Allahın isimləri 99-durmu?

Birinci fəsil:

Allah Taala'nın isimləri, təvqif (şəriətin bildirməsinə bağlı olması) cəhətindən 99 ilə məhdudlaşmamışdır. Əksinə, bu 99 ismin xaricində də, təvqifi isimlər varid olmuşdur (gəlmişdir). Çünki, əbu Hureyrə (radiyallahu anh)'dan gələn bir digər rəvayətdə, mənaca bu isimlərə yaxın və ya uzaq olan digər isimlərlə dəyişdirildiyi görülmüşdür. (Belə ki):

• Yaxın olana gəlincə:

~ "əl-Vahid" yerinə "əl-Əhəd";

~ "əl-Qahhar" yerinə "əl-Qahir";

~ "əş-Şəkur" yerinə "əş-Şakir"

misal olaraq verilə bilər.

• Yaxın olmayanlara gəlincə, misal olaraq, bunlar zikr edilə bilər:

~ "əl-Hadi" (hidayət edən);

~ "əl-Kafi" (kifayət edən);

~ "əd-Daim";

~ "ən-Nasir" (nüsrət, yardım edən);

~ "əl-Munir" (parlayan, işıq saçan);

~ "əl-Mubin" (bəyan edən, açıqlayan);

~ "əl-Cəmil" (gözəl);

~ "əs-Sadiq" (doğru, sədaqətli);

~ "əl-Muhit" (hər şeyi əhatə edən);

~ "əl-Qarib" (yaxın);

~ "əl-Qədim" (başlanğıcı olmayan);

~ "əl-Vitr" (tək);

~ "əl-Fatir" (bənzəri olmayan şeyi Yaradan);

~ "əl-Allam" (çox bilən);

~ "əl-Məlik";

~ "əl-Əkrəm";

~ "əl-Mudəbbir" (tədbir edən);

~ "ər-Rafi" (yüksəldən);

~ "Zi't-Tavl" (lütf sahibi);

~ "Zi'l-Məaric" (dərəcələr sahibi);

~ "Zi'l-Fadl" (fəzilət sahibi); və

~ "əl-Xallaq" (çoxca yaradan).

Quranda da, bu 2 hədis rəvayətinin hər ikisində də birdən keçməyən bəzi isimlər mövcuddur. Məsələn:

~ "əl-Mövla";

~ "ən-Nasiir";

~ "əl-Qalib";

~ "əl-Qarib";

~ "ər-Rabb";

~ "ən-Naasir".

Mudaafat (izafə, nisbət halındakı) isimlər də, Quranda keçməkdədir:

~ "Ğafiru'z-Zənb" (günahları bağışlayan);

~ "Qabilu't-təvb" (tövbələri qəbul edən);

~ "Şədidu'l-İqab" (cəzası şiddətli olan);

~ "Mulicu'l-leyli fi'n-nəhər" (gecəni gündüzə qatan);

~ "Mulicu'n-nəhəra fi'l-leyl" (gündüzü gecəyə qatan);

~ "Muxricu'l-hayyi minə'l-meyyit" (ölüdən diri çıxardan);

~ "Muxricu'l-meyyiti minə'l-hayy" (diridən ölü çıxardan).

Yenə, bir rəvayətdə, "əs-Seyyid" ismi varid olmuşdur.

- Bir adam, Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm)'in yanına gəlib: "Ey Seyyid!" dedi.

- Peyğəmbər (sallallahu aleyhi və səlləm): "Seyyid, Allah (azzə və cəllə)'dir." buyurdu. (əbu Davud, "Sünən", hədis no: 4806)

Belə başa düşülür ki, burda, Peyğəmbər (sallallahu aleyhi və səlləm), insanı, üzünə qarşı mədh etməyi əngəlləməkdədir. Çünki, başqa bir hədisdə:

"Mən, Adəm oğullarının seyyidiyəm. Bunda, fəxr yoxdur." (ibn Macə, "Sünən", hədis no: 4308) buyurmuşdur. (haşiyə)

-----------------------------------

(Haşiyə:

Seyyid isminin şərhi:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/seyyid-isminin-s%C9%99rhi?fb...

-----------------------------------

Bununla bərabər,

~ "əd-Dəyyan" (hər kəsin haqqını ən yaxşı bilən və verən) ismi də varid olmuşdur.

Eyni şəkildə,

~ "əl-Hənnan" (çox mərhəmətli),

~ "əl-Mənnan" (ehsanı bol) isimləri də varid olmuşdur.

Və bunların xaricindəki hədislər də incələnsə, başqa isimlər də tapıla bilər.

Əgər isimlərin fellərdən iştiqaq edilməsi (meydana gətirilməsi) caiz görüləcək olarsa, o vaxt, Quranda, Allah Taala'ya mənsub bir çox fellərin müştaq olmasından dolayı, bu isimlər çoxalacaq. Məsələn:

~ "yəkşifu's-su / pisliyi açar" (Nəml/62);

~ "yəqzifu bi'l-haqqi / haqqı endirər, yerinə qoyar" (Səbə/48);

~ "yəfsilu bəynəhum / aralarını ayırar" (Həcc/17);

~ "və qadəynə ilə bəni İsrail / İsrail oğullarına hökm etdik" (İsra/4)

Bu ayətlərdəki ifadələrdən, bunlar iştiqaq edər:

~ "əl-Kaşif" (açan);

~ "əl-Qazif bi'l-haqq" (haqqı endirən, yerinə qoyan);

~ "əl-Fasil" (ayıran);

~ "əl-Qadi" (hökm edən).

Bu şəkildə, çoxlu fel sayıla bilər. Nəzər edilməyə dəyər (bir mövzudur ki), iləridə (açıqlaması) gələcəkdir.

