Allahın 100 rəhməti- 1

Rəvayət edilir ki, əbu Hureyrə (radiyallahu anh) demişdir:

Mən, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in belə buyurduğunu eşitmişəm:

"Allah, rəhməti 100 parçaya ayırmışdır. 99-nu Özündə saxlayıb təkcə 1 hissəsini yer üzünə endirmişdir. Məhz bunun sayəsində, yaradılanlar bir-birinə rəhm edir. Hətta at, öz balasını tapdalamasın deyə, ayaqlarını yuxarı qaldırır."

-------------------------------

İzahı:

"Allah, rəhməti 100 parçaya ayırmışdır..."

• Muslim'in, Ata yolu ilə əbu Hureyrə (radiyallahu anh)'dan rəvayətində:

"Şübhəsiz Allahın 100 rəhməti vardır." şəklindədir.

• Muslim'də, Salmanın rəvayəti, bu şəkildədir:

"Allah, göyləri və yeri yaratdığı kimi, 100 rəhmət yaratdı. Hər bir rəhmət, göylərlə yer arasını dolduracaq qədərdir."

Qurtubi deyir:

"Yəni uca Allah, göyləri və yerin təqdirini açığa çıxardığı gün, bu rəhmətlərin təqdirini də izhar etmiş (açığa çıxarmış)'dır.

'Hər bir rəhmət, göylər və yer arasını dolduracaq qədərdir...' ifadəsindən məqsəd, bu rəhmətin böyüklüyünü və çoxluğunu bildirməkdir."

Hədisdə, dünya həyatında yaradılmışlar arasındakı mərhəmətin, qiyamət günündə də var olacağına və onun sayəsində bir-birilərinə qarşı mərhəmət edəcəklərinə də, işarət vardır.

əl-Mühəlləb, bunu açıqca ifadə edərək belə deyir:

"Şanı uca olan Allahın, qulları üçün yaradıb dünyada ikən onların nəfslərində təqdir etmiş olduğu rəhmət,

qiyamət günündə, öz aralarındakı haqları, bir-birilərinə özü ilə bağışlayacaqları mərhəmətin eynisidir.

Şanı uca olan Allahın, onlardakı bu rəhmət ilə onlara mərhəmət etməsi və bunun, hər şeyi əhatə edən rəhməti xaricində bir rəhmət olması da mümkündür. Çünki hər şeyi əhatə edən rəhməti, Onun zatının sifətlərindən olub hər zaman bu rəhmət sifətinə sahibdir.

Onlarda yaratmış olduğu rəhmətdən ayrı olaraq, özü ilə özlərinə mərhəmət edəcəyi rəhməti, budur.

(Allahın) Öz nəzdində saxladığı rəhmətin: "yer üzündə olanlara məğfirət diləyən mələklərdəki rəhməti" olması da, mümkündür.

Çünki o mələklərin yer üzündəkilərə məğfirət diləmələri, mələklərin nəfslərində, yer üzündə olanlara mərhəmət daşıdıqlarına bir dəlildir."

İbn əbi Cəmra da belə deyir:

"Hədisdən, möminləri sevindirmənin gözəlliyi anlaşılmaqdadır. Çünki adətən, nəfsin sevinci, özünə vəd edilən şeylərin bilinən şeylər olub, bunların ona bağışlanması halında, daha mükəmməl olur."

Hədisdə, iman və uca Allahın gizli olan rəhmətlərini, böyük miqyasda ümid etmək də təşviq edilməkdədir.

(İbn Həcər Asqalani, "Fəthu'l-Bari", 78-ci kitab: "Ədəb", 19-cu bab: "Allah, rəhməti 100 parçaya bölmüşdür." babı, hədis no: 6000)

Read 8 times
In order to make a comment, please login or register