Geyinmiş çılpaq qadınlar hədisi-1

 

Əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Cəhənnəm əhlindən 2 sinif vardır. Onları hələ görməmişəm:

• (Biri) bərabərlərində inək quyruqlarını xatırladan qamçılar olan və onlarla insanları döyən kimsələrdir.

• (Digəri) geyinmiş (ancaq) çılpaq, meyl etdirən, meyl edən, başları, əyilmiş dəvə hürgüclərini (dəvənin belindəki çıxıntıları) xatırladan qadınlardır. Bu qadınlar, nə cənnətə girərlər, nə də qoxusunu alarlar. Və şübhəsiz, onun qoxusu, bu qədər, bu qədər uzaqlıqdan hiss edilər."

-------------------------

Şərhi:

"2 sinif, cəhənnəm əhlindəndir. Onları hələ görməmişəm..."

Bu hədis, nübüvvətin möcüzələrindəndir. Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in verdiyi xəbər, gerçəkləşmişdir.

• Qamçı sahiblərinə gəlincə: bunlar, şurta (polis təşkilatı) valisinin vəzifəliləridir.

------------------------------

• Geyinmiş (ancaq) çılpaq qadınlar haqqında isə, fərqli izahlar verilmişdir:

1. Bunlar, Allahın nemətləri ilə "geyimli" (yəni Allah, bu qadınlara çoxlu nemətlər ehsan etmişdir); onlara (nemətlərə) şükr etməkdən yana isə, çılpaqdırlar.

2. Libasları cəhətindən geyinmiş, xeyir işləməkdən, axirətlərinə, itaətlərə, lazımi əhəmiyyət göstərməkdən yana isə, çılpaqdırlar.

3. Gözəlliyini göstərmək üçün, bədəninin bir qismini açarlar. Bax bunlar, həm geyimli, həm də çılpaqdırlar.

4. Paltarının altında olanı göstərəcək şəkildə, incə libaslar geyinərlər. Məna etibarı ilə, bunlar da, geyinmiş çılpaqlar sayılırlar.

-------------------------------

Meyl edən və meyl etdirənlərə gəlincə:

• Bunlar, uca Allaha itaətdən, onların yerlərinə gətirmələri lazım olan fərclərini (iffətlərini) və digər xüsusları qorumaqdan yana azmış, uzaqlaşmış kimsələrdir.

Meyl etdirərlər: yəni, başqalarına, öz etdiklərini etməyi öyrədərlər.

• Bir digər açıqlamaya görə:

Meyl edərlər: yəni yerişlərində sağa-sola lovğalanaraq, qollarını oynadaraq yeriyərlər.

• Bir digər açıqlamaya görə:

Meyl edənlər: Saçlarını əymiş bir şəkildə darayarlar. Bu isə, onlar tərəfindən bilinən fahişələrə xas bir darama şəklidir.

Meyl etdirənlər: yəni başqalarına da belə daramağı öyrədərlər.

• Bir digər görüşə görə:

Kişilərə meyl edərlər, kişiləri də, göstərdikləri zinətlərilə və başqa şeylərlə özlərinə meyl etmələrini təmin edərlər.

-----------------------------------

Başlarının əyilmiş dəvə hürgücü kimi olmasına gəlincə:

Bu da, belədir:

Başlarını, örtülərlə, sarıqlarla və daha başqa başa sarılan şeylərlə böyüdərlər, qabardarlar. Elə ki, saçları, buxti deyilən dəvə növünün (əyilmiş) hürgüclərinə bənzəyər. Buna dair açıqlamalarda məşhur olanı da, budur.

• əl-Mazəri deyir:

Bunun: kişiləri arzulayarlar, gözlərini də, onlara baxmaqdan çəkməzlər. Başlarını, önlərinə əyməzlər mənasında olduğu da söylənmişdir.

• Qadı İyad, "meyl edən qadınlar, saçlarını əymiş şəkildə darayarlar.", açıqlamasını tərcih etmişdir. Bu da:

Saçları hörüklər halında darayıb başın ortasında onları bir araya gətirib dəvələrin hürgücləri kimi olması halıdır.

Bu da, dəvə hürgüclərinə bənzəməkdən məqsədin, ancaq saç hörüklərinin başlarının üstünə qaldırılması və onları orda bir araya toplayıb, etdikləri hörüklərlə çoxaldaraq, ən nəhayətində, başın bir tərəfinə əyib yatırılması şəklidir. Eynilə hürgücün əyilməsi kimi...

İbn Dureyd, belə deyir:

Dəvənin hürgücü, yanlarından birinə tərəf əyilmişdirsə, "nəqatun məylə: hürgücü meyl etmiş dəvə" deyilir.

-----------------------------

"Cənnətə girməzlər..."

Bu da, buna bənzər ifadələrdə, daha əvvəl izahı keçmiş 2 şəkildə təvil edilir:

• Bu təvillərdən birinə görə:

Bu, haram olduğunu bilməsi ilə bərabər, hər hansı bir haramı halal qəbul edən haqqında təvil edilir. Bu halda bir qadın, kafir olar, əbədi olaraq cəhənnəmdə qalar və əbədiyyən cənnətə girə bilməz.

• Digəri isə, belədir:

Onun cəhənnəmdən qurtulan kimsələrlə bərabər, ilk səfərdə cənnətə girməyəcəyi şəklində təvil edilir. Uca Allah, ən gözəl biləndir.

(Nəvəvi, "əl-Minhac", "Cənnətin, cənnət nemətlərinin və cənnətliklərin sifətləri kitabı", "Cəhənnəmə cabbarların, cənnətə də zəif kimsələrin girəcəyi babı", hədis no: 7123)

Read 239 times
In order to make a comment, please login or register