Salam isminin şərhi

 

Bu ismin 3 mənası vardır:

1. Səlamətə çıxardan;

2. Səlamətdə olan (yəni Zatının bütün xəta və qüsurlardan münəzzəh olması);

3. Qullarına cənnətdə salam verən.

İndi bu 3 mənanı tək-tək başa düşməyə çalışaq:

1. Səlamətə çıxardan:

Allah, salamdır. Bu isim ilə yaratdıqlarına təcəlli etdiyində, onları düşmənlərdən, sıxıntılardan, təhlükələrdən, müsibətlərdən və hər cür kədərlərdən səlamətə çıxardar.

Səlam isminin bu mənasını maddələr halında belə sıralaya bilərik:

• Yaratdıqlarını düşmənlərinin hücumlarından qurtarmaqla səlamətə çıxartması:

Hər varlığın, onlarla düşməni vardır. O varlığın düşmənlərinin hücumlarından qurtularaq səlamətə çıxması, Allahın salam isminin bir təcəllisidir.

• Həyatının davamı üçün lazım olan cihazları (orqan və ya hisləri) verməklə səlamətə çıxarması:

Milçəyə qanad verməkdən tut, balığa süzgəclər ehsan etməyə; ağaclara yarpaq və çiçək verməkdən tut, hər məxluqu, həyatının davamı üçün gərəkli olan cihazlarla təchiz etməyə qədər hər ehsan, salam isminin bir təcəllisidir.

• Qullarını təhlükələrdən qurtarmaq surətilə səlamətə çıxarması:

Məsələn, ana rəhmində bir uşaq düşünək. Uşaq, çox aciz, zəif və müdafiəsizdir... Onu o dar məkanda boğulmaq, ac qalmaq, zəhərlənmək kimi təhlükələrdən mühafizə edib səlamətlə dünyaya çıxarmaq, Allahın salam isminin bir təcəllisidir.

Yenə insanın düşmənləri olan mikroblar! Mikroblara qarşı insanın bədənində bir müdafiə sistemi qurmaq ilə, onları xəstəliklərdən qorumaq və bəzən bir çox hikmətdən dolayı xəstə edib şəfa vermək də, Allahın salam isminin bir təcəllisidir.

İnsanın vücuduna müdafiə sistemi quran Allah Taala, böyük bir insan olan dünyanı da, müdafiə sistemləri ilə təchiz etmiş və salam ismini fərqli-fərqli təcəllilərlə bizlərə tanıtdırmışdır.

Bunlardan biri, dünyamızı əhatə edən atmosfer. O, canlılar üçün zərərli ola biləcək göy daşlarından zərərli işıqlara qədər bir çox təhlükəyə sipər olmaqla, Allahın salam isminə böyük bir ayna olmuşdur.

Bizlər də, hər an bu ismə aynayıq və bu ismin təcəllisinə möhtacıq. Labüd bir maşın qəzasından ummadığımız bir şəkildə qurtulmağımız; içindən canlı çıxılması mümkün olmayan bir qəzadan yara belə almadan çıxmağımız; zəlzələdə evimizin yıxılmaması və ya yıxılan bir binanın altından ölmədən qurtulmağımız; təhlükəli bir əməliyyatdan sağ-salamat çıxmağımız və bunlar kimi görünən və görünməyən təhlükələrdən səlamətə çıxmağımız, Allahın salam isminin bir təcəllisidir.

------------------------------------

2. Bütün qüsurlardan səlamətdə olan:

Salam isminin ikinci mənası: Allahın bütün əskikliklərdən və qüsurlardan münəzzəh, yəni səlamətdə olmasıdır.

Mövcud olan hər bir varlıq, Allahın salam isminə şahidlik edir. Bir çiçəyin Allahın salam isminə olan şahidliyini bərabər düşünək.

Bir gülü yaratmaq üçün, sənətkarının hansı sifətlərə sahib olması lazımdır?

~ İlk əvvəl aciz olmamalı, qüdrəti sonsuz olmalıdır. Çünki çiçəyi bəsit bir toxumdan çıxartmaq, ancaq sonsuz bir gücə sahib olmaqla mümkündür. Aciz olan, çiçəyə usta ola bilməz.

Bax beləcə, çiçək, varlığı ilə Allahın acizlikdən səlamətdə olduğuna və Onun sonsuz bir qüdrətə sahib olduğuna şəhadət edir.

~ Yenə ustası cahil olmamalı, alim olmalıdır. Çünki çiçəkdəki hikmət və sənət, ancaq sonsuz bir elmin varlığı ilə izah edilə bilər. Həm bu çiçək, günəşindən havasına, buludundan torpağına qədər, bütün aləm ilə əlaqədardır. Bu münasibətləri, ancaq elm sahibi bir Zat, tənzimləyə bilər.

Bax çiçək, özündəki sənət və hikmətin dililə və hər şeylə münasibətlərinin tənzimlənməsi cəhətilə, Allahın cahillikdən səlim olduğuna və sonsuz elmə sahib olduğuna işarət edər.

~ Yenə çiçəyin ustası, kor olmamalı, görməlidir. Çünki iş görən, gördüyü işi görür, görə bilməyən isə, işi görə bilməz.

Bax belə, gül, varlığı və özündəki mükəmməl sənət ilə, Allahın korluqdan səlamətdə olduğuna və hər şeyi görən bəsir olduğuna şəhadət edər.

~ Çiçək, bir az əvvəl yox idi, ancaq var oldu. Varlığı, yoxluğuna tərcih edildi. Demək, sənətkarında, iradə sifəti vardır. Tərcih edə bilməyən və iradəsi olmayan, çiçək yarada bilməz.

Bax belə, çiçək, varlığının yoxluğuna tərcih edilməsilə, Allahın iradəsizlikdən səlamətdə olduğuna və mütləq iradə sahibi olduğuna şəhadət edər.

~ Həm çiçəyə necə mərhətmət edildiyinə və ehtiyaclarının necə gözəl qarşılandığına nəzər salaq. Çiçək bu halı ilə, Allahın mərhəmətsizlikdən səlamətdə olduğuna və Rəhim ismilə isimləndiyinə şəhadət edər.

~ Bu çiçək kimi, milyonlarla çiçəklər, eyni anda yaradılır. Hər biri, fərqli zinətlərlə zinətlənir. Demək, bunların sahibinin, bitməz və tükənməz xəzinələri vardır. Kasıb olan, bunlara sahib ola bilməz.

Bax beləcə, çiçək, minlərlə çiçəklərlə bərabər, Allahın yoxsulluqdan səlamətdə olduğuna işarət edər, yəni Onun zəngin olduğunu isbat edər.

Daha bunlar kimi, bir çox dil ilə, o çiçək, Allah Taala'nın bütün qüsurlardan bəri olduğunu isbat edərək, Onun salam ismilə müsəmma olduğuna (isimləndiyinə) işarət edər.

----------------------------------

3. Cənnətdə qullarına salam verən

Salam isminin üçüncü mənası: "cənnətdə qullarına salam verəndir".

Bu məna, Yasin surəsinin 58-ci ayətində, belə bəyan edilmişdir:

سَلَـٰمٌ قَوْلًا مِّن رَّبٍّ رَّحِيمٍ

"Üstəlik Rəhmli Rəbb onlara: “Salam” deyəcək.

Allah Taala, bu dünyada, salam ismini bizlərə təcəlli etdirdiyi kimi, bu isimlə bizə, cənnətdə də təcəlli etsin və bizlər Allahın salamını eşitməklə bəxtiyar olaq. Amin!

--------------------------------

Peyğəmbər (sallallahu aleyhi və səlləm), meracda, salam yerinə niyə "ət-təhiyyətu lilləh" demişdi?

-----------------------------

Buxari, "Səhih"ində, (10-cu kitab: Azan kitabı; 148-ci bab: "Son təşəhhüddə oturmaq" babı, hədis no: 831) ibn Məs'ud'dan nəql edilən bu rəvayətə yer vermişdir:

"Biz, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in arxasında namaz qıldığımız vaxt, belə deyərdik:

'Cəbrailə, Mikailə salam olsun, bu mələyə, bu mələyə salam olsun.'

Bunun üzərinə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), bizə dönərək belə buyurdu:

'Şübhəsiz, salam olan sadəcə Allahdır. Sizdən biri dua edəcəyi vaxt, bu duanı etsin:

ət-təhiyyətu lilləhi və's-salavatu və't-tayyibət. Əs-sələmu aləykə əyyuhə'n-nəbiyyu və rahmətullahi və bərəkətuhu. Əs-sələmu aleynə və alə ibədilləhi's-salihin. Əşhədu ən lə iləhə illəllah və əşhədu ənnə Muhammədən abduhu və rasuluhu.'

Çünki siz, bu şəkildə, Allahın saleh qullarına salam dilədiyiniz vaxt, bu dua, göydəki və yerdəki hər saleh qula isabət edər (çatar)."

-------------------------------

İbn Həcər Asqalani, Buxari şərhi olan "Fəthu'l-Bari"də, hədisin izahı ilə bağlı bunlara yer vermişdir:

"Şübhəsiz, salam olan sadəcə Allahdır."

ifadəsilə bağlı olaraq,

~ Beydavi'nin açıqlamaları, mücməl olaraq belədir:

"Allah rəsulu (sallallahu aleyhi və səlləm), Allaha salam/səlamət diləməyi qəbul etməmiş və rədd etmişdir. Bunun, əsl söylənməsi lazım gələn duaya zidd olduğunu da açıqlamışdır. Çünki hər cür salam və rəhmət, zatən Ona məxsusdur və Ondan gəlməkdədir; salam və rəhmətin sahibi Odur, salamı və rəhməti qullarına bəxş edən Odur."

~ ət-Turbəşti, bu mövzuda belə deyir:

"Allah rəsulu (sallallahu aleyhi və səlləm), Allaha salam diləməyi qadağan etmişdir. Çünki O, hər an, Özünə yönəlib istəklərimizi ərz etdiyimiz Mövlamızdır. O, bütün bu diləklərdən ucadır, bunlara əsla möhtac deyildir. Qul, Onun üçün necə dua edə bilər ki?! Zatən hər şeyin sahibi olan və istənilən halda Özünə dua etdiyimiz Rəbbimiz, O deyildirmi?!"

~ Mövzu ilə bağlı olaraq ibnu'l-Ənbari belə deyir:

"Allah rəsulu (sallallahu aleyhi və səlləm), səhabələrinə, salamı qullar üçün diləməklərini əmr etmişdir. Çünki səlamətə möhtac olan, məxluqlardır. Allah Taala, buna möhtac olmaqdan ucadır, Ğani'dir."

------------------

Salam vermək, müsəlmanlar arasında niyə bu qədər əhəmiyyətlidir?

Buxari'nin Səhih'ində, (79-cu kitab, "Kitabu'l-İstizan" (İcazə istəmək kitabında)", 8-ci bab: "Salamın ifşa edilməsi/açığa çıxarılması" babında), ibn Həcər, 6235 no-lu hədisin şərhində, İbnu'l-Arabi'nin bu izahına yer verir:

"Hədisdən başa düşüldüyünə görə, salamı ifşa etməyin/açığa çıxarmağın faydaları arasında, salamlaşanlar arasında sevginin hasil olması da vardır. Bunun belə olmasının səbəbi, dinin şəri hökmlərinin tətbiq edilməsi; kafirlərin də zəlil qılınması üçün, qarşılıqlı yardımlaşmaq surətilə, faydanın ümumi bir hal alması üçün, kəliməyə adət edilməsidir. Bu kəlimə eşidildiyi vaxt, onu yaxşıca başa düşən kimsənin qəlbində (bu kəlimə) yer edər, qəlbdəki nifrət uzaqlaşaraq onu söyləyənə doğru sevgilə yönələr."

Read 2 times
In order to make a comment, please login or register