Həmid isminin şərhi

57. Həmid isminin şərhi:

Özünə həmd və səna ediləndir. Allah (azzə və cəllə):

~ (həm) əzəli olaraq Öz Zatına həmd etməsi;

~ (həm də) əbədi olaraq qulları tərəfindən Özünə həmd edilməsi

cəhətindən, Həmid'dir.

Bu isim, cəlal, uluvv (ucalıq) və kamal sifətlərinə raci olub zikr edənlərin zikrinə nisbət edilir. Çünki həmd, kamal vəsflərinin, kamal vəsfləri olmaq cəhətindən zikr edilməsidir.

Tənbeh:

Qullardan həmid olan, əqidəsi, əxlaqı və sözləri, -ikinci bir kimsədə (misalı) olmayacaq dərəcədə- təriflənəndir. Bu da, Muhamməd (sallallallahu aleyhi və səlləm) ilə Ona yaxın olan Nəbilər və bunlar xaricində də, vəlilər və alimlərdir. Bunlardan hər biri də, tərifə layiq əqidə, əxlaq, əməl və sözləri nisbətincə, həmiddir.

(Bu halda), nə qədər tərifə layiq vəsfləri olarsa olsun, heç kim, məzəmmət və qüsurdan bəri olmadığına görə, mütləq Həmid, Allah Taala'dır.

(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)

-----------------------------------

-----------------------------------

Əlavələr:

"Odur ki, onlar ümidlərini kəsdikdən sonra yağışı endirər və rəhmətini sərib yayar. O, Vəlidir, Həmiddir." (Şura surəsi, 28)

‘Həmd etmək' deyilincə əvvəlcə, mədh etmək və sənada olmaq ağla gəlir. Bu isə, bir kamala qarşı heyrət ifadəsidir.

Bu kainatda hər şeyin ən mükəmməl şəkildə yaradıldığını görən bir mömin, nəyə baxsa Allaha həmd edər. Səmaları dirəksiz dayandıran, quru ağaclardan meyvələr çıxaran, beyin dəzgahında düşüncələri toxuyan, cansız elementlərdən hüceyrələr yaradan Allah, sonsuz həmd və sənaya layiqdir. Yeyib içdiyimiz nemətlər üçün də Allaha həmd edərik. Burada həmd, şükr mənasına edilmişsə də, bir az düşünüldüyündə, bu şükrdə də bir mədh etmə və sənada olma mənasının gizli olduğu görüləcək.

Həmdin şükrdən fərqi, insana çatmayan nemətlər üçün də həmd edilə bilməsidir. Məsələn, bütün heyvanların dünya süfrəsində birlikdə ruzi verilmələrini düşünən insan, bu möhtəşəm ziyafətin sahibi olan Allaha həmd və sənada olar.

Fatihə surəsində, "həmdin, yəni bütün mədih və sənanın, ancaq, Rabbu'l-aləmin, Rəhman, Rəhim və Maliki yəvmiddin olan Allaha" aid olduğunun bəyan edilməsi, Allahın digər bütün isimlərinin də həmd və sənaya layiq olduqları mövzusunda bir irşad və bir işarədir.

Qul olaraq, bizə düşən vəzifə, hər şeyi ən mükəmməl şəkildə yaradan Allahın, bu ağla sığmaz möcüzə işini təfəkkür və təqdirlə seyr edərək mədih və sənada olmaqdır.

Həmd etmə şərəfindən nəsiblənən bir insan, Allahın lütfkarlığıyla və mədh edilən bir qul olar; beləcə bu isimdən ayrı bir təcəlli nuruna daha qovuşmaqla şərəflənər, yüksələr və ucalar.

-----------------------------

-----------------------------

İsra surəsi 44-cü ayətin təfsiri:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/isra-sur%C9%99si-44-cu-ay%C9...

 

Read 10.342 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR