"Nəfsim əlində olan Allaha and olsun" nə deməkdir?
Peyğəmbər niyə "...nəfsim əlində olan Allaha and olsun ki..." deyərək, and içirdi? Hikməti nədir?
-----------------------------------
Ustad Nursi (rahmətullahu aleyh), "Şualar" əsərində belə deyir:
"...İşte, Resul-i Ekrem aleyhissalâtü vesselâm, yemin ettiği vakit, en çok istimal (istifadə) ve tekrarla, her zaman ferman ettiği şu:
وَالَّذِى نَفْسُ مُحَمَّدٍ بِيَدِهِ
"...nəfsim əlində olan Allaha and olsun ki..."
kasemidir (andıdır). Ve bu kasem (and) gösteriyor ki, şecere-i kâinatın (kainat ağacının) en geniş dairesi ve en müntehâsı (ən sonu) ve nihâyâtı ve teferruatı dahi (belə), Zât-ı Vâhid-i Ehad'in (Vahid və Əhəd olan Allahın) kudretiyle ve iradesiyledir.
Çünkü:
~ mahlûkatın en müntehap (seçkin) ve en müstesnası olan Muhammed aleyhissalâtü vesselâmın nefsi kendi-kendine malik olmazsa; ve
~ ef'âlinde (fellərində, işlərində) serbest bulunmazsa; ve
~ harekâtı başka bir ihtiyara bağlı ise,
elbette hiçbir şey, hiçbir şe'n, hiçbir hal, hiçbir keyfiyet, -cüz'î olsun küllî olsun-, o muhît (hər şeyi əhatə edən) iktidarın, o şamil ihtiyarın daire-i tasarrufunun (təsərruf dairəsinin) haricinde olamaz.
-------------------------------------
Burda vurğulanmaq istənən xüsus, zərrələrdən ulduzlara qədər hər şeyin təsərrüf və tədbirinin Allahın əlində olmasıdır.
Kainatda ən böyük şeydən ta ki, ən kiçik şeylərə qədər hər şey, Onun təsərrüfü və Rububiyyəti (tərbiyə ediciliyi) daxilindədir. Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in andında, bu xüsus vurğulanmaqdadır.
Yəni O:
"Nəfsim əlində olan Allaha and olsun..."
deyərkən:
• nəfsdən zərrələrə --->
• zərrələrdən ulduzlara --->
• ulduzlardan qalaktikalara
qədər hər şey, Allahın iradə və qüdrəti altındadır şəklində, tövhidə işarət edirdi.
Məxluqlar arasında ən seçkin, ən müstəsna varlıq olan Peyğəmbərimizin nəfsi (canı) öz-özünə malik olmadığı, heç bir işində sərbəst olmadığı və hər bir hərəkəti başqa bir ixtiyara (Allahın ixtiyarına) bağlı olduğu halda, əlbəttə ki, digər heç bir şey, heç bir hal, heç bir keyfiyyət -cüzi olsun, külli olsun- Allahın hər şeyi əhatə edən iqtidarının, o hər şeyə şamil ixtiyarının təsərrüf dairəsinin xaricində ola bilməz.
--------------------------
--------------------------
Əlavələr:
Rububiyyət nədir?
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/r%C9%99bb-v%C9%99-rububiyy%C...
