaraq, bir məna genişliyi və məcaz bəhs mövzusu ola bilər. Çünki, onlar, sözü, (insanların) fəhmlərində gözəlləşdirmək üçün, istiarə yolundan gedirlər. Şairin dediyi kimi:

"Mən, sevdiyim; sevdiyim də, mənəm,

Bədən olaraq biz, hulul etmiş 2 ruhuq."

Bu ifadə, şair nəzdində, təvil edilmişdir. Çünki, şair, burda, həqiqətən də, sevdiyi şəxs halına gəldiyini deyil; sanki, onun kimi olduğunu qəsd etməkdədir. Özünü sevməsində müstağraq olduğu kimi; onun sevgisində də müstağraq olmuşdur. Bu hal, məcaz yolu ilə, ittihad olaraq adlandırılmaqdadır.

əbu Yezid Bistami (rahiməhullah)'ın sözü də, buna həml edilməlidir:

"İlan dərisindən soyuldum; bir də gördüm ki, o olmuşam."

Onun, bu sözünün mənası, budur: Nəfsin şəhvətlərindən, pisliklərindən, kədərindən sıyrılan kimsənin, orda (yəni, qəlbində), Allah xaricində bir şeyə yer qalmaz. Allah (subhənəhu və taala)'nın xaricində, bir himməti qalmaz. Qəlbdə, Allahın cəlal və camalı xaricində bir şey qalmaz; hətta Onda müstağraq olarsa, sanki, o, O olmuş olar. Ancaq, o, həqiq mənada O, olmaz.

"O, Odur." sözü ilə, "Sanki Odur." sözü, bir-birindən fərqlidir. Bununla bərabər, bəzən, "O, Odur." deyərkən; "Sanki, o, Odur." mənasını qəsd edərik. Eynilə, şairin, bəzən, "Sanki, sevdiyim şəxsəm."; bəzən də, "Mən, sevdiyim şəxsəm." deməsi kimi...Bu isə, ayaqların zəlləyə (xətaya) düşdüyü yerdir. Məqulat (əqli məsələlərdə) rasix qədəm olmayan (dərinləşməyən) kimsə, bu 2 ibarə arasındakı fərqi, ayıra bilməyə bilər. Sonra, öz zatındakı kamala baxıb, Haqqın hilyəsi (gözəlliklərilə) zinətlənmiş olaraq görüncə, özünü, O olmuş zənn edib, "ənə'l-həqq Mən, Haqq'​am" deyər. Bunu söyləyən şəxs, xristiyanların düşdüyü xətaya düşdü. Çünki, onlar, bu sayılan vəsfləri, İsanın zatında gördülər, onun haqqında ilah dedilər. Hətta belə bir kimsə, güzgüyə baxan bu kimsənin düşdüyü xətaya düşmüşdür: Bu şəxs, aynada, özünün rənglərinə görə rənglərə bürünən bir surət görər, bu surətin, aynanın surəti, o rənglərin də, aynanın rəngləri olduğunu zənn edər. Ancaq heyhət (həqiqətdən nə qədər uzaq)! Aynanın zatında, rəng yoxdur. Bir cəhətdən surətlərin rənglərini qəbul etmək, aynanın şanındandır. Aynaya baxanlara görə, o işlərin zahiri, o aynanın surəti olaraq təxəyyül edilir. Hətta, bir uşaq, aynada bir insan gördüyündə, o insanın, aynanın içində olduğunu zənn edəcəkdir.

Bax qəlb də, nəfsində, surətlərdən, şəkillərdən xali (boş)'dur. Onun heyətləri, heyətin mənalarını, surət və həqiqətlərini qəbul etməkdir. Qəlbə hulul edən, sanki onunla ittihad etmiş kimi olar. Yoxsa, həqiqi mənada onunla ittihad etmiş olmaz.

Şüşə və şərabı tanımayan şəxs, içində şərab olan bir şüşə görsə, bu ikisini, bir-birindən ayıra bilməz. Bəzi vaxtlar, "Şərab, yoxdur."; bəzi vaxtlar da, "Şüşə, yoxdur." deyər. Şairin də söylədiyi kimi:

"Şüşə incəldi, şərab saflaşdı,

Bir-birilərinə bənzədilər, iş müşkülləşdi.

Sanki şərab var, qədəh yox,

Yaxud qədəh var, şərab yox."

Onlardan "ənə'l-həqq" deyənin sözünün mənası, şairin, "Mən, sevdiyim; sevdiyim də, mənəm." (sözünün) mənası kimidir. Ya da, xristiyanların, lahut (uluhiyyət) ilə nasut (insaniyyət)'in ittihadı zənlərindəki xətaya bənzər bir xətadır. əbu Yezid əl-Bistami'nin, -əgər özünə aiddiyyəti səhihdirsə- "Mən, Subhanam, şanım, nə ucadır." sözü,

~ ya Allah (azzə və cəllə)'yə aid (bir həqiqəti) nəql etmək üçün, dilindən cari olmuşdur ki,

إِنَّنِىٓ أَنَا ٱللَّهُ لَآ إِلَـٰهَ إِلَّآ أَنَا۠ فَٱعْبُدْنِى...

"Həqiqətən, Mən, Allaham. Məndən başqa, heç bir məbud yoxdur. Mənə ibadət et..." (Taha/14) ayətində olduğu kimi, bu ayət, birinin oxuduğu eşidildiyində, Allaha aid bir kəlamı nəql etmə (mənasına) həml edilir.

~ yaxud da, özü, (Quddus sifətini açıqlayarkən, tənbeh qismində dilə gətirdiyimiz kimi), qüds sifətindən həzzinin kamalını müşahidə edib mövhumat və məhsusatdan mərifətilə tərəqqi edərək; və himmət ilə də, nəfsin həzləri və şəhvətlərindən yüksəlmək surətilə, nəfsinin qudsundan xəbər verərək, "Subhani/Subhanam." demiş; xalqın ümumunun şanına izafətlə, öz şanının böyüklüyünü görüb, "Mə əzəmu şə'ni/Şanım, nə ucadır!" demişdir. Ancaq, bununla bərabər, özünün qudsiyyətinin və şanının ucalığının xalqa nisbətlə bəhs mövzusu olduğunu, Rəbb Taala'nın qudsiyyət və şanının ucalığı ilə özününkü arasında bir nisbət olmadığını da, çox yaxşı bilməkdədir. Bu ləfz, sekr (11) və halın qələbəsi zamanı olmuş ola bilər. Sahv (12) və itidal halına dönmək, bu tərz mövhum ləfzlərdən dili qoruyar. Bu hal isə, sekr halında baş verməz.

Əgər bu 2 təvildən ittihada keçiləcək olarsa, bu, qəti şəkildə muhaldır. İmkansız bir xüsusu təsdiq cəhətində, sözün sahibinin məqamına baxılmaz. Əksinə, insanları, haqqa görə tanımaq lazımdır; haqqı, insanlara görə deyil.

~ Beşinci qisim -ki, hulul idi- Hulul haqqında, belə deyildiyi təsəvvür edilə bilər: "Rəbb (təbarəkə və taala), qula hulul etdi." Yaxud da, "Qul, Rəbbə hulul etdi." Ərbabın Rəbbi olan Rəbb, zalımların sözlərindən nə qədər ucadır! Əgər bu söz səhihdirsə, ittihadı (qul ilə Rəbbin birləşməsini) gərəkdirməz və qulun, Rəbbin sifətilə müttəsif olmasını da lazım qılmaz. Çünki hulul edənin sifəti, hulul etmiş olduğu məhəllin sifətləri (halına) gəlməz. Əksinə, hulul edənin sifətləri olaraq qalar. Hululun hansı cəhətdən imkansız olduğu, ancaq, hulul (məfhumunun) mənasını bilmək surətilə başa düşülə bilər. Müfrəd (tək) mənalar, təsəvvür yolu ilə idrak edilmədiyi təqdirdə, nəfy və isbatlarının başa düşülmələri, mümkün deyildir. Bu halda, "hulul"un mənasını bilməyən şəxs, hululun mövcudluğunu, ya da muhallığını, hardan biləcək?! Bundan dolayı, deyirik ki, hululdan, 2 şey başa düşülür:

• Birincisi: cisim ilə, cismin içərisində olduğu məkan arasındakı nisbətdir. Bu isə, ancaq, 2 cisim arasında mümkündür. Cisimlik mənasından bəri olan haqqında isə, bu məna, imkansızdır.

• İkincisi: araz ilə cövhər (13) arasındakı nisbətdir. Arazın qiyamı, cövhər ilə olur. Bundan dolayı, bəzən, arazın cismə hulul etdiyi deyilir. Özü ilə qaim olan varlıqlar üçün isə, bu məna, muhaldır. Elə isə, Rəbb Taala'nı, bu şəkildə zikr etməyi tərk et! Çünki, Öz başına qaim olan hər hansı bir varlığa, nəfsi ilə qaim olan bir digərinin hulul etməsi, -cisimlər arasında vaqe olan qonşuluq yolu xaric- imkansızdır. Buna görə, 2 qul arasında hulul təsəvvür edilə bilmədiyi halda; qul ilə Rəbb arasında hulul, necə təsəvvür edilə bilər?!

Hulul, intiqal, ittihad və Allah (subhənəhu və taala)'nın sifətlərilə həqiqi mənada qulun ittisaf etməsi (vəsflənməsi) batil olunca, o vaxt, onların sözlərindən, bizim, tənbehlərdə işarət etdiyimiz mənalar qalır. "Allah Taalanın isimlərinin mənaları, qulun vəsfləri olar." sözünü, mütləq mənada söyləmək, qadağan edilər. Sadəcə, vəhm (və ya xəyal)'dan xali təqyid növündən biri ilə ola bilər. Belə olmazsa, o vaxt, bu ləfz, mütləq mənada vəhmdir.

Əgər desən ki, onun (şeyx əbu Əli əl-Farmadi'nin) bu sözü: "Qul, hələ vasil olmamış ikən, süluk əsnasında, bütün bunlarla müttəsif olar." Bu sözdəki, süluk və vüsul, nə mənaya gəlir?

Bunu bil ki:

Süluk'un mənası, əməlləri və mərifətləri, təhzib etmək (yəni, bunların yalnışlarını düzəltmək)'dir. Bu isə, (qulun), zahir və batinini imar ilə məşğul olması sayəsində reallaşır. Qul, bu məşğuliyyət içərisində ikən, öz nəfsilə məşğul olduğu üçün, Rəbbindən qafildir. Çünki, Rəbbinə vasil olmağa istedad qazanmaq üçün, təsfiyə ilə məşğuldur.

~ "Vüsul" isə, Haqqın açıqlığı özünə münkəşif olmaq və onda müstağraq olmaq deməkdir. Elə ki, mərifətinə nəzər etdiyində, Allahdan başqasını bilməyəcək, himmətinə də baxdığında, Ondan başqa bir himməti olmayacaqdır. Müşahidə və himmət (qayə) cəhətindən, varlığının bütün külliyyətilə, Onunla məşğuldur. (Bu hal içərisində ikən), zahirini, ibadətlə; batinini, əxlaqını təhzib ilə imar etmək üçün, öz nəfsinə yönəlməkdədir. Bütün hər şey, təharət (təmizlənmək) və bidayət (başlanğıc)'dır. Nəhayət isə, nəfsindən, külliyyən insilax (soyulub çıxarılmaq) və təcərrüddür. Sonunda, sanki O olar. Onun nəzdində, vüsul, budur. Əgər,

"Sufilərin sözləri, vəlayət mərtəbəsindən özlərinə açılmış olan müşahidələr haqqında xəbər vermək qəbilindəndir. Ağıl isə, bunları idrak etməyə qasir (nöqsan)'dır. Halbuki, dilə gətirdiyimiz şeylər də, ağıl sərmayəsilə edilən təsərrüfdür." deyiləcək olsa, belə cavab verərəm:

Bil ki, ağlın, muhal olduğuna hökm etdiyi bir şeyin, vəlayət mərtəbəsində zühur etməsi, caiz (mümkün) deyildir. Bəli, ağlın, özündən qasir olduğu şeyin, yəni, mücərrəd ağılla edilə bilməyən bir şeyin (vilayət mərtəbəsində) zühur etməsi isə, caizdir. Bunun misalı, məsələn, bir vəliyə, filan kimsənin sabah öləcəyi, kəşf yolu ilə bildirilə bilər. Belə bir məsələ isə, yalnız ağıl sərmayəsilə idrak edilə bilməz. Hətta ağıl, bundan qasir/nöqsan qalar. (Ancaq bir vəliyə), Allah (subhənəhu və taala)'nın özünün bir bənzərini yaradacağı şəklində (bir biliyin) kəşf yolu ilə gəlməsi, mümkün deyildir. Çünki, belə bir şey, ağlın qasir qaldığı üçün deyil, muhal gördüyü üçün caiz deyildir.

Yuxarıdakı sözdən daha uzaq olanı isə, "Allah (təbarəkə və taala), məni, Özü kimi qılacaqdır." sözüdür. Çünki, bunun mənası, "Mən, hadis (sonradan yaradılmış)'am. Allah (taala və təqaddəs) isə, məni, qədim qılacaqdır. Mən, göylərin və yerin xaliqi deyiləm. Ancaq, Allah, məni, göylərin və yerin xaliqi qılacaq." deməkdir.

əbu Yezid Bistami'nin: "Baxdım ki, mən, O olmuşam." sözü təvil edilməz (yəni, zahirinə həml edilər)'sə, söz, bu mənaya gələr.

Bu cür (imkansız) sözləri təsdiq edən kimsə, ağıl qərizəsindən çıxmış; və artıq onda, bildiyi ilə bilmədiyi arasındakı təmyiz qalxmışdır, deməkdir. O vaxt, bu kimsə, bir vəliyə, İslam şəriətinin batil olduğu; yaxud haqq olsa belə, Allahın, onu batilə çevirə biləcəyi və bütün peyğəmbərlərin sözlərini təkzib edəcəyi bir kəşf gələ biləcəyini də təsdiq etsin! Çünki, "Sidqin kizbə çevrilməsi, muhaldır." deyən kimsə, bu sözü, ağıl sərmayəsilə söyləməkdədir. Sidqin kizbə çevrilməsi, hadisin, qədimə; qulun, Rəbbə çevrilməsindən daha uzaq deyildir. Ağlın muhal gördüyü şey ilə, ağlın tək başına qavramağa gücünün çatmadığı şeyləri, bir-birindən ayırd edə bilməyən kimsə, xitab edilmək üçün ən alçaq adamdır. Və cəhalətilə baş-başa buraxılmalıdır.

(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)

e-kitab üçün bax:

https://archive.org/details/allahin-99-ismi-1_20250918

---------------------------------------------

---------------------------------------------

1. Kəşf nədir?

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/k%C9%99sf-n%C9%99dir

--------------------------------------------

2. Müşahidə nədir?

Yuxarıdakı "kəşf" maddəsinə bax.

----------------------------------------------

3. Mükaşifə nədir?

Yuxarıdakı "kəşf" maddəsinə bax.

---------------------------------------------

4. İstiğraq nədir?

Salikin, İlahi sevginin istilası altında, özü və maddi aləm haqqında, heç bir hiss, idrak və şüura sahib olmaması mənasında tasavvuf terminidir.

---------------------------------------------

5. Mələu'l-ə'lə nədir?

"əl-Mələu'l-Ə'lə":

Kəlimənin tərkibindəki,

~ "mələ" kəliməsi, lüğətdə, "bir görüş və düşüncə ətrafında birləşən topluluq" mənasına gəlir. Bəzi təfsir qaynaqlarında, kəlimənin, həm mütləq olaraq "camaat", həm də "şərəf və etibar sahibi topluluq" mənasında istifadə etdiyi bildirilir. (Maturidi, "Təvilatu'l-Quran", Xll, s. 125)

~ "ə'lə" isə, "çox uca, çox şərəfli" deməkdir.

"əl-Mələu'l-Ə'lə" kəliməsi, Quranda, 2 yerdə keçməkdədir. Belə ki, Allah (subhənəhu və taala), Öz əzəmətli kitabında buyurur:

لَّا يَسَّمَّعُونَ إِلَى ٱلْمَلَإِ ٱلْأَعْلَىٰ وَيُقْذَفُونَ مِن كُلِّ جَانِبٍ

"Onlar, artıq, ali topluma qulaq asa bilməzlər və hər tərəfdən, üstlərinə yandırıb-yaxan alovlar yağdırılar." (Saffat/8);

مَا كَانَ لِىَ مِنْ عِلْمٍۭ بِٱلْمَلَإِ ٱلْأَعْلَىٰٓ إِذْ يَخْتَصِمُونَ

"Ali toplum mübahisə apararkən, mənim onlardan heç bir xəbərim yox idi." (Sad/69)

"əl-Mələu'l-Ə'lə"nin kimlərə dəlalət etdiyi xüsusunda, səhabə və tabiun müfəssirlərindən, fərqli görüşlər nəql edilmişdir. Belə ki:

~ ibn Abbas (radiyallahu anh), bu tərkibi, "yazıçı mələklər" və ya "mələklərin ən şərəfliləri" deyə təfsir edərkən;

~ Süddi, ümumi olaraq "mələklər"ə işarət etdiyini bildirmişdir. Başda, Muqatil b. Süleyman və Tabəri olmaq üzərə, müfəssirlərin böyük əksəriyyəti, Süddi'dən gələn açıqlama yönündə, bu tərkibin, "mələklər"i, yaxud da "mələklər aləmi"ni ifadə etdiyi görüşündə birləşmişlərdir.

-------------------------------

6. Mələkut nədir?

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/m%C9%99l%C9%99kut-al%C9%99mi...

-------------------------------

7. Araz nədir?

Hər hansı bir cövhərin varlığı üçün zəruri olmayan vəsf. Məsələn: Qəndin ağ rəngi, qəndin varlığı üçün zəruri deyildir.

------------------------------

8. Müşəbbihə kimdir?

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/mus%C9%99bbih%C9%99-kimdir-1...

-----------------------------

9. Vəhm nədir?

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/10-hiss-hansilardir?fbclid=I...

------------------------------

10. Süluk və Salik nə deməkdirlər?

Lüğətdə, "yola girmək, yolda yerimək; (bir şeyin) başqa bir şeyin içinə nüfuz etməsi; qoşulmaq" mənalarına gələn "süluk" kəliməsi, tasavvufda, "insanı, Haqqa çatdıran fel, əməl, ibadət, hərəkət" mənasında istifadə edilməkdədir.

"Süluk", "yol" mənasına gələn və terminologiyada bənzər mənalara sahib olan "təriq" "təriqət" məfhumlarından daha geniş mənalıdır. "Təriqət", müəyyən bir şeyx ətrafında toplanmış müridlərdən meydana gələn tasavvufi bir camaatı ifadə etdiyi halda; sülukda, belə bir qurumun varlığı, şərt deyildir.

Süluk kəliməsi, ilk dövr tasavvuf klassiklərində, dini həyatla bağlı bütün felləri əhatə edən geniş bir istifadəyə sahib ikən; 12-ci əsrdə, təriqətlərin ortaya çıxmasından sonra, daha çox, "Haqqa çatmaq yolunda, müəyyən tasavvufi ədəb və rüknlərin tətbiq edilməsi" mənasını qazanmışdır.

Süluka, bir tasavvuf termini olaraq, ilk dəfə, Abdu'l-Kərim əl-Quşeyri'nin "Tərtibu's-Süluk" adlı əsərində rast gəlinməkdədir.

"Süluk", təriqətlər sonrası dövrlərdə, ümumiyyətlə, eyni mənaya gələn "seyr" kəliməsilə birlikdə ("seyru's-süluk") istifadə edilmişdir.

Tasavvuf, "süluk elmi" şəklində tərif edilir. Bu elmin mövzusu, talibin, Haqqa çatmaq qabiliyyətini qazanmaq üçün, nəfsini, dünya kirlərindən təmizləməsi, əxlaqını düzəltməsi və gözəlləşdirməsi, məqsədi də, nəfsini və Rəbbini bilməsidir.

~ Tasavvuf yoluna girmək, yəni süluk etmək istəyənə - "talib";

~ Yolun başlanğıcında olana - "mübtədi";

~ Bu yolda məsafə qət edənə - "salik";

~ Yolun sonuna çatana da - "muntəhi" deyilir.

Salik, mübtədi ilə muntəhi arasındakı mərtəbədədir.

Sülukun nəfisdəki başlanğıcı, tövbənin ardından, qəlbin oyaq halda olması; sonu isə Haqqa vuslat (qovuşmaq, fənafillah)'ın ardından, Haqq ilə davamlı olmaq (bəqabillah)'dır.

------------------------------

11. Sekr nədir?

Lüğətdə, "sərxoşluq" mənasına gələn "sekr", "insanın, yediyi, ya da içdiyi şeylərin təsirilə meydana gələn sevinc halının, ağla üstün gəlməsindən doğan qəflət halı" şəklində tərif edilir (Cürcani, "ət-Tarifat", "Sekr" maddəsi)

Tasavvufda isə, termin olaraq, "süluk əsnasında gələn varid (feyz)'in təsirilə, salikin özündən getməsi"ni ifadə edir. Bu halı yaşayan sufiyə isə, "sukran" deyilir.

Sekr halının keçməsi, "sahv" olaraq adlandırıldığından, qaynaqlarda, sekr, sahv terminilə bərabər ələ alınmışdır.

Sufilərə görə, sekr, Quranda,

"...Rəbbi dağa təcəlli etdikdə, onu, parça-parça etdi. Musa da, bayılaraq yerə sərildi..." (Əraf/143) ayətilə işarət edilən, "özündən getmək halı"dır.

Musa (əleyhissəlam)'ı sərxoş edən və bayıldan varid/feyz, Rəbbinin dağda təcəlli etdiyi anda gəlmiş; bu əsnada, Musa (əleyhissəlam), özündən gedərək, dağı görməz olmuş; bütün idrakı, sadəcə təcəlli edən Allaha yönəlmişdir.

Salik də, kəşfi açılıb camal təcəllisini seyr etməyə başlayınca, ruhu sevinclə dolar və özündən gedərək "sekr" halını yaşamağa başlayar.

Kələbazi, sekr halındakı sufinin, gözündən əşyanın itmədiyini; ancaq, onun mənəvi olaraq Allahın hüzurunda olmasının təsirilə, əşyanın, ağrı və həzz vermə kimi keyfiyyətlərini başa düşə bilmədiyini deməkdədir. ("ət-Ta'arruf", s. 116)

Dəlilləri:

İmam Əşrəf Əli Təhanəvi, "Həqiqətu't-Tariqa minə's-Sunnəti'l-Əniqa" adlı əsərində, "sekr" üçün, aşağıdakı dəlilləri zikr etməkdədir:

~ İbn Ömər (radiyallahu anh)'dan, belə (rəvayət) edilir:

Abdullah b. Ubey b. Səlul öldüyündə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), onun namazını qılmaq üçün, ayağa qalxınca, Ömər (radiyallahu anh) da qalxdı və Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in paltarından tutaraq, belə dedi:

"Ey Allahın rəsulu! Rəbbinin namaz qılmağını nəhy etdiyi kimsənin cənazə namazınımı qılacaqsan?"

Allah rəsulu (sallallahu aleyhi və səlləm) də, ona:

"Allah, məni, (bu işdə) sərbəst buraxdı." (Buxari, "Təfsir", (9), 12, 13; Muslim, "Münafiqin", 3, 4; Tirmizi, hədis no: 3097, 3098; Nəsai, hədis no: 1965)

Qeybdən gələn qüvvətli varidat/feyzlər səbəbilə, zahiri və batini hökmlər arasındakı fərqin qalxmasına, "sekr" deyilmişdir. Bu fərqi idrak etmə halına isə, "sahv" deyilir. Ömər (radiyallahu anh)'ın qəlbində, Allah üçün buğz etmə halı elə çox varid oldu ki, Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm)'ə nə şəkildə davrandığının fərqinə vara bilmədi. Yoxsa, belə davranışın, Ömərdən meydana gəlməsi, ədəbdən dolayı mümkün deyildir. Bu səbəblə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), onun halını, məzur/üzrlü gördü, bir şey demədi. Lakin, sahv halına gəlincə, hədisdə bildirildiyi üzərə, Ömər (radiyallahu anh), etdiyinə heyrət etdi. (Buxari, "Təfsir", 9, 13-də, Ömərin heyrət etdiyinə dair məlumat vardır.)

Bu rəvayətdə, ikinci bir xüsus daha vardır:

Ayətin (Tövbə/80) dəlalətilə, istiğfarın münafiqlər üçün faydalı olmadığı başa düşülməkdədir. Yoxsa, bunun mənası, istiğfardan nəhy etmək deyildir. İstiğfardan nəhy etməyin dəlili olmadığına, hədisdəki:

"Allah, məni, (bu işdə) sərbəst buraxdı." ifadəsi işarət etməkdədir.

Ömər (radiyallahu anh), sekr halının özünə hakim olmasından dolayı, bunun fərqində deyildi. O, ayətdəki (Tövbə/80) nəhyi, zahirinə görə başa düşmüşdü.

~ ibn Abbas (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

Fironun suda boğulmasına gəlincə,

...ءَامَنتُ أَنَّهُۥ لَآ إِلَـٰهَ إِلَّا ٱلَّذِىٓ ءَامَنَتْ بِهِۦ بَنُوٓا۟ إِسْرَ‌ٰٓءِيلَ...

"...İsrail oğullarının iman gətirdiklərindən başqa məbud olmadığına inandım..." (Yunus/90) demişdi. Bunun üzərinə, Cəbrail (əleyhissəlam),

"Ey Muhamməd! Ona rəhmət gələcək qorxusu ilə, məni, dənizin palçığından götürüb onun ağzına tıxayarkən görsəydin..." dedi. (Tirmizi, "Təfsir"/11, hədis no: 3107)

İman, qəlblə olur, dillə isə iqrar edilir. Tövbələrin qəbul edilməyəcəyi vaxtda (məsələn, ümidsizlik halında), iqrar etməyin heç bir faydası yoxdur. Bunun əksinə, tövbələrin məqbul olacağı vaxtda, sadəcə qəlbin iqrarı kifayət edir. Bütün bunlara, (fironun imanı, iman etmə vaxtı olmamasına) baxmayaraq, Cəbrail (əleyhissəlam)'ın, onun ağzına palçıq soxması, ifrat sekr halından dolayıdır.

~ ibn Abbas (radiyallahu anh)'dan belə rəvayət edilir:

Ömər (radiyallahu anh)'a, zina etmiş dəli bir qadın gətirildi. Əli (radiyallahu anh):

"Ey möminlərin əmiri! Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in belə buyurduğunu bilirsən:

3 nəfərdən, qələm qaldırıldı:

1. Büluğ yaşına qədər uşaqdan;

2. Oyanıncaya qədər yatandan;

3. Nə dediyini bilincəyə qədər dəlidən."

Bu, filan oğullarının dəlisidir. Möhtəmələm, bununla zina edən, xəstəliyi oyandığı vaxt onunla zina etmişdir. Bunun üzərinə, Ömər (radiyallahu anh), onu sərbəst buraxdı. (Əbu Davud, "Sünən", "Hüdud"/16, hədis no: 4399-4402)

Həkimlərin qəbul etdiyi kimi; ağlın məğlub olması, bəzən bədəni hallardan, bəzən də nəfsi hallardan olur. Nəfsi hallar arasında, elə hallar vardır ki, sekr halı, qalib; və ağıl da, buna məğlub olur. Dəli, şəran məzur olduğu kimi; sekr sahibi və hala məğlub olan da, şathiyyatında (şəriətə zidd düşən sözlərində), vacib felləri tərk etməsində və haram işləməsində, məzurdur. Sekr halındakı şəxs, bəzən, başqalarını görə və seçə bilməz. Dəli və ağlını itirmiş şəxslər də, bəzən, digər insanları fərq edə bilmirlər. Bu yönü ilə, aralarında bir bənzərlik vardır.

Ömər (radiyallahu anh), bu ehtimaldan dolayı, şübhələndi. Lakin Əli (radiyallahu anh)'ın sözü, bunu yox etdi.

Bu hədisdən, bu da başa düşülür ki, əgər bir nəfərin qərinələr ilə məzur olma ehtimalı varsa, əfv edilər. Çünki, "Möhtəmələn, bununla zina edən, xəstəliyi oyandığında onunla zina etmişdir." ifadəsi, bunu göstərməkdədir. Bunun qərinəsi, o qadının, çox vaxt dəli olmasıdır. Əgər bəzi kimsələrin, sekr halında söyləmiş kəlamı ilə bağlı üzr bəyan edilərsə, onların bu halı, qərinə ilə gerçəkləşmiş olacaqdır. Onların kamil fəzilətləri və sünnətə tabe olma hallarının qalib olması səbəbilə, üzrləri qəbul edilər. Çünki bu üzr, onların sözlərini dəyərləndirməkdə, bir qərinədir. Bax, sekr halı, bir üzrdür. Əgər bir kimsəyə, fisq, günah və arzularına tabe olma halı qalib gəlsə, o vaxt, təvilə gərək yoxdur. Çünki, dəlil olmayan bir ehtimal, mötəbər deyildir. Əgər belə təvilə götürəcək bir kontrol şəkli yoxdursa, o vaxt, təvilin qapısı bağlanacaqdır.

------------------------------

12. Sahv nədir?

Yuxarıdakı "sekr" maddəsinə bax.

-------------------------------

13. Cövhər nədir?

Cövhər: "Nəfsində (zatında) və mahiyyətində müstəqil olan, başqasına bağlı olmayan" deməkdir. 

-------------------------------

-------------------------------

Əlavələr:

• Allahın isimləri, 99-durmu?

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/allahin-isiml%C9%99ri-99-durmu

• Rəbb isminin şərhi:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/r%C9%99bb-v%C9%99-rububiyy%C...

• Seyyid isminin şərhi:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/seyyid-isminin-s%C9%99rhi?fb...

• Sani isminin şərhi:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/sani-isminin-s%C9%99rhi

• Allah haqqında "Zat" demək, caizdirmi?

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/allah-haqqinda-zat-dem%C9%99...

• Huvə ismi:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/huv%C9%99-ismi

• Əraf surəsi 180-ci ayətin təfsiri:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/%C9%99raf-sur%C9%99si-180-ci...

• Təcəlli nədir?

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/t%C9%99c%C9%99lli-n%C9%99dir...

Read 186 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR