Bidət nədir?
Bidət, lüğətdə, "keçmişdə bir nümunəsi olmadan ilkdən icad edilən şey" mənasına gəlir. Məsələn,
بَدِيعُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ...
"Bədiu's-səməvəti və'l-ard..." (Bəqərə/117)
"Göyləri və yeri, nümunəsiz yaradan..." ayətində, [Bədi kəliməsi], "nümunəsi olmadan yaradan, var edən" mənasında istifadə edilmişdir.
İmam Şafi, belə deyir:
"Sonradan ihdas edilib Kitab, sünnət, icma, ya da rəvayətlərə (əsərə) müxalif olan şeylər, azğınlıq ehtiva edən [məzmum, zəmm edilən, pislənən] bidətlərdir.
Xeyir naminə ihdas edilib bunlardan heç birinə müxalif olmayanlar isə, tərifə layiq [həsən] bidətlərdir."
Nəticə etibarı ilə,
~ həsən bidət: "keçmişdəki bir nümunəyə uyğun olan və edilməsi hər hansı bir şər'i məhzur daşımayan şey" ikən;
~ məzmum (pis) bidət isə: "keçmişdəki bir nümunəyə, açıq və ya zimnən (gizli bir şəkildə) müxalif olan şey"dir.
Bidət, 5 əsas hökm növündən hansına daxildirsə, ona görə hökm alır. (Belə ki):
1. Fərz-i kifayə növündən olan bidət.
Buna: Quran və sünnət elmlərinin özlərinə söykəndiyi nəhv, sarf, məani, bəyan, lüğət kimi ərəb dili elmləri, nümunə olaraq verilə bilər. Əruz, qafiyə və bənzərləri isə, bunun xaricindədir. Yenə, cərh və tə'dil; hədislərin səhihini səhih olmayanından ayırmaq kimi xüsuslardakı elmlər; fiqh, fiqh üsulu və bənzəri elmlər; Qədəriyyə, Cəbriyyə və Mücəssimə kimi firqələrlə mücadiləni mövzu edən elmlər, fərz-i kifayə növündən olan elmlərdir. Çünki, şəriətin mühafizəsi, fərz-i kifayə hökmündədir və bu da, ancaq, sayılan elmlərlə gerçəkləşir. Əqidə ilə bağlı kitablarda, bu mövzu, təfsilatı ilə işlənməkdədir. (Haşiyə)
-----------------------
(Haşiyə:
• Fərz-i kifayə: bəzi müsəlmanların etməsilə digərlərinin günahdan qurtulduqları fərz. Məsələn, cənazə namazı qılmaq kimi.
• Nəhv: Sintaksis. Sözlərin hallanan və ya hallanmayan olması və cümlədə hallanarkən, son hərəkələrin dəyişməsi barədə qaydaları öyrənən elmdir. Hallanma, amilin təsirilə sözlərin cümlədə son hərəkəsinin dəyişməsinə deyilir.
• Sarf: Morfologiya. Sözlərin quruluşundan və dəyişərkən məruz qaldığı formalardan bəhs edən elmdir. Yəni, sözün, müxtəlif formalara düşməklə yeni mənalar verməsini öyrənən elmdir.
• Məani: Bəlağat elminin, sözün yerində olma şərtlərini tədqiq edən qolu.
• Bəyan: Bəlağat elminin, bir mənanı, fərqli yollarla ifadə etməyin üsul və qaydalarından bəhs edən qolu.
• Cərh və Tə'dil:
"Cərh" kəliməsi: Lüğətdə, "maddi və mənəvi olaraq yaralamaq" deməkdir.
Hədis terminologiyasında isə, yaddaşı qüvvətli və diqqətli bir alimin:
~ fisq və yalançılıq kimi özündə mövcud olan; və ya
~ güvənilən ravilərin rəvayətinə müxalifət etmək kimi rəvayətində yer alan
bir qüsurdan dolayı, həm özünün, həm də rəvayətinin rədd edilməsidir.
Raviyə belə bir qüsur nisbət edən kimsəyə - "carih"; qüsurlu şəxsə də - "məcruh" deyilir.
✓ "Tə'dil" kəliməsi: Lüğətdə, "dürüstlük; qəlbdə doğru olduğuna dair qənaət yaranan şey" mənasına gələn "adl" və ya "ədalət" kəliməsindən meydana gəlmiş bir məsdər olub, "düzəltmək, doğru hökm vermək, təzkiyə etmək" deməkdir.
Bir hədis termini olaraq da, "ravini, rəvayətinin qəbulunu gərəkdirən sifətlərlə vəsf etmək" mənası daşıyır.
Ravini belə sifətlərlə vəsf edən kimsəyə - "muaddil"; haqqında ədalət sahibi olduğu deyilən kimsəyə də - "adil" deyilir.
"Cərh və tə'dil" isə, bəzi xüsusi ləfzlər istifadə edərək, rəvayətlərinin qəbulu və ya rəddi cəhətindən, ravilərin hallarından və haqlarında istifadə edilən ləfzlərin mərtəbələrindən bəhs edən bir hədis ricalı elmidir.
Qaynaqlarda, bu elmi ifadə etmək üzərə:
~ "rəvayəti qəbul və ya rədd ediləcək ravilər elmi" (mərifətu mən tuqubbilə rəvayətuhu və mən turaddu";
~ "sağlam və və zəif ravilər elmi" (ilmu's-siqat və'd-duafa");
~ "zəif və tərk edilmiş ravilər elmi" (ilmu'd-duafa və'l-mətrukin);
~ "ravilərin sahib olması lazım gələn sifətlər elmi" (mərifətu əvsafi'r-ruvat);
~ "ravilər tərəzisi elmi" (ilmu mizəni'r-rical); və
~ "rical tənqidi elmi" (ilmu nəqdi'r-rical)
kimi adlar da istifadə edilmişdir.
• Qədəriyyə:
https://suallarlaislam.com/.../murci%C9%99-v%C9%99-q%C9...
• Cəbriyyə:
https://suallarlaislam.com/m%C9.../c%C9%99briyy%C9%99-kimdir
• Mücəssimə:
https://suallarlaislam.com/.../mus%C9%99bbih%C9%99-kimdir-1
-----------------------------------
2. Haram növündən olan bidət.
Bunun nümunəsi, əhl-i sünnətin [prinsiplərinə] müxalif olan bütün bidət əhli məzhəblərdir.
3. Ribat və mədrəsələr inşa etmək, məndub bidət;
4. Məscidlər və Mushafların bəzədilməsi, məkruh bidət;
5. Yemək, içmək və paltarların ləzzətinə çox dalmaq isə, mübah bidətlərdəndir.
Bidətin dini bir məfhum olaraq mənası, "Şari (şəriəti göndərən, qanun qoyan) Allahın əmrinə müxalif olaraq ihdas edilən şey" deməkdir. Bu müxalifət, xass (xüsusi) və ya amm (ümumi) vəsfli bir dəlillə təyin edilir. "Fəthu'l-Mubin fi Şərh-il-Ərbəin" adlı əsərdə, 5 və 28-ci hədislərin şərhində ifadə edilənlərdən, bu başa düşülməkdədir.
"Şərhu'n-Nuxbə" və şərhində, belə deyilir:
Bidətin, dini bir məfhum olaraq mənası, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in məruf (bilinən) sünnətinə müxalif olaraq ihdas edilmiş şeyə inanmaq; ancaq bu inancı, üsyankarlıq daşımadan bir növ şübhə ilə daşımaqdır. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in,
"Kim bizim əmrimizdə (dinimizdə) olmayan bir şey ihdas edərsə, bilsin ki, o şey, rədd edilmişdir." hədisində,
~ "olmayan bir şeyi" qeydi vardır. Və bu qeyd, ihdas edilən şeyin şəriətdə bir əslinin olmadığına və mücərrəd bir ihdas olduğuna işarət edir.
Tərifdəki
~ "üsyankarlıq daşımadan inanmaq" qeydinə də yer verildi. Çünki, üsyankarlıq daşıyan bir inanc, küfrdür.
Yenə tərifdə, yer alan
~ "şübhə" qeydi, sabit olana bənzəyən, ancaq sabit olmayan mənasını ifadə edir. Bidətçilərin dəlilləri də, bax bu növdəndir.
Abdu'l-Haqq əd-Dihləvi, "Şərhu'l-Mişqat"da, "Kitab və sünnətə bağlılıq babı"nda, bu mövzuda, təfsilatlı məlumat verir və belə deyir:
"Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən sonra ortaya çıxan hər şey, bidətdir. Bunlar içindən, əsllərə, qaydalara və qiyasa uyğun olanlar - həsən bidətlərdir. Bunlara uyğun olmayanlar isə - məzmum (pislənmiş) bidət və dəlalətdir. Hədisdə keçən 'Hər bidət, dəlalətdir.' sözü də, buna həml edilir. Çünki
~ bəzi bidətlər, şəri cəhətdən fərz hökmündədir. Ayət və hədislərin bilinməsi və başa düşülməsi özünə bağlı olan sarf, nəhv və lüğət kimi elmləri öyrənmək və öyrətmək kimi. Yenə, Kitab və sünnətdəki mənası hər kəscə bilinməyən (qərib) ləfzlərin mühafizəsi və bilinməsi, bu elmlərə bağlıdır. Din və ümmətin mühafizəsi özünə bağlı olan digər elmlər də, belədir.
~ Bundan başqa, ribat və mədrəsə inşası kimi həsən və gözəl bidətlər də vardır.
~ Bununla bərabər, bir qövlə görə, məscid və mushafların bəzədilməsi kimi məkruh olan bidətlər də vardır.
~ Bəzi bidətlər isə, mübah qəbul edilir. Yemək və paltarlarda bir az aşırı zövqə dalmaq kimi. Bu cür bidətlərin mübah qəbul edilə bilməsinin də, halal olmaq və təkəbbür ilə tüğyana (həddi aşmağa) səbəb olmamaq kimi müəyyən şərtləri vardır. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən sonra bəhs mövzusu olan mübahlar, belə dəyərləndirilməlidir.
~ Bəzi bidətlər də, haramdır. Əhl-i sünnətə müxalif olan bidət və həva əhlinin məzhəbləri, belədir.
~ Rəşidi xəlifələrin icraatlarından Peyğəmbər (sallallahu aleyhi və səlləm) dövründə olmayanlar da, bidətdir, lakin bunlar, həsən və gözəl bidətlər qəbilindəndirlər. Hətta həqiqətdə bunlar, sünnətdirlər. Çünki, Peyğəmbər (sallallahu aleyhi və səlləm), Öz sünnətinə və Özündən sonra rəşidi xəlifələrin sünnətinə tabe olmağı təşviq etmişdir."
(Muhamməd b. Əli Təhanəvi, "Kəşşaf-u İstilahati'l-Fünun və'l-Ulum")
------------------------------------
Əlavələr:
Hər bidət dəlalətdirmi?
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/h%C9%99r-bid%C9%99t-d%C9%99l...
Bidət əhlindən hədis rəvayət etmək
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/bid%C9%99t-%C9%99hlind%C9%99...
