Allahın qüdrət sifəti
Birinci sifət: Qüdrət
Biz, aləmin Muhdis (ihdas edən, yaradanı)'nın, qadir (qüdrətli) olduğunu iddia edirik!
Çünki aləm, insanı heyrətləndirən bir çox hadisələri və ayələri (dəlilləri) ehtiva edən möhkəm, tərtibli (sıra ilə düzülmüş), sağlam və mənzum bir feldir. Bax bütün bunlar, qüdrətə dəlalət edir.
Qiyas (yolu ilə), belə deyə bilərik:
"Hər möhkəm fel, qadir bir faildən meydana gəldiyinə; və aləm də, möhkəm və mürəttəb (nizamlı) bir fel olduğuna görə, o da, qadir bir faildən meydana gəlmişdir."
Elə isə, niza (çəkişmə, mübahisə), bu əsllərdən hansı üçündür?
~ Əgər: "Nə üçün aləmin möhkəm bir fel olduğunu söylədiniz?" deyilərsə, belə deyərik:
Onun möhkəm olması ilə: tərtibli, nizamlı və tənasüb içində olmasını qəsd edirik. Öz zahiri (xarici) və batini (daxili) orqanlarına nəzər edən kəs, açıqlanması uzun çəkən olduqca heyrət verici, sağlam bir işçilik (itqan) görər. Bax bu, hiss və müşahidə yolu ilə idrak edilən və inkarı mümkün olmayan bir əsldir.
~ Əgər: "Digər əsl olan: 'Hər möhkəm fel, eyni zamanda tərtibli bir feldir və onun faili, qadirdir.' əslini, nə ilə bildiniz?" deyilərsə, belə deyərik:
Bunu idrak etməyimizi, əqli zərurət təmin etmişdir. Ağıl, hər hansı bir dəlilə ehtiyac duymadan, bunu təsdiq edər və ağıl sahibi bir şəxs də, bunu inkar edə bilməz.
Ancaq biz, inkarın və xətada israrın kökünü kəsmək üçün, dəlil ortaya qoyur və belə deyirik:
Onun qadir olması ilə: bir felin, ya (Allahın) Zatı gərəyi, ya da Zatına əlavə bir mənadan (xüsusiyyətdən) dolayı Ondan meydana gəldiyini qəsd edirik. (Belə ki):
Felin, (Allahın) Zatı gərəyi Ondan meydana gəldiyini söyləmək, batildir. Əgər belə olsaydı, bu felin də, Zat ilə bərabər qədim olması lazım gələrdi. Elə isə, bu, felin, Zata əlavə bir (xüsusiyyətdən) meydana gəldiyini göstərir.
Bax biz, felin meydana gəlməsinə imkan təmin edən bu əlavə sifəti, "qüdrət" olaraq adlandırmaqdayıq. Çünki, dildəki istifadədə, qüdrət: "failin, feli etməsinə imkan təmin edən bir sifət"dən ibarətdir ki, fel, bununla meydana gəlir.
Bu vəsf, -daha əvvəl zikr etdiyimiz- qəti təqsim (bölgü)'nün dəlalət etdiyi xüsuslardandır. Biz, qüdrət ilə, ancaq bu sifəti qəsd etməkdəyik ki, bunu, (daha əvvəl) isbat etmişdik.
~ Əgər: "Qüdrət haqqındakı (bu görüşünüz), sizin əleyhinizə qayıtmaqdadır. Çünki qüdrət, qədim bir sifətdir. Halbuki siz, onun (yəni qüdrətin) təəllüq etdiyi (yönəldiyi, əlaqəli olduğu) felin (yəni, məqdur'un), qədim ola bilməyəcəyini söylədiniz." deyilərsə (haşiyə)
-------------------
(Haşiyə:
İndi, müxalif belə bir sual gətirir ki, “Siz dediniz ki, aləm, Allahın Zatından meydana gələ bilməz. Çünki, Allahın Zatı, qədimdir. Allahın Zatı qədim olduğu kimi, qüdrət sifəti də, qədimdir. Hadis olanın səbəbi, qədimdirsə, səbəbin qədimliyi, müsəbbəbin də qədimliyini gərəkdirir. Səbəbin hudusu da, müsəbbəbin hudusunu gərəkdirir. Yəni, qədim bir sifət, hadis (sonradan yaradılan) şeylərin səbəbi necə ola bilər? Elə isə, bunları necə uzlaşdıra bilərsiniz?”
--------------------
belə deyərik:
Bu sualın cavabı, iradə sifətinin hökmləri bölməsində (haşiyə) gələcəkdir. Çünki biz, qüdrət sifətini isbat etdiyimizdə, onun hökmlərini də zikr edəcəyik. Bu hökmlərdən biri də, onun (yəni, Allahın qüdrətinin), bütün məqdurlar (təqdir edilənlər, Allahın qüdrətilə gerçəkləşdirilən şeylər) ilə əlaqəli olmasıdır. Məqdurlar ilə: mümkün (varlığı vacib olmayan; varlığı və yoxluğu bir-birinə bərabər olan) bütün varlıqları qəsd edirik.
--------------------------
(Haşiyə:
İmam, bu sualın cavabını, Allahın iradə sifətini isbat edərkən də verməkdədir. İzahı üçün bax:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/allahin-irad%C9%99-sif%C9%99ti
---------------------------
Mümkün varlıqların sonu olmadığı üçün, məqdurların da sonunun olmadığı, açıqca başa düşülür. Burda, bizim, "Mümkün olan varlıqların sonu, yoxdur." sözündən qəsdimiz: “hadis (sonradan yaradılan) varlıqların, ard-arda yaradılmasının; ağılda, sonrasında bir hadis varlığın meydana gəlməsi imkansız olan bir nöqtədə sonlanması”dır. İmkan (mümkünlük), sonsuza qədər davam etməkdə; qüdrət isə, bunların hamısını əhatə etməkdədir. Bu iddianın qəti dəlili, qüdrətin təəllüq etdiyi (əlaqəli olduğu, yönəldiyi) sahənin ümumiliyidir. -Daha əvvəl- aləmin Sani (ustası)'nın bir olduğu, zahir olmuşdu. (haşiyə)
-----------------
(Haşiyə:
Burda imam, bu suala (yəni, “Qüdrət sifəti qədimdirsə, necə olur ki, məqdur, yəni qüdrətin təəllüq etdiyi, əlaqəli olduğu, yönəldiyi fel, hadis olur?” sualına), mümkünlərin sonsuz olduğunun nə mənaya gəldiyini açıqlamaqla cavab verməkdədir. Mümkünlərin sonsuzluğu demək, "biz insanlar nə qədər təsəvvür ediriksə edək, bir sonrasını düşünə bilərlilik mənasında bir sonsuzluq" deməkdir. Məsələn, deyək ki, hal-hazırda, 1 milyon alma var. Allah, 1 milyon 1-ci almanı yarada bilərmi? Təbii ki, bəli. Bunun sonu gələrmi? Təbii ki, yox. Ancaq almaların sayı, sonlumudur, sonsuzmudur? Təbii ki, sonludur. Bəs yaxşı, almalar, sonsuz olaraq Allah tərəfindən məqdurmudur? Təbii ki, bəli. Demək ki, bu mənada mümkün sayda sonsuz alma vardır. Yoxsa, hardasa bir dairədə, sonsuz sayda alma vardır və Allah da, bunları vaxtı gəldiyində, ordan qüdrətilə çıxarıb var edir demək, deyildir. Necə ki, günümüz riyaziyyatçıları, bu "sonsuzluq küməsi" batilinin içinə düşmüşlərdir.
------------------------
• Məqdurların hər biri üçün ayrı bir qüdrət mövcud olduğunda və bu məqdurların da sonu olmadığında, sonu olmayan qüdrətlərin də varlığı ortaya çıxır. -Daha əvvəl, (fələyin) sonsuz dövrlərinin batil olması xüsusunda keçdiyi üzərə- bu, imkansızdır. (haşiyə)
-------------------------
(Haşiyə:
Yəni, burda, “Allah, bütün məqdurlara, tək 1 qüdrətləmi qadirdir? Yoxsa, fərqli qüdrətlərləmi qadirdir?” sualı verilməkdədir. Əgər desək ki, hər bir məqdur üçün ayrı bir qüdrət mövcuddur. Bu, bizi, Allahın sonsuz sayda fərqli qüdrətləri olduğuna aparacaq. Bu isə, batildir. Bununla bərabər, mümkünlər, sonsuz deyildir. Əgər məqdurların sonu vardırsa, (ki, belədir) bu, Allahın qüdrətinin də sonlu olduğunu nəticə verəcək. Ki belə bir etiqad, küfrdür. Elə isə, hadis olan məqdurların, qədim qüdrət tərəfindən yaradılmasında bir işkəl qalmır.)
-------------------------
• Qüdrət sifətinin 1 olmasına gəlincə: Onun (yəni, bu sifətin) 1 olması ilə bərabər, bir-birilərindən fərqli olan cövhərlərə və arazlara təəllüq etməsi, müştərək olan bir xüsusdan dolayıdır ki, (bunda da), imkan xaricində şərik olunan bir xüsus yoxdur. (Yəni, bütün məqdurlar, imkan sifətində birləşirlər. Yəni, bütün məqdurları məqdur qılan şey, imkan sifətidir.) Bu səbəblə, qəti olaraq, hər mümkünün, eyni zamanda məqdur olduğunu və qüdrət ilə meydana gəldiyini qəbul etmək lazımdır.
Xülasə etmək lazım gəlsə: Cövhərlər və arazlar, Onun tərəfindən meydana gətirildiyində; bunların bənzərlərinin də Onun tərəfindən meydana gətirilməməsi, imkansız olur. Çünki, bir şeyi meydana gətirən qüdrət, onun bənzərini də meydana gətirmək qüdrətinə sahibdir. Qüdrətin təəllüq etdiyi varlıqların sayının çox olması, mümkün (imkan daxilində) olduğunda, qüdrətin, bütün hərəkətlərə və rənglərə nisbəti, eyni şəkildə olur. Bu qüdrət, hərəkətlərin, mütəmadi olaraq ard-arda yaradılmasına uyğundur. Rənglərin və cövhərlərin ard-arda yaradılması da, belədir. Bizim, "Allah Taala'nın qüdrəti, hər mümkünə təəllüq etməkdədir." sözü ilə qəsd etdiyimiz də, bax, budur. Çünki imkan, müəyyən bir sayla inhisar edilə bilmədiyi kimi; qüdrətin zatının münasibəti də, hər hansı bir sayla inhisar edilə bilməz. Bir hərəkətə işarət edərək, -bunun bənzərinə təəllüq etdiyi halda-, bunun, qüdrətin təəllüq imkanı xaricində olduğunu söyləmək, mümkün deyildir. Çünki biz, zəruri olaraq bir şeyi vacib qılan şeyin, onun bənzərini də vacib qıldığını bilirik.
Bundan, 3 füru (təfərrüata dair məsələ) çıxmaqdadır:
l. Əgər qail: "Məlumun (yəni, bilinənin) ziddinin də məqdur (təqdir edilmiş) olduğunu qəbul edirsinizmi?" deyərsə (haşiyə),
------------------------
(Haşiyə:
Yəni, Allah, var olmayacağını bildiyi şeyə də qadirdirmi? Belə deyək:
Allah, bir şey var olacaqsa da bilir, olmayacaqsa da bilir. Var olmayacağını bildiyi şeyi yaratmağa da qadirdirmi?
“Qadirdir.” desək, belə bir işkəl çıxır:
Bu şeyin var olmaması lazımdır. Yəni, Allah, bunun, var olmayacağını bilir. Elə isə, Allahın elmi, cəhalətə çevriləcək.
“Qadir deyildir.” desək də, belə bir işkəl çıxır:
“Bəs deyirdiniz qüdrətin hər şeyə (yəni, bütün mümkünlərə) təəllüqü var?”)
---------------------------
biz də belə deyərik:
Bu xüsusda, ixtilaf edilmişdir. Ancaq məsələ təhqiq edildiyində və ləfzlərdəki düyümlər həll edildiyində, ixtilaf da təsəvvür edilməz. Bunun bəyanı isə, belədir:
Hər mümkünün, eyni zamanda məqdur olduğu, isbat edilmişdi. İmkansız olan şey isə, məqdur deyildir. Elə isə, məlumun xilafının (yəni, Allahın, var olmayacağını bildiyi şeyin), mümkün və ya muhal (imkansız) olub-olmadığını araşdırmaqla başlayaq.
Biz, mümkün və imkansız kəlimələrinin mənasını bilmədən və bunların həqiqətini ortaya qoymadan, bunu başa düşə bilmərik. Əks halda, nəzərdə (araşdırmada) tənbəllik göstərdiyimizdə, məluma xilaf olan şeyin (yəni, Allahın, var olmayacağını bildiyi şeyin), muhal (imkansız) olması və ya mümkün olması və yaxud imkansız olmaması, doğru ola bilər. Buna görə, eyni anda, məluma xilaf olan şeyin (yəni, Allahın, var olmayacağını bildiyi şeyin), bir tərəfdən muhal, digər tərəfdən də muhal olmadığı xüsusunun doğruluğu meydana çıxmış olur ki, şübhəsiz ki, 2 naqiz (zidd şey)'in eyni anda doğru olması, əsla mümkün deyildir.
Bil ki: Ləfzin (yəni, “Allahın, var olmayacağını bildiyi şey” ləfzi) altında, ümumi bir məna (icmal) vardır. Bunun açıqlanması, ancaq, Mənim sənə söyləyəcəyim bu sözlərimlə mümkün olacaqdır:
• Aləmin muhal olmasına gəlincə:
Məsələn, aləmin yaradılmasına qədim iradənin təəllüq etmədiyi fərz edildiyi təqdirdə, vacib olaraq, onun hudusu (meydana gəlməsi) də, muhal olacaqdır. Çünki bu, səbəbsiz olaraq bir şeyin meydana gəlməsini gərəkdirəcəkdir. Halbuki, bunun imkansızlığı, qəti olaraq bilinməkdədir.
• Aləmin mümkün olması isə:
Sadəcə onun zatına baxılması və onunla bərabər nə iradənin varlığı, nə də yoxluğunun etibara alınmamasıdır. Beləcə, aləm, imkan ilə vəsf edilmiş olur.
O halda, bu mövzu ilə bağlı olaraq, 3 cür etibar vardır:
1. Aləmin var olmasında, iradənin varlığının və onun aləmə təəllüqünün şərt olmasıdır. Aləm, bu etibarla, vacibdir.
2. (Aləmin yaradılmasında), iradə olmadığının etibara alınmasıdır. Aləmin meydana gəlməsi, bu etibarla, muhal (imkansız)'dır.
3. Bu xüsusda, iradə və səbəbə iltifat etməməkdir. Bu halda, aləmin varlığına, ya da yoxluğuna etibar edilməz və sadəcə, aləmin zatına baxılar. Bu etibarla, aləm üçün, 3-cü bir variant qalır ki, o da, imkandır. Bununla, biz, aləmin, zatı gərəyi mümkün olmasını qəsd edirik. Yəni, zatından başqa bir şeyi şərt qoşmadığımızda, aləm, mümkündür. Beləcə, bir şeyin, eyni zamanda, həm mümkün, həm də imkansız ola biləcəyi (nəticəsi) ortaya çıxır. Ancaq aləm, zatı etibarı ilə, mümkün; başqası etibarı ilə, imkansızdır. Onun, zatı etibarı ilə həm mümkün, həm də imkansız olması isə, mümkün deyildir. Bunlar isə, bir-birinə zidd olduğu kimi, məlumun xilafı ilə də bağlı olan bir xüsusdur.
Deyirik:
Məsələn, "Allah Taala'nın elmində, şənbə günü sabahında Zeyd'in ölməsi varsa, Zeyd üçün şənbə sabahı həyatın yaradılması, mümkünmüdür, deyilmidir?"
Doğru olan, bunun (yəni, Zeydin, o gün diri olmasının), həm mümkün, həm də imkansız olmasıdır. Yəni bu (Zeydin diri olması):
~ Başqası (Allahın elmi) etibara alınmadığında, zatı etibarı ilə, mümkündür.
~ Allahın elminin öldürməyə təəllüqü (yəni, Allahın, o vaxtda Zeydin öləcəyini bilməsi) etibara alındığında isə, bunun (yəni, Zeydin diri olmasının), zatı etibarı ilə deyil; başqası (yəni, Allahın elmi) etibara alındığından dolayı gerçəkləşməsi, imkansızdır.
Zatı gərəyi mumtəni (imkansız) olan isə, zatı xaricindəki bir şeyin imkansız olmasının zəruriliyi ilə deyil; -qaralıq və ağlığın cəm olunmasında olduğu kimi- zatı etibarı ilə imkansızdır.
Zeydin yaşaması fərz edildiyində, həyatın zatı gərəyi, bu, imkansız olmaz. Ancaq, Zeydin zatı xaricindəki bir şeydən dolayı bunun imkansızlığı lazım gəlir ki, bu da, (Allahın) elminin zatıdır. Çünki, (bu halda), elm, cəhalətə çevrilər. Halbuki, (Allahın) elminin cəhalətə çevrilməsi, imkansızdır.
Beləcə, (Zeydin diri olmasının), zatı gərəyi mümkün olduğu; ancaq, bir başqasında imkansızlığı gərəkdiyindən dolayı imkansız olduğu başa düşülür.
Biz: "Bu vaxtda Zeydin həyatı, məqdur (qüdrət daxilində)'dir." dediyimizdə, bununla, -qaralıq və ağlığın cəmində olduğu kimi- həyatın da, həyat olması cəhətindən imkansız olmadığını qəsd edirik. Allah Taala'nın qüdrəti, -qüdrət olmaq cəhətindən- həyatın yaradılmasına təəllüq etməsindən uzaq olmadığı kimi; O, qüdrətin zatında mövcud olan bir fütur, zəiflik, ya da hər hansı bir səbəbdən dolayı da bundan uzaq durmaz.
Bax, bu 2 məsələnin inkarı, imkansızdır. Bununla, (İlahi) qüdrətin zatından nöqsanlığın nəfy edilməsini; və bir başqasına nisbətlə deyil, sadəcə həyat olması cəhətindən, həyatın zatı haqqında imkanın gerçəkləşməsini qəsd edirəm.
Müxalif, "Qeyri məqdur' sözündən məqsəd, onun varlığının imkansızlığa səbəb olmasıdır." deyərsə, şübhəsiz, o, bu sözündə haqlıdır. Zatən, biz də bunu inkar etmirik.
O halda, geriyə, sadəcə ləfzə nəzər etmək (yəni, onu incələmək) qalır. Dil cəhətindən, bu ismin (yəni, qüdrət isminin) Ona verilməsi, ya da Onun bundan səlb edilməsi, doğrudurmu?
Ləfzə bu mənanı verməyin doğru olduğu, açıqdır. Çünki insanlar, "Filan kimsə, hərəkət və sükuna qadirdir. İstəyərsə hərəkət edər; istəyərsə də dayanar." deyərlər. Filan kimsənin, həmişə, bir-birinə zidd olan 2 şeyi etməyə qüdrətinin olduğunu söyləyərlər. Onlar, Allah Taala'nın elmində, bunlardan 1-inin meydana gəlməsinin cari olduğunu da bilirlər. (Ləfzin) bu istifadələri, yuxarıda zikr etdiyimiz xüsusu isbatlamaqdadır. Bunda, mənanın payı (yəni, rolu), zəruridir və bunu inkar etmək, mümkün deyildir.
• İkinci füru:
Əgər qail desə ki: "Bütün mümkünlərə təəllüq etmək cəhətindən, qüdrətin ümumi olduğunu iddia etdiniz. O halda, sizin, heyvanların və digər canlıların məqdurları (güc çatdırdığı felləri) haqqındakı sözünüz (yəni, görüşünüz), nədir? Bunlar da, Allah Taala'nın məqdurlarıdırmı, deyildirmi? Bu məqdurların (yəni, qullardan meydana gələn fellərin):
~ Allahın qüdrəti daxilində olmadığını söylədiyinizdə, qüdrətin təəllüq sahəsinin ümumiliyinə dair sözünüzü nəqz etmiş olacaqsınız;
~ Allahın qüdrətində olduğunu söylədiyinizdə isə, 2 qadir (tərəfindən, yəni, həm Allah, həm də qul tərəfindən meydana gətirilən) bir feli qəbul etməyiniz lazım gələcək ki, bu, imkansızdır. Ya da, bununla, insanların və digər canlıların qadir olmasını inkar etmiş olarsınız. Bu isə, şəriətin istəklərini inkar etmək və zəruri olaraq bilinən xüsusları rədd etməkdir. Belə ki, qüdrəti olmayan bir şəxsdən bir şey istəmək, imkansızdır. Allah'ın, quluna: "Sənin, Mənim qüdrətim daxilində olan, bununla təsir edə bildiyim və heç bir qüdrətinin olmadığı bir şeyi etməyin, vacibdir." deməsi, imkansızdır.
Biz, (qüdrətlərin) bir-birindən ayrılması xüsusunda, insanların bir neçə qrup ayrıldığını söyləyirik. Belə ki, bunlardan:
~ Cəbriyyə, qulun qüdrətini inkar etmişdir. Bu halda, onların, zəruri olaraq, titrəmə hərəkətilə ixtiyari hərəkət arasındakı fərqi, inkar etmələri lazımdır. Eyni zamanda, onlar, şəriətin mükəlləfiyyətlərinin imkansızlığını da qəbul etməyə məcburdular.
~ Mötəzilə isə, Allah Taala'nın qüdrətinin, qulların, heyvanların, mələklərin, cinlərin və şeytanların felləri ilə olan təəllüqünü, rədd etmişdir. Onlar, qullardan meydana gələn bütün fellərin, qulların yaratması və meydana gətirməsilə olduğunu; Allah Taala'nın, bu fellər üzərində, yaratmaq, ya da əngəl olmaq cəhətindən təsirinin olmadığını iddia etmişlərdir. Beləcə, onların 2 böyük pis işin içinə düşmələri, qaçılmaz olmuşdur. Bunların:
- Birincisi: sələfin (radiyallahu anhum)'un, üzərində ittifaq etdikləri: "Allahdan başqa yaradıcının olmadığı və Onun xaricində kimsənin bir şey yaratmadığı" (görüşünün) inkarıdır.
- İkincisi isə: onların, icad etmə və yaratma fellərini, nəyi yaradacağını bilməyən bir qüdrətə nisbət etmələridir. Şübhəsiz, ondan, insanlar və digər canlılardan meydana gələn hərəkətlər ilə onların sayı, təfsilatları və miqdarları haqqında soruşulsa, bunlardan heç bir xəbəri olmaz. Bir uşaq, beşikdən ayrılar-ayrılmaz, öz seçimilə anasının sinəsinə doğru iməkləyər və onu əmər. Bala bir pişik də, doğar-doğmaz, gözləri qapalı bir halda, anasının sinəsinə doğru gedər. Hörümçək isə, qeyr-i adi şəkillərdən meydana gələn və yuvarlaqlığı, kənarlarının bir-birinə bərabərliyi və nizamındakı tənasüb cəhətindən, mühəndisləri heyrətə salan evlər toxuyar. Bu xüsusun, mühəndislərin bilmədiyi ayrı bir bilik olduğu, zəruri olaraq başa düşülür. Arı isə, evini, 6 bucaq şəklində qurur. Bu evlər içində, 4 bucaq, 7 bucaq və başqa şəkillərdə olanı yoxdur. Bunun səbəbi, 6 bucağın, başqa bir şəkildə olmayan və geometrika qaydalarına dəlalət edən bir xüsusiyyətə sahib olmasıdır. Bu isə, bəzi əsaslara söykənir:
Bunlardan birincisi, (geometrik) şəkillərdən biri və ən geniş olanı, düz xəttin xarici künclərindən ayrı olan dairə şəklidir. İkincisi, dairəvi şəkillər, sıx vəziyyətdə yan-yana qoyulduqlarında, aralarında, mütləq lazımsız bir boşluğun qalmasıdır. Üçüncüsü, şübhəsiz, az künclü şəkillər içində, tutumluluq cəhətindən dairəyə ən yaxın olanı, 6 bucaqdır. Dördüncüsü, 7 bucaq, 8 bucaq və 5 bucaq kimi dairəyə yaxın olan geometrik şəkillərin hamısı, sıx bir halda yan-yana qoyulduqlarında, aralarında, lazımsız bir şəkildə bir boşluq qalmaqda və bunlar, bir-birinə, tamamilə yapışmamaqdadır. 4 bucaqlar isə, bir-birinə yapışmaqla bərabər, küncləri, mərkəzi nöqtələrindən uzaq olmaları səbəbilə, dairəvi şəkilləri əhatə etməkdən uzaqdırlar. Bu səbəblə, arı, özünü də əhatə etməsi üçün, dairə şəklinə yaxın olan bir şəklə möhtacdır. 6 bucaq isə, dairə şəklinə olduqca yaxındır. Arı, yerinin darlığı və nüfusunun çoxluğundan dolayı, evlər arasında boşluq olması və evlərin, bütün fərdləri öz içinə alacaq genişlikdə olmaması səbəbilə, yer itirməmək məcburiyyətindədir. Geometrik şəkillər içində, -sonu olmamaqla bərbər- dairəyə ən yaxın olan; və sıx halda olma və aralarında boşluq qalmamaq xüsusiyyətinə sahib tək şəkil isə, 6 bucaqdır. Allah Taala, arının, evini inşa edərkən 6 bucaq şəklini seçməsini təmin etmişdir. Kaş ki, arının, ağıllı insanların çoxunun idrak etməkdən yoxsul olduğu bu incəlikləri öz başınamı bildiyi; yoxsa cəbərutda (mütləq hakimiyyətdə) olan bir Yaradanın, arının vacib olaraq bu işi görməsinimi təmin etdiyini bir bilsəydim! Arının, bilmədən və çəkinmə qüdrəti olmadan, pətəklərin üzərində və içində, Allahın təqdirilə bu işləri gördüyü, ortadadır. Heyvanların, bu növdən olan sənətli fellərində, heyrət edikəcək hallar vardır. Bunlardan, sadəcə bir qismini zikr etməyim belə, qəlbləri, Allahın böyüklüyü və ucalığını doldurmağa kifayət edir. O halda, Allahın yolundan azan, öz məhdud qüdrətilə qürurlanan və buna bənzəyən heyrət verici işləri və dəlilləri nümunəsiz yaratmda (ibda'da), uca Allah ilə yarışdıqlarını zənn edən şəxslərə veyl olsun! Heyhət, heyhət (nə qədər uzaq)! Bütün məxluqlar, zəlildirlər. Göylərə boyun əydirən isə, Cəbərutda təkdir. Bax, mötəzilə məzhəbinin lazımi pislikləri, bunlardan ibarətdir.
İndi, Əhl-i Sünnətin, doğru yolu tapmağa necə müvəffəq olduğu və etiqadda iqtisada (orta yola) necə riayət etdiyinə bir bax!
Onlar, cəbr görüşünün imkansız və batil; (insanın, öz fellərini) yaratdığı iddiasının isə, qorxuducu bir cürət olduğunu söylədilər.
Bu xüsusda doğru olan: 1 fel üzərində 2 qüdrətin təsirini qəbul etmək; və 2 qadirə nisbət edilən 1 felin (yəni, məqdurun) olduğunu söyləməkdir.
Geriyə isə, sadəcə 1 fel üzərində 2 qüdrətin təvarüdü (bərabərliyi)'nin imkansız olduğunu düşünmək qalır. (Belə ki):
2 qüdrət, 1 felə, bir tək şəkildə təəllüq etdiyində, bu, mümkün olmaz. (Felə təəllüq edən) qüdrətlər ilə, bunların fel ilə təəllüq şəkilləri fərqli olduğunda isə, -iləridə açıqlayacağımız üzərə- 1 şeydə 2 ayrı təəllüqün bir araya gəlməsi, imkansız olmaz.
Əgər: "Sizi, 2 qadir tərəfindən edilən 1 felin varlığını isbata sövq edən, nədir?" deyilərsə, belə cavab verərik:
İxtiyari hərəkətin, titrəmə hərəkətindən fərqli olduğunu isbat edən qəti dəlil, budur:
Əgər titrəmə hərəkətinin, titrəyən şəxs tərəfindən qəsd edilən və eyni şəkildə, istənilən bir hərəkət olduğu fərz edilərsə, (bu 2 hərəkət arasındakı) tək fərq, qüdrətdir.
Bir digər qəti dəlil isə, Allah Taala'nın qüdrətinin, mümkün olan hər varlığa təəllüq etməsidir. Hər hadis olan, mümkün; və qulun feli də, hadis bir fel olduğuna görə, qulun feli də mümkündür. Bu halda, Allah Taala'nın qüdrətinin, bu felə təəllüq etməməsi, imkansızdır.
Biz, ixtiyari hərəkətin, hadis və mümkün bir hərəkət olması cəhətindən, titrəmə hərəkətinə bənzədiyini söyləməkdəyik. Bu səbəblə, Allah Taala'nın qüdrətinin, bunlardan sadəcə 1-inə təəllüq etməsi; ancaq, ona bənzəyən digərinə təəllüq etməməsi, imkansızdır.
Bu, başqa bir imkansız halı da gərəkdirir ki, o da, budur:
Allah Taala, qul, əlini hərəkət etdirmək istədiyində, onun əlini dayandırmağı iradə etsə, burda:
~ ya hərəkət və sükun (hərəkətsizlik) felləri bərabər meydana gətiriləcək;
~ ya da heç biri meydana gətirilməyəcək. Bu isə --->
Hərəkət və sükunun bərabər meydana gəlməsinə; ya da bunlardan (yəni, hərəkət və sükundan) yoxsul bir felin mümkün olmasına aparacaq. Hərəkət və sükundan yoxsul olmaq isə, tənaquz (ziddiyyət) olduğundan, 2 qüdrətin də batil olmasını gərəkdirir. Çünki, qüdrət, iradənin meydana gəlməsi və məhəlli (yeri) qəbul etməsi halında, təəllüq etdiyi feli meydana gətirən bir sifətdir. Qüdrəti daha güclü olduğu üçün, Allah Taala'nın təəllüq etdiyi felin tərcihə daha uyğun olduğu zənn edilə bilərsə də, bu da imkansızdır. Çünki, qüdrətin bir hərəkətə təəllüqü ilə başqa bir qüdrətin təəllüq etməsi arasında, bir üstünlük yoxdur. Çünki, hər 2 qüdrətin də faydası, (təəllüq etdikləri, yönəldikləri feli) yaratmalarıdır. Onun qüdrəti, bir başqası üzərindəki iqtidarıdır. Bu isə, üzərində mübahisə olan (ixtiyari) hərəkət xüsusunda, tərcih edilən bir xüsus deyildir. Çünki, hərəkətin bu 2 qüdrətdəki payı, onlar tərəfindən yaradılmış olmasıdır. Burda, yaratma feli, bərabərdir. O halda, 2 qüdrətin də varlığını isbat edən qəti dəlil, eyni zamanda, bizi 2 qadir (qüdrət sahibi) tərəfindən meydana gətirilən bir felin (məqdurun) isbatına aparmaqdadır.
Əgər: "Dəlilin, imkansız olan bir şeyə aparmayacağına' dair sözünüz, fəhm edilə bilmədiyi kimi; bəhs etdiyiniz digər şeylər də, fəhm edilə bilən deyildir." deyilsə, biz də belə deyərik:
Bizim, bunu fəhm etdirməyimiz lazımdır. Belə ki:
Biz, Allah Taala'nın, qulun əlində, qulun, öz qüdrətilə meydana gətirə bilmədiyi bir hərəkət yaratmasının, fəhm edilə bilən bir xüsus olduğunu deyirik! Bu hərəkət və onunla bərabər olan qüdrət necə yaradılırsa yaradılsın; O, qüdrəti və onun yönəldiyi feli yaratma xüsusunda, tək hökm sahibidir! Bundan, ixtira (yaratma) xüsusunda, Onun, tək (hökm) sahibi olduğu ortaya çıxır. Hərəkət var olduğunda və hərəkət edən varlıq buna güc çatdırdığında, qadir olması səbəbilə onun halı, titrəyən şəxsin halından fərqlidir. Beləcə, bütün işkəllər dəf edilmiş olur.
Bunun xülasəsi, budur:
Qüdrəti geniş olan qadir (Allah), qüdrəti və onun felini bərabər var etməyə qadirdir. "Xaliq" (yaradan) və "Muxtəri" (ixtira edən) isimləri, qüdrətilə bir şeyi var edən varlığa verildiyində; və qüdrət ilə onun təəllüq etdiyi (əlaqəli olduğu, yönəldiyi) fel (yəni, məqdur), Allah Taala'nın qüdrətilə bərabər meydana gəldiyindən, O, "Xaliq" və "Muxtəri" olaraq adlandırılır. O halda, qüdrətin yönəldiyi fel, qulun qüdrətilə meydana gəlməməkdədir. Bu fel, qulun qüdrətilə meydana gəlsə də, bu səbəblə qul, "xaliq" və "muxtəri" olaraq adlandırıla bilməz. Bu cür bir nisbətə, (yaratma'dan) fərqli başqa bir isim/ad qoymaq lazım gəlir. Bax, bu nisbətə, Allah Taala'nın kitabına tabe olunaraq, "kəsb" adı verilir. Çünki Quranda, qulların bu fellərinə, bu adın verildiyi görülməkdədir. (haşiyə) Bunlara "fel" adının verilməsində isə, tərəddüd edilmişdir. Mənaları fəhm etdikdən sonra adlar cəhətində, bir problem yoxdur.
------------------------
(Haşiyə:
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ أَنفِقُوا۟ مِن طَيِّبَـٰتِ مَا كَسَبْتُمْ ۖ
Yə əyyuhəlləzinə əmənu, ənfiqu min tayyibəti mə kəsəbtum...
Yəni:
"Ey iman edənlər! Kəsb etdiyiniz şeylərin yaxşısından infəq edin..." (Bəqərə/267)
وَمَنْ يَكْسِبْ اِثْمًا فَاِنَّمَا يَكْسِبُهُ عَلٰى نَفْسِه۪ۜ
Və mən yəksib ismən, fə innəmə yəksibuhu alə nəfsihi.
Yəni:
"Günah kəsb edən (işləyən) kimsə, onu, ancaq öz əleyhinə kəsb etmiş olar..." (Nisa/111)
وَذَرِ الَّذ۪ينَ اتَّخَذُوا د۪ينَهُمْ لَعِبًا وَلَهْوًا وَغَرَّتْهُمُ الْحَيٰوةُ الدُّنْيَا وَذَكِّرْ بِه۪ٓ اَنْ تُبْسَلَ نَفْسٌ بِمَا كَسَبَتْۗ لَيْسَ لَهَا مِنْ دُونِ اللّٰهِ وَلِيٌّ وَلَا شَف۪يعٌۚ وَاِنْ تَعْدِلْ كُلَّ عَدْلٍ لَا يُؤْخَذْ مِنْهَاۜ اُو۬لٰٓئِكَ الَّذ۪ينَ اُبْسِلُوا بِمَا كَسَبُواۚ لَهُمْ شَرَابٌ مِنْ حَم۪يمٍ وَعَذَابٌ اَل۪يمٌ بِمَا كَانُوا يَكْفُرُونَ۟
Yəni:
"Dinlərini oyun və əyləncə sayanları və dünya həyatının aldatdığı şəxsləri tərk et. Bununla xatırlat ki, heç kəs kəsb etdiklərinə görə özünü məhvə məhkum etməsin. Allahdan başqa onun nə bir hamisi, nə də bir havadarı olacaqdır. O nə cür fidyə versə də, ondan qəbul olunmayacaq. Onlar, kəsb etdikləri günahlara görə məhvə məhkum olanlardır. Kafir olduqlarına görə onlar üçün qaynar içki və ağrılı-acılı bir əzab hazırlanmışdır." (Ənam/70)
وَرَبُّكَ الْغَفُورُ ذُو الرَّحْمَةِۜ لَوْ يُؤَاخِذُهُمْ بِمَا كَسَبُوا لَعَجَّلَ لَهُمُ الْعَذَابَۜ بَلْ لَهُمْ مَوْعِدٌ لَنْ يَجِدُوا مِنْ دُونِه۪ مَوْئِلًا
"Rəbbin Ğafur (bağışlayan)'dır, mərhəmət sahibidir. Əgər Allah onları kəsb etdikləri günahlara görə cəzalandırsaydı, onların əzabını tezləşdirərdi. Lakin onların öz vaxtı vardır. Əzab gələcəyi vaxt onlar heç bir sığınacaq tapa bilməyəcəklər." (Kəhf/58)
وَخَلَقَ اللّٰهُ السَّمٰوَاتِ وَالْاَرْضَ بِالْحَقِّ وَلِتُجْزٰى كُلُّ نَفْسٍ بِمَا كَسَبَتْ وَهُمْ لَا يُظْلَمُونَ
"Allah göyləri və yeri ədalətlə yaratmışdır ki, hər kəs kəsb etdiyini alsın. Belə ki, onlara heç bir haqsızlıq edilməyəcəkdir." (Casiyə/22)
كُلُّ نَفْسٍ بِمَا كَسَبَتْ رَه۪ينَةٌۙ
"Hər nəfs, kəsb etdiyinin girovudur." (Muddəssir/38)
-----------------------
Əgər: "Əsas məsələ, mənanı fəhm etmək (başa düşmək)'dir. Sizin bəhs etdikləriniz isə, başa düşülən deyil. Çünki, qulda yaradılan bu qüdrətin fel ilə təəllüqü (əlaqəsi)'nin olmaması, başa düşülə bilməz. Çünki, bir qüdrətin, fel ilə əlaqəli olmadan mövcud olması, imkansızdır. Bu, məlumu olmayan bir elmin olmasına bənzəyir. Qüdrət ilə yönəldiyi nəsnə arasında bir əlaqə olduğunda, qüdrətin, bir fel ilə, təsir etmə, meydana gətirmə və felin onunla meydana gəlməsi xaricində bir əlaqəsinin olduğu, düşünülə bilməz. Bu halda, qüdrətin yönəldiyi felin qüdrətə nisbəti, müsəbbəbin səbəbə nisbəti kimidir. Bunun səbəbi, qüdrətin yönəldiyi felin, qüdrət ilə meydana gəlməsidir. Bu fel, qüdrət ilə meydana gəlmədiyində isə, aralarında bir əlaqə olmaz və bu halda, qüdrət də meydana gələ bilməz. Çünki, təəllüqü (əlaqəsi) olmayan şey, qüdrət deyildir. Çünki qüdrət, təəllüqü olan sifətlərdəndir." deyilərsə, (belə deyərik):
Biz də, qüdrətin, təəllüqü olan bir sifət olduğunu deyirik.
Sizin, "təəllüq (əlaqəli olmağın, yönəlməyin), onun vasitəsilə meydana gələn bir fel ilə məhdud olduğu" yönündəki sözünüz isə, elm və iradənin, təəllüq edən sifətlər olması səbəbilə, batildir. (haşiyə)
-------------------------
(Haşiyə:
Yəni, İmamın qəsdi, budur:
Biz, qüdrətin, təəllüq edən bir sifət olduğunu, inkar etmirik. Ancaq sizin, bu təəllüqü, sadəcə var etməyə həsr etməyinizi, onunla məhdudlaşdırmağınızı qəbul etmirik. Çünki, iradə və elm sifətləri də təəllüq etdikləri halda, bu təəllüqlər, var etmə, yaratma şəklində deyildir.)
------------------------
Bu halda, "Qüdrətin, bir şeyə təəllüq etməsi, qüdrətlə meydana gələn fellər ilə məhduddur." sözünüz də, eyni şəkildə batil olur. Çünki, sizə görə, qüdrət sifəti, əbədidir.
Əgər bu sifət, feldən əvvəl gəlirsə, o, təəllüq edən bir sifətmi olur, yoxsa yox?
Sizin, bu suala:
~ "Xeyr" deməyiniz, imkansızdır. (haşiyə)
------------------
(Haşiyə:
Çünki, Allahın qüdrət sifəti, qədimdir. Məqdurlar mövcud olmadan əvvəl də, O, qüdrət sifətilə müttəsif idi.)
--------------------
~ "Bəli." dediyinizdə isə, qüdrətin mənası, "məqdurun (yəni, qüdrətin təəllüq etdiyi, yönəldiyi varlığın), onunla bərabər meydana gəlməsi"ndən başqa bir şey deyildir. Çünki, qüdrətin təəllüq etdiyi (yönəldiyi) varlıq, hələ meydana gəlməmişdir. Bu halda, "qüdrət ilə meydana gəlmək" xaricində, başqa bir təəllüq (əlaqəli olmaq, yönəlmək) növünün varlığını isbat etmək lazım gəlir. Çünki, təəllüq, felin meydana gəlmə sırasında, "qüdrət ilə meydana gəlmək" şəklində ifadə edilir. Yaratma anından əvvəlki təəllüq isə, (yaratma anındakından) fərqlidir və bu, başqa cür təəllüqdür. (haşiyə)
-----------------------
(Haşiyə:
Necə ki, Yusif, qələmi hərəkət etdirmədən əvvəl də, belə deyə bilər:
"Mən, bu qələmi hərəkət etdirməyə qadirəm."
Halbuki, Yusifin qüdrəti, hələ bu qələmə təəllüq etməmişdir.
Demək ki, qüdrət sifətinin hər təəllüqünün, var etmə mənasında olması lazım gəlmir.)
-------------------------
Sizin: "Qüdrətin, məqdura (yəni, qüdrətin təəllüq etdiyi, yönəldiyi varlığa) təəllüqünün, tək bir şəkli vardır." sözünüz də, xətalıdır. Çünki bu hal, əzəldə və aləm yaradılmadan əvvəl elm sifətilə əlaqəlidir.
Bizim: "Qüdrət, təəllüqü olan bir sifətdir." sözümüz isə, doğrudur.
"Aləm, bu qüdrət ilə meydana gəlir." sözümüz isə, aləm, hələ meydana gəlmədiyi üçün, doğru deyildir.
Əgər bu 2 cümlə, eyni şey ifadə edən ibarələr olsaydı, bunlardan biri doğru olduğunda, digərinin də doğru olması lazım gələrdi.
Əgər: "Qüdrətin, fel meydana gəlmədən əvvəl ona təəllüqünün mənası, meydana gəlmə anında felin bu qüdrətlə meydana gəlməsidir." deyilərsə, biz də belə deyərik:
Bu, hal-hazırda meydana gələn bir təəllüq deyildir. Əksinə, (iləridə gerçəkləşəcək) bir təəllüqü gözləməkdir. Bu halda, qüdrətin, təəllüq xüsusiyyəti olmayan bir sifət olduğunu; və onun, qüdrətin təəllüq etdiyi felin meydana gəlməsi üçün bir təəllüqünün meydana gəlməsini gözlədiyini söyləmək lazımdır. Qadiriyyət (qadir olma halı) da, belədir. Onun da imkansız olması lazımdır. Çünki bu, təəllüq xüsusiyyəti olmayan bir sifətin, təəllüq xüsusiyyəti olan bir sifətə çevrilməsidir ki, bu, imkansızdır.
Əgər: "(Qüdrətin feldən əvvəl olmasının) mənası, onun, özü ilə gerçəkləşəcək felə hazır olmasıdır." deyilərsə, biz də belə deyərik:
(Felə) hazır olmağın, felin qüdrətlə meydana gəlməsini gözləmək xaricində bir mənası, yoxdur. Bu isə, hal-hazırda bir təəllüqü gərəkdirməz. Sizin başa düşdüyünüzə görə, qüdrətin təəllüq etdiyi fel, bu qüdrətlə meydana gəlmiş olmasa da, var olan qüdrət, bu felə təəllüq etməkdədir. Biz də, qüdrəti, eynilə bu şəkildə başa düşürük. Ancaq, qüdrətin təəllüq etdiyi məqdur (varlıq), onunla deyil, Allah Taala'nın qüdrətilə meydana gəlmişdir. Bu mövzuda bizim görüşümüz, sizin görüşünüzə, (insana aid olan qüdrətin), Allahın qüdrətilə meydana gəldiyini söyləməyimiz xaricində, qarşı deyildir. Qüdrətin var olması, onun feli ilə olan münasibəti və bu felin onunla var olması zəruri olmadığına görə, (insan) qüdrətinin təəllüq etdiyi bu felin, Allah Taala'nın qüdrətilə var olmadığı, necə iddia edilə bilər?! Hadis qüdrətlə nisbətinin kəsilməsindən dolayı, felin Allah Taala'nın qüdrətilə meydana gəlməsinin, onun yox olmasına bir üstünlüyü, yoxdur. Belə ki, felin yoxluğu halında imkansız olmayan bu nisbət (bağ), felin varlığı ilə bərabər, nə üçün imkansız olsun?! Bu felin, istər var olduğu, istərsə də yox olduğu düşünülsün, hal-hazırda təəllüq etdiyi bir varlıq olmayan və bağ qurmaq xüsusiyyəti olan bir qüdrətin var olması lazımdır.
Əgər: "Bir varlığa təəllüq etməyən qüdrət ilə acizlik, eyni məsabədədir." deyilərsə, biz də belə deyərik:
Bununla siz, "var olmaq anında insanın idrak etdiyi, titrəmə halındakı acizliyə bənzəyən bir hal"ı qəsd edirsinizsə, bunun rədd edilməsi, zəruridir. (haşiyə)
--------------------------
(Haşiyə:
Yəni, qulun bu hadis qüdrəti, nə var etmə mənasında bir təəllüqdür; nə də acizliklə eyni məsabədədir. Çünki biz, zərurətən, bunu idrak edirik. Biz, "bir şeyin qarşısında qadirmiyik, acizmiyik?" kimi bir ayrıma gedə biliriksə, demək, 2 tərəfi də idrak edə bilirik, deməkdir. Eyni şəkildə, insanın, məsələn ağır bir daşı qaldıra bilməməsindəki qüdrətilə, titrəmə halındakı qüdrətsizliyinin də, beləcə bir-birindən ayrı olduğu başa düşülür.
---------------------------
Əgər "qüdrətin təəllüq etdiyi fel, onunla meydana gəlmədiyi üçün qüdrətin acizlik məsabəsində olduğu"nu qəsd edirsinizsə, bu da doğrudur. Ancaq bunun, acizlik deyə adlandırılması, yalnışdır. Bu qüdrətin, Allah Taala'nın qüdrətinə nisbətlə, əskiklik cəhətindən acizliyə bənzədiyi də düşünülə bilər.
Onların əsllərinə (yəni, əsas prinsiplərinə) görə, feldən əvvəlki qüdrətin acizliyə bərabər olduğu, çünki felin, hələ meydana gəlmədiyi deyilərsə, bunu da rədd edərik. Çünki bu hal, nəfsdə, acizlikdən fərqli olaraq idrak edilən bir haldır. Bax, bu, belədir və aralarında bir fərq yoxdur.
Xülasə etmək lazım gəlsə: Burda, bir-birindən fərqli 2 qüdrətin qəbulu lazımdır. Bunlardan biri, uca; digəri isə, acizliyə yaxın olan qüdrətdir. Bu halda, sən, hər nə qədər (qulun qüdrəti) uca olan qüdrətə nisbət edilsə də, qulun, bir yönü ilə acizliyə bənzədiyi düşünülən qüdrətinin olduğunu qəbul etmək ilə; onun, Allaha aid olduğunu qəbul etmək arasında, azadsan. Əgər insaflısansa, əskikliyə və acizliyə bənzəyən bir qüdrətin, məxluqat üçün daha əlverişli olduğunda, şübhə etməzsən. Bu müxtəsər kitabın bu məsələyə dair ehtiva etdiyi xüsusların son qayəsi də, bax budur.
Üçüncü füru (məsələ):
Əgər qail: "Necə olur ki, qüdrətin təəllüqündəki ümumiliyin, hadis varlıqların hamısını (ehtiva etdiyini) iddia edirsiniz? Çünki, aləmdə var olan hərəkətlərin və digər fellərin əksəriyyəti, bir-birindən zəruri olaraq təvəllüd edən (doğan) fellərdir. Məsələn:
~ əlin hərəkəti, zəruri olaraq, üzüyün hərəkətini təvəllüd edir;
~ əlin sudakı hərəkətinin, suyun hərəkətini təvəllüd etdiyi görülür.
Bununla bərabər, suyun və üzüyün hərəkəti Allah Taala'nın yaratması ilə meydana gəlsəydi, üzüyün hərəkəti olmadan, əlin hərəkətinin; suyun hərəkəti olmadan da, əlin hərəkətinin yaradılması mümkün olardı ki, bu, imkansızdır. Fərqli növdən olan və təvəllüd yolu ilə meydana gələn fellər (müvəllidat) haqqında da, hal, belədir." (haşiyə)
-------------------
(Haşiyə:
Yəni, müxalifə görə, Allah, əldə hərəkət yaratdığı halda, əldəki üzüyün hərəkət etməməsi, imkansızdır. Allah, əlin sudakı hərəkətini yaratdığı halda, suyun dalğalanmaması, yəni hərəkəti, imkansızdır. Demək ki, təvəllüd edənləri yaradan, Allah deyildir. Elə isə, hərəkətin, hərəkəti doğurmadığını, siz əhli sünnət necə iddia edirsiniz?)
---------------------
desə, biz də belə deyərik:
Başa düşülməyən bir xüsusun qəbulu, ya da rəddi yönündə təsərrüf etmək, mümkün deyildir. Çünki, bir görüşün rəddi, ya da qəbulu üçün, ilk əvvəl, əqlən başa düşülə bilən olması lazımdır. Bizim, "təvəllüd" ifadəsindən başa düşdüyümüz:
~ balanın, ana qarnından;
~ bitkilərin isə, torpaqdan
çıxmasında olduğu kimi;
~ bir cismin, başqa bir cismin içindən
çıxmasıdır ki, arazlar (yəni, hərəkət və bənzəri şeylər) haqqında, bu, imkansızdır. Çünki, əlin hərəkətinin bir içi yoxdur ki, üzüyün hərəkəti, ondan çıxsın. Bunun kimi də, o, müəyyən şeylər ehtiva edən bir şey deyildir ki, bunlardan bəziləri xaricə doğru sızsın.
O halda, üzüyün hərəkəti, əlin hərəkətinin zatında gizli olmadığına görə, onun, əldən doğaraq meydana gəlməsinin mənasının nə olduğunu, açıqlamaq lazımdır. Bu, başa düşülən bir şey olmaması halında, bunun, (xarici aləmdə) müşahidə edilən bir hadisə olduğunu söyləməyiniz, cəhalət və axmaqlıqdır. Belə ki:
Bu hərəkətin, başqa bir şey ilə deyil, əlin hərəkətilə bərabər meydana gəlməsi, müşahidə edilən bir haldır. Onun, əlin hərəkətindən doğması isə, müşahidə edilən bir hal deyildir. Sizin: "Bu hərəkəti Allah Taala yaratsaydı, üzüyün hərəkəti olmadan, əlin hərəkətini; suyun hərəkəti olmadan da, əlin hərəkətini yaratmağa qadir olardı. (Halbuki, bu, imkansızdır.)" sözünüz isə, "Elm, iradədən doğmasaydı, O, elm olmadan iradəni, həyat olmadan da elmi yaratmağa qadir olardı." deyən kimsənin sözünə bənzəyən bir xəyaldır. Ancaq biz, imkansız olan bir şeyin, qüdrət sahəsi içində olmadığını və şərt olmadan məşrutun (şərt qoşulan şeyin) var olmasının başa düşülə bilən bir şey olmadığını deyirik. İradənin şərti, elm; elmin şərti isə, həyatdır. Cövhərin yer tutmağının şərti isə, bu yerin boş olmasıdır. Allah Taala, əli hərəkət etdirdiyində, bu əlin, daha əvvəl olduğu yerə yaxın olan bir yeri işğal etməsi lazımdır. Boş olmayan bir yer, necə olur ki, (əl tərəfindən) işğal edilir?! Çünki, yerin boş olması, əl tərəfindən işğal edilməsinin şərtidir. Belə ki:
Əl hərəkət etdirildiyində, bu yer, burda suyun olmaması, ya da onun (başqa bir yerə) nəql edilməsilə sudan yoxsul deyilsə, 2 cisim, eyni yerdə birləşmiş olur ki, bu, imkansızdır. Bunlardan birinin olmaması, digərinin şərtidir və aralarında, bir mülazəmət (lazımlılıq) vardır. Bu səbəblə, bunlardan birinin digərindən təvəllüd etdiyi zənn edilir ki, bu, xətadır.
(Hər hansı bir şey üçün) şərt olmayan lazımlara gəlincə, bizə görə, onun "lazımi şey"dən ayrılması, mümkündür. Hətta, bunun lazımlılığı, atəşə yaxınlaşdırılan pambığın yanması və qara toxunan əldə soyuqluğun meydana gəlməsində olduğu kimi; təbiətdəki adətin mütəmadiliyinə görədir. Bunların hamısı, Allah Taala'nın sünnətullahına (kainatdakı qanunlarına) görə davam edir. Əks halda, (İlahi) qüdrət, zatı cəhətindən, qarda soyuqluğu yaratmaqdan və qara toxunan əldə soyuqluq yerinə istiliyi yaratmaqdan, aciz deyildir.
O halda, müxalifin, təvəllüd yolu ilə meydana gəldiyini gördüyü fellər, 2 qismə ayrılır. Bu fellərdən:
1. Şərtdir və onun, ancaq, (başqa bir fel) ilə bərabər meydana gəldiyi düşünülə bilər.
2. Şərt deyildir. Təbiətdəki adət pozulduğunda, bu felin, (digər fellərlə) bir araya gəlməsindən meydana gəlməsi, düşünülə bilər.
Əgər: "Nə üçün, təvəllüdün butlanına dair dəlil gətirdiniz; ancaq onu fəhm etməyi rədd etdiniz? Halbuki, təvəllüd, başa düşülə biləndir. Biz, bununla, bir hərəkətin, bir başqa hərəkətin içindən çıxaraq süzülməsini; qardan soyuğun çıxması və başqa bir yerə getməsi, ya da soyuqluğun zatından başqa bir soyuqluğun çıxması şəklində, qarın soyuqluğundan (başqa bir) soyuqluğun meydana gəlməsini qəsd etmirik. Bizim təvəllüddən qəsdimiz, bir varlığın ardından başqa bir varlığın meydana gəlməsi və bu varlığın, (ilk varlıq) sayəsində var olması və meydana gəlməsidir. Burda meydana gələn varlığı, "mütəvəllid"; meydana gətirən varlığı isə, "müvəllid" olaraq adlandırırıq. Bu adlandırma başa düşüldüyündə, təvəllüdün butlanını göstərən dəlil, nədir?" deyilsə, biz də belə deyərik:
Bunu qəbul etdiyinizdə, sonradan olan (yəni, hadis) bir qüdrətin, mucid (icad edən, yaradan) olmasının batil olmasına dəlalət edən şey, onun (yəni, təvəllüdün) də butlanına dəlalət edər. Biz, məqdur bir felin hadis bir qüdrət ilə meydana gəldiyini söyləməyi imkansız gördüyümüzdə, necə olur ki, qüdrət ilə meydana gəlməyən bir feli imkansız görməyək?! Bunun imkansızlığı, qüdrətin təəllüq etdiyi sahənin muhtəvası ilə bağlıdır. Bu felin qüdrətin xaricinə çıxması isə, qüdrətin muhtəvasının genişliyini ortadan qaldıracaq ki, bu da, imkansızdır. Sonra bu, -daha əvvəl keçdiyi üzərə- təmanu'nu deyil, acizliyi gərəkdirir.
Bəli, mötəzilə'dən təvəllüdü müdafiə edənlərin, nəzərin (yəni, araşdırma aparmağın), elmə səbəb olması; ancaq nəzəri xatırlamağın biliyin xatırlanmasına səbəb olmaması; və başqa burda zikr edikməsi uzun çəkən təvəllüdün təfsilatına dair mövzularda, sayıla bilməyəcək qədər çox ziddiyyətləri vardır. Ehtiyac olmayan bir xüsusda sözü uzatmağın mənası isə, yoxdur.
Bütün bu zikr etdiklərimizdən, canlı və cansızların zatında, cövhərlərdən və arazlardan meydana gələn bütün bu hadisələrin, Allah Taala'nın qüdrətilə gerçəkləşdiyini başa düşərsən. O, bütün bunları, tək başına yaratmışdır. Hadis varlıqların bir qismi, digərindən meydana gəlməz; əksinə, bunların hamısı, Allah Taala'nın qüdrətilə meydana gəlir. Bax, Allahın qüdrət sifəti, onun hökmünün muhtəvası və bununla bağlı olan digər mövzuları və gərəkli əsasları isbat etməyi açıqlamaqdan qəsdimiz də, budur.
(Hüccətü'l-İslam imam əbu Həmid əl-Ğazzali, "əl-İqtisad fi'l-İ'tiqad" əsərindən nəql)