Burda məqsədimiz, isimlərin, saydığımız və şərh etdiyimiz 99-dan ibarət olmadığını bəyan etməkdir. O isimlərin şərhində, adətə tabe olduq. Şübhəsiz, o, məşhur rəvayətdir. Buxari və Muslim'in "Səhih"lərində yer alan və əbu Hureyrə (radiyallahu anh)'dan gələn hədisdə, bu təfsilat yoxdur. Səhih kitablarda yer alan, budur:

"Allah (subhənəhu və taala)'nın 99 ismi vardır. Kim bunları sayarsa, cənnətə girər." (Buxari, hədis no: 2736)

Ancaq (rəvayətdə), bu isimlərin bəyanı və təfsili verilməmişdir.

Fəqihlər və alimlərin üzərində ittifaq etdikləri bu isimlər də vardır:

~ "əl-Murid" (iradə edən);

~ "əl-Mutəkəllim" (danışan);

~ "əl-Mövcud";

~ "əş-Şey";

~ "əz-Zat";

~ "əl-Əzəli";

~ "əl-Əbədi".

Bunların, Allah (subhənəhu və taala) haqqında istifadə edilməsi, caizdir.

Bir hədisdə, belə varid olmuşdur:

"Ramazan gəldi deməyin. Çünki Ramazan, Allahın isimlərindən bir isimdir. Ramazan ayı gəldi deyin." (Beyhaqi, "əs-Sünənu'l-Kubra", 4/201)

(Yenə), Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən, belə varid olmuşdur:

"Bir kimsəyə, qəm, hüzn isabət edər və deyər ki:

'Allahım, mən, Sənin qulunam. Qulunun oğluyam. Alnım, Sənin əlindədir. Hökmün, üzərimdə nafiz (nüfuz edən, təsirli)'dir. Sənin qəzan, mən(im haqqımda) ədalətdir.

~ Özünü təsmiyyə etdiyin/adlandırdığın; ya da

~ Kitabında endirdiyin; ya da

~ Məxluqatından birinə öyrətdiyin; ya da

~ Öz nəzdində, qeyb elmində Özünə ayırdığın

isimlərinlə Səndən istəyirəm:

Quranı, qəlbimin baharı; sinəmin nuru; hüznümün cilası (parıldadıcısı); qəmimi aparan qılmağını istəyirəm.'

deyərsə, Allah (azzə və cəllə), onun (yəni, hüznün, kədərin) yerinə, fərəh qoyar." (Əhməd b. Hənbəl, "əl-Müsnəd", 1/391; Hakim, "əl-Müstədrək" 1/508)

Bu rəvayətdəki "qeyb elmində Özünə ayırdığın" ifadəsi, isimlərin, məşhur rəvayətlərdə varid olanlarla məhdud olmadığına dəlildir.

Burda, bəlkə də, sənin xatirinə, isimlərin 99 ilə hasr edilməsinin (məhdudlaşdırılmasının) faydasını tələb etmək gələ bilər ki, bunu zikr etmək, labüd olacaqdır.

---------------------------------------

---------------------------------------

İkinci fəsil: İsimlərin, 99-a təxsisi (xas qılınması) və sayılmasının faydalarının bəyanı haqqındadır.

Bu fəsildəki işlərdə, nəzər vardır. Suallar şəklində gələcəkdir.

Biri, belə soruşa bilər:

"Allah (subhənəhu və taala)'nın isimləri, 99-dan çoxdurmu, deyildirmi?

~ Əgər çoxdursa, 99-a təxsisin mənası, nədir? Məsələn, 1000 dirhəmi olan bir nəfər üçün, 'Onun, 99 dirhəmi vardır.' deyilməsi, caiz deyildir. Çünki, 1000 sayı, hər nə qədər 99-u əhatə edirsə də, 1000-dən xüsusilə 99-u zikr edincə, bu ifadədən geri qalanların (yəni, 99-dan 1000-ə qədərki qismin) nəfyini (ifadənin muhtəvasına girmədiyini) ifham edir (fəhm etdirir).

~ Əgər isimlər, 99-dan çox deyilsə, hədisdə keçən:

'Özünü adlandırdığın bütün isimlərin ilə; ya da kitabında endirdiyin; ya da məxluqatından birinə öyrətdiyin; ya da Öz nəzdində, qeyb aləmində Özünə ayırdığın...' ifadəsinin mənası, nədir? Çünki, bu ifadə, Onun, bəzi isimlərini, (qeyb aləmində) gizli saxladığı xüsusunda, sərih/açıqdır. Bu səbəblə, Peyğəmbər, 'Ramazan' ismi haqqında: 'Bu, Allah Taala'nın isimlərindəndir.' buyurmuşdur. (Yenə) Sələf-i Salehin: 'Filan kimsəyə, ismu'l-əzəm öyrədilmişdir.' deyərlərdi. Bu, bəzi peyğəmbər və vəlilərə də nisbət edilmişdir. Bu da, (ismu'l-əzəm)'in, 99-un xaricində olduğuna dəlalət edir."

Buna, belə cavab verərik:

Bu gələn xəbərlərə görə, isimlər, 99-dan çoxdur. Hasr haqqında (yəni, isimlərin 99 olduğunu ifadə edən) hədisə gəlincə, bu hədis, 2 qəziyyə'yə (haşiyə) deyil, 1 qəziyyəyə şamildir.

------------------

(Haşiyə:

Qəziyyə: Hökm bildirən cümlələr üçün istifadə edilən məntiq terminidir. Aristotel, qəziyyəni, "Özü ilə bir şey haqqında bir başqa şeyin təsdiq və ya inkar edildiyi sözdür." deyə tərif etmişdir. Buna görə, qəziyyə, "2 və ya daha çox terminlə edilmiş müsbət və ya mənfi hökm bildirən cümlə"dir.)

---------------------

Bu (məsələ), 1000 nökərə sahib olan kral (misalı) kimidir. (Əgər kralla bağlı olaraq) bir nəfər desə ki:

"Kralın, 99 nökəri vardır. Bunlar, kimə görünsələr, düşmənlər, onlara qarşı müqavimət edə bilməzlər."

Burdakı təxsis (yəni, 1000 olsa da, 99-a təxsis etmək, xas qılmaq; 99 ilə məhdudlaşdırmaq):

~ onların (yəni, nökərlərin) istizhar (zühur etmələri, görünmələri)'nin hüsulunu (hasil olması)'nı təmin etməsindən;

~ ya da qüvvətlərinin, digərlərindən daha çox olması;

~ və yaxud da bu sayın təxsisi, əlavəyə ehtiyac olmadan, düşmənləri dəf etmək üçün, kifayət etməsindən

dolayıdır. Yoxsa, mövcud nökərlərin bu sayı ilə məhdud olmasından dolayı deyil.

İsimlərin, 99-dan çox olmamaq ehtimalı da vardır. Bu halda, xəbərin ləfzi, 2 qəziyyə'yə şamil olacaqdır. Onlardan:

• Birinci qəziyyə: Allah Taala'nın, ancaq 99 ismi vardır;

• İkinci qəziyyə: Kim bu isimləri sayarsa, cənnətə girəcəkdir.

Buna görə, əslində, hədisdə ilk qəziyyə zikr edilmiş olsaydı da, kəlam, mənaca tamamlanmış olardı.

Birinci məzhəbə (görüşə) görə isə, sadəcə birinci qəziyyənin zikri ilə kifayətlənmək, mümkün olmayacaqdır.

(İsimlərin bu saya) hasr edilməsində ən zahir və ilk başa düşülməsi lazım gələn şey, bu (yəni, sadəcə 99 ismi mövcud olduğu) olmaqla bərabər, bu da, 2 cəhətdən, uzaq ehtimaldır:

• Birincisi: Bu, Allahın, qeyb aləmində Özünə saxlamış olduğu isimləri mövcud olduğunu, əngəlləməkdədir. (Halbuki), hədisdə, bunun (yəni, qeyb elmində, Öz nəzdində başqa bir isminin mövcud olduğunun) isbatı vardır.

• İkincisi: Bu, isimləri, yalnız Özlərinə ismu'l-əzəm verilmiş olan nəbi və vəlilərin əskiksiz olaraq saya biləcəyi mənasına gəlir ki, bu halda, ismu'l-əzəm olmadan zikr edilən isimlər, say cəhətindən əskik olmuş olacaq; yaxud da, ismu'l-əzəm, bu 99 ədədinin xaricində olacaq. Bununla da, sayı 99-a hasr etmək, ibtal olacaqdır.

Ancaq belə görünür ki, Allah rəsulu (sallallahu aleyhi və səlləm), cumhuru (əksər insanları) öyrənməyə tərğib (rəğbətləndirmək) qəbilindən, bu sayı zikr etmişdir. İsmu'l-əzəm isə, cumhurun bildiyi bir isim deyildir.

Əgər deyilsə ki:

"Zahir olan, isimlərin 99-dan çox olmasıdırsa; məsələn, biz də, bunların 1000 olduğunu və bu isimlərdən 99-unu saymaqla cənnətə haqq qazanılacağını söyləsək; (bu halda), bu 99 isim, müəyyən isimlərdirmi? Yoxsa, 1000 isimdən hər hansı bir 99 isimmi olacaqdır? Hər iki rəvayətdəki isimlərin də, Allah Taala'nın isimləri olduğu qəbul ediləcək olarsa, bir kimsə, əbu Hureyrə rəvayətində keçən 99 ismi; yaxud da digər rəvayətdə keçənləri sayarsa da, cənnətə haqq qazana biləcəkdirmi?"

Buna, belə cavab verərik:

(Məşhur rəvayətdə) zahir olan 99 isimdən murad olunan, bu isimlərin özləridir. Əgər bu isimlər, müəyyən olmasaydılar, onlardakı hasr və təxsisin faydası zühur etməzdi. Qail (söz söyləyən)in: "Kralın, 100 nökəri vardır və bunlar kimə zahir olsalar/görünsələr, düşmən, onlara müqavimət edə bilməz." sözü, əgər kralın çox sayda nökəri olub bunlar arasından xüsusilə 100-ünün xüsusi bir qüvvət və şövkətə sahib olduğunu ifadə etmək üçün söylənirsə, (yerindədir). Yox əgər bütün nökərlərdən hər hansı 100-ü seçilsə, o vaxt, kəlamın nəzmi, (gözəl) olmaz.

Əgər deyilsə ki:

"Bütün isimlər, Allah (subhənəhu və taala)'ya məxsusdur. (Elə isə) isimlərdən bu 99-unun təxsis edilməsi, nəyə görədir?"

Buna, belə cavab verərik:

İsimlər arasında, mənalarının şərəf və cəlalət cəhətindən fəzilətlərinin fərqli olması, caizdir. (Beləliklə), 99 ismin, Allahın cəlalına işarət edən məna növlərini cəm etməsi cəhətindən, digərlərindən daha cəm edici isimlər olması, mümkündür. Bu səbəblə də, əlavə bir şərəflə xüsusiyyət qazanmış ola bilərlər.

Deyilsə ki:

"Allahın ismu'l-əzəmi, bunların daxilindədirmi, deyildirmi?

~ Əgər daxilində deyilsə, (99 isim), necə olur ki, əlavə bir şərəf ilə xüsusiyyət qazanır?

~ Əgər daxildirsə, ismu'l-əzəmin mərifətinə (yəni, hansı olduğu xüsusundakı biliyə) yalnız peyğəmbər və ya vəli sahib ola biləcəyinə; və 99 ismi də, məşhur olduğuna görə, bu, necə ola bilər? Asafın, özünə ismu'l-əzəm verildiyi üçün, Bəlqis'in təxtini gətirə bildiyi söylənməkdədir. Və bu, məlum olduğu üzərə, əzəmətli bir kəramət səbəbidir."

Buna, belə cavab verərik:

Burda, bunu söyləmək mümkündür ki, ismu'l-əzəm, əbu Hureyrə rəvayətinin xaricindədir. (Bu halda), sayılan bu isimlərin şərəfi, cumhur (əksər insanlar) nəzdində, məşhur olan isimlərə nəzərəndir. Vəli və nəbilərin bildiyi isimlərə nəzərən deyil.

Bu da deyilə bilər ki:

Bu rəvayətdəki 99 isim, Allahın ismu'l-əzəminə şamildir. Ancaq, ismu'l-əzəm, (bu 99 isim içində), mübhəm (qapalı) buraxılmışdır. Bunu, ancaq, vəli (və nəbi) bilə bilər. Xəbərdə (hədisdə) varid olmuşdur ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Allahın ismu'l-əzəmi, bu 2 ayətdədir:

وَإِلَـٰهُكُمْ إِلَـٰهٌ وَ‌ٰحِدٌ ۖ لَّآ إِلَـٰهَ إِلَّا هُوَ ٱلرَّحْمَـٰنُ ٱلرَّحِيمُ

'Sizin ilahınız, vahid bir ilahdır. Ondan başqa ilah yoxdur. O, Rahmən və Rahimdir.' (Bəqərə/163);

الٓمٓ • ٱللَّهُ لَآ إِلَـٰهَ إِلَّا هُوَ ٱلْحَىُّ ٱلْقَيُّومُ

'Əlif, ləm, mim. Allah, Özündən başqa ilah olmayandır. O, Hayy/həyat sahibidir; Qayyumdur.' (Al-i İmran/1-2) (ibn Macə, "Sünən", "Kitabu'd-Dua / Dua kitabı", 9-cu bab: "Allahın, ismu'l-əzəmi" babı, hədis no: 3855. Bu hədisi, Tirmizi, əbu Davud və Əhməd də rəvayət etmişlərdir.)

Başqa bir rəvayətə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə dua edən birini eşidir:

"Allahım! Sənin, Allah olduğuna; Səndən başqa ilah olmadığına; Əhəd və Saməd olduğuna; doğmamış və doğulmamış olduğuna; heç bir bənzərinin olmadığına şəhadət edərək, Səndən istəyirəm."

(Bunun üzərinə), Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurdu:

"Nəfsim əlində olan Allaha and olsun ki, (bu adam), Allaha, ismu'l-əzəmi ilə dua etmişdir. Bu şəkildə dua edilərsə, icabət edilər; bir şey istənildiyində, verilər." (ibn Macə, "Sünən", "Kitabu'd-Dua", hədis no: 3857. Bu hədisi, Tirmizi, əbu Davud, Nəsai, Əhməd, ibn Hibban və Hakim də rəvayət etmişlərdir.)

Əgər deyilsə ki:

"Elə isə, digər saylar arasından xüsusilə bu sayı ilə təxsis edilməsinin səbəbi, nədir? Niyə 100 deyil, 100-ə yaxın?"

Buna, belə cavab verərik:

Bunda, 2 ehtimal vardır:

• Birincisi: Şərəfli mənalar, bu rəqəmə çatmışdır. Burda, rəqəm məqsud (qəsd edilən) olmayıb; mənalar, bu rəqəmlərə müvafiq olmuşdur. (Necə ki), məsələn, əhl-i sünnətə görə, sifətlər, 7-dir, ki, həyat, elm, iradə, qüdrət, eşitmək, görmək və kəlamdan ibarətdir. Bunlar, 7 rəqəminin özü üçün deyil; rububiyyət sifətləri, bunlarla tamamlandığından dolayı belədir.

• İkincisi: -Ki, bu, daha zahirdir- bundakı səbəb, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in: "100'dən 1 əskikdir. Allah, vitr (tək)'dir, vitri (təki) sevər." şəklindəki ifadəsinin bəyanı olmasıdır. Ancaq bu, isimlərin, iradi və ixtiyari bir isimləndirmə ilə təsmiyyə edildiyinə dəlalət etməkdə olub; şərəf ifadə edən sifətlərin, bunlarla məhdud olduğu mənasına gəlməz. Çünki bu, Onun Zatı ilə əlaqəli olub, iradi deyildir.

Belə də deyilə bilməz:

"Allah (subhənəhu və taala)'nın sifətləri, 7-dir. Çünki O, vitrdir, vitri sevər."

Əksinə, bu sifətlərin 7 olması, Onun Zatı və uluhiyyəti gərəyidir. 7 rəqəmi isə, burda məqsud deyildir. Bu rəqəmin mövcudluğu, iradə sahibi birinin iradəsinə və ya qəsdinə bağlı olaraq olmamışdır ki, burda, tək say qəsd edilmiş olsun.

Bu (izah), Allah (subhənəhu və taala)'nın Özünü isimləndirmiş olduğu isimlərin, 100 deyil, 99 olmasının, Onun təki sevməsindən dolayı olduğu ehtimalını gücləndirir, ki, bu ehtimalı gücləndirəcək bir açıqlamaya, sonra işarət edəcəyik.

Əgər soruşulsa ki:

"Allah rəsulu (sallallahu aleyhi və səlləm), bu 99 ismi bir araya gətirmək məqsədiləmi tək-tək saymışdır? Yoxsa bunları bir araya gətirməyi, kitab, sünnət və buna dəlalət edən xəbərlərdən toplayacaq kimsələrəmi tərk etmişdir?"

Buna, belə cavab verərik:

Ən zahir və ən məşhur olan görüşə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), əbu Hureyrə'nin rəvayətində nəql edildiyi üzərə, bunları, bir araya gətirmək və insanlara öyrətmək məqsədilə saymışdır. Çünki, bu rəvayətdə, kəlamın zahirindən başa düşülən, bu isimləri saymağa rəğbətləndirməkdir. Allah rəsulu (sallallahu aleyhi və səlləm) bunları toplayıb zikr etməsəydi, cumhurun bunları sayması, çətin olacaqdı. Bu isə, əbu Hureyrə rəvayətinin sihhətinə dəlalət etməkdədir.

Əhməd əl-Beyhaqi isə, əbu Hureyrə rəvayəti haqqında kəlam edərək, bu rəvayətin isnadında, zəif bir ravinin mövcud olduğunu söyləmişdir. Əbu İsa ət-Tirmizi də "Müsnəd"ində, buna bənzər şeylərə işarət etmişdir.

Bu rəvayətin zəif olduğuna, mühəddislərin zikr etdiklərindən başqa, bu 3 xüsus da dəlalət etməkdədir:

1. Rəvayətin, mudtarib (haşiyə-1) olmasıdır. Çünki, Ondan, 2 rəvayət vardır və bu 2 rəvayət arasında ibdəl (dəyişiklik, fərqlilik) və təğyir (dəyişiklik, fərqlilik) xüsuslarında, zahir bir təbayün (ziddlik, uzlaşmazlıq) vardır.

2. Əbu Hureyrə'nin rəvayəti, "əl-Hənnan", "əl-Mənnan""Ramazan" isimləri kimi; digər xəbərlərdə varid olan bəzi isimləri ehtiva etməməkdədir.

3. Səhih rəvayətlərdə, hədisin yalnız bu qismi mövcuddur:

"Allahın, 99 ismi mövcuddur. Kim bunları sayarsa, cənnətə girər."

İsimlərin zikr edildiyi səhih bir rəvayət yoxdur. İsimlərin içində yer aldığı rəvayət, ğərib (haşiyə-2) olub, isnadı da, zəifdir. Rəvayətin səhih olan qismindən zahir olan, isimlərin, 99-dan çox olmadığıdır. Bu zahir mənadan meyl etməyimizin səbəbi, bəzi isimlərin, əbu Hureyrə rəvayətində mövcud olmamasıdır. İsimlərin tək-tək sayıldığı bu rəvayətin zəif olduğunu qəbul edərsək, işkəl (problem)'lərin bir qismi, ortadan qalxacaqdır. Çünki, biz, deyirik ki:

İsimlər, 99-dan ibarət olub, Allah (subhənəhu və taala), bu isimlərlə Özünü isimləndirmişdir. Sayı, 100-ə tamamlamamışdır. Çünki, O, təkdir və təki sevir. Bu isimlərin cümləsinə, "əl-Hənnan", "əl-Mənnan" və digərləri də daxildir. Bütün isimləri bilmək isə, kitab və sünnəti araşdırmaqla mümkün ola bilər. Çünki, bu isimlərdən bir qismi, Allah (subhənəhu və taala)'nın kitabında; bir qismi də, xəbərlərdə yer almaqdadır.

Alimlər arasında bu mövzunu etina ilə tələb edib cəminə çalışan kimsə, görmədim. Sadəcə, Əli b. Hazm deyilən Məğrib hafizlərindən birini bilirəm. O (rahiməhullah), belə demişdir:

"Mənim nəzdimdə, Quran və səhih sünnətin ehtiva etdiyi 80-ə yaxın isim, səhihdir. Geri qalanların isə, xəbərlərdən ictihad təriqi ilə araşdırılması lazımdır."

Zənn edirəm ki, əbu Hureyrə'nin rəvayət etdiyi və içində isimlərin sayı olan hədis, ona çatmamışdır. Çünki, isimləri, səhih varid olan xəbərlərdən toplamışdır. (Buna görə), hədisdəki "Kim, bunları sayarsa..." ifadəsi, "Kim, bunları cəm edər və əzbərləyərsə" deməkdir. Bu cəhdində, çox yorulacaq və cənnətə girəcəkdir. Deyilsə, rəvayətdə keçən isimləri 1 dəfə saymaq, dil üçün asandır.

Bəli, bəzi səhih rəvayətlərdə, "Kim, bunları əzbərləyərsə, cənnətə girər." şəklində varid olmuşdur. Əzbərləmək isə, daha çox yorucudur. Bu hədislə bağlı ehtimallar ilə bağlı olaraq mənə zahir olan şeylər, bunlardır ki, bunların əksəriyyətinə, daha əvvəl təmas edilməmişdir. Bunlar, ictihadi şeylər olub, ancaq təxminlə bilinə bilər. Çünki, ağlın məcrasının xaricindədir.

Ən doğrusunu, Allah bilir...

----------------------------

(Haşiyə-1:

Mudtarib hədis, nədir?

Mudtarib: Bir-birinə bərabər müxtəlif surətlərdə rəvayət edilmiş olan hədisdir. Bunun, 1 ravidən 2 və ya daha çox rəvayət edilmiş olması ilə, ikinci bir ravidən və ya tərcih edilmə səbəbi olmayan 2-dən çox ravidən rəvayət edilmiş olması arasında, heç bir fərq yoxdur. Əgər 2 rəvayətdən və ya rəvayətlərdən 1-i, ravisinin hifzi və ya digər tərcih növlərindən birilə mürəccəh (tərcih edilmiş) olarsa, bu halda, hökm, racih (sihhət yönü daha qüvvətli) olan rəvayətindir və hədis, mudtarib olmamış; və mərcuh (racih olmamış) olan rəvayət də, şazz və ya münkər olmuş olur.

İdtirab (rəvayətin mudtarib olması), bəzən sənəddə, bəzən mətndə və bəzən hər ikisində də vaqe ola bilər.)

Haşiyə-2:

Ğərib hədis, nədir?

Lüğətdə, "vətənindən uzaqda tək qalan kimsə; başa düşülməsi çətin söz" mənasına gələn "ğərib" kəliməsi, hədis termini olaraq, "sənəd və ya mətn cəhətindən tək qalmış; yaxud bənzəri, başqa ravilər tərəfindən rəvayət edilməmiş hədis" deməkdir.

-------------------------------

Üçüncü fəsil: Allah (azzə və cəllə)'yə itlaq edilən (verilən) isim və sifətlər, təvqifidirmi? Yoxsa ağıl yolu ilə də isim və sifət nisbət etmək, caizdirmi?

• Qadı əbu Bəkr əl-Baqillani,

~ şəriətin əngəllədiyi; yaxud da

~ Allah (subhənəhu və taala) üçün imkansız olan bir mənanı ağla gətirənlər

xaricində,

istifadəsində hər hansı bir mane olmayan isimlərin Ona nisbət edilə biləcəyinə meyl etmişdir.

• Əbu'l-Həsən əl-Əşari isə, bunun, təvqifi olduğunu; (dolayısı ilə), Allah Taala haqqında şəriətin icazə verdikləri xaricində, heç bir ismin Ona nisbət edilə bilməyəcəyi görüşündədir.

• Bizə görə, tərcihə uyğun olan, məsələni təfsil etməkdir. (Belə ki):

İsmə raci olan hər şey, icazəyə bağlıdır. Ancaq sifətə raci olan şeyə gəlincə, bu, icazəyə bağlı deyildir. Burda, sadiq olan (yəni, mənası Allah haqqında caiz olan vəsfləri Ona nisbət etmək), mübah olub; kazib olan (mənası Allah haqqında caiz olmayan vəsfləri Ona nisbət etmək), mübah deyildir. Bu xüsusu isə, isim və sifət arasındakı fərqi bilmədən başa düşmək, mümkün olmaz. Bundan dolayı, deyirik ki:

"İsim, bir müsəmma (isimləndirilən, adlandırılan kimsə, nəsnə)'yə dəlalət etmək üzərə vad edilmiş (qoyulmuş) ləfzdir."

Bu halda, Zeydin ismi, Zeyddir; ağ və uzun ola bilər. Biri, ona: "Ey uzun!" , "Ey ağ!" deyə nida etsə; bu şəxsin sifətlərilə (bu şəxsi) çağırmış olar və bu, yalnış olmaz. Ancaq, (bu halda), ismini söyləməmiş olar. Çünki, bu şəxsin ismi, "uzun" "ağ" deyil; "Zeyd"dir. Onun uzun və ağ olması, hər nə qədər bunların mənası özündə mövcud isə də, "uzun" "ağ"ın, Onun ismi olmasına dəlalət etməz.

(Yenə), bir uşağa, "Qasım", "Cami" isimləri verildiyində, bu isimlər, o uşağın, bu isimlərin mənaları ilə vəsflənmiş olduğuna dəlalət etməz. Əksinə, bu isimlər, bir mənaya sahib olsalar belə, birinə isim olaraq verildiklərində, isim olduqları şəxslərə dəlalətləri, Zeyd, İsa və ya mənası olmayan xüsusi isimlərin dəlalətindən fərqsiz olar. Hətta, məsələn birinə, "Əbdü'l-Məlik" ismini verdiyimizdə, bununla, o şəxsin, "Məlikin qulu" olduğunu qəsd etmərik. Bundan dolayı da, "Əbdü'l-Məlik", eynilə, İsa və Zeyd kimi (2 kəlimədən meydana gəlməyən) müfrəd bir isimdir, deyərik.

Ancaq (Əbdü'l-Məlik, yəni, məlikin qulu), vəsf/sifət olaraq istifadə edildiyində, mürəkkəb bir söz olaraq ələ alınır. Abdullah (ismi) də, belədir. Bundan dolayı da, müfrəd isim olduğunda (yəni, Abdullah kəliməsi), "Abadilə" şəklində cəm edilir. "İbadullah" şəklində isə, cəm edilmir.

Əgər ismin mənasını başa düşdünsə, hər fərdin ismi,

~ özünü təsmiyyə etdiyi (adlandırdığı); ya da

~ atası və seyyidinin (ağasının) özünə verdiyi

(bir kəlimə)'dir.

Təsmiyyə (isimləndirmə, adlandırma) isə, müsəmma (isimləndirilən, adlandırılan) üzərində bir təsərrüfdür. Bu da, müsəmma üzərində bir vəlayəti (vəliliyi) gərəkdirir. İnsanın vəlayəti isə, özü, nökəri, yaxud da övladı üzərində ola bilər. Bundan dolayı da, təsmiyyə feli, bunlar üzərində reallaşdırıla bilər. Bu səbəblə də, bunlardan başqa biri, bir müsəmmaya isim qoyacaq olsa, o isim qoyulan müsəmma, bu ismi inkar edə və isim qoyana qəzəblənə biləcəkdir.

İndi, (bizim, üzərində vəlayətimiz olmayan) bir insana belə, isim vermək, onu isimləndirmək haqqımız yox ikən; necə ola bilər ki, Allah Taala haqqında, isim qoya bilək?!

Eyni şəkildə, Peyğəmbərin isimləri də, məhdud saydadır. Bunları, Peyğəmbər (sallallahu aleyhi və səlləm) saymış və:

"Mənim isimlərim vardır. Bu isimlər:

~ Muhamməd;

~ Əhməd;

~ əl-Muqaffi (digər nəbilərə tabe olan);

~ əl-Məhi (küfrü məhv edən);

~ əl-Haşir (insanların, ayağı, yəni, izi üzərə haşr ediləcəkləri kimsə. Yəni, O, insanlardan əvvəl haşr ediləcək kimsədir.);

~ əl-Aqib (Özündən sonra nəbi olmayacaq şəxs; Özündən əvvəlkilərin yerinə xeyirli bir şəkildə xələf olan);

~ Nəbiyyu't-Tövbə (tövbə peyğəmbəri);

~ Nəbiyyu'r-Rahmə (rəhmət peyğəmbəri);

~ Nəbiyyu'l-Məlhəmə (döyüşlər peyğəmbəri)'dir." (Muslim, Fəzilətlər kitabı, 34-cü bab: "Nəbi (sallallahu aleyhi və səlləm)'in isimləri", hədis no: 6061)

Bizim, (Peyğəmbəri təsmiyyə üçün bu sayılanlara əlavə olaraq) bunun üzərinə təsmiyyə etməyimiz, doğru olmaz. Ancaq, Onun vəsfini/sifətini xəbər vermək xüsusunda, belə söyləməyimiz, caizdir:

"O (sallallahu aleyhi və səlləm), alimdir, mürşiddir, rəşiddir, hadi'dir və s."

Eynilə, Zeyd'dən bəhs edərkən, -təsmiyyə deyil, vəsflərdən xəbər vermək xüsusunda- "O, ağ və uzundur." dediyimiz kimi.

Ümumi olaraq, bu, fiqhi bir məsələdir. Çünki (Allah və ya rəsul haqqında, naslarda varid olmayan) bir ləfzi dilə gətirməyin mübah və ya haram olduğuna dair, görüşlər vardır.

Deyirik ki:

• Allah (subhənəhu və taala)'ya isim qoymağın caiz olmamasının dəlili,

Allah rəsulu haqqında,

~ Onun, Özünü adlandırmadığı;

~ Rəbb Taala'nın və yaxud da atasının, Onu adlandırmadığı

bir ləfzi, isim olaraq, Allah rəsulu üçün vad etməyin (qoymağın) caiz olmamasıdır.

Allah rəsulu (sallallahu aleyhi və səlləm) haqqında bu, qadağan olarsa; -hətta xalqdan hər hansı biri haqqında- isim vermək, qadağan olunca; Allah haqqında təsmiyyənin qadağan olması, əvladır.

Bu, fiqhi bir qiyasdır. Şəri hökmlər, bunun bənzəri üzərinə bina edilir.

• Sifətlə vəsf etməyin mübah olmasının dəlili, vəsfin, bir işdən xəbər verməsidir. Xəbər vermək isə, doğru və yalan qisimlərinə ayrılır.

~ Şəriət, yalanı, əsasından haram qılmışdır. Yalan, arizi (bir hal) olmadıqca, haramdır.

~ (Yenə) şəriət, sidqin (doğrunun) mübah olmasına dəlalət etməkdədir. Buna görə, doğru söyləmək, arizi (hallar) xaric, halaldır. Buna görə, Zeyd haqqında -O, mövcud olduğu üçün- "O, mövcuddur." deməyimiz caizdirsə; eyni şəkildə də, Allah Taala haqqında, -nass'larda varid olsun və ya olmasın- "O, mövcuddur." deyə bildiyimiz kimi; nass'larda varid olmadığını qəbul etsək belə, "O, qədimdir." də deyə bilərik.

Zeyd haqqında, "O, uzun və qırmızıdır." demədiyimiz kimi; -Çünki, bu söz ona çatdığında, bunu kərih görəcəkdir. Çünki, bu söz, nöqsanlıq vəhm etdirə bilir.- eyni şəkildə də, Allah (subhənəhu və taala) haqqında, Onun üçün əskiklik vəhm etdirən (bir ifadə, istifadə edə bilmərik).

Ancaq, əskiklik vəhm etdirməyən; ya da mədhə dəlalət edən (sifətlər), dində, haram olan bir şeydən salamat olması şərtilə, sidqin (doğru olmağın) mübah qılınması dəlilinə (söykənərək), (Allah haqqında) istifadə edilə bilər və (bu istifadə), mübah olar.

Bundan dolayı, məsələn, bəzən bir ləfzin tək başına istifadəsi, caiz olmaz; (ancaq, bu ləfzin vəhm etdirdiyi nöqsanlığı qaldıran başqa) bir qərinə əlavə edildiyində, caiz ola bilər. (Məsələn):

Allah (subhənəhu və taala) üçün, "Yə Zari (ey toxum əkən)!", "Yə Haris (ey əkib biçən)!" deyilməsi, caiz deyildir.

Lakin:

~ Xanımını hamilə qoyub (uşağın meydana gəlməsinə səbəb olan kimsə nəzərə alınmadan), əsl əkən, o deyil, Allah (taala və təqaddəs)'dir. (Yenə),

~ Toxumu torpağa atan üçün də, (eyni şəkildə), "Əsl toxumu əkən, o deyil, Allahdır." (Yenə),

~ Atan şəxs üçün də, (eyni şəkildə), "Əsl atan, o deyil, Allahdır."

deyilə bilər. (Necə ki), Allah Taala, Ənfal surəsi 17-ci ayətdə, belə buyurmuşdur:

...وَمَا رَمَيْتَ إِذْ رَمَيْتَ وَلَـٰكِنَّ ٱللَّهَ رَمَىٰ ۚ...

"...atdığın zaman da, Sən atmadın. Lakin, Allah atdı..."

(Yenə), Allah (subhənəhu və taala) haqqında, "Yə Muzill (ey zəlil edən)!" deyə bilmərik; "Yə Muizz (izzət verən), Yə Muzill!" deyirik. Çünki, əgər bu ikisi cəm edilərsə, bu, bir mədh vəsfi olar. (Necə ki), bu, işin hər 2 tərəfinin də, Onun əlində olduğuna dəlalət edər.

Duada da, Allah (subhənəhu və taala)'ya, bizə əmr etdiyi üzərə, ən gözəl isimlərilə dua edərik. (Ancaq), isimləri xaricində bir şey ilə dua edərsək, mədh və cəlal sifətlərilə dua edər, (ancaq) belə demərik:

~ "Yə Mövcud!"

~ "Yə Muhərrik (hərəkət etdirən)!"

~ "Yə Musəkkin (hərəkətsizləşdirən)!"

Əksinə, bunun yerinə, belə:

~ "Yə Muqilə'l-əsərat (ey günahları əfv edən və ya yıxılanları qaldıran)!"

~ "Yə Munəzzilə'l-bərakət (ey bərəkətlər endirən)!"

~ "Yə Muyəssira kullə əsir (ey hər çətinliyi asanlaşdıran)!"

və bunun bənzərləri kimi olanlarla dua edərik.

Eynilə, bir insanı çağırarkən, ona, ismilə və yaxud mədh vəsfilə nida etdiyimiz kimi; məsələn, "Ey şərif!", "Ey fəqih!" dediyimiz kimi.

Lakin ona həqarət etmək istəmiriksə, "Ey ağ!", "Ey uzun!" demərik.

Bizdən, bir insanın vəsfləri soruşulduğunda, onun, ağ dərili, qara saçlı olduğunu deyərik; ancaq, doğru olsa belə, bu, özünə çatdığında, xoşuna gəlməyəcəyi şeyləri, dilə gətirmərik. Bunun səbəbi, onun, bunu kərih görməsidir. Çünki, özündə bir nöqsanlıq təqdir edilən şeydən, xoşlanılmaz.

Eyni şəkildə, bizdən,

"Əşyanı, hərəkət etdirən; və ya hərəkətsizləşdirən; onları, qara və ağ qılan, kimdir?" deyə soruşulacaq olarsa, Onun, Allah (subhənəhu və taala) olduğunu söyləyərik. Felləri və sifətləri Ona nisbət etmək üçün, xüsusi bir şəri icazəni gözləmərik.

Doğru olduğu müddətcə, bu xüsusda, şəri bir icazə mövcuddur. Ancaq arizi bir səbəb olması halı, bundan müstəsnadır. Allah Taala,

~ "Mövcud""Mucid/icad edən"dir.

~ "Muzhir/izhar edən, açığa çıxaran""Muxfi/gizləyən"dir.

~ "Musid/xoşbəxt qılan""Muşqi/bədbəxt edən"dir.

~ "Mubqi/varlığa davamlılıq bəxş edən""Mufni/fane qılan, yox edən"dir.

Bu xüsuslarda, təvqif olmasa da, zikr edilmələri, (Allah) haqqında, caizdir.

Əgər deyilsə ki:

"Bu halda, Onun haqqında, 'əl-Arif', 'əl-Aqil', 'əl-Fatin' 'əz-Zəki' və bənzəri ifadələri istifadə etmək, niyə caiz deyildir?"

Buna, belə cavab verərik:

Bu və bənzərlərinin istifadə edilməsindəki əngəl, içindəki ihamat (yəni, nöqsanlıq vəhm etdirən şeylər)'dir. Və içində iham (nöqsanlıq vəhm etdirən şey)'lərin istifadə edilməsi, şəri bir icazə ilə mümkün ola bilər. (Məsələn):

~ "əs-Sabur";

~ "əl-Həlim";

~ "ər-Rahim" (haşiyə)

kimi isimlərdə, ki, iham vardır. Ancaq, (bunlar haqqında), icazə varid olmuşdur. (Yuxarıdakılar üçün isə), icazə varid olmamışdır.

-------------------------

(Haşiyə:

Bəhsi keçən vəhm, belədir:

Bu kitabın başında açıqlandığı kimi, məsələn, "ər-Rahim" ismi, əslində, lüğət etibarı ilə, "qəlbi yumşaq" mənası daşıyır. Bu da, Allah üçün, muhal/imkansızdır. O, bundan münəzzəhdir. Lakin, dində, bu isim istifadə edilmişdir.

O halda, bu isim, -vəhm edilən məna iradə edilmədən-, Allah üçün istifadə edilə bilər.)

----------------------------

(Yuxarıdakı isimlərdəki) iham (vəhm etdirmə), belədir:

~ "əl-Aqil/ağıllı", əql edərək, yəni, "özünü, yalnış şeylərdən əngəlləyərək, bilik əldə edən şəxs"ə deyilir. (Məsələn), onun üçün: "Aqaləhu aqluhu", yəni, "Ağlı, onu əngəllədi." deyirlər.

~ ("əl-Fatin""əz-Zəki" isimlərinin kökü olan) "fitnət""zəka" isə, idrak edəndən qaib olan bir şeyi sürətlə idrak etməyi işar edirlər (yəni, bu sözlərlə, idrakda olmayan şeyin, sürətli bir şəkildə idrak edildiyini qəsd edirlər.)

~ ("əl-Arif" isminin kökü olan) "mərifət", bəzən, bir şeyi bilmədən əvvəl, təfəkkür etməyə işarət edir.

Bundan dolayı, (zikri keçən isimləri, şəri bir icazə olmadan) zikr etməyimiz, (Allah haqqında) caiz deyildir.

Əgər,

~ bir ifadənin, başa düşənlər nəzdində, heç bir şəkildə bir nöqsanlıq vəhm etdirmədiyi təhqiq edilər; və

~ bu ifadəni istifadə etməyi əngəlləyən şəri bir qadağa da olmzsa,

(Allah haqqında) qəti bir şəkildə, onu istifadə etmək, caizdir.

Doğrunu ən gözəl, ancaq Allah bilir. Dönüş, Onadır.

(Hüccətü'l-İslam imam əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi Şərh-i Əsmaillahi'l-Hüsna" əsərindən nəql)

-------------------------------------

Əlavələr:

"Allahın əxlaqı ilə əxlaqlanmaq" hədisi:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/allahin-%C9%99xlaqi-il%C9%99...

• Seyyid isminin şərhi:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/seyyid-isminin-s%C9%99rhi?fb...

• Sani isminin şərhi:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/sani-isminin-s%C9%99rhi

• Allah haqqında "Zat" demək, caizdirmi?

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/allah-haqqinda-zat-dem%C9%99...

 

 

 

 

 

Read 97 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR