İsra surəsi 44-cü ayətin təfsiri

تُسَبِّحُ لَهُ ٱلسَّمَـٰوَ‌ٰتُ ٱلسَّبْعُ وَٱلْأَرْضُ وَمَن فِيهِنَّ ۚ وَإِن مِّن شَىْءٍ إِلَّا يُسَبِّحُ بِحَمْدِهِۦ وَلَـٰكِن لَّا تَفْقَهُونَ تَسْبِيحَهُمْ ۗ إِنَّهُۥ كَانَ حَلِيمًا غَفُورًا

"Yeddi göy, yer və onlarda olanlar, Onu təsbih edir. Elə bir şey yoxdur ki, Onu həmd ilə təsbih etməsin. Lakin siz, onların təsbihini anlamazsınız. Həqiqətən, O, Həlimdir, Ğafurdur." (İsra/44)

----------------------------------------

Varlıqların Allahı necə təsbih etdiklərinə dair, 2 görüş vardır:

1. Varlıqların hal dililə təsbihləri

2. Onlara müvəkkəl olan mələklərin təsbihləri.

Biz burda, varlıqların hal dililə etdikləri təsbih haqqında bəhs edəcəyik. Belə ki:

"Beşinci qisim sirlər:

Dil ilə halın dilini açıqlamaqdır. Qıt anlayışlı kimsə, zahiri ifadələrə ilişib qalar və onu həqiqət zənn edər. Halbuki həqiqətlərə nüfuz edənlər, zahiri ifadələrlə nə demək istənildiyini, buradakı sirri qavrayarlar. Bu, eynilə buna bənzəyir:

Divar, özünə vurulan çəkicə:

-'Niyə məni yarırsan? diyə şikayət etdiyində, çəkic:

-'Onu mənə deyil, dayanmadan məni vuran çəkicə və onun əlindəki daşdan soruş.' deyir.

Bax burda, sözlə, halın dili bildirilmişdir. (Yoxsa nə divar danışmışdır, nə də çəkic.)

Fussilət surəsinin 11-ci ayətində, Allah Subhənəhu və Taala belə buyurur:

"---ثُمَّ ٱسْتَوَىٰٓ إِلَى ٱلسَّمَآءِ وَهِىَ دُخَانٌ فَقَالَ لَهَا وَلِلْأَرْضِ ٱئْتِيَا طَوْعًا أَوْ كَرْهًا قَالَتَآ أَتَيْنَا طَآئِعِينَ---"

"--Sonra O, tüstü halında olan göyə tərəf yönəlib ona və yerə: 

“Könüllü surətdə və ya məcburi olaraq gəlin əmrimə boyun əyin!”– dedi. 

Onlar: “Könüllü olaraq gəldik!”– dedilər.---" 

İndi, axmaq kimsənin bu ayəti anlaya bilməsi üçün, yer üzü ilə göyləri, həyat, ağıl, İlahi xitabı qavrayacağı bir anlayış qabiliyyəti və istedadı təqdir etməsi və Allah'ın xitab əmrinin göylərlə yerin dinləyə biləcəkləri bir səs və hərflərdən meydana gəldiyini və onların da hərf və səslə cavab verib: "istəyərək, könüllü olaraq gəldik" deyə dediklərini düşünməsi lazımdır.

Halbuki bəsirət sahibi, bu ifadələrin hal dilini bildirdiyini, göylərin və yerin məcburi olaraq Allahın əmrinə hazır olduqlarını xəbər verdiyini anlayar.

Yenə İsra surəsini  44-cü ayəti də bu qəbildəndir:

"---تُسَبِّحُ لَهُ ٱلسَّمَـٰوَ‌ٰتُ ٱلسَّبْعُ وَٱلْأَرْضُ وَمَن فِيهِنَّ ۚ وَإِن مِّن شَىْءٍ إِلَّا يُسَبِّحُ بِحَمْدِهِۦ وَلَـٰكِن لَّا تَفْقَهُونَ تَسْبِيحَهُمْ ۗ إِنَّهُۥ كَانَ حَلِيمًا غَفُورًا---"

"---Yeddi göy, yer və onlarda olanlar Onu təsbih edər. Elə bir şey yoxdur ki, Onu həmd ilə təsbih etməsin. 

Lakin siz onların təsbihini anlamazsınız. Həqiqətən, O, Həlimdir, Bağışlayandır.---"

Yenə axmaq kimsə, bu ayətin mənasını qavraya bilmək üçün, cansız varlıqlara həyat, ağıl, səs və hərflərlə danışmaq qabiliyyəti verilib, onların: təsbih etdiklərini, yəni subhanallah dediklərini, təsbihin gerçəkləşməsi üçün, bunun, zəruri olduğunu düşünürlər.

Halbuki, bəsirət sahibi burada, dilin qəsd edilmədiyini, nəsnələrin (şeylərin) varlıqları ilə, Allahı təsbih, Zatını təqdis etdiklərini, Onun birliyinə şahidlik etdiklərini anlayar.

Necə ki, məşhur şairlərdən Lebid belə deyirdi:

"Hər şeydə Onun bir olduğunu göstərən bir nişan vardır."

Yenə:

"Bu sağlam memarlıq sənəti, memarının məharətinə şahiddir." deyildiyində, bu şahidlik, sözlü bir şahidlik olmayıb, zatı və halı ilədir.

Yenə heç bir şey yoxdur ki, özünü var edən, varlığını və sifətlərini davam etdirən, hərəkətlərini çəkib-çevirən bir Yaradıcıya möhtac olmasın. O, bu ehtiyacı ilə, zəruri olaraq, Yaradıcısının müqəddəsliyinə şahidlik edər. 

Onun varlığını, hadisələrin zahirlərinə ilişib qalanlar deyil, bəsirət sahibləri idrak edərlər. Bundan ötürüdür ki, Allah Taala belə buyurmuşdur:

"...lakin siz, onların təsbihlərini anlamazsınız..."

Bu qıt ağıllılar, heç bir zaman qavramazlar. Muqarrəb (Allaha yaxın) kimsələrlə, elmin zirvəsinə çıxmış alimlər isə, künhünü və kamal mərtəbəsini qavramazlar.

Çünki hər varlıq, Allah Taala'nı nöqsan sifətlərdən tənzih edib onu təsbihlə anmaqda, fərqli şəhadət göstərirlər; şəhadəti isə, hər kəs, öz ağıl və bəsirətinə görə idrak edər... 

Hüccətü'l-İslam imam Ğazzali "İhya-u Ulumi'd-din" 

-------------------------------------------------------------------------------------------------

Fəxrəddin ər-Razi, "Məfatihu'l-Ğeyb" təfsirində (bu ayətin təfsirində), məsələyə belə izah gətirir:

Bu ifadə ilə bağlı, 2 məsələ vardır:

✓ Birinci məsələ:

Bil ki, canlı mükəlləf, Allahı bu 2 şəkildə təsbih edir:

1. Sözlü olaraq. Bu, mükəlləfin dili ilə, məsələn "subhanallah" deməsi kimidir.

2. Mükəlləfin fərqli hallarının, Allahın birliyinə, münəzzəh olduğuna və izzətinə dəlalət etməsi ilə.

Lakin heyvanlar kimi mükəlləf olmayan canlılar ilə cansız (daş-torpaq) kimi varlıqlar, Allahı ancaq ikinci şəkildə təsbih edirlər. Çünki birinci şəkildə təsbih, ancaq anlamaq, bilmək və danışmaqla mümkündür. Bunlar isə, cansızlar üçün düşünülə bilməz.

Bundan dolayı, geriyə, onların təsbihi ancaq ikinci şəkildə edə bilmələri ehtimalı qalır.

Bil ki, cansız varlıqların da, bilən və danışan varlıqlar ola biləcəklərini söyləsək, Allah Taala'nın alim və qədir olmasından yola çıxaraq, Onun həyat sahibi olduğuna istidlal edə bilmərik. Bu halda da, Allah Taala'nın "Hayy" (həyat sahibi) olduğunu bilib-başa düşmək qapımız bağlanmış olar. Halbuki, bu, bir küfrdür. Çünki o vaxt belə deyilə bilər:

Cansız varlıqların canlı olmadıqları halda, Allahın zat və sifətlərini bildikləri və Onu təsbih etdikləri mümkün görüləcək olarsa, bu halda, bir şeyin alim, qədir və mütəkəllim (danışan) olmasından, onun diri (həyat sahibi) olması gərəkdiyi söylənə bilməz. Beləcə də, alim və qədir olmasından hərəkətlə, Allahın "hayy" olduğu söylənə bilməz. Halbuki Allahın "hayy" olmadığını söyləmək, cahillik və küfrdür. Çünki "hayy" (diri) olmayanın, alim, qədir və mütəkəllim olmayacağı, qəti və açıq olaraq bilinən bir xüsusdur.

Bax mühəqqiq alimlərin, bu xüsusda tətbiq etdiyi görüş, budur.

Bəzi kimsələr, cansız varlıqların, hər növ bitki və heyvanların, Allahı təsbih etdiklərini söyləmiş və görüşlərinin doğruluğuna, bu şəkildə istidlal etmişlərdir:

"Bu ayət, onların da Allahı təsbih etdiklərini göstərməkdədir. Burda bəhs edilən 'təsbih'i, Allahın qüdrətinin və hikmətinin mükəmməl olduğunu göstərən dəlillər mənasında başa düşmək, mümkün deyildir. Çünki Allah Taala: 'Lakin siz, onların təsbihini başa düşməzsiniz.' buyurmuşdur. Bundan dolayı, bu, bütün varlıqların təsbihinin, biz insanlar tərəfindən anlaşılmadığını göstərməkdədir. Halbuki bunların, Allahın qüdrət və hikmətinə dəlalət etdikəri məlumdur. Məlum olan, məlum olmayandan başqadır. Beləcə, bu, onların Allahı təsbih etdiklərinə, ancaq onların təsbihlərinin, bizcə anlaşıla bilməyəcəyinə dəlalət edər. Dolayısı ilə, bu ayətdə bəhs edilən təsbihin, o varlıqların Allahın qüdrət və hikmətinə dəlalət etməsindən başqa bir şey olması lazımdır."

Buna, bir neçə cəhətdən cavab verilə bilər:

1. Sən, bir tək almanı ələ aldığında, o alma, saysız-hesabsız atomlardan meydana gəlmişdir. O atomların hər biri, Allahın varlığına, başlı-başına bir dəlildir. Onların hər birinin:

~ xarakter;

~ dad;

~ rəng;

~ qoxu; və

~ bir yer tutmaq

kimi, özlərinə aid xüsusi sifətləri vardır. Bu atomlardan hər birinə, o bəlli (yuxarıdakı) sifətlərin verilməsi, "mümkin" işlər növündəndir.

Dolayısı ilə, bu (sifət) verilmə işi, qədir və hakim bir İlahın verməsi ilə olmuşdur.

Bunu yaxşıca qavradığında, o alma atomlarının hər birinin, Allahın varlığına tam bir dəlil və tək bir atomda olan o sifətlərin də, yenə Allahın varlığına tam bir dəlil olduğu ortaya çıxmış olur. Ancaq buna baxmayaraq, nə o atomların sayı, nə də onlardakı sifətlərin (tam) halı, bizcə məlum deyildir. Bax bundan ötürüdür ki, Allah Taala:

"Lakin siz, onların təsbihini başa düşməzsiniz." deyə buyurmuşdur.

2. Kafirlər, hər nə qədər dillərilə aləmin bir İlahı olduğunu söyləyirlərsə də, Onun varlığına dəlalət edən fərqli dəlillər üzərində təfəkkür etmirlər. Bax bundan ötürüdür ki, Allah Taala:

وَكَأَيِّن مِّنْ ءَايَةٍ فِى ٱلسَّمَـٰوَ‌ٰتِ وَٱلْأَرْضِ يَمُرُّونَ عَلَيْهَا وَهُمْ عَنْهَا مُعْرِضُونَ

"Göylərdə və yerdə neçə-neçə dəlillər vardır ki, insanların çoxu onların yanından üz çevirib keçirlər." (Yusuf/105) buyurmuşdur.

Bundan dolayı:

"Lakin siz onların təsbihini başa düşməzsiniz." ayəti ilə də, bu məna murad edilmişdir.

3. Müşriklər hər nə qədər dillərilə aləmin bir İlahı olduğunu qəbul edirlərsə də, Onun mükəmməl bir qüdrətə sahib olduğunu bilə bilməzlər. Bax bundan ötürüdür ki, onlar, Haqq Taala'nın insanları yenidən dirildib toplamağa qadir olmasını, ağıldan uzaq görmüşlərdir. Bundan dolayı, bu ayətlə, bu məna murad edilmişdir.

Həm sonra Allah Taala, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə:

قُل لَّوْ كَانَ مَعَهُۥٓ ءَالِهَةٌ كَمَا يَقُولُونَ إِذًا لَّٱبْتَغَوْا۟ إِلَىٰ ذِى ٱلْعَرْشِ سَبِيلًا

De: “Əgər müşriklərin söylədikləri kimi Allahla yanaşı başqa məbudlar olsaydı, onlar Ərş Sahibinin yanına çatmaq üçün yol axtarardılar." (İsra/42) deməsini əmr etmişdir. Demək ki, onlar, bu dəlili bilmirlər. Dolayısı ilə, Allah Taala, bu dəlili zikr edincə:

"7 göylə yer və onların içərisində olanlar, Onu təsbih edirlər..." buyurdu.

O halda, göylərin, yerin və içindəkilərin təsbihi, bu dəlilin doğru və qüvvətli olduğuna şahidlik edir. Ancaq sizlər, bu dəlili yaxşıca başa düşə bilməzsiniz. Hətta biz deyirik ki:

Müşriklər:

~ tövhid;

~ ədalət;

~ nübüvvət; və

~ axirətin

dəlillərinin çoxundan xəbərsizdirlər. Bundan dolayı, ayətdəki:

"Lakin siz, onların təsbihini yaxşı başa düşə bilməzsiniz." ifadəsilə, bu məna murad edilmişdir.

Halın belə olduğuna, ayətdəki:

...إِنَّهُۥ كَانَ حَلِيمًا غَفُورًا

"Həqiqətən O, Həlimdir, Ğafurdur (bağışlayandır)." cümləsi də dəlalət etməkdədir.

Bu səbəblə, biz deyirik ki:

Bu ayətdə "həlim""ğafur" sifətlərinin gətirilməsi, o kafirlərin bu təsbihi başa düşə bilməmələrinin onlardan meydana gələn böyük bir günah olduğunu göstərir. Bunun bir günah olması, ancaq burdakı təsbih ilə qəsd edilənin:

"Onların Allahın qüdrət və hikmətinin mükəmməl olduğuna dəlalət etməsi, sonra da, onların qəflət və cahilliklərindən ötürü, o dəlillərin buna necə dəlalət etdiyini bilə bilməmələri" mənası qəsd edildiyi zaman, doğru olur.

Lakin bu təsbihi, o cansız varlıqların, sözlü olaraq dillərilə Allahı təsbih etmələri mənasında ələ alsaq, bu təsbihləri insanın başa düşə bilməməsi, bir günah olmaz. Bu, bir günah olmayınca da:

"Həqiqətən O, həlim və ğafurdur." cümləsinin, bu ayətin sonunda gətirilməsi, uyğun düşməzdi.

Bundan dolayı, bu, tərcih etdiyimiz görüşü dəstəkləmək xüsusunda, güclü bir izahdır.

Bil ki, cansız varlıqların və heyvanların, Allahı şəxsən sözləri və dillərilə təsbih etdiklərini iləri sürənlər, hər canlıya bir başqa növ təsbih nisbət edərək:

"Heyvanlar kəsilincə, təsbih etməzlər." deyirlər.

Eyni zamanda da:

"Cansızlar, Allahı təsbih edirlər." deyirlər.

Bundan dolayı, onun cansız olması, təsbih edici olmasına mane olmadığına görə, heyvanın kəsilməsi, təsbih etməsinə necə mane ola bilər?!

Həm yenə, onlar:

"Ağacın budağı qırılarsa, artıq təsbih etməz." deyirlər.

Cansızların cansız olması, təsbih etmələrinə mane olmadığına görə, o budağı qırıb (cansız hala gətirmək), buna necə mane ola bilər?!

Bundan dolayı, bu görüşlərin qeyr-i məqbul və zəif olduqları başa düşülmüş olar.

Ən doğrusunu bilən, Allahdır.

✓ İkinci məsələ:

Ayətdəki:

"7 göylə yer və bunların içində olanlar, Onu təsbih edirlər..." cümləsi, bu təsbihin:

~ göylərə;

~ yerə; və

~ bu ikisi içində olan

mükəlləflərə aid olduğunu göstərməkdədir. Halbuki biz, cansızlara izafə edilən təsbihin, ancaq Allahın münəzzəh olduğuna dəlalət edən şeylər mənasında olduğunu söyləmişdik. Təsbihi bu mənada ələ almaq, məcazdır.

Lakin mükəlləflərdən (insan və cinlərdən) meydana gələn və onların şəxsən dillərilə "subhanallah" demələri mənası isə, (ayətdəki) təsbihin həqiqi mənasıdır.

Bundan dolayı, bir "təsbih" ləfzinin, eyni anda həm həqiqi, həm də məcazi mənada istifadə edilmiş olması gərəkdir ki, bu, fiqh üsulunun dəlillərinə görə batildir, caiz deyildir.

Dolayısı ilə, bu təsbihi, belə bir məhzur (həzər ediləcək hal) meydana gəlməməsi üçün, insanlar haqqında deyil, yerdə və göydə olan cansızlar haqqında məcazi mənaya həml etmək, daha əvladır. Allah, ən gözəl biləndir.

------------------------------------------------------------------------------

------------------------------------------------------------------------------

Ustad Said Nursi (rahiməhullahu Taala), bu ayəti, "Şüalar" adlı əsərinin 7-ci Şüası olan "əl-Ayətu'l-Kubra" risaləsində təfsir etmişdir. Biz burda, risalənin hamısını deyil, qısa bir yerini və izahını göstərəcəyik. Belə ki:

تُسَبِّحُ لَهُ السَّمٰوَاتُ السَّبْعُ وَاْلاَرْضُ وَمَنْ فِيهِنَّ وَإِنْ مِنْ شَىْءٍ إِلاَّ يُسَبِّحُ بِحَمْدِهِ وَلٰكِنْ لاَ تَفْقَهُونَ تَسْبِيحَهُمْ إِنَّهُ كَانَ حَلِيمًا غَفُورًا

Bu âyet-i muazzama gibi pek çok âyât-ı Kur'âniye, bu kâinat Hâlıkını bildirmek cihetinde, her vakit ve herkesin en çok hayretle bakıp zevkle mütalâa ettiği en parlak bir sahife-i tevhid olan semâvâtı en başta zikretmelerinden, en başta ona başlamak, muvafıktır.

Evet, bu dünya memleketine ve misafirhanesine gelen her bir misafir, gözünü açıp baktıkça görür ki: Gayet keremkârâne bir ziyafetgâh ve gayet san'atkârane bir teşhirgâh ve gayet haşmetkârâne bir ordugâh ve talimgâh ve gayet hayretkârâne ve şevk-engizâne bir seyrangâh ve temâşâgâh ve gayet mânidarâne ve hikmetperverâne bir mütalâagâh olan bu güzel misafirhanenin sahibini ve bu kitab-ı kebîrin müellifini ve bu muhteşem memleketin sultanını tanımak ve bilmek için şiddetle merak ederken, en başta göklerin nur yaldızıyla yazılan güzel yüzü görünür. "Bana bak, aradığını sana bildireceğim" der. O da bakar, görür ki:

Bir kısmı arzımızdan bin defa büyük ve o büyüklerden bir kısmı top güllesinden yetmiş derece sür'atli yüz binler ecram-ı semâviyeyi direksiz, düşürmeden durduran ve birbirine çarpmadan fevkalhad çabuk ve beraber gezdiren; yağsız, söndürmeden mütemadiyen o hadsiz lâmbaları yandıran ve hiçbir gürültü ve ihtilâl çıkartmadan o nihayetsiz büyük kütleleri idare eden ve güneş ve kamerin vazifeleri gibi, hiç isyan ettirmeden o pek büyük mahlûkları vazifelerle çalıştıran ve iki kutbun dairesindeki hesap rakamlarına sıkışmayan bir nihayetsiz uzaklık içinde, aynı zamanda, aynı kuvvet ve aynı tarz ve aynı sikke-i fıtrat ve aynı surette, beraber, noksansız tasarruf eden ve o pek büyük mütecaviz kuvvetleri taşıyanları, tecavüz ettirmeden kanununa itaat ettiren ve o nihayetsiz kalabalığın enkazları gibi, göğün yüzünü kirletecek süprüntülere meydan vermeden, pek parlak ve pek güzel temizlettiren ve bir muntazam ordu manevrası gibi manevrayla gezdiren ve arzı döndürmesiyle, o haşmetli manevranın başka bir surette hakikî ve hayalî tarzlarını her gece ve her sene sinema levhaları gibi seyirci mahlûkatına gösteren bir tezahür-ü rububiyet ve o rububiyet faaliyeti içinde görünen teshir, tedbir, tedvir, tanzim, tanzif, tavziften mürekkep bir hakikat, bu azameti ve ihatatı ile o semâvât Hâlıkının vücub-u vücuduna ve vahdetine ve mevcudiyeti, semâvâtın mevcudiyetinden daha zâhir bulunduğuna bilmüşahede şehadet eder mânâsıyla Birinci Makamın Birinci Basamağında

لاَ إِلٰهَ إِلاَّ اللهُ الْوَاجِبُ الْوُجُودِ الَّذِى دَلَّ عَلٰى وُجُوبِ وُجُودِهِ فِى وَحْدَتِهِ: اَلسَّمٰوَاتُ بِجَمِيعِ مَا فِيهَا، بِشَهَادَةِ عَظَمَةِ إِحَاطَةِ حَقِيقَةِ: اَلتَّسْخِيرِ، وَالتَدْبِيرِ، وَالتَّدْوِيرِ، وَالتَّنْظِيمِ، وَالتَّنْظِيفِ، وَالتَّوْظِيفِ الْوَاسِعَةِ الْمُكَمَّلَةِ بِالْمُشَاهَدَةِ

denilmiştir."

-----------------------------

İzahı:

تُسَبِّحُ لَهُ السَّمٰوَاتُ السَّبْعُ وَاْلاَرْضُ وَمَنْ فِيهِنَّ وَإِنْ مِنْ شَىْءٍ إِلاَّ يُسَبِّحُ بِحَمْدِهِ وَلٰكِنْ لاَ تَفْقَهُونَ تَسْبِيحَهُمْ إِنَّهُ كَانَ حَلِيمًا غَفُورًا

Bu âyet-i muazzama gibi pek çok âyât-ı Kur'âniye, bu kâinat Hâlıkını bildirmek cihetinde, her vakit ve herkesin en çok hayretle bakıp zevkle mütalâa ettiği en parlak bir sahife-i tevhid olan semâvâtı en başta zikretmelerinden, en başta ona başlamak, muvafıktır.

Yəni:

"Yeddi göy, yer və onlarda olanlar, Onu təsbih edir. Elə bir şey yoxdur ki, Onu həmd ilə təsbih etməsin. Lakin siz, onların təsbihini anlamazsınız. Həqiqətən, O, Həlimdir, Bağışlayandır." (İsra/44)

Bu böyük ayət kimi bir çox Quran ayəti, bu kainat Xaliq'ini bildirmək cəhətində, hər vaxt və hər kəsin ən çox heyrətlə baxıb zövqlə mütaliə etdiyi ən parlaq tövhid səhifəsi olan səmaları, ən başda zikr etmələrindən, ən başda onu açıqlamağa başlamaq, müvafiqdir.

----------------------------------

"Evet, bu dünya memleketine ve misafirhanesine gelen her bir misafir, gözünü açıp baktıkça görür ki: Gayet keremkârâne bir ziyafetgâh ve gayet san'atkârane bir teşhirgâh ve gayet haşmetkârâne bir ordugâh ve talimgâh ve gayet hayretkârâne ve şevk-engizâne bir seyrangâh ve temâşâgâh ve gayet mânidarâne ve hikmetperverâne bir mütalâagâh olan bu güzel misafirhanenin Sahibini ve bu kitab-ı kebîrin Müellifini ve bu muhteşem memleketin Sultanını tanımak ve bilmek için şiddetle merak ederken, en başta göklerin nur yaldızıyla yazılan güzel yüzü görünür. "Bana bak, aradığını sana bildireceğim" der. O da bakar, görür ki..."

Yəni:

Bu "dünya diyarı"na və "dünya mehmanxanası"na gələn hər bir qonaq, gözünü açıb baxdıqca, görür ki:

~ kərəmi açıq bir şəkildə görünən - bir ziyafətgah;

~ sənəti açıq bir şəkildə görünən - bir təşhirgah (sərgi salonu);

~ ehtişamı açıq bir şəkildə görünən - bir ordugah və təlimgah;

~ heyrət və şövq verici bir seyrangah və tamaşagah; və

~ mənalı və hikməti açıq bir şəkildə görünən - bir mütaliəgah

olan:

~ bu gözəl mehmanxananın Sahibini;

~ bu böyük kitabın Müəllifini; və

~ bu ehtişamlı diyarın Sultanını

tanımaq və bilməyi şiddətlə istəyərkən, ona, ən başda, göylərin nurla qızıllanan gözəl üzü görünür. O da baxar, görər ki...

-----------------------------------

İzahı:

Dünya, bütün canlılar, xüsusilə də insanlar üçün, saysız-hesabsız nemətlər, çox gözəl və qeyr-i adi ehsanlarla təchiz edilmiş mükəmməl bir ziyafət süfrəsidir.

Günəşdən qopan bir od parçası, çox bənzərsiz inqilablar keçirərək, okeanlara, meşələrə, ovalara çevrilmiş və bu mükəmməl məkana, hər biri ayrı bir İlahi sənəti sərgiləyən, təxminən 8 milyon növ heyvan "qonaq" olmuşlardır. Bu qonaqların özləri kimi, dünyaya gəliş şəkilləri də çox bənzərsiz, qeyr-i adidir. Bu gəliş, bizim, bir məkandan digərinə köçməyimizə, heç bənzəməz. Qonaqlar, bu mehmanxananın içindən çıxmaqda və yenə eyni yerdən qidalarla bəslənməkdədirlər.

Bu qədər bitki və heyvan növlərinin mükəmməl bir şəkildə bəslənmələri və qidalarının onlara təqdim edilməsi, dünyanı, böyük bir süfrə hökmünə gətirməkdədir. Xüsusilə, insanın bu süfrədən mükəmməl bir şəkildə istifadə etməsi, dünyanın, necə ehtişamlı bir süfrə olduğunu göstərməkdədir.

Bu ucsuz-bucaqsız kainat, eyni zamanda, Allahın bənzərsiz, qeyr-i adi əsərlərinin sərgiləndiyi mükəmməl bir təşhirgah, bir sərgi salonu kimidir.

Böyük yer kürəsində yazılan və hər bahar səhifəsində təşhir edilən İlahi sənətləri, minlərlə möcüzəli və hikmətli əsərləri, onlarda parlayan tövhid sikkələrini oxuyan bir insan, hər bir şeydə, Allahın varlığına, birliyinə, Onun bütün nöqsanlardan bəri və münəzzəh olduğuna dair dəlillər və işarətlər olduğunu idrak edər.

Hər bir sənətkar, öz sənətini seyr etməkdən ləzzət alar və onları sərgiləmək istəyər. Məsələn, bir rəssama ən çox xoş gələn, əsərlərini, başqalarının seyr edib təqdir etməsidir. Bu müqəddəs hal, eynilə (bənzərsiz bir şəkildə) Allahda vardır ki, Ustad Nursi, bəzi əsərlərində, buna, "şuunat / şə'nlər" deməkdədir. Bahar mövsümündə milyardlarla çiçək və bitkilərin oyanması və o şirin təbəssümü ilə insana baxması, Allahın, Öz isimlərini təşhir etməsi üçündür. Bu yönü ilə də, dünya, bir sərgi salonu kimidir, ki, Allah, burda, əsərləri üzərindən, Özünü isim (ünvan) və sifətlərilə tanıtmaqdadır.

Eyni zamanda, bu kainat və dünya, bir ordugah və təlimgah; içindəki saysız-hesabsız məxluqat isə, bu ordunun əsgərləri məsabəsindədir. Hər biri, müəyyən bir qanun və nizam üzərə hərəkət etməkdədirlər. Eynilə, ordudakı intizamlı əsgərlər kimi, "kainat ordusu"ndakı hər bir məxluq, müəyyən bir disiplin və intizam içində hərəkət edirlər. Milyonlarla bitki və heyvanların hamısı, bir ordu hökmündə olub libasları ayrı, silahları ayrı, qidaları ayrı olmalarına rəğmən, Allah, hər birini, vaxtı-vaxtında qarşılayıb heç birini ehmal etmir, yaddan çıxarmır.

Ağlı başında olan mütəfəkkir bir insan, bu dünyaya bir süfrə, bir sərgi salonu, bir ordugah, mənalı bir kitab nəzərilə baxsa, bunlar, ona, heyrət və şövq verər və Allaha olan mərifətini və sevgisini çoxaldar.

-----------------------------------

"Bir kısmı arzımızdan bin defa büyük; ve o büyüklerden bir kısmı top güllesinden yetmiş derece sür'atli yüz binler ecram-ı semâviyeyi:

~ direksiz, düşürmeden durduran; ve

~ birbirine çarpmadan, fevkalhad çabuk ve beraber gezdiren;

~ yağsız, söndürmeden, mütemadiyen o hadsiz lâmbaları yandıran; ve

~ hiçbir gürültü ve ihtilâl çıkartmadan, o nihayetsiz büyük kütleleri idare eden; ve

~ güneş ve kamerin vazifeleri gibi, hiç isyan ettirmeden, o pek büyük mahlûkları vazifelerle çalıştıran; ve

~ iki kutbun dairesindeki hesap rakamlarına sıkışmayan bir nihayetsiz uzaklık içinde, aynı zamanda, aynı kuvvet ve aynı tarz ve aynı sikke-i fıtrat ve aynı surette, beraber, noksansız tasarruf eden; ve

~ o pek büyük mütecaviz kuvvetleri taşıyanları, tecavüz ettirmeden kanununa itaat ettiren; ve

~ o nihayetsiz kalabalığın enkazları gibi, göğün yüzünü kirletecek süprüntülere meydan vermeden, pek parlak ve pek güzel temizlettiren; ve

~ bir muntazam ordu manevrası gibi manevrayla gezdiren; ve

~ arzı döndürmesiyle, o haşmetli manevranın başka bir surette hakikî ve hayalî tarzlarını her gece ve her sene, sinema levhaları gibi seyirci mahlûkatına gösteren

bir tezahür-ü rububiyet ve o rububiyet faaliyeti içinde görünen teshir, tedbir, tedvir, tanzim, tanzif, tavziften mürekkep bir hakikat, bu azameti ve ihatatı ile, o semâvât Hâlıkının vücub-u vücuduna ve vahdetine; ve mevcudiyeti, semâvâtın mevcudiyetinden daha zâhir bulunduğuna bilmüşahede şehadet eder..."

Yəni:

Bir qismi, yerdən 1000 dəfə böyük; və o böyüklərdən bir qismi, top gülləsindən 70 dəfə sürətli yüz minlərlə səmavi cismləri:

~ sütunsuz, düşürmədən saxlayan;

~ bir-birinə toqquşdurmadan, fövqə'l-hədd sürətli və bərabər gəzdirən;

~ yağsız, söndürmədən, mütəmadi olaraq, o saysız-hesabsız "lampa"ları yandıran;

~ heç bir gurultu çıxarmadan və xələl vermədən, o saysız-hesabsız böyük kütlələri idarə edən; (yəni, planetlər və bəzi göy cisimləri, normalda, insan qulağının qaldıra bilməyəcəyi bir şiddətdə səs çıxarmaqdadırlar. Lakin Allah, insan qulağını, bu böyük və kiçik səslərdən qorumaq üçün, eşitmə aralığı deyilən bir nizamla yaratmışdır. İnsan, nə çox yüksək səsləri eşitməkdə, nə də ən aşağı səslər məsələn, qarışqanın ayaq səsləri, onu narahat etməkdədir.);

~ günəş və ayın vəzifələri kimi, heç üsyan etdirmədən, o böyük məxluqları, vəzifələrlə çalışdıran (burdakı "üsyan" kəliməsi, "orbitindən çıxmaq" mənasındadır. Planetlər və ya səma cisimləri, dünyadan milyonlarla qat böyük olmalarına baxmayaraq, çox sürətli dönmələrinə, saysız-hesabsız deyiləcək qədər çox olmalarına baxmayaraq, milyonlarla ildən bəri, zərrə qədər orbitindən çıxmır, bənzərsiz bir nizam və ahəng içində hərəkət etməkdədirlər.)

~ 2 qütb dairəsindəki hesab rəqəmlərinə sığmayan sonsuz bir uzaqlıq içində, eyni zamanda, eyni qüvvət və eyni tərz və eyni fitrət və eyni surətdə, bərabər, nöqsansız təsərrüf edən;

~ o çox böyük mütəcaviz (həddini aşmaq istəyən) qüvvətləri daşıyanları, həddini aşdırmadan Öz qanunlarına itaət etdirən;

~ o ucsuz-bucaqsız izdihamın (yəni, saysız-hesabsız göy cisimlərinin) artıqları kimi, göy üzünü kirlədəcək şeylərə meydan vermədən, çox parlaq və gözəlcə təmizlətdirən;

~ intizamlı bir ordu manevri kimi manevrlə gəzdirən;

~ yeri döndürməsilə, o ehtişamlı manevrin başqa bir surətdə həqiqi və xəyali tərzlərini, hər gecə və hər il, kino lentləri kimi tamaşaçı məxluqlarına göstərən (Müəllifin qəsdi, budur: Dünyanın öz ətrafında dönməsi, günlük; günəşin ətrafında dönməsi də, illik bir manevrdir. Dünya, hər gün, gözümüz qarşısında döndüyü üçün, kinayə olaraq, həqiqi bir dönüş və manevr şəklində ifadə edilir. İllik dönüşü isə müşəxxəs, konkret olmadığı üçün, xəyalda, manevrlər toplatdırılıb, elə müşahidə edilə bilər deməklə, burda, "xəyali" təbiri istifadə edilmişdir. Yəni, "həqiqi" təbiri, dünyanın günlük dönüşünə; "xəyali" təbiri isə, illik dönüşünə dairdir. Burda, "xəyali" ifadəsi, həqiqəti olmayan bir şey mənasında deyil, sadəcə, parçaların toplanması mənasındadır. Çünki dünyanın illik dönüşünün geniş olmasından və bu genişliyin əhatəsi mümkün olmamasından dolayı, xəyalın köməyinə möhtacdır.)

bir rübubiyyət (tərbiyə edicilik) təzahürü və o rübubiyyət fəaliyyəti içində görünən:

~ təsxir (böyük cisimlərin Ona boyun əyməsi);

~ tədbir (onların idarə edilməsi);

~ tədvir (böyük kürələrin döndürülməsi, dövr etdirilməsi);

~ tənzim (onların nizam altına alınması);

~ tənzif (bütün kainatın təmizlənməsi);

~ təvzifdən (hər şeyə bir vəzifə verilməzi kimi şeylərdən)

mürəkkəb olan bir həqiqət, bu əzəmət və əhatəsilə, o səmalar Xaliqi olan Allahın, varlığının zəruri olmasına və birliyinə; və Onun varlığının, səmaların varlığından daha zahir olduğuna, şəhadət edər.

----------------

"...mânâsıyla Birinci Makamın Birinci Basamağında

لاَ إِلٰهَ إِلاَّ اللهُ الْوَاجِبُ الْوُجُودِ الَّذِى دَلَّ عَلٰى وُجُوبِ وُجُودِهِ فِى وَحْدَتِهِ: اَلسَّمٰوَاتُ بِجَمِيعِ مَا فِيهَا، بِشَهَادَةِ عَظَمَةِ إِحَاطَةِ حَقِيقَةِ: اَلتَّسْخِيرِ، وَالتَدْبِيرِ، وَالتَّدْوِيرِ، وَالتَّنْظِيمِ، وَالتَّنْظِيفِ، وَالتَّوْظِيفِ الْوَاسِعَةِ الْمُكَمَّلَةِ بِالْمُشَاهَدَةِ

denilmiştir."

Yəni:

"...bütün bu mənalarla, Birinci Məqamın birinci pilləkənində:

Allahdan başqa İlah yoxdur. O Vacibu'l-Vücud (varlığı vacib olan Allah) ki, genişlik və mükəmməliyyəti gözlə görünən təsxir, tədbir, tədvir, tənzim, tənzif və təvzif kimi həqiqətlərinin əhatəsinin əzəmətinin şəhadətilə, səmalar, bütün içindəkilərlə bərabər, Onun vəhdət içindəki varlığının vacibliyinə dəlalət edərlər." deyilmişdir.

----------------------------------------------------------------------------------

Xülasə:

Zatında, sifətlərində, isimlərində, fellərində, hökmlərində nöqsan olan bir Varlıq, yuxarıda zikr edlən bütün bu fəaliyyətlərə sahib çıxa bilərmi? Əsla və əsla! Demək ki, varlıqlar, Onun varlıq və birliyinə və bütün nöqsanlardan münəzzəh olduğuna, hal dililə dəlalət və şəhadət etməkdədirlər.

Ustad Nursinin ayətə verdiyi təfsirin davamını oxumaq üçün, aşağıdakı linkə daxil ol:

http://erisale.com/#content.tr.4.147

-------------------------------------------------------------

Kainatın Allaha həmd etməsinə gəlincə, müəllifimiz Ustad Nursi, "Şüalar" adlı əsərinin 15-ci Şuası olan "əl-Hüccətü'z-Zəhra" risaləsində (s. 562), bu xüsusda, belə deyir:

...Nasıl bir usta, pek harika bir makineyi derin ilmi ve mu'cizekâr (möcüzəvi) zekâsıyla yapsa, o acip makineyi gören herkes, o ustayı takdirkârâne (təqdir edərcəsinə) tebrik edip alkışlar ve tahsinkârâne (bəyənərək) medihlerle (mədh, təriflərlə) ve ihsanlarla ona maddî, mânevî hediyeler, tahiyyeler verir; o makine dahi, o ustanın istediği tarzda, tam tamına, gayet mükemmel olarak arzularını ve harika ince san'atını ve maharet-i ilmiyesini (elmi məharətini) göstermesiyle, kendi ustasını, lisan-ı hal (hal dili) ile alkışlar, tebrik eder, mânevî tahiyyeler, hediyeler verir.

Aynen öyle de, kâinatta bütün zîhayat taifeleri (həyat sahibləri), her biri ve her bir ferdi, her tarafı mu'cizeli birer harika makinedir ki, ustasının, her şeyin her şeyle münasebetini gören ve her şeyin hayatına lâzım bütün şeyleri görüp tam yerinde ona yetiştiren ihâtalı ilminin derin ve ince cilveleriyle (yansıma, görüntüləri ilə) kendini tanıttıran Sâni-i Zülcelâlini (cəlal sahibi Sənətkarını), hayatlarının lisan-ı halleriyle (hal dillərilə), ins ve cin ve melek olan zîşuurların (şüur sahiblərinin) kàl (ağızdakı) dilleri gibi tahiyyelerle (hədiyyələrə) alkışlar ve tebriklerle اَلتَّحِيَّاتُ لِلّٰهِ derler.

Yəni:

Necə ki, bir usta, qeyr-i adi bir maşını, dərin elmi və möcüzəvi zəkası ilə düzəltsə, o qeyr-i adi maşını görən hər kəs, o ustanı təqdir edərək təbrik edib alqışlayar və bu işi bəyənərək mədhlər, təriflər və ehsanlarla, ona maddi, mənəvi hədiyyələr verər;

O maşın da, o ustanın istədiyi tərzdə, tamamilə, çox mükəmməl olaraq arzularını və qeyr-i adi incə sənətini və elmi məharətini göstərməsilə, öz ustasını, hal dili ilə alqışlayar, təbrik edər, mənəvi təhiyyələr (hədiyyələr) verər;

Eynilə də, kainatdakı bütün həyat sahiblərinin hər biri, hər tərəfi möcüzəli bir maşındır ki, hər şeyin hər şey ilə münasibətini görən və hər şeyin həyatına lazım bütün şeyləri görüb tam yerində ona yetişdirən əhatəli elminin dərin və incə görüntüləri, əkslərilə özünü tanıtdıran Cəlal sahibi Sənətkar olan Allahı, həyatlarının hal dillərilə,

-insanlar, cinlər və mələklər olan şüur sahiblərinin dillərilə etdikləri kimi-

hədiyyələrlə alqışlayar və təbriklərlə "ət-təhiyyətu lilləh / bütün təhiyyələr, hədiyyələr, Allaha aiddir." deyərlər.

-------------------------------

Tərcüməçinin notu:

Dəyərli oxuyucu! Bütün kainat, hal dililə, Allahı təsbih və təhmid etdiyi halda; heç mümkünmüdür ki, (məxluqat arasında) ən ali varlıq olan insan, təsbih və təhmid etməsin və ya ona, təsbih və təhmid etməsi, əmr edilməsin?! Əsla və əsla! Allahın əzəmətli Kitabında da, varlıqların təsbih və təhmidindən bəhs edildikdən sonra, insanın da təsbih və təhmid etməsi əmr edilməkdədir. Bununla bərabər, namazın sözlərinə diqqət edilsə, namazın hər tərəfində, təsbih və təhmid zikr edilməkdədir. Namaz bitdikdən sonra da, yenə təsbih və təhmid ilə, namazdakı təsbih və təhmid daha da qüvvətləndirilməkdədir. Bil!

Kainatdakı təsbih dediyimiz nöqsansız fəaliyyətlər; və varlıqların Allahı hal dililə təhmidi nə qədər çox müşahidə edilsə, insanın bu təsbih və təhmiddən həzzi (nəsibi) də, o qədər çox olacaqdır. 

Əgər sual edilsə ki: "Varlıqlar, zatən hal dililə Allahı təsbih və təhmid edirdilər. Elə isə, insanın yaradılması və ona bunun əmr edilməsində, nə hikmət vardır?"

Buna, belə cavab verərik: Kainatda müşahidə edilən bütün əsərlər, felə dəlalət etməkdədir. Yəni, əsərlər, fellərin nəticəsidir. Fellər isə, ya ixtiyaridir, ya da qeyr-i ixtiyari. Qeyr-i ixtiyari fellərdə bu təsbih və təhmid göründüyü halda; ixtiyari olan fellərdə də bu təsbih və təhmid görünmək istəyər. Məhz bu hikmətdən dolayıdır ki, Allah, bu təsbih və təhmidi, şüurlu şəkildə və öz ixtiyarı ilə Allaha ərz edəcək varlıqları (insanları və cinləri) yaratmışdır. 

--------------------------

--------------------------

Əlavələr:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/quranda-allahin-ozunu-t%C9%9...

 

 

 

 

 

 

Read 118 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR