Bismilləhir-Rahmənir-Rahim ayətinin təfsiri (1)
Bismillah, günəş kimidir. Başqası kimi, Özünü də işıqlandırır. Onun üçün, mustağnidir (yəni, başqa bismillaha möhtac deyildir).
-------------------------
İzahı:
Necə ki, günəş, həm özü üçün bir nur mənbəyi və bərəkətdir; həm də başqasına nur və bərəkət verir.
Həm necə ki, günəş üçün başqa bir günəşə ehtiyac yoxdur; onun ziyası özündəndir, ziyasını başqa bir günəşdən almır. Yəni: "Günəşin günəşi nədir?" deyə sual verilsə, cavab olaraq, "Günəşin günəşi, günəşdir." deyirik.
Eynilə bu misal kimi, Bəsmələ'nin Bəsmələ'si, yenə özüdür. Bəsmələ üçün, başqa bir Bəsmələyə ehtiyac yoxdur.
Bismillah'ın günəş kimi olmasına, belə də baxa bilərik:
Qurandakı hər hansı bir ayəti oxumadan əvvəl, Bismillah deyirik. Məsələn, bir danışıq əsnasında, bir sözün ayət olduğunu bildirmək üçün, əvvəl Bismillah deyir, sonra ayəti oxuyuruq. Bəsmələ'dən başa düşülür ki, davamında gələn söz, ayətdir. O, sanki günəş kimi, o sözü aydınlandırır və onun, ayət olduğunu bildirir.
İndi bunu düşünək: Bir ayəti oxumadan əvvəl, Bismillah deyirik. Halbuki, Bismillah'ın özü də, bir ayətdir. Bəs elə isə, Bismillahı oxumadan əvvəl, niyə Bismillah demirik?
Bunun səbəbi, Bismillah'ın günəş kimi olmasıdır. Necə ki, günəşin başqa bir günəşə ehtiyacı yoxdur, öz-özünü göstərir. Eynilə bunun kimi, Bismillah'ın da, başqa bir Bismillah'a ehtiyacı yoxdur. Günəş kimi, öz-özünü göstərir. Hər kim onu eşitsə, ayət olduğunu başa düşər.
Yəni, بِسْمِ اللّٰهِ başqaları üçün gördüyü işi, özü üçün də görür. Onun üçün, ikinci bir بِسْمِ اللّٰهِ lazım deyildir.
Bəli, بِسْمِ اللّٰهِ, elə müstəqil bir ziyadır ki, bu ziya, heç bir şeyə bağlı deyildir.
Qəti qaydalardandır:
كل ما يوجد بالغير لابد أن ينتهي الى الموجود بالذات
Yəni:
"Hər şey ki, başqası vasitəsilə meydana gəlir. O şeyin bir nöqtəyə, bir yerə gəlib dayanması lazımdır ki, o nöqtə, artıq bizzat mövcud olsun; o da, başqası tərəfindən var edilməsin; varlığı, bizzat özündən olsun."
Çünki əşya, sonsuzadək uzanıb gedə bilməz. İlla bir nöqtəyə gələcək ki, o nöqtə, məxluq olmasın; hər şeyin Xaliqi, o olsun.
Məsələn, bütün kainatın Xaliqi, Allah'dır. Haşa, Onun üçün də, başqa bir Xaliq lazım deyildir. Xaliqiyyəti (yaradıcılığı), Zatından (Özündən)'dir. Bundan dolayı, bütün kainatın Xaliqi, Odur. Onun, başqa bir Xaliqə ehtiyacı yoxdur. Çünki ehtiyacı olan Zat, Xaliq ola bilməz.
Məsələn, yeməyin yağı, yağdır. Yağın da yağı yoxdur; yağı, özüdür. Həm məsələn, "duzun duzu nədir?" Yenə duzdur, özüdür; başqa bir duza ehtiyac yoxdur. Çünki özü, zatən zatında duzdur.
Bax bu misallar kimi, بِسْمِ اللّٰهِ da, günəş kimidir. Günəşin günəşi olmadığı kimi, Bəsmələ'nin də, Bəsmələsi yoxdur. Zatən özü Bəsmələdir; başqa bir Bəsmələ'yə ehtiyacı yoxdur.
---------------------------
---------------------------
"Allahın ismi/adı ilə" deyərkən "ilə" mənası daşıyan "bi" hərfi:
1. Ya, onun mənasından başa düşülən bir fellə əlaqəlidir. Yəni, "Ondan istianə edirəm (kömək diləyirəm)." mənasını bildirir.
2. Ya örfən başa düşülən bir fellə əlaqəlidir. Yəni, "Onun ismini, təbərrük olaraq zikr edirəm."
3. Ya da müqəddər olan "Qul/de" mənasının istilzam etdiyi "İqra/oxu" felilə bağlıdır.
Cərr və məcrurun bağlı olduğu bu fellərin hamısı, bismillahdan sonra təqdir edilirlər ki, cərr və məcrurun təqdimi hasrı ifadə etməklə bərabər, ixlas və tövhid ehtiva etsinlər.
--------------------------
Mətnin izahından əvvəl, bəzi istilahları (terminləri) açıqlayaq. Belə ki:
Dəyərli oxuyucu!
I. Ərəb dilində, sözlər, 3 nitq hissəsindən biri olur:
1. İsim;
2. Fel;
3. Hərf.
1. İsim: "müstəqil məna daşıyan, əşya, keyfiyyət, say və ad bildirən sözlər"dir. Məsələn, kitab, elm, gözəl və s.
2. Fel: "hərəkətin icrasının müxtəlif zamanlarda baş verməsini bildirən sözlər"dir. Məsələn, vurdu, vurur və s. kimi.
3. Hərf: "ayrılıqda müstəqil bir məna daşımayan və yalnız digər sözlər ilə birləşərkən məna ifadə edən sözlər"dir. Məsələn, bi, min, ilə, alə, fi, li və s.
Hərf deyərkən, -dilimizdəki kimi- səslərin işarəsini bildirən heca hərfləri deyil; məna hərfləri nəzərdə tutulur. Məna hərfləri isə, bir neçə hərfdən də ibarət ola bilər.
--------------------------
Il. Ərəb dilində, isimlərin 3 halı var:
1. Mərfu (adlıq) hal. Əlaməti, damma'dır. Yəni, "u" və ya "un". Məsələn, "kitəbun", "əl-kitəbu"
2. Məcrur (yiyəlik) hal. Əlaməti, kəsrə'dir. Yəni, "i" və ya "in". Məsələn, "kitəbin", "əl-kitəbi".
3. Mənsub (təsirlik) hal. Əlaməti, fəthə'dir. Yəni, "ə" və ya "ən". Məsələn, "kitəbən", "əl-kitəbə".
----------------------------
Mətnin izahı:
Ərəb dilində, hərflər, hər zaman, ismin başında gəlirlər və özlərindən sonra gələn isimləri, cərr edirlər. Məsələn:
"Beytun/ev" kəliməsi, raf (adlıq) haldadır. Əgər bu kəlimənin başına bir cərr hərfi gətirsək, kəlimənin raf halı pozulub, cərr olacaq. Yəni, "beytun" kəliməsi, "fi beytin" şəklində olacaq. Burda, "beytun" kəliməsi, "məcrur" (yəni, cərr edilmiş) kəlimədir.
Hərf-u cərr'in vəzifəsi, felin mənasını, ismə daşımaqdır. Yəni, bir hərf-u cərr varsa, onun əvvəlində bir fel olmalı və hərf-u cərr, bu felin mənasını, ismə daşımalıdır. Elə isə, biz, burda, "bi ismi"nin bağlanacağı bir fel axtarmalıyıq. Ancaq burda, bunlar tərk edilmişdir.
Ustadın burdan çıxardığı işarət budur ki, "bismillah"ın cərr (yəni, bi hərfi) və məcruru (yəni, ism kəliməsi) belə, heç bir şeyə möhtac deyildir.
Bununla bərabər, madam ki, burda bir hərf-u cərr var. Elə isə, bəzi felləri təqdir etmək caizdir. Çünki, hərf-u cərr, bir fellə bərabər olur. Fel olmasa da, təqdir edilir.
Təqdir nədir?
Dəyərli oxuyucu! Qurandakı kəlimələr, ya məzkur'dur, ya da müqəddər. Yəni:
~ Məzkur olması: "ləfzin, ayədə açıqca bildirilməsi"dir.
~ Müqəddər olması isə: "ayədə o ləfz olmamasına baxmayaraq, varmış kimi qəbul edilməsi"dir.
• Məzkura misal olaraq:
"Qul, Huvəllahu Əhəd = De! O Allah, Əhəd (tək)'dir." (İxlas/1) ayətini misal vermək olar.
• Müqəddərə misal olaraq da:
أَفَغَيْرَ ٱللَّهِ أَبْتَغِى حَكَمًا
"Ə fə ğayrallahi əbtəği həkəmən?
Yəni:
"Mən, Ondan başqasını hakimmi təyin etməliyəm?" (Ənam/114)
Bu ayənin başında, açıq, yəni məzkur bir "qul" ləfzi, yoxdur. Ancaq burda, "qul"un varlığı, müqəddər olaraq qəbul edilir. Yəni, "qul" ləfzi, kəlamda olmadığı halda, varmış kimi qəbul edilərək, ayəyə belə məna verilir:
"Qul, ə fə ğayrallahi əbtəği həkəmən = De: 'Mən, Ondan başqasını hakimmi təyin etməliyəm?"
Dəyərli oxuyucu! Müqəddər kəlimələr, sadəcə "qul/de" ilə məhdud deyildir. Bundan başqa da bəzi kəlimələr, müqəddər qəbul edilərək, məna, onlara görə verilir.
Mətnimizə qayıdaq:
Elə isə, bu "bi"dən əvvəl, hansı fellər təqdir edilə bilər?
Ustad Nursi, bunlara, aşağıdakıları misal verir:
1. "Əstəinu bismilləh = Allahın ismilə istianə edirəm, yardım diləyirəm."
2. "Ətəyəmmənu bismilləh = Allahın ismindən bərəkət umuram."
3. "Əqrau bismilləh = Allahın adı ilə oxuyuram."
Ki, bu "əqrau/oxuyuram" feli, "qul/de" felinin gərəkdirdiyi mənadır.
Not: Bismillahdakı cərr və məcrura bağlı olan bu 3 fel, bismillahdan sonra təqdir edilirlər ki, hasrı ifadə etməklə, ixlas və tövhidi ehtiva etsinlər.
Ərəb dilində, cümlə quruluşu, dilimizə nisbətlə fərqlidir. Bizdə, cümlə, isim ilə başlayarkən; ərəb dilində, fel ilə başlamaqdadır. Feldən sonra isə, fail (işi görən) və sonra da məful (üzərində iş görülən) gəlir. Yəni, ərəb dilində, cümlə, bu şəkildə olur:
Fel + Fail + Məf'ul.
Ancaq, bəzən, bu sıra dəyişir və məful, başa keçir. Məfulun başa keçməsinə, "təqdim" deyilir. Təqdim, "iləri çəkmək, önə keçirmək" mənası verir. Ərəb dilində, bu təqdim, təxsis (xas qılma) və hasr üçün edilir və dilimizə tərcümə edilərkən, "sadəcə; ancaq; ancaq və ancaq" şəklində olur.
Hasr nədir?
Lüğətdə, "əhatə etmək, qısaltmaq, daraltmaq, sıxışdırmaq, həbs etmək, əngəlləmək" kimi mənalara gələn "hasr" kəliməsi, bəlağat cəhətindən, bir icaz və təkid sayılır.
Ədəbiyyat termini olaraq, "hasr": "bir ifadə içində, bir ləfz və ya ləfzlər toplusunun, digər bir ləfz və ya ləfzlər toplusuna, xüsusi bir yolla təxsis edilməsini (yəni, xas qılınmasını) və sadəcə onu bildirməsi"ni ifadə edir.
Məfulun təqdiminin hasr ifadə etdiyinə, bir misal verək:
بِذِكْرِ ٱللَّهِ تَطْمَئِنُّ ٱلْقُلُوبُ
"Bi zikrilləhi tətməinnu'l-qulub." (Ra'd/28)
Bu ayədə:
~ "Bi zikrilləhi / Allahın zikri ilə" sözü - məful;
~ "Tətməinnu / tətmin olar" sözü - fel;
~ "Qulub / qəlblər" sözü - fail'dir.
Ərəb dili qaydaları gərəyi, -yuxarıda da dediyimiz kimi- cümlə, bu şəkildə olmalı idi:
"Tətməinnu'l-qulubu bi zikrilləhi."
Halbuki, ayədə, bu qayda pozulmuşdur. Məful, feldən iləri keçirilmişdir. Bu isə, -yuxarıda dediyimiz kimi- hasr ifadə edir. Elə isə, məna belə olur:
"Qəlblər, yalnız və yalnız Allahın zikrilə tətmin olar (yəni, doyar)."
Mətnimizə qayıdaq:
Yuxarıda, Müəllifimiz, "bi" hərfinin bağlı olduğu fellərə, 3 misal zikr etmişdi.
Bu qisimdə isə, Müəllif deyir ki:
Cümlənin ixlas və tövhid ifadə edə bilməsi üçün, bu fellər, bismillah'dan sonra təqdir edilməlidirlər. Yəni, bu şəkildə:
~ "Əstəinu bismilləh" yerinə, "Bismilləhi əstəinu";
~ "Ətəyəmmənu bismilləh" yerinə, "Bismilləhi ətəyəmmənu";
~ "Əqrau bismilləh" yerinə, "Bismilləhi əqrau" olmalıdırlar.
Çünki, ərəb dili qaydaları gərəyincə cümlə qurulsaydı, bütün fellər, "Allah" ismindən əvvəl gələcəkdilər. Cümlə bu fellərlə başlayınca, diqqətlər, ilk əvvəl, bu fellərə yönələcəkdi. Nəzərlər, ilk əvvəl, fel; sonra fail; ən sonunda isə, məful ilə maraqlanacaqdı. Yəni, məsələn:
"Əstəinu ənə bismilləh" şəklində gəlsə, nəzər:
~ ilk əvvəl: "əstəinu/istəyirəm" felinə;
~ sonra: "ənə/mən" failinə;
~ ən sonunda isə: "bismilləh/Allahın ismilə" məfuluna
yönələcəkdi.
Yəni, bütün fellərin faili Allah olduğu halda, "İstiyirəm mən Allahın adı ilə" bir sıra istifadə edəcəyi üçün, Allahdan əvvəl, öz felini və özünü zikr etməklə, cüzi belə olsa, sanki bir qüdrət ilə iş görürmüş kimi, Allahın qüdrətini, bununla bərabər köməyə çağırırmış kimi görünəcəkdi. Bununla da, tövhid mənası pozulacaqdı. Əslində Allah naminə, Allah üçün olan işlər, sanki, Allah naminə olmaqdan başqa məqsədlər üçün görülürmüş kimi bir məna hiss etdirdiyindən, ixlas da zədələnəcəkdi.
-------------------------
-------------------------
"İsm"
Bil ki: Allahın Zati isimləri olduğu kimi; Ğaffar, Razzəq, Muhyi (həyat verən), Mumit (öldürən) kimi fərqli-fərqli isimləri də vardır. Bunların fərqli-fərqli olmaları və çoxalmaları isə, əzəli qüdrətin, kainatın növlərinə nisbətinin çoxluğu səbəbilədir. Beləcə, sanki "bismillah", qüdrətin təsir və təəllüqünün (yəni, işlə əlaqəli olmasının) enməsini istəməkdir. Ta ki, bu təəllüq, qulun kəsbinə mədəd verən bir ruh olsun.
-------------------------------
İzahı:
Sual:
"Burda müəllif, bu fərqli-fərqli isimlərin varlığından nə üçün bəhs açdı?"
Cavab:
Bismillahdakı izafə, izafə-i bəyaniyyə deyil, izafə-i lamiyyə'dir. Yəni "isim" kəliməsinin "Allah" ləfzinə izafəsi, bəyan (açıqlamaq) üçün deyildir. Əgər bəyan üçün olsaydı, o vaxt kəlamın mənası belə olardı: "O isim ki, Allahdır. Mən, Allah ilə başlayıram." Halbuki məna, belə deyildir.
Elə isə, burdakı izafə, izafə-i lamiyyə'dir. Yəni Nəhv qaydasına görə, مِن (min, yəni, bir şeyin cinsini, növünü bildirmək üçün) deyil, لِ (li, yəni, aidiyyət) mənasındadır.
Elə isə, məna, بِسْمِ لِلّٰهِ /bismilləh şəklində olur. Yəni: "Allaha aid nə qədər isim varsa, bunların hamısı ilə başlayıram." və s. şəklində bir məna ifadə edir.
Allah ləfzi, aləm-i Zat (Allahın zatına məxsus isim) olduğu üçün, bütün isimləri ehtiva edir.
Bax Müəllifimiz bu qaydadan dolayı deyir ki:
"Allahın həm Zati isimləri vardır; həm də çoxlu feli isimləri vardır."
Demək, Ustad Nursi, Bismillah'dakı izafəyə, izafə-i lamiyyə şəklində məna vermişdir.
Bu məsələnin daha yaxşı başa düşülməsi üçün, gələcək bəzi təbirləri və qaydaları bilmək lazımdır. Belə ki:
1. Zat nədir?
2. Zatiyyə nədir?
3. Zati isimlər hansılardır?
4. Feli isimlər nə deməkdirlər, hansılardır?
1. Zat, nə deməkdir?
Zat: الذات مايقوم بنفسه "Nəfsi ilə qaim olan şeyə, Zat deyilir."
2. Zatiyyə, nə deməkdir?
Zatiyyə: الذاتية مايدخل في ماهية الذات "Bir zatın mahiyyətinə girən, onun mahiyyətinə daxil olan şeydir."
Məsələn, üzərində kitab oxunan və taxtalardan təşəkkül edən rəhlənin özünə, "zat" deyilir. Çünki mahiyyəti, ondan ibarətdir. Hər bir parçasına da, "zati" deyilir. Çünki mahiyyətinə daxildir. Lakin rəhlənin boyasına, zati deyil, arazi deyilir. Çünki boyası, zat ilə qaimdir, müstəqil deyildir.
Həm məsələn, insanın özü, mahiyyəti etibarı ilə zatdır, müstəqildir. Lakin rəngi, arazidir, zat ilə qaimdir. İnsanda zati olan nədir? İnsan mahiyyətinə daxil olan heyvaniyyə (canlılıq) cəhətilə nitq qabiliyyətidir. Çünki insan, bu sifətlər olmadan düşünülə bilməz.
Lakin mövcudatdakı bu zat və zati və arazi olan şeylər, mövcudatın bir-birinə olan nisbətinə görədir. Haqq Taala'ya nisbətən hər şey, arazidir. Yəni bizzat (şəxsən) müstəqil deyildirlər. Haqq Taala'nın isim və sifətlərilə qaimdirlər.
Elə isə, həqiqi Zat, sadəcə Allahdır. Həqiqi zati isə, yalnız Onun isim və sifətləridir. Çünki bütün məxluqat, onun ilə qaimdirlər. O halda, mövcudata aid zat və zati olan şeylər isə, məcaz mənasında istifadə edilir.
Xülasə:
Bütün mövcudat, -mahiyyətləri və sifətləri etibarı ilə- bir-birinə nisbətən ya zat (cövhər) və zati və yaxud araz və ya arazi sayılırlar. Lakin Haqq Taala'ya nisbətən hər şey, bütün məxluqat arazidir. Yəni müstəqil bir zat və sifətləri yoxdur.
Həqiqi Zat, ancaq Allahdır. Həqiqi zatiyyə isə, ancaq 6 səlbi sifət ilə 7 sübuti sifət və bunlardan meydana gələn isimlərdir. Çünki bu sifətlər, bi'l-fiil (felən) Allahın mahiyyətinə daxildirlər. Yəni bu sifətlər olmadan, Allahı düşünmək, mümkün deyildir. Bu sifətlər, Allahın zatının zəruri lazımlarıdır.
3. "Zati isimlər"dən murad isə: "6 səlbi və 7 sübuti sifətdən doğan və Allahın zatını bizə tərif edən isimlər"dir.
6 səlbi sifət, bunlardır:
~ Vücud;
~ Qidəm;
~ Bəqa;
~ Müxaləfətun li'l-havadis;
~ Qiyam bi nəfsihi;
~ Vahdaniyyət.
Bunlardan meydana gələn isimlər isə, bunlardır:
~ Mövcud;
~ Qədim;
~ Baqi;
~ Qəyyum;
~ Vahid.
Müxaləfətun li'l-havadis sifətindən meydana gələn isimlər isə:
~ Cəlil;
~ Kəbir;
~ Mütəal kimi cəlal ifadə edən isimlərdir.
7 sübuti sifət, bunlardır:
~ həyat;
~ elm;
~ səm (eşitmək);
~ basar (görmək);
~ iradə;
~ qüdrət;
~ kəlam.
Bunlardan meydana gələn isimlər isə:
~ Hayy;
~ Alim;
~ Səmi (eşidən);
~ Basar (görən);
~ Murid (iradə edən);
~ Qadir (qüdrətli);
~ Mütəkəllim (danışan).
Səlbi sifətlərdən olan "vücud" sifəti, eyni zamanda "sifət-i eyniyyə" deyə adlandırılır. Çünki Allahın vücud sifəti, imam Əşari'yə görə, Allahın Zatının eynisidir. Digər səlbi sifətlər, ümumiyyətlə "vücud" sifəti içində zikr edilməkdədir. Yəni "Vacibu'l-Vücud" deyildiyində, bu 6 sifət, bərabər düşünülür.
Səlbi sifətlər, eyni zamanda, "Zatiyyə" sayılır. Ümumiyyətlə, Allah (cəllə cələluhu), bu 7 sifətlə vəsf və tərif edilir. Səlbi sifətlər isə, təqdis üçündür. Çünki məxluqatda, səlbi sifətlər yoxdur. Bu sifətlər, yalnız Allaha məxsusdur. 7 sübuti sifətin cüzi nümunələri isə, həyat sahibləri varlıqlarda, xüsusilə insanda vardır.
Xülasə:
Allahın Zatı haqqında soruşulduğunda, bu 6 səlbi və 7 sübuti sifət, dərhal zəruri olaraq ağla gəlir və bu sifətlərlə Allah, təqdis, tərif və vəsf edilir. Bu sifətlər olmadan, Allahın Zatı düşünülə bilməz. Bu sifətlərlə müttəsif olmayan, Allah ola bilməz. Yalnız Zatının künhü isə, tərif edilə bilməz.
-------------------------
4. Feli isimlər:
Bunlar, "Razzəq, Ğaffar, Muhyi və Mumit" kimi isimlərdir. Yəni Allah, gördüyü iş və icraatlara görə bir isim alır. Bu isimlər isə, çoxdur.
7 sübuti və 6 səlbi sifət, məxluqat yaradılmadan əvvəl də, Allahın mahiyyətində bilfiil mövcud idi. Feli isimlər isə, məxluqat yaradılmadan əvvəl, Haqq Taala'nın mahiyyətində bilfiil deyil, bi'l-qüvvə (qabiliyyət, potensial halında) mövcud idi.
Məsələn, "Xaliq" ismi, feli isimlərdəndir. Məxluqat yaradılmadan əvvəl, Allahın bilfiil Xaliq olması lazım deyildir; bi'l-qüvvə Xaliq olması, Allah üçün kifayətdir. Allah Taala, mövcudatı və məxluqatı yaratmadan əvvəl də Xaliq idi; bu sifətlə müttəsif idi. Lakin bilfiil deyil, bi'l-qüvvə Xaliq idi.
Demək, Allahın "Xaliqiyyət" sifəti, əzəlidir. Ancaq Allah, əşyanı, məxluqatı yaradınca, bilfiil Xaliq oldu. Demək, Xaliq isminin təəlluqu (əlaqəli olması), hadisdir; Xaliq ismi isə, hadis deyildir. Bu, incə bir mənadır.
Xülasə:
Allah, mövcudatı yaratmadan əvvəl 6 səlbi, 7 sübuti sifətlə bilfiil müttəsif idi. Yoxsa, Allah ola bilməzdi. Lakin, "Xaliq, Rəzzaq" kimi feli isimlər, bilfiil deyil, bi'l-qüvvə Allahın mahiyyətində mövcud idi. Çünki feli isimlər, təəlluq məhəlli istədiyindən, məxluq (xəlq edilən) və mərzuq (ruziləndirilən) lazımdır ki, bilfiil Allah, Xaliq və Rəzzaq olsun.
Feli isimlər də, Allahın zatının zəruri lazımlarıdır (yəni, Ondan ayrılması mümkün deyildir). Hansı cəhətlə? Bi'l-qüvvə cəhətilə. Elə isə, Xaliq və Rəzzaq kimi bütün feli isimlər də, Allahın Zatının zəruri lazımlarıdır. Demək, bi'l-qüvvə bütün isimlər, Zatiyyədir.
"Feli sifətlər, Allahın Zatının qeyrisidirlər." demək; yəni, "Bu sifətlər, Allahın mahiyyətinə bilfiil deyil, bi'l-qüvvə daxildirlər." deməkdir.
Yoxsa, "Feli sifətlər, Allahın zatının qeyrisidirlər." mənası, haşa, "Bu sifətlər, Allahdan qeyrisində mövcuddurlar." demək deyildir. Məsələn, "Xaliqiyyət sifəti, Allahdan qeyrisinin sifətidir." demək deyildir.
Məsələn, hal-hazırda, Müşfiq, müəllimdir, dərs verməkdədir. Bu, Müşfiqin bir sifətidir. Bir saat əvvəl də, bu sifət onda var idi. Lakin bi'l-qüvvə var idi, bi'l-fiil mövcud deyildi. Bu qabiliyyət, fitrətən doğuşdan onda var idi. Bu təlim (öyrətmə) sifəti, bilfiil etibarı ilə, onun qeyrisidir.
-------------------------
Sual: "Bu feli isimlərin fərqli-fərqli olmaları və çoxalmaları, nə üçündür?"
Yəni, "Hər bir feli ismin, niyə bu qədər çox təcəlliləri var?"
Məsələn, Müzəyyin ismi, tək bir şəkildə təcəlli etsə, bütün bər-bəzəklər eyni olsa olmazdımı? Və ya Musavvir ismi, tək bir şəkildə təcəlli etsə, bütün surətlər bir-birinə bənzəsə olmazdımı? (Digər feli isimlər üçün də, eyni sualı soruşa bilərik.)
Cavab: "Əzəli qüdrətin, kainatın növlərinə nisbətinin çoxluğu səbəbilədir. "
Yəni: Allahın əzəli qüdrəti, bu aləmdəki hər bir növə və hər bir fərdə, ayrı-ayrı təəlluq edir. Məsələn, Allahın əzəli qüdrəti, kəpənəyə təəlluq etdiyində (yəni, onunla əlaqəli olduğunda) -yəni Allah Taala, kəpənəyi yaratmağı murad edib qüdrətilə icad etdiyində- Musavvir ismi, kəpənəkdə təcəlli edir və ona bir surət verir.
Yenə Allahın qüdrəti, bir quşun icadına təəlluq etdiyində, Musavvir ismi, quşda daha fərqli bir şəkildə təcəlli edir və ona fərqli bir surət verir.
Eyni qüdrət, bir çiçəyə təəlluq etdiyində, Musavvir ismi, onda təcəlli edir və ona, daha fərqli bir surət verir.
Əzəli qüdrətin təəlluq etdiyi -yəni yoxdan yaratdığı- əşya sayınca, Musavvir isminin fərqli təcəlliləri olur.
Eynilə bunun kimi, əzəli qüdrətin bu aləmdəki hər bir növə və hər bir fərdə, xüsusi bir təəlluqu olduğundan, feli isimlərin təcəllisi də fərqli olur.
Məsələn, Rəbb ismi arıya təəlluq etdiyində, bal düzəltdirir; ipək böcəyinə təəlluq etdiyində, ipək hördürür; inəyə təəlluq etdiyində, süd verdirir; toyuğa təəlluq etdiyində yumurta və s...
-------------------------
"Bismillah, qüdrətin təsir və təəllüqünün (yəni, işlə əlaqəli olmasının) enməsini istəməkdir. Ta ki, bu təəllüq, qulun kəsbinə mədəd verən bir ruh olsun."
Burda, Müəllifimiz, Bismillah'ı hər xeyir işin başında zikr etməyin hikməti haqqında deyir ki:
Bismillah, Allahın qüdrətinin, işinlə əlaqəli olmasına, adi bir şərtdir. Yəni, Allahın qüdrətinin o işə təcəlli edib onu yaratmasını tələb etməkdir. Bismillah, sanki, qüdrətin təsiri üçün bir hazırlıqdır. İnsan, necə ki, bir şeyi bağlamaq üçün bir ip istifadə edir. Elə də, "Bismillah" da, mənəvi bir ip kimidir; işinə qüdrətin təsir etməsi üçün bir istəkdir.
-------------------------
-------------------------
"Allah"
"Allah" ləfzətu'l-cələləsi (yəni, cəlal ifadə edən Allah ləfzi), bütün kamal sifətlərini ehtiva edən cami (cəm edici) bir nüsxədir. Çünki, Onun Zatı, -digər isimlərin xilafına-, sifətlərini, iltizam yolu ilə istilzam edir (gərəkdirir). Digər isimlərdə isə, bu istilzam (gərəkdirmə) yoxdur.
--------------------------------
Mətnin izahına keçmədən əvvəl, mətndəki bəzi sözlərin izahları üzərində dayanaq. Belə ki:
Sifət nədir?
Lüğətdə, "bir varlığın hal və özəlliklərini, xüsusiyyətlərini bildirmək" mənasında məsdər; və "bir varlığın tanınmasını təmin edən hal və özəllik" mənasında isim olan sifət kəliməsi, termin olaraq, "Allahın insanlarca bilinməsini təmin edən özəllik, xüsusiyyət" və ya "Allahın zatına nisbət edilən məna və məfhum" deyə tərif edilir.
Normal zehni qabiliyyətə sahib olan insanlar, öz fizioloji və psixoloji qabiliyyətlərindən başlamaq üzərə, təbiətdə müşahidə etdikləri fövqəladi quruluş və işləyişə baxaraq, bunların bir Yaradıcı, bir idarə edicinin varlığına işarət etdiyini hiss edir; hislərlə idrak edilə bilməyən bu uca Varlığı, bəzi məfhumlarla vəsf edib ifadələndirirlər. İslamda Allaha nisbət edilən bu məna, məfhumlara, isim və ya sifət deyilir.
Allahın sifətləri 2 qismə ayrılır:
1. Səlbi sifətlər:
Uca Allahın zatına və varlığına yaraşmayan, O uca zat haqqında imkansız olan vəsflərdir. Zatən "səlb etmək", "qaldırmaq, uzaqlaşdırmaq, tənzih etmək" mənasındadır. Bu səbəblə, uca Allahın zati və sübuti sifətlərinin zidlərinə, "səlbi sifətlər" deyilmişdir, ki, bunlar, uca Allahın zatı haqqında imkansız olan, yaraşmayan sifətlərdir.
Başqa bir ifadə ilə, Haqq Taala, bu növ zidd sifətlərlə, məxluqlara məxsus olan bu mənfi xüsusiyyətlərlə müttəsif (vəsflənmiş) deyildir. Bu səbəblə, səlbi sifətlər deyilmişdir ki, əgər belə bir sifət verilməməsi düşünülmüşdürsə, bu vəsf, Ondan səlb edilsin, yəni bu özəllik, Onun uca Zatından qaldırılsın.
Bunun üçün, səlbi sifətlərə, "tənzihat" da deyilir. Bunun mənası, "bütün bu və mənfi özəlliklərdən, nöqsanlıq və əskikliklərdən, uca Allah, bəridir, uzaqdır." deməkdir.
Bunlar, aşağıdakılardır:
a. Vücud (yoxluğun ziddi): Allah Taala'nın varlığı deməkdir.
Allah Taala'nın varlığı, haqdır və ən böyük varlıq, Ona məxsusdur. Onun varlığı, yaratdığı şeylər cəhətindən, məxluqların hamısından daha açıq və daha zahirdir. Çünki uca Allah olmasaydı, heç bir şey olmazdı.
b. Qidəm (hudusun, sonradan var olmağın ziddi): Əvvəli olmamaqdır. Əvvəli olmayana, Qədim; sonradan meydana gələnlərə də, hadis deyilir. Sonradan var olan şeylər, Allah ola bilməzlər. Uca Allahdan başqa nə varsa, bunların hamısı hadisdir (sonradan var olmuşlardır). Elə isə, şübhə yoxdur ki, məxluqlar, Xaliqə məxsus qidəm sifətinə sahib ola bilməzlər.
c. Bəqa (faneliyin ziddi): Əbədiyyət, sonu olmamaq deməkdir. Sonu olana "fane", sonu olmayana da "Baqi" deyilir. Allahın yox olacağı düşünülə bilməz. O, yox olmaqdan bəridir. Çünki O, başqasının qüdrət əsəri deyildir ki, onun qüdrətilə yoxluğa getsin və ya dəyişikliyə uğrasın. Ondan başqa hər şey isə, yox olmağa məhkumdur.
d. Havadisə müxalifət (sonradan yaradılmış bir şeyə bənzəməyin ziddi): Sonradan var olmuş şeylərdən ayrı olmaq, onlara bənzəməmək sifətidir. Uca Allah, havadisə (sonradan var olan şeylərə) zidd və müxalif olmaq sifətilə vəsflənmişdir. Xatirə gələn hər şeydən, Allah Taala mütləq surətdə başqadır.
Mükəvvənat və mümkinat (yaradılan və yaradıla bilən) dediyimiz şeylər, dəyişirlər, başqalaşırlar, bir-birinə bənzəyə bilirlər və sonunda yox olurlar. Bütün bu ölümlü varlıqlar, hər hal və şəkillərilə, əsla Allaha bənzəməzlər.
e. Qiyam bizatihi (başqasına möhtac olmaq, öz-özünə var ola bilməməyin ziddi): Varlığı və davamı, Öz zatı ilə olmaq mənasında bir sifətdir. Bu sifət də, Allaha məxsusdur. Öz varlığı, müqəddəs Zatının gərəyidir, əsla başqasından deyildir. Bunun üçün, Allah Taala'ya, "Vacibu'l-Vücud" (varlığı Özündən dolayı gərəkli olan) deyilir. Onun varlığı, başqa bir var edənə bağlı olsaydı, o vaxt, var edən o varlıq, Allah olardı. Bunun üçündür ki,, "Allahı kim yaratdı?" deyə soruşulmaz; çünki O, öz-özlüyündən vardır. Başqasının var etməsinə möhtac deyildir.
f. Vahdaniyyət (təaddüdün, birdən çox olmağın ziddi): Birlik, yalnız başına olmaq, bənzəri olmamaq; çoxalmaq, parçalara ayrılmaq və əskilməkdən bəri olmaq kimi mənalar ifadə edən bir sifətdir. Bu sifətləri daşıyana, "Vahid" deyilir, ki, həqiqətdə var olan, parçalara bölünməkdən və cüzlərin (parçaların) bir araya gələrək toplanmasından bəri olan Zat deməkdir. Bu sifət də, uca Allaha məxsusdur.
2. Sübuti sifətlər:
Həyat, elm, iradə, qüdrət, səm (eşitmək), basar (görmək), kəlam kimi 7 sifətdən ibarətdir.
-------------------------------
Dəlalət nədir?
Dəlalət nədir və qisimləri hansılardır?
Lüğətdə, "yol göstərmək, rəhbərlik etmək" mənasına gələn "dəlalət" kəliməsi, dil və ədəbiyyat, məntiq, cədəl/kəlam, fiqh üsulu kimi elmlərlə yaxından əlaqəli olan; və söz, davranış, yazı, hərəkət, hal kimi hər hansı bir şeyin, müəyyən bir bilik, məna və hökmlə bağlılığını ifadə etmək üzərə müştərək olaraq istifadə edilən bir termindir.
Klassik məntiq kitablarında, dəlalət termini, ümumiyyətlə, "Bir şeyin elə bir hal və keyfiyyətdə olmasıdır ki, onu bilməklə, başqa bir şeyin də bilinməsi lazım gəlir." şəklində tərif edilir. Bu iki şeydən:
~ birincisinə - dəll (dəlalət edən);
~ ikincisinə də - mədlul (özünə dəlalət olunan)
deyilir.
Dəlalət, ləfzi və qeyr-i ləfzi olmaq üzərə, ikiyə ayrılır. Məsələn:
~ "Kitab" ləfzinin 2 qapağı arasındakı yazılı mətninə dəlaləti - "ləfzi";
~ Dumanın atəşə dəlaləti isə, “qeyr-i ləfzi” dəlalətdir.
Dəll ilə mədlul arasındakı bağı, hər zaman ağıl qurmaqda isə də, bu, bəzən, sadəcə zehn planında, məqullar (ağılla idrak edilən şeylər) arasında qurularkən; bəzən də, hislərlə əldə edilən təcrübə, bilik, insanlar arası ortaq münasibətlər kimi məhsusat (hisslərlə idrak edilən şeylər) sahəsinin məlumatları ilə qurulmaqdadır.
Bu səbəbdən dolayı, istər, ləfzi; istər qeyr-i ləfzi olsun, bütün dəlalətlər, başlıca 3 qismə ayrılır:
1. Əqli dəlalət: Ağlın, dəll ilə mədlul arasında, zati, yəni bir başa və zəruri bir münasibət görərək, birinicinin (yəni, dəll'in) biliyindən, ikincisinin (mədlulun) biliyinə çatmasını təmin edən dəlalətdir.
Buna görə, məsələn, dumanın, oda; və ya divar arxasından eşidilən insan səsinin, orda bir insan mövcud olduğuna dəlaləti, əqli dəlalətdir. Çünki, ağıl, dumanın, atəşə; səsin, insana aid zati vəsflər olduğunu bilir və bu şəkildə, əsərin biliyindən, müəssirin biliyinə çatır.
2. Təbii dəlalət: Ağlın, dəll ilə mədlul arasında, təbii, yəni, bioloji, fizioloji və ya psixoloji bir əlaqə görərək, birinci (dəll) haqqındakı bilikdən, ikincinin (mədlulun) biliyinə çatmasıdır.
Məsələn:
~ üz qızarmasının - utanmağa;
~ üz saralmasının - qorxu və həyəcana
dəlaləti kimi.
3. Vad'i (vaz'i) dəlalət: Dəll ilə mədlul arasında, zəruri olaraq əqli və ya təbii bir münasibət olmayıb, sadəcə, adət-ənənə, mədəniyyət, ortaq münasibətdən hərəkətlə, ağlın, mədlul haqqında biliyə çatmasıdır.
Məsələn, "kitab" ləfzinin - 2 qapağı arasındakı yazılı mətnə dəlaləti; başı aşağı sallamağın - qəbula; yuxarı qaldırmağın - rəddə dəlaləti və s. kimi şeylər, vaz'i dəlalətdir. Çünki, bu nümunələrdəki dəlalət edənlərlə dəlalət olunanlar arasındakı münasibətlər, əqli və ya təbii olmayıb, tamamilə, adət-ənənə və mədəniyyətdən qaynaqlanır.
Bu şəkildə, klassik məntiqdə,
1. Ləfzi əqli;
2. Ləfzi təbii;
3. Ləfzi vaz'i dəlalət;
və
4. Qeyr-i ləfzi əqli;
5. Qeyr-i ləfzi təbii;
6. Qeyr-i ləfzi vaz'i dəlalət
olmaq üzərə, başlıca 6 növ dəlalət düşünülmüşdürsə də, bunlardan sadəcə "ləfzi vaz'i dəlalət"in, məntiq elminin əhatə dairəsinə girdiyi qəbul edilmişdir. Çünki, ilk əvvəl onu qeyd etmək lazımdır ki, məntiq elmi, ləfzlərlə mənalar arasındakı münasibət üzərinə dayanır. Məntiqin əsas məqsədi, doğru və məqbul düşünməkdir. İnsan, düşüncələrini, əsas etibarı ilə, sözlə ifadə edə bildiyi; və başqalarının düşüncələrini də, sözün köməyilə başa düşə bildiyi üçün, məntiq elmində, düşüncəni ifadə edən dilin, əhəmiyyətli yeri vardır.
Buna müqabil olaraq, fel, işarət, hal, sükut, rəng kimi şeylərin, müəyyən bir məna ifadə etməsilə reallaşan qeyr-i ləfzi dəlalətlər, məntiqin xaricində qalır.
Digər tərəfdən, ləfzi əqli və ləfzi təbii dəlalətlər də, məntiq elminin xaricində tutulmuşdur. Çünki, bunların birincisində, dəlalət edən, sözün mənası deyil, səsidir. Necə ki, sadəcə danışılanı eşitməklə, danışanın kim olduğunun başa düşülməsi halında, danışılan sözün mənasından deyil, danışanın səsinin dəlalətindən istifadə edilir və "Bu, filan kimsənin səsidir." və ya "Bu, insan səsidir." deyilir. Bununla bərabər, təqlid nümunəsində olduğu kimi; bu dəlalətin aldadıcı ola bilməsi; insanların əqli və zehni cəhətdən fərqli səviyyələrdə olmaları da, ləfzi əqli dəlalətin, məntiq elmi xaricində tutulmasına səbəb göstərilmişdir.
Ləfzi təbii dəlalətə gəlincə, insanın, hər hansı bir təbii halın təsirilə çıxardığı səslər, hər zaman, eyni mənalara dəlalət etməz; çünki, bu dəlalətlər, qeyr-i müəyyən, izafi və subyektivdir. Təbii olaraq çıxan "ah", "of" kimi səs və sözlərin mənalarının kifayət qədər müəyyən olmaması, bu cür dəlalətlərin, məntiq elminin xaricində buraxılmasına səbəb olmuşdur.
Məntiq elminin əsl mövzusunu təşkil edən ləfzi vaz'i dəlalətdə əsas olan, bir sözün, doğru bir təsəvvür və ya təsdiqə çatdıracaq şəkildə, sabit və qəti bir məna daşımasıdır. Bu cəhətdən, ləfzi vaz'i dəlalət, bir fikri ifadə etməyə və ya ondan faydalanmağa, öyrənmə və öyrətməyə əlverişli dəlalət növüdür. Bununla bərabər, ləfzi vaz'i dəlalət, bir dəfə vaz edildikdən sonra, şəxslərə görə dəyişmədən, daim, eyni mənanı qoruyur; ağıl, idrak və hiss sahəsinə girən bütün bilik obyektlərini ifadə edə bildiyindən, ən geniş dəlalət növüdür.
Klassik məntiqdə, ləfzi vaz'i dəlalətin,
1. Mutabiqi dəlalət: Bir ləfzin, qəsd edilən mənanın hamısına olan dəlalətidir. Məsələn:
İnsan ləfzinin, "danışan, düşünən heyvan/canlı"ya dəlaləti kimi. Çünki, "düşünən bir canlı" olmaq, insanın ən ayırd edici xüsusiyyətidir. Bu, "birəbir" dəlalətdir. "Üç bucaq" ləfzinin, 3 bucaqla çevrilmiş şəklə dəlalət etməsi də, belə bir dəlalətdir.
2. Təzəmmuni dəlalət: Bir ləfzin, qəsd edilən mənanın 1 cüz/parçasına dəlalətidir. Məsələn:
"O, bir insandır." dediyimizdə, "yəni, düşünən" mənası vardır. Çünki, insan olmaq, düşünməyi təzəmmun/ehtiva edir.
3. İltizami dəlalət: Bir ləfzin, qəsd edilən mənanın lazımına dəlalətidir. Məsələn:
Tavan ləfzinin, divara; insan ləfzinin, yazı sənətinə qabiliyyətli şəxsə dəlalət etməsi kimi...
Bu 3 dəlaləti:
~ birəbir dəlalət;
~ bir qisminə dəlalət;
~ xatırlatmaq yolu ilə dəlalət
şəklində də ifadə etmək, mümkündür.
-----------------------------
Mətnin izahı:
"Allah" ləfzətu'l-cələləsi (yəni, cəlal ifadə edən Allah ləfzi), bütün kamal sifətlərini ehtiva edən cami (cəm edici) bir nüsxədir.
"Allah" ismi, sadəcə, Haqq Taala'nın Zat'ına dəlalət edən bir isimdir. Bu isim, aləm/xüsusi isimdir. Məcaz yolu ilə də olsa, başqası üçün, bu isim istifadə edilə bilməz. Bu isim, Allaha xasdır və ancaq Ona işarət edən bir isimdir.
Məkkə müşrikləri belə, Kəbə'nin ətrafını, 360 bütlə doldurmuş; hər birinə fərqli isimlər vermiş, ancaq heç birini, "Allah" deyə isimləndirməmişlərdir.
Demək, bu isim, ancaq və ancaq, Allaha məxsus bir isimdir və Allahın müqəddəs Zat'ına dəlalət edir.
Bəs yaxşı, Allahın müqəddəs Zat'ına dəlalət edincə, nə olur? Cavab:
"Bütün kamal sifətləri istilzam edir (gərəkdirir)."
Bu həqiqətə, bu misalla baxa bilərik:
Necə ki, günəş dediyimizdə, 7 rəngi, işığı, istiliyi olan, dünyadan 1.300.000 dəfə böyük bir işıq qaynağı ağlımıza gəlir. Bu sifətləri özündə ehtiva edənə, "günəş" deyilir və bu sifətlərə sahib ola bilməyən, "günəş" deyə isimləndirilə/adlandırıla bilmir.
Eynilə bu misalda olduğu kimi, "Allah" deyildiyində də, bütün kamal sifətləri Özündə ehtiva edən müqəddəs Zat ağla gəlir. Bu sifətləri Özündə ehtiva edən, "Allah" deyə təsmiyyə edilir (isimləndirilir, adlandırılır) və bu sifətlərə sahib ola bilməyən isə, "Allah" deyə isimləndirilə bilmir.
Yəni, Allah ola bilməsi üçün, həyat, elm, səm (eşitmə), basar (görmə), iradə, qüdrət, kəlam kimi kamal sifətlərə, sonsuz mərtəbədə sahib olması lazımdır. Bu sifətlərə sahib ola bilməyənə, Allah deyilə bilməz. Əgər Allah deyilirsə, o halda, bütün bu sifətlərə sahibdir.
Hətta bu sirdəndir ki, bu mənadakı topluluğu düşünərək "Allah" deyən bir kimsə, Haqq Taala'nı, bütün kamal isim və sifətlərilə zikr etmiş sayılır. Çünki, Allah, kamal mərtəbədə olan bütün isim və sifətlərə sahib olan Zat'dır.
İndi, məsələni, maddələyərək toplayaq:
1. Cəlal ləfzi olan Allah ismi, Allahın müqəddəs Zat'ına dəlalət edir.
2. Allahın müqəddəs Zatı da, bütün kamal sifətləri gərəkdirir.
3. Bu halda, o müqəddəs "Allah" ləfzi, iltizami dəlalət ilə, bütün kamal sifətlərə dəlalət edir.
İltizam yolu ilə dəlalət: Bir ləfzin, qəsd edilən mənanın lazımına dəlalətidir. Məsələn:
"İlah" sözü, zəruri olaraq, "doğmayan" və "doğulmayan" mənasına işarət edir. "Allah" ləfzi də, bütün kamal sifətlərə dəlalət edib, Allahın, bu kamal sifətlərlə müttəsif olduğuna (vəsf olunduğuna) işarət edir.
Bəs, Allahın digər isimlərində, bu məna yoxdurmu?
Ustad Nursi (rahiməhullah), buna, belə cavab verir:
Digər isimlərdə isə, bu istilzam (gərəkdirmə) yoxdur.
"Allah" isminin mənasında, bir camiyyət (cəm edicilik) vardır. Digər isimlər, sadəcə bir mənaya işarət edirlər. Məsələn:
~ "Hadi" ismi, sadəcə "hidayət edən" mənasındadır;
~ "Muhyi" ismi, sadəcə "həyat verən" mənasındadır;
~ "Xaliq" ismi, sadəcə "yaradıcı" mənasındadır;
Bunlar kimi, digər xass isimlərdə, bu dəlalət -yəni, kamal sifətlərə dəlalət- yoxdur. Çünki, başqa zatlarda, kamal sifətləri istilzam etmək yoxdur. Yəni, məsələn:
~ "Hadi" olanın, hər şeyi bilməsi lazım gəlməz. "Hadi" olan, hər şeyi bilməsə də, "Hadi"dir.
~ "Muhyi" olanın, hər şeyi eşitməsi lazım gəlməz. "Muhyi" olan, hər şeyi eşitməsə də, "Muhyi"dir.
~ "Xaliq" olanın, hər şeyi görməsi lazım gəlməz. "Xaliq" olan, hər şeyi görməsə də, "Xaliq"dir.
----------------------------------------
----------------------------------------
Müəllifimiz, belə davam edir:
"ər-Rahməni'r-Rahim"
Bu iki ismin nəzm cəhəti:
~ Cəlal ifadə edən "Allah" ləfzindən, silsiləsilə cəlal təcəlli etdiyi kimi;
~ "Rahmən" və "Rahim" isimlərindən də, silsiləsilə camal görülür.
Çünki, cəlal və camal, iki əsl (kök) olub, hər ikisinin:
~ əmr-nəhy;
~ savab-əzab;
~ tərğib-tərhib;
~ təsbih-təhmid;
~ xof-rəca
kimi, hər aləmdə füruatı (budaqları) vardır.
---------------------------------------
Müəllif, burda, "Rahmən" və "Rahim" isimlərilə, "Allah" isminin münasibət cəhətini, belə açıqlamaqdadır:
Mətnin izahına keçmədən əvvəl, "cəlal" və "camal" kəlimələri üzərində bir az dayanaq. Belə ki:
Cəlal: Allahın qəhr və qəzəbinə dəlalət edən isim və sifətlərini ifadə etmək üçün istifadə edilən təbirdir.
Camal: Allahın lütf və rizasına dəlalət edən isim və sifətlərini və Onun mütləq gözəlliyini ifadə etmək üçün istifadə edilən təbirdir.
Camalı, mütləq və muqayyəd olmaq üzərə ikiyə ayıran Lisanuddin ibnu'l-Xatib'ə görə:
~ mütləq camal: Allahdan başqa kimsənin bilmədiyi bənzərsiz gözəlliyidir.
~ muqayyəd camal isə: külli və cüzi olaraq ikiyə ayrılır. Belə ki:
• Külli camal, mütləq camaldan digər varlıqlara yayılan gözəllikdir; maddi-mənəvi hər varlıq, öz qabiliyyətinə görə, bu gözəllikdən bir pay almışdır. Əşyanın var olma səbəbi də, bu gözəllikdir.
• Cüzi camal da, cəli (açıq) və xafi (qapalı) olmaq üzərə ikiyə ayrılır. Cəli camal, hislərlə idrak edilən əşyanın gözəlliyidir. Xafi camal isə, sadəcə ağılla qavranılan əşyanın mücərrəd gözəlliyidir. (bax: "Ravdatu't-Tarif", s. 285-292)
Maddi aləmdə görünən gözəlliklər, mütləq gözəlliyin fərqli dərəcələrdəki təcəlliləri olduğundan, bunları tamaşa edə-edə, İlahi gözəlliyə və Haqqa çatmaq mümkündür. Ən yüksək və ən dərin ruhi həzlər, İlahi gözəlliyin tamaşa edilməsindən hasil olduğu üçün, cənnətdə Allahın mütləq gözəlliyini seyr etmək, ən böyük məqsəd olmuşdur.
Mütləq və yeganə gözəlliyin isimlərin təcəllilərindən ibarət olduğunu vurğulayan İslam alimləri, İlahi və bəşəri sevgini də, bununla açıqlamışlardır.
Ğazzali, şəkil və surət gözəlliyini, "bir şeyin, özünə yaraşan və mümkün olan bir kamala sahib olmasıdır." şəklində tərif etdikdən sonra, mənəvi və ruhi gözəlliklərdən də bəhs edir və hər 2 gözəlliyin, sevgi səbəbi olduğu haqqında danışır.
Ona görə, gözəl, sırf gözəl olduğu üçün, insan tərəfindən təbii olaraq sevilir. İnsan, maddi və hissi gözəllikləri, bədən gözü ilə; mənəvi və ruhi gözəllikləri isə, qəlb gözü ilə idrak edir. Kamil insan üçün əhəmiyyətli olan, mənəvi gözəllikdir. Xüsusilə qəlb əhli, buna çox əhəmiyyət verirlər. Fiziki gözəl olan insanlardan çox, xarakteri gözəl olanlar sevilir. Lakin ən çox sevilən də, mütləq mənada gözəl olan Allahdır. (bax: "əl-Maqsadu'l-Əsna", s. 84, 103)
Mətnin izahı:
Yəni, necə ki, cəlal ləfzi olan "Allah" kəliməsindən "cəlal" silsiləsi təcəlli edər. Eynilə "Rahmən" və "Rahim" isimlərindən də, bütün "camal" silsiləsi təcəlli və təzahür edər.
Yəni, necə ki, "Allah" ləfzindən, Allahın cəlalı görsənir. Elə də, "Rahmən" və "Rahim" isimlərindən də, Allahın camalı təcəlli edir.
Bəli, cəlal ləfzi olan "Allah"da, ilk olaraq, "cəlal" təcəllisi görünür. Yəni, "Allah, necə bir ilah'dır?" deyə soruşulduğu vaxt, belə tərif edilir:
Allah, vacibu'l-vücud (varlığı Özündən və zəruri)'dir, qədimdir; əbədidir; heç bir məxluqa bənzəmir; və Öz nəfsi ilə qaimdir. Yəni, Allah, səlbi sifətlərlə təqdis və təvsif edilir. Bütün bu sifətlər "cəlal" silsiləsini göstərir.
Bununla bərabər, "cəlal" silsiləsini göstərən, sadəcə Allahın səlbi sifətləri deyildir. Məsələn, Allahın, təklifi şəriətə görə, bəzi şeyləri qadağan etməsi də, cəlal ifadə edən isim və sifətlərin təcəllisidir. Yenə, təkvini şəriətə (haşiyə) görə vaz edilən (qoyulan) qışlar, gecələr, fırtınalar, bəlalar, müsibətlər kimi fitri qanunlar da, "cəlal" təcəllisidir.
--------------------------
(Haşiyə:
Şəriət, nədir? Qisimləri, hansılardır?
https://suallarlaislam.com/.../s%C9%99ri%C9%99t-n%C9%99dir)
--------------------------
Xülasə: Allahın əzəmət və kibriyasını göstərən şeylər və hadisələr, Allahın cəlal ifadə edən isim və sifətlərinin təcəllisindən gəlməkdədir.
İxtar (xatırlatma): Müəllif, cəlal ləfzi olan "Allah"dan, səlbi və Zati sifətlər xatirə gəldiyi üçün, ilk əvvəl, "cəlal"ı; sonra isə, "camal"ı zikr etməkdədir.
O halda, cəlal ifadə edən "Allah" ləfzi, "Rahmən" və "Rahim" isimlərilə qarşı-qarşıya gəldiyi vaxt, yəni, bir arada istifadə edildiyində, "Allah" ləfzi, cəlal silsiləsini; "Rahmən" və "Rahim" ləfzləri də, camal silsiləsini göstərirlər. "Allah", "Rahmən", "Rahim" arasında, belə bir münasibət də vardır.
Sual:
"Bəs elə isə, cəlaldan sonra camalı zikr etməkdə nə hikmət vardır?"
Ustad Nursi, belə cavab verir:
Çünki, cəlal və camal, iki əsl (kök) olub, hər ikisinin:
~ əmr-nəhy;
~ savab-əzab;
~ tərğib-tərhib;
~ təsbih-təhmid;
~ xof-rəca
kimi, hər aləmdə füruatı (budaqları) vardır.
~ Əmr və nəhy (çəkindirmək) xüsusunda: əmr, camal; nəhy cəlal təcəllisidir;
~ Savab vermək, camal; əzab vermək, cəlal təcəllisidir;
~ Tərğib (bir əmələ rəğbət etdirmə və cənnətlə müjdələmək), camal; tərhib (qorxutmaq), cəlal təcəllisidir;
~ Təhmid (həmd etmək), camal təcəllisidir. Çünki həmd, nemətə qarşı edilir ki, bu da, camaldan qaynaqlanır. Təsbih (Allahı nöqsan sifətlərdən tənzih etmək), cəlal təcəllisidir. Çünki təsbihdə, Allahın böyüklüyü və əzəməti görsənir. Bu da, cəlaldandır.
~ Rəca (Allahın rəhmətini ummaq), camalın qəlblərdəki təcəllisi; Xof (qəlblərə qorxu yerləşdirmək) isə, cəlal təcəllisidir.
Yəni gördüyümüz hər bir fəaliyyət, hər bir əsər, hər bir iş və hər bir fel, ya cəlal ifadə edən isimlərin təcəllisilə varlıq meydanına çıxmışdır; ya da camal ifadə edən isimlərin təcəllisilə meydana gəlmişdir.
Aləmdə cəlal və camal, hər zaman, yan-yana və çiyin-çiyinə təcəlli etməkdədir. Aləmdə belə yan-yana və çiyin-çiyinə təcəlli edən cəlal və camal, Bəsmələ'də də yan-yana, çiyin-çiyinə zikr edilmişdir. Allah ləfzilə, cəlala; Rahmən və Rahim ləfzlərilə də, camala işarət edilmişdir.
Yenə bu sirdəndir ki, Quranda, cənnətdən bəhs edildikdən dərhal sonra, cəhənnəmdən bəhs edilir; və cəhənnəmdən bəhs edildikdən sonra da cənnətdən bəhs edilir.
--------------------------------------
--------------------------------------
Müəllifimiz, belə davam edir:
Həm:
~ cəlal ifadə edən Allah ləfzi, Zati və tənzihi sifətlərə bir işarət olduğu kimi;
~ Rahim də, feli qeyr-i sifətlərə bir imadır.
~ Rahmən isə, (Zatın) nə eynisi, nə də qeyrisi olan 7 sifətə rəmzdir.
--------------------------------------
İzahı:
Müəllifimiz Ustad Nursi, "Allah" ləfzi ilə "Rahmən" və "Rahim" isimləri arasında mövcud olan daha incə bir mənaya da belə işarət edir və deyir:
Allah ləfzi ilə Rahmən və Rahim isimləri arasında yuxarıda bəhs edilən münasibətlər olduğu kimi, belə bir münasibət daha vardır:
1. "Allah" kəliməsinin, tənzihi və Allahın Zatının eynisi olan sifətlərə işarət etməsi:
Allahın Zatının eynisi olan sifət, 1 olub, o da "Vücud" sifətidir. Digər səlbi sifətlər isə, "Vücud" sifətinin izahı olub, onun içinə daxildir. Vücud sifətinin xaricindəki digər 5 səlbi sifət, 7 sübuti sifət kimi, nə Allahın Zatının eynisi, nə də qeyrisidir.
Sual:
"Müəllifimiz, burda nəyə görə "tənzihi və eyni sifətlər" demişdir? Halbuki, Allahın Zatının eynisi olan sifət, yalnız "vücud" sifətidir. Digər beşi, tənzihi və səlbidir."
Cavab:
Çünki 6 səlbi sifət içində, vücud sifəti əsasdır, digər 5 sifət, onun açıqlamasıdır. Yəni, "qidəm, bəqa, vahdaniyyət, müxaləfətun-li'l-havadis, qiyam bi nəfsihi" sifətləri, vücud sifəti içinə daxildir və onun izahıdır. Yəni, Vacibu'l-Vücud olan Allah, həm Qədimdir, həm Baqidir, həm Vahiddir, Həm Müxaləfətun li'l-havadisdir, həm Qiyam bi nəfsihi'dir. Zatən Vacibu'l-Vücud, bu deməkdir. Sadəcə vücud, Onun Zatının eynisidir. Digərləri isə, nə Zatının eynisi, nə də qeyrisidir.
Məsələn, "qiyam bi nəfsihi" sifəti, haşa, Allahın eynisidirmi? Xeyr. Qiyam bi nəfsihi, bir səlbi sifətdir. Nə Allahın eynisidir, çünki Allahın bütün mahiyyətini ifadə etmir. Elə isə, Zatının eynisi deyildir. Nə də Allahın qeyrisidir; çünki Allah Taala'nı, onsuz düşünmək, mümkün deyildir.
Elə isə, bu sifətlər, Onun Zatının zəruri lazımlarıdırlar. Yəni bu sifətlər olmadan, Allahı düşünmək, mümkün deyildir.
2. "Rahim" isminin, feli olan qeyr-i sifətlərə ima (gizli işarət)'məsi:
Allah ləfzi, Allahın Zat'ının eynisi olduğu cəhətlə, tənzihi və eyni sifətlərə işarət etdiyi kimi; الرَّحيمِ ismi də, feli olan bütün qeyr-i sifətlərə ima (gizli işarət)dir. Feli olan bu sifətlər, Allahın Zatının eynisi deyil, qeyrisidirlər. Yəni, Haqq Taala'nın mahiyyətində mövcud deyildirlər. Allahın kainatdakı təsərrüf və icraatından dolayı almış olduğu isim və sifətlərdir. Məsələn, feli sifətlərdən olan "Ğaffar, Səttar, Kərim, Vədud" kimi isimlər, Allahın Zatını deyil, o növ fellərini xatirə gətirirlər. Allah Taala, aləmi yaratmamışdan əvvəl, bu sifətlərlə bi'l-fiil (felən) müttəsif deyildi; bi'l-qüvvə (potensial olaraq) müttəsif idi. Bundan dolayı, bu sifətlərə, "feli olan qeyri sifətlər" deyilməkdədir. (Yəni, feli sifətlərin meydana çıxması, məxluqatın varlığına bağlı olduğu üçün, bunlara, qeyr-i sifətlər deyilir. Bu sifətlərin təcəllisi, qeyrin, yəni məxluqatın varlığına, yaradılmasına bağlıdır. Bu səbəblə də, qeyr-i sifətlər adını almışlardır.)
Məsələn, "ihya (həyat vermə)" sifəti, feli olan bir qeyri sifətdir. Bunun mənası, "İhya sifəti -haşa- başqasına aiddir; Allahdan başqa Muhyi (həyat verən) bir Zat vardır." demək deyildir. Bəlkə, "Bu sifətlər, Allahın qeyrisidir." demək, "Allahın künh-ü mahiyyətinə bi'l-fiil daxil deyildirlər." deməkdir. Muhyi deyilincə, yenə bütün canlılara həyat verən Allahı xatirə gətirir və göstərir. Lakin Muhyi ismi, Allahın künh-ü mahiyyətinə daxil olmadığı üçün, "Allahın qeyrisidir." şəklində ifadə edilmişdir.
Ustad Nursiyə görə, bütün feli sifətlər, Rahim ismi səbəbilə təcəlli etməkdədir. Məsələn, feli bir sifət olan "həyat vermək" sifətinə baxaq:
Həyat vermək, mərhəmətin bir nəticəsidir. Əgər Rəbbimiz mərhəmət sahibi olmasa idi, ihya sifətilə təcəlli etməz və heç bir məxluquna həyat verməzdi. Demək, ihya feli, Rahim isminə dayanmaqda və onun sayəsində təcəlli etməkdədir.
Başqa bir misal daha verək:
Məsələn "tərziq/ruzi vermək", feli bir sifətdir. Allahın ruziləndirməsinə səbəb olan şey, mərhəmətidir. Əgər Rəbbimiz qullarına mərhəmət etməsə idi, əlbəttə onları ruziləndirməzdi. Demək, ruziləndirmək feli sifəti, Rahim isminə dayanmaqda və Rahim ismi səbəbilə təcəlli etməkdədir.
Bu 2 feli sifət kimi, digər bütün feli sifətlər də, Rahim isminə dayanmaqda və onunla təcəlli etməkdədirlər.
Xülasə:
Bu cəhətdən, Rahim ismi, feli sifətlərə ima edir. Yəni madam ki, Allah var; və madam ki, mərhəmət sahibidir. O halda, əlbəttə yaradacaq, bəsləyəcək, surət verəcək, təkmil edəcək, böyüdəcək, qoruyacaq, inam edəcək (nemətləndirəcək) və digər feli sifətlərilə təcəlli edəcəkdir.
3. "Rahmən" isminin, Allahın Zatının nə eynisi, nə də qeyrisi olan 7 sifətə rəmz olması:
Yəni:
"7 sübuti sifətin, nə Zatının eynisi, nə də qeyrisi olması", bu deməkdir:
Bu sifətlərin hər biri, Allahın künh-ü mahiyyətində mövcud olduğu üçün, qeyrisi deyildirlər. Eyni zamanda, bu sifətlərin hər biri, Zatının eynisi də deyildirlər. Çünki hər biri, Allahın o sifətini göstərirlər. Demək, 7 sübuti sifətin hər biri, bütün İlahi sifətləri ehtiva etmədiyi üçün, eynisi deyildirlər. Elə isə, bu sifətlər, nə Allahın Zatının eynisidirlər, nə də qeyrisi. Yəni bu sifətlər, Allahı xatirə gətirirlər; lakin sadəcə bir sifətini. Məsələn:
Allah Taala, mütləq qüdrət sahibidir. Qüdrət, Onun sübuti sifətidir. Bu sifət, Zatının eynisi deyildir. Çünki Allahın, qüdrətdən başqa sifətləri də vardır. Qüdrət isə, sadəcə Qadir'i göstərir; digər sifətlərini ifadə etmir. Elə isə, bu sifət, Allahın eynisi deyildir. Həm qeyrisi də deyildir. Çünki bu sifət, Onun mahiyyətinə daxildir. O halda, bütün sifətlərilə Allahı xatirimizə gətirən və "sifat-ul eyniyyə" deyə isimləndirilən, sadəcə "Vücud" sifətidir.
Not: Dəyərli oxuyucu! Allahın isim və sifətləri, kəlam kitablarında, bu 3 qismlə zikr edilməkdədirlər. Burda Ustad Nursi, bu 3 ismin, bu 3 qismə necə işarət etməsindən bəhs etməkdədir.
--------------------------------------------------------
--------------------------------------------------------
Çünki "Rahmən", "Razzəq" mənasındadır. O isə, bəqa verməkdən (yəni, varlığın davam etdirilməsindən) ibarətdir. Bəqa isə, vücudun (yəni, varlığın) təkərrürü (təkrarlanması)'dır. Vücud isə:
~ təmyiz edici;
~ təxsis edici; və
~ təsir edici
bir sifət istəməkdədir. Bunlar da:
~ elm;
~ iradə; və
~ qüdrətdir.
Ruzi verməyin nəticəsi olan bəqa (yəni, davamlılıq), örfən, basar (görmək), səm (eşitmək) və kəlam sifətlərinin varlığını gərəkdirir. Çünki, ruzi verənin:
~ görməsi lazımdır; ta ki, ruziyə möhtac olan, tələb etməsə belə, onun ehtiyacını görsün;
~ eşitməsi də lazımdır; ta ki, ruziyə möhtac olan, (ruzi) tələb edərsə, kəlamını eşitsin;
~ kəlamı (yəni, danışması) da lazımdır; bir vasitə ilə onunla danışsın.
Bu 6 sifət isə, 7-ci sifət olan həyatı istilzam edir (gərəkli qılır).
-----------------------------
İzahı:
İndi isə, Müəllif, Allahın Zatının nə eynisi, nə də qeyrisi olan 7 sifətə, "Rahmən" isminin necə işarət etdiyini izah etməkdədir. Belə ki:
Rahmən'in ən zahir mənası, "Razzəq"dır. Yəni, "Bütün aləmin ruzisini verən Zat" deməkdir.
Ruzi, sadəcə yemək- içməkdən ibarət deyildir. Əlbəttə ki, ruzinin çox növləri vardır. Ruzi, çox geniş bir dairədir. Ən başda hava, su, torpaq və günəş olmaq üzərə 4 ünsür, Allahın iznilə mövcudatın ruzisini yetişdirməkdədir. Bu 4 ünsür, eyni zamanda, ən böyük ruzidir.
Bununla bərabər, "iman, islam, hidayət" nemətləri də, mənəvi bir ruzidirlər. Ustad Nursi, "Şualar" adlı risaləsində (7-ci Şua, s. 143), bu mövzunu belə izah etmişdir:
"İkinci Hakikat: Rahmâniyet hakikatidir
Yani, gözümüzle görüyoruz: Birisi var ki, bize,
• zemin yüzünü rahmetin binlerle hediyeleriyle doldurmuş, bir ziyafetgâh yapmış ve Rahmâniyetin yüz binlerle ayrı ayrı lezzetli taamları içinde dizilmiş bir sofra etmiş; ve
• zemin içini rahîmiyet ve hakîmiyetin binlerle kıymettar ihsanlarını câmi' bir mahzen yapmış; ve
• zemini, devr-i senevîsinde, bir ticaret gemisi hükmünde, her sene âlem-i gaybdan levazımat-ı insaniye ve hayatiyenin yüz bin çeşitlerinden en güzellerini içine alarak yüklenmiş bir nevi sefine veya şimendifer gibi ve her baharı ise, erzak ve elbisemizi taşıyan bir vagon hükmünde olarak bizlere gönderir, bizi gayet rahîmâne beslettirir; ve
• bütün o hediyelerden, o nimetlerden istifade etmemiz için bize de yüzlerle ve binlerle iştihalar, ihtiyaçlar, duygular, hissiyatlar, hisler vermiş.
Evet, Âyet-i Hasbiyeye dair olan Dördüncü Şuâda izah ve ispat edildiği gibi, bize
• öyle bir mide vermiş ki, hadsiz taamlardan lezzet alır; ve
• öyle bir hayat ihsan etmiş ki, duygularıyla, bir sofra-i nimet gibi, koca cismânî âlemde, hadsiz nimetlerinden istifade eder; ve
• öyle bir insaniyet bize lütfetmiş ki, akıl ve kalb gibi çok âletleriyle hem maddî, hem mânevî âlemin nihayetsiz hediyelerinden zevk alır; ve
• öyle bir İslâmiyet bize bildirmiş ki, âlem-i gayb ve âlem-i şehadetin nihayetsiz hazinelerinden nur alır;
• öyle bir iman hidâyet etmiş ki, dünya ve âhiret âlemlerinin hasra gelmez envârından ve hediyelerinden tenevvür edip müstefid eder.
Güya rahmet tarafından bu kâinat hadsiz antika ve acip ve kıymetli şeylerle tezyin edilmiş bir saraydır. Ve bütün o saraydaki hadsiz sandıkları ve menzilleri açacak anahtarlar insanın ellerine verilmiş ve bütün onlardan istifade ettirecek olan ihtiyaçlar, hissiyatlar insanın fıtratına verilmiş.
İşte böyle dünyayı ve âhireti ve her şeyi kaplamış bir rahmet..."
Yəni:
(Kainatda müşahidə edilən) İkinci həqiqət: Rahməniyyət həqiqətidir.
Yəni, gözümüzlə görürük: Biri var ki, bizim üçün,
• yer üzünü, rəhmətin minlərlə hədiyyələrilə doldurmuş...(yer üzünü) bir ziyafətgah qılmış və yer üzünü, rahməniyyət'inin yüz minlərlə ayrı-ayrı ləzzətli təamları içində düzülmüş bir süfrə qılmış; və
• yerin içini, rahimiyyət və hakimiyyətin minlərlə qiymətli ehsanlarını cəm edən bir məhzən (depo) qılmış; və
• yeri, illik dövründə, bir ticarət gəmisi hökmündə, hər il, qeybdən insan və heyvana lazım olan şeylərin yüz min növlərindən ən gözəllərini içinə alaraq yüklənmiş bir növ gəmi və ya qatar; və hər baharı isə, ərzaq və paltarımızı daşıyan bir vaqon hökmündə olaraq, bizlərə göndərər. Bizi, rəhimanə (rəhmətini göstərəcək bir şəkildə) bəslətdirər; və
• bütün o hədiyyələrdən, o nemətlərdən istifadəmiz üçün, bizə də, yüzlərlə, minlərlə iştahlar, ehtiyaclar, hislər vermişdir.
Bəli, Al-i İmran/173'ə dair olan "Dördüncü Şua"da izah və isbat edildiyi kimi; bizə
• elə bir mədə vermişdir ki, hədsiz təamlardan ləzzət alar; və
• elə bir həyat ehsan etmişdir ki, hislərilə -bir nemət süfrəsi kimi- böyük cismani aləmdə, hədsiz nemətlərdən istifadə edər; və
• elə bir insaniyyət bizə lütf etmişdir ki, ağıl və qəlb kimi çox "alət"lərilə, həm maddi, həm mənəvi aləmin nəhayətsiz "hədiyyə"lərindən zövq alar; və
• elə bir İslamiyyət bizə bildirmişdir ki, qeyb və şəhadət aləmlərinin nəhayətsiz xəzinələrindən nur alar; və
• elə bir iman hidayət etmişdir ki, dünya və axirət aləmlərinin saya gəlməz nurlarından və hədiyyələrindən nurlanıb istifadə edər.
Sanki, bu kainat, rəhmət tərəfindən, hədsiz əntiqə və qeyr-i aid və qiymətli şeylərlə zinətlənmiş bir saraydır və bütün o saraydakı saysız-hesabsız sandıqları və mənzilləri açacaq açarlar, insanın əllərinə verilmiş və bütün onlardan istifadə etdirəcək olan ehtiyaclar, hissiyyatlar, insanın fitrətinə verilmişdir.
Bax beləcə dünyanı, axirəti və hər şeyi əhatə etmiş bir rəhmət...
Ruzi də, "bəqadan ibarətdir." Yəni, bir varlığın həyatını davam etdirməsi, ruziyə bağlıdır. Ruzi olmazsa, həyat olmaz; həyat olmazsa da, vücud olmaz. Demək, vücud, -yəni fərdin, həyatına davam etməsi- ruzi ilədir.
"Bəqa isə, vücudun (yəni, varlığın) təkərrürü (təkrarlanması)'dır."
Yəni:
Davamlılıq isə, varlığın təkrarlanmasından ibarətdir.
Bu cümləni, belə bir misalla başa düşə bilərik:
Bizlər, yanan bir lampaya baxdığımızda, onu sanki daima yanır şəklində görürük. Halbuki belə deyildir. Lampa bir yanmaqda, bir sönməkdədir. Ancaq bu yanıb sönmək, o qədər qısa bir müddət içində olmaqdadır ki, lampanın söndüyü o qısa zaman dilimini, gözümüzlə görə bilməməkdə və lampanı davamlı yanır zənn etməkdəyik. Demək lampanın davamlılığı, işığının ona təkrar-təkrar verilməsindən ibarətdir.
Eynilə bunun kimi, həyat sahibləri üçün də, "Bəqa, vücudun (yəni, varlığın) təkərrürü (təkrarlanması)'dır." Yəni, həyat sahiblərinin varlıqlarının davamı, hər saniyə onlara həyatın üflənməsinə və varlıqlarının bir sonrakı zaman diliminə daşınmasına bağlıdır. Bu üfləmə dayandığında, ölüm vaqe olur. Bu halda deyilə bilər ki:
"Bəqa", yəni həyatın davamı və ölümün olmaması, o varlığa ard-arda vücud və həyat verilməsinə bağlıdır.
Vücud isə:
~ təmyiz edici;
~ təxsis edici; və
~ təsir edici
bir sifət istəməkdədir.
Bu 3 sifət, "elm, iradə və qüdrət"dir.
~ Sifət'ul-müməyyizə (təmyiz, ayırd edicilik sifəti) - elm sifətinə;
~ Sifət'ul-muxassisa (təxsis edicilik, xas qılıcılıq sifəti) - iradə sifətinə;
~ Sifət'ul-müəssirə (təsir edicilik sifəti) isə - qüdrət sifətinə
işarət edir. Çünki bir şeyə vücud/varlıq verildiyi vaxt, yəni bir şey, elmi vücuddan xarici vücuda və ya elm dairəsindən qüdrət dairəsinə çıxarıldığı zaman, həm muhit (hər şeyi əhatə edən) bir elm; həm mütləq iradə; həm müəssir (təsir edən) qüdrət lazımdır ki, o şey, vücud/varlıq sahəsinə çıxsın.
Bəli,
~ "elm" lazımdır ki, o şeyə bir proqram, müəyyən bir miqdar və bir şəkil təyin etsin, təqdir etsin. Həm
~ "iradə" lazımdır ki, çoxlu-çoxlu şəkillər və ehtimallar arasından, ona məxsus bir surət və şəkil tərcih etsin; ona xas fərqli əlamət ilə bir surət təxsis etmək surətilə onu, digər şəkillərlə qarışdırmasın. Həm
~ müəssir (təsir edən), nafiz (nüfuz edən) bir "qüdrət" lazımdır ki, onu vücuda gətirsin, xəlq etsin.
Demək, bu 3 sifət olmadan, bir şey vücuda gələ bilməz. O halda, vücudun verilməsi, bu 3 sifəti zəruri olaraq iqtiza edər.
Ruzinin verilməsi isə, o şeyin davamlılığını təmin edər. Ruzi kəsildiyi vaxt, o şey ölər. İnsanın bu dünyadan ən əvvəl kəsilən ruzisi, havadır. İnsan, havanı tənəffüs etməsə, ölər.
Demək, ruzinin verilməsi, varlığın davamına vəsilədir. Yəni, bir varlığın həyatını davam etdirməsi, ruziyə bağlıdır.
Davamlılıq isə, ruzinin verilməsinin səmərəsi, meyvəsidir. Bu da, səm (eşitmək), basar (görmək) və kəlam (danışmaq) kimi sifətlərin sübutunu (sabit olmasını) iqtiza edir, gərəkdirir. Çünki,
~ ruzi verənin, mərzuqu (ruziləndiriləni) görməsi lazımdır ki, mərzuq olan məxluqatın harda olduğunu bilsin, münasib vaxtda ehtiyacını yerinə yetirsin. Çünki o mərzuq, ehtiyacını tələb etmə xüsusunda, bir qabiliyyətə sahib olmaya bilər; bacara bilməyə bilər; bu cəhətdən aciz qala bilər. Bax tam münasib bir vaxtda, ehtiyac anında, Basir (görən) və Razzəq (ruzi verən) bir Zat, o mərzuqun ehtiyacını görür, ruzisini onun imdadına göndərir. Həm
~ Razzəq olanın, möhtac olan o mərzuqun dərdini eşitməsi, fəryadını duyması lazımdır ki, ona yardım etsin. Əgər o Zat eşitməzsə, necə imdad edə bilər?! Həm
~ Razzəq olanın, kəlam sifətilə də müttəsif olması lazımdır ki, ehtiyac zamanında o möhtaclarla, ya vəhyən, ya da ilhamən danışıb anlaşsın.
Qısaca izahını verdiyimiz məzkur bu 6 sifət, yeddinci sifət olan "həyat" sifətini, zəruri olaraq istilzam edir, gərəkdirir. Çünki bu 6 sifətin mənbəi, həyat sifətidir. Həyat olmadan, bu 6 sifət ola bilməz. Müəllifimiz, "Şualar" adlı risaləsində (7-ci Şua, s. 125) bu mövzu ilə əlaqəli olaraq belə deyir:
"...o sıfatlar Zât-ı Zülcelâlin vücuduna delâlet ettikleri gibi, hayatın vücuduna ve tahakkukuna ve o Zâtın hayattar ve diri olduğuna dahi bedahetle delâlet ederler. Çünkü, bilmek, hayatın alâmeti; işitmek, dirilik emâresi; görmek, dirilere mahsus; irade, hayat ile olabilir; ihtiyarî iktidar, zîhayatlarda bulunur; tekellüm ise, bilen dirilerin işidir."
Yəni:
"...o sifətlər, cəlal sahibi Zat'ın varlığına dəlalət etdikləri kimi; həyatın varlığına və gerçək olmasına və o Zatın həyat sahibi və diri olduğuna da, açıq bir şəkildə dəlalət edirlər. Çünki:
1. Bilmək (elm sifəti), həyatın əlaməti;
2. Eşitmək (səm sifəti), dirilik əlaməti;
3. Görmək (basar sifəti), dirilərə məxsus;
4. İradə (sifəti), həyat ilə ola bilər;
5. İxtiyari iqtidar (qüdrət sifəti), həyat sahiblərində mövcuddur;
6. Təkəllüm (kəlam/danışmaq sifəti) isə, bilən dirilərin işidir."
--------------------------------------
--------------------------------------
Müəllifimiz, belə davam edir:
Əgər:
"Böyük nemətlərə dəlalət edən Rahmən'dən sonra, dəqiq (incə, kiçik) nemətlərə dəlalət edən Rahim'in gəlməsi, tədəlli sənəti olur. Halbuki, bəlağat, kiçikdən böyüyə doğru tərəqqi sənətindədir." desən,
Cavab olaraq deyərəm:
• Bu,
~ göz üçün, kirpiklərin;
~ at üçün, cilovların
mütəmmim (tamamlayıcı) olması kimi; sonra gələnin, əvvəlkini tamamlaması qəbilindəndir.
• Yenə,
~ qıfıl üçün, açar;
~ ruh üçün, dil
misalında olduğu kimi; böyük olanın vücudu (varlığı), dəqiq olana bağlıdırsa, belə gətirilər.
• Yenə, bu məqam, nemətlərə diqqət çəkmə məqamı olduğundan dolayı, gizli olana diqqət çəkmək, daha uyğundur. Beləcə, nemətləri sayma məqamında, tədəlli sənəti; tənbeh məqamında isə, tərəqqi sənəti olar.
--------------------------------
İzahı:
Ustad Said Nursi, burda, "Rahmən" və "Rahim" isimlərinin dəlalət etdikləri nemətlərin, kiçiklik və böyüklüyünə görə aralarındakı münasibətə dair nüktəni (incə mənanı), belə bir sual və cavabla izah etməkdədir:
Sual:
"Əgər desən ki, böyük nemətlərə dəlalət edən "Rahmən" kəliməsinə, kiçik və incə nemətlərə dəlalət edən "Rahim" ismini zeyl qılmaq (bu ismi, "Rahmən" isminə tabe qılmaq); yəni Rahim ismindən əvvəl Rahmən ismini gətirmək, bəlağat elminə görə, "sənətu't-tədəlli" (yuxarıdan aşağıya, böyükdən kiçiyə enmək) olur. Halbuki, Bəlağat elmincə məqbul olan, "sənətu't-tərəqqi" (kiçikdən böyüyə doğru sıra izləmək)'dir. O halda, nəyə görə Rahim ismi, Rahmən ismindən sonra gətirilmişdir?"
Cavab:
Əvvəla, bu sualın cavabına keçmədən öncə, mətndə keçən "böyük nemətlər" ve "kiçik nemətlər" təbirlərini açıqlayaq:
• böyük nemətlər: bütün məxluqatın ruzisinə, dünya çapındakı nemətlərə baxır. Dolayısı ilə, bütün dünyanın idarəsinə baxır ki, Rahmən ismi, bu növ İlahi nemətlərə dəlalət edir.
• incə, kiçik nemətlər isə: Bu nemətlərin ucu, insana və insanın çəyirdəyi olan insan qəlbinin incə arzu və istəklərinə dayanır. Xüsusilə, bu kiçik və incə nemətlər, mömin insana şəfqət və mərhəmət etmək; onu əbədi səadətə mazhar qılmaq cəhətinə. Bunlar isə, insan qəlbinin istədiyi və arzu etdiyi əbədi səadət, liqa (Allaha qovuşmaq, Onu cənnətdə görmək)'dir.
Bütün bu incə arzu və istəklər, insanın qəlb və vicdanından doğmaqdadır. Rahim ismi, bax bu nemətlərə dəlalət edir.
Xülasə:
وَمَآ أَرْسَلْنَـٰكَ إِلَّا رَحْمَةً لِّلْعَـٰلَمِينَ
"Səni də aləmlərə ancaq bir rəhmət olaraq göndərdik." (Ənbiya/107) ayətinin də ifadə etdiyinə görə, bu dünyada Allahın rəhməti, ümumidir. O Rahmən olan Allah, kafirə də, möminə də, rəhmət edər; hamısının ruzisini göndərər.
Rahim isminin dəlalət etdiyi nemətlərin təməli isə, insanın qəlbi arzularına baxır, ona dayanır. Bu isim, incə nemətlər deyilən insan qəlbinin dünyadakı arzu və istəklərini yerinə yetirir. Və yaxud insani, heyvani, nəbati (bitkilərə aid) balalara şəfqət edib, ruzilərini imdada göndərir. Bütün anaların qəlblərinə verilən və o nemətlərdən daha incə olan şəfqət və mərhəmət həqiqətini də köməkçi olaraq verir.
İndi, məzkur (yuxarıda zikr edilən) sualın əsl cavabına keçirik. Müəllif Ustad Nursi, bu suala 3 fərqli cəhətdən cavab verməkdədir. Belə ki:
• Birinci cəhət:
"Bu,
~ göz üçün, kirpiklərin;
~ at üçün, cilovların
mütəmmim (tamamlayıcı) olması kimi; sonra gələnin, əvvəlkini tamamlaması qəbilindəndir."
Bu zeylin, əlavənin hikməti, mükəmməlləşdirmək və tamamlamaq üçündür. Yəni, kirpiklər, gözə; cilov, ata mütəmmim (tamamlayıcı) olduğu kimi; incə nemətlərə dəlalət edən Rahim ismi də, böyük nemətlərə dəlalət edən Rahmən isminə bir mütəmmimdir.
~ Kirpik, gözə qiyasla, çox daha kiçik bir nemətdir. Ancaq kirpik olmasaydı, alındakı tər hər vaxt gözə girəcək və göz, bu səbəblə dəqiq görə bilməyəcəkdi. Ancaq, kirpik, gözə mütəmmim olmuş və gözü tərdən qoruyaraq qəti görməsini təmin etmişdir. Mütəmmim (tamamlayıcı) olan, kiçik də olsa, faydanı mükəmməlləşdirdiyindən dolayı, böyük hökmünə keçər. Yenə,
~ Cilov, atı yönləndirmək üçün, ağzının içinə taxılan metal və ya sintetik parçadır. Bu parça, atı idarə etməyimizi və yönləndirməyimizi təmin edir. Atınız var, ancaq cilovunuz yoxdursa, atdan istifadə müşküldür. Bu halda, cilov, kiçik bir alət ikən, atdan istifadəni təmin etdiyi və onsuz ata minilə bilmədiyi üçün, böyük bir nemət hökmünə keçmişdir.
Demək, mütəmmim olan, hədd-i zatında kiçik də olsa, faydanı tamamladığından dolayı, böyükdən daha böyük olması icab edər.
Bu halda da, Rahim ismi, kiçik nemətlərə dəlalət etsə də, bu kiçik nemətlər, böyüklərə tamamlayıcı olduqlarından dolayı, kiçik olmaqdan çıxar və böyük olar. Belə olunca da, بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ'dakı hal, yuxarıdan aşağıya enmək sayılmaz.
• İkinci cəhət:
~ qıfıl üçün, açar;
~ ruh üçün, dil
misalında olduğu kimi; böyük olanın vücudu (varlığı), dəqiq olana bağlıdırsa, belə gətirilər.
Madam böyük nemətlər, incə və kiçik nemətlərə bağlıdır, onun üzərində dayanıb. Elə isə, incə və kiçik olan nemətlər, bu etibarla daha böyükdür. Məsələn:
Qıfıl böyük; açar isə, kiçikdir. Ancaq böyük olan qıfıl, kiçik olan açar varsa, istifadə edilə bilir. Qıfılın mənfəəti, açarın varlığına bağlıdır. Əgər qıfılın açarı yoxdursa, qıfıl, bəsit bir dəmir parçası hökmündə qalar və kimsə bu qıfıldan istifadə etməz.
Bu halda, kiçik olan açar, böyük hökmünə keçər; böyük olan qıfıl isə, kiçik hökmündə qalar.
Ustad Nursi'nin verdiyi ikinci misal, dil və ruhdur. Dil, kiçik; ruh isə, böyük nemətdir. Ruh, dil yolu ilə ləfzlər və kəlimələrlə, öz məna və həqiqətini digərlərinə çatdırmaqdadır. Özünü tam ifadə edə bilən bir ruh, onu başa düşənlər və sevənlər sayısınca, qəlbdə və ruhda təsir buraxır. Bu çərçivədən baxdığımızda, dilin ifadəsi, ruhun külliyyət və tərəqqi fürsətidir. Bəyan qabiliyyəti olmayan və anlaşılmayan bir ruh, təbirdə xəta olmasın, nöqsandır.
Bu halda, kiçik olan dil, böyük hökmünə; böyük olan ruh isə, kiçik hökmünə keçir.
Həm madam ki, kainatdakı bütün nemətlər, rəhmətlər, lütflər, ehsanlar, hətta cənnət və cəhənnəm də, insana və onun çəyirdəyi olan qəlbinin arzu və istəklərinə baxır; bütün nemətlərin ucu, ona dayanır. Çünki bu aləmin mərkəzi insan və onun qəlbidir. O halda, insana baxan incə və kiçik nemətlər, böyük nemətlərdən daha böyükdür. Elə isə, zahirən incə və kiçik nemətlərə dəlalət edən Rahim isminin, zahirən böyük nemətlərə dəlalət edən Rahmən isminə tabe qılınması, həqiqət nöqte-yi nəzərində, daha müvafiqdir; bəlağatca sənətu't-tərəqqidir və bu, hal və məqamın gərəyinə uyğun bir üslubdur.
Xülasə:
Bu kainatın yaradılışından əsl məqsəd və murad, insandır; bütün aləm, ona musaxxar (boyun əydirilmiş) və xadimdir (xidmətçidir).
Elə isə, ona baxan nemətlər, zahirən kiçik kimi görünsə də, həqiqətdə digər böyük nemətlərdən daha böyükdür.
• Üçüncü cəhət:
"Bu məqam, nemətlərə diqqət çəkmə məqamı olduğundan dolayı, gizli olana diqqət çəkmək, daha uyğundur. Beləcə, nemətləri sayma məqamında, tədəlli sənəti; tənbeh məqamında isə, tərəqqi sənəti olar."
Madam ki, بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ'dəki məqam, nemətlərin mövqelərini, yerlərini tənbeh, xəbərdarlıq məqamıdır. Elə isə, nemətlərin mövqe etibarı ilə ən gizlisi hansıdırsa, yəni insan daha çox hansından qəflətdədirsə, Münimi (nemət verən Allahı) unudursa, ilk əvvəl o neməti xatırladıb göstərmək lazımdır; insanı, o mövzuda qəflətdən oyandırıb Münimi düşündürmək, burda daha çox əhəmiyyətlidir.
Bəli, nemətlərin mövqe etibarı ilə ən gizlisi, dünya nemətləridir. Rahmən ismi, dünya nemətlərinə dəlalət edir. Rahim ismi isə, ən zahir olan axirət nemətlərinə dəlalət edir. Bu səbəblə, hikmətli Quran, daha gizli olan nemətlərə dəlalət edən Rahman ismini; daha zahir olan nemətlərə dəlalət edən Rahim isminə təqdim etmiş (iləri keçirmiş)'dir.
Çünki insan, qəflət səbəbilə, çox dəfə, dünyadakı nemətlərin qədir-qiymətini anlamır; Münim olan Allahı görə bilmir; və o nemətlərdən nəticə olaraq ortaya çıxan şükür vəzifəsini əda edə bilmir. Axirətdəki nemətlər isə, zahir olub, onların nemət cəhətini daha yaxşı başa düşür. Çünki axirətdə səbəblər pərdəsi ortadan qaldırıldığı (yəni cənnətdə, dünyadakı kimi, nemətlər, səbəblər vasitəsilə verilmədiyi) üçün, Münim olan Allah, daha rahat görünür və bilinir.
---------------------------------
---------------------------------
Əgər:
-Misilləri olan isimlər kimi- "qəlbin riqqəti" kimi mənalar daşıyan Rahmən və Rahim'in, ilk (yəni, ağla gələn ilk) mənaları etibarı ilə, Haqq Taala haqqında (istifadələri), muhal (imkansız)'dır. Əgər bunlardan murad, bunların nəhayətləridirsə, məcaza gedilməsinin hikməti, nədir?" desən,
Cavab olaraq deyərəm:
Bunun hikməti, mütəşabihlərlə eynidir. Yəni bu, bəşər ağıllarına İlahi bir tənəzzüldür. Belə ki:
Uşaqla danışanın, onun məlufu (ülfət etdiyi) və ünsiyyət edəcəyi şeylərlə danışması kimi; zehnlərə ünsiyyət təmin etmək və fəhm etdirmək üçün tənəzzül etmək (yəni, onun səviyyəsinə enmək) lazımdır. Çünki, insanların əksəriyyəti, məlumatını, məhsusatdan (yəni, hisslərlə idrak etdiklərindən) əldə edirlər. Mücərrəd həqiqətlərə, ancaq, xəyalların güzgüsü ilə və ülfət etdikləri tərəfdən baxırlar.
Yenə, kəlamdan məqsəd, məna ifadə etməkdir. Bu da, ancaq, qəlb və hissdə tamam olur. Bu isə, həqiqətə, ancaq, muxatabın (xitab edilənin) məlufatının üslubunu geyindirməklə gerçəkləşir. Bununla, qəlb, qəbula hazır hala gəlir.
-------------------------------------
İzahı:
Rahmən ləfzi, فَعْلاَنُ vəznindən gəlmiş müşəbbəh sifətdir. Bu vəznin xüsusiyyəti, daxili hissi ifadə etməsidir. Bu vəzndən gələn bəzi kəlimələr, bunlardır:
– شَبْعَانُ - tox
– جَوْعَانُ - ac
– غَصْبَانُ - qəzəbli
– عَطْشَانُ - susuz
Bütün bu kəlimələrdə, daxili hiss ifadəsi vardır. Rahmən də, bu vəzndən gəlmiş bir kəlimədir. Dolayısı ilə, daxili hiss ifadə edir. Rahim ləfzi də -Rahmən ləfzi kimi- daxili hiss ifadə edən bir kəlimədir.
Bu məqamda, sual budur:
Rahmən və Rahim isimləri, ağla ilk gələn mənaları etibarı ilə, "riqqətu'l-qəlb", "qəlb yumşaqlığı" mənasını ifadə edən 2 sifətdir. Bu 2 sifətin, Haqq Taala haqqında istifadəsi isə, caiz deyildir. Çünki Allaha qəlb yumşaqlığı kimi bir sifət nisbət edilə bilməz. Bu sifət, bəşərə aid olub, Allah haqqında istifadəsi caiz olmayan bir sifətdir.
"Əgər bunlardan murad, bunların nəhayətləridirsə, məcaza gedilməsinin hikməti, nədir?"
Yəni: Allahın Rahmən və Rahim olmasından murad, bu isimlərin təcəllisi olan məxluqatını nemətləndirmək, onlara ehsan etmək mənası qəsd edilmişdir deyilərsə, caizdir. Bəs yaxşı, elə isə, burdakı məcazda nə hikmət vardır? Yəni Quran burda niyə məcaz istifadə etmişdir?
Ustad Said Nursi (rahmətullahi aleyh), buna belə cavab verir:
Bunun hikməti, mütəşabihlərlə eynidir.
Bəli, Quranın ayətləri, "muhkəm və mütəşabih" olmaq üzərə 2 qismə ayrılır. Mütəşabih ayətlərdə hansı hikmətlər vardırsa, Allah haqqında məcaz olaraq istifadə edilən isimlərdə də, o hikmətlər vardır. Məsələn, Quranda keçən:
...يَدُ ٱللَّهِ فَوْقَ أَيْدِيهِمْ...
"...Allahın əli, onların əli üzərindədir..." (Fəth/10);
...أَنَّ ٱللَّهَ يَحُولُ بَيْنَ ٱلْمَرْءِ وَقَلْبِهِۦ...
"...Şübhəsiz Allah, insan ilə onun qəlbi arasına girər..." (Ənfal/24);
kimi ayətlər, mütəşabihatdandır. Bu ayətlərin ifadə etdikləri zahiri mənaları Allah haqqında düşünmək, muhal (imkansız)'dır. Çünki bu ayətlərin ifadə etdiyi zahir mənaya görə, Allahın əlinin olması; Allahın insanla qəlbi arasına girməsi lazımdır. Halbuki bu mənalar, muhaldır. Bu zahiri mənalar, məxluqların vəsfləri olduğundan dolayı, bu sifətlərin Allah haqqında düşünülməsi, mümkün deyildir. Elə isə, məcazi və lazımi mənaları muraddır.
Bəs yaxşı, madam ki, bu 2 sifətin həqiqi mənası Allah haqqında düşünülə bilməz. Elə isə, bu 2 sifətin Allah haqqında istifadə edilməsinin hikməti nədir?
Ustad Nursi, bu suala belə cavab verir:
Bunun hikməti, Haqq Taala'nın اَلتَّنَزُّلاَتُ اْلاِلهِيَّةُ اِلٰى عُقُولِ الْبَشَرِ hökmüncə, bəşərin ağıl və səviyyəsinə tənəzzül edərək, fəhminə və anlayışına görə onunla danışmasıdır. Çünki bəşər, səviyyəsi üstündə olan yüksək həqiqətləri, ancaq misal və təmsil ilə başa düşə bilər. Bax bundan dolayı, Allah Taala, bəşərin ağlına və fəhminə görə nüzul edərək və onun səviyyəsinə enərək, kəlam etmiş, danışmışdır. Ta ki, bu tərzdəki xitabları ilə, zehnlər ünsiyyət peyda etsin; insanlar, o xitabı anlasınlar.
Əgər Haqq Taala, əzəmət və kibriyasına yaraşan bir şəkildə danışsaydı, heç kim Onun kəlamını başa düşməzdi. Məsələn, necə ki, bir uşaqla danışarkən, onun ülfət və ünsiyyət peyda edəcəyi tərzdə və onun səviyyəsinə enərək danışmaq, hikmətlidir, maslahatdır, faydalıdır. Çünki uşaq, belə bir kəlam üslubunu başa düşə bilməkdədir.
Eynilə bu misal kimi, Allahın -ünsiyyət peyda edək və başa düşək deyə- bizim səviyyəmizə tənəzzül edərək kəlam etməsi, hikmətdir, maslahatdır, faydalıdır.
Müəllifimiz, "Sözlər" adlı risaləsində (25-ci Söz: "Mucizat-ı Kuraniye", 1-ci Şulə, 1-ci Şua, 2-ci Surət, 5-ci Nöqtə, s. 379-380) mövzu haqqında belə deyir:
"Evet, Kur'ân-ı Mu'cizü'l-Beyan, çok hakaik-i gàmızayı, nazar-ı umumîyi okşayacak, hiss-i âmmeyi rencide etmeyecek, fikr-i avâmı taciz edip yormayacak bir surette, basitâne ve zahirânesöylüyor, ders veriyor. Nasıl bir çocukla konuşulsa, çocukça tabirat istimal edilir.
Öyle de, تَنَزُّلاٰتٌ اِلٰهِيَّةٌ اِلٰى عُقُولِ الْبَشَرِ denilen mütekellim üslûbunda muhatabın derecesine sözüyle nüzul edipöyle konuşan esâlib-i Kur'âniye, en mütebahhir hükemanın fikirleriyle yetişemediği hakaik-i gàmıza-ı İlâhiye ve esrar-ı Rabbâniyeyi, müteşabihat suretinde bir kısım teşbihat ve temsilâtla, en ümmî bir âmiye ifham eder.
Meselâ
اَلرَّحْمٰنُ عَلَى الْعَرْشِ اسْتَوٰى bir temsil ile, rububiyet-i İlâhiyeyi saltanat misalinde; ve âlemin tedbirinde mertebe-i rububiyetini, bir sultanın taht-ı saltanatında durup icra-yı hükûmet ettiği gibi, bir misalde gösteriyor.
Evet, Kur'ân, bu kâinat Hâlık-ı Zülcelâlinin kelâmı olarak, rububiyetinin mertebe-i âzamından çıkarak, umum mertebeler üstüne gelerek, o mertebelere çıkanları irşad ederek, yetmiş bin perdelerden geçerek, o perdelere bakıp tenvir ederek, fehim ve zekâca muhtelif binler tabaka muhataplara feyzini dağıtıp ve nurunu neşrederek, kabiliyetçe ayrı ayrı asırlar, karnlar üzerinde yaşamış ve bu kadar mebzuliyetle mânâlarını ortaya saçmış olduğu halde, kemâl-i şebâbetinden, gençliğinden zerre kadar zayi etmeyerek, gayet taravette, nihayet letafette kalarak, gayet suhuletli bir tarzda, sehl-i mümteni bir surette, her âmiye anlayışlı ders verdiği gibi, aynı derste, aynı sözlerle, fehimleri muhtelif ve dereceleri mütebayin pek çok tabakalara dahi ders verip ikna eden, işbâ eden bir kitab-ı mu'ciznümânın hangi tarafına dikkat edilse, elbette bir lem'a-i i'câz görülebilir.
Elhasıl:
Nasıl Elhamdü lillâh gibi bir lâfz-ı Kur'ânî okunduğu zaman, dağın kulağı olan mağarasını doldurduğu gibi; aynı lafız, sineğin küçücük kulakçığına da tamamen yerleşir.
Aynen öyle de, Kur'ân'ın mânâları, dağ gibi akılları işbâ ettiği gibi; sinek gibi küçücük, basit akılları dahi, aynı sözlerle talim eder, tatmin eder.
Zira Kur'ân, bütün ins ve cinnin bütün tabakalarını imana davet eder. Hem umumuna, imanın ulûmunu talim eder, ispat eder.
Öyle ise, avâmın en ümmîsi, havassın en ehassına omuz omuza, diz dize verip beraber ders-i Kur'ânîyi dinleyip istifade edecekler.
Demek, Kur'ân-ı Kerîm, öyle bir mâide-i semâviyedir ki, binler muhtelif tabakada olan efkâr ve ukul ve kulûb ve ervah, o sofradan gıdalarını buluyorlar, müştehiyâtını alıyorlar, arzuları yerine gelir. Hattâ pek çok kapıları kapalı kalıp istikbalde geleceklere bırakılmıştır."
Yəni:
Bəli, bəyanı möcüzə olan Quran, çox dərin həqiqətləri, ümumun nəzərini oxşayacaq, ümumun hislərini incitməyəcək, avamın fikrini incidib yormayacaq bir surətdə, bəsit və açıq bir şəkildə söyləyir, dərs verir. Necə ki, bir uşaqla danışıldığında, uşaqca təbirlər istifadə edilirsə; elə də, "Bəşərin ağlına görə olan İlahi tənəzzül/nüzul" deyilən mütəkəllim/danışan üslubunda, muxatabın (xitab edilənin) (anlayış) səviyyəsinə sözü ilə nüzul edib/enib elə danışan Quranın üslubu, dərin elmi olan filosofların, fikirlərilə çata bilmədikləri Allahın dərin həqiqətlərini və tərbiyə ediciliyindəki sirləri, mütəşabihlər surətində bəzi təşbih və təmsillərlə, ən ümmi bir avama da ifham edir (fəhm etdirir).
Məsələn, "Rahmən, ərşə istiva etdi." (Taha/5) ayəti, bir təmsil ilə, Allahın tərbiyə ediciliyini, bir səltənət misalında; və aləmin tədbirində tərbiyə edicilik mərtəbələrini, bir Sultanın səltənət taxtında dayanıb hökumətini icra etdiyi kimi, bir misalda göstərir.
Bəli, Quran, bu kainatın cəlal sahibi Yaradan'ının kəlamı olaraq,
~ tərbiyə ediciliyinin ən yüksək mərtəbəsindən çıxaraq;
~ ümum mərtəbələr üstünə gələrək;
~ o mərtəbələrə çıxanları irşad edərək;
~ 70.000 pərdədən keçərək;
~ o pərdələrə baxıb nurlandıraraq;
~ fəhm və zəkaca müxtəlif minlər təbəqə muxatablara feyzini paylayıb nurunu yayaraq,
bir-birindən qabiliyyətcə ayrı-ayrı olan əsrlər üzərində, yaşamış; və bu qədər çoxluqla mənalarını ortaya saçmış olduğu halda; gəncliyindən, gəncliyinin mükəmməlliyindən zərrə qədər zay etməyərək, çox təravətdə, son dərəcə lətafətdə qalaraq, çox asan bir tərzdə, imkansız bir şeyi adan bir şəkildə ifadə edən tərzdə, hər avama, anlayışlı dərs verdiyi kimi; eyni dərsdə, eyni sözlərlə, fəhmləri müxtəlif və dərəcələri fərqli çoxlu-çoxlu təbəqələrə də dərs verib qənaət gətirdən, doyuran möcüzəli bu kitabın hansı tərəfinə diqqət edilsə, əlbəttə, bir möcüzəlilik parıltısı görülə bilər.
Xülasə: Necə ki, əlhəmdulilləh kimi bir Quran ləfzi oxunduğu vaxt, (bu ləfz), dağın qulağı olan mağarasını doldurduğu kimi; eyni ləfz, milçəyin kiçik qulağına da tamamilə yerləşirsə; elə də, Quranın mənaları, dağ kimi ağılları doyurduğu kimi; milçək kimi kiçik, bəsit ağılları da, eyni sözlərlə təlim və tətmin edər. Çünki Quran, bütün ins və cin'nin bütün təbəqələrini imana dəvət edir. Həm ümumuna, iman elmlərini təlim və isbat edir. Elə isə, avamın ən ümmisi, xasların ən xası ilə çiyin-çiyinə verib Quranın dərsini dinləyib istifadə edəcəklər.
Demək, Quran-i Kərim, elə bir səmavi süfrədir ki, minlər müxtəlif təbəqədə olan fikirlər, ağıllar, qəlblər və ruhlar, o süfrədən qidalarını tapır; xoşlarına gələn ləzzətli şeyləri götürür; arzuları yerinə gəlir. Hətta bir çox qapıları qapalı qalıb, gələcəkdə gələcək olanlara buraxılmışdır.
Məlumdur ki, uşaqla danışan, uşaq kimi danışmalıdır. Uşaqlar kimi çat-pat edərək danışmaq lazımdır ki, uşaq onu başa düşə bilsin. Və ya bir həkim, sizə, xəstəliyinizi bildirərkən, sizin başa düşə biləcəyiniz şəkildə bildirir. Əgər izahında sizi əsas almayıb öz biliyini əsas alsa və tibbi terminlərlə danışsa, siz bundan heç bir şey başa düşməzsiniz. Yenə, bir vəkilə müracitə etsəniz, vəkil sizə, hüquq dililə deyil, sizin anlaya biləcəyiniz şəkildə sizə xitab edər. Bu, hər sənət sahibi üçün də belədir. Çünki danışmaqdan murad, məqsədimizi qarşımızdakına bildirməkdir. Qarşımızdakının fəhmini və anlayışını nəzərə almadan danışsaq və o şəxs də bizi başa düşməsə, bu söhbətin bir mənası olmaz və bu, hikmətsiz bir kəlam olar. Bundan dolayıdır ki, ədəbiyyatçılar və bəlağat əhli, incə həqiqətləri təsəvvür; və dağınıq mənaları təsvir və ifadə üçün, təşbihlərə müraciət edirlər. Bax Allah Taala da, hikməti və rəhməti gərəyi, bizimlə, bizim anlaya biləcəyimiz tərzdə danışmış və bizlərin ülfət etdiyi təmsil və təşbihləri istifadə etmişdir.
Quran, bütün insanlara endirilmiş ümumi bir müəllim və mürşiddir. Dərs xalqasında oturan, insanlardır. İnsanların əksəriyyəti isə, alim deyil, avamdır. Mürşidin nəzərində, az, çoxa tabedir. Yəni, ümumi irşadını, azların xatiri üçün, onların səviyyəsinə görə etməz. Zatən avama edilən söhbətlərdən, xaslar da hissələrini alırlar. Əgər avam əsas qəbul edilməyib xaslara görə danışılarsa, avam, o yüksək söhbətləri başa düşməyəcəyi üçün, həqiqətdən məhrum qalar. Bax, Allah Taala da, insanların əksəriyyəti Quranın irşadından məhrum qalmasınlar deyə, xitabında avamı əsas qılıb, onların ülfətində olan üslub və təşbihlərlə danışmışdır.
Avam, ülfət etdikləri ifadə və ləfzlərdən fikirlərini ayıra bilmədikləri üçün, çılpaq həqiqətləri anlaya bilmirlər. O yüksək həqiqətlər, onlara ancaq ülfət etdikləri ifadələrlə izah edilməlidir. Bu ifadə şəklinə, "tənəzzülat-ı İlahiyyə" deyilir. Tənəzzülat-ı İlahiyyə, Allahın, bəşərin anlayışına görə danışmasıdır. Bu, insanların zehnlərini həqiqətdən qaçırmamaq üçün, İlahi bir oxşamadır. Qurandakı təşbih və təmsillər, həqiqətə keçə bilmək üçün, bir vəsilədirlər. Yoxsa o təşbihlərin həqiqi mənası qəsd edilməmişdir.
Demək, mütəşabihat deyilən Quranın üslubları, həqiqətlərə keçmək və ən dərin incəlikləri görmək üçün, insanların gözünə bir eynək, bir durbindir.
Bədiü'z-zaman Said Nursi, ["İşaratu'l-İ'caz fi Məzanni'l-İcaz / Quranın icaz (az sözlə çox məna ifadə etdiyi) yerlərində, i'caz (möcüzəlilik) işarətləri" adlı təfsirindən nəql]
--------------------------------------
--------------------------------------
Əlavələr:
Bismilləhir-Rahmənir-Rahim ayətinin təfsiri (2):
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/bismill%C9%99hir-rahm%C9%99n...
Allahın 99 ismi:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/allahin-99-ismi
Mütəşabih:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/mohk%C9%99m-v%C9%99-mut%C9%9...
