Allah niyə and içir?
Not: Dilimizdəki "and" kəliməsi, ərəb dilində "qasəm" deyə ifadə edilir. Cəm halı isə, "əqsəm"dir.
--------------------------
İbnu'l-Qayyim əl-Cevziyyə, bu haqda, müstəqil bir əsər yazmış və ona, "ət-Tibyən fi Əqsəmi'l-Quran" adını vermişdir.
Qurandakı andın mənası, "söylənən sözün təhqiq və təkid edilməsi"dir.
...وَٱللَّهُ يَشْهَدُ إِنَّ ٱلْمُنَـٰفِقِينَ لَكَـٰذِبُونَ
"...Allah şahiddir ki, münafiqlər, əsl yalançıdırlar." (Münafiqun/1) ayəti, xəbər cümləsi olmaqla bərabər, təkid ifadə etdiyindən, qasəm/and cümləsi olaraq qəbul edilmişdir.
Allahın and içməsi, nə deməkdir?
"And,
~ Əgər mömini inandırmaq üçün içilmişdirsə, mömin, zatən anda ehtiyac hiss etmədən, Allah kəlamını, bir-başa təsdiq edər;
~ Əgər kafiri inandırmaq üçün içilmişdirsə, bu andın, kafirə bir faydası olmaz."
şəklində bir sual verilsə, belə cavab verərik:
Quran-i Kərim, ərəb dilində nazil olmuşdur. Ərəblər isə, bir sözün təkidini istədiklərində, adətləri üzərə, and içərlər.
əbu'l-Qasım əl-Quşeyri, bu suala, belə cavab verir:
Allahın and içməsi, hüccətin kamalını və təkidini göstərir. Hüccətdəki hökm:
~ ya şəhadətlə,
~ ya da and ifadəsilə
bildirilir. Allah, Quranda, kafirlərə hüccət buraxmayacaq şəkildə, 2 növ andı zikr etmişdir:
~ شَهِدَ ٱللَّهُ أَنَّهُۥ لَآ إِلَـٰهَ إِلَّا هُوَ وَٱلْمَلَـٰٓئِكَةُ وَأُو۟لُوا۟ ٱلْعِلْمِ...
"Allah, Özündən başqa ibadətə layiq olan məbudun olmadığına şahidlik etdi; mələklər və elm sahibləri də şahidlik etdilər..." (Al-i İmran/18);
~ ...قُلْ إِى وَرَبِّىٓ إِنَّهُۥ لَحَقٌّ ۖ ...
"...De: 'Bəli, and olsun Rəbbimə! Həqiqətən də, O, haqqdır...." (Yunus/53)
ayətləri, buna misaldır.
Ərəblərdən biri,
وَفِى ٱلسَّمَآءِ رِزْقُكُمْ وَمَا تُوعَدُونَ • فَوَرَبِّ ٱلسَّمَآءِ وَٱلْأَرْضِ إِنَّهُۥ لَحَقٌّ مِّثْلَ مَآ أَنَّكُمْ تَنطِقُونَ
"Sizin ruziniz və sizə vəd olunan şeylər, göydədir. Göyün və yerin Rəbbinə and olsun ki, bu vəd, sizin danışmağa qüdrətiniz olduğu kimi, həqiqətdir." (Zariyat/22-23) ayətlərini eşidincə, bağıraraq, "Cəlil olan Allahı, kim qəzəbləndirdi ki, Onu, anda məcbur etdilər." demişdir.
And, ancaq, təzimə layiq olan bir isimlə/adla edilir. Allah Taala, Quranda, 7 ayrı ayətdə, Öz nəfsinə and içmişdir. Bunlar, aşağıdakılardır:
~ ...قُلْ إِى وَرَبِّىٓ إِنَّهُۥ لَحَقٌّ ۖ ...
1. "...De: 'Bəli, and olsun Rəbbimə! Həqiqətən də, O, haqqdır...." (Yunus/53);
~ ...قُلْ بَلَىٰ وَرَبِّى لَتُبْعَثُنَّ...
2. "...De: 'Xeyr, Rəbbimə and olsun ki, siz, mütləq dirildiləcəksiniz..." (Təğabun/7);
~ فَوَرَبِّكَ لَنَحْشُرَنَّهُمْ وَٱلشَّيَـٰطِينَ...
3. "Rəbbinə and olsun ki, Biz, onları, şeytanlarla birlikdə bir yerə toplayacağıq..." (Məryəm/68);
~ فَوَرَبِّكَ لَنَسْـَٔلَنَّهُمْ أَجْمَعِينَ
4. "Rəbbinə and olsun ki, Biz, onların hamısından soruşacağıq." (Hicr/92)
~ فَلَآ أُقْسِمُ بِرَبِّ ٱلْمَشَـٰرِقِ وَٱلْمَغَـٰرِبِ...
5. "And içirəm məşriqlərin və məğriblərin Rəbbinə!" (Məaric/40);
~ فَلَا وَرَبِّكَ لَا يُؤْمِنُونَ...
6. "Xeyr! Sənin Rəbbinə and olsun ki, iman etmiş olmazlar..." (Nisa/65);
~ فَوَرَبِّ ٱلسَّمَآءِ وَٱلْأَرْضِ إِنَّهُۥ لَحَقٌّ...
7. "Göyün və yerin Rəbbinə and olsun ki, şübhəsiz o, haqqdır..." (Zariyat/23)
Bunlar xaricindəki digər andlar isə, məsələn:
~ "və't-tin / əncirə and olsun" (Tin/1);
~ "və'z-zeytun / zeytuna and olsun" (Tin/1);
~ "və's-saffət / səf-səf duranlara and olsun" (Saffət/1);
~ "və'ş-şəms / günəşə and olsun" (Şəms/1);
~ "və'd-duha / günəşin şəfəqinə and olsun" (Şəms/1);
~ "fələ uqsimu bi'l-xunnəs / Gecə çıxıb gündüz batan ulduzlara and olsun" (Təkvir/ 15)
ayətlərində görüldüyü üzərə, məxluqata içilən andlardır.
"Allahdan başqasına and içmək, nəhy edildiyi halda, məxluqata necə and içilə bilər?" şəklindəki suala, bu cavablar verilir:
a. Məxluqata içilən andlarda, mudaf, hazf edilmişdir (haşiyə). Bunlar, əslində, "Və Rabbu't-tin / Əncirin Rəbbinə and olsun" və "və Rabbu'ş-şəms / Günəşin Rəbbinə and olsun" şəklindədir.
------------------------
(Haşiyə:
• Mudaf və Mudafun ileyh, nədir?
İsimlərin yiyəlik hal vasitəsilə bir-birinə birləşməsinə, "izafə" (təyini söz birləşməsi) deyilir. Azərbaycan dilində isə, bu söz birləşməsi, "sahib-mənsub söz birləşməsi" adlanır. Məsələn, "insanın əli".
~ Birinci tərəf (insanın), yiyəlik hal şəkilçisi (ın, in, un, ün) qəbul edir, sahib tərəf adlanır, şəxs və ya əşya üzərində sahibliyi, mənsubluğu, onun kimə, yaxud nəyə aid olmasını bildirir.
~ İkinci tərəf olan "əli" isə, mənsubiyyət şəkilçisi (ı, i, u, ü) qəbul edir, mənsub tərəf adlanır və birləşdiyi sözə mənsub və yaxud aid olmanı ifadə edir.
Azərbaycan dilindən fərqli olaraq, ərəb dilində, mənsub tərəf, əvvəl; sahib tərəf isə, sonra gəlir. Mənsub tərəf - "mudaf"; sahib tərəf isə - "mudafun ileyh" adlanır və belə söz birləşməsi, "izafə" adlanır.
• Hazf, nə deməkdir?
Lüğətdə, "atmaq, salmaq, çıxarmaq, bir şeyin bir tərəfini kəsib atmaq" mənalarına gələn "hazf" kəliməsi, "müəyyən hərfləri istifadə etmədən söz söyləmək sənəti"ni ifadə edir.
Hazf: söylənilməsi lazım gəlməyən sözün, ibarədə zikr edilməməsidir.
Məsələn, birini yola salarkən, "gülə-gülə..." deyirik. Bu, "gülə-gülə get" deməkdir. "Get" kəliməsinin hazfı, mənanın anlaşılmasına əngəl olmadığından, hazf edilmişdir.
Quranda da, bir çox hazf nümunələri vardır. Məsələn, surə başlarında bismillah, yəni "Allahın adı ilə" dediyimizdə, əslində cümlə, tam deyildir. Ancaq bundan, "Allahın adı ilə başlayıram." mənası asanlıqla anlaşıldığından, "başlayıram" qismi hazf edilmişdir.)
-------------------------------
b. Ərəblər, bu isimlərə dəyər verir, bunlarla and içirdilər. Quran da, onlara görə and olaraq istifadə edilən kəlimələrlə nazil olmuşdur.
c. Andlar, and içənin dəyər verdiyi şeylər üzərinə içilir. Bu halda, dəyər verilənin, dəyər verənin fövqündə olması lazım gəlir. Halbuki, Allahın fövqündə dəyər veriləcək heç bir şey mövcud deyildir. Bu səbəblə, Allah, bəzən, Nəfsinə / Özünə; bəzən də, məxluqata and içmişdir. Əsasən məxluqatın varlığı, Allahın yoxdan var edən və yaradan olduğuna dəlalət edir.
• ibnu Əbi'l-Əsba, "Fəvatihu's-Suvər"in sirləri (hikmətləri) haqqında danışarkən, belə deyir:
"Məxluqat üzərinə içilən and, Allaha içilən andı göstərir. Çünki, məful (üzərində iş görülən)'in varlığı, failin (iş görən)'in varlığını göstərir. Çünki, failsiz məfulun varlığı, mümkün deyildir."
• ibnu əbi Hatim, Həsən əl-Basri'nin belə dediyini rəvayət edir:
"Allah Taala, məxluqatdan istədiyinə and içmişdir. Lakin heç kim, Allahdan başqasına and içə bilməz."
• Bəzi alimlər isə, belə demişlərdir: "Allah Taala, 'ləumrukə / Sənin ömrünə and olsun' (Hicr/72) ayətilə, Allah qatındakı üstün dəyəri və yerini insanlara bildirmək üçün, Rəsuluna and içmişdir."
• ibnu Mərdəveyh, ibn Abbas (radiyallahu anh)'ın belə dediyini nəql edir:
"Allah Taala, peyğəmbərimizdən daha mükərrəm (ikram edilmiş, dəyər verilmiş) bir kimsə yaradıb dünyaya gətirməmişdir. Allahın, rəsulundan başqa heç kimin həyatına and içdiyini görmədim. Allah, ancaq,
لَعَمْرُكَ إِنَّهُمْ لَفِى سَكْرَتِهِمْ يَعْمَهُونَ
'(Ey Muhəmməd!) Sənin ömrünə and olsun ki, onlar, sərxoşluqları içində veyl-veyl gəzirdilər.' (Hicr/72) ayətilə, Rəsulunun nəfsinə and içmişdir."
• əbu'l-Qasım əl-Quşeyri, belə deyir:
Bir şeyə and, ya fəzilətindən, ya da faydasından dolayı içilir. (Belə ki):
~ Fəzilətindən dolayı içilən anda misal olaraq:
وَطُورِ سِينِينَ • وَهَـٰذَا ٱلْبَلَدِ ٱلْأَمِينِ
"And olsun, Sina dağına. And olsun, bu əmin/güvənilən şəhərə." (Tin/2-3) ayətləridir.
~ Faydasından dolayı içilən anda misal isə:
وَٱلتِّينِ وَٱلزَّيْتُونِ
"And olsun əncirə və zeytuna!" (Tin/1) ayətidir.
• Bəzi alimlər də, belə demişlərdir:
Allah Taala'nın andı, bu 3 növlə məhduddur:
1. (Yuxarıdakı 7 ayətdə olduğu kimi) - Öz Zatına;
2. Şəms/5-7-ci ayətlərdə olduğu kimi - Öz felinə;
وَٱلسَّمَآءِ وَمَا بَنَىٰهَا • وَٱلْأَرْضِ وَمَا طَحَىٰهَا • وَنَفْسٍ وَمَا سَوَّىٰهَا
"And olsun, göyə və onu qurana! And olsun, yerə və onu döşəyənə! And olsun, nəfsə və onu yaradıb kamilləşdirənə."
3. Nəcm/1; Tur/1-2 ayətlərində olduğu kimi - məxluqatına and içmişdir.
وَٱلنَّجْمِ إِذَا هَوَىٰ
"And olsun, batmaqda olan ulduza!" (Nəcm/1);
وَٱلطُّورِ • وَكِتَـٰبٍ مَّسْطُورٍ
"And olsun, dağa! And olsun, yazılmış Kitaba!" (Tur/1-2)
(Cəlaləddin əs-Suyuti, "əl-İtqan fi Ulumi'l-Quran" əsəri, 67-ci Bölmə: "Əqsəmu'l-Quran" bölməsi, -müxtəsər bir şəkildə-)
--------------------------
--------------------------
Ustad Bədiü'z-zaman Said Nursi (rahmətullahi aleyh) isə, belə deyir:
"Kur'an'da kasem (yemin) ile temeyyüz etmiş olan ecram-ı ulviye ve süfliyeyi tefekkürden gaflet edenleri daima ikaz ederler. Evet kasemat-ı Kur'aniye, nevm-i gaflette dalanlara kar'-ul asâdır." (Muhakəmat, Birinci məqalə: "Unsur-u Həqiqət", Birinci müqəddimə, s. 16)
Yəni:
(Hər biri) Quranda and ilə təməyyüz etmiş (imtiyaz qazanmış, başqalarından ayrılmış olan) göy və yerdəki cisimləri təfəkkürdən qəflət edənləri, daim tənbeh edərlər. Bəli, Qurandakı and (ayələri), qəflət yuxusunda olanlara "əsa ilə vurmaq" (kimi)'dir.
------------------------
Yenə O, bir başqa əsərində (bax: Məktubat, 29-cu Məktub, 1-ci Qisim, s. 374-375)'də, belə deyir:
"Cenâb-ı Hak Kur'ân'da çok şeylere kasem etmiş. Kasemât-ı Kur'âniyede çok büyük nükteler var, çok sırlar var."
Yəni:
Cənabu'l-Haqq, Quranda, çox şeylərə and içmişdir. Qurandakı and ayələrində, çox böyük nüktə (incə məna)'lar, çox sirlər vardır.
Meselâ, وَالشَّمْسِ وَضُحٰيهَا daki kasem, On Birinci Sözdeki muhteşem temsilin esasına işaret eder; kâinatı bir saray ve bir şehir suretinde gösterir.
Yəni:
Məsələn:
✓ "And olsun günəşə və onun aydınlığına." (Şəms/1) (ayətindəki) and, (Sözlər adlı əsərimin) 11-ci Söz'ündəki möhtəşəm təmsilin əsasına işarət edər. (Yəni), kainatı, bir saray və bir şəhər surətində göstərər.
Hem يٰسۤ • وَالْقُرْاٰنِ الْحَكِيمِ deki kasemle, i'câzât-ı Kur'âniyenin kudsiyetini ve ona kasem edilecek bir derece-i hürmette olduğunu ihtar eder.
Yəni:
✓ Həm: "Yasin. Hikmətli Qurana and olsun." (Yasin/1-2) ayətindəki and ilə, Quranın i'cazlarındakı qüdsiyyətini (yəni, Quranın möcüzəlik yönünün qüsursuz bir qüdsiyyətdə olduğunu) və Ona and içilə biləcək bir hörmət dərəcəsində olduğunu xatırladır.
وَالنَّجْم اِذَا هَوٰى • فَلاَ اُقْسِمُ بِمَوَاقِعِ النُّجُومِ • وَاِنَّهُ لَقَسَمٌ لَوْ تَعْلَمُونَ عَظِيمٌ'deki kasem, yıldızların sukutuyla, vahye şüphe îras etmemek için cin ve şeytanların gaybî haberlerden kesilmelerine alâmet olduğuna işaret etmekle beraber, yıldızları dehşetli azametleriyle ve kemâl-i intizamla yerlerine yerleştirmek ve seyyaratları hayret-engiz bir surette döndürmekteki azamet-i kudret ve kemâl-i hikmeti, o kasemle ihtar ediyor.
Yəni:
✓ "And olsun batmaqda olan ulduza." (Nəcm/1); "Ulduzların batdığı yerlərə and olsun! Kaş bunun, doğrudan da, böyük bir and olduğunu biləydiniz." (Vaqiə/75-76) ayələrindəki and,
~ ulduzların düşmələrilə vəhyə şübhə gətirməmək üçün cin və şeytanların qeybi xəbərlərdən kəsilmələrinə əlamət olduğuna işarət etməklə bərabər;
~ ulduzları, dəhşətli əzəmətlərilə və mükəmməl intizamları ilə yerlərinə yerləşdirmək(dəki); və planetləri, heyrət verici bir surətdə döndürməkdəki qüdrətin əzəməti və hikmətin mükəmməlliyini, o and ilə xatırladır.
• وَالذَّارِيَاتِ • وَالْمُرْسَلاَتِ'deki kasemde, havanın temevvücâtı ve tasrifâtı içinde mühim hikmetleri ihtar etmek için, rüzgârlara memur melâikelere kasemle nazar-ı dikkati celb ediyor ki, tesadüfî zannolunan unsurlar, çok nazik hikmetleri ve ehemmiyetli vazifeleri görüyorlar.
Yəni:
✓ "And olsun, toz-torpağı ətrafa səpələyənlərə." (Zariyat/1); "And olsun, bir-biri ardınca göndərilən (mələk)'lərə." (Mursəlat/1)
ayələrindəki andda, havanın dalğalanması və istifadəsi içində mühim hikmətləri xatırlatmaq üçün, küləklərə məmur edilmiş mələklərə (haşiyə) and içməklə, nəzər-i diqqəti cəlb edir ki, təsadüfi zənn edilən ünsürlər, çox nazik hikmətlər və əhəmiyyətli vəzifələr görürlər və s.
----------------------------
(Haşiyə:
Dəyərli oxuyucu! "Zariyat" kəliməsilə qəsd edilənin nə olduğuna dair, 4 görüş iləri sürülmüşdür. Belə ki, onlardan:
1. Bunlar: torpaq və bənzəri şeyləri ətrafa səpələyən küləklərdir.
2. Bunlar: ulduzlardır. Buna görə, zariyat: "bir şey, sürətli getdi." mənasında istifadə edilən "zəra-yəzru" felindəndir.
3. Bunlar: mələklərdir.
4. Bu ifadə: və Rabbi'z-zəriyəti, yəni, "toz-torpağı ətrafa səpələyənlərin Rəbbinə and olsun." deməkdir.
Müəllifimiz Nursi (rahiməhullah) da, "zariyat" kəliməsindən murad edilən mənanın, mələklər olduğu görüşündədir.
-----------------------
Vakit müsait olmadığı için, yalnız icmâlen وَالتِّينِ وَالزَّيْتُونِ kasemindeki çok nüktelerinden bir nükteye işaret edeceğiz. Şöyle ki:
Cenâb-ı Hak, tîn ve zeytinle kasem vasıtasıyla azamet-i kudretini ve kemâl-i rahmetini ve büyük nimetlerini ihtar ederek, esfel-i sâfilîn tarafına giden insanın yüzünü o taraftan çevirip, şükür ve fikir ve iman ve amel-i salih ile, tâ âlâ-yı illiyyîne kadar terakkiyât-ı mâneviyeye mazhar olabilmesine işaret ediyor. Nimetler içinde tîn ve zeytinin tahsisinin sebebi, o iki meyvenin çok mübarek ve nâfi olması ve hilkatlerinde de medar-ı dikkat ve nimet çok şeyler bulunmasıdır. Çünkü, hayat-ı içtimaiye ve ticariye ve tenviriye ve gıda-yı insaniye için zeytin en büyük bir esas teşkil ettiği gibi; incirin hilkati, zerre gibi bir çekirdekte koca incir ağacının cihazatını saklayıp derc etmek gibi bir harika mucize-i kudreti gösterdiği gibi, taamında, menfaatinde ve ekser meyvelere muhalif olarak devamında ve daha sair menâfiindeki nimet-i İlâhiyeyi kasemle hatıra getiriyor. Buna mukàbil, insanı iman ve amel-i salihe çıkarmak ve esfel-i sâfilîne düşürmemek için bir ders veriyor.
Yəni:
Vaxt imkan vermədiyi üçün, yalnız icmal olaraq, "And olsun, incirə və zeytuna." (Tin/1 ayəsindəki) anddakı çox incə mənalardan bir incə mənaya işarət edəcəyik. Belə ki:
Cənabu'l-Haqq (yəni, Allah), əncir və zeytun ilə and içməklə, qüdrətinin əzəmətini və rəhmətinin mükəmməlliyini və böyük nemətlərini xatırladaraq, əsfəl-i safilin tərəfinə (yəni, aşağıların ən aşağısına) (bax: Tin/5) gedən insanın üzünü, o tərəfdən çevirib; şükr, fikr, iman və saleh əməl ilə, ta ala-yı illiyyinə (ucaların ən ucasına, bax: Mutaffifin/18) qədər mənəvi tərəqqisinə mazhar (bir şeyin zahir olduğu yer) ola bilməsinə işarət edir.
Nemətlər içində əncir və zeytunun təxsis edilməsinin (yəni, yalnız bu ikisinə xas qılınmasının) səbəbi isə, o 2 meyvənin, çox mübarək (yəni, bərəkətli) və nafi (faydalı) olması; və xilqətlərində (yəni, yaradılışlarında) da, diqqət və nemətə səbəb çox şeylərin mövcud olmasıdır.
• Çünki:
~ ictimai və ticari həyat üçün;
~ işıqlandırıcı olması üçün; və
~ insan qidası olması üçün,
zeytun, ən böyük bir əsas təşkil etdiyi kimi;
• İncirin xilqəti, zərrə kimi bir çəyirdəkdə böyük bir əncir ağacının cihazlarını saxlayıb dərc etmək (yerləşdirmək) kimi qeyr-i adi bir qüdrət möcüzəsi göstərdiyi kimi;
(Bu 2 meyvənin) təamında, mənfəətlərində və əksər meyvələrə müxalif olaraq davamında və daha sair mənfəətlərindəki İlahi nemətləri, and ilə xatirə gətirməkdədir.
Buna müqabil olaraq, insanı, iman və saleh əmələ çıxarmaq və əsfəl-i safilinə salmamaq üçün, bir dərs verməkdədir.
-----------------------------
-----------------------------
Əlavələr:
• Allahdan başqasına and içmək:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/allahdan-basqasina-and-icm%C...
• Peyğəmbər (sallallahu aleyhi və səlləm), nə üçün "Nəfsim əlində olan Allaha and olsun." deyə and içirdi?
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/n%C9%99fsim-%C9%99lind%C9%99...
• Qələm surəsi 10-cu ayə:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/q%C9%99l%C9%99m-sur%C9%99si-...
