Dəstəmazsız Qurana toxunmaq olarmı?
فَلَآ أُقْسِمُ بِمَوَٰقِعِ ٱلنُّجُومِ • وَإِنَّهُۥ لَقَسَمٌ لَّوْ تَعْلَمُونَ عَظِيمٌ • إِنَّهُۥ لَقُرْءَانٌ كَرِيمٌ • لَّا يَمَسُّهُۥٓ إِلَّا ٱلْمُطَهَّرُونَ
"Ulduzların batdığı yerlərə and olsun! Kaş bunun, doğrudan da, böyük bir and olduğunu biləydiniz. Şübhəsiz ki, bu, olduqca şərəfli bir Qurandır. Qorunub saxlanılan bir kitabdadır. (Lövhi-məhfuzdadır). Ona ancaq tam mənası ilə təmizlənmiş kimsələr toxuna bilər." (Vaqiə/75-79)
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Təfsiri:
5-ci başlıq:
"Ona ancaq, tam mənası ilə təmiz olanlar toxuna bilər..." buyuruğundakı: "ancaq...toxuna bilər..." ləfzinin mənası ilə bağlı olaraq, görəsən, bu toxunma:
• orqanı ilə toxunmaq mənasında həqiqi mənası ilə mi istifadə edilmişdir? Yoxsa
• mənən toxunmaqmı qəsd edilmişdir?
xüsusunda, fərqli görüşlər vardır.
Eyni şəkildə:
"tam mənası ilə təmizlənmiş kimsələr"in kimlər olduğu xüsusunda da, görüş ayrılığı vardır.
• Ənəs və Səid b. Cubeyr belə demişlərdir:
"Bu kitaba, ancaq günahlardan təmizlənmiş kimsələr olan mələklər toxuna bilər. Onlardan başqası toxuna bilməz."
• əbu'l-Aliyə və ibn Zeyd də belə demişlərdir:
"Bunlar, mələklərin elçiləri ilə, Adəm oğullarının rəsulları kimi, günahlardan tərtəmiz edilmiş kimsələrdir. Onu endirən Cəbrail də, tərtəmizdir. Özlərinə bunu çatdırdığı elçilər də, təmizdir."
• əl-Kəlbi:
"Bunlar, şərəfli və doğru yazıçı (mələklər)'dir." demişdir.
Bütün bunlar, eyni görüşü ifadə etməkdədirlər.
• imam Malikin bu ifadəsində də dilə gətirdiyi, tərcih etdiyi görüşünə də yaxın açıqlamalardır:
Uca Allahın:
"Ona ancaq tam mənası ilə təmizlənmiş kimsələr toxuna bilər..."
buyuruğu ilə bağlı olaraq eşitdiyim ən gözəl açıqlama, bu ayətin, Abəsə surəsi (12-16)'da bəhs mövzusu edilənlər kimi olduğudur:
فَمَن شَآءَ ذَكَرَهُ • فِى صُحُفٍ مُّكَرَّمَةٍ • مَّرْفُوعَةٍ مُّطَهَّرَةٍۭ • بِأَيْدِى سَفَرَةٍ • كِرَامٍۭ بَرَرَةٍ
"Artıq istəyən, onunla nəsihət alsın. Çox şərəfli, son dərəcə yüksək və tərtəmiz səhifələrdədir. Əmrinə itaətkar, olduqca dəyərli katiblərin əllərilə (yazılmışdır)."
• Bir başqa açıqlamaya görə, "...ona ancaq...toxuna bilər..." buyuruğu:
"Onu ancaq tam mənası ilə təmizlənmiş kimsələr endirə bilər." deməkdir. Bu da, mələklərdən olan rəsullar, peyğəmbərlər arasından rəsullara endirə bilər, mənasındadır.
• Bir digər açıqlamaya görə, "qorunan kitab"ın özü demək olan Lövh-i Məhfuz'a, ancaq tam mənası ilə təmizlənmiş kimsələr toxuna bilər.
• əl-Quşeyri'nin nəql etdiyi bir açıqlamaya görə də, bununla vəzifəli olan şəxs, İsrafil (əleyhissəlam)'dır.
İbnu'l-Arabi belə deyir:
"Bu, batil bir açıqlamadır. Çünki mələklər, heç bir zaman, ona çata bilməz. Əgər bundan məqsəd, bu olsaydı, heç bir şəkildə istisnanın bir mənası olmazdı.
'Bu səhifələr, mələklərin əllərində olan bir kitabdır', deyə açıqlayanların görüşlərinə gəlincə, bu, ehtimal daxilində bir açıqlamadır. Malikin tərcih etdiyi görüş də, budur.
Kitabdan məqsədin: "əllərimizdə mövcud olan mushaf" olduğu da söylənilmişdir.
Daha qüvvətli görülən görüş də, budur. Necə ki, Malik və başqalarının rəvayətinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in Amr b. Hazma yazdığı məktubda, bu ifadələr yer almaqdadır:
"Peyğəmbər Muhamməd'dən, Zu Ruayn, Muafir və Həmdanlıların rəisləri olan Şurahbil b. Abd Kulal'a, əl-Haris b. AbduKulal və Nuaym b. Abd b. Kulal'a..."
Bu məktubunda:
"Qurana ancaq təmizlənmiş kimsələr toxuna bilər ifadəsi də yer almaqda idi." (bax: İbn Hibban, "Sahih", 501-504; Hakim, "Müstədrək", I, 553)
• ibn Ömər'dən rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Qurana da, sən, ancaq tahir ikən, toxun." (Heysəmi, "Məcmau'z-Zəvaid", l, 276 -ravilərin siqa olma qeydilə bərabər-)
Ömər b. əl-Xattab (radiyallahu anh)'ın bacısı da, evinə girən və Quranın yazılı olduğu səhifəni istəyən Ömər (radiyallahu anh)'a, müsəlman olduğu sırada:
"Ona ancaq, tam mənası ilə təmizlənmiş kimsələr toxuna bilər." demiş, bunun üzərinə Ömər də, qalxıb qüsl almış və İslama girmişdi.
Bu xüsusdan dolayı, Qatadə və başqaları:
"Ona ancaq..." hədəsdən (qüslsuzluq və dəstəmazsızlıq) və nəcasətlərdən "tam mənası ilə təmizlənmiş kimsələr toxuna bilər..." demişlərdir.
• əl-Kəlbi, "şirk"dən;
• ər-Rabi b. Ənəs, "böyük və kiçik günahlar"dan
(təmizlənmiş kimsələr toxuna bilər), deyə açıqlamışlardır.
• Bir digər açıqlamaya görə:
"Ona ancaq tam mənası ilə təmizlənmiş kimsələr...", yəni : ancaq muvahhidlər "toxuna bilər, onu oxuya bilər" deməkdir.
Bu açıqlamanı da, Muhamməd b. Fudayl ilə Abdə vermişlərdir.
• İkrimə belə deyir:
"İbn Abbas, hər hansı bir yəhudi, ya da xristiyana, Quran oxuma imkanının verilməsini qəbul etmirdi."
• əl-Fərra belə deyir:
"Onun dadını, faydasını və bərəkətini, ancaq tam mənası ilə təmizlənmiş kimsələr ala bilərlər. Bundan məqsəd də, Quran-i Kərimə iman edənlərdir."
• ibnu'l-Arabi belə deyir:
Buxari'nin tərcih etdiyi görüş də, budur:
Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Rəbb olaraq Allahı, din olaraq İslamı, peyğəmbər olaraq Muhammədi könül xoşluğu ilə qəbul edən bir kəs, imanın dadını almış, deməkdir."
• əl-Huseyn b. əl-Fadl, belə deyir:
"Onun təfsirini və təvilini, ancaq uca Allahın şirk və münafiqlikdən tərtəmiz qıldığı kimsə bilə bilər."
• əbu Bəkr əl-Vərraq deyir:
"Gərəyincə əməl etməyə, ancaq səid (bəxtiyar) kimsələr müvəffəq qılınar."
• Mənanın:
"Onun savabını, ancaq möminlər əldə edə bilərlər." şəklində olduğu da, söylənilmişdir. Bu açıqlamanı, Muaz (radiyallahu anh), Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən də rəvayət etmişdir.
• Bu şəkildə də açıqlanmışdır:
Ayətin zahiri, şəri bir hökmü xəbər verməkdədir. Yəni:
"Ona ancaq, şəran təmiz olanlar toxuna bilərlər."
Əgər bunun xaricində bir hal görüləcək olarsa, bu, şəri hökmün xaricində bir haldır.
Qadı əbu Bəkr b. əl-Arabi'nin tərcih etdiyi görüş də, budur.
-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
6-cı başlıq: Dəstəmazsız Qurana toxunmağın hökmü:
Elm adamları, dəstəmazsız olaraq Mushafa toxunmağın hökmü haqqında, fərqli görüşlərə sahibdirlər:
CUMHUR, Amr b. Hazm yolu ilə gələn hədis dolayısı ilə, ONA TOXUNULMAYACAĞI qənaətindədirlər.
• Əli b. əbi Talib;
• Abdullah ibn Məsud;
• Sa'd b. əbi Vaqqas;
• Səid b. Zeyd;
• Ata;
• əz-Zühri;
• İbrahim ən-Nəxai;
• əl-Hakəm;
• Hammad;
• Malik; və
• Şafi'nin də
aralarında yer aldığı fəqihlər, BU QƏNAƏT ÜZƏRƏ'dirlər.
Əbu Hənifə (rahiməhullah)'dan isə, fərqli rəvayət gəlmişdir:
~ Dəstəmazsız olanın ona toxuna biləcəyi kimi;
-ki, bu, ibn Abbas, əş-Şabi və başqalarının da aralarında yer aldığı bir qrup sələfdən də rəvayət edilmişdir-
~ Quranın kənarlarına və Quran yazısı olmayan yerlərə əlini toxundura biləcəyi, lakin, yazılı hissəsinə isə, dəstəmazlı bir kimsənin əl toxundura biləcəyi görüşü də rəvayət edilmişdir.
İbnu'l-Arabi, belə deyir:
"Əgər o, bu xüsusu qəbul edirsə, bu, onun əleyhinə gətiriən dəlili gücləndirməkdədir. Çünki Kitabın qadağan bölgəsinin yaxın dairəsi də, eyni şekildə qadağandır.
Digər tərəfdən, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in Amr b. Hazm'a yazdığı məktubda, bu xüsusda olduqca güclü bir dəlil vardır."
İmam Malik, belə deyir:
"Dəstəmazsız olan bir kimsə, Quranı, kisəsinin (çantasının) asqısı ilə və ya yastıq üzərində daşıya bilməz."
Əbu Hənifə də, "bunda beis yoxdur." demişdir.
ASQI İLƏ ONU DAŞIYANA, YAXUD ARADA BİR ƏNGƏL İLƏ ONA TOXUNANA, ƏNGƏL OLUNMAZ.
• əl-Hakəm;
• Hammad; və
• Davud b. Əli'dən
rəvayətə görə, müsəlmanın və kafirin, dəstəmazlı və ya dəstəmazsız Quranı daşımasında, ya da ona toxunmasında, hər hansı bir beis yoxdur.
Ancaq Davud, müşrik birinin, Quranı daşıması, caiz deyildir, demişdir.
Onlar buna mübah deyərkən, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in Qeysər'ə (Roma kralı Herakla) məktub göndərməsini dəlil göstərmişlərdir.
ANCAQ BU, BİR ZƏRURƏT MÖVZUSUDUR. BUNDA DƏLİL OLACAQ BİR TƏRƏF YOXDUR.
------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Kiçik uşaqların Mushafa toxunmalarının hökmü:
Buna gəlincə isə, bunda da, 2 fərqli görüş vardır:
✓ Bir görüşə görə:
Büluğ yaşına çatmış bir kimsəyə qiyasən qadağan olunduğudur.
✓ Digər görüşə görə isə:
Caiz olduğudur.
Çünki dəstəmazsız olaraq Qurana toxunmağın qadağan olunması halında, (uşaq), Quranı əzbərləyə bilməz. Çünki Quranın öyrənilməsi, kiçik yaşda mümkündür.
Digər tərəfdən, kiçik uşağın dəstəmaz alması, hər nə qədər mötəbər isə də, onun təharəti (təmizliyi) kamil deyildir. Çünki onun (dəstəmaz üçün) niyyət etməsi, səhih ola bilməz.
Əksik bir təharət (təmizlik) halı üzərə (Quranı öz üzərində) daşıması caiz olduğuna görə, tamamilə dəstəmazsız olaraq onu daşıması da, caiz olur.
(Qurtubi, "əl-Cami li Ahkami'l-Quran", Vaqiə/79 təfsiri)