Seyyid isminin şərhi
Seyyid isminin şərhi
Həlimi və başqaları, bu ismi zikr etmişlərdir. Dedi:
Bu, Quranda (Allah üçün) varid olmayan bir isimdir. Lakin, Nəbi (sallallahu aleyhi və səlləm)'dən nəql edilmişdir. əbu Davud, Mutarrif b. Abdullah b. əş-Şixxir'dən belə rəvayət edir:
Ubey dedi:
Amir oğulları heyəti içində, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in yanına getdim. Ona dedik:
"Sən, bizim Seyyidimizsən."
- O (sallallahu aleyhi və səlləm), belə buyurdu:
"Seyyid olan, Allahdır."
- Dedik: "(Elə isə), (hər cəhətilə) ən fəzilətlimiz, ən böyüyümüzsən."
- O (sallallahu aleyhi və səlləm), belə buyurdu:
"Bu sözünüzü və ya bir qismini deyin. Şeytanın, sizi sövq etməsinə (yəni, sizi azdırıb caiz olmayan vəsfləri, caiz olmayan şəxslərə qarşı işlətdirməsinə) icazə verməyin." (Əbu Davud, "Sünən", hədis no: 4806; Nəsai, hədis no: 10076)
İbnu'l-Arabi, deyir:
"Seyyid" ismi, Quranda keçməkdədir. Ancaq ibn Abbas (radiyallahu anh), "Rabbi'l-aləmin" (Fatihə/2) ayəsi haqqında, belə deyir:
Mənası: "Seyyidu'l-aləmin"dir.
Şeyximiz əbu'l-Həsən (əl-Əşari) də, bunu tərcih etmişdir.
Qul üçün istifadəsi də, caizdir. Allah Taala, qulu və peyğəmbəri Yəhya haqqında, belə buyurur:
...ٱللَّهَ يُبَشِّرُكَ بِيَحْيَىٰ مُصَدِّقًۢا بِكَلِمَةٍ مِّنَ ٱللَّهِ وَسَيِّدًا وَحَصُورًا وَنَبِيًّا مِّنَ ٱلصَّـٰلِحِينَ
Ənnəllahə yubəşşirukə bi Yəhyə musaddiqan, bi kəlimətin minəllahi və seyyidən və hasuran və nəbiyyən minə's-salihin.
"...Allah səni, Allah tərəfindən olan Kəlməni təsdiq edən, qövmünün seyyidi, nəfsinə hakim və əməlisalehlərdən bir peyğəmbər olacaq Yəhya ilə müjdələyir." (Al-i İmran/39)
------------------------
(Haşiyə:
Al-i İmran surəsi 39-cu ayənin təfsiri:
https://suallarlaislam.com/.../al-i-imran-sur%C9%99si-39...)
Bir digər ayət də, budur:
وَٱسْتَبَقَا ٱلْبَابَ وَقَدَّتْ قَمِيصَهُۥ مِن دُبُرٍ وَأَلْفَيَا سَيِّدَهَا لَدَا ٱلْبَابِ ۚ قَالَتْ مَا جَزَآءُ مَنْ أَرَادَ بِأَهْلِكَ سُوٓءًا إِلَّآ أَن يُسْجَنَ أَوْ عَذَابٌ أَلِيمٌ
Vəstəbəqa'l-bəbə və qaddət qamisahu min duburin və əlfəyə seyyidəhə lədə'l-bəb. Qalət mə cəzəunmən əradə biəhlikə suən illə ən yuscənə əv əzəbun əlim.
"Onlar bir-birini qabaqlamaq məqsədilə qapıya tərəf yüyürdülər və qadın onun köynəyini arxadan cırdı. İkisi də qapının yanında qadının əri ilə rastlaşdı. Qadın dedi: "Sənin ailənə pislik etmək istəyənin cəzası, zindana salınmaqdan və ya ağrılı-acılı bir əzaba düçar edilməkdən başqa nə ola bilər?!” (Yusuf/25)
-------------------------
Allah rəsulu (sallallahu aleyhi və səlləm), Həsən b. Əli (radiyallahu anh) haqqında, belə buyurur:
"Mənim bu oğlum, Seyyid'dir." (Əhməd, "Müsnəd", hədis no: 20470)
(Yenə), Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurur:
"Mən, Adəm oğlunun seyyidiyəm. Bunda fəxr yoxdur." (Əhməd, "Müsnəd", 10987; ibn Macə, "Sünən", 4308)
İzahı gələcəkdir.
(Yenə Allah rəsulu), qızı Fatimə (radiyallahu anha) haqqında, belə buyurur:
"Cənnət əhli qadınlarının seyyidəsi olmaq istəmirsənmi?" (Buxari, hədis no: 3623; Muslim, hədis no: 2450; əbu Davud, hədis no: 5227; Nəsai, hədis no: 8366; ibn Macə, hədis no: 1621)
Seyyid: Qövmünü idarə edən; onlara liderlik və öndərlik edəndir.
İbnu'l-Arabi, deyir:
Seyyid, rəis olandır. Hər şeyin də seyyidi, onun ən şərəfli olanıdır. Quran da, kəlamın seyyididir. Allah da, məxluqatın seyyididir.
Alimlərin, seyyid isminin mənası ilə bağlı 18 fərqli izahı vardır:
1. Dahhak dedi: "Seyyid, həlim deməkdir."
2. Onun, belə dediyi də rəvayət edilir: "Seyyid, təqiyy, yəni, təqva sahibi olan deməkdir."
3. Mücahid dedi: "Seyyid, Rəbbi nəzdində kərəm (sahibi) olandır."
4. İbn Cubeyr dedi: "Seyyid, Rəbbinə itaətkar olandır."
5. Onun: "Seyyid, hakim olandır." dediyi də rəvayət edilmişdir.
6. Səid b. əl-Musəyyəb dedi: "Seyyid, fəqih, alim deməkdir."
7. İkrimə dedi: "Seyyid, qəzəblənməyəndir."
8. Süfyan dedi: "Həsəd etməyəndir."
Zinnun dedi: "Həsədçi, seyyid ola bilməz."
9. Deyildi ki: "Seyyid, qismətinə qənaət edəndir."
10. Belə də deyildi: "Allahın təqdirinə razılıq göstərəndir." Əbu Bəkr əl-Vərraq belə demişdir.
11. Tirmizi Muhamməd b. Əli dedi: "Seyyid, Allaha təvəkkül edəndir."
12. Əbu Yezid əl-Bistami dedi: "Nəfsinə dünyalıq və qədir-qiymət sahibi olandır."
13. Deyildi ki: "Seyyid, comərd olandır."
14. Xəlil dedi: "Seyyid, itaət ediləndir."
15. Zəccac dedi: "Seyyid, xeyirdə qövmünü keçən, onlara üstün olan deməkdir."
16. Deyildi ki: "Seyyid, gözəl əxlaqlı olandır."
17. Deyildi: "Seyyid, rəis deməkdir."
18. Seyyid, eyni zamanda, "qadının əri"dir.
Yenə "Seyyid": "malik olan"dır.
Deyilir ki: "Filan cariyənin seyyididir." Yəni, sahibidir.
Bu şəkildə bir vəsf, Allah Taala üçün, caizdir. Çünki Allah, aləmlərin seyyidi, yəni sahib və malikidir. Lüğətdə də seyyid, "nökər sahibləri" üçün istifadə edilir. Bundan dolayı, Allah rəsulu (sallallahu aleyhi və səlləm), nökərə, sahibinə, "Seyyidi" (yəni, seyyidim) deməsini əmr etmişdir. "Mövlam" deməsini isə, qadağan etmişdir.
Bu izaha görə, Allahın, "seyyid" ilə vəsf edilməsi, zat sifətləri qəbilindən olur. Dolayısı ilə, bu, Zatındakı bir mənaya və sifətlərinin kamalına qayıdır. Çünki, dildə "seyyid", "su'dəd", yəni, "şərəf sahibi"nə deyilir. Buna görə, bu isim, həm zat, həm feli sifətlərdən olur.
Cövhəri və ibn Faris, Kisai'dən belə nəql edirlər:
"Seyyid, keçilər içində yaşlı olandır."
Hədisdə, belə buyurulmuşdur:
"2 yaşındakı qoyun, keçilərdən seyyid (yaşı böyük) olanlardan xeyirlidir." (Əhməd, "Müsnəd", 9227)
Dolayısı ilə, bu ləfz, müştərək bir ləfzdir. Bundan dolayı, "seyyid", "qövmündə üstün olan, ona ehtiyac duyulan və arxasından gedilən" deməkdir. Allah Taala da, bu vəsfi götürməyə ən layiq olandır. Çünki, mütləq olaraq Özünə ehtiyac duyulan, yalnız Odur. İnsanların seyyidi də, özünə müraciət etdikləri, görüşünə görə hərəkət etdikləri kimsədir. O halda, madam ki, mələklər, insanlar və cinlər, Allah Taalanın məxluqatıdır. Var olarkən də, Ondan bir müstəqillikləri yoxdur. Çünki onları var etməsəydi, var olmazlardı. Var ikən yaşadıqları nə varsa, Onun yaratması ilədir. Madam ki, belə halda, "seyyid" olması, Onun haqqıdır. Onların da, Onu, "seyyid" bilmələri, vəzifələridir. Həlimi, bu şəkildə izah etmişdir. (bax: "əl-Minhəc li Şuabi'l-İman", 1/192)
Bundan dolayı, hər mükəlləfin, seyyidlik və şərəfin, mütləq olaraq Allahın olduğuna inanması, vacibdir. Məxluqa aid nə şərəf və seyyidlik varsa, hamısı, Ondandır. Varlıq aləmində, hansı varlığa bir seyyidlik qoymuş və seyyid deyə adlandırmışdırsa, bu, Onun lütf və ikramıdır.
(Məxluq), həqiqi seyyidliyi, Yaradanında görməlidir. Necə ki, aləmin seyyidi, belə etmişdir. Özünə, "Sən, bizim seyyidimizsən." deyildiyində; O: "Seyyid olan, Allahdır." buyurmuşdu. Yəni, bu vəsf, kamal mərtəbədə və həqiqət olaraq, ancaq Allaha aiddir. Qullardan heç kimsəyə deyil.
Rəbbinin lütfündən Özünə ehsan edilən seyyidlikdən bəhs edib, "Mən, Adəm oğullarının seyyidiyəm. Bunda fəxr yoxdur." deyərkən; Allahın, özünə ehsan etdiyi seyyidlik lütfünü, ümmətinə bildirmək istəmişdir. Bununla iftixar etmədiyini də söyləmişdir. Çünki, insanın, özündən olmayan bir şeylə iftixar erməsi, doğru deyildir.
Sonra, mükəlləfin, qövmünün seyyidi olması üçün, seyyidliyi əldə etməyə səy göstərməsi lazımdır. Bunun yolu, gözəl əxlaqla əxlaqlanmaq, tərifə layiq işlər görmək, itaətlərə sarılıb müxalifətlərdən çəkinməkdir. Bu yolla, həqiqətən seyyidliyi təhsil etmişdir. Şeirdə, belə deyilmişdir:
"İnsanların seyyidi, şərəfilə seyyid olandır. Elə ki, nə soy, nə də məqamla deyil."
Qulun seyyidliyi, Seyyidinə olan təqvası qədərdir. Adəm oğullarından həqiqi seyyid olan, odur. Belə seyyidliyə sahib olmayan, soylu, şərəfli olsa belə, (həqiqi) seyyid deyildir.
Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Bəzi qövmlər vardır ki, ya cahiliyyədəki ataları ilə iftixar etməkdən çəkinərlər; yaxud da, Allah nəzərində burnu ilə nəcasətə bulaşan gübrə böcəyindən daha dəyərsiz olarlar." (əbu Davud, hədis no: 5116)
İbn Abbas (radiyallahu anh), deyir:
Mənə çatan xəbərə görə, Useyd b. Abdullah, Şeyban oğullarından bir adama, belə dedi:
"Aldığım məlumata görə, seyyidlik, onlarda, olduqca ucuzdur."
Sonra, belə dedi:
"Bizlər isə, ancaq, miniyini altımıza verən, malını bizimlə paylaşan, asiliklərimizə təhəmmül edən birini seyyid qılarıq."
Dedi:
"Sizdə seyyid olmaq, həqiqətən bahalıdır (yəni, çətindir)."
Ömər b. Xattab (radiyallahu anh) da belə deyir:
"Seyyid olmadan əvvəl, fiqh sahibi olun. Yəni, məqam sahibi olmadan..."
(Qurtubi, "əl-Əsna fi şərh-i Əsmaillahi'l-Husna və Sifətihi'l-Ulya" əsərindən nəql, -müxtəsər bir şəkildə-)
-----------------
-----------------
Əlavələr:
Əbu Səid əl-Xudri (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:
"Mən, Adəm oğlunun (yəni bütün insanların) seyyidiyəm (böyüyüyəm), bununla qürurlanmaq yoxdur.
Qiyamət günü (dirilmək üçün) yerin yarılması ilə (qəbirdən) ilk çıxacaq olan də Mənəm. Bununla bərabər qürurlanmaq yoxdur.
İlk şəfaət edəcək və şəfaəti ilk qəbul olunacaq kimsə də Mənəm və bununla iftixar etmək yoxdur.
Qiyamət günü həmd bayrağı Mənim əlimdə olacaq. Bununla bərabər qürurlanmaq yoxdur."
İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Şəfaət haqqında gələn hədislər babı", hədis no: 4308
----------------------
İzahı:
Tirmizi bu hədisi, Bəni İsrail (İsrail oğulları) surəsinin (İsra surəsinin) təfsiri bölməsi ilə "Mənaqib" bölməsində rəvayət etmişdir. Ayrıca Əhməd də bu hədisi rəvayət etmişdir.
Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in bütün insanların seyyidi, yəni böyüyü olduğunu bəyan etməsinin səbəbi və hikməti haqqında fərqli görüşlər bəyan edilmişdir:
• Bir qövlə görə, bunu söyləməklə Allahın əmrini yerinə gətirmiş olur. Çünki Duha surəsinin sonundakı ayətdə Allah Taala:
"Rəbbinin nemətindən danış." diyə əmr etmişdir.
• İkinci qövlə görə, bunu söyləməsi, Allahın Ona vermiş olduğu vəzifəni təbliğ mahiyyətindədir. Yəni Allah onu, bütün insanların böyüyü etmiş və bunu ümmətinə bildirməsini əmr etmişdir ki, ümməti də Onun Allah qatındakı dəyərini və mərtəbəsini bilsin, buna görə hörmət və bağlılıq göstərsin.
---------------------------
Allah rəsulu (sallallahu aleyhi və səlləm):
"Lakin bununla qürurlanmaq yoxdur." buyuruğu ilə, bunu demək istəmişdir:
"Yəni Mənim çatdığım mərtəbə və fəzilət, Allahın bir lütf və ehsanıdır. Mənim Öz gücümlə əldə etdiyim bir şey deyildir. Bu etibarla, qürurlanmağa, iftixar etməyə mahal yoxdur."
-----------------------------
Hədisdə keçən "həmd bayrağı" ifadəsi, bəzi elm adamlarına görə, həqiqi mənada tutulmuşdur. Yəni qiyamət günü, Allah Taala həmd bayrağını Ona təslim edəcək və bir hədisdə buyurulduğu kimi, Adəm (əleyhissəlam) ilə Ondan sonra gələn peyğəmbərlər belə, Onun bayrağı altında toplanacaqdır. Bu cümləni həqiqi mənada tutmağa bir əngəl olmadığına görə, məcazi bir məna yoluna getməyə gərək yoxdur.
Tibi kimi bəzi elm adamları isə, belə deyir:
"Bu ifadədən məqsəd, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in şöhrəti və bütün məhşər xalqı içində həmd etməklə ucalmasıdır."
Turbuşti belə deyir:
"Allahın sevgili qullarının məqamları içində həmd məqamından daha yüksək bir məqam yoxdur. Digər bütün məqamlar, onun altında qalır. Allah rəsulu (sallallahu aleyhi və səlləm), həm bu dünyada, həm də axirətdə bütün məxluqatdan çox artıq həmd etdiyi üçün həmd bayrağı Ona veriləcək ki, hər kəs Onun bayrağı altında toplansın."
------------------------------
------------------------------
• Al-i İmran surəsi 39-cu ayətin təfsiri:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/al-i-imran-sur%C9%99si-39-cu...
• "Həsən və Hüseyn, cənnət gənclərinin seyyidləridir." hədisi:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/h%C9%99s%C9%99n-v%C9%99-huse...
