Allahın bizim ibadətlərimizə ehtiyacı vardırmı ki, bizə ibadəti əmr edir?
Ustad Bədiü'z-zaman Said Nursi (rahmətullahi aleyh)'in bəyanları:
Müəllifimiz Ustad Nursi, "Ləmalar" adlı kitabının 23-cü Ləma'sı olan "Təbiət risaləsi"ndə (s. 197-198), belə deyir:
"Çok tembellerden ve târiküssalâtlardan işitiyoruz. diyorlar ki: 'Cenâb-ı Hakkın bizim ibadetimize ne ihtiyacı var ki, Kur'ân'da çok şiddet ve ısrarla, ibadeti terk edeni zecredip Cehennem gibi dehşetli bir cezayla tehdit ediyor? İtidalli ve istikametli ve adaletli olan ifade-i Kur'âniyeye nasıl yakışıyor ki, ehemmiyetsiz bir cüz'î hataya karşı nihayet şiddeti gösteriyor?"
Yəni:
Çox tənbəllərin və namazı tərk edənlərin, belə dediklərini eşidirik:
Cənabu'l-Haqq (yəni, Allah)'ın, bizim ibadətimizə, nə ehtiyacı var ki, Quranda, çox şiddət və israrla, ibadəti tərk edəni zəcr edib cəhənnəm kimi dəhşətli bir cəza ilə (bizi) təhdid edir? Etidallı, istiqamətli və ədalətli olan Quranın ifadəsinə necə yaraşır ki, əhəmiyyətsiz bir cüzi xətaya qarşı, ən son şiddəti göstərir?"
Diqqət edilsə, sual içində başqa bir sual da görünür ki, o da, budur:
Bu sualı verən, əslində demək istəyir ki: "Mən belə, özüm üçün ibadətə ehtiyac hiss etmirəm. Elə isə, O əzəmətli Allahın, mənim ibadətimə nə ehtiyacı var?"
Belə bir düşüncə, əslində, insanın ətraf mühitdə müşahidə etdiyi və ya yaşadığı hallardan qaynaqlanır. Məsələn, iş yerində, müdirin işçisinə dair bir sıra əmrləri olur. Bu əmrlərə, bəzən işçi ehtiyac hiss etməsə də, müdirin bu əmrlərə ehtiyacı olduğunu görür, bilir. Bu məntiqlə, "Əgər mənim bu əmrlərə ehtiyacım yoxdursa, demək ki, Allahın bunlara ehtiyacı var." kimi çıxarış edir.
Mətndə diqqət çəkən başqa bir xüsus da, sual soruşanın, Quranı, Öz ifadələrində, etidallı, istiqamətli və ədalətli olaraq görməsinə baxmayaraq, ibadətin tərkində şiddətli bir üslub istifadə etməsini, Qurana yaraşdıra bilməməsidir. Əslində isə, sual soruşan, bu sualında, özü də bilmədən xəta edir. Çünki, özü də iqrar edir ki, Quran, etidallı, istiqamətli və ədalətlidir. Yəni, Quranı, -ibadətin tərki xüsusunda gətirdiyi şiddətli üslub xaric- etidallı, istiqamətli və ədalətli görür. Uzlaşdıra bilmədiyi isə, budur: "Namaz, fərdi bir məsələdir və tək mənim şəxsimlə bağlıdır. O böyük əzəmətli cəhənnəm ilə, mənim cüzi xətam (yəni, əməlsizliyim), bir-birilə uzlaşmır. Bu isə, etidallı, istiqamətli və ədalətli olan Qurana ziddir."
-----------------------------
"Elcevap: Evet, Cenâb-ı Hak senin ibadetine, belki hiçbir şeye muhtaç değil. Fakat sen ibadete muhtaçsın; mânen hastasın. İbadet ise, mânevî yaralarına tiryaklar hükmünde olduğunu çok risalelerde ispat etmişiz."
Yəni:
Cavab olaraq deyirəm:
Bəli, Cənabu'l-Haqq, (deyil tək) sənin ibadətinə, əksinə, heç bir şeyə möhtac deyildir. Lakin sən ibadətə möhtacsan, mənən xəstəsən. İbadət isə, mənəvi yaralara tiryəklər (dərmanlar) hökmündə olduğunu, çox risalələrdə isbat etmişik.
"İbadətsiz insanın, mənən xəstə olması":
İnsanın ən böyük 2 xəstəliyi, bunlardır:
1. Qorxu;
2. Hüzn.
Bunlara səbəb olan şeylər isə:
1. Acizlik;
2. Möhtaclıqdır.
Yəni:
1. Acizlikdən ---> qorxu;
2. Möhtaclıqdan isə ---> hüzn
doğmaqdadır.
~ Acizlik nədir?
Acizlik: insanların, öz düşmənlərini və zərərlərini dəf etmək; öz mənfəətlərini cəlb etməkdə, iqtidarının/gücünün yoxluğudur. Yəni, insanın, möhtac olduğu və ya olacağı şeyləri edə biləcək güc və qüvvətinin, özündə kifayət qədər olmamasıdır. Başqa bir ifadə ilə, insanın, xəstəlik, bəla, müsibət, qocalıq və ölüm kimi şeylərə qarşı dura bilməməsidir. Bu isə, qorxuya səbəb olmaqdadır. Diqqət edilsə, insanın qorxduğu şeylər, gələcəklə bağlıdır.
~ Möhtaclıq nədir?
Möhtaclıq: insanın, maddi-mənəvi çox şeyə ehtiyac hiss etməsi və bunları tədarük edəcək özünə aid bir sərmayəsinin və zənginliyinin olmamasıdır. Bu isə, hüznə səbəb olmaqdadır. Maddi-mənəvi hər hansı bir şeyə möhtac olduğumuzu, daddıqdan sonra bilməkdəyik. Möhtac olduğumuz şeylər isə, maddi-mənəvi özündən faydalandığımız hər şeydir. Keçmişdə özündən faydalandığımız, lakin hal-hazırda və ya gələcəkdə faydalana bilməyəcəyimiz şeylər isə, bizdə hüzn buraxmaqdadır. Necə ki, Müəllifimiz, bir risaləsində ("Ləmalar", 26-cı Ləma: "İxtiyarlar risaləsi", 7-ci rica/ümid, s. 239-240)'da, belə deyir:
Bir zaman, ixtiyarlığımın başlanğıcında, "Köhnə Səid"in gülmələri, "Yeni Said"in ağlamalarına inqilab etdiyi (yəni, çevrildiyi) həngamda, Ankara'dakı əhl-i dünya, Məni, "Köhnə Səid" zənn edib, ora istədilər. Payız mövsümünün axırlarında, Ankaranın, Məndən daha çox ixtiyarlamış, aşınmış, köhnəlmiş qalasının başına çıxdım. O qala, Mənə, daşlaşmış bir tarixi hadisə surətində göründü. İlin ixtiyarlıq mövsümü (yəni, payız) ilə, Mənim ixtiyarlığım, qalanın ixtiyarlığı, bəşərin ixtiyarlığı, şanlı Osmanlı dövlətinin ixtiyarlığı və xilafət səltənətinin vəfatı və dünyanın ixtiyarlığı; Mənə, çox həzin/hüznlü, riqqətli və firqətli bir hallar içində, o yüksək qalada, keçmiş zamanın dərələrinə və gələcək zamanın dağlarına baxdırdı və baxdım. Bir-biri içində, Məni əhatə edən 4-5 ixtiyarlıq qaranlıqları içində, Ankarada, çox qara bir ruhi hal hiss etdiyimdən, bir nur, bir təsəlli, bir rica/ümid axtardım. (Belə ki):
~ Sağa, yəni, keçmiş zamana baxıb təsəlli axtararkən, keçmiş, Mənə, atamın, əcdadımın və növümün böyük bir məzarı surətində göründü; təsəlli yerinə, vəhşət/hürküntü verdi.
~ Sol tərəfim olan gələcəyə dərman axtararkən, baxdım, gördüm ki: Mənim və misillərimin (yəni, dövrümdə yaşayanların) və gələcək nəslin, böyük və qaranlıqlı bir qəbri surətində göründü; ünsiyyət yerinə, dəhşət verdi.
~ Sağ ilə soldan vəhşətə düşüb hazır günümə baxdım. O qəflətli və tarixvari nəzərimə, o hazır gün, yarım ölməkdə və "hareket-i mezbuhane"dəki (yəni, sanki qurban edilmək üçün öz sırasını gözləyən bir qurbanlıq kimi) izdirab çəkən cismimin cənazəsini daşıyan bir tabut surətində göründü. Sonra, bu cəhətdən də məyus olunca,
~ başımı qaldırıb, ömür ağacımın başına baxdım, gördüm ki: O ağacın, tək bir meyvəsi var, o da, mənim cənazəm. O ağac üzərində durmaqda, Mənə baxmaqdadır. Bu cəhətdən də vəhşətə düşüb,
~ başımı aşağı əydim. O ömür ağacının aşağısına, kökünə baxdım, gördüm ki: O aşağıda olan torpaq, sümüklərimin torpağı ilə yaradılışımın başlanğıcı olan torpaq, bir-birinə qarışmış bir surətdə, ayaqlar altında tapdalanmaqdadır (deyə) gördüm. Bu da, (dərdimə) dərman deyil, əksinə, dərd qatdı. Sonra, məcburiyyətlə,
~ arxama baxdım, gördüm ki: Əsassız, fane olan dünya, heçlik dərələrində və yoxluq qaranlıqlarında yuvarlanıb getməkdədir. Dərdimə mərhəm axtararkən, zəhər əlavə etdi. Bu cəhətdə də xeyir görə bilmədiyimdən,
~ ön tərəfimə baxdım, nəzərimi, iləri göndərdim. Gördüm ki: Qəbr qapısı, tam yolumun üstündə açıq görünüb, ağzını açıb mənə baxır. Onun arxasında, əbəd tərəfinə gedən yol və o yolda gedən qruplar, uzaqdan-uzağa nəzərə çarpır.
Bu 6 cəhətdən gələn dəhşətlərə qarşı, Mənim üçün, istinad nöqtəsi və müdafiə silahı olacaq cüzi bir iradədən başqa, əlimdə bir şey də yoxdur. O saysız-hesabsız düşmənlərə və zərərli şeylərə qarşı insani tək bir silah olan o iradə: həm naqis, həm qısa, həm aciz, həm icadsız olduğundan, əlindən, kəsbdən (işə təşəbbüs etməkdən) başqa bir şey gəlməz. Nə keçmiş zamana keçə bilər, ta ondan Mənə gələn hüznləri susdursun. Nə də gələcəyə hülul edə bilər, ta ondan gələn qorxuları əngəlləsin. (İradəmin), keçmiş və gələcəklərə aid arzu və ağrılarıma faydası olmadığını gördüm.
İndi bir düşün! Hər xəstəliyinə çarə axtaran bir insan, heç mümkünmüdür ki, ən böyük 2 xəstəliyinə, yəni, qorxu və hüznünə dərman axtarmasın?!
"Elə isə, dərmanı nədir?" deyə soruşacaq olarsansa, belə deyərik:
1. Sonsuz acizliyin ilə, sonsuz qüdrət sahibinin qüdrətinə istinad;
2. Sonsuz möhtaclığın ilə, sonsuz zənginlik sahibinin rəhmətindən istimdad (yardım istəmək).
Çünki:
İnsan:
~ aciz olduğu vaxt, qüdrətli birinə;
~ möhtac olduğu vaxt da, zəngin birinə
sığınmaq istəyir. Bu, bütün insanlarda fitridir.
Fitri olaraq hiss etdiyin sığınma səndə mövcud olduğu halda, heç mümkünmüdür ki, bu hissin ehtiyacını qarşılayan bir Şey olmasın?! Məsələn:
~ toxunma hissin vardır, bu hissin qarşılığı olan toxunacağın əşyalar vardır;
~ görmək hissin vardır, bu hissin qarşılığı olan görüntülər vardır;
~ aclıq hissin vardır, bu hissin qarşılığı olan yeməklər vardır;
~ sığınma hissin vardır, bu hissin qarşılığı olan Şey isə, yoxdur...
Əsla, mümkün deyildir. Çünki, kainatda, ahəngə uyğunluq vardır. Elə isə, bu da olmalıdır...
Bu böyük həqiqətləri, ibadət (iman və başda namaz olmaqla digər saleh əməllər)'dən daha çox xatırladan bir şey vardırmı? Əlbəttə ki, yoxdur və ola da bilməz.
-------------------------
"Acaba bir hasta, o hastalık hakkında, şefkatli bir hekimin ona nâfi ilâçları içirmek hususunda ettiği ısrara mukabil, hekime dese: 'Senin ne ihtiyacın var, bana böyle ısrar ediyorsun?' Ne kadar mânâsız olduğunu anlarsın."
Yəni:
Görəsən bir xəstə, o xəstəlik haqqında şəfqətli bir həkimin ona faydalı dərmanları içirmək xüsusunda etdiyi israra müqabil olaraq həkimə: 'Sənin, nə ehtiyacın var ki, mənə belə israr edirsən?' desə, nə qədər mənasız olduğunu bilərsən.
------------------------
------------------------
Əlavələr:
Rəhmət və kərəm felləri üzərindən, axirət həyatına iman rüknünün əqli isbatı:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/axir%C9%99t-h%C9%99yatina-im...
