Quranda Allahın Özünü tərifləməsi
Quranda Allahın Özünü tərifləməsi:
Allahın kainatı yaratmasının ən böyük məqsədi, Özünü, şüur sahibi varlıqlara tanıtmasıdır. Allah, Özünü tanıdarkən, əlbəttə, sifətlərini/vəsflərini bildirərək Özünü təqdim edəcəkdir. İnsanların böyük əksəriyyətinə görə də, Allahın, heç bir nöqsan sifəti yoxdur. Bütün sifətləri, gözəldir, mükəmməldir və tərifə layiqdir. Elə isə, tərifə layiq bütün xüsusiyyətlərə sahib olan Allah, bəzi zındıqların xatiri üçün -haşa- Öz sifətlərinin qüsurlu olduğunumu bildirəcək?
Bununla bərabər, insanların, öz aralarında özlərini tərifləməsi, xoş qarşılanmaz. Çünki, Allahın xaricində, qüsurdan bəri olan heç bir varlıq yoxdur. Buna görə, özünü tərifləyən bir insan, qüsurlarını görməzlikdən gəlməkdə, olduğundan fərqli bir görüntü ərz etməkdə, özü kimi olan muxatablarına qarşı bir üstünlük göstərməkdə, bununla da qarşısındakıların rəqabət damarlarını təhrik etməkdə və fitnə-fəsada səbəbiyyət verməkdədir.
Allahın Öz-Özünü tərifləməsi, Özünü olduğu kimi qullarına bildirməsi; böyüklüyünü göstərməsi; üsyan edənlərin cəzasını, itaət edənlərin mükafatını verə biləcək gücə sahib olduğunun elan etməsi mənasına gəlir.
İnsanların Allaha itaət etmələri və üsyan etməkdən çəkinmələrinin ən böyük vəsiləsi, Allahın, hər şeyə qadir olduğu, bütün məzlumların haqlarını ala bildiyi bir gücə sahib olduğunu bilmələridir.
Bir də, Quranda, Allahın, qullarından istədiyi zikr, həmd və sənalar məsələsi vardır. Bunun cavabı, asandır. Çünki, "Cinləri və insanları, sırf Mənə qulluq etsinlər deyə yaratdım." (Zariyat/56) ayətində, insanların yaradılış səbəbinin, Allaha qulluq olduğu bildirilmişdir.
Allahı tərifləyən, özünü tərifləməz. Allahı ucaldan, özünü ucaltmaz. Allahın sonsuz rəhmətini və şiddətli əzabını sıx-sıx xatırlayan şəxs, Allaha qarşı gəlməkdən çəkinər və itaət edərək, Onun rəhmətinə sığınar.
Necə ki, Allahı düşünmədiyi üçün, "Mən, öz sərvətimi öz ağlım və elmimlə əldə etdim." deyən Qarun'un pis aqibəti, hər kəsin məlumudur.
Ayrıca, Peyğəmbər (sallallahu aleyhi və səlləm), bir hədisində, belə buyurur:
"Heç kim, Allahdan daha çox təriflənməyi sevməz. Bu səbəblədir ki, O, Öz-Özünü tərifləyir." (Buxari, hədis no: 4634)
Bu hədisdə, Allahın, qulları tərəfindən təriflənməsini çox istədiyi xüsusu, açıqca elan edilmişdir. Bunun, xülasə olaraq, 2 əhəmiyyətli hikməti vardır:
• Birincisi: Allahın, -az əvvəl ifadə edildiyi üzərə- Özünü, qullarına tanıtması; onların iman etmələrini təmin etməsi və bunu qüvvətləndirmək istəməsidir.
• İkincisi: Allahın, qullarına, qul olduqlarını xatırlatması, hədlərini bildirməsi, a-dan z-yə qədər, varlığının bütün maddi-mənəvi təchizatlarını, Özünə borclu olduğu Yaradıcısını göz ardı edib özünü nəzərə verməsi kimi cahilliklərinə mane olması kimi xüsuslardır.
------------------------
------------------------
Əlavələr:
Varlıqların, Allahın şəninə təriflər deməsi ayələri:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/isra-sur%C9%99si-44-cu-ay%C9...
