Məlik isminin şərhi

4. əl-Məlik: Zatında və sifətlərində, hər mövcuddan müstağni (zəngin, yəni, heç birinə ehtiyacı olmayan), hər mövcudun isə, Özünə möhtac olduğu (varlıq)'dır.

Heç bir varlıq, heç bir şey (xüsusunda), nə zatında, nə sifətlərində, nə vücudu (varlığı), nə də (varlığını) davam etdirməkdə, Ondan müstağni olmadığı kimi; hər şeyin varlığı, Ondandır; yaxud, Ondan olandandır. Ondan başqa hər şey, zatı və sifətləri xüsusunda, Onun məmluk'udur. O isə, hər şeydən müstağnidir. Mütləq Məlik, Odur.

Tənbih:

Qulun mütləq məlik olması, təsəvvür edilə bilməz. Çünki o, hər şeydən müstağni deyildir. Şübhəsiz, qul, başqalarından müstağni olsa da, əbədiyyən Allah Taala'ya möhtacdır.

Bununla bərabər, hər şeyin, qula möhtac olması da təsəvvür edilə bilməz. Hətta, varlıqların əksəriyyəti, ondan müstağnidir. Ancaq, qulun, bəzi şeylərdən müstağni olub; bəzi şeylərin də ondan müstağni olmadığı təsəvvür edilə bildiyindən dolayı, onun, məliklikdən bir hissəsi vardır.

Qullar arasında məlik, odur ki, ona, ancaq Allah Taala malik olub; özü, Allah (azzə və cəllə) xaricində hər şeydən müstağni hala gəlmişdir. Bununla bərabər, o, "əsgərlər"inin və "rəiyyət"inin, içərisində özünə itaət etdikləri bir diyara sahibdir. Onun xüsusi diyarı, qəlbi və bədənidir. Əsgərləri: arzusu (şəhvəti), qəzəbi və həvasıdır. Rəiyyəti: dili, gözləri, əlləri və digər əzalarıdır. Əgər o, bunlara malik olar və onlar, buna malik olmaz; bunlar, ona itaət edər və o, bunlara itaət etməzsə, bu adam, öz aləmində, məliklik dərəcəsinə nail olmuş deməkdir. Əgər bu dərəcəyə, bütün insanlardan müstağni olmağı da əlavə edər və bütün insanlar, özünə, acil (təcili, yəni dünya) və əcil (ertələnmiş, yəni axirət) həyatında möhtac hala gələrsə, bu şəxs, yer aləmində məlikdir. (Bax) bu, peyğəmbərlərin (Allahın salat və salamı, onların üzərlərinə olsun) mərtəbəsidir. Şübhəsiz, Onlar, axirət həyatına hidayət etmək xüsusunda, Allah (azzə və cəllə) xaric, hər kəsdən müstağni olub hər insan, Onlara möhtacdır. Məliklik xüsusunda, Onları, peyğəmbərlərin varisləri olan alimlər izləyir. Onların məlikliyi, insanları irşad etmədəki qüdrətləri və irşad tələb etmə xüsusundakı istiğnaları nisbətindədir.

Bu sifətlərlə, qul, mələklərin sifətlərinə və Allah Taala'ya yaxınlaşar. Belə bir mülk, mülkündə bir şəriki olmayan Haqq Məlik tərəfindən qula verilmiş bir ehsandır.

- Əmirlərdən biri, özünə: "Nə ehtiyacın varsa, mənə de!" dediyi vaxt, bəzi ariflərin söylədikləri, doğrudur:

"Mənim, sənin seyyidin (ağaların) olan 2 nökərim var ikən, bunu mənə, sənmi söyləyirsən?!"

- (Əmir): "Kimdir onlar?" (deyə soruşduğunda),

- Arif (kimsə): "Hərislik və həvadır. Mən, onlara qələbə çaldım, onlar sənə. Mən, onlara malik oldum, onlar sənə." (deyə cavab vermişdir).

Bəziləri, bəzi şeyxlərə: "Mənə tövsiyyə ver!" (deyə müraciət edir).

- Şeyx isə, belə cavab verir: "Dünyada, məlik ol; axirətdə də məlik olarsan."

Bu sözün mənası, budur: "Dünyaya qarşı olan ehtiyac və arzularını kəs. Şübhəsiz, mülkiyyət (mülk sahibi olmaq), azadlıq və istiğnadadır."

(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" risaləsi)

-----------------------------

-----------------------------

Əlavələr:

Məlik və Malik, eyni mənalıdırmı?

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/m%C9%99lik-v%C9%99-malik-eyn...

 

 

 

Read 8.535 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR