Dünya lənətlidirmi?
Əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, o, belə deyir:
Mən, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən bunu deyərkən eşitdim:
"Dünya, məlun (Allah qatında qəbula layiq olmaqdan, Onun iltifatından uzaq)'dır.
Dünyadakı şeylər də məlundur.
Ancaq Allahı anmaq, Allahın sevdiyi (vəya Allahı anmağa yaxın, uyğun) şeylər, alim və elm öyrənən(in dini elmlərlə məşğuliyətləri), bu hökmün xaricindədir."
İbn Macə, Sünən tərcümə və şərhi, Kitabu'z-Zühd: "Dünya (rahatı və nemətlərinin qiyməti)'nin halı babı, hədis no: 4112
-------------------------
İzahı:
Bu hədisi Tirmizi və Beyhaqi də rəvayət etmişdir.
Məlun: Lənətlənmiş, yəni Allahın rəhmətindən uzaq olan şey deməkdir. Burada Allah qatında məqbul olmayan, Onun iltifat və sevgisindən uzaq olan şey deməkdir.
Dünyadan məqsəd də, insanı, Allahı anmaqdan uzaq tutan, Allah'dan uzaqlaştıran şeylərdir. Dünyanın aldadıcı şeyləri, qulu Yaradıcısından uzaqlaşdırdığı üçün, Allah qatında məqbul və sevimli sayılmamışdır.
Tuhfə müəllifinin bəyanına görə, əl-Qari, Mirqat'da belə deyir:
"Mənə elə gəlir ki, hədisdən bu məna qəsd edilmişdir:
Dünyada Allahı anmaq, din alimi və dini elmləri öyrənməyə çalışanlardan başqa nə varsa, heç biri tərifə, mədhə layiq deyildir, əksinə, aldadıcı olması ilə pislənmişdir."
Xülasə: Dünya həyatında Allahı anmaq, Ona qulluq və ibadət etmək, buna uyğun söz, fel, hal və davranışlar ilə dini elmlərlə məşğuliyyətlər xaricində qalan və insanı Allahdan uzaqlaşdıran aldadıcı şeylər, Allah qatında məqbul və sevimli olmayıb, əksinə, mənfurdur (nifrət ediləndir).
----------------------------------
Əli (radiyallahu anh), bir adamın dünyaya söydüyünü eşidincə, onu bundan nəhy etmiş və belə demişdir:
Dünya:
~ doğruluq axtaranları, doğru yola yönəldər;
~ əmin-amanlıq istəyənlərə əmin-amanlıq yolu göstərər;
~ axirət yolçuluğu üçün azuqə almaq istəyənlərə də, comərdcə azuqə təmin edər.
Dünya:
~ Allah Taalaya səcdə edənlərin məkanı; və
~ Peyğəmbərlərə vəhyin endiyi yerdir. O,
~ Allah dostlarının axirət ticarəti etdikləri bazardır. Bunlar, dünyada ibadət və itaət edər və bununla cənnət qazanarlar.
Dünya, nəyə görə pislənəcəkdir?
Dünya, eybi varsa, eybini gizlətməmiş; fani isə, bunu açıqca elan etmiş, hər kəsin ölümünü və öz yıxılışını da, hər an xatırlatmışdır.
Ey aldanmış şəxs! Dünyanın aldadıcılığını söyləyirsən. Dünya, nə vaxt öz mahiyyətini gizlətmiş ki, aldadıcı olsun?
Onun vəfasızlığından şikayət edirsən. O, nə vaxt sənə bir söz verib ki, vəfasız olsun?!
Dünya səni aldatmamış, sən özünü onunla aldatmısan. O, vəfasızlıq etməmiş, sən öz xəyalını həqiqət zənn etmiş və lakin onun doğru çıxmadığını görmüsən.
Hər gün minlərlə can alan, bu qədər evə yas və matəm salan, şəhərlərin yarısını qəbristanlığa çevirən və bütün bunları sənə göstərən dünya, nə aldadıcıdır, nə də vəfasız.
O:
~ zənginliyinə güvənməyəsən deyə kasıbları;
~ sağlığına güvənməyəsən deyə xəstələri;
~ gəncliyinə güvənməyəsən deyə yaşlıları;
~ həyatına güvənməyəsən deyə ölüləri önünə sərmişdir.
Bu aqibətlər, əlbət dünya üçün bir ayıb və qüsurdurlar. Lakin dünya, kimsəni aldatmaq üçün eyb və qüsurlarını gizlətməmiş, böyük bir səmimiyyətlə onları söyləmiş və söz başa düşməyənlərin gözlərinə soxmuşdur.
Lakin bütün bu açıqlığına rəğmən, bəzilərinin gözləri kor və qulaqları kar olmuş, olub bitənləri görməmiş, eşitməmiş və başa düşməmişlərdirsə, bundan dolayı pislənməsi lazım olan dünya deyil, özləridir.
(İbn Rəcəb əl-Hənbəli, "Camiu'l-Ulum və'l-Hikəm", 31-ci hədis: "Zühd haqqındadır.")
-----------------------
-----------------------
"Ehâdisinizde dünya tel'in edilmiş, cîfe ismiyle yad edilmiş. Hem bütün ehl-i velâyet ve ehl-i hakikat dünyayı tahkir ediyor, 'Fenadır, pistir' diyorlar. Halbuki, sen bütün kemâlât-ı İlâhiyeye medar ve hüccet, onu gösteriyorsun ve âşıkane ondan bahsediyorsun."
Yəni:
"Hədislərinizdə, dünya lənətlənmiş; leş adı ilə yad edilmişdir. Həm bütün vəlilər və həqiqət əhli, dünyanı təhqir edir; (haqqında) "pisdir" deyirlər. Halbuki Sən (Nursi), bütün İlahi kamilliklərə mədar və hüccət, onu göstərirsən və aşiqvari ondan bəhs edirsən?"
Elcevap: Dünyanın üç yüzü var:
Birinci yüzü Cenâb-ı Hakkın esmâsına bakar. Onların nukuşunu gösterir. Mânâ-yı harfiyle, onlara âyinedarlık eder. Dünyanın şu yüzü, hadsiz mektubât-ı Samedâniyedir. Bu yüzü gayet güzeldir; nefrete değil, aşka lâyıktır.
Yəni:
Cavab olaraq deyirəm:
Dünyanın, 3 üzü var:
✓ Birinci üzü: Cənabu'l-Haqq'ın isimlərinə baxar (haşiyə). Onların "naxışları"nı göstərər. Məna-yı hərfilə, onlara aynalıq edər. Dünyanın bu üzü, hədsiz Samədani (heç bir şeyə möhtac olmayan, hər şeyin Özünə möhtac olduğu Allahın) məktublardır. Bu üzü, çox gözəldir. Nifrətə deyil, eşqə layiqdir.
-----------------------
(Haşiyə:
Allahın 99 isminin təcəlliləri, təzahürləri üçün bax:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/allahin-99-ismi)
-------------------------
İkinci yüzü âhirete bakar. Âhiretin tarlasıdır, Cennetin mezraasıdır, rahmetin mezheresidir. Şu yüzü dahi, evvelki yüzü gibi güzeldir. Tahkire değil, muhabbete lâyıktır.
Yəni:
✓ İkinci üzü: Axirətə baxar. Axirətin tarlasıdır. Cənnətin məzraa (tarlası)'dır. (haşiyə) Rəhmətin məzhərəsi (çiçək baxçası)'dır. Bu üzü də, əvvəlki üz kimi, gözəldir. Təhqirə deyil, məhəbbətə layiqdir.
---------------------
(Haşiyə:
"Dünya, axirətin tarlasıdır." hədisi:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/dunya-axir%C9%99tin-tarlasid...
----------------------
Üçüncü yüzü insanın hevesâtına bakan ve gaflet perdesi olan ve ehl-i dünyanın mel'abe-i hevesâtı olan yüzdür. Şu yüz çirkindir. Çünkü fânidir, zâildir, elemlidir, aldatır. İşte, hadiste varid olan tahkir ve ehl-i hakikatin ettiği nefret, bu yüzdedir.
Yəni:
✓ Üçüncü üzü: İnsanın həvəslərinə baxan; və qəflət pərdəsi olan; və əhl-i dünyanın həvəslərinin oyun yeri olan üzüdür. Bu üz, çirkindir. Çünki, fanedir, zaildir, ağrılıdır, aldadır. Bax hədisdə varid olan təhqir və həqiqət əhlinin etdiyi nifrət, bu üzdədir.
Kur'ân-ı Hakîmin kâinattan ve mevcudattan ehemmiyetkârâne, istihsankârâne bahsi ise, evvelki iki yüze bakar. Sahabelerin ve sair ehlullahın mergub dünyaları evvelki iki yüzdedir.
Yəni:
Hikmətli Quranın kainatdan və mövcudatdan əhəmiyyətli, istihsən edici bir şəkildə bəhsi isə, əvvəlki 2 üzə baxmaqdadır. Səhabələrin və sair əhlullahın mərğub (rəğbət etdikləri) dünyaları, əvvəlki 2 üzdədir.
(Said Nursi, "Sözlər", 32-ci Söz, s. 607)
