Zahir və Batin isimlərinin şərhi

75-76. Zahir və Batin isimlərinin şərhi:

Bu 2 vəsf də, izafi'dir. Necə ki, zahir (olan bir varlıq), bir şeyə nəzərən zahir ikən; başqa bir şeyə nisbətən də batin olur. Tək bir cəhətlə, həm zahir, həm də batin ola bilməz. Əksinə, idraka izafətlə bir cəhətdən zahir olarkən; başqa bir cəhətdən də batin olur. Çünki zahir və batin olmaq, idraklara izafətlə bəhs mövzusudur. Allah (subhənəhu və taala), əgər:

~ hisslərin idrakı və xəyal xəzinəsi vasitəsilə tələb edilərsə, batin;

~ ağıl xəzinəsi və istidlal təriqi ilə tələb edilərsə, zahirdir.

Əgər: "Allahın, hisslərlə idraka nisbətlə batin olması, açıqdır. Lakin ağıla nəzərən zahir olması isə, qapalı. Çünki zahir olan, haqqında şübhə olmayan və insanların, idrakında ixtilaf etmədiyi (şeyə) deyilir. Halbuki, bir çox insan, bu xüsusda, şübhəyə düşmüşdür. Bu halda, O, necə zahir ola bilər?" deyə soruşsan, bil ki:

Şübhəsiz Onun, zühuruna/zahir olmasına baxmayaraq xafi/gizli olması, zühurunun/açıq olmasının şiddəti səbəbilədir. Onun zühuru/zahir olması, batin olmasının səbəbidir. Onun nuru, nuruna hicab/örtü olmuşdur. Həddini aşan hər şey, ziddinə çevrilər. Bəlkə, bu sözümdən təəccüb edər və bunu, uzaq görə bilərsən. Ancaq bunu, bir misal ilə fəhm edə bilərsən. Deyirəm:

Bir katibin yazdığı bir kəliməyə nəzər etsən, bu kəlimə ilə, katibin, elm, qüdrət, eşidən və görən olduğuna istidlal edərsən. Bu kəlimə ilə, bu sifətlərin varlığına dair yəqinlik əldə edərsən. Hətta, yazılmış bir kəlimə görsən, bunun vasitəsilə, səndə, bu kəliməni yazmış olanın, elm, qüdrət, eşitmə, görmə və həyat sifətlərinə sahib bir katib olduğu şəklində, qəti yəqinlik hasil olar. Bunlara, sadəcə bir kəlimənin, sadəcə bir surəti dəlil olmuşdur. Necə ki, bu kəlimə, katibinin vəsflərinə qəti bir şəkildə dəlalət edirsə; göylərdə və yerdə heç bir zərrə, heç bir fələk, ulduz, günəş, ay, heyvan, bitki, hər hansı bir sifət ilə məvsuf bir varlıq yoxdur ki, varlığı ilə:

~ özünü tədbir edən Müdəbbirinə möhtac olmasına;

~ özünü Yaradan, təqdir edən və xüsusi sifətləri ona təxsis edən/xas qılan Yaradanına

dəlalət etməsin.

Hətta insan, üzvlərindən bir üzvünə, bədən parçalarından bir parçasına zahirən və batinən baxsa; hətta sifətlərindən bir sifətinə; və ya üzərində qeyr-i ixtiyari bir qəhrin cərəyan etdiyi hallardan bir halına nəzər etsə, nəzər etdiyi hər nədirsə,

~ Xaliqinə (yaradanına);

~ Qahirinə (qəhr edəninə); və

~ Müdəbbirinə (tədbir edəninə)

şəhadət ilə natiq olduğunu görəcəkdir.

Belə də, bütün hislərilə zatında və zatı xaricində idrak etdiyi, bu şəkildədir.

Əgər əşya (şeylər), şahidlik etmə xüsusunda müxtəlif olsaydı, bəziləri, (Yaradanın) varlığına şəhadət edərkən; bəziləri etməsəydi, hər kəs üçün, yenə yəqinlik hasil edərdi. Ancaq şəhadətlər çox olub hamısı da dəlalət etməsi cəhətindən birləşincə, zühurunun zahir olması səbəbilə, bu dəlalət, qapalı qaldı. Bunun misalı, budur:

Əşyaların ən zahiri, hisslərlə idrak edilənidir. Bunlar arasında ən zahir olanı ---> görmə hissilə (yəni, gözlə) idrak edilənidir. Görmə hissilə idrak edilənlər arasında ən zahir olanı da ---> bütün cisimlərə doğan, hər şeyin özü ilə zahir olduğu günəşin nurudur.

Hər şeyin, özü vasitəsilə zahir olduğu bir şey, necə ola bilər ki, zahir olmasın?!

Bu xüsus, bir çox insana müşkül oldu və belə deyildi: "Rəngli əşyalarda, qaralıq, qırmızılıq kimi rənglərdən başqa, bir şey mövcud deyildir."

Bu cisimlərdə, rənglə bərabər rəngə qonşu olan işıq və nurun varlığını qəbul etmədilər. Belələrinə, işığın rəngli cisimlərdə mövcudiyyəti üçün, nəsnələrin:

~ kölgə altında idrakı ilə işıq altındakı idrakı;

~ gecə ilə gündüz əsnasındakı idrakları

arasındakı fərqə diqqət çəkmək lazımdır. Çünki, günəş, gecə görünmədiyində; yaxud da gündüz qaranlıq cisimlərə vurmadığında, rəngli cisimlərdəki izi, kəsilir. Beləliklə, işıq görən cisimlə; qaranlıq, işıq görməyən cisim arasındakı fərq, idrak edilmiş oldu.

Əgər yoxluq halı, varlıq halına izafə edilərsə; nurun varlığı, nurun yoxluğu ilə bilinər. Hər 2 halda da rənglər var olmasına baxmayaraq, 2 hal arasındakı fərq, bilinmiş oldu.

Əgər günəşin nuru, bir şəxs cəhətindən, bütün zahiri cisimlərə, aradakı bu fərqlilik idrak edilməyəcək dərəcədə davamlı surətdə vurmuş olub heç batmayacaq olsaydı, bu şəxs, nurun ən zahir əşyalardan olması ilə bərabər, rənglərə zaid/əlavə bir mövcud olmasının mərifəti/biliyi xüsusunda, məzur/üzrlü olardı. Halbuki, onun ilə (yəni, günəş ilə) bütün əşyalar zühur edir/görünür.

Allah (taala və təqaddəs) üçün, bəzi şeylərdə yoxluq və ya itib-batmaq təsəvvür edilsəydi, göylər, yer və Onun nurunun kəsildiyi hər şey, çökərdi. Beləcə də, 2 hal arasındakı fərqlilik idrak edilər və Onun varlığı, qəti şəkildə bilinmiş olardı. Ancaq bütün əşyalar, (Allahın varlığına) şəhadət xüsusunda ittifaq halında olub bütün hallar da, həmişə eyni tərz/nizam içərisində olmaları səbəbilə, bu, Onun bəzilərinə gizli qalmasına səbəb oldu.

Məxluqatından, nuru ilə pərdələnən; zühurunun şiddəti səbəbilə onlardan gizli qalan, nə Sübhandır! O, Özündən daha zahiri olmayan Zahir; daha batini olmayan Batin'dir.

Tənbeh:

Allah (taala və təqaddəs)'in bu sifətləri haqqında söylənənlərdən, təəccüblənmə! Çünki insanın, sayəsində insan olduğu məna, zahir və batindir.

~ Əgər insana, nizamlı, tərtibli fellərilə istidlal edilsə, o, zahirdir;

~ Əgər insan, hissləri vasitəsilə tələb ediləcək olarsa, o, batindir.

Çünki hiss, ancaq, insanın zahiri siması ilə əlaqəlidir (yəni, hisslər, ancaq, insanın fiziki görünüşünü idrak edər). İnsan isə, özündən görülən bu sima (yəni, fiziki tərəfi) ilə insan deyildir. Əgər insanın görünən tərəfi, dərisi və bədənin digər qisimləri, başqa qisimlər ilə dəyişdiriləcək olarsa, yenə, o olacaqdır. Dəyişən, yalnız, bədənin parçaları olmuş olardı. İnsanın böyüdükdən sonrakı parçaları, kiçikliyindəki kimi deyildir. Zamanın keçməsilə, bu parçalar həll olur və qida almaq səbəbilə, bənzərlərilə dəyişdirilir. Ancaq hüviyyəti isə, əsla dəyişməz. Bax:

~ hüviyyəti, hisslərdən batin;

~ əsər və felləri isə, -ona istidlal yolu ilə-, ağla zahirdir.

(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)

-------------------------------

-------------------------------

Haqq Taala'nın "zahir" "batin" olmasına gəlincə, bil ki:

~ O, varlıq cəhətindən zahirdir. Çünki kainat və mümkinatdan gördüyün hər şey, -daha əvvəl də bildirdiyimiz kimi-, hər şey, Onun:

• varlığının sübutuna;

• həqiqətinə; və

• dəyişməkdən uzaq olduğuna

bir dəlildir.

Haqq Taala'nın "batin" olması da, belə bir neçə yöndəndir:

1. Onun mükəmməl mənada "zahir" (açıq) olması, "batin" olmasına səbəbdir.

Çünki məsələn bu günəş, fələklər üzərinə doğmağını hər zaman davam etdirsə idi, bu (fələklər üzərindəki) işığın, o günəş səbəbilə olduğunu başa düşə bilməzdik. Hər şeyin, öz-özlüyündən işıqlandığını (öz-özünü işıqlandırdığını) zənn edərdik.

Lakin günəş, bir batıb-bir doğunca, battığında işıqların sonlandığını, bütün aydınlığını itirdiyini görüncə, bütün bunların, günəşdən qaynaqlandığını başa düşürük.

Bax burda da, əgər Allahın comərdliyinin, mümkinat aləmində sonlandığını düşünəcək olsaq, bu mümkinat aləminin varlığının, Allahın varlığından qaynaqlandığı, açıqca başa düşərdik.

Lakin bu comərdliyin (bu qədər nemətlərin) davam etməsi, sonlanmaması, yəni bunun davamlılığı və mükəmməlliyi, bax belə bir şübhəyə səbəbiyyət vermişdir.

Elə ki, çox dəfə, bu varlıqların nurunun, Ondan qaynaqlanmadığı zənn edilə bilmişdir. Halbuki, tam əksinə, hər şeyin varlığı, Onun zatındandır.

Beləcə, bu qapalılığın (batiniyyətin), ancaq Onun varlığının mükəmməlliyindən və comərdliyinin mütəmadiliyindən meydana gəldiyi ortaya çıxmış olur.

Bundan dolayı, çox qəti bir şəkildə açıq və ortada olduğu üçün və nurunun mükəmməlliyindən ötürü, ağıllardan gizli qalan O uca şəxsi, təsbih və tənzih edirik.

2. Onun mahiyyəti, qətiliklə insan tərəfindən bilinə bilməz. Bunun dəlili budur:

İnsan, bir şeyin mahiyyətini, ancaq:

• acı, ləzzət kimi, içində hiss etdiyi şeylərlə;

yaxud

• rənglər, dadlar və digər hissi şeylər kimi, hislərlə idrak etdiyində

təsəvvür edə bilir. Belə olmayan bir şeyin mahiyyətini isə, insanın təsəvvür etməsi imkansızdır.

Dolayısı ilə, Allah cəllə cələluhu'nun, o xüsusi hüviyyəti, bu 2 yol ilə başa düşülə bilməz. Dolayısı ilə də, insan tərəfindən, həqiqi mənada, Allahın zatı (mahiyyəti), əql edilə bilməz. Bunun dəlili, yenə budur:

Məxluqat nəzdində, Allah haqqında bilinən şey:

• ya vücudi (sübuti, sabit olan);

• yaxud da selbi (yəni onda olmayan) sifətlərdir.

Məsələn, Allah Taala'nın bir cisim və ya cövhər olmaması kimi sifətlərdir. Yaxud da izafi sifətlərdir. İzafi də, "belə, belə" olmaq şanından olan şeydir. Halbuki Allah Taalanın zatına məxsus həqiqi həqiqəti və mahiyyəti, bütün bu bildiyimiz şeylərdən başqadır. Bundan dolayı, Onun mahiyyəti və hüviyyəti, əql edilə bilməz.

(Fəxrəddin ər-Razi, "Məfatihu'l-Ğayb", Hədid surəsi/3-cü ayətin təfsiri)

------------------------------------

------------------------------------

Ustad Nursi'nin şərhi:

"Evet, herbir zerre, kendi başıyla, Sânii ilân ettiği gibi, tesâvir-i mütedahileye benzeyen mürekkebat-ı müteşabike-i mütesâide-i kâinatın, herbir makam ve herbir nispetinde; herbir zerre muvazene-i cereyan-ı umumîyi muhafaza ve her nisbette ayrı-ayrı mesalihi intâc ettiklerinden, Sâniin kast ve hikmetini izhar ve kırâet ettikleri için, Sâniin delâili, zerrâttan kat-kat ziyadedir.

Eğer desen: Neden herkes aklıyla görmüyor?

Elcevap: Kemâl-i zuhurundan (açıqlığının mükəmməlliyindən)... Evet, şiddet-i zuhurdan (açıqlığının şiddətindən) görünmemek derecesine gelenler vardır: cirm-i şems (günəşin cismi) gibi."

Yəni:

Bəli, hər bir zərrə:

~ tək başına, Sani'ni (sənətkar olan Allahı) elan etdiyi kimi,

~ bir-biri içində yerləşmiş təsvirlərə bənzəyən kainatın bir tor kimi bir-birinə bağlanaraq getdikcə genişləyən tərkiblərinin, hər bir məqam və hər bir nisbətində, hər bir zərrə, ümumi cərəyan/hərəkət balansını qoruduğundan və hər nisbətdə ayrı-ayrı faydaları nəticə verdiyindən,

Sani'in (sənətkar olan Allahın) qəsd və hikmətini izhar etdiyi və oxuduğu üçün, Sani'in (sənətkar olan Allahın varlıq və birlik) dəlili, zərrələrdən qat-qat çoxdur.

Əgər desən:

Bəs niyə hər kəs ağlı ilə görmür?

Cavab olaraq deyirəm:

Açıqlığının mükəmməlliyindən... Bəli, açıqlığının şiddətindən, görünməmək dərəcəsinə gələn varlıqlar vardır: günəş kimi...

(S. Nursi, Muhakemat, s. 97)

--------------------------

--------------------------

• Hədid surəsi 3-cü ayətin təfsiri:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/h%C9%99did-sur%C9%99si-3-cu-...

• Hisslər:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/10-hiss-hansilardir

 

Read 52 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR