Qadir və Muqtədir isimlərinin şərhi
69 və 70. Qadir və Muqtədir isimlərinin şərhi:
Bu 2 ismin mənası, "qüdrət sahibi" deməkdir. Lakin əl-Muqtədir, Qadir'ə görə, daha çox mübaliğə ifadə edir.
"Qüdrət": "bir şeyin, iradə və elm sifətlərinin təqdirilə və bu ikisinin uyğun bir şəkildə varlıq meydanına çıxmasını təmin edən məna"dır.
"Qadir", bir şeyi istərsə, edər; istəməzsə də, etməz olandır. Qadirin diləməsi də, şərt deyildir. Şübhəsiz, Allah, hal-hazırda, qiyaməti qoparmağa qadirdir. Çünki, əgər istərsə, bunu edə bilər. Əgər etmirsə, bunu istəmədiyindən dolayıdır. Onun əzəli elmində, qiyamətin gerçəkləşəcəyi vaxt təqdir edildiyi üçün, hal-hazırda gerçəkləşməsini istəməz. Bunu, hal-hazırda istəməməsi isə, (bu xüsusdakı) qüdrətinə, xələl gətirməz.
Mütləq Qadir, hər bir mövcudu tək başına ixtira edən və bu ixtira xüsusunda, qeyrisinin yardımından zəngin olandır. Və O, Allah Taala'dır.
(Tənbeh):
Qula gəlincə: ümumi olaraq bir qüdrəti vardır. Ancaq, bu qüdrəti, naqisdir. Sadəcə, bəzi mümkinləri (varlığı və yoxluğu bərabər olan, Allahdan qeyri hər şeyi) ələ alar; ixtira üçün də, səlahiyyəti yoxdur. Qul, öz qüdrəti vasitəsilə, məqdur (təqdir etdiyi, qüdrətinin əlaqəli olduğu şey)'in varlıq səbəblərinin hamısını təmin etdiyində, onun məqdurlarını da yoxdan yaradan, yenə ancaq Allah Taala'dır. Bunun altında, belə bir kitabın qaldıra bilməyəcəyi bir dərinlik vardır.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
---------------------------
---------------------------
Əlavələr:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/l%C9%99-h%C9%99vl%C9%99-v%C9...
