Malikul-mulk isminin şərhi

84. Maliku'-Mülk isminin şərhi

O ki, məşiət (iradəsi) ilə, məmləkətində, istədiyi kimi icad (var) etmək, yox etmək, əbədiləşdirmək və fane etmək kimi (felləri) tənfiz edən (tətbiq, gerçəkləşdirən)'dir.

"Əl-mulk", burda, "məmləkət" mənasındadır. Malik isə, "qüdrəti tam olan qadir Şəxs" mənasındadır. Bütün mövcudat, bir məmləkətdir və O, onların Malik'i və Qadir'idir. Bütün mövcudatın bir məmləkət olmasının səbəbi, bir-birilə rabitəli olmasından dolayıdır. Çünki, varlıqlar, bir cəhətlə (yəni, sayca) çoxluq təşkil edirlərsə də; başqa bir cəhətdən də, bir birlik təşkil edirlər.

Bunun misalı, insan bədənidir. Bədən, insan həqiqəti cəhətindən, bir məmləkətdir. Müxtəlif bir çox əzadan meydana gəlməkdədir. Ancaq, həqiqətdə, bir Müdəbbir (tədbir edən)'in istəyilə, bir-birilərilə müavinət (yardımlaşma) içindədirlər. (Bu şəkildə), bir məmləkət olmuşlardır. Bunun kimi, bütün aləm də, bir şəxs kimidir. Aləmin parçaları, onun əzası kimidir. Bir məqsəd xüsusunda, müavinət içindədirlər. Bu (məqsəd) də, Allahın comərdliyinin gərəkdirdiyi şəkildə, vücudu/varlığı mümkün olan ən böyük xeyri tamamlamaqdır. (Aləm), uyğun tərtib üzərə olan intizamı və bir rabitə ilə irtibatlanması üçündür ki, bir məmləkət olmuşdur. Allah Taala isə, onun tək Malik'idir.

Tənbeh: Hər qulun məmləkəti, ona məxsus olan bədənidir. Qulun iradəsi, qəlb və orqanlarının sifətləri üzərində nafiz (nüfuz edən, təsirli) olarsa, o vaxt, özünə verilən qüdrət nisbətində, məmləkətinə malik olar.

(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna")

------------------------------

Ustad Bədiü'z-zaman Said Nursi (rahmətullahi aleyh)'in bu ismi şərhi:

"Dördüncü kelime: لَهُ الْمُلْكُ

Yani, ferşten Arşa, serâdan Süreyya'ya, zerrattan seyyârâta, ezelden ebede kadar herbir mevcut, semâvât ve arz, dünya ve âhiret, herşey Onun mülküdür. Malikiyet mertebe-i uzmâsı, tevhid-i âzam suretinde Onundur."

Yəni:

Dördüncü kəlimə: "Mülk, Onundur."

Yəni: Yerdən ərşə, yerdən sürəyya (pleiades ulduzları)'na, zərrələrdən planetlərə, əzəldən əbədə qədər hər bir mövcud, səmalar və yer, dünya və axirət, hər şey, Onun mülküdür. Malikiyyətin ən böyük mərtəbəsi, ən böyük tövhid surətində, Onundur.

"Şu mertebe-i uzmâ-yı malikiyet ve makam-ı âzam-ı tevhidin bir hüccet-i kübrâsı, lâtif bir zamanda ve lâtif bir hatırada, Arabî ibaresinde, şu âcizin hatırına ilka edildi. O lâtif hatıranın hatırı için, aynı ibare-i Arabiyeyi kaydedip sonra meâlini yazacağız."

Yəni:

Malikiyyətin bu böyük mərtəbəsi və tövhidin böyük məqamının bir böyük hüccəti, lətif bir zamanda və lətif bir xatirədə, ərəbcə, bu acizin xatirinə dərs verildi. O lətif xatirənin xatiri üçün, ərəbcə eyni ibarələri qeyd edib sonra mənasını yazacağıq.

-------------------------------

-------------------------------

Birinci fıkra:

لَهُ الْمُلْكُ ِلاَنَّ ذَاكَ الْعَالَمَ الْكَبِير كَهٰذَا الْعَالَمِ الصَّغِيرِ • مَصْنُوعُ قُدْرَتِهِ مَكْتُوبُ قَدَرِهِ

Yani: Şu kâinat denilen âlem-i ekber ve insan denilen onun misal-i musağğarı olan âlem-i asgar, kudret ve kader kalemiyle yazılan âfâkî ve enfüsî vahdâniyet delâilini gösteriyorlar. Evet, kâinattaki san'at-ı muntazamanın küçük bir mikyasta nümunesi insanda vardır. O daire-i kübrâdaki san'at Sâni-i Vâhide şehadet ettiği gibi, şu insanda olan küçük mikyastaki hurdebinî san'at dahi yine o Sânie işaret eder, vahdetini gösterir.

Yəni:

Birinci bölmə:

لَهُ الْمُلْكُ ِلاَنَّ ذَاكَ الْعَالَمَ الْكَبِير كَهٰذَا الْعَالَمِ الصَّغِيرِ • مَصْنُوعُ قُدْرَتِهِ مَكْتُوبُ قَدَرِهِ

"Mülk, Ona məxsusdur. Çünki, bu böyük aləm, eynilə bu kiçik aləm kimidir. (Hər ikisi də), Onun qüdrətinin məsnu (sənət)'i və qədərinin məktubudur."

Bu kainat deyilən böyük aləm və insan deyilən onun kiçildilmiş misalı olan kiçik aləm, qüdrət və qədər qələmilə yazılan afaqi və ənfusi vahdaniyyət (birlik) dəlillərini göstərirlər. Bəli,

Kainatdakı intizamlı sənətin kiçik bir miqyasda nümunəsi, insanda vardır. O böyük dairə (kainat)'dakı sənət, Sani (usta) və Vahid (bir) olan Allaha şəhadət etdiyi kimi; insanda olan kiçik miqyasdakı "mikroskopik" sənət də, yenə O Sani olan Allaha işarət edər, vəhdətini göstərər.

-------------------------

Mətndəki bəzi sözlərin izahı:

1. Aləm, nədir?

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/al%C9%99m-n%C9%99-dem%C9%99kdir

----------------------------

2. Kainat, nədir?

"Kövn", lüğətdə, 2 dəlalət daşıyır:

1. Məsdər;

2. İsim.

İsim mənası da, məsdər mənasından gəlməkdədir.

1. Məsdər olması, tam fel mənası daşıyan "kənə" felinin məsdəri olması etibarı ilədir. Naqis fel mənasında olan "kənə" felinin mənasından deyildir. Yəni, "var oldu" mənasındadır.

Buna görə, "Kənə'ş-şəyu" cümləsi, "var oldu, meydana gəldi" deməkdir.

2. İkinci dəlaləti olan isim mənası ilə, "kainat" deməkdir. "Sair məxluqatdan meydana gələn varlıq" mənasındadır.

----------------------------

3. Dəlil, nə deməkdir?

Dəlalət nədir və qisimləri hansılardır?

Lüğətdə, "yol göstərmək, rəhbərlik etmək" mənasına gələn "dəlalət" kəliməsi, dil və ədəbiyyat, məntiq, cədəl/kəlam, fiqh üsulu kimi elmlərlə yaxından əlaqəli olan; və söz, davranış, yazı, hərəkət, hal kimi hər hansı bir şeyin, müəyyən bir bilik, məna və hökmlə bağlılığını ifadə etmək üzərə müştərək olaraq istifadə edilən bir termindir.

Klassik məntiq kitablarında, dəlalət termini, ümumiyyətlə, "Bir şeyin elə bir hal və keyfiyyətdə olmasıdır ki, onu bilməklə, başqa bir şeyin də bilinməsi lazım gəlir." şəklində tərif edilir. Bu iki şeydən:

~ birincisinə - dəll (dəlalət edən);

~ ikincisinə də - mədlul (özünə dəlalət olunan)

deyilir.

Dəlalət, ləfzi və qeyr-i ləfzi olmaq üzərə, ikiyə ayrılır. Məsələn:

~ "Kitab" ləfzinin 2 qapağı arasındakı yazılı mətninə dəlaləti - "ləfzi";

~ Dumanın atəşə dəlaləti isə, “qeyr-i ləfzi” dəlalətdir.

Dəll ilə mədlul arasındakı bağı, hər zaman ağıl qurmaqda isə də, bu, bəzən, sadəcə zehn planında, məqullar (ağılla idrak edilən şeylər) arasında qurularkən; bəzən də, hislərlə əldə edilən təcrübə, bilik, insanlar arası ortaq münasibətlər kimi məhsusat (hisslərlə idrak edilən şeylər) sahəsinin məlumatları ilə qurulmaqdadır.

Bu səbəbdən dolayı, istər, ləfzi; istər qeyr-i ləfzi olsun, bütün dəlalətlər, başlıca 3 qismə ayrılır:

1. Əqli dəlalət: Ağlın, dəll ilə mədlul arasında, zati, yəni bir başa və zəruri bir münasibət görərək, birinicinin (yəni, dəll'in) biliyindən, ikincisinin (mədlulun) biliyinə çatmasını təmin edən dəlalətdir.

Buna görə, məsələn, dumanın, oda; və ya divar arxasından eşidilən insan səsinin, orda bir insan mövcud olduğuna dəlaləti, əqli dəlalətdir. Çünki, ağıl, dumanın, atəşə; səsin, insana aid zati vəsflər olduğunu bilir və bu şəkildə, əsərin biliyindən, müəssirin biliyinə çatır.

2. Təbii dəlalət: Ağlın, dəll ilə mədlul arasında, təbii, yəni, bioloji, fizioloji və ya psixoloji bir əlaqə görərək, birinci (dəll) haqqındakı bilikdən, ikincinin (mədlulun) biliyinə çatmasıdır.

Məsələn:

~ üz qızarmasının - utanmağa;

~ üz saralmasının - qorxu və həyəcana

dəlaləti kimi.

3. Vad'i (vaz'i) dəlalət: Dəll ilə mədlul arasında, zəruri olaraq əqli və ya təbii bir münasibət olmayıb, sadəcə, adət-ənənə, mədəniyyət, ortaq münasibətdən hərəkətlə, ağlın, mədlul haqqında biliyə çatmasıdır.

Məsələn, "kitab" ləfzinin - 2 qapağı arasındakı yazılı mətnə dəlaləti; başı aşağı sallamağın - qəbula; yuxarı qaldırmağın - rəddə dəlaləti və s. kimi şeylər, vaz'i dəlalətdir. Çünki, bu nümunələrdəki dəlalət edənlərlə dəlalət olunanlar arasındakı münasibətlər, əqli və ya təbii olmayıb, tamamilə, adət-ənənə və mədəniyyətdən qaynaqlanır.

Bu şəkildə, klassik məntiqdə,

1. Ləfzi əqli;

2. Ləfzi təbii;

3. Ləfzi vaz'i dəlalət;

4. Qeyr-i ləfzi əqli;

5. Qeyr-i ləfzi təbii;

6. Qeyr-i ləfzi vaz'i dəlalət

olmaq üzərə, başlıca 6 növ dəlalət düşünülmüşdürsə də, bunlardan sadəcə "ləfzi vaz'i dəlalət"in, məntiq elminin əhatə dairəsinə girdiyi qəbul edilmişdir. Çünki, ilk əvvəl onu qeyd etmək lazımdır ki, məntiq elmi, ləfzlərlə mənalar arasındakı münasibət üzərinə dayanır. Məntiqin əsas məqsədi, doğru və məqbul düşünməkdir. İnsan, düşüncələrini, əsas etibarı ilə, sözlə ifadə edə bildiyi; və başqalarının düşüncələrini də, sözün köməyilə başa düşə bildiyi üçün, məntiq elmində, düşüncəni ifadə edən dilin, əhəmiyyətli yeri vardır.

Buna müqabil olaraq, fel, işarət, hal, sükut, rəng kimi şeylərin, müəyyən bir məna ifadə etməsilə reallaşan qeyr-i ləfzi dəlalətlər, məntiqin xaricində qalır.

Digər tərəfdən, ləfzi əqli və ləfzi təbii dəlalətlər də, məntiq elminin xaricində tutulmuşdur. Çünki, bunların birincisində, dəlalət edən, sözün mənası deyil, səsidir. Necə ki, sadəcə danışılanı eşitməklə, danışanın kim olduğunun başa düşülməsi halında, danışılan sözün mənasından deyil, danışanın səsinin dəlalətindən istifadə edilir və "Bu, filan kimsənin səsidir." və ya "Bu, insan səsidir." deyilir. Bununla bərabər, təqlid nümunəsində olduğu kimi; bu dəlalətin aldadıcı ola bilməsi; insanların əqli və zehni cəhətdən fərqli səviyyələrdə olmaları da, ləfzi əqli dəlalətin, məntiq elmi xaricində tutulmasına səbəb göstərilmişdir.

Ləfzi təbii dəlalətə gəlincə, insanın, hər hansı bir təbii halın təsirilə çıxardığı səslər, hər zaman, eyni mənalara dəlalət etməz; çünki, bu dəlalətlər, qeyr-i müəyyən, izafi və subyektivdir. Təbii olaraq çıxan "ah", "of" kimi səs və sözlərin mənalarının kifayət qədər müəyyən olmaması, bu cür dəlalətlərin, məntiq elminin xaricində buraxılmasına səbəb olmuşdur.

Məntiq elminin əsl mövzusunu təşkil edən ləfzi vaz'i dəlalətdə əsas olan, bir sözün, doğru bir təsəvvür və ya təsdiqə çatdıracaq şəkildə, sabit və qəti bir məna daşımasıdır. Bu cəhətdən, ləfzi vaz'i dəlalət, bir fikri ifadə etməyə və ya ondan faydalanmağa, öyrənmə və öyrətməyə əlverişli dəlalət növüdür. Bununla bərabər, ləfzi vaz'i dəlalət, bir dəfə vaz edildikdən sonra, şəxslərə görə dəyişmədən, daim, eyni mənanı qoruyur; ağıl, idrak və hiss sahəsinə girən bütün bilik obyektlərini ifadə edə bildiyindən, ən geniş dəlalət növüdür.

Klassik məntiqdə, ləfzi vaz'i dəlalətin,

1. Mutabaqat;

2. Təd(z)əmmun;

3. İltizam

olmaq üzərə, 3 növünün mövcud olduğu qəbul edilir.

1. Bir şeyi və ya bir məfhumu ifadə etmək üzərə istifadə edilən ləfzin, o şeyin və ya məfhumun bütün varlığına və ünsürlərinə dəlalət etməsinə - "mutabaqat" deyilir. Məsələn:

"İnsan" ləfzinin, bütün varlıq və ünsürlərilə "düşünən canlı"ya dəlalət etməsi, mutabaqat yolu ilə dəlalətə nümunədir.

2. Bu ünsürlərdən birinə və ya bir neçəsinə dəlalət etməsinə - "təzəmmun" deyilir. Məsələn:

"İnsan" ləfzinin, sadəcə "canlı" və ya "düşünən" varlığa dəlalət etməsi, "təzəmmun" yolu ilə dəlalətə nümunədir.

3. Bir ləfzin, bir-başa, mövzusu ilə bərabər bir də, zehnin bu mövzu ilə bağlı gördüyü başqa bir varlıq və ya mənaya dəlalət etməsinə də - "iltizam" deyilir. Məsələn:

"Məxluq" ləfzinin,

~ bütün yaradılanlara dəlaləti - mutabaqat;

~ insana dəlaləti - təzəmmun;

~ Xaliq'ə dəlaləti isə - iltizam'dır. Çünki, məxluq ləfzi, Xaliq fikrini təzəmmun (ehtiva) etməməklə bərabər, zehn, məxluq ləfzindən, dolaylı və zəruri olaraq, Xaliq (Yaradan) fikrinə varmaqdadır.

----------------------------

4. Afaqi və ənfusi dəlillər, nə deməkdir?

"Afaqi və Ənfusi dəlillər" nə deməkdir?

~ Afaqi: Ərəbcə "ufuq" kəliməsinin cəm halı olan "afaq"a nisbət şəkilçisi əlavə edilərək düzəldilmiş bir kəlimədir.

Bu terminlə, ümumiyyətlə, "xarici dünya ilə bağlı olan, fərdin şəxsi görüş və inanclarından müstəqil olaraq məqbulluğu mövcud olan, hər kəsin izləyib görə biləcəyi hallarla bağlı olan şey" qəsd edilmişdir.

~ Ənfusi: "Afaqi" termininin müqabili olan və subyektivin sinonimi olaraq istifadə edilən bu kəlimə isə, ərəbcə, "nəfs" kəliməsinin cəm halı olan "ənfus"a nisbət şəkilçisi əlavəsilə əldə edilmiş bir termin olub, "dəyəri və məqbulluğu insanın şəxsinə bağlı olan; başqalarınca izlənilib görülə bilməyən; ruhi və daxili hallarla bağlı" mənasına gəlir. Bu mənası ilə, "ənfusi""insanın şəxsən özü ilə bağlı zehni və ya ruhi təcrübə və sezgiləri"dir.

Müsəlman elm və fikir adamları, obyektiv və subyektivə qarşılıq tapmaq üçün, "afaqi və ənfusi" kəlimələrini terminləşdirərkən, Qurandakı (Fussilət/53) "afaq və ənfus" kəlimələrinin bir-birinə müqabil məfhumlar olaraq bir arada istifadə edilmiş olmasından hərəkət etmişlərdir. Allah Taala, Fussilət/53 ayətində, belə buyurmaqdadır:

سَنُرِيهِمْ ءَايَـٰتِنَا فِى ٱلْءَافَاقِ وَفِىٓ أَنفُسِهِمْ حَتَّىٰ يَتَبَيَّنَ لَهُمْ أَنَّهُ ٱلْحَقُّ...

"Quranın haqq olduğu onlara aydın olana qədər, Biz dəlillərimizi onlara həm 'afaqda (kainatda), həm də onların nəfslərində (özlərində) mütləq göstərəcəyik."

İslam alimləri, başlanğıcdan etibarən, bəhs mövzusu ayətlə bağlı olaraq, bir-birindən az-çox fərqli izahlar vermişlərdir. Bu izahlar, ümumilikdə:

~ "Afaq"ın: "xarici aləm və maddə aləmi";

~ "Ənfus"un isə: "insanın daxili dünyası və ruh aləmi" olaraq başa düşülməsi gərəkdiyi nöqtəsində birləşməkdədir.

İlk dövrlərdən günümüzə qədər çatan bu dəyərləndirmələrin işığı altında,

~ "Afaqi ayətlər"in: təbii, müşahidəyə söykənən dəlillər, 5 hiss (görmək, eşitmək, dadmaq, toxunmaq, qoxulamaq) ilə əldə edilən müsbət elmlər;

~ "Ənfusi ayətlər"in isə: psixoloji və zehni dəlillər mənasına gəldiyini söyləmək, mümkündür.

İslam alimləri, elmi araşdırmalarda, "afaq və ənfus" kəlimələrinin yer aldığı ayətdən yola çıxaraq, metod fikrinə çatmağın mümkün olduğunu göstərmişlərdir. Buna görə, bir mövzunun elmi cəhətdən açıqlığa qovuşdurulması üçün iləri sürüləcək olan dəlillər:

~ ya 5 hislə ediləcək xarici aləmi müşahidə, yəni obyektiv metoda;

~ ya da qəlb yolu ilə, yəni sezgi ilə gerçəkləşdiriləcək daxili müşahidə metoduna

söykənməlidir. Necə ki, müsəlman elm adamları, Quranın bu baxış tərzinə uyğun olaraq Allahın varlığını isbat mövzusundakı dəlilləri, sonradan "afaqi və ənfusi" deyə adlandırılan 2 qismə ayırmışlardır.

~ Kəlam alimləri, daha çox "afaqi", yəni xarici aləm ilə bağlı olan (kosmoloji və ontoloji) dəlillərə daha çox ağırlıq verərkən;

~ Mutasavvıflar isə, "ənfusi", yəni insanın daxili dünyasına və ruh aləminə aid (psixoloji və əxlaqi) dəlilləri tərcih etmişlərdir.

----------------------------

5. "Sənət" nə deməkdir?

Ərəb dilində,

~ "sun" - "etmək, qılmaq";

~ "sana" - "işində mahir olmaq";

~ "sənət" isə - "görülən iş"

mənasına gəlir.

Muhamməd Əli ət-Təhanəvi, "Kəşşaf'u-İstilahati'l-Fünun və'l-Ulum"da, deyir:

"Sənət", "əvvəl yoxluqda olan bir şeyi var etmək" deməkdir.

"Sani" isminin şərhi:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/sani-isminin-s%C9%99rhi

----------------------------

"İnsanın kainatın kiçildilmiş bir misalı olması" 

İnsanı, aləmə; və insan nəfsini, xarici aləmə tətbiq edərək, kainatdakı şeylərin, parça və mənaların, insan vücudunda mövcud olduğunu; bədəndə olan üzv və qüvvələrin, bütün şeylərə tək-tək bənzərliyi haqqındadır.

✓ Birinci fəsil: İnsan bədəninin, zaman və məkanlara bənzərliyini, 8 cəhət ilə bəyan edir. (Belə ki):

• Birinci cəhət: Aləmin, Adəm (insan) üçün yaradıldığını bildirir.

Ey əziz! Mərifət əhli demişlərdir ki, Haqq Taala, 2 cihanı və onlarda olanları, tamamilə insan üçün var etmişdir. Ta ki, aləmdə olan sənətlərə baxıb, əşyada olan hikmətləri bilsin. Hamısının nümunəsini, öz vücudunda tapdığında, öz nəfsini tanıyıb, ondan Allah Taala'nı tanısın. Çünki Allah Taala, Quran-i Kərim'də, Zariyat surəsinin 56-cı ayəsində,

وَمَا خَلَقْتُ ٱلْجِنَّ وَٱلْإِنسَ إِلَّا لِيَعْبُدُونِ

"Mən, cinləri və insanları, ancaq Mənə ibadət etmək üçün yaratdım." buyurulmuşdur.

(ibn Abbasa görə, "ibadət"dən məqsəd, "tanımaq"dır.)

Bir qüdsi hədisdə, "Ey insan! Məni tanımaq üçün, özünü tanı!" şərəfli əmr ilə, nəfsini bilməyin, Rəbbi tanımaq vəsiləsi olduğunu bildirmişdir. Çünki, Haqq Taala, insanı, Özünü tanımaq üçün yaradıb; Özünü tanımağı da, nəfsini tanımağa bağlamışdır.

O halda, insana, öz nəfsini bilmək istedadını vermişdir. Beləcə, nəfsini bilməklə, Yaradıcısını bilməyə çatar. Necə ki, xəbərdə,

"Nəfsini bilən, Rəbbini bilər." deyə gəlmişdir. (haşiyə)

-------------------------

(Haşiyə:

https://suallarlaislam.com/.../n%C9%99fsini-bil%C9%99n-r...

-------------------------

Allah Taalanı tanımağın açarı, nəfsini tanımaq; nəfsi tanımağın açarı da, aləmi bilmək olsa da, Allah Taalanın, aləmdə olan bədi (bir bənzəri olmayan) əsərlərini tamamilə görüb sirlərinə qovuşmaq; və insanın nəfsində olan qüdrətinin mükəmməl hallarını (və ya davranışlarını) bilib nurlarını görmək; və ondan, yüksək məqsəd olan Allah Taala'nı tanımağa çatmaq, çox məşğuliyyət istəyən, çətin bir iş və qapalı bir sirdir. Çünki, bunun üçün, insanın,

~ dağların təpələrinə çıxması;

~ dənizlərin diblərinə enməsi;

~ yerin dərinliklərinə girməsi; və

beləcə, süfli (göyə nisbətlə aşağı) aləmin hər birini görüb bilməsi və bütün hal və sirlərinə çatması lazım gəlir. (Halbuki, insan),

~ göylərə çıxa bilmir ki, göylərin və ulduzların həqiqət və incəliklərinə tamamilə yetişib, ülvi (uca aləm, səmanın) hal və gizli tərəflərinə gərəyi kimi vaqif olsun;

~ göylərin mələkutuna girə bilmir ki, ruhlar aləminin hal və sirlərini olduğu kimi bilib, fələklərdə olanları müşahidə etsin. Ondan da, aləmin Xallaq (çoxca Yaradanı)'nın, bu kainatı icad və yaratmasından; və aləmin qisimlərini, zərrə-zərrə, anbaan dəyişdirib tərbiyəsindən, fellərini seyr və tamaşa ilə, isim və sifətlərindən xəbərdar olub; ondan da Zatını bilməyə bir yol tapsın.

Demək ki, Rauf və Rahim olan Rabbu'l-aləmin, rə'fət (şiddətli şəfqət)'indən və sonsuz yardımından, aləmin içində və çölündə ülvi və süfli şeylərdən bir çox məxluqat yaratmış; insan vücudunun da, daxili və xaricini, eyni tərz ilə, ən gözəl şəkildə bəzəmiş, təsvir etmişdir. Pak Zat'ının məvsuf olduğu sifətlərlə, insanın ruhunu da sifətləndirmişdir. Aləmi, hər zərrəsilə, ona itaətkar qılmış, əmrinə vermiş olduğu kimi; insanın cismini də, bütün orqanları ilə təmiz ruhuna boyun əydirmiş, onun əmrinə vermişdir.

Beləcə, insan, öz varlığına baxıb, üzvlərinin tərkibindən və qüvvələrinin tərtibindən, süfli və ülvi aləmlərdə, asanlıqla misil və əlamətlərini tapıb, özünü, aləmin nümunəsi görər; və öz ruhunun, cismində olan fərqli-fərqli təsərrüf və tədbirindən, Haqq Taala'nın, aləmdə olan fərqli-fərqli təsərrüf və tədbirini tapar. Onlardan da, fellərinə və sifətlərinə vaqif olub, pak Zat'ına məhəbbət və ibadət edər.

• İkinci cəhət: İnsan aləmini, böyük aləm (kainat)'a tətbiq; və bəzi üzvlərini, yer üzünə bənzətmə yolunu bildirir.

Ey əziz! İrfan əhli demişlərdir ki, insanın bədəni, kiçik aləm; ruhu isə, böyük aləmdir. Çünki, aləmdə yaradılan hər şeyin bənzəri, insan vücudunda vardır. O halda, insanın cismi və ruhu, bütün aləmin bir nüsxəsi olub, iki aləm, 1 insanda mövcuddur. Məsələn:

~ Bütün hiss edilən cansızlara nümunə, insanın üzvləri, orqanlarıdır;

~ Bütün heyvanlara nümünə, insanın əxlaqıdır;

~ 4 mövsümə nümunə, insanın dişləridir (bunlar: kəsici, köpək, kiçik azı və azı dişlərdir);

~ Adət və sənətlərə nümunə, insanın hisləri və qüvvələridir;

~ Bərzax aləminə nümunə, insanın düşüncə və xatirələridir;

~ Mələkut aləminə misal, insanın qəlbi və ruhudur.

Bu nümunə və bənzətmələr, uzandıqca uzanar. Deyil bu kitaba, bəlkə 100 kitaba sığmaz. Ancaq, arifin qəlbinə sığar. Biz, burda, günəşdən bir zərrə; dənizdən bir damla bəyan edəcəyik. Bununla, insanın, böyük aləm olub, nəfsini tanımağa dəlil olar. Və onunla, Allahın mərifəti, əhlinə asanlaşar.

Aləmin nüsxəsi, nümunəsi olan insanların şərəfli bədəni,

~ Yer və göy (məsabəsində) olub, o da, bu cahandır.

~ Ay və il məsabəsində, zamandır.

~ Ölkə yerində olan, məkandır.

İnsanın bədəninin yer üzünə bənzəməsi, belədir ki:

~ Yer üzündə dağlar olduğu kimi; bədəndə də, sümüklər vardır;

~ Yerdə ağaclar olduğu kimi; bədəndə də, saç və qıllar vardır;

~ Bir bənzərliyi də, budur ki, yerdə qitələr olduğu kimi; bədəndə də, orqanlar, üzvlər vardır;

~ Yerdə zəlzələ olduğu kimi; bədəndə də, titrəmə və asqırma vardır;

~ Yerin vadilərində, axan sular varsa; insan bədənindəki damarlarda da, axan qan vardır;

~ Yerdə fərqli su mənbələri olduğu və dadları da ayrı-ayrı olduğu kimi; bədəndə də, acı qulaq "bulağı", gözdə, burunda və ağızda, dadları fərqli "bulaqlar" vardır. Qulaq kirinin acı olmasının hikməti budur ki, insan, yuxuda ikən, qulağına həşərat girmək istəsə, qulağın acılığını hiss edib, geri qayıdar. O yatanın qulağına girməklə, ona zərər verməz. Gözdən çıxan mayenin duzlu olması, gözün yağındandır. Yağ isə, duzsuz pozulur. Bunun üçün, göz suyu, duzlu olmuşdur. Beləcə, göz, təzə qalıb, daim aydın olur. Burun mayesinin naxoş olması, onda olan qoxu hissinin, gözəl qoxulardan ləzzət alması üçündür. Çünki əşya, ziddi ilə bilinir. Ağzın suyunun xoş olması, dildə olan dadma hissinin daim ləzzətlənməsi üçündür.

İnsan bədənində olan İlahi hikmətlər, sonsuzdur. Burda, ancaq 2 aləm bir-birinə bənzədilmiş və tətbiq edilmişdir. Necə ki, xarici aləmdə olan hər şey, insan aləmində olanların nümunəsidir.

• Üçüncü cəhət: İnsan aləminin göylərə bənzəməsini bildirir.

Ey əziz! Mərifət sahibləri demişlərdir ki, insan bədəninin göylərə bənzəməsinin bir nümunəsi budur ki, səmada, 12 bürc olduğu kimi; bədənin də, xaricdən daxilə 12 yolu vardır:

~ 2 qulaq;

~ 2 göz;

~ 2 burun deşiyi;

~ 1 ağız;

~ 1 göbək;

~ 2 döş;

~ kiçik və böyük tualet yolları.

Bir bənzərliyi də, belədir:

Göydə 7 planet olduğu kimi; insanın içində də, 7 çox qiymətli orqanı vardır:

~ ağciyər - aya;

~ mədə - Utarid (Merkuri)'yə;

~ qaraciyər - Müştəri (Yupiter)'ə;

~ böyrək - Zöhrə (Venera)'ya;

~ ürək - Günəş'ə;

~ safra (öd) - Mərih (Mars)'a;

~ dalaq - Zuhal (Saturn)'a

bənzər görülmüşdür.

~ Göydə, çox sayda sabit ulduzlar olduğu kimi; bədəndə də, çox sayda sinirlər vardır.

~ Fələkdə, 28 mənzil məşhur olduğu kimi; bədəndə də, 28 hiss və qüvvə vardır.

~ Göy dairəsində, 360 dərəcə olduğu kimi; bədəndə də, bəyan olunan 360 dan damarı vardır.

~ Göylərin külli və cüzisinin, sabit ulduzların və planetlərin fərqli-fərqli təbii və məcburi hərəkətləri olduğu kimi; bədənin də, eyni şəkildə, ixtiyari və izdirari (məcburi) hərəkətləri vardır.

~ Göylər, 4 ünsürü (hava, su, torpaq, atəş)'i əhatə etdiyi kimi; bədən də, bu 4 ünsürü ehtiva etmişdir.

~ Qan, hava kimi; safra, atəş kimi; bəlğəm, su kimi; və sevda (bəlğəm, qan və safradan başqa, vücuddan çıxan bir növ ifrazat), torpaq kimidir. Bu ünsürlərdən, 3 maddə doğduğu kimi; bədəndə də, 4 qarışmadan üzvlər meydana gəlmişdir.

~ Gündüzə misal, insanın xoşbəxtliyidir;

~ Gecəyə misal, kədəridir;

~ Açıq havaya misal, fərəhliyidir;

~ Buluda misal, sıxıntısıdır;

~ Göy guruldamasına misal, səsidir;

~ Şimşəyə misal, gülməsi;

~ Yağışa misal, ağlaması;

~ Küləyə misal, nəfəs alıb-verməsi;

~ kövn və fəsada misal, danışması;

~ göy qurşağına misal, yay kimi olan qaşları;

~ aya misal, qara saçları;

~ sabahın nuruna, açılmasına misal, alnıdır.

İnsan aləminin, xarici aləmə bu bəyan olunan bənzərliklərindən başqa, bənzərlikləri çoxdur. Lakin arifə bir işarə kifayət etdiyi üçün, sözü uzatmağa ehtiyac yoxdur.

• Beşinci cəhət: İnsanın qəlbində olan pis əxlaqın, heyvan surətlərinə bənzədiyini bildirir.

Ey əziz! Mərifət sahibləri demişlərdir ki, aləmdə yaradılan hər növ heyvanın şəkil və surətlərinin nümunə və bənzərləri, insanda da vardır. Onlar, heyvani və pis əxlaqlardır. Məsələn:

~ təkəbbür - pələngə;

~ hücum və qalib gəlmək - şirə;

~ həsəd - qurda bənzəyir. Necə ki, Yaqub (əleyhissəlam), Öz oğullarının, Yusuf (əleyhissəlam)'a olan həsədlərindən, ayrılıq vaqeəsindən əvvəl, yuxusunda, 7 qurd surətində Yusuf (əleyhissəlam)'a hücum etdiklərini görmüşdü. Onun üçün, oğulları, Ona,

أَرْسِلْهُ مَعَنَا...

"Onu, bizimlə göndər..." (Yusuf/12) dediklərində, Yaqub (əleyhissəlam),

...وَأَخَافُ أَن يَأْكُلَهُ ٱلذِّئْبُ...

"...Qorxuram ki, qurd, Onu yesin..." (Yusuf/13) demişdi.

Qəlbdə

~ Qəzəbin surəti - itdir;

~ Hilənin surəti - tülküdür;

~ Qəflətin surəti - dovşandır;

~ Fərc (cinsiyyət orqanı) şəhvətinin surəti - eşşəkdir;

~ Arxadan yaxınlaşmağın surəti - donuzdur;

~ Mədə şəhvətinin surəti - qoyundur;

~ Çox yemək istəməyin surəti - inəkdir;

~ Tamahın surəti - qarışaqdır;

~ Paxıllığın surəti - siçandır;

~ Kinin surəti - ağ dəvədir;

~ Vəcd (eşq)'in surəti - qırmızı dəvədir;

~ Düşmənliyin surəti - ilan;

~ Əziyyətin surəti - əqrəb;

~ Vəsvəsənin surəti - sarı arıdır.

Digər əxlaqların surətləri, digər heyvan şəkillərinə bənzəyir. Hətta pis əxlaqdan birinə qalib olan qəlb, yuxuda, özünü, o surətdə olan heyvana da qalib görər. Məsələn, fərc şəhvətini məğlub edən kimsə, yuxusunda eşşəyə minər; əgər məğlub olsa, eşşəyin ona mindiyini görər.

Digər əxlaqlar da, buna qiyas edilə bilər. Çünki insan, böyük keçid və külli mazhar (bir şeyin zahir olduğu yer)'dir. O halda, bütün heyvanların surətləri və kainatın şəkilləri, onun xarici və daxilində surət qazanıb təşəkkül etmiş, gərəyincə meydana gəlmişlərdir. Əxlaqını düzəldən bir qəlb, şüşə kimi saf olub, hər şeyi özündə tapmışdır.

Not: Bu izahlar, "Mərifətnamə" adlı əsərdən, müxtəsər bir şəkildə nəql edilmişdir. İstəyən əsərə müraciət edə bilər.

Müəllifimiz Nursi də, bu həqiqəti, belə ifadə etməkdədir:

"Evet, nasıl ki insanın anâsırları, kâinatın unsurlarından; ve kemikleri, taş ve kayalarından; ve saçları, nebat ve eşcarından; ve bedeninde cereyan eden kan ve gözünden, kulağından, burnundan ve ağzından akan ayrı ayrı suları, Arzın çeşmelerinden ve madenî sularından haber veriyorlar, delâlet edip onlara işaret ediyorlar. Aynen öyle de insanın ruhu âlem-i ervahtan ve hâfızaları Levh-i Mahfuz’dan ve kuvve-i hayaliyeleri âlem-i misalden ve hâkeza her bir cihazı bir âlemden haber veriyorlar ve onların vücudlarına kat’î şehadet ederler." ("Ləmalar", 30-cu Ləma, 6-cı Nüqtə, 5-ci Şüa, s. 370)

Yəni:

Bəli, necə ki, insanın:

~ ünsürləri, kainatın ünsürlərindən;

~ sümükləri, (kainatın) daş və qayalarından;

~ saçları, bitki və ağaclarından; və

~ bədənində cərəyan edən, qan və gözündən, qulağından, burnundan və ağzından axan ayrı-ayrı suları, yerin çaylarından və mədən sularından

xəbər verir, dəlalət edib ona işarət edirlər. Elə də, insanın,

~ ruhu, ruhlar aləmindən;

~ yaddaşı, lövh-i məhfuz'dan;

~ xəyal qüvvəsi, misal aləmindən;

və beləcə hər bir cihazı, bir aləmdən xəbər verirlər və onların varlıqlarına, qəti şəhadət edərlər.

 

Yenə Müəllifimiz, məşhur "Təbiət risaləsi"ndə (s. 184-185), belə deyir:

Bir eczahanede, gayet muhtelif maddelerle dolu, yüzer kavanoz şişeler bulunuyor. O edviyelerden, zîhayat bir macun istenildi. Hem hayattar, harika bir tiryak, onlardan yapılmak icap etti.

Geldik, o eczahanede, o zîhayat macunun ve hayattar tiryakın çoklukla efradını gördük. O macunlardan herbirisini tetkik ettik.

Görüyoruz ki, o kavanoz şişelerden herbirisinden, bir mizan-ı mahsusla, bir iki dirhem bundan, üç dört dirhem ötekinden, altı yedi dirhem başkasından, ve hâkezâ, muhtelif miktarlarda eczalar alınmış. Eğer birinden, bir dirhem ya noksan veya fazla alınsa, o macun zîhayat olamaz, hâsiyetini gösteremez.

Hem o hayattar tiryakı da tetkik ettik. Herbir kavanozdan bir mizan-ı mahsusla bir madde alınmış ki, zerre miktarı noksan veya ziyade olsa, tiryak hassasını kaybeder.

O kavanozlar elliden ziyade iken, herbirisinden ayrı bir mizanla alınmış gibi, ayrı ayrı miktarda eczaları alınmış.

Acaba hiçbir cihette imkân ve ihtimal var mı ki, o şişelerden alınan muhtelif miktarlar, şişelerin garip bir tesadüf veya fırtınalı bir havanın çarpmasıyla devrilmesinden, herbirisinden alınan miktar kadar, yalnız o miktar aksın, beraber gitsinler ve toplanıp o macunu teşkil etsinler? Acaba bundan daha hurafe, muhal, bâtıl birşey var mı? Eşek muzaaf bir eşekliğe girse, sonra insan olsa, "Bu fikri, kabul etmem" diye kaçacaktır.

İşte bu misal gibi, herbir zîhayat, elbette zîhayat bir macundur. Ve herbir nebat, hayattar bir tiryak gibidir ki, çok müteaddit eczalardan, çok muhtelif maddelerden, gayet hassas bir ölçüyle alınan maddelerden terkip edilmiştir. Eğer esbaba, anâsıra isnad edilse ve "Esbab icad etti" denilse, aynen eczahanedeki macunun, şişelerin devrilmesinden vücut bulması gibi, yüz derece akıldan uzak, muhal ve bâtıldır.

Elhasıl, şu eczahane-i kübrâ-yı âlemde, Hakîm-i Ezelînin mizan-ı kazâ ve kaderiyle alınan mevâdd-ı hayatiye, hadsiz bir hikmet ve nihayetsiz bir ilim ve herşeye şâmil bir irade ile vücut bulabilir.

"Kör, sağır, hudutsuz, sel gibi akan küllî anasır ve tabâyi ve esbabın işidir" diyen bedbaht, "O tiryak-ı acip, kendi kendine, şişelerin devrilmesinden çıkıp olmuştur" diyen divane bir hezeyancı, sarhoş bulunan bir ahmaktan daha ziyade ahmaktır. Evet, o küfür ahmakane, sarhoşâne, divanece bir hezeyandır."

------------------------------

İzahı:

"Bir eczahanede, gayet muhtelif maddelerle dolu, yüzer kavanoz şişeler bulunuyor."

Mətndəki "əczaxana" təbiri, "əcza", "cüzlər, parçalar"; "xana" isə, "ev"; yəni, "parçaların olduğu ev" mənasına gəlir. Əvvəlki zamanlarda, dərmanlar, indiki kimi fabriklərdə düzəldilmədiyi üçün, dərman düzəldiləcək maddələr, ayrı-ayrı şüşə bankaların içərisinə qoyularaq, əczaxanalarda saxlanılırdı. Həkimin yazdığı resept, əczaçıya aparılar; o da, dərman üçün lazımi maddələri, şüşə bankalardan müəyyən bir miqdar götürüb tərkib edərək, dərman hazırlayardı. O dərmanın maddələri, ayrı-ayrı parçalar halında orda olduğu üçün, ora "əczaxana" adı verilirdi. Dərman fabrikləri çıxdıqdan sonra, bu tərkib işi, fabriklərdə edildiyindən, günümüzdə, əczaxanalar/apteklər, hazır dərman satmaqdadırlar.

"O edviyelerden, zîhayat bir macun istenildi."

Bax o əvvəlki minval üzərə, dərman maddələrinin, şüşə bankalar içərisində satışa ərz edildiyi əczaxanadakı o ədviyyatlardan (yəni, dərman düzəltmək üçün lazım olan o parçacıqlardan, maddələrdən), zihəyat / həyat sahibi (-məcazdır, xəstənin həyatda qalmasına zahiri bir səbəb olduğu üçün bu təbir istifadə edilmişdir-) bir məcun, yəni, reseptə uyğun bir şəkildə, o dərman maddələrindən yoğrulub məcun halına gətirilmiş bir dərman istənildi. Yəni, fərqli şüşə bankalarda yerləşdirilmiş fərqli dərman maddələrinin, -həkimin istədiyi miqdarda alınaraq "yoğrulub"- dərman halına gətirilməsi istənildi.

Mətndəki "məcun" kəliməsi, "yoğurmaq" mənasına gələn "acn" məsdərindən alınmadır. "Acin" kəliməsi isə, "xəmir"; "məcun" isə, ismu'l-məful olub, "yoğrulmuş şey, nəsnə" mənasına gəlir.

"Hem hayattar, harika bir tiryak, onlardan yapılmak icap etti."

Həm Allahın iznilə həyat verə bilən qeyr-i adi bir tiryək, yəni zəhərdən qurtaracaq bir panzəhər, onlardan, yəni, əczaxanadakı şüşə bankalarda olan dərman maddələrindən düzəldilməsi lazım gəldi.

"Geldik, o eczahanede, o zîhayat macunun ve hayattar tiryakın çoklukla efradını gördük. O macunlardan herbirisini tetkik ettik."

Yəni, həkimin yazdığı resepti götürərək, əczaxanaya gəldik. Əczaxanada, o zihəyat məcunun, yəni, Allahın iznilə həyat verməyə vəsilə olan o tərkib edilmiş dərmanın; və həyat sahibi tiryəkin (-bu kəlimə də, məcazdır.), yəni, Allahın iznilə həyat verə biləcək o panzəhərin, tərkib edilərək hazırlanmış çoxlu-çoxlu fərdlərini gördük. Hazırlanan o məcunlardan və o tiryəklərdən hər birini, tək-tək tədqiq etdik; yəni, necə hazırlandıqlarını və o şüşə bankalardakı maddələrin müəyyən miqdarlarla alınaraq necə "yoğrulub" mürəkkəb (tərkib edilmiş) bir dərman halına gətirildiyini incələdik.

"Görüyoruz ki, o kavanoz şişelerden herbirisinden, bir mizan-ı mahsusla, bir iki dirhem bundan, üç dört dirhem ötekinden, altı yedi dirhem başkasından, ve hâkezâ, muhtelif miktarlarda eczalar alınmış. Eğer birinden, bir dirhem ya noksan veya fazla alınsa, o macun zîhayat olamaz, hâsiyetini gösteremez."

Bu tədqiqatın sonunda görürük ki, o mürəkkəb məcunların hər biri, dərman düzəldilmək üzərə, o banka şüşələrin hər birindən, müəyyən bir mizan/ölçü ilə,

~ 1-2 dirhəm (1 dirhəm, təxminən 3 qram), bundan;

~ 3-4 dirhəm, o birindən;

~ 6-7 dirhəm, başqasından və s.

müxtəlif miqdarlarda əczalar, yəni, o şüşə bankalardakı dərman maddələrinin parçaları götürülmüşdür. Əgər ölçü itirilsə, məsələn, birindən 1 dirhəm az və ya çox götürülsə, o məcun, zihəyat olmaz, yəni, xəstəyə canlılıq verməyəcəyi kimi; dərman olma xüsusiyyətini, vəsfini də göstərə bilməz, dolayısı ilə, şəfa vəsiləsi olmaz.

"Hem o hayattar tiryakı da tetkik ettik. Herbir kavanozdan bir mizan-ı mahsusla bir madde alınmış ki, zerre miktarı noksan veya ziyade olsa, tiryak hassasını kaybeder."

Həm o həyat sahibi tiryəki, yəni, Allahın iznilə həyat verməyə vasitə olan o panzəhəri də tədqiq etdik, incələdik. Nəticədə gördük ki: Hər bir şüşə bankadan, xüsusi bir mizan ilə bir maddə götürülmüşdür ki, zərrə miqdar nöqsan və ya çox olsa, o panzəhər, öz xüsusiyyətini, yəni, zəhərlənən şəxsi sağaltma xüsusiyyətini itirər.

"O kavanozlar elliden ziyade iken, herbirisinden ayrı bir mizanla alınmış gibi, ayrı ayrı miktarda eczaları alınmış."

O şüşə bankalar 50-dən çox olduğu halda, hər birindən ayrı bir mizan/ölçü ilə götürülmüş kimi, ayrı-ayrı miqdarda əczaları, yəni, dərmanın tərkibində istifadə edilən kiçik parçaları, ayrı-ayrı şüşə bankalardan həssas bir ölçü ilə götürülərək, "yoğurulub" dərman halına gətirilmişdir.

"Acaba hiçbir cihette imkân ve ihtimal var mı ki, o şişelerden alınan muhtelif miktarlar, şişelerin garip bir tesadüf veya fırtınalı bir havanın çarpmasıyla devrilmesinden, herbirisinden alınan miktar kadar, yalnız o miktar aksın, beraber gitsinler ve toplanıp o macunu teşkil etsinler?"

İndi görəsən, hər hansı bir cəhətdə imkan və ehtimal vardırmı ki, o şüşələrdən götürülən müxtəlif miqdarlar, şüşələrin qərib bir təsadüf və ya fırtınalı bir havanın toxunması ilə tökülməsindən,

-hər birindən alınan miqdar qədər-

yalnız o miqdar axsın, bərabər getsinlər və toplanıb o dərmanı təşkil etsinlər?

"Acaba bundan daha hurafe, muhal, bâtıl birşey var mı? Eşek muzaaf bir eşekliğe girse, sonra insan olsa, 'Bu fikri, kabul etmem.' diye kaçacaktır."

Görəsən bundan daha xürafə, muhal/imkansız, batil bir şey, vardırmı?! Eşşək, bir o qədər də (yəni, 2 misli) eşşək olub, sonra insan olsa, "Bu fikri qəbul edə bilmərəm." deyə qaçacaqdır.

"İşte bu misal gibi, herbir zîhayat, elbette zîhayat bir macundur."

Bax bu misal kimi, hər bir həyat sahibi, əlbəttə, canlı bir məcundur; yəni, əczaçının müxtəlif maddələrdən müəyyən bir miqdar və ölçülərlə götürüb "yoğurduğu" məcun kimi; hər bir həyat sahibi də, aləmdəki bütün ünsür və elementlərdən, fərqli bir ölçü və miqdarlarda toplanmaq surətilə meydana gətirilmiş həyat sahibi bir məcundur.

"Ve herbir nebat, hayattar bir tiryak gibidir..."

Ruzi olması etibarı ilə və havanı təmizləməsi cəhətilə, heyvanların həyatının davamına vəsilə olan bitkilər, heyvanlar növü üçün, həqiqətən də, tiryək məsabəsindədir...

"Ki, çok müteaddit eczalardan, çok muhtelif maddelerden, gayet hassas bir ölçüyle alınan maddelerden terkip edilmiştir."

Ki, eynilə o əczaçının şüşə bankalardakı ədviyyat parçalarından tərkib etdiyi tiryəklər kimi, aləmdəki çox fərqli əczalardan, müxtəlif maddələrdən, yəni, ünsür və elementlərdən, çox həssas bir ölçü ilə götürülən maddələrdən tərkib edilmişdir.

Bitkilər də, insanlar və heyvanlar kimi, ünsürlərdən mürəkkəb varlıqlardır. Hamısının əsasında, "hava, su, torpaq, atəş" və ya fənlərin təbirilə, "oksigen, hidrogen, karbon, azot" ünsürləri mövcuddur.

Bəli, bütün mövcudatda, bu 4 ünsür, fərqli nisbət və miqdarlarda mövcuddur. Məsələn: "Hava" ünsürünü tədqiq etdiyimizdə, görürük ki, havanın olmadığı nəsnə yoxdur və hər canlıda, fərqli ölçü və miqdarlarda mövcuddur. Məsələn, quşların içində hava miqdarı çox olduğundan dolayı, uçarlar. Heyvanların tərkibindəki hava, otlardan çox olduğu üçün, yeriyərlər. Və ya vücudda dəmir nisbəti azaldığında və ya artdığında, o vücudun balansı pozulur. Demək, hər bir canlının vücudundakı ünsür və elementlər, müəyyən bir ölçü və miqdarla götürülmüşdür.

"Eğer esbaba, anâsıra isnad edilse ve 'Esbab, icad etti.' denilse, aynen eczahanedeki macunun, şişelerin devrilmesinden vücut bulması gibi, yüz derece akıldan uzak, muhal ve bâtıldır."

Yəni, əgər səbəblərə, ünsürlərə və ya elementlərə isnad edilsə; və bunları, 'Səbəblər icad etdi, yaratdı.' deyilsə; bu, eynilə, misal verilən əczaxanadakı məcunun, şüşələrin dağılmasından varlıq qazanması kimi, 100 dərəcə ağıldan uzaq, muhal və batil olar.

"Elhasıl, şu eczahane-i kübrâ-yı âlemde, Hakîm-i Ezelînin mizan-ı kazâ ve kaderiyle alınan mevâdd-ı hayatiye, hadsiz bir hikmet ve nihayetsiz bir ilim ve herşeye şâmil bir irade ile vücut bulabilir."

Xülasə, bu böyük əczaxana(ya bənzəyən) aləmdə...Yəni, bu aləm də, bir əczaxana kimidir. Bütün ünsürlər və elementlər, o əczaxanadakı şüşə bankalarda olan əczalar hökmündədir. Hər bir həyat sahibi isə, o şüşə bankalardakı maddələrdən müəyyən bir miqdar və nisbətlərdə toplanıb tərkib edilmiş bir məcun və bir tiryək məsabəsindədir. Əczaxanadakı ədviyyatların həssas bir mizanla bir araya gəlib həyat sahibi bir məcunu meydana gətirmələri, necə muhaldırsa; bir əczaxana məsabəsində olan bu aləmdə, ünsürlərin və elementlərin bir araya gəlib çox hikmətli və sənətli bir zihəyatı varlıq meydanına çıxartmaları, bundan 1000 dərəcə daha çox muhaldır.

Misaldakı məcun və tiryəklərin bir əczaçı tərəfindən toplanıb hazırlandığını görüb qəbul etdiyimiz kimi; (elə də), bu böyük əczaxana(ya bənzəyən) aləmdə, əzəli bir hikmət sahibi'nin qəza və qədər mizanı ilə götürülən həyat maddələri (yəni, misalda zikr edilən əczaxanadakı dərman tərkibində istifadə edilən maddələrə bənzəyən ünsürlər və elementlər), hədsiz bir hikmət və nəhayətsiz bir elm və hər şeyə şamil bir iradə ilə varlıq aləminə çıxa bilər.

"Aləmi, səbəblər yaratmışdır." fikrinin muhallığını isbat üçün "əczaxana" misalını verən Müəllif, əczaxanaya bənzətdiyi kainatdakı mövcudatın hər birinin fərqli vəsflərdə və fərqli şəkillərdə var edilməsini, ancaq, əzəli bir hikmət sahibi'nin elm, iradə, hikmət və qüdrətinə ətf edərək; öz zatlarında, "elm, hikmət, iradə və qüdrət" vəsfləri olmayan səbəblərin, bu əzəmətli icraatı görə bilməyəcəklərini isbat etməkdədir.

"Kör, sağır, hudutsuz, sel gibi akan küllî anasır ve tabâyi ve esbabın işidir.' diyen bedbaht, 'O tiryak-ı acip, kendi kendine, şişelerin devrilmesinden çıkıp olmuştur.' diyen divane bir hezeyancı, sarhoş bulunan bir ahmaktan daha ziyade ahmaktır."

Yəni, "Bu həssas mizan, kor, kar, hüdudsuz, sel kimi axan (yəni, hara getdiyini bilməyən) külli ünsürlər, təbiətlər (yəni, əşyadakı qanun və qüvvələr) və səbəblərin işidir." deyən bədbəxt,

"O qeyr-i adi tiryək, öz-özünə, şüşələrin dağılmasından meydana gəlmişdir." deyən dəli bir həzəyançı (halusinasiyaçı), sərxoş bir axmaqdan

daha çox axmaqdır.

Kainatın yaradılışından bu vaxta qədər, sel kimi axan külli ünsürlər, şüur sahibi olmadıqları üçün, hara getdiklərini bilməzlər. Gözləri olmadığı üçün, hadisələrin necə cərəyan etdiklərini görə bilməzlər. Bu, mətndə, onların, sanki "kor" olduğu kimi ifadə edilmişdir. Bu külli ünsürlər, eyni zamanda, ehtiyac sahiblərinin səslərini eşitməzlər. Axşama qədər bağırılsa: "Ey günəş! Mənə hərarət lazımdır." deyə fəryad edilsə, günəş, bu fəryadı eşitməz. Bu, mətndə, ünsürlərin, "kar" olduğu kimi ifadə edilmişdir.

"Evet, o küfür, ahmakane, sarhoşâne, divanece bir hezeyandır."

Bəli, bu qədər zahir bir həqiqəti inkar etmək, əzəli Hakimi tanımamaq mənasındakı o küfr, axmaqca, sərxoşca, divanəcə bir həzəyandır. (haşiyə)

------------------------------

(Haşiyə:

"Təbiət risaləsi"nin animasiyası üçün, bax:

https://youtu.be/Z9bMAKwDsGg?si=goSsyOaA3k7F-9CQ)

-------------------------------

Müəllifimiz, sənətin, "Sani" olan Allaha şəhadətini, digər risalələrində, belə açıqlamaqdadır:

"Nasıl mükemmel, muntazam, san’atlı, saray gibi bir eser, bilbedâhe muntazam bir fiile delâlet eder. Yani bir bina bir dülgerliğe delâlet eder. Ve mükemmel, muntazam bir fiil, bizzarure, mükemmel bir fâile ve mâhir bir ustaya, bir dülgere delâlet eder. Ve mükemmel usta ve dülger ünvanları, bilbedâhe, mükemmel bir sıfata, yani san’at melekesine delâlet eder. Ve mükemmel sıfat ve o mükemmel meleke-i san’at, bilbedâhe, mükemmel bir istidadın vücuduna delâlet eder. Ve mükemmel bir istidad ise, âlî bir ruh ve yüksek bir zâtın vücuduna delâlet eder. Öyle de, zeminin yüzünü, belki kâinatı dolduran müteceddid eserler, bilbedâhe, gayet derece-i kemâlde bulunan ef’âli gösteriyor. Ve şu nihayet derecedeki intizam ve hikmet dairesindeki ef’âl, bilbedâhe, ünvanları ve isimleri mükemmel olan bir fâili gösteriyor. Çünkü, muntazam, hakîmâne fiiller fâilsiz olmadığı, katiyen mâlûm. Ve son derece mükemmel ünvanlar, o fâilin son derece kemâldeki sıfatlarına delâlet eder. Çünkü, fenn-i sarfça, nasıl ism-i fâil masdardan yapılır; öyle de, ünvanların ve isimlerin dahi masdarları ve menşe’leri sıfatlardır. Ve son derece-i kemâlde sıfatlar, şüphesiz son derece mükemmel olan şuûnât-ı zâtiyeye delâlet eder. Ve kabiliyet-i zâtiye, tâbir edemediğimiz o mükemmel şuûn-u zâtiye, bihakkalyakîn hadsiz derece-i kemâlde olan bir Zâta delâlet eder.

İşte, bütün âlemdeki âsâr-ı san’at ve bütün mahlûkat, herbiri birer eser-i mükemmel olduğundan, herbiri bir fiile ve fiil ise isme, isim ise vasfa ve vasıf ise şe’ne ve şe’n ise zâta şehâdet ettikleri için, masnuât adedince, birtek Sâni-i Zülcelâlin vücûb-u vücuduna şehâdet ve ehadiyetine işaret ettikleri gibi; heyet-i mecmûası ile, silsile-i mahlûkat kadar kuvvetli bir tarzda, bir mi’rac-ı mârifettir, hiçbir cihette içine şüphe girmeyen müteselsil bir bürhan-ı hakikattir." ("Sözlər", 33-cü Söz, Tövhid'in 18-ci Pəncərəsi, s. 647-648)

Yəni:

Necə ki, mükəmməl, müntəzəm (intizamlı), sənətli, saray kimi bir əsər, açıq bir şəkildə, intizamlı bir felə dəlalət edər. Yəni, bir bina, bir dülgərliyə dəlalət edər. ---> Və mükəmməl, müntəzəm bir fel, zəruri olaraq, mükəmməl bir failə və mahir bir ustaya, bir dülgərə dəlalət edər. ---> və mükəmməl usta və dülgər ünvanları, açıq bir şəkildə, mükəmməl bir sifətə, yəni sənət məharətinə dəlalət edər. ---> və mükəmməl sifət və o mükəmməl sənət məharəti, açıq bir şəkildə, mükəmməl bir istedadın varlığına dəlalət edər. ---> və mükəmməl bir istedad isə, ali bir ruh və yüksək bir zat'ın varlığına dəlalət edər.

Elə də, yer üzünü, bəlkə (yəni, yer də bir tərəfə) kainatı dolduran mütəcəddid (yenilənən) əsərlər açıq bir şəkildə, kamal dərəcədə olan felləri göstərir. ---> və bu nəhayət dərəcədəki intizam və hikmət dairəsindəki fellər, açıq bir şəkildə, ünvanları və isimləri mükəmməl olan bir faili göstərir. Çünki, müntəzəm, hikmətli fellərin failsiz olmadığı, qəti olaraq məlumdur. ---> və son dərəcə mükəmməl olan ünvanlar, o failin son dərəcə kamaldakı sifətlərinə dəlalət edər. Çünki, sarf elminə (haşiyə-1) görə, necə ki, ismu'l-fail (haşiyə-2) məsdərdən düzəldilir; elə də, ünvanların və isimlərin də məsdərləri və mənşələri, sifətlərdir. ---> və son dərəcə kamalda olan sifətlər, şübhəsiz, son dərəcə mükəmməl olan şuunata (haşiyə-3) dəlalət edər. ---> və zati qabiliyyət deyə təbir edə bilmədiyimiz (haşiyə-4) o mükəmməl şuunat (şə'nlər), bihaqq əl-yəqin (şəxsən yaşamaq surətilə əldə edilən yəqinliklə), hədsiz kamal dərəcədə olan bir Zat'a dəlalət edər.

Bax, bütün aləmdəki sənət əsərləri və bütün məxluqat, hər biri, mükəmməl bir əsər olduğundan, hər biri, bir felə ---> və fel isə, ismə ---> isim isə, vəsfə ---> vəsf isə, şə'nə ---> və şə'n isə, Zata şəhadət etdikləri üçün, məsnuat (sənətlə yaradılan şeylər) ədədincə, bir tək cəlal sahibi Sani (sənətkar)'ın varlığının zəruri olmasına, şəhadət və əhədiyyətinə (birliyinə) işarət etdikləri kimi; topyekun görünüşü ilə, məxluqatın silsilələri qədər qüvvətli bir tərzdə, bir mərifət miracı (nərdivanı); içinə heç bir cəhətlə şübhə girməyən mütəsəlsil (silsilə) bir həqiqət bürhanı (dəlili)'dir.

-------------------------

(Haşiyə:

Haşiyə-1:

Sarf elmi (morfologiya): sözlərin quruluşundan və dəyişərkən məruz qaldığı formalardan bəhs edən elmdir. Yəni, sözün, müxtəlif formalara düşməklə yeni mənalar verməsini öyrənən elmdir.

Haşiyə-2:

İsmu'l-fail: feldən meydana gələn və işi görəni göstərən isim cinsindən olan kəlimələrdir.

Məsələn, "كَتَبَ / kətəbə" sözü, "yazdı." mənasındadır. Bu felin ismu'l-faili, "كَاتِبٌ / kətibun" şəklindədir və "yazan" mənası verməkdədir.

Haşiyə-3:

"Şuunat", "şə'n"in cəm halıdır. "Şə'n üçün, dilimizdə, tam bir qarşılıq yoxdur. Ən yaxın məna olaraq, "şan", "hal", "qabiliyyət" deyilir.

~ "Xaliq" (Yaradan), Allahın bir ismidir. "Xaliqiyyət" isə, "şan"ıdır. Yəni, yaradıcı olmaq, Allahın şan'ındandır. Bu xaliqiyyətini icra etmək istədiyində, bu istəyi, elm, iradə, qüdrət və s. kimi sifətlər izləyir və xəlq (yaratma) feli icra olunur. Beləcə, yaradılan o məxluqda, "Xaliq" ismi təcəlli edir.

~ "Rəbb" (Tərbiyə edən) də, Allahın bir başqa ismidir. "Rububiyyət" (tərbiyə edici olmaq) isə, Allahın bir şan'ıdır.

Müəllifimizin "Risale-i Nur" külliyyatında,

Zat ---> Şuunat ---> Sifət ---> İsim ---> Fel ---> Əsər

sıralaması vardır. Diqqət edilsə, şuunat, sifətdən əvvəl zikr edilmişdir. Çünki, sifətləri icraata sövq edən şey, şuunat'dır.

Məsələn, mərhəmət etmək, Allahın şan'ındandır. Bu mərhəmət ilə, insana nemət ehsan etməyi iradə edər və qüdrətilə, onun ehtiyacı olan şeyi yaradar. Mərhəmət etmək, Allahın şan'ı; iradə və qüdrət isə, Allahın sifətləridir.

Bütüh İlahi isimlər, beləcə düşünüldüyündə, hər birinin, Allahın şuunatından bir şan'a söykəndiyi başa düşülür.

Allahın Zatı, müqəddəs olduğu kimi; şuunatı da, müqəddəsdir. Yəni, bəşər ağlı, bu xüsusda nə düşünsə, nə təxmin etsə, nə xəyallar qursa, Allahın şuunatı, bunların heç birinə bənzəməz; hamısına bənzəməkdən, münəzzəhdir.

Haşiyə-4:

Müəllifin qəsdi, budur:

"Qabiliyyət" kəliməsinə, insanlar örfi bir məna yüklədikləri üçün, Ustad Nursi, "tabir edemediğimiz" deməkdədir. İnsanlar, qabiliyyəti, daha çox, qüvvə (potensial)'dan felə doğru inkişaf etdirilməsi lazım olan bir şey şəklində dəyərləndirirlər. Halbuki, Allahdakı bu qabiliyyətlər, kamal bir mərtəbədədir, inkişafı bəhs mövzusu deyildir.)

-------------------------------

Müəllifimiz Nursi (rahiməhullah), belə davam edir:

"Hem nasıl ki, şu insan gayet mânidar bir mektub-u Rabbânîdir, muntazam bir kaside-i kaderdir. Öyle de, şu kâinat dahi, aynı o kalem-i kaderle, fakat büyük bir mikyasta yazılmış muntazam bir kaside-i kaderdir."

Yəni:

"Həm, necə ki bu insan, çox mənalı Rabbani bir məktub; qədərin intizamlı bir qəsidəsidir. Elə də, bu kainat da, eyni o "qədər qələmi" ilə, lakin böyük bir miqyasda yazılmış qədərin intizamlı bir qəsidəsidir."

İzahı:

Mətndən göründüyü kimi, Müəllif, insan və kainatı, "tərbiyədən keçmiş bir məktub" "qədərin intizamlı bir qəsidəsi" olaraq vəsf etməkdədir.

~ "Tərbiyə" nə deməkdir?

ابلاغ الشيء إلى كماله شيئا فشيئا

Yəni, "Bir şeyi, yavaş-yavaş, tədrici olaraq, o şeyin kamal mərtəbəsinə çatdırmaqdır."

Allah Taala, bu aləmi, bütün parçası ilə tərbiyə etmişdir. Məsələn, quşa uçmağı; balığa üzməyi öyrətmişdir. İpək böcəyinə ipək toxumağı; arıya bal düzəltməyi öyrətmişdir...

Bunlar kimi, hər bir məxluqa vəzifəsini öyrətmiş, o işi görə bilməsi üçün onu tərbiyə etmiş və həyat şərtlərini ona ilham etmişdir. Bütün bunlar, Allahın Rəbb isminin bir təcəllisidir.

Zərrələrdən ulduzlara; ərşdən fərşə (yerə) qədər bütün aləmləri mütədaxil (iç-içə) dairələr kimi yaradıb onları tərbiyə edən, bəsləyən Rabbu'l-Aləmin'dir.

Ustad Nursi, "rububiyyət" haqqında, belə bir izah gətirməkdədir:

"Bil ki! Muhakkak Allah (celle celeluhu), herşey için bir nokta-i kemal tayin etmiştir."

Yəni:

Bil ki! Şübhəsiz ki, Haqq Taala, hər şey üçün bir kamal nöqtə təyin etmişdir.

Məsələn, bir beton ilanının boyu 10 metrə qədər çata bildiyi halda, bir kərtənkələnin boyu 15-20 santimetrdən çox uzana bilməməkdədir. Demək, beton üçün kamal nöqtə 10 metr ikən; kərtənkələ üçün kamal nöqtə 15-20 sm'dir.

Bir insanın boyu ən çox 2 metrdən bir az çox olduğu halda, bir milçəyin boyu, 0.6-0.7 santi metr qədərdir. Demək, insan üçün kamal nöqtə 2 metr ikən, milçək üçün kamal nöqtə 0.6-0.7 santimetrdir.

Bunlar kimi, Allah Taala, hər bir varlıq üçün bir kamal nöqtə təyin etmişdir. Bu kamal nöqtə, o varlığın alacağı son şəkil və böyüklük olaraq çatacağı ən son hüduddur.

"Ve o noktayı elde etmek için de, o şeye bir meyil, bir iştiyak vermiştir. Sanki her şey, manevi bir emir almış gibi, o nokta-i kemale doğru muntazaman hareket edip, ona müteveccihen yürümektedir."

Yəni:

Və o şeyə də, kamal nöqtəsinə doğru hərəkət etməsi üçün bir meyil vermişdir. Sanki o şey, mənəvi bir əmr almış kimi, özü üçün təyin edilən kamal nöqtəyə doğru sürətlə hərəkət edib əmri yerinə yetirir.

Məsələn, hər doğan varlıq, dərhal böyüməyə başlayır və özü üçün təyin edilən o nöqtəyə çatmaq üçün çalışır. Hətta bir ağacın budaqlarını kəssəniz, dərhal fərqli bir yerindən yenisi çıxır və o da böyüməyə başlayır. Yəni hər şey, böyümə üzərə proqramlanmış, hər bir varlığa bir kamal nöqtə təyin edilmiş və o nöqtəyə doğru hərəkət etməsi üçün ona bir meyil verilmişdir.

"Halbuki, esna-i hareketinde, kendisine meded verecek çok şeylere muhtac ve ona engel olup zarar verecek çok şeyleri de def etmeye, manileri bertaraf etmeye ihtiyacı vardır. İşte, esna-i hareketlerinde onlara yardım eden ve manilerini def eden, şübhesiz Cenab-ı Halk'ın terbiyesidir."

Yəni:

Halbuki, o şey, kamal nöqtəsinə doğru hərəkət edərkən, səfər əsnasında və hərəkətində, özünə kömək edəcək və mədəd verəcək çox şeylərə möhtac olduğu kimi; onun, səfər və hərəkətinə mane olan çox əngəllərinin ortadan qaldırılmasına da ehtiyacı vardır.

Yəni, biri müsbət, digəri mənfi olan 2 şey onu gözləməkdədir.

Məsələn, bir ağacın kökü kamal nöqtəsinə doğru hərəkət edərkən, qarşısına bir qaya çıxsa, kök, o qayanı parçalamaqda və hərəkətinə davam etməkdədir. O sərt qayanı ipək kimi yumşaq köklərə boyun əydirən, Allahdır. O sərt qaya, Haqq Taalanın əmrilə parçanlanır. Yenə ağacın budaqlarındakı yarpaqlar, çiçəklər və meyvələr, yayın şiddətli istisinə qarşı təravətlərini qoruyurlar. Günəş onları yandıra və quruda bilməz. Hərarəti ağaca boyun əydirən, Allahdır. Bunlar kimi, bir varlıq, kamal nöqtəsinə doğru hərəkət edərkən bir maneə ilə qarşılaşsa, o maneəni dəf edən, Allah Taala'dır. Digər bütün məxluqatı, bunlara qiyas et!

Bununla bərabər, o şeyin möhtac olduğu bütün ehtiyacları qarşılayan da, Allahın tərbiyəsi və idarəsidir ki, buna, "rububiyyət həqiqəti" deyirik.

~ "Məktub" isə, "yazılan şey" mənasındadır. 

Bu qısa izahlardan sonra, "insan""kainat"ın "tərbiyədən keçmiş məktub"lar olmasını, belə icmal edə bilərik:

"İnsan" "kainat", "qüdrət qələmi" ilə yazılmış mənalı məktublardır. Məsələn, insanın hər bir orqanı, məsələn, gözü, qulağı, qəlbi, mədəsi və s. haqqında, cildlərlə kitablar yazılmışdır. İnsan bədəni haqqında yazılan bu saysız-hesabsız kitablarla bərabər; onun ruhu və bu ruha bağlı olan ağlı, yaddaşı, hiss dünyaları da, ayrı bir kitabdırlar.

Bu qədər məna ifadə edən bir "məktub", heç mümkünmüdür ki, Katib'siz olsun?! Və ya onun katibi, şüursuz təbiət, səbəblər və təsadüf olsun?! Elmi, iradəsi, qüdrəti, görməsi, eşitməsi, danışması, həyatı olmayan bir varlıq, bu qədər məna ifadə edən bir "məktub" yaza bilərmi?! Əsla!

Necə ki, Müəllif, bir risaləsində, bu xüsusda belə deməkdədir:

"Madem şu kâinat ve mevcudat var ve içinde ef'al ve icad var. Hem madem muntazam bir fiil fâilsiz olmaz, mânidar bir kitap kâtipsiz olmaz, san'atlı bir nakış Nakkâşsız olmaz. Elbette, şu kâinatı dolduran ef'âl-i hakîmânenin bir fâili ve yeryüzünün mevsim be mevsim tazelenen hayretfezâ nukuşlarının, mânidar mektubatının bir kâtibi, bir Nakkâşı vardır." ("Sözlər", 31-ci Söz, 2-ci Əsas, s. 552)

Yəni:

Madam ki, bu kainat və mövcudat var (haşiyə) və içində fellər və icad vardır.

Həm madam ki, intizamlı bir fel, failsiz; mənalı bir kitab, katibsiz; sənətli bir naxış, Nəqqaş'sız olmaz.

(Elə isə), bu kainatı dolduran hikmətli fellərin bir Fail'i; və yer üzünün mövsüm-bə-mövsüm təzələnən heyrət verici naxışlarının, mənalı məktublarının bir Katib'i, bir Nəqqaş'ı vardır.

-----------------------

(Haşiyə:

Müəllifin, "kainat və mövcudat var" deməsindən qəsd etdiyi, budur:

Fəlsəfə'dən bir qrup (sofistlər), həm öz varlıqlarını, həm də kainatın varlıqlarını inkar etməkdədirlər. Müəllif, bu qrup haqqında, ("Ləmalar", 30-cu Ləma, s. 328), belə deyir:

"Evet, dünyada en ziyade hayret edilecek birşey varsa, o da, bu inkârdır. Çünkü kâinatın mevcudatındaki hadsiz intizâmât ve hikmetleriyle vücut ve vahdetine şahitler bulunduğu halde, Onu görmemek, bilmemek, ne derece körlük ve cehalet olduğunu, en kör cahil de anlar.

Hattâ, diyebilirim ki, ehl-i küfrün içinde, kâinatın vücudunu inkâr ettiklerinden ahmak zannedilen Sofestâîler, en akıllılarıdır. Çünkü, kâinatın vücudunu kabul etmekle, Allah'a ve Hâlıkına inanmamak kabil ve mümkün olmadığından, kâinatı inkâra başladılar. Kendilerini de inkâr ettiler, "Hiçbir şey yok" diyerek, akıldan istifa ederek, akıl perdesi altında sair münkirlerin hadsiz akılsızlıklarından kurtulup bir derece akla yanaştılar."

Yəni:

Bəli, dünyada ən çox heyrət ediləcək bir şey varsa, o da, bu inkardır. Çünki, kainatın mövcudatındakı hədsiz intizamlar və hikmətlərilə varlıq və birliyinə şahidlər olduğu halda, Onu (Allahı) görməmək, bilməmək, nə dərəcə korluq və cəhalət olduğunu, ən kor cahil belə bilər.

Hətta deyə bilərəm ki, kafirlər içində, kainatın varlığını inkar etdiklərindən axmaq zənn edilən Sofistlər, (bu kafirlərin) ən ağıllılarıdır. Çünki, kainatın varlığını qəbul etməklə, Allaha və (kainatın) Xaliq (Yaradan)'ına inanmamaq, qabil və mümkün olmadığından, (onlar), kainatı inkara başladılar. Özlərini də inkar etdilər. "Heç bir şey yoxdur." deyərək, ağıldan istefa verərək, ağıl pərdəsi altında sair münkir (inkar edənlər)'in hədsiz ağılsızlıqlarından qurtulub bir dərəcə ağıla yaxınlaşdılar.

-------------------------------

~ "İnsan" və "Kainat"ın, "Qədərin intizamlı bir qəsidəsi" olması:

~ "Qəsidə" nə deməkdir?

Lüğətdə, "qəsd etmək, əzm etmək, bir şeyə doğru yönəlmək" kimi mənalara gələn "qəsd" kökündən meydana gələn "qəsidə", bir ədəbiyyət termini olaraq, "müəyyən bir məqsədlə deyilmiş, üzərində düşünülmüş, nəzərdən keçirilmiş şeir" deməkdir.

Qəsidələr, əruz vəznində yazılmaqda və bu vəznlə yazılan şeirlərdə, kəlimələr, müəyyən bir qəlibə görə seçilir və yerləşdirilir.

Müəllifin "qədərin intizamlı qəsidəsi" ifadəsi, hər məxluqun,

~ həm son dərəcə nizamlı yaradıldığını;

~ həm də, (zamansız bir şəkildə) üzərində düşünülmüş, nəzərdən keçirilmiş olduğunu

bərabər dərs verməkdədir. Çünki, təsadüfən görülən işdən intizamın hasil olması, 1/1.000.000 ehtimaldır.

"İntizam" isə, lüğət kitablarında, belə izah edilməkdədir:

a. İşlərin yerli-yerində olması; ahəng içində olmaq;

b. Bir biri içinə qoymaq/yerləşdirmək.

Müəllif, "intizam" haqqında, Öz əsərlərində istifadə etmişdir. Məsələn:

~"Sözlər" adlı əsərinin 10-cu Sözü olan "Haşr" risaləsi 3-cü Həqiqət'də (s. 63), belə bəyan etməkdədir:

"...herşeyin san'atında nihayet derecede intizam bulunması gösterir ki, nihayetsiz bir hikmetle iş görülüyor. Evet, güzel bir çiçeğin dakik programını küçücük bir tohumunda derc etmek, büyük bir ağacın sahife-i a'mâlini, tarihçe-i hayatını, fihriste-i cihâzâtını küçücük bir çekirdekte mânevî kader kalemiyle yazmak, nihayetsiz bir hikmet kalemi işlediğini gösterir..."

Yəni:

...hər şeyin sənətində, sonsuz dərəcədə intizam mövcud olması göstərir ki, sonsuz bir hikmət ilə iş görülür. Bəli,

~ gözəl bir çiçəyin incə bir proqramını, kiçik bir toxumunda dərc etmək/yerləşdirmək;

~ böyük bir ağacın əməl səhifəsini, həyat tarixçəsini, hissələrinin fihristəsini/özətini, kiçik bir çəyirdəkdə mənəvi qədər qələmilə yazmaq,

sonsuz bir hikmət qələmi işlədiyini göstərir...

Bunu, bir misalla ağla yaxınlaşdıraq. Belə ki:

Payızda yarpaqların bir-bir töküldüyünü gördüyümüzdə, bəsit bir təbiət hadisəsi deyə keçib gedirik. Halbuki bir yarpağın budağından qopub yerə düşməsi, onun bahardakı təşəkkülü qədər, elmi və qanuni bir çox bio kimyəvi hadisələrin nəticəsidir.

Bu mövzu, bitki fiziologiyasında, başlı-başına bir incələmə mövzusudur və burda cərəyan edən bio kimyəvi hadisələr, bütün detalları ilə bilinməməkdədir. Bir yarpağın budağından qopuncaya qədər keçirdiyi bu mərhələləri, belə sıralaya bilərik:

Payız gəldiyində, mövsüm səbəbilə ətraf mühit şərtlərində meydana gələn dəyişmələr (günlərin qısalması, istiliyin azalması və s. kimi), yarpaqlardakı hormon balansına təsir etməkdədir. Məsələn:

~ böyüməyi təşviq edici oksin və sitokinin qrupu hormonların miqdarları, yarpaqda azalarkən;

~ absisik asid və etilen kimi əngəlləyici hormonların miqdarları, tədricən artır.

Halbuki bu hal, bahar və yay mövsümlərində, əksinədir.

Payızda əngəlləyici hormonlardan (xüsusən) absisik asid, yarpaqdakı mezofil hüceyrələrin gen mərkzlərinə təsir edəcək proteaz, RNaz və klorofillaz kimi parçalayıcı enzimlərin sintezini təşviq edir.

Bu enzimlər də, sırası ilə, protein, RNA və yarpağa yaşıl rəngi verən klorodil molekullarını parçalayırlar. Beləcə, yarpaqlar, yaşıllığını itirərək, yavaş-yavaş solub, hüceyrələrindəki parçalayıcı enzimlərcə parçalanan qida maddələri, yarpaq sapından keçərək, bitkinin kök və gövdəsindəki parankima hüceyrələrində depolanırlar.

Bunun sayəsində, yarpaqdakı qida maddələri, israf edilməzkən, maksimum təsərrüf əsaslarına tabe olunmuş olur. Çünki baharda yarpaqlar yenidən təşəkkül edərkən depolanan bu maddələr, enerji qaynağı olaraq təkrar istifadə ediləcəklər.

Qida maddələrinin gövdəyə daşınmasından sonra, yarpaqdakı hormonlar da, yarpaq sapına gedərək, sapın gövdəyə yaxın bir yerində "yarpaq tökülməsi" təbəqəsinin təşəkkülünə səbəb olurlar.

Burdakı hüceyrələrdə absisik asid və etilen hormonları, sellulaz və pektinaz enzimlərinin sintezini təşviq edirlər. Bu enzimlər də, hüceyrə arasındakı rabitənin yavaş-yavaş ayrılmalarına səbəb olurlar. Bu ayrılma, ilk əvvəl, sapın xarici qisimlərində başlayıb içəri doğru davam edir. Sadəcə ən daxili qisimdə, yarpağa su gətirən odun boruları qalır. Bunlar da, cansız və çox incə olduqlarından, xəfif bir külək və yağış damcısı kimi kiçik bir xarici təsirə məruz qalan yarpaq, asanca qopur və yerə düşür.

Yarpaq yerə düşdüyündə, orqanizmində çox az miqdarda qida maddəsi qalır. Bunlar da, torpaqdakı mikro orqanizmlər tərəfindən parçalanaraq, gübrə halına gətirilirlər. Yarpağın qopduğu yerdə, yeni hüceyrələr meydama gələrək, burdakı açıqlıq bir döjənək/qabarla, yenidən örtülür. Bu qabar, bitkinin su itirməsini əngəlləyir. Bununla bərabər, fərqli xarici təsirlərdən məsələn:

~ qışın soyuğundan;

~ havadakı zərərli qazlardan; və ya

~ bakteriya və mantarlar kimi patogenlərdən,

bitkinin qorunmasını təmin edir.

Bura qədər mücməl şəkildə açıqladığımız bu qeyr-i adi sistemi yarpaqlara yerləşdirən elmə, iradəyə, qüdrətə, Allahdan başqası malik ola bilərmi?!

--------------------------------

Müəllif, bu bölməni, belə yekunlaşdırmaqdadır:

"Hiç mümkün müdür ki, hadsiz alâmet-i farika ile bütün insanlara bakan şu insan yüzündeki sikke-i vahdete ve bütün mevcudatı omuz omuza, el ele, baş başa veren kâinat üstündeki hâtem-i vahdâniyete Vâhid-i Ehadden başka birşeyin müdahalesi bulunsun?!"

Yəni:

(Elə isə), heç mümkünmüdür ki,

~ hədsiz fərqli əlamətlərlə bütün insanlara baxan bu "insan" üzündəki vəhdət sikkəsinə; və

~ (içindəki) bütün mövcudatı, çiyin-çiyinə, əl-ələ, baş-başa verən "kainat" üstündəki vahdaniyyət (birlik) möhürünə,

Vahid və Əhəd olan Allahdan başqa bir şeyin müdaxiləsi olsun?!

 

Xülasə: Müəllif, bu bölmədə, insan və kainatın bir sənət və məktub olmasını nəzərə verdi. Sənətin, Sani'siz; məktubun isə, Katib'siz ola bilməyəcəyini ifadə edərək, "insan""kainat" mülkünün Allaha məxsus olduğunu isbat etdi.

--------------------------------------------

Müəllifimiz, belə davam edir:

İkinci fıkra:

اِبْدَاعُهُ لِذَاكَ صَيَّرَهُ مَسْجِدًا • اِيجَادُهُ لِهٰذَا صَيَّرَهُ سَاجِدًا

Meâli şudur:

Sâni-i Hakîm, âlem-i ekberi öyle bedî bir surette halk edip âyât-ı kibriyâsını üstünde nakşetmiş ki, kâinatı bir mescid-i kebir şekline döndürmüş.

Ve insanı dahi öyle bir tarzda icad edip, ona akıl vererek, onunla o mu'cizât-ı san'atına ve o bedî kudretine karşı secde-i hayret ettirerek, ona âyât-ı kibriyâyı okutturup, kemerbeste-i ubûdiyet ettirerek, o mescid-i kebirde bir abd-i sâcid fıtratında yaratmıştır.

Hiç mümkün müdür ki, şu mescid-i kebirin içindeki sâcidlerin, âbidlerin mâbud-u hakikîleri, o Sâni-i Vâhid-i Ehadden başkası olabilsin?

Yəni:

İkinci bölmə: اِبْدَاعُهُ لِذَاكَ صَيَّرَهُ مَسْجِدًا • اِيجَادُهُ لِهٰذَا صَيَّرَهُ سَاجِدًا

"Bu böyük aləmi ibda edərək, onu, bir məscid halına gətirmiş; bu kiçik aləmi icad edərək, onu da, bir sacid (səcdə edən) qılmışdır."

Mənası, budur ki:

Hikmət sahibi Sani olan Allah, böyük aləmi (yəni, kainatı), elə bədi bir surətdə xəlq edib böyük ayələrini üstündə nəqş etmişdir ki, kainatı, böyük bir məscid şəklinə çevirmişdir.

Və insanı da, elə bir tərzdə icad edib, ona ağıl verərək, onunla o sənət möcüzəsinə və o bədi qüdrətinə qarşı heyrət səcdəsi etdirərək, ona, böyük ayələrini oxutdurub, qulluq üçün əl bağlatdıraraq, o böyük məsciddə, səcdə edən bir abid fitrətində yaratmışdır.

Heç mümkünmüdür ki, bu böyük məscidin içindəki sacidlərin, abidlərin həqiqi Məbudları, O Vahid, Əhəd olan Sani'dən başqası ola bilsin?!

--------------------------

Mətnin izahına keçmədən əvvəl, bəzi sözlərin izahları:

1. Bədi ismi və ibda feli:

https://suallarlaislam.com/.../b%C9%99di-isminin-s%C9%99rhi

2. Sani isminin şərhi:

https://suallarlaislam.com/m%C9.../sani-isminin-s%C9%99rhi

3. Məscid, nə deməkdir?

"Məscid", ərəbcədə, "əyilmək, təvazö ilə alnı yerə qoymaq" mənasına gələn "sucud" kökündən "səcdə edilən yer" mənasında, bir məkan ismidir.

--------------------------

Mətnin izahı:

Hər şey, Allaha səcdə etməkdədirmi?

https://suallarlaislam.com/.../r%C9%99hman-sur%C9%99si-6...

https://suallarlaislam.com/.../rad-sur%C9%99si-15-ci-ay...

------------------------

Xülasə: Müəllif, bu bölmədə, kainatın, bir məscid; varlıqların, xüsusilə də insanın, bir sacid olduğunu nəzərə verdi. Bir sacid məsabəsində olan varlıqların (xüsusilə insanın) həqiqi Məbud (ibadət edilməyə haqqı ilə layiq olan)'ının, yalnız Allah olduğunu göstərdi.

------------------------

Üçüncü fıkra:

اِنْشَۤاؤُهُ لِذَاكَ صَيَّرَ ذَاكَ مِلْكًا • اِيجَادُهُ لِهٰذَا صَيَّرَهُ مَمْلُوكًا

Meâli şudur ki:

O Malikü'l-Mülk-i Zülcelâl, âlem-i ekberi, bahusus küre-i arz yüzünü öyle bir surette inşa ederek yapmıştır ki, birbiri içinde hadsiz daireler olup, herbir daire bir tarla hükmünde olup, vakit be vakit, mevsim be mevsim, asır be asır eker, biçer, mahsulât alır. Mütemadiyen mülkünü çalıştırır, tasarruf eder.

En büyük daire olan zerrat âlemini bir tarla yapıp, her zaman kâinat kadar mahsulâtı, kudretiyle, hikmetiyle onda eker, biçer, kaldırır. Âlem-i şehadetten âlem-i gayba, daire-i kudretten daire-i ilme gönderir.

Sonra, mutavassıt bir daire olan zemin yüzünü, aynen öyle bir mezraa yapmış ki, mevsim be mevsim âlemleri, envâları içinde eker, biçer, kaldırır. Mânevî mahsulâtını dahi gaybî, uhrevî, misalî ve mânevî âlemlerine gönderir.

Daha küçük bir daire olan bir bahçeyi, yine, yüz defa, bin defa kudretle doldurup hikmetle boşalttırıyor.

Daha küçük bir daire olan bir zîhayatı, meselâ bir ağacı, bir insanı, yüz defa onun kadar ondan mahsulât alır.

Demek, o Malikü'l-Mülk-i Zülcelâl, küçük-büyük, cüz'î-küllî herşeyi birer model hükmünde inşa ederek, yüzler tarzda taze taze nakışlarla münakkaş mensucat-ı san'atını onlara giydirir, cilve-i esmâsını, mu'cizât-ı kudretini izhar eder. Kendi mülkünde herbir şeyi birer sahife hükmünde inşa etmiş. Her sahifede, yüzer tarzda mânidar mektubatını yazar; hikmetinin âyâtını izhar eder, zîşuurlara okutturur.

Şu âlem-i ekberi mülk şeklinde inşa etmekle beraber, şu insanı dahi öyle bir surette halk etmiştir ve ona öyle cihazat ve âletler ve havas ve hissiyatlar ve bilhassa nefis, hevâ ve ihtiyaç ve iştiha ve hırs ve dâvâ vermiştir ki, o geniş mülkünde, bütün mülke muhtaç bir memlûk hükmüne getirmiştir.

İşte, hiç mümkün müdür ki, pek büyük olan âlem-i zerrattan, tâ bir sineğe kadar bütününü mülk ve tarla yapan ve küçük insanı o büyük mülke nâzır ve müfettiş ve çiftçi ve tüccar ve dellâl ve âbid ve memlûk yaptıran ve kendine muhterem bir misafir ve sevgili bir muhatap ittihaz eden o Malikü'l-Mülk-i Zülcelâlden başka, o mülke tasarruf edip o memlûke Seyyid olabilsin?

Yəni:

Üçüncü bölmə: اِنْشَۤاؤُهُ لِذَاكَ صَيَّرَ ذَاكَ مِلْكًا • اِيجَادُهُ لِهٰذَا صَيَّرَهُ مَمْلُوكًا

"Onu, bir mülk şəklində inşa etmiş; bunu da bir məmlük olaraq icad etmişdir."

Mənası, budur ki:

O cəlal sahibi Maliku'l-Mulk olan Allah,

~ Böyük aləmi (yəni kainatı), xüsusilə bu yer kürəsini, elə bir surətdə inşa edərək yaratmışdır ki, bir-biri içində saysız-hesabsız dairələr olub, hər bir dairə, bir tarla hökmündə olub, vaxt aşırı, mövsüm-bə mövsüm, əsr-bə-əsr, əkər, biçər, məhsulat alar. Mütəmadiyən, mülkünü çalışdırar, təsərrüf edər.

~ Ən böyük dairə olan zərrələr (atomlar) aləmini bir tarla qılıb, hər zaman, kainat qədər məhsulatı, qüdrətilə, hikmətilə, onda əkər, biçər, qaldırar. Şəhadət aləmindən, qeyb aləminə; qüdrət dairəsindən, elmi dairəsinə göndərər. (haşiyə)

----------------------

(Haşiyə:

Bu abzas üzərinə, qısa bir izah:

Bu dərin təfəkkür tablosunu bir dərəcə seyr edə bilmək üçün, atomlar yerinə günəş sistemi üzərində düşünək və daha sonra, bu düşüncələrimizi, atomlar aləminə şamil edək. Belə ki:

Günəş sistemindəki bütün planetlər, fərqli orbitlərdə və fərqli sürətlərlə bir hərəkət halındadırlar. Sistemdəki bütün planetlərin toplu halda bir şəklini çəkək. Müəyyən bir zaman, məsələn, 1 saat sonra, bütün planetlərin yerləri, dəyişmiş olacaqdır. Bu yeni halı da, bir şəkil olaraq qeyd edək. Bunları yan-yana gətirdiyimizdə, bu ikincisi, birincisinin məhsulu kimi olur. Eyni işi, 2 saat sonra təkrarladığımızda, qarşımıza çıxan tablo, ikincinin məhsulu kimi olur. Beləcə, günəş sistemimiz, hər saat, yeni bir sistem doğmuş, yaxud məhsul vermiş kimi xəyal edilə bilər.

Ustad Nursi, bu mənanı, atomlar aləmi üçün düşünmüş və kainatdakı bütün atomların bir andakı vəziyyətlərini, bir əvvəlki anın məhsulu olaraq dəyərləndirmiş; beləcə, zərrələr aləminin, hər zaman, yeni bir kainatı məhsul verdiyini, diqqətli nəzərlərin tamaşa və təfəkkürünə təqdim etmişdir.

Bəli, kainatın maddi mühitində meydana gələn bütün varlıqlar və o varlıqların yeni halları, bir məhsul kimi qəbul edilsə, o vaxt, bütün varlıqların və yeni hallarının yetişdiyi tarla, zərrələr aləmi olar.)

----------------------

~ Sonra, orta dərəcədə bir dairə olan yer üzünü, eynilə elə bir tarla qılmışdır ki, mövsüm-bə-mövsum, aləmləri, növləri, içində əkər, biçər, qaldırar. Mənəvi məhsullarını da, qeybi, uxrəvi (axirətə aid), misali və mənəvi aləmlərinə göndərər. (haşiyə)

---------------------------

(Haşiyə:

Dünya, axirətin tarlasıdırmı?

https://suallarlaislam.com/.../dunya-axir%C9%99tin...)

---------------------------

~ Daha kiçik bir dairə olan bir baxçanı, yenə, 100 dəfə, 1000 dəfə, qüdrətlə doldurub hikmətlə boşaldır.

~ Daha kiçik bir dairə olan bir həyat sahibini, məsələn bir ağacı, bir insanı, 100 dəfə, onun qədər, ondan məhsul alar. (haşiyə)

--------------------------

(Haşiyə:

Bu abzas üzərinə, qısa bir açıqlama:

Tibb sahəsinin mütəxəssis elm adamları, bir insanda, təxminən 100 trilyon hüceyrə olduğunu və hər bir saniyədə, 100 milyon hüceyrənin öldüyünü, bir o qədərinin də yenidən yaradıldığını bildirməkdədirlər. Bir insan bədənin hər il beyin hüceyrələri xaric tamamilə dəyişdiyini; onların da, bir neçə il içində, yenə, yeniləndiyini ifadə etməkdədirlər.

Buna görə, 80 yaşına gəlmiş bir insanda, o günə qədər 80 insan yaradılmış deməkdir. Yəni, o 1 tək insandan, 80 insan məhsulu alınmış olur.

Not: Diqqət et! Bütün bu fəaliyyətlərdən, insanın zərrə qədər xəbəri vardırmı? Və ya bunlarda, zərrə qədər təsərrüf edə bilirmi?

Elə isə, bütün bu şüurlu fəaliyyətlər, şüursuz varlıqlara nisbət edilə bilərmi?)

-------------------------

Demək, O cəlal sahibi Maliku'l-Mulk olan Allah, kiçik-böyük, cüzi-külli hər şeyi bir model hökmündə inşa edərək, yüzlərlə tərzdə təzə-təzə naxışlarla naxışlanmış sənət toxumalarını onlara geyindirər; isimlərinin cilvəsini (Allahın, özünü bu isimlə tanıtmasından kinayədir), qüdrət möcüzəsini izhar edər. (haşiyə)

-------------------------

(Haşiyə:

İzah:

Kiçik-böyük hər şeyin mahiyyəti, onun bir modeli kimidir. Paltarların, modelə uyğun olaraq tikilməsi kimi; hər canlının bədəni də, onun ruhuna, o ruha bağlı sifətlərə və qabiliyyətlərə görə inşa edilir. Qoyunun ruhu ilə, ruzisi olan yumşaq otları asanca qopara biləcəyi ağzı, onları çeynəyəcək dişləri, həzm edəcəyi mədəsi və yenə, o yumşaq ruha uyğun ayaqları, tam bir münasibət göstərməkdədirlər.

Şirin vəhşi ruhu ilə də, ovunu rahatca parçalayacaq dişləri, onu həzm edə biləcək mədəsi, digər yandan, düşmənini məğlub edəcək qüvvəti, yenə tam bir uyğunluq içindədir.

Qoyunun ruzisi otlar olduğu üçün, onları əldə etmək üçün sürətlə qaça biləcək bir bədənə, ruzisini parçalamaq üçün lazımi kəskin və güclü dırnaqlara və onu məğlub edə bilməsi üçün lazım olacaq böyük bir qüvvətə, ehtiyacı yoxdur.

Bu həqiqətin ən gözəl misalını, öz ruhumuzla bədənimiz arasındakı qeyr-i adi münasibətdə və ağıl almaz iş birliyində açıqca görə bilərik. Başa düşə bilən ağılla qələm tuta bilən əl arasındakı qeyr-i adi münasibət, bunun, sadəcə bir misalıdır.

-------------------------

(O), öz mülkündə, hər bir şeyi bir səhifə hökmündə inşa etmişdir. Hər səhifədə, yüzlərlə tərzdə mənalı məktublar yazar; hikmətinin ayələrini izhar edər; şüur sahiblərinə oxutdurar.

Bu böyük aləmi (yəni, kainatı) bir mülk şəklində inşa etməklə bərabər, bu insanı da, elə bir surətdə xəlq etmiş və ona elə cihaz, alət, hisslər və xüsusilə, nəfs, həva, ehtiyac, iştah, istək və tələb vermişdir ki, o geniş mülkündə, bütün mülkə möhtac bir məmlük hökmünə gətirmişdir.

Bax heç mümkün ola bilərmi ki, çox böyük olan "zərrələr aləmi"ndən ta bir milçəyə qədər hamısını mülk və tarla qılan; və kiçik insanı da, o böyük mülkə nazir (nəzər edən), müfəttiş (təftiş edən), cütçü (əkib-biçən), tacir (ticarət edən), dəllal (duyuran, eşitdirən), abid (ibadət edən) və məmlük qıldıran və Özünə möhtərəm bir qonaq, sevgili bir muxatab (xitab edilən) qəbul edən o cəlal sahibi Maliku'l-Mulk'dan başqa, o mülkə təsərrüf edib o məmlükə Seyyid ola bilsin?! (haşiyə)

------------------------

(Haşiyə:

Bu abzasa dair qısa izahlar:

İnsanın, o böyük mülkə, nazir, müfəttiş, cütçü, tacir, dəllal, abid və məmlük olması:

~ "Nazir": "nəzər edən, düşünən" kimi mənalara gəlir.

İnsan bütün mülk aləmini, Malikinin naminə tamaşa etməklə, əşyanı və hadisələri, İlahi isimlərin təcəlliləri olaraq görməklə mükəlləfdir. Belə etdiyi təqdirdə, axirətin tarlası olan bu mülk aləmi, insanı, cənnətin əbədi mülklərinə çatdırar.

~ "Müfəttiş": "təftiş edən, incələyən, məna və hikmətlərini tədqiq edən" deməkdir. Bütün fənnlər, bu təftişlərin gözəl meyvələridir.

~ "Cütçü" və "tacir" kəlimələri: insanın, çox mühim 2 vəzifəsini bərabər dərs verməkdədir. İnsan, dünya tarlasına, Ustad Nursi'nin bəyan etdiyi kimi, "ömür dəqiqələri"ni əkməkdədir. Bu əkin, İlahi razılığa uyğun şəkildə edilmişdirsə, məhsulu, əbədi cənnət nemətləri olacaqdır.

"Tacir" kəliməsi, bu ayəni xatırlatmaqdadır:

إِنَّ ٱللَّهَ ٱشْتَرَىٰ مِنَ ٱلْمُؤْمِنِينَ أَنفُسَهُمْ وَأَمْوَ‌ٰلَهُم بِأَنَّ لَهُمُ ٱلْجَنَّةَ...

"Doğrudan da, Allah, möminlərdən, Cənnət müqabilində, onların canlarını və mallarını satın almışdır..." (Tövbə/111)

~ "Dəllal": İman edən bir insan, o böyük mülkə bir dəllal olmuş sayılır. Mülkün Malikini tanımaqla qalmaz, başqalarına da tanıtmağa çalışar.

~ "Abid" və "Məmlük" kəlimələri, yaxın məna daşımaqdadırlar. Abid, qul deməkdir. Hər qul, Allahın məxluqu, mülkü və məmlüküdür. Allahın mülkü olan insan, buna iman etdiyində, özünü, Onun qulu və məmlükü bilmiş olur.

"Məmlük", "mülk edilən, özünə malik olmayıb başqasının mülkü olan şey" deməkdir. Bunun şüurunda olan insan, qul olduğunu bilər və ömrünü, Malik'inin əmri və razılığı dairəsində keçirməyə çalışar.)

--------------------------------

Seyyid, nə deməkdir?

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/seyyid-isminin-s%C9%99rhi

--------------------------------

--------------------------------

Əlavələr:

Məlik isminin şərhi:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/m%C9%99lik-isminin-s%C9%99rhi

Məlik və Malik, eyni mənalıdırmı?

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/m%C9%99lik-v%C9%99-malik-eyn...

 

 

 

Read 7.480 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR