Rəhman və Rəhim isimlərinin şərhi
2-3. Rəhmətdən iştiqaq etmiş (meydana gəlmiş) 2 isimdir. Rəhmət isə, mərhumu (yəni, rəhmət ediləni) gərəkdirir və heç bir mərhum da yoxdur ki, möhtac olmasın.
~ Bir möhtacın, qəsd, iradə və inayət olmadan bir ehtiyacının qarşılanmasına vəsilə olana, "Rahim" deyilməz.
~ Möhtacın ehtiyacını ortadan qaldırmağı murad etməklə bərabər qarşılamayan şəxsə, əgər bunu qarşılamağa gücü çatırsa, "Rahim" deyilməz. Çünki, bu mövzudakı arzusu tam olsaydı, onu yerinə yetirərdi (yəni, mərhəmət edərdi).
~ Əgər bu ehtiyacı yerinə yetirməkdən acizdirsə, özündə ehtiva etdiyi mərhəmət və riqqət səbəbilə özünə "Rahim" deyilə bilməklə bərabər, bu rəhmət, nöqsandır.
Tam rəhmət, möhtaclar üzərinə xeyir yağdırmaq və onlara olan inayət səbəbilə (bu feli) iradə etməklə gerçəkləşir. Ümumi rəhmət, buna layiq olanları da, olmayanları da ehtiva edir. Allah (azzə və cəllə)'nin rəhməti, tam və ümumidir.
• Tam olmasına gəlincə, möhtacların ehtiyaclarının ortadan qaldırılmasını iradə etdiyində, bunu, yerinə yetirər.
• Ümumi olana gəlincə isə, buna layiq olanlara və olmayanlara, dünyaya və axirətə şamildir. Bu rəhmət, zərurətləri, (bu dərəcədə olmayan) hacətləri və bu ikisi xaricindəki xüsusları ehtiva edir. O, mütləq və haqq Rahim'dir.
İncəlik: Rəhmət, mərhəmət edən kimsəyə ariz olub, mərhəmət edilən şəxsin ehtiyacının ortadan qaldırılması xüsusunda o kimsəni təhrik edən, ələm/ağrı verici bir şəfqət olmaqdan, xali (boş, uzaq) deyildir. Rəbb (subhənəhu və taala), bundan münəzzəhdir. Bəlkə də sən, bunun, rəhmət sifətinin mənasında bir əskiklik olduğunu zənn edirsən. (Ancaq) bil ki, bu, rəhmətin mənasında bir əskiklik deyil, əksinə, bir kamaldır.
Bu, bir əskiklik deyildir. Çünki, rəhmətin kamalı, səmərənin (meyvə, nəticənin) kamalı ilədir. Möhtacın ehtiyacı tam mənası ilə qaldırıldıqdan sonra, rəhmət edənin bir kədər hiss etməsində, özünə mərhəmət edilən kimsə üçün, hər hansı bir fayda yoxdur. Mərhəmət edən, ancaq, nəfsindəki zəiflik və əskiklik səbəbilə kədər hiss edər. Mərhəmət edənin zəiflik sahibi olması isə, ehtiyac sahibinin ehtiyacı tam mənası ilə qarşılandıqdan sonra, möhtacın məqsədi (cəhətindən), hər hansı bir fayda təmin etməz.
Mərhəmət edən şəxs, təəllüm (əzab, acı çəkmək) və riqqətdən dolayı, (bu) feli ilə, sanki riqqətin ələmini (acısını, ağrısını) nəfsindən dəf etməyi qəsd etməkdədir. (Beləcə), əslində, öz nəfsinə nəzər etmiş və öz məqsədini gerçəkləşdirməyə çalışmış olur. Bu isə, rəhmətin mənasını əskildən bir haldır. Əksinə, rəhmətin kamalı, rəhmət edilən şəxsə olan nəzər, (şəxsən) mərhəmət edilən üçün olmalı; öz nəfsindəki riqqətdən doğan kədər hissini ortadan qaldırmaq üçün deyil.
Fayda: Rahmən, Rahim'dən daha xüsusidir. Bundan dolayı, Allah (azzə və cəllə)'dən başqası, bununla təsmiyyə edilə (adlandırıla) bilməz. Rahim ismi isə, Allahdan qeyrisi haqqında da istifadə edilə bilər. Dolayısı ilə, Rahmən ismi, xüsusi isimlər kimi, sadəcə Allah Taala haqqında istifadə edildiyindən, Allah isminə daha yaxındır. Rəhmətdən qəti bir şəkildə meydana gəlsə belə...Bu səbəblədir ki, Allah (azzə və cəllə), bu 2 ismi (yəni, Allah və Rahmən isimlərini), bərabər zikr etmişdir:
قُلِ ٱدْعُوا۟ ٱللَّهَ أَوِ ٱدْعُوا۟ ٱلرَّحْمَـٰنَ ۖ أَيًّا مَّا تَدْعُوا۟ فَلَهُ ٱلْأَسْمَآءُ ٱلْحُسْنَىٰ...
"De: 'İstər Allah deyib çağırın, istərsə də Rahmən deyib çağırın. Necə çağırsanız da, hər halda, ən gözəl isimlər, Ona məxsusdur." (İsra/110)
Həm bu cəhətdən, həm də Allahın sayılan isimləri arasında təradüf (eyni mənalılıq) olmadığını bildirmiş olduğumuzdan dolayı, bu 2 ismin (Rahmən və Rahimin) mənalarını ayırd etmək lazımdır. O halda, Rahmən isminə uyğun olan məfhum, qulların qüdrətlərindən üstün olan bir növ rəhmətdir və uxrəvi (axirətə aid) səadətlə əlaqəlidir. (Dolayısı ilə), Rahmən isminin mənası:
~ ilk əvvəl, icad etmək;
~ ikinci olaraq, imana, səadət səbəblərinə hidayət etmək;
~ üçüncü olaraq, axirətdə səadətləndirmək;
~ dördüncü olaraq da, kərim vəchinə (üzünə) nəzər etmə nemətini vermək ilə, qullarına bir şəfqətdir.
Tənbeh: Qulun, "ər-Rahmən" ismindən nəsibi, Allahın qafil qullarına mərhəmət etməsidir. Onları, vaz və nəsihət və şiddət olmadan, lütflə, Allah (azzə və cəllə)'nin yoluna sövq etməsidir. Asi (Allaha, günahlarla üsyan edən qul)'lara, təhqir nəzərilə deyil, rəhmət nəzərilə baxmasıdır. Aləmdə cərəyan edən hər masiyyət (üsyan, günah)'ı, öz nəfsində, bir müsibət kimi görmək və bütün gücü ilə ortadan qaldırmağa çalışmasıdır.
Qulun, "ər-Rahim" ismindən nəsibi, gücü çatdığı qədər kasıbların ehtiyacını ortadan qaldırmasıdır. Öz diyar və civarında, heç bir kasıb qoymadan, onların ehtiyacını ortadan qaldırmağı, öz öhdəsinə götürməsidir. Bunu da, ya malı, ya məqamı, ya da başqalarına şəfaətçi olmaq yolu ilə reallaşdırar. Bütün bunlardan aciz qalarsa, duası ilə kömək edər; və ona ehtiyacından dolayı, kədərini izhar edər; və bunu, ona, şəfqət və riqqətindən dolayı edər; zərər və hacətində, onunla, şərik kimi olar.
Sual və Cavabı:
Belə deyə bilərsən: "Allah Taala'nın, Rahim və Ərhəmu'r-Rahimin (rəhimlilərin ən rəhimlisi) olmasının mənası, nədir? Rahim olan, bir bəlaya uğramış, zərər görmüş, əzaba uğramış və xəstəlik içərisində birini gördüyündə, onlarda olanları ortadan qaldırmağa gücü çatarsa, mütləq onları ortadan qaldırar. Rəbbimiz (subhənəhu və taala) isə, hər cür bəlanı, kasıblıq və qəmi, xəstəlik və zərəri yox etməyə qadirdir. Dünya isə, xəstəlik, çətinlik və bəlalarla dolub-daşmaqdadır. O isə, bütün bunları ortadan qaldırmağa qadirdir. (Ancaq), qullarını, müsibət və çətinlik ilə imtahan olunmağa tərk etmişdir..."
Sualının cavabı, budur: Bəzən, kiçik bir uşağa, anası riqqət edər və hicama gərəkli ikən, buna icazə verməz. Lakin ağıllı olan ata, onu, zorla buna sövq edər. (Bunu görən) cahil zənn edər ki, rəhim olan, ata deyil, anadır. Ağıl sahibi isə, atanın, qan aldırmaq surətilə uşağa əzab verməsinin, onun, uşağına qarşı mükəmməl rəhmət və şəfqətindən dolayı etdiyini bilər. O ananın isə, siddiq (dost) surətində düşmən olduğunu bilər. Kiçik bir ağrı, böyük bir ləzzətə səbəb olarsa, şər deyil, xeyirdir.
Rahim, mərhum (özünə rəhmət edilən) üçün, mütləq, xeyir diləyər. Varlıqda heç bir şey yoxdur ki, zimnində bir xeyir mövcud olmasın. Əgər o şər ortadan qalxacaq olsa, zimnində (içində ehtiva etdiyi) o xeyir də, yox olar. Bundan dolayı, o xeyri içində ehtiva edən şərdən, daha böyük bir şər meydana gələrdi. Qanqren olmuş əli kəsmək, zahirdə bir şərdir; ancaq onun zimnində, böyük bir xeyir vardır ki, o da, bədənin salamat qalmasıdır. Əgər o əl kəsilməsə, bədən, həlak olar və meydana gələcək olan şər, daha böyük olar. Beləcə, bədənin salamat qalması üçün əlin kəsilməsi, zimnində xeyir ehtiva edən bir şərdir. Bununla bərabər, əli kəsənin nəzərində, ilk və əsas məqsəd, mütləq xeyir olan salamatçılıqdır. Salamat qalmağın yolu, əli kəsməkdən keçincə, bu məqsəd üçün, əli kəsmişdir. Beləliklə, salamat qalmaq, ilk olaraq, zatı üçün; ikinci olaraq da, özü xaricindəki (şeylər) üçün tələb edilmişdir. Bunların hər ikisi də, iradəyə daxil olub, biri, zatı üçün murad edilmiş; digəri, qeyrisi üçün murad edilmişdir. Zatı üçün murad edilən, başqası üçün murad ediləndən daha əvvəl gəlir. Bu səbəblə, Allah (azzə və cəllə), belə buyurmuşdur:
"Rəhmətim, qəzəbimi keçdi." (Buxari, "Bədiu'l-Xəlq", 1)
Onun qəzəbi, şərri iradə etməsidir. Şər, Onun iradəsi ilədir. Rəhməti, xeyri iradə etməsidir. Xeyir, Onun iradəsi ilədir. Bununla birlikdə O, xeyri, (xeyrin) şəxsən özü üçün; və şərri də, (şərrin özü) üçün deyil, zimnində mövcud olan xeyir üçün iradə edincə, xeyir, şəxsən; şər isə, arazi olaraq yerinə gətirilmiş olub, hamısı da, qədərə tabedir. Bunda, əsla rəhmətə zidd bir şey yoxdur.
İndi, ağlına, altında xeyir olmayan bir şər növü gələr; ya da, o şərrin içində mövcud olan xeyri, başqa bir yoldan təhsil etməyin mümkün olduğu ağlına gələrsə, bu 2 düşüncədən dolayı, nöqsan olan ağlını töhmət altında saxla!
~ "Bu şərrin altında, heç bir xeyir yoxdur!" sözünə gəlincə, bunun mərifətində, ağıllar, nöqsan qalmaqdadır. Bu xüsusda, sən, məsələn, qan aldırmağı (hicamanı) sırf bir şər olaraq görən və ya qisasən adam öldürməyi mütləq şər olan düşünən bir axmaq kimisən. Çünki, (bu ağılsız şəxs), (öldürülməyin, özü haqqında sırf bir şərdən ibarət olduğu) məqtulun halına baxmaqla kifayətlənər; və bütün insanlar üçün hasil olan ümumi xeyrdən isə, qəflət edər. (O), xüsusi şər vasitəsilə ümumi xeyrə çatmaq, xeyir əhlinin ehmal etməməsi lazım gələn mütləq xeyir olduğunu bilməz.
~ İkinci (o şərrin içində mövcud olan xeyri, başqa bir yoldan təhsil etməyin mümkün olduğu) düşüncən xüsusunda da, ağlını töhmət et! Bu da, çox incə və qapalı məsələdir. Hər muhal/imkansız və ya mümkün olanın, mümkün və muhal olması, açıq şəkildə idrak edilə biləcək (mahiyyətdə) deyildir. Əksinə, əksəriyyətin bilə bilmədiyi dəqiq və incə bir nəzər ilə bilinə bilər. Bax, bu məsələdə, ağlını ittiham et, əsla şübhə etmə ki, O, "Ərhəmu'r-Rahimin"dir. Və Onun rəhməti, qəzəbini keçmişdir. Şərri, xeyir üçün deyil, şər üçün iradə edənin də, rəhmət isminə layiq olmadığı xüsusunda, şübhən olmasın. Bu örtünün altında, şəriətin, ifşa edilməsini qadağan etdiyi bir sirr vardır. Bu halda, ima/işarət ilə qənaət et, tamamilə ifşaya tamah etmə. Rəmz və ima ilə tənbeh edildin; bu işin əhlisənsə, bunun üzərində bir düşün!
"Əgər dirini çağırsaydın, eşitdirərdin;
Ancaq nida etdiyində, həyat yoxdur." (Şair Bəşşər b. Burdə)
Bunlar, əksəriyyət üçündür.
Ancaq sən, ey şər ilə muxatab olan qardaş! Mən, sənin, Allah (azzə və cəllə)'nin sirrinə vaqif olduğunu və belə tənbehlərə və vurğulara ehtiyacın olmadığını bilirəm. (haşiyə)
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
-------------------------------------------
(Haşiyə:
Rəhman və Rəhim eyni mənalıdırmı?
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/r%C9%99hman-v%C9%99-r%C9%99h...
Rəhman surəsi 1-ci ayətin təfsiri:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/r%C9%99hman-sur%C9%99si-1-ci...
Allahın 100 rəhməti (1)
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/allahin-100-r%C9%99hm%C9%99ti-1
Allahın 100 rəhməti (2)
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/allahin-100-r%C9%99hm%C9%99ti-2
Allahın 100 rəhməti (3)
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/allahin-100-r%C9%99hm%C9%99ti-3
Allahın 100 rəhməti (4)
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/allahin-100-r%C9%99hm%C9%99ti-4
"Allahın əxlaqı ilə əxlaqlanmaq" hədisi:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/allahin-%C9%99xlaqi-il%C9%99...
