Allahın elm sifəti

İkinci sifət: Elm

Biz, Allah Taala'nın, bütün mədumat (yox olanlar), mövcudat (var olanlar) və məlumat (bilinənlər)'i bildiyini iddia edirik!

Varlıqlar, qədim və hadis (sonradan meydana gələn) olaraq, 2 qismə ayrılırlar. Onun Zatı və sifətləri də, qədimdir. Başqasını bilən, Zatını və sifətlərini də bilir. Onun, bir başqasını bildiyi qəbul edildiyində, zəruri olaraq, Zatını və sifətlərini də bilməsi lazım gəlir. Çünki, "başqası" adı verilən varlıqlar, Onun, mutqin (sağlam) sənəti, mürəttəb (tərtib edilmiş, sıra ilə düzülmüş, nizamlı) və möhkəm felidir. Bütün bunlar, -daha əvvəl də keçdiyi üzərə- Sani (sənətkar olan) Allahın qüdrətinə dəlalət etdiyi kimi; elminə də dəlalət edər. Hər kim, bir katibin bir-birilə uyğun bir şəkildə yazdığı mənzum xətləri görər və bundan sonra onun yazma sənətini bildiyindən şübhə edərsə, bu şübhəsi səbəbilə, səfeh olar (yəni, sayılar). O halda, Onun, Öz Zatını və Zatı xaricindəki digər varlıqları bildiyi sabit olmuşdur.

Əgər: "Onun məlumatının (yəni, bildiyi şeylərin) nəhayəti vardırmı?" deyə soruşulsa, "Xeyr!" deyə cavab verərik. Çünki, hal-hazırda mövcud olan varlıqlar mütənahi (sonlu) olsalar da, gələcəkdə meydana gələcək olan mümkin varlıqlar, qeyr-i mütənahi (sonsuz)'durlar. Biz, mümkin olan varlıqların, (hələ) var olmadıqlarını bilirik. O isə, onları, yarada da bilər, yaratmaya da. O halda, O, sonu olmayan şeyləri də bilməkdədir. Əksinə, bir tək şeyin nisbət yönlərini və təqdirlərini çoxaltmaq istədiyimizdə, o, sonu olan bir şey olmaqdan çıxar. Allah Taala, bunların hamısını bilməkdədir. Məsələn:

Biz, 2 rəqəminin 2 qatının, 4; dördün iki qatının, 8; səkkizin 2 qatının isə, 16 olduğunu deyirik. Bu şəkildə, 2 rəqəminin qatlarını və onun da qatlarını, sonsuza qədər çoxaltmağa davam edirik. Halbuki, insan, ancaq, zehninin təqdir etdiyi qədər bu rəqəmlərin sıralamasını bilir. İnsanın ömrü bitər; ancaq rəqəmlərin çoxalması, sonsuza qədər davam edər. O halda, sadəcə tək bir rəqəmdən ibarət olduğu halda, 2 rəqəminin qatlarının üst qatlarını bilməyin, müəyyən bir həddi yoxdur. Rəqəmlərin hamısı belə olduğuna görə, elə isə, bunun xaricindəki nisbətlər və təqdirlər necə olar (bir özün düşün)?!

(Hüccətü'l-İslam imam əbu Həmid əl-Ğazzali, "əl-İqtisad fi'l-İ'tiqad = Etiqadda orta yol", s. 93)

-------------------------------

-------------------------------

Əlavələr:

• Allahın "əl-Alim" isminin şərhi:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/alim-isminin-s%C9%99rhi

• Elm nədir?

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/elm-n%C9%99dir-elmi-idrak-%C...

 

 

Read 13 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR