Bəqərə surəsi 30-cu ayətin təfsiri
وَإِذْ قَالَ رَبُّكَ لِلْمَلَـٰٓئِكَةِ إِنِّى جَاعِلٌ فِى ٱلْأَرْضِ خَلِيفَةً ۖ قَالُوٓا۟ أَتَجْعَلُ فِيهَا مَن يُفْسِدُ فِيهَا وَيَسْفِكُ ٱلدِّمَآءَ وَنَحْنُ نُسَبِّحُ بِحَمْدِكَ وَنُقَدِّسُ لَكَ ۖ قَالَ إِنِّىٓ أَعْلَمُ مَا لَا تَعْلَمُونَ
Və iz qalə Rabbukə li'l-mələikəti: 'İnni cəilun fi'l-ardi xəlifəh.' Qalu: 'ə təcəlu fihə mən yufsidu fihə və yəsfiku'd-diməə və nəhnu nusəbbihu bi həmdikə və nuqaddisu Lək'. Qalə: 'İnni, ə'ləmu mə lə tə'ləmun.'
Yəni:
"Rəbbin mələklərə: 'Şübhəsiz Mən, yer üzündə bir xəlifə qılacağam.' dediyində, (mələklər): 'Orda fəsad çıxaracaq və qanlar tökəcək kimsələri (xəlifə) qılacaqsanmı? Halbuki biz, Sənə, həmdin ilə təsbih edir və Səni təqdis edirik.' dedilər. (Rəbbin, belə) dedi: 'Şübhəsiz Mən, sizin bilmədiyinizi bilirəm." (Bəqərə/30)
----------------------------
Təfsiri:
Müqəddimə:
Bil ki: Mələklərin varlığını təsdiq, iman rüknlərindən biridir. Bu məsələdə, bizim üçün, bəzi məqamlar vardır.
Birinci məqam:
Yerə baxıb, kiçikliyilə bərabər həyat sahibi varlıqlarla dolu olduğunu görən və aləmin intizamını və mükəmməlliyini düşünən kimsə, səmadakı yüksək bürclərin də sakinləri olduğuna, dərhal intiqal edər (keçər).
Mələklərin varlığını qəbul etməyən, belə birinə bənzəyir ki:
Bu adam, böyük bir şəhərə girir; orda, artıq şeylərlə kirlənmiş, insanlarla dolu, kiçik bir evə rast gəlir. Evin ətrafında, fərqli həyat şərtlərində, bitkilər və balıqlar kimi canlılar olduğunu görür. Daha sonra, uzaqda, minlərlə yeni ali saraylar və bunların aralarında tənəzzüh (gəzinti) yerləri görür; o evdəki həyat şərtlərinin olmaması səbəbilə, bu sarayların, sakinlərdən boş olduğuna etiqad edir.
Mələklərin varlığına inanan isə, bu kimsəyə bənzəyir ki:
Bu kiçik evin ruh sahibi varlıqlarla dolu olduğunu və şəhərin intizamını görür; iləridəki zinətli sarayların da, onlara münasib sakinləri olduğuna; onların özlərinə xas həyat şərtləri olduğuna, qəti hökm edir. Məsafənin uzaqlığı və yüksəkdə olmaları səbəbilə görülməmələri, onların olmamalarına dəlalət etməz.
Eynilə bunun kimi, bu yerin həyat sahiblərilə dolu olması, -muttarid intizam (daimi, hər yerdəki intizam) üzərə bina edilən (qurulan) xafi qiyas üzərə qurulan tariqu'l-əvla və qiyasu'l-əvləvi ilə-, bu geniş fəzanın, bürclərilə, ulduzları ilə, səmaları ilə, ruh sahibi varlıqlarla dolu olmasını nəticə verir. Şəriət, bunlara, "məlaikə/mələklər" deməkdədir. Bu mələklərin, müxtəlif cinsləri vardır. Buna diqqət et!
--------------------------
İzahı:
Müəllifimiz Ustad Nursi, ilk əvvəl deyir ki, mələklərin varlığını təsdiq edib, onlara iman etmək, imanın 6 rüknündən biridir. Daha sonra isə, bu iman rüknünü əqlən isbat və izah edir. Belə ki:
• Birinci məqam:
Bu yerə diqqətlə nəzər edən bir adam görəcək və biləcək ki: yer, səma cisimlərinə nəzərən kiçikliyilə bərabər, ruh və həyat sahibi məxluqlarla doldurulmuşdur. Yəni, bitki, heyvan və insanlarla bəzədilmiş; onların məskəni və beşiyi qılınmışdır.
Həm bu adam, bu aləmin intizam və ittiqan (mükəmməllik, sənətli yaradılış)'ına diqqət və təəmmül ilə baxıb düşünsə, əlbəttə, bir hads (sezgi) ilə, yəni sürətli bir keçid ilə başa düşəcək ki:
"Madam ki, yer, səmaya nisbətən bu qədər kiçik və dar olduğu halda, saysız-hesabsız həyat və ruh sahibləri məxluqlarıa doldurulmuşdur. Elə isə, bu yüksək bürclər, əzəmətli və geniş ülvi/uca cisimlər, yəni, saysız-hesabsız ulduzlar, günəş, ay və s. səma cisimlərinin də, özünə münasib həyat və şüur sahibi sakinləri vardır. Yer, boş və xali buraxılmadığı kimi; belə geniş və həyata daha əlverişli olan səmalar da, əsla boş və xali buraxılmaz. Demək, o ülvi diyarlar, özünə münasib sakinlərlə doludur."
Müəllifimiz deyir ki, aləmdəki bu itqan və intizam və sənətli, zinətli yaradılış dəlildir ki, bu kainatın Xaliqi, sonsuz dərəcədə Hakim (hikmət sahibi)'dir. Fayda və maslahata riayət edərək sənətli iş görür. Elə isə, əbəsiyyətdən uzaqdır. Bundan dolayı, madam ki, Sani və Hakim olan Allah, bu kiçik yerimizi, bu qədər həyat və ruh sahiblərilə doldurmuş, bəzəmiş, boş buraxmamışdır. Əlbəttə, parlaq, zinətli o səmavi cisimləri də, hikməti gərəyincə, sakinsiz buraxmaz. O hədsiz səma cisimlərini boş, xali buraxmaqla, əbəs, faydasız iş görməz. O halda, ülvi aləmləri, münasib sakinlərilə doldurmuş, şənləndirmişdir.
Bu təmsil ilə mələklərin varlığını isbat etdikdən sonra, Müəllifimiz deyir ki:
Mələklərin varlığını qəbul etməyən şəxsin misalı, buna bənzəyir ki:
Bu adam, böyük bir şəhərə, məsələn, Bakı kimi əzəmətli bir şəhərə girir. Orda, kiçik, köhnə, dar bir evə rast gəlir. Baxır görür ki, o ev, həm kiçik, həm də onun hər tərəfi tullantılar, zibillərlə kirlənmiş, pislik içində qalmış olduğu halda, insanlarla doldurulmuş, boş buraxılmamış, hər tərəfində bir hərəkət var.
Həm o evin həyətinə diqqət edərək görür ki, o sahə, ruh və həyat sahiblərilə doldurulmuşdur. Onların hər bir növünün, özünə məxsus həyat şərtləri vardır. Ona görə ehtiyaclarını tədarük edirlər. Məsələn, bəzilərinin yeməkləri, bitkilərdir. Bəzilərinin ki, balıqlardır və s. Hər bir növ həyat və ruh sahibinin, özünə məxsus, həyat şərtlərinə münasib ərzaqları, orda mövcuddur. Yəni, o kiçik, pis, sanki zibillik kimi olan o evin və həyətinin hər tərəfində, bir canlılıq, bir şənlik, bir hərəkət vardır. Bu adam da, bunları görür.
Daha sonra, bu adam başını qaldırır, o əzəmətli şəhərin uzaq cəhətlərinə baxır görür ki, o yerlərdə, əzəmətli, geniş, yüksək, minlərlə zinətli saraylar, köşklər, yeni tikilmiş tərtəmiz məskənlər var. Həm görür ki, o saray və köşklərin arasında, geniş meydanlar, gəzinti yerləri və s. vardır.
Bax bu adam, o əzəmətli şəhərin uzaq məkanlarını və o məkanlarda inşa edilən möhtəşəm saray və köşkləri gördükdən sonra, ya bəsirətsizliyindən, ya uzaq olduqları üçün görə bilmədiyindən, ya o kiçik və köhnə evin şərtlərinə baxıb qiyas yolu ilə, "O saray və köşklərdə də, mütləq həyat olmalıdır." fikrinə intiqal edə (keçə) bilmədiyindən, ya da orda yaşayan həyat sahiblərinin həyat şərtlərini və məişət vasitələrini bilmədiyindən, o saray və köşklərin boş olduqlarına hökm edir.
Eynilə bu misal kimi, məzkur (yuxarıda zikr edilən) səbəblərə intiqal edə bilməyən bir adam, səmavi cisimlərin də, yerimiz kimi sakinləri olduğunu qəbul etməz; o sakinlərin mələklər deyə adlandırıldığını inkar edər; onların varlığını təsdiq etməz; o ali məkanların və o ülvi bürclərin, özlərinə münasib sakinlərlə dolu olduğuna intiqal etməz; o geniş diyarın və o diyarlar arasında mövcud olan geniş sahələrin, meydanların, sakinsiz, hərəkətsiz, boş və xali olduğunu düşünər; belə batil bir etiqada sahib olar.
Müəllif, bu səfər, mələklərin varlığını təsdiq edib etiqad edən adamın misalını və mələklərin varlığına necə intiqal etdiyini bəyan etmək üzərə deyir ki:
Vaxta ki, bir kimsə, kiçik, həqir, ətrafı tullantılarla dolu bir evin insanlarla dolu olduğunu görüncə, dərhal, sürətli intiqal ilə, o evin çox uzağında, şəhərin ətrafında mövcud olan minlərlə naxışlı və zinətli saray və köşklərin boş və xali olmayacağını qəbul edər. Yenə, o saray və köşklər arasındakı geniş sahələr və gəzinti yerlərinin də boş qalmayacağını, özlərinə münasib həyat sahiblərilə dolu olduğunu təsdiq edər. Çünki o, bu möhtəşəm şəhərin hər tərəfində bir intizam və nizamın varlığını düşünər; hər yerində bir sənət əsəri olduğunu təxəyyül edər; heç bir yerində bir qarışıqlıq əsəri olmadığını hiss edər. "O məkanlarda, hər kəsin həyat şərtlərinə münasib həyat ləvazimatları mövcuddur." deyə etiqad edər.
Mətndəki “Eynilə bunun kimi, bu yerin həyat sahiblərilə dolu olması, -muttarid intizam (daimi, hər yerdəki intizam) üzərə bina edilən (qurulan) xafi qiyas üzərə qurulan tariqu'l-əvla və qiyasu'l-əvləvi ilə-, bu geniş fəzanın, bürclərilə, ulduzları ilə, səmaları ilə, ruh sahibi varlıqlarla dolu olmasını nəticə verir.” cümləsinə gəlincə:
Qiyas, qüvvət cəhətindən 2 qismə ayrılır:
1. Cəli (açıq) qiyas, ki, buna, "əvləvi qiyas" da deyilir;
2. Xafi (gizli) qiyas.
1. Açıq və ya əvləvi qiyas: "mənası, fikir və istidlala möhtac olmadan, zahir və qəti anlaşılan qiyas şəkli"dir. Bu qisim qiyasdakı illət, fər'də (yəni, qiyas edilən məsələdə), əsldəkindən (yəni, özünə qiyas edilən məsələdən) daha qüvvətli və zahir olduğu kimi; əsl ilə fər (haşiyə) arasında mövcud olan fərqin qaldırılmış olduğu da, qətiliklə bilinir. Məsələn: "Ata-ananıza, of belə deməyin." (İsra/23) ayətinin sarahatı (açıq şəkildə bildirməsi) ilə, ata-anaya of deyilməsi, haram qılınmışdır. Buna qiyasən, "Ata-ananı döymək, əvləviyyətlə haram qılınmışdır." hökmü də çıxır. Çünki burda, fər, əsldən daha çox bu təhrim (haram qılınma) hökmünə layiqdir.
Buna, əvla qiyas deyilməsinin səbəbi, fər'dəki illətin, əsldəki illətdən daha qüvvətli və tamamlayıcı olduğu üçündür. Çünki, ata-anaya of demək, haramdırsa; onları döymək, əvla qiyas ilə, əvla təriq/yol ilə, daha çox haramdır. Çünki, əsldəki təhrimə səbəb olan tə'fif (yəni, of demək) illəti, fər'dəki darb/vurmaq illətindən daha xəfifdir. Əlbəttə, onları vurmaq, daha şiddətli bir günahdır.
2. Xafi qiyas: "mənası zahir olmayan, yəni, hökmün illəti, ancaq istidlal ilə bilinən qiyas"dır. Bu qisim qiyasda, əsl ilə fər arasındakı fərqin qaldırıldığı, zənni olaraq bilinir, tam açıq bilinməz. Çünki, aradakı fərqin qaldırıldığına, qəti hökm edə bilmirik. Məsələn, dəmir cinsindən bir şeylə qəsdən adam öldürməyin cəzası, qisasdır. Bəqərə/178-179, Maidə/45 ayələri, bu hökmü ifadə etməkdədirlər. Bax bu, əsldir. Buna qiyasən, qatı, ağır bir cisimlə qəsdən bir adamı öldürməyin cəzası, yəni həddi də, xafi qiyas ilə qiyas edilərək, qisas olduğuna hökm edilmişdir.
----------------------
(Haşiyə:
Əsl və fər üçün bax:
------------------------
Mətnin izahına qayıdaq:
Bir şeyin əslində, intizamla davam edən bir qanun varsa və o eyni o qanun, digər bir məsələdə daha çox təkrarlanıb davam edirsə, o vaxt, qiyas etdiyimiz bu ikinci məsələ haqqındakı bu qanun, əvləvi təriq, əvləvi qiyas ilə sabit olur. Madam ki, bu vəsfdə, bu qanunda, bu ikinci məsələ, birincindən daha yüksək, daha mükəmməldir. Elə isə, birinci üçün sabit olan hökm, ikincisi üçün əvləvi təriq, əvləvi qiyas ilə sabit olur.
Bu misalımızda, yer ilə səma arasında müqayisə aparırıq. Səmaları yerə qiyas edərək deyirik ki: Madam ki, bu yer, bu qədər kiçikliyi ilə bərabər bu qədər intizamla, itqanla (mükəmməlliklə) yaradılmış və bu qədər həyat sahiblərilə doldurulmuşdur. Bu, burda əsl'dir. Nəticəsi isə, budur: Madam ki, yerdə həyat var və həyat şərtlərinin hamısı mövcuddur. Elə isə, səmalarda da, həyat vardır. Həm orda, onlara məxsus həyat şərtləri də mövcuddur. Bax bu nəticə, əvla təriq və ya əvləvi qiyas ilə sabit olur. Həm madam ki, yer, həyat sahiblərilə doludur. Elə isə, səmaların həyat sahiblərinə məskən olması, daha çox münasib və layiqdir və əlbəttə, o ülvi aləmin həyat sahiblərilə dolu olmasını, əvləvi qiyas ilə iqtiza edər (gərəkdirər). Çünki, qiyas etdiyimiz səmalar aləmi, yerə nisbətən həyata daha layiq; həyat sahibləri üçün daha təmiz; nizam və intizamı daha çox; lətif olan həyat və ruha, daha münasibdir. Elə isə, əvləvi qiyas və əvləvi təriq ilə, ordakı həyat, burdakı həyatdan daha yüksək, daha şəffaf, daha nurlu və daha parlaqdır.
Bax beləcə, mələklərin səma aləmini doldurduqları, belə məntiqi qiyas ilə, qəti dəlillərlə sabit oldu.
Mətnin sonunda isə, Müəllifimiz, "fə təəmməl" deməklə ifadə edir ki:
"Səthi getmə, yaxşı düşün! Əgər sən, bu məsələyə diqqətlə baxsan, burda, mələklərin varlığına dair çox dəlillər görüb başa düşəcəksən." (haşiyə)
------------------------
(Haşiyə:
Müəllifimizin "Mələklərin isbatı" məsələsini, burdan daha geniş oxuya bilərsən:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/m%C9%99l%C9%99kl%C9%99rin-va...
-------------------------
-------------------------
• İkinci məqam:
Daha əvvəl də keçdiyi kimi, həyat, mövcudatın kəşşafı (kəşf edəni)'dir; hətta, onların nəticəsi, həyatdır. Elə isə, bu geniş fəzanın sakinlərdən xali olması, bu səmaların onlarla məmur qılınan (imar edilmiş, şənləndirilmiş) varlıqlardan boş qalması, necə düşünülə bilər?!
Hər nə qədər ifadə yollarında ixtilafları olmuşsa da, ağıl sahibləri, mənəvi bir icma ilə, məlaikə mənasının varlığı və həqiqətləri xüsusunda ittifaq etmişlərdir. Məsələn:
~ Məşşai'lər, mələklərdən, "hər növün, mücərrəd, ruhani mahiyyətləri" şəklində bəhs etmişlərdir.
~ İşraqilər isə, "uqulu'l-aşərə/10 ağıl" və "ərbabu'l-ənva/növlərin tərbiyə ediciləri" adı ilə ələ almışlardır.
~ Səmavi din mənsubları isə, məsələn, "dağlar mələyi, dənizlər mələyi, yağış mələyi" şəklində ifadə etmişlərdir.
~ Hətta ağılları gözlərində olan maddəçi/materialist fəlsəfə mənsubları, mələk mənasını inkara bir macal tapmayıb, onlara, fitrət qanunlarındakı "quva-yı sariyə / hər şeyə sirayət edən qüvvələr" nəzərilə baxmışlardır.
------------------------------
İzahı:
Müəllifimiz Ustad Nursi (rahmətullahi aleyh), bu ikinci məqamda deyir ki:
Həyat, mövcudatın kəşşafıdır. Çünki, həyat olmazsa, mövcudat bilinməz. Çünki, həyat sahibi bir varlıq, ancaq həyat vasitəsilə bilinir. Demək, həyat olmazsa, varlıq bilinməz.
Bununla bərabər, mövcudat, həyatı nəticə vermək üçün yaradılmışlardır. Necə ki, zikr edilən hər hansı bir neçə sözdən məqsəd, mənadır; elə də, mövcudatdan məqsəd də, həyatdır. Necə ki, söz, mənaya xidmət edir; elə də, mövcudat, həyata xidmət etməkdədir.
Burda Ustad Nursi deyir ki:
Madam ki, həyatın mahiyyəti bu qədər əhəmiyyətlidir; elə isə, necə ola bilər ki, bu geniş fəza, səmalar, özünə məxsus həyat sahiblərindən boş qala bilər?!
Daha sonra, Müəllifimiz deyir ki:
Bütün ağıl və din əhli (yəni, filosoflar və din müntəsibləri), mələklərin varlığını qəbul etmişlərdir. Ancaq, ayrı-ayrı şəkillərdə adlandırmışlardır. Belə ki:
~ Məşaiyyun (Məşşailər, Aristotelin səyahət dostları), mələklərə, "növlərin ruhani mücərrəd mahiyyətləri" adını vermişlərdir. Mücərrəd sözündən məqsəd, "maddi surətdən sıyrılmış" deməkdir. Məsələn, əncir ağacının, ruhani mücərrəd bir mahiyyəti vardır. O əncirlik mahiyyəti, bu ağacın qanunu hökmündədir. Çünki, hər il əncir ağacının meyvələri getdiyi halda, bir sonrakı il, eyni əncirlərin yerinə gəlməsi isbat edir ki, o əncirlik mahiyyəti, yəni, o əncir ağacının qanunu, sabitdir. Ağacdakı təsərrüf də, məhz buna bağlıdır.
~ İşraqilər isə, məlaikə həqiqətini, "10 ağıl", "ərbabu'l-ənva" deyə adlandırmışlardır.
Bu qrupa görə, 10 ağıl vardır. Dünya səması, ilk ağıldır. Buna, fəal ağıl da deyirlər. Onlara görə, üzərimizdəki səma, dünyamızı idarə edir. Onun üstündə, bir ağıl da vardır. O da, altındakı səmanı idarə edir və s. Beləcə, hər səmada, bir ağıl, bir nəfs, bir də təbii vücud olmaq üzərə 3 şey vardır. Ta kürsiyə qədər belə 7 səma, 7 ağıl vardır. Kürsi də, bir təbəqədir, bir ağıldır. Kürsinin üstündə də, atlas fələyi dedikləri ərş təbəqəsi vardır. Bu da bir ağıldır. Beləcə, 9 ağıl oldu. Onuncu ağıl isə, ərşin üstündəki külli ağıldır. Bunlara görə, Allah, külli ağlı yaratmış; ondan sonra isə, çəkilmişdir. Artıq, "Hər ağıl, öz altındakı təbəqəni yaratmış və onu idarə edir." deyə etiqad edirlər.
Not: Dəyərli oxuyucu! Bu yazımızdan məqsəd, filosofların necə bu qənaətə gəldiklərini izah etmək olmadığı üçün, bu qismi keçirik. Daha geniş oxumaq istəyənlər, hüccətü'l-İslam imam əbu Həmid əl-Ğazzali'nin "əl-Maqasidu'l-Fəlasifə"sinə (“Varlıqların qisimləri” fəslinə) baxa bilər. İmam, bu filosof tayfasının necə bu qənaətə gəldikləri haqqında, adamların bu batil görüşlərinə yer vermişdir. Bunların rəddi isə, "Təhafüt əl-Fəlasifə"də mövcuddur. Sözü uzatmamaq üçün, burda kəsirik.
Müəllifimiz Nursi (rahiməhullah)'ın bu görüşlərə yer verməsindəki məqsəd isə, bütün ağıl sahiblərinin, bilərək və ya bilməyərək, -tərif və təbirində xəta etməklə bərabər- mələklərin həqiqətini qəbul etdiklərini göstərməkdir.
~ Səmavi din müntəsibləri (yəhudilər, xristiyanlar və Müsəlmanların) mələklərin varlığını qəbul etdikləri açıq olduğu üçün, bu qismi də keçirik.
~ Materialist və naturalist (təbiətpərəstlər) tayfası da, mələk mənasını rədd etməyə macal tapmayaraq, hər şeyə sirayət edən qüvvələr deyə adlandırmışlardır. Yəni, fitrət qanunları içərisində, gəzən bir qüvvət vardır, deyə etiqad edirlər.
----------------------
Əgər desən: Kainatın irtibatı və həyatiyyəti üçün cari olan bu nəvamis (namuslar, qanunlar) və bu qanunlar kifayət etmirmi?
Cavab olaraq deyirəm: Cari olan bu namuslar və sirayət edən bu qanunlar, ancaq, etibari, hətta vəhmi əmrlər (işlər)'dir; onların, müəyyən bir vücudları yoxdur; gözlə görülən bir hüviyyətləri bəhs mövzusu deyildir. Təəyyün və hüviyyətləri, ancaq, onları təmsil edən, onları əks etdirən və iplərinin ucunu əllərində tutanlarla gerçəkləşər. Bunlar da, ancaq mələklərdir.
Yenə, hükəma (filosoflar), ağıl və nəql, vücudun (yəni, varlığın), şəhadət aləmilə məhdudlaşmadığında, ittifaq etmişlərdir. Çünki, bu maddi aləm, cansızdır və ruhların təşəkkülünə müvafiq deyildir. Bundan başa düşülür ki, balığın yaşaması üçün suyun uyğun olması kimi; ruhlara münasib aləmləri ehtiva edən qeyb aləmi, mələklərlə doludur və şəhadət aləmi kimi, həyata mazhar (yəni, həyatın zahir olduğu yer)'dir.
Bu 4 şey, mələk mənasının varlığına, sənə şahidlik etdiyində; səlim ağılların razı olacağı şəkildə onların vücudlarının (yəni, varlıqlarının) ən gözəl surəti, şəriətin açıqladığı şəkildir ki, "Onlar, mükərrəm qullardır; əmr edilənlərə, əsla müxalifət etməzlər. Yenə onlar, lətif, nurani cisimlərdir, müxtəlif cinslərə ayrılırlar."
--------------------------
İzahı:
Müəllif bu məqamda deyir ki:
Əgər desən ki, kainatın irtibatı və canlı olması üçün, aləmdə cari olan fitri, təkvini qanunlar kifayət etmirmi ki, Haqq Taala, mələkləri yaratmış, müməssil (təmsilçi) qılmışdır? Halbuki, kainatın bir-birilə irtibatı üçün, qanunlar, namuslar kifayət edir. Elə isə, mələklərə nə ehtiyac var?
Müəllifimiz Nursi (rahmətullahi aleyh), cavab olaraq deyir ki:
Qanunlar, kifayət etmir. Çünki, kainatda cari olan bu qanunlar, ancaq etibari (yəni, elə etibar edirik deyə varlığını qəbul etdiyimiz) şeylərdir. Özlərinə, xarici vücud təyin edilməmişdir. Qanunlar, ancaq və ancaq, özlərini təmsil edən müməssilləri vasitəsilə təzahür edərlər. Həm, o qanunlara ayna olan məxluqatda görünərlər. Həm, ancaq, o qanunların dirəyini əllərində tutar, onları aləmdə sövq və idarə edər; məxluqlarda təbarüz etdirərlər.
Demək ki, bu intizam iplərinin başını tutacaq cilovunu əlinə alacaq mütləq xarici bir vücudu olan müşəxxəs (konkret) bir müməssil (təmsilçi) lazımdır. Onlara, yəni o qanunlara layiq müməssil də, ancaq nurani və lətif olan mələklərdir.
Yenə, Müəllifimiz deyir ki:
Filosoflar, ağıl və nəql əhli ittifaq etmişlərdir ki, varlıqlar, sadəcə bu aləmlə məhdudlaşmayıb. Yəni, həyat sahibləri, sadəcə, zahir, cansız və ruhların təşəkkülünə münasib olmayan bu şəhadət aləmilə məhdudlaşmamışdır. Elə isə, suyun, balıqların yaşamasına münasib və müvafiq olması kimi; mələklərə müvafiq olan çox aləmləri ehtiva edən qeyb aləmi də, ruhlarla, yəni, mələklər və ruhanilərlə doludur.
Demək, bu şəhadət aləmi pərdəsi altında çox aləmlər vardır ki, ruha çox müvafiqdir. Bu maddə aləmi, ruh və ruhanilərə tam müvafiq olmadığı halda, bu qədər həyat sahibi məxluqlarla doludursa, əlbəttə, ruh və ruhanilərə daha müvafiq olan nurani səmalar aləmi, özünə münasib mələk və ruhanilərlə dolu və o aləmin, onlara məskən olduğu, qəti bir hads (sezgi) ilə sabit olur. Həm ordakı həyat, bu şəhadət aləmindəki həyatın səbəbidir. O halda, bu şəhadət aləmi, həyatını, o aləmlərdən almaqdadır. Yəni, şəhadət aləmi, qeyb aləmlərinə, nazik bir pərdə kimidir. Altında gizli olan o qeybi aləmin vücudunu hiss etdirir; orda bir həyatın varlığını, ağıl və qəlb sahiblərinə göstərib, o həyata dəlalət edir.
Xülasə:
Müəllif, burda, mələklərin varlığını, 4 dəlil ilə isbat etdi:
1. Burdakı həyatın varlığı, ordakı həyatın dəlilidir.
2. Həyat, vücudun (varlığın) nəticəsidir. Elə isə, bu fəza aləmi, boş deyildir; həyat sahiblərilə doludur.
3. Bütün ağıl və nəql əhli, "mələk" mənasında ittifaq etmişlərdir.
4. Bütün ağıl və nəql əhli ittifaq ediblər ki, varlıq, sadəcə bu şəhadət aləminə məxsus deyildir. Əksinə, şəhadət aləmi arxasında, qeybi aləmlər də vardır ki, o aləm, həyat sahiblərilə doludur.
----------------------
----------------------
• Üçüncü məqam:
Bil ki: Mələklər məsələsi, bir cüz'ün sübutu ilə küll'ü gerçəkləşən və birinin görülməsilə növ'ü bilinən məsələlərdəndir. Çünki, inkar edən, bütününü inkar edər.
Sonra, -Allah, səni oyandırsın (yəni, sənin gözünü açsın)- bunlardan bir fərdi, hətta fərdləri görmədən, onlardan bir şəxsin, hətta şəxslərin zərurəti bəhs mövzusu olmadan və zəruri olaraq onların varlıqlarını hiss etmədən, Adəm'dən bu günə qədər bütün əsrlərdəki bütün din mənsublarının,
~ mələklərin varlığında;
~ onlarla danışmağın sübutunda (yəni, sabit olmasında);
~ onları görməyin gerçəkləşməsində;
~ bir tayfa başqa bir tayfadan nəql etmələri kimi; onlardan rəvayət xüsusunda ittifaq etmələri, sənin nəzdində imkansız olduğu kimi; sünbüllənəcəyi bir həqiqətə söykənmədən və belə ümumi etiqadı meydana gətirən zəruri əsaslar olmadan, bir vəhmin (zənnin) bu şəkildə bəşər əqidəsində yer alması və davam etməsi, ayrıca, inqilablar içində varlığını davam etdirməsi, imkansızdır.
Elə isə, belə bir icmanın sənədi, fərqli əmarələrdən meydana gələn sürətli bir intiqal (keçid)'dir. Bu əmarələr isə, zəruri əsaslardan qaynaqlanan müşahidə vaqeələrindən hasil olur. Bu ümumi etiqadın səbəbi, ancaq mənəvi təvatür qüvvətini ifadə edəcək şəkildə, dəfələrlə mələklərin görülməsi və müşahidə edilməsi hadisələrindən meydana gələn zəruri əsaslardır. Bu qəbul edilmədiyində, bəşərin yəqini biliklərinə olan inam da ortadan qalxar. Ruhanilərdən birinin hər hansı bir zamanda varlığı gerçəkləşdiyində, bu növün varlığı da gerçəkləşmiş olar. Bu növ gerçəkləşincə də, əlbəttə, şəriətin zikr etdiyi və Quran-i Kərim'in bəyan etdiyi kimidir.
Bundan sonra isə, Müəllifimiz, ayənin təfsirinə keçməkdədir. Belə ki:
----------------------------
----------------------------
Bu ayənin əvvəlki ayə ilə nəzmi, 4 cəhətlədir:
1. Bu ayələr (yəni, bu və bundan əvvəl keçən ayə), böyük nemətləri nəzərə verməkdədir. (Belə ki):
~ Əvvəlki ayə, "İnsan, xilqətin/yaradılışın nəticəsidir və yerdə olan hər şey, ona itaətkardır; onlarda istədiyi kimi təsərrüf edə bilər." şəklində bunların ən böyüyünə işarət etdi.
~ Bu isə, bəşərin, yerə xəlifə və hakim olduğuna işarət etdi.
-------------------------
İzahı:
~ Bəqərə/29, sayılan nemətlərin ən böyüyünə işarət etmişdi. O böyük nemət də, budur:
Allahın, insanı, xilqət nəticəsi olaraq yaratması; və yer üzündəki hər şeyi ona boyun əydirməsi; və insanın bu nemət süfrəsindən istədiyi şəkildə istifadə etməsidir. Bəli, kainatda mövcud olan hər şey, insanın istifadəsinə, mənfəətinə baxmaqda və onun ətrafında dönməkdədir.
Bunları saydıqdan sonra,
~ Bəqərə/30'da isə, insanın, yer üzünün xəlifəsi və hakimi olduğuna işarət etdi.
------------------------
2. Bu ayə, əvvəlki ayədə bildirilən "Yerdə olan silsilələrin cilovlarının insanın əlində olduğu" mənasının bəyanı, təfsili, izahı, təhqiqi, dəlili və təkididir.
------------------------
İzahı:
İnsanın, xəlifəlik məqamında olması, yerdəki hər şeyin insanın əlində olduğunun bəyanı, təfsili, izahı, təhqiqi, dəlili (yəni, "İnsanın xəlifə olmasının dəlili nədir?" deyə soruşulsa; əvvəlki ayə, bunun dəlili, izahıdır). Bununla bərabər, insanın xəlifə olmasını ifadə etməklə, əvvəlki ayətin mənasını da təkid edir.
------------------------
3. Əvvəlki ayə, yer və səma məskənlərini bəyan edincə; bu ayə də, o məskənlərin sakinləri olan insan və mələyə işarət etmişdir.
------------------------
İzahı:
Bəqərə/29-da, yer və səmaların yaradılmasından bəhs etdi. Burda isə, yer və göy sakinləri olan (mələk və insanlar)'dan.
------------------------
4. Əvvəlki ayə, "Xilqətdən məqsəd, insandır; və Xaliqi nəzdində, insanın böyük bir mövqeyi vardır." mənasını sarih/açıq olaraq ifadə edincə; muxatabın (özünə xitab edilənin) zehninə həyəcan gəldi,
"Bu qədər şər və fəsadı var ikən, insan üçün belə bir qiymət, necə ola bilər? Hikmət, ibadət və Allahı təqdis üçün onun (yəni, insanın) yaradılmasını gərəkli qılarmı?" deyə soruşdu.
Bu ayə isə, insanda əmanət buraxılan bir sirr (həm şərə, həm də xeyirə qabiliyyətli olması) səbəbilə, bu şərlərin və fəsadların göz ardı edildiyinə; Allahın, insanın ibadətinə ehtiyacı olmadığına, işarət etdi. Çünki, Allahı təsbih və təqdis edən saysız-hesabsız mələklər vardır. Doğrusu, insanın yaradılışı, Allamu'l-Ğuyub (bütün qeybləri ən yaxşı bilən)'in elmindəki bir hikmət səbəbilədir.
---------------------
---------------------
---------------------
Bu ayənin cümlələrinin bir-birilə nəzmi:
Bəqərə surəsi 30-cu ayə, 4 cümlədir. Belə ki:
• Birinci cümlə:
وَإِذْ قَالَ رَبُّكَ لِلْمَلَـٰٓئِكَةِ إِنِّى جَاعِلٌ فِى ٱلْأَرْضِ خَلِيفَةً
Və iz qalə Rabbukə li'l-mələikəti, İnni cəilun fi'l-ardi xəlifəh.
• İkinci cümlə:
قَالُوٓا۟ أَتَجْعَلُ فِيهَا مَن يُفْسِدُ فِيهَا وَيَسْفِكُ ٱلدِّمَآءَ
Qalu: "Ə təcəlu fihə mən yufsidu fihə və yəsfiku'd-dimə?"
• Üçüncü cümlə:
وَنَحْنُ نُسَبِّحُ بِحَمْدِكَ وَنُقَدِّسُ لَكَ ۖ
Və nəhnu, nusəbbihu bihəmdikə və nuqaddisu Lək.
• Dördüncü cümlə:
قَالَ إِنِّىٓ أَعْلَمُ مَا لَا تَعْلَمُونَ
Qalə: İnni, ə'ləmu mə lə tə'ləmun.
Müəllifimiz, bu qisimdə, ayənin bu cümlələri arasındakı nəzmi göstərəcək. Belə ki:
Ayənin başında olan "iz/dıqda, dikdə"in iqtiza etdiyi (gərəkdirdiyi) üzərə, özünə, bir rədifin mövcud olmasından; və üstdəki ayətin son cümləsi olan "O, hər şeyi biləndir." (Bəqərə/29) ayətinə ətf edilməsindən dolayı, zimnən olan mənası, bu gələn müqəddər cümlənin hovuzuna tökülməkdədir. Müqəddər cümlə, belə ola bilər:
"Allah, yaratdığı hər şeyi belə müntəzəm, mükəmməl olaraq yaratdığında, mələklərə belə dedi..."
إِنِّى جَاعِلٌ فِى ٱلْأَرْضِ خَلِيفَةً
"İnni cəilun fi'l-ardi xəlifəh = Şübhəsiz Mən, yerdə xəlifə qılacağam."
Allah Taala'nın mələklərə belə xitab etməsi, (bunun) hikmətini araşdırmaları və məşvərət yolunu onlara öyrətmək üçündür.
Üslub, qarşılıqlı danışma tərzində olunca, muxatabın zehni, "Görəsən, mələklər nə dedilər?" deyə soruşdu.
Mələklər də: "Ə təcəlu fihə = Onda (yəni, yerdə) qılacaqsanmı?" deyərək, heyrətlə hikmətini soruşdular.
İnsan, daha əvvəl yaradılan və ortalığı ifsad edən cinlərin yerinə, yerə xəlifə qılınacaqdır. Halbuki, bu insanda, qəzəb və şəhvət qüvvələri vardır. Mələklər, bunu, "mən yufsidu fihə = onda fəsad çıxaran kimsələr" deyərək, insanın şəhvət qüvvəsinin təcavüzü ilə ortalığı qarışdıracağını; "və yəsfiku'd-dimə = qan tökən" deyərək də, qəzəb qüvvəsinin təcavüzü ilə haqsız yerə qan axıdacaqlarını ifadə etdilər.
Mələklərin bu sual, açıqlama tələbi və heyrətindən sonra, muxatabın zehni, Allahın cavabını gözləməkdədir:
قَالَ إِنِّىٓ أَعْلَمُ مَا لَا تَعْلَمُونَ
Qalə: İnni, ə'ləmu mə lə tə'ləmun = Dedi: Şübhəsiz Mən, sizin bilmədiyinizi bilirəm."
Yəni, "Əşya, sizin məlumatınızla məhdud deyildir. Sizin bilməməyiniz, o şeyin olmamasına əmarə ola bilməz. Mən, Hakim'əm, hikmətlə iş görənəm. Onları yaratmağımdakı hikmət, fəsadlarını və haqsız yerə qan tökmələrinə göz yumdurar."
--------------------------
İzahı:
• "Və iz qalə Rabbukə li'l-mələikəti = Rəbbin mələklərə dediyində" cümləsilə başlayan bu ayənin başındakı vav/və hərfi, ətf hərfidir. Bu isə, bir mətufu (özünə ətf ediləni) istəyir. Halbuki, bu ayədən əvvəl keçən Bəqərə/29-un son cümləsi olan "və Huvə bi kulli şeyin alim = Və O, hər şeyi biləndir." cümləsi, mətufun aleyh (özünə ətf edilən) ola bilməz. Çünki, bu iki cümlə (yəni, "O, hər şeyi biləndir." cümləsilə, "Rəbbin, mələklərə dediyində" cümləsi arasında), bir münasibət görünmür.
• Həm, bu cümlənin başındakı "iz/dıqda, dikdə" kəliməsi, qayda gərəyi, bir müradifi, yəni, özünə bənzər başqa bir "iz/dıqda, dikdə" kəliməsini, yəni, "iz" ilə başlayan başqa bir cümləni gərəkdirdiyindən...
Yəni, bu iki şeydən dolayı, "və iz qalə Rabbukə li'l-mələikəti = Rəbbin, mələklərə dediyində" cümləsi:
~ həm, münasib bir mətufu;
~ həm də, başqa bir "iz" kəliməsini
gərəkdirdiyindən, burda, yəni, əvvəlki ayənin son cümləsi olan "və Huvə bi kulli şeyin alim = Və O, hər şeyi biləndir." cümləsilə, bu "və iz qalə Rabbukə li'l-mələikəti = Rəbbin, mələklərə dediyində" cümləsi arasında, bir cümlənin də təqdiri (məna olaraq keçməsi) lazımdır ki, bu cümlə, ona bağlansın; onun mənası buna tökülsün və onunla birləşsin.
Ustad Nursi, burda, təfsirlərdə keçən məşhur məna olan "vəzkur = xatırla", yəni, "(Ey Rəsulum!) Xatırla ki, sənin Rəbbin, mələklərə dediyində..." şəklində təfsir etməyib; burda:
اذ خلق ما خلق منتظما متقنا هكذا
"İz xaləqa mə xaləqa muntəzamən və mutqanən həkəzə = Yaratdığı hər şeyi, beləcə müntəzəm, möhkəm yaradınca" cümləsini təqdir edərək ayəyə məna vermiş; bu cümləni, belə təfsir etmişdir. Bax belə olduğu vaxt, Bəqərə/30-un bu cümləsilə, Bəqərə/29-un son cümləsi arasında münasibət üzə çıxar.
Çünki, "və Huvə bi kulli şeyin alim" cümləsi ifadə edir ki: "O (Allah), hər şeyi biləndir." Elə isə, hər şeyi bilməsinin dəlili, nədir? Dəlili budur ki, O, nəyi yaratmışdırsa, möhkəm, müntəzəm yaratmışdır. Aləmdəki bu intizam isə, ancaq elmlə olur. Elə isə, bu müntəzəm əşya dəlalət edir ki, O Allah, hər şeyi biləndir. Bu təqdirdə, birinci "iz" kəliməsi, ikinci "iz" kəliməsinə ətf olur. Çünki, bu 2 cümlə arasında, əslində münasibət vardır. O vaxt, 2 ayə arasında, təqdir belə olur:
"Allah, möhkəm, müntəzəm yaradınca..." mələklərə, yer üzündə bir xəlifə yaradacağını dedi.
-------------------------
-------------------------
-------------------------
Hər cümlənin hər bir kəliməsinin nəzmi:
وَإِذْ قَالَ رَبُّكَ لِلْمَلَـٰٓئِكَةِ إِنِّى جَاعِلٌ فِى ٱلْأَرْضِ خَلِيفَةً
Və iz qalə Rabbukə li'l-mələikəti, İnni, cəilun fi'l-ardi xəlifəh.
Yəni:
"Rəbbin mələklərə: 'Mən, yerdə xəlifə qılacağam.' dediyində."
Bu Bəqərə/30'dakı "və" ilə
وَإِذْ قَالَ رَبُّكَ لِلْمَلَـٰٓئِكَةِ إِنِّى خَـٰلِقٌۢ بَشَرًا مِّن صَلْصَـٰلٍ مِّنْ حَمَإٍ مَّسْنُون
Və iz qalə Rabbukə li'l-mələikəti, İnni, Xaliqun bəşəran min salsalin min həməin məsnun.
Yəni:
"Rəbbin, mələklərə: 'Mən başqa şəklə düşmüş qara palçıqdan, toxunduqda saxsı kimi səs çıxaran quru gildən insan yaradacağam!' dediyində." (Hicr/28) ayətindəki bu "və" ətf hərfi, ətfdəki münasibət sirrilə, -daha əvvəl keçdiyi kimi- "bu, bu mərhələləri təzəkkür et" mənası ifadə edir. Ayrıca, vəhyin, "Bunu, onlara xatırlat." mənasını ehtiva etməsi sirrilə, "Onlar üçün zikr et. Belə, belə olmuşdu..." mənasına işarətdir.
------------------------
İzahı:
Müəllif, bu ayədəki hər cümlənin hər bir kəliməsinin nəzmini təhlil edərkən deyir ki:
Bu Bəqərə/30-da keçən "Və iz qalə Rabbukə li'l-mələikəti..." cümləsinin başındakı vav/və ətf hərfi ilə, Hicr surəsinin 28-ci ayəsində keçən və eyni mövzuda olan "Və iz qalə Rabbukə li'l-mələikəti, İnni, Xaliqun bəşəran min salsalin min həməin məsnun" cümləsinin başındakı vav/və ətf hərfi, mətuf ilə mətufun aleyh arasındakı münasibətdən dolayı, işarət edir ki, -daha əvvəl də keçdiyi kimi, yəni, iz kəliməsindən əvvəl, müradifi olan bir iz müqəddərdir. Yəni, mətuf ilə mətuhun ileyh arasında bir münasibət lazım gəldiyindən; həm mövzumuz olan bu 2 ayədən əvvəlki cümlə də, buna uyğun olmadığından; elə isə, arada iz ilə başlayan bir cümlə müqəddərdir və ayənin başındakı iz kəliməsi, bu müqəddər olan əvvəlki cümlənin illətidir. Biz, bu cümlə haqqında, yuxarıda danışdıq. Bu, Müəllifimizin ayəyə verdiyi birinci mənadır. Demək, bu ayədən əvvəl, bir iz müqəddərdir. Bu Bəqərə/30-un başında keçən bu iz kəliməsi, daha əvvəl müqəddər olan iz kəliməsinə ətf olundu.
Müəllifin, bu qisimdə, ayəyə verdiyi ikinci məna isə, təfsirlərdə bəyan edilən məşhur olan mənadır. Belə ki, o, budur:
Ayənin başında zikr edilən bu iz kəliməsi işarət edir ki, özündən əvvəl, "vəzkur ləhum / onlara xatırlat" cümləsi müqəddərdir. Yəni, məna: "(Ey Rəsulum!) Onlara xatırlat ki: 'Rəbbin, mələklərə, 'Şübhəsiz, Mən, yer üzündə bir xəlifə qılacağam.' dediyində..." şəklində olur.
------------------------
------------------------
"İz", keçmiş zamanı ifadə edir. İnsan zehnini, keçmiş zamanın silsilələrində seyeran etdirir; orda olub-bitənləri, zehnə ərz edir; cəlb və ihzar edir (hazırlayır). Ta ki, zehn, o zamanda olanlara baxıb, meyvəsini qoparsın.
------------------
İzahı:
Müəllif, ayənin başındakı "iz/dıqda, dikdə" kəliməsinin təfsirində deyir ki:
Cümlənin başındakı iz kəliməsi, keçmiş zaman ifadə etdiyindən, bu kəlimə, zehni, bütün keçmiş zamanlarda gəzdirmək və bütün o zamanlarda meydana gələn hadisələri cəlb etmək və onları qaldırıb göz önünə gətirmək və xatırlatmaq üçündür. Ta ki, zehn, o hadisələrə nəzər etsin; ondakı faydanı, maslahatı, səmərələri toplasın, ondan istifadə etsin.
--------------------
--------------------
"Rabbukə/sənin Rəbbin"
Bu ifadə, mələklər əleyhinə bir dəlilə işarətdir. Yəni: "(Ey Peyğəmbər!) səni, Rəbbin tərbiyə etdi; səni kamilləşdirdi; və onların fəsadını izalə etmək (ortadan qaldırmaq) üçün, Səni, mürşid olaraq göndərdi."
Yəni, "Sən, bu fəsadlara üstün gələn və onları örtdürən ən böyük həsənəsən."
------------------------
İzahı:
Bu "Sənin Rəbbin" ifadəsi, Peyğəmbərə xitab olduğundan, sanki bu mənanı ifadə edir:
"Sənin Rəbbin, səni şəxsən tərbiyə edib mükəmməlləşdirmişdir; Səni, bütün bəşərə müəllim, mürşid qılmışdır. Sən, ey Rəsulum, tək başına elə bir həsənəsən ki, o həsənə ilə, bütün bəşərin fəsadlarını örtüb, o fəsadları əhəmiyyətsiz buraxdın. Elə isə, mələklərin sualına cavab olaraq, Sən, tək başına kifayət edirsən."
Beləcə, mələklər, insan haqqındakı düşüncələrində, bu "Sən" sözü ilə məğlub oldular.
----------------------
----------------------
"Li'l-mələikəti / mələklərə"
Allahın, mələklərə insanı yaradacağını müşavirə üslubu ilə xəbər verməsi, səmaların sakinlərinin, yəni mələklərin, yerin sakinlərilə, yəni, bəşərlə çoxca irtibat və əlaqəsi və çox münasibəti olmasına işarətdir.
Çünki, onlardan bir qismi, bu insanlara müvəkkəldir; bəzisi, onları mühafizə edər; bəzisi də, əməllərini yazar. Dolayısı ilə, insanla əlaqəli hallara ehtimam göstərmək, onların haqqıdır.
---------------------
İzahı:
"Mələklərə" kəliməsinin nəzminə gəlincə, bu kəlimə işarət edir ki, Allah Taala ilə mələklər arasında cərəyan edən; və Allahın, sanki onlarla məşvərət etmək surətindəki bu qarşılıqlı söhbətləri göstərir ki, səma sakinləri olan məklərin, insanlara əlaqəsi, münasibəti vardır. Çünki, əgər mələklərin insanlarla əlaqəsi olmasaydı, mələklər, özlərini maraqlandırmayacaq xüsusda (yəni, insanın xəlifə qılınması xüsusunda), Allahdan, onları nə üçün xəlifə qıldığını soruşmaz; əbəs yerə kəlam etməzdilər. Demək ki, bir münasibətləri olacağını bilmişdilər ki, bu haqda sual etmişdilər. Quran da, bizə, onların bir qisminin "hafaza/qoruyucu" mələklər (Ənam/61; Ra'd/11); bir qisminin də, əməlləri yazan mələklər (İnfitar/10-12) olduğunu xəbər verməkdədir. Yəni, Allah, ayədə: "Bir xəlifə qılacağam." dediyində, sanki, "Bu xəlifə məsabəsindəki insanlarla bağlı, sizə vəzifə verəcəyəm." buyurmaqdadır.
------------------
------------------
"İnni / Şübhəsiz Mən"
Mələklərin "ə təcəlu / qılacaqsanmı" deyə soruşmalarından başa düşülən tərəddüdlərini rədd üçün, (Allahın) təkid ifadə edən "innə/şübhəsiz" ilə cavab verməsi, məsələnin əzəmət və əhəmiyyətinə işarətdir.
Bu ayədə, Allahın, mütəkəllim vəhdə olaraq "Mən" deyərkən; gələcək ayələrdə "Biz" deməsi, xitab və kəlamında vasitə olmaqla bərabər, icadında və yaratmasında vasitə olmadığına işarətdir. Bu nüktəyə (incə mənaya) dəlalət edənlərdən biri, bu ayədir:
إِنَّآ أَنزَلْنَآ إِلَيْكَ ٱلْكِتَـٰبَ بِٱلْحَقِّ لِتَحْكُمَ بَيْنَ ٱلنَّاسِ بِمَآ أَرَىٰكَ ٱللَّهُ
İnnə ənzəlnə ileykə'l-kitəbə bi'l-haqqi li təhkumə bəynənnəsi bi mə ərakəllah.
Yəni:
"İnsanlar arasında Allahın sənə göstərdiyi ilə hökm etməyin üçün, Biz, sənə, kitabı, haqq üzərə endirdik." (Nisa/105)
Bu ayədə, vəhydə vasitə olduğu üçün, nun-u əzəmət ilə "Biz endirdik." dedi. Mənanı ilham etməkdə vasitə olmadığı üçün isə, müfrəd olaraq, "Allahın sənə göstərdiyi ilə..." dedi.
--------------------------
İzahı:
"İnnə", "şübhəsiz" mənası ifadə etdiyindən dolayı, şübhə və tərəddüdləri ortadan qaldırır. Bu kəlimə, bir məsələni təkid və təqviyə (qüvvətləndirmək) üçün gətirilir.
Mələklərin, Allahın qövlü haqqında şübhələrimi var idi ki, Allah Taala, "inni/şübhəsiz Mən" kəliməsi istifadə etdi? Əsla! Elə isə, nə üçün bu təhqiq hərfi gətirildi? Səbəbi nədir?
Müəllifimiz cavab olaraq deyir ki, mələklərin "qılacaqsanmı?" təəccüblü suallarından başa düşülən tərəddüdlərini qaldırmaq üzərə gələn bu "innə/şübhəsiz" kəliməsi, bu məsələnin əzəmət və əhəmiyyətinə işarətdir.
Demək, məsələ çox mühim və əhəmiyyətlidir və bunlardan başa düşülür ki, mələklərin, bu məsələdə tərəddüdləri vardır. Yəni, "Şərləri ilə bərabər, bəşər, necə olur ki, yerin xəlifəsi qılınır?" deyə təəccüb və heyrətlərini ifadə etmək və o məsələnin hikmətini, səbəbini öyrənmək istədilər. Mələklərin tərəddüdləri, insanın şərr sifətlərinə dair idi.
Həm Müəllifimiz burda deyir ki, إِنِّى / inni kəliməsindəki mütəkəllimu vəhdəhunun (yəni, ى / danışan kimsənin, yalnız özünə aid feli göstərən kəlimələr siğası/forması) damirinin (şəxs əvəzliyinin) gəlməsi işarət edir ki, Allahın xəlq və icadında, vasitə yoxdur. Lakin, kəlam və xitablarında isə, vasitələr vardır. Yəni, Allah, xitab edərkən, danışarkən, "qulnə/Biz dedik" deyərək sözü cəm halda gətirərkən; burda, yaratmaqdan bəhs edərkən, "inni cəilun /şübhəsiz Mən qılanam" kəliməsini gətirdi. Ustad, kəlimənin belə gətirilməsindən, yaratmada, təsir və vasitənin olmadığına; yaradanın, bir tək Allah olduğuna, bu kəlimənin işarət etdiyini söylədi. Halbuki, Allah, qullarına xitab edərkən, kəliməni, "biz dedik" şəklində gətirməkdədir. Ustad, burdan da, danışmaqda, vəhydə, mələklərin vasitəsi olduğu üçün kəlimənin belə gətirildiyini söylədi. Buna dəlil olaraq da, aşağıdakı ayəni misal verdi:
إِنَّآ أَنزَلْنَآ إِلَيْكَ ٱلْكِتَـٰبَ بِٱلْحَقِّ لِتَحْكُمَ بَيْنَ ٱلنَّاسِ بِمَآ أَرَىٰكَ ٱللَّهُ
İnnə ənzəlnə ileykə'l-kitəbə bi'l-haqqi li təhkumə bəynənnəsi bi mə ərakəllah.
Yəni:
"İnsanlar arasında Allahın sənə göstərdiyi ilə hökm etməyin üçün, Biz, sənə, kitabı, haqq üzərə endirdik." (Nisa/105)
Bu ayədə keçən "أَنزَلْنَآ / ənzəlnə / endirdik" kəliməsindəki نا / nun (yəni, sözü 1-ci şəxsin cəmində gətirməyi ifadə edən bu hərf), təzim ifadə etməklə bərabər, işarət edir ki:
Burdakı danışma, bir-başa deyil; arada vasitənin olduğunu göstərir. Çünki Allah, mələklər vasitəsilə də danışmaqdadır. Vəhyi, bir başa Nəbi'nin qəlbinə deyil; mələklər vasitəsilə endirməkdədir.
Yenə, bu ayədə, ilhama dəlalət edən "ərakəllah / Allahın sənə göstərdiyi" cümləsində keçən "əra" feli, müfrəd (tək) olaraq gətirilib, Allah ləfzi, fail qılınmışdır. Bu isə, mənaların qəlbə ilham edilməsində, vasitənin olmadığına işarətdir. Yəni, diqqət edilsə, ayədə, Allah, "endirdik" deməklə, vəhyin enişində vasitələrin, yəni mələklərin olduğuna diqqət çəksə də; "ərakəllah/Allahın sənə göstərdiyi" kəliməsində, bu mənaları göstərmə felini, yəni ilhamı, şəxsən Özünə nisbət etmiş, vasitələrin olmadığını göstərmişdir. Yəni, Peyğəmbərin qəlbinə doğan mənalar, Şəxsən Allah tərəfindən, arada vasitə olmadan buraxılmaqdadır.
-------------------------
-------------------------
"Cəilun/qılacam"
"Xəlifə yaradacam" yerinə, "xəlifə qılacam" deyilməsi, şübhə və istifsar səbəbinin, insanın yaradılışı və icadı deyil; xəlifə qılınması və yerin imarəti üçün təxsisi olduğuna işarətdir. Çünki vücud (varlıq), bütünü ilə xeyirdir və yaratmaq, Allahın Zati felidir, ondan sual edilməz.
---------------------------
İzahı:
Bu ayədə keçən "cəilun/qılan" kəliməsinin, "xaliqun/yaradan" kəliməsinə tərcihi işarət edir ki, mələklərin şübhələri, sualları və təəccübləri, haşa, bəşərin xəlq və icadı haqqında deyildi; əksinə, şərlərilə bərabər insanın, yer üzünün imarəti üçün xəlifə olaraq seçilməsinə, xəlifəliyin onlara təxsis edilməsinədir. Çünki mələklər, bu məsələnin altında gizli olan İlahi hikməti bilmədiklərindən, bəşərin fəsadı ilə bərabər yer üzünə xəlifə olaraq seçilməsini və xüsusi olaraq tərcih edilməsinin hikmətini təəccüblə soruşurdular. Yəni, "Bəşəri nə üçün yaradırsan?" deyə, Allahın xəlq və icadından soruşmurdular. Çünki vücud, yəni, var etmək, hər tərəfilə xeyirdir. Bundan sual etməyin, zatən mənası yoxdur.
----------------------
----------------------
"Fi'l-ardi / yerdə"
Bəşər, yerin üzərində yaşadığı halda, ayədə "alə/üzərində" deyilməyib, "fi/içində, da, də" hərf-u cərrilə "yerdə, yerin içində" deyilməsi, belə bir imadan xali (boş) deyildir: "Bəşər, yer cəsədinə üflənmiş bir ruh kimidir. Nə vaxt bəşər yerdən çıxsa, yer xarab olacaq, öləcək."
--------------------
İzahı:
İnsan, yerin üzərində yaşadığı halda, qayda gərəyi, "yerin üzərində" mənasını ifadə edən "alə'l-ardi" ləfzinin burda istifadə edilməsi, daha münasib olardı. "Fi/da, də, içində" kəliməsi isə, zərfiyyət (içindəlik) ifadə etdiyindən, "fi'l-ardi / yerin içində" mənasına gəlir. Zahirən, bura münasib görünmür. Bəs yaxşı, elə isə, nə üçün "fi" hərf-u cərri gətirilmişdir?
Müəllifimiz Ustad Nursi (rahmətullahi aleyh), cavab olaraq deyir ki:
Burda "alə/üzərində" hərfinə müqabil "fi" ləfzinin tərcih edilməsinin hikməti, bəşərin, sanki "yer cəsədi"nə üfürülmüş ruh hökmündə olduğuna işarət etmək üçündür. Buna görə, fi gətirilib.
Madam ki, insan, yerin ruhu hökmündədir. Elə isə deyilə bilər ki, insan vəfat etsə, yəni, yerdə heç bir insan qalmasa, yer də xarab olub gedəcək. Çünki, ruh çıxınca, bədən də ölür. Bu mənanı ifadə etmək üçün, daha əvvəl keçən "ə təcəlu fihə / onda qılacaqsanmı" cümləsində də, "içində" mənasını ifadə edən "fi" ləfzi gətirilmişdir.
---------------------------
---------------------------
"Xəlifə"
Bu ifadə, yerin, insanın həyat şərtlərinə hazır olmadan əvvəlki halında, bu ilk dövr həyat şərtləri ona əlverişli olan idrak sahibi bir varlığın mövcud olduğuna işarətdir. Bu, İlahi hikmətə ən müvafiq olandır. Məşhur olan görüşə görə, bu idrak sahibi varlıq, cinlərin bir növüdür. Bunlar fəsad çıxarınca, yerlərinə xələf olaraq insan gətirilmişdir.
--------------------------
İzahı:
Xəlifə, lüğətdə, "arxada olmaq; birinin arxasınca gəlmək; yerinə keçmək" mənalarına gələn "xəlf" kökündən meydana gətirilmiş olub, "birinin yerinə keçərək, işini, vəzifəsini davam etdirən" deməkdir. (Rağib əl-İsfahani, "əl-Müfrədat", "xlf" maddəsi)
Ustad Nursi'nin, bu kəlimədən çıxardığı işarət budur ki, madam ki, ayədə, insan, yerin xəlifəsi olaraq zikr edilmişdir. Elə isə, yerdə, ondan əvvəl kimlərsə yaşayıb. Məşhur görüş də budur ki, insan növündən əvvəl, yerdə cinlər yaşayıb. Çünki yer, insanın həyat şərtlərinə tam hazır olmadan əvvəl, od kütləsi şəklində idi. Belə kütlə içində, belə həyat şərtlərinə uyğun varlıqların olması da, zatən hikmətin gərəyidir. Çünki Allah, hər hansı bir ünsürdən meydana gələn hər hansı bir məkanı, həyat sahiblərindən boş buraxmamışdır. Məsələn, suya uyğun olan balıqlar; yerin (torpaq ünsürünün) indiki halına müvafiq olan insanlar, heyvanlar, bitkilər yaradılmışdır. Bu ahəngə uyğunluq, bunu da nəticə verir ki, od ünsürünün də, yəni, oddan ibarət olan bir məkanın da, ona uyğun varlıqları olmalıdır. Bunlar isə, cinlərdən başqası deyildir. Bu, istiqra/induktiv metoddur.
Not:
Dəyərli oxuyucu! Bu ayənin birinci cümləsinin hər bir kəliməsinin tək-tək təhlili, burda bitir.
-------------------------
-------------------------
"Qalu/dedilər"
Bil ki: Bu ifadənin istinaf olaraq (yəni, ətf hərfi olmadan) gəlməsi, buna işarət edir:
Allah Taala'nın mələklərə əvvəlki xitabı, bu suallara sövq edir:
"Görəsən mələklər, bu yaxın qonşularını necə görürlər? Onlarla qonşuluğa razıdırlarmı? Onlar haqqında fikirləri nədir?"
"(Mələklər) dedilər" ifadəsinin, (ayənin başındakı) "iz" ifadəsinə cəza (qarşılıq) olması, bunu bildirir:
-Allah Taala'nın müşavir və vəziri olmamaqla bərabər- mələklərin müvəkkəl qılındığı yerə bəşərin xəlifə qılınması ilə bağlı Allahın hökmü, onların, insanları necə qarşıladıqlarını izharı gərəkdirir.
Allah, məşvərətə ehtiyac duymaqdan münəzzəh olmaqla bərabər, müşavirə surətində qarşılıqlı danışma üslubuna işarətən, "Allah dedi", "mələklər dedi" şəklində gəlməsi, insanlara məşvərəti öyrətmək üçündür.
----------------------------
İzahı:
"Qalu: ə təcəlu fihə / (mələklər) dedilər: onda (yəni, yerdə) qılacaqsanmı?" cümləsinin başında ətf hərfi gətirilmədiyindən, bu cümlə, müstənifədir. Yəni, əvvəlki cümlə ilə bağlı olmayıb, müstəqil bir başlanğıc cümləsidir.
Lüğətdə, "yeni" mənasına gələn "unuf" və ya "bir şeyin başı, ucu, burun" mənasındakı "ənf" kökündən meydana gələn "isti'naf" kəliməsi: "yenidən başlamaq, yeniləmək, təkrarlamaq" deməkdir.
Məani elmində, "əvvəlki cümlənin gərəkdirdiyi və bu cümlədə gizli olan suala cavab məsabəsində olması səbəbilə, ardınca gələn cümləni, vav /və bağlayıcısı istifadə etmədən ayırmağ"a, "isti'naf" deyilir.
Əvvəlki cümləyə vav ilə bağlanmayaraq ondan ayrılmış olan ikinci cümlə, "isti'naf" və "mustə'nəfə" adlandırılır.
Açıq sual və cavab cümlələri arasında olduğu kimi; gizli suala cavab məsabəsindəki istinaf cümləsilə əvvəlində gələn cümlənin arasında, vav yer almaz.
Bax burda, Ustad Nursi deyir ki:
Cümlənin belə müstəqil şəkildə başlaması, sami (eşidən)'i düşünməyə, suallar soruşmağa sövq edir. Yəni:
"Allah, mələklərlə belə danışınca, görəsən mələklər necə qarşılıq verəcəklər? Həm görəsən, mələklər, qonşuluqlarına gələn bəşəri, necə qarşılayacaqlar? Onlardan razı olacaqlarmı? Həm bəşər haqqındakı görüşləri, nələrdir?"
Həm "və iz qalə Rabbukə" cümləsinin başındakı "iz" kəliməsi, şərt ədatı kimi götürülsə, bu cəhətə görə, ondan sonra gələn "qalu ə təcəlu fihə" cümləsinin cəzası (qarşılığı) olur.
Not! Dəyərli oxuyucu! Yuxarıda, Ustad Nursi, "iz" kəliməsinə, "dıqda, dikdə" kimi məna verib ayəni təfsir etdiyi halda; burda, "iz" hərfinə, şərt ("elə isə") mənasını verdi. Ərəb dilində, bu hərf, şərt mənası da ifadə edir.
İndi Müəllifimiz deyir ki:
Müstənif bir cümlə olan "qalu ə təcəlu fihə" cümləsi, şərt ədatı olan "iz" kəliməsinə cavab olduğu bu cəhətə görə, bu, necə uyğun ola bilər? Çünki, cavab cümləsilə şərt cümləsi arasında, lüzum lazımdır. Yəni, şərt feli, şərtin cavabını, qarşılığını gərəkdirir. Halbuki, zahirən, bu 2 cümlə arasında belə bir lüzum görünmür.
İndi Ustad Nursi, bu cəhətə görə məna verildiyi vaxt, orda, belə bir lüzumun meydana gəldiyini; arada bəzi cümlələrin müqəddər olduğunu ifadə edərək deyir ki:
Allah, müşavir və vəzirə ehtiyacı olmamaqla bərabər, hikməti gərəyincə, mələkləri yer üzünə vəkil qılıb yerin idarəsilə vəzifələndirdiyindən, yer, bu etibarla, onların idarəsindədir. Onlar, Allahın iznilə yerin tədbirilə vəzifəlidirlər.
Madam ki, Allah, bəşəri yer üzünə xəlifə qılmağa hökm edib, mələklərə məşvərət surətində xitab etdi, bu hadisəni xəbər verdi. Bəs yaxşı, bu, nəyi gərəkdirir? Əlbəttə, mələklərin, buna müqabil olaraq, bəşəri, nə keyfiyyətdə gördüklərini, onları necə qarşıladıqlarını izhar və bunları ifadə etmələrini gərəkdirir.
Elə isə, Allah, mələklərə xitabən:
"Rəbbin mələklərə: 'Şübhəsiz, Mən, yer üzündə xəlifə qılacağam. ' dediyində..."
Mələklər də, yerin vəzifəliləri olduqlarından dolayı, "Yerdə fəsad törədəcək, qan tökəcək kimsələri xəlifə qılacaqsanmı?" dedilər.
Beləcə, şərt cümləsi, bu cavab cümləsini gərəkdirdi.
"Allah dedi.", "Mələklər dedilər." şəklindəki ifadələr isə, insanlara məşvərəti öyrətmək üçün belə gətirilmişdir.
------------------------
------------------------
"Ə təcəlu / qılacaqsanmı?"
Allahın, "Mən qılacağam." deyə xəbər verməsilə, xəlifə qılma işi şübhəsiz olması ilə; mələklərin, "Belə, belə olan kimsələri xəlifə qılırsanmı?" deyə soruşmaları, səbəbin, özlərincə gizli olmasından dolayı, "İnsanın, yerə xəlifə qılınmasının hikməti, nədir?" deyə təəccüb etmələrindəndir. Dolayısı ilə, səbəbə müqabil nəticə ilə bağlı bir istifhamdır; insanın xilafətini inkar üçün deyildir. Çünki onlar, məsumdurlar.
"Təcəlu/qılacaqsan" deməsi, buna bir rəmzdir:
İnsanın işləri, etibari nisbətləri və vəziyyətləri, nə təbiətinin gərəyindən, nə də fitrətin zəruriyyətindəndir. Bütün bunlar, bir failin tərcihi ilədir.
---------------------------
İzahı:
Madam ki, Allah, daha əvvəl, qətiyyət ifadə edən "İnni cəilun = Şübhəsiz Mən, qılanam." (Yəni, xəlifə qılacam) şəklində bir cümlə istifadə etdi. Mələklərə, bu xəlifə qılma işinin gerçəkləşəcəyini xəbər verdi. O halda, mələklər, necə olur ki, "ə təcəlu / qılacaqsanmı?" deyə soruşurdular? Yəni, zatən bu fel gerçəkləşəcək. Elə isə, bunu, nə üçün sual edirdilər?
Burda, Ustad Said Nursi (rahmətullahi aleyh), cavab olaraq deyir ki:
Allahın xəbər verməsilə cə'l (xəlifə qılma işi)'nin gerçəkləşəcəyi qəti olduğundan; mələklərin burda "ə təcəlu / qılacaqsanmı?" surətindəki suallarının həqiqi mənada istifadə edilməsi, imkansızdır. Çünki, mələklər məsum olub, Allahın qəti xəbər verdiyi bir felinə qarşı, əsla etiraz etməzlər. "İnsanı, necə xəlifə qılarsan?" deyə, həqiqi mənada (bu qılma işini) soruşmurdular. Bu məna, mümkün deyildir. Elə isə, bu cümlə, surətən sual şəklində olsa da, məcazi mənası muraddır. Yəni, bu xəlifə qılma işinin hikməti onlar üçün gizli olduğundan və mələklər bu sirri bilmədiklərindən, təəccüb edərək soruşmaq məcburiyyətində qaldılar. Yəni, səbəb gizli olduğundan, ondan, təəccüblü sual doğdu.
Həm bu "Mən qılacam." sözündən Ustad Nursi'nin çıxardığı ikinci bir işarə budur ki, insandan hasil olan bütün fellərin faili, Allahdır. İnsandan -öz ixtiyarı ilə olsun, qeyr-i ixtiyari olsun- meydana gələn hər şeyin yaradanı, Allahdır. "Qılacam" sözündə, məhz, buna da işarə vardır.
Not: Dəyərli oxuyucu! Burda, Ustad Nursi, "İnsan, öz ixtiyari fellərinin failidir." etiqadında olan mötəziləyə də rədd verməkdədir.
-----------------------
-----------------------
"Fihə/onda"
Ancaq, ayətin bu cümləsində olan birinci "fihə"nin ikinci "fihə" ilə -qısa məsafəsilə birlikdə- bərabər olmuş olmaları, tənsis (yəni, hökmün qəti dəlilini göstərmək) üçündür. Həm, bu gələn mənaya da bir imadır: "Həyat sahibləri yönündən fəsada və ölümə səbəb olmaqla bərabər, bu insanın yer cəsədinin həyatı üçün üflənmiş olan bir ruh qılınmasının hikməti, nədir?"
--------------------------
İzahı:
Dəyərli oxuyucu! Bu Bəqərə/30-un ikinci cümləsi, belədir:
قَالُوٓا۟ أَتَجْعَلُ فِيهَا مَن يُفْسِدُ فِيهَا وَيَسْفِكُ ٱلدِّمَآءَ
Qalu: ə təcəlu fihə mən yufsidu fihə və yəsfiku'd-dimə?
Yəni:
(Mələklər) dedilər: "Onda (yəni yerdə), onda (yəni yerdə) fəsad çıxaracaq və qan tökəcək kimsələri (xəlifə) qılacaqsanmı?"
Ayənin bu ikinci cümləsinə diqqət edilsə, ayədə 2 dəfə "fihə/onda" (yəni, yerdə) kəliməsi keçir.
Ustad Nursi'nin bundan çıxardığı incə məna budur ki:
Aralarındakı (yəni, 2 fihə kəliməsi arasındakı) məsafə qısa olduğu halda, "fihə" kəliməsinin ikinci dəfə də təkrarlanması, aşağıdakı mənaya işarətdir:
Mələklər, birinci "fihə/onda" kəliməsini istifadə etməklə demək istəmişdilər ki: "Ey Rəbbimiz! Sən, yerin həyatı və şənlənməsi üçün, bəşəri, yer cəsədinə, yerin içinə bir ruh kimi üfürdün." Yəni, bu tayfanı yer üzündə xəlifə qılmaqla, onlarla oranı ihya edirsən, dirildirsən, ora həyat verirsən. Birinci "fihə" kəliməsi, bu mənaya işarət edir. Bunun haqqında yuxarıda danışmışdıq.
İkinci "fihə" kəliməsinin ifadə etdiyi məna isə budur ki: Mələklər bu ikinci "fihə"ni istifadə etməklə də demək istəmişdilər ki: "Ey Rəbbimiz! Bu bəşər, yer üzündə qan tökəcək, fəsad çıxaracaq. Bu cinayət səbəbilə, yerin, yerdəki bütün həyat sahiblərinin ölümünə səbəbiyyət verəcəklər. (Yəni, bu tayfa, bir cəhətdən yerin ihyasına səbəb olduğu kimi; digər cəhətdən də, yerin ölümünə səbəb olacaqlardır.) Elə isə, bəşəri, yerdə xəlifə qılmağın, yer cəsədinə ruh kimi üfləməyin hikməti, nədir?"
----------------------
----------------------
"Mən/o kimsələr ki" təbiri, buna işarətdir: İnsanın şəxsiyyəti, mələkləri maraqlandırmaz. Onlara ağır gələn, bir məxluqun Allaha üsyanıdır.
-------------------------
İzahı:
Burda, Müəllifimiz "mən/o kimsələr ki" nüktəsi (incə mənası) haqqında deyir ki:
Burda, mələklərin, insandan sarih/açıq olaraq bəhs etməyib, onlardan kinayə olan "mən/o kimsələr ki" təbirini istifadə etmələrindəki incəlik, budur:
Bu cümlədə keçən bu "mən" təbiri işarət edir ki, mələklərin məqsədi, insanın şəxsiyyəti deyildir. Əksinə, onlara ağır gələn, xüsusi olaraq onları narahat edən hal, Allahın məxluqu olan bir kimsənin, -kim olursa olsun, fərq etməz- Allahın məxluqu olduğu halda, Allaha üsyan etməsi; qanununa qarşı baş qaldırmasıdır. Bax mələklər, bu incə mənanı ifadə etmək üzərə, təəccüblə sual etdilər ki:
"Yer üzündə fəsad çıxaracaq; Sənə üsyan edib qan tökəcək kimsələri xəlifə qılacaqsanmı?" Yəni, bundakı hikmətin nədir?
Demək, mələklərin qayəsi, bəşərin şəxsiyyəti olmadığı üçün, sarih/açıq olaraq, bəşəri, adı ilə (yəni, insan kimi) söyləmədilər. Əksinə, "Kim olursa olsun, belə müfsidləri, fəsad çıxaranları, xəlifə qılacaqsanmı?" demək istədilər.
--------------------------
--------------------------
"Yufsidu/fəsad çıxaracaq"
Üsyan kəliməsi yerinə insanın fəsadının söylənməsi, onun üsyanının, aləmin nizamını pozmağa qədər iləri gedəcəyinə işarətdir. Bunun geniş zaman ilə ifadəsi isə, xoşlanılmayan halın, bu üsyanın yenilənməsi və davam etməsi olduğuna işarətdir.
Mələklərin insanın fəsadını bilmələri:
~ ya Allahın bildirməsilə;
~ ya lövh-i məhfuzu mütaliə ilə;
~ ya da insana verilən qüvvələrin təhdid edilməməsini (yəni, məhdudlaşdırılmamasını) bilmələri
səbəbilədir.
İnsandakı şəhvət qüvvəsinin həddi aşması ilə, fəsad meydana gələr; qəzəb qüvvəsinin həddi keçməsilə də, haqsız yerə qan axıtmaq və zülm ortaya çıxar.
--------------------------
İzahı:
Müəllifimiz, burda, "يعصي / yə'si / üsyan edəcək" feli yerinə, "يفسد / yufsidu / fəsad çıxaracaq" felinin tərcih edilməsinin nüktəsi haqqında deyir ki:
Bəşər, üsyan etdikləri, günah işlədikləri halda, nəyə görə "yə'si / üsyan edəcək" feli gətirməyib; ifsadı ifadə edən "yufsidu" feli gətirmişdir?
Cavab olaraq, Ustad Nursi deyir ki:
Çünki, bəşərin yer üzündəki üsyanı, günahları, nəticədə aləmin nizamını pozub onu fəsada götürəcəyi üçün, mələklər, üsyan felinin bu nəticəsini xəbər vermək və bəşərin üsyanı, aləmin nizamının fəsadına və onun xarab olmasına səbəbiyyət verəcəyinə və nəticəsi, ona qayıdacağına işarət etmək və bunu ifadə etmək üçün "yufsidu" felini istifadə etmişdilər.
Dəyərli oxuyucu! Quranın bir çox ayəsinə də baxsan, hansı qövmlər ki həlak edilib; onlarla bərabər yaşadıqları yerlər, onlar içindəki şeylər də həlak edilmişdir. Demək, bəşər nə vaxt üsyan edibsə, özünün də, aləmin də fəsadına, nizamının pozulmasına səbəbiyyət vermişdir. Bax mələklər, bəşərin üsyanının nəticəsi, aləmin fəsadına səbəbiyyət verəcəyinə işarət üçün, "yə'si / üsyan edəcək" feli yerinə, "yufsidu / fəsad çıxaracaq" felini istifadə etmişdilər. Yəni, "üsyan" felini deməyib, nəticəsi olan "ifsad" felini zikr etdilər.
Həm Müəllifimiz Nursi (rahiməhullah) deyir ki:
Burda, "yufsidu" felinin mudari (indiki və gələcək zamanı da əhatə edəcək) formada gətirilməsi işarət edir ki, bəşərin üsyan və fəsadı, davam edəcəkdir. Yəni, onların üsyanı, bir dəfə edilməyib, mütəmadi davam edəcək.
---------------------
---------------------
"Fihə/onda"
"Yer, təqva üzərə qurulmuş bir məscid ikən, necə olur ki, onda fəsad çıxarırlar?"
---------------------
İzahı:
Müəllifimiz deyir ki, bu "fihə/onda", yəni "yerdə" kəliməsi, belə bir mənaya işarət edir ki:
Yəni, mələklər demək istəyirdilər ki:
"Əvvəldən bu yer, bir məsciddir. Biz, burda ibadət edirik. Bu məkan, təqva üzərinə qurulmuşdur. Bu məkanda, fəsad, qan tökmək yox idi. (Cinlər belə fəsad çıxarmağa başladıqlarında, bu məscid hökmündə olan yeri, Allah onlardan təmizləyib, bu məscidi, yenə təmiz tutmuşdu.) Madam ki bəşərin yerdəki vəziyyəti bundan ibarət olacaq. Elə isə, ey Rəbbimiz! Fəsad çıxaracaq və qan tökəcək bu tayfanı, yerdə xəlifə qılırsanmı? Bundakı hikmətin, nədir?"
Not! Dəyərli oxuyucu! Kainatda hər şey səcdə halında olduğuna görə, Müəllifin, kainat, xüsusilə yer, məscid (səcdə edilən yer)dir sözü, doğru olur. İzahı üçün bax:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/r%C9%99hman-sur%C9%99si-6-ci...
-----------------------
-----------------------
~ "و / və"
2 rəzil xislət olan fəsad və qan tökməyin bu hərf ilə bir-birinə ətf edilməsi, fəsadın, insan öldürməyə qədər çatması münasibətilədir.
~ "Yəsfiku'd-dimə/qan tökəcək"
"Qətl" kəliməsi yerinə "səfk" kəliməsinin tərcih edilməsi, bunun, zülmən öldürməyi bildirməsindəndir. Çünki, Allah yolundakı cihadda da, adam öldürmək vardır. Yenə, qoyunların salamat qalması üçün qurdun qətli kimi; camaatın salamat qalması üçün fərdin öldürülməsi, caiz olmaqdadır.
~ "əd-dimə/qanlar"
Bu kəlimə, haqsız yerə insan öldürməyin çirkinliyini daha şiddətli göstərmək üçün, "səfk" kəliməsində olan mənanı təkiddir.
--------------------------
İzahı:
Müəllif Nursi (rahiməhullah),
~ "və" hərfinin nüktəsi haqqında deyir ki:
Bu ətf hərfi olan və'nin burda, bu məqamda gəlməsi, bəşərin, 2 rəzil əxlaq olan fəsad və qan tökməyi özündə cəm etdiyinə; 2 böyük günahı bərabər etdiklərinə; və bu 2 rəzilliyi bərabər işlədiklərinə işarət üçündür. Çünki insan, şəriətə riayət etməyib üsyan edərsə, harama dalarsa, bu, onu, qan tökməyə qədər aparar; nəticədə də, qan tökər.
~ "Yəsfiku'd-dimə/qan tökəcək"
Bu felin, "yəqtulu/öldürəcək" felinə tərcih edilməsi, bunun üçündür:
Çünki qan tökmək, zülmən edilən qətl haqqında istifadə edilir. Elə isə, bu təbir, fəsada daha münasibdir. Halbuki, qətlin bir növü vardır ki, bu, Allah yolunda cihad edərək kafirləri öldürməkdir. Yenə, qətlin başqa mübah olan qisimləri də vardır: qisas kimi. Və yenə, bir camaatı qurtarmaq üçün bir fərdin qətl edilməsi kimi. Məsələn, qoyunların salamat qalması üçün, qurdun öldürülməsi kimi. Demək, qətlin mübah olan qisimləri vardır. Elə isə, "yəqtulu/öldürəcək" felinin bu ayədə zikr edilməsi, bundan əvvəl gələn "yufsidu/fəsad çıxaracaq" kəliməsinə münasib düşmür. Burda, bəlağatın gərəyi, "yəsfiku/qan tökəcək" kəliməsidir.
~ "əd-dimə/qanlar" mənasında olan bu kəlimənin zikrinə gəlincə:
"yəsfiku" feli, zatən "qan tökmək" mənasını ifadə etdiyi halda; təkrar bu "əd-dimə/qanlar" kəliməsinin zikr edilməsi, "yəsfiku/qan tökəcək" kəliməsini təkid və təqviyə (qüvvətləndirmək) üçün gətirilmişdir. Yəni, qətlin, nə qədər şiddətli pis bir əməl olduğunu ifhəm/fəhm etdirmək üçündür.
Not:
Dəyərli oxuyucu! Bu ayənin 2-ci cümləsinin hər bir kəliməsinin tək-tək təhlili, burda bitir.
------------------------
------------------------
وَنَحْنُ نُسَبِّحُ بِحَمْدِكَ وَنُقَدِّسُ لَكَ
Və nəhnu nusəbbihu bi həmdikə və nuqaddisu Lək.
Yəni:
"Halbuki biz, həmd ilə Səni təsbih edir və Səni təqdis edirik."
"Və"
Ayədəki hal bildirən "və" hərfi, "Bəşərin ibadəti və Allahı təqdis edəcək olmaları, hikmət olaraq sizə kifayət etmirmi?" şəklində ediləcək etiraza cavablarını hiss etdirmək istəmələrinə işarətdir.
--------------------------
İzahı:
Ayənin bu cümləsində, vavu'l-haliyyə (hal bildirən və) gəlməkdədir. Bu, adətən, cümlənin ortasında gəlir. Özündən sonra gələn cümləni, özündən əvvəlki əsas cümlənin halı qılır. “Halbuki” mənasını verir.
Ustad Nursi deyir ki, bu hərf, işarət edir ki:
Mələklər, daha əvvəlki danışmalarından dolayı öz əleyhlərinə bir etiraz gələcəyini hiss edib başa düşmüşdülər. Yəni, özlərinə, Allah tərəfindən:
"Ey mələklərim! Bəşərin, Mənə olan ibadətləri və Məni təqdis edib həmd və səna etmələri xüsusundakı yaradılış hikmətləri, sizə kifayət deyilmidir ki, hələ də 'ə təcəlu/qılacaqsanmı?' deyib təəccüb surətində, bəşərin xəlifə qılınma hikməti haqqında Məndən soruşursunuz?" şəklində bir etiraz gələ biləcəyini düşünüb, belə dedilər:
Və nəhnu nusəbbihu bi həmdikə və nuqaddisu Lək = Halbuki biz, həmd ilə Səni təsbih edir və Səni təqdis edirik.
-----------------------------
-----------------------------
"Nəhnu/biz"
"Biz", yəni məsiyyət (hər cür üsyan, günah)'dan məsum olan mələklər topluluğu...
İbadətlərini, isim cümləsi ilə ifadə etmələri, təsbihin, onlar üçün bir səciyyə olduğuna; fitrətlərinin bir lazımı olduğuna; və özlərinin, təsbih üçün yaradıldıqlarına işarətdir.
------------------------
İzahı:
Mələklər, bu "biz" kəliməsilə, sanki belə demək istəyirdilər: "Biz, zatən məsumuq, günah işləmirik, üsyanımız yoxdur. İfsad və şər qabiliyyəti olan, qan tökəcək bəşəri, yer üzünə nə üçün xəlifə qılırsan? Bunu başa düşmürük, ey Rəbbimiz."
Yəni, onlar, sanki, bu "biz" kəliməsilə, insanlardan fərqləndirən cəhətlərinə diqqət çəkirdilər.
Müəllifimiz burda deyir ki, burda, bu cümlənin ismi cümlə kimi gətirilməsi (yəni, cümləyə, dilimizdəki isim, zərf, ədat, əvəzlik kimi sözlərlə başlanılması; yəni, burda əvəzliklə başlayıb ismi cümlə kimi gətirilməsi) işarət edir ki:
İbadət və təsbih, mələklər üçün bir səciyyə halına gəlib. Onların fitrətlərinin lazımıdır. Onlar, bunun üçün yaradılmışlardır. Yəni, mələklər demək istəyirdilər ki: "Bizim işimiz, gücümüz, ibadətdir." Çünki, ismi cümlə, sübut və davamlılığa dəlalət edir. Yəni, ərəb dilində, cümlənin isimlə (yəni, isim, zərf, ədat və əvəzliklə) başlaması, o şeyin davam və sübutuna dəlalət edir. Yəni: "Bu təsbih və təhmid, artıq bizim fitrətimiz olub. Biz mələklər topluluğu, mütəmadi ibadət edirik. Halbuki, insanlar belə deyildirlər."
-----------------------------
-----------------------------
"Nusəbbihu bi həmdikə / Həmdin ilə Səni təsbih edirik."
Bu, cami (cəm edən) bir kəlimədir. Yəni:
~ Növ-növ ibadətlərlə, Səni, kainata elan edirik;
~ Cəlal vəsflərilə Səni vəsf edib şanına yaraşmayan şeylərdən münəzzəh olduğuna etiqad edirik. Bu etiqadımız da, ancaq, Sənin bir ehsanındır ki, "subhənallahi və bihəmdihi" deyirik.
~ Sənə həmd edir və cəlal-camal vəsflərilə, Səni vəsf edirik. (haşiyə)
-----------------------------
(Haşiyə:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/isra-sur%C9%99si-44-cu-ay%C9...
-----------------------------
-----------------------------
"Və nuqaddisu Lək / Səni təqdis edirik."
Yəni, Sənin nöqsanlardan münəzzəh olduğunu elan edirik. Və ya, "nəfslərimizi və fellərimizi günahlardan tərtəmiz qılır və qəlblərimizi, Səndən başqasına yönəltmirik."
Ayədəki "və", iki fəziləti cəm üçündür:
~ əmrləri yerinə yetirmək;
~ qadağalardan çəkinmək.
Bu halda, ayənin bu qismindəki "və", əvvəlki qisimdəki "və" hərfinə müqabil olur.
---------------------------
İzahı:
Müəllifimiz Ustad Nursi, "və nuqaddisu Lək" ifadəsi haqqında, 2 təvili zikr edir. Belə ki:
• Birincisi:
Əgər, "və nuqaddisu Lək" cümləsində keçən "Ləkə" ifadəsindəki ل/ləm hərfi, zaidədirsə, o vaxt, cümlənin mənası belə olur: "Səni, bütün nöqsanlıqlardan təqdis edirik."
• İkincisi:
Əgər bu "Ləkə" ifadəsindəki ل/ləm hərfi zaid olmayıb, "illət/səbəb/üçün" mənasını ifadə edərsə, o vaxt, məna belə olur: "Ey Rəbbimiz! Sənin rizan üçün nəfsimizi bütün çirkinliklərdən təmizləyir; fellərimizi, günahlardan mühafizə edir; və qəlblərimizi, Səndən qeyrisinə yönəlməkdən qoruyuruq."
Sonra Müəllifimiz deyir ki:
Bu cümlədə keçən "və" hərfi isə, 2 fəzilətin arasını cəm edib toplamaq üçündür. Yəni, mələklər, sanki, bununla belə demək istəyirdilər: "Biz, Sənin əmrlərinə tabe olur, qadağalarından çəkinirik. Beləcə, 2 fəziləti, birdən işləyirik."
Müəllifimiz, bu mənanı burdan çıxarmaqdadır:
Ona görə, bu qisimdəki "və", daha əvvəl keçən "və" hərfinin müqabili, yəni ziddidir. Necə ki, əvvəlki "və" hərfi, 2 rəzil əxlaqın, yəni ifsad ilə qan tökməyin arasını cəm etdiyi kimi (yuxarıda bu haqda danışmışdıq); burdakı "və" hərfi də, tam əksinə, 2 fəzilətin arasını cəm etmişdir. Yəni, əmrlərə tabe olmaq və qadağalardan çəkinməyin arasını birləşdirmişdir.
Not:
Dəyərli oxuyucu! Ayənin bu 3-cü cümləsinin hər bir kəliməsinin tək-tək təhlili, burda bitir.
-------------------
-------------------
قَالَ إِنِّىٓ أَعْلَمُ مَا لَا تَعْلَمُونَ
Qalə: İnni, ə'ləmu mə lə tə'ləmun:
Yəni:
"(Allah) dedi: 'Şübhəsiz Mən, sizin bilmədiyinizi bilirəm."
"Qalə/dedi"
Bunun istinaf olması, belə bir suala işarətdir:
"Allah, onların suallarına cavab olaraq nə dedi? Təəccüblərini izalə etmək (ortadan qaldırmaq) üçün, səbəbi necə açıqladı? Bəşərin onlara tərcih edilməsində hikmət, nədir?"
Ayənin bu qismində, mücməl bir cavab verdi; davamında gələn ayədə isə, qismən təfsil etdi.
--------------------------
İzahı:
Müəllifimiz Ustad Said Nursi (rahiməhullahu Taala), ayənin bu cümləsinin nəzmi haqqında deyir ki:
Bu cümlə, müstənifə, yəni, (və, fə ilə başlamadan; yəni, əvvəlki ilə arasında bir münasibət olmadan) müstəqil bir başlanğıc cümləsi olduğundan, bu istinaf ilə, aşağıdakı müqəddər (yazılı olmadığı halda, məna olaraq var olan) suallara və bu cümlə ilə, onların cavabına işarət etməkdədir. Belə ki:
Vaxta ki, mələklər, "ə təcəlu fihə mən yufsidu fihə və yəsfiku'd-dimə / onda fəsad çıxaracaq və qanlar tökəcək kimsələri (xəlifə) qılacaqsanmı?" təəccüblü sual şəklində, bəşərin xəlifə qılınmasının hikmətini, Allahdan soruşdular. Bu səfər, sami (ayəyə qulaq verənin, eşidən)'in zehninə, bu suallar gəldi:
"Görəsən, Allah, mələklərə cavab olaraq nə dedi?"
Həm, sami, öz-özündən belə soruşdu: "Görəsən Allah, mələklərin təəccübünü qaldırmaq üçün, bunun səbəbini necə izah etdi?"
Həm sami, öz-özündən belə soruşdu: "Bəşərin, mələklərə tərcih edilmə səbəbi və hikməti, nədir?"
Bax, Allah da, bu müqəddər suallara, ilk əvvəl, mücməl olaraq, yəni, "Şübhəsiz Mən, sizin bilmədiyinizi bilirəm." şəklində cavab verdi. Daha sonra gələcək Bəqərə/31-də də, "və alləmə Adəmə'l-əsməə kulləhə / və Adəmə, onun bütün isimlərini öyrətdi." deməklə, təfsilatlı olaraq, bəşərin xəlifə qılınmasının və mələklərə tərcih edilməsinin səbəbini bəyan etdi.
---------------------------
---------------------------
"İnni/Şübhəsiz Mən"
Bu ədat, təhqiq (şübhəsizlik) ifadə edir; tərəddüd və şübhəni rədd üçündür. Bu isə, hər kəs tərəfindən qəbul ediləndə deyil; nəzəri hökmlərdə istifadə edilir. Halbuki, məxluqatın bilmədiklərini Allahın bilməsi, çox açıqdır və ortadadır. Mələklərin bu mövzuda bir tərəddüdlərinin olması, düşünülə bilməz. Bu halda, "innə/şübhəsiz" ədatı, cümlələr silsiləsinə işıq tutmaqdadır. Quran, bunları bu ədatla xülasə olaraq, mücmələn bildirmiş və bilinən bəyani bir metodla, vəciz olaraq ifadə etmişdir. Bu cümlələr isə, bunlardır:
~ Bəşərdə, bir çox maslahatlar və çoxlu xeyirlər vardır. Bunlardan dolayı, az bir şər olan üsyanına baxılmaz. Bu az şərdən dolayı onu yaratmağı tərk etmək, hikmətə müxalifdir.
~ Bəşərdə, onu xilafətə əhil qılan bir sirr vardır. Xaliqi, bunu bilməkdədir. Ancaq mələklər, bu sirdən qafildirlər.
~ İnsanda, onu, mələklərə üstün qılan bir hikmət vardır. Mələklər bunu bilməz; ancaq Yaradan isə, bilir.
Ayrıca, "innə"nin mənası, bəzən, daxil olduğu ifadələrin qeydlərindən birindən çıxan zimni hökmə dair olur. Yəni: "(Ey mələklər)! Siz, təhqiq/şübhəsizlik ilə bilmirsiniz."
-------------------------------
İzahı:
Müəllifimiz, bu qisimdə deyir ki:
İnnə kəliməsi, təhqiq üçündür; şübhə və tərəddüdü rədd etmək üçün gətirilir. Halbuki, şübhə və tərəddüd, ancaq, doğruluğu təslim edilməmiş nəzəri hökmlərdə, isbat edilməmiş əqli məsələlərdə olur. Allahın elmində isə, əsla şübhə yoxdur. Bu, dəlil və bürhana gərək qalmayan müsəlləm/təslim edilmiş bir məsələdir. Elə isə, bu məsələdə şübhə və tərəddüd yoxdur ki, innə təhqiq hərfi o şübhəni qaldırmaq üçün gətirilsin. Çünki, məxluqatın bilmədiklərini Allahın bildiyi xüsusu, zatən mələklər tərəfindən müsəlləm olub, bədihi/açıq olduğundan; bu xüsusda, onların -haşa- heç şübhə və tərəddüdləri də olmadığı, qətidir. Bu məsələdə, şəkk və şübhə yoxdur. Mələklər zatən bilirdilər ki: "Allahın bildiyini, biz bilmirik." Elə isə, burda, innə hərfi, nə üçün gətirilmişdir?
Burda, Ustad Nursi buna belə cavab verir ki:
Əvvəla, Quran, -bəyan elminin də Ondan götürərək istifadə etdiyi- bir üslubu izləmişdir. İslam alimləri də, bu üslubu çoxca istifadə etmişlərdir. O üslub da, budur ki:
Burdakı "innə" təhqiq/şübhəsizlik hərfi, sami'nin müqəddər suallarına (yuxarıda bunlar haqqında danışmışdıq), ilk əvvəl, mücməl olaraq cavab verildiyinə işarət etdi. Daha sonra gələcək olan "Adəmə, onun bütün isimlərini öyrətdi." ayətilə də, təfsilatlı olaraq o sualların cavabının veriləcəyinə işarət etdi. Yəni, bu innə təhqiq ədatı, sonrakı ayədə, o müqəddər olan bütün suallara verilən cavabın təfsilatlı cavabının, başında yer aldığı bu ayədə gizli olduğunu, icmal olaraq ifadə edir.
Yəni, təhqiq ifadə edən bu innə hərfi, bundan sonrakı ayə ilə bu ayə arasındakı müqəddər cavabların təqviyyəsi (gücləndirilməsi) üçün gətirilmişdir. Yəni, bu iki ayə arasında mücməl bəzi cümlələr müqəddərdir ki, mələklərin, bax məhz bu xüsuslarda məlumatları yox idi; bu innə hərfi, mələklərin şübhəyə düşdükləri bu şeylərin ortadan qaldırılması üçün gətirilmişdir. Yoxsa, mələklərin Allahın elminə olan şübhələrini ortadan qaldırmaq üçün gətirilməmişdir.
Allah, innə hərfilə, bu cümlələrə işarət etmişdir:
~ Şübhəsiz, bəşərdə, bir çox maslahatlar və çoxlu xeyirlər vardır. Bunlardan dolayı, az bir şər olan üsyanına baxılmaz. Bu az şərdən dolayı onu yaratmağı tərk etmək, hikmətə müxalifdir.
~ Şübhəsiz, bəşərdə, onu xilafətə əhil qılan bir sirr vardır. Mən, bunu bilməkdəyəm. Ancaq siz, bu sirdən qafilsiniz.
~ Şübhəsiz, insanda, onu, sizə üstün qılan bir hikmət vardır. Siz isə, bunu bilməzsiniz.
Yenə, Ustad Nursi'nin, bu "innə" hərfindən çıxardığı başqa bir nüktə budur ki:
Bəzən "innə" hərfindəki təhqiq mənası, daxil olduğu cümləyə baxmır. Əksinə, daxil olduğu cümlənin qeydlərindən hər hansı bir qeyddən istifadə edilən zimni bir hökmə baxır. O zimni hökmü təhqiq və təqviyə edir; onun üçün gətirilir. Elə isə, bu mənaya görə, bu cümlənin mənası, belə olur:
"Mən, sizin, şübhəsizliklə, qətiyyətlə bilmədiyiniz şeyləri bilirəm." Yəni, "Sizin, bəşərin xilafəti haqqındakı şübəniz ki var, siz, bu xüsusu, şübhəsizliklə bilmirsiniz." deməkdir.
---------------------------
---------------------------
"Ə'ləmu mə lə tə'ləmun / Mən, sizin bilmədiyinizi bilirəm."
Bu ifadə, "lazımın zikr edilib məlzumun murad edilməsi" qəbilindəndir. Yəni, "sizin bilmədiyiniz şeylər də vardır."
Çünki, Allahın elmi, hər şey üçün lazımdır. Belə olunca, elmin nəfyi, məlumun olmamasına bir dəlildir.
Necə ki, Allah, belə bildirir:
...قُلْ أَتُنَبِّـُٔونَ ٱللَّهَ بِمَا لَا يَعْلَمُ فِى ٱلسَّمَـٰوَٰتِ وَلَا فِى ٱلْأَرْضِ...
"De: 'Yoxsa Allaha, göylərdə və yerdə bilmədiyi bir şeyimi xəbər verirsiniz?” (Yunus/18)
Yəni, belə bir şey, mümkün deyildir və vücudu yoxdur. Elmin vücudu isə, məlumun vücuduna bir dəlildir.
Sonra, bu mücməl cavabın təhqiqində, Allahın, haqqı ilə Alim və Hakim olduğu zikr edilmişdir. Allahın felləri, hikmət və maslahatlardan xali deyildir. Elə isə, mövcudat, məxluqatın bilməsilə məhdud deyildir. Dolayısı ilə, bilməmək, olmamağa dəlalət etməz.
Allah, bütünü ilə xeyir olaraq, mələkləri; şər olaraq, şeytanları; xeyir və şər işləməyə qabiliyyəti olmayan heyvanları yaradınca; mütləq Fəyyaz'ın hikməti, xeyir və şərri cəm edən dördüncü qismin varlığını gərəkdirdi. Əgər insandakı şəhvət və qəzəb qüvvələri, ağla boyun əyərlərsə, mücahidə etdiyi üçün, mələklərin də fövqünə çıxar. Ancaq əksi olarsa, heyvanlardan da aşağı düşər; çünki, üzrü yoxdur.
------------------------------
İzahı:
Dəyərli oxuyucu! Mətnin izahına keçmədən əvvəl, "lazım, məlzum" haqqında
danışmaqda fayda görürük. Belə ki:
~ Bir şey, başqa bir şeyi zəruri olaraq xatırladırsa, aralarındakı bu münasibətə - "lüzum";
~ Bu iki şeydən gərəkdirənə - "məlzum";
~ Bu iki şeydən gərəkli olana da - "lazım"
deyilir. Məsələn:
Ata məfhumu, övladı; övlad da, atanı zəruri olaraq gərəkli qılır.
Mövzumuza qayıdacaq olsaq:
~ Allahın elmi/bilməsi - lazım;
~ Allahın məlumatı/bildikləri isə - məlzum'dur.
Elmin lazımı, məlumun varlığıdır. Allahın elmi də, hər şeyə lazımdır, yəni, mövcud olan hər şeyi əhatə etmişdir. Madam ki, Allahın elmi hər şeyə lazımdır; elə isə, bu elmin məlzumu olan məlumat olacaqdır. Elmin yoxluğu isə, məlumun da yoxluğuna dəlildir.
Madam ki, Allahın elmi, bəşərin varlığına təəllüq etmiş (əlaqəli olmuş)'dur və ayənin bu cümləsi bunu ifadə edir. Elə isə, bu elm, qəti olaraq gerçəkləşəcəkdir. O halda, mələklərin bilmədiyi Allahın bildiyi xüsusu bədihi/açıq olduğundan, ayət, bədihi olan bu məsələni, innə/şübhəsiz ədatı ilə təkrar ifadə edirsə, demək ki, burda, başqa bir məna muraddır. O da, yuxarıda da dediyimiz kimi, lazımı zikr edib, bu elmdən məlzumu qəsd etməkdir.
Demək, "İnni ə'ləmu mə lə tə'ləmun / Şübhəsiz Mən, sizin bilmədiyinizi bilirəm." sözündən murad, "əxləqu mə lə tə'ləmun / sizin bilmədiyinizi yaradıram" mənasıdır.
Yəni, "Sizin bilmədiyinizi şübhəsiz Mən bilirəm." sözü açıq olduğundan; yəni bilinəni bildirməkdən qəbilindən olduğundan, demək ki, bundan, məlzumu muraddır. Yəni, bu cümlədən murad edilən, "Sizin bilmədiyinizi yaradıram." mənasıdır. Necə ki, məsələn biri hafiz olsa; və biz də ondan uyğun olmayan bir davranış görsək, "Sən hafizsən." deyirik. Bununla qəsdimiz, bu adamın hafiz olduğunu ona xatırlatmaq deyildir. Çünki bu, zatən hər kəsin məlumudur. Elə isə bu sözdən murad edilən: "Hafiz olan biri, belə etməz." mənası olursa...
Ustad Nursi, buna (yəni, elminin təəlluq etmədiyi, yəni əlaqəli olmadığı şeyin, mümkün və mövcud olmadığına), bu ayəni dəlil olaraq zikr edir:
"Yoxsa Allaha, göylərdə və yerdə bilmədiyi bir şeyimi xəbər verirsiniz?” (Yunus/18)
Bu ayə, Allahın elminin təəlluq etmədiyi şeyin, mümkün və mövcud olmadığını xəbər verməkdədir. Demək ki, Allahın elmi, zəruri olaraq, məlumu və mövcudu
gərəkdirir.
Not:
Dəyərli oxuyucu! Ustad Nursi'nin bu ayəyə verdiyi təfsir, burda bitir. Biz, bu Bəqərə 30 ilə 31 arasındakı münasibəti zikr edib ayəni təfsiri bitirəcəyik. Belə ki:
----------------------
----------------------
Ayətin (yəni, Bəqərə/31-in) əvvəlilə (yəni, Bəqərə/30 ilə) nəzmi, 4 cəhətlədir:
1. Tənzil (yəni, Quran), əvvəlki ayədə insanın yaradılış hikməti haqqında hər kəs üçün ən birinci, ən əvla və ən ümumi, iqna (qənaət vermək) yönü ilə ən asan və ən rahat; icmal yönü ilə də, ən mücməl və qısa cavabı zikr etdi. Bu ayə (yəni, Bəqərə/31) ilə də, avam və xavass (xaslar)'ın mutməin olacağı təfsili bir cavabı bəyan etdi.
2. Əvvəlki ayədə (yəni, Bəqərə/30)'da, bəşər üçün xilafət məsələsini sarih/açıq bir şəkildə ortaya qoydu. Bununla (yəni, Bəqərə/31 ilə) də, mələklərə qarşı insan növünün möcüzəsilə, bu iddiaya dəlil gətirdi.
3. Əvvəlkində, bəşərin mələyə üstün gəlməsinə işarət etdi; bununla da, bu üstünlüyün səbəbinə rəmz etdi.
4. Əvvəlki ayə, insan növünün, yerdə böyük xilafətə nail olmasına təlvih etdi. Bu ayə ilə də, buna dəlil olaraq, insanın, bütün İlahi təcəllilərə cami (cəm edən) bir nüsxə və tam bir mazhar (yəni, bu təcəllilərin zahir olduğu yer) olduğuna təlmih etdi. Çünki, insanın, fərqli-fərqli qabiliyyətləri vardır; çox cəhətlərdən istifadəsi olur və çox elmə sahibdir. Elə ki, bu insan, zahiri və batini 5 hissilə və xüsusilə dərin bir vicdanla kainatı əhatə edir. Məgər görmürsənmi ki, məsələn insan, mələyin xilafına, balın şirinliyini, 2 cəhətlə, hətta, çox cəhətlərlə bilir?! Yaxşı düşün!
(Bədiü'z-zaman Said Nursi, "İşaratu'l-İ'caz fi Məzanni'l-İcaz" təfsiri)
