Vəli isminin şərhi
56. Vəli isminin şərhi:
"Sevən" və "kömək edən" deməkdir. Allahın məvəddət və məhəbbətinin mənası, daha əvvəl keçmişdi. Köməyinin mənası, zahirdir. O:
~ din düşmənlərinə mane olar;
~ övliyasına (vəlilərinə) isə, kömək edər.
Allah (subhənəhu və taala), belə buyurur:
ٱللَّهُ وَلِىُّ ٱلَّذِينَ ءَامَنُوا۟
Allahu vəliyyulləzi əmənu.
Yəni:
"Allah, iman edənlərin vəlisidir." (Bəqərə/257)
ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ مَوْلَى ٱلَّذِينَ ءَامَنُوا۟ وَأَنَّ ٱلْكَـٰفِرِينَ لَا مَوْلَىٰ لَهُمْ
Zəlikə biənnəllahə məvləlləzinə əmənu və ənnə'l-kəfirinə lə məvlə ləhum.
Yəni:
"Bu, ona görədir ki, Allah möminlərin Mövlasıdır. Kafirlərin isə, heç bir Mövlası yoxdur." (Muhamməd/11)
كَتَبَ ٱللَّهُ لَأَغْلِبَنَّ أَنَا۠ وَرُسُلِىٓ ۚ إِنَّ ٱللَّهَ قَوِىٌّ عَزِيزٌ
"Allah belə yazmışdır: 'Mən və elçilərim, hökmən qalib gələcəyik!' Həqiqətən, Allah, qavi (qüvvətli) və əzizdir."
Tənbeh:
Qullardan vəli olanlar, Allah (azzə və cəllə)'ni və Onun dostlarını (vəlilərini) sevən; ona (yəni, Allahın dininə) və dostlarına kömək; düşmənlərinə isə, düşmənlik edəndir. Onun düşmənlərindən, nəfs və şeytan vardır. Hər kim bunlara tabe olmayıb onları köməksiz buraxar; Allahın əmrini yerinə yetirər; vəlilərilə dostluq edər və düşmənlərinə düşmənlik edərsə, qullar arasında vəli olan, odur.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
-------------------------------
Əlavələr:
Övliya (vəlilər) kimlərdir?
https://suallarlaislam.com/m%C9%99zmun/k%C9%99ram%C9%99t-2
